Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-816/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 221.3, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 9 aya azaldılmış, barəsində təyin olunmuş cəzaların toplanması barədə CM-in 66.3-cü maddəsinə dair müddəa CM-in 66.2-ci maddəsi ilə əvəz edilərək CM-in 66.2-ci maddəsinə əsasən CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 4 il, CM-in 221.3-cü maddəsi təyin edilmiş 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplanaraq üzərində qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarxidə cəzasının sonu ilə azad edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127-də qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, əvvəllər qəsdən sağlamlığa az ağır zərərvurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq əməli törətdiyinə görə məhkum olunaraq 2022-ci ilin oktyabr ayında cəzasının sonu ilə azad olunduqdan sonra həmin vaxtdan ona öz evində yaşamağa icazə vermiş bibisi oğlu Zərərçəkmiş şəxs onu sərxoşluq vərdişlərinə görə xx.xx.2023-cü il tarixdə evindən çıxarmasını bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə 24 mart 2023-cü il tarixdə, saat 19 radələrində orta alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanındaki fərdi yaşayış evinə gəlib, evdə heç kəsin olmamasından istifadə edərək evin mətbəxindən məişət təyinatlı mətbəx bıçağını götürüb, həmin vaxt evdə olmayan Zərərçəkmiş şəxs gəlişini gözləmiş, sonuncu evə gəldikdən sonra ondan hansı səbəbə gəlməsini etirazlı şəkildə soruşmaqla fərdi yaşayış evinin həyətində yerləşən hamam otağına doğru hərəkətdə olan Zərərçəkmiş şəxs ardınca hamam otağı istiqamətində hərəkət edib, həmin otağa keçib qapını örtməklə, Zərərçəkmiş şəxs “kəlmeyişəhadət” gətirməsini deyərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqində qoyub gödəkcəsinin sol cibində saxladığı məişət təyinatlı mətbəx bıçağını çıxarıb sol əli ilə Zərərçəkmiş şəxs zərbələr vuraraq qarının ön səthinin qarın boşluğuna nüfuz edən qara ciyəri, dalağı və mədəaltı vəzin kapsulunu zədələyən iki ədəd, pnevmohematoraksla müşaiyət olunan döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər və qarının ön səthinin qarın boşluğuna nüfuz etməyən iki ədəd, döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz etməyən iki ədəd, başın ənsə nahiyəsinin bir ədəd, boyunun arxa səthinin bir ədəd, sağ əlin üst səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə olmasını görüb sonuncunun öldüyünü zənn edərək hamam otağını tərk etmiş, lakin Zərərçəkmiş şəxs vaxtında tibbi müəssisəsinə çatdırılaraq sonuncuya ixtisaslı tibbi yardım göstərilməsi səbəbi ilə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2023-ci ilin oktyabr ayında 15 saylı Cəzaçəkmə Müəssisəsindən cəzanın sonu ilə azadlığa buraxılmışdır. Bibisi Səfirə ilə həm görüşmək, həm də yaşamağı üçün yer istəmək məqsədilə ilə əlaqə saxlamışdır. Bibisi Səfirə ona oğlu Zərərçəkmiş şəxs tək yaşadığı üçün özünə ev tapana kimi oğlu ilə qalmağı təklif etmişdir. Bibisi oğlu Zərərçəkmiş şəxs sonuncu ilə bir evdə qalmağa etiraz etməmiş və o, sonuncu ilə bir evdə qalmağa başlamışdır. Bibisi ondan oğlu ilə qalmağı üçün kirayə haqqı istəməmişdir. Azadlığa buraxıldığı üçün dövlət tərəfindən 1200 manat pul almışdır. Bibisinə də həmin puldan xərcləməyə haqqı olduğunu demişdir. Zərərçəkmiş şəxsla bir yerdə yaşamağa başlamışlar. İşdən sonra yemek yeyir, spirtli içki içirdilər. Sonra Zərərçəkmiş şəxs namaz qılmağa başlamışdır. O, isə tək işə gedib gəlmişdir. Zərərçəkmiş şəxs yenidən içki içməyə başlamışdır. İşə yenə bir yerdə gedib gəlməyə başlamışlar. Zərərçəkmiş şəxs bu səfər yenə namaz qılmağa başlamışdır. Yenə də o, tək işə gedib gəlmişdir. Bir gün Zərərçəkmiş şəxs onun içki içməyisi ilə bağlı anasına şikayət etmişdir. Şikayətdən sonra bibisi gələrək onun sonuncuda qalan 400 manat pulunu ona qaytararaq bundan sonra özünə gün ağlamağını bildirmişdir. O da 400 manat pulunu götürərək şəhərdə olan parklarda tüfeyli həyat yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə içkili olmuşdur. Zərərçəkmiş şəxs ona elədiyi hərəkət yadına düşmüşdür. Zərərçəkmiş şəxs ona etdiyi hərəkətə görə qisas almaq üçün Elşənin yaşadığı evə getmişdir. Həmin vaxtı evdə heç kim yox idi. Qapı bağlı olduğu üçün hasardan hoppanaraq həyətə keçmişdir. Hadisə baş verməzdən qabaq Zərərçəkmiş şəxs nə vaxt onun sonuncunun evində qalmağı ilə bağlı problem olanda özünə deməyini demişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs gəlmişdir. Həyət qaranlıq idi, Zərərçəkmiş şəxs evə daxil olanda arxasınca o, evə daxil olmuşdur. Evdə mətbəxdə olan küt bıçağı da Zərərçəkmiş şəxs gəlməzdən qabaq götürmüşdür. Götürdüyü bıçaq çox küt olmuş, heç çörək belə doğramaq olmamışdır. Zərərçəkmiş şəxs qisas almaq üçün hamam otağına aparmışdır. Zərərçəkmiş şəxs nə üçün onun barəsində elə sözlərin bibisinə dediyini soruşmuşdur. Zərərçəkmiş şəxs da anasına heç nə demədiyini bildirmişdir. Mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs əlinə-qoluna xırda-xırda zərbələr vurmuşdur. Zarafatla Zərərçəkmiş şəxs Kəlmeyi şəhadətini deməsini bildirmişdir. Zərərçəkmiş şəxs da Kəlmeyi şəhadətini deməyə başlamışdır. Daha sonra özü hadisəni səmimi etiraf etmək üçün Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. 31-ci PB-də onunla bağlı şikayətin olub-olmadığını soruşmuşdur. Polis əməkdaşlar ilk öncə heç kimin şikayət etmədiyi, daha sonra isə Zərərçəkmiş şəxs gələrək belə bir hadisənin baş verdiyini bildirməsini, amma şikayətinin olmadığını deməsini bildirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, daxilə nüfuz edən xəsarətlər olmamışdır. Daxilə nüfuz edən xəsarətlər olsa idi, Zərərçəkmiş şəxs ayaq üstə olmazdı, sağlamlığında problem olardı. Zərərçəkmiş şəxs içkili olduğu üçün həm də gözü yaxşı görmədiyi üçün hamam otağına aparmışdır. Evin içində də işiq var idi, sadəcə Zərərçəkmiş şəxs hamama aparmışdır. Hadisədən sonra aptekə getmişdir. Aptekdən 95 faizlik spirti su qatmadan içmişdir. Hadisədən qabaq 18-20 ədəd spirtli içki qəbul etmişdir, hadisədən sonra isə 1-2 ədəd spirtli içki qəbul etmişdir. O, sonra Suraxanı RPİ-nin 31-ci PByə getmişdir. 31-ci PB-də baş verənlərin hamısını danışmış, bir gün onu 31-ci PB-də saxlamışlar. Hadisədən sonra 1-ci aptekə, sonra Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlərin sayının nə üçün 11 olduğunu bilmir. Zərərçəkmiş şəxs yetirdiyi zərbələrdən birinin kürəyindəki sümüyə dəydiyi yadındadır. Zərərçəkmiş şəxs kömək məqsədi ilə heç kim gələ bilməzdi, çünki həmin ev sakit bir küçədə yerləşir. Kəlmeyi şəhadəti insan dünyasını dəyişməzdən qabaq deyir. İçkili olduğu üçün nə danışdığını bilmirdi. Zərərçəkmiş şəxs Kəlmeyi şəhadətini tam deyə bilməmiş, o, sonuncunu vura-vura demişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs özü ayağa durub çıxıb getdiyi üçün ona ağır xəsarət yetirmədiyini bilmişdir. Hadisədən sonra özü səmimi etiraf etmək üçün Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. Polis əməkdaşlarına belə bir hadisənin törətdiyini bildirmiş və bu hadisə ilə bağlı şikayətin daxil olub-olmadığını soruşmuşdur. Polis əməkdaşları Zərərçəkmiş şəxs 31-ci PByə gəldiyini, amma heç bir şikayət etmədiyi barədə məlumat vermişlər. O, törətdiyi əməlin CM-nin 126.2.2-ci maddəsinə tövsif edilməsini, yetim olmasını, əlilliyini, xəstəliyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə, yəni 2017-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkərək 2023-cü ilin oktyabr ayında cəzanın sonu ilə azadlığa buraxılmışdır. Cəzasını çəkib azadlığa buraxıldıqdan sonra yaşamağa yeri olmadığından bibisi Səfirənin yanına həm görüşmək, həm də yaşaması üçün yer istəməsi məqsədilə getmişdir. Həmin vaxtlar bibisi Səfirə ilə görüşən zaman Səfirə ona oğlu Elşənin Bül-Bülə qəsəbəsindəki evində tək yaşadığını, özünə yaşamaq üçün yer tapanadək bibisi oğlu Elşən ilə yaşaya biləcəyini demişdir. Zərərçəkmiş şəxs da onunla bir evdə yaşamağına etiraz etməmiş və 11 oktyabr 2023-cü ildən Elşənlə birlikdə sonuncuya məxsus Bül-Bülə qəsəbəsi, Nərimanov küçəsi, ev 65 ünvanında yaşamağa başlamışdır. Elşənə məxsus fərdi yaşayış evinin həyətində olan iki evdən birində Elşənin oğlu Kamil, digərində isə o, Elşənlə birlikdə yaşamağa başlamışdır. Həm Elşən, həm də ki, Kamil subay olduqlarından hər biri evdə tək yaşamışlar. O, Elşənin evində kirayə haqqı vermədən qalmışdır, yəni bibisi Səfirə və oğlu Elşən onu evə təmənnasız buraxmışlar. Azadlığa buraxılan zaman dövlət tərəfindən ona azadlığa çıxması ilə əlaqədar 1200 manat pul verilmişdir, o, pulun 1000 manatını bibisi Səfirəyə həm özünə, həm də onunla Elşənə evə bazarlıq etməsi üçün vermişdir. Bundan əlavə isə o, gündəlik məvacibə həyətlərdə fəhləlik edərək pul qazanmış və evə ərzaq almışdır. Elşən isə heç bir yerdə işləməmiş, Elşənin işləməməyinə görə narahat olmadığından sonuncuya bu barədə heç nə deməmişdir. Azadlığa çıxdıqdan sonra o, mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə evə sərxoş vəziyyətdə gəlmişdir. Elşən də əvvəllər namaz qıldığı üçün onun sərxoş vəziyyətdə evə gəlməsindən narazı olmuşdur. Bu barədə dəfələrlə Elşən ona və bibisi Səfirəyə narazılığını bildirmiş, bibisi Səfirə də öz növbəsində ona spirtli içki içdikdə evə gəlməməsini, ümumiyyətlə araq içməməyi ilə bağlı iradlar bildirsə də o, məhəl qoymayaraq spirtli içki qəbul etməyə davam etmişdir. Hadisədən bir ay əvvəl Elşən onunla yaşamaq istəmədiyi üçün evdən çıxıb anasının yaşadığı evə getmiş və ondan narazılıq etmişdir. Bibisi Səfirə də, ona zəng edərək araq içib sərxoş evə gəlməyə davam etməsinə dair iradını bildirmişdir. Onun nə bibisi Səfirə ilə, nə də ki, Elşənlə aralarında başqa narazılıqları olmamışdır. Hadisədən təxminən bir ay əvvəl, yəni fevral ayının 21-də Səfirə onu evinə çağıraraq Elşənlə artıq bir evdə yaşamasının mümkün olmayacağını və Elşənin evindən çıxıb getməsini tapşırmışdır. O, bibisindən üç gün vaxt istəməklə razılaşmış, dolanmaq və azadlığa buraxıldıqdan sonra verdiyi 1000 manat puldan qalan 400 manat pulu bibisindən istəmiş, Səfirə də ona geri qaytarmışdır. O, həmin pulu da götürüb evdən çıxaraq getmişdir. Qalmağa yeri olmadığından həmin vaxtdan şəhərdə parklarda gecələmişdir. Elşənin etdiyi hərəkət ona xoş gəlməmiş, Elşənin Səfirəni bezdirərək, Səfirə vasitəsi ilə evdən çıxarıldığını düşünmüşdür. Bundan sonra 24 mart 2023-cü il tarixədək o, Elşənin yaşadığı evə nə getməmiş, nə də ki, zəng etməmişdir. 24 mart 2023-cü il tarixdə gündüz vaxtı araq içib sərxoş olmuş, bibisi oğlu Elşənin onun evindən çıxarmasını yadına salaraq əsəbiləşmiş, evdən çıxarılmasına səbəbkar Elşənin olduğunu hesab etmiş və sonuncunu cəzalandırmaq istəmişdir. O, 24 mart 2023-cü il tarixdə, axşam saat 19 radələrində Elşənin yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmiş, qapını döysə də açan olmamışdır, işıqlar da sönlü olmuşdur. Həmin vaxt evdə işıqlar yanmadığı üçün Elşənin evdə olmadığını başa düşmüş, hasardan aşaraq həyətə düşmüşdür. Həyətdən evə gəldikdə evin də qapısı bağlı olmuşdur, təpiklə evin taxta qapısını vuraraq açmış və evə daxil olmuşdur. Elşənin evdə olmadığını gördükdə evin mətbəxindən bir ədəd dəstəyi göy, ağ, qırmızı rəngləri olan bıçağı götürmüş və həyətə çıxıb Elşənin evə gəlməsini gözləmişdir. Həmin vaxt orada hər hansı qonşu görməmiş, hər hansı qonşunun da onu görməsindən xəbəri olmamışdır. Təxminən 20 dəqiqə gözlədikdən sonra həyətdə olan zaman Elşən evə gəlmişdir. Həmin vaxt o, Elşənin qarşısına çıxmışdır. Elşən ondan hansı səbəbə qapını sındırıb evə daxil olduğunu soruşduqda o, cavabında Elşənə nə səbəbə Səfirənin beynini doldurub, onu evdən qovdurmasanı bildirmişdir. Elşən isə ona hər gün evə içkili gəlməsindən narahat olduğunu, özünün namaz qılmaqla evinə qonaq gəldiyini demişdir. Həmin vaxt Elşən ona evdən qovulmağına bibisi Səfirənin də təşəbbüsü olduğunu demişdir. O, Elşənə inanmadığını, anası Səfirənin adından istifadə etməməsini, ayıb olduğunu demişdir. Həmin vaxt o, bıçağı sol bel nahiyyəsinə gödəkçəsinin cibinə qoymuş və bıçağı çıxarıb Elşəni vurmağa məqam axtarmışdır. Elə həmin vaxt Elşən danışa-danışa həyətdə yerləşən qapısı açıq olan hamam otağına tərəf getmiş, o, da həmin vaxt Elşəni vurmaq üçün arxasınca hamama getmişdir. Elşən hamama girəndən sonra, o, da hamama daxil olaraq hamamın qapısını içəridən bağlamış və sol əli ilə gödəkçənin cibində olan bıçağı çıxararaq sonuncuya “Kəlmeyi şəhadətini denən” deyərək bıçaqla zərbələr vurmağa başlamışdır. Zərbələr dəydikcə Elşən özünü müdafiə etmək üçün hərəkət edərək fırlanmışdır, lakin o, bıçaq zərbələrini ardıcıl Elşənin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Elşən isə yayınıb qaçmağa çalışmışdır. Xatırladığı qədəri ilə Elşənə 10-dan yuxarı bıçaq zərbəsi vursa da, bıçaq küt olduğu üçün zərbələrin çoxu sonuncuya daxil olmamışdır. O, bıçağı evdən götürərkən həmin bıçağın küt olmasından məlumatı olmamışdır. Elşənə bir neçə zərbə vurduqdan sonra son zərbə döş qəfəsinin daxilinə keçmişdir. Elşən taqətsiz yerə yıxıldıqdan sonra Elşəni orada qoyaraq hamamdan həyətə çıxmış və evə tərəf getmişdir. Bu zərbədən sonra Elşənə vurduğu bıçaqların kifayət edəcəyini düşünmüşdür. O, həyətdə dayanan zaman Elşən qışqıraraq hamam otağından çıxıb özünü küçəyə atmışdır. Elşənin həm qışqırdığını, həm də artıq küçəyə çıxdığını, daha sonra vurduğu bıçaqların kifayət edəcəyini düşünüb sonuncunun getməsinə mane olmamışdır. Biraz evdə gözlədikdən sonra polisə təslim olmaq qərarına gələrək yaxınlıqda olan Suraxanı RPİ-nin 31-ci polis bölməsinə getmiş və hadisə barədə məlumat verərək, hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları bıçağı götürdükdən sonra onu həkimə aparıb sərxoşluğunu yoxlamışlar. O verilmiş suallara cavab olaraq bildirmişdir ki, havalar sərin olduğundan və qalmağa yeri olmadığına görə Elşənin Səfirənin beynini dolduraraq evdən qovmasına əsəbləşmişdir. Hadisəyə kimsə şahid olmamış və kimsə görməmişdir. Elşəni bıçaqlamaqda niyyəti sonuncunun etdiyi hərəkətlərə görə cəzalandırmaq olmuş, öldürmək niyyəti olmamışdır. Öldürmək niyyəti olmadığı halda Elşənə 10-dan artıq həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi bədəninin müxtəlif nahiyyələrinə 10-dan artıq bıçaq zərbəsi vurmasına və “kəlmeyi şəhadətini denən” kimi sualına cavab verə bilməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs həbsdən çıxandan sonra yaşamağa yeri olmamışdır. Anasının razılığı ilə Təqsirləndirilən şəxs onunla birgə yaşamasına razılaşmışdır. Özüdə fikirləşmişdir ki, 2-3 gün qalar sonra özünə ev tapar çıxar gedər, çünki həbsdən çıxan adam olduğu üçün xasiyyətləri tutuşmayacaqdı. Dayısı oğlu olduğu üçün onunla qalmağına etiraz etməyə utanırdı. 4 ay 12 gün bir yerdə qalmışlar. Son zamanlar Təqsirləndirilən şəxs çox içki içirdi. Təqsirləndirilən şəxs çox içki içdiyinə görə anasına şikayət etməyə getmiş və şikayətini bildirmişdir. Təqsirləndirilən şəxs xasiyyətinin ağır olduğundan həmişə Təqsirləndirilən şəxs sözünə əməl etmişdir. Hadisə baş verən günü qonşu zəng edərək dayısı oğlunun gəldiyini bildirmiş və o da evə gəlmişdir. Evə daxil olanda qapının qırıldığını görmüşdür. Evə daxil olandan sonra Təqsirləndirilən şəxs arxası ilə gəlmişdir. Qonaq otağında televizor olmadığını görmüşdür. Təqsirləndirilən şəxs nə üçün belə etdiyini soruşmuş və televizoru axtarmağa başlamışdır. Təqsirləndirilən şəxs içkili olduğu üçün televizoru hamama qoya biləcəyini fikirləşmişdir. Hamama tərəf gedəndə Təqsirləndirilən şəxs də onunla birgə gəlmişdir. Təqsirləndirilən şəxs ona kəlmeyi şəhadətini deməyi məcbur etmişdir. O da kəlmeyi şəhadətini deməyə başlamışdır. Təqsirləndirilən şəxs küt bıçaqla onu vurmağa başlamışdır, amma bıçağı xırda-xırda vurduğuna görə hiss etməmişdir. Lakin sonda döş qəfəsinə vurulan bıçaq zərbəsini hiss etmişdir və qan axmağa başlamışdır. Hadisədən sonra X11 çağırılması üçün Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, dayısı oğlunun əvvəlki məhkumluğu CMnin 120-ci maddəsi ilə olmuşdur. Onun zənnincə, Təqsirləndirilən şəxs ona evdən çıxarılacağına görə kini olduğu üçün çox bıçaq zərbəsi yetirmişdir. Təqsirləndirilən şəxslə əlbəyaxa davaları olmamış, sonuncu ilə dava etmək niyyətləri olmamışdır. Təqsirləndirilən şəxs ona niyə bıçaqla xəsarət yetirməsinin səbəbini bilmir. Hamama televizoru axtarmağa getmişdir. Təqsirləndirilən şəxs ona kəlmeyi şəhadəti deməyə məcbur etmişdir. O da kəlmeyi şəhadətini deməyə başlamışdır. Təqsirləndirilən şəxs bıçaqla üstünə gəldiyi üçün kəlmeyi şəhadətini demişdir. Y.Haçıyevin əlində bıçaq görməmiş, sadəcə cibində bıçağın tutacağın görmüşdür. O da bıçağın tutacağını görəndən sonra kəlmeyi şəhadətini demişdir ki, birdən ölsə müsəlman kimi ölsün. Təqsirləndirilən şəxs kəlmeyi şəhadəti ona 4 dəfə deməyə məcbur etmişdir. Təqsirləndirilən şəxslə bağlı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onu öldürmək niyyəti olsa idi, yaxşı bıçaq götürə bilərdi və ona ağır xəsarətlər yetirə bilərdi. Ev telefonları işləmədiyi üçün X13 çağırmaq üçün Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. 31-ci PB-də polis əməkdaşları X13 çağırmışlar. 30 dəqiqədən sonra X13 gəlmişdir. X13 gələnə qədər polis əməkdaşları ondan hadisənin necə baş verdiyini sorğu sual etmişlər. X8 xəstəxanaya aparmışlar. Hadisədən sonra xəstəxanaya gedənə qədər özünü yaxşı hiss etmiş, anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs niyyəti əvvəl onu öldürmək olsa da, axırıncı bıçaq zərbəsini vurduqdan sonra onun sonuncuya maraqlı olmadığını başa düşmüşdür. Daha sonra isə sonuncu zərbədən sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxslə dava etməmişlər, sonuncu onun dayısı oğludur, ona görə də heç bir şikayəti, tələbi yoxdur və sonuncunun barəsində aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş vermiş hadisənin şahidi olmamışdır. Hadisə baş verən vaxt Ramazan ayı idi. Oğlu zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onlarda orucunu açmağa gəlmişdir. Bir nəfər şəxs oğluna zəng vuraraq tanımadığı şəxsin sonuncunun evinin qapısını sındırdığını bildirmişdir. Oğlu yaşadığı evə getmiş, bundan sonra heç kəsi görməmişdir. Xəstəxanadan zəng edib oğlunun bıçaqla yaralandığını ona xəbər vermişlər. O də axşam vaxtı oğlunun yanına xəstəxanaya getmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs ilə onun yaşadıqları evlər ayrıdır. Oğlu ailəli olmuş, 1 qız, 1 oğlan övladı var. Oğlunun qızı ailəlidir, oğlu isə subaydır. Həyat yoldaşı isə dünyasın dəyişmişdir. Təqsirləndirilən şəxs oğlu ilə birgə yaşayırdı. Təqsirləndirilən şəxs anası, atası dünyasını dəyişdiyi üçün həbsxanadan çıxandan sonra onlarda qalmağı təklif etmişdir. Təqsirləndirilən şəxs oğlu ilə 4 ay birlikdə qalmışlar. Təqsirləndirilən şəxslə oğlunun arasında heç bir ciddi problem yox idi, sadəcə o, özü Təqsirləndirilən şəxs içki içdiyi üçün oğlunun yaşadığı evdən çıxmasını istəmişdir. Oğlunun yaşadığı evin Təqsirləndirilən şəxs heç bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs hər gün içki içmirdi, sadəcə hadisədən 10 gün əvvəl içki içməyə başlamışdır. Hətta Təqsirləndirilən şəxs həbsxanadan çıxandan sonra namaz qılmağı öyrətməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs bir nəfər şəxsin həyətində işləyib günlük əmək haqqı alıb özünü dolandırırdı. Təqsirləndirilən şəxs həbsxanadan çıxandan sonra aralarında heç bir problem, ədavət olmamışdır. Təqsirləndirilən şəxs oğlunu bıçaqlamasını gözləmirdi. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 1991-ci il tarixdə ailə qurmuş, birgə nikahdan iki övladı vardır. X7 2016-cı il tarixdə vəfat etmişdir. X14 ailə həyatı qurmuş, oğlu Kamil onunla birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Dayısı oğlu Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə Bakı şəhərində xuliqanlıq edərək bıçaqla adam vurduğuna görə altı il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Yalçınla aralarında normal qohumluq münasibəti olsa da, Yalçın azadlığa buraxılandan sonra qalacaq yeri olmadığından onun yaşadığı evə gəlib qalmağa müvəqqəti yer istəmişdir. O, Yalçınla razılaşmış, Yalçını anası Səfirəni görməkdən ötrü Səfirənin yanına aparmışdır. Anası Səfirə qardaşı oğlu Yalçının küçədə qalmaması üçün onunla yaşamasını məsləhət görmüşdür. O, anasının sözünə və Yalçınla qohumluq əlaqələrinə görə bir ünvanda yaşamasına etiraz etməmişdir. Beləliklə, anası Səfirənin məsləhəti ilə dayısı oğlu Yalçın azadlığa buraxıldıqdan sonra onunla birlikdə yaşamağa başlamışdır. Bundan sonra Yalçın həbsdən çıxması ilə bağlı dövlət tərəfindən verilmiş 1000 manat pulu saxlamaq üçün Səfirəyə həm özünə, həm də onlara bazarlıq etməsi üçün vermişdir. Bundan sonra Yalçın fərdi şəkildə həyətlərdə fəhləlik edərək evi dolandırmağa başlamış, o, isə heç bir yerdə işləməmişdir. Onunla yaşamağa başlayandan bir az sonra Yalçın mütəmadi olaraq spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlmişdir. O, namaz qılıb, oruc tutduğundan Yalçının hər gün spirtli içki qəbul etdiyindən narazı olmuşdur. Dindar olduğu üçün Yalçına spirtili içki qəbul edib evə gəlməməsini xəbərdar etmişdir. Yalçın isə onun dediklərinə məhəl qoymayaraq yenə də spirtli içki içməyə davam etmişdir. Hətta Yalçınla bir evdə yaşamaq isdəmədiyi üçün oğlu ilə birlikdə bir müddət anası Səfirənin yaşadığı evə köçmüş, məcbur olub Yalçının hərəkətləri barədə anasına bildirmiş, anası Səfirə də bununla bağlı Yalçına zəng edərək iradını bildirmişdir. Onlar Yalçına yalnız araq içib sərxoşluq etməsinə görə iradlarını bildirmişlər, başqa narazılıqları olmamışdır. Hadisədən təxminən bir ay əvvəl, yəni fevral ayının 21-də anası Səfirə Yalçını evinə çağıraraq onunla bir evdə yaşamasının artıq mümkün olmayacağını və Yalçına evdən çıxıb getməsini tapşırmışdır. Yalçın da üç gün vaxt istəyib razılaşmış və dolanmaq üçün verdiyi 1000 manat puldan qalan 400 manat pulu alaraq evdən çıxıb getmişdir. Fevral ayının 24-də Yalçın Səfirəyə zəng edərək evdən çıxdığını və onun evə qayıda biləcəyini demişdir. O, həmin tarixdən etibarən oğlu ilə birlikdə anasının yanından öz evinə qayıtmışdır. Bundan sonra 24 mart 2023-cü il tarixədək Yalçın onun yaşadığı evə nə gəlməmiş, nə də ki, zəng etməmişdir. 24 mart 2023-cü il tarixdə, axşam saat 18:50 radələrində o, anasının evində iftar etmiş, saat təxminən 19:00-da qonşusu Lalə zəng edərək Yalçının evin qapısını sındıraraq onun evinə girdiyini demişdir. O, bundan sonra Yalçının hansı səbəbə evinə daxil olmasını bilmək üçün evinə getmiş, saat 19:15-də yaşadığı evə çatdıqda həyət qapısı bağlı olmuşdur. Həyət qapısını açıb içəri girdikdə onun və oğlunun yaşadığı evin taxta materialdan olan qapısının cəftəsinin sındırıldığını görmüşdür. O, oğlu ilə eyni ünvanda iki ayrı evdə yaşadıqlarına görə evlərin girişi ayrı olmuşdur. O, öz yaşadığı evə girən zaman evin işıqlarının yanılı olduğunu və evin dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Divanları çəkib, yorğanları qaldırsa da o, öz evində Yalçını tapmamış, sonra oğlu Kamilin evinə girmiş, orada da Yalçını tapmayıb həyətə çıxmışdır. Həmin vaxt həyət qaranlıq olduğundan həyətdə olan zaman Yalçın anidən qarşısına çıxmışdır. O, Yalçından hansı səbəbə evin qapılarının cəftəsini sındırıb evə girdiyini soruşmuşdur. Yalçın həmin vaxt tək olmaqla ona cavab verməkdən yayınmış, sanki onu vurmağa məqam axtarmışdır. Yalçının hərəkətlərindən və araq iyindən sonuncunun sərxoş olduğunu hiss etmişdir. Təkrar o, Yalçından hansı səbəbə evin qapısının cəftəsini sındırıb, evi dağıtdığını soruşduqda Yalçın ona “nə üçün məni evdən qovdun?” demişdir. O, isə Yalçına cavabında evinə gedib gələn ailəli qızının, bacısının sərxoş vəziyyətdə görmələrinin ayıb olduğunu demişdir. Həmçinin Yalçına namaz qıldığına görə evə hər gün sərxoş gəldiyini bildirmişdir. Yalçınla danışadanışa həyətdə yerləşən qapısı açıq olan hamamın da dağıdıldığına baxmaq üçün hamam tərəfə getmişdir. Hamama daxil olduqda Yalçın da arxasınca gələrək hamama girmiş və qapını bağlamışdır. Sonra mətbəx bıçağı çıxararaq onun üstünə hücum etmiş, “Kəlmeyi şəhadətini de” deyərək, ona bıçaqla zərbələr vurmağa başlamışdır. Zərbələr ona dəydikcə özünü müdafiə etmək üçün hərəkət edərək fırlanmış, lakin Yalçın bıçaq zərbələrini ardıcıl onun həyat üçün vacib orqanlarının yerləşdiyi hissələrə vurmuşdur. O, isə zərbələrdən yayınaraq özünü xilas etməyə çalışmışdır, ona görə də bıçaq ona müxtəlif tərəflərdən sinəsinə, başına, kürək nahiyələrinə dəymişdir. Yalçın ona bir neçə zərbə vurduqdan sonra son zərbə onun döş qəfəsinin daxilinə keçmişdir. Bu zərbədən sonra o, taqətsiz yerə yıxılmış, Yalçın onun yerə yıxıldığını görüb öldüyünü düşünərək onu orada qoyaraq hamamdan çıxmış və evə tərəf getmişdir. O, bir qədər özünə gəldikdən sonra güc toplayıb, Yalçının kənarda, yəni ev tərəfdə olduğunu görüb həyətin açıq qapısından özünü çölə atmışdır. Özünü küçəyə atan zaman Yalçın əlində bıçaqla evin qabağında dayanmış və onun artıq həyətdən, küçəyə çıxdığını görüb arxasınca gəlməmişdir. O, evdən çıxıb Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək hadisə barədə məlumat vermişdir. Polis bölməsi onun evindən təxminən 100 metr məsafədə yerləşdiyindən o, polis bölməsinə gedənədək hər hansı şəxslə qarşılaşmamışdır. Polis bölməsində olarkən orada təcili yardıma məlumat verilmişdir. Həkim birqadası gəldikdən sonra onu Sabunçu tibb mərkəzinə aparmışlar. Xəstəxanada tibbi müayinələrdən sonra xəsarətlərinin ciddi olduğunu görən həkimlər onu cərrahiyyə əməliyyatına aparmışlar, daxilə keçmiş yaraların qanaxmalarının qarşısı əməliyyat yolu ilə alınmışdır. Vaxtında ona tibbi yardım göstərildiyi üçün sağ qalmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 24 mart 2023-cü il tarixdə, təxminən saat 19-20 radələrində onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında baş vermişdir. Yalçın ona 12-13 dəfə bıçaqla bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Lakin Yalçın ona 20-dən çox bıçaq zərbəsi vursa da, o, özünü müdafiə etmək üçün zərbələrdən yayınmışdır. Həm də, Yalçın sərxoş olduğundan zərbələrin hamısı ona dəyməmiş, lakin Yalçın zərbələri onun ürək, qarın, və baş nahiyələrinə istiqamətləmişdir. O, Yalçının onunla birgə yaşamalarına etiraz etdiyinə görə bıçaqladığını düşünmüş, sonuncu evdən çıxarılmasını qəbul etməmişdir. Yalçın mübahisənin evdə qalmaq niyyətində olmadığını, əks halda kirayədə də yaşaya biləcəyini demişdir. Yalçın sadəcə onunla birgə yaşamaq istəmədiyini qəbul etmək istəməmişdir. Hadisə zamanı orada onunla Yalçından başqa heç kim olmadığından, hadisəyə şahid olan olmamışdır. O, da hadisəyə kiminsə şahid olmasını görməmişdir. Yalçın qapıların qıfılını sındırsa da, qapıların zədələnməsi nəticəsində vurulmuş ziyanla bağlı iddiası olmadığını bildirmiş, zədələri özü təmir etməklə sonuncudan heç bir tələbi yoxdur. Yalçının onu vurduğu bıçaq göy, ağ, qırmızı dəstəyi olan mətbəx bıçağı olmuşdur, görüb tanıya biləcəyini demişdir. Yalçının onu öldürmək niyyəti ilə bıçaqladığı üçün kəlmeyi şəhadəti deməyi istədiyini düşünmüşdür. Əvvəllər Yalçın onunla arabir mübahisə etmişdir. Mübahisələr zamanı Yalçının onu öldürmək istəməsi ilə bağlı niyyətinin olmasını hiss etmişdir. Lakin ramazan ayında qohumu tərəfindən bıçaqlandığına ehtimal verməmişdir. Yalçın ona bıçaqla zərbələr endirərkən o, sonuncunun ondan əl çəkməyəcəyini bilib yalvarıb, kömək istəməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin məsul növbətçisi vəzifəsində işləyir. 24 mart 2023-cü il tarixdə polis bölməsinin növbətçisi kimi xidməti vəzifəsinin icrası zamanı saat 20 radələrində bölmənin xidməti ərazisinə daxil olan Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, ev 65 ünvanda yaşayan vətəndaş Zərərçəkmiş şəxs növbətçi hissəyə müraciət edərək yaşadığı ünvanda qohumu, Yalçın adlı dayısı oğlu tərəfindən bıçaqla vurulub xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxs üstbaşı qanlı olmuşdur. Onlar dərhal X13 xidmətinə zəng vurmuş və Zərərçəkmiş şəxs 11 saylı təcili təxirəsalınmaz tibbi yardım xidməti stansiyasından göndərilmiş tibb işçilərinə təhvil vermişlər. Vətəndaş Zərərçəkmiş şəxs müraciəti barədə polis bölməsinin rəhbərliyinə məruzə edilmiş, cinayət xarakterli hadisə barədə məlumat müvafiq kitabda qeydə alınaraq, araşdırmanın davam etdirilməsi üçün baş təhqiqatçı, polis mayoru Rasim Seyidova verilmişdir. Növbətçi xidmətinin davamı zamanı həmin tarixdə saat 21:30-da bölməyə gəlmiş vətəndaş Təqsirləndirilən şəxs da növbətçi hissəyə müraciət edərək bildirmişdir ki, təxminən bir saat əvvəl Bülbülə qəsəbəsində Nərimanov küçəsi, ev 65 ünvanda bibisi oğlu Zərərçəkmiş şəxs bıçaqla vurmuş, buna görə bıçağı da gətirib könüllü olaraq polisə gəlmişdir ki, törətdiyi əməl barədə özü məlumat vermək istəyir. Təqsirləndirilən şəxs danışığından və hərəkətlərindən sərxoş olduğu hiss olunurdu, amma şəraitə uyğun sərbəst danışmış və hərəkət etmişdir. Baş təhqiqatçı Rasim Seyidov tərəfindən Təqsirləndirilən şəxs polisə gəlib özünü təqdim etməsi və bıçağın götürülməsi sənədləşdirilərək, sonuncu alkoqol sərxoşluğunun yoxlanılması üçün tibbi müayinəyə göndərilmişdir. Onu da bildirir ki, Təqsirləndirilən şəxs polis bölməsinə gələndə tək olmuş, ondan bədəni üzərində xəsarətlərin olması və səhhəti ilə bağlı şikayətinin olub-olmamasını soruşduqda bildirmişdir ki, xəsarət almamış, səhhəti ilə bağlı şikayəti yoxdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ziddiyyət və problem olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımış, Elşən əvvəllər həyətində fəhləliklə məşğul olmuş, sonradan Elşən Yalçını ona məsləhət görmüş və həyətində işləməsini xahiş etmişdir. O, Yalçına işə gəldiyi günlərə görə gündəlik pul vermişdir. Yalçın təxmini olaraq fevral ayından etibarən bibisi oğlu Elşənin evdən qovduğunu bildirib, paltar çantasını onun həyətinə qoymuşdur. 24 mart 2023-cü il də evdə olan zaman axşam təxmini saat 19-20 radələrində Yalçın onun həyətinə gəlib paltarlar çantasını götürmüşdür. Yalçın həmin vaxt ona bibisi oğlu Elşəni vurduğunu deyib, polis bölməsinə təslim olmaq üçün getdiyini bildirmişdir. O, evdən çıxıb nə baş verdiyini öyrənmək üçün gedən zaman həmin vaxt orada polis avtomobilinin olduğunu və polislərin artıq hadisədən xəbərdar olduğunu görmüşdür. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.1971-ci il təvəlüdlü Təqsirləndirilən şəxs onun atasının dayısı oğludur. Yalçın əvvələr bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə Bakı şəhərində xuliqanlıq edərək bıçaqla adam vurduğuna görə 06 il azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş və 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Yalçınla onların arasında normal qohumluq münasibəti olmuşdur. Yalçın azadlığa buraxılandan sonra sonuncunun qalacaq yeri, ünvanı olmadığından onun yaşadıqları evə gəlib qalmağa müvəqqəti yer istəmiş, atası da razılaşmışdır. Bundan sonra Yalçın nənəsini görməkdən ötrü sonuncu anası Şahid1 yanına getmişdir. Nənəsi özü onun yaşadığı ünvanda qeydiyyatda olsa da faktiki olaraq Bülbülə qəsəbəsində Bəydəmirov küçəsində bibisi ilə birlikdə yaşayır. Nənəsi Səfirə qardaşı oğlunun küçədə qalmaması üçün məsləhət görmüşdür ki, Yalçın atası ilə onun yaşadıqları Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi ev 65-də yaşasın. Onlarla yaşamağa başlayandan bir az sonra Yalçın mütəmadi olaraq spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlmişdir. Atası da namaz qılıb, oruc tuturdu, Yalçın isə hər gün şpirtli içki qəbul edirdi. Atası Elşən isə Namaz qıldığı üçün Yalçına xəbərdarlıq etdi ki, birdə belə işlər etməsin, spirtli içki qəbul edib evə gəlməsin. Yalçın isə məhəl qoymayaraq yenədə spirtli içki içməyə davam edirdi. Hətta o və atası sonuncu ilə bir evdə yaşamaq istəmədikləri üçün birlikdə bir müddətlik nənəsinin yaşadığı evə köçmüşlər və məcbur olub Yalçının bu hərəkətləri barədə nənəsi Səfirəyə də bildirmişlər, nənəsi də bununla bağlı Yalçına zəng edərək iradını bildirmişdir. Atası Yalçına yalnız araq içib sərxoşluq etməsinə görə daimi iradını bildirsə də, bildiyi qədərilə sonuncu ilə başqa narazılığı olmamışdır. Hadisədən təxmini olaraq bir ay qabaq fevral ayının 21-də nənəsi Səfirə Yalçını evinə çağıraraq sonuncunun onlarla bir evdə yaşamasının artıq mümkün olmayacağını bildirmiş və Yalçının evdən çıxıb getməsini tapşırmışdır. Yalçın da üç gün vaxt istəyib razılaşmış və fevral ayının 24-də Yalçın evdən çıxıb getmişdir. Onlar da həmin tarixdən etibarən birlikdə öz evlərinə qayıtmışlar. Bundan sonra 24 mart 2023-cü il tarixədək Yalçın onların yaşadıqları evə nə gəlməmiş nə də ki zəng etməmişdir. 24 mart 2023-cü il tarixdə, axşam saat təxminən 20:00 radələrində şəhərdə olduğu vaxt atasının evdə Yalçın tərəfindən bıçaqla vurulması xəbərini almışdır. Sonradan ona məlum oldu ki, atasının vəziyyəti ağır olduğuna görə xəstəxənaya aparıb ilkin X13 göstərdikləri üçün sağ qalmışdır. Atasına ayılandan sonra hadisə barədə soruşub öyrənmişdir ki, həmin gün evə gələndə artıq Yalçın sərxoş halda evdə olmuşdur. Atası ilə mübahisə edərək evdən götürdüyü mətbəx bıçağı ilə atasına çox sayda xəsarət yetirmişdir. Atası orada Yalçının əlindən bir təhər qurtarıb özünü polis bölməsinə çatdırmış, orada isə atası üçün X13 çağırıb xəstəxanaya getməsinə kömək etmişlər. Hadisə zamanı orada heç kim olmamış, qonşulardan hadisəni görən və eşidən olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Bül- Bülə qəsəbəsinin sakinidir, qeydiyyatda olduğu ünvanda oğlu Zərərçəkmiş şəxs və nəvəsi, yəni Elşənin oğlu Kamil yaşayırlar, Elşənin həyat yoldaşı vəfat etdiyinə görə oğlu ilə iki nəfər qalmışlar. O isə qəsəbədə qızının yanında yaşayır, bununla belə öz evinə istənilən vaxt gedib gəlir. Oğlu Elşən sakit adamdır, ibadət edir, daimi işi yoxdur, müvəqqəti işlər tapanda işləyir. Təqsirləndirilən şəxs bibisidir. Qardaşı oğlu Yalçın gənc yaşlarından dəfələrlə müxtəlif cinayət əməllərinə görə həbs olunub, məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası alaraq cəzaçəkmə yerlərində saxlanılıb. Hər dəfə cəzadan azad olunandan sonra bir müddət azadlıqda olmuş, sonra yenə cinayət törətmişdir. Bibisi kimi Yalçının hər dəfə tutulmasına görə narahat olmuş, azadlığa çıxan vaxtlarda danışanda çalışmışdır öyüdnəsihət versin ki, normal həyat yaşasın. Yalçın sonuncu dəfə 6-7 il əvvəl dava-dalaş salıb adam vurub xəsarət yetirdiyinə görə həbs olunmuş və məhkəmədə ona 6 il cəza verilmişdir. 2022-ci ilin oktyabr ayında Yalçın cəzasını başa vurub çıxandan sonra ona baş çəkməyə gəlmiş, söhbətdə görmüşdür ki, Yalçın yaşayış yeri olmadığına görə sıxıntı keçirir. O, hesab etmişdir ki, hal-hazırda oğlu Elşənin yaşadığı evdə müvəqqəti olsa da Yalçın yaşaya bilər, sonra işlərini qaydasına qoyar və özünə bir ünvan tapar. Elşənlə də bu barədə danışmış, oğlu etiraz etməmişdir. Beləliklə, razılaşmışlar və Yalçın ünvan 4 ünvanda Elşənlə birlikdə qalmağa başlamışdır. Həmin vaxt Yalçın ona 1000 manat pul verib demişdir ki, “cəzaçəkmə yerindan azad edilməklə ilə əlaqədar dövlət yardımı almışam, pul qalsın səndə, bizim üçün evə bazarlıq edərsən”. O da pulu götürmüş və lazım olduqca bazarlıq edib onların yaşadığı ünvana qoymuşdur. Bu qaydada Yalçın bir neçə ay onların ünvanında yaşamış, bir-iki aydan sonra Elşən ona demişdir ki, Yalçın içkiyə çox qurşanıb, hər gün sərxoş halda gəlir, evdə narahatlıq yaradır. Bir neçə dəfə özü də evə gələndə Yalçının sərxoş halda olmasını görmüş, hər dəfə demişdir ki, özünü ağıllı aparsın, belə etməsin, hərəkətlərində nəzərə alsın ki, Elşən namaz qılandır. Yalçın çox vaxt onun iradlarına etiraz etməmiş, amma son vaxtlar arabir narazılığını bildirmişdir. Vəziyyətin getdikcə daha çox narahatlığa gəldiyini görüb, 2023-cü ilin fevral ayında Yalçını yanıma çağırıb demişdir ki, özünə başqa yer tapsın, artıq onların evində yaşaması mümkün deyil, çıxıb getsin. Həmin vaxta Yalçının pulunun onda qaldığı 400 manat qalığını da özünə qaytarmışdır. Yalçın pul ilə bağlı bir söz deməmiş, evdən çıxarılması ilə narazı qalsa da çıxıb getmişdir. 24 mart 2023-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman oğlu Elşənin evində Yalçın tərəfindən bıçaqla vurulması xəbərini almışlar, məlum olmuşdur ki, Elşənin vəziyyəti ağır olduğuna görə xəstəxənaya aparıb əməliyyat etmişlər. Hadisədən sonra evə gedib baxanda orada hamam otağında çoxlu qan izləri olmuşdur. Oğlu Elşən müalicədən ayılandan sonra hadisə barədə soruşub öyrənmişdir ki, oğlu həmin gün evə gələndə artıq Yalçın sərxoş halda qapını sındırıb içəri girmiş və evdə olmuşdur. Yalçın Elşənlə mübahisə edərək demişdir ki, “bibimin beynini sən doldurmusan, məni evdən qovdurmusan”. Elşən ona bildirəndə ki, öz hərəkətləri ilə evdən çıxarılmağa səbəb olmuşdur, Yalçın mətbəx bıçağı ilə Elşənə hücum edib vurmağa başlamış və oğluna çox sayda xəsarət yetirmişdir. Elşən orada Yalçının əlindən bir təhər qurtarıb özünü polis bölməsinə çatdırmış, orada isə onun üçün X13 çağırıb xəstəxanaya getməsinə kömək etmişlər. Hadisə zamanı onların yanında heç kim olmamış, qonşulardan hadisəni görən və eşidən olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə xəsarət yetirdiyi bıçağı götürüb könüllü olaraq Suraxanı RPİ-nin 31-ci PB-yə gedərək törətdiyi cinayət haqqında ətraflı məlumat vermişdir. (İ cild, i.v. 6) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 1/1028 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 23:50-də müayinə edilən Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (İ cild, i.v. 12) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 30) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-in 126.2.4-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 39) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 41-42) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarlarından görünür ki, xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:30-dan hesablanmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 25 sentyabr 2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 10 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 63-66, 156-159, 281-284) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 87-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 348 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön səthinin qarın boşluğuna nüfuz edən qara ciyəri, dalağı və mədəaltı vəzin kapsulunu zədələyən iki ədəd; pnevmohematoraksla müşaiyət olunan döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən iki ədəd; qarının ön səthinin qarın boşluğuna nüfuz etməyən iki ədəd; döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz etməyən iki ədəd; başın ənsə nahiyəsinin bir ədəd; boyunun arxa səthinin bir ədəd; sağ əlin üst səthinin bir ədəd (cəmi on bir ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi. Dərəcəsinə görə, qarının ön səthinin qarın boşluğuna nüfuz edən qara ciyəri, dalağı və mədəaltı vəzin kapsulunu zədələyən iki ədəd və pnevmohematoraksla müşaiyət olunan döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən iki ədəd (cəmi dörd) deşilmişkəsilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir; qarının ön səthinin qarın boşluğuna nüfuz etməyən iki ədəd; döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz etməyən iki ədəd; başın ənsə nahiyəsinin bir ədəd; boyunun arxa səthinin bir ədəd; sağ əlin üst səthinin bir ədəd (cəmi yeddi ədəd) deşilmiş-kəsilmiş yaraları isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxs xəsarətin yetirmə anında onunla istənilən qarşılıqlı vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterin və lokaliasiyasına görə həmin xəsarətlərin bir şəxs tərəfindən yetirilməsi inkar olunmur, əgər bu hal təhqiqat və istintaq yolu ilə müəyyən edilərsə. (İ cild, i.v. 93-97) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 106-111) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmündən, ƏN Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki,Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmündən görünür ki, CM-in 95-ci maddəsi ilə təqslili bilinərək 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə əməli CM-in 120.1-ci maddsinə tövsif edilərək cəza müddəti 12 ilə endirilmiş, xx.xx.2010cu il tarxidə cəzasının sonu ilə azad edilmiş, Hacıyev X6 Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə CM-in 132, 186.2.1, 186.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəza müddəti 05 il 09 aya endirilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 221.3, 127.2.3cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə ona CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 9 aya azaldılmış, barəsində təyin olunmuş cəzaların toplanması barədə CM-in 66.3-cü maddəsinə dair müddəa CM-in 66.2-ci maddəsi ilə əvəz edilərək CM-in 66.2-ci maddəsinə əsasən CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 4 il, CM-in 221.3-cü maddəsi təyin edilmiş 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplanaraq üzərində qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarxidə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, i.v. 112-118) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1094 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (İ cild, i.v. 119.121) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (İ cild, i.v. 133-134) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 126.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 160-161) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mənzilə daxil olması və evinin qapısının sındırılmaqla ona cuzi ziyan dəyməsinə dair hissədə sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. (İ cild, i.v. 191) xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bıçaq 02 nömrəsi ilə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs cinayətin aləti kimi təqdim etdiyi bıçağı rəngindən və ölçüsündən tanıyaraq göstərmişdir. (İ cild, i.v. 192- 193) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 16/348 saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön səthinin qarın boşluğuna nüfuz edən qaraciyəri, dalağı və mədəaltı vəzin kapsulunu zədələyən iki ədəd; pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən iki ədəd; qarının ön səthinin qarın boşluğuna nüfuz etməyən iki ədəd; döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz etməyən iki ədəd:başın ənsə nahiyyəsinin bir ədəd; boyunun arxa səthinin bir ədəd; sağ əlin üst səthinin bir ədəd (cəmi on bir ədəd) deşilmiş kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-ci il tarixdə bıçaqla yetirilə bilərdi. Dərəcəsinə görə,qarının ön səthinin qarın boşluğuna nüfuz edən qaraciyəri, dalağı və mədəaltı vəzin kapsulunu zədələyən iki ədəd və pnevmohematoraksla müşaiət olunan döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən iki ədəd (cəmi dörd) deşilmişkəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir; qarının ön səthinin qarın boşluğuna nüfuz etməyən iki ədəd; döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz etməyən iki ədəd: başın ənsə nahiyyəsinin bir ədəd; boyunun arxa səthinin bir ədəd sağ əlin üst səthinin bir ədəd (cəmi yeddi ədəd) deşilmiş-kəsilmiş yaralar isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər ekspertizaya təqdim edilmiş 14 iyul 2023-cü il tarixli 3/1094 saylı məhkəmə-balistik ekspertizanın rəyində təsvir olunan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə yetirilə bilərdi. (İ cild, i.v. 200-203) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 2136 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Müayinədən keçən Təqsirləndirilən şəxs ona ittiham olunan ictimai təhlükəli cinayət əməlini törədən zaman və ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Konfliktə meyillilik, eqosentrizm, kinlilik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. (İ cild, i.v. 204-208) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş cinayətin aləti olan 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılır. (İ cild, i.v. 217-232) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məcəllənin 29,120.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (İ cild, i.v. 233-234) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, bibisi oğlu Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, zərər çəkmiş şəxsə yetirilən xəsarətlərin sayı, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə Kəlmeyi şəhadəti deməyə məcbur etməsi, hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir yardım göstərməməsi Təqsirləndirilən şəxs sonuncuya öldürmək niyyəti ilə xəsarətlər yetirdiyini sübut edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq edən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Konkret işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad edildikdən sonra müvəqqəti yaşamağa icazə verilən bibisi oğlunun evinə tez-tez sərxoş vəziyyətdə gəlməsi ilə əlaqədar olaraq həmin evə buraxılmamasını cuzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs qarşı heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilməməsi ilə ifadəsində göstərmiş olduğu xüsusatlar digər mötəbər sübutlarla təkzib olunduğundan, onun qeyd edilən hissədə ifadəsi özünü müdafiə etmə məqsədi daşıyır. Belə olan halda, məhkəmə onları inandırıcı hesab etmir və həmin hallara tənqidi yanaşır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29,120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,120.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.10, 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, 3-cü qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarları ilə xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 25 sentyabr 2023-cü il tarixədək, xx.xx.2023-ci il tarixdə isə həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 10 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş cinayətin aləti olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Femida” Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili X2 üçün 240 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş cinayətin aləti olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili X2 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-816/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-816/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver