Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-813/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 İbnyamin oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bərdə rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş məhkumluğu ödənilmiş, fərdi fəaliyyətlə məşqul olan, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən Mövsüm Sənani küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx.xx.1986-cı ildə Laçın rayonu, Alcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi fəaliyyətlə məşqul olan, Şuşa şəhəri, Dədə Qorqud küçəsi, ev 33-də qeydiyyatda olan, Mingəçevir şəhəri 2 saylı Texniki Peşə Məktəbinin yataqxanasında məskunlaşmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi fəaliyyətlə məşqul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, bina 5. Mənzil 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs1, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında “Həyat İnşaat” firmasının numayəndəsi Zərərçəkmiş şəxs çəpərləmə və işarələmə lentlərini sataçaqları adı ilə aldadıb, öz cinayət əməllərini pərdələmək üçün 02 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Həyat İnşaat” firması arasında 13 nömrəli alqı- satqı müqaviləsinin bağlanmasına nail olmuş və müqaviləyə əsasən çəpərləmə və işarələmə lentlərinin alınması üçün 76.000 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə “Həyat İnşaat” firmasının bank hesabından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov fialında olan bank hesabına köçdükdən sonra vədinə əməl etməyərək həmin pul vəsaitini 04 yanvar 2018-ci il tarixdə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzduq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında “Həyat İnşaat” firmasının nümayəndəsi Zərərçəkmiş şəxs çəpərləmə və işarələmə lentlərini sataçaqları adı ilə aldadıb, öz cinayət əməllərini pərdələmək üçün 02 oktyabr 2017-ci il tarixdə direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Həyat İnşaat” firması arasında 13 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuş və müqaviləyə əsasən çəpərləmə və işarələmə lentlərinin alınması üçün 76.000 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə “Həyat İnşaat” firmasının bank hesabından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov fialında olan bank hesabına köçdükdən sonra vədinə əməl etməyərək həmin pul vəsaitini 04 yanvar 2018-ci il tarixdə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzduq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında “Həyat İnşaat” firmasının nümayəndəsi Zərərçəkmiş şəxs çəpərləmə və işarələmə lentlərini sataçaqları adı ilə aldadıb, öz cinayət əməllərini pərdələmək üçün 02 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Həyat İnşaat” firması arasında 13 nömrəli alqı- satqı müqaviləsinin bağlanmasına nail olmuş və müqaviləyə əsasən çəpərləmə və işarələmə lentlərinin alınması üçün 76.000 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə “Həyat İnşaat” firmasının bank hesabından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov fialında olan bank hesabına köçdükdən sonra vədinə əməl etməyərək həmin pul vəsaitini 04 yanvar 2018-ci il tarixdə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzduq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun dayısı Yadigar Əliyevə görə təxminən 2003-cü ildən tanımış, ailəvi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs3la dayı-bacı oğlu kimi yaxın münasibətləri olmuşdur. Vilayətlə aralarında hər hansı bir malın alınıb-satılması ilə bağlı münasibət olmamışdır. 2018-ci ildən əkinçiliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 sement sexini işlədən zaman tanımış, Sahib ondan sement almışdır. Bu prosessdə aralarında şəxsi münasibət yaranmışdır. Sahib sementi satmaq üçün almışdır. Sahibin özünün firması olmuşdur. O, Yadigara görə həmçinin Şahid da tanımışdır. Təxminən 2017-ci ilin payız aylarında Vilayət ona demişdir ki, Mirzəbala adlı Elçinin tanışı olan adam var, ona çəpərləmə və işarələmə lenti lazımdır, ancaq alqı-satqı pulu bank köçürməsi ilə olmalıdır. çəpərləmə və işarələmə lenti tapa bilərmi. O, da Vilayətə demişdir ki, əgər bazarda satılan şeydirsə niyə tapmır. Vilayət ona demişdir ki, Mirzəbala ilə özü danışıb, ona çəpərləmə və işarələmə lenit ilə bağlı qiymət deyib, ancaq Mirzəbala buna razı olmayıb. Vilayət ona təklif etmişdir ki, çəpərləmə və işarələmə lenti tapıb Mirzəbalaya satmaq olar, ancaq onun dediyi qiymətə Mirzəbala razı olmadığına görə, yenidən Mirzəbalaya ucuz qiymət deyə bilməz, bunun üçün icazə versin zəng edib Mirzəbalaya deysin ki, “sən ucuz qiymətə ona çəpərləmə və işarələmə lenti sata bilərsən”. O Vilayətin bu təklifinə razılıq vermişdir. çünki Vilayət demişdir ki, çəpərləmə və işarələmə lenti satılan yer tapıb, oradan nisbətən ucuz qiymətə alıb Mirzəbalaya razılaşacaqları qiymətə sata bilərlər. Bundan sonra Vilayət Mirzəbalaya zəng edib onun nömrəsini vermişdir. Bir müddət sonra Mirzəbala ona zəng edib çəpərləmə və işarələmə lenti lazım olduğunu demiş və onlar telefonda danışıb ümumi dəyəri 138.200 manat olan çəpərləmə və işarələmə lenti satmaq barədə razılaşmışlar. Sonra o, müqavilə bağlanması üçün Təqsirləndirilən şəxs2 direktor olduğu “xxxx” MMC-nin rekvizitlərini Mirzəbalaya göndərib demişdir ki, Sahib onunla işləyir, müqavilənin onun adından həmin şirkətlə bağlanacaq və hər bir işi özü edəcək, narahat olma. Mirzəbalanın özü müqaviləni hazırlatmış və ona bu barədə zəng edib demişdir və Sahibi işlədiyi ofisə, yəni "Malakan” bağının yanına göndərməyi istəmişdir. O, da bu barədə Vilayət və Sahibə demiş və Sahib həmin yerə 02 oktyabr 2017-ci il tarixdə gedib müqaviləni imzalamışdır. Onların malı almağa nağd pulu olmadığı üçün Mirzəbalaya demişdir ki, müqavilə dəyəri olan 138.200 manat puldan 76.000 manat pulu ilkin olaraq ödəsin, qalan pulu mal təhvil veriləndən sonra ödəyər. Mirzəbala da buna razı olmuş və 28 dekabr 2017-ci il tarixdə “Həyat İnşaat” firmasının bank hesabından 76.000 manat pul “xxxx” firmasının “Azərbaycan Beynləxalq Bankın” Nərimanov filialına köçürülmüşdür. Bu barədə Mirzəbala ona zəng edib pulun köçdüyünü demişdir. O, da bu barədə Vilayət və Sahibə demişdir. Sahib maraqlanıb pulun köçdüyünü demiş, lakin ilin sonu olduğu üçün pulu çıxarda bilmədiyini, ancaq ilk iş günü, yəni 4 yanvar 2018-ci ildə çıxarda bilər. 4 yanvar 2018-ci il tarixdə Sahib hesabından pulu çıxardıb nağlaşdırmışdır. Sahibin adına bir necə firma vardır və pul həmin firmaların hesabına vurulmuşdur. Çünki həmin vaxtlarda firma hesabından 15.000 manatdan artıq pul vəsaiti çıxardılıb nağlaşdırıla bilərdi. Bu qaydada Təqsirləndirilən şəxs2 pulun hamısını hesablardan çıxarılmışdır. Həmin vaxtlarda da onlara nağd pul lazım olduğundan 76.000 manat pulun 35.000 manatını özünə götürmüşdür. Qalan pul isə Vilayət və Sahibdə qalmışdır. Onların hərəsinə tam olaraq hansı məbləğlərdə pul düşməyini xatırlamasa da Vilayətin atası Eldar pulun 30.000 manatının Vilayətin, 8000 manatının isə Sahibin payına düşdüyünü bildirmişdir. Pulu götürdükdən sonra Mirzəbala zəng edib malını istəmişdir. Həmin vaxtlarda yaşadığı Bərdə rayonuna getmişdir. Sonra isə pulu şəxsi işləri ilə bağlı xərclədiyindən Mirzəbalaya çəpərləmə və işarələmə lenti alıb verə bilməmiş və pulu da olmadığından pulu geri qaytara bilməmişdir. Mirəzəbala ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Həmin vaxta qədər onlarla görüşləri olmamış, onlar ancaq telefonla danışmışdılar. 2018-ci ilin təxminən may ayında Bakı şəhəri Badamdar Qəsəbəsində, Bazarstorun yaxınlığında yerləşən “Qəbələ” restoranda o, Elçin, Vilayət, Elçinin qardaşı və Mirzəbalanın bir tanışı orada görüşmüşlər. Mirzəbala ilə Vilayət arasında sözlə mübahisə olmuşdur. O, da söhbətin uzun çəkdiyini görüb durub stoldan getmişdir. Getməyinin səbəbi isə həmin görüşün həftənin üçün gün olması və həftənin dördüncü gününün yoldaşının cümə axşamı mərasiminin keçiriləçəyi ilə bağlı alış-veriş edilməsi olmuşdur. O, sonra Vilayətdən görüşün sonrası barədə soruşmamışdır. Bundan təxminən ay yarım-iki ay sonra o, 20 Yanvar dairəsinin yaxınlığında, "Nurgün” Motorsun yanında görüşmüşdür. Görüşdə Vilayətin əmisi oğlu Rasimdə iştirak etmişdir. Həmin görüş zamanı Mirzəbaladan pulun alınması barədə iltizam yazmış və iltizamı o, Vilayət və Mirzəbala imzalamışdır. Həmin iltizamda şirkətdə müəyyən problemlər olduğu üçün malı təhvil verə bilmədikləri, ancaq ilin sonuna kimi pulu ödəyəcəyəçəkləri bildirmişdir. İlin sonuna az qalmış pulu tapa bilməmiş və Vilayətin atası bir vəkillə müqavilə bağlayıb “İltizamın” etibarsız sayılması barədə məhkmə qarşısında iddia qaldırmışdır. Ancaq onun buna razılığı olmasada onlar istədiyi üçün etiraz etməmişdir. Lakin məhkəmədə iddianı təmin etməmişdir. Sonra Mirzəbala ondan Bakişəhər Baş Polis İdarəsinə və prokurorluq orqanlarına şikayət etmişdir. Araşdırma zamanı onun izahatı alınmasada cinayət işinin başlanması rədd edilmişdir. Sonra isə həmin qərarın ləğv edilməsini və Baş İstintaq və Təhqiqat idarəsində araşdırma aparılmış və başlanmış cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, əməlindən peşman olsada həmin vaxtı Mirzəbalaya dəymiş maddi ziyandan onun payına düşən 35.000 manatı ödəmək üçün imkanı olmadığından pulu qaytara bilməmişdir. Daha sonra bütün pulu tam ödəmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynatasının qardaşı Şahid görə tanımışdır. Belə ki, o Mirəzbala Manafov yaşıllaşdırma işləri ilə məşğul olan adam kimi tanımışdır. Şahid bağlarda abadlaşdırma işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 uşaqlıdan tanımış, münasibətləri normal olmuşdur. O, Mingəçevir şəhərində yaşasa da və Bakı şəhərinə gələndə həmişə Təqsirləndirilən şəxs1la zəngləşib görüşmüşdür. Həmin vaxtı onun istifadəsində olan nömrənin sonu 01-41 idi. Əvvəlini xatırlamamışdır. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 yanında görüb tanımışdır. Zərərçəkmiş şəxs ona çəpərləmə və işarələmə lentlərinin lazım olduğunu, almaq istədiyini bildirmişdir. O, Mirzəbala ilə danışıb razılaşmışdır. Belə ki, Zərərçəkmiş şəxs ona 76.000 manat dəyərində çəpərləmə və işarələmə lentinin almaq istədiyini bildirmişdir. O da demişdir ki, adam var, danışıb xəbər edəcəkdir. O, bu barədə Təqsirləndirilən şəxs1 zəng edib məlumat vermiş və pulun bank yolu ilə köçürülməli olduğu üçün hüquqi şəxslə müqavilə bağlamaq lazım gəldiyini bildirmişdir. Bunun üçün Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 direktoru olduğu “xxxx” MMC-nin rekvizitlərini “Votçapla” göndərmişdir. O, da həmin şirkət barədə rekvizitləri Zərərçəkmiş şəxs göndərmişdir. Həmin vaxtı da onun özü Mingəçevir şəhərində olmuşdur. çəpərləmə və işarələmə lentini satan adamı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tapmalı idi. Həmin vaxta qədər çəpərləmə və işarələmə lentini kimin satdığını, neciyə, hansı qiymətə və harada satdığını bilməmişdir. Bundan iki gün sonra Zərərçəkmiş şəxs ona zəng edib demişdir ki, “sizinlə işləyəsi olmadım, çünki maraqlandım ki, şirkət sizin öz şirkətiniz deyil, başqa adamındır, siz ortada maklerlik edirsiniz”. Bu barədə də X13 demişdir. O, Mirzəbala ilə sağollaşmışdır. Bundan bir on gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib demişdir ki, Mirzəbalanın ona pulu gəlib oturub 76.000 (yetmiş altı min) manat, gəl Bakı şəhərinə. O, həmin vaxtı Mingəçevir şəhərində olmuşdur. O, Bakı şəhərinə gəlmişdir. Avtovağzalda Saleh onu qarşılamış və onu Bakı şəhəri Nərimanov rayonunda “Nərimanov” metrosuna yaxın yerləşən bankın yaxınlığındakı çayxanaya gətirmişdir. O, və Təqsirləndirilən şəxs1 çayxanada birlikdə olan zaman Təqsirləndirilən şəxs2 60.000 manat pul gətirib yanlarına gəlmişdir. Birlikdəçay içmişlər. Təqsirləndirilən şəxs2 60.000 manatı Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin 60.000 manatdan 27.000 manatı ona vermişdir. Yerdə qalan 33.000 manatı pulu onların necə böldüyünü bilməmişdir. Sonra oradan ayrılmışdır. Mingəçevir şəhərindən Bakı şəhərinə gəlməkdən məqsəd köçürülən pulu aralarında bölmək idi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27.000 manat pul ona verdikdə həmin pulun bölgüdə onun payına düşən pul olduğu üçün götürmüşdür. Məqsədləri həmin pulu öz aralarında bölmək, Mirzəbalaya malı verməmək olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 hesabına 76.000 manat pul köçürsədə qalan 16.000 manat pulun bir min manatı komisiya haqqı kimi bankda çıxılsada qalan 15.000 manat pul ora gələnə qədər bölüşdürülmüşdür. Ancaq onun bundan xəbəri olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Namiq Hüseynova görə tanımışdır. Onların arasında nə kimi münasibət oluğunu bilməmişdir. Namiq Hüseynov onun qonşusu olmuşdur. Namiq onun işsiz olduğunu bilmiş və o, Namiqdən ona iş tapmağı xahiş etmişdir. Namiq də onu Təqsirləndirilən şəxs1la tanış edib ticarət işləri ilə məşğul olduğunu, mal alıb satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sözü və məlumatı əsasında o, öz adına və bir necə başqa şəxslərin adına şirkətlər yaratmışdır. Həmin şirkətlərdən biri “xxxx”, “xxxx”, “Vondoz”, “Dəngə M M”, “Marakona SS”, “xxxx” firmaları idi. O şirkətlərdən “Marakona SS”, “Vondoz”, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərini X5, “Dəngə MM” və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətləri X10, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə X4 adınadır. Həmin şəxsləri də onun işindən xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 görə tanımışdır. 2017-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 ona demişdir ki, Zərərçəkmiş şəxs adlı şəxslə çəpərləmə və işarələmə lentlərinin alınması ilə bağlı razılaşıblar, get onunla müqavilə bağla. O, da 02 sentaybr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi “Malakan” bağının yaxınlığında yerləşən “Flora” gül salonuna getmiş və Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən hazırlanmış alqı-satqı müqaviləsini direktoru olduğu“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından imzalamışdır. Müqaviləyə əsasən 138205,80 manat dəyərində çəpərləmə və işarələmə lenti satılmalı idi. Ancaq o, Zərərçəkmiş şəxsla bu barədə heç bir söhbət etməmişdir. Bütün söhbətlər həmin vaxta qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən edilmişdir. 28 dekabr 2017- ci il tarixdə Saleh və Vilayət ona zəng edib “xxxxda” olan hesabına 76.000 manat pul köçdüyünü demişdir. İlin sonu olduğundan 2018-ci ilin yanvar ayının 4-də hesabından çıxarmışdır. Banka Təqsirləndirilən şəxs1 sözü əsasında Təqsirləndirilən şəxs3la getmişdir. Pulu hesabdan çıxarmaq üçün öz adına olan digər beş hesaba, yəni “xxxx”, “Vondoz”, “Dəngə MM”, “Marakona SS”, “xxxx” firmalarına köçürərək çıxarmışdır. çünki həmin vaxtı bir firma adına yalnız 15.000 manat pul köçürmək olardı. O, pul vəsaitini çıxardıqdan sonra Nərimanov rayonu ərazisində şəxsən Təqsirləndirilən şəxs3 vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 orada olmamışdır. Harada olduğunu bilməmişdir. Həmin puldan da Saleh və Vilayət bir gün sonra ona 5.000 manat pul vermişdilər. Bundan iki il sonra qardaşı rəhmətə getmişdir. Həmin vaxtı Vilayət Ababsovun atası Eldara pul lazım olduğunu deyib, pul istəmişdir. Eldar da ona 1500 manat bir dəfə, 1000 manat ikinci dəfə, 500 manat isə üçüncü dəfə vermişdir.. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 ilə yaxın müddət olar ki, biznes fəaliyyəti ilə məşğul olur. Son 5 il müddətdə “Həyat İnşaat” firması ilə əməkdaşlıq edir. 05 sentyabr 2017-ci il tarixdə xidmət göstərilməsi müqaviləsi əsasında həmin firmada icraçı olaraq “Həyatinşaat” firması ilə müqavilə bağlamışdır. Həmin müqavilə predmeti olaraq onun tərəfindən müqavilədə göstərilən şərtlərlə müəyyən edilmiş qaydada keyfiyyətli malların əldə edilməsi üçün hüquqi və fiziki şəxslərin rəsmi sənədlərlə mal tədarükü xidməti göstərməyin həyata keçirilməsi və bundan irəli gələn bütün danışıqların aparılması öhdəliyi onun üzərinə qoyulmuşdur. Yəni artıq müqavilə ilə o, “Həyat İnşaat” firmasının rəsmi olaraq iş icraçısı olmuşdur. 2017-ci ilin sentyabr ayında “Həyat İnşaat” firması tərəfindən Səbail rayonu Bayıl qəsəbəsində 20-ci sahəyə doğru yeraltı kabel xətləri çəkilməli idi və həmin ərazidə görülən işlərlə əlaqədar olaraq çəpərləmə və işarəetmə lentləri lazım olmuşdur. Belə ki, ilk dəfə idi ona işarələmə lentləri lazım olmasına görə həmin sifarişi yerinə yetirəcək MMC axtarmışdır. Həmin vaxtı tanışı X17 bildirmişdir ki, onun iş adamı, tikinti sahəsində tanışı olan Təqsirləndirilən şəxs3 həmin təhlükəsizlik lentlərinin alınmasında köməklik edər. Onu Təqsirləndirilən şəxs3la Elçin Behdbudov tanış etmiş və o, iki dəfə alqı-satqı etmişdir. O, Təqsirləndirilən şəxs3la telefonla danışmışdır. Danışıq zamanı Vilayət demişdir ki, onda çəpərləmə lentləri var, ancaq onlar qiymət barədə razılaşmamışlar. Vilayət ona “xxxx” MMC-nin rekvizitlərini “Votcap”-la göndərmişdir. Lakin Vilayət malın qiymətini baha dediyi üçün qiymət barədə razılaşmamışlar. Bu söhbətdən iki gün sonra Vilayətin özü ona zəng edib demişdir ki, bir dostu var, ondan soruşub, ucuz qiymətə çəpərləmə və işarələnmə lenti var. Təqsirləndirilən şəxs3 ona Saleh adlı tanışının nömrəsini verib demişdir ki, “səndən zəng gözləyir”, zəng edib ətraflı danış. Sonra ona məlum olmuşdur ki, Saleh adlı şəxs Təqsirləndirilən şəxs1dur. O, Təqsirləndirilən şəxs1 zəng edib danışmışdır. Təqsirləndirilən şəxs1 çəpərləmə lentinin 99.003 metr, işarələmə lentlərinin 98.505 metrə lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona metri 60 qəpikdən çəpərləmə lentini, metri 80 qəpikdən isə işarələmə lentini sataçağını bildirmişdir. Ümumi məbləği hesablayıb 138.203 manat 80 qəpik olduğunu bildirmişdir. O, onların firmanın həmin məbləği sifarişlə dedikləri şirkətə köçürülən pulun məbləğindən asılı olaraq verilməsini və sözsüzki, onların şirkətinin sadələşmiş vergi ödəyicisi olaraq vergilərin həmin məbləğə daxil olmasını razılaşmışlar. Onlar həmin qeyd edilən 138.203 manatdan 4% vergi ödəməli və 1% faizisə bank xərclərinə çıxılmaqla həmin məbləğə razılaşmışlar. Təqsirləndirilən şəxs1 ona demişdir ki, müqavilə “xxxx” MMC-nin adından bağlancaq vəşirkətin rəhbəri Təqsirləndirilən şəxs2dur. Saleh demişdir ki, birlikdə işləyirlər, müqaviləni hazırla, hazır olanda xəbər et, Təqsirləndirilən şəxs2 göndərəcək. O, müqaviləni razılaşdıqları şərtlər daxilində hazırladıqdan sonra bu barədə Salehə demişdir. Saleh də 2 oktyabr 2017-ci il tarixdə ilk dəfə görüb tanıdığı X18 müqaviləni imzalamaq üçün işlədiyi “Malakan” bağın yaxınlığında yerləşən “Flora” gül mağazasına göndərmişdir. Sahib mağazaya gəlib müqaviləni imzalamış və möhürləyib getmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib demişdir ki, mal almağa pulları çatmır, ona görə də ondan xahiş etmişdir ki, avans olaraq 76.000 manat pul versin. O da Salehin təklifini qəbul etmiş və 76.000 manat pul vəsaitini 28 dekabr 2017-ci il tarixdə “Həyat İnşaat” firmasının bank hesabından “xxxx” MMC-nin Azərbaycan Beynəlxalq bankının bank hesabına köçürülmüşdür. Bir müddət sonra 04 yanvar 2018-ci il tarixdə o yenidən Salehlə əlaqə saxlamış və Saleh ona telefonda pulun hesaba oturmasını lakin pulu hələ götürmədiyini və 2-3 günə malı gətirib təhvil verəcəyini bildirmişdir. 3-4 gündən sonra o, Salehlə əlaqə saxlamışdır. Salehin telefonu sönülü olmuşdur. Sonra Vilayətə zəng etmişdir. Vilayət demişdir ki, narahat olma, Saleh elə oğlan deyil, tapıb deyəcək, daha sonra isə telefonu söndürmüşdür. Sonra o, Elçinə demişdir ki, bu adamlar telefona cavab vermirlər, onlarla əlaqəyə çıxsın. Elçin Mingəçevir şəhərinə getmiş və 2-3 gün sonra gəlib demişdir ki, pulu hesabına köçürdüyü adam pulu götürüb qaçıb, onu axtarırlar. Bundan 2-3 gün sonra Saleh və Vilayət telefona cavab vermişlər və demişlər ki, Sahib pulu götürüb qaçıb, tapıb həll edəcəklər, yəni ya onun malını, ya da ki, pulunu verəcəklər. Bundan sonra Vilayət və Sahib ona bəhanələr etmiş və o isə onların sözlərinə və vədlərinə inanıb yenə onları gözləmişdir. Artıq Salehgilin hər dəfə ona müxtəlif bəhanələr etmələrinə görə ona yazılı olaraq həmin 76.000 manatın onlarda olmasına dair yazlı əlyazma yazıb vermələrini bildirmişdir ki, bu halda onlara vaxt verə bilər. Artıq 2018-ci ilin yay ayının əvvəllərində onunla Vilayət və Salehin telefon danışığı zamanı onlar 2 günə ofisə gəlməklə ona hər ikisi əl yazma yazıb öz imzaları ilə təsdiq etmək şərti ilə iltizam yazacaqlarını bildirmişdilər. Bundan sonra Sahib ofisə gəlmiş, Sahiblə razılaşmamış və Sahib ofisi tərk etmişdir və o, Vilayət və Salehə zəng edib niyə özlərinin gəlməməsini və Sahibi onun yanına göndərib iltizam yazmalı olduğunun demələrinə görə onlara irad bildirmişdir. Onların hər ikisi ona ayrı-ayrılıqda bildirmişdilər ki, “sənin vəsaitin bizdədir sadəcə direktor olmasına görə iltizam lazım olduğundan onu göndəriblər”. Bundan sonra o, qəti olaraq narazılığını bildirmiş və özlərinin gəlib iltizam vermələrini tələb etmiş və əks halda X14 müraciət edəcəyini bildirmişdir. Bundan sonra Salehgil onunla görüşmək istədiklərini bildirmişdilər və Bamdarda olan kafedə görüşmüşlər. Həmin görüşdə Elçinin qardaşı, yəni Vilayətin qaynatası olan adını xatırlamadığı şəxs, Vilayət və Saleh olmuşdur. Onlar X14 şikayət etməməyi malı alıb verə bilməsə də pulu ona qaytaracaqlarını bildirmişlər və onlara vaxt verməyini xahiş etmişlər. O, vaxt verməyinə baxmayaraq onların bəhanə etməsinə görə hiss etmişdir ki, yenə onu aldarılar. Nəhayət 20 dekabr 2018-ci il tarixdə bir nəfər onların vəkili kimi özünü təqdim edən Lalə Mansurova adlı qadın zəng edərək onu Nəsimi rayon məhkəməsinə verdiklərini və iddiada iltizamın ləğv olunmasını tələb etdiklərini bildirmişlər. O, isə məhkəməyə həmin hala etiraz edib iddianın təmin olunmamasın və imtina olunmasını bildirib vəsatət vermiş və sonra polisə müraciət etmişdir. Saleh, Vilayət və Sahib faktiki olaraq 76.000 manat pulunu adatma yolu ilə ələ keçirmişlər. 28 dekabr 2017ci il tarixli 136 nömrəli ödəniş tapşırığına əsasən 76.000 manat pul “Həyat İnşaat” firmasının hesabından “xxxx" MMC-nin hesabına köçürülüb. Həmin pul vəsaiti sifarişçi “Həyat İnşaat” firması olduğundan pul vəsaitidə həmin şirkətə məxsus olub, şirkət tərəfindən də köçürülüb. Ancaq sifarişi icra edən, yəni mal-materialı alıb gətirib təhvil vermək öhdəliyi onun şirkətlə olan müqaviləsinə əsasən onun üzərində olduğundan 2018ci ilin əvvələrdinə həmin dəyərdə mal - material almaqla şirkətə onun özü ödəmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək ifadəsində göstərmişdir ki, fərdi yaşıllaşdırmada sürücü olaraq işləyir və müxtəlif ünvanlarda yaşıllaşdırma işləri görür. Təqsirləndirilən şəxs3 onun həmkəndlisidir və onlar Laçın rayonundan bir-birlərini tanımış və xeyli müddət olarki, qohumluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 onun qardaşı X7 qızı Behbudova şəbinə Allahyar qızı ilə rəsmi nigaha daxil olmuşdur və bununlada aralarında olan qohumluq münasibətləri bir qədər də dərinləşmişdir. Təqsirləndirilən şəxs3 Mingəçevir şəhərinin girişində qaçqınlar üçün olan yataqxanda yaşayır və Mingəçevirdə olan müsiqi məktəbində müəllim işləməsini bilmişdir. Vilayət həmdə Mingəçevirdə kafe işlədir və bir müddət onun Novxanıda dəniz kənarında obyekt götürüb icarə işlətməsini bilmişdir.Həmin ərəfələrdə istifadəsində 055- 237-27- 97, ***-***-**-** nömrəsi olmuşdur. Bundan başqa eşitmişdir ki, Təqsirləndirilən şəxs3 Bakı şəhərində həmçinin tikinti materiallarının satışı ilə məşğul olur. Lakin onun dəqiq olaraq harda işləməsini bilməmişdir. O, Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs tanış etmişdir. Belə ki, 2017-ci ilin yaz ayların sonu yayın əvvələrində Zərərçəkmiş şəxs yaşıllıq ağacları lazım olmuş və Vilayətin də bu işlə məşğul olduğunu bildiyi üçün onları tanış etmiş və iki dəfə aralarında əməliyyat edib ağaclar alıb-satmışdılar. Bundan təxminən 2-3 ay sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, ona işarələmə lentləri lazımdır. Zərərçəkmiş şəxs yaşıllaşdırma işlərinə baxan işadamı olaraq tanımış və onların yaxın münasibətləri yaranmışdır və o, işçilərə fərdi münasibət göstərmişdir. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs3 təhlükəsizlik lentlərinin alınmasında köməklik edə bilər. Mirzəbala özü Vilayətlə danışmışdır. Təqsirləndirilən şəxs1ıı 15-16 il müddət olar ki, Laçınlı kimi tanımış və Saleh onun qohumlarının yanında görmüş və onun dəqiq olaraq nə işlə məşğul olmasını bilməmişdir, lakin onun 3-4 il müddət olar ki, Vilayət ilə birlikdəşərik olaraq tikinti materiallarının satışı ilə məşğul olmasını bilmişdir. Zərərçəkmiş şəxsla Vilayət ilk əvvəl çəpərləmə lentlərin alqı satqısı ilə bağlı aralarında razılıq olsada sonradan onların razılşaması alınmamışdır. Ancaq sonra Təqsirləndirilən şəxs3 vasitəsilə Mirzəbala Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Sonra onlar arasında olan söhbətə qarışmamışdır və nəhayət ona məlum olmuşdur ki, razılaşılmış məbləğin 76.000 manatı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 demiş olduğu firmanın hesabına köçürülmüşdür. Həmçinin Vilayət və Saleh bildirmişdir ki “xxxx” MMC onlara məxsusdur, lakin Sahib adlı işçilərini həmin şirkətə direktor olaraq təyin etmişlər. Sahib adlı şəxsin yalnız adını bilmiş və onun başqa anket məlumatını bilməmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb bildirmişdir ki, bəs Vilayətin demiş oluğu kimi firmanın hesabına pul köçürülməsinə baxmayaraq Vilayətin telefonunun yenə bağlı olduğunu, Salehin deməsinə görə isə MMC-nin direktoru olan Sahib adlı şəxsin pulu bank hesabından çıxarıb qaçmasını dediyini və həmin şəxslərin lentləri almadan ona bəhanə etməsini bildirmişdir. Hətta Salehin guya Sahibi axtarmaq üçün onun qaçdığı Tərtər rayonuna getdiyini bildirmişdir. O, dərhal qardaşı Allahyar Behbudovla əlaqə saxlamış və Vilayətin harda olmasını və Zərərçəkmiş şəxs pul köçürməsinə baxmayarq onun lentlərin alınıb təhvil vermədiyini bildirmişdir. O, qardaşı Allahyar Behbudovla maraqlananda Təqsirləndirilən şəxs3 harda olmasını bilmədiyini demişdir. Hətta sonra bilmişdir ki, Vilayət və Saleh Zərərçəkmiş şəxsla görüşüb 76.000 manatı almalarına dairyazlı əlyazma yazıb vermişdirlər. Hətta sonra onun özü Sahibi axtarmış, lakin tapa bilməmişdir. Bir müddətdən sonra Vilayəti tapmış Zərərçəkmiş şəxs yaxşı insan olduğunu və ona görə tanıdıqları halda ona qarşı niyə görə belə hərəkət etmələrini xəbər almışdır. Vilayət isə ona cavabından heç nədən xəbəri olmadığını bildirmiş və hər bir halıüzərindən atmışdır. Faktiki olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 76.000 manat pulunu lent alıb vermək adı ilə aldadıbələ keçirmişdirlər. Hətta Vilayət, Saleh, Allahyar, Zərərçəkmiş şəxs və ona “Qəbələ” kafesində olan görüş zamanı Saleh onlarla bir kəlmə söhbət etməmiş, təxminən 1 dəqiqədən sonra heç nə demədən kafeni tərk edib getmişdir. Görüş zamanı Vilayət vaxt istəmiş və bildirmişdir ki, ya lenti təmin edəcək, yada pulu hissə- hisə Zərərçəkmiş şəxs qaytaracaqlar. Ancaq həmin pulu qaytarmamışdılar. O, ilk əvvəl çəpərləmə və nişanlama lenti almaqla bağlı Vilayətin özü ilə danışmış, sonra Mirzəbala ilə əlaqələndirmiş, bütün söhbətlər yanında olmuşdur. Vilayətin özü Salehin bu kimi işlərdəşərikinin olduğunu bildirmişdir. Vilayət və Saleh Mirzəbalanın pulunu ələ keçirmək üçün bu qaydada yalan danışmışdır. O, Təqsirləndirilən şəxs2 adını bu işlə bağlı eşitsədə sonuncu ilə görüşməmiş, telefon danışığı olmamışdır. O, Təqsirləndirilən şəxs2 şəxsən görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxs2la heç bir malın alınıb satılmasında, o cümlədən də 02 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən çəpərləmə və işarələmə lentlərinin alınıb satılmasında əlaqəsi olmamışdır. X20 birlikdə Mirzəbalaya 76.000 manat dəyərində çəpərləmə və işarələ lentlərini satmalı idilər. Zərərçəkmiş şəxs bank vasitəsilə 76.000 manat pulu köçürsədə Saleh və Vilayət həmin pulu ələ keçirib malı vermədilər. Nə də ki pulu qaytarmadılar. Onlar iltizamı özüləri Mirzəbaladan vaxt almaq üçün yazmışdılar.. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş “Həyat İnşaat” firması tərəfindən verilmiş 02 sentyabr 2017-ci il tarixli 02 nömrəli etibarnamədən görünür ki, “Həyat İnşaat” firması Zərərçəkmiş şəxs müəyyən edimiş qaydada keyfiyyətli malların əldə edilməsi üçün hüquqi və fiziki şəxslərdən rəsmi sənədlərlə mal tədarükü xidmətləri göstərməyin həyata keçirilməsi və bundan irəli gələn bütün danışıqları aparmağı 05 sentyabr 2020-ci il tarixədək etibar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 sentyabr 2017-ci il tarixli “Xidmət göstərilməsinə dair Müqavilədən” görünür ki, “Sifarişçi” Həyat İnşaat firması ilə “İçracı” Zərərçəkmiş şəxs arasında bağlanmış həmin müqaviləyə əsasən, “sifarişçi” tapşırır, “İcraçı” isə müəyyən edilmiş qaydada keyfiyyətli malların əldə edilməsi üçün hüquqi və fiziki şəxslərdən rəsmi sənədlərlə mal tədarükü xidmətləri göstərməyi həyata keçirməsini və bundan irəli gələn danışıqların aparılması öhdəliyini üzərinə götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 02 oktyabr 2017-ci il tarixli 13 nömrəli alqısatqı müqaviləsinə əsasən “Satıcı” adlandırılan “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs2 oğlu ilə digər tərəfdən “alıcı” adlandırılacaq “Həyat İnşaat” firmasının direktoru X12 arasında müqaviləyə əsasən satıcı 1 nömrəli Razılaşdırma Protokolunda göstərilən malmaterialları tikinti sahəsinə çatdırmaq şərti ilə satır, alıcı isə malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqaviləyə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri verilməli, alınan malların dəyəri 2 ay müddətində ödənilməlidir. Mal materialın dəyəri “alıcı” tərəfindən köçürmə yolu ilə “satıcının” hesablaşma hesabına ödəniləcəkdir. Cinayət işinin materiallarına əlavə edilmiş 02 oktyabr 2017-ci il tarixli “X3” 01 nömrəli əlavədən görünür ki, “Satıcı” adlandırılan “xxxx” MMC -nin direktoru Təqsirləndirilən şəxs2 oğlu ilə digər tərəfdən “alıcı” adlandırılacaq “Həyat İnşaat” firmasının direktoru X12 alınacaq mal-materiallar barədə aşağıdakı cədvəldəki qiymətlərlə razılığa gəlmişdilər: çəpərləmə lenti 99003 metr, qiyməti 0.60 manat, məbləğ 59401.80 manat, işarələmə lenti 98505 metr, qiyməti 0.80 manat, məbləğ 78804.00 manat, cəmi 138205,80 manatdır. Cinayət işinin materiallarına əlavə edilmiş 136 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC-nin Səbail filialı“Həyat İnşaat” fimrası 76.000 manat pul vəsaitini “xxxx” MMC-nin “xxxx” ASC-nin Nərimanov filialında olan hesabına ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Həyat İnşaat” firması tərəfindən yerilmiş 08 yanvar 2018-ci il tarixli 04 nömrəli etibarnamədən görünür ki, “Həyat İnşaat” firması Zərərçəkmiş şəxs 05 sentyabr 2017-ci il tarixli xidmət göstərilməsinə dair müqavilənin müvafiq bəndlərinə əsasən fəaliyyəti dövrü ərzində firmaya dəymiş zərəri qarşılamaq məqsədilə vəsaitin alınaraq firmanın kassasına təhvil verilməsi və bundan irəli gələn digər səlahiyyətləri 08 yanvar 2020-ci il tarixdən etibar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “İltizam”-dan görünür ki, “Biz Saleh və Vilayət təsdiq ediriyki Zərərçəkmiş şəxs məxsus 76,000 (yetmiş altı min manat) Atakam firmasına köçürülmüşdü. Firmada müəyyən problem yarandığı üçün həmən pul bizim tərəfimizdən zərərçəkmişə hissə-hissə ödəməyi və 31.12.2018-ci il tarixə qədər tam şəkildə ödəməyi söz veririy. X27, xxxxaso Vilayət, zərərçəkmiş Zərərçəkmiş şəxs 11.06.2018” sözləri yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, “Mən Zərərçəkmiş şəxs mənə dəyən 76.000 (yetmiş altı min) manat pul ziyanından 6000 (altı min) manat pul Saleh və Vilayətdən aldım. 11.06.2018. İmza Zərərçəkmiş şəxsM, xxxxaso Vilayət və Qabilov Saleh” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs3 qeyd edilən “İltizam” və əlyazmada olan imzaların ona aid olmadığını bildirdiyindən Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs xətt nümunəsi götürülərək 02 iyun 2020-ci il tarixdə məhkəmə xətşunasılıq ekspertizası təyin edilərək 3 iyul 2020-ci il tarixdə 4/344 nömrəli rəy alınmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş 11.06.2018-ci il tarixli qəbzdə və iltizamda “xxxxaso Vilayət” yazıları qarşısındakı imzalar - eyni şəxs Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 11.06.2018-ci il tqaixli qəbzdə və iltizamda “Zərərçəkmiş şəxsM” yazıları qarşısındakı imzalar - eyni şəxs Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 adınan olan 3 vərəqdəki eksperimental imza nümunələrində - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edildi. Təqsirləndirilən şəxs1 imza və xətt nümunəsi götürülərək 21 iyul 2020-ci il tarixdə məhkəmə xətşunasılıq ekspertizası təyin edilərək 26 avqust 2020-ci il tarixdə 4/605 nömrəli rəy alınmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmişll iyun 2018-ci il tarixli iltizamdakı “X28 və Vilayət Təsdiq edirıy ki, X2 məxsus 76,000 (yetmiş altı min manat) Atakama firmasına köçürülmüşdü firmada müəyyən problem yarandığı üçün həmən pul bizim tərəfimizdən zərərçəkmişə hissə-hissə ödəməyi və 31.12.2018-ci il tarixə qədər tam şəkildə ödəməyi söz veririy. X27, İmza İmza 11.06.2018” tel.***-***-**-**/ Saleh tel 051 -681 -01 -41A/ilayət yazıları və “Təqsirləndirilən şəxs1” yazıları qarşısındakı imza, həmçinin 11 iyun 2018-ci il tarixli qəbzdə “Qabilov Saleh” yazıları qarşısındakı imza - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 11 iyun 2018-ci il tarixli iltizamdakı “Təqsirləndirilən şəxs3 Zərər çəkmiş Zərərçəkmiş şəxsM” yazılar - Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 26 sentyabr 2018-c i il tarixli “Həyat İnşaat” firması tərəfindən verilmiş “Arayışdan” görünür ki, “xxxx” MMC iləaralarından imzalanmış 02 oktyabr 2017-ci il tarixli 13 saylı alqı-satqı müqaviləsinə əsasən qiymətlərin razılaşma protokolunun 1 saylı əlavəsində göstərilən mal- materialların alınması üçün tərəfimizdən qismən ödənilən 76,000 manat pul vəsaiti müqabilində mal-materiallar bizə “xxxx” MMC tərəfindən təhvil-təslim edilməmişdir. Lakin, Zərərçəkmiş şəxs Məmmədühseyn oğlu ilə aramızda imzalanmış 05 sentyabr 2017-ci il tarixli müqavilənin müvafiq maddələrinə əsasən firmaya dəyən zərər onun tərəfindən ödənilmişdir. “xxxx” MMC tərəfinən verilmiş 25 dekabr 2017-ci il tarixli 37 nömrəli öhdəlik müqaviləsindən görünür ki, “xxxx” MMC-nin təsisçsi və direktoru Zərərçəkmiş şəxs fiziki şəxs olaraq “Həyat İnşaat” firması ilə aralarında imzalanmış 05 sentyabr 2017-ci il tarixli müqaviləni rəhbər tutaraq öhdəlik götürmüşdür ki, “xxxx” MMC ilə “Həyat İnşaat” firması arasında vasitəsilə imzalanmış mövcud müqaviləyə əsasən alınacaq materialların dəyərinin əvvəlcədən ödənilməsi üçün materialların həmən təhvil-təslim edilməsinə və yarana biləcək anlaşılmazlığın aradan qaldırılmasına tam təminat verirmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş 06 iyul 2020-ci il tarixli “Həyat İnşaat” firması tərəfindən verilmiş “Arayışdan” görünür ki, “xxxx” MMC ilə aralarından imzalanmış 02 oktyabr 2017-ci il tarixli 13 saylı alqı-satqı müqaviləsinə əsasən qiymətlərin razılaşma protokolunun 1 saylı əlavəsində göstərilən mal- materialların alınması üçün tərəfimizdən qismən ödənilən 76,000 manat pul vəsaiti müqabilində mal-materiallar 2017-ci ildə təhvil verilmədiyinə görə Zərərçəkmiş şəxs Məmmədühseyn oğlu aramızda imzalanmış 05 sentyabr 2017-ci il tarixli müqavilənin müvafiq maddələrinə əsasən firmaya dəyən zərər yanvar 2018-ci il tarixdə təhvil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənəd surətindən görünür ki, “xxxx” MMCin bank hesabına 08 yanvar 20218-ci ildə “xxxx” MMC- in bank hesabından 738 manat pul köçmüşdür. “xxxx” MMC-in bank hesabından 08 yanvar 2018-ci ildə 734 manat pulu Təqsirləndirilən şəxs2 Azərbaycan Beynəlxalq Bankın Nərimanov filialından almışdır. “xxxx” MMC-nin Azərbaycan Beynəlxalq Bankından cari bank hesabı Təqsirləndirilən şəxs2 tərəfindən 17 avqust 2017-ci il tarixdə açılmışdır. “xxxx” MMC X8 tərəfindən təsis edilmiş, 11 avqust 2017-ci ildə 01 nömrəli əmrlə “xxxx” MMC-in təsisçisi X1 Sahib Əziz oğlunu həmin MMC-in diroktoru təyin etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənəd surətindən görünür ki, “xxxx” MMCin bank hesabına 04 yanvar 20218-ci ildə “xxxx” MMC-in bank hesabından 15.000 manat pul köçmüşdür. “xxxx” MMC-in bank hesabından 04 yanvar 2018-ci ildə 14.775 manat pulu Təqsirləndirilən şəxs2 Azərbaycan Beynəlxalq Bankın Nərimanov filialından almışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər, əməllərindən səmimi peşimançılıq hissi keçirirlər. Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun onlardan şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, törətdikləri əməli ettiraf edib hərəkətlərindən səmimi peşiman olmalarını onların cəzalarını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onların barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 05 (beş) ildən 10 (on) ilədək azadlıqdan məhrumetmə növündə cəza göstərilmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiya üzrə təyin edilə biləcək cəza 06 il 09 aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun onlardan şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, törətdikləri əməli ettiraf edib hərəkətlərindən səmimi peşiman olmalarını və dəymiş zərərin aradan qaldırılmasını nəzərə alaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilmələrini mümkün hesab etdiyindən, onların barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 02 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyul 2020-ci il tarixdən barəsində 11 oktyabr 2020-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmiş, 08 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 3 ay, yəni 11 yanvar 2021-ci il tarixədək uzadılmışdır. 19 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Səbail rayon Məhkəməsinin qərarı Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılmışdır. Həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs2 tutlduğu vaxtdan hesablanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 - 20 iyul 2020-ci il tarixdə tutulmuş, 22 iyul 2020-ci il tarixdən barəsində 2 ay 21 gün, yəni 11 oktyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 08 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 3 ay, yəni 11 yanvar 2021-ci il tarixədək, 08 yanvar 2021-ci il tarixdə isə 2 ay, yəni 11 mart 2021-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs3 02 noyar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2020-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün ilə hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 02 iyul 2020-ci il tarixdən bu günə yəni 11 iyun 2021ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 09 gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 20 iyul 2020-ci il tarixdən bu günə yəni, 11 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 10 ay 21 gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 01 noyar 2020-ci il tarixdə 02 noyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan əlyazmalar, telefon danışıqları barədə 2 ədəd disk və səs yazısı barədə iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 816 manat təqsirləndirilən şəxslər arasında bölünərək 272 manat Təqsirləndirilən şəxs3, 272 manat Təqsirləndirilən şəxs1 və 272 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat, Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat və Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 20 iyul 2020-ci il tarixdən 11 iyun 2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxnalıdğı 10 (on) ay 21 (iyirmi bir) gün ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 09 (doquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayon (şəhər) İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 01 noyabr 2020-ci il tarixdən 02 noyabr 2020-ci il tarixə kimi həbsdə saxnalıdğı 01 (bir) gün ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 02 iyul 2020-ci il tarixdən 11 iyun 2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxnalıdğı 11 (on bir) ay 09 (doquz) gün ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayon (şəhər) İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan əlyazmalar, telefon danışıqları barədə 2 ədəd disk və səs yazısı barədə iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 816 manat təqsirləndirilən şəxslər arasında bölünərək 272 manat Təqsirləndirilən şəxs3, 272 manat Təqsirləndirilən şəxs1 və 272 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-813/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-813/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver