Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-815/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X7, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Çavanşir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda özünə məxsus qaldırıcı maşınların (kranların) olduğunu, həmin nəqliyyat vasitələrini icarəyə vermək və istifadə etməklə xeyli miqdarda qazanc əldə etdiyini bildirərək şəxsən Özünün xarici ölkədən qaldırıcı maşın gətirib Zərərçəkmiş şəxs2 ilə birlikdə qazanc əldə edəcəyini, həmin qazancı sonradan aralarında bərabər hissələrə böləcəyini sonuncuya yalandan vəd verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 2022-ci ilin əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "xxxx" ASC-nin mərkəzi ofisinin yaxınlığında qeyd edilən 01 ədəd nəqliyyat vasitəsini alaraq ölkəyə gətizdirmək üçün qarışıq milli və xarici valyuta pul əskinaslarından ibarət ümumilikdə 17000 manat, 21 iyun 2022-ci il tarixdə həmin ünvanda guya sifarişlə gətizdirdiyi qaldırıcı maşının gömrük rüsumlarını ödəmək üçün həmin dövrün məzənnəsi İlə 25500 manat təşkil edən 15000 ABŞ dolları, 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən "Park Azure” yaşayış kompleksinin yaxınlığındakı "Bravo” supermarketin qarşısında ölkəyə gətizdirdiyi qaldırıcı maşının sənədləşmə işi ilə bağlı yaranmış problemləri həll etmək üçün həmin dövrün məzənnəsi İlə 17000 manat təşkil edən 10000 ABŞ dolları və 2022-cİ ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Nərimanov heykəlinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan mərc oyunlarına və şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 ümumilikdə 76500 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda tanışları vasitəsi ilə X8 Dubay şəhərindən "iPhone 14 Pro Max” mobil telefonları gətirib Bakı şəhərində müxtəlif şəxslərə satışını təşkil edərək birlikdə qazanc əldə edəcəyini, həmin qazancı sonradan aralarında bərabər hissələrə böləcəyini, mobil telefonları gətirmək üçün 65000 manat sərmayə lazım olduğunu, habelə Gürcüstan Respublikasından sərfəli qiymətlə şəxsən avtomobil alıb Bakı şəhərinə gətirəcəyini, sonradan aldığı avtomobili də Bakı şəhərində sataraq qazanc əldə edəcəklərini, əldə etdikləri qazancı aralarında bərabər hissələrə böləcəyini yalan vəd verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, avtomobil alıb gətirmək üçün 30000 manat sərmayə lazım olduğunu bildirərək 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "La Terracce” restoranının ofisində mobil telefonları gətirib satışını təşkil edərək qazanc vermək adı ilə 65000 manat, 2022-ci ilin noyabr ayının sonlarında həmin ünvanda avtomobil gətirib satışını təşkil edərək qazanc vermək adı ilə 30000 manatı etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan mərc oyunlarına və şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs1 ümumilikdə 95000 manat, yəni külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 4-5 aydır ki, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabrında əlində 400-500 min pulunu olduğunu və necə gəlir əldə edə biləcəkləri ilə bağlı soruşmuş, təqsirləndirilən şəxs isə ona düşünüb bu barədə ona deyəcəyini bildirmişdir. 1 həftə sonra təqsirləndirilən şəxs zərərçəkmişə Dubaydan “İphone-14 Pro Max” gətirib alver etmək fikrini demiş, bunun üçün 60-70 min manat məbləğində pul lazım olduğunu, işin sonunda isə təxminən 6-7 min manat qazanc qalacağını bildirərək birinci dəfə X18 küçəsində bir restoranda 65000 manat pul götürmüşdür. Sonra o, Dubayda işləyən adamdan maraqlandığında rüsumların artdığını öyrənərək bu işdən yaxşı gəlir gəlməyəcəyini anlamış və bu işə girməmişdir, lakin bu barədə Elminə məlumat verməmişdir. Təqsirləndirilən şəxs 2016-2017-ci ildən mərc oyunlarına marağının olduğunu və pulun bir hissəsini mərc oyunlarına qoyduğunu, bir hissəsini də dostlarıyla xərcləmişdir. O, mərc oyunlarına qoyduğu pulların hamısını uduzmuş, bundan sonra Elminə Gürcüstana gedib maşın gətirmək adı ilə yenidən müraciət edərək ondan 30000 manat pul almışdır. Bu zaman Elmin ona birinci dəfə verdiyi pulun Dubaya göndərildiyini zənn etmişdir. O, Elmindən 30000 manat pul aldıqdan sonra Gürcüstana maşın gətirmək üçün getmiş, lakin orada da aldığı pulu kazinolarda xərcləyib bitirmişdir. Gürcüstandan qayıtdığında pul aldığı Elmin ondan nə olduğunu soruşduğunda o, pulları xərcləyib bitirdiyini demişdir, bu zaman Elmin pulların ona yox, başqa birisinə aid olduğunu bildirərək ondan pulları tələb etmişdir. O, isə pulları qaytarmaq üçün 6 ay vaxt istəmiş, lakin Elmin ondan şikayət etmişdir. İkinci epizod ilə bağlı isə bildirmişdir ki, o, 4-5 ildir tanıdığı Zərərçəkmiş şəxs2 kran gətirmək üçün 40000 dollar pulu notarial qaydada rəsmiləşdirərək almışdır. Lakin o, kranı gətirdikdən sonra ona gəlir verəcəyi ilə bağlı vəd vermədiyini bildirmişdir. Əlavə olaarq bildirmişdir ki, zərərçəkmişlərə dəymiş ziyanın ödənilib,Ş törətdiyi əməldən peşmandır, yani ailəli qurub və 8 aylıq uşağı var. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 öz tanışları vasitəsi ilə təxminən 5-6 il bundan qabaq tanımış, Elminlə əvvəllər hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Elminlə mütəmadi ünsiyyət saxlayıb görüşdüyü üçün tədricən yaxşı dostluq münasibətləri yaranmış, son 3 ildə daha sıx münasibət saxlamışlar. X22 ailəvi olaraq gediş-gəlişi də olmuşdur. Xəyal 2015-ci ildən etibarən mütəmadi olaraq mərc oyunları oynamışdır. Əvvəllər “1 xbet” onlayn mərc oyunları platformasından istifadə etsə də, sonradan “misli.az” mərc oyunu salonlarına gedib mərc oyunları oynamış, həmin mərc oyunlarında bir neçə dəfə uduzduğu üçün Xəyalın borcları yaranmışdır. 2022-ci ilin noyabr ayında mərc oyunlarında uduzduğu üçün təxminən 8-9 min manat borcu yaranmış, həmin vaxt Xəyal rəsmi olaraq heç bir işlə məşğul olmadığı üçün mərc oyunlarında yaranmış borcunu da ödəyə bilməmişdir. Bundan sonra həmin ərəfədə Elminə məxsus ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında görüşmüş, həmin görüş zamanı Elmin əlində təxminən 500000 (beş yüz min) manat pul olduğunu demişdir. Həmin pulun iki aylıq Elmində olduğunu, Elminə məxsus olmadığını Elmin bildirmiş, həmçinin həmin pulla hər hansı işdə pul qazanıb-qazana bilməyəcəyi barədə Elmin maraqlanmışdır. Bundan sonra Xəyal həmin ərəfədə mərc oyunlarında borcu yarandığı üçün həmin borcları ödəmək məqsədi ilə Elminlə birlikdə Dubay şəhərindən yeni çıxmış "İphone 14 Pro Max” markalı mobil telefonları gətirib satışını təşkil edərək qazanc əldə edə biləcəklərini demiş, Elmin də Xəyaldan həmin işi görmək üçün nə qədər pul lazım olduğunu soruşanda Xəyal Elminə həmin iş üçün təxminən 65-70 min manat pul lazım olduğunu bildirmişdir. Elmin Xəyala inandığı üçün razılaşmışdır. Bundan sonra elə həmin gün, yəni 17 noyabr 2022-ci il tarixdə Elminə məxsus ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Elmin Xəyala 65000 (altmış beş min) manat pulu vermiş, həmin pulu Xəyal şəxsən Elmindən götürmüşdür. Bundan sonra tanışları vasitəsi ilə Dubaydan mobil telefon gətirmək məsələsi ilə bağlı ətraflı maraqlansa da, mobil telefonların sayının çox və qazancın az qaldığını gördüyü üçün həmin işi görməmiş, bununla bağlı Elminə heç bir məlumat verməmişdir. Bundan sonra Elmindən aldığı 65000 (altmış beş min) manat pulu özündə saxlamış, həmin pulla “misli.az” mərc oyunları salonunda mərc oyunları oynayıb yaranmış borcunu bağlamaq üçün yenidən Elmindən aldığı pulla hər hansı bir iş görməyərək yənə də mərc oyunları oynamağa davam etmişdir. Həmin vaxt 8-9 min manat borcu olsa da, Elmindən aldığı pulun da bir hissəsini orada uduzduğuna görə həmin borcu 25000 (iyirmi beş min) manat olmuşdur. Bundan sonra Xəyal Elmindən aldığı 65000 (altmış beş min) manat pulla heç bir iş görməyərək mərc oyunlarında yaranmış borcunu ödəmək üçün həmin pulun 25000 (iyirmi beş min) manatını “misli.az” oyun salonunun işçisi Şamil adlı şəxsə verib borcunu ödəmiş, qalan pulu isə yənə də mərc oyunları oynayaraq bir neçə gün ərzində hissə-hissə olmaqla uduzmuşdur. Həmin pulları uduzduqdan sonra pulunun qurtardığını görüb bir neçə gün sonra Elminlə ona məxsus “La Terracce” restoranında görüş zamanı Gürcüstana avtomobil gətirmək üçün gedəcəyini deyib Elmindən yənə də 30000 (otuz min) manat pul istəmiş, Elmin yənə Xəyala etibar etdiyi üçün etiraz etməyib özündə olan puldan 30000 (otuz min) manat pulu orada Xəyala vermişdir. Elminlə danışıq zamanı həmin pulu da 65000 (altmış beş min) manatı pulu aldığı vaxtdan bir ay müddətində, yəni 17 dekabr 2022- ci il tarixədək qaytaracağını demiş, Xəyal həmçinin Elminə söz vermişdir ki, əldə edəcəyi qazancdan Elminə də müəyyən qədər pul verəcək. Elmin də razılaşmışdır. Xəyal dayıstoğlu Şahid1 Gürcüstandan avtomobil gətirmək üçün birlikdə getməyi təklif etmiş, Tural da etiraz etməyib Xəyalla birlikdə Gürcüstana getməyə razılıq vermişdir. Bundan sonra Xəyal xatırladığı qədəri ilə 2022-ci ilin dekabrın 5-6-sı tarixlərində özü və Tural üçün Bakı-Tiflis relsinə iki nəfərlik bilet almışdır. Turalla birlikdə hava limanında olan zaman üzərində olan pul çox olduğuna görə onun bir hissəsini Turala vermiş, Tiflis şəhərində təyyarədən düşəndən sonra Turaldan həmin pulu götürmüşdür. İki gün Tiflis şəhərində yerləşən adını dəqiq xatırlamadığı hoteldə qalmış, orada qaldıqları ikinci gününün axşamı Xəyal kazinoya getmiş və kazinoda bir qədər oynadıqdan sonra təxminən 6000 (altı min) ABŞ dolları uduzmuşdur. Bundan sonra hotelə qayıtmış, növbəti gün Xəyal Turalla birlikdə kazinoda qumar oyunları oynamaq məqsədi ilə Batumiyə getmişdir. Tiflis şəhərində kazino az olduğu üçün Batumidə oynayıb pul əldə edə biləcəyini düşünmüşdür. Batumi şəhərinə getdikdən sonra iki gün də orada ayrıca ev tutub qalmış, Batumidə olduğu müddətdə isə hər gün müxtəlif kazinolara gedib orada qumar oyunları oynamışdır. Batumidə isə kazinolarda ümumilikdə təxminən 6-7 min ABŞ dolları uduzmuşdur. İki gün sonra yenidən Tiflisə qayıtmış, Tiflisdə olanda Xəyalın üzərində 5000 ABŞ dolları pul olmuşdur. 500 ABŞ dollarını ayırıb yol pulu saxlamaq məqsədi ilə kənara qoymuş, qalan pulla yənə də Tiflis şəhərində yerləşən kazinolardan birinə getmişdir. Orada yənə də qumar oyunları oynayıb bütün pulu orada uduzmuş, Gürcüstana gəldikdən sonra Tiflis və Batumi şəhərlərində kazinoda qumar oyunları oynayaraq uduzmağı barədə Turala demişdir. X23 və Batumi şəhərlərinə gediş-gəliş xərcləri, eləcə də orada qidalanma, gecələmə və digər xərcləri Elmindən iş adı ilə aldığı pullarla qarşılamışdır, 10 dekabr 2022- ci il tarixdə Bakıya geri dönüş biletləri olduğu üçün Turalla birlikdə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən iki gün sonra Xəyal Elminlə “La Terracce” restoranında görüşmüşdür. Görüş zamanı Elminə ondan aldığı pulları Bakı şəhərində, eləcə də Gürcüstana getdikdən sonra Tiflis və Batumi şəhərlərində olan zaman qumar oyunlarında uduzduğunu demişdir. Elmin yənə də pulun özünə məxsus olmadığını, dediyi vaxta kimi pulu yerinə qoymalı olduğunu deyəndə Xəyal Elmindən həmin pulu düzəltmək üçün vaxt istəmiş, lakin vaxt az olduğu üçün Elminlə məsləhətləşib Xəyalın atası Şahid4 Elmindən aldığı pulları qumarda uduzmağı barədə demək qərarına gəlmişlər. Elmin də Xəyalın atası ilə danışmış, lakin Xəyalın atası Elmindən Xəyalın aldığı ümumilikdə 95000 (doxsan beş min) manat pulu hazırda ödəmək imkanın olmadığını, yalnız hissə-hissə verə biləcəyini demişdir. Bundan sonra Xəyal Elmindən aldığı 95000 (doxsan beş min) manat puldan hər hansı miqdarda pul geri qaytara bilməmiş, hazıradək də Elminə həmin pulu qaytarmamışdır. “Siz Zərərçəkmiş şəxs1 iş görmək üçün ümumilikdə nə qədər pul almısız?” sualına cavab olaraq bildirmişdir ki, əvvəlcə Dubay şəhərindən “İphone 14 Pro Max” mobil telefonu gətirib satışını təşkil edəcəyinə vəd verərək 17 noyabr 2022-ci il tarixdə Elminə məxsus restoranda 65000 (altmış beş min) manat pul, təxminən bir neçə gün sonra Gürcüstandan avtomobil gətirib Bakı şəhərində satacağına vəd verərək Elmindən yənə də restoranda 30000 (otuz min) manat pul almışdır. “Siz Zərərçəkmiş şəxs1 həmin pulları alan zaman yanınızda digər şəxslər olmuşdurmu?” sualına cavab olaraq bildirmişdir ki, birinci dəfə 65000 (altmış beş min) manat pulu alan zaman orada Xəyal və Elmin, ikinci dəfə 30000 (otuz min) manat pulu alan zaman isə Elminin qardaşı Şahid2 da orada olmuşlar. “Siz həmin aldığınız pullarla mobil telefon gətirmək, eləcə də avtomobil gətirmək məqsədi ilə hər hansı iş görmüsünüzmü?” sualına cavab olaraq bildirmişdir ki, Elmindən aldığı pulların bir hissəsini borclarına vermiş, bir hissəsini isə qumar oyunlarında uduzmuşdur. Elmindən aldığı pulla hər hansı iş görməmişdir. "Siz əvvəllər mobil telefon və avtomobil alqı-satqısı ilə məşğul olmusunuzmu?” sualına cavab olaraq bildirmişdir ki, mobil telefon alqı-satqısı ilə məşğul olmamış, bir neçə dəfə əvvəllər Gürcüstandan avtomobil gətirib Bakı şəhərində satmışdır. “Şahid1 sizdə olan pulları haradan əldə etməyinizlə bağlı hər hansı məlumatı olmuşdurmu?” sualına cavab olaraq bildirmişdir ki, X10 gedəndə üzərində pulun miqdarı çox olduğu üçün bir hissəsini də ona verəndə həmin pulların çoxluğunu görüb Xəyaldan bu barədə soruşmuş, Xəyal da Turala həmin pulun özünə məxsus olduğunu demişdir. “Siz Zərərçəkmiş şəxs1 aldığınız puldan Şahid1 hər hansı miqdarda pul vermisinizmi?” sualına cavab olaraq bildirmişdir ki, həmin puldan Turala hər hansı miqdarda pul verməmişdir. “Siz Zərərçəkmiş şəxs1 mobil telefon və avtomobil alqı-satqısı ilə məşğul olmaq üçün aldığınız ümumilikdə 95000 (doxsan beş min) manat puldan əlavə olaraq hər hansı iş görmək üçün yənə də pul almısınızmı?” sualına cavab olaraq bildirmişdir ki, o, həmin pulu iş görmək üçün almış, həmin puldan başqa iş görmək adı ilə Elmindən hər hansı miqdarda pul almamışdır. Bundan başqa qeyd etmişdir ki, həmin pulu almamışdan qabaq bir neçə dəfə Elminlə biri- birilərinə borc alıb-verdikləri üçün maddi ehtiyacı olduğuna görə Elmindən 10000 (on min) manat borc pul almışdır. “Siz “misli.az” mərc oyunları salonunun işçisi Şamil adlı şəxsə 25000 (iyirmi beş min) manat pulu verən zaman həmin şəxsin pulu haradan əldə etməyiniz barədə məlumatı olmuşdurmu?” sualına cavab olaraq bildirmişdir ki, Şamilə həmin pulu verən zaman özünə məxsus olduğunu uduzduğuna görə yaranmış borcunu verdiyini demiş, Şamil həmin pulu Xəyalın haradan əldə etməyi barədə məlumatı olmamışdır. “Siz Şamil adlı şəxsi hansı oyun salonundan tanımısız? Sizin həmin mərc oyunlarında uduzaraq ümumilikdə 25000 (iyirmi beş min) manat borcunuzun yaranmağını təsdiq edən hər hansı fakt varmı?" sualına cavab olaraq bildirmişdir ki, Şamil adlı şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “misli,az” mərc oyunları salonunun işçisi kimi tanımışdır. Xəyalın orada həmin miqdarda pul borcu olmasını təsdiq edən hər hansı fakt yoxdur. “Siz hava limanından Gürcüstana gedən zaman gömrük yoxlamasından keçərkən üzərinizdə nə qədər pul olmuşdur? Həmin pulu gömrük yoxlamasından keçirərkən bəyan etmişdinizmi?” sualına cavab olaraq bildirmişdir ki, gömrük yoxlamasından keçən zaman 10000 ABŞ dolları pulu öz üzərində keçirmiş, təxminən 7000 ABŞ dollarını isə qohumu Şahid1 əl çantasına qoymuşdur. Gömrük yoxlamasından keçən zaman üzərində həmin pulun olmasını bəyan etməmişdir. “Siz Zərərçəkmiş şəxs1 aldığınız puldan başqa şəxslərə hər hansı miqdarda pul vermisinizmi?” sualına cavab olaraq bildirmişdir ki, həmin puldan heç kimə hər hansı miqdarda pul verməmiş, bütün pulları mərc oyunları ilə bağlı istafadə etmişdir. “Siz bildirirsiniz ki, mobil telefonları gətirib Bakı şəhərində satışını təşkil etməkdə sizə Nadir adlı tanışınız köməklik edəcəkdir. Həmin şəxsin anket məlumatları və mobil telefon nömrələri barədə nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Nadirlə yaxın münasibətdə olmamış, sadəcə mobil telefon alqı-satqısı ilə məşğul olan tanış kimi tanımışdır. Ona görə də Nadirin konkret olaraq anket məlumatlarını bilmir, həmçinin istifadəsində olan mobil telefonu dəyişdikdən sonra telefonun yaddaşından çox şey silindiyi üçün mobil nömrələr də silinmişdir. Nadirin mobil nömrəsini bu səbəbdən istintaqa təqdim edə bilməmiş, Xəyalda olan son məlumata görə Nadir işləmək üçün 4-5 ay əvvəl Türkiyəyə getmişdir. “Siz bildirirsiniz ki, əvvəllər də bir neçə dəfə mərc oyunları oynadığınız üçün borclarınız yaranmışdır. Həmin borcların məhz mərc oyunları nəticəsində yaranmasını, eləcə də sizin borc aldığınız şəxslər barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, təxminən 2019-2021-ci illərdə Xəyal mərc oyunları oynayıb xeyli miqdarda pul uduzmuş, belə ki, həmin vaxtlarda da bir sıra tanışlarından borc almışdır. Xatırladığı qədəri ilə həmin ərəfələrdə təxminən 15000-20000 manat pul qumar oyunlarında uduzmuş, yaranmış borclarını bağlamaq üçün Amil və Ağa adlı tanışlarından müxtəlif vaxtlarda 5000, 7000, 10000 manat borc almışdır. Onlardan aldığı borcları sonradan Xəyalın atası Şahid4 tərəfindən ödənilmişdir. “Siz tanışlarınız Amil və Ağa adlı şəxslərin anket məlumatları və mobil telefon nömrələri barədə nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Amil və Ağanın anket məlumatlarını bilməmiş, həmin borc məsələsindən sonra Xəyalın onlarla arasındakı münasibətlər soyuduğu üçün əlaqə saxlamamışdır. “Siz əvvəllər Zərərçəkmiş şəxs1 başqa digər şəxslərə iş birliyi təklif edərək pul almısınızmı?” sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 başqa heç kimdən birlikdə iş görərək qazanc əldə etmək adı ilə pul almamışdır. Xəyal əvvəllər aldığı pulları sadəcə borc olaraq almış, sonradan isə hamısı ödənilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, X2 təxminən 3 il olar ki, ortaq tanışları vasitəsi ilə tanımışdır. Belə ki, bir neçə dəfə Xəyal Zülfüqarla əlaqə saxladıqdan sonra dostluq münasibətləri yaranmış, səmimi dostluq münasibətləri yarandıqdan sonra Zülfüqarla mütəmadi əlaqə saxlamışdır. Qeyd etmişdir ki, Zülfüqardan bir neçə borc pul almış, həmin pulları alan zaman da borclarının olduğunu demişdir. Zülfüqar da səmimi dostluq münasibətləri olduğuna görə Xəyala etibar edib borca pul verməyə razılaşmış, Zülfüqardan da ilk dəfə səhv etmirsə, 2022-ci ilin iyun ayında borc almışdır. Həmin vaxt səhv etmirsə, Zülfüqarın istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb borclu olduğu şəxslərə pul verməli olduğunu, həmin pulu da ona görə istədiyini deyərək Zülfüqardan 15000 ABŞ dolları pul verməsini istəmişdir. Borcu aldıqdan 2-3 ay ərzində qaytaracağını vəd vermiş, Zülfüqarla da artıq xeyli müddətdir ki dostluqları olduğu üçün Zülfüqar həmin pulu verməyə razılaşmışdır. Zülfüqarla səhv etmirsə, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Milli Məclisin inzibati binasının yaxınlığında görüşmüş, razılaşdıqları kimi Zülfüqar da 15000 ABŞ dollarını Xəyala vermişdir. Həmin pulu Zülfüqar Xəyala verən zaman orada başqa kimsə olmamışdır. Bundan sonra aldığı 15000 ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 25500 manat pulu Zərərçəkmiş şəxs1 aldığı pulları da uduzduğu Bakı şəhəri Atatürk prospekti yaxınlığında yerləşən “misli.az” mərc oyunları salonunda uduzmuşdur. Zülfüqardan həmin pulu alan zaman borcu olduğunu desə də, əslində elə borcu olmamış, sadəcə həmin vaxt aldığı pulu da qumar oyunlarında istifadə etmək üçün almışdır. Xəyal bir müddət sonra səhv etmirsə, 2022-ci ilin iyul-avqust aylarında yenidən Zülfüqarla əlaqə saxlayıb borcu olduğunu bildirərək Zülfüqardan borc verməsim xahiş etmişdir. Həmin vaxtı səhv etmirsə, Zülfüqardan 10000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 17000 manat pul borc olaraq istəmişdir. Bundan sonra Zülfüqarla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşəm “Park Azure" yaşayış kompleksinin yaxınlığındakı “Bravo” supermarketin yanında görüşmüş, Zülfüqar da 10000 ABŞ dolları pulu həmin yerdə Xəyala vermişdir. Həmin pulu alan zaman Xəyal Zülfüqara əvvəl aldığı pulu qaytaranda imkan olsa, 10000 ABŞ dollarını da qaytaracağını demiş, Zülfüqar da etiraz etməyib razılaşmışdır. Bundan sonra Xəyal həmin pulu götürüb getmiş, Zülfüqardan pulu borcu olduğunu deyib alsa da, yənə də həmin pulları da qumar oyunlarına və şəxsi borclarına sərf etmişdir. Zülfüqara da söz verdiyi kimi pulu qaytaracağını desə də, pulu qaytara bilməmişdir. Bundan bir müddət sonra səhv etmirsə, 2022-ci ilin sentyabr ayında Zülfüqar verdiyi puldan 15000 ABŞ dolları istəsə də, Xəyal maddi imkanı olmadığından həmin pulu qaytarmamış, Zülfüqardan bir qədər ona vaxt verməsini xahiş etmiş, maddi vəziyyəti düzələndə pulu qaytaracağını demişdir. Zülfüqar da etiraz etməyib razılaşmışdır. X9 ikinci dəfə 10000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 17000 manat pulu alan zaman da orada Xəyal və Zülfüqardan başqa heç kim olmamışdır. Xəyal bildirmişdir ki, Zülfüqardan iki dəfə pul almış, birinci dəfə 1500 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 25500 manat və ikinci dəfə isə 10000 ABŞ dolları,yəni həmin dövrün məzənnəsi ilə 17000 manat olmaqla, ümumillikdə 42500 manat pulu borc kimi almışdır. Lakin sonradan Zülfüqardan aldığı pulları da qaytara bilməmişdir. “Zülfüqar Zülfüqarh istintaqa ifadə verərək bildirir ki, sizinlə dostluq münasibətləri qurduqdan sonra sizi şəxsi qaldırıcı maşınları (kranları) olan şəxs kimi tanımış, həmçinin qaldırıcı maşınların fəaliyyətindən sizin gəlir əldə etdiyinizi bilmişdir. Bundan başqa Zülfüqar ifadəsində göstərir ki, sizə pulları verməyinə səbəb sizin ondan guya xaricdən bir ədəd qaldırıcı maşını ölkəyə gətizdirəcəyinizi, həmçinin həmin qaldırıcı maşın gətizdirən zaman ödənilməli olan gömrük rüsumlarını və sənədləşmə işlərini həll etmək üçün lazım olduğunu deməyiniz olmuşdur. Eləcə də Zülfüqar qeyd edir ki, siz onu tam əmin etmisiniz ki, aldığınız pulları 2022-ci ilin oktyabr-noyabr aylarında qaytarmaqla bərabər gətizdirdiyiniz qaldırıcı maşının fəaliyyətindən əldə olunan gəlirdən gələcəkdə ona da qazanc verəcəksiniz. Həmçinin Zülfüqar sizə hissə-hissə olmaqla 4 dəfəyə ayrı-ayrı vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində milli və xarici valyutada olmaqla ümumilikdə 89500 manat pul verdiyini ifadəsində göstərir. Bu ziddiyyətlə bağlı nə deyə bilərsiniz?” sualına cavab olaraq Xəyal bildirmişdir ki, Zülfüqar yalan ifadə vermiş, Zülfüqardan heç vaxt ölkəyə qaldırıcı maşın gətirmək üçün pul atmamışdır. Aldığı pulların səbəbi və miqdarı ifadəsində göstərdiyi kimi olmuş, Zülfüqarın nəyə görə elə ifadə verməyinin səbəbini bilməmişdir. Xəyal Zülfüqardan milli və xarici valyutada olmaqla 89500 manat pul almadığını demişdir. Zülfııqardan sadəcə borcu olduğu deyərək 42500 manat pul almış, həmin pulları da qumar oyunlarında uduzmuşdur. Zülfııqardan 4 dəfə yox, 2 dəfə pul aldığını qeyd etmişdir. "Sizin Zərərçəkmiş şəxs2 borc olaraq pul almağınızı təsdiq edən hər hansı fakt varmı?” sualına cavab olaraq bildirmişdir ki, Zülfüqarla dostluq münasibətində olduğu üçün hər hansı səsyazısı və videogörüntü qeydə almamışdır. "X19 ilə ifadənizdə qeyd etdiyiniz pulları alan zaman apardığınız danışıqlar barədə nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Zülfüqardan pulları alan zaman onunla istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsindən əlaqə saxlamış, həmçinin Zülfüqarla görüşəndə orada Zülfüqar və Xəyaldan başqa heç kim olmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında olduğu üçün Zülfüqardan aldığı pulun miqdarını dəqiq xatırlamamış, ev dustaqlığına çıxdıqdan sonra bir daha dəqiqləşdirib Zülfüqardan aldığı pulların miqdarını hesablamışdır. Belə ki, Xəyal hazırda Zülfüqarın ifadəsində qeyd etdiyi pulun miqdarını tam olaraq təsdiq etmiş, həqiqətən də Zülfüqardan hissə-hissə olmaqla 76500 manat pul almışdır. Lakin Xəyal həmin pulları Zülfüqardan borclarını vermək üçün almış, Zülfüqara da pulu alanda 2022-ci ilin səhv etmirsə, oktyabr-noyabr aylarında qaytaracağını demişdir. Lakin sonradan həmin pulları da bir hissəsini borclarına vermiş, qalan hissəsini isə qumar oyunlarında uduzduğu üçün Zülfüqardan aldığı pulu da geri qaytara bilməmişdir. Zülfüqardan 76500 manat pul aldığını təsdiq etmiş və Riadın da istintaqa təqdim etdiyi müqaviləni Zülfüqarla aralarında olan pul məsələsinə görə öz şəxsi iradəsi ilə imzalamışdır. Çünki həmin vaxt Zülfüqar pulu qaytaracağına inanmadığı üçün müqavilə bağlamağı təklif etmiş, Xəyal da pulu qaytaracağına Zülfüqarın inanmağı üçün həmin müqavilənin bağlanmağına razılıq verib vaxt qazanmışdır. Lakin sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün həmin pulu da qaytara bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 3 ildən artıq müddətdir tanıdığı Təqsirləndirilən şəxs ondan telefon gətirmək adı ilə 3 dəfəyə ümumilikdə 105000 manat pul almışdır. Təqsirləndirilən şəxs ona 2 ay müddətinə pulu qaytaracağını desə də, bu müddətin sonunda pulu mərc oyunlarında uduzduğunu deyərək ondan əlav 2-3 ay daha vaxt istəmişdir. Lakin həmin müddət keçdikdən sonra da pulu qaytarmamışdır və o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, nəticə olaraq Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödəyib, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 il olar ki, Bakı şəhərindən ortaq tanışları vasitəsi ilə tanımış, onunla həmişə münasibətləri normal olmuşdur. Hər hansı düşmənçilik və ədavəti olmamışdır, son 2 ildə Xəyalla Elminin yaxın dostluq münasibətləri olmuşdur. Xəyalla mütəmadi olaraq görüşüb əlaqə saxlamışlar. Təxminən 2022-ci ilin noyabr ayında Xəyalla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “La Terracce” restoranında görüşmüş, görüş zamanı Xəyal borclarının olduğunu demişdir. Elmin də Xəyala bir iş tapmağını məsləhət görmüş, iş tapdıqdan sonra Elmində olan pulla ona maddi köməklik edə biləcəyini bildirmişdir. Həmin işlə məşğul olub əldə edəcəyi pulla borclarını bağlaya biləcəyini demiş, bundan sonra X11 münasib qiymətə mobil telefonları Azərbaycana gətirib satmağı təklif etmiş, həmin işi görərək birlikdə qazanc əldə edəcəklərini bildirmişdir. Elmin də Xəyalı artıq uzun müddət tanıdığı üçün ona inanmış, Xəyal danışıq zamanı Gürcüstandan şəxsən özü gedib mobil telefonları gətirəcəyini də demişdir. X24 ilkin olaraq həmin iş üçün 65000 (altmış beş min) manat, sonra isə əlavə olaraq 30000 (otuz min) manat pul verəcəyini bildirmiş, Gürcüstandan gətirdiyi telefonları Xəyal öz tanışları vasitəsi ilə satışını təşkil edəcəyini demişdir. Bundan sonra 17 noyabr 2022-ci il tarixdə Xəyalla razılaşdıqları kimi ilkin olaraq 65000 (altmış beş min) manat pulu Elmin ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Xəyala vermiş, həmin pulu Xəyala verəndə yanında qardaşı Şahid2, Hüseyn adlı dostu olmuşdur. Xəyal 65000 (atlmış beş min) manat pulu Elmindən aldıqdan sonra bir ay ərzində Gürcüstandan mobil telefon gətirib satışını təşkil edəcəyini vəd vermiş, Elmin də onunla razılaşmışdır, həmçinin Xəyal əldə etdiyi pulla öz borclarım verməli, Elminin də ona iş qurmaq üçün verdiyi pulu qaytarmalı imiş. Təxminən iki-üç gün sonra Xəyala həmin iş üçün verməli olduğu 30000 (otuz min) manat pulu da vermək üçün yənə də ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında görüşmüş və həmin görüş zamanı Xəyala 30000 (otuz min) manat pul da vermişdir. Həmin pulu verən zaman qardaşı Şahid2 da orada olmuşdur. Xəyal Elmindən pulları aldıqdan sonra 2022-ci ilin dekabr ayında Gürcüstana gedib mobil telefon gətirəcəyini demiş, həmçinin Xəyal Elmini inandırmaq üçün Elminin yanında mobil telefon alqı-satqısı ilə məşğul olan şəxslərlə əlaqə saxlayıb danışmış, Elmin ona daha da inanmışdır. 2022-ci ilin dekabr ayının əvvəlləri Xəyal Elminə qohumu Turalla birlikdə mobil telefon alqı-satqısı işinə görə Gürcüstana getdiyini demiş, 5 günlük getdiyini, oradan mobil telefonları münasib qiymətə aldıqdan sonra yenidən Azərbaycana qayıdacağını bildirmişdir. Bundan sonra Xəyal Turalla birlikdə Gürcüstana çıxıb getmiş və 5 gün sonra Xəyal Azərbaycana qayıtmışdır. Elmin Xəyalla görüşüb mobil telefon məsələsi ilə bağlı danışmış, Xəyal da Elminə narahat olmamağını, bütün işlərin qaydasında olduğunu, aldığı pulu isə bir ayın tamamında, yəni 17 dekabr 2022-ci i! tarixdə qaytaracağını demişdir. Elmin də Xəyala etibar etdiyi üçün inanmış, həmçinin Xəyaldan Gürcüstandan aldığı mobil telefonları satılması üçün hara verdiyi ilə maraqlananda Xəyal da Elminə həmin mobil telefonları tanışlarının telefon mağazasına verdiyini demişdir. Həmin şəxslər Xəyalın verdiyi mobil telefonları satıb pulunu Xəyala verəcəyini, Xəyal da Elminin həmin iş üçün verdiyi 95000 (doxsan beş min) manat pulu qaytaracağını bildirmişdir. Elmin mütəmadi olaraq Xəyalla əlaqə saxlayıb Xəyalın söz verdiyi kimi 17 dekabr 2022-ci il tarixinə az qaldığını, həmin vaxt pulu qaytarmasını demişdir. 17 dekabr 2022-ci il tarixdə Elmin Xəyalla ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında görüşmüş, Xəyal Elminə həmin tarixdə pulu qaytaracağına söz versə də, görüş zamanı aldığı pulun bir hissəsini borclarını verdiyini, bir hissəsini isə mərc oyunlarında uduzduğunu demişdir. Həmçinin Gürcüstandan mobil telefon gətirməyə söz verməyinin yalan olduğunu, Elmini aldatmaq üçün elə vəd verdiyini bildirmişdir. Elmindən aldığı pul müqabilində heç bir iş görmədiyini demiş, Elmin Xəyaldan verdiyi pulu tələb etsə də, Xəyal pulunun olmadığını deyib həmin pulu qaytarmaqdan imtina etmişdir. Bir neçə dəfə Elmin Xəyalla əlaqə saxlayıb ona verdiyi pulu qaytarmasını desə də, Xəyal Elminə hazıradək aldığı pulu qaytarmamışdır. “Siz ilkin olaraq verdiyiniz izahatda Təqsirləndirilən şəxs ümumilikdə 105000 (bir yüz beş min) manat pul verdiyinizi demisiz. Hazırda isə Xəyala mobil telefon işi ilə məşğul olmaq üçün 95000 (doxsan beş min) manat verdiyinizi bildirirsiz. Bu ziddiyyətlə bağlı nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Xəyal Elminə mobil telefon gətirib satacağını dediyi üçün ona birinci dəfə 65000 (altmış beş min) manat, ikinci dəfə isə 30000 (otuz min) manat olmaqla, ümumilikdə 95000 (doxsan beş min) manat vermişdir. Bundan başqa həmin ərəfədə Xəyal Elminə maddi durumunun pis olduğunu deyərək əlavə olaraq 10000 (on min) manat da pul istəmiş, Elmin də həmin pulu da təxminən 2022-ci ilin noyabr ayında Xəyala vermişdir. Lakin Gürcüstandan mobil telefon gətirib alqı-satqı işini təşkil etmək üçün Elmin Xəyala 95000 (doxsan beş min) manat pulu ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Xəyala vermişdir. “Sizin Təqsirləndirilən şəxs verdiyiniz ümumilikdə 95000 (doxsan beş min) manat pulu hansı formada vermisiniz? Həmin pulu verdiyinizi təsdiq edən hər hansı fakt varmı? Həmin pulları sizin Təqsirləndirilən şəxs Gürcüstandan mobil telefon gətirib satışını təşkil etmək üçün verməyinizi görən və ya məlumatlı olan şəxslər varmı?” sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi pulu nağd formada vermişdir. Xəyalla bir neçə ildir ki, dostluq etdiyi üçün ona inanmış, ona görə də hər hansı sənədləşmə işi görməyə, eləcə də pul verən zaman həmin pulun verilməsini videoçəkilişlə qeydə almağa ehtiyac bilməmişdir. Elmin birinci dəfə 65000 (altmış beş min) manat pulu verəndə yanında qardaşı Şahid2, Hüseyn adlı dostu, ikinci dəfə 30000 (otuz min) manat pulu verəndə isə qardaşı Şahid2 olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuş və hadisə baş verdiyində 6-8 aydır ki, tanıyırmış. O, təqsirləndirilən şəxsin kran işi ilə məşğul olduğu barədə bilirmiş. Təqsirləndirilən şəxs bundan atasının da xəbəri olduğunu bildirərək ondan 3 dəfəyə təxminən 70000 manat məbləğində pul almışdır və müəyyən edilmiş müddətdə ondan aldığı pulu qaytaracağını söz vermişdir. Lakin həmin müddət gəlib çatdığında pulu ödəməmişdir, bu zaman da onu şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, nəticə olaraq Təqsirləndirilən şəxs ona dəymiş olan ziyanı ödəyib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən korona virus pandemiyası başladığı ərəfədə ortaq tanışları vasitəsi ilə tanımışdır. Onunla tanışlığı yaranandan sonra münasibətləri dostluq münasibətinə çevrilmiş, Xəyal özünün kranlarının olduğunu, işgüzar bir şəxs olduğunu demişdir. Həmçinin həmin kranların fəaliyyətini təşkil edərək pul qazandığını bildirmişdir. Zülfüqar demək olar ki, mütəmadi olaraq Xəyalla əlaqə saxlayıb görüşmüş, onunla dostluq münasibəti də həmişə yaxşı olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi kimi özünün deməyinə görə kranlarının olduğundan, həmin kranların fəaliyyəti ilə onun pul qazanmasından Zülfüqar məlumatlı olmuşdur. Təxminən 2022-ci ilin əvvəllərində Xəyal Zülfüqarla söhbət zamanı kran gətirdiklərini, müəyyən qədər pul lazımdır olduğundu bildirmişdir. Zülfüqar da Xəyaldan nə qədər pul lazım olduğunu soruşanda Xəyal kran gətirmək üçün 30000 manat pul lazım olduğunu demişdir. Zülfüqar da həmin vaxt artıq xeyli müddət idi ki, Xəyalı tanıdığına görə və aralarında etibarlı münasibətlər yarandığı üçün Xəyala inanmışdır. Həmçinin Xəyal vəd vermişdir ki, həmin kranın gətirilməsi işindən Xəyalın atasının da xəbəri var. Xəyal guya atasının Zülfüqardan pu! almasına da razı olduğunu deyib Zülfüqarda tam əminlik yaratmış, həmçinin Xəyal kranı gətirdikdən sonra ən geci 2022-ci ilin oktyabr-noyabr aylarınadək aldığı pulu da geri qaytaracağını, eləcə də həmin kranın işləməyindən əldə olunan gəlirdən də Zülfüqara qazanc verəcəyini bildirmişdir. Zülfüqar da Xəyalı tanışlıq münasibətləri quran zaman kran işləri ilə məşğul olan şəxs kimi tanıdığı üçün düşünmüşdür ki, Xəyal söz verdiyi kimi bütün pulları, həmçinin qazanc da daxil olmaqla 2022-ci ilin okyabr-noyabr aylarında qaytaracaq. Bundan sonra Xəyalın vəd verdiyi şərtlər daxilində Xəyalın istədiyi 30000 manat pulu verməyə Zülfüqar razılıq vermiş və 2022-ci ilin əvvəllərində 30000 manat pulu razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" ASC-nin mərkəzi ofisinin yaxınlığında şəxsən Xəyala vermişdir. Bundan sonra Xəyal bir daha Zülfüqarı əmin etmişdir ki, 2022-ci ilin oktyabrnoyabr ayında aldığı pulu geri qaytaracaq. Həmçinin yənə də bütün işlərdən atasının da məlumatlı olduğunu demiş, bundan sonra Xəyal 30000 manat pulu götürüb çıxıb getmişdir. Xəyal Zülfüqardan 30000 manat pulu alanda tezliklə sifariş verdiyi kranın Azərbaycana gətiriləcəyini də deyərək aldığı pulu həqiqətən də kran almaq üçün istifadə edəcəyi görüntüsü də yaratmışdır. İlkin olaraq 30000 manat verdikdən bir müddət sonra, Xəyal Zülfüqarla özünün yaşadığı binanın həyətində görüşmüş, görüş zamanı Xəyal sifariş verdiyi kranın gömrük rüsumlarını ödəmək üçün 15000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Həmçinin Xəyal guya atasının hazırda Bakı şəhərində olmadığı üçün Xəyalın özündə həmin miqdarda pul olmadığnı demiş və həmin pulu Xəyala verəcəyi halda, kranın gömrük rüsumlarını Xəyalın ödəyəcəyini və heç bir problem olmadan kranın gətirilməsi işini başa çatdıracağını bildirmişdir. Həmçinin Xəyal həmin pulu da 2022-ci ilin oktyabr-noyabr ayında əvvəl aldığı 30000 manat pulla birlikdə qaytaracağına söz vermiş, Zülfüqar da Xəyala inanmışdır. Çünki Zülfüqar bir daha qeyd etmişdir ki, Xəyalı həqiqətən də işgüzar bir şəxs kimi tanımış və Xəyalın kran işi ilə məşğul olmasına inanmışdır. Xəyalla görüşdən təxminən 2-3 gün sonra daha dəqiq desə, xx.xx.2022-ci i! tarixdə Zülfüqar Xəyalla yənə də ilkin olaraq 30000 manat pulu verdiyi yerdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" ASC-nin mərkəzi ofisinin yaxınlığında görüşüb şəxsən Xəyala 15000 ABŞ dollarını, yəni həmin günün məzənnəsi ilə 25500 manat pulu vermiş, Xəyal pulu götürdükdən sonra çıxıb getmişdir. Bir müddət sonra səhv etmirsə, 2022-ci ilin sentyabr ayının əvvəllərində Xəyal Zülfüqarla mobil telefonla əlaqə saxlayıb guya kran ölkəyə gətirilib sadəcə müəyyən sənədləşmə işləri ilə bağlı problemlər yarandığını demiş, həmin problemin həll olunması üçün təcili ona 10000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Xəyal həmin pulu guya işləri ilə bağlı kiməsə verəcəyini, həmin işin nəticəsində kranın gətirilməsini də başa çatdıracağını demişdir. Zülfüqar da düşünmüşdür ki, həqiqətən də Xəyalın kran işləri olduğuna görə yəqin ki həmin işlə bağlı pulu da işgüzar məqsədlərlə köçürmə edəcək. Buna görə də Zülfüqara 10000 ABŞ dollarını verməyə razılaşmış, həmin gün axşam saatlarında Xəyalla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Park Azure” yaşayış kompleksinin yaxınlığındakı “Bravo” supermarketin qarşısında Xəyala həmin günün məzənnəsi ilə 17000 manat olan 10000 ABŞ dollarını vermiş və Xəyal həmin pulu da şəxsən özü Zülfüqardan götürmüşdür. Bundan bir müddət sonra təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində Xəyal Zülfüqarla mobil telefonla əlaqə saxlayıb yənə də eyni bəhanə ilə 10000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, həmçinin Xəyal yənə də Zülfüqara vəd vermişdir ki, narahat olmağa ehtiyac yoxdur, guya söz verdiyi vaxtda aldığı pulları geri qaytaracaq, həmçinin gələcəkdə kranın işləməsindən əldə etdiyi gəlirdən də qazanc verəcək. Zülfüqar da Xəyalın dediklərinə inandığı üçün həmin pulu da verməyə razılaşmışdır. Bundan sonra Xəyalla danışdığı gün görüşüb həmin günün məzənnəsi ilə 17000 manat olan 10000 ABŞ dollarını Xəyala vermişdir. Zülfüqar bütün pulları verdiyi kimi sonuncu dəfə də pulu verəndə Xəyaldan başqa heç kim pulun verilməsində iştirak etməmişdir. Həmçinin Xəyal bütün pulları alan zaman yalnız Zülfüqarın istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsi ilə Xəyala məxsus ***-***-**-** GSM mobil nömrəsindən əlaqə saxlamışdır. Xəyalın söz verdiyi kimi 2022-ci ilin oktyabr ayının sonlarında Zülfüqar verdiyi pulları Xəyaldan tələb etdikdə müxtəlif bəhanələrlə pulu tezliklə verəcəyini demiş, Zülfüqar da mütəmadi olaraq Xəyalla əlaqə saxlayıb verdiyi pulları qaytarmasını tələb etmişdir. Lakin sonradan Xəyal Zülfüqara aldığı pulu qaytarmağa imkanı olmadığını demiş, həmçinin Zülfüqar öz tanışlarından Xəyalın verdiyi bütün vədlərin yalan olduğunu eşitmişdir. Çünki Xəyal aldığı bütün pulları qumar oyunlarında uduzmuşdur. Yəni Zülfüqardan pulları Xəyal kran almaq adı ilə, eləcə işgüzar məqsədlərlə aldığını desə də, heç bir işlə məşğul olmamışdır. X4 etibarından sui-istifadə edərək özünü iş adamı kimi təqdim edib Xəyala 2022-ci ilin əvvəllərindən 2022-ci ilin oktyabr ayının əvvələrinədək olan müddət ərzində hissə-hissə olmaqla 4 dəfəyə verdiyi ümumilikdə 89500 (səksən doqquz min beş yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Zülfüqar Xəyaldan bir neçə dəfə həmin pulları qaytarmasını tələb etsə də, Xəyal maddi imkanın olmadığını deyərək hazıradək vurduğu maddi ziyanı ödəməmişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qaldırıcı maşın üçün ümumilikdə verdiyi pul 76500 manatdır. Eləcə də Xəyala pulu borc olaraq verməmiş, əvvəllər də istintaqa verdiyi ifadəsində göstərdiyi kimi Xəyalla tanışlığı yarananda Xəyalı qaldırıcı maşınları olan bir şəxs kimi tanımışdır. Həmçinin Xəyal həmin qaldırıcı maşınların istifadəsi və icarəsindən xeyli miqdarda qazanc əldə etdiklərini bildirmiş, Xəyalın atasının da qaldırıcı maşınların istifadəsi və icarəsi işi ilə məşğul olduğunu bildiyi üçün Xəyal pulları alanda həqiqətən də düşünmüşdür ki, Xəyal xaricdən qaldırıcı maşın gətirəcək. Lakin sonradan Xəyalın dediklərinin yalan olduğunu bilmiş, Xəyalın onun etibarından sui-istifadə edərək onu aldatdığını, aldığı pulları isə qumar oyunlarında uduzduğunu öyrənmişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Xəyala ilk dəfə 2022-ci ilin əvvəllərində milli və xarici valyutada olmaqla həmin dövrün məzənnəsi ilə 17000 manat pul vermiş, bu pulu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Günay Bank" mərkəzi ofisinin yaxınlığında şəxsən Xəyala vermişdir. Bundan sonra ikinci dəfə xx.xx.2022-ci il tarixdə Xəyalla yənə də ilkin olaraq 30000 manat pulu verdiyi yerdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" ASC-nin mərkəzi ofisinin yaxınlığında Xəyalla görüşüb 15000 ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 25500 manat pulu şəxsən Xəyala vermişdir. Üçüncü dəfə 2022-ci ilin sentyabr ayının əvvəllərində Xəyalla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Park Azure" yaşayış kompleksinin yaxınlığındakı “Bravo” supermarketin qarşısında Xəyala həmin dövrün məzənnəsi ilə 17000 manat olan 10000 ABŞ dollarını, dördüncü, yəni sonuncu dəfə isə 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Nərimanov heykəlinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları pulu yənə də Xəyalın istəyi ilə şəxsən Xəyala vermişdir. Bu minvalla qaldırıcı maşın alıb gətirərək gələcəkdə birlikdə qazanc əldə etmək adı ilə Zülfüqar Xəyala ümumilikdə 76500 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Azərlotereyada operator işləyir və təqsirləndirilən şəxslə işlədiyi yerdə tanış olub. Futbol üzrə dünya çempionatı vaxtı 2-3 ay təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlib futbol oyunlarına pul qoyub. Şahid əlavə olaraq bildirmişdir ki, çox vaxt dostları ilə gələn təqsirləndirilən şəxs gəldiyi 2-3 ay müddətində 40000 manatdan çox pul uduzmuşdur. İstintaq zamanı təqsirləndirilən şəxsin borc alaraq pulları uduzduğu ona məlum olmuşdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 19 ünvanında yerləşən misli.az mərc oyunları salonunda operator kimi fəaliyyət göstərmiş, həm kassanın idarə olunmasına nəzarət etmiş, həm də müştərilərin yazdığı oyun kuponlarının çap eləyərək müştərilərə təqdim olunması işini görmüşdür. Təqsirləndirilən şəxs da işlədiyi misli.az mərc oyunları salonundan tanımış, onunla bir müştəri kimi münasibəti normal olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, təxminən 2022-ci ilin ortalarından Xəyal həmin oyun salonuna müştəri qismində gəlib-getmiş, Şamilin də Xəyalla münasibəti oradan yaranmışdır. Daimi olaraq Xəyal orada mərc oyunları oynamış, daha çox futbol oyunları ilə bağlı kuponlar yazmışdır. Daimi olaraq Xəyal işlədiyi mərc oyunları salonuna gəlibgetdiyi üçün, eləcə də Xəyalla ortaq tanışları olduğu üçün Xəyala borc olaraq mərc oyunlarına pul yatırmasına da icazə vermişlər. Təxminən 2022-ci ilin noyabr ayından etibarən Xəyal oynadığı mərc oyunlarında xeyli miqdarda pul uduzmuş, həmin ərəfədə futbol üzrə dünya çempionatında Xəyalın təxminən 25000 manata qədər borcu yaranmışdır. Belə ki, tam dəqiq Xəyalın həmin borcu hansı tarixdə bağladığını xatırlamasam da, misli.az mərc oyunları salonunda sistemin işləməsi üçün bir həftə ərzində mərc oyunlarına vurulan pul sistemə oturmadıqda sistem işləmədiyi üçün Xəyalın uduzduğu pulu təxminən 3-4 gün ərzində bağladığı xatırlamışdır. Həmçinin Şamil xatırlamışdır ki, 2022-ci ilin noyabr ayında Xəyal yaranmış 25000 manat borcunu ödəmək üçün misli.az mərc oyunları salonuna gəlmiş, həmin vaxt Şamil özü də işdə olmuş, Xəyal 25000 manat pulu sayıb borcunu bağlamaq üçün vermişdir. Şamil də həmin pulu götürüb Xəyalın borcunu silmiş, həmin vaxt Xəyaldan həmin pulu haradan əldə etməsi barədə heç nə soruşmamışdır. Xəyal futbol üzrə dünya çempionatı zamanı xeyli miqdarda yaranmış borcunu bağladıqdan sonra demək olar ki, bir daha orada mərc oyunları oynamağını Şamil görməmiş, hətta Xəyalın hazırda da köhnə vaxtlarda mərc oyunları oynadığı üçün 500 manat borcu da qalmışdır. Həmçinin həmin vaxtdan sonra Xəyal Şamilin işlədiyi mərc oyunları salonuna gəlmədiyinə, eləcə də 500 manat borc məsələsinə görə də arabir Xəyalla əlaqə saxlamış, Xəyal da baş verənlərlə bağlı mobil telefonda danışmaq istəmədiyini, mərc oyunları salonuna gələndə ətraflı danışacağını desə də, Xəyalla detallı şəkildə nə baş verdiyi barədə danışa bilməmişdir. “Təqsirləndirilən şəxs sizin işlədiyiniz mərc oyunları salonunda mərc oyunları oynayaraq 2022-ci ilin noyabr ayında 25000 manat borcunun yaranmasını, eləcə də Xəyalın həmin pulu verərək borcunu bağlamasını təsdiq edən sənədlər varmı, müsbət halda həmin sənədləri istintaqa təqdim edə bilərsinizmi?” sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin borclarını Şamil kağızda qeyd etmiş, Xəyal həmin pulu tam şəkildə ödədikdən sonra həmin kağızı da məhv etmişdir. Bundan başqa müştərilərə borc olaraq oyunlar oynamasına icazə verilmədiyi üçün əlavə olaraq hər hansı formada müştərilərin borclarını rəsmiləşdirmək üçün heç bir iş görməmişdir. Sadəcə Xəyalı ortaq tanışı Elvin vasitəsi ilə tanıdığı və Xəyal daimi olaraq oynadığı mərc oyunlarının pulunu ödədiyi üçün ona borc olaraq oynamağa icazə vermişdir. Xəyalın həmin borcu ödəməsi yalnız salonun içərisində olan təhlükəsizlik kameraları vasitəsi ilə qeyd alına bilər, lakin baş vermiş hadisədən xeyli müddət keçdiyinə görə həmin təhlükəsizlik kameralarında da həmin görüntülər qalmamışdır. "Təqsirləndirilən şəxs yaranmış borcunu bağlamaq üçün sizə 2022-ci ilin noyabr ayında ödədiyi 25000 manat pulu haradan əldə etməsi ilə bağlı nə deyə bilərsiz?’’ sualına cavab olaraq bildirmişdir ki, Xəyalın konkret olaraq həmin pulu haradan əldə etməsini bilməmiş, Xəyal əvvəllər də kuponları yazıb mütəmadi olaraq həmişə pulu ödədiyinə görə Şamil Xəyalın həmin pulu haradan əldə etməsini soruşmamışdır. “Təqsirləndirilən şəxs sizin işlədiyiniz Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 19 ünvanında yerləşən mərc oyunları salonunda hansı vaxtlarda daha çox mərc oyunları oynaması, uduzduğu pulların miqdarı barədə nə deyə bilərsiz?" sualına cavab olaraq bildirmişdir ki, Xəyal daha çox 2022-ci ilin noyabr ayında futbol üzrə dünya çempionatında futbol oyunlarına yazdığı kuponlarda uduzmuşdur. Xəyal yaranmış 25000 manat borcundan əlavə olaraq həmin ərəfədə oynadığı oyunlarda təxminən 20000 manat pul uduzmuşdur. Həmin ödənişləri nağd formada kupon yazdıqdan sonra ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, oğlu belə işlərlə birinci dəfədir ki məşqul olur, dostlarından pul alıb xərcləyib. Oğlunun pul aldığı adamları tanıyıram. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. Oğlu Xəyal ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmış, hərbi xidməti başa vurduqdan sonra hər hansı rəsmi işlə məşğul olmamış, Cavanşirə məxsus olan kranların fəaliyyət göstərməsi işində Xəyal köməklik məqsədi ilə Cavanşirin yanında işləmişdir. Belə ki, əvvəllər 3 ədəd kranı olsa da, lakin sonradan həmin kranlardan birini oğlu Xəyalın onlayn formada internet saytlarında mərc oyunları oynayıb uduzduğuna görə yaranmış borclarını bağlamaq üçün, digər kranı isə öz şəxsi ailə xərclərini həll etmək üçün satmışdır. Zərərçəkmiş şəxs1 isə oğlu Xəyalın dostu kimi tanımış, təxminən 2-3 ilə yaxın vaxtdır ki, Xəyalın Elminlə dostluq münasibətindən xəbərdar olmuşdur. Elminlə də həmişə Xəyalın yaxşı dostluq münasibətləri olmuş, Xəyal həmişə Elminlə mütəmadi münasibət saxlayıb dost münasibətləri saxlamışdır. Elminlə Cavanşirin də normal münasibətləri olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Oğlu Xəyal əvvəl bir dəfə qumar oyunlarında külli miqdarda pul uduzmuş, Cavanşir də həmin vaxt Xəyalın yaranmış borclarını bağlamış, həmin hadisədən sonra Xəyalın qumar oyunları oynamasından xəbəri olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Xəyal atasına Gürcüstana avtomobil gətirmək üçün gedəcəyini, Xəyal həmişə Cavanşirə öz biznesini qurmaq istədiyini, öz ayaqları üstündə durmaq üçün bir iş qurmaq lazım olduğunu dediyi üçün Cavanşir də etiraz etməmişdir. Xəyal qohumları Şahid1la birlikdə Gürcüstana gedib oradan avtomobil alıb Bakı şəhərində satıb qazanc əldə edəcəyini demiş, Cavanşir həmin vaxt Xəyal heç bir işlə məşğul olmadığı üçün Xəyalın avtomobil almaq üçün haradan pul tapdığını soruşduqda Xəyal da pulu dostundan götürdüyünü demişdir. Cavanşir Xəyalın konkret olaraq hansı dostundan və hansı miqdarda pulu götürdüyünü bilməmişdir. Xəyal təxminən 5-6 günlük Gürcüstana getdikdən sonra yenidən Bakı şəhərinə qayıtmış, Cavanşir də Gürcüstandan avtomobil almaq üçün getdiyini dediyi üçün Xəyal Gürcüstanda olanda həmin məsələ ilə bağlı ondan maraqlanmışdır. X13 dələduzların aldadacağından ehtiyat etmişdir. Xəyal da avtomobili Gürcüstandan alıb Bakı şəhərinə göndərtdirdiyini bildirmiş, Cavanşir də oğlu Xəyala inanmışdır. Xəyal Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra Zərərçəkmiş şəxs1 və Şahid2 Cavanşirlə mobil telefonla əlaqə saxlayıb yaşadığı binanın həyətində olduqlarını, danışmaq istədiklərini bildirmiş, Cavanşir də etiraz etməyib binanın həyətinə düşmüşdür. Binanın həyətində söhbət zamanı Cavanşir, Elmin və Elmir olmuş, Cavanşirə demişlər ki, oğlu Xəyala iş üçün hazırda dəqiq xatırlamasa da, təxminən 100000 (bir yüz min) manat pul vermiş, lakin Xəyal həmin pulu Bakı şəhərində, həmçinin Gürcüstanda da qumar oyunlarında uduzmuşdur. Cavanşir də həmin vaxt bildiyinə görə Xəyalın ona Gürcüstana avtomobil gətirmək üçün getdiyini dediyini bildirmiş, lakin Elmin və Elmir Xəyalın avtomobil gətirmədiyini, bütün pulu qumar oyunlarında uduzduğunu demişlər. Həmçinin Elmir və X14 avtomobil gətirmək adı ilə tapdığı pulu Elminin verdiyini də Cavanşirə demiş, Cavanşir bundan sonra Xəyalın Elmindən aldığı pullar barədə məlumatlı olmuşdur. Elmin və X3 aldığı pulu istəsələr də, Cavanşir maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, Xəyalın aldığı pulun miqdarı çox olduğu üçün həmin pulu ödəmək imkanının olmadığını demişdir. Bundan sonra Elmin və Elmir çıxıb getmişlər. Cavanşir də həmin gün Xəyalla bu məsələ barədə danışmış, Xəyal da Elmindən pul aldığını etiraf etmiş, sonra isə mərc oyunlarında, eləcə də Gürcüstanda olan vaxt kazinoda uduzduğunu bildirmişdir. “Siz oğlunuz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nə məqsədlə və hansı miqdarda pul aldığını bilirsinizmi?” sualına cavab olaraq bildirmişdir ki, Xəyal və Elmin arasında əvvəllər hansı razılaşma olduğunu bilmədiyi üçün Elminin Xəyala konkret olaraq nə məqsədlə və hansı miqdarda pul verdiyini bilməmiş, bütün olanlardan Cavanşirin Elmin və Eimir bu barədə gəiib onunla danışandan sonra xəbəri olmuşdur. Həmçinin Cavanşir hər şeyi dəqiqləşdirmək üçün oğlu Xəyalla danışanda da Xəyal baş verənləri Elminin dediyi kimi etiraf etmişdir. “Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, Zərərçəkmiş şəxs1 aldığı pulların 65000 manatını mobil telefonları sərfəli qiymətlərlə Bakı şəhərinə gətirib satışını təşkil etmək üçün, 30000 manatını Gürcüstandan avtomobil gətirib Bakı şəhərində satışını təşkil etmək üçün almış, həmçinin həmin ərəfədə maddi imkanın pis olduğunu deyərək Elmindən 10000 manat da pul almışdır. Sizin oğlunuz Xəyal əvvəllər rəsmi olaraq mobil telefon və ya avtomobil alqı-satqısı ilə məşğul olmuşdurmu? Xəyalın ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvələr rəsmi olaraq həmin fəaliyyətlə məşğul olmamış, həmin pulları nəyə görə elə deyib Elmindən aldığını, Elminlə Xəyal arasında olan danışıqlardan xəbəri olmadığı üçün həmin məsələnin detallarını Cavanşir bilməmişdir. “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulları nəyə sərf etdiyi barədə hər hansı məlumatınız varmı?" sualına cavab olaraq bildirmişdir ki, o, Xəyalın Elmindən pul almasından əvvəllər ümumiyyətlə məlumatsız olmuş, baş verənləri Elmin və Elmirdən öyrənmişdir. Yalnız həmin vaxt bilmişdir ki, Xəyal Elmindən aldığı pulları Bakı şəhərində mərc oyunlarında, eləcə də Gürcüstanda olan zaman kazinolarda uduzmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri var. Turalla həmyaşıd olduğu üçün münasibətləri də həmişə normal olmuş, mütəmadi olaraq əlaqə saxlamış, arabir görüşmüşlər. Zərərçəkmiş şəxs1 isə qohumu Xəyalın dostu kimi tanımış, onunla da Xəyalın dostu kimi salam-sağolu olmuş, bir neçə dəfə birlikdə Elminlə görüşüb Elminə məxsus restoranda çay içmişlər. Elminlə də münasibəti normal olmuş, hər hansı düşmənçilik və ədavəti olmamışdır. Xəyalla mütəmadi olaraq münasibət saxladığı üçün Xəyal 2022-ci ilin dekabr ayının əvvəllərində mobil telefon vasitəsi ilə Turalla əlaqə saxlayıb Gürcüstana getməyi təklif etmiş, mobil telefonda danışıq zamanı Xəyal birlikdə Gürcüstana gedib 1-2 dənə avtomobilə baxmaq istədiyini, eyni zamanda abu- havasını da dəyişmək üçün ora getməyi təklif etdiyini bildirmişdir. Tural da Xəyala həmin vaxt maddi imkanının olmadığını demiş, Xəyal da Turalın maddi imkanının olmadığını bildiyim demiş, həmçinin bütün gediş-gəliş xərclərini özünün qarşılayacağını bildirmişdir. Bundan sonra Tural Xəyalla birlikdə Gürcüstana getməyə razılıq vermiş, həmin vaxt Xəyalın pulu haradan əldə etməyini bilməsə də, Xəyalla qohumluq münasibəti olduğu üçün Xəyalın maddi imkanı bildiyinə görə həmin Gürcüstana gediş-gəliş xərclərini də Xəyalın rahatlıqla qarşılaya biləcəyini düşünmüşdür. Xəyalla birlikdə 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərində görüşüb Heydər Əliyev adına Beynəlxalq Aeroportuna yollanmış, aeroportda aparılan qeydiyyat və yoxlama zamanı Xəyal ona məxsus əl çantasında olan pulun bir hissəsini götürüb Turala məxsus əl çantasına qoymuş, bundan sonra yoxlama başa çatdıqdan sonra Tural həmin pulu Xəyala qaytarmışdır. Birlikdə təyyarəyə əyləşib Gürcüstan Respublikasının Tiflis şəhərinə getmiş, ora çatdıqdan sonra Tiflis şəhərinin mərkəzində yerləşən adını dəqiq xatırlamadığı hotellərdən birində Xəyalla birlikdə qalmışlar. Təxminən 1-2 gün Tiflis şəhərində olmuş, həmin vaxt orada olan bütün xərcləri Xəyal özü ödəmişdir. Tiflis şəhərində olan zaman Xəyal qumar oynamaq üçün kazinoya getmiş, Tural həmin vaxt yatdığı üçün Xəyalın getməyindən xəbəri olmamış, ancaq növbəti gün Xəyalın kazinoya getməyini bilmişdir. Bundan sonra X26 şəhərinə getməyi təklif etmiş, Xəyalın həmin təklifi etməkdə məqsədi o olmuşdur ki, həm gəzmək məqsədi ilə, həm də guya avtomobili Batumi şəhərindən alıb Bakı şəhərinə gətirəcəyi üçün Batumi şəhərinə birlikdə getməyi təklif etmişdir. Tural da etiraz etməyib Xəyalla birlikdə Batumi şəhərinə getmiş, Batumi şəhərində də 2 gün Xəyalla birlikdə vaxt keçirtmişlər. Həmin müddətdə də Xəyalla birlikdə şəhərin bir neçə məkanında vaxt keçirtmiş, axşam saatlarında isə Xəyal yənə də qumar oynamaq üçün hər gün Batumi şəhərində müxtəlif kazinolara getmişdir. Xəyalla birlikdə Batumi şəhərində, eləcə də Tiflis şəhərində olan zaman orada gecələmə, qidalanma və digər xərclərin hamısını Xəyal qarşılamışdır. İki gün Batumi şəhərində qaldıqdan sonra yenidən Gürcüstana gedəndə Xəyal əvvəlcədən 10 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə geri dönüş bileti aldığı üçün Xəyalla birlikdə Tiflis şəhərinə qayıtmışlar. Tiflis şəhərinə qayıtdıqdan sonra yənə də hotellərdən birində qalmış, Xəyal Tiflis şəhərində yənə də mütəmadi olaraq kazinoya gedib qumar oyunları oynamışdır. Tiflis şəhərində olduqları sonuncu gün Xəyal yənə də kazinoya getmiş, səhər saatlarında Xəyal qaldıqları hotelə qayıtmış və kazinoda bütün pullarını uduzduğunu demişdir. Tural həmin vaxt Xəyalın kazinoda nə qədər pul uduzduğunu bilməmiş, Xəyal yalnız üzərində Bakı şəhərinə qayıtmaq üçün pul saxladığını Turala bildirmişdir. Bundan sonra 10 dekabr 2022-ci il tarixdə Xəyalla birlikdə Bakı şəhərinə qayıtmış, Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra Elminlə Xəyal arasında pul məsələsindən xəbərdar olmuşdur. Bundan sonra Tural bilmişdir ki, Xəyalın Gürcüstanda olan zaman xərclədiyi pullar Xəyala məxsus olmamışdır. Elmin Xəyaldan ona verdiyi pulu tələb etsə də, bildiyi qədəri ilə Xəyal həmin miqdarda pulu Elminə qaytara bilməmiş, Xəyalın Elmindən hansı məqsədlə pul almağını isə Tural bilməmişdir. Həmçinin Xəyal həmin pulları Elmindən alan zaman Tural onların yanında olmamış, ona görə də Xəyalın Elmindən konkret olaraq nə qədər pul alması barədə də məlumatı olmamışdır. “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı puldan hər hansı miqdarda sizə pul vermişdirmi?’’ sualına cavab olaraq bildirmişdir ki, Xəyal Elmindən aldığı puldan Turala hər hansı miqdarda pul verməmiş, Xəyal yalnız Gürcüstanda olan zaman orada pul xərcləmişdir. Həmin vaxt da Tural Xəyalın maddi imkanının yaxşı olduğunu bildiyi üçün bütün pulun ona məxsus olduğunu düşünmüşdür. “Zərərçəkmiş şəxs1 istintaqa ifadə verərək Təqsirləndirilən şəxs Gürcüstandan mobil telefon gətirib satışını təşkil edərək ondan pul aldığını, Xəyalın Gürcüstana həmin məqsədlə getdiyini bildirmişdir. Siz Xəyalla birlikdə Gürcüstanda olan zaman sonuncu mobil telefon almaq üçün hər hansı iş görmüşdürmü?” sualına cavab olaraq bildirmişdir ki, Xəyalla birlikdə Gürcüstanda olan zaman Xəyal mobil telefon alıb Bakı şəhərində satışını təşkil etmək üçün hər hansı iş görməmiş, eləcə də digər şəxslərə pul verməmişdir. Tural Gürcüstanda olduqları müddətdə Xəyalın belə bir iş görməsini görməmiş, Xəyalın Gürcüstanda olan zaman bütün pullarını kazinoda uduzduğunu bildirmişdir. Xəyalla birlikdə Tiflis və Batumi şəhərində olan zaman Xəyal kazinodan başqa digər hər hansı yerdə böyük məbləğdə pul xərcləməmişdir, “Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, Zərərçəkmiş şəxs1 30000 (otuz min) manat pul aldıqdan sonra Gürcüstandan avtomobil alıb Bakı şəhərinə gətirib satmaq məqsədi ilə sizinlə birlikdə ora getmişdir. Təqsirləndirilən şəxs həmin puldan Gürcüstanda avtomobil almaq üçün hər hansı bir iş görmüşdürmü?” sualına cavab olaraq bildirmişdir ki, Xəyal Gürcüstanda olduqları müddətdə avtomobil almaq üçün heç bir iş görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Təqsirləndirilən şəxs isə ortaq tanışları vasitəsi ilə təxminən 5-6 ildir ki, tanımışdır. Son 3 ildə Xəyalla yaxın dostluq münasibətləri qurmuş, mütəmadi olaraq Xəyalla əlaqə saxlayıb dost kimi görüşüb birlikdə vaxt keçirmişlər. Xəyalla daimi dostluq münasibəti saxladıqdan bir müddət sonra Xəyal Elmirin və qardaşı Zərərçəkmiş şəxs1 etimadını qazanmışdır. 17 noyabr 2022-ci il tarixdə Elmir, qardaşı Elmin və Xəyalla birlikdə qardaşına məxsus ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında görüşmüş, görüş zamanı Xəyal bir qədər maddi imkanın zəif olduğunu deyib birlikdə mobil telefon alqı-satqısı işi ilə məşğul olub birlikdə qazanc əldə etməyi təklif etmişdir. Elmir və qardaşı Elmin də artıq xeyli müddətdir ki, Xəyalı tanıdıqları üçün Xəyalın təklifi ilə razılaşmış, Xəyal Gürcüstandan mobil telefon gətirib Bakı şəhərində satışını təşkil eləyib verdikləri pulun üzərində gəlir əldə edəcəklərini təklif etmişdir. Elmində pul olduğuna görə həmin puldan Xəyala müəyyən qədər verə biləcəyini demiş, Xəyal da həmin pulu və üzərində satışdan əldə etdiyi gəlirlə birlikdə bir ay müddətində, yəni 17 dekabr 2022-ci il tarixdə qaytaracağını vəd vermişdir. Xəyal Bakı şəhərində mobil telefon alqı-satqısı ilə məşğul olan tanışları vasitəsi ilə Gürcüstandan gətirdiyi mobil telefonların satışını tez bir zamanda təşkil edəcəyini də söz vermiş, Elmir və qardaşı Elmin də Xəyala inanmışlar. Bundan sonra həmin görüş zamanı Xəyal ilkin olaraq söz verdiyi kimi mobil telefonları Bakı şəhərinə gətirib satışını təşkil etmək üçün ilkin olaraq 65000 (altmış beş min) manat pul lazım olduğunu demiş, Elmin də həmin pulu verməyə razılaşmışdır. Bundan sonra həmin gün qardaşına məxsus ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Elmin Xəyala 65000 (altmış beş min) manat pulu vermiş, həmin pulla Xəyal bütün işləri görəcəyini vəd verib onları inandırmışdır. Xəyal pulu götürdükdən sonra 20 gün ərzində mobil telefonları gətirib burada satışını təşkil edəcəyini, həmçinin ən geci də 17 dekabr 2022-ci il tarixdə qardaşı Elmindən aldığı pulu və satışdan əldə etdiyi gəliri də verəcəyinə vəd vermişdir. Təxminən bir neçə gün sonra Xəyal yənə də qardaşı Elmindən mobil telefon alqı-satqısı işinə görə pul lazım olduğunu bildirib Elmindən 30000 (otuz min) manat pul istəmiş, Elmin də Xəyala inandığı üçün həmin pulu verməyə razılaşmışdır. Xəyal yənə də Elminə məxsus ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Elmindən 30000 (otuz min) manat pul almış, Xəyal həmin pulu da götürəndə tez bir zamanda mobil telefonları gətirib Bakı şəhərində satacağını demişdir. Bundan bir neçə gün sonra, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində Xəyal həmin işə görə Gürcüstana getdiyini, Gürcüstana 5 günlük gedib-gələcəyini bildirmişdir. 10 dekabr 2022ci il tarixdə Xəyal Bakı şəhərinə qayıtmış, təxminən 1-2 gün sonra yənə də ünvan 3 ünvanında yerləşən “La Terracce” restoranında Elmir, qardaşı Elmin və Xəyal görüşmüşlər. Görüş zamanı Elmir və Elmin Xəyaldan aldığı pulla gətirməyə söz verdiyi mobil telefonları gətirib-gətirmədiyini, həmçinin onun söz verdiyi müddətin az qaldığını deyərək aldığı pulu və gəliri nə vaxt verəcəyini soruşmuş, Xəyal da görüş zamanı mobil telefonları gətirib Bakı şəhərində satdığını və bütün pulları da qumar oyunlarında uduzduğunu bildirmişdir. Həmçinin Xəyal bu barədə atasına dediyini bildirmiş, 20 dekabr 2022-ci il tarixədək aldığı pulları qaytaracağına söz vermiş, lakin sonradan müxtəlif bəhanələrlə aldığı pulu qaytarmamışdır. Həmçinin 01 fevral 2023-cü il tarixdə X20 birlikdə iş görəcəyinə vəd verərək aldığı pulu qaytarmadığını görüb həmin pul məsələsinə görə Xəyalın atası Şahid4 ilə görüşüb bu barədə ona da demiş, Şahid4 həmin vaxt oğlu Xəyalın Elmindən iş görüb birlikdə qazanc əldə etmək adı ilə pul aldığını bilmişdir. Şahid4 həmçinin oğluna görə pul verməyəcəyini bildirmiş, Elmir və Elmin bir neçə dəfə Xəyaldan aldığı pulu geri qaytarmasını tələb etsələr də, Xəyal hal-hazıradək aldığı pulu qaytarmamışdır. “Təqsirləndirilən şəxs qardaşınız Zərərçəkmiş şəxs1 ümumilikdə nə qədər pul almışdır? Həmin pulları almasının səbəbi nə olmuşdur?” sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mobil telefon gətirib Bakı şəhərində satışını təşkil edəcəyinə vəd verərək Elmindən ümumilikdə 95000 {doxsan beş min) manat pul almışdır. Həmçinin həmin ərəfədə Xəyal maddi imkanın pis olduğunu bildirirək Elmindən 10000 (on min) manat da borc pul almışdır. Xəyal aldığı 95000 (doxsan beş min) manat pulu iş görmək adı ilə alsa da, heç bir iş görməmiş, sonradan Elmir və Elmin öyrənmişlər ki, Xəyal aldığı bütün pulların bir hissəsini öz borclarına vermiş, bir hissəsini isə qumar oyunlarında uduzmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə uzaq qohumluq əlaqəsi var. Zülfüqaria həmişə münasibəti yaxşı olmuş, eyni yerdə də birlikdə işləmişlər. Təqsirləndirilən şəxs isə Zülfüqara görə tanımış, Təqsirləndirilən şəxsla da hər hansı düşmənçilik və ədavəti olmamışdır. Xəyalı əvvəllər tanımamış, tanımağına səbəb isə Xəyalın Zülfüqaria aralarında olan pul məsələsi olmuşdur. Belə ki, Riad Zülfüqaria mütəmadi olaraq münasibət saxladığına və Riadı Zülfüqarın ailəsi də tanıdığına görə həmişə aralarında etibarlı münasibətlər olmuşdur. 12 noyabr 2022-ci il tarixdə Zülfüqarın əmisi Loğman müəllim işlədikləri "xxxx" ASC-nin ofisinə dəvət edib bir məsələ ilə bağlı danışmaq istədiyini demişdir. Danışıq zamanı Loğman müəllim bildirmişdir ki, Xəyal adlı bir nəfər şəxs var, Zülfüqardan pul almış, həmin pulu qaytarmağı öhdəsinə götürsə də, sonradan müxtəlif bəhanələrlə maddi imkanının olmadığını deyərək aldığı pulu qaytarmaqdan imtina etmişdir Həmçinin Loğman müəllim qeyd etmişdir ki, Xəyal pulu qaytarmaq üçün müəyyən qədər vaxt istəmiş, lakin aldığı pulu yənə də qaytara bilməmişdir. Guya Xəyal həmin pulu qaytarmaq üçün mülkiyyətində müəyyən qədər əmlakı olduğunu, onları satıb həmin pulu da gələcəkdə tam həcmdə qaytaracağını vəd vermişdir. Zülfüqar həmin vaxt ölkə ərazisində olmadığı üçün Loğman müəllim Riada Xəyalın pulu qaytarması üçün formal olaraq notarial qaydada müqavilə bağlanmalı olduğunu demiş, həmçinin xahiş etdi ki, etibar etdiyi üçün həmin müqavilə də Xəyalla Riad arasında bağlansın. Riad da etiraz etməmişdir. Elə həmin gün Loğman müəllimin vasitəsi ilə Riad Xəyalla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 5 saylı Asan Xidmət Mərkəzində görüşmüş, Xəyalı da ilk dəfə orada görmüşdür. Xəyalla arasında dostluq və tanışlıq münasibətləri olmadığı üçün aralarında hər hansı söhbət olmamış, göründüyü qədəri ilə Xəyal həmin müqavilənin bağlanmasına da razı olmuşdur. Çünki pulu qaytara bilmədiyinə görə Xəyal müqavilə bağlayıb həm bir qədər vaxt qazanmağa çalışmış, həm də həmin məsələdən ailəsinin xəbəri olmasını da istəməmişdir. Onu da qeyd etmişdir ki, ora çatanda Xəyal Riaddan əvvəl ora çatmışdır. Həmçinin Riad tələsdiyi üçün müqavilənin məzmununun tam hazır olmasını, tez gəlib qol çəkib gedəcəyini xahiş etmiş, ora çatdıqdan sonra müqavilələr Riadla Xəyala təqdim olunmuşdur. Riad həmin vaxt müqavilənin məzmunu ilə tanış olmuş və Loğman müəllimin xahişi ilə Zülfüqarın əvəzinə tərəf olduğu müqavilədə Xəyalın qaytarması nəzərdə tutulan pulun miqdarının həmin dövrün məzənnəsi ilə 76500 manat təşkil edən 45000 ABŞ dolları olduğunu görmüşdür. Həmçinin müqavilənin ikinci bəndinə görə Xəyal həmin pulu 12 dekabr 2022ci il tarixdə qaytarmalı imiş. Riad və Xəyal müqavilə ilə tanış olduqdan sonra heç bir etirazları olmadığı üçün müvafiq olaraq müqaviləni öz imzaları ilə təsdiq etmiş, orada Xəyalla başqa hər hansı danışığı olmamış və sağollaşıb çıxıb getmişdir. Həmçinin bir müddət keçsə də, Xəyal yənə aldığı pulu qaytarmamış, Xəyalı həmin məsələ ilə bağlı sonra bir dəfə Nizami Rayon İcra şöbəsində görmüş, orada Xəyal və Riadın iştirakı ilə icra şöbəsinin əməkdaşı həmin müqavilədə nəzərdə tutulan öhdəliyi pozduğuna görə Xəyalla bir qədər söhbət etmişdir. Xəyal yənə də həmin söhbət zamanı da vaxt istəmiş, lakin yənə də hər hansı miqdarda pul qaytarmamışdır. Bundan başqa bildirmişdir ki, Loğman müəllimin xahişi ilə Xəyalla müqavilə bağlanan zaman Zülfüqar və Xəyal arasında olan pul məsələsinin detallarını bilməmiş, həmçinin həmin məsələnin detallarını da nə Zülfüqardan, nə də Xəyaldan soruşmuşdur. Lakin bir müddət keçdikdən sonra Riad Zülfüqardan və Zülfüqarın vəkili Vahid müəllimdən eşitdir ki, Xəyal həmin pulları Zülfüqardan birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. X25 demişdir ki, Xəyalı öz tanışları vasitəsi ilə qaldırıcı maşınları (kranları) olan şəxs kimi tanımış, həmçinin Xəyalın həmin qaldırıcı maşınların istifadəsindən xeyli miqdarda qazanc əldə etdiyini Xəyaldan eşitmişdir. Xəyal da ona gələcəkdə qaldırıcı maşın alaraq birlikdə qazanc əldə etməyi təklif etmiş, lakin Xəyal vəd verdiyi kimi hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq üçün heç bir ış görməmişdir. Bundan başqa Xəyal eşitdiyinə görə bütün pulları da qumar oyunlarında uduzmuş, Riad bütün bunları bildikdən sonra başa düşmüşdür ki, Xəyalın könüllü olaraq böyük miqdarda, yəni müqavilədə göstərilən kimi 76500 manat pulu ödəməyi öhdəsinə götürməsi vaxt qazanmaq olmuş, lakin müqavilə bağlandığı 12 noyabr 2022-ci il tarixdən hazıradək Xəyal hər hansı miqdarda pul geri qaytarmamışdır. Riad Xəyalla bağlanan müqavilənin surətini də hazırda ifadəsinə əlavə olaraq istintaqa könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 polis orqanına müraciət edərək Təqsirləndirilən şəxs ondan şikayəti olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “ekran şəkillərinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ekran şəkillərinin Təqsirləndirilən şəxs ilə aralarında “Whatsapp" mobil telefon tətbiqi vasitəsi “Xayal066” adı ilə qeyd olunmuş ***- ***-**-** mobil nömrəsi ilə aparılmış yazışmalar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, həmin danışıqlar Xəyalın ilkin olaraq ondan pulu almasından bir gün əvvəl aparılmışdır. Həmin danışıqlara baxış keçirən zaman müəyyən edilmişdir ki, Xəyal Elminə yazışmalarda bir nəfər tanışının mobil telefon alqı-satqısı ilə məşğul olmasını həmin şəxsin 28-də yəni “28 May” və “Neftçilər” metrostansiyası yaxınlığında 12-13 mağazası olduğunu demiş, Xəyal həmin şəxsin hər həftə mobil telefonların gətirilməsi ilə məşğul olduğunu bildirərək birlikdə 60-70 min manat qoyub gələcəkdə 6 min manat xeyir qazanacaqlarını, həmin pulu da 3-3 böləcəklərini təklif etmişdir. Həmçinin bu işdən başqa bir iş də olduğunu, görüşəndə həmin işlə də bağlı danışacağını qeyd etmişdir. Bundan başqa pulu götürmək üçün Xəyal Elmidən işə gedib pulu ayırıb qoymasını xahiş etmişdir. Həmçinin Elmin danışıqlarda Xəyala pulu növbəti ayın 18-dək geri qoymalı olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli “qəbzlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş qəbzlərinə istifadə etdiyi pulların dələduzluq yolu ilə ələ keçirdiyi pullar olduğunu bildirmişdir. Həmçinin təqdim edilmiş ödəniş qəbzlərinə baxış zamanı Xəyal qeyd etmişdir ki, qəbzin yuxarı sağ küncündə qeyd olunan məbləğ həmin oyun kuponu üçün sərf etdiyi pulun miqdarıdır. Belə ki, 26.11,2022ci il tarixli 16:34:29-da çap olunmuş oyun kuponuna 3000 manat, 23.11,2022-ci il tarixli 16:48:30-da çap olunmuş oyun kuponuna 5600 manat, 21,11,2022-ci il tarixli 16:10:06da çap olunmuş oyun kuponuna 3000 manat, xx.xx.2022-ci il tarixli 17:00:06-da çap olunmuş oyun kuponuna 3000 manat, 23.11,2022-ci il tarixli 16:30:29-da çap olunmuş oyun kuponuna 7000 manat, 23.11,2022-ci il tarixli 16:24:04-də çap olunmuş oyun kuponuna 500 manat, xx.xx.2022-ci il tarixli 17:01:11 -də çap olunmuş oyun kuponuna 4000 manat, xx.xx.2022-ci il tarixli 19:43:40-da çap olunmuş oyun kuponuna 3000 manat, xx.xx.2022-ci il tarixli 19:50:14-də çap olunmuş oyun kuponuna 3000 manat, xx.xx.2022-ci il tarixli 20:01:17-də çap olunmuş oyun kuponuna 2500 manat, xx.xx.2022ci il tarixli 16:50:29-da çap olunmuş oyun kuponuna 4000 manat, xx.xx.2022-ci il tarixli 22:58:58-də çap olunmuş oyun kuponuna 7865 manat, xx.xx.2022-ci il tarixli 18:57:23-də çap olunmuş oyun kuponuna 4420 manat, xx.xx.2022-ci il tarixli 16:31:45-də çap olunmuş oyun kuponuna 3000 manat pul sərf etmişdir. İki ədəd təqdim olunan oyun kuponlarında pulun miqdarı qeyd olunmamışdır. Ümumilikdə həmin ödəniş kuponlarına Xəyal 53885 (əlli üç min səkkiz yüz səksən beş) manat pul sərf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Şahid5 Təqsirləndirilən şəxs Zülfüqar Zütfüqarlıdan birlikdə iş görüb qazanc edəcəklərini yalandan vəd verib 76500 manat pulunu ələ keçirdiyinə görə Zərərçəkmiş şəxs2 əvəzinə Təqsirləndirilən şəxsla həmin müqaviləni bağlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən təqdim edilmiş "fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə’’-dən görünür ki, Təqsirləndirilən şəxs ölkə ərazisinə zərərçəkmiş şəxslərə vəd verdiyi kimi mobil telefonlar və nəqliyyat vasitələri gətirməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş 18 may 2023-cü il tarixli arayışdan görünür ki, dövlət reyestrində Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Bundan əlavə, cinayət işinin materiallarından və zərərçəkmiş şəxslərin ifadələrindən müəyyən olunur ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, evli olmaqla yetkinlik yaşına çatmayan bir uşağının olmasını, hazırkı cinayət işi üzrə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməsini və əməlini (təqsirini) etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olmuş, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə araşdırması dövrü ərzində 04 (dörd) ay 24 gün müddətində tutulmaqla həbsdə və ev dustaqlığında olmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə araşdırması zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 24 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək), onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Çavanşir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Çavanşir oğlunun tutularaq həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 24 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Çavanşir oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Çavanşir oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Çavanşir oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.