Məhkəmə qərarları › İş №1(101)-813/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-813/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-813/2023 23.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Adəm” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Adəm” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 94,729 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 22,492 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra istintaqa məlum olmayan vaxtda və yerdə narkotiki vasitə heroinin külli miqdar təşkil edən 18,937 qram hissəsini qrupun üzvü Təqsirləndirilən şəxs1 255 manat pul müqabilində satmış, psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 2,865 qram hissəsini üzərində, 19,627 qram hissəsini və narkotik vasitə heroinin qalan 75,792 qram hissəsini isə idarə etdiyi “Volkswagen Jetta” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 20 sentyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 03:40-də ünvan 4 ünvanın qarşısında idarə etdiyi “Volkswagen Jetta” markalı 77-CE- 487 dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şortun sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,865 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:35-də ünvan 5 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin 21 -ci polis bölməsinin həyətində idarə etdiyi “Volkswagen Jetta” markalı **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda yerləşən saxlanc yerindən 01 bükümdə təmiz çəkisi 75,792 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 19,627 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Adəm” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə “Adəm” adlı şəxsdən əldə etdiyi külü miqdarda narkotik vasitə heroinin külli miqdarda 18,937 qram təşkil edən hissəsini satış məqsədilə qanunsuz olaraq 255 manat pul müqabilində istintaqa məium olmayan yerdə Təqsirləndirilən şəxs2 əldə edib yaşadığı ünvan 7 ünvana daşıdıqdan sonra narkotik vasitə heroinin 10,488 qram hissəsini yaşadığı ünvanda, 8,449 qram hissəsini isə üzərində saxlamış, 19 sentyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:50-də ünvan 8 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,601 və 1,848 qram olmaqla ümumi təmiz çəkisi 8,449 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:05-də yaşadığı ünvan 8 ünvana keçirilmiş baxış zamanı evin zirzəmisində olan stolun üzərindən 01 bükümdə təmiz çəkisi 10,488 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitənin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd “Mesko” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o sentyabr ayının 19-dan 20-sinə keçən gecə saat 2-nin yarısı maşını dayanacağa aparmaq üçün düşmüşdü, ev paltarında idi, üzərində şort və mayka var idi. Maşına yaxınlaşan vaxt bir nəfər arxadan onu tutdu. Onunla bir az güləşdi, odan sonra 5 nəfər tökülüşdü və onu avtomobilə basdılar. Onu tutdular, özlərini təqdim etmədilər. Avtomobildə qabaqda oturan, bilmədiyi şəxs ona müqavimət göstərdi. Bundan sonra onu Xəzər rayonunun Binə qəsəbəsinə apardılar. Orada həyət evlərindən birinə getdilər. Avtomobili axtardılar. Post Patrul kömək etmək üçün onlara yaxınlaşdı. Orada xeyli vaxt gözlədilər. Yenidən gəlib avtomobili axtardılar. Onlar uzun bağlı bir şey götürdülər, 21-ci Polis bölməsinə gəldilər. Orada ona dedilər ki, “Bu sənin avtomobilinin qoltuq altından çıxıb”. Amma qoltuq altında heç bir şey olmayıb. Çünki o həmin gecə ailəsi ilə gəlmişdir, qonaqlıqda olmuşdur. Onu şöbəyə gətirdilər, orada otaqda oturdular və ifadə yazmağa başladılar. Ailəsilə gəzən adam həmin şeyi avtomobildə gəzdirməz. 1-1,5 saat danışandan sonra ona təzyiq göstərdilər. Bundan sonra onu Nəsimi rayonu MSY-ə apardılar. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, salam əleykiləri olub, vəssalam. Təqsirləndirilən şəxs1 ondan hər hansı narkotik vasitə və ya psixotrop maddə istəməyib. Adəm adlı şəxsi tanımır. Üzərinə şəxsi axtarış aparılan zaman üzərində hər hansı qanunsuz əşya və yaxud narkotik vasitə, psixotrop maddə aşkar olunmayıb, üzərində bir dənə maşının açarı olub. Maşına baxış keçirilən zaman o iştirak etmişdir, maşında narkotik vasitə yox idi. Maşında çəkiliş 21-ci Polis bölməsinin düz qabağında keçirildi, orada əməliyyatçılar, bölmənin işçiləri var idi, müdafiəçi də orada idi. MSY-ə gələn müstəntiq imzalayanda maşından çıxanları ona demədi, imzaladığı kağızları oxumadı, 255 manata Elnura narkotik vasitə satmamış, Adəm adlı şəxsi heç vaxt tanımamış və görməmişdir. Əvvəlki iclasda Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsə də, sonraki prosesdə özünü qismən təqsirli bilərək, əlavə ifadə verərək, üzərindən aşkar edilərək götürülmüş 2 qram narkotik vasitə həqiqətən də özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Sentyabrın 18-i 20:30 radələrində evində oturan zaman, polislər evə daxil olub onu götürdülər. onu 21-ci Polis bölməsinə apardılar, üzərində heç nə olmayıb. 21-ci Polis bölməsində daxil olan zaman umumlikdə 18 qram, 8 qram cibinə, 10 qram da özlərinə məxsus olan bir zirzəmiyə narkotik vasitə qoydular. Onun evdə zirzəmisi yoxdur. O Ramildən heç nə almamış, Adəm deyilən şəxsi umumiyyətlə tanımır. Ramillə salam əleykim olub, Ramilə pul vurmamışdır, Ramillə çoxdan tanışdır, məhəlləyə gəlib-gedib, qardaşıyla münasibətdə olub. Narkotik vasitədən istifadə eləmişdir.Üzərindən heç nə çıxmayıb. O Ramildən 255 manata narkotik vasitə almamış, elə şey olmayıb, heç kəsə narkotik vasitə satmamış, özü istifadə eləmişdir. Tutulmamışdan 1 həftə qabaq Ramillə yazışması və ya danışığı olmayıb. Bölmənin içində video çəkilirdi, orada artıq qoymuşdular. O narkotik vasitə istifadəçisidir,narkotik vasitəni kim satır, ondan müxtəlif adamlardan almışdır. Polisin təzyiqi altında demişdir ki, Ramildən almışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234,4,1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməkdaş Şahid1 daxil olmuş məlumata əsasən Nəsimi rayonu ərazisində 21-ci Polis bölməsinin yaxınlığında tədbir keçirdilər, orada Təqsirləndirilən şəxs1 küçədə evinin yanında yaxalandı, üstündən narkotik aşkarlandı. Evində də 10-11 qram aşkar olundu. Üzərində 7-9 qram aşkar olunmuşdu. Sonra mənbəyin Təqsirləndirilən şəxs2 olduğu məlum oldu. Onu da bölmənin yaxınlığında, xatırlamadığı küçədə, hamam tərəfdə avtomobilinin yanında olarkən saxladılar. 21-ci Polis bölməsində çəkilişlə sənədləşdirildi. Narkotik vasitələr üstündən və avtomobilindən aşkar olundu. O üstündəki şortun cibindən metamfetamini təqdim etdi və iranlı şəxsdən 1300- 1400 manata aldığını dedi. Avtomobildən 78 və 20 qram heroinlə metamfetamin aşkar olundu. Ramili ayın 20-si gecə saat 3 radələrində saxladılar Təqsirləndirilən şəxs1 üzərində 2 bükümdə heroin. Tərəzi və 9-10 qram olan narkotik vasitə evin arxasında saxlanc yeri kimi olan zirzəmidən aşkar olundu. Təqsirləndirilən şəxs1 özü narkotik vasitəni 250-255 manata Təqsirləndirilən şəxs2 aldığını dedi. Təqsirləndirilən şəxs1 evinə daxil olmadılar, orada evinin arxasında saxlanc yeri zirzəmi kimi kimi bir yer var idi, təhqiqatçının iştirakı ilə çəkilişlə çıxarıb stolun üzərinə qoydu. Zirzəmi padval deyildi, qapı ilə düz yerləşirdi. Təqsirləndirilən şəxslərə təzyiq olmayıb və onlar da müqavimət göstərilməyib. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitədən başqa, avtomaşınında olan olan narkotik vasitənin ona məxsus olmaması barədə və Təqsirləndirilən şəxs1 məhkəmə prosesində guya narkotik vasitənin ona məxsus olmaması barədə verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı ayrılıqda ibtidai istintaqda narkotik vasitələrin onlara məxsus omaları və satmaqları barədə etiraf edici ifadələr vermişdirlər. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O iki ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən bir il əvvəl istifadə etdiyi 055-317- 17-78 saylı mobil nömrənin whatsappına tanımadığı xarici nömrədən səsli zəng gəlmişdir. Telefonu açan zaman həmin şəxs ona adının “Adəm” olduğunu və İran İslam Respublikasında yaşadığını demişdir. Həmin şəxs ona mobil nömrəsini tanıdığı iranlıdan aldığını bildirmişdir. Lakin ona həmin şəxsin kim olduğunu deməmişdir. Söhbət zamanı “Adəm” adlı şəxs ona narkotik və pixotrop maddələrdən istifadə etdiyini bildiyini bildirmişdir. Oda təsdiqləyərək narkotik və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. “Adəm” adlı şəxs mütəmadi olaraq onunla whatsapp səsli zəng vasitəsi ilə əlaqə yaratmışdır. Onunla münasibəti yaxşı olduqdan sonra Təqsirləndirilən şəxs2 ona işsiz olduğunu və bu səbəbdən pul qazana bilmədiyini demişdir. “Adəm” adlı şəxs ona narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, razılığı olduğu halda onuda həmin şəbəkəyə qoşa biləcəyini və yaxşı pul qazana biləcəyini Ramilə demişdir. Oda heç bir yerdə işləmədiyi üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı İlə məşğul olaraq pul əldə etmək fikrinə düşmüşdür. Bundan sonra o “Adəm” adlı şəxslə tez-tez əlaqə saxlamağa başlamışdır. O “Adənrfin göndərdiyi narkotik vasitə və psixotrop maddələri əvvəlcədən dediyi ünvanlardan götürərək “Adərrfin dediyi ünvanlara aparıb qoyurmuş. Həmçinin o “Adəm’in göndərdiyi nakrotik vasitələri və psixotrop maddələri müəyyən pul müqabilində satmışdır. Narkotik və psixotrop maddələri “Adəm” adlı şəxsin dediyi ünvanlara çatdırdıqdan sonra onun şəxsi hesabına pul köçürülmüşdür. Çatdırdığı narkotik vasitə və psixotrop maddənin bir qramını 2 manat hesablamaqla Ramilə pul köçürülmüşdür. Bu minvalla o sonuncu dəfə 19 sentyabr 2022-ci il tarixdə “Adəm” adlı şəxslə əlaqə saxlayaraq ona “kakos” və “şüşə” lazım olduğunu demişdir. “Adəm” ondan bunun üçün 1,300 manat pul istəmişdir. Oda razılaşarq "Adəm” adlı şəxsin hesabına 1.300 manat pul köçürmüşdür. Sonra “Adəm” adlı şəxs ona zəng edərək narkotik vasitəni və psixotrop maddəni Xəzər rayonu Binə qəsəbəsində qəbristanlığa qoyduğunu demişdir. “Adəm” həmçinin onun whatsappına həmin yerin şəklini atmışdır. Oda deyilən yerə gedərək narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Heroini və metamfetamini idarə etdiyi Volkswagen Jetta markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qoltuqaltına qoymuşdur. Sonra isə tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmək üçün Nəsimi rayonu, İ.Həmidov küçəsinə getmişdir. O Təqsirləndirilən şəxs1 orta məktəb vaxtından tanıyır. Elnurla münasibəti həmişə yaxşı olmuşdur. Elnurun da narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bilir. Təqsirləndirilən şəxs1 ondan dəfələrlə narkotik vasitə və psixotrop maddə almışdır. Həmin gün saat 15 radələrində o Təqsirləndirilən şəxs1 ilə görüşərək Elnura 255 manat pul müqabilində heroini satmışdır. Elnur narkotik vasitəni götürən zaman həm özü istifadə edəcəyini, həmçinin satacağını ona demişdir. Elnur ilə görüşdükdən sonra o yaşadığı mənzilə getmişdir. Mənzildə əldə etdiyi metamfetaminin bir hissəsini götürərək ayrıca bükümdə şortunun sağ yan cibinə qoymuşdur. 20 sentyabr 2022-ci il tarixdə, saat 03:40 dəqiqədə ünvan 10 ünvanının yaxınlığında idarə etdiyi Wolsvagen Jetta markalı 77- CE- 487 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPİ-nin 21-ci PB- nin inzibati binasına dəvət etmişlər, avtomobili isə bölmənin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyim təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şortun sağ yan cibindən 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şortun sağ yan cibindən 1 (bir) ədəd avtomobil açarı, şortun sol yan cibindən 1 (bir) ədəd içərisində 055-077 ***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon və 25 (iyirmi beş) manat aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 3,16 (üç tam yüzdə on altı) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfəqoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd Samsung markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür, 1 (bir) ədəd avtomobil açarı və 25 (iyirmi beş) manat pul isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan Adəm” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə gün Bakı şəhəri, Xəzər rayonu ərazisində 1300(min üç yüz) manata istifadə etmək və satmaq məqsədi ilə əldə etdiyini, Elnur və Ramil adlı şəxslərə narkotik vasitə satdığını, Elnur adlı şəxsə dünən 255 (iki yüz əlli beş) manata narkotik vasitə satdığını, əvvəllər məhkum olunmadığını,idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra idarə etdiyi Wolsvagen Jetta markalı **- CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən ona avtomobildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o avtomobilin salonunda yerləşən qoltuqaltından 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim etmişdir. Baxış zamanı heroinin çəkisi 78 (yetmiş səkkiz) qram, metamfetaminin çəkisi 23 (iyirmi üç) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Adəm” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində 1300 (min üç yüz) manata istifadə etmək və satmaq məqsədi ilə əldə etdiyini, Elnur və Ramil adlı şəxslərə narkotik vasitə satdığını, Elnur adlı şəxsə dünən 255 (iki yüz əlli beş) manata narkotik vasitə satdığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində ona qarşı saxlanılan zaman zor tətbiq olunmadığını, istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070- ***-**-** və ***-***-**-** mobil nömrələrin olduğunu, üzərindən aşkar olunaraq götürülmüş 25 manat pulun özünə məxsus olduğunu, sonda geri qaytarıldığını, külli miqdarda narkotik vasitə psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası ərazisinə hansı yolla daxil olması barədə məlumatının olmadığını bildirmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 19 sentyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 7ünvamnın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Nəsimi RPl-nin 21-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şalvarın sağ yan cibindən 2(iki) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Honor” markalı mobil telefon, 1 (bir) ədəd açar və 10(on) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi ümumilikdə 9,26(doqquz tam yüzdə iyirmi altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özünün, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Honor” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 10 (on) manat pul və 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı Ramil adlı şəxsdən “bu” gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində 255 (iki yüz əlli beş) manata istifadə etmək və satmaq məqsədi ilə əldə etdiyini, əldə etdiyi narkotik vasitənin 1 qramını 45 (qırx beş) manata satdığını, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Bakı şəhəri, Nəsimi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o evdə zirzəmidə stolun üzərindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 11,28 (on bir tam yüzdə iyirmi səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri özünün, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı Ramil adlı şəxsdən bu gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində 255 (iki yüz əlli beş) manata istifadə etmək və satmaq məqsədi ilə əldə etdiyini, əldə etdiyi narkotik vasitənin 1 qramını 45 (qırx beş) manata satdığını, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində istifadəsində mobil nömrənin olmadığını, bir qram 45 (qırx beş) manata narkotik vasitə satdığı şəxsi tanımadığını, əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 255 manata aldığını, narkotik vasitəni həm satmaq, həm də ki istifadə etmək üçün əldə etdiyini, üzrəindən aşkar olunmuş 10 manat pulun özünə məxsus olmasığını, sonda özünə geri qaytarıldığını, narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə hansı yolla gəlməsi barədə məlumatının olmadığını və evində baş kiminsə narkotik vasitə istifadə etməsinə şərait yaratmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparıiarkən əynində olan qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümlərdə ümumi təmiz çəkisi 8,449 qram olan narkotik vasitə heroin, həmin şalvarın sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon, 1 ədəd açar və 10 manat pul əskinzaları aşkar edilərək götürülmüşdür. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan baxış keçirilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman mənzilin zirzəmisindəki stolun üzərindən 01 bükümdə təmiz çəkisi 10,488 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitənin satışında istifadə etmək məqsədilə saxladığı 01 ədəd “Mesko" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şortun sağ yan cibindən təmiz çəkisi 2,865 qram təşkil edən külli miqdarda kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan avtomobilə baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Volkswagen Jetta” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman salondakı qoltuqaltımn içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 75,792 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 19,627 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan baxış keçirilməsi haqqında 14 yanvar 2022-ci il tarixli protokodan görünür ki, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çoxlu sayda narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə SMS mübadilələri aparılmışdır. Həmin SMS- lərin mətni və mübadilə aparılan mobil telefon nömrələri aşağıdakı kimidir: ***- ***-**-** - “Salam necesiz? Men burda inglabdaki asan xidmeteyem neolar xaiw edirem mende axrinci defe komek ede bilersiz mende 15 manat var Allaha and olsun bawk”, “Men bilirem siz d~z kiwisiz Ama agridayam men doze bilmirem bele pul tapa bilmiyecem niye g|ndermirsiz pulu ***-***-**-** - “Menem toska”, “Qaqas menemtoska".***-***-**-**- “8kola1pf.***-***-**-**-“gor.meni eynisenki?semawkadan insulin almaga?buna gore lazimam?Men gelseydim tapmasaydim onda bele eliyerdin indi sen sehvsen.ya mali qoy ya pulu qayta”, “Ramin ne uwaglig eliyirsen.at bir yere cix get iwivin daliycada a kiwi now bow yere ozunnen dava cixardirsan’V'Qaqaw oyagsansa cvb yazda mene.60duzeltdim 20-25de artig duzeldirem 5deg.pulu atib gelmey isdirem cvb dide qaqaw”, “Set itdi nese heresinnen 1,5 qaqaw.”.***-***-**-** - Ne vaxta goture bilerem ? Saat neceye?”, “Saiam bagiwtiyin narahat edirem dermana gore zeng eliyirdim ki gelim goturum”,***-***-**-** - “Salam qaqam 7 kola 1 pt iazimdi vezyet pisdi usaglar agridadi bir xeber de”. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 5/5338 nömrəli rəyində göstərilmişdir ki, -üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” yazılar, imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 6,601 qram; 1,848 qram; ümumi təmiz çəkiləri 8,449 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,488 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,865 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən...” yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 19,627 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 75,792 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, Təqsirləndirilən şəxs1 aşkar olunmuş paketlərdə ümumilikdə təmiz çəkiləri 18,937 qram narkotik vasitə heroin müəyyən edildi. Təqsirləndirilən şəxs2 aşkar olunmuş paketlərdə ümumilikdə təmiz çəkiləri 22,492 psixotrop maddə-metamfetamin müəyyən edildi. üzərində "Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd “Mesko” markalı elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 1və 2-li paketlərdə heroinin ümumi təmiz çəkisi 18,937 qram, tədqiqata sərf edildi: ümumi 0,12 qram, qalıq 18,817 qram. 3 və 4-li paketdə metamfetaminin ümumi təmiz çəkisi 22,492 qram, tədqiqata sərf edildi 0,12 qalıq 22,372 qram, 4-li paketdə heroinin ümumi təmiz çəkisi 75,792 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 75, 692 qram. (Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat) Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə prosesində polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun bu barədə verdiyi ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən Təqsirləndirilən şəxs1 şikayəti əsasında toplanmış 360-c-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa, həmçinin polis əməkdaşları tərəfindən başqa qanunsuz hərəkətlətə məruz qalması öz təsdiqini tapmamışdır, ona görə də Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə aparılan araşdırma zamanı polis əməkdaşlarının əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən,toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin Məhkəmənarkoloji ekspertizasının 24 dekabr 2022-ci il tarixli, 7809 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin məhkəmənarkoloji ekspertizasının 24 dekabr 2022-ci il tarixli, 7815 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Adəm” adlı şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması qərara alınmışdır. Azemis elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan olmaqla 2 övladı var. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində hər birinin ayrı ayrılıqda rolunu nəzərə alıb, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 1və 2-li paketlərdə qalıq 18,817 qram heroin, 3 və 4-li paketdə qalıq 22,372 qram metamfetamin, 4-li paketdə qalıq 75, 692 qram heroin, 01 ədəd “Mesko” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 evinin arxasında olan saxlanc yerində axtarış və Təqsirləndirilən şəxs2 avtomobilində axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 04 ədəd DVD diskin və telefon nomrələrini əks etdirən CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 qolundan və Təqsirləndirilən şəxs1 ekspertiza xərci təşkil edən 110 (yüz on) manat müştətrək qaydad alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 1və 2-li paketlərdə qalıq 18,817 qram heroin, 3 və 4-li paketdə qalıq 22,372 qram metamfetamin, 4-li paketdə qalıq 75, 692 qram heroin, 01 ədəd “Mesko” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 evinin arxasında olan saxlanc yerində axtarış və Təqsirləndirilən şəxs2 avtomobilində axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 04 ədəd DVD diskin və telefon nomrələrini əks etdirən CD diskin cinayət işinin materiallarında saxlanılması alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar