Məhkəmə qərarları › İş №1(101)-817/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-817/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-817/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 565,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək daşımaqla üzərində saxlamış və Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 6 iyun 2023-cü il tarixdə, saat 13:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivində yerləşən elektrik stansiyasının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli şalvarın sol cibindən 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdarda 565,4 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər evli olmuş, sonradan boşanmış, himayəsində 2008-ci il təvəllüdlü bir uşağı vardır. 5 iyun 2023-cü il tarixdə yaşadığı ünvandan çıxıb dükana gedərkən, yaşadığı ərazinin sahə inspektoru Həsən adlı polis əməkdaşı idarə etdiyi avtomobili yanında saxlayaraq iki-üç aydır onu axtardığını bildirmişdir. O isə Həsən adlı polis əməkdaşına “Vasmoyda moykada işləyirəm, orada qalıram” demişdir. Söhbət zamanı o, Həsən adlı polis əməkdaşına narkotik vasitələrin qəbulu nəticəsində sağlamlıq vəziyyətinin çox pis olduğunu, səhhətinin ağır olduğunu, müalicə olunmağa maddi imkanının olmadığını bildirərək, “Əgər 1-2 həftə də belə davam edərəmsə öləcəm. İmkan varsa məni 2-3 il müddətinə içəri salarsız özümə gəlim, çöldə ölməyim.” deyərək ondan kömək etməsini xahiş etmişdir. Həsən isə mobil telefon nömrəsini kağız parçasına yazıb ona verərək sabah şöbəyə gəlməsini, rəislə danışıb ona köməklik edəcəyini bildirmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və xəstəxanada tibbi müalicə almağa maddi imkanı olmadığından Həsən adlı polis əməkdaşından ona köməklik etməsini xahiş etmişdir. 6 iyun 2023-cü il tarixdə, təxminən saat 11-12 radələrində Əhmədli metrostansiyasının yaxınlığında “taksofon”(avtomat telefon) vasitəsilə Həsən adlı polis əməkdaşına zəng edərək ondan şöbədə olubolmamasını maraqlanmış, Həsən isə ona şöbəyə gəlməsini bildirmişdir. Təxminən saat 12:30-da polis şöbəsinin inzibati binasına çatmış, növbətçi hissəyə yaxınlaşaraq Həsənin yanına gəldiyini bildirmiş, növbətçi hissədən Həsənin otağında olduğu bildirilmiş, sonuncunun otağına yaxınlaşdıqda qapının bağlı olduğunu müəyyən etmişdir. Növbətçi ona bir müddət gözləməsini, Həsənin nahar fasiləsi olduğuna görə yemək yeməyə getdiyini deyərək harada olsa gələcəyini bildirmişdir. Təxminən bir saat orada gözlədikdən sonra Həsən onu çağıraraq xidməti otağına aparmış, orada müəyyən sənədləri hazırlayaraq “Səni 234.1-ci maddəsi ilə sənədləşdirəcəyik” deyərək təqdim edilmiş sənədləri imzalamasını bildirmişdir. Daha sonra onu şöbənin yeməkxanasına apararaq ona yemək sifariş vermiş, yemək yedikdən təxminən yarım saat sonra onu yenidən xidməti otağına aparmışdır. Daha sonra Bəşir adlı əməliyyatçı ona ailə tərkibi və digər məsələlərlə bağlı suallar vermiş, Həsən isə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirilmənin mümkün olmadığını, həmin məcəllənin 234.1-1-ci maddəsi ilə sənədləşdirəcəklərini, həmin maddədə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğunu, lakin ona kömək etməklə ən çoxu 2-3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını bildirmişdir. Həsən ona yüngül cəza veriləcəyi ilə bağlı balasının canına and içdiyinə görə Həsənə inanmış və hər hansı tərəddüd etmədən ona təqdim edilmiş sənədləri imzalamışdır. Daha sonra əməliyyatçı Bəşir tərəfindən gətirilmiş ağ skoçla bükülmüş bükümü ona təqdim edərək həmin bükümün 15 qram çəkidə “kakos” olduğunu, həmin bükümü götürərək sağ cibinə qoymasını və videoçəkiliş zamanı onların dediklərini təkrarlayaraq onlardan götürdüyü bükümü Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Zapravka”nın yanından 200 manat müqabilində tanımadığı şəxsdən aldığını, cavan vaxtlarından istifadə etdiyini deməsini izah etmişlər. O, ağrıdığından, həmçinin Həsənlə Bəşir adlı polis əməkdaşlarının ona yüngül cəza veriləcəyinə dair and içmələrinə inanaraq təqdim edilmiş həmin bükümün ona məxsus olmasını boynuna almaqla 2-3 il müddətinə azadlıqdan məhrum olunacağını güman etmişdir. Buna görə də onların təqdim etdiyi sənədləri imzaladıqdan və videoçəkiliş zamanı ondan istənildiyi kimi dedikdən sonra o, müvəqqəti saxlama yerinə göndərilmişdir. Təxminən yarım saat sonra vəkili onun yanına gələrək onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə yarım kiloqram narkotik vasitə heroinin dövriyyəsində ittiham olunduğunu bildirmişdir. Bundan sonra o, bu barədə həm ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, həm də barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə məlumat vermişdir.

3. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, o, hər hansı polis əməkdaşları tərəfindən saxlanılmamış, 30-cu polis şöbəsinə özü könüllü gəlmişdir. Əhmədli qəsəbəsi ərazisində olarkən saat 10-11 radələrində sahə inspektoru Həsən adlı şəxsin ona kağızda yazaraq verdiyi mobil telefon nömrəsinə “taksofon” (avtomat telefon) vasitəsilə zəng etmişdir. Belə ki, o, mobil telefondan 4-5 ildir ümumiyyətlə istifadə etmir. "xxxx" mobil operatoruna məxsus, onun adına qeyd olunmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ona məxsus deyil. Polis əməkdaşlarına inandıqları üçün təqdim olunan sənədləri imzalamışdır. Polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq hərəkətləri tətbiq edilməmişdir. Hətta o, narkotik vasitənin ona məxsus olmasını boynuna aldıqdan sonra polis əməkdaşları ona bir dəfə istifadə etmək üçün lazım olan narkotik vasitənin dozasını da vermişlər. O, polis əməkdaşı Şahid1 ümumiyyətlə əvvəllər görməmiş, Şahid1 onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iştirak etməmişdir. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, müayinə zamanı onun alın nahiyyəsində aşkar edilmiş bir ədəd qərtməkli yaranın hazırkı işlə hər hansı aidiyyəti yoxdur. Ümumiyyətlə polis əməkdaşları tərəfindən o, hər hansı pis rəftara məruz qalmamış, əksinə onlarla arasında inam və etibar olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittihamda özünü təqsirli bilməyərək həmin ifadələrdə göstərmişdir ki, uzun müddətdir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. 6 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün “kakos” kimi tanıdığı narkotik vasitə heroin almış, şəxsi istifadə etmək məqsədilə üzərində saxlamışdır. 6 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən elektrik stansiyasının yaxınlığında olarkən özlərini polis əməkdaşı kimi təqdim etmiş iki nəfər mülki geyimli şəxs ondan özünü təqdim etməsini tələb etmiş, o, özünü təqdim edərək şəxsiyyəti barədə məlumat vermişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqda şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi barədə qərar elan olunaraq üzərində olan bütün əşyaları çıxarıb təqdim etməsi təklif olunduqda o, əynində olan boz rəngli şalvarının sol cibindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığı şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə 1 (bir) ədəd zərfdə qablaşdırılmaqla möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolun məzmunu ilə tanış olmaqla möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, saxlanılarkən və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində olarkən ona qarşı hər hansı formada təsir və ya təzyiq olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 51-52; 65-67;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 6 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə qərəzsiz mənbədən 1972-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu ərazisində müxtəlif ünvanlarda gündəlik kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat barəsində dərhal raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Polis şöbəsinin rəisinin əmri əsasında onun rəhbərliyi ilə sahə inspektoru, polis leytenantı Şahid2 Müşfiq oğlundan ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edib Şahid2la birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 6 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində elektrik stansiyasının yaxınlığında olduğunu müəyyən edib saat 13:00-da orada onu saxlamışlar. Özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onun narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol cibindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 6 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manata alaraq sonradan şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlə açılıb baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilməklə bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İştirakçılar bu barədə tərtib edilmiş protokolun məzmunu ilə tanış olmaqla protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü narkotik vasitə almaq üçün pul əldə etməkdən ötrü əldə etdiyi narkotik vasitənin bir qismini satmaqla külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmişdir.

8. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı tanışlığı, aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş ilkin əməliyyat məlumatı onun əldə etdiyi həmin narkotik vasitələrin külli miqdarda olması barədə olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş, Muxtar Həsənov qrupun üzvü kimi əməliyyat tədbirinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək Şahid2 sağlamlıq vəziyyəti ilə bağlı həbs olunması üçün kömək istəməsi barədə onun hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki, psixi və ya sair zorakılıq tətbiq edilməmiş, pis rəftara məruz qalmamışdır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, verilmiş suallara cavablandıraraq əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs onun polis sahə inspektoru kimi fəaliyyət göstərdiyi ərazi dairəsində yaşayan sakin kimi tanımışdır. Aralarında hər hansı narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də şəxsi axtarış zamanı hər hansı etiraz və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin həyata keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs ona hər hansı müraciət etməmiş, onun istifadəsində olan mobil telefon nömrəsinə “taksofon” (avtomat telefon) vasitəsi ilə edilmiş hər hansı zəng daxil olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi ilə guya ona müraciət etməsi və sair əsassız halları göstərmişdir. Həqiqətdə isə Təqsirləndirilən şəxs qeyd etdiyi hallar ümumiyyətlə olmamışdır.

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 6 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbəyə gətirilib üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 565,4 qram olan narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən 7 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;).

12. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 6 iyun 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu ərazisində müxtəlif ünvanlarda gündəlik kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə daxil olmuş əməliyyat məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Murad Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-7).

13. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” üzrə elektron sistemindən əldə edilməklə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin dairəvi möhürü ilə təsdiqlənmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə elektron sistemdə olan məlumatlar 6 iyun 2023cü il tarixdə, saat 04:47-dən etibarən polis orqanına məlum olmuşdur (Cild 1, i.v. 10).

14. “Şübhəli şəxsin tutulması haqqında” 6 iyun 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 6 iyun 2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsi ərazisində yerləşən elektrik stansiyasının yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 14:20-dən 14:25-dək Bakı şəhəri, Suraxanı RPİnin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs qismində tutulma haqqında protokol tərtib edilmişdir (Cild 1, i.v. 11; 25;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 14:40-dan 14:47-dək Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasındakı xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 200 manat nağd pul müqabilində öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşıdığını, 6 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yerləşən elektrik stansiyasının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş büküm iş üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 194 saylı möhürü ilə möhürlənməklə götürülmüşdür. Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı süni işıqlandırma şəraitində “Xiomi” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 14:47-dən 14:53-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. Müdafiəçi protokolla tanış olduqdan sonra tanış olmasına dair qeyd aparmışdır (Cild 1, i.v. 27; 30-31).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 iyun 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 6 dəqiqə 6 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq N.H.Məhərrəmov tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 7 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 50;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/3218 saylı, 7 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194“ dairəvi möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm.. şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 565,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsadiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 565,4 qram, tədqiqata cəmi sərf edildi 0,2 qram, qalıq 565,2 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v. 38-42;).

18. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 7 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 47;).

19. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 8 iyun 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq N.H.Məhərrəmov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur (Cild 1, i.v. 53-54;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 8 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X1 iştirakı ilə elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 56-57).

21. “Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” 8 iyun 2023 və 19 sentyabr 2023-cü il tarixli qərarlardan görünür ki, müstəntiq N.H.Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsini bildirməsinə dair göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilərək özünü müdafiə və törətdiyi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıması qənaətinə gəlinərək rədd edilmiş, qərarların surəti Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim edilmişdir (Cild 1, i.v. 68-70;139-141;).

22. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 6 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 83-85).

23. "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydə alınmış 050 552 74 89 və 051 525 07 46 saylı nömrələr deaktivdir (Cild 1, i.v. 106).

24. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Namiq Məmmədovun 21 sentyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 107).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 4 iyul 2023-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə oğurluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla məhkumluq həyatı yaşamış, sonuncu dəfə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 avqust 2011ci il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 oktyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v 110-116).

26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 5 sentyabr 2023cü il tarixli, 5685 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə, uzun müddətdir narkotik vasitə heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə, psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələr və psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşmışdır (Cild 1, i.v.123-124).

27. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 5 sentyabr 2023-cü il tarixli, 2542 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırda özünü idarə etmək, öz hərəkətlərini dərk etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, i.v. 125-127).

28. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərara və müvafiq məktuba əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 565,4 qram narkotik vasitə heroin, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 565,2 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən isə külli miqdarda narkotik vasitə heroinin mənbəsinə görə cinayət işi materiallarından ayrıca icraatda material ayrılması qərara alınmışdır (Cild 1, i.v.130-135; 143).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.H.Məhərrəmov tərəfindən 18 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 20 sentyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.144-149).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 6046/2023-cü il tarixli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, özünün deməsinə görə hər hansı zədə almadığını bildirmiş, lakin bədən səthinin müayinəsi zamanı alın nahiyəsində 1 (bir) ədəd qərtməkli yara aşkar edilmişdir (Cild 2).

31. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəməyə Təqsirləndirilən şəxs ətrafında Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən 6 iyun 2023-cü il tarixdə qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət daxil olmamışdır (Cild 2).

32. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2008-ci il təvəllüdlü Günay İsrafilova adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

40. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 565,4 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 3769 dəfə, külli miqdarından isə təxminən 282 dəfə artıq olması, onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

41. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilmiş 565,4 qram narkotik vasitə heroinin ona məxsus olmaması, üzərində narkotik vasitə heroinin ümumiyyətlə olmaması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan aşkar edilməsi iddia edilən narkotik vasitə heroinin ona polis əməkdaşları tərəfindən verilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicə olunmaq istəməsi ilə əlaqədar polis əməkdaşına müraciət edərək 2-3 il müddətinə həbs olunmasını xahiş etməsi və bununla əlaqədar polis əməkdaşlarına inanaraq tərtib edilmiş sənədləri imzalaması, polis əməkdaşlarının izah etdikləri qaydada videoçəkiliş zamanı deməsi, ittihamda göstərilən yerdə və vaxtda deyil, özünün könüllü olaraq polis orqanına getməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

42. Belə ki, hökmün 15-16-cı bəndlərində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaqı zamanı sərbəst olaraq ona verilmiş suallara cavab vermiş, şalvarının cibindən çıxararaq təqdim etdiyi bükümün mütəmadi olaraq narkotik vasitə qəbul edən şəxs kimi onun iddia etdiyi 15 qram miqdarında deyil, dəfələrlə çox olmasının açıq-aydın görünməsi, qeyd edilən miqdarda narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi onun iddia etdiyi miqdardan dəfələrlə çox olmasını bilməməsinin mümkün olmaması, habelə hökmün 22-ci bəndində göstərildiyi kimi barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilərkən CM-in 234.4.3-cü maddəsi ilə ona ittiham irəli sürülməsini bilməsinə baxmayaraq, məhkəmə iclasında törətdiyi əməldən peşman olmasını bildirməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir.

43. Məhkəmə həmçinin qeyd edir ki, hökmün 13-cü bəndində qeyd edildiyi kimi polis orqanına Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar artıq 6 iyun 2023-cü il tarixdə, saat 04:47-dən məlum olmuş, Təqsirləndirilən şəxs iddia etdiyi kimi narkomaniya xəstəliyindən müalicə olunmaq məqsədi ilə təsadüfən yoldan keçən polis əməkdaşına müraciət etmək yerinə onun istənilən polis şöbəsinə gedərək müraciət etmək imkanı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə əməliyyat müvəkkili Şahid1ov oğlunu əvvəllər görmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən hökmün 16-cı bəndində qeyd edilmiş videoçəkilişlə də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatın da inkar olunduğu müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ifadəsində guya üzərindən 565,4 qram miqdarda narkotik vasitə heroinin axtarış zamanı aşkar olunması kimi sənədləşdirilməsini bilməməsini qeyd edərək bu barədə yalnız 6 iyun 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sənədləşdirildikdən 30 dəqiqə sonra guya vəkilin onunla görüşərək ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsini izah etməsindən sonra bilməsini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yalnız 8 iyun 2023-cü il tarixdə ittiham irəli sürülməklə hüquqları izah edilmişdir ki, belə olan halda vəkilin 6 iyun 2023-cü il tarixdə birinciyə artıq həmin ittihamın irəli sürməsini bildirməsi mümkün deyildir.

44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

47. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

48. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə məhkəmə istintaqı zamanı ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq edilmədiyini, pis rəftara məruz qalmadığını bildirmişdir.

49. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

50. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

51. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 50-ci bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 12-ci bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 6 iyun 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i. 3-7)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.

52. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

53. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

54. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

55. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

56. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

57. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

58. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

59. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

60. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

61. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

62. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

63. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

64. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

65. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını və 51 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

66. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

67. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

68. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

69. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

70. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 6 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.11; 83-85; Cild 2).

71. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablanmalıdır.

72. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

73. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

74. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 565,2 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

75. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

76. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

77. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

78. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

79. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 6 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 565,2 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar