Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-815/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X20 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Quba rayonunun Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Quba rayonunun Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında İmanquluyev Məhərrəm Nəsir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ərinə başqa kişilərlə xəyanət edib boşandıqdan sonra onunla bir evdə yaşayan qızı Zərərçəkmiş şəxs həyətdəki ayaqyolunda gizlin şəkildə istifadə etdiyi mobil telefonla kiminləsə xəlvəti şəkildə danışdığını eşidib orada söhbətin sonunu gözləmiş, qızı ayaqyolundan çıxdıqdan sonra ondan kiminlə danışdığını soruşmuş, lakin Zərərçəkmiş şəxs hər hansı bir şəxslə danışdığını inkar etdikdə qızının telefonla danışmasına əmin olduğu üçün onu evin içərisinə apararaq üst-başını yoxlamış və alt paltarından 1 ədəd qara rəngli Çin Xalq Respublikasında istehsal olunmuş “Samsung” markalı düyməli mobil telefonu aşkar etdikdən sonra qızının əvvəllər də oxşar hərəkətlərə yol verdiyinə görə kənd camaatı arasında şəxsi nüfuzunun ləkələnməsini düşünərək hiddətlənmiş və üzərindəki ləkəni təmizləmək məqsədi ilə doğma qızını qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu məqsədlə sonuncunun üzərinə hücum edib onu yerə yıxaraq sağ və sol dizdə, sağ baldırda hərəsində bir yerdə qançır kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs arxası üstə yerə yıxıb sinəsində oturaraq qollarını dizlərinin altına qoyub əlləri ilə həyat üçün vacib olan boğaz nahiyəsindən sıxaraq Zərərçəkmiş şəxs gözlərin ağlı qişası və birləşdirici toxumasında tək-tək nöqtəvari qansızmalar, boynunda öndə qançır və üst dodağın selikli qişasında qançır-qansızma, boyun nahiyəsində qançır sahəsində dərialtı və yumşaq toxumalarda qansızma, daxili üzvlərdə venoz doluqanlılıq, xüsusi dəridə və piy toxumasında xırda ocaqlı qansızmalar, baş-beyin maddəsinin ödemi, ağciyərdə atelektaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalardan ibarət xəsarətlər yetirərək sonuncunu boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya nəticəsində qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonunun Barlı kəndindəki evində həyat yoldaşı Gülzarə, oğlu Elvin və mərhum qızı Zeynabla birlikdə yaşamışdır. Zeynab təxminən 2010-cu ildə Xaçmaz rayonunun Qədəşoba kənd sakini Sədullanın oğlu Vasiflə ailə həyatı qurmuş və birgə nikahlarından 2 uşaqları olmuşdur. 2017-ci ildə isə Zeynab ər evindən qaçmış, sonra da telefonla müxtəlif şəxslərlə danışmış, hətta bir neçə dəfə əri Vasif onun telefonunda yad kişilərin nömrəsini görmüş və buna görə aralarında yaranan mübahisədən sonra əri Zeynabı boşamışdır. Zeynab evdən qaçan vaxt sonuncudan hara getməsini soruşduqda yalandan parkda olmasını desə də, əslində tanıdığı hansısa kisi ilə qaçıb getmişdir. Zeynabın ərinə qarşı etdiyi hərəkətlərə görə onların boşanmasına heç bir etiraz etməmiş, bütün səhvlərin qızında olduğunu görmüşdür. Boşandıqdan sonra Zeynabı öz evinə gətirmiş, uşaqlar isə Vasifin evində qalmışdır. Zeynabı evinə gətirərkən sonuncuya artıq hərəkətlərinə fikir verməyini, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrarlamamağı, onu camaat arasında biabır etməməyi tapşıraraq nəsihətlər vermiş, Zeynab da ona söz verərək eyni hərəkətləri təkrarlamayacağını bildirmişdir. Buna baxmayaraq Zeynab yenə də öz xoşagəlməz hərəkətlərini davam etdirərək bir neçə dəfə evdən qaçmış, hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlığını gecə vaxtı sökərək evdən qaçıb getmiş və uzun müddət evə qayıtmamışdır. O, bununla bağlı Quba rayon Polis Şöbəsinə məlumat vermişdir. Təximnən 1 aydan sonra Zeynabın Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Bayram adlı şəxslə birlikdə qaçdığı ona məlum olmuşdur. O, Zeynabı tənbeh edib eyni hərəkətlər etməməsini, həmin hərəkətlərinə görə kənd camaatı arasında biabır olduğunu deyərək qızını yenə də bağışlamışdır. Zeynab ər evindən boşanıb evinə gələndə telefonu olmamışdır. Zeynabın başqa kişilərlə danışmaması üçün qızına telefon işlətməyə icazə verməmişdir. Zeynaba yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində oğlu Elvinlə həyat yoldaşı Gülzarə evdə hamam olmadığına görə yuyunmaq üçün qonşuluqda yaşayan mərhum qardaşı Həsəngilə getmiş, o isə qızı Zeynabla birlikdə evdə olmuşdur. Zeynab talvarın altında kələm doğramışdır. O, ayaqyoluna getmək üçün talvarın altına keçdikdə Zeynabın orada olmadığını görüb dayanmış və ayaqyolundan qızının səsinin gəldiyini eşidib ora yaxınlaşdıqda Zeynabın kiminləsə telefonla danışmasını eşitmişdir. Zeynab danışığını qurtarıb ayaqyolundan çıxdıqda ondan kiminlə danışmasını soruşmuş, o da heç kəslə danışmadığını bildirdikdə hər şeyi eşitdiyini, yalan danışa bilməyəcəyini deyib Zeynabı evin içərisinə aparıb telefonu tələb etmiş, lakin Zeynab ona telefonu olmadığını dediyindən sonuncunun üzərini axtarmış və alt paltarından qara rəngli mobil telefon aşkar edib çıxardıqdan sonra əsəbləşərək sonuncunun onu kənd camaatı arasında hörmətdən saldığını, biabır etdiyini düşünüb Zeynabı öldürmək qərarına gəlmiş və bu məqsədlə Zeynabı tutaraq yerə yıxmış, əlindən qaçmaması üçün onun sinəsinin üstündə oturmuş və qollarını dizlərinin altına alıb əlləri ilə Zeynabın boğazından sıxaraq boğmuş, sonra Zeynabın xırıldamasını eşidib ayağa qalxmış və sağ ayağı ilə Zeynabın boğazından möhkəm sıxaraq onu öldürmüşdür. Bundan sonra evdən çıxaraq qardaşıgilə tərəf gedib yoldan həyat yoldaşını və oğlunu səsləyərək evə çağırıb onlara Zeynabın meyitini göstərərək onu öldürdüyünü bildirmişdir. Yoldaşı və oğlu ağlayaraq Zeynabın qollarını və ayaqlarını əlləri ilə yoxlayıb bədəninin isti olduğunu deyərək təcili tibbi yardım çağırmaq istədikdə onlara artıq Zeynabın öldüyünü bildirmiş, sonra da DİN-nin “102” xidmətinə zəng edib qızını öldürməsi barədə məlumat vermiş, ardınca kəndin bələdiyyə sədri Kərimə və qardaşı oğlu Nadirə zəng edib Zeynabı boğaraq öldürdüyünü demişdir. Zeynabı başqa kişilərlə danışdığı üçün öldürmüşdür. Zeynaba bir neçə dəfə demişdir ki, əxlaqsızlıqla məşğul olmasın. Hadisədən sonra “102” xidmətinə zəng edib hadisəni törətdiyini bildirmiş və polisə təslim olmuşdur. Hadisə baş verən zaman evdə onlardan başqa heç kəs olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində bildirdi ki, qızı Zeynab xx xxxxxxx 2010-cu ildə Xaçmaz rayonunun Qədəşoba kənd sakini Şahid6 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından 2 uşaqları olmuşdur. 2017-ci ildə Zeynab əri Vasif evdə olduğu halda ərinin Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan dostu Bayramla gizlindən telefonla danışmış, həmin vaxt Vasif Zeynabın telefonla danışmasını eşitmiş və telefonu onun əlindən alarkən Zeynabın dostu Bayramla danışdığını görmüşdür. Zeynab də özünü öldürəcəyini deyərək Vasifi qorxutmuş, buna görə də Vasif Zeynabı bağışlamışdır. Lakin bundan sonra Zeynab Bayrama qoşularaq evdən qaçıb getmiş, 3 gündən sonra tapılmış, yenə də Vasif Zeynabı bağışlamışdır. Zeynab Bayramla münasibətlərini kəsmədiyindən 2018-ci ildə Vasif Zeynabla məhkəmə qaydasında boşanmışdır. Bundan sonra həyat yoldaşı Məhərrəm Zeynabı evə gətirib onu bağışlayaraq bir daha eyni hərəkətlərə yol verməməsini tapşırmışdır. Zeynab ilk vaxtlar özünü yaxşı aparsa da, bir müddətdən sonra evin pəncərəsinin dəmir barmaqlığını çıxarıb evdən qaçmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zeynabın evdən qaçması ilə bağlı Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Bir müddət sonra Quba rayon Polis Şöbəsinin əməkdaşları Zeynabın Bayramla birlikdə Köhnə Xaçmaz adlı yerdə olduğunu müəyyən etmişlər. Bütün bu olanlara baxmayaraq Məhərrəm Zeynabı yenə də bağışlayaraq bir daha belə bir hərəkət etməməsini, onu kənd camaatı arasında biabr etməməsini tapşıraraq onu təhbeh etmişdir. X13 Bayramla, o cümlədən, hər hansı başqa şəxslə telefonla danışıb münasibət quraraq evdən qaçacağını ehtimal etdiyi üçün ona telefon işlətməyə icazə verməmiş, Zeynaba yalnız qardaşı Elvinlə birlikdə bir neçə dəfə bağlardan meyvə yığmağa getməyə icazə vermiş, Zeynabı tək harasa getməyə qoymamışdır. Evlərində hamam olmadığından xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yuyunmaq üçün oğlu Elvinlə birlikdə mərhum qaynı Həsəngilin evinə getmiş, Zeynabla Məhərrəm isə evdə qalmışdır. Zeynab talvarın aldında kələm doğramaqla məşğul olmuş, Məhərrəm isə televizora baxmışdır. Təxminən 1 saatdan sonra Məhərrəm gələrək onu və oğlunu evə çağırmışdır. Məhərrəm hər gün axşam çayxanaya getdiyinə görə Zeynabı evdə tək qoymamaq üçün onları çağırdığını düşünüb Məhərrəmlə birlikdə evə getmişlər. Evə daxil olduqda Zeynabın harada olmasını soruşduqda Məhərrəm Zeynabın mətbəxdə olduğunu demişdir. O, mətbəxə keçəndə Zeynabın yerdə uzanıqlı və hərəkətsiz olduğunu görüb nə baş verdiyini soruşmuş, Məhərrəm də Zeynabı ayaqyolundan telefonla danışan yerdə tutduğunu, telefonu onun əlindən aldığını, Zeynabın artıq düzəlməyəcəyini görüb onu əlləri ilə boğub öldürdüyünü demişdir. Hadisə baş verən zaman evdə olmamışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 qızı ifadəsində bildirdi ki, Quba rayonunun Barlı kəndində ailəsi ilə birlikdə yaşayır, mərhum Zərərçəkmiş şəxs əmisi qızıdır. Zeynab 2010-cu ildə Xaçmaz rayonunun Qədəşoba kənd sakini Sədullanın oğlu Vasiflə ailə həyatı qurmuşdu. Zeynab telefonla müxtəlif şəxslərlə danışdığına görə 2017-ci ildə əri Vasif Zeynabı məhkəmə qaydasında boşamışdı. Bundan sonra Zeynab atası Məhərrəmin evində yaşayırdı. xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 21 radələrində əmisi Məhərrəmin yoldaşı Gülzarə və oğlu Elvin hamamda yuyunmaq üçün onlara gəlmişdi, təxminən 1 saat sonra əmisi Məhərrəm həyətdən yoldaşını və oğlunu səsləyərək evə çağırdı. Əmisigil evlərinə getdikdən 15-20 dəqiqə sonra əmisi oğlu Nadir ona zəng edərək əmisi Məhərrəmin Zeynabı öldürdüyünü dedi, o da əmisi Məhərrəmin evinə getmiş, əmisi oğlu Nadir də avtomobillə ora gəlmişdir. Əmisi Məhərrəm də onlara Zeynabı evdən gizlin şəkildə istifadə etdiyi mobil telefonla kimləsə danışan zaman tutaraq Zeynabın artıq belə hərəkətlərdən uzaqlaşmayacağını düşünüb sonuncunu boğaraq öldürdüyünü demişdir. X17 başqa kişilərlə danışdığı üçün öldürdüyünü bildirmişdi. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək xx xxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində evdə olan zaman Məhərrəm mobil telefonla ona zəng edərək qızı Zeynabı boğaraq öldürdüyünü deyərək ailəsini qorumağı xahiş etmiş, polisə də özünün məlumat verməsini deyərək telefonu söndürmüşdür. O da nə baş verdiyini dəqiqləşdirmək üçün Məhərrəmgilin evinə getmiş və Məhərrəmin həqiqətən də qızı Zeynabı öldürdüyünü bilmişdir (cild 1, iş vərəqə 194-196). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Zeynab ilə əvvəllər heç bir münasibəti olmasa da, Zeynabla eyni bağlarda fəhlə kimi meyvə yığdığına görə münasibətləri yaranmış, 2020-ci ilin sentyabr ayından Zeynabla münasibətləri daha da yaxşı olduğundan Zeynab ona atasının telefon işlətməsinə icazə verməməsini, hətta şəxsiyyət vəsiqəsini də əlindən almasını bildirərək ona 5 manat pul verib mobil nömrə almasını xahiş etmişdir. O da öz şəxsiyyət vəsiqəsi ilə Xaçmaz şəhərindən ***-***-**-** saylı mobil nömrəni alaraq Zeynabə vermişdir. Həmin vaxt Zeynab ona telefon işlətməsini, lakin ailə üzvlərinin bilmədiyini deyərək ondan da bunu heç kimə deməməsini xahiş etmişdir. Bundan sonra o, vaxt keçirmək məqsədilə gündəlik olaraq Zeynabla telefonla danışıb mesajlaşmağa başlamışdır. Zeynabın onunla danışması üçün sonuncuya “həyatım, aşkım” və bu kimi sözlərdən istifadə etsə də, valideynləri Zeynabı evdən çölə tək buraxmadıqları üçün heç vaxt Zeynabla görüşərək cinsi əlaqədə olmamışdır. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Zeynabla təxminən 2-3 dəqiqə ərzində telefonla danışmış, danışıq zamanı Zeynab ona diş həkiminə gedəcəyini demiş və sağollaşmışdır. x xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində kənd camaatından Zeynabın atası tərəfindən boğularaq öldürülməsini eşitmişdir (cild 1, iş vərəqə 127-130). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 149- 151). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X7 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 103-105). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X9 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Xaçmaz rayonunun Müzəffəroba kəndində ailəsi ilə birlikdə yaşamış, ailəli olmaqla 3 uşağı olmuş, fərdi qaydada taksi kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid6 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid6 və ailəsi onun müştərisi olmaqla daim avtomobilindən istifadə etmiş, Zərərçəkmiş şəxs da həmin vaxtdan tanımış, ilk vaxtlar Zeynabla hər hansı münasibəti olmasa da, sonradan təxminən 2018-ci ildə Zeynab əri Vasifin telefonundan ona zəng edərək ondan xoşu gəldiyini bildirmiş, o da Zeynaba ailəli olduğunu, uşaqları olduğunu bildirsə də, Zeynab onunla vaxt keçirmək istədiyini demiş və bundan sonra mütəmadi olaraq Zeynab ona ərinin telefonundan zəng etmiş və telefonla danışmışlar. Daha sonra Zeynab ərindən gizlin özünə mobil telefon almış və həmin nömrə ilə də mütəmadi olaraq danışmışlar. Bir dəfə Zeynab ona zəng edərək görüşmək istədiyini bildirmiş və sonra o, Zeynabı öz avtomobili ilə evlərindən götürüb Xaçmaz şəhərinə gətirmiş, şəhərdə gəzdikdən sonra Zeynabla bağ sahəsində avtomobilin içərisində cinsi əlaqədə olmuş, daha sonra Zeynabı evlərinə aparmış, yenə də onunla gündəlik olaraq danışıb əlaqə saxlamışdır. 2018-ci ilin təxminən mart-aprel aylarında Şahid6 Zeynabın onunla gizlin şəkildə danışmasını bilmiş və bundan sonra Zeynabdən boşanması üçün məhkəməyə müraciət etmişdir. Onlar məhkəmə qaydasında boşandıqdan sonra Zeynab Quba rayonunun Barlı kəndinə atası evinə qayıtmış və bir müddət onun Zeynabla münasibətləri kəsilmişdir. 2019-cu ilin əvvəllərində Zeynab ona tanımadığı mobil nömrədən zəng edərək onu hələ də unuda bilmədiyini demişdir. Həmin günün səhəri günorta saatlarında Zeynab otağının pəncərəsinin dəmir barmaqlığını sındıraraq evdən qaçıb Xaçmaz şəhərinə gəlmiş və ona zəng edərək görüşmək istədiyini bildirmiş, onlar görüşdükdə Zeynab evə getmək istəmədiyini, onunla birgə yaşamaq istədiyini demiş, buna görə də o, Zeynabı Köhnə Xaçmaz ərazisində yerləşən pomidor istixanasının ərazisində tikilmiş evə aparmış, sonuncu təxminən 1 ay orada qalmış, o da gündəlik Zeynabın yanına gedib ona baş çəkmişdir. Daha sonra həyat yoldaşı Zeynabla münasibətini bildiyindən evdən çıxıb getmiş, o da Zeynaba atası evinə qayıtmasını, artıq ailəsində problemlər yaranmasını desə də, Zeynab evinə qayıtmaq istəmədiyini demişdir. Buna görə də o, məcbur qalaraq Zeynabı Quba rayon Polis Şöbəsinə gətirmişdir. Quba rayon Polis Şöbəsindən isə Zeynabın atası Məhərrəm gəlib qızını evlərinə aparmış, bundan sonra onun Zeynabla heç bir əlaqəsi olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində isə Zeynabın atası tərəfindən öldürüldüyünü eşitmişdir (cild 1, iş vərəqə 190-193). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı da təsdiq etmişdir (cild 1, iş vərəqə 65-66). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba-Xaçmaz yolunun üzərində yerləşən Quba rayonunun Barlı kəndində məktəb yolu deyilən küçədə kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Evin ətrafı daş hasarla hörülmüş, evin həyətinə daxil olmaq üçün dəmir qapı, qapını açıb içəri daxil olduqda 2,5x3,8 metr ölçüdə həyət, həmin həyətdən evə daxil olmaq üçün qapı, qapını açıb içəri daxil olduqda təmirsiz dəhliz, dəhlizdən sağ tərəfdə isə qapıdan içəri girdikdə birindən digərinə girişi olan 3 otaq vardır. Dəhlizin qapısından baxdıqda ikinci otaqda qapının ağzında üzəri parça ilə bağlanmış meyit görünür. Həmin otağa daxil olduqda 2,3x3,5 metr ölçüdə olan otaq, həmin otaqda qapının ağzında üzəri parça ilə örtülmüş meyit vardır. Parçanı meyitin üzərindən götürdükdə meyitin qadın cinsli olması müəyyən edildi. Meyitin əynində qara rəngli yubka, qara rəngli reytuz, qırmızı rəngli köynək, qara qəhvəyi rəngli yun materialdan gödəkcə vardır. Meyitin gözləri bağlıdır, dili bir qədər ağzından çıxmışdır. Əllə meyitə toxunduqda onun hərəkətsiz olduğu müəyyən edildi. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, meyit qızı Zərərçəkmiş şəxs məxsusdur, Zərərçəkmiş şəxs ərinə xəyanət etdiyinə görə boşanıb onun evinə gəlmiş, buna baxmayaraq yenə başqa kişilərlə danışıb görüşmüş, xx xxxxxxx 2020-ci ildə axşam saat 22 radələrində Zeynabın telefonla danışdığını eşitmiş, Zeynabın əxlaqsız həyat tərzindən bezib onu boğaraq öldürmüşdür. Təqsirləndirilən şəxs Zeynabın ailəsindən gizlin istifadə etdiyi və Zeynabın alt paltarından tapdığı “Samsung” markalı mobil telefonu istintaqa könüllü təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs qızı Zeynabı hansı formada boğmasını göstərdi. Daha sonra Zərərçəkmiş şəxs boğaz nahiyəsinə baxdıqda bənövşəyi qançırın olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin qançırın Zeynabı əli ilə boğarkən əmələ gəlməsini bildirdi. Bundan sonra hadisə yerində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd “Samsung” markalı telefon götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 4-9). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məxsus mobil telefonlara baxış keçirilməsi haqqında x xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil nömrələr ilə digər şəxslərə məxsus mobil nömrələr arasında sevgi və intim münasibətlərə aid mesajlaşmalar olmuşdur (cild 1, iş vərəqə 64, 201-202). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 38 №-li rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişasında və birləşdirici toxumasında təktək nötqəvari qansızmalar, boynunda öndə qançır və üst dodağın selikli qişasında qançır qansızma, daxili müayinəsi zamanı boyun nahiyəsində qançır sahəsində dərialtı və yumşaq toxumalarda qansızma, daxili üzvlərdə venoz doluqanlılıq, məhkəmə-histoloji müayinəsi zamanı dəridə sıxılma əlamətləri, xüsusi dəridə və piy toxumasında xırda ocaqlı qansızmalar, baş-beyin maddəsinin ödemi, ağciyərdə atelektaz və emfizema ocaqları, təktək xırda ocaqlı qansızmalar aşkar edilmişdir ki, bunlar da ümumi asfiksiya, o cümlədən, boyun üzvlərinin əllə sıxılmasına uyğun əlamətlərindəndir. Mərhum Zərərçəkmiş şəxs boyun nahiyəsində öndə qançır, üst dodağın selikli qişasında qançır-qansızma qərarda göstərildiyi kimi əllə boğma nəticəsində yetirilə bilər. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı həmçinin onun bədəni üzərində sağ və sol dizdə, sağ baldırda hərəsində bir yerdə qançır aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın təsirindən törənməklə müxtəlif vəziyyətlərdə və şəraitlərdə əmələ gələ bilər, canlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcəyindən götürülən tənzif tamponun məhkəmə-bioloji müayinəsi zamanı sprematozoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində mexaniki asfiksiya olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur(cild 1, iş vərəqə 166-167). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2442 №-li rəyindən görünür ki, təhqiqta təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan qırmızı rəngli köynəyi üzərindən aşkar edilmiş xaki rəngli yun liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlmişdir (cild 1, iş vərəqə 170-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 3/1874 №-li rəyindən görünür ki, tədqiqta təqdim edilmiş geyim əşyaları üzərində hər hansı trasoloji zədə aşkar edilməmişdir (cild 1, iş vərəqə 183). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 xx xxxxxx 2020-ci il tarixli 2478 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsir altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən pataloji və fizioloji affekt vəziyyətində olmamışdır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, emosionallıq və eqosentrizm kimi fərdipsixi xüsusiyyətlərə malikdir (cild 1, iş vərəqə 185-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21/32R nömrəli xx xxxxxx 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqta təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş əl-dırnaq kəsintilərinin altında bioloji mənşəli material olmuşdur. Həmin bioloji mənşəli material Təqsirləndirilən şəxs məxsus olmuşdur. Tədqiqta təqdim edilmiş X3 götürülmüş əl-dırnaq kəsintilərinin altında bioloji mənşəli material olmuşdur. Həmin bioloji mənşəli material X4 məxsus olmuşdur (cild 1, iş vərəqə 208-211). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 143). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, könüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırılıb müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan raportdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin “102” xidmətinə zəng edərək qızı X5 boğaraq öldürməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqə 93). Həmçinin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmadan könüllü olaraq törətdiyi cinayət əməli barədə hüquq mühafizə orqanına məlumat vermiş, istintaq və təhqiqat orqanından yayınmaq imkanı olmasına baxmayaraq polis əməkdaşlarının gəlməsini gözləyərək özünü onlara təqdim etmişdir. Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs oğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışıq əldə etdiyindən, həmçinin könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Quba rayon məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-91). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu x xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 164,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qırmızı rəngli pambıq materialdan olan uzunqol köynək, 1 ədəd qısa yupka və 1 ədəd boz rəngli qadın jaketi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd tünd göy rəngli cins şalvar və 1 ədəd ağabənzər, uzunqol, qabağı düyməli köynək, 2 ədəd zərfdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş iki dırnaq nümunələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilməli, Zərərçəkmiş şəxs istifadəsində olmuş 1 ədəd qara rəngli “Samsung” markalı düyməli mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 164,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qırmızı rəngli pambıq materialdan olan uzunqol köynək, 1 ədəd qısa yupka və 1 ədəd boz rəngli qadın jaketi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd tünd göy rəngli cins şalvar və 1 ədəd ağabənzər, uzunqol, qabağı düyməli köynək, 2 ədəd zərfdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş iki dırnaq nümunələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilsin, Zərərçəkmiş şəxs istifadəsində olmuş 1 ədəd qara rəngli “Samsung” markalı düyməli mobil telefon yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-815/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-815/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver