Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-812/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X16, Müdafiəçi3, Müdafiəçi4 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, məcburi köçkün, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, məhəllə 500, ev 1, mənzil 4-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenisar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, xx xxxxx 1979-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Mingəçevir qəsəbəsi, Qress qəsəbəsi, C.Əliyev küçəsi, ev 17, mənzil 3-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniteniar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Qress qəsəbəsi, F.Əzimov küçəsi, ev 3, mənzil 38-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri, xx xxx 1957-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, Təqsirləndirilən şəxs3 küçəsi, ev 9-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, о, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma, satma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri təkrar əldə etmə, saxlama, daşıma, satma, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs4 ilə bağlı gəldiyi nəticəyə görə, o, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddə, odlu silah, onun komplekt hissəsi və döyüş sursatının qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun üzvü “Əyyuba” vəd verib razılığa gəldikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Füzuli rayonu ərazisində bilavasitə keçirildiyi yerdə “Əyyubdan” 23,771 qram olmaqla, külli miqdarda psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından az miqdarda olmaqla 3,638 qram narkotik vasitə qurudulmuş marixuana, yivli odlu silah hesab edilən 1 (bir) ədəd “Makarov” konstruksiyalı tapança və içərisində döyüş sursatı hesab edilən 6 (altı) ədəd patronlar olan həmin tapançanın sandıqçasını əldə edib üzərində daşıyaraq Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 2 ünvanında yerləşən kirayədə yaşadığı evə gətirib satış məqsədilə qanunsuz olaraq saxlamış, 14 yanvar 2020-ci il tarixdə, saat 22:00 radələrində Yasamal rayon Polis İdarəsinin və həmin İdarənin 26-cı Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaxalanmaması üçün evin hamam otağındakı plastik materialdan olan vannanın üzərinə geyim əşyaları yığaraq alışqanla od vurmaqla qəsdən yandırıb, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir bərpa işlərinə 8.015 manat və ev əşyalarının zədələnməmişdən əvvəlki orta bazar qiymətinə uyğun olmaqla 2.530 manat məbləğində maddi ziyan vuraraq Zərərçəkmiş şəxs1 10.545 manat məbləğində əmlakını qəsdən yandıraraq məhv etməklə zədələyib maddi ziyan vurmuş, həmin tarixdə saat 22:00 radələrində polis əməkdaşları tərəfindən həmin ünvanda baxış keçirilən zaman evin yataq otağında olan mebel dolabının üstündən ağ rəngli sellofan bağlamada qaçaqmalçılıq yolu ilə əldə etdiyi təmiz çəkisi 23,771 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd sellofan torbada nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, üzərində əlavə və dəyişiklik edilməmiş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı, 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı yivli odlu silah hesab edilən 1 (bir) ədəd tapança, “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça (daraq), silahın patronluğunda 1 (bir) ədəd və silahın sandıqçasında 5 (beş) ədəd olmaqla, ümumlikdə 6 (altı) ədəd 9x18 mm kalibirli zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, istifadəyə (atəşə) yararlı olmaqla döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüş, həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq 15 yanvar 2020-ci il tarixdə, saat 12:30-da həmin ünvanda təkrar baxış istintaqı hərəkəti keçirilən zaman hamam otağının döşəməsindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,252 qram, qonaq otağında olan mebelin (kamot) orta siyirməsindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,326 qram və həmin otaqda olan masanın üstündən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,060 qram olmaqla, ümumi təmiz çəkisi 3,638 qram, şəxsi istehlak miqdarından az miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi), “Qurban” və “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra sonuncuların qaçaqmalçılıq yolu ilə göndərdikləri külli miqdarda narkotik vasitələri istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə əldə edərək 08 yanvar 2020-ci il tarixdə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təhvil verdikdən sonra sonuncu həmin narkotik vasitələri Təqsirləndirilən şəxs3la birlikdə idarə etdiyi və özünə məxsus VAZ-21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşıyaraq aparmış, daha sonra 15 yanvar 2020-ci il tarixdə, saat 01:00 radələrində qrup üzvü “Qurbanın” göstərişi əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la birlikdə Hacıqabul-Padarçöl- Sabirabad avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəlib avtomobildən düşərək 1 (bir) ədəd sellofan torbada olan qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitə heroini Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində könüllü iştirak edən Təqsirləndirilən şəxs1 verən zaman polis əməkdaşları tərəfindən yaxalanaraq birlikdə Cəlilabad rayon Polis şöbəsinə gətirilib sonuncunun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbada olan bağlamaya baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram olmaqla, ümumi təmiz çəkisi 3665 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik və qabaqcadan əlbir olan bir qrup şəxs ahlında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi), “Qurban” və “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının vətəndaşları olan tanışı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəlmiş, 08 yanvar 2020-ci il tarixdə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri qrup üzvü Təqsirləndirilən şəxs4 əldə etdikdən sonra Təqsirləndirilən şəxs3la birlikdə idarə etdiyi özünə məxsus VAZ-21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşımış, 15 yanvar 2020-ci il tarixdə, saat 01:00 radələrində qrup üzvü “Qurbanın” göstərişi əsasında Təqsirləndirilən şəxs3la birlikdə Hacıqabul-Padarçöl-Sabirabad avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəldikdən sonra avtomobildən düşərək 1 (bir) ədəd sellofan torbada olan qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində könüllü iştirak edən Təqsirləndirilən şəxs1 verən zaman polis əməkdaşları tərəfindən yaxalanaraq birlikdə Cəlilabad rayon Polis şöbəsinə gətirilib sonuncunun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbada olan bağlamaya baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram olmaqla, ümumi təmiz çəkisi 3665 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama, satma, eləcə də özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi), “Qurban” və “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının vətəndaşları olan tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2 08 yanvar 2020-ci il tarixdə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri Təqsirləndirilən şəxs4 əldə etdikdən sonra birlikdə Təqsirləndirilən şəxs2 məxsus VAZ- 21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşımış, 15 yanvar 2020-ci il tarixdə, saat 01:00 radələrində qrup üzvü “Qurbanın” göstərişi əsasında Təqsirləndirilən şəxs2lə birlikdə Hacıqabul-Padarçöl-Sabirabad avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəldikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobildən düşərək 1 (bir) ədəd sellofan torbada olan qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində könüllü iştirak edən Təqsirləndirilən şəxs1 verən zaman polis əməkdaşları tərəfindən yaxalandığını görüb VAZ-21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 məxsus olan, həmin vaxt əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 etibarnamə olmadan idarə etməklə yolun kənarında saxladığı “X51” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən qəsdən vurub yol kənarındakı çökəkliyə aşırmaqla 8.640 manat məbləğində avtomobilin detallarının məhv olaraq zədələnməsi və 1.850 manat məbləğində təmir bərpa işləri olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 10.490 manat məbləğində maddi ziyan vuraraq hadisə yerindən uzaqlaşmış, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qrup üzvü Ağayev X34 Məmmədova ilə birlikdə Cəlilabad rayon Polis şöbəsinə gətirilib sonuncunun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbada olan bağlamaya baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram olmaqla, ümumi təmiz çəkisi 3665 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik və qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi) və “Qurban” adlı İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və istintaqa məlum olmayan şəraitdə göndərdikləri külli miqdarda 321,964 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli mqidarda 2050 qram (2 kiloqram 50 qram) olan külli miqdarda narkotik vasitə heroini istintaqla müəyyən edilməyən şəxsdən Bakı şəhərində əldə edib üzərində daşıyaraq saxlamış, Cəlilabad rayon Polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 14 yanvar 2020-ci il tarixdə, saat 16:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən körpünün (Çermet körpüsü) yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən, əlində olan qara rəngli qadın çantasından 3 (üç) ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 194,103 qram, 53,802 qram və 74,059 qram olmaqla, ümumi təmiz çəkisi 321,964 qram ağ rəngli xırda kristallardan ibarət kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 1 (bir) ədəd polietilen torbada 605 qram, 2 (iki) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram və 875 qram olmaqla, ümumi təmiz çəkisi 2050 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 və iş üzrə şahid qismində çıxış edən Şahid9 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iddia ərizəsi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs4 və Şahid9 ona 10.545 manat məbləğində maddi ziyan, eləcə də itirilmiş gəlirə görə 5.000 manat məbləğində maddi ziyan vurmuşlar. Ona görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 və Şahid9 10.545 manat və 5.000 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqının gedişində Zərərçəkmiş şəxs1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs4 və Şahid9 12.383 manat və 5.000 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid9 onun dostudur. Ona görə də o, hərdən İsrafilin kirayədə yaşadığı ünvan 3 ünvanına qonaq kimi gedib qalmışdır. O, Bakı şəhəri, Binəqədi rayonu ərazisində DSK yolu deyilən ərazidə yerdə sandıqçasında 5 ədəd patron olan “Makarov” markalı tapança görmüş və həmin tapança onun xoşuna gəldiyinə görə götürmüşdür. O, tapançanı götürdükdən sonra gətirib İsrafilin yaşadığı evin otaqların birində olan mebelin üstündə gizlətmişdir. O, 13 yanvar 2020-ci il tarixdə tanışı Aytənlə birlikdə İsrafilin kirayədə yaşadığı evə getmiş və onlar həmin evdə birlikdə metamfetamin çəkmişlər. Onlar metamfetamin istifadə etdikdən sonra təxminən yarım qrama yaxım metamfetamin qalmışdır. O, evdə Aytənlə bir neçə saat olduqdan sonra qapının döyülməsini eşitmişdir. O, qapıya yaxınlaşdıqda qapını döyən şəxslər su idarəsindən gəldiklərini demişlər. O da qapını döyən şəxslərə ev sahibinin evdə olmadığını bildirmişdir. Lakin qapını döyən şəxslər ondan qapını açmasını tələb etmişlər və qapını açmayacağı təqdirdə qapını sındıracaqlarını demişlər. O, təxminən 15-20 dəqiqə ərzində qapının bayır tərəfində olan şəxslərlə söhbət etmişdir. O, həmin vaxt evin içindən tüstü çıxdığını görmüşdür. O, həmin vaxt evin pəncərəsindən həyətdə dayan şəxslərlə söhbət etmişdir. O, tüstünün hansı səbəbdən yarandığını həmin vaxt bilməmişdir. Lakin həmin vaxt evi tüstü bürümüşdür. Sonra Aytən evin qapısını açaraq aşağıya qaçmışdır. O isə evin damına tərəf qaçmışdır. O, dama çıxdıqdan sonra özündə olan metamfetamini atmışdır ki, polislər həmin metamfetamini onun üzərində tutmasınlar. Bir qədər sonra polis əməkdaşları dama qalxaraq onu orada saxlamışlar. Bundan sonra onu Yasamal rayon Polis İdarəsinin 26-cı Polis şöbəsinə aparmışlar. Həmin şöbədə ona işgəncə verərək evdə narkotik vasitə olduğunu və ona görə də evi yandırdığını bildirmişlər. O isə polislərə evdə yalnız “Makarov” tipli tapança olduğunu və evi yandırmadığını bildirmişdir. Buna baxmayaraq, polislər evə özləri metamfetamin və qurudulmuş marixuana qoyaraq götürəcəklərini və həmin narkotik vasitələrin ona məxsus olmağını etiraf etməyi ona bildirmişlər. O da polislərin verdiyi işgəncə və təzyiqlərə tab gətirməyərək iki gündən sonra, yəni 15 yanvar 2020-ci il tarixdə polis əməkdaşlarının dedikləri ilə razılaşmış və müstəntiqin tərtib etdiyi sənədləri oxumadan imzalamış, eləcə də polislərin diktəsi ilə sonuncuların dedikləri bütün istintaq hərəkətlərində iştirak etmişdir. Bundan sonra o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Bir neçə gündən sonra o, Bakı İstintaq Təcridxanasında həbsdə olduğu zaman onu Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 3 (üç) nəfər şəxs tutulmuş və həmin şəxslərdən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin şəxslərdən biri, yəni Azər ifadə vermişdir ki, guya ki, o, həmin şəxsə (Azərə) narkotik vasitə satmışdır. O isə Azər adlı şəxsi tanımadığını və heç vaxt sonuncuya narkotik vasitə satmadığını bildirmişdir. “Makarov” tipli tapança isə ona məxsus olmuşdur. O, narkotik vasitə istifadəçisidir. Buna görə də o, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilmişdir. O, qalan ittihamlar üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs4 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 Qəhraman oğlunu uşaqlıqdan tanıyır. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə tanımır. O, tutulmamışdan əvvəl Bakıda olduğu zaman Təqsirləndirilən şəxs3 ilə görüşüb “Akkordun binaları” adlanan yerdə maşınının yağını dəyişməyə getmişdir. Həmin vaxt İran İslam Respublikasının vətəndaşı olan şəxsin Azərbaycanda olan “adamı” ona “Votsapla” zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 77 nömrəli avtobus dayanacağının yanındakı zibillikdən “kakos” adlı narkotik vasitəni götürərək Hacıqabul-Padarçöl-Sabirabad avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə çatdırmağını və tanımadığı şəxsə verməyini bildirmişdir. O, da həmin yerə gedərək içərisində narkotik vasitə olan paketi götürüb idarə etdiyi avtomobilin qabaq oturacağının altına qoymuşdur. Onun götürdüyü paketdə hərəsi yarım kilo olmaqla 3 (üç) büküm olmuşdur. O, həmin vaxt narkotik vasitədən istifadə etdiyinə görə avtomobili idarə edə bilməmiş və buna görə də tanışı Təqsirləndirilən şəxs3 onu həmin yerə çatdırmasını xahiş etmişdir. Heydər də əvvəlcə onunla razılaşmasa da, sonradan onu həmin yerə aparmağa razı olmuşdur. Onlar Sabirabada çatdıqda o, Heydərə avtomobili “Azpetrol” adlanan yanacaq doldurma məntəqəsinə sürməsini demişdir. Yanacaq doldurma məntəqəsində o, avtomobildən düşüb narkotik vasitəni çatdıracağı avtomobilə yaxınlaşmağına iki metr qalmış onu arxadan tutmuşlar. Sonra onu yerə yıxaraq başına tapançanı tuşlayıb ondan tərpənməməyini tələb etmişlər. Bunu edən şəxslər polis olduqlarını bildirmişlər və iki dəfə atəş açmışlar. Bu vaxt Heydər ona məxsus avtomobil ilə həmin ərazidən qaçmaq istədikdə, Heydərin idarə etdiyi avtomobil polis əməkdaşının idarə etdiyi “Range Rover” markalı avtomobil ilə toqquşmuşdur. Sonra Heydəri də tutmuşlar. Bundan sonra onları Sabirabad rayon Polis şöbəsinə, oradan isə Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. İran İslam Respublikasının vətəndaşı ona demişdir ki, “nə vaxt tutulsan mənə zəng elə, “adamlarımız” səni qurtaracaq”. O da tutulduqdan sonra İran İslam Respublikasının vətəndaşına zəng etdirərək həmin iranlıya tutulduğunu bildirmişdir. X52 Respublikasının vətəndaşı ona demişdir ki, “problemini özün həll elə”. Onun narkotik vasitə verəcəyi adam Təqsirləndirilən şəxs4 olmamışdır. O, Təqsirləndirilən şəxs1 hadisəyə qədər heç vaxt görməmişdir. Ümumiyyətlə, o, narkotik vasitəni verəcəyi adamları əvvəlcədən tanımamışdır. İttiham aktında aşkarlanmış narkotik vasitə heroinin 4 kiloqramdan çox olması göstərilsə də, əslində narkotik vasitə heroinin ümumi çəkisi 1 kiloqram olmuşdur. X53 Respublikasının vətəndaşının sifarişi əsasında narkotik vasitəni sonuncunun dediyi adama çatdıracağından Təqsirləndirilən şəxs3 məlumatı olmamışdır. O, həmin gün narkotik vasitə istifadə etdiyindən Təqsirləndirilən şəxs3 onu iranlının dediyi aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutularkən üzərində heç bir narkotik vasitə aşkar olunmamışdır. O, heç vaxt İran İslam Respublikasına getməmişdir. O, bu hadisədə iştirak edən şəxslərdən Təqsirləndirilən şəxs2 başqa heç kimi tanımır. Azər onun yerlisidir. O, Azər ilə yoldaşlıq etmişdir. O, avtomobilini təmir etdirən zaman Azər də təmirxanaya gəlmişdir. Həmin gün Azər avtomobilinin yağını dəyişdirtmişdir. Həmin gün onun avtomobilini təmir etmək mümkün olmamış və avtomobilin təmiri növbəti günə qalmışdır. Sonra Azər ona demişdir ki, “Gəl mənimlə bir yer var, ora gedək. Yorğunam. Maşını sən sürərsən”. O da Azərlə razılaşmışdır. Onlar Hacıqabul istiqamətində getdikdə Azər yuxusunun gəldiyini demiş və avtomobili idarə etməyi ona tapşırmışdır. Onlar Padarçöldə olarkən benzin az olduğundan avtomobilə benzin vurdurmuşlar. Həmin vaxt qarşıda “Mersedes” markalı avtomobil dayanmışdır. Bir qadın yerdə oturmuş, bir oğlan isə ayaqüstə dayanmışdır. Sonradan o, həmin oğlanın əməliyyatçı Rəhman olduğunu bilmişdir. Rəhman ona “saxla” demişdir. O da avtomobili saxlayıb pəncərədən Rəhmana əl uzadıb salam vermiş və sonuncudan nə kömək lazım olduğunu soruşmuşdur. O, Rəhman ilə danışan zaman Azər avtomobildən düşüb həmin şəxslərin yanına getmişdir. X49 arxadan qucaqlamış və o, Rəhmana Azəri buraxmağını demişdir. Bundan sonra o, avtomobildən düşmək istəmişdir. Lakin həmin şəxslərin avtomobilinin arxa tərəfindən bir nəfər düşmüş və əlində olan tapançanı işə salıb üç güllə ataraq ona dayanmağını demişdir. O, bu vaxt avtomobili arxaya verib sürətlə sürmüş və ipək yolunda əks istiqamətdə Sabirabad rayonuna gedən yola keçmişdir. Sonra onun qarşısına bir “cip” çıxmış və “marqat” edərək ondan yol istəmişdir. Sonra həmin avtomobil köndələn formada onun qabağını kəsmişdir. O, əyləci bassa da, onun avtomobili və digər avtomobil sürüşərək yoldan çıxmışlar və dərəyə tərəf düşmüşlər. O, həmin şəxslərdən “salamatsız?” deyə soruşmuşdur. Həmin şəxslər də ona “hə” cavabını vermişlər. O, həmin vaxt “102”yə zəng etmək istəsə də, öz telefonunu tapa bilməmişdir. Həmin şəxslər isə dövlət yol polisini çağırıb hadisəni qeydə aldırmamışlar, habelə yolu ölçdürməmişlər. Bunun əksinə isə onun digər avtomobili qəsdən vurduğunu yazdırmışlar. Sonra o, yola çıxmış və avtomobili kəndə tərəf sürmüşdür. Sonra o, iki avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobildə olan şəxslər yenə iki dəfə atəş açmışlar. O, həmin şəxslərin avtomobilinə yol verməmiş və kəndə tərəf avtomobili sürmüşdür. Sonra o, yolu görməmiş və daşa dəyib dayanmışdır. Həmin şəxslər isə ona çatıb avtomobildən yerə salaraq təpiklə vurmuşlar. Sonra kənd camaatı həmin yerə yığışdığından onun qoluna qandal taxmışlar. Bundan sonra həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onu Sabirabad rayon Polis şöbəsinə aparıb üzərində baxış keçirmişlər. Həmin vaxt onun cibindən pul çıxmışdır. Onun cibindən çıxan pulları Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları götürmüşlər. Sonra onu Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Ona Cəlilabad rayon Polis şöbəsində çox əziyyət vermişlər. Hətta ona video göstərib onun oğlunu da “ilişdirəcəklərini” demişlər. O da polis əməkdaşlarına oğlu ilə işlərinin olmamasını və avtomobilin nə xərci varsa ödəyəcəyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 10 ay Kürdəxanıda yerləşən təcridxanada qalsa da, bir dəfə də olsun onun ifadəsi alınmamışdır. 10 aydan sonra isə onu aparıb qandalda saxlamışlar. O, 4 gün aclıq elan etmişdir. Sonra onu kameraya salmışlar. Başqa bir şəxsin işi ilə bağlı ora prokuror gəldikdə o, öz işi barədə həmin prokurora məlumat vermişdir. Prokuror isə ona demişdir ki, “aydınlaşdırıb buraxarlar, bizə rəisin məlumatı lazımdır”. O, döyülməyi, bədənində olan izlərlə və qançırlarla bağlı Baş prokurora da müraciət etmişdir. O, müsəntiqə demişdir ki, “niyə belə edirsiz?”. Müstəntiq isə ona demişdir ki, “mən müstəntiq kimi qərar verə bilmirəm, rəhbərlik nə cür desə elə də edirəm, get dərdini məhkəmədə deyərsən hakim eləyər. Cəlilabad rayon Polis şöbəsində Şahid1 nə desə odur”. O da işinə məhkəmədə baxılmasını gözləmişdir. Təqsirləndirilən şəxs3 Qəhraman oğlu ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 186.1-ci maddələri ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 14 yanvar 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çermet” deyilən yerdə dayanacaqda olduğu vaxt polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. O, İrana sonuncu dəfə 4-5 il əvvəl ticarət üçün getmişdir. Həmin vaxt o, orada bir nəfər İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bundan sonra o, Türkiyə Respublikasına gedərək orada uşaqlara və xəstələrə baxıcılıq işi ilə məşğul olmuşdur. O, Türkiyədə iş vizası əsasında işləmişdir. Vizanın vaxtı bitdiyindən o, Azərbaycana qayıtmışdır. O, 1-2 ay ərzində vizasını alıb yenidən Türkiyəyə qayıtmalı olmuşdur. Həmin vaxtdan onun pasportu və viza sənədləri Türkiyənin Bakıda yerləşən konsulluğunda qalmışdır. O, İran İslam Respublikasının vətəndaşı ilə tanış olduqda, həmin şəxs bazarda “cehizlik mallar” dükanı işlətmişdir. O, iranlını mədəni, işgüzar və normal adam kimi tanımışdır. Sonra o, həmin iranlıya zəng etmişdir. Onun həmin iranlı şəxsə zəng etməsi borc ilə bağlı olmuşdur. Belə ki, o, iranlıya zəng edərək sonuncudan borc pul istəmişdir. O, iranlıya Türkiyəyə qayıdıb işə başlayan kimi borcu qaytaracağını bildirmişdir. O, həmin gün iranlıya başqa söz deməmişdir. Bir neçə gündən sonra iranlı ona zəng edərək Bakıya sovqat göndərəcəyini demiş və göndərdiyi sovqatı taksidən götürüb deyəcəyi ünvana çatdırmasını ondan xahiş etmişdir. İranlı bunun müqabilində ona borc pul verəcəyini bildirmişdir. O, həmin vaxt yenidən iranlı şəxsə Türkiyəyə qayıdan kimi borcunu qaytaracağını demişdir. Amma insaniyyət olaraq iranlı şəxs istəsə o, kömək kimi çantanı götürüb çatdıra biləcəyini demişdir. İran İslam Respublikasının vətəndaşı da onunla razılaşaraq çantanı yollamışdır. Onu polis əməkdaşı saxladıqdan 4-5 saat sonra belə İran İslam Respublikasının vətəndaşı ona zəng edib maraqlanmamış. Sonra iranlı ona zəng edib demişdir ki, “get Kürdəmir yoluna, adam gəlib orada səninlə görüşəcək”. İranlının bu sözləri nə məqsədlə deməsi indiyə kimi ona aydın olmamışdır. İranlı bu sözləri ona dedikdə polislər onun yanında olmuş və sonuncular bütün danışıqlara qulaq asmışlar. O, təqsirləndirilən şəxslərdən hüç kəsi tanımır. O, 65 yaşınadək fərdi əməklə məşğul olmuşdur. O, tutulanadək Türkiyədə işləmişdir. Ona Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə ittiham irəli sürülsə də, o, 4-5 il olar ki, İranda olmamışdır. O, ona qarşı irəli sürülən digər ittihamlarla da razı deyil. Həmin maddələrin ona heç bir aiddiyyəti olmamışdır. Ona aid olan maddə yalnız “kuryerliklə” bağlı maddədir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələri və cinayət əməllərinə aidiyyətlarının olmamaları ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ibtidai istintaqın ilkin dövründə verdikləri ifadələrdən fərqli məzmunda ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yerləşən 4 nömrəli mənzil ona məxsusdur. O, qeyd edilən mənzilin mülkiyyətçisidir. O, 27 noyabr 2019-cu il tarixdə həmin mənzili Şahid9 aylıq 500 manata kirayəyə vermişdir. Şahid9 ona həmin mənzildə öz ailəsi ilə birlikdə yaşayacağını ona bildirmişdir. 14 yanvar 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində onun qonşusu Aqşin zəng edərək onun mənzilinin yanmasını və binanın ətrafında polislərin toplaşdığını bildirmişdir. Bu zaman o, təcili olaraq kirayəyə verdiyi mənzilə getmişdir. O, binanın həyətinə çatdıqda, orada polislərin, FHN-nin yanğın söndürən briqadasının əməkdaşlarının, eləcə də insanların toplaşdığını görmüşdür. Bundan sonra o, mənzilə qalxmışdır. O, mənzilin içərisinə daxil olduqda, mənzilin hamam otağının tam yanmış vəziyyətdə, mətbəxdə olan «LG» markalı kondisionerin yanmasını, yanğın nəticəsində otaqların tavanlarının və divarlarının qara hisə büründüyünü görmüşdür. Bundan sonra o, Yasamal rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonra polis əməkdaşları tərəfindən onun və hal-şahidlərinin iştirakı ilə onun mülkiyyətində olan mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında olan şabalıdı rəngli dolabın üstündən ağ sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda oradan 1 (bir) ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid 5 ədəd patron, habelə ağ rəngli sellofana bükülmüş vəziyyətdə ağ maddə aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin əşyalar qablaşdıralaraq götürülmüşdür. O, yanğın zamanı mənzilə gələrkən orada Şahid9 görməmişdir. O, İsrafillə əlaqə saxladıqda, sonuncu Balakən rayonuna taksi kimi müştəri apardığını və kirayədə yaşadığı mənzildə xalası oğlu X26 oğlu və Sənan adlı şəxsin olduğunu bildirmişdir. Yanğının nəticəsində ona 12.383 manat ziyan dəymişdir. Bu məbləğ həm yanğının aradan qaldırılması, həm də mənzilin təmirinə çəkilmiş xərclərdən ibarət olmuşdur. Eyni zamanda 14 yanvar 2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayına kimi onun mənzilində təmir bərpa işləri aparıldığı üçün o, mənzili kirayə verə bilməmişdir. Buna görə də o, 10 ay müddətində 5.000 manat gəlirdən məhrum olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə almasını və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini, habelə mülki iddiasinin təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməməsini xəstə olması və cinayət nəticəsində olan vurulmuş ziyanın tam şəkildə ödənilməsi ilə izah etmişdir. Bu səbəbdən də məhkəmə sözügedən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məhkəmə istintaqında elan etməklə tədqiq edilməsini məqbul saymışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cu MKR, H.Seyidzadə küçəsi, ev 5, mənzil 13də ailə üzvləri ilə birlikdə yaşayır. **-ZL-*** dövlət qeydiyyat nişanlı, “X51” markalı avtomobil ona məxsusdur. Onun oğlu Əliyev X12 rayon Polis şöbəsinin Cinayət Axtarış ölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 yanvar 2020-ci il tarixdə oğlu Şahid3 ona Hacıqabul rayonu ərazisində keçiriləcək əməliyyat tədbirində istifadə etmək məqsədi ilə avtomobilə ehtiyacı olduğunu bildirmiş və ona məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmək üçün ona verməyini xahiş etmişdir. Oğlu Şahid3 keçiriləcək əməliyyat tədbirlərinin təxirəsalınmaz olduğunu bildirdiyindən o, özünə məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı, “X51” markalı avtomobili idarə etmək üçün oğlu Şahid3 vermişdir. 15 yanvar 2020-ci il tarixdə oğlu Şahid3 ona Hacıqabul rayonunda keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs3 idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elmirin idarə etdiyi və ona məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı, “X51” markalı avtomobili qəsdən vuraraq aşırdığını, bunun nəticəsində avtomobilin əzildiyini bildirmişdir. Ona məxsus avtomobilin əzilmiş ehtiyyat hissələrinin alınmasına və usta pulunun ödənilməsinə görə oğlu Azər Məmmədov tərəfindən ümumilikdə 7.914 (yeddi min doqquz yüz on dörd) manat pul xərclənmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 tərəfindən tam şəkildə ödənilmişdir. **-ZL-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobil ona məxsusdur. Oğlu Şahid3 həmin avtomobili idarə etmək hüququ olmamışdır. Lakin o, oğlu Elmirin təxirəxalınmaz əməliyyat-axtarış tədbirində iştirak edəcəyini bildiyindən həmin avtomobili etibarnamə olmadan idarə etmək üçün oğlu Şahid3 vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis şöbəsində əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 14 yanvar 2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Cəlilabad rayon Polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə tədbir zamanı tutulmuşdur. Bundan sonra məsələnin araşdırılması üçün Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 müxtəlif növdə və müxtəlif miqdarda narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitələrlə bağlı həmin gün Cəlilabad rayon Polis şöbəsinin rəhbərliyi tərəfindən o, Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2la birlikdə Bakı şəhərinə ezam olunmuşdur. Təqsirləndirilən şəxs1 ilkin araşdırma zamanı bildirmişdir ki, “İran İslam Respublikasının vətəndaşı olan “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxs mənə tapşırmışdır ki, narkotik vasitələrin satışından əldə olunmuş pulu Afşinə verdikdən sonra yenidən onunla əlaqə saxladıqda, Maqsud mənə başqa narkotik vasitə göndərəcəkdir”. Maqsud adlı şəxsin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon ilə narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərən “Məmi” ləqəbli, əslində isə əsl adı Maqsud olan şəxslə danışmasına icazə verilmişdir. Sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikasından göndərən “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxslə telefon vasitəsi ilə danışmış və sonuncunu inandırmaq üçün pulu Afşinə verdiyini bildirmişdir. “Məmi” adlı şəxs də Təqsirləndirilən şəxs1 inanmış və Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna gedərək göndərdiyi narkotik vasitəni oradan qəbul etməsini və Hacıqabul rayonuna çatdıqda əlaqə saxlamasını tapşırmışdır. Bundan sonra Maqsud adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə Cəlilabad rayon Polis şöbəsinin CAB-nin rəisi Şahid5, Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 sonuncunun idarə etdiyi “Mercedes C klass” markalı avtomobillə, o isə Cəlilabad rayon Polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobillə, Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 isə özünün idərə etiyi “Kia” markalı xidməti avtomobillə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşmüşlər. Onlar “Padarçöl” yolu deyilən yerə çatdıqda, Cəlilabad rayon Polis şöbəsinin CAB-nin rəisi Şahid5, Təqsirləndirilən şəxs1 və əməliyyat müvəkkili Şahid4 olduğu avtomobil orada fəaliyyət göstərən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında dayanmışdır. O isə Şahid3lə birlikdə sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobillə Şahid5l olduğu avtomobildən bir qədər aralıda dayanmışdır. Cəlilabad rayon Polis şöbəsinin polis nəfəri Şahid2 isə özünün idərə etiyi “Kia” markalı xidməti avtomobil ilə “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində dayanmışdır. Bundan təxminən 15-20 dəqiqə sonra dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Priora” markalı avtomobil Təqsirləndirilən şəxs1 olduğu avtomobilin yanında dayanmışdır. Həmin avtomobilin qabaq sağ oturacağında oturan Təqsirləndirilən şəxs2 əlində sellofan bağlama ilə avtomobildən düşərək Şahid4 idarə etdiyi avtomobilə yaxınlaşmış və əlində olan sellofanı avtomobilin qabaq sağ oturacağında oturan Təqsirləndirilən şəxs1 avtomobilin pəncərəsindən vermişdir. Bundan sonra Şahid5 və Şahid4 avtomobildən düşərək Təqsirləndirilən şəxs2 yaxınlaşıb sonuncunu saxlamışlar. Həmin vaxt “Priora” avtomobilində olan Təqsirləndirilən şəxs3 həmin avtomobili yolun əks istiqaməti ilə yüksək sürətlə idarə edərək hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Lakin Təqsirləndirilən şəxs3 sonradan onların polis əməkdaşı olduğunu başa düşərək idarə etdiyi avtomobili qəsdən Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobilə çırpmışdır. Bundan sonra Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobil yolun kənarında olan çökəkliyə aşmışdır. Bundan sonra o, Şahid3lə birlikdə “Priora” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 saxlamaq üçün Şahid2 idərə etiyi “Kia” markalı xidməti avtomobillə minərək Təqsirləndirilən şəxs3 arxasınca getmişlər. Onlar Sabirabad rayonu, Surra kəndi ərazisinə çatdıqda, həmin vaxt Təqsirləndirilən şəxs3 idarə etməni itirmiş və idarə etdiyi “Priora” markalı avtomobillə yolun sağ kənarında olan qaz borusuna çırpılıb dayanmışdır. Onlar həmin yerə yaxınlaşdıqda, Təqsirləndirilən şəxs3 avtomobilin yanında dayandığından sonuncunu saxlamışlar. Bundan sonra müstəntiq Elvin Süleymanlı hadisə yerinə dəvət edilmişdir. Şahid3 idarə etdiyi avtomobilin aşdığı, eləcə də Təqsirləndirilən şəxs3 idarə etdiyi “Priora” markalı avtomobilin qəza törətdiyi yerlərə müstəntiq Elvin Süleymanlı tərəfindən baxış keçirilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs3 Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, Cəlilabad rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi və içərisində ayrı-ayrılıqda 3 (üç) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə olan 1 (bir) ədəd sellofan torbanı təqdim etmiş və həmin bükümlərə baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılan zaman, eləcə də sonuncular Polis şöbəsində olduqları zaman həmin şəxslərə qarşı polis əməkdaşları tərəfindən, eləcə də onun tərəfindən heç bir təzyiq olunmamış, habelə başqa qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 yanvar 2020-ci il tarixdə Cəlilabad rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs1 Bakı şəhərində və Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Cəlilabad rayonu ərazisində Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxlanması mümkün olmadığından və 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitə əldə edəcəyi barədə təsdiqlənmiş əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirilməsinə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən icazə verildiyindən Cəlilabad rayon Polis şöbəsinin CAB-nin rəisi Şahid5, CABnin əməliyyat müvəkkili Şahid4, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat yolu ilə Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək, həmin gün təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çermet” körpüsünün yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15-20 dəqiqə keçdikdən sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş və sonuncudan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasına baxış keçirilməsi məqsədi ilə sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdurş Bundan sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra əlində olan qara rəngli qadın əl çantasına baxış keçiriləcəyi barədə Təqsirləndirilən şəxs1 məlumat verilmişdir. Sonra əməliyyat qrupunun üzvləri, müdafiəçinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun əlində olan qara rəngli qadın əl çantasına videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasının içərisindən 1 (bir) ədəd qara rəngli polietilen torbanı çıxarıb həmin torbanın içərisində olan qırmızımtıl rəngli polietilen torbada olan 6 (altı) ədəd şəffaf sellofan bağlamanı təqdim edərək həmin bağlamaların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış keçirilən zaman, həmin bükümlərin üçündə psixotrop maddə metamfetaminə oxşar maddə, digər üç bükümdə isə narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 izahatında narkotik vasitələri İran İslam Respublikasından göndərən “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxsin narkotik vasitənin satışından əldə etdiyi pulları yaxın qohumu İran İslam Respublikasının vətəndaşı Afşin adlı şəxsə çatdırmasını tapşırdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Afşin adlı şəxsin yaxalanması məqsədi ilə keçiriləcək əməliyyat tədbirində könüllü iştirak edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışından əldə edəcəyi pulu qəbul edəcək Afşin adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və sonuncunun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 da iştirakı ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilərək Afşin adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonunda yaşayan X3 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Afşin ilə onların müşahidəsi altında Bakı şəhərində “Göy məscidin” yaxınlığında görüşərkən Afşin onlar tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Orada Afşinin üzərində şəxsi axtarış aparılarkən Afşinin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 bildirdiyinə görə Maqsud adlı şəxs Təqsirləndirilən şəxs1 tapşırmışdır ki, “pulu Afşinə verdikdən sonra yenidən Maqsudla əlaqə saxladıqda, sonuncu Mahizərə başqa narkotik vasitə göndərəcəkdir”. Maqsud adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələri İran İslam Respublikasından göndərən “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxslə danışmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikasından göndərən “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxslə telefon vasitəsi ilə danışıb sonuncunu inandırmaq üçün pulu Afşinə verdiyini bildirmişdir. “Məmi” ləqəbi ilə tanınan Maqsud adlı şəxs isə Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna gedərək göndərdiyi narkotik vasitəni qəbul etməsini və Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna çatdıqdan sonra yenidən əlaqə saxlamasını Təqsirləndirilən şəxs1 tapşırmışdır. Bundan sonra Maqsud adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə Cəlilabad rayon Polis şöbəsinin CAB-nin rəisi Şahid5, Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 sonuncunun idarə etdiyi “Mercedes C klass” markalı avtomobillə, Cəlilabad rayon Polis şöbəsinin rəis müavini Şahid1 onun idarə etdiyi və onun anası Zərərçəkmiş şəxs2 məxsus “Range Rover” markalı avtomobillə, Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 isə özünün idərə etiyi “Kia” markalı xidməti avtomobillə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşmüşlər. Onlar “Padarçöl” yolu deyilən yerdə çatdıqda, Cəlilabad rayon Polis şöbəsinin CAB-nin rəisi Şahid5, Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon Polis şpbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 sonuncunun idarə etdiyi “Mercedes C klass” markalı avtomobillə “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında dayanmışlar. Cəlilabad rayon Polis şöbəsinin rəis müavini Şahid1 isə onun idarə etdiyi “Range Rover” markalı avtomobillə Şahid5gildən bir qədər aralıda dayanmışdır. Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 isə özünün idərə etiyi “Kia” markalı xidməti avtomobildə “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində dayanmışdır. Təxminən 15-20 dəqiqədən sonra qara rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Priora” markalı avtomobil Təqsirləndirilən şəxs1 olduğu avtomobilin yanında dayanmışdır. Həmin avtomobilin qabaq sağ oturacağında oturan Təqsirləndirilən şəxs2 əlində sellofan bağlama ilə avtomobildən düşərək Şahid4 idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ oturacağında oturan Təqsirləndirilən şəxs1 avtomobilin pəncərəsindən əlində olan sellofanı vermişdir. Bundan sonra Şahid5 və Şahid4 avtomobildən düşüb Təqsirləndirilən şəxs2 yaxınlaşaraq sonuncunu saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 düşdüyü “Priora” markalı qara rəngli avtomobili yolun əks istiqaməti ilə yüksək sürətlə idarə edib oradan uzaqlaşdıqda, onların polis əməkdaşları olduğunu başa düşərək idarə etdiyi avtomobili qəsdən onun idarə etdiyi “Range Rover” markalı avtomobillə toqquşdurmuş və nəticədə onun idarə etdiyi “Range Rover” markalı avtomobil yolun kənarında olan çökəkliyə aşmışdır. Bundan sonra “Priora” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 saxlamaq üçün o və Şahid1 Şahid2 idərə etiyi “Kia” markalı xidməti avtomobilə minərək Təqsirləndirilən şəxs3 arxasınca getmişlər. Onlar Sabirabad rayonu, Surra kəndi ərazisinə çatdıqda, Təqsirləndirilən şəxs3 idarə etməni itirərək idarə etdiyi “Priora” markalı avtomobillə yolun sağ kənarında olan qaz borusuna çırpılıb dayandığını görmüşlər. Onlar həmin yerə yaxınlaşdıqda, Təqsirləndirilən şəxs3 avtomobilin yanında dayandığından sonuncunu saxlamışlar. Sonra müstəntiq hadisə yerinə dəvət edilmişdir. Bundan sonra müstəntiq tərəfindən onun avtomobilinin aşdığı və Təqsirləndirilən şəxs3 qəza törətdiyi yerə baxış keçirilmişdir. Sonra Təqsirləndirilən şəxs3 Cəlilabad rayon Polis şöbəsinə dəvət edildiyindən onlarla birlikdə Polis şöbəsinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlilabad rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi və içərisində ayrı-ayrılıqda 3 (üç) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə olan 1 (bir) ədəd sellofan torbanı təqdim etmiş və həmin bükümlərə baxış keçirilərək götürülmüşdür. O, 16 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmişdir. İfadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs2 Füzuli rayonu, Qayıdış qəsəbəsinə gedilərsə Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitəni Sənan adlı şəxsdən aldığı yeri göstərə biləcəyini bildirmişdir. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs2lə birlikdə Füzuli rayonu, Qayıdış qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs2 Qayıdış qəsəbəsində yerləşən “Mandalin” marketin yaxınlığındaki yaşayış evini göstərərək narkotik vasitəni həmin evin həyətində Sənan adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi həmin evin kimə məxsus olması dəqiqləşdirildikdə, adını dəqiq xatırlamadığı bir nəfər qadın özünü həmin evin sahibi kimi təqdim edərək Təqsirləndirilən şəxs4 nənəsi olduğunu və nəvəsi Sənanın 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 idarə etdiyi “Priora” markalı avtomobillə onun idarə etdiyi “Range Rover” markalı avtomobili vurub aşırdığından onun idarə etdiyi avtomobilə dəymiş ziyan Təqsirləndirilən şəxs3 oğlu Azər Məmmədov tərəfindən tam şəkildə ödənilmişdir. Azər Məmmədov atası Təqsirləndirilən şəxs3 vurduğuna ziyana görə ümumilikdə 7.914 manat pul xərclənmişdir. Nəticədə onun anası Zərərçəkmiş şəxs2 dəymiş ziyan aradan qaldırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis şöbəsinin PPXB-də polis serjantı vəzifəsində işləyir. O, həmçinin, işlədiyi Polis şöbəsinin rəis müavinin xidməti avtomobilinin sürücüsüdür. Hadisənin üzərindən xeyli vaxt keçdiyindən və keçirilmiş əməliyyat zamanı işlədiyi Polis şöbəsinə məxsus xidməti avtomobili sürdüyündən, o, hazırda keçirilmiş əməliyyatın dəqiq təfərrüatlarını xatırlamır. Onun xatırladığı ondan ibarətdir ki, o, Bakı şəhərində Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatında iştirak etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da saxlanılması əməliyyatında iştirak etmişdir. Lakin o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılması zamanı xidməti maşını idarə etdiyindən hadisələrin ardıcıllığını hazırda xatırlamır. Lakin o, müstəntiqə verdiyi ifadəni tam şəkildə təsdiq edir. O, müstəntiqə ifadə verərkən hadisələr yadında qaldığından müstəntiqə ifadəsini olduğu kimi vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayının əvvəllərində X10 və Füzuli rayon sakini Təqsirləndirilən şəxs4 qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaları, eləcə də sonuncuların qanunsuz olaraq odlu silah saxlamaları barədə həmin vaxt onun işlədiyi Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. X10 və Təqsirləndirilən şəxs4 cinayət əməllərinin ifşa edilməsi, eləcə də qeyd edilən şəxslərin yaxalanmaları üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi barədə raportla rəhbərliyə məruzə olunmuşdur. Sonra onlar əməliyyat məlumatı əsasında X10 və Təqsirləndirilən şəxs4 ünvan 19, mənzil 4-də kirayədə yaşadıqlarını müəyyən etmişlər. Həmin ünvanda əməliyyat tədbirlərinə 14 yanvar 2020-ci il tarixdə, saat təxminən 18:00 radələrində başlanılmışdır. Lakin mənzildə yanğın baş verdiyindən Təqsirləndirilən şəxs4 həmin vaxt saxlanılması mümkün olmamışdır. Mənzildə yanğın söndürüldükdən sonra təxminən saat 22:00 radələrində əməliyyat qrupunun üzvləri Yasamal rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Valeh Nəbiyev ilə birlikdə ünvan 7 ünvanında yerləşən 4 nömrəli mənzilin sahibi Zərərçəkmiş şəxs1 iştirakı və razılığı ilə həmin mənzilə baxış keçirmişlər. Mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın yuxarı hissəsində 1 (bir) ədəd “Makarov” tipli tapança, sandıqçası 5 (beş) ədəd patronla ilə birlikdə və 1 (bir) ədəd sellofan torbada bükülmüş narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra mənzilə baxış keçirilən zaman mənzildə olan hamam otağının yanğın nəticəsində yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs4 həmin binanın, yəni 5 mərtəbəli yaşayış binasının damında olduğunu müəyyən etmişlər. Sənan Eynvazov həmin ünvanın binasının damında saxlanılaraq 26-cı Polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs4 da buna etiraz etməyərək onlarla birlikdə Polis bölməsinə getmişdir. Sonra onlar Təqsirləndirilən şəxs4 X35ə təhvil vermişlər. X35 Təqsirləndirilən şəxs4 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs4 müstəniqə bildirmişdir ki, təxminən 2019-cu ilin aprel ayının sonunda Şahid9 ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanış olmuş və həmin vaxtdan da sonuncu ilə bir dost kimi münasibət qurmuşdur. 2019-cu ilin may ayında isə Sənan İsrafilin vasitəsilə sonuncunun tanışı olan Məhəmməd Abdullayevlə tanış olmuşdur. Sənan, həmçinin Məhəmməd Abdullayevlə də dostluq etmişdir. Təqsirləndirilən şəxs4 Füzuli rayonundan Bakı şəhərinə gələrkən dostu Şahid9 kirayədə yaşadığı ünvan 19, mənzil 4-də qaldığını, İsrafil olmadıqda sərbəst şəkildə mənzildə qala bilməsi üçün İsrafilin həmin mənzilin açarını da verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs4 təxminən 06 yanvar 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Füzuli rayonu ərazisində yerləşən İran İslam Respublikasının sərhədində, yəni Araz çayı qırağında Eyyub adlı şəxsdən, 1 (bir) ədəd “Makarov” tipli tapança, həmin tapançanın sandıqçasını və 5 ədəd patronu özü üçün gəzdirmək məqsədilə 500 manata, eləcə də təxminən 700 qram çəkidə marixuananı 1000 manata, 50 qram çəkidə “kakos” adlanan narkotik maddəni 500 manata aldığını, bunun müqabilində Eyyub adlı şəxsin hədiyyə kimi metamfetamin adlanan psixotrop maddəni verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 13 yanvar 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində İsrafilin kirayədə yaşadığı mənzilə həmin narkotik maddələrini hissə-hissə öz istifadəsi üçün gətirdiyini bildirmişdir. Sənan həmin gün mənzildə qaldığını və 14 yanvar 2020-ci il tarixdə, saat təxmini 18:00 radələrində mənzilin qapısının döyüldüyünü, bu zaman mənzilin qapısına yaxınlaşıb qapının gözlüyündən baxaraq qapının arxasında iki nəfər tanımadığı mülki geyimdə olan şəxi gördüyünü bildirmişdir. Sənan həmin şəxslərin polis olmasından və polislərin mənzilə gətirdiyi narkotik vasitə və tapança barədə məlumatlı olmalarından şübhələnmiş və ona görə də mənzilin qapısını açmadığını demişdir. Buna görə də Sənan mənzilə gətirdiyi narkotik vasitələrin bir qismini mənzilin hamam otağında olan plastik materialdan olan vannanın içərisinə qoyub üzərinə evdə olan geyim əşyasını ataraq alışqanla yandırdığını bildirmişdir. Sənan İstintaq şöbəsində ifadə verərkən “Makarov” tipli tapançanı, sandıqçanı və 5 ədəd patronu, həmçinin narkotik vasitə metamfetamini mənzilin otağında olan dolabın yuxarı hissəsinə qoyduğunu, həmin vaxt hamamda baş vermiş yanğının tüstüsündən dözmədiyini, mənzilin qapısını açdığını və dərhal binanın 5-ci mərtəbəsinə qalxdığını bildirmişdir. Yanğın söndürən briqadası gəldikdən sonra isə mənzildə baş vermiş yanğın söndürülmüş, Sənan isə bir neçə dəqiqədən sonra həmin binanın damında əməliyyat qrupu tərəfindən saxlanılmışdır. O, şəxsən Sənanın damda saxlanılmasında iştirak etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs4 Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs4 Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində ifadə verərkən polis əməkdaşları tərəfindən sonuncuya qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 oxşar məzmunlu ifadə verməklə Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Cəlilabad rayon Polis şöbəsində Cinayət Axtarışı bölməsinin rəisi vəzifəsində işləyir. O, əvvəllər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamışdır. 14 yanvar 2020-ci il tarixdə Cəlilabad rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs1 Bakı şəhərində və Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əməliyyat yolu ilə yoxlanılmış və öz təsdiqini tapmışdır. Cəlilabad rayonu ərazisində Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması mümkün olmadığından və 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitə əldə edəcəyi barədə təqsdiqlənmiş əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirilməsinə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən icazə verilmişdir. Bundan sonra Cəlilabad rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Xəyal Nəsibovdan və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək həmin gün təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çermet” körpüsünün yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15-20 dəqiqədən sonra o və əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə onlar Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, onlar Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasına baxış keçirilməsi məqsədi ilə sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın əl çantasına baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun əlində olan qara rəngli qadın əl çantasına videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, əlində olan çantanın içərisində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli qadın çantasının içərisindən 1 (bir) ədəd qara rəngli polietilen torbanı çıxarıb həmin torbanın içərisində olan qırmızımtıl rəngli polietilen torbada olan 6 (altı) ədəd şəffaf sellofan bağlamanı təqdim edərək həmin bağlamaların içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış keçirilən zaman, həmin bükümlərin üçündə psixotrop maddə metamfetaminə oxşar maddə, digər üç ədəd bükümdə isə narkotik vasitə heroinə oxşar maddələrin olması müəyyən edilmişdir. Sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 izahatında narkotik vasitələri İran İslam Respublikasından göndərən Maqsud (Məmi ləqəbi ilə tanınan) adlı şəxsin narkotik vasitənin satışından əldə etdiyi pulları yaxın qohumu İran İslam Respublikasının vətəndaşı Afşin adlı şəxsə çatdırmasını tapşırdığını bildirdiyindən, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışından əldə edəcəyi pulu qəbul edəcək Afşin adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirildiməsi və sonuncunun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilərək Afşin adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, bina 1, mənzil 79-da yaşayan X3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 X3 ilə Bakı şəhərində “Göy məscidin” yaxınlığında görüşüb sonuncuya pul verərkən Naderi X1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Orada X2 üzərinə baxış keçirildikdə, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Maqsud adlı şəxs tapşırmışdır ki, pulu Afşinə verdikdən sonra yenidən Maqsudla əlaqə saxladıqda, Maqsud Mahizərə başqa narkotik vasitə göndərəcəkdir”. Maqsud adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə Təqsirləndirilən şəxs1 öz istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələri İran İslam Respublikasından göndərən Maqsud (Məmi ləqəbi ilə tanınan) adlı şəxslə danışmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikasından göndərən Maqsud adlı şəxslə telefon vasitəsi ilə danışıb Maqsudu inandırmaq üçün pulu Afşinə verdiyini bildirmişdir. Maqsud adlı şəxs isə Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna gedib özünün göndərdiyi narkotik vasitəni qəbul etməsini və Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna çatdıqdan sonra özü ilə əlaqə saxlamasını Mahizərə tapşırmışdır. Bundan sonra Maqsud adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə o, Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4lə birlikdə sonuncunun idarə etdiyi “Mercedes C klass” markalı avtomobillə, Cəlilabad rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini Şahid1 əməliyyat müvəkkili Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobillə, Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 isə özünün idərə etiyi “Kia” markalı xidməti avtomobillə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşmüşlər. Sonra onlar Hacıqabul rayonu ərazisində “Padarçöl” yolu deyilən yerdə “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında dayanmışlar. Şahid1 və əməliyyat müvəkkili Şahid3 isə sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobildə onlardan bir qədər aralıda dayanmışlar. Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 isə idərə etiyi “Kia” markalı xidməti avtomobildə “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində dayanmışdır. Təqsirləndirilən şəxs1 “Votsap” vasitəsi ilə Maqsud adlı şəxsə səsli mesaj göndərərək Hacıqabul rayonu ərazisində “Padarçöl” yolu deyilən yerdə “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında “Mercedes C klass” markalı avtomobildə olduğunu və Maqsuddan xəbər gözlədiyini bildirmişdir. Təxminən 15- 20 dəqiqədən sonra **-CP-*** dövlət qeydiyyat nişanlı, “Priora” markalı qara rəngli avtomobil onların olduğu avtomobilin yanında dayanmışdır. Həmin avtomobilin qabaq sağ oturacağında oturan və sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs avtomobildən düşərək əlində sellofan torba ilə onların olduğu avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ oturacağında oturan Təqsirləndirilən şəxs1 avtomobilin pəncərəsindən əlindəki sellofan torbanı vermişdir. Bundan sonra o və Şahid4 avtomobildən düşüb Təqsirləndirilən şəxs2 yaxınlaşaraq sonuncunu saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 düşdüyü **-CP-*** dövlət qeydiyyat nişanlı, “Priora” markalı qara rəngli avtomobilin sürücüsü avtomobili yolun əks istiqaməti ilə yüksək sürətlə idarə edib oradan uzaqlaşdıqda, yolun kənarında dayanmış Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobillə toqquşmuşdur. Nəticədə Şahid3 idarə etdiyi “Range Rover” markalı avtomobil yolun kənarına aşmışdır. Bundan sonra **-CP-*** dövlət qeydiyyat nişanlı, “Priora” markalı avtomobilin sürücüsünü saxlamaq üçün Şahid1 və Şahid3 Cəlilabad rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 idərə etiyi “Kia” markalı xidməti avtomobillə “Priora” markalı avtomobilin sürücüsünün arxasınca getmişlər. Onlar isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Cəlilabad rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi və içərisində ayrı-ayrılıqda 3 (üç) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə olan 1 (bir) ədəd sellofon torbanı təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş və sonra həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 8 ünvanda valideynləri ilə birlikdə yaşayır. O, 2013-cü ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitənin istifadəçisi kimi saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 2014-cü ilin yanvar ayında onun barəsində olan cinayət işinə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin hökümü ilə o, 1 il 4 ay müddətə azadlıqdan məhrum edilmişdir. O, 2014-cü ilin avqust ayında azadlığa buraxılmışdır. O, həmin vaxtan bu günə kimi heç bir narkotik vasitə qəbul etməmişdir. O, 2017-ci ilin dekabr ayından özünü və valideynlərini dolandırmaq üçün şəxsi avtomobili ilə taksi kimi fəaliyyət göstərərir. O, avtomobili ilə Balakən rayonundan Bakı şəhərinə müştəriləri aparır. X10 onun qeydiyyatda olduğu Balakən rayonunda onun yaşadığı ünvanın qonşuluğunda valideynləri ilə birlikdə yaşayır. O, Məhəmmədi qonşu olaraq tanıyır və sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, 25 noyabr 2019-cu il tarixdə Bakı şəhərinə və Baləkən rayonundan taksi kimi fəaliyyət göstərdiyi üçün Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşenlı küçəsi, ev 1 ünvanında yerləşən 4 nömrəli mənzili rəsimi olaraq müqavilə əsasında kirayəyə tutmuş və hər ay 500 manat kirayə haqqını Zərərçəkmiş şəxs1 ödəmişdir. 25 noyabr 2019-cu il tarixdən 14 yanvar 2020-ci il tarixədək o, Məhəmməd Abdullayev ilə birlikdə ünvan 11 ünvanında yerləşən 4 nömrəli kirayəyə götürmüşdür. Mənzilin aylıq kirayə haqqı 500 manat təşkil etmişdir. Kirayə haqqının yarısı o, yarısını da Məhəmməd Abdullayev ödəmişdir. Onlar mənzildə qaldıqları vaxtdan mənzilin giriş qapısının bir açarı onda, digəri isə Məhəmməd Abdullayevdə olmuşdur. Təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində o, Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən «Deyiska» adlanan yerdə yerləşən kafenin qarşısında durub müştəri gözlədiyi zaman Təqsirləndirilən şəxs4 ona yaxınlaşaraq ondan Füzuli rayonuna aparmağanı xahiş etmişdir. O isə Sənana Füzuli rayonu ərazisinə müştəri aparmadığını və heç vaxt həmin rayona getmədiyini bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs4 ona bir daha bildirmişdir ki, birlikdə Füzuli rayonuna gedib və oradan geri, yəni Bakı şəhərinə qayıdacaqlar. Bundan sonra o, Sənanı Füzuli rayonuna 200 manat pulun müqabilində aparmağa razılaşmışdır. Onlar birlikdə Füzuli rayonuna gedərkən Sənan ona özü və ailəsi haqqında məlumat verərək bildirmişdir ki, atası Mahir Eyvazov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır və atasının barəsində istintaq aparılır. Söhbət zamanı Təqsirləndirilən şəxs4 ona ailənin böyük oğlu olduğundan ailədə olan problemlərin hamısını özünün həll etdiyini bildirmişdir. Həmin vaxt o, Sənanla Füzuli rayonununda sonuncunun dediyi ünvana gəlmişdir. Onlar çatdıqdan sonra o, avtomobildə 15-20 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs4 avtomobilə yaxınlaşaraq, əlində boz rəngli iri həcmdə olan 2 (iki) ədəd kağız qutunu və geyim əşyalarını yığmaq üçün böyük əl çantasını atomobilin arxa yük yerinə qoymağını ondan xahiş etmişdir. O da Sənanın verdiyi əşyaları avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra onlar birlikdə Bakı şəhərinə qayıtmışlar. Yolda olarkən Sənan həmin əşyaları atası üçün apardığını bildirmişdir. Onlar həmin gün gecə saatlarında Bakı şəhərinə gəlmişlər. Bu vaxt o, Sənandan sonuncunu hansı ünvana aparacağını soruşmuşdur. Təqsirləndirilən şəxs4 isə Bakı şəhərində gedəcək yeri olmadığını ona bildirmişdir. O da bir vətəndaş kimi borc olaraq Sənana özünün kirayədə qaldığı ünvanda bir günlük qalmasını təklif etmişdir. Sənan da onun təklifini qəbul etmiş və onlar birlikdə onun kirayədə qaldığı ünvana getmişlər. Onlar mənzilə çatdıqda, artıq Məhəmməd Abdullayev yataq otağında yatmışdır. Sonra o, yataq otağına keçmişdir. Sənan isə qonaq otağında olan divanda yatmışdır. Sənan özü ilə gətirdiyi əşyaları da mənzilə gətirmişdir. Növbəti gün səhər saatlarında Sənan onu oyadıb atasının yanına getdiyini demiş və ondan yola salmasını xahiş etmişdir. Bundan sonra Sənan özü ilə gətirdiyi əşyaları götürüb mənizili tərk etmişdir. Həmin vaxt Sənan onunla əlaqə saxlamaq üçün onun mobil nömrəsini istəmişdir. O da Sənana istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. Bu hadisədən təxminən iki həftə keçdikdən sonra Sənan onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Füzuli rayonunda olduğunu və bir neçə gündən sonra atasının yanına gələcəyini bildirmişdir. O da Sənana nə vaxt Bakı şəhərinə gəlsə onunla əlaqə saxlayıb görüşməyi bildirmişdir. 13 yanvar 2020-ci il tarixdə günorta saatlarından sonra o, avtovağzalda olduğu zaman Təqsirləndirilən şəxs4 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhərində olduğunu və onun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşenlı küçəsi, ev 1, mənzil 4 ünvanında bir günlük qonaq qalmağı xahiş etmişdir. O da Sənanın xahişini qəbul edərək razılıq vermişdir. Bundan sonra Sənan Yasamal rayon ərazisində yerləşən «Elmlər Akademiyası» metro stansiyasının qarşısında olduğunu və görüşmək istədiyini ona bildirmişdir. O da həmin vaxt «Elmlər Akademiyası» metro stansiyasının qarşısında Sənanla görüşmüş və həmin vaxt Sənan ondan bir daha bir günlük onun kirayədə yaşadığı evdə qonaq qalmasını xahiş etmişdir. O da Sənana razılıq vermişdir. Onlar bir qədər söhbət etdikdən sonra onun müştərisi olduğundan o, Sənandan ayrılmıdır. Həmin gün, yəni 13 yanvar 2020-ci il tarixdə, saat 21:00 radələrində o, Məhəmməd Abdullayevlə birlikdə olduğu zaman Sənan ona zəng edib kirayədə yaşadığı ünvanda olub-olmamağını soruşmuşdur. O da Sənana həmin ünvanda Məhəmmədlə birlikdə olduğunu bildirmişdir. Bu hadisədən təxminən 20-30 dəqiqə keçdikdən sonra Sənan həmin ünvana gəlmişdir. Həmin vaxt Sənanın əlində qara rəngli idman çantası olmuşdur. Bundan sonra o, Sənanın qonaq olduğunu nəzərə alıb sonuncunu çaya dəvət etmiş və onlar birlikdə çay içmişlər. Söhbət edən zaman Sənan ona Bakı şəhərində evinin və qohumlarının olmadığını, atasının 1 saylı İstintaq Təcridxanasında saxlandığını, bu səbəbdən də tez-tez Füzuli rayonundan Bakı şəhərinə gəlib-getməli olduğunu bildirmişdir. Sonra Sənan onlarla birlikdə həmin evdə kirayədə yaşamasını və kirayə haqqının yarısını ödəməsini onlara təklif etmişdir. O da Sənana növbəti aydan, yəni 2020-ci ilin fevral ayından onlarla birlikdə yaşamağı və kirayə haqqının yarısını verməsinə razılıq vermişdir. Həmin gün Sənan onların kirayədə yaşadığı evdə onlarla birlikdə qalmışdır. Növbəti gün, yəni 14 yanvar 2020-ci il tarixdə, saat təxminən 10:00 radələrində o, Bakı şəhərindən Balakən rayonuna müştəri aparmaq məqsədi ilə kirayədə qaldığı ünvandan durub Bakı şəhərində yerləşən Avtovağzala getmişdir. O, 14 yanvar 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində Avtovağızaldan Balakən rayonuna müştəri aparmışdır. Həmin gün saat təxminən 20:00-21:00 radələrində ona evin sahibi Günel Zyenalova zəng edərək kirayəyə verdiyi ünvanda yanğın baş verdiyini və mənzilin qapısının bağlı olmasını bildirmişdir. Bu zaman o, Məhəmmədə zəng edərək sonuncudan harada olduğunu və mənzildə hansı səbəbdən yanğının baş verməsini soruşmuşdur. Məhəmməd isə ona 20-30 dəqiqə əvvəl kirayədə yaşadığı ünvandan çıxdığını və mənzildə Sənanın olduğunu bildirmişdir. Bundan sonra o, Sənanın mobil telefonuna zəng etmişdir. Lakin Sənan telefonu sondürdüyündən sonuncuya zəng çatmamışdır. Sonra Yasamal rayon Polis İdarəsinin polis əməkdaşları ona zəng edərək həmin ünvanda baş vermiş hadisə ilə bağlı məlumat verməyini və özünün də Yasamal rayon Polis İdarəsinə gəlməsini bildirmişlər. O isə polis əməkdaşlarına hazırda Balakən rayonunda olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs4 onlarla birlikdə kirayədə yaşadığı mənzilə qoyduğu narkotik vasitə və “Makarov” tipli tapança Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Onun və Məhəmmədin 14 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, məhəllə 500, ev 1 ünvanında yerləşən 4 nömrəli mənzilə narkotik vasitə, həmin torbada döyüş sursatı hesab edilən 1 (bir) ədəd “Makarov” tipli tapanca və həmin tapançanın sandıqcasında olan 5 (beş) ədəd patronların aşkar edilməsində onların məlumatı yoxdur və qeyd edilən əşyalar onlara məxsus deyildir. Narkotik vasitə, torbadaki döyüş sursatı hesab edilən 1 (bir) ədəd “Makarov” tipli tapança və həmin tapançanın sandıqcasındaki 5 (beş) ədəd patronlar yalnız Sənan Eyvazova məxsus olmuşdur. 14 yanvar 2020-ci il tarixdə onun kirayədə yaşadığı ünvan 20 ünvanında yerləşən 4 nömrəli mənzildə baş vermiş yanğını Təqsirləndirilən şəxs4 törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 14) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30- 31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş. Baxış zamanı o, əlində olan qara rəngli qadın çantasından 1 (bir) ədəd qara rəngli polietilen torbanı çıxarıb otaqdakı masanın üstünə qoymuş və torbanın içərisində qırmızımtıl rəngli polietilen torbada olan 6 (altı) ədəd şəffaf sellofan bağlamanı təqdim edərəkhəmin bağlamaların içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilən bükümlərin üçündə psixotrop maddə metamfetaminə oxşar, digər üç bükümdə isə narkotik vasitə heroinə oxşar kütlələr, habelə 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri İran İslam Respublikasından “Məmi” adlı şəxsin ona göndərdiyini və telefon vasitəsilə ona deyəcəyi şəxsə çatdırmalı olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 44) görünür ki, X2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 45) görünür ki, həmin gün X3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 65) görünür ki, Təqsirləndirilən şəxs1 “Məmi” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik vasitələri gətirən şəxslərin ifşa edilməsi məqsədilə keçirilən əməliyyat tədbirində iştirak etməyə könülü olaraq razı olduğunu və tədbirin onun iştirakı ilə keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, Təqsirləndirilən şəxs1 Maqsud adlı şəxsin tapşırığı ilə narkotik vasitə gətirəcək şəxslərin cinayət əməllərinin ifşa olunması və narkotik vasitələrin dövriyyədən çıxarılması məqsədi ilə Təqsirləndirilən şəxs1 iştirakı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 70-74) görünür ki, Sabirabad-Padarçöl-Hacıqabul avtomobil yolunun Sabirabad rayon ərazisində olan hissəsində ağ rəngli **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarındakı çökəkliyə aşmış vəziyyətdə müəyyən edilmişdir. Baxış keçirilməsi prosesində iştirak edən şəxslər bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Priora” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 idarə etdiyi “X51” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq aşırtmış və bundan sonra hərəkətini davam etdirərək Sabirabad rayonu istiqamətində hərəkət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 850 saylı rəyindən (cild 1, iş vərəqə 137-138) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1...” yazısı olan 2 (iki) ədəd paketdə, birində 3 (üç) ədəd bükümdə, ümümi təmiz çəkisi 321,964 qram ağ rəngli xırda kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 605 qram, qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər 2 (iki) paketdə 2 (iki) ədəd polietilen torbada ümumi təmiz çəkisi 1445 qram qəhvəyimtil rəngli tozşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinin ümumi təmiz çəkisi 2050 qram (2 kiloqram 50 qram) təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 195) görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 21 ünvanında yerləşən 4 nömrəli mənzilini Şahid9 kirayəyə verdiyini, 14 yanvar 2020-ci il tarixdə, saat 21:00 radələrində qonşusu Aqşin adlı şəxsin ona zəng edərək kirayə verdiyi mənzildə yanğın baş verdiyini bildirdiyini göstərmiş və bu səbəbdən də kirayəyə verdiyi mənzilə baxış keçirilməsinə etiraz etmədiyini polis əməkdaşlarına bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 196-200) görünür ki, ünvan 22 ünvanına baxış keçirilən zaman evin yataq otağında olan dolabın üstündə ağ rəngli sellofan torbanın içərisində “Makarov” tipli tapança, həmin tapançaya məxsus sandıqça və 5 (beş) ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan başqa, sellofan torbanın içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Baxış zamanı mənzildə olan hamam otağının tam yanaraq yararsız halda olması, mənzilin otaqlarının və mətbəxinin divarlarının, tavan və döşəməsinin qara rəngli hislə örtülü olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 228) görünür ki, X10 və Təqsirləndirilən şəxs4 ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 7-77) görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Priora” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Sabirabad rayonunun Surra kəndində idarəetməni itirərək avtomobili yolun sağ kənarında olan qaz borusuna çırpmış və nəticədə avtomobil dayanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli baxış keçirməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs1 1 (bir) ədəd polietilen torbanı təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin torbanı Təqsirləndirilən şəxs2 ona verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 da həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 verdiyini təsdiq etmişdir. Həmin torbada 3 (üç) ədəd bükümdə qəhvəyimtil rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 3, iş vərəqə 25-26) görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 3, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-16/2020 saylı qərarından (cild 2, iş vərəqə 238) görünür ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin rəis müavini, polis mayoru Şahid6 tərəfindən qəbul edilmiş 14 yanvar 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 245-250) görünür ki, ünvan 22 ünvanına baxış keçirilən zaman evin hamam otağında yanmış vəziyyətdə olan polietilen örtüyə bükülmüş vəziyyətdə narkotik vasitəyə oxşar maddənin yanmış hissələri və gümüşü rəngli siqaret kağızına bükülmüş yarı yanmış vəziyyətdə 1 (bir) büküm narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa, baxış zamanı qonaq otağında olan masanın üzərində qoyulmuş siqaretlərin arasında 1 (bir) ədəd sellofana bükülmüş qurudulmuş bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Eyni zamanda baxış zamanı qonaq otağında olan dolabın 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş narkotik maddəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanserinin 25 nömrəli aktından (cild 2, iş vərəqə 251) görünür ki, Təqsirləndirilən şəxs4 THC (kannabinoidlər), OPİ (opioidlər), MOP (morfin) müsbət aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1120 saylı rəyindən (cild 1, iş vərəqə 176-177) görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1...” yazısı olan 1 (bir) ədəd bağlamadakı 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram, ümumi təmiz çəkisi 3665 qram (3 kiloqram 665 qram) qəhvəyimtil rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət Təqsirləndirilən şəxs1 təqdim etdiyi 3 (üç) ədəd bükümdə olan heroinlər 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlərlə (850 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli şübhəli şəxsin azad olunması haqqında qərardan (cild 1, iş vərəqə 183-184) görünür ki, həmin gün X2 azad edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 187- 188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-10/2020 saylı qərarından (cild 1, iş vərəqə 202-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 14 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 204- 205) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-11/2020 saylı qərarından (cild 1, iş vərəqə 223-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 226- 227) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-12/2020 saylı qərarından (cild 1, iş vərəqə 246-249) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 250) görünür ki, Ağayev X34 Məmmədovaya satmış olduğu narkotik vasitəni şəxsiyyəti istintaqa “Qurban” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Füzüli rayonu, 11-ci qəsəbədə “Mandalin” adlı marketin yaxınlığında yaşayan Sənan adlı şəxsdən aldığını bildirdiyindən Sənan adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 999 saylı rəyindən (cild 3, iş vərəqə 49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “İ.Qutqaşınlı 1, mənzil 4-də mənzilə baxış keçirilərkən yataq otağında şkafın üstündən götürülmüş ....” sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki 1 (bir) ədəd bağlamadakı təmiz çəkisi - 23,771 qram olan ağ rəngli kristal formada olan maddə mtamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan (cild 1, iş vərəqə 251) görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Füzuli rayonu, Qayıdış qəsəbəsində Sənan adlı şəxsdən narkotik vasitə əldə etdiyi yeri göstərərək ətraflı şəkildə ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1012 saylı rəyindən (cild 3, iş vərəqə 52-53) görünür ki, tədqiqata təqdim edilmiş nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı tapança - yivli odlu silahdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır) istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd 9x18 mm kalibirli patron zavod üsulu ilə istehsal edilmiş, Makarov və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 72-79) görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdikləri xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-36/2020 saylı qərarından (cild 3, iş vərəqə 108-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2020-ci il yanğın haqqında aktdan (cild 3, iş vərəqə 80-81) görünür ki, yanğın nəticəsində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 1, 4 saylı mənzilin hamam otağı, mətbəxdə olan 1 (bir) ədəd kondisioner yanaraq yararsız hala düşmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 256-263) görünür ki, “X51” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bəzi hissələrində zədələr müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 321,964 qram psixotrop maddə metamfetamin, 2050 qram və 3665 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 321,814 qram təşkil edən psixoptrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2049,76 qram və 3664,76 qram təşkil narkotik vasitə heroin saxlanılması üçün Cəlilabad rayon Polis şöbəsinin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 3, iş vərəqə 146) görünür ki, ünvan 2 ünvanından götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi – 23,771 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X4 Məcburi X25 59 saylı rəyindən (cild 2, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X4 Məcburi X25 56 saylı rəyindən (cild 2, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X4 Məcburi X25 57 saylı rəyindən (cild 2, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2020-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Təqsirləndirilən şəxs3 küçəsi, ev 9-da qeydiyyatdadır və onun ailə üzvləri qızı X17 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 46-47) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir dəfə məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 3, iş vərəqə 213-214) görünür ki, Xocavənd Rayon Məhkəməsinin 1 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə islah işləri cəzası təyin olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1175/76 saylı rəyindən (cild 3, iş vərəqə 278-279) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ İ.Qutqaşınlı 1, mənzil 4-də mənzilə baxış keçirlərkən döşəmədən götürülmüş 01 ədəd ...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,252 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “İ.Qutqaşınlı 1, mənzil 4-də mənzilə baxış keçirlərkən qonaq otağında kamotun orta siyirtməsindən götürülmüş...” sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,326 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “ İ.Qutqaşınlı 1, mənzil 4-də mənzilə baxış keçirlərkən qonaq otağında stolun üstündən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,060 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “ İ.Qutqaşınlı 1, mənzil 4-də mənzilə baxış keçirlərkən hamam otağında yanmış vəziyyətdə olan...” sözlər və imzalar olan bir ədəd zərfdəki yanıb kömürlənmiş kütlə narkotik, psixotrop və güclü təsir edən maddə deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1926 saylı rəyindən (cild 3, iş vərəqə 282-283) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 1 mənzil 4-də baş vermiş yanğın nəticəsində, tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcüd bazar qiymətlərinə uyğun olaraq 8.015,0 manat məbləğində olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X27 Şəxsin 314 saylı rəyindən (cild 3, iş vərəqə 288-289) görünür ki, Təqsirləndirilən şəxs4 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs4 cinayət əməlini törədən dövrdə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 fevral 2020-ci il tarixli zərərin aradan qaldırılması aktından (cild 2, iş vərəqə 65) görünür ki, “X51” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, habelə həmin zərərin aradan qaldırılması üçün görüləcək işlərin yekun məbləği 12.300 (on iki min üç yüz) manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1927 saylı rəyindən (cild 3, iş vərəqə 286) görünür ki, təqdim edilmiş məlumatda göstərilən əşyaların istifadədə olması nəzərə alınmaqla, zədələnməmişdən əvvəlki orta bazar qiyməti nəzəri olaraq təxminən 2.530 manat müəyyən olunur. Qiymətləndirilən əşyaların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Mənzildə olan yumşaq mebellərin təmizlənməsinin dəyəri həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 67) görünür ki, Təqsirləndirilən şəxs3 oğlu X29 “X51” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yeni detalların alınmasına və usta pulunun ödənilməsinə görə 7.914 (yeddi min doqquz yüz on dörd) manat pul xərcləmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 68) görünür ki, Şahid3 onun idarə etdiyi avtomobilə dəymiş ziyandan 7.914 manat məbləğində pul vəsaiti ödənildiyindən Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X32 X25 609 saylı rəyindən (cild 3, iş vərəqə 290-291) görünür ki, Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 186-187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2020-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 188-190) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan 20009017 nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs4 iştirakı müəyyən edildiyindən qeyd edilən cinayət işlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 230) görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-106/2020 saylı qərarından (cild 4, iş vərəqə 101- 103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-107/2020 saylı qərarından (cild 4, iş vərəqə 110- 115) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-108/2020 saylı qərarından (cild 4, iş vərəqə 116- 118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-109/2020 saylı qərarından (cild 4, iş vərəqə 104- 109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş çıxarışdan (cild 4, iş vərəqə 147-150) görünür, 2018 və 2019-cu illərdə Təqsirləndirilən şəxs1 dəfələrlə İran İslam Respublikasına, Gürcüstan Respulikasına və Türkiyə Respublikasına gedib-qayıtmış, bundan başqa, Təqsirləndirilən şəxs2 da dəfələrlə Rusiya Federasiyasına gedib-qayıtmış, sonuncu bir dəfə də Gürcüstan Respublikasına getmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2020-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 4, iş vərəqə 190-243) görünür ki, 08 yanvar 2020-ci il tarixdə saat 18:20-dən həmin gün saat 18:46-dək olan müddət ərzində Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrəsi arasında 6 (altı) dəfə danışıq aparılmış, eləcə də Təqsirləndirilən şəxs4 anten dairəsi sonuncunun Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində olmasını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə İran İslam Respublikasına məxsus **********280 nömrəli mobil operator arasında 14 yanvar 2020-ci il tarixdə zəng olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının vətəndaşı “Əyyub” adlı şəxsin istifadəsində olan **********30 saylı mobil telefon nömrəsi arasında 01 dekabr 2019-cu il tarixdə iki dəfə 21 və 43 saniyə ərzində danışıq olmuş, 02 dekabr 2019-cu il tarixdə isə sonuncuların arasında sms yazışması olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2020-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 4, iş vərəqə 247-263) görünür ki, 01 oktyabr 2019-cu il tarixdən 15 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsi arasında mütəmadi olaraq zənglər olmuşdur. 08 yanvar 2020-ci il tarixdə, saat 18:20-dən saat 18:46-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 6 (altı) dəfə danışıq olmuş, Təqsirləndirilən şəxs4 anten dairəsi sonuncunun Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində olduğunu göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə İran İslam Respublikasına məxsus **********5056 nömrəli mobil operator arasında 17 noyabr 2019-cu il tarixdə ümumilikdə 8 (səkkiz) dəfə zənglərin olması müəyyən edilmişdir. Qeyd olunan nömrə həqiqətən də Təqsirləndirilən şəxs2 istifadəsində olmaqla “bariqa” deyə müraciət edilərək ona söyüş söyülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyul 2020-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 4, iş vərəqə 285-308) görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında mütəmadi olaraq telefon zənglər olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə İran İslam Respublikasına məxsus **********5056 nömrəli mobil operator arasında 22 noyabr 2019-cu il tarixdə zəngin olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 5, iş vərəqə 5-9) görünür ki, Təqsirləndirilən şəxs4 kirayədə yaşadığı evdən aşkar edilərək götürülmüş və ona məxsus olan 3,638 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd “Makarov” tipli tapança, tapançaya aid sandıqça və 6 (altı) ədəd patron maddi sübut kimi tanınanaraq saxlanılması üçün Cəlilabad rayon Polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-169/2020 saylı qərarından (cild 5, iş vərəqə 68-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-170/2020 saylı qərarından (cild 5, iş vərəqə 59-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-172/2020 saylı qərarından (cild 5, iş vərəqə 62-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-173/2020 saylı qərarından (cild 5, iş vərəqə 65-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2020-ci il tarixli arayışdan (cild 5, iş vərəqə 91) görünür ki, Ağayev X24 şəhəri, C.Əliyev küçəsi, ev 17, mənzil 3 ünvanında yaşayır və onun ailə üzvləri arvadı X5, qızı 2006-cı il təvəllüdlü X18 və oğlu 2009-cu il təvəllüdlü X14 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2020-ci il tarixli xasiyyətnamədən (cild 5, iş vərəqə 92) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 5, iş vərəqə 178-185) görünür ki, Cəlilabad rayon Polis şöbəsinin Təqsirləndirilən şəxs2 xəsarət yetirmələri, o cümlədən sonuncuya məxsus mobil telefon, pul və digər sənədləri götürmələri barədə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-246/2020 saylı qərarından (cild 5, iş vərəqə 169-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-247/2020 saylı qərarından (cild 5, iş vərəqə 160-162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-248/2020 saylı qərarından (cild 5, iş vərəqə 163-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-249/2020 saylı qərarından (cild 5, iş vərəqə 166-168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 608 nömrəli xasiyyətnamədən (cild 5, iş vərəqə 192) görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli arayışdan (cild 5, iş vərəqə 193) görünür ki, Məmmədov X8 şəhəri, F.Əmirov küçəsi, ev 3, mənzil 38-də yaşayır və onun ailə üzvləri arvadı X9, oğlu X15, qızı X11, nəvələri X22 və X19 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli arayışdan (cild 5, iş vərəqə 194) görünür ki, Təqsirləndirilən şəxs3 18 noyabr 2019-cu il tarixdən Mingəçevir şəhər vərəm əleyhinə xəstəxanada qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X28 Bölməsinin 19/744 saylı rəyindən (cild 5, iş vərəqə 197) görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 üzərindən .... 14.01.2020 Rəy Nö 850...” və Təqsirləndirilən şəxs4... metamfetamin 16.01.2020 Rəy Nö 999... “ sözlər və imzalar olan 1 (bir) paketdəki və 1 (bir) ədəd zərfdəki metamfetaminlər tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 6, iş vərəqə 1-48) görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd elektron tərəzinin, 321,964 qram psixotrop maddə metamfetaminin, 2050 qram və 3665 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 321,814 qram təşkil edən psixotrop maddə metamfetaminin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2049,76 və 3664,76 qram təşkil edən narkotik vasitə heroinin Cəlilabad rayon Polis şöbəsinin maddi sübutları saxlama anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs4 məxsus 1 (bir) bükümdə 23,771 qram psixotrop maddə metamfetmaninin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,721 qram təşkil edən metamfetaminin Cəlilabad rayon Polis şöbəsinin maddi sübutları saxlama anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs4 məxsus 1 (bir) bükümdə təmiz çəkisi 2,252 qram, 1 (bir) bükümdə təmiz çəkisi 0,326 qram, 1 (bir) bükümdə təmiz çəksi 1,060 qram narkotik vasitə qurudulmuş marixuananın, nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı tapançanın, 1 (bir) ədəd sandıqçanın, 6 (altı) ədəd 9x18 mm kalibrli patronların maddi sübut kimi tanınması və Cəlilabad rayon Polis şöbəsinin maddi sübutları saxlama anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 qarşı Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının qanunsuzluqlara yol verməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 56-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 82-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 96-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-223/2021 saylı qərarından (cild 6, iş vərəqə 245-247) görünür ki, dövlət ittihamçısı X20 vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə aiddiyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli arayışdan (cild 7, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs4 mülkiyyətində “Vaz- 21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 7, iş vərəqə 147-148) görünür ki, mülki iddianın təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs4 mülkiyyətində olan “Vaz- 21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktubundan (cild 7, iş vərəqə 188) görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarının icrası məqsədi ilə BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 sentyabr 2001-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünün surətindən (cild 2, iş vərəqə 168-175) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 dekabr 2005-ci il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmünün surətindən (cild 2, iş vərəqə 57-58) görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2009-cu il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmünün surətindən (cild 2, iş vərəqə 59-60) görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2012-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışdan (cild 2, iş vərəqə 204) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 1 ünvanında yerləşən 4 nömrəli mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1dır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən (cild 1, iş vərəqə 214) görünür ki, **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ-21723” minik markalı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2014-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmünün surətindən (cild 2, iş vərəqə 61-63) görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2017-ci il tarixli Xocavənd Rayon Məhkəməsinin hökmündən (cild 3, iş vərəqə 255-261) görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X21 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtlərinə və mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlləri düzgün tövsif etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma, satma və gəzdirmə, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri təkrar əldə etmə, saxlama, daşıma, satma, habelə özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama, satma, eləcə də özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. Həmçinin məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik və qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslər məhkəmə istintaqında ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək öz xeyirlərinə ifadələr vermişlər. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında vermiş olduqları ifadələrə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edilməsi onda ifadə olunur ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı ayrı-ayrılıqda etirafedici ifadələr verərək bir-birilərinin əməllərini ifşa etmişlər. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşları və digər şəxslərlə cinayət əlaqəsinə girməsi və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrlə bağlı qanunsuz əməlləri barədə əməliyyat orqanına obyektiv əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının obyektivliyi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tutulduğu vaxt onun əlində olan qadın çantasında iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən körpünün (Çermet körpüsü) yaxınlığında tutulması, tutularkən əlində qadın çantasının olması, həmin çantanın içərisində 3 (üç) ədəd şəffaf bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 194,103 qram, 53,802 qram və 74,059 qram, ümumi təmiz çəkisi 321,964 qram təşkil edən psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd polietilen torbada 605 qram, 2 (iki) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram və 875 qram olan, ümumi təmiz çəkisi 2050 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs1 göstərilən halları məhkəmə istintaqında mübahisələndirsə də, istinad və iddia etdiyi hallara aydınlıq gətirə bilməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 bu hissədə verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə bu hissədə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulduqdan sonra cinayət əməllərinin ifşa olunduğunu və cinayət məsuliyyətindən yayınmasının mümkün olmadığını başa düşərək üzvü olduğu cinayətkar qrupun digər üzvlərinin ifşa olunması istiqamətində polis əməkdaşlarına kömək etməsinə razılıq vermişdir. Əldə edilmiş razılıq əsasında Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon vasitəsi ilə birbaşa tapşırıq aldığı İran İslam Respublikasının vətəndaşı olan Maqsud adlı şəxslə dəfələrlə danışmış və sonuncunun etibarını qazanaraq Maqsudun digər “adamlarının” ifşa olunmasına səy göstərmişdir. Bunun nəticəsində polis əməkdaşları tərəfindən 14 yanvar 2020-ci il tarixdə (Təqsirləndirilən şəxs1 tutulduğu gün) İran İslam Respublikasının vətəndaşı olan Afşin adlı şəxs əməliyyat tədbiri nəticəsində tutulmuşdur. Afşin adlı şəxs barəsində bir neçə gün ərzində araşdırma aparıldıqdan sonra o, məhkəməyə aydın olmayan səbəblərdən azad olunmuşdur. Bu hissədə məhkəmə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs1 “köməkliyi” ilə tutulmuş əcnəbi vətəndaş barəsində kifayət qədər ciddi araşdırma aparılmalı idi. Məhkəmə bir daha qeyd edir ki, Afşin adlı İran İslam Respublikasının vətəndaşı tutulduqdan bir neçə gündən sonra onun həbsdən azad olunması məhkəmə üçün aydın deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 “köməkliyi” nəticəsində külli miqdarda narkotik vasitə heroinin qanunsuz şəkildə realizə edilməsinin qarşısı alınmışdır. Bu hissədə məhkəmə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına kömək etməsi və cinayətkar qrupun digər üzvlərinin ifşa olunması istiqamətindəki rolunu müsbət qiymətləndirir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 birbaşa olaraq İran İslam Respublikasının vətəndaşı olan Maqsud adlı şəxsdən aldığı tapşırıq əsasında (külli miqdarda narkotik vasitə heroinin təhvil alınması) Bakı şəhərindən Sabirabad rayonuna getmişdir. Təqsirləndirilən şəxs1 qeyd edilən ərazidə külli miqdarda narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşının “adamından” təhvil almalı olmuşdur. Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə birlikdə həmin əraziyə getdiyindən və həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürüldüyündən, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini təhvil verməli olan şəxs, yəni Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə heroin olduğu torbanı Təqsirləndirilən şəxs1 verdikdən dərhal sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sonuncunun olduğu avtomobilin pəncərəsindən 1 (bir) ədəd bağlamanı verməsi, həmin bağlamanın içərisində ayrıayrılıqda 1170 qram, 1300 qram və 1195 qram, ümumi təmiz çəkisi 3665 qram çəkidə narkotik vasitə heroinin olması, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin bağlamanı əvvəlcədən əldə edilmiş razılığa əsasən götürməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ifadə verərək Təqsirləndirilən şəxs1 1 (bir) ədəd bağlamada narkotik vasitə heroini verməsini dolayı yolla etiraf etsə də, həmin bağlamanın içərisində olan narkotik vasitə heroinin çəkisini mübahisələndirirək bağlamada 3665 qram çəkidə deyil, cəmi 1 (bir) kiloqram çəkidə narkotik vasitə heroinin olmasını iddia etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 bu hissədə iddia etdiyi dəlillərlə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təhvil verdiyi narkotik vasitənin çəkisi ümumilikdə 3665 qram təşkil etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında narkotik vasitə heroinin çəkisini mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 dəfələrlə ifadə verərək Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın içərisində ümumilikdə 3665 qram çəkidə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsin məhkəmə istintaqında bağlamanın içərisində olan narkotik vasitənin çəkisinin mübahisələndirilməsi ağlabatan deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini təhvil vermək üçün tək gəlməmiş, həmin vaxt onun yanında tanışı Təqsirləndirilən şəxs3 da olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrıayrılıqda qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməməlirini iddia etsələr də, məhkəmə onların iddia etdikləri dəlillərlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs2 tutulduqdan sonra Təqsirləndirilən şəxs3 etdiyi aktiv hərəkətlər tamamilə başqa nəticəyə gəlməyə əsas verir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 əlindəki bağlamanı Təqsirləndirilən şəxs1 verdikdən dərhal sonra polis əməkdaşlarının səyi nəticəsində tutulmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs3 ətrafda polislərin olmasını başa düşərək dərhal hadisə yerindən qaçmağa cəhd etmişdir. Ən ciddi məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs3 hadisə yerindən məhz təhlükəli üsullarla qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 polis əməkdaşlarından qaçarkən idarə etdiyi avtomobili içində polis əməkdaşının (əməliyyat tədbirində iştirak edən) olduğu avtomobilə qəsdən vuraraq aşırmışdır. Təqsirləndirilən şəxs3 polis əməkdaşının olduğu avtomobili vurub aşırdıqdan sonra yenidən polis əməkdaşlarından qaçmağa cəhd etmiş, lakin buna müvəffəq ola bilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 içində narkotik vasitə heroin olan bağlamanı vermək üçün gəldiyini bilmədiyini, başqa sözlə, Təqsirləndirilən şəxs2lə qabacadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək cinayət törətməməsini iddia etsə də, Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun hadisə yerindən qaçmağa cəhd etməsi, buna müvəffəq olmaq üçün polis əməkdaşının idarə etdiyi avtomobili vuraraq aşırması, bundan sonra yenidən polis əməkdaşlarından qaçmağa cəhd etməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs3 həqiqətən də Təqsirləndirilən şəxs2lə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində iddia etdiyi hallar həqiqət olmuş olsaydı, onun hadisə yerindən kifayət qədər təhlükəli üsullarla qaçmasına və sonraki qanunsuz hərəkətlərinə heç bir lüzum olmazdı. Təqsirləndirilən şəxs3 qeyd edilən hərəkətləri açıq şəkildə onu göstərir ki, o, törətdiyi qanunsuz əməllərinin mahiyyətini dərk etmiş və ifşa olunaraq tutulmasından qorxaraq təhlükəli üsullarla hadisə vaxtı polis əməkdaşlarından qaçmaq istəmişdir. Cinayət törətmədiyi halda Təqsirləndirilən şəxs3 dəfələrlə polis əməkdaşlarından təhlükəli üsullarla qaçmaq istiqamətində etdiyi hərəkətlər başa düşülən və ağlabatan deyil. Digər Təqsirləndirilən şəxs4la bağlı məsələyə gəldikdə isə, məhkəmə hesab edir ki, o, da qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs2 tanımadığını bildirsə də, məhkəmə istintaqında araşdırılmış telefon danışıqlarına dair protokollardan və həmin protokola əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər barəsində əməliyyat axtarış tədbirləri keçirilənədək Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 arasında bir neçə dəfə telefon danışığı olmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, Təqsirləndirilən şəxs4 hansı ərazidə və hansı evdə yaşadığını, narkotik vasitələrlə bağlı aralarında baş tutmuş “alqı-satqı” barədə ətraflı şəkildə etirafedici ifadələr vermişdir. Bütün bunlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs4 əvvəlcədən tanış olmuşlar və dəfələrlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrlə bağlı cinayət əməllərini törətmişlər. Beləliklə məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələrində və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs4 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri, Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddələrin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 cavan olmasını, Təqsirləndirilən şəxs2 cavan olmasını, evli olmaqla himayəsində 2 (iki) uşağının olmasını, Təqsirləndirilən şəxs3 evli olmasını, ibtidai araşdırma zamanı onun yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam şəkildə ödənilməsini, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ailədə yeganə qazanc gətirən şəxs olmalarını, Təqsirləndirilən şəxs1 istintaq orqanına cinayətkar qrupun digər üzvlərinin ifşa olunmasında köməklik etməsini, hər bir təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin (qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onların təqsirli bilindikləri maddələrin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla onlara ayrı-ayrılıqda qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 15 yanvar 2020-ci il tarixdən, digər Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 14 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəylərdən görünür ki, Təqsirləndirilən şəxs4 THC (kannabinoidlər), OPİ (opioidlər), MOP (morfin) müsbət aşkar olunmuş, bundan başqa, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür, həmçinin Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməməlidir, lakin onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Mülki iddiaya gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə sübuta yetirildiyindən həmin cinayət əməli nəticəsində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs4 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, yəni 12.383 manat və 5.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Zərərçəkmiş şəxs1 iş üzrə şahid qismində çıxış edən Şahid9 qarşı cinayət mühakimə icraatı qaydasında iddia qaldırsa da, məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı qaydasında zərərçəkmiş şəxsin şahidə nisbətdə belə bir iddianı irəli sürmək hüququ yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs4 tutulacaq 12.383 manat və 5.000 manat məbləğində pul vəsaiti üzrə tələb onun mülkiyyətində olan “Vaz-21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti hesabına Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ödənilməlidir. Eyni zamanda “Vaz-21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Cəlilabad rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 321,814 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2049,76 və 3664,76 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 23,721 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 3,578 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Cəlilabad rayon Polis şöbəsində saxlanılan və nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı tapança, 1 (bir) ədəd sandıqça və 6 (altı) ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 637 (altı yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 637 (altı yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Cəlilabad rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 321,814 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2049,76 qram və 3664,76 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 23,721 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 3,578 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cəlilabad rayon Polis şöbəsində saxlanılan və nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı tapança, 1 (bir) ədəd sandıqça və 6 (altı) ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Mülki iddia qismən təmin edilsin. 12.383 manat və 5.000 manat məbləğində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Tələb Təqsirləndirilən şəxs4 mülkiyyətində olan “Vaz-21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti hesabına zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ödənilsin. “Vaz-21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 637 (altı yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-812/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-812/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver