Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-815/2022 21.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində tanış olduğu istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Serkan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancdan ona pul və istifadəsi üçün narkotik vasitə verəcəyinə dair razılığa gəldikdən sonra 07 noyabr 2021-ci il tarixdə saat 20 radələrində “Serkan” adlı şəxsin təyin etdiyi yerdən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolundan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və metadonu, külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 noyabr 2021-ci il tarixdə saat 16:50 radələrində “Serkan” adlı şəxsin tələbi ilə həmin narkotik vasitəni və psixotrop maddəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığına çatdıran zaman Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş və Bölmədə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,041 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd üzərlərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 40 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili ümumilikdə 1,6 qram külli miqdarda təsiredici maddə metadon həbləri onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 07 noyabr 2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığında zibil atmağa gedərkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sonradan adlarının Fuad və Əli olduğunu bildiyi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o, həmin vaxt taksi sürücüsü işləmiş və onlar ona yaxınlşaraq üzərində qanunsuz hər hansı əşya olub-olmadığını soruşmuşlar. O, üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra mübahisələri yaranmış və avtomobilinə minərək onu 43-cü Polis Bölməsinə aparmışlar. Səhərə kimi onu bölmədə saxlamışlar və buraxmaqları üçün pul istəmişlər. Ancaq o, pulu düzəldə bilməmişdir. 08 noyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində polis əməkdaşları bölmədə ona təzyiq göstərmişlər. 08 noyabr 2021-ci il tarixdə səhər saat 11- 12 radələrində Fuad adlı polis əməkdaşı anasına zəng edərək qardaşının evinin qarşısında olduqlarını bildirmişlər. Bundan sonra onu, anası və atasını tutacaqları ilə hədələdikləri üçün təqdim etdikləri sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Onun üzərində narkotik vasitə olmamış, «Sərkan» adlı şəxsi tanımır, o heç vaxt narkotik vsitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin dindirmə zamanı özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitələri müxtəlif ünvanlarda tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. Sonuncu dəfə 08 noyabr 2021-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2-də yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə 43-cü Polis Bölməsinə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülüdə qəhvəyi rəngli kütləni, bir ədəd şəffaf rəngli selofan bükülüdə ağ rəngli kütlə və bir birinə yapışdırılmış, hər birində 10 ədəd həb olan dörd ədəd qəhvəyi rəngli həb çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun, qara rəngli şalvarının və qara rəngli gödəkçəsinin ciblərini açmağı tələb olunduqda, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxarıb içərisini boşaltmağı tələb olunduqda onun ayaqqabısının içərisindən heçnə aşkar olunmamışdır. Ondan həmin şəffaf rəngli selofan bükülülərdəki maddələrin və həbblərin nə olduğu soruşulduqda o, həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin, digər şəffaf rəngli selofan bükülüdəki ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin, qəhvəyi rəngli həbblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. O, narkotik vasitə və psixotrop maddəni «Serkan» adlı İran İslam Respublikası vətəndaşının qabaqcadan ona təyin etdiyi yerdən götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddəni həmin «Serkan» adlı şəxsin tələbi ilə ayrı-ayrı yerlərə qoyduğunu, bunun müqabilində 300-400 manat pul və istifadəsi üçün narkotik vasitə əldə etdiyini, eləcə də bir gün əvvəl saat 20:00 radələrində eyni qaydada qabaqcadan deyilmiş Balaxanı yolundan həmin narkotik vasitə və psixotrop maddələri götürdüyünü, xx.xx.2021-ci il tarixdə saat 16:50 radələrində Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığına çatdıran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özü narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmiş, o, narkotik vasitə və psixotrop maddəni «Serkan» adlı İran İslam Respublikası vətəndaşının qabaqcadan ona təyin etdiyi yerdən götürüb, Serkanın tələbi ilə ayrı-ayrı yerlərə qoyaraq, bunun müqabilində 300-400 manat pul və istifadəsi üçün narkotik vasitə əldə etmişdir. O, «Serkan» adlı İran İslam Respublikası vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, lakin, «Serkan» adlı şəxsin anket məlumatlarını bilməmiş və onun barəsində heç bir məlumatı olmamışdır. Onun istifadəmdə mobil telefon nömrəsi vardır və həmin nömrə "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı nömrədir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən etibarən isə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkilidir. 07 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat qrupu yaranmış və 08 noyabr 2021-ci il tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən gizli müşahidə edilib izlədildikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə qəhvəyi rənglə kütlə, bir ədəd şəffaf rəngli sellofan bükülüdə ağ rəngli kütlə və bir-birinə yapışdırılmış, hər birində 10 ədəd həb olan dörd ədəd qəhvəyi rəngli həb üstlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükülüdəki qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin, bir ədəd şəffaf rəngli sellofan bükülüdəki ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin və bir-birinə yapışdırılmış, hər birində 10 ədəd həb olan dörd ədəd qəhvəyi rəngli həblərin isə narkotik vasitə metadon olmasını və həmin narkotik vasitə və psixotrop maddələri «Serkan» adlı İran İslam Respublikası vətəndaşının qabaqcadan ona təyin etdiyi yerdən götürdüyünü, həmin narkotik və psixotrop maddəni həmin «Serkan» adlı şəxsin tələbi ilə ayrı-ayrı yerlərə qodyğunu, bunun müqabilində 300-400 manat pul və istifadəsi üçün narkotik vasitə əldə etdiyini, eləcədə 07 noyabr 2021-ci il tarixdə Balaxanı yolundan həmin narkotik vasitə və psixotrop maddələri götürdüyünü, 08 noyabr 2021-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığına çatdıran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. 08 noyabr 2021-ci il tarixli Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 182 saylı məktəbin yaxınlığında saxlanılaraq, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə qəhvəyi rəngli kütlə, bir ədəd şəffaf rəngli sellofan bükülüdə ağ rəngli kütlə və bir-birinə yapışdırılmış, hər birində 10 ədəd həbb olan dörd ədəd qəhvəyi rəngli həbb üstləri aşkar olunaraq götürülməsi barədə şahildlərin iştirakı ilə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zaman qeydə alınmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə edilmiş bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/4957 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,041 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 9,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 40 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 3,041 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 9,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd üzərlərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutlannda ümumi sayı 40 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,991 qram metamfetamin, 9,430 qram heroin və 38 ədəd metadon həbləri saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5191 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, o, ittiham olunduğu əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin 01 yanvar 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. xx/xx/2021, 22:54:43, **********33, **********31, Perviz salam qaqaw men derman zad atıram bawim gedir gelir dunen pul qaldi yani soz daniwdiqda ayda vuracam inwallah sifdesinde bugun sabah goturum elice. xx/xx/2021, 22:54:43, **********33, **********31,m sora senen goruwecem uzbeuz iwim olacaq xx/xx/2021, 18:25:19, **********81, **********33, X7 X6 X2 Gel Bura xx/xx/2021, 09:07:51, **********33, **********01, Aaa Nihatdi xx/xx/2021, 09:10:18, **********33, **********01, Aaa sen lazımsan zeng ele mene iwim var xx/xx/2021, 09:15:19, **********33, **********01, Qaqa buralRdaydim nese elemey olar xx/xx/2021,09: 16:03, **********33, **********01, Prosda indide gedesiyem rayona 10 lazimdi xx/xx/2021,09:18:14,**********33,**********01, Olsun problem yozdu ama qaqawomsan tez bazar olsun normal qadasi xx/xx/2021,09:24:55,**********33,**********01,Ok rovnu xx/xx/2021,09:43:31,**********33,**********01,Qaqaw alindira bisen ya yo xx/xx/2021,09:45:08,**********33,**********01,Qaqa 40 dedin 45di . xx/xx/2021,11:40:42,**********44,**********33,Nihad 1m atdım atım yenə? xx/xx/2021,13:08:43,**********81,**********33,Ay Qaqas O X5 X9 X8 Heckes Bilmesin ; sözlərini yazmışdır. Belə olan halda istintaq zamanı iş üzrə sorğulara əsasən "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM nömrələrə daxil olan mesaj mətnləri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktının öz əksini tapmaqla tam sübuta yetirildiyindən, "xxxx" MMC-dən alınmış CD disk və həmin CD diskə köçürülmüş mesaj mətnlərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokol sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətlərndirilmiş və cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-445/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5- ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən (8 ay 14 gün) azad edilmiş, üzərindən məhkumluğu götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək, üzərindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar olunmamasını, ilkin ifadələrini təzyiq altında verməsini bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, "xxxx" MMC-dən alınmış, istifadəsində olmuş GSM nömrələrə daxil olan mesaj mətnləri və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək hesab edir ki, o, məhkəmədə istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verməkdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyalı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,991 qram metamfetamin, 9,430 qram heroin və 38 (otuz səkkiz) ədəd metadon həbləri məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,991 qram olan metamfetamin, 9,430 qram heroin və 38 (otuz səkkiz) ədəd metadon həbləri məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk və "xxxx" MMC-nin təqdim etdiyi CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-815/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-815/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver