Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-816/2022 24.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 22 noyabr 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, H.Vəzirov küçəsi, döngə 1, ev 24 A-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələr və psixotrop maddələr qəbul edilməsini razılaşdıqdan sonra 05 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1B saylı evin bir otağını Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin istehlakı məqsədi ilə verməklə mənzildə narkotik vasitə və psixotrop maddələrin qəbul edilməsinə şərait yaratmaqla tiryəkxana təşkil etmiş, Təqsirləndirilən şəxs2 həmin yaşayış sahəsində 04 noyabr 2021-ci il tarixədək yaşamaqla, yanaşı narkotik vasitə və psixotrop maddələri istehlak etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,457 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B saylı evə daşıyıb gətirdikdən sonra birlikdə narkotik vasitələri və psixotrop maddələri elektron tərəzidə çəkərək 9 (doqquz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda - 8,457 qram narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram narkotik vasitə qurudulmuş marixuananı bükümlərə bölərək, həmin bükümləri mənzilin otağında dolabda qutuda və odeyalda sellofan bükümdə saxladıqdan sonra, o, həmin bükümlərdən 0,356 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 isə 0,488 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə özü ilə götürərək, yaşadıqları Əliyar Əliyev küçəsi, ev 1B saylı ünvanının yaxınlığında olarkən, 04 noyabr 2021-ci il tarixdə, saat 22:40 radələrində Nərimanov RPİ-nin X2 və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına aparılmışlar, orada xidməti otaqların birində 04 noyabr 2021-ci il tarixdə, saat 23:25-də Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş, içərisində təmiz çəkisi 0,488 qram narkotik vasitə qurudulmuş marixuana, 05 noyabr 2021-ci il tarixdə, saat 00:50-də Təqsirləndirilən şəxs1 üzərindən isə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli 1 (bir) ədəd kağızına bükülmüş, içərisində təmiz çəkisi 0,356 qram narkotik vasitə heroin bükümü, 05 noyabr 2021-ci il tarixdə onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B saylı evdə axtarış aparılarkən mənzildə otaqda yerləşən dolabın içərisindəki qutuda və döşəmədə olan dolabın içərisində 8 (səkkiz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda 8,101 qram narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri qalmış 1 (bir) ədəd elektron tərəzi, şüşə ampula və pambıq kəsiyi aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,457 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B saylı evə daşıyıb gətirdikdən sonra birlikdə narkotik vasitələri və psixotrop maddələri elektron tərəzidə çəkərək 9 (doqquz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda - 8,457 qram narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram narkotik vasitə qurudulmuş marixuananı bükümlərə bölərək, həmin bükümləri mənzilin otağında dolabda qutuda və odeyalda sellofan bükümdə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 həmin bükümlərdən 0,488 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs1 isə 0,356 qram çəkidə narkotik vasitə heroini satmaq məqsədi ilə özü ilə götürərək, yaşadıqları Əliyar Əliyev küçəsi, ev 1B saylı ünvanının yaxınlığında olarkən, 04 noyabr 2021-ci il tarixdə, saat 22:40 radələrində Nərimanov RPİnin X2 və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Nərimanov RPİnin inzibati binasına aparılmışlar, orada xidməti otaqların birində 04 noyabr 2021-ci il tarixdə, saat 23:25-də Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş, içərisində təmiz çəkisi 0,488 qram olan narkotik vasitə qurudulmuş marixuana, 05 noyabr 2021-ci il tarixdə, saat 00:50-də Təqsirləndirilən şəxs1 üzərindən isə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində təmiz çəkisi 0,356 qram olan narkotik vasitə heroin bükümü, 05 noyabr 2021-ci il tarixdə onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1B saylı evdə axtarış aparılarkən, mənzildə otaqda yerləşən dolabın içərisindəki qutuda və döşəmədə olan dolabın içərisində 8 (səkkiz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda - 8,101 qram narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri qalmış 1 (bir) ədəd elektron tərəzi, şüşə ampula və pambıq kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, yalnız narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları onu Əliyar Əliyev küçəsində yerləşən “Okean” marketə gedərkən saxlamışlar. O, ittiham aktında yazılanlarla razı deyil. İttiham aktında qeyd olunmuşdur ki, onu Təqsirləndirilən şəxs2la birlikdə saxlamışlar. Lakin onu saxlayandan 1-2 saatdan sonra polislər digər təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 saxlamışlar. O, Təqsirləndirilən şəxs2 bir həmyerli kimi tanımışdır. Rəşadın “Nərimanov” parkında aparatı olmuş və Rəşad orada səyyar ticarətlə məşğul olmuşdur. O, tutulmamışdan 15-20 gün əvvəl avtomobil qəzası keçirmişdir. Təqsirləndirilən şəxs2 da ona ilkin tibbi yardım göstərmiş və onun ailə üzvləri evdə olmadığından Rəşad onun evinə gələrək yardım etmişdir. Həmin ərəfədə polis müstəntiqi, lakin adını tam xatırlamadığı “Rövşən” adlı müstəntiq gəlmişdir. O, narkotik vasitədən arada ağrılarının azalması üçün istifadə etmişdir. Karantin rejimi olduğundan o, 1-2 qram alıb ağrıları olduğu zaman qəbul etmişdir. Polis əməkdaşları onu tutduqda, onun üstündə az miqdarda, yəni 1 (bir) ədəd büküm olmuşdur. O, həmin bükümdə olan narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə Polis İdarəsində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuşdur. Polis əməkdaşları onu saxladıqları gün gecə saat 02:00 radələrində qeyriqanuni olaraq onun evinə daxil olmuşlar. Bu zaman polislər onun evində heç nə aşkar etmədiklərindən yenidən saat 03:00-04:00 radələrində gələrək 9-10 ədəd bükümdə kiçik miqdarlarda narkotik vasitəni onun evində müəyyən əşyaların içində və altında yerləşdirmişlər. Saat 05:00 radələrində isə onları videoçəkilişlə evə aparıb evdə özləri tərəfindən yerləşdirilmiş narkotik vasitələri ya ona məxsus olduğunu, ya da Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirməyini istəmişlər. Polis əməkdaşları tərəfindən onun evinə narkotik vasitə yerləşdirilməsini görən şahidlər var. Onun vəkili ibtidai istintaq zamanı hüquqlarını müdafiə etməmişdir. Müstətiq bir dəfə gəlib onu dindirmişdir. O, MSY-də 7-8 gün qaldıqdan sonra onu 3 saylı İstintaq Təcridxanasına 2 (iki) dəfə aparıb-gətirmişlər, orada onu 4-5 gün saxlamışlar, oradan da “Korona” müalicəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs2 ilə heç bir qeyri-qanuni iş görməmişdir. Həmin müddət Təqsirləndirilən şəxs2 müalicədə olmuş və onlar ayrı-ayrılıqda tutulmuşlar. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, qeyd edilən maddə üzrə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun “Nərimanov” rayonunda yerləşən parkda aparatı olmuşdur. O, həmin aparat vasitəsilə popkorn (partladılmış qarğıdalı) düzəldərək satmışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etməsə də, 2021-ci ilin yanvar ayından narkotik vasitədən istifadə etməyə başlamış və fevral ayında narkotik vasitədən istifadə etdiyi üçün müalicə almağa başlamışdır. Digər Təqsirləndirilən şəxs1 onun işlədiyi parka nəvəsini gəzdirməyə gətirmişdir. O, Təqsirləndirilən şəxs1 həmin vaxt tanımış və sonradan sonuncu onun həmyerlisi olduğunu bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkoloji müalicəsi ilə bağlı dərmanlar və yarım qramdan az çəkidə narkotik vasitə marixuana olmuşdur. Onun üzərində başqa narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra Polis şöbəsinə apararaq orada onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində olan az miqdarda narkotik vasitə marixuana aşkar edilmişdir. Lakin polislər ondan əl çəkməmişlər və ona təzyiq göstərərək döymüşlər və ittiham aktında göstərilmiş narkotik vasitə ilə şərləmişlər. İttiham aktında göstərilmiş narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 04 noyabr 2021-ci ildə iş yoldaşları ilə birlikdə xidmət apararkən 2 (iki) nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər suallardan yayınmışlar, özlərini şübhəli apararaq oradan uzaqlaşmaq istəmişlər. Həmin şəxslərin özlərini şübhəli aparmaları onları şübhələndirmiş və ona görə də onlar həmin şəxsləri Nərimanov RPİ-yə dəvət etmişlər. Bundan sonra həmin şəxslər onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getmişlər. Orada həmin şəxslər özlərini şübhəli apardıqlarından üzərlərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 verilmiş suala cavab olaraq, həmin narkotik vasitəni Xaçmaz rayonunda olarkən “Yalama” stansiyası tərəfdə yoldan tapdığını və narkoman olduğundan həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm açıldıqda, içindən qurudulmuş ota oxşar vasitə aşkar edilmişdir. Daha sonra həmin vasitənin qadağan edilmiş vasitə olub-olmamasını müəyyən etmək üçün həmin kütlə ekspertizaya göndərilmişdir. Daha sonra digər şəxs, yəni Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və həmin vaxt sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümdə narkotik vasitə olduğunu və narkotik vasitəni 10 manata öz istifadəsi üçün bir neçə gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş büküm ekspertizaya göndərilmişdir. Daha sonra həmin şəxslərin birlikdə yaşadıqları ünvana, yəni ünvan 1arış keçirilmişdir. Evdə axtarış keçirilərkən evdən müxtəlif bükümlərdə narkotik vasitələrə oxşar maddələr və dərmanlar aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, 04 noyabr 2021-ci tarixdə Nərimanov RPİ-nin əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid4 və Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ilə birlikdə xidməti ərazidə olarkən saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində iki nəfərin özlərini şübhəli aparmalarını görmüşlər. Sonra onlar həmin şəxslərə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Bu vaxt həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs2 onlardan qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxsdən cavan olduğundan çox sürətlə qaçmışdır. Ona görə də polislərdən iki nəfəri Təqsirləndirilən şəxs1 saxlamışlar, o isə digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs2 arxasınca qaçaraq sonuncunu yaşadığı ünvanın qarşısında saxlamışlar. Bundan sonra onlar həmin şəxsləri birlikdə Nərimanov RPİ-ə aparmışlar. Sonra bu barədə Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra saxladıqları hər iki şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə marixuanaya oxşar vasitə, bir neçə dənə də dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən çıxan dərmanlarla bağlı reseptin olduğunu bildirib həmin resepti onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar vasitə aşkar edilmişdir. Hər iki saxlanılan şəxs üzərlərindən aşkar edilmiş narkotik vasitələri öz istifadələri üçün əldə etdiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı evə baxış keçirmişlər. Baxış keçirdikləri ev iki otaqdan ibarət olmuş, sağ tərəfdəki otaqda Rəşad və İntiqam birlikdə qalmışlar. Sol tərəfdəki otaqda isə İntiqamın yoldaşı qalmışdır. Evə baxış keçirilən zaman evdə olan narkotik vaistələrin yerini onlara Təqsirləndirilən şəxs1 göstərmişdir. Demək olar ki, evin hər yerində balaca bükümlərdə narkotik vasitələr, istifadə edilmiş dərman ampulalarının qırıqları, istifadə edilmiş şprislər olmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs2 çəkinərək Rəşadın evdə gizlətdiyi narkotik vasitələrin yerini ayağını gizlədilmiş yerlərə qoyaraq, bəzən də həmin yerlərə möhkəm basaraq bildirmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 özünü çox aqressiv aparmış, Təqsirləndirilən şəxs1 isə özünü sakit aparmış və yaşadıqları evdə narkotik vasitələrin olduğu yeri onlara demək olar ki, bildirmişdir. Evdə axtarış keçirilən zaman elektron tərəzi, xırda bükümlərdə narkotik vasitə və psixotrop maddə metamfetamin, şpris, dərman həblər aşkar edilmişdir. Qeyd edilən əşyalar aşkar edildikdən sonra Təqsirləndirilən şəxs1 evdən aşkarlanmış həmin narkotik vasitə və psixotrop maddələrin Rəşada məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitələrin özünə məxsus olmadığını, əksinə həmin evdə qonaq olduğunu və narkotik vasitələrə aidiyyətinin olmadığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 21 noyabr 2021-ci ildə digər polis əməkdaşı ilə birlikdə Nərimanov rayonu ərazisində xidmət apararkən iki nəfər şəxsin Əliyar Əliyev 1B ünvanında özlərini şübhəli apardıqlarını görmüşdür. Bunu görüb onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər verilən suallardan yayınmağa çalışdıqlarına, davranış və hərəkətləri ilə özlərini şübhəli apardıqlarına görə onlar həmin şəxsləri Nərimanov RPİ-yə dəvət etmişlər. Orada təhqiqatçı Rafiq Ağaəliyevin yanında həmin şəxslərin üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 cibindən 1 (bir) ədəd bükümü çıxararaq həmin bükümün içində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 həmin bükümün içində nə olduğunu soruşduqda, sonuncu bükümün içində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümü çıxararaq həmin bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra aşkar edilmiş vasitələr ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əridir. O, bir müddət əvvəl avtomobil qəzasına düşmüşdür. Ona görə də onun yaddaşında problem yaranmışdır. O, Rəşad İsgəndərovu tanıyır. Onlar həmyerlidirlər. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarı kimi tanınan ərazidə yaşamışdır. O, hal-hazırda da orada yaşayır. Onların evləri 3 (üç) otaqdan ibarətdir. O, qəza keçirməsi ilə əlaqədar bir müddət yataq xəstəsi olmuşdur. Həmin müddətdə bir xanım ona baxmışdır. Onlar, yəni həmin xanım, o və onun balaca nəvəsi bir otaqda qalmışlar. İntiqam isə digər otaqda qalmışdır. O, İntiqamdan xahiş etmişdir ki, onun yanında xanımın qala bilməsi üçün digər otaqda qalsın. O, evə kimin gəlib-getdiyindən məlumatsız olmuşdur, çünki yataq xəstəsi olduğundan ayağa dura bilməmişdir. O, bir dəfə Rəşadın telefon nömrəsinə yığıb sonuncudan xahiş etmişdir ki, İntiqamı maşın vurub, özü İntiqamın yanına gedə bilmədiyimdən Rəşad İntiqamın yanına getsin və sonuncunu evə gətirsin. Rəşad aradabir İntiqamın yanına gəlmiş, hərdən İntiqamla birlikdə qalmışdır. Rəşad bəzən İntiqamın yanında qalmış, bəzən də qalmamışdır. İntiqamın narkotik vasitə istifadə edib-etməməsi barədə onun məlumatı yoxdur. Əvvəllər İntiqam çox içirmiş. Əvvəl o, işləyirmiş, səhər gedib, axşam evə gəlmişdir. O, İntiqamın narkotik vasitə istifadə etməsini bilməmişdir. İntiqam ilə onun münasibəti içki içməsinə görə pozulmuşdur. Belə ki, İntiqam içki içib evə gəlirmiş, evdə onu və uşaqlarını incidirmiş. İntiqam tutulan gün marketə qara çörək almağa getmişdir. Lakin İntiqam evə gəlməmişdir. O, İntiqamın mobil nömrəsinə zəng vurmuş, lakin İntiqam cavab verməmişdir. Daha sonra evə polislər gəlmişlər və ona bildirmişlər ki, polislər İntiqamı narkotik vasitəyə görə tutmuşlar. O, buna inanmamışdır. Daha sonra polislər otağa girmişlər. Bu vaxt o, öz otağına keçmiş və qapını bağlamışdır. İntiqamı polislər səhərə yaxın evə gətirmişlər. O, evdə nə aşkar edilməsini bilmir, lakin onun bildiyinə görə polislər 1-2 dənə nə isə götürüb torbaya qoymuşlar və sonra çıxıb getmişlər. Onun başqa məlumatı yoxdur. Şahid X3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyət yarandığından məhkəmə Şərabanu Əliyevanın ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq edilməsini zəruri hesab etmişdir. Şahid X3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 39 ildir ki, Təqsirləndirilən şəxs1 ilə evli olmuşdur. Birgə nikahdan onların 3 (üç) övladı var. İki övladı ayrı, qızı isə onunla birlikdə yaşayır. O, heç bir yerdə işləmir. Əri Təqsirləndirilən şəxs1 4-5 dəfə olar ki, məhbusluq həyatı yaşamışdır. O, özü allaha ibadət edən, namaz qılan qadındır. Həmin ev əri İntiqama məxsus olmuş və onlar orada qeydiyyatda olmuşlar. Əri Təqsirləndirilən şəxs1 heç bir yerdə işləməmişdir. İntiqam mütəmadi olaraq narkotik vasitələr qəbul etmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində, əri İntiqam qaldığı üç otaqlı mənzilin bir otağına tanışı, sonradan adını bildiyi X17 adlı şəxsin yaşamasına icazə vermişdir. İntiqam ilə Rəşad mütəmadi olaraq həmin otaqda narkotik vasitə qəbul etmişlər və bu səbəbdən də o, İntiqama narkotik vasitə qəbul edən gün onun və qızının qaldığı otağa girməməsini bildirmişdir. Çünki o, namaz qıldığı üçün İntiqamın bu hərəkətlərini qəbul edə bilməmişdir. Bu səbəbdən də o, İntiqamın onun qaldığı otağa arabir ayıq vaxtı girdiyini bildirmişdir. O, İntiqamgilin narkotik vasitə satıb-satmamalarından məlumatsız olmuşdur. X20 həmin otaqda narkotik vasitə qəbul etmişlər. O, əri İntiqama narkotik vasitə qəbul etdiyinə görə qorxusundan heç vaxt irad tuta bilməmişdir. Rəşad həmin otaqda müvəqqəti yaşamış və orada yaşamasına görə ona və ərinə pul verməmişdir. 04 noyabr 2021-ci il tarixdə Rəşad və İntiqam axşam vaxtı küçədə olarkən polislər tərəfindən tutulmuşlar və səhəri günü isə mənzildə axtarış aparılmışdır. Axtarış zamanı o, kənarda durub baxmışdır. Axtarış zamanı otaqdakı dolabdan və yataq üzərində olan odeyalın içərisindən şprislər, narkotiok vasitələr bükümlər halında, sonradan bildiyi psixotrop maddələr, çoxlu sayda dərmanlar, tərəzi və yadında qalmayan sair əşyalar aşkar edilərək götürülmüşdür. Protokol yazılmış və videoçəkiliş aparılmışdır. O, həmin əşyaların İntiqamın və Rəşadın olduğunu bilmişdir. Həmin narkotiki İntiqam və Rəşad birlikdə qəbul etmişlər. O, Rəşadın qaldığı otağa başqa kiminsə gəlməsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2021-ci il tarixli resept blankından (cild 1, vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs2 “Diarepiks 5 mg N40”, “Korbomarepni N30” adlı dərman preparatları yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş resept blankından (cild 1, vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs2 “Relonium”, “Klofellin” adlı dərman preparatları yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanının qarşısında olduqları zaman özlərini şübhəli apardıqları üçün Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİyə aparılmışlar və orada Növbətçi Hissəyə təhvil verilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 7) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21-22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-27) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən adi kağız parçasına bükülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə marixuananı, boynundan asdığı, dəri əvəzləyici materialdan tikilmiş əl çantasının içərisindən üzərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X15 Hüquqi Şəxsi, xx.xx.2021-ci il xəstə İsgəndərov, həkim Baxışova F, C AP Tramadol 50,0 N 60; Tab: Diarepıks 5 mg N 40; Tab Korbomazepin N 30; Sol: Relanium ).5/20 N 3;və Tab. Klofellin 15 N 20 yazıları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X15 Hüquqi Şəxsin ştampları və möhürü olan 2 (iki ədəd) dərman resepti, üzərində “Tramadol 50 mq” yazıları yazılmış, içərisində 1 (bir) ədəd bir hissəsi ağ, digər hissəsi isə göy rəngli olan kapsulu, üzərində “Lekxim Karabanazepin 10 Tabletok po 200 mq” yazıları yazılmış, içərisində ağ rəngli 6 ədəd tabletka olan listi, üzərində “Vazonidin 0,2 clonidine” yazıları yazılmış, içərisində ağ rəngli 6 ədəd tabletka olan listi, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10, 5, 1 manatlıq pul əskinaslarını, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən “Samsung J1” markalı, həmin gödəkçənin sol yan cibindən “ARDO” yazıları olan, içərisində 6 (altı) ədəd siqaret olan 1 (bir) ədəd siqaret qutusunu da könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild 1, vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs1 1 (bir) ədəd alışqanı, 10 (on) Azərbaycan qəpiyini, A 17181848 nömrəli 10 (on) nominallı, A 31465464 nömrəli 10 (on) nominallı, A 04134079 nömrəli 5 (beş) nominallı, C 54092914 nömrəli 5 (beş) nominallı, C 19638510 nömrəli 5 (beş) nominallı, G 50676772 nömrəli 1 (bir) nominallı, G 17859799 nömrəli 1 (bir) nominallı, F 05565330 nömrəli 1 (bir) nominallı, F 18156376 nömrəli 1 (bir) nominallı, F 75780862 nömrəli 1 (bir) nominallı və F 66877600 nömrəli 1 (bir) nominallı pul əskinaslarını təhqiqatçıdan təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1143 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-39) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Hüseyn R....” yazı və imzalar olan zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,488 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 61-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 66-68) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağız parçasına bükülmüş, içərisində narkotik vasitə heroin olan 1 (bir) ədəd bükümü, “Samsung J7” markalı mobil telefonu, 1, 5, 10 manatlıq əskinasları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4920 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 78-82) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “İştirakçılar 1.imza F. Nəbiyev....” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 92-93) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşadıqları ünvan 4 saylı evdə axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 96) görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 saylı evdə yaşadığı otaqda Nərimanov RPİ-nin əməkdaşları tərəfindən axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus ünvan 4 saylı evdə yaşadığı otaqda Nərimanov RPİ-nin əməkdaşları tərəfindən axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 99-103) görünür ki, həmin gün ünvan 4 saylı mənzildə axtarış keçirilmiş və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşadıqları otaqda yerləşən dolabın içərisinə baxılmış və dolabda göy rəngli qutu aşkar edilmişdir. Həmin göy rəngli qutunun içərisində dərman həbləri, kapsulalar, 1 (bir) ədəd elektron tərəzi, izolentə bükülmüş, içərisində şəffaf rəngli sellofana bükümdə qəhvəyi rəngli toz halında olan maddə və şəffaf rəngli sellofana bükülmüş bükülü, içərisində ağ rəngli kristal həblərdən ibarət maddə olan 2 (iki) ədəd adi ağ kağız parçasına bükülmüş bükülü, 1 (bir) ədəd elektron tərəzi və 2 (iki) ədəd boş şprislərin olduğu, dərman həblər olan 3 (üç) ədəd list və 1 (bir) ədədinin içərisində 10 ədəd ağ rəngli həblər, digər listdə içərisində 7 (yeddi)) ədəd həb olan dərman, içərisində 4 (dörd) ədəd kapsul olan 1 (bir) ədəd list, içərisində 7 (yeddi) ədəd həb olan listlər aşkar olunmuşdur. Eyni zamanda əlavə axtarış zamanı otaqdakı dolabda yerləşən ağ rəngli qutudan aşkar olunmuş ağ rəngli kağız parçasına bükülmüş bükülü açıldıqda içərisində 4 (dörd) ədəd toxum, döşəmənin üzərində olan odeyalın alt hissəsində 1 (bir) ədəd siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 (bir) ədəd bükülü açıldıqda içərisində şəffaf rəngli sellofan içərisində toz halında qəhvəyi maddə, göy rəngli kağız parçasının açdıqda isə onun içərisində toz halında qəhvəyi rəngli maddə, 1 (bir) ədəd ağ rəngdə adi kağız parçası açıldıqda içərisində olan şəffaf rəngli sellofanın içərisində toz halında, qəhvəyi rəngli maddə, kreslonun alt hissəsində olan qutunun içərisindən 1 (bir) ədəd şüşə flakon və flakonun içərisində qaramtıl rəngli maddə, otağın sol tərəfində odeyalın alt hissəsindən adi ağ kağız parçasına bükülmüş, içərisində ağ rəngli tabletlər olan 1 (bir) ədəd bükülü, içərisində şəffaf rəngli sellofanın içərisində toz halında maddə olan 1 (bir) ədəd bükülü, içərisində şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli maddə olan 1 (bir) ədəd bükülü aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4921- 7/1141 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 114-120) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan “Şübhəli şəxslər 1 imza Təqsirləndirilən şəxs1, 2 imza Rəşad İsgəndərov....” yazı və imzalar olan zərfdə 8 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram olmaqla, ümumi çəkisi 8,101 qram qəhvəyi rəngli toz şəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,043 qram və 0,850 qram olmaqla, ümumi çəkisi 0,893 qram, ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komonentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd üzərində “Dna3eneKC-diazepam” 5mq” yazılan konvalyut kəsiyində 7 ədəd həb öz aralarında eyni olub psixotrop maddədir. Təqdim olunmuş üzərində “5 mq” yazılan 7 ədəd həbin tərkibində diazepam təsir maddəsinin ümumi miqdarı 0,035 qram (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə diazepam təsir maddəsinin miqdarı 0,005 qramdır). 1 ədəd üzərində “Tpamadol 50" yazılan konvalyut kəsiyində 4 ədəd ağ-göy kapsul öz aralarında eyni olub güclü təsir edən maddə tramadol olub, 4 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,2 qramdır (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır). Bir ədəd elektron tərəzinin səthində, şüşə ampulun daxilində və pambıq kəsiyində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir, şprisin daxilində narkotik vasitə və psixotrop maddənin izləri yoxdur. Həmin zərfdə olan 4 ədəd bitki toxumu əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Həmin zərfdə təmiz çəkisi 0,156 qr ağ rəngli kristalşəkilli maddə, 1 ədəd üzərində “ƏcnyMH3aH” yazılan konvalyut kəsiyində 4 ədəd kapsul və 1 ədəd üzərində “Kap6aMa3ennH” yazılan konvalyut kəsiyində 10 ədəd həb narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ), Diazepam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (Siyahı İİİ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 147- 149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 167- 169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1149/2021 saylı qərarından (cild 1, iş vərəqə 209-214) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli, onun tutulduğu vaxtdan, yəni 05 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1150/2021 saylı qərarından (cild 1, iş vərəqə 194-199) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli, onun tutulduğu vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy J7” markalı mobil telefona baxış keçirilmiş və yaddaş kitabçasında istintaq üçün əhəmiyyət kəsb edən Rəşad Naxçıvan adı ilə qeyd edilmiş ***-***-**-**, ***- ***-**-** nömrəli mobil nömrələr aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 2) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung Galaxy J1” markalı mobil telefona baxış keçirilmiş və istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5072 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 66-69) görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,306 qram heroin ilə yaşadığı mənzildən aşkar edilmiş 8 (səkkiz) ədəd bükümdə, ümumi çəkisi 8,021 qram olan heronilər xarici görününşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsin 2945 saylı rəyindən (cild 2, iş vərəqə 71-72) görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsin 2946 saylı rəyindən (cild 2, iş vərəqə 73-74) görünür ki, təqsirləndirilən şəxs X6 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. X9 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X4 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X15 Hüquqi Şəxsi Ambulator X1 5131 saylı rəyindən (cild 2, iş vərəqə 75-76) görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannobioidlərin psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X15 Hüquqi Şəxsi Ambulator X1 5128 saylı rəyindən (cild 2, iş vərəqə 77-78) görünür ki, təqsirləndirilən şəxs X5 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X22 312 nömrəli məktubundan (cild 2, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs2 1999-cu il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Sonuncu Respublika Narkoloji Mərkəzində stasionar müalicəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində olmuşdur. Sonuncu şəxsi müraciət isə xx.xx.2021-ci il tarixdə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 134-166) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 238.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələrlə yenidən yeni ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,306 qram təşkil edən narkotik vasitə heroinin, 8 ədəd bükümdə 8,013 qram təşkil edən narkotik vasitə heorinin, qalıq çəkisi 0,833 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,438 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 1 (bir) ədəd elektron tərəzinin, şüşə ampulanın və pambıq kəsiyinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 170-172) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 186-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 91-94) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 96-98) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə isə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məlcəlləsinin 206.2, 234.1, 234.4.3-cü maddələri üzrə təqsirli bilinmiş və ona həmin maddələr üzrə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 21 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 214-217) görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yaşadığı otağı göstərərək həmin otaqda Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələr, psixotrop maddələr qəbul etdiyini, həmçinin həmin otaqda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə satdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tutulmuş şəxsin tibbi kitabçasından (cild 3, iş vərəqə 99-105) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilib təhvil verilərkən onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tutulmuş şəxsin tibbi kitabçasından (cild 3, iş vərəqə 145-152) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilib təhvil verilərkən onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan (cild 3, iş vərəqə 198-199) görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan və ona əlavə edilmiş diskdən (cild 3, iş vərəqə 202-203) görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2010-cu il tarixli Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsininn 1(101)- 1587/2010 saylı hökmündən (cild 2, iş vərəqə 99-103) görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları vaxtadək bir-birilərini tanımışlar, onların arasında kifayət qədər səmimi dostluq münasibətləri olmuş, habelə onlar Təqsirləndirilən şəxs1 məxsus evin bir otağında birlikdə yaşamışlar. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxslər ayrı-ayrılıqda bu faktı təsdiq etmişlər. Təqsirləndirilən şəxslər həbs olunanadək birlikdə Təqsirləndirilən şəxs1 məxsus evin bir otağında yaşamalarının səbəbi kimi - Təqsirləndirilən şəxs1 bir müddət əvvəl qəza nəticəsində xəsarət alması, həmin vaxt Təqsirləndirilən şəxs1 arvadının Naxçıvan Muxtar Respublikasında olması, bu səbəbdən də Təqsirləndirilən şəxs1 xahişi əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində sonuncuya qulluq etməsi hallarını göstərmişlər. Bu səbəbdən də təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulanadək bir müddət eyni yaşayış sahəsində (Təqsirləndirilən şəxs1 məxsus olan) yaşamaları cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək eyni vaxtda deyil, əksinə ayrı-ayrı vaxtlarda və ayrı-ayrı məkanlarda polis əməkdaşları tərəfindən tutulmalarını iddia etmişlər. Təqsirləndirilən şəxslər tutulma yerlərini, vaxtını və şəraitini mübahisələndirsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında milli mobil operatorlara təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil nömrələrin anten dairəsi haqqında məlumatların əldə edilməsi barədə vəsatət təmin edilsə də, milli mobil operatorlar tərəfindən məhkəməyə təqdim edilmiş cavablar əsasında iş üzrə əhəmiyyət kəsb edən halları (təqsirləndirilən şəxslərin iddia etdikləri və yuxarıda göstərilən dəlilləri) aydınlaşdırmaq mümkün olmamışdır (daxil olan cavablarda təqsirləndirilən şəxslərin tutulma vaxtı əhatə edən məlumatlar yoxdur). Müdafiə tərəfi bu hissədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eləcə də məhkəmə qərarı əsasında milli mobil operatorlardan daxil olmuş cavablarda təqsirləndirilən şəxslərin tutulma vaxtını əhatə edən zaman üzrə məlumatlar göstərilmədiyindən, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda tutulması nəticəsinə gəlmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxslərin eyni vaxtda və eyni yerdə tutulduqlarını təsdiq etdiklərindən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda tutulmaları ilə bağlı iddia etdikləri dəlillər əsassızdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 tutulduğu yerin yaşadığı evə yaxın yerdə yerləşən “Okean” marketinin qarşısı olmasını, həmin vaxt onun yanında nəvəsinin olmasını, nəvəsinin onun tutulduğunun şahidi olmasını iddia etsə də, məhkəmə istintaqında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 arvadı ifadəsində Təqsirləndirilən şəxs1 iddia etdiyi halları təqzib edərək bildirmişdir ki, adətən Təqsirləndirilən şəxs1 marketə nəvəsi ilə getsə də, Təqsirləndirilən şəxs1 tutulduğu gün nəvəsi ilə marketə getməmişdir. Bu hissədə də qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında ifadə verərkən səmimi olmamışlar, əksinə əvvəllər ayrı-ayrılıqda cinayət məsuliyyətinə cəlb edildiklərindən və nəticədə qazandıqları “təcrübədən” məharətlə istifadə etməklə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yaşadığı evə buraxaraq və sonuncunun orada yaşamasına icazə verərək (səbəb kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qulluq etməsi olsa belə) faktiki olaraq evində başqa şəxsin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsinə və bu qəbildən olan sair qanunsuz hərəkətlər etməsinə şüurlu şəkildə şərait yaratmış, habelə sonuncular arasında cinayətkar sövdələşmə əldə edilmiş, bu sövdələşmə nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşadıqları evdə əvvəlcədən əldə etdikləri müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və sair qadağan edilmiş əşyaların realizasiyasını, başqa sözlə, əvəzli şəkildə yaymasını həyata keçirmişlər. Başqa nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilmədi. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış, habelə narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmişdir. Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 məxsus evdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə aidiyyətinin olmamasını iddia etsə də, məhkəmə belə hesab edir ki, onlar həbs edilənədək faktiki olaraq birlikdə eyni evin eyni otağında yaşadıqlarından, Təqsirləndirilən şəxs1 həmin yaşayış sahəsində Təqsirləndirilən şəxs2 narktoik vasitə və psixotrop maddələrdən istifadə etməsinə icazə verdiyindən, habelə onlar birlikdə həmin evdə narkotik vasitə və psixotrop maddələr istifadə etdiklərindən, o cümlədən evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr təqsirləndirilən şəxslərin üzərlərindən aşkar edilmiş vasitə/maddələrlə tərkiblərinə görə eyni olduqlarından həmin vasitə və maddələr təqsirləndirilən şəxslərə müştərək qaydada məxsus olmuşdur. Başqa sözlə, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tutulduqları yeri və şəraiti, habelə fiziki zorakılığa məruz qalaraq etirafedici ifadələr verməyə məcbur qaldıqlarını bildirsələr də, iddia etdiyi hallarla bağlı heç bir yeni sübutu məhkəməyə təqdim etməmişlər, habelə cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin fiziki zorakılığa məruz qalmaları barədə səlahiyyətli dövlət orqanlarına müraciət etmələri barədə heç bir sübut mövcud deyil. Bu səbəbdən də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri dəlilləri araşdırmaq və onların iddia etdikləri halları təsdiq etmək mümkün olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər tərəfindən iddia edilən halların həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, eləcə də məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş hallar təqzib edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında inkaredici ifadələr verməklə öz əməllərinə haqq qazandırmaq və məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bir daha qeyd edir, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş halların həqiqət olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin təqsirləndirilən şəxslər iddia etdikləri hallarla bağlı məhkəməyə yeni sübutlar təqdim etmədiklərindən, məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlarla kifayətlənməq məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Təqsirləndirilən şəxs1 nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 nisbətdə isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 yaşlı olmasını, Təqsirləndirilən şəxs2 isə 1 (bir) azyaşlı uşağının olmasını, habelə ali təhsilli olmasını onların hər birinə nisbətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, lakin Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə məhkum olunmasına və 21 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, yəni cəzasını çəkib qurtardığı gündən qanunla müəyyən edilmiş 6 (altı) illik müddət keçmədiyi halda yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin təhlükəli residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli resdivinin olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ağlabatan həddə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3 maddələri ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə növündə vahid cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 əməllərində, həmçinin cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 238.1, 234.4.1 və 234.4.3-cü maddələrinin (Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə vahid cəza) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1ci maddəsində göstərilən cinayət əməli az ağır, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər birlikdə 04 noyabr 2021-ci il tarixdə tutulmuşlar, yəni həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 04 noyabr 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Lakin ibtidai istintaq orqanı səhvə yol verərək Təqsirləndirilən şəxs1 tutulduğu gün kimi 05 noyabr 2021-ci il tarixi müəyyən etmiş, buna səbəb kimi isə məhz həmin gün onun üzərində şəxsi axtarışın keçirilməsi göstərilmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, nə qədər ki, təqsirləndirilən şəxslər eyni gündə və eyni vaxtda tutulmuşlar, onların cəzasının əvvəli azadlıqlarının faktiki olaraq məhdudlaşdırıldığı gündən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 16 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannobioidlərin psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa cinayət işində olan 16 dekabr 2021-ci il tarixli ekspert rəyindn görünür ki, təqsirləndirilən şəxs X5 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,306 qram təşkil edən narkotik vasitə heroin, 8 ədəd bükümdə 8,013 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,833 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,438 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, şüşə ampula və pambıq kəsiyi məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 354 (üç yüz əlli dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 354 (üç yüz əlli dörd) manat 80 (səksən) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,306 qram təşkil edən narkotik vasitə heroin, 8 (səkkiz) ədəd bükümdə qalıq çəkisi 8,013 qram təşkil edən narkotik vasitə heorin, qalıq çəkisi 0,833 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,438 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, şüşə ampula və pambıq kəsiyi məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 3 (üç) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 354 (üç yüz əlli dörd) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-816/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-816/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver