Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-814/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcrtdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Şahbuz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Şahbuz” adlı şəxsin göstərişinə əsasən külli miqdarda 4399,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla narkotik vasitə qurudulmuş marixuananın 99,37 qram hissəsini üzərində, 4300 qram hissəsini isə sərnişini olduğu cinayətdən məlumatsız olan tanışı Şahid4 idarə etdiyi “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ünvan 3 ünvanın qarşısına qədər daşımış, 13 fevral 2023-cü il tarixdə saat 02:00-da qeyd olunan ünvanın qarşısında “AzSamand” markalı avtomobilin yanında dayandığı zaman DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin cibindən 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 99,37 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 04:35-də isə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasının həyətində “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Gecə saat 00 radələrində tanıdığı Tural adlı şəxslə Əzizbəyov ərazisində görüşmüşlər və 50 (əlli) qram narkotik vasitə götürmək üçün Xırdalan qəbiristanlığına getmişlər. Lakin narkotik maddənin miqdarı çox olduğu üçün o, həmin narkotik maddəni götürməmiş və maşına minərək oradan uzaqlaşmışlar. Xırdalan dairəsinə çatanda Tural Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı “Bəxtiyar” adlı şəxslə danışmışdır. Belə ki, Tural, ona “Narahat olma, Bəxtiyarla danışmışam. Narkotik maddəni götür, bir şey olsa, mənlikdir” demişdir. Bundan sonra o, həmin maddəni götürərək Turalın maşınına minmiş və şəhər tərəfə qayıtmışlar. “Ekologiya” postunu keçəndən sonra “Avtovağzal” ın yanında yol polisi onları saxlamışdır. O, avtomobildən enmiş, Tural isə maşını sürüb getmişdir. Turalın dalınca da bir maşın getmişdir. Bundan sonra yol polisi onu Nəsimi rayon polis idarəsinə gətirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. X10 eyni məhəllədə qalmışlar. O, cəmi 50 (əlli) qram marixuana sifariş etmiş və 300 (üç yüz) manat məbləğində pulu Şahbuzun kartına atmışdır. Hadisə baş verən gün təxminən gecə saat 01 radələri olarmış. Turalın vasitəsilə mobil telefonla Şahbuzla danışığı olmuşdur. Onun narkotik vasitəni Turalla birgə kiməsə satmaq və ya vermək kimi bir planları olmamışdır. Tural dediyi üçün o, 50 (əlli) qramdan artıq miqdarda olan narkotik vasitəni götürmüşdür. Belə ki, Turalın həmin maddələrdən hansı məqsədlə istifadə edəcəyini bilmirmiş. Tural həmin kisədən ona 50 (əlli) qram narkotik vasitə verəcəyini bildirmişdir. Belə ki, Tural Bəxtiyarla danışmış, görünür ki, onların planı olmuşdur. Yol polisi maşını saxlayanda Tural və o avtomobildən enmişlər. Polis əməkdaşı ona yaxınlaşaraq əlindən tutan zaman Tural maşına əyləşərək sürüb getmişdir. Turalın maşınla uzaqlaşmasının səbəbini bilməmişdir. Polis əməkdaşı onun əlinə qandal vurmuşdur. Həmin vaxt üzərində mobil telefon və pul qabı olmuşdur. Polis əməkdaşları həmin əşyaları cibindən çıxartmışlar və onu maşında arxa oturacaqda əyləşdirmişlər. Narkotik vasitə Turalın maşınında qalmışdır. “Ekologiya” postuna çatmamış yol polisinə zəng gəlmiş və onlar 3-cü mikrorayon bazarının yanına gəlmiş, daha sonra isə Nəsimi rayon polis idarəsinə getmişlər. Çünki həmin ərazidə qəza baş vermiş və bir neçə maşın əzilmişdir. Turalın avtomobili və onun dalınca gələn maşın qəza törətmişlər. Onu Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirmişlər. Məlum hadisədən sonra Turalı yalnız üzləşdirmə istintaq hərəkəti aparılan zaman görmüşdür. Həmin vaxt Tural narkotik vasitələrdən xəbəri olmadığını bildirmişdir. Turalın məsuliyyətdən kənarda qalmağına səbəb özlərinin oyun qurması olmuşdur. Belə ki, Şahbuzla o danışmışdır. Məlum hadisə baş verəməmişdən qabaq Şahbuzdan bir neçə dəfə narkotik vasitə almışdır. Şahbuzdan əvvəllər 10 - 20 qram narkotik vasitə almışdır. Ödənişi isə kart vasitəsilə edirmiş. Özü “Meyvəli” bazarında işləyirmiş. Onun bank kartı yoxdur. O, 50 (əlli) qram narkotik vasitə alırmış və bu, ona 3-5 ay kifayət edirmiş. Narkotik vasitə üçün Şahbuzla danışdığından Turalın xəbəri olmuşdur. Şahbuz narkotik vasitəni Qaradağ ərazisinə atacağını bildirsə də, o bununla razılaşmamışdır. Tural demişdir ki, Şahbuz narkotik vasitəni şəhər tərəfə atsın və onlar da həmin narkotik vasitəni gedib götürsünlər. Onlar Turalla bir neçə dəfə narkotik vasitə dalınca getmişlər. Şahbuz heç vaxt ona artıq narkotik vasitə verməmişdir. Belə ki, o Şahbuzdan nə qədər narkotik vasitə istəmişdirsə, Şahbuz da ona həmin miqdarda narkotik vasitə vermişdir. O, Xırdalandan ilk dəfə idi ki, narkotik vasitə götürürmüş. O, Şahbuza 50 (əlli) qram marixuana müqabilində 300 (üç yüz) manat pul atmışdır. Turalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedib-gələn görmüşdür. Buna görə də onun sözünə inanıb həmin kisəni götürmüşdür. Tural Bəxtiyarla onun yanında danışmamışdır. Xırdalan dairəsinə çatanda Tural kiminləsə yazışırmış. Bundan sonra Tural, ona demişdir ki, “Bəxtiyarla danışdım, düş götür”. O, Bəxtiyarı görməmişdir. Tural ona bildirmişdir ki, “həmin kisədən 50 (əlli) qram götürərsən, qalanı ilə işin olmasın”. O kisəni götürüb maşında qabaq ayaqaltına qoymuşdur. Yol polisinin onları saxlayaraq qoluna qandal vurması onda şübhə yaratmışdır. Düşünür ki, qurulan oyundan Turalın xəbəri olmuşdur. Tural öz avtomobili ilə qəza törətmişdir. Turalın ağzı qanamışdır. Həmin vaxt polislər onu başqa maşına mindirdikləri üçün Turalın yanında kiminsə olub-olmadığını görə bilməmişdir. O, yol nəqliyyat hadisəsi olan vaxt orada olmamışdır. Belə ki, onu hadisə yerinə yol polisləri gətirmişdir. Bundan sonra onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Tural sonradan gəlmiş, maşınını isə evakuatorla gətirmişlər. Bölmədə əvvəlcə onu dindirmişlər, daha sonra narkotik vasitəni boynuna götürmək üçün təzyiq göstərmişlər. Belə ki, polis əməkdaşları onun qarşısına sənədlər qoyaraq imza etməsini bildirmişlər. O, polislərə 50 (əlli) qram narkotik vasitənin dalınca getdiyini, qalanının isə Turalla bağlı olduğunu bildirmişdir. O kisəni avtomobildə qabaq ayaqaltına qoymuşdur. Düşünür ki, qəza olan vaxt onu avtomobilin arxa baqajına polis əməkdaşları qoymuşlar. Avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman kisənin arxa baqajdan çıxmasına etiraz etməməsinə səbəb polis əməkdaşlarının ona kömək edəcəklərini bildirmələri olmuşdur. Bölməyə 2 nəfər təcili tibbi yardımın əməkdaşları gələrək Turala tibbi yardım etmişlər. Təcili tibbi yardımın əməkdaşları ona da baxmışlar. Lakin o hadisə zamanı avtomobildə olmadığı üçün xəsarət almamışdır. Üzərinə keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişdən əvvəl cibinə 01 (bir) ədəd bağlama qoymuşlar. Həmin narkotik vasitəni cibinə qoyan şəxslərdən birinin adı Elməddin, digəri isə balaca boylu bir şəxs olmuşdur. Kisəni götürərək maşında qabaq ayaqaltına qoyandan sonra onun ağzını açmamışlar. Cibinə qoyduqları bağlamanı polislər onun yanında yapışqanla bağlamışlar. Polis əməkdaşları ona köməklik edecəklərini bildirdikləri üçün onlara hər hansı etirazını bildirməmişlər. Nəsimi RPİ-nin 20-ci PB-də Turalla aralarında hər hansı danışıqları olmamışdır. Üzərində olan mobil telefonu yol polisi götürmüşdür. O narkotik vasitənin yalnız marixuana növündən istifadə edirmiş. Qara rəngli “Optima” markalı maşın Turalın idarə etdiyi avtomobilin dalınca düşmüşdür. Tual Bəxtiyarın onun dostu olduğunu demiş və nəsə baş verəcəyi təqdirdə onu tapşıracağını bildirmişdir. Bu səbəbdən o Turalla birgə narkotik vasitəni götürməyə getmişdir. Turalın polis əməkdaşı ilə dostluq etdiyini bilməmişdən qabaq da onunla birgə bir neçə dəfə narkotik vasitə götürməyə getmişdir. İbtidai istintaq zamanı Nəsimi RPİ-nin 20-ci PB-də fiziki təzyiqlərə məruz qalmışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən xəsarətlərinin olduğunu bildirməmişdir. Maşında Lətif, Ramil, Tural və o olmuşlar. O, 50 qram marixuananı götürmək üçün maşından enmiş, lakin bağlamanın böyük olduğunu gördükdən sonra onu götürməmişdir. Tural ona demişdir ki, gəlmişkən həmin bağlamanı götürsün, belə ki, o Bəxtiyarla danışacaq. O da öz növbəsində həmin bağlamanı götürərək maşında ayaqaltına qoymuşdur. Onlar ordan çıxıb evə qayıdarkən yol polisi maşınlarının arxasınca gəlməyə başlamışdır. Tural maşını saxlamış və onlar Turalla maşından düşmüşlər. Daha sonra Tural maşına minib oradan uzaqlaşmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman o Turalın maşınında olmamışdır. Turalın sifət nahiyəsi qan olmuşdur. O Şahid1 ilk dəfə Nəsimi RPİ-nin 20-ci PB-də görmüşdür. O, “avtovağzal” deyilən ərazidə saxlanılmışdır. Onu yol polisi əməkdaşları saxlamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Şahid1 tərəfindən ona qarşı təzyiq olmamışdır. Belə ki, Şahid1 onun qollarını tutub, digəri isə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 10 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Nəsimi rayon məhkəməsinin qərarına əsasən 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra narkotik vasitələrdən istifadə etməsə də, son 3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Şahid4 uzun müddətdir tanıyır, onunla münasibəti normal olmuş, sonuncu “Azsamand" markalı avtomobillə taksi fəaliyyəti göstərir. Narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş və hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Əli adlı tanışına ***-***-**-** mobil telefon nömrəni sonradan özü istifadə etməyə başlamışdır. 2023-cü ilin yanvar ayının axırlarında mobil telefonuna "WhatsApp” proqramı vasitəsi ilə əvvəllər tanımadığı +**********75 nömrəsindən zəng edərək özünü İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adı ilə təqdim edən şəxslə aralarında olan söhbət zamanı sonuncu ona həmin nömrənin sahibi yəni Əli ilə dost olduğunu, lakin həmin şəxs tutulduğu üçün çox peşman olduğunu, onun narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O isə cavabında narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə göndərəcəyini, onun isə həmin narkotik vasitəni deyilən yerə aparacağını və bunun müqabilində ona narkotik vasitə pay verəcəyini demişdir. O, Şahbuzun təklifi ilə razılaşmayaraq telefon danışığını bitirmişdir. Bundan sonra “Şahbuz” adlı şəxs hər gün onunla mobil telefonla əlaqə saxlayıb qeyd olunan təklifi etmiş, o isə həmin təklifi rədd etmişdir. 12 fevral 2023-cü il tarixdə pula ehtiyacı olduğundan Şahbuz ona zəng etdiyi zaman sonuncunun təklifi ilə razılaşmışdır. Aralarında olan danışıq zamanı Şahbuz ona həmin gün gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən qəbiristanlığa narkotik vasitə qurudulmuş marixuana qoyulacağını, əlavə olaraq ona 100 qrama yaxın narkotik vasitə pay verəcəyini bildirmişdir. Şahbuz ona həmin narkotik vasitəni götürüb Nəsimi rayonu, Hövsan qəsəbəsinə aparmasını, orada lazım olan şəxsin ona yaxınlaşaraq narkotik vasitəni təhvil alacağını bildirmişdir. Pula ehtiyacı olduğundan Şahbuzun ona pay veriləcəyi 100 qram qurudulmuş marixuananın 50 qramını satıb gəlir əldə edəcəyini, qalan hissəsini isə özünün istifadə edəcəyini düşünmüşdür. Bundan başqa Şahbuz ona Xırdalan qəbiristanlığına çatdığı zaman narkotik vasitənin olduğu yer barədə ona məlumat verəcəyini bildirmişdir. 13 fevral 2023-cü il tarixdə saat 01 radələrində o, tanışı Şahid4la telefonla əlaqə saxlayıb təxminən 10 dəqiqəyə “Koroğlu" metrostansiyasının qarşısına çatacağını bildirib və onu həmin yerdən götürməsini xahiş etmişdir. “Koroğlu" metrostansiyasının qarşısına yaxınlaşan zaman Turalın idarə etdiyi “Azsamand” markalı avtomobili ilə onu gözlədiyini görmüş və həmin avtomobillə Turala Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbiristanlığına gedəcəyini, oradan Nəsimi rayonu, Hövsan qəsəbəsinə, daha sonra isə özünün yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsinə gedəcəyini bildirmişdir. Tural da tanışlıq münasibəti olduğu üçün ondan 20 manat zəhmət haqqı alacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra Xırdalan qəbiristanlığına getmiş, həmin yerə çatanda Şahbuz onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub və narkotik vasitənin yerini bildirmişdir. O, avtomobildən enib narkotik vasitənin bir ədəd ağ rəngli torbaya qoyulduğunu görmüşdür. Həmin torbaya baxan zaman torbanın içərisində bir ədəd sellofona bükülmüş xırda bükülü və 4 ədəd bağlama olduğunu görmüşdür. Həmin vaxt Şahbuz bir ədəd sellofan torbada olan bükülünü ona pay göndərdiyini demişdir. O, həmin bükülünü əynində olan qara rəngli gödəkçənin sol cibinə qoymuş, bir ədəd içərisində dörd ədəd bağlama olan ağ rəngli torbanı Turalın idarə etdiyi avtomobilin yük yerinə qoymuş və avtomobilin qabaq sağ oturacağında əyləşmiş, lakin Tural ondan avtomobilin yük yerinə nə qoyduğunu soruşmamışdır. Bundan sonra onlar Nəsimi rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 02:00 radələrində Şahid4 idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yol qəzası törətmişdir. Qəza zamanı heç biri bədən xəsarəti almamışlar. Həmin vaxt üç nəfər polis əməkdaşları yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib ondan özünü təqdim etməsini tələb etmişlər. O da, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra həmin şəxslər ona narkotik vasitənin satışında şübhəli olduğunu bildirib onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Eyni zamanda Şahid4 və idarə etdiyi avtomobil də həmin polis bölməsinə aparılmışdır. Polis bölməsində hüquqlarının müdafiə olunmasından ötrü özünün ərizə əsasında dövlət hesabına vəkil dəvət olunmuş və müdafiəçi ona təqdim olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş və hüquq vəzifələri izah edilməklə bu barədə ona yazılı bildiriş verilmişdir. Daha sonra polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və o, buna heç bir etiraz etməmişdir. Həmin bölmənin otaqlarının birində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə onu masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol cibinə saxladığı bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən istifadə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu və 12 manat pul aşkar edilmişdir. Həmin vaxt o, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq məqsədi ilə ona pay verildiyini, başqa şəxslərə çatacaq narkotik vasitəni isə tanışı Şahid4 idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd mobil telefon polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 12 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən polis bölməsinin həyətinə gətirilmiş Şahid4 idarə etdiyi «Azsamand» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin yük yerindən bir ədəd ağ rəngli sellofan torba aşkar edilmiş, həmin torbaya baxış keçirilən zaman içərisində dörd ədəd bağlama olması müəyyən edilmişdir. O, polis əməkdaşlarına Şahid4 avtomobilinin yük yerindən aşkar edilmiş dörd ədəd bağlamada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq məqsədi ilə avtomobilin yük yerində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz" adlı şəxsi heç vaxt görməmiş, sonuncu ilə yalnız “WhatsApp" proqramı vasitəsi ilə əlaqə saxlayıb danışmış, o, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin pula ehtiyacı olduğundan Şahbuz adlı şəxsin təklifi ilə razılaşmış, onun Şahid4 idarə etdiyi avtomobilin yük yerinə narkotik vasitə qoymasından sonuncunun məlumatı olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, eləcə də saxlanıldığı müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən ona qarşı hansısa psixi və fiziki təsir olmamışdır. (cild 1, iş vərəqə 94-99) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının ona aid olmayan külli miqdarda narkotik vasitə marixuananın ona məxsus olmasını etiraf etməsi məqsədi ilə ona psixoloji təzyiqin edildiyini və bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətının olmaması ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən günü tanışı Təqsirləndirilən şəxs ona zəng edərək “Koroğlu” metrostansiyasının yanından onu götürməyini xahiş etmişdir. O, idarə etdiyi “Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə Emini Abşeron rayonu, Xırdalan şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs avtomobildən enmiş, təxminən 15 dəqiqə sonra geri qayıdaraq maşına əyləşmişdir. Onun Eminin nə üçün getdiyi və nə götürdüyündən xəbəri olmamışdır. O gəldikləri ünvana qayıdarkən yol nəqliyyat hadisəsi törətmişdir. Yol polisləri onlara yaxınlaşmış, daha sonra isə əməliyyat müvəkkilləri yaxınlaşıb onları bölməyə aparmışlar. Onun maşınından bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamanı iranlıdan götürdüyünü və müəyyən yerə qoyacağını bildirmişdir. Polislər Emindən soruşduqda, Emin onun bu hadisədən xəbərinin olmadığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Onlar Hövsanda kirayədə yaşamışlar. Emin və onun uzaq qohumluqları var. Həmin gün Emin ona 5-6 dəfə zəng edərək Xırdalana getmələrini təklif etmişdir. Onlar əvvəllər də oraya yəni, Eminin anasıgilə getmişlər. Bu dəfə də Emin ona anasıgilə gedəcəyini demişdir. Onlar həmin yerə gedərkən Eminin üzərində heç bir əşya olmamışdır. Lakin Emin əlində sellofanla geri qayıtmışdır. Emin həmin sellofanı maşının arxa yük yerinə qoymuşdur. O, Emindən sellofanda nə olduğunu soruşmamışdır. O yol nəqliyat hadisəsi törətdikdən sonra onları saxlayıb bölməyə aparmışlar. Bölmədə olarkən Eminə verilən suallara cavab olaraq o, “iranlı hara desə həmin narkotik vasitəni ora qoyacağını” etiraf etmişdir. O Təqsirləndirilən şəxs üzərindən nəsə çıxdığını görməmiş, yalnız maşından çıxan sellofanı görmüşdür. O maşından çıxan sellofanın ona məxsus olmadığını demişdir. Sellofanın çəkisi təxminən 3 kiloqram olarmış. Yol nəqliyyat hadisəsi baş verən zaman Eminlə o biryerdə olmuşlar. Təqsirləndirilən şəxsin dedikləri yalandır, hadisə təqsirləndirilən şəxsin danışdığı formada olmamışdır. Belə ki, o hadisə yerindən qaçmamışdır. Həmin gün baş verən bütün hadisələr zamanı onlar bir yerdə olmuşlar. Onun əlilliyi yoxdur, əvvəllər məhkumluğu olmamışdır. O, Emini 20 manat müqabilində Xırdalana aparmışdır. Onları heç bir maşın təqib etməmişdir. O, heç bir əməliyyatçı ilə danışmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs zəng edərək Xəzər rayonu, “Koroğlu” metro stansiyasının yanından onu götürməsini xahiş etmişdir. O, idarə etdiyi “Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə gecə saatlarında qeyd olunan ünvana gedib Emini gözləmiş, sonuncu avtomobilinə əyləşdikdən sonra onu Abşeron rayonu ərazisinə aparıb, daha sonra Hövsan qəsəbəsinə, oradan da yaşadığı Xəzər rayonuna aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat pul verəcəyini bildirmişdir. O, Eminin təklifi ilə razılaşmış və Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Orada qəbiristanlıqda Təqsirləndirilən şəxs avtomobildən enmiş, bir qədər sonra əlində ağ torba ilə geri qayıtmış və həmin torbanı avtomobilin arxa yük yerinə qoymuşdur. O, yorğun olduğundan Eminin yük yerinə nə qoyduğunu soruşmamışdır. Danışığa əsasən Emini Hövsan qəsəbəsinə doğru aparmağa başlamışdır. 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən yorğun olduğu üçün sükan arxasında yuxulamış və idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmiş və yolun kənarındakı maneəyə dəyən zaman oyanmışdır. Bundan sonra o, avtomobilin yol kənarında dayanan digər avtomobillə çırpıldığını görmüşdür. Hadisə nəticəsində heç biri bədən xəsarəti almamışdır. Hadisədən bir qədər sonra saat təxminən 02:00 radələrində hadisə yerində olduqları zaman Təqsirləndirilən şəxs üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, sonuncunun narkotik vasitələri qanunsuz olaraq saxlamasında, daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və o polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına aparılmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə vəkil dəvət olundu, onun və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya saxladığı halda onu çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd sellofan torbada narkotik vasitə olduğunu deyib həmin torbanı çıxarıb masanın üzərinə qoydu. Həmin torba açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sim kartı olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edildi. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildi və çəkisinin qablaşdırma ilə birlikdə çəkisi 114 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni haradan əldə etməyini soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində narkotik vasitə alacağını, narkotik vasitəni başqa şəxslərə satmadığını, lakin bağışladığını, üzərindən başqa sərnişin olduğu, yəni onun idarə etdiyi “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomaşına polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 12 manat pul isə Eminin özünə qaytarılmışdır. Həmin gün təhqiqatçı tərəfindən idarə etdiyi “Azsamand” markalı, **- EY-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməzdən əvvəl həm Təqsirləndirilən şəxs, həm də o özü ərizə ilə müraciət edərək qeyd olunan avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, baxış, zamanı avtomaşının arxa yük yerindən bir ədəd ağ torbadan dörd ədəd bağlama aşkar edilmişdir. Həmin dörd ədəd bağlama açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 880 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Onun əvvəlcədən Təqsirləndirilən şəxs narkotik vasitə daşıması ilə bağlı məlumatı olmamışdır. (cild 1, iş vərəqə 73-76) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün DİN-nin BNMİ-nin XMİÜ əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid2 olmuşdur. 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətmiş və onlar dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİ-nin 20ci PB-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bundan başqa sərnişin olduğu avtomobildə də narkotik vasitələr olduğunu bildirmişdir. Həmin vaxt avtomaşının sürücüsü Şahid4 etirazı olmadan təhqiqatçının, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 5 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmadığını, sadəcə iran vətəndaşı hansı ünvana desə oraya qoyacağını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, avtomobili Tural adında taksi sürücüsü idarə edirmiş. Tural adlı şəxs yol nəqliyyat hadisəsi törətmişdir. Onlar da oraya yaxınlaşmışlar və bölməyə dəvət etmişlər. Şahid4 avtomobildən aşkarlanan narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə saxladıqları ünvanda, yəni ünvan 5üşdür. Qrupun rəhbəri Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin dedikləri yalandır. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan götürdüyünü, eyni zamanda könüllü şəkildə maşında da narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin narkotik vasitəni iran vətəndaşının istədiyi yerlərə qoyacağı təqdirdə pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Narkotik vasitə avtomobilin yük hissəsindən aşkarlanmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. 13 fevral 2023-cü il tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətmiş və onlar dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz saxladığı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd sellofan torbada narkotik vasitə olduğunu bildirib həmin torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torba açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sim kartı olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni haradan əldə etməsi soruşduqda sonuncu üzərindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində narkotik vasitə alacağını, narkotik vasitəni başqa şəxslərə satmadığını, lakin bağışladığını, bundan başqa sərnişin olduğu “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobildə də narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 12 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmin gün təhqiqatçı Anar Aslanov tərəfindən “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməzdən əvvəl həm Təqsirləndirilən şəxs, həm də avtomaşının sürücüsü Şahid4 ərizə ilə müraciət edərək qeyd olunan avtomobilə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd ağ torbadan dörd ədəd bağlama aşkar edilmişdir. Həmin dörd ədəd bağlama açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 880 qram təşkil etdiyi müəyyən olunmuşdur. Aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya pxisoloji təsir olmamışdır. (cild 1, iş vərəqə 134-136) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (Cild, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7) xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması” haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu istiqamətində baş vermişdir. Hadisə yerində yol birtərəfli istiqamətlidir. Yolu qırıq-qırıq xətlər vasitəsi ilə 2 (iki) zolaqdan ibarətdir. Hər zolağın eni 4 (dörd) metrdir. Yolun ümumi uzunluğu 8 (səkkiz) metrdir. Yolun sağ hissəsinə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki, sol hissəsinə isə 50 (əlli) sm hündürlüyündə səki vardır. Azsamand markalı avtomobilin öz hissəsi əzilmişdir. Digər Opel markalı CC-960-VV Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı arxa və ön hissəsi əzilmiş, Mersedes markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avomobili ön hissəsi əzilmiş vəziyyətdədir. Azsamand markalı avtomobilin sürücüsü ilk olaraq yolun solunda olan maneəyə dəyərək idarə etməni itirərək yolun solunda yerləşən Opel markalı CC-960-VV Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı avtomobilə və Mersedes markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Toqquşma nöqtəsi yolun sol hissəsində olan səkidən 3 (üç) metr uzaqlıqdadır. Yolun örtüyü asfalt, quru və enişlidir. (cild 1, iş vərəqə 12) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 26,28) “Şəxsi axtarış və götürmə aparılması” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və şəxsi axtarış və götürmənin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol cibindən 1 ədəd sellofan torba, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində sim kart olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Həmin sellofan torba açılarkən içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudumuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 114 qram çəkidə olması müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və “Samsung” mobil telefonla birlikdə götürülmüş, 12 manat pul isə şəxsin özünə qaytarılmışdır. (Cild 1, iş vərəqə 35-37) “Avtomobilə baxış və götürmə aparılması” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasının həyətində Şahid4 məxsus “Azsamand” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə DİN-nin BNMİnin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid3, XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və Şahid4 iştirakları ilə videoçəkiliş vasitəsilə DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən baxış keçirilmiş, baxış zamanı Şahid4 idarə etdiyi “Azsamand” markalı, **-EY- *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerindən 1 ədəd iri həcmli ağ torba aşkar edilmişdir. Həmin torbaya baxış zamanı içərisindən 4 ədəd bağlama aşkar edilmişdir. Bağlamalar açılarkən içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 4 ədəd bağlamalar polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 4 kq 880 qram çəkidə olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqə 42-44) Məhkəmə-bioloji ekspertizasının 13 fevral 2023-ci il tarixli 7/214 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış 1 ədəd şəffaf bağlamada təmiz çəkisi - 99,37 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Azsamand markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş kütlələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sintetik torbada 4 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram, 1000 qram, ümumi 4300 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və onun sərnişin qismində əyləşdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş kağız paketdə 1 ədəd şəffaf sellofan bağlamada və 1 ədəd sintetik torbada 4 ədəd qara rəngli sellofan bağlamalarda olan marixuanaların ümumi çəkisi - 4399,37 qramdır. QEYD: Marixuanaların ümumi çəkisi-4399,37 qram, tədqiqata istifadə olundu cəmi 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq-4399,12 qram. (cild 1, iş vərəqə 53-56) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 77-79) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-93/2023 saylı (hakim A.Tağıyev) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 106-108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 verdiyi 15 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 verdiyi 18 fevral 2023-cü il tarixli, 2063 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıdakı xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vərəqə 127) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (Cild 1, iş vərəqə 130-131) Ambulator məhkəmə-narkoloji ekspertizasının 1466 saylı 13 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 143-144) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi" X12 796 saylı 27 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, Eqosentrizm, məsuliyyətsizlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 161-164) “Toplanmış sübutların qiymətləndirilməsi” haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda, təmiz çəkisi 4399,37 qram narkotik vasitə heroin əldə olunma mənbəyi barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həmçinin, sərnişin qismində əyləşdiyi “Azsamand” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 4399,37 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 4399,12 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı Şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 200-206) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbəni müəyyən edilməsi üçün “Şahbuz” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (Cild 1, iş vərəqə 207-208) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-291/2023 saylı (hakim B.Pənahov) qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 13 avqust 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 238-240) 13 iyul 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 2-6) AZ-İİİ№ 846606 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş Gülpüstə adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (Cild 1, iş vərəqə 9) AZ-İV№ 117471 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş Emiliya adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (Cild 1, iş vərəqə 10) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-404/2023 saylı (hakim E.Hüseynov) qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 13 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 36-39) Bakı şəhər Nəsimi Rayon Prokurorluğunun verdiyi xx.xx.2023-cü il tarixli, 410-xid-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən sonuncunun şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə daxil olmuş vəsatəti əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs izahatında müdafiəçisinin vəsatətdə göstərdiyi xüsusatları təkzib etmişdir. (cild 2, iş vərəqə 89) 28 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 93-99) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CMnin 32.5, 206.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmaması nəzərə alınmış, Şahid4 barəsində Azərbaycan Respublikası 234.4.1, 234.4.3, 32.5, 234.4.1, 32.5, 234.4.3 və 263.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, avtomobilə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd CD disk, əməliyyat müvəkkillərinin istifadəsində olmuş mobil telefonların anten dairələrinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin baxış istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 4399,37 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına ümumilikdə 0,25 qram sərf edildikdən sonra qalan 4399,12 qram narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verildiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonun gələcəkdə yaxınlarına geri qaytarılacağı nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 4399,37 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəyə görə ********* nömrəli cinayət işindən ayrıca icraatda “Şahbuz” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması nəzərə alınmışdır. (Cild 2, iş vərəqə 101-116) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı etiraf edici ifadə verməsinə səbəb isə, polis əməkdaşlarının ona köməy edəcəklərinə söz vermələri olduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-7609/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkarlanmamışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-36312 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs adına tərtib edilmiş “MSY-də saxlannaların uçotu kitabı və Tibbi Müayinə aktı”ı məhkəmə tərəfindən tədqiq edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-ə gətirilən zaman bədənində heç bir xəsarət olmamış və bununla bağlı heç bir şikayəti olmamışdır. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 553-xid-23 nömrəli cavab məktubundan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Nəsimi Rayon Prokurorluğuna verdiyi xx.xx.2023-cü il tarixli izahatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən sonuncunun şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə daxil olmuş vəsatəti əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs izahatında müdafiəçisinin vəsatətdə göstərdiyi xüsusatları təkzib etmişdir. Bundan başqa məhkəmənin sorğu əsasında Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1741 saylı rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs adına təqdim olunmuş xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 1798/23 saylı tibbi kitabçanın sürətində Təqsirləndirilən şəxs bədən səthinə baxış keçirilərkən “Qarın nahiyəsində çapıq toxuması” aşkar olunmuşdur. Qeyd olunan çapıq toxuması ətraflı təsvir (rəngi, ölçüləri, forması, konsistensiyası və s.) olunmadığından törənmə müddəti, ağırlıq dərəcəsi və yaranma mexanizmi haqqında fikir söyləmək mümkün olmamışdır. Buna görə də, 11 dekabr 2023cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla toplanmış 480-c- 23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin məhkəmədə dindirilmiş şahidlər-polis əməkdaşları ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixoloji təsir olunmadığını və belə halın şahidi olmadıqlarını bildirmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirsə də, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin yuxarıda tədqiq edilmiş sənədlərdən də göründüyü kimi öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində həmin gün Eminin ona Xırdalana getmələrini təklif etdiyini, idarə etdiyi "Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə Emini 20 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhərinə apardığını, Təqsirləndirilən şəxs avtomobildən endiyini, təxminən 15 dəqiqə sonra geri qayıdaraq maşına əyləşdiyini, Eminin nə üçün getdiyini və nə götürdüyündən xəbəri olmadığını, qayıdarkən Eminin əlində sellofan olduğunu, Eminin həmin sellofanı maşının arxa yük yerinə qoyduğunu, gəldikləri ünvana qayıdarkən yol nəqliyyat hadisəsi törətdiyini, yol nəqliyyat hadisəsi baş verən zaman Eminlə onun bir yerdə olduğunu, yol polislərinin onlara yaxınlaşdığını, daha sonra isə əməliyyat müvəkkilərinin yaxınlaşaraq onları bölməyə apardığını, maşından bağlama aşkar olunduğunu, bölmədə olarkən Eminə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs “iranlı hara desə həmin narkotik vasitəni ora qoyacağını” etiraf etdiyini, polislər Emindən soruşduqda bu hadisədən onun (Şahid4) xəbərinin olmadığını demişdir. Həmçinin Şahid4 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiş və üzləşdirmə zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa iş üzrə digər şahidlər-polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətdiyini, onların dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyini, Təqsirləndirilən şəxs üzərindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunduğunu, həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etdiyini, Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobildə də narkotik vasitələr olduğunu bildirdiyini, avtomaşının sürücüsü Şahid4 etirazı olmadan təhqiqatçının, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə də baxış keçirildiyini, baxış zamanı avtomobilin arxa yük yerindən 5 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü bildirdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmadığını, sadəcə iran vətəndaşı hansı ünvana desə oraya qoyacağı təqdirdə pul alacağını bildirdiyini, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmadığını və belə bir halın şahidi olmadıqlarını və narkotik vasitənin avtomobilin yük hissəsindən aşkarlandığını bildirmişlər. Həmçinin Şahid1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiş və üzləşdirmə zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Müdafiəçi məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermişdir. Həmin vaxt hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs avtomobildə olmamışdır. Belə ki, o, Bakı şəhəri, Abşeron rayonu ərazisində olmuşdur. Təqsirləndirilən şəxs Pənahov X7 qəbirstanlığından narkotik vasitəni götürmək istəyərkən telefon əlaqəsi yaratmışdır. Bu səbəbdən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs hansı ərazidə olmasını müəyyən etmək üçün istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrin, eyni zamanda, iş üzrə Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrin anten dairələrinin yoxlanması, eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında olan telefon danışıqları olduğu təqdirdə onların alınması məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğular verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin xüsusatın araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin edərək müvafiq sorğular göndərmiş və cavabları alınaraq iş materiallarına əlavə edilmişdir. Lakin həmin anten məlumatlarında müdafiəçinin vəsatətində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsirlərin olduğunu, habelə üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğu və videoçəkiliş zamanı etirafedici ifadə verməsinə səbəb isə, polis əməkdaşlarının ona kömək edəcəklərinə söz vermələri olduğu barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda sərnişin olduğu avtomobilə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 99,37 qram, sərnişin olduğu avtomobildən isə ümumi təmiz çəkisi 4300 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitənin bir qismini üzərində, bir qismini isə sərnişin qismində əyləşdiyi avtomobildə gəzdirməsini və ibtidai istintaq zamanı təqsirini etiraf etməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində və avtomobildə gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4399,12 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, avtomobilə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disk, əməliyyat müvəkkillərinin istifadəsində olmuş mobil telefonların anten dairələrinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4399,12 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, avtomobilə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disk, əməliyyat müvəkkilərinin istifadəsində olmuş mobil telefonların anten dairələrinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-814/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-814/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver