Məhkəmə qərarları › İş №1(101)-815/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-815/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-815/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X7, X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə, saat 11:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil döngəsində yerləşən parkın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,890 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

2. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda 9 (doqquz) ədəd bükümdə ümumi çəkisi 24,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən yaşadığı nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli şortun sağ yan cibindən 9 (doqquz) ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 2,963 qram, 5,101 qram, 4,555 qram, 1,532 qram, 0,625 qram, 1,798 qram, 3,705 qram, 2,711 qram və 1,682 qram olmaqla ümumi təmiz çəkisi 24,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni ona elan edilmiş ittihamla bağlı birinci epizod üzrə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 9 sentyabr 2022-ci il tarixdə, axşam saat 23 radələrində küçədə, köhnə yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 4gəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt dörd polis avtomobili ilə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları onu saxlamış, dörd nəfər polis əməkdaşı tərəfindən şöbəyə aparılmışdır. Saxlanılarkən üzərində öz şəxsi istifadəsi üçün saxladığı təxminən bir “çet”, yəni 0,2 qram miqdarda narkotik vasitə heroin olmuşdur. Lakin sonradan ittiham aktı ilə tanış olarkən onun üzərində 1,890 qram heroin aşkar olunması ona məlum olmuşdur. İki gün polis şöbəsində qaldıqdan sonra onu 12 sentyabr 2022-ci il tarixdə evə buraxmışlar. İkinci dəfə təxminən on gündən sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə, səhər saat 10 radələrində evində olduğu zaman polis əməkdaşları evinə daxil olaraq onu yatdığı yerdən götürərək əynindəki şort və maykada Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları on büküm narkotik vasitəni onun qarşısına qoyaraq həmin narkotik vasitələrin ona məxsus olması barədə ifadə verməyə məcbur etmişlər. Həmin narkotik vasitə və psixotrop maddələr videoçəkiliş zamanı cibinə qoyularaq ondan çəkilişdə çıxarılması tələb edilmişdir. O, polis əməkdaşlarının təzyiqlərinə məruz qaldığı üçün məcbur qalaraq etiraf etmişdir.

4. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, 9 sentyabr 2023-cü il tarixdə saxlanılarkən üzərində bir “çet”, yəni təxminən yarım qramdan az miqdarda narkotik vasitə olmuş, müdafiəçi videoçəkilişdən dörd-beş saat sonra gəlmişdir. İkinci dəfə isə polis əməkdaşları evdə axtarış aparmış, daha sonra qollarını bağlayıb şöbəyə aparmışlar. Şöbədə olarkən qarşısına narkotik vasitələr qoyaraq həmin narkotik vasitələrin üzərindən aşkar edilməsi ilə bağlı etiraf etməsi üçün təzyiqlərə məruz qalmışdır. Polis əməkdaşları tərəfindən döyülmüş və məcbur qalaraq etiraf etmişdir. İkinci epizod üzrə videoçəkiliş zamanı polis əməkdaşları ona nə bildirmişlərsə elə də demişdir. Həmin təzyiqlərlə bağlı barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən hakimə bu barədə heç nə deməmişdir. Təcridxanada olduğu müddət ərzində də hər hansı hüquq mühafizə orqanlarına ona qarşı edilmiş təzyiqlərlə bağlı şikayət etməmişdir. Polis şöbəsində müvəqqəti saxlanılma yerində olarkən müstəntiq ona imzalamaq üçün bəzi sənədlər gətirmiş, lakin o, həmin sənədlərə imza etmək istəməmişdir. Buna görə onu şöbə rəisinin yanına aparmış, orada həmin sənədləri imzalamadığı təqdirdə “başına oyun açılacağı” bildirilmiş və bu səbəbdən məcbur qalaraq sənədləri imzalamışdır. İkinci dəfə saxlanılan zaman qonşulardan polis əməkdaşlarının əməliyyat tədbirini görən olubolmaması barədə məlumatı yoxdur. Evinin yaxınlığında müşahidə kameralarının olmasını bilir, lakin həmin kameralar tərəfindən hər hansı çəkiliş aparılıb-aparılmaması barədə məlumatı yoxdur. İkinci epizod üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılarkən polis əməkdaşları mülki geyimdə olduqlarından onların hamısını tanımır. Lakin həmin polis əməkdaşlarından birinin adının Aqil olmasını xatırlayır. Polis şöbəsində olarkən bütün ifadələr polislər tərəfindən yazılmış, o isə imzalamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi həmin əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, dörd aydır narkotik vasitənin “kakos” kimi kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik maddələri adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alır. 10 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə “kakos” kimi tanıdığı narkotik maddəni öz şəxsi istifadəsi üçün ümumillikdə 10 (on) manata almış, sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 11 sentyabr 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil döngəsində yerləşən parkın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu 30-cu Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində, yəni əynində olan qara rəngli idman şalvarın sol yan cibində saxlamaqla daşıdığı 1 (bir) ədəd şəffaf rəngli sellofandan ibarət bükümdə olan “kakos” kimi tanıdığı narkotik maddəni təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümə baxış keçirilərkən “kakos” kimi tanıdığı narkotik maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr olan ümumilikdə 1 (bir) ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır.

6. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evinin qarşısında dayandığı zaman iki nəfər mülki geyimli şəxsin ona doğru gəldiyini görmüşdür. Ona yaxınlaşıb salamlaşdıqdan sonra onlar özlərini Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib onlarla birlikdə 30-cu Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Bundan sonra həmin şəxslərdən biri ona narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə getməyi təklif etmişdir. O, hər hansı etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Hövsan qəsəbəsində olan 30-cu Polis Şöbəsinə getmişdir. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını nəzərinə çatdırmışlar. O, etiraz etməmiş və bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı narkotik vasitələri doqquz ədəd şəffaf sellofonlara bükdüyü bükümləri və bir ədəd ağ sellofona bükülmüş bükümü onlara təqdim etmişdir. Sorğu zamanı ondan aşkar edilmiş predmetlərin heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təxminən 5-6 ildir narkotik vasitənin heroin və psixotrop maddənin metamfetamin növündən çəkmək yolu ilə istifadə edir. Ondan aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçılar və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və qablaşdırılmış zərf, o və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona bildirilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 34-35; 58-59; 71-72; 158-159; 188-189; 227-229)

7. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri məhkəmədə tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs həm 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi izahat və ifadələrində, həm də 24 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ikinci epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyi kimi o göstərmişdir ki, üzərindən aşkar edilmiş on bükümdə olan narkotik vasitə və psixotrop maddə metamfetamini 22 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən qardaşı Əhməddən almış və qardaşı Əhmədə hər hansı məbləğdə pul verməmişdir. Lakin məhkəməyədək icraat zamanı verdiyi sonrakı ifadələrində həmin halları inkar edərək, hökmün 5-6-cı bəndlərində qeyd edilən məzmunda ifadələr vermişdir (Cild 1, i.v.34-35; 58-59; 71-72;)

8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 11 sentyabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal o və 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitələri əldə edərək saxlayaraq daşıması haqqında olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müəyyən məlumatlar olsa da, həmin məlumatlarla bağlı konkret olaraq hər hansı fakt onlar tərəfindən aşkar edilməmişdir. 11 sentyabr 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Hövsan qəsəbəsi, Sahil döngəsində yerləşən parkın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilməsinin zəruriliyi izah olunduqdan sonra 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayev və 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4 ilə birgə çəkilişə başlanılmışdır. İlk öncə təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, əşya və predmetin olub-olmamasını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümlərdə nə olduğunu soruşduqda həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vastə olduğunu və öz şəxsi istifadəsi üçün həmin gün Əhmədli metrosunun yanından tanımadığı şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı şəxs tərəfindən hər hansı formada fiziki və ya psixi təsir olmamışdır.

11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid3la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

12. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində xidməti ərazidə xidmət apararkən əvvəlcədən haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evin qarşısında küçə ilə getdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra həmin şəxsə onlarla birgə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən onlarla şöbəyə getməli olduğunu soruşduqda, ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə əlaqədar polis şöbəsində üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilməsinin zəruriliyi izah olunduqdan sonra 30-cu PŞ-nin təhqiqatçısı Emin Məmmədov və 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2lə birgə çəkilişə başlanılmışdır. İlk öncə təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, əşya və predmetin olub-olmamasını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortun sağ yan cibindən 10 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümlərdə nə olduğunu soruşduqda həmin bükümlərin doqquz ədədində narkotik vasitə heroin, bir ədədində isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün həmin gün qardaşı Əhməddən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

14. Müdafiə tərəfinin vəsatəti ilə məhkəməyədək icraat zamanı dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. O və qardaşı narkotik vasitə istifadəçiləri olsa da, narkotik vasitəni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən alıb istifadə etmişlər. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Həmçinin onun o qədər narkotik vasitəsi olmamışdır ki, onu kiməsə pay verə bilsin. (Cild 1, i.v.230-231;)

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsinə faktına görə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, i.v. 1)

17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olmaqla Hövsan qəsəbəsi, Quşçuluq massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Eltac Əbdülhəsənov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-8).

18. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Eltac Əbdülhəsənov tərəfindən təsdiq edilmiş 22 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 2).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 17:40-dan 17:45-dək Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən həmin şöbənin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasındakı xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şortun sağ yan cibindən boz rəngli plastmas qutuda olan 10 (on) ədəd şəffaf sellofona bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. O, həmin bükümlərdə heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, onları 22 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman qardaşı Şahid5 pay olaraq şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, həmin tarixdə, saat 16 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr qablaşdırılaraq DİN-in 194 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Bu barədə 22 sentyabr 2022-ci il tarixdə, saat 17:50-dən saat 18:05-dək protokol tərtib edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Müdafiəçi qeyd edilən protokolla tanış olaraq imzalamışdır (Cild 1, i.v. 32-33)

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd 4 dəqiqə 18 saniyə müddətində olan video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 24 sentyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 51; 73).

21. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5436 saylı, 23 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 1 (bir) ədəd plastik qaba yerləşdirilmiş, 9 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,963 qram, 5,101 qram, 4,555 qram, 1,532 qram, 0,625 qram, 1,798 qram, 3,705 qram, 2,711 qram və 1,682 qram olmaqla ümumi təmiz çəkisi 24,672 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 9 (doqquz) ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,465 qram, ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 0,465 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,415 qram. Heroinin ümumi təmiz çəkisi – 24,672 qram, tədqiqata sərf edildi – 0,18 qram, qalıq – 24,492 qram. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manatdır. (Cild 1, i.v. 45-49)

22. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən həmin tarixdə ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 55)

23. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 8 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i.v. 112-115).

24. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1,890 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, i.v. 124)

25. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən həmin tarixdə ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 118)

26. “220100777 saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılaraq istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 119-120)

27. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilərək Şahid3 rəhbərliyi ilə həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. (Cild 1, i.v. 126-133)

28. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 18:50-dən 19:00-dək Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən həmin şöbənin Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və Şahid4 iştirakı ilə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sol yan yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. O, həmin bükümdə kakos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 11 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında 10 (on) manat pul ödəməklə öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, 11 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil döngəsində parkın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra A.İ.Abdullyevin təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngdə toz şəklində narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq DİN-in 194 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Xiaomi” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Bu barədə 11 sentyabr 2022-ci il tarixdə, saat 19:10-dan saat 19:20-dək protokol tərtib edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, i.v. 153; 156-157)

29. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd 4 dəqiqə müddətində olan video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 12 sentyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 168;178).

30. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5090 saylı, 11 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan bir ədəd kağız zərfdə təqdim edilmiş bir ədəd kağız büküm açıldıqda içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi - 1,890 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 1,890 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,840 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. (Cild 1, i.v. 163-166)

31. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən həmin tarixdə ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 173)

32. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 5216 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 215-216)

33. Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Namiq Məmmədovun 15 oktyabr 2022-ci il tarixli, 096-100780 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (cild 1, i.v. 218)

34. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 5 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (cild 1, i.v. 219-220)

35. 5 yanvar 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni qardaşı Şahid5 alması barədə göstərdiklərini təsdiq etməmişdir. Həmçinin Şahid5 də qardaşına hər hansı narkotik vasitə və ya psixotrop maddə vermədiyini bildirmişdir. (cild 1, i.v. 232-234)

36. “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 6 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 24,672 qram və 1,890 qram olan narkotik vasitə heroin və 0,465 qram olan psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 24,492 qram və 1,840 qram olan narkotik vasitə heroin və 0,415 qram psixotrop maddə metamfetaminin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd diskin isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunması, həmçinin Təqsirləndirilən şəxs 24,672 qram narkotik vasitə heroini və 0,465 qram psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca cinayət işi ayrılması qərara alınmışdır. (cild 1, i.v. 235- 244)

37. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.S.Ələsgərov tərəfindən 10 yanvar 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 yanvar 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.136-144).

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 noyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. (Cild 1, i.v. 91-92)

39. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekunlaşdırılmış (sədrlik edən Telman Hüseynov, hakimlər Əhməd Quliyev və Fərid Namazovdan ibarət tərtkibdə) 1(101)-710/2023 saylı cinayət işi üzrə 31 mart 2023-cü il tarixli hökmdən görünür ki, Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, Şahid5 23 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində saxlanılmışdır. (Cild 2)

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X2 sanitar hissənin rəisi vəzifəsini müvəqqəti icra edən, tibb xidməti kapitanı Anar Məmmədovun 11 may 2023-cü il tarixli, 20-12/272 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Baxış zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. (Cild 2)

41. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən məhkum Təqsirləndirilən şəxs adına tərtib edilmiş 8750/2022-ci il tarixli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və hökmün 40-cı bəndində qeyd edilmiş məktubda göstərilənlərin doğru olması müəyyən edilmişdir. (Cild 2)

42. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılması, onu döyüb təzyiq göstərmələri və ona məxsus olmayan narkotik vasitənin üzərinə qoyulması öz təsdiqini tapmadığından Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X11 tərəfindən toplanmış 150-C-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. (Cild 2)

43. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs 11 sentyabr 2022 və 22 sentyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilməsi barədə “Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı” kitabından müvafiq çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 17:20-də Bakı şəhəri, Suraxanı RPİ-nə gətirilmişdir. Həmçinin müvafiq çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 16:20-də Bakı şəhəri, Suraxanı RPİ-nə gətirilmişdir. (Cild 2)

44. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin sədri Rasim Kazımovun 15 avqust 2023-cü il tarixli, 1276 nömrəli məktubunda göstərilmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş hər hansı bir qərar məhkəmədə aşkar edilməmişdir. (Cild 2) Əməlin tövsifi və digər hüquqi məsələlər:

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

46. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

50. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

51. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

53. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ikinci epizod üzrə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 24,672 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 164 dəfə, külli miqdardan isə təxminən 12 dəfə artıq olması, habelə 0,465 qram psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 3 dəfə artıq olması, eləcə də narkotik vasitələr və psixotrop maddələrin çoxsaylı xırda bükümlərdə saxlanılmasının, o cümlədən üzərindən aşkar edilmiş predmetlərin müxtəlif növdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin olması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

54. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, ikinci epizod üzrə, yəni 22 sentyabr 2022-ci il tarixdə üzərində aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitə və psixotrop maddələrin ümumiyyətlə ona məxsus olmaması, hər iki epizod üzrə ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması, ikinci epizod üzrə polis əməkdaşlarının ona fiziki və psixi təzyiq göstərərək üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddənin olmasını etiraf etməyə məcbur etmələri, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

55. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə qanunsuz olaraq tutulmaqla üzərinə narkotik vasitə və psixotrop maddə qoyularaq təzyiq nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

56. Eyni zamanda, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdə üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan aşkar edilmiş 1,890 qram narkotik vasitə heroinin deyil, bir “çet”, yəni 0,2 qram narkotik vasitə heroinin olması, polis əməkdaşlarının sonradan miqdarının artırılmasına dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

57. Belə ki, hökmün 17-18-ci bəndlərində də qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən əməliyyat-axtarış tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. Habelə, məhkəmə istintaqı zamanı da, həmin əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilməsi, cinayət-prosessual normaların tələblərinə riayət edilməməsi halları müəyyən edilməmişdir.

58. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə 22 sentyabr 2022-ci il tarixdə polis əməkdaşlarının ona fiziki və psixi təzyiq edərək üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddənin olmasını etiraf etməyə məcbur etmələri barədə ifadələrində göstərdiklərinə məhkəmə tənqidi yanaşaraq həmin ifadələr təqsirləndirilən şəxsin öz ifadəsindən başqa hər hansı başqa sübutla və iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.

59. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

60. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

61. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 60-cı bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 27-ci bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v. 126-133)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu üzrə onun əməlinin sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz.

62. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, həm Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə özünü təqsirli bilərək törətdiyi əməli etiraf etməsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

64. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlahçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəklib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

66. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı ikinci epizod üzrə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 24,672 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 164 dəfə, külli miqdardan isə təxminən 12 dəfə artıq olması, habelə 0,465 qram psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 3 dəfə artıq olması, eləcə də satış üçün narkotik vasitələr və psixotrop maddələrin çoxsaylı xırda bükümlərdə qablaşdırılması, o cümlədən üzərindən aşkar edilmiş predmetlərin müxtəlif növdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin olması və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

67. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

68. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya pisixi zorakılıq tətbiq edilməsi barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

69. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər.

70. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

71. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

72. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən mənsubiyyəti, mötəbərliliyi və mümkünlüyü üzrə yoxlanılmış sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

73. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

74. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

75. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

76. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

77. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

78. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini, birinci epizod üzrə, yəni 11 sentyabr 2022-ci il tarixli epizod üzrə özünü təqsirli bilərək əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

79. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

80. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

81. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

82. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi birinci epizod üzrə əməl az ağır, ikinci epizod üzrə əməl isə ağır cinayətlər kimi təsnif edilmişdir.

83. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

84. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

85. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

86. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azad edilmişdir. Bundan başqa, o, 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 22 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddəti 12 fevral 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.21; 84-85; 145; 203; 267-270;)

87. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.

88. Məhkəmə hökmün 32-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

89. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

90. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

91. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

92. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 24,492 qram və 1,840 qram olan narkotik vasitə heroin, habelə tədqiqatlardan sonra qalıq çəkisi 0,415 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 2 (iki) ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd olmaqla, cəmi 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

93. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

94. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 202 (iki yüz iki) manat məbləğində məhkəmə məsrəflərinə dair olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

95. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

96. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

97. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

98. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində saxlanılan 24,492 qram və 1,890 qram narkotik vasitə heroin, habelə 0,415 qram psixotrop maddə metamfetamin məhv edilsin və 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 202 (iki yüz iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar