Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-818/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Mərzəndiyyə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə saat 20.30 radələrində ünvan 1 saylı binanın qarşısında oturub söhbət edən Zərərçəkmiş şəxs, Şahid4, Şahid5, Şahid1 və Şahid3 yaxınlaşmış, əlində olan bıçağı nümayiş etdirərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək mobil telefonunu tələb etmiş, sonuncu ona “Samsung A50” markalı mobil telefonunu verdikdən sonra başında olan baş geyimini də sonuncunun iradəsinə zidd olaraq zorla götürüb öz başına qoyaraq oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində mobil telefonunu və 5 manat dəyərində baş geyimini - ümumilikdə 255 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaşadığı Əmircan qəsəbəsi Qaraçuxur qəsəbəsi ilə sərhəddə yerləşdiyindən əsasən Qaraçuxur qəsəbəsində yerləşən “Veteranlar parkı” adlanan ərazinin yaxınlığında vaxt keçirmişdir. 27 oktyabr 2020ci il tarixdə saat 20.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Z.Şərifov küçəsi 28 saylı binanın qarşısında keçən zaman zəng etmək lazım olduğundan və üzərində olan mobil telefonu sönülü olduğundan orada oturan 5 nəfər gəncə yaxınlaşmışdır. Onlarla bir az söhbət etdikdən sonra həmin gənclərin üçü çıxıb getmiş, Orxan və Əli adlı oğlanlar orada qalmışlar. Əlidən zəng etmək üçün mobil telefon istəmiş, Əli mobil telefonunu ona vermişdir. Əliyə telefonun özündə qalmasını, 2-3 saata qaytaracağını bildirmiş, bu zaman Əlinin yanında olan Orxan adlı şəxs ona “sabah qaytararsan” demişdir. Əlinin də razılığı ilə o, telefonu özündə saxlamış, bundan sonra o, həmin ərazidən uzaqlaşmışdır. Hadisə 27 oktyabr 2020-ci il tarixdə saat 20.30 radələrində ünvan 1 ünvanda yerləşən binanın qarşısında baş vermişdir. O, Zərərçəkmiş şəxs mobil telefonu götürdükdən sonra onun üzərinə bıçaq çıxartmamış və baş geyimini də götürməmişdir. O, Zərərçəkmiş şəxs qarşı ümumən bıçaq çıxartmamış, Əlidən götürdüyü mobil telefonu sonra sifariş etdiyi taksidə unutmuşdur. Hadisə zamanı bisetkada oturan gənclərə yaxınlaşmış, bir az söhbət etdikdən sonra həmin gənclərin üçü öz iradəsi ilə çıxıb getdiyini bildirmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 oktyabr 2020-ci il tarixdə saat 20.30 radələrində dostları - Ceyhun, Qiyas, Adil və Orxanla birlikdə Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 28 ünvanında yerləşən binanın qarşısında oturub söhbət etmişlər. Komendat saatına görə yavaş-yavaş durub evlərinə getmək istəyərkən bir nəfər tanımadıqları şəxs ona yaxınlaşmış və ona kontur lazım olduğunu bildirmişdir. Bu zaman o, özünə məxsus olan “Samsung a 50” markalı mobil telefonu həmin şəxsə zəng etməsi üçün vermişdir. Həmin şəxs telefonu əlinə alan kimi üzərinə bıçaq çıxardaraq ondan telefonun şifrəsini soruşmuş, bıçaqdan qorxaraq ona telefonun şifrəsini bildirmişdir. Bu zaman dostları Adil, Ceyhun və Qiyas qaçıb getmiş, adını sonradan bildiyi Etibar adlı şəxs telefonla bir neçə şəxsə zəng edərək danışmışdır. Telefonla danışdıqdan sonra, telefonu orada yerləşən stolun üzərinə qoymuş, sonra isə başında olan kepkasını da ondan soruşmadan götürüb öz başına qoymuşdur. Etibar bütün bu hərəkətləri edən zaman bıçaq əlində onu hədələmə tərzində dayandığından səsini çıxarda bilməmişdir. Bundan sonra həmin şəxs telefonu götürüb ona və Orxana arxasınca gəlməklərini bildirmişdir. Onlar Etibarın arxasınca bina istiqamətində gedən zaman, Etibar birdən əlində telefon və başında ona məxsus baş geyimi ilə birlikdə qaçmağa başlamışdır. Etibar onun üzərinə bıçaq çıxartmasından və həmin bıçağı sonadək əlində vuracağı kimi tutmasından sonra ona qarşı cinayət törədəcəyini düşündüyündən həmin şəxsdən qorxmuş və nə onun arxasınca qaçmış, nədə ki, qışqırmamışdır. Təqsirləndirilən şəxs ona məxsus baş geyimini götürən zaman əmlakın sahibi kimi ondan heç nə soruşmayaraq götürüb başına qoymuş, hadisə nəticəsində ona məxsus olan mobil telefonunun qanunsuz şəkildə ələ keçirilməsi nəticəsində ona 250 manat, kepkasının ələ keçirilməsi nəticəsində isə ona 5 manat ümumilikdə ona 255 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 27 oktyabr 2020-ci il tarixdə saat 20.30 radələrində dostları - Ceyhun, Qiyas, Adil və Əli ilə birlikdə Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 28 ünvanında yerləşən binanın qarşısında oturub söhbət etmişlər. Komendat saatına görə durub evə getmək istədikləri zaman bir nəfər əvvəllər görmədiyi və tanımadığı şəxsin bisetkaya daxil olaraq ona kontur lazım olmasını bildirmişdir. Elə əlini üzərinə atıb nəyisə çıxartmışdı ki, onlarla birlikdə olan Ceyhun, Adil və Qiyas bisetkadan çıxıb qaçmışlar. Həmin şəxsin Əliyə yaxınlaşarkən o, bisetkanın küncündə dayanmış vəziyyətdə olmuşdur. Baş verənlərdən qorxsa da, Əlini tək qoyub getməyi düzgün hesab etməmiş, bu zaman Əli özünə məxsus olan “Samsung A50” markalı mobil telefonu zəng etməsi üçün həmin şəxsə vermişdir. Adını sonradan bildiyi Etibar adlı şəxs telefonu əlinə alan kimi telefonun şifrəsini soruşmuş, Əli üzərinə çıxardılan alətdən qorxaraq ona telefonun şifrəsini bildirmişdir. Etibar adlı şəxs telefonla bir neçə şəxsə zəng edərək danışmış, telefonla danışdıqdan sonra telefonu orada yerləşən stolun üzərinə qoymuş, sonra isə Əlinin başında olan baş geyimini də (kepkanı) Əlidən soruşmadan götürüb öz başına qoymuşdur. Bütün bu hərəkətləri etdiyi zaman üzərindən çıxartdığı alətlə Əlin hədələyirmiş kimi dayandığından nə o, nədə ki Əli səslərini çıxarda bilməmişlər. Bundan sonra telefonu götürüb ona və Əliyə arxasınca gəlməklərini bildirmiş, onlar Təqsirləndirilən şəxs arxasınca bina istiqamətində gedən zaman birdən əlində Əliyə məxsus telefonla və başında Əliyə məxsus baş geyimi ilə birlikdə Etibar qaçmağa başlamışdır. Etibarın Əlinin üzərinə bıçaq doğrultmasından qorxaraq onun dalınca nə qaçmamışlar, nədə qışqırmamışlar. Hadisənin baş verdiyi vaxt qaranlıq olduğundan, həmçinin binanın kölgəsi bisetkanı bir az da qaranlıq etdiyindən həmin vaxt Etibarın hansı aləti çıxartmasını görməmiş, lakin Etibar çıxıb getdikdən sonra Əli ona, Etibarın onun üzərinə doğrultduğu alətin bıçaq olmasını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 27.10.2020-ci il tarixdə saat 20.30 radələrində dostları, Ceyhun, Əli, Adil və Orxanla birlikdə Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 28 ünvanında yerləşən binanın qarşısında yerləşən “bisetkada” oturub söhbət edirmişlər. Həmin ərəfədə komendant saatı olduğundan az sonra çıxıb evə getmək istəyirmişlər. Elə bu zaman bisetkaya bir nəfər daha əvvəl tanımadığı şəxs daxil olmuşdur. Həmin şəxs bisetkaya daxil olduqda əlində açıq vəziyyətdə olan bıçağı orada yerləşən stolüstü oyunlar çün düzəldilmiş stolun üzərinə qoymuşdur. Onlar həmin şəxsin belə hərəkət etməsindən qorxmuşlar. O, bu zaman çıxıb getmək qərarına gəlmişdir. Bu zaman həmin hadisəni törətmiş şəxs zəng etməli olduğunu demiş və kimdə mobil telefonun olmasını soruşmuşdur. O, ona telefonunun olmadığını bildirib evdən valideynlərinin çağırmasını bəhanə edərək bisetkadan çıxmışdır. Elə onun ardınca Ceyhun və Adil də bisetkadan çıxmışlar. Onlar da həmin şəxsə telefon və konturlarının olmadığını bildirmişlər. Bundan sonra bisetkada hansı hadisələrin baş verməsi barədə məlumatı olmamış, yalnız sonradan hadisə barədə eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsustları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o təqribən 2 il olar ki, taksi fəaliyyəti ilə məşğul olur. Fəaliyyətini "8555" taksi şirkəti ilə bağlamışdır. 27 oktyabr 2020-ci il tarixdə şirkətdən Qaraçuxur qəsəbəsi, 81 saylı ictimai nəqliyyat vasitəsinin son dayanacağı olan ünvana sifariş gəlmişdir. Sifariş təqribən saat 23 radələrində verilmiş, sifarişi götürərək qeyd edilən ünvana getmişdir. Həmən ünvana çatdıqda bir nəfər uca boylu, iri bədən cussəli, əvvəllər tanımadığı sərnişinin avtomobilə oturduğunu, həmin şəxsin başında baş geyimi (kepka) və çiynindən asılmış vəziyyətdə olan çantanın olmasını görmüşdür. Həmin şəxs qabaqda əyləşmiş, bir qədər onu orada məhəllə arası yolla aparmış, bir az gedəndən sonra sərnişin düşmüş, yenidən avtomobilə minmişdir. Bir qədər onu, məhəllə arası apardıqdan sonra həmin şəxsin bu hərəkətlərindən artıq qorxmuşdir. Həmin şəxs birdən ona avtomobili özünün idarə etmək istəməsini bildirdikdə, o, həmin şəxsə avtomobili verə bilməyəcəyini bildirmiş, bu zaman həmin şəxs üzərində olan çantanı eşələməyə başlamışdır. Həmin an o, qorxmuş halda həmin şəxsin çantasına hiss elətdirmədən baxdıqda çantanın içərisində bıçağın olmasını görmüş və daha da həyəcanlanmışdır. Həmin şəxs çantasını eşələdikdən sonra sürücülük vəsiqəsini çıxarıb ona görsədərək sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Həmin sənədin nə sənədi olmasına əmin olmasa da, sənəddə “Etibar” yazısını oxumuş, bu hərəkətləri edən zaman həmin şəxs qışqırıb bağırmışdır. Həmin şəxsin bu hərəkətindən, həmçinin çantanın içərisində bıçağın olmasından qorxaraq “gəl, sür” demişdir. Həmin şəxs avtomobildən sürücü oturacağına oturmaq üçün düşən zaman, o, avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. Bir qədər sonra tanımadığı nömrədən ona zəng gəlmiş, ona zəng edən şəxs həmin avtomobili idarə etmək istəyən şəxs olmasını bildirmişdir. Ondan avtomobilində telefonun qalıb-qalmadığını soruşduqda cavab olaraq telefonun qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən düşəndən sonra avtomobildə özündən başqa kimsənin olmadığını, telefon danışığından sonra bir daha avtomobili axtardığını, bütün künc-bucaqlara yaxşı baxdığını və lakin həmin şəxsin telefonunun onun avtomobilinə düşmədiyini bilmişdir. Hadisə 27.10.2020-ci il tarixdə saat 23.20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 81 saylı ictimai nəqliyyat vasitəsinin son dayanacağında olan binaların məhəllələrində baş vermişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 verdiyi 04 dekabr 2020-ci il tarixli 2403 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs hal-hazırda “dissosial tip şəxsiyyət pozuntusu” müəyyən edilir.
2. Təqsirləndirilən şəxs hal-hazırda mövcud olan “dissosial tip şəxsiyyət pozuntusu” onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.
3. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.
4. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür.
5. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur". (iş vərəqə 108-109) İş materiallarında olan məhkəmə psixioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, X1 verdiyi 07 yanvar 2021-ci il tarixli 10 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ekstravetlə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçililik, həssaslıq, tez təsirlənmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təsir altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı.
2. Zərərçəkmiş şəxs əqli inkişafında gərginlik əlamətləri aşkar olunmadı.
3. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosinonal vəziyyətində həyəcan qorxu hissləri yaranmışdır.
4. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirdiyi emosional hala görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. (iş vərəqə 188-189) İş materiallarında olan 01.11.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. (iş vərəqə 61-63) Beləliklə məhkəmə, iş üzrə toplanmış sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq etməməsi, onun üzərinə bıçaq çıxarmaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil, məsuliyyətdən boyun qaçırmağa yönəldilmişdir və iş materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, eləcə də digər mötəbər sübutlarla təkzib olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 67.1-ci maddələri ilə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(iş vərəqə 101-103) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli, 1(010)-55/2020 nömrəli hökmündən görünür ki, Səlimov X2 Respublikası CM-nin 228.4-cü maddəsi ilə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19.09.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Səlim oğluna 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən onun üzərində 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən edilir. İş materiallarında olan Şamaxı RİHB-nın Mərzəndiyə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 27.01.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, arvadı X4 və qızı X5 ilə birgə Şamaxı RİHB-nın Mərzəndiyə kənd İƏD üzrə nümayəndəliyinin qeydiyyatındadır və müsbət xarakterizə olunur. (iş vərəqə 158-159) İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.12.2017-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. (iş vərəqə 193) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Suraxanı rayon Məhkəməsinin 01.11.2020-ci il tarixli, 4(010)-251/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 30 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 32; 83-86) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 49 (qırx doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına 294 (iki yüz doxsan dörd) manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 49 (qırx doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına 294 (iki yüz doxsan dörd) manat pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.