Məhkəmə qərarları › İş №1(101)-814/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-814/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-814/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxx 1983-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olmaqla Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxx 1973-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 32,479 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə əldə edib həmin narkotik vasitə heroinin 1,065 qramını üzərində, qalan 31,414 qramını daşıyıb yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Mini market” adlı mağazanın yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,065 qram narkotik vasitə olan heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağındakı dolabın içərisindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə olan heroin bir ədəd bükümdə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Behzad» adlı şəxsin və qeyrilərinin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq daşıyıb gətirməklə cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs2 təhvil verdiyi, kustar üsulla hazırlanmış külli miqdarda 82,858 qram çəkidə narkotik vasitə heroinin 32,479 qramını istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs1 satmış, qalan 50,379 qramını özündə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb üzərinə baxış keçirilən zaman təmiz çəkisi 1,065 qram narkotik vasitə heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə, yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağındakı dolabın içərisindən külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 22:05-də Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib daşımaqla saxladığı külli miqdarda, yəni 106,089 qram çəkidə narkotik vasitə heroinin qalan 50,379 qramı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən 2015-ci ilə qədər Moskva univermağının 5-ci mərtəbəsində yerləşən zərgər sexində zərgər işləmişdir. 2016-cı ildən bel yırtığı ilə əlaqədar intensiv müalicələr alır. Belində kəskin ağrılar olduğundan karsetlə gəzmək məcburiyyətindədir. Həmin ağrılarla əlaqədar Rusiya Federasiyası və İran İslam Respublikasında müalicə almışdır. Hazırda həmin xəstəliyi ilə əlaqədar Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Bundan əlavə böyrək çatışmamazlığından əziyyət çəkdiyinə görə hərbi xidmətdən azad edilmişdir. Bir ildən artıqdır ki, ağrılara tab gətirə bilmədiyindən narkotik vasitə heroindən istifadə edir. Tutulmamışdan bir ay əvvəl tanımadığı şəxsdən özünün istifadəsi üçün 500 manata təxminən 15 qram narkotik vasitə heroin almışdır. Narkotik vasitəni yaşadığı evə gətirib qonaq otağında yerləşən dolabda saxlamışdır. Hər dəfə istifadə etdikcə həmin narkotikdən bir qədərini götürüb üzərində daşımışdır. Elektron tərəzidən qəbul edəcəyi narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində küçədə mağazanın yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat axtarış tədbinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Polis əməkdaşlarının təklifi ilə üzərində saxladığı təxminən 1 qram çəkidə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında dolabın içində saxladığı heroin olan bükümü və elektron tərəzini polislərə təqdim etmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 3-4 ildir ki, tanışdır. Uzun müddətdir ki, narkotik vasitə olan tiryək və heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Demək olar ki, həmişə üzərində şəxsi istifadəsi üçün narkotik vasitə daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə Novxanı kəndinin M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün tiryək olmuşdur. Polis əməkdaşlarını görən kimi tutulacağından qoxub, həmin maddəni udmuşdur. Onun üzərində axtarış aparılmış, lakin heç nə tapılmamışdır. Saxlanıldığı zaman üzərində ittiham aktında qeyd olunan 50.379 qram çəkidə narkotik vasitə heroin olmamışdır. Həmin narkotik vasitə polislər tərəfindən cibinə qoyulmuşdur. İbtidai istintaq zamanı təzyiq altında adından yazılmış ifadələri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış və hədiyyə etməmişdir. «Behzad» adlı İran İslam Respublikası vətəndaşını tanısa da, son altı ay ərzində onunla əlaqə saxlamamışdır. Özünü qaçaqmalçılıqda, satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və Təqsirləndirilən şəxs1 Hüseüynağa oğluna narkotik vasitə satmaqda təqsirli bilmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Baş İdarəyə Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Məlumat barədə raportla idarə rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri və dəvət edilmiş hal şahidləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs1 olması ehtimal olunan Abşeron rayonu ərazisinə yollanmışdır. Saat 22:30-da Novxanı kəndinin M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazanın yaxınlığında Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 hal şahidlərinin iştirakı ilə təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Sonuncu əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə oxşar maddə olduğunu görmüşdür. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evində də təxminən 30 qram çəkidə heroin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Odur ki, əməliyyat qrupu həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs1 qonaq otağında yerləşən dolabın içindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini götürüb təqdim etmişdir. Büküm açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri və Təqsirləndirilən şəxs1 həmin zərfin üzərinə imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən və yaşadığı evdən çıxan heroinləri xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs2 750 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra tədbir iştirakçıları, hal-şahidləri Təqsirləndirilən şəxs1lə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada müdafiəçi və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə keçirilən tədbir nəticələrinə dair protokol tərtib edilmiş və protokol bütün tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Tədbir zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiqini tapmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Həmin gün saat 22:30-da qrup üzvləri dəvət edilmiş hal şahidləri iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs1 Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Mini market»in yaxınlığında saxlamışlar. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində bir ədəd bükümdə təxminən bir qram narkotik vasitə heroin olduğunu deyib, əynində olan boz rəngli şalvarının sol yan cibindən həmin bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üstü yoxlanılmış, lakin əməliyyat marağı kəsb edən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroindən başqa, yaşadığı evində də təxminən 30 qram heroin və elektron tərəzi olduğunu bildirmişdir. Sonuncu yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişlər. Sonuncu evin birinci mərtəbəsində qonaq otağında yerləşən dolabın içindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşdür. Bundan sonra büküm zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələri xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 750 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları, hal şahidləri və Təqsirləndirilən şəxs1lə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. İdarədə vəkilin iştirakı ilə keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 onlara Təqsirləndirilən şəxs2 ifşa olunmasına köməklik edəcəyini bildirmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, saat 12:11-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edib, əlavə olaraq 50 qram narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni axşam saatlarında aralarında əvvəlcədən razılaşdırılmış Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsinə, görüş yerinə gətirəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, hal şahidləri və polis əməkdaşları birlikdə həmin ünvana yollanmışlar. Orada Təqsirləndirilən şəxs2 saxlanılmış və ona üzərində nə əşya varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə bənzər maddə olduğunu görmüşdür. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitə heroinin mənbəyi ilə bağlı sorğu zamanı bildirmişdir ki, 2019-cu ilin avqust ayında İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən «Behzad» adlı şəxslə tanış olmuş, narkotik vasitə almaq üçün sonuncu ilə «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlamış, 2019-cu ilin dekabr ayının sonunda Behzad narkotik vasitənin Bakı-Astara yolunun Astara şəhəri istiqamətində yerləşən, üzərində 142 rəqəmi yazılmış yol nişanının dibinə qoyulduğunu bildirmiş və o, narkotik vasitəni deyilən yerdən götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Behzada 1.500 manat pul göndərməli olmuşdur. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs1 750 manata 30 qram heroini satmış, üzərindən aşkar olunan narkotik vasitəni də sonuncuya satmaq üçün gətirmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 və digər hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. İdarədə vəkilin iştirakı ilə keçirilən tədbirlə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və Şahid5 Şahid3 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılmış, üzərindən 1,065 qram, yaşadığı evindən isə 31,414 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddəni xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndində Təqsirləndirilən şəxs2 750 manata öz istifadəsi üçün aldığını və Təqsirləndirilən şəxs2 ifşa olunmasında köməklik etmək istədiyini bildirmişdir. Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edib, əlavə olaraq 50 qram narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Sonuncu axşam saatlarında narkotiki Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində görüşdükləri yerə gətirəcəyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri Təqsirləndirilən şəxs1 və hal şahidləri ilə birlikdə Abşeron rayonunun Novxanı kəndinə yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 22:05-də Əliyev X8 rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilən narkotik vasitə heroinlə bağlı bildirmişdir ki, 2019-cu ilin avqust ayında İran İslam Respublikasının Ərdəbil şəhərində «Behzad» adlı şəxslə tanış olmuş, narkotik vasitə almaq üçün sonuncu ilə razılaşmış, sonradan onunla «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlamış, 2019-cu ilin dekabr ayının sonunda Behzad narkotik vasitənin Bakı-Astara yolunun Astara şəhəri istiqamətində yerləşən, üzərində 142 rəqəmi yazılmış yol nişanının dibinə qoyulduğunu bildirmiş və o, narkotik vasitəni həmin yerdən götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Behzada 1.500 manat pul göndərməli olmuşdur. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs1 30 qram heroini 750 manata satmışdır. Üzərindən aşkar olunan narkotik vasitəni də sonuncuya satmaq məqsədi ilə gətirmişdir. Bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, orada Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və keçirilən baxışla bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonunun Novxanı kəndində M.Ə.Rəsulzadə küçəsi ilə piyada gedərkən polis əməkdaşları yaxınlaşıb bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmiş və o, razılaşmışdır. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış tədbirində hal şahidi kimi iştirak etmişdir. Həmin hadisəyədək sonuncunu tanımamışdır. Tədbirdə ondan başqa tanımadığı bir nəfər də hal şahidi qismində iştirak etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində nə əşya varsa təqdim etməsi təklif etmiş və sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen büküm çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu görmüşdür. Polis əməkdaşlarının öz aralarında danışıq zamanı bükümün içindəki maddənin narkotik vasitə heroinə oxşadığı demələrini eşitmişdir. Bundan sonra büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia Cerato» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı avtomobildən şəhadətnamə, sürücülük vəsiqəsi və etibarnamə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitə ilə əlaqədar bildirmişdir ki, 2019-cu ilin avqust ayında İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən «Behzad» adlı şəxslə tanış olmuş, narkotik vasitə almaq üçün sonuncu ilə «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlamış, 2019-cu ilin dekabr ayının sonunda Behzad narkotik vasitənin Bakı-Astara yolunun Astara şəhəri istiqamətində yerləşən, üzərində 142 rəqəmi yazılmış yol nişanının dibinə qoyulduğunu bildirmiş və o, narkotik vasitəni həmin yerdən götürmüş, aralarında olan razılaşmaya əsasən Behzada 1.500 manat pul göndərməli olmuşdur. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs1 30 qram heroini 750 manata satmış, üzərindən aşkar olunan narkotik vasitəni də sonuncuya satmaq məqsədi ilə gətirmişdir. Bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs2, o və digər hal şahidi Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, orada müdafiəçinin iştirakı ilə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid9 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Baş X3 yaxınlıgından keçərkən əvvəllər tanımadığı bir neçə polis əməkdaşı ona yaxınlaşıb, şübhəli şəxs qismində idarəyə gətirdikləri bir nəfər şəxsin üzərinə keçiriləcək baxış tədbirində hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb sonuncularla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. İdarədə ondan başqa bir nəfərin də hal şahidi kimi dəvət olunduğunu bilmişdir. Onlara hal şahidi kimi hüquq və vəzifələri izah edildikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen büküm çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu görmüşdür. Polis əməkdaşlarının deməsindən bükümün içərisindəki maddənin narkotik vasitə heroinə oxşadığı ona məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi onlar və Təqsirləndirilən şəxs1 zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı M.Ə.Rəsulzadə küçəsindəki evində də bir ədəd bükümdə təxminən 30 otuz qram çəkidə heroin və bir ədəd elektron tərəzi olduğunu bildirib, evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Odur ki, polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs1 evin birinci mərtəbəsində qonaq otağındakı dolabın içindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu görmüşdür. Həmin büküm və elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, onlar zərfin üzərinə imza etmişlər. Evin digər otaqlarından və həyətyanı sahədən əməliyyat əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndində Alı adlı şəxsdən 750 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları və Təqsirləndirilən şəxs1lə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və keçirilən tədbirlə əlaqədar protokol tərtib olunmuşdur. Protokol onlara oxunmuş və bundan sonra protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Ağası əvvəllər zərgər işləmişdir. Yaşadıqları ev ona məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən evində axtarış aparılmışdır. Oğlu Ağasının narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Moskva univermağında zərgər işləyir. Təqsirləndirilən şəxs1 təxminən 7-8 il əvvəl onunla birlikdə univermağın 5-ci mərtəbəsində zərgər işləmişdir. İş prosesində hər ikisi gündəlik olaraq istifadə etdikləri qiymətli metalların çəkisini müəyyən etmək üçün elektron tərəzidən istifadə etmişlər. Ağasının narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid Ş.Ş.Şahbazovun ifadəsinə oxşar verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılmış, üzərindən 1,065 qram, yaşadığı evdən isə 31,414 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddəni xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndində Təqsirləndirilən şəxs2 750 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifşa olunmasında köməklik etmək istədiyini bildirmişdir. Həmin məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edib, əlavə olaraq 50 qram narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Sonuncu isə axşam saatlarında narkotiki Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində olan görüş yerinə gətirəcəyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri Təqsirləndirilən şəxs1 və hal şahidləri ilə birlikdə Abşeron rayonunun Novxanı kəndinə yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 22:05-də Əliyev X8 rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitə heroin barədə sorğu-sual edilərkən bildirdi ki, 2019-cu ilin avqust ayında İran İslam Respublikasının Ərdəbil şəhərində «Behzad» adlı şəxslə tanış olmuş, narkotik vasitə almaq üçün sonuncu ilə «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlamış, 2019-cu ilin dekabr ayının sonunda Behzad narkotik vasitənin Bakı- Astara yolunun Astara şəhəri istiqamətində yerləşən, üzərində 142 rəqəmi yazılmış yol nişanının dibinə qoyulduğunu bildirmiş və o, narkotik vasitəni həmin yerdən götürmüş, aralarında olan razılaşmaya əsasən Behzada 1.500 manat pul göndərməli olmuşdur. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs1 30 qram heroini 750 manata satmış, üzərindən aşkar olunan narkotik vasitəni də sonuncuya satmaq məqsədi ilə gətirmişdir. Bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Baş X3 yaxınlıgından keçərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb, bir nəfər şəxsi şübhəli şəxs qismində idarəyə gətirdiklərini bildirib, həmin şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Razılığını bildirib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. İdarədə ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Sonuncunun təqdim etdiyi büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu görmüşdür. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, o, digər hal şahidi və Təqsirləndirilən şəxs1 həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsindəki evdə özünə məxsus bir ədəd bükümdə təxminən 30 otuz qram heroin və bir ədəd elektron tərəzi olduğunu bildirib, evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Odur ki, onlar həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs1 evin birinci mərtəbəsində qonaq otağındakı dolabın içindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm və elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, onlar zərfin üzərinə imza etmişlər. Evin digər otaqlarından və həyətyanı sahədən əməliyyat kəsb edən əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Novxanı kəndində Alı adlı şəxsdən 750 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs1lə birlikdə Baş X2yıtmışlar. İdarədə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək, keçirilən baxışla əlaqədar protokol tərtib olunmuşdur. İşin 1-ci cildinin 4-cü vərəqəsindəki BNMİ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Abşeron rayonu ərazsində heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İşin 1-ci cildinin 9-11-ci vərəqələrindəki «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Mini market” adlı mağazanın yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman təmiz çəkisi 1,065 qram narkotik vasitə olan heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağındakı dolabın içərisindən onun saxladığı külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə olan heroin bir ədəd bükümdə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 76-78-ci vərəqələrindəki «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 saat 22:05-də Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun üzərindən külli miqdarda 50,379 qram narkotik vasitə olan heroin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020ci il tarixli 1589 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ..” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi - 1,065 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs1 yaşadığı evdən .....” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi - 31,414 qram olan maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş .....” və üzərində “.... Təqsirləndirilən şəxs1 yaşadığı evdən .....” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumi sayı 2 ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020ci il tarixli 1784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ...” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi- 50,379 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının x xxx 2020-ci il tarixli 1237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müaliciyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının x xxxx 2020-ci il tarixli 1423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 104-106-cı vərəqələrindəki xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni hansı mənbədən əldə etməsini faktına görə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İşin 2-ci cildinin 68-70 və 80-ci vərəqələrindəki «maddi sübut hesab etmə haqqında» qərar və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1-təmiz çəkisi 32,479 qram heroin ekspertiza tədqiqatından sonrakı qalıq 32,379 qram heroin, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs2 Vilayat oğlundan-təmiz çəkisi 50,329 qram heroin ekspertiza tədqiqatından sonrakı qalıq 50,299 qram heroin maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 2-ci cildinin 81-98-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» x xxxx 2020-ci il tarixli qərardan görünür ki, «xxxxxxx» MMC-dən daxil olmuş telefon danışıqları barədə CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 166-169-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. İşin 1-ci cildinin 22-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 82-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 193-194-cü vərəqələrindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2014-cü il və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş iki azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 237-ci vərəqəsindəki Masallı RİHB-ın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində x xxxxxx 2008ci il və xx xxxx 2010-cu il tarixdə doğulmuş iki azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 32,479 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə əldə edib həmin narkotik vasitə heroinin 1,065 qramını üzərində, qalan 31,414 qramını daşıyıb yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Mini market” adlı mağazanın yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,065 qram narkotik vasitə olan heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağındakı dolabın içərisindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə olan heroin bir ədəd bükümdə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş şahidlərin ifadələrindən, ekspertiza rəylərindən, maddi sübutlar və protokoldan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək, üstündə saxlaması sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 32,479 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə əldə edib həmin narkotik vasitə heroinin 1,065 qramını üzərində, qalan 31,414 qramını daşıyıb yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Mini market” adlı mağazanın yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,065 qram narkotik vasitə olan heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağındakı dolabın içərisindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə olan heroin bir ədəd bükümdə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 224-225-ci vərəqələrindəki «xxxxxxx» MMC-dən daxil olmuş CD disk və həmin diskə baxış keçirilməsi barədə protokolla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı protokoldakı sms yazışmaları ilə əlaqədar dindirilməmiş, həmin smsləri göndərən şəxslərin şəxsiyyəti müəyyən edilməmiş və həmin xüsusata aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı da dövlət ittihamçısı həmin hala aydınlıq gətirilməsi üçün təşəbbüs göstərməmişdir. Odur ki, məhkəmə, «xxxxxxx» MMC-dən daxil olmuş CD disk və həmin diskə baxış keçirilməsi barədə protokolu mötəbər sübut hesab etmir. Ona görə də Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyini etiraf etsə də, əldə etdiyi narkotik vasitənin 32,479 qram deyil, cəmi 15 qram təşkil etdiyini və həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirdi. Onun ifadəsinin qeyd olunan hissəsi ibtidai istintaq zamanı özünün və Təqsirləndirilən şəxs2 Hidayət oğlunun müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə onun ifadəsinə həmin hissədə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sayır. Təqsirləndirilən şəxs2 da məhkəmə özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bildi. Onun bu ifadəsi özünün və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər sayır. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1-təmiz çəkisi 32,479 qram heroinin ekspertiza tədqiqatından sonrakı qalıq 32,379 qram heroin, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs2 Vilayat oğlundan-təmiz çəkisi 50,329 qram heroin ekspertiza tədqiqatından sonrakı qalıq 50,299 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 244 (iki yüz qırx dörd) manatın 122 (yüz iyirmi iki) manatı Təqsirləndirilən şəxs1, 122 (yüz iyirmi iki) manatı isə Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 - təmiz çəkisi 32,479 qram heroin ekspertiza tədqiqatından sonrakı qalıq 32,379 qram heroin, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs2 Vilayat oğlundan - təmiz çəkisi 50,329 qram heroin ekspertiza tədqiqatından sonrakı qalıq 50,299 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 244 (iki yüz qırx dörd) manatın 122 (yüz iyirmi iki) manatı Təqsirləndirilən şəxs1, 122 (yüz iyirmi iki) manatı isə Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar