Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-812/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi3 və “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, natamam-orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Abşeron rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuş, ********* nömrəli cinayət işi üzrə 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxx 1994-cü il taridə Siyəzən şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanda yaşamış, 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 08 yanvar 2023cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşamış, 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1995-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, işləməyən, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanında yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,643 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu Qala dəmiryol dayanacağının sol tərəfində yerləşən marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 16 noyabr 2022-ci il tarixdə saat 11:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq, Bakı şəhəri, Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 12:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 0,643 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə Təqsirləndirilən şəxs4, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Şahbuz” adlı şəxsin sifarişi və 500 manat pul təklifi ilə Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 20:17-də Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postundan Naxçıvan-Bakı reysi ilə fəaliyyət göstərən avtobus ilə İran İslam Respublikasına giriş edərək orada “Şahbuz” adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 2944,558 qram çəkidə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 2,8 qram təşkil edən 70 ədəd metadon həblərini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 1442,009 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 05:43-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postundan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 Biləsuvar rayonu ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Azsamand” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs4 qarşılayıb ondan həmin maddələri götürməklə Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 onlarla görüşüb Təqsirləndirilən şəxs4 gətirdiyi maddələrdən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bir hissəsini və narkotik vasitə metadon həblərini əldə etmiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi maddələrdən psixotrop maddə metamfetamini, narkotik vasitə metadon həblərini və narkotik vasitə heroinin bir hissəsini satış məqsədi ilə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, narkotik vasitə heroinin bir hissəsini sonrakı müddətdə satış məqsədi ilə qrup üzvü Təqsirləndirilən şəxs2 vermiş, narkotik vasitə heroinin qalan hissəsini isə satış məqsədi ilə üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla Sumqayıt şəhəri, 2-ci məhəllə, Polad Həşimov küçəsində yerləşən 11 saylı tam orta məktəbin yaxınlığına daşımış, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs4 əldə etdiyi maddələrdən narkotik vasitə heroinin bir hissəsini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetaminin bir hissəsini yaşadığı ünvan 11 ünvanına daşıyaraq orada saxlamış, narkotik vasitə heroinin qalan hissəsini sonrakı müddətdə satış məqsədi ilə Təqsirləndirilən şəxs4 vermiş, psixotrop maddə metamfetaminin qalan hissəsini isə üzərində saxlamaqla ünvan 11 ünvanının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs3 satış məqsədi ilə əldə etdiyi narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 12 ünvanının yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə saat 18:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq adı çəkilən Baş İdarəyə gətirilmiş və orada 05 yanvar 2023-cü il tarixdə saat 20:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən onun təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 43,726 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 05 yanvar 2023-cü il tarixdə saat 21:30-dan Təqsirləndirilən şəxs1 özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxində olan soyuducunun üzərindəki çantadan onun təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 2710 qram olan narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 1005 qram və 10 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 107,504 qram olmaqla, ümumilikdə külli miqdarda - təmiz çəkisi 1112,504 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 2,8 qram olan 7 ədəd konvalyutda 70 ədəd narkotik vasitə metadon həbləri və üzərində heroin və metamfetamin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək 06 yanvar 2023-cü il tarixdə saat 16:45-də Sumqayıt şəhəri, 2-ci məhəllə, Polad Həşimov küçəsində yerləşən 11 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 18:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 72,926 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 olduğu yer müəyyən edilərək 07 yanvar 2023-cü il tarixdə saat 03:50-də ünvan 11 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 05:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 14,505 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 07 yanvar 2023-cü il tarixdə saat 07:10-dan Təqsirləndirilən şəxs3 özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 11 ünvanına baxış keçirilən zaman evin yataq otağında olan çarpayının altındakı torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 835 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 103,988 qram olan narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 315 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs4 olduğu yer müəyyən edilərək 08 aprel 2023-cü il tarixdə saat 13:00-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:15-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 13,918 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Polis əməkdaşları onu saxlayan vaxt üzərindən 43 qram narkotik vasitə aşkar olunmuşdur. O, həmin narkotik vasitənin özənə məxsus olduğunu etiraf edir, lakin evdən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. O, narkotik vasitəni tanımadığı iranlıdan onlayn yolla almışdır. Bunun üçün əvvəlcədən pulu iranlının kartına vurmuş, sonuncu da, narkotik vasitənin olduğu yerin şəklini və konumunu ona göndərmiş, daha sonra o, gedib həmin yerdən narkotik vasitəni oradan götürmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, əvvəllər məhkum olunmuşdur. Həbsdən çıxandan sonra narkotiklərdən istifadə etməyə başlamışdır. Həmin narkotik vasitələri tanımadığı iranlıdan onlayn şəkildə almışdır. Bunun üçün o, pulu iranlının kartına atmış, sonra isə gedib narkotik vasitəni onun dediyi yerdən götürmüşdür. İranlı Şahbuz adlı şəxs narkotik vasitənin şəklini ona atmış, o da, gedib oradan narkotiki götürmüşdür. Polis əməkdaşları onu yanvarın 4-də saxlamış, həmin vaxt o, tək olmuşdur. Saxlanılan zaman onun üstündə 43 qram heroin olmuş, həmin heroinin qramını 25 manata almışdır. Narkotik vasitə aldığını kiməsə deməmişdir. Narkotik vasitə onun idarə etdiyi «KİA RİO» markalı maşında olmuşdur. O, tutulan şəxslərin heç birini tanımır, onları sərnişin kimi tanımışdır. Onlara narkotik vasitə verməmişdir, lakin həmin narkotik onun maşınında olmuşdur. Videoçəkiliş idarədə baş tutmuşdur. Evinə baxış keçiriləndə çoxlu polis əməkdaşları iştirak etmişdir. Evdə baxış keçirilməsinə özü razılıq vermiş, onlar da çəkiliş aparmışlar. Yaşadığı evdən 2 kq «kokos», 2 kq «patı» aşkar olunmuşdur. Həmin narkotik vasitələri polis əməkdaşlarının özləri gətirmiş, gözünün qabığında gətirib evinə qoymuşlar. Evindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, lakin aşkar olunan tərəzi ona məxsusdur. Onun istifadəsində mobil telefon olmuşdur, telefonda kimlərəsə narkotik vasitəyə görə «sms» yazdığını xatırlamır. İstintaqda ifadəni özü verməmişdir, lakin sənədləri məcbur olub imzalamışdır. O, Abdulkərimi tanımır, onunla münasibəti olmamışdır. Narkotik vasitəni Abdulkərim ona gətirib verməmişdir. Onun istifadəsində 050 ilə başlayan mobil nömrə olmamışdır. Şahbuz adlı iranlı ona narkotik vasitəni harasa qoymağı təklif etməmişdir. Həmçinin o, ifadəsində Hacının adını çəkməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istehlak edir. xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra yenə də narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, bəzi hallarda istifadə etdiyi maddələri əlbəəl Masazırda tanımadığı şəxslərdən, bəzi hallarda isə "Şahbuz” adlı İran vətəndaşından almışdır. Şahbuz adlı şəxslə uzun müddətdir ki, tanış olmuşdur. Təxminən 1 ay olar ki, Şahbuz ona Azərbaycana göndərdiyi malları qəbul etməyi və onun dediyi yerlərə çatdırmasını təklif etmişdir. Şahbuz bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Həmin vaxtı Elvinin maddi sıxıntıları olduğundan onunla razılaşmışdır. Qeyd olunan dövr ərzində təxminən 2-3 dəfə Şahbuzun göndərdiyi malları qəbul etmiş, paylamış və bu dövr ərzində Şahbuz ona təxminən 800 manat pul göndərmişdir. Sonuncu dəfə 05 yanvar 2023-cü il tarixdə Şahbuz onunla əlaqə saxlamış, malı Bakıya çatdığını, onu götürmək lazım olduğunu bildirmiş, o da, bununla razılaşmışdır. Şahbuz ona bir nəfərin nömrəsini göndərmiş və adının Həci olduğunu bildirmişdir. O, həmin şəxslə əlaqə saxlamış və həmin şəxs ona malı «Şamaxinka»dan götürməsini demişdir. O da, 05 yanvar 2023-cü il tarixdə təxminən səhər saat 9 radələrində «Şamaxinka»ya getmiş və orada onunla görüşmüşdür. Həci ağ rəngli “Azsamand" markalı avtomobillə gəlmiş, həmin vaxt onu birinci dəfə orada görmüş, avtomobili isə başqa tanımadığı şəxs idarə etmişdir. Arxada başqa tanımadığı və tam görə bilmədiyi bir şəxs də əyləşmişdir. O, Həcidən narkotik vasitələri götürmüş və kirayə yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Evə gələndən sonra həmin çantanı mətbəxdə soyuducunun üzərinə qoymuşdur. Həmin gün günortaya yaxın Şahbuz onunla əlaqə saxlamış və Tərlan adında bir nəfərin onunla əlaqə saxlayacağını bildirərək ona bir büküm narkotik vasitə heroin verməsini tapşırmışdır. Şahbuz Tərlanın bu gün səhər Biləsuvardan Hacı ilə narkotiki gətirən şəxs olduğunu bildirmişdir. Elvin bir büküm təxminən 80 qrama yaxın narkotik vasitə heroin hazırlamış və həmin heroini gün ərzində Tərlan gəlib Masazırda “Qurtuluş 93”-də ondan götürmüşdür. O, Tərlanla görüşəndə onu tanımış, belə ki, Tərlan səhər “Şamaxinka”da görüşəndə “Azsamand” markalı avtomobili idarə edən şəxs olmuşdur. Tərlana malı verdikdən sonra təkrar Şahbuzun şifarişi ilə həmin çantanın içərisində olan heroindən təxminən 50 qrama yaxın götürüb bir büküm etmişdir. Həmin bükümü üzərində saxlamışdır ki, Şahbuzun dediyi yerə qoysun. Şahbuzun sonuncu dəfə ona göndərdiyi bir çanta malı o, təxminən 1 ay ərzində Şahbuzun dediyi yerlərə çatdırmağı və bunun müqabilində Şahbuz ona 2500-3000 manat aralığında pul yerməyi razılaşdırmışlır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, 05 yanvar 2023cü il tarixdə saat 18:00 radələrində yaşadığı binanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da, etiraz etmədən həmin şəxslərlə Baş İdarəyə getmişdir. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona edilmiş təklifdən sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd açar, 40 AZN pul, bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefonlar aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüş, bir ədəd açar və 40 AZN pul ona qaytarılmışdır. O, verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri Bakı şəhərində yerləşən “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsdən İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə deyilən yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** mobil nömrələrini işlətdiyini, əlavə olaraq Abşeron rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanına getmişlər. Orada videoçəkilişlə mənzilə baxış keçirilmiş və ona olunmuş təklifdən sonra həmin mənzildəki mətbəxin sağ tərəfində yerləşən soyuducunun üzərindəki bir ədəd qəhvəyi rəngli dəri çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir ədəd şəffaf bükümdə narkotik vasitə heroin, bir ədəd şəffaf, on ədəd isə qara rəngli bükümlərdə psixotrop maddə metamfetamin, yetmiş ədəd metadon həbi və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və evindən aşkar edilmiş maddələri iranlı Şahbuz adlı şəxsin dediyi yerlərə aparmaq məqsədi ilə əldə etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olur. Şahbuzun göndərdiyi mallardan özü satmayacaqmış. Narkotik vasitəni adlarını dəqiq xatırlamadığı şəxslərə satır. Şahbuz adlı şəxslə görüşməmiş, onun anket məlumatlarını və telefon nömrəsini bilmir. Lakin təqdim etdiyi telefonda onun nömrəsi var və onun adı “Şahbuz” kimi qeyd olunmuşdur. Ona narkotik vasitəni gətirən Həci adlı şəxsin anket məlumatlarını bilmir, telefon nömrəsini telefonunda qeyd etmiş və adını “Həci baba” kimi yazmışdır. "xxxx" MMC-ə məxsus ***- ***-**-**, "xxxx" MMC-ə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməyib. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də mənzilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 1, iş vərəqi 168-170, 189-193, 204-208). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, müstəntiq onun yanına gələndə heç bir sənədə imza etmədiyini, istintaq zamanı ifadə verərkən vəkilinin onun yanında olduğunu, vəkilin gözləri qarşısında narkotik vasitəni evinə qoyduqlarını bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəlcədən Hacını tanımışdır. Bir gün Hacı ona zəng edərək rayona getmək lazım olduğunu demiş və onu apara bilib-bilməyəcəyini soruşmuş, o da, Hacı ilə razılaşmışdır. Yolda gedəndə Hacı ona bir nəfəri qarşılamağa getdiklərini bildirmişdir. Biləsuvara gəlib çatanda avtobusdan bir nəfər düşmüş, sonradan həmin şəxsin adının Ağakərim olduğunu bilmişdir. O, həmin şəxsi tanımamışdır. Yolda onunla söhbət edərək dərdləşmişlər. Orada özü bir az pula ehtiyacı olduğunu bildirmiş, başqa bir şey deməmişdir. Onları Mehdiabad istiqamətində avtomaşından düşürmüşdür. Yolda o, zəng edib maşına benzin tökdüyünü, lakin onun pulunu vermədiklərini demiş, bunun necə olacağını soruşmuşdur. Ona demişdir ki, indi sənə zəng gələcək, həmin adamdan pul götürərsən. Elvindən 80 manat pul götürüb gəlmişdir. Səhərisi gün dostu onu yığıb harada olduğunu soruşmuş, o da, evdə olduğunu bildirmişdir. Ondan oz ailəsini də götürüb uşaqları bağçaya yazdırmağı xahiş etmişdir. O da, öz ailəsini və dostunun ailəsini maşınla götürüb aparanda onu Sumqayıt polisi saxlayıb polis bölməsinə gətirmişlər. Orada polis işçiləri ona qarşı əl-qol atmağa başlamışlar. Sonra stolun üstünə 80 qram narkotik vasitə qoyaraq həmin narkotiki boynuna götürməyi təklif etmişlər. O, özünə məxsus olmayan narkotik vasitəni nəyə görə etiraf etməli olduğunu soruşanda, polis işçiləri əgər narkotiki boynuna götürməsə, ailə üzvlərinin də polis bölməsinə gətiriləcəyini, ailədən ya da dostunun ailəsindən də narkotik çıxaracaqlarını demişlər. O da, məcbur qalıb həmin 80 qram narkotik vasitəni boynuna götürmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, istintaq zamanı öz ifadəsini məhkəmədə deyəcəyini bildirmişdir. Narkotik vasitəni onun üzərinə polis işçiləri qoymuşlar. İstintaq zamanı onun şikayət edə biləcək adamı olmamış, buna görə şikayət etməmişdir. İstintaqda dindirilərkən müdafiəçisi olmuş, lakin müdafiəçi çəkiliş zamanı narkotikin özünə məxsus olduğunu etiraf etdiyinə görə artıq gec olduğunu bildirmişdir. İstintaqda vəkillə onu dostu təmin etmişdir. Hacı ona pul verəcəyi barədə söz verməmiş, avtomaşına 50 manatlıq benzin vurmuşdur. Hacı ona pul verəcəyini söz versə də, pulun miqdarı barədə söhbət olmamışdır. Rayona gedərkən avtovağzala gəlib bazarlıq etmişlər, pulu Hacı vermişdir. Abdulkərimi Biləsuvar rayonunun girişində qarşılamışlar. Bu zaman Abdulkərimin əlində selofan bağlama olmuş, gəlib onların maşınına oturmuş və birlikdə şəhərə qayıtmışlar. O, maşın sürmüş, Abdulkərim isə Hacıya qızıl vermişdir. Polis işçiləri tərəfindən tutulanda ona Abdulkərimin gömrükdən narkotik vasitə keçirdiyini bildirmişlər. Lakin həmin vaxta qədər onun bu barədə məlumatı olmamışdır. Onun özü, həmçinin vəkili heç yerə şikayət etməmiş, lakin istintaq zamanı bütün sənədləri imzalamışdır. Hacı ilə birlikdə Abdulkərimi Mehdiabad dairəsində maşından düşürmüşlər. Onu ailəsi ilə şantaj etmişlər. Məhkəmədə ona sanksiya veriləndə də narkotik vasitənin ona aidiyyəti olmadığını hakimə demişdir. Rayondan qayıdarkən gecə olduğu üçün o, Abdulkərimin üzünü görməmişdir. Məhkəməyə gələndə Abdulkərimlə üzbəüz gəlmiş, lakin onu tanımamışdır. Abdulkərim arxada oturduğundan onun üzünü görməmişdir. Abdulkərim Hacıya qızıl sep vermiş, Hacı da sepii boynuna taxmışdır. İstintaq zamanı ifadə vermişdir və həmin ifadələrlə tanışdır. O, istintaq zamanı da həmin ifadələrin düzgün olmadığını demişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2 ay olar ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, ortaq tanışları vasitəsi ilə tanıyır. Hacı da onun kimi narkotik vasitə istifadəçisidir. Bəzi hallarda Hacı ilə bir yerdə narkotik vasitə istifadə etmişlər. 04 yanvar 2023-cü il tarixdə Hacı onunla danışmış və rayona getmək lazım olduğunu demişdir. O, taksi fəaliyyəti ilə məşğul olmasa da, bəzi hallarda maddi sıxıntıları ilə bağlı kreditə götürdüyü “Azsamand” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, Hacıdan haraya gedəcəklərini və ona nə qədər pul verəcəyini soruşmamışdır. Təxminən gecə saat 12 radələrində Hacını Zabratdan götürmüş, Hacı işinin olduğunu, cənub istiqamətində getməli olduqlarını demiş və onlar həmin istiqamətdə hərəkətə başlamışlar. Artıq yanvar ayının 5-i olmuş, bir qədər sonra Hacı ona Biləsuvar rayonundan bir nəfər adamı götürəcəklərini bildirmişdir. Hacı yolda müxtəlif şəxslərlə telefonla danışmış, o, həmin danışıqlardan Hacının narkotik arxasınca getdiyini başa düşmüşdür. Bu barədə Hacıdan soruşduqda, sonuncu, qarşılayacaqları adamın narkotik gətirdiyini, amma narahat olmamasını, onluq bir şey olmadığını demişdir. O, Hacıya bəzi maddi sıxıntılarının olduğunu, özünün 600 manata ehtiyacı olduğunu və bu məsələ bitdikdən sonra ona 600 manat pul verməsini təklif etmişdir. Hacı da narahat olmamasını, malı götürüb onları Bakıya qaytarandan sonra onun 600 manatını verəcəklərini bildirmiş, o da, razılaşmışdır. Təxminən gecə saat 2-3 radələrində onlar Biləsuvar rayonuna çatmışlar. Orada “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında köhnə kafelərin birinin yanında avtomobili saxlamış və həmin adamı gözləməyə başlamışlar. Saat təxminən 5-6 radələrində böyük bir avtobus onların yanlarında saxlamış və oradan bir nəfər düşüb onların avtomobilinə yaxınlaşıb arxa oturacaqda sağ tərəfdə oturmuşdur. Onun əlində bir paket uşaq bezi, iki ədəd isə selofan torba olmuşdur. Həmin şəxs avtomobilə oturduqdan sonra iki ədəd selofan torbanı Hacıya vermiş və Hacı onları ayağının altına qoymuşdur. Bundan sonra arxadakı şəxs Hacı ilə söhbətləşməyə başlamış, həmin arxada oturan şəxs Hacıya iranlıdan malı necə götürdüyünü danışmışdır. Belə ki, iranlı ona gətirib iki ədəd selofan torbanı verməsini demişdir. Həmin vaxtı Hacı ona malları verən şəxsin iranlı olmadığını, onun qohumu olduğunu demişdir. Həmçinin, Hacı iranlının ona malları Azərbaycana keçirən şəxsin, yəni avtomobildə oturan şəxsin çox qorxduğunu, əgər mallar sağ-salamat gedib çatsa qurban kəsəcəyini dediyini bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra arxada oturan şəxs yatmış, o isə, Bakı istiqamətində hərəkət etmişdir. Yolda olan zaman Hacı Elvin adlı bir nəfərlə əlaqə saxlamış və onların saat 9 radələrində Lökbatan dairəsinə çatacağını, malı gəlib oradan götürməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Hacı yenə də Elvinlə danışmış və ona avtomobili «Şamaxinka»ya sürməyini demişdir. Saat təxminən 9 radələrində onlar «Şamaxinka»ya çatmış və Elvin gəlib maşına yaxınlaşmışdır. Hacı həmin torbaların içərisindən bir qutunu götürmüş və Elvinə vermişdir. Elvin isə həmin qutunu götürüb oradan uzaqlaşmışdır. O, Elvini birinci dəfədir ki, görmüş, onu əvvəllər tanımamışdır. Elvin malı götürdükdən sonra Hacı avtomobili Mehdiabadın girişindəki yanacaqdoldurma məntəqəsinə sürməyi tapşırmışdır. O da, razılaşmış və avtomobili oraya sürmüşdür. Orada Hacı və arxadakı şəxs avtomobildən enmiş, Hacı qalan narkotikləri özü ilə götürmüşdür. O, Hacıdan 600 manatı tələb etdikdə, sonuncu, narahat olmamasını, bunu həll edəcəklərini bildirmişdir. Hacı ona nömrəsinin iranlıya verəcəyini, iranlının onunla əlaqə saxlayacağını demiş, o da, razılaşmışdır. Bir neçə dəqiqədən sonra iranlı onunla saxlamış və nə qədər istədiyini soruşmuş, o da, 600 manat istədiyini demişdir. Həmin vaxt iranlı əllərində nağd pul olmadığını, Elvinə deyəcəyini, onun gedib Elvindən mal götürüb satmasını bildirmişdir. O, ilkin olaraq buna etiraz etmiş, iranlı malı götürüb özündə saxlamasını, iranlı dediyi yerə atmağını və ona pul göndərəcəyini demiş, sonra o da, bununla razılaşmışdır. Bundan sonra Elvinlə əlaqə saxlamış və Masazıra gedərək “Qurtuluş93’’ yaşayış massivində onunla görüşmüşdür. Elvin ona bir bağlama “kakos" vermiş, o, həmin bağlamanı avtomobildə saxlamışdır. Bundan sonra həmin gün şəxsi işləri ilə bağlı Siyəzənə getmişdir. Orada olan zaman həmin narkotikin bir hissəsini adını vermək istəmədiyi tanışları ilə istifadə etmiş, qalan hissəsini də üzərində saxlamışdır. Çünki iranlının onu aldadacağını və pulunu verməyəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinə görə, 06 yanvar 2023-cü il tarixdə saat 16:45 dəqiqədə Sumqayıt şəhəri, 2-ci məhəllə Polad Həşimov küçəsində yerləşən 11 saylı tam orta məktəbin yaxınlığında idarə etdiyi «Azsamand» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında arvadı X2 ilə birlikdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Burada müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, ona üzərində qanunla qadağan olunmuş əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı, 2 (iki) ədəd içərisində 077 ***-**-** və 077 ***-**-** simkart nömrələri olan “Samsung" markalı mobil telefonlar, 50(əlli) manat pul aşkar edilərək götürülmüşdür. Sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 82 (səksən iki) qram olmuşdur. Həmin heroin kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. 2 (iki) ədəd Samsung markalı mobil telefon götürülmüş, 1 (bir) ədəd avtomobil açarı, 50( əlli) manat pul özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan “Şahbuz” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Biləsuvar rayonu ərazisindən tanışı “Hacı” adlı şəxslə birlikdə idarə etdiyi «Azsamand» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək Elvin adlı şəxsə çatdırmaq üçün narkotik vasitə götürdüklərini, həmin narkotik vasitəni «Şamaxinka» adlanan ərazidə Hacı adlı şəxsin Elvin adlı şəxsə verdiyini, bunun qarşılığında ona 600 (altı yüz) manat pul veriləcəyini, lakin həmin pul verilmədiyindən, əvəzində ona İran vətəndaşı olan “Şahbuz”la danışaraq Elvin adlı şəxsdən narkotik vasitə götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, tanışlarına heç bir pul qarşılığı olmadan istifadələri üçün narkotik vasitə verdiyini, başqa heç yerdə narkotik vasitə saxlmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin zərurət olduğundan idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, buna etirazı olmamışdır. Sonra idarə etdiyi «Azsamand» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri iranlı Şahbuz adlı şəxsin dediyi yerlərə aparmaq məqsədi ilə əldə etmişdir. Lakin Şahbuzun onu aldadacağını güman etdiyindən onun üzərindən bir qədər götürüb istifadə etmişdir. Şahbuz adlı şəxslə görüşməmiş, onun anket məlumatlarını bilmir və telefon nömrəsini əzbər bilmir. Lakin təqdim etdiyim telefonda onun nömrəsi var. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Siyəzəndə və Sumqayıtda tanımadığı şəxslərdən almışdır. Narkotik vasitə heroindən başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. "xxxx" MMC-ə məxsus ***-***-**-**, ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış videoçəkilişlə təhqiqatçı tərəfindən aparılmışdır, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqi 268-269, cild 2, iş vərəqi 1-5, 16- 20). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, təzyiq altında olduğu üçün həmin ifadəni verdiyini, özünün əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu evində saxlamışlar. O, əvvəllər Abdulkərimlə birlikdə İrana alış-verişə getmişlər və ərzaq məhsulları alıb gətirmişlər. İstintaqa verdiyi ifadəni təsdiq edir və istintaqda ona verilmiş suallara cavab vermişdir. Lakin o, heç vaxt İrandan narkotik gətirməmişdir və onun evində narkotik vasitə olmamışdır. Ona CM-nin 206-cı maddəsi ilə ittiham verilmişdir, ancaq o, həmin maddə ilə bağlı heç bir hərəkət etməmişdir. O, İrana gedib-gəlmiş, bu zaman heç bir problemi olmamışdır. Ona görə 206-cı maddə ilə verilmiş ittihamı qəbul etmir. O, narkotik vasitə dalınca getməmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Özü narkotik vasitələrdən istifadə edir. Buna görə də öz istifadəsi üçün 1- 3 çəkidə qram narkotik vasitə almışdır. Tutulduğu gün evə gələndə 4 nəfərin evdə olduğunu görmüş, gələndən sonra onu tutub aparmışlar. Özünə lazım olanda narkotik vasitəni Şahbuz adlı iranlıdan almışdır. Heç vaxt narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoymamışdır. Polis idarəsində üzərinə baxış keçirilərkən 13-14 qram narkotik vasitəni ona verib boynuna götürməyi təklif etmişlər və belə edərsə, işinin yüngül olacağını bildirmişlər. Şahbuz tərəfindən onun kartına pul köçürülməmiş, lakin o, Şahbuzun kartına 100, 200, 300 manat məbləğində pullar köçürmüşdür. Abdulkərimi 5-6 ildir ki, tanıyır, onunla birlikdə narkotik vasitələrdən istifadə etmişlər. O, əvvəllər İrana iki dəfə tək, bir dəfə isə Abdulkərimlə birlikdə getmişdir. İranda olduğu vaxt bir boyunbağı görmüş və xoşuna gəlmişdir. Lakin həmin vaxt pulu olmadığı üçün Abdulkərim gedəndə ona 700 manat pul vermişdir ki, gələndə həmin boyunbağını onun üçün alıb gətirsin. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs3 göstərmişdir ki, təxminən 2 aydır “patı" kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir, həmin maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu və sonradan “Whatsapp” mobil tətbiqində yazışdığı İran İslam Respublikasının vətəndaşı Şahbuz adlı şəxsdən almışdır. O, Şahbuzdan istifadəsi üçün mal istəmiş və onun dediyi karta pul göndərmişdir. Şahbus isə malı şəhərdə bir yerə atdırmış və o da, gedib oradan götürmüşdür. Şahbuzla təxminən 5 aydır ki, əlaqəsi vardır. İlkin olaraq o, “İnstagram” da Şahbuzun səhifəsinə girib baxmış və bir neçə müddət sonra Şahbuz özü ona yazaraq təklif etmişdir ki, Azərbaycana göndərdiyi malları qəbul etsin və onun dediyi yerlərə çatdırsın. Şahbuz bunun qarşılığında ona böyük məbləğdə pullar verəcəyini vəd etmişdir. Onun həmin vaxtı maddi sıxıntıları olduğundan Şahbuzla razılaşmışdır. Şahbuz ona avtobusla Naxçıvana getməsini və qayıdanda İranda onunla görüşüb malı ona verəcəyini demişdir. O da, dəqiq xatırlamadığı tarixdə avtobusla Naxçıvana getmiş və növbəti avtobus rəysi ilə geri qayıtmışdır. Geri qayıdan zaman İran ərazisində avtobus fasilə üçün saxlamışdır. Həmin vaxtı Şahbuz orada qohumu ilə onu gözləmişdir. Şahbuz ona krem qutusunda kilo yarım mal vermiş, narahat olmamasını, gömrükdə problem olmayacağını demiş, o da, razılaşmışdır. Gömrükdən keçən zaman həmin qutunu aparata qoymuş və həqiqətən də heç bir problem olmamışdır. Bakıya çatandan sonra malı Şahbuzun dediyi yerlərə çatdırmış və nəticədə Şahbuz ona 700 manat pul göndərmişdir. Bu hadisədən bir müddət sonra Şahbuz yenə onunla əlaqə saxlamış və yenə gedib mal gətirməsini təklif etmişdir. O, Şahbuza qorxduğunu demişdir. Şahbuz ona bir nəfər etibarlı adam tapmasını və onunla gəlməsini demiş, yolu-izi öyrənəndən sonra həmin adamın özünün gəlib-gedəcəyini bildirmişdir. Buna görə də, o, bu haqqda qonşusu Əbdülkərimə demişdir. Əbdülkərimin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona demiş və Əbdülkərim onunla razılaşmışdır. Bunun üçün dəqiq xatırlamadığı tarixdə o, ikinci dəfə Əbdülkərimlə Naxçıvana getmiş və keçən dəfəki kimi növbəti reyslə geri qayıtmışdır. Yenə də əvvəlki kimi avtobus fasilə üçün saxlayanda Hacı Şahbuzla görüşmüş və Şahbuz qutunu ona vermişdir. Həmin vaxt Əbdülkərim də onun yanında olmuş və baş verənləri o da, görmüşdür. Həmin səfər də uğurla başa çatmış, heç bir problem yaşamadan Bakıya gəlib çatmışlar. Yenə də malları Şahbuzun dediyi yerlərə çatdırdmış, Şahbuz yenə də ona 700 manat pul göndərmişdir. O, həmin səfər üçün Əbdülkərimə 150 manat pul və istifadəsi üçün bir qədər narkotik vasitə vermişdir. Əbdülkərimlə növbəti dəfə özünün gedib İrandan mal gətirməyi barədə razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Şahbuz onunla əlaqə saxlamış, Bakıya mal çatmalı olduğunu bildirmişdir. Bunun üçün Hacı Əbdülkərimlə danışmış və ona İrana getməli olduğunu demiş, o da, razılaşmışdır. Şahbuz onlara bu səfərə görə Əbdülkərimə 500 manat, ona isə 30 manat pul verəcəyini bildirmişdir. Əbdülkərim dəqiq xatırlamadığı tarixdə, təxminən yanvar ayının 3-də Naxçıvana getmiş və növbəti reyslə geri qayıtmışdır. Belə ki, yanvarın 4-dən 5-nə keçən gecə Biləsuvara çatmalı olmuşdur. O, Əbdülkərimlə mütəmadi olaraq əlaqə saxlamış və gəlib onu qarşılayacağını bildirmişdir. Lakin avtomobili ustada olduğundan onu qarşılamaq üçün tanışı Tərlana rayona getməli olduğunu demiş, Tərlan da onunla razılaşmışdır. Tərlan yanvarın 4-də axşam tərəfi idarə etdiyi ağ rəngli “Azsamand” markalı avtomobillə gəlib onu götürmüş və yola düşmüşlər. Yolda olan zaman Tərlan artıq mal arxasınca getdiklərini başa düşmüş və bu iş sağsalamatçılıqla başa çatdıqda ona 600 manat verməsini istəmiş, o da, Tərlanla razılaşmışdır. Onlar Biləsuvara gedib çatmış, artıq 5 yanvar 2023-cü il tarix olmuşdur. Səhər saat 5-ə yaxın avtobus gəlmiş və Əbdülkərim avtobusdan enib maşına əyləşmişdir. Əbdülkərim gətirdiyi iki torbanı ona vermişdir. Yolda olan zaman Şahbuz onunla əlaqə saxlamış və ona nömrə ataraq Elvin adlı şəxsin nömrəsi olduğunu bildirmişdir. Şahbuz malların bir hissəsini Elvinə verməsini demiş, o da, razılaşmışdır. Bakıya çatdıqdan sonra «Şamaxinka»da Elvinlə görüşmüş və Elvin gəlib malı ondan götürmüşdür. Ondan sonra onlar Tərlanla yollarına davam etmiş və Tərlan onları Mehdiabad qəsəbəsinin girişindəki yanacaqdoldurma məntəqəsində düşürtmüşdür. Tərlan ondan 600 manatı tələb etdikdə, o, üzərində o qədər pul olmadığını demiş, Şahbuza onunla danışmasını deyəcəyini bildirmişdir. Bu barədə Şahbuza demiş və Şahbuz Tərlanın nömrəsini istəmiş, özünün danışacağını bildirmişdir. Bundan sonra Tərlanla Şahbuz arasında olan söhbətlərdən xəbəri olmamışdır. Malları gətirib Vüsaləgilin evinə qoymuş, Vüsalənin bundan xəbəri olmamışdır. O, həmin malların içərisində olan «patı»dan Şahbuzun sifarişi ilə bir büküm götürmüş və Şahbuzun dediyi yerə atmaq üçün üzərində saxlamışdır. O, malı Bakıya gətirdikdən sonra Şahbuz onun kartına 700 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinə görə, 07 yanvar 2023-cü il tarixdə gecə saat 03:50 dəqiqədə ünvan 7 ünvanın yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək BNMİ-nin binasına dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd selofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd özünə aid sürücülük vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi" markalı mobil telefon və 20 (iyirmi) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 17 (on yeddi) qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd özünə aid sürücülük vəsiqəsi götürülmüş, 1 (bir) ədəd açar, 20(iyirmi) manat pul isə ona qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsdən “Abdulkərim” adlı tanışının vasitəsi ilə Biləsuvar rayonundan “Tərlan” adlı tanışı ilə birlikdə 2 (iki) gün əvvəl Şahbuzun qeyd etdiyi ünvanlara və şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 700 (yeddi yüz) manat pulun özünə məxsus plastik karta köçürüldüyünü qeyd etmişdir. Üzərindən başqa ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra polis əməkdaşları ilə yaşadığı mənzilə getmişlər. Evə baxış zamanı o, yataq otağındakı çarpayının altından 1 (bir) ədəd qara rəngli selofan torbanı təqdim etmiş, həmin torbanın içərsindən 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd selofan bükümdə narkotik vasitə heroin, 1 (bir) ədəd psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bağlamada narkotik vasitə marixuana kütləsini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. O, verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, Şahid1 həmin kütlələrdən xəbərinin olmamasını, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şahbuz” adlı şəxsdən “Abdulkərim” adlı tanışı vasitəsi ilə 2 (iki) gün bundan əvvəl tanışı “Tərlan” adlı şəxslə birlikdə Biləsuvar rayonu ərazisindən Şahbuzun qeyd etdiyi yerlərə və şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 700 (yeddi yüz) manat pulun ona məxsus itirdiyi bank kartına köçürüldüyünü, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. "xxxx" MMC-ə məxsus ***-***-**-**, "xxxx" MMC-ə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməyib. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də mənzilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 1, iş vərəqi 40-41, 68-72, 83-88, 189-193). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs3 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin təzyiq altında olduğu üçün həmin ifadəni verdiyini və ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 8 aprel 2023-cü il tarixdə atası ilə sürücülük vəsiqəsini dəyişmək üçün «Asan xidmət»ə getmişlər. Oradan çıxandan sonra atasından aralanıb kənarda siqaret çəkmişdir. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb siqaret istəmişlər, o, siqaret verən zaman onu tutub əl-qolunu buraraq maşına mindirmişlər. Sonra onu polis bölməsinə apararaq iki saat onu maşında saxlamışlar. Tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. O, ambulator xəstə kimi psixotrop maddə qəbul etmişdir. Polis idarəsinə gətiriləndən sonra stolun üstünə 13-15 qram narkotik qoyub, həmin narkotikin onun üzərindən çıxması kimi yazacaqlarını bildirmişlər. Sonra ona 4 ay müddətinə sanksiya vermişlər. O, məhkəmənin keçirilməsini, həmçinin müstəntiqi xatırlamır, çünki həmin vaxt o, özündə olmamış, anlaqsız vəziyyətdə olmuşdur. Hacı onunla məhlə uşağıdır. Qaçaqmalçılıq cinayətini o, törətməmişdir. Əvvəllər də bir neçə dəfə sərhəddən keçib İrana gedib-gəlmişdir. Sonuncu dəfə Hacı ona birlikdə İrana getməyi təklif etmiş, o da, İrana getmişdir. Sonra işsiz adam olduğundan İrana gedib oradan ərzaq məhsulları gətirib satmaqla dolanmışdır. Axırıncı dəfə İrana gedəndə Hacı ona 700 manat pul vermiş, İran Culfasında onların alver etdikləri mağazanın sahibində qızıl olduğunu deyərək həmin qızılı alıb gətirməyi xahiş etmişdir. O, razılaşmış və İrandan qayıdanda 15 qramlıq qızıl sepi alıb gətirmişdir. Biləsuvar gömrük məntəqəsindən keçəndə onu yoxlamışlar, lakin heç bir qanun pozuntusu olmamışdır. Biləsuvara gəldikdən sonra qızılı Hacıya vermiş, sonra Hacı ilə Bakıya gəlmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs4 bildirdi ki, istintaqda Hacı ilə onu üzləşdirmişlər. İstintaq zamanı o, bir cür ifadə vermişdir. Psixotrop maddələr və narkotik qəbul edir və narkoloji dispanserdə qeydiyyatdadır. Dekabrın son həftəsində Hacı ilə, ikinci dəfə isə tək özü İranda olmuşdur. Hacı Biləsuvarda onu gözləmişdir. Saxlanılarkən polis işçiləri 3 aydır ki, onu axtardıqlarını demiş, sonra ondan Hacını soruşmuşlar. Ona 13 qram narkotik vasitə verərək boynuna götürməyi təklif etmişlər. Həmin vaxt müdafiəçinin orada olub-olmadığını xatırlamır. Ona təzyiqlər barədə harasa şikayət etməmişdir. İttihamla razı olmadğına görə prokurorluğa müraciət etmişdir. İrandan gələndə gətirdiyi sumkada çay, konfet, bir də müxtəlif çərəzlər olmuşdur. Həmin vaxt onun əlində iki-üç torbada mal olmuşdur. O, Hacıdan nəyə görə Biləsuvara gəldiyini soruşmamışdır. Maşına minəndə sumkanı yerləşdirmiş, daha sonra maşında yatmışdır. Saxlanıldığı gün atasının sürücülük vəsiqəsini dəyişmək üçün «Asan xidmət»ə getmişlər. Orada atası köhnə iş yoldaşı ilə görüşdüyü üçün o, kənarda durub siqaret çəkmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ilə bağlı hərbi xidmətdə olmamışdır. 2021-ci ildən etibarən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıyır. Belə ki, o, əvvəllər Sabunçu rayonu ərazisində yaşayanda Təqsirləndirilən şəxs3la qonşu olmuşdur. Həmin vaxtdan onunla münasibəti yaranmışdır. Hacı da onun kimi narkotik vasitə istifadəçisi olmuşdur. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında Hacı onunla əlaqə saxlamış və onlar görüşmüşdür. Hacı ona iranlı Şahbuz adlı şəxsin olduğunu və onunla işlədiyini demişdir. O, bildirmişdir ki, İrana gedərək Şahbuzla görüşür və onun verdiyi narkotiki Azərbaycana gətirir, Şahbuz da bunun qarşılığında ona pul verir. Hacı təklif etmişdir ki, bu işdə ona kömək etsin. Həmin vaxt onun maddi sıxıntıları olduğundan onunla razılaşmışdır. Belə ki, dəqiq xatırlamadığı tarixdə, təxminən 2022-ci ilin sonlarında o, Hacı ilə avtobusla Naxçıvana getmiş və növbəti avtobus reysi ilə geri qayıtmışdır. Yolda avtobus fasiləsi olan zaman Hacı iranlı Şahbuzla görüşmüş və Şahbuz Hacıya paketdə narkotik vermişdir. Həmin paketi gömrükdən keçirən zaman heç bir problem çıxmamışdır. Gəlib Bakıya çatandan sonra Hacı ona 50 manat pul və istifadəsi üçün narkotik vermişdir. Təxminən 2023-cü il yanvar ayının əvvəllərində Hacı onunla danışmış və irana gedib Şahbuzdan mal götürmək lazım olduğunu demiş, Hacı ona xəstə olduğuna görə özü gedə bilməyəcəyini bildirmişdir. O da, Hacıya razılıq vermişdir. Bunun üçün təxminən yanvar ayının 3-də avtobusla tək Naxçıvana getmiş və dərhal növbəti reyslə geri qayıtmışdır. Həmin vaxt Hacı ona iranlı Şahbuzun nömrəsini vermişdir. Nömrənin sonu 03-75 olmuşdur. O, geri qayıdan zaman avtobus fasiləsində iranlı Şahbuzla görüşmüş və Şahbuz ona iki torba vermişdir. O, həmin torbaları götürmüş, gömrükdə postdan keçirtmiş və heç bir problem çıxmamışdır. Biləsuvar gömrük postundan çıxandan sonra o, Hacı ilə əlaqə saxlamışdır. Hacı onu Biləsuvarda gözləməli olmuş və həqiqətən də Biləsuvara gəlmişdir. 05 yanvar 2023-cü il tarixdə səhər saat 05 radələrində o, Hacı ilə görüşmüşdür. Hacı ağ rəngli “Azsamand” markalı avtomobillə gəlmişdir. Avtomobili idarə edən Hacı yox, başqa bir nəfər olmuşdur. Həmin şəxsi əvvəllər tanımamış və Hacının dostu olduğunu düşünmüşdür. O, avtomobildə arxa oturacaqda oturmuş və dərhal iki paketi Hacıya vermişdir. Bundan sonra arxada yatmışdır. Təxminən bir neçə saat sonra onlar Bakıya çatmış və Bakıda «Şamaxinka» deyilən yerdə Hacı həmin paketlərdən birini başqa bir şəxsə vermişdir. Bundan sonra onlar yollarına davam etmişdir. Hacı ilə o, Mehdiabad tərəfdə avtomobildən enmişdir. Bu səfər üçün Hacı ona 500 manat pul və istifadəsi üçün narkotik vasitə heroin vermişdir. Həmin vaxtdan bir neçə gün sonra o, Hacının tutulduğunu eşitmişdir. Bundan sonra Şahbuz onunla əlaqə saxlamış, təkrar onunla işləməyi təklif etsə də, o, Şahbuzla razılaşmamışdır. Bir müddət sonra ümumiyyətlə narkotik vasitə istifadəsini də tərgitmişdir. Lakin Hacının ona verdiyi maddələrdən bir hissəsi qalmış, pis ağrıları olan zaman istifadə etmək üçün saxlamışdır. Bir çox hallarda o, həmin maddələri üzərində saxlamışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, 08 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Burada müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, ona edilən təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 4 (dörd) AZN pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 15 qram (on beş qram) olmuşdur. Sonra həmin heroin qablaşdırılmış, hamı tərəfindən imzalanmış və götürülmüş, pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsində suallara cavab olaraq, onunla eyni məhəllədə yaşayan Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsdən 2023-cü ilin yanvar ayında İran İslam Respublikasında narkotik vasitələri əldə edərək qaçaqmaçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirib Təqsirləndirilən şəxs3 təhvil verdiyini, əvəzində sonuncudan 500 AZN pul aldığını, üzərindən aşkar olunan heroini həmin vaxtdan istifadə etmək məqsədi ilə saxladığını, bundan əvvəl Hacının da İran İslam Respublikasından qaçaqmaçılıq yolu ilə ölkə ərazisinə narkotik maddələr gətirdiyini, hal-hazırda mobil telefon işlətmədiyini, sözügedən vaxtlarda Hacı ilə özünə məxsus 099 *** ** ** nömrəsi ilə əlaqə saxladığını, Hacının işlətdiyi mobil nömrənin sonunun 17 74 olduğunu, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün Hacı ona vermişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Şahbuz adlı şəxsin anket məlumatlarını və telefon nömrəsini bilmir. Əvvəllər istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. "xxxx" MMC-ə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, lakin 2-3 aydır ki, ümumiyyətlə telefondan istifadə etmir. Onun üzərinə axtarış videoçəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. O, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır (cəld 3, iş vərəqi 73-74, 92-95, 106-110). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs4 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadədən xəbəri olmadığını, sadəcə protokolu imzaladığını və ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır, o, anasının bibisi nəvəsidir. Müstəntiqə düzgün ifadə vermişdir. 07 yanvar 2023-cü il tarixdə iki nəfər mülki geyimdə olan polis işçiləri, bir vəkillə birlikdə Hacını gətirməklə onun yaşadığı evə gəlmişlər. Onlar Hacı ilə birlikdə onun otağına keçmiş, otaqdan adını bilmədiyi narkotik vasitə çıxarmışlar. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, o, Hacının dostlarını tanımır. Hacı ona heç bir qızıl göstərməmiş, həmçinin həmin vaxt onun üstündə yeni bir əşya görməmişdir. O, Hacı ilə beş ildir ki, bir yerdə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşayır. Baxış keçirilən ev ona məxsusdur. Hacının narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Polis əməkdaşları tərəfindən evdən aşkar olunan narkotik vasitələrin evə nə vaxt gətirildiyini bilmir. Evə baxış keçirilməsinə icazə verməyi ilə bağlı sənədə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs1 Abşeron rayonu ərazisində saxlanılaraq Baş idarəyə dəvət edilmişdir. Baş idarədə üzərinə baxış zamanı bir büküm narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Elvin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onun yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzildən heroin, metamfetamin, metadon həbləri və iki ədəd tərəzi aşkar olunmuşdur. Elvin narkotik vasitələri İran vətəndaşı Şahbuz adlı şəxsin vasitəsi ilə deyilən yerlərə çatdırıb əvəzində pul almaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Şahid4 ifadəsinə görə, o, həmçinin Təqsirləndirilən şəxs4 da saxlanılmasında iştirak etmişdir. Abdulkərimi onlar Xətai rayonu ərazisində saxlayaraq Baş idarəyə dəvət etmişlər. Orada onun üzərindən bir bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Abdulkərim narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə İran vətəndaşı Şahbuz adlı şəxsdən aldığını bildirmişdir. Sualları cavablandıran Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, saxlanılan vaxt təqsirləndirilən şəxslərə qarşı hər hansı təsir və təzyiq olunmadığını, Abdulkərimi 2023-cü ilin noyabr ayında saxladıqlarını, əməliyyat tədbiri zamanı onların xidməti geyimdən istifadə etmədiklərini, Abdulkərimi Xətai rayonu, Babək prospekti 90 ünvanında saxladıqlarını, həmin əməliyyat tədbirinə hansı əməkdaşlarla getdiyini xatırlamadığını, Abdulkərimin üzərində xəsarət izləri görmədiyini, Abdulkərimin heç bir müqavimət göstərmədən təslim olduğunu, saxlayandan sonra şəxsi Baş idarəyə apardıqlarını və orada üzərindən narkotik vasitə aşkar olunduğunu, Abdulkərimi 8 aprel 2023-cü il tarixdə saxladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Gümşüd oğlu ifadəsində göstərdi ki, hadisənini üstündən bir il vaxt keçdiyinə görə bəzi detallar yadından çıxmışdır. Lakin təqsirləndirilən şəxslərdən Hacını və Abdulkərimi xatırlayır. O, Hacının və Abdulkərimin saxlanılmasında iştirak etmişdir. Birincini Masazırda saxlamışlar, orada məlum olmuşdur ki, həmin şəxslər İrandan narkotik vasitələr gətirmişlər. X6 yola salmış, sonra isə Abdulkərimi qarşılamışdır. Bir müddət onlar Abdulkərimi tapa bilməmiş, lakin 8 aprel 2023-cü il tarixdə onu müəyyən edib saxlamışlar. Abdulkərimi Xətai rayonunda Əhmədlidə saxlayıb Baş Narkotiklə Mübarizə İdarəsinə gətirmişlər. Onun üzərindən 15 qram nakrotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs2 adı yadına gəlsə də, onun saxlanılmasında iştirak edib-etmədiyini xatırlamadığını, onlarda Abdulkərimin avtobusla Naxçıvana, oradan isə İrana getməsi, orada Şahbuz adlı şəxslə görüşüb nəyinsə içində narkotik vasitələri qəbul edib Azərbaycana gətirməsi, Abdulkərimin sərhədi Biləsuvar gömrük məntəqəsindən keçməsi, sonra Hacı onu qarşılaması, «Şamaxinka»da Masazırda qalan oğlana maşında narkotik vasitələri otürmələri barədə məlumatlar olduğunu, tədbirlə bağlı saxladıqları şəxslərdən keç kimin narazılıq etmədiyini, Abdulkərim barədə onlarda əvvəlcədən məlumat olduğunu, lakin şəxsiyyətinin tam məlum olmadığını, sonradan Abdulkərimin Əhmədlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, bundan sonra axtardıqları şəxsin məhz həmin Abdulkərim olduğunu müəyyən etdiklərini, Abdulkərimə ilk olaraq kimin yaxınlaşmasının və saxlanılan vaxt onun qaçmağa cəhd göstərməsinin yadında qalmadığını, hadisə yerinə hansı maşınla getmələrini xatırlamadığını, həmin vaxtı Abdulkərimin könüllü təslim olduğunu və heç bir müqavimət göstərmədiyini, üzündə, gözündə xəsarət izlərinin olub-olmamasının yadında qalmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. 16 noyabr 2023-cü il tarixdə Elvinə yaxınlaşıb saxlamışlar və onu Baş idarəyə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bu zaman Elvinin üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı Elvin narkotik vasitəni özünün istifadəsi üçün Əmircandan aldığını bildirmişdir. Sualları cavablandıran Şahid6 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Elvini saxlayarkən onun yanında Elgün adlı başqa bir şəxsin də olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılması və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı iş yoldaşı Şahid6la birlikdə iştirak etdiyini bildirərək, həmkarının ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun şahidlər Şahid2 və Şahid4 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 3, iş vərəqi 244-248). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokollarına əsasən: - ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 sərbəst ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir (cild 1, iş vərəqi 112-116); - Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 sərbəst ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (cild 1, iş vərəqi 120-123); - Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir (cild 2, iş vərəqi 42-45). İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2023-cü il tarix protokoldan görünür ki, həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, sol yan cibindən isə 1 ədəd açar, 40 manat pul, 1 ədəd “Samsung" və 1 ədəd “İphone” markalı mobil telefonlar aşkar olunmuşdur. 1 büküm və mobil telefonlar götürülmüş, 1 ədəd açar və 40 manat pul geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 05 yanvar 2023-cü il tarixdə saat 20:00-da başlamış və həmin tarixdə saat 20:07-də başa çatmışdır (cild 1, iş vərəqi 157-159). Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 160). Cinayət işində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 15 ünvanına baxış keçirilmiş, bu zaman mənzilin mətbəxinin sağ tərəfində yerləşən soyuducunun üzərindəki 1 ədəd qəhvəyi rəngli dəri çantanın içərisindən 1 ədəd şəffaf bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd şəffaf, 10 ədəd isə qara rəngli bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 70 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin aşkar edilmiş maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış və götürmə istintaq hərəkəti 05 yanvar 2023-cü il tarixdə saat 21:30-da başlamış və həmin tarixdə saat 21:42də başa çatmışdır (cild 1, iş vərəqi 163-164). Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış və götürmə aparılması videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 165). Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə aparılmasının nəticələrinə dair tərtib olunmuş 06 yanvar 2023cü il tarixli protokola əsasən, Sumqayıt şəhər Polis idarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, həmin şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı, 2 ədəd “Samsung" markalı mobil telefon, 50 manat pul aşkar edilmişdir. 1 büküm və 2 ədəd mobil telefonlar qablaşdırılaraq götürülmüş, 1 ədəd açar və 50 manat pul ona qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 06 yanvar 2023-cü il tarixdə saat 18:10-da başlamış və həmin tarixdə saat 18:24-də bitmişdir (cild 1, iş vərəqi 260-261). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və işə əlavə olunmuşduor (cild 1, iş vərəqi 262). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 1 ədəd şəxsin özünə aid sürücülük vəsiqəsi, 1 ədəd açar, 1 ədəd “Redmi” markalı mobil telefon və 20 manat pul aşkar olunmuşdur. Həmin əşyalardan 1 ədəd büküm, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd mobil telefon götürülmüş, 1 ədəd açar və 20 manat pul isə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 07 yanvar 2023-cü il tarixdə saat 05:50-də başlamış və həmin tarixdə saat 06:07-də bitmişdir (cild 1, iş vərəqi 30-31). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 32). Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mənzilə baxış və götürmə aparılmasının nəticələrinə dair tərtib olunmuş 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 11 ünvanına baxış keçirilən zaman evin yataq otağında olan çarpayının altındakı 1 ədəd qara rəngli selofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd bağlamada narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Mənzilə baxış və götürmə istintaq hərəkəti 07 yanvar 2023-cü il tarixdə saat 07:10-da başlamış və həmin tarixdə saat 07:33-də başa çatmışdır (cild 1, iş vərəqi 36-37). Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə baxış və götürmə keçirilməsi videogörüntülərninin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 38). Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi şəxsi axtarış və götürmə aparılmasının nəticələri haqqında 08 aprel 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 4 manat pul aşkar olunmuşdur. Həmin 1 ədəd büküm götürülmüş, 4 manat pul isə ona qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 08 aprel 2023-cü il tarixdə saat 15:15-də başlanmış və həmin tarixdə saat 15:24-də başa çatmışdır (cild 3, iş vərəqi 67-69). İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 3, iş vərəqi 70). Cinayət işində olan şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmçinin 1 ədəd “Redmi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 16 noyabr 2022-ci il tarixdə saat 12:30-da başlamış və həmin tarixdə saat 12:50-də bitmişdir (cild 2, iş vərəqi 164-165). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 166). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 06 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 2, iş vərəqi 129-130). Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayon Polis idarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 16 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 2, iş vərəqi 219-220). Məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 6/39 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li» dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 43,726 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li» dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı: - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2710 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1005 qram və 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi 107,504 qram, ümumilikdə təmiz çəkisi 1112,504 qram (1 kq 112,504 qr) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Mehtadone 40” markalanma göstəricisi olan 7 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 70 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır, 70 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. - 2(iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2753,726 qram (2 kq 753,726 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in l siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildirlər. Qeyd: - üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi: 43,726 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 43,626 qr. - yaşadığı mənzildən aşkar edilmiş heroinin təmiz çəkisi: 2710 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 2709,8 qr. - metamfetaminin təmiz çəkiləri: 1005 qr və ümumi 107,504 qr, tədqiqata sərf edildi: 0,2 qr və ümumi 0,2 qr, qalıqlar: 1004,8qr və 107,304 qr. - 70 ədəd həbdən 5 həb tədqiqata sərf edildi, qalıq 65 həb. (cild 1, iş vərəqi 174-179). Məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2023-cü il tarixli 6/61 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə” yazısı və imzalar paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 72,926 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahisına daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 72,926 qr., tədqiqata sərf edildi: 0,2 qr., qalıq: 72,726 qr (cild 1, iş vərəqi 174-179). Məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 7/14 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş...” sözləri yazılmış qara rəngli polietilen torbada skoçla bağlanmış bir ədəd polietilen bağlamada təmiz çəkisi 835,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuana hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuananın təmiz çəkisi 835,0 qr., tədqiqata sərf edildi 0,05 qram, qalıq 834,95 qramdır (cild 1, iş vərəqi 45-49). Məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2023-cü il tarixli 6/62 nömrəli rəyindən görünüi ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,505 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş..” yazısı və imzalar olan polietilen bağlamadakı: - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 103,988 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 315 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini, bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 329,505 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: - üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi 14,505 qr., tədqiqata sərf edildi 0,1 qr., qalıq 14,405 qramdır. - yaşadığı evdən aşkar edilmiş heroinin təmiz çəkisi 103,988 qr., tədqiqata sərf edildi 0,1 qr., qalıq 103,888 qramdır; - metamfetaminin təmiz çəkisi 315 qr., tədqiqata sərf edildi 0,2qr., qalıq 314,8 qramdır (cild 1, iş vərəqi 50-55). Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/199 nömrəli rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 3 (üç) ədəd paketdəki, vət. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilərək götürülmüş heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinlər və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. vət. Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminlər və Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs3 götürülmüş heroinin və metamfetaminin ayrıayrılıqda və ümumi təmiz çəkiləri 7 yanvar 2023-cü il tarixli 6/62 saylı ekspert rəyində, Təqsirləndirilən şəxs1 götürülmüş heroinin və metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkiləri 6 yanvar 2023-cü il tarixli 6/39 saylı ekspert rəyində və Təqsirləndirilən şəxs2 götürülmüş heroinin təmiz çəkisi 7 yanvar 2023-cü il tarixli 6/61 saylı ekspert rəyində göstərilmişdir. Qeyd:
1. Təqsirləndirilən şəxs1: - heroinin təmiz çəkiləri: 43,626 qr., 2709,8 qr., tədqiqata sərf edildi: ümumi 0,06 qr. (hər maddədən 0,03 qr.) qalıqlar: 43,596 qr. və 2709,77 qr., - metamfetaminin təmiz çəkiləri: 1004,8qr və 107,304qr, tədqiqata sərf edildi: 0,03qr və ümumi 0,2qr (hər maddədən 0,02qr), qalıqlar: 1004,77qrvə ümumi 107,104qr
2. Təqsirləndirilən şəxs2: -heroinin təmiz çəkisi: 72,726qr, tədqiqata sərf edildi: 0,03qr, qalıq:72,696qr.
3. Təqsirləndirilən şəxs3: -heroinin təmiz çəkisi: 103,888qr, tədqiqata sərf edildi: 0,03qr, qalıq: 103,858qr -metamfetaminin təmiz çəkiləri: 14,405qr və 314,8qr tədqiqata sərf edildi: ümumi 0,06qr (hər maddədən 0,03qr), qalıqlar: 14,375 qr və 314,77 qramdır (cild 3, iş vərəqi 3-8). Məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2055 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “..Təqsirləndirilən şəxs4 üzərindən..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 13,918 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi 13,918 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq 13,818 qram təşkil edir (cild 3, iş vərəqi 78-82). Məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 6/3205 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilərək götürülmüş heroin, üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti № 69’’-li ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs3 götürülmüş heroinin təmiz çəkisi 7 yanvar 2023-cü il tarixli 6/62 saylı ekspert rəyində, Təqsirləndirilən şəxs4 götürülmüş heroinin isə təmiz çəkisi 8 aprel 2023-cü il tarixli 6/2055 saylı ekspert rəyində göstərilmişdir. Qeyd:
1. Təqsirləndirilən şəxs3: -heroinin təmiz çəkisi: 103,858 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq:103,828 qr.
2. Təqsirləndirilən şəxs4: -heroinin təmiz çəkisi: 13,818 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 13,788 qr. (cild 3, iş vərəqi 26-30). Məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 6/6590 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N 43” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş...’’ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,643 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,643 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 0,593qr. (cild 2, iş vərəqi 172-176). Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli 1262 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabioidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 9-10). Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli 1266 nömrəli rəyinə əsasən, Müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 11-12). Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli 1628A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmas məsləhət görülür (cild 4, iş vərəqi 31-32). Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2023-cü il tarixli 4260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 4, iş vərəqi 33-34). Komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının 31 iyul 2023-cü il tarixli 2109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs4 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 hazırda Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs4 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 4, iş vərəqi 35- 37). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, həmin tapşırığın xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Baş Narkotikiərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və ********* nömrəli cinayət işi üzrə barəsində istintaq aparılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, narkotik və psixotrop maddələri İİR vətəndaşı “Şahbuz” adlı şəxsdən əldə etmələri müəyyən edilmişdir. Həmçinin “Şahbuz" adlı şəxs Azərbaycan Respublikası hüdudlarından kənarda olması ilə əlaqədar onun şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması və “Əbdülkərim” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda bu istiqamətdə tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədilə əməliyyat tədbirləri davam etdirilir. Keçiriləcək əməliyyat tədbirləri nəticəsində müsbət nəticələr barədə əlavə bildiriləcəkdir (cild 2, iş vərəqi 114). İstintaq zamanı verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə öz aralarında, eləcə də iranlı “Şahbuz” adlı şəxslə əlbir olmaları, Təqsirləndirilən şəxs4 “Şahbuz" adlı şəxsin sifarişi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə keçirməsi, həmin maddələrin satış məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aralarında bölünməsi barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahbuz” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (cild 3, iş vərəqi 2). İbtidai istintaq orqanının 02 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Camal oğlundan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2943,678 qram çəkidə narkotik vasitə heroin, 835,95 qram çəkidə qurudulmuş marixuana, qalıq sayı 65 ədəd olan metadon həbləri, qalıq çəkisi 1441,019 qram olan psixotrop maddə metamfetamin və 3 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər saxlanılmaları üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 4, iş vərəqi 41-45). Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,593 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər saxlanılması üçünAzərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 250-251). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC və "xxxx" MMCdən daxil olmuş CD disklərdə olan məlumatlara baxış keçirilərkən, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edildiyindən, həmin CD disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 238-241, 257-260, cild 4, iş vərəqi 38-40). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 03 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 (C********) xx.xx.2023-cü il tarixdə gecə saat 05 radələrində Naxçıvan-Bakı avtobusu ilə “Biləsuvar” gömrük postunu keçməklə Azərbaycan Respublikasına daxil olmuşdur (cild 2, iş vərəqi 252). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 sərhədkeçmələrinə dair çıxarışlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 12:24-də, Təqsirləndirilən şəxs4 isə həmin tarixdə saat 12:25-də İran İslam Respublikasına «Biləsuvar» Gömrük postundan giriş edərək həmin tarixdə saat 20:45-də «Culfa» Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçmişlər. Təqsirləndirilən şəxs4 xx.xx.2022ci il tarixdə saat 22:17-də, Təqsirləndirilən şəxs3 isə həmin tarixdə saat 22:23-də İran İslam Respublikasına «Culfa» Gömrük postundan giriş etmişlər və xx.xx.2022-ci il tarixdə saat 07:17-də Təqsirləndirilən şəxs3, həmin tarixdə saat 07:20-də isə Təqsirləndirilən şəxs4 «Biləsuvar» Gömrük postundan Azərbaycan Respublikası ərazisinə keçmişlər. Həmçinin, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 22:59-da «Biləsuvar» Gömrük postundan İİR-a giriş edərək xx.xx.2023-cü il tarixdə saat 07:49-da «Culfa» Gömrük postundan Naxçıvan MR-a keçmiş və həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 20:17-də əks istiqamətdə «Culfa» Gömrük postundan İİR-a giriş edərək xx.xx.2023-cü il tarixdə saat 05:43-də «Biləsuvar» Gömrük postundan Azərbaycan Respublikası ərazisinə keçmişdir (cild 3, iş vərəqi 14- 16). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A31” markalı, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung Galaxy A12” markalı və Təqsirləndirilən şəxs3 götürülmüş “Redmi Note 11” markalı mobil telefonlara baxış keçirilən zaman narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üzrə əhəmiyyət kəsb məlumatlar müəyyən edildiyindən həmin telefonlar iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 3, iş vərəqi 249-261). Cinayət işinə əlavə olunmuş sənədlərdən və Elektron Sorğu sistemindən əldə edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 evlidirlər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 himayəsində iki, Təqsirləndirilən şəxs1 himayəsində isə bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs3 isə subaydır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamələrdən, həmçinin hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə məlumat yoxdur (cild 2, iş vərəqi 102-105, 243-248, cild 3, iş vərəqi 236- 237, cild 4, iş vərəqi 21-25). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilməyərək, onlara verilmiş ittihamların əsasını təşkil edən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə özlərinin aidiyyəti olmadığını, qaçaqmalçılıq cinayəti ilə bağlı verilmiş ittihamları ümumiyyətlə qəbul etmədiklərini, polis əməkdaşları tərəfindən onlara edilmiş təzyiqlər nəticəsində etmədikləri cinayət əməllərini boynuna aldıqlarnı bildirməklə öz müdafiəsi üçün dəlillər gətirdilər. Yalnız Təqsirləndirilən şəxs1 16 noyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar olunmuş az miqdarda narkotik vasitə heroinə görə verilmiş ittihamla razı olduğunu qeyd etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulub müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşadıqları ünvanlara baxış keçirilərkən, adları çəkilən şəxslərin özləri heç bir kənar təsir olmadan ittihamlarda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər ilkin izahatlarında, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində onlardan aşkar olunmuş narkotik və psixotrop maddələrin özlərinə məxsus olduğunu etiraf etmişlər. Həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin izahatlarında, istintaq zamanı verdikləri ifadələrində ittihamda qeyd olunan külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 2023-cü ilin yanvarın əvvəllərində onların köməkliyi ilə Təqsirləndirilən şəxs4 tərəfindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirildyini bildirmiş, sonuncu da müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında, həmçinin istintaqın ilkin mərhələsində verdiyi ifadələrində göstərilən cinayət əməllərinin törədilməsində özünün iştirakını tam etiraf etmişdir. Məhkəmə iş üzrə hazırkı hökmdə sadalanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini aşağıdakı əsaslara görə iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edərkən onların iş üzrə çoxsaylı şahid ifadələri, üzləşdirmə protokolları, müdafiəçilərin iştirakı ilə videoçəkiliş vasitəsilə aparılmış şəxsi axtarış və götürmə protokolları, mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar, ekspertiza rəyləri, mobil telefonlarla aparılmış danışıqlar və anten məlumatlarına baxış keçirilməsi haqqında protokollar, mobil telefonlara baxış keçirilməsi barədə protokollar və iş üzrə maddi sübutlarla təsdiq olunduğunu vurğulayır. Məhkəmə kollegiyası iş üzrə adları çəkilən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri qiymətləndirərkən xüsusi olaraq qeyd etməyi lazım bilir ki, müxtəlif şəxslər tərəfindən verilmiş həmin ifadələr öz xırda detallarına qədər biri digəri ilə üst-üstə düşmüş və məhkəmə tərəfindən həmin ifadələrin obyektivliyinin şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin təqsirsizliyi ilə bağlı müdafiə tərəfinin gətirdikləri dəlilərə, xüsusən də Təqsirləndirilən şəxs4 müdafiəçisinin məhkəməyə təqdim etdiyi videogörüntülərə və sübut kimi təqdim etdiyi digər sənədlərə qiymət verərkən qeyd etməyi lazım bilir ki, bunlar müdafiə tərəfinin subyektiv fikirləri olmaqla, cinayət işi ilə bu və ya digər formada əlaqəsi olmayan, cinayət işi üzrə toplanmış sübutları təkzib etməyən mülahizələr, ehtimallar və fərziyyələrdən ibarətdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmaması, polis işçilərinin göstərdikləri təzyiqlər nəticəsində həmin cinayət əməllərini etiraf etmələri barədə gətirdikləri dəlilləri onların özlərini və birinin digərini məsuliyyətdən yayındırmaq məqsədilə seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin üzərindən, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşadıqları ünvanlardan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitələr, həm də psixotrop maddələr olmaqla müxtəlif növlərdə olmasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bağlamalarda olmaqla hər birinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə təqsiri ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslərin törətdikləri əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və onlara qəti cəza təyin olunmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Daha sonra o, ********* nömrəli cinayət işi üzrə 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 06 yanvar 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs3 isə 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarına əsasən onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər hər üç təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməli, cəzanın başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduqları bütün müddət cəzaçəkmə müddətlərinə daxil edilməli, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın başlanğıcı 06 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı 07 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs4 təyin olunacaq cəzanın başlanğıcı isə 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli 1262 və 1266 nömrəli rəylərini, 18 mart 2023-cü il tarixli 1628A nömrəli rəyini və 08 iyul 2023-cü il tarixli 4260 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunduğundan, onların narkomanıyadan məcburi müalicəyə ehtiyacları olduğundan barələrində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət işi üzrə saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Camal oğlunun üzərindən, yaşadıqları mənzillərdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2943,678 qram çəkidə narkotik vasitə heroin, 835,95 qram çəkidə qurudulmuş marixuana, 65 ədəd metadon həbləri, qalıq çəkisi 1441,019 qram olan psixotrop maddə metamfetamin, 3 ədəd elektron tərəzi və qalıq çəkisi 0,593 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A31” markalı, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung Galaxy A12” markalı və Təqsirləndirilən şəxs3 götürülmüş “Redmi Note 11” markalı mobil telefonlar onlara qaytarılması üçün yaxın qohumlarına təhvil verilməli; - "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd CD disklər, şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 7 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 828 (səkkiz yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri kimi hesablanmış ekspertiza xərcləri hər bir təqsirləndirilən şəxsin üzərindən və yaşadığı mənzillərdən aşkar edilərək götürülmüş maddi sübutlara münasibətdə hesablanaraq bölünməlidir. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 266 (iki yüz altmış altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs2, 298 (iki yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs3 və 112 (yüz on iki) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs4 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək şübhəli qismində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Camal oğlunun üzərindən, yaşadıqları mənzillərdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2943,678 qram çəkidə narkotik vasitə heroin, 835,95 qram çəkidə qurudulmuş marixuana, 65 ədəd metadon həbləri, qalıq çəkisi 1441,019 qram olan psixotrop maddə metamfetamin, 3 ədəd elektron tərəzi və qalıq çəkisi 0,593 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. - Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A31” markalı, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung Galaxy A12” markalı və Təqsirləndirilən şəxs3 götürülmüş “Redmi Note 11” markalı mobil telefonlar onlara qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin; - "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd CD disklər, şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 7 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 266 (iki yüz altmış altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs2, 298 (iki yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs3 və 112 (yüz on iki) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs4 tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov