Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-813/2020 14.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Abbas oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 6 ünvanına gələrək özündə olan açarla evin giriş qapısını açıb evə daxil olub evdən oğurluq hadisəsini kənar şəxs tərəfindən törədilməsi görünüşü yaratmaq məqsədi ilə evdə olan əşyaları dağıtmış, xx.xx.2020-ci il tarixdə qonaq gəlmiş arvadı Şahid1 dayısı oğlu Zərərçəkmiş şəxs qaldığı yataq otağında yerləşən çarpayının döşəyinin altında sonuncuya məxsus göy rəngli və ağ rəngli sellofan paketlərin içərisində qəzetə bükülü, həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 23630 manat təşkil edən 13900 ABŞ dolları, həmçinin həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 185 manat 28 qəpik təşkil edən 100 avro və 31770 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 55585 manat 28 qəpik külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun həyat yoldaşıdır, xx xxxxxx 2013-cü il tarixdə tarixdə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladları vardır. Zərərçəkmiş şəxs onun həyat yoldaşı Günayın dayısı oğludur. Özü Şüvəlan qəsəbəsində moyka işlədir. xx.xx.2020-ci il tarixdə İqrar onların yaşadığı evə gələrək Astara şəhərində yerləşən evini satdığını, Bakı şəhərində ev almaq üçün qalacağını demiş və onlar etiraz etməmişlər. xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində Günay, azyaşlı uşaqları və İqrar birlikdə bayramlaşmaq üçün Bayıl qəsəbəsində yaşayan qayınatasıgilə getmişlər. O isə işi olduğunu, sonradan gələcəyini demişdir. O, belə hesab etmişdir ki, İqrar evini satıbsa o, Bakıya gələndə də həmin pulları gətirib, həyat yoldaşı İqrarla çox mehriban olmuşlar deyə belə hesab etmişdir ki, İqrar Günaya həmin pulu verib ki, Günay pulu evdə gizlətsin. Həmin vaxt onun maddi vəziyyəti pis olduğuna görə İqrara məxsus pulları oğurlamaq qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 18:30 radələrində o, yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 6 ünvanına gəlmiş, evin giriş qapısını özündə olan açarla açıb evə daxil olmuşdur. Sonra o, İqrarın yatdığı yataq otağına daxil olmuş və İqrarın yatdığı çarpayının altında saxladığı göy rəngli sellofan torbanı götürmüşdür. O, göy rəngli sellofan torbanı açmış, daha sonra orada olan ağ rəngli sellofan torbanı açmış və qəzetin arasında çoxlu pul olduğunu görmüşdür. Amma həmin vaxt pulları saymamışdır. Həmin vaxt pulu axtaranda evin əşyaları dağılmışdır. Bundan sonra o, pullar olan göy sellofan torbanı götürmüş, evin qapısını açarla bağlayıb Şüvəlan qəsəbəsində olan işlədiyi moykaya bitişik yarımtikiliyə gedib pulu orada gizlətmişdir ki, sonradan götürər. Həmin günü saat 20 radələrində o, bayramlaşmaq üçün Bayıl qəsəbəsində yaşayan qaynatasıgilə getmişdir. Bir az sonra o, Günay, azyaşlı uşaqları və İqrar birlikdə yaşadıqları evə qayıtmışlar. Saat 23 radələrində onlar evə çatmışlar və Günay evin giriş qapısını özündə olan açarla açıb evə daxil olmuşdur. Onlar evə daxil olanda evin otaqlarında olan əşyaların dağınıq olduğunu görmüşlər. İqrar tez yataq otağına keçmiş və yatdığı çarpayının döşəyinin altına baxan zaman orada saxladığı pulun oğurlandığını demişdir. Günay dərhal DİN-in 102 xidmətinə zəng edərək yaşadığı evdən pul oğurlandığını bildirmişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər və yaşadıqları evi müayinə etmişlər. Daha sonra o və İqrar izahat vermək polisə getmişlər. Polis əməkdaşları onu sorğu-sual edəndə o, oğurluğu törətdiyini, pulu xərcləmədiyini və pulu gizlətdiyini demişdir. Bundan sonra o, İqrar və polis əməkdaşları birlikdə Şüvəlan qəsəbəsində yerləşən yarımtikiliyə getmişlər və o, oğurladığı pulları gizlətdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları orada selofan torbanı açmışlar və pulları sayaraq götürmüşlər. Etdiyi cinayət əməlinə görə çox peşmandır. Onun bu cinayəti etməyinə səbəb hadisə günü içkili olması olmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, Şahid1 onun bibisi qızıdır, Nəcəfov X6 həyat yoldaşıdır və 2 azyaşlı övladları vardır. Emin və Günay ünvan 2 ünvanında kirayədə yaşayırlar. O, Rusiya Federasiyasına tabe olan Krım Respublikasında yaşamış, 2019-cu ilin sonlarında Bakı şəhərinə qayıtmışdır. O, Astara şəhərində olan evini satıb ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 2020-ci ilin martın 14-də 65000 (altmış beş min) manata satmışdır. xx xxxx 2020-ci il tarixdə o, Bakı şəhərində ev almaq üçün 13900 ABŞ dolları, 100 Avro və 31770 manat şəklində olan həmin pulu da götürüb bibisi qızı Günaygilə gəlmiş və müvəqqəti olaraq ev alana kimi onlarda yaşayacağını bibisi qızı Günaya və Eminə demişdir. Günay və Emin buna etiraz etməmişlər. O, Günay və Eminə Astara şəhərində olan evini satdığını və pulu özü ilə gətirdiyini demişdir. O, özü ilə gətirdiyi pulu qəzet kağızına bükülü halda ağ rəngli sellofan torbaya qoymuş, həmin sellofan torbanı da göy rəngli sellofan torbaya qoymuşdur ki, paket nazik olub cırılmasın. O, pulu onun üçün ayrılmış otaqda çarpayının döşəyinin altına qoymuşdur. Onun pulu oraya qoymağından Günayın xəbəri olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Günay və azyaşlı uşaqları ilə birlikdə evin qapılarını və pəncərələrini bağlayaraq Bayıl qəsəbəsində yaşayan Günayın atasıgilə bayramlaşmağa getmişlər. Saat təxminən 20 radələrində Emin də oraya gəlmişdir. Həmin günü saat 23 radələrində o, Emin, Günay və azyaşlı uşaqları ilə birlikdə evə qayıtmışlar. Günay qapını açaraq evə daxil olmuşdur. Həmin vaxt evin otaqlarında olan əşyaların dağınıq halda olduğunu görmüşlər. O, dərhal yataq otağına daxil olub çarpayının altına baxan zaman 13900 ABŞ dolları, 100 avro, 31770 manat nağd pulun yerində olmadığını görmüşdür. Həmin vaxt onlar evdən oğurluq olduğunu anlamışlar. Günay dərhal DİN-in 102 xidmətinə zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər və evi müayinə etmişlər. Daha sonra o və Emin polis bölməsinə gedib izahat yazmışlar, polis bölməsində Emin ona məxsus pulu oğurladığını etiraf etmiş və pulu gizlətdiyi yeri polislərə göstərmişdir. Bundan sonra o, da polis əməkdaşları ilə birlikdə Eminin pulu gizlətdiyi Şüvəlan qəsəbəsində yerləşən yarımtikiliyə getmişlər, orada Emin ondan oğurladığı pulu polis əməkdaşlarına göstərmiş və onunda iştirakı ilə pulu götürüb saymışlar. Həmin vaxt orada bu barədə protokol tərtib edilmişdir. O, orada anlamışdır ki, Emin evin qapısını özündə olan açarla açıb evə daxil olub və evin əşyalarını dağıdıb ki, Emindən şübhələnən olmasın. Qeyd edilən pullar polis tərəfindən ona qaytarılmışdır. O, Eminlə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Şahid X3 məhkəmədə ifadəsində göstərdi ki, əsl adı Nəzərdir, ona həm də Pirnəzər deyə müraciət edirlər. X4 qohumudur, Rəşadın anası Sevil, atası Camaləddinin əmisi qızıdır. Münasibətləri yaxşı olmuşdur. Rəşadın həbs həyatı yaşamasına görə, daim Rəşadla məsafəli davaranmışdır. X5 həmkəndlisi olmaqla bərabər, həm də sinif yoldaşı olmuşdur. Coşqunla da münasibəti yaxşıdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı kəndin ərazisindən keçən Quba-Qusar yolunun sağ tərəfində həmkəndlisi Eynullanın işlətdiyi “Dostluq” kafesinə həmkəndlisi Ceyhun və Babaşla birlikdə gedən zaman, orada zalda həmkəndliləri Asif və Rahimin stolun ətrafında oturaraq pivə içdiklərini görüb, həmin şəxslərlə birlikdə əyləşərək pivə içməyə başlamışlar. Həmin vaxt zalın mətbəx olan istiqamətdəki otağından Rəşad, Coşqun və həmkəndlisi İlqarın çıxdığını görmüş, hərəkətlərindən həmin şəxslərin sərxoş olmaları açıq-aydın hiss olunmuşdur. Rəşad onu görərək “Pirnəzər bir dəqiqə yanıma gələ bilərsən?” demişdir. O da stuldan qalxaraq Rəşada yaxınlaşmış, Rəşad ona “məni görəndə niyə salam vermirsən?” demiş, oda belə etmədiyini bildirəndə, Rəşad zarafaca ona “biz qohumuq, ona görə də ağıllı ol” demişdir. O da Rəşada qarşı istehza ilə “bu gün ağıllı olaram” demişdir. Ətrafda olan Coşqun onların söhbətlərini eşidib, Rəşada bildirmişdir ki, “sən Nəzərə elə söz niyə dedin?”. Buna görə də “ağıllı özün ol” dedikdə, Rəşadla Coşqun arasında mübahisə yaranmışdır. Rəşad da Coşquna “sən bizə qarışma, biz özümüz bilərik” demişdir. Rəşad və Coşqun bir-birlərinə yaxınlaşaraq əlbə-yaxa olmaq istədikdə Ceyhun Coşqunu kafedən çölə çıxarmışdır. İlqar da ayaq yolundan zala gələrək Coşqunun arxasınca çölə çıxmışdır. Rəşad həmin vaxt ona yaxınlaşaraq, dediyi sözünə görə ondan üzür istəmişdir. Səhv etdiyini bildirmişdir. Bu zaman Coşqun kafenin çölündən Rəşadı çağırmışdır. Rəşadda çölə iki-üç dəqiqədən sonra çıxmış və çöldə mübahisə səsləri eşidilməyə başlanmışdır. Kafedəki şəxslər səs-küyə çölə çıxmışlar, o, Ceyhun, Asif və Babaş da çölə çıxmışlar. İlk o çölə çıxanda kafedən bir qədər kənarda İlqarla Coşqunun bir-birlərini tutaraq mübahisə etdiklərini görmüşdür, o da həmin şəxsləri ayırmağa başlamış və mübahisəsi davam etməmişdir. Coşqun ayrılaraq Quba-Qusar yolu istiqamətində getmişdir. İlqar ona kafenin qarşısında papağının düşdüyünü bildirmiş, papağını taparaq gətirməyini xahiş etmişdir. O da İlqarın papağını taparaq İlqarın yola yaxın yerdə durduğu istiqamətə getmiş, papağını verən zaman yol tərəfdən mübahisə səsləri gəlməyə başlamış, İlqar qışqıraraq “Rəşadda bıçaq var, onu götürün” demişdir. Sonra birlikdə yola tərəf getmişlər, yolun Qusar istiqamətindəki sağ kənarında, oradakı radar dirəyinin yaxınlığında Rəşadın, Coşqunu yerə yıxaraq üstündə olduğunu görmüş, bir birləri ilə dalaşaraq, Rəşad so ləli Coşqunun boynundan tutub saxlamışdır, sağ əlində isə qolu açıq vəziyyətdə təxminən 5-6 sm uzunluqda, qulpu dəmir metaldan ibarət qara rəngli bıçaq tutmuşdur. Həmin vaxt Rəşad, Coşqunu vurmamışdır, o təhlükənin baş verə biləcəyindən ehtiyatlanıb, bıçağı Rəşadın əlində olarkən ayaqqabısının daban hissəsi ilə basıb saxlamış, Rəşada dalaşmamalarım, birbirindən ayrılmalarım bildirmişdir. Rəşad demişdir ki, “ilk olaraq Coşqunu saxlayın, məndə aralanım”. Bu zaman Rahim və İlqar Coşqun və Rəşadı aralamışlar. Rəşadda bıçağı yerə buraxmışdır və o da ayağını bıçağın üzərindən götürmüşdür. Mübahisə bitmiş, Coşqun yerdən qalxmış və Rəşada “sən məni bıçaqla vurdun” demişdir. Bunu eşidən Rəşad Coşqunu qucaqlamış və sakitləşmişlər. Onlar da hər birini kənara uzaqlaşdırmışlar. Hadisə yerinə marka və nömrəsini bilmədiyi xarici ölkə istehsallı qara rəngli minik avtomobili gəlmiş və Coşqun həmin avtomobilə minərək Qusar istiqamətində gedərək oradan uzaqlaşmışdır. Həmin vaxt qaranlıq olduğundan Coşqunun bədənində və yerdə hər-hansı qan izi görməmişlər. Sonra Rəşad hadisə yerinin bir qədər kanrından Coşqunu yerə yıxdığı yerə gələrək “mənim bıçağım kimdədir?” demiş və üzərindəki alışqanın işığı ilə hadisə yerini axtarmağa başlamış və hasara yaxın ağacın dibindən yerdə qalmış bıçağı görmüş, həmin bıçağa işıq vurduğu zaman o və oradakı şəxslər də bıçağı görmüşlər və yuxarıda qeyd etdiyi kimi bıçaq təxminən 5-6 sm uzunluqda, qulpu dəmir metaldan ibarət qara rəngli olmuşdur. Rəşad həmin bıçağı yerdən götürüb qatlayaraq cibinə yerləşdirmişdir. Bundan sonra hadisə yerindəki şəxslər uzaqlaşamağa başlamış, o, Ceyhun və Rahim kafeyə qayıtmışlar. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin 1-ci Polis şəbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında o, təhqiqatçı Elvin Hacıyev, Xəzər RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2, Zərərçəkmiş şəxs və sonuncuya məxsus pulu oğurlayaraq gizlətdiyini etiraf edən Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən yarımtikili obyektə getmişlər. Orada yarımtikilinin sahibi Bilal Heybətov olduğu müəyyən olunmuş və həmin tikiliyə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizəsi alınmışdır. Sonra həmin ərazidən keçən iki nəfər şəxsi hal şahidi kimi dəvət etmişlər, hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra obyektə daxil olmuşlar. Orada həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurladığı pulu karton qutunun arxasında gizlətdiyini göstərmişdir. Bundan sonra təhqiqatçı Elvin Hacıyev tərəfindən karton qutunun arxasında göy rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Həmin torba açılan zaman içərisində ağ rəngli torba və içərisində qəzet kağızına bükülmüş ABŞ dolları, avro və Azərbaycan manatı pul valyutaları aşkar edilmişdir. Pullar sayılmış, oradan 13900 ABŞ dolları, 100 Avro və 31770 manat pul götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və heç bir etiraz olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar polis şöbəsinə qayıtmışlar. Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsini tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 6-ya baxış keçirilmiş və evin yataq otağının qaydasının pozulduğu, otağın dağınıq halda olmaqla yerdə paltar və digər geyim əşyaları olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 8-11). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxış zamanı onun yaşadığı Şüvəlan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evdən Zərərçəkmiş şəxs məxsus oğurlanmış 13900 ABŞ dolları, 100 avro və 31770 manat nağd pul Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən natamam tikilidən aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 17-22). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs məxsus pulları oğurlamasının təfərrüatları barədə istintaqa verdiyi ifadəsini hadisə yerində əyani şəkildə nümayiş etdirmişdir (cild 1, iş vərəqi 71-74). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 46). İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, ona məxsus oğurlanmış 13900 ABŞ dolları, 100 avro və 31770 manat nağd pul özünə qaytarılmış, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 53-54, 57). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış 13900 ABŞ dolları, 100 avro və 31770 manat nağd pul maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 127-134). İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron saytından əldə edilmiş sənəddən görünür ki, oğurluq hadisəsi baş vermiş tarixə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,70 manat, 1 Avronun isə 1,85 manat təşkil etmişdir (cild 1, iş vərəqi 58). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi xidmət dövründə SQ BKH-da, sonralar isə ambulator qaydada SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırkı müayinə zamanı emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət tərədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 123-125). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx.xx.2013-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Emil, xx.xx.2013-cü il təvəllüdlü Yusif adlı övladları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 86-89, 119-120). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 6 ünvanına gələrək özündə olan açarla evin giriş qapısını açıb evə daxil olub evdən həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 23630 manat təşkil edən 13900 ABŞ dolları, həmçinin həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 185 manat 28 qəpik təşkil edən 100 avro və 31770 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 55585 manat 28 qəpik külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, həmin cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-391/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 85, 99-103). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu əvvəllər ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkib qurtarmadığı üçün məhkəmə onu məhkumluğu olan şəxs hesab edir, bununla yanaşı onun törətdiyi əməli cinayətlərin residivi kimi qiymətləndirmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası hədlərində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İşdə olan və məhkəmədə tədqiq edilmiş Xəzər Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 781/AY18 saylı məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə cəzasının 01 il 02 ay 07 gününü çəkmişdir. Məhkumun çəkilməmiş cəzası 09 ay 19 gün müddətini təşkil edir (cild 2, iş vərəqi 40). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 19 gün hissəsi iki gününə bir gün azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla 4 (dörd) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası bu hökmlə təyin ediləcək cəza ilə qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 33, 81-82). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 13900 ABŞ dolları, 100 avro və 31770 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 19 (on doqquz) gün hissəsi iki günə bir gün azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla 4 (dörd) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 13900 ABŞ dolları, 100 avro və 31770 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-813/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-813/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver