Məhkəmə qərarları › İş №1(101)-816/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-816/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-816/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X5, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi Rəbbi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs 4 avqust 2024-cü il tarixdə saat 00:15 radələrində tanışı xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları ünvan 3 ünvanında olan zaman birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra sonuncunun onunla kobud şəkildə rəftar edərək ünvanına nalayiq ifadələr işlədib təhqir etməsini cüzi səbəb kimi bəhanə edərək, sərxoş vəziyyətdə mənzilin mətbəx otağına gəldiyini görüb onunla əlbəyaxa olub yerə yıxaraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən öldürmək qərarına gəlib mətbəx mebelinin üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı götürərək silah qismində istifadə etməklə törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edib heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə əlində tutduğu bıçaqla döş qəfəsinə və qarın boşluğuna ardıcıl olaraq zərbələr yetirməklə sonuncuya ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağir dərəcəli zərərvurmaya aid kəskin qanitirmə və döş sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən 2 (iki) ədəd, qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd (cəmi 4 (dörd) ədəd) deşilmiş - kəsilmiş yaraları və dərəcələrinə görə sağlamlığa zərər vurmayan sol qaş və sol almacıq nahiyəsinin sıyrıqları xəsarətləri yetirmiş, sonuncunun döş qəfəsinin ön səthinin plevra boşluğunu və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın boşluğuna nüfuz edərək massiv qanitirmə nəticəsində inkişaf edən hemorragik şokdan ölməsi ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Sübutların tədqiqi: 2.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində qeyd etmişdir ki, hadisənin hansı tarixdə olması dəqiq yadında qalmamış, amma gecə saatlarında evdə baş vermişdir. Qarşı tərəf içkili olduğundan aralarında mübahisə yaranmış və onu söydüyündən Ülvini vurmuşdur. Hadisədən əvvəl onlar aşağıda oturub pivə içmişlər, yuxarıya qalxdıqdan sonra evdə ikisi olmuş, Ülvi soyuducuda içkisinin olduğunu deyərək içməyə davam etməyi təklif etmiş, içməyə etiraz edəndə ona söyüş söymüşdür. O, mətbəxdə çay hazırlayarkən Ülvi mətbəx bıçağı ilə onun üzərinə gəlmiş və həmin vaxt çəkildiyindən Ülvi yıxılmışdır. Ülvi qaldırmaq istəyəndə ona ailə söyüşü söymüş və o da söyüşü qəbul etmədiyindən Ülvini vurmuşdur. Dörd bıçaq zərbəsi vurmuş, zərbələrin üçünü qarın boşluğuna, birini isə ürəyinə vurmuşdur. Sonra özü Nərimanov Rayon Polis İdarəsinə gedərək təslim olmuşdur. 3.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi əvəllər tanımamış, qaldıqları evə yeni gəlmişdir. Əvəllər münasibətləri pis olmamış, amma Ülvi işlədiyindən evə gecə gəlmiş, o da Ülvini çox vaxt görməmiş və hansısa düşmənçiliyi olmamışdır. Hadisə günü onlar hər ikisi spirtli içki qəbul etmişlər. İstifadə etdiyi bıçaq əlində olmuş, Ülvini vurmaq fikri olmamış və anasını söydüyündən söyüşdən keçə bilməmişdir. Ona söyüş söydüyünə görə bir zərbə ilə kifayətlənməmişdir. Onun anası 2017-ci ildə vəfat etmişdir. Şəxsi öldürdükdən sonra şəkilini çəkib yollamaqda hansısa məqsəd güdməmiş, şəkili öz qardaşına yollamışdır ki, bu əmələ onu vadar etmişdir. Onu söydüyünə görə Ülvini qəsdən öldürmüşdür. Ona söyüş söyməsə idi Ülvini vurmazdı, söyüşü həzm etməyə qeyrəti icazə verməmişdir. Onlar əslində iki bakal pivə içmişlər, çox içkili olmamışlar, sadəcə içmək təklifini qəbul etmədiyindən Ülvi ondan acıqlı qalmışdır. Onların arasında əvvəldən hansısa mübahisə olmamış, təxminən on gün idi ki, həmin evdə yaşamış və Ülvini də həmin müddətdə tanımışdır. Əməlindən peşman deyil, söyüşə görə Ülvini öldürmək istəmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, xx.xx.1989-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Subaydır. ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamışdır. Atası 1956-cı il təvəllüdlü X14 İ qrup gözdən əlildir, hazırda Bakı şəhərində bibisigildə yaşayır. Anası 1959-cu il təvəllüdlü Muxtarova (Əliyeva) Gündüzə Aydın qızı 2018-ci ildə ölmüşdür. Qardaşı 1987-ci il təvəllüdlü X2 olmaqla, hazırda ünvan 4 ünvanında yaşayır. Digər qardaşı 1984-cü il təvəllüdlü X12 evli olmaqla, İsraildə yaşayır. Bacısı 1985-ci il təvəllüdlü Hacıyeva (Muxtarova) Afaq Aydın qızı evlidir, hazırda ailə ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Əvvəllər Azərbaycan Respublikası 2016-cı ildə CM-in 29, 186.2.2-ci maddəsi ilə məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin hökmü ilə 02 il 08 ay 10 gün azadlıqdan məhrumetmə cəzası verilmiş, 04 ay həbsdə qaldıqdan sonra şərti olaraq azadlığa buraxılmışdır. Əvvəllər daimi Mingəçevir şəhərində yaşamış, orada müxtəlif yerlərdə ofisiant olaraq işləmişdir. Təxminən 2024-cü ilin mart ayından iş tapmaq üçün Bakı şəhərinə gəlib-getmiş, ünvan 3 ünvanında həmyerliləri Azər və Hüseyn adlı şəxslərlə aylıq 100-120 manat verərək kirayədə yaşamışdır. Təxminən bir əvvəl “Hoqqabaz” adlı restoranda aşbaz köməkçisi kimi işə düzəlmək üçün müraciət edib sənədlərini təqdim etmişdir. Hər-hansı ruhi və əsəb xəstəliyindən əziyyət çəkməmiş və bununla bağlı heç bir yerdə müalicə almamışdır. xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs təxminən 10 gün əvvəl tanımışdır. Belə ki, həmin vaxt yaşadığı mənzilə gəldiyi zaman Ülvinin də evdə olduğunu görmüşdür. Salamlaşıb oturmuş, Azər Ülvinin də onlarla birlikdə kirayədə yaşayacağı demişdir. O da buna etiraz etməmişdir. Ülvi ilə söhbətləşərkən Ağdaş rayonundan olduğunu və Mingəçevirdə qohumlarının yaşadığını deyib tanışlıq vermişdir. Lakin, Mingəçevir şəhərində uzun müddət yaşasa da, Ülvini tanımamışdır. Söhbət zamanı Ülvi Sədərək ticarət mərkəzində fəhlə işlədiyini və qalmağa yerinin olmadığını bildirmişdir. Birlikdə yaşadıqları müddət ərzində Ülvi ilə münasibəti normal olmuşdur. İşləri ilə bağlı Ülvini çox görə bilməmişdir. Bir neçə dəfə Ülvi ilə yaşadıqları binanın yaxınlığında yerləşən kafedə oturub pivə içmişdirlər. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Azərlə birlikdə “Playstation” oynamaq üçün evdən çıxmışdır. Azərin iş yoldaşı Muxtar da oraya gəlmişdir. Həmin vaxt Ülvi işdə olmuşdur. Saat 19 radələrində Ülvi Azərə zəng edib yaşadıqları ünvanın yaxınlığında yerləşən əvvəllər də oturduqları adını dəqiq bilmədiyi kafedə oturub pivə içdiyini deyərək onları ora dəvət etmişdir. O, Azər və Muxtarla birlikdə həmin kafeyə getmişdir. Kafeyə daxil olduqları zaman Ülvinin kafenin həyətində tək oturduğunu görmüşdürlər. Onun yanında əyləşib Azərlə birgə pivə sifariş etmiş, Muxtar isə, spirtli içki içməmişdir. Kafedə oturduqları zaman ümumi söhbətləşmiş, həmin vaxt Ülvi ilə arasında hər hansı problem olmamışdır. Bir qədər oturduqdan sonra, təxminən saat 20 radələrində hesabı verib qalxmışdırlar. Azər və Muxtar birlikdə getmiş, o evə qalxmış, Ülvi isə, özü üçün ləvazimatlar almaq üçün marketə getmişdir. Evə girdikdə, Hüseyn evdə olmuşdur. Ülvi də evə gəldikdən sonra soyuducuda “konyak” adlı spirtli içki olduğunu görüb bir qədər içməyi ona təklif etmişdir. O da Ülvi ilə razılaşıb stolu hazırlamışdır. Otaqdakı stolun üzərinə kolbasa, şirniyyat və s. qoyub 2-3 gün əvvəl alıb soyuducuda saxladığı “konyak” adlı spirtli içkini gətirmişdir. Hər ikisinə də süzüb içməyə başlamışdırlar. İçməyə başladıqdan sonra Hüseyn evdən çıxıb getmiş və ikisi evdə qalmışlar. Ülvi dayanmadan “konyak” süzüb içmişdir. Bir qədər içdikdən sonra Ülvi onunla söyüşlə danışmağa, onu söyməyə başlamışdır. O, Ülvidən onunla söyüşlə danışmamasını istəmiş, buna baxmayaraq yenə də Ülvi ona söyməyə davam etmişdir. İçki içdikləri müddətdə Ülvi onu bir neçə dəfə söymüş və onunla əmrlə danışmağa başlamışdır. Ülvinin oan qarşı kobud formada münasibəti xoş gəlməmiş və ona irad bildirmişdir. Bir neçə saat içdikdən sonra Ülvinin özünü normal apara bilmədiyini görmüşdür. Həmin vaxt Azərə zəng edib bu barədə bildirmək istəmiş, lakin Azər telefona cavab verməmişdir. Daha sonra Zülfəli və Hüseynə “whatsapp” mobil tətbiqi vasitəsilə mesaj yazıb Ülvinin onu artıq bezdirdiyini, evə gəlib onu aparmalarını istəmişdir. “Konyak” bitdiyindən stolun üzərindəki yemək, çörək və boş içki butulkasını yığışdırmış, yalnız şirniyyatı saxlamışdır. Həm acdığı, həm də Ülvidən uzaq qalmaq üçün üçün mətbəxə keçib yemək bişirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində mətbəxdə yemək bişirən zaman Ülvi də mətbəxə gəlmiş, yenə də onu söymüş və əl-qol hərəkətləri etməyə başlamışdır. Ülvi arxasına keçib onu yıxmaq istəyərkən özü yerə yıxılmışdır. Ülvi çox içkili olduğundan yerindən qalxa bilməmiş və arxasıüstə uzanıqlı vəziyyətdə qalmışdır. O əlini uzadıb Ülvini qaldırmaq istədikdə Ülvi yenə də, söyməyə başlamışır. Həmin vaxt artıq onu yox, anasını və bacısını söymüşdür. Anası rəhmətə getdiyi üçün həmin söyüşlər keçə bilməmiş və mətbəxdə mebelin üstündə olan yemək hazırlamaq üçün istifadə etdiyi dəstəyi açıq qəhvəyi rəngli bıçağı götürüb Ülvinin qarın və döş nahiyəsindən zərbələr vurmuş, sonuncu zərbəni döş nahiyəsinə vurub bıçağı da Ülvinin üzərində saxlamışır. Bundan sonra, Ülvinin şəklini çəkib dostu Zülfəli və Hüseynə göndərmişdir. Daha sonra, evdən çıxıb Nərimanov rayon polis idarəsinə gedərək yaşadığı ünvanda bıçaqla Ülvini öldürdüyünü bildirib təslim olmuşdur. Ülviyə bıçaqla zərbələr vurub xəsarətlər yetirməkdə məqsədi anasını və bacısını söydüyünə görə onu öldürmək olmuşdur. Ülvinin onun anasını və bacısını söyməsi səbəbindən onu öldürmək istəmişdir. Ülviyə arxası üstə uzanıqlı vəziyyətdə olan zaman 3-4 dəfə qarın və döş nahiyəsindən zərbələr endirmişdir. Bıçaq xəsarətlərini ardıcıl zərbələr vurmaqla, sıyrıq xəsarətlərini isə, əlbəyaxa olduqları zaman yetirmişdir. Ülvi içkinin təsirindən ona hər hansı müqavimət göstərə bilməmişdir. Ülvini vurduğu bıçağı mətbəxdən götürmüş, götürməkdə məqsədi ona xəsarətlər yetirmək olmuşdur. Hadisə zamanı hər hansı xəsarət almamışdır. Ülvi çox içkili olduğundan ona müqavimət göstərə bilməmiş və hər hansı xəsarət yetirməmişdir (İ cild, səh. 91-96, 247-250, İİ cild, səh. 34-37). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, əmisioğlu Zərərçəkmiş şəxs təbiətcə sakit insan olmuş, nadir hallarda söyüş söymüş və içkiyə meylli insan olmamışdır. Ülvinin dolanışığı gündəlik işlərdən olmuşdur. Onun hadəsinin üzərindən 4-5 saat keçəndən sonra məlumatı olmuşdur. O, qanunamüvafiq tədbirlərin görülməsini xahiş etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma əmisioğlu olmuşdur. X4 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladı, xx.xx.2007-ci il təvəllüdlü Qasımova Əfruz və xx.xx.2005-ci il təvəllüdlü oğlu Qasımov Elvin doğulmuşdur. Uzun müddət ünvan 6 ünvanında yaşamışdır. Təxminən 10 il əvvəl Xəyalə Məmmədova ilə boşanmış və övladları Xəyalənin yanında yaşamağa davam etmişdirlər. Son iki ilə qədər təxminən 15 il müddətində Ülvi Rusiya Federasiyasında yaşamış, arada-bir gəlib-getmişdir. Əvvəllər Mingəçevirdə və Rusiya Federasiyasında olan zaman məhkum olunmuşdur. 02 il bundan əvvəl Rusiya Federasiyasından qayıtdıqdan sonra bir müddət Ağdaş rayonunda yaşamış, son bir il ərzində isə, Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində olduğu müddətdə müxtəlif yerlərdə sürücü və fəhlə kimi işləməklə, müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Ülvinin ailəsi ilə münasibəti soyuq olmuşdur. Ülvi Bakı şəhərinə gəldiyi ilk vaxtlarda 2-3 ay onun evində yaşamışdır. Sonradan işi ilə bağlı “Koroğlu” metrostansiyasının yaxınlığında fərdi yaşayış evində kirayədə yaşamışdır. Ülvi ilə tez-tez telefonda əlaqə saxlamış, hadisədən təxminən 1-2 ay əvvəl görüşmüşdür. xx.xx.2024-cü il tarixdə Ülvinin yaşadığı ünvanda bıçaqla xəsarətlər yetirilməklə öldürülməsini öyrənmişdir. Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs Qiyas oğlunun heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs qəsdən öldürmüş şəxsin ən ağır şəkildə cəzalandırılmasını tələb edir (İ cild, səh. 208-210). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hadisə olan vaxt “Neftçilər” ərazisində olmuş, saat on ikiyə beş dəqiqə qalmış metroya minmiş və “Nərimanov” metrosuna çatanda Zülfəli ona zəng edərək hadisənin olması barədə məlumat vermişdir. Zülfəli Hikmətin şəkil yolladığını bildirmiş, o da Hikmətə zəng etmiş və Hikmət ona hadisəni danışmışdır. Zülfəli ilə görüşüb polisə məlumat vermək üçün hadisə yerinə getmişlər, hadisə yerinə çatanda polislərin məhəllədə olduğunu və Hikmətin də təslim olduğunu görmüşlər. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 ilə birlikdə ünvan 8 ünvanında kirayədə yaşayır. Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yaşadığı vaxtdan, təxminən 2010-2011-ci illərdə həmyerlisi kimi tanımışdır. Həmin vaxtdan sonra Hikmətlə yaxın münasibətləri, əlaqələri olmamışdır. 2024-cü ilin may ayında Hikmət ona zəng edərək Bakı şəhərinə gəldiyini, qalmağa yerinin olmadığını və onun yaşadığı evdə qala biləcəyini soruşmuşdur. O da “whatsapp” mobil tətbiqi vasitəsilə ünvan 8 ünvanının yerləşmə nöqtəsini Hikmətin istifadəsində olan +**********92 nömrəli telefona göndərərək, gəlib onunla birlikdə qala biləcəyini bildirmişdir. Bundan sonra Hikmət, Hüseyn, Razi və o birlikdə yaşamağa başlamışdırlar. Razi Hikmətin gəlişindən sonra Buzovna ərazisində yerləşən otellərin birində işə başladığına görə evdən ayrılmışdır. Bundan sonra evin kirayə pulunu aralarında bölüşdürüb ödəmək üçün evdə daha bir nəfərin qalmasını axtarmağa başlamışdırlar. Beləliklə o, Hikmət və Hüseynlə birlikdə həmin ünvanda yerləşən mənzildə qalmağa davam etmişdirlər. Bir müddət sonra Hikmət pulunun olmadığını deyərək, onu işə düzəltməyini istəmişdir. O, Hikməti bir neçə yerdə qabyuyan kimi işə düzəltmişdir. Hikmət işlədiyi yerlərdə nizam-intizamsızlıq göstərdiyinə görə işdən çıxarılmışdır. Bundan sonra 2024-cü ilin iyul ayının ortalarında qardaşı Sənan Qurbanov ona zəng edərək Mingəçevirdən tanışı olan Ülvi adlı şəxsin ev axtardığını və onlarla qala biləcəyini soruşduqda cavabında gələ biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs da təxminən 10 gün əvvəl gəlib onlarla yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Hikmətlə birlikdə “Playstation” oynamaq üçün evdən çıxmışdır. Ülvi həmin vaxt işdə olduğu üçün evdə olmamışdır. Daha sonra saat 19 radələrində Ülvi oan zəng edərək ünvan 8 ünvanının qarşısında olan “Şirinçay” kafedə pivə içdiyini demiş və onları həmin yerə dəvət etmişdir. O da Hikmət və keçmiş iş yoldaşı olan Muxtarla birlikdə həmin kafeyə getmişdir. Həmin kafedə o, Hikmət, Ülvi, Muxtar və sonradan gələn digər tanışları Zülfəli təxminən 02 saata yaxın oturub birlikdə pivə içmişdirlər. Muxtar bir müddət əyləşdikdən sonra şəxsi işinin olduğunu bildirərək, yanlarından ayrılıb getmişdir. Təxminən saat 22 radələrində hesabı ödədikdən sonra “Şirinçay” kafedən çıxmışdırlar. Ülvi və Hikmət evə gedəcəklərini bildirib, birlikdə evə tərəf yolanmışdırlar. O isə, Zülfəli ilə birlikdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən çayevinə gedib çay içmişdir. Təxminən 1 saat birlikdə oturub çay içdikdən sonra sağollaşaraq evlərinə getmək üçün ayrılmışdır. Nərimanovda olan zaman Zülfəli ona telefon zəngi edərək, Hikmətin “whatsapp“ mobil tətbiqi vasitəsilə Ülvinin arxasıüstə uzanıqlı vəziyyətdə və sinəsinə batırılmış bıçaq olan fotoşəkilini ona göndərdiyini bildirmişdir. Daha sonra Zülfəli yaşadıqları evə gələcəyini və evə birlikdə girmələrini ona demişdir. Bundan sonra Nərimanov metrostansiyasının yaxınlığında yerləşən dönər evinin yaxınlığında Zülfəlini gözləməyə başlamışdır. Bir müddət sonra Zülfəli gələrək Hikmətin göndərdiyi fotoşəkilini ona göstərmiş və onlar Hüseynə telefon zəngi edib olanları danışmışdır. Hüseyn də yanlarına gəldikdən sonra şok vəziyyətdə sonuncunun avtomobilinə əyləşib nə edəcəklərini müzakirə etməyə başlamışdırlar. Bundan sonra evə tərəf avtomobillə gələn zaman post patrul xidməti avtomobillərinin binanın həyətində olduğunu görmüşdür (İ cild, səh. 65-68) . 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sədrəddin oğlu ifadəsində bildirmişdir ki, hadisə günü Azərlə birlikdə çayçıda oturmuşlar və orada nə Ülvi, nə də Hikmət olmamışdır. O, Ülvini əvvəldən də tanımamışdır. Sonradan Hikmətə harada olmaları barədə yazmış və Hikmət aralarında problem yarandığını demişdir. Həmin vaxt Hikmətə çölə çıxmalarını və onları çöldə gözləmələrini demişdir. Onlar saat 23:45-də metroya düşəndə Hikmət mesaj yazaraq “mən bunu öldürdüm” demiş və daha sonra da ona şəkil yollamışdır. O, Hikmətin mesaj yazması ilə ona şəkili yollaması arasında neçə dəqiqə fərq olduğunu xatırlamır. Hadisədən əvvəl münasibətləri normal olmuş və onlarla bir evdə yaşamadığıdan ətraflı məlumatı olmamışdır. 10.Məhkəmə iclasında Şahid2 Sədrəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir kiŞahid1 və Şahid3la birlikdə Mingəçevir şəhərində bir məhlədə böyümüş, onlar yaxın dostları olmuşdur. Təqsirləndirilən şəxsla isə yaxın münasibəti olmamış, onu Mingəçevir şəhərində olan zaman bir-iki dəfə görmüş, şəhərdə uşaqlar ona “Miçi” deyə xitab etdikləri üçün, onun adının “Miçi" olduğunu bilmişdir. Zərərçəkmiş şəxs Mingəçevir şəhərində yaşasa da onu heç vaxt görməmiş, onunla heç vaxt münasibətləri olmamış, onu ilk dəfə təxminən 2024cü ilin iyul ayının 27-28-i ünvan 10 ünvanına dostu Azərlə birlikdə gələn zaman görmüşdür. Şahid1 ona Zərərçəkmiş şəxs Mingəçevir şəhərindən olduğunu, təxminən 10 gün bundan əvvəl onlarla birlikdə həmin ünvanda kirayədə qalmağa başladığını bildirmiş və Azər onu də Ülviyə təqdim etmiş, onunla ümumi olaraq söhbətləşmiş və çıxıb evə getmişdir. Bildiyi qədərilə, Ülvi Hikmətin tanışı olmuş və onu kirayədə qalmaq üçün evə gətirən də Hikmət olmuşdur. ünvan 12 ünvanında olan zaman xx.xx.2024-cü il tarixdə saat 18:37 və 19:17-də özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərin ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, ona zəng çatmamış, buna görə də saat 19:29-da Hikmətə məxsus 055¬548-90-92 saylı mobil telefon nömrəsinə zəng etmiş, Hikmət, ona Azər və Ülvi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 19/3 küçəsi ünvanında yerləşən adını xatırlamadığı kafedə oturduqlarını, pivə içdiklərini bildirmiş və onu da həmin stola dəvət etmişdirlər. O da Nəsimi rayonu ərazisində olan “Memar Əcəmi” metrostansiyası ilə onların yanına gəlmiş və Azər, Hikmət və Ülvinin həmin kafedə pivə içdiklərini, lakin Hikmətlə Ülvinin spirtli içkinin təsiri altında olduqlarını görmüşdür. Təxminən onlarla 6-7 dəqiqə oturduqdan sonra təxminən saat 21:25 radələrində Azərlə Neftçilərdə yerləşən adını xatırlamadığı restorana getmək üçün kafedən durmuş, bu zaman Hikmətlə Ülvi deyib-gülərək birlikdə yaşadıqları binanın qarşısında yerləşən “Araz” marketə girmişdir. O, Azər və adını xatırlamadığı dostu ilə birlikdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı restoranda olan zaman saat 23:37-də Hikmət ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə “zülü evə gəl, tez” deyə mesaj yazmış, ona “nə olubdur, salamatçılıqdır” deyə yazıb ardınca zəng etmiş, bu zaman Hikmət, Ülvinin ona qarşı ağır söyüşlər söydüyünü, onu öldürəcəyini bildirmiş, həmçinin telefonda kənardan Ülvinin ona qarşı “qəhbədən doğan” deyə ifadə işlətdiyini eşitmiş, Hikmətə Ülviyə baş qoşmamasını, çölə çıxmasını və Azərlə birlikdə evə gəldiklərini bildirmiş, bundan sonra təxminən 23:45-də Azərlə ayağa duraraq kafedən çıxmış və “Neftçilər” metrosu ilə evə yollanmış, bundan sonra ona ailə üzvlərindən zəng gələrək evə gəlməli olduğunu bildirilmiş, Azərlə sağollaşaraq Azər “Nəriman Nərimanov” metrostasiyasında düşdükdən sonra “Gənclik” istiqamətində hərəkət etmişdir. Bu zaman saat 00:19-da Hikmət ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə fotoşəkil göndərmiş və şəkilə baxaraq Ülvinin qanlar içərisində yerdə uzandığını görmüş və dərhal Azərə zəng edərək onu gözləməli olduğunu, Hikmətin Ülvini öldürdüyünü, polisə məlumat verməli olduğunu bildirmişdir. Bundan sonra Azər və Hüseynlə “Nəriman Nərimanov” parkının qarşısında görüşüb evə tərəf yollanmışdır. Evə çatdıqda polis əməkdaşlarının binanın həyətində olduğunu görmüşdür (İ cild, səh. 135-138) . 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, günorta saatlarında o, Hikmət, Azər və Ülvi görüşüb kafedə oturmuşlar və o, təxminən yarım saat-bir saat oturduqdan həmin yerdən aralanmışdır. Həmin vaxt hər bir şey normal olmuş və səhəri gün hadisənin baş verdiyini bilmişdir. O, heç bir şey görməmiş və görüşləri olan vaxt hər bir şey normal olmuşdur. Təxminən bir ay olar ki, təqsirləndirilən şəxsi Azərin vasitəsilə tanımış, mərhumu isə əvvəllər tanımamış, öldüyü gün tanımışdır. Aralarında olan münasibət yaxşı olmuş və hər ikisi iş tapdıqlarından sevincli olmuşlar. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayından dostu Şahid1la birlikdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 19/3, mənzil 23 ünvanınında kirayədə qalan şəxs kimi tanımışdır. Onunla şəxsi münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Azərlə danışıb “Playstation” oynamaq üçün evdən çıxaraq “Nərimanov” metrostansiyasın yanına gəlmişdir. Həmin vaxt Hikmətin də Azərin yanında olduğunu görmüşdür. Bir neçə saat “Playstation” oyandıqdan sonra qalxmış və “Nərimanov” parkında gəzişmişlər. Həmin vaxt, təxminən saat 19 radələrində Azərə zəng gəlmişdir. Azər birlikdə kirayədə qaldıqları Ülvinin zəng etdiyini və yaşadıqları ünvanının qarşısında olan “Şirinçay” kafesinə dəvət etdiyini bildirmişdir. Birlikdə həmin kafeyə getmişlər. Ora çatdıqda Ülvinin tək oturub pivə içdiyini görmüşdür. Bir qədər onlarla oturduqdan sonra kafedən çıxıb evinə getmişdir. Sonradan həmin günü Hikmətin Ülvini öldürdüyünü öyrənmişdir. Hadisənin dəqiq olaraq harada, hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə “Şirinçay” kafesində olduqları zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. Onları mehriban şəkildə görmüşdür (İ cild, səh. 194-197). 13.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 10 ünvanında Şahid1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşamışdır. Həmin ünvanda ilk olaraq Şahid1 adını xatırlamadığı dostları ilə birlikdə qalmış, onlar işləri ilə əlaqədar kirayə qalmaqdan imtina etdikdan sonra o, həmin ünvanda təxminən 9-10 ay bundan öncə onlarla birlikdə kirayadə qalmaq üçün qeyd olunan evə köçmüşdür. Təxminən 2-3 ay bundan öncə Təqsirləndirilən şəxs Azərə zəng edərək kirayə ev axtardığını bildirmiş, bundan sonra yaşadıqları evə köçmüşdür. Zərərçəkmiş şəxs təxminən 10 gün bundan öncə onlarla birlikdə həmin ünvanda kirayə qalmağa başlamışdır. Belə ki, evə gəldiyi zaman Azərlə Hikməti onu Ülvi ilə tanış edib onlarla birlikdə qalacağını demişdirlər. Ülvi Hikmətin tanışı olmuş və onu evə gətirən da Hikmət olmuşdur. Şahid1 uşaqlıqda tanımış, lakin Hikmat Muxtarov, Zərərçəkmiş şəxs Mingəçevir şəhərindən olsa da, onları əvvəllər birlikdə kirayədə qaldıqları vaxta qədər heç vaxt görməmiş və tanımamışdır. Fərdi qaydada “Bolt” proqramı yükləyib özünə məxsus “Mercedes Benz E220” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, əsasən gecə saatlarında işləyir, gündüz vaxtı evdə olur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs evə gəlmişdir. Bir neçə dəqiqə sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmış, evdən çıxarkən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs birlikdə yemək hazırlayıb qonaq otağında yemək yeyib spirtli içki etmişdir. Hətta, ona onlarla birlikdə yemək yeməyi təklif etsələr belə, onlarla oturmaq istəməyib yeməyərək evdən çıxmışdır. Saat 22:49-da ilk sifarişini götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Avtomobilində müştəri olan zaman saat 23:28-də Hikmətə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəmə “Whatsapp” mobil tətbiqi vasitəsilə mesaj gəlmişdir. Sükan arxasında olduğu üçün dərhal telefona baxa bilməmiş, bundan sonra fürsət tapan kimi telefona baxmış və Hikmətin “Whatsapp” mobil tətbiqində ona “gəl da tez bura bunu vurub ... eliyəcəm” yazdığını görmüş və ona “niyə, nə olub, nə məsələdir” deyə yazmış, lakin ondan cavab gəlmədikdə avtomobilini sürməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:18-də Hikmətin “Whatsapp” mobil tətbiqindən ona şəkil göndərdiyini görmüş, lakin “Whatsapp” mobil tətbiqinə daxil olmadığı üçün onun nə atdığını görməmiş, bundan 5 dəqiqə sonra Zülfəli adlı dostu ona zəng edərək Hikmətin ev yoldaşı Ülvinin qanlar içərisində olan fotoşəklini ona göndərdiyini və Hikmətin onu bıçaqla öldürməsi barədə demiş, o da sifariş götürdüyü üçün Zülfəliyə “Nərimanov” parkında gözləməsini, görüşüb evə getmələrini və hüquq mühafizə orqanlarına məlumat vermələrini bildirmişdir. Müştərini “Nərimanov” parkının yanında düşürtmüşdür. Həmin parkın qarşısında onu gözləyən Azəri və Zülfəlini götürüb evə yollanmışdır.Yaşadıqları ünvana çatanda artıq polis əməkdaşlarının binanın həyətində olduğunu görmüşdür (İ cild, səh. 129-132) . 14.«Meyitin ekspertizası» barədə 26 avqust 2024-cü il tarixli, 109 nömrəli ekspert rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: kəskin qanitirmə və döş sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən 2 (iki) ədəd, qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd (cəmi 4(dörd) ədəd) deşilmiş - kəsilmiş yaraları iti kənarlı alətin (alətlərin) o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq və ona oxşar bıçaqların tiyəsinin deşici - kəsici təsirindən, sol qaş və sol almacıq nahiyəsinin sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, dərəcələrinə görə kəskin qanitirmə və döş sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən 2 (iki) ədəd, qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarm boşluğuna nüfuz edən və deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və ölümlə birbaşa səbəbli əlaqəlidir, sağ qaş və sol almacıq nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl törənmişlər. 2.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - döş qəfəsinin ön səthinin plevra boşluğunu və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarm boşluğuna nüfuz edərək massiv qanitirmə nəticəsində inkişaf edən hemorragik şok olmuşdur. Ölüm meyitin meyitxanasmda müayinəsindən 3-6 saat əvvəl baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. 3.Xəsarətlərin qarşılıqlı mübarizə və ya özünü müdafİyə xarakterli olub-olmamasının məhkəmə - tibbi morfoloji xüsusiyyətləri yoxdur. 4.Mərhum Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri aldıqdan sonra qısa müddətli (saniyələrlə ölçülən) hərəkətlər edə bilərdi. 5.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində 0,8%o-li etil spirti aşkar edilmişdir ki, bu qatılıq rəsmi cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğun əlamətlərinə malikdirlər. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazalon, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (İ cild, səh. 215- 219). 15.Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2024-cü il tarixli, 915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir (İ cild, səh. 212-214). 16."xxxx" barədə 10 sentyabr 2024-cü il tarixli, 556/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/-dir. (təqdim olunan sənədin surətinə əsasən). 2.Mərhum Zərərçəkmiş şəxs Qeys oğlunun ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/. 3.Ekspertizaya təqdim edilmiş bıçaq, 04 ədəd çubuqlu pambıq topası, Zərərçəkmiş şəxs Qeys oğluna məxsus boz rəngli tuman üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə (şəxslərə), o cümələdən mərhum Zərərçəkmiş şəxs Qeys oğluna və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayiətçi H antiqeni vardırsa). 4.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol köynək üzərində olan ləkədə qan aşkar olunmadı. 5.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Qeys oğluna məxsus qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, tuman və bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmadı (İ cild, səh. 223-229). 17."xxxx" barədə 13 sentyabr 2024-cü il tarixli, 412/MTKŞ-2024 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs Qeys oğluna məxsus qara rəngli tumanın ön səthində bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizmi ilə, paltarın həmin hissəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs Qeys oğluna məxsus boz rəngli tumanın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs Oqtay oğluna məxsus qısaqol koftanın, cins şalvarın, tumanın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim edilmiş paltarlar üzərində deşici-kəsici alətin təsirindən törənməyə xarakterik zədə olmadığından, qərarda qarşıya qoyulmuş digər sualların cavablandırılması mümkün deyil. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: mərhum Zərərçəkmiş şəxs Qeys oğluna məxsus boz rəngli tuman arxa səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Bıçağın tiyəsinin hər iki səthində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkədir. Hadisə yerindən götürülmüş nümunələrdə ləkənin ilkin forma və ölçüləri dəyişdiyindən və morfoloji əlamətləri büruzə olunmadığından, həmin ləkələrdə əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs Qeys oğluna məxsus qara rəngli tumanın və Təqsirləndirilən şəxs Oqtay oğluna məxsus qısaqol koftanın, cins şalvarın, tumanın və bir cüt corabın üzərində qana şübhəli ləkə aşkar olunmamışdır (İ cild, səh. 230-235). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 31 avqust 2024-cü il tarixli, 5974 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 221-222). 19.«Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» barədə 14 sentyabr 2024-cü il tarixli, 2671 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəli k müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilər aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Məhkərrıəpsixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, nümayişkaranəlik və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. 236-240). 20.«Sübutların qiymətləndirilməsi haqqında» 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd boz rəngli köynək, bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd tünd göy rəngli tuman və bir cüt qara rəngli corab), Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd ağ rəngdə qarışıq materialdan üzərində qanabənzər ləkələr olan tuman və bir ədəd qara rəngli tuman), Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı, “Mi A2 Lite” modelli mobil telefon, hadisə yerində aşkar olunmuş 04 ədəd qırmızımtıl rəngli qana oxşar ləkələr və Zərərçəkmiş şəxs meyitinin üzərində aşkar olunmuş 01 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq Nərimanov rayon prokurorluğunda saxlanılır (İİ cild, səh. 11-26). 21.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 04 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26-27). 22.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(005)- 998/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2024cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 103-108). 23.İş materiallarında olan elektron çıxarışdan və Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 1(051)-48/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 dekabr 2016-cı il tarixdən 31 mart 2017-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və 2 (iki) il sınaq müddəti təyin edilmişdir (İ cild, səh. 125, 153-156). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). 30.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 31.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 32.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 33.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 34.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 38.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 40.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 41.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 43.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, “bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar” residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 48.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 1(051)-48/2017 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 49.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 50.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 51.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 52.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 54.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 4 avqust 2024-cü il tarixdən hesablanmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan, hadisə yerində aşkar olunmuş dörd ədəd qırmızımtıl rəngli qana oxşar ləkələrin və bir ədəd bıçağın məhv edilməsini, bir ədəd ağ rəngdə qarışıq materialdan üzərində qanabənzər ləkələr olan tumanın və bir ədəd qara rəngli tumanın zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilməsini (qəbul edilmədikdə məhv edilməsini), bir ədəd boz rəngli köynəyin, bir ədəd tünd boz rəngli cins şalvarın, bir ədəd tünd göy rəngli tumanın, bir cüt qara rəngli corabın və bir ədəd “Xiaomi” markalı, “Mi A2 Lite” modelli mobil telefon aparatının Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmasını əsaslı hesab edir. 58.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 60.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi Rəbbi oğluna məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 61.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 04 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi Rəbbi oğluna ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan - hadisə yerində aşkar olunmuş dörd ədəd qırmızımtıl rəngli qana oxşar ləkələr və bir ədəd bıçaq məhv edilsin, bir ədəd ağ rəngdə qarışıq materialdan üzərində qanabənzər ləkələr olan tuman və bir ədəd qara rəngli tuman zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilsin (qəbul edilmədikdə məhv edilsin), bir ədəd boz rəngli köynək, bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd tünd göy rəngli tuman, bir cüt qara rəngli corab və bir ədəd “Xiaomi” markalı, “Mi A2 Lite” modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar