Məhkəmə qərarları › İş №1(101)-818/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-818/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-818/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X27 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Mingəçevir şəhər məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 25 sentyabr 2019cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 7 avqust 2020-ci il tarixdə cəza müddəti bitmişdir), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd tiyəsinin uzunluğu orta xətt boyunca 65 mm, əsasında eni 30 mm, dəstəyin uzunluğu 110 mm, orta hissədə eni 22 mm olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı qatlanmayan ov bıçağını və 1 ədəd qabarit ölçüləri 110x70 mm, qara rəngli metaldan hazırlanmış, vurucu və dayaq hissədən ibarət vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş diametri 25 mm ölçüdə 4 ədəd dairəvi formalı dəlikləri olan, kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, bundan başqa 26 iyul 2021-ci il tarixdə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı X6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında sonuncunun istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək saxlaması üçün ona verdiyi 1 ədəd şəffaf polietilen bükümdə olmaqla təmiz çəkisi 5,627 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamini və 1 ədəd şəffaf polietilen bükümdə olmaqla təmiz çəkisi 3,475 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2021-ci il tarixdə saat 16:30 dəqiqədə “X18” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, X25 yerləşən avtomobillərin satış bazarında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirilmiş, orada bölmənin baş təhqiqatçısı, polis mayoru Səyyad Gözəlov tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd şəffaf polietilen bükümdə olmaqla təmiz çəkisi 5,627 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, 1 ədəd şəffaf polietilen bükümdə olmaqla təmiz çəkisi 3,475 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və əynində olan həmin şalvarın arxa cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 1 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmaq, eləcə də həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən “X18” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, X25 yerləşən avtomobillərin satış bazarının yaxınlığında avtomobil yolunun kənarında şalvarının bel hissəsindən düşərək həmin yerdə qalmış zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı qatlanmayan ov bıçağı 27 iyul 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zamanı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır. Son vaxtlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, əvvələr Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2 il 2 ay Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və 2019-cu ilin sentyabr ayında azadlığa çıxmışdır. Cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisəsində tanış olduğu və dostluq etdiyi X6 ilə Müseyibə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları yaşayış massivində fərdi yaşayış evində müvəqqəti qalmışdır. Həmin ünvanda qalmağına səbəb isə X4 məxsus evə kafel metlax vurmaq olmuşdur. Müseyib Ələsgərov sərhədlə bağlı cinayət törətdiyinə görə tutulmuş və 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. 27 iyul 2021-ci il tarixdə günorta saatlarında, yəni saat 14-15 radələrində dostu X6 ilə birlikdə Müseyibə maşın almaq üçün Müseyibin sonradan adını bildiyi bacısı X7 məxsus “Hyundai Accent” markalı qara rəngli avtomobillə Yasamal rayonu, X25 yerləşən Maşın bazarına gəlmişlər. Orada Müseyib özünə göy rəngli adını hazırda xatırlamadığı maşını bəyənmiş və həmin maşını aldıqdan sonra sənədləşdirmək üçün Maşın bazarının girişində olan ofisin qarşısına gəlmişlər. Bu zaman özlərini polis əməkdaşı kimi təqdim etmiş mülki geyimli şəxslər onlara yaxınlaşaraq Müseyibə “Nizami bura gəl” demişlər. Müseyib isə onlara baxıb “mən Nizami deyiləm” demişdir. Həmin polis əməkdaşları onlara tərəf gəlib Müseyibə “sənədlərini təqdim et, əgər Nizami deyilsənsə, çıxıb gedərsən” demişlər. Müseyib maşından düşərkən ona saxlamaq üçün verdiyi eynək qabını əlindən alıb həmin qabı açaraq içərisində olan əl qumbarasını çıxardıb polis əməkdaşlarına “yaxınlaşsanız sizi də, özümü də partladacam” demişdir. O, həmin vaxta qədər eynək qabının içərisində nə olduğunu bilməmişdir. Bu zaman polis əməkdaşları dayanaraq Müseyibə “əl qumbarasını yerə qoy partlayar” demiş və təxminən 15-20 dəqiqə Müseyiblə polis əməkdaşları arasında söhbət getmişdir. Polis əməkdaşları Müseyibə lazımsız hərəkət etməməyini bildirmiş, lakin Müseyibin əlində qumbara olduğuna görə ona yaxınlaşa bilməmişlər. Polis əməkdaşları ona yaxınlaşdıqca Müseyib geriyə tərəf addım atmağa başlamışdır. Həmin vaxt Müseyib və onun polis əməkdaşları ilə hər hansı bir əlbəyaxa davası olmamış, sadəcə olaraq oradan çıxıb getmək istəmişlər. Müseyib polis əməkdaşlarına məhəl qoymayaraq qaçmağa başlamış, bundan sonra o da Müseyibin arxasınca qaçmışdır. Orada yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yanından keçib hasarın arxasından Qanlı Göl qəsəbəsi istiqamətinə qaçmış və təxminən 300 metr qaçdıqdan sonra yol kənarında tikilmiş hasarın sökülmüş kiçik yerindən X26a çıxmışlar. Hasarın arxası ilə gələn polis əməkdaşları həmin vaxt ona çataraq saxlayıb onu yerə yıxmışlar. Müseyib isə əl qumbarasını əlində tutaraq qaçmağa davam etmişdir. Təxminən 40 metr qaçdıqdan sonra partlayış səsi eşitmiş və Müseyibin əlində olan qumbaranı partlatdığını bilmişdir. Bundan sonra polis əməkdaşları onu əvvəlcə Nəsimi, sonra isə Yasamal rayon 28-ci PB-nə gətirmiş və polis bölməsində ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O da arabir psixotrop maddə metafetamindən istifadə etdiyini, hal-hazırda üzərində qanunsuz heçnə olmadığını demişdir. Buna baxmayaraq polis əməkdaşları cibinə narkotik vasitə qoyaraq ona təzyiq göstərmişlər. Şəxsi axtarış zamanı üzərindən Müseyibin idarə etdiyi “Hyundai Accent” markalı avtomobilin və Müseyibə məxsus olan evin açarları aşkar olunmuşdur. Müseyibin idarə etdiyi “Hyundai” markalı avtomobildə və evdə qeyri-qanuni əşya və ya maddələrin olması barədə soruşulduqda bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları ilə Yasamal rayonu, X25 yerləşən maşın bazarının girişinə gələrək orada Müseyibə məxsus “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar və həmin avtomobilin qapısını açdıqdan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol qabaq oturacağının altından içərisində qəhvəyi rəngli və ağ rəngli maddələr olan 2 ədəd şəffaf sellofan bükümlər, qabaq sol oturacağın ayaq altı rezininin altından 1 ədəd əl qumbarası, həmin qumbaranın alışdırıcısı, avtomobilin qabaq sağ oturacağının altından 1 ədəd qara rəngli dəyənək, 1 ədəd balaca çapacaq, avtomobilin alətlər panelində yerləşən saxlanc yerindən isə narkotik vasitə qəbul edilərkən istifadə olunan 2 ədəd şüşə, arxa oturacağın üzərindən 1 ədəd dizüstü kompüter və eynək qabı aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman göstərdiklərinə uyğun olaraq Müseyibə məxsus Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun bağları yaşayış massivində fərdi yaşayış evinə gəlmişlər. O, ilk öncə evin həyətindəki giriş qapısını, daha sonra isə evin qapısını açmış və Müseyibə məxsus evə daxil olmuşlar. Bundan sonra polis əməkdaşları yataq otağında dolabın sol üst hissəsində dəsmalların arasında şəffaf sellofana bükülmüş X4 məxsus psixotrop maddə olan metafetamini aşkar etmişlər. Həmin psixotrop maddə onların gözləri qarşısında zərfə qoyularaq qablaşdırılmış və sorğu zamanı o bildirmişdir ki, psixotrop maddənin evdə olması barədə Müseyib ona heç bir şey deməmişdir. 27 iyul 2021-ci il tarixdə Müseyib Ələsgərova məxsus “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 1 ədəd əl qumbarasının, 1 ədəd həmin qumbaranın alışdırıcısının, 1 ədəd qara rəngli dəyənəyin, 1 ədəd balaca çapacağın həmin avtomobildə olmasından xəbəri olmamışdır. Müseyibin həmin əşyaları haradan, nə məqsədlə əldə edib avtomobildə saxlaması barədə heç bir məlumatı yoxdur. Lakin 1 ədəd dizüstü kompüterin və 1 ədəd eynək qabının avtomobildə olmasını həmin gün avtomobilə əyləşən zaman görmüşdür. Polis əməkdaşlarının Mirseyibə nə üçün yaxınlaşdıqlarını bilməmişdir. Onlara yaxınlaşan polis əməkdaşları mülki geyimdə olmuşlar. Hadisə yerində təxminən 8 nəfər polis əməkdaşı olmuşdur. Mülki geyimli şəxslər Müseyib qumbaranı çıxardıqdan sonra polis əməkdaşları olduqlarını bildirmişlər. Müseyib Ələsgərovun hadisə vaxtı partlatdığı qumbaranı haradan əldə etməsi, hansı məqsədlə üzərində gəzdirməsi barədə heç bir məlumatı olmamışdır. Qumbaranı ilk dəfə Müseyib polis əməkdaşlarını görəndə eynək qabından çıxaran zaman görmüşdür. Nizami adlı şəxsi tanımır. “Hyundai Accent” markalı avtomobildən aşkar edilən maddələr və digər əşyalar Müseyibə məxsus olmuş, onlarla onun heç bir aidiyyəti olmamışdır. Müseyibin polis əməkdaşları ilə söhbət edən zaman qumbaranın iynəsini çıxarıb-çıxarmadığını xatırlamır. Hadisə günü üzərində bıçaq olmamışdır. Polis əməkdaşları yaxınlaşan zaman onlara daş atmamışdır. Partlayış olan ərazi ilə onun arasında təxminən 30 metr məsafə olmuşdur. Partlayış olan zaman artıq polis əməkdaşları onu tutmuşlar. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, arabir psixotrop maddə metafetamindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmişdir. Polis əməkdaşlarından yaxa qurtarmaq üçün təxminən 50-60 metr qaçmışdır. Müseyib polis əməkdaşları ona “təslim ol” dedikdən sonra qaçmağa başlamışdır. Hadisə günü Müseyibin qumbara çıxarması səbəbi ilə polis əməkdaşlarının onu da tutmasından qorxduğu üçün qaçmışdır. Əgər üzərində narkotik vasitə olsa idi, polis əməkdaşlarından qaçan zaman onu ata bilərmiş. Polis əməkdaşlarının bəzisini üzdən tanıya bilər. Qaçan zaman polis əməkdaşları ilə arasında təxminən 10 metr məsafə olmuşdur. Müseyib evində və avtomobilində narkotik və psixotrop maddə olması ilə bağlı ona heçnə deməmişdir. Hadisə zamanı üzərimdə yalnız beşbarmaq və açarlar olmuşdur. Tutulduqdan sonra polis əməkdaşlarına müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır. Son vaxtlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, əvvələr Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2 il 2 ay Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş və azadlığa 2019-cu ilin sentyabr ayında çıxmışdır. Cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisəsində tanış olduğu və dostluq etdiyi X6 ilə ona məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları yaşayış massivində fərdi yaşayış evində müvəqqəti qalmış və həmin ünvanda qalmağına səbəb isə X4 məxsus evdə kafel metlax vurmağı olmuşdur. Müseyib Ələsgərov sərhədlə bağlı cinayət törətmək üstündə tutulmuş, 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. 27 iyul 2021-ci il tarixdə günorta saatlarında, yəni saat 14-15 radələrində dostu X6 ilə birlikdə Müseyibə maşın almaq üçün Müseyibin sonradan adını bildiyi bacısı X7 məxsus “Hundai Accent” markalı qara rəngli avtomobillə Yasamal rayonu, X25 yerləşən maşın bazarına gəlmişlər və orada Müseyib özünə göy rəngli adını hazırda xatırlamadığı maşını bəyənmiş və həmin maşın aldıqdan sonra sənədləşdirmək üçün maşın bazarının girişində olan ofisin qarşısına gəlmişlər. Bu zaman özlərini polis əməkdaşı kimi təqdim etmiş mülki geyimli şəxslər onlara yaxınlaşaraq Müseyibə “Nizami bura gəl” demiş, Müseyib isə onlara baxıb “mən Nizami deyiləm” demişdir. Həmmn polis əməkdaşları onlara tərəf gəlib Müseyibə “sənədlərini təqdim et, əgər Nizami deyilsənsə, çıxıb gedərsən” demişlər. Müseyiblə onun Nizami adlı ortaq tanışı olmuşdur. Belə ki, soyadını bilmədiyi Nizami adlı şəxs də onlarla birlikdə Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəsissəsində cəza çəkmiş və təxminən 1 il olar ki, azadlığa çıxmışdır. Sonuncu dəfə Nizamini 3 ay bundan öncə görmüş və onunla heç bir münasibəti və ədavəti olmamışdır. Buna baxmayaraq Müseyib maşından düşərkən ona saxlamaq üçün verdiyi eynək qabını əlindən alıb həmin qabı açaraq içərisində olan əl qumbarasını çıxardaraq polis əməkdaşlarına “yaxınlaşsanız sizi də, özümü də partladacam” demişdir. O, həmin vaxta qədər eynək qabının içərisində nə olduğunu bilməmişdir. Bu zaman polis əməkdaşları dayanaraq Müseyibə “əl qumbarasın yerə qoy partlayar” demişlər. Təxminən 15-20 dəqiqə Müseyiblə polis əməkdaşları arasında söhbət getmiş, polis əməkdaşları Müseyibə lazımsız hərəkət etməməyini bildirmişlər. Lakin Müseyibin əlində qumbara olduğuna görə ona yaxınlaşa bilməmişlər, buna baxmayaraq polis əməkdaşları ona yaxınlaşdıqca Müseyib geriyə tərəf addım atmağa başlamışdır. Müseyib hətta qumbaranın iynəsini də çıxartmışdır. Həmin vaxt Müseyib və o, polis əməkdaşları ilə hər hansı bir əlbəyaxa dava etməmiş, sadəcə olaraq oradan çıxıb getmək istəmişlər. Müseyib polis əməkdaşlarına məhəl qoymayaraq qaçmağa başlamış, o, da Müseyibin arxasınca qaçmışdır. Orada yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yanından keçib hasarın arxasından Qanlı Göl qəsəbəsi istiqamətinə qaçmışlar, təxminən 300 metr qaçdıqdan sonra yol kənarında tikilmiş hasarın sökülmüş kiçik yerindən Kənan Dairəvi yola çıxmış və hasarın arxası ilə gələn polis əməkdaşları həmin vaxt ona çataraq saxlayıb yerə yıxmışlar. Müseyib isə əl qumbarasını əlində tutaraq qaçmağa davam etmiş, təxminən 40 metr qaçdıqdan sonra o, partlayış səsi eşitmiş və Müseyibin əlində olan qumbaranı partlatdığını bilmişdir. Bundan sonra polis əməkdaşları onu 28-ci PB-nə gətirmiş və Polis bölməsində ondan narkotik vasitə istifadə edib-etmədiyi soruşulduqda o, narkotik vasitədən istifadə etmədiyini bildirmiş, 1 gün əvvəl Müseyibin ona saxlaması üçün 2 büküm narkotik vasitə verdiyini və həmin narkotik vasitələrin hal-hazırda üzərində olduğunu demişdir. Bu zaman hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş və həmin müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Bu zaman o, əynində olan şalvarın sağ yan cibindən 2 bükümdə olan “patı” və “kakos” kimi bildiyi maddələri çıxardıb təqdim etmiş, bundan sonra isə şalvarının arxa cibindən özünün düzəltdiyi beşbarmağı da çıxardıb təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş təqdim etdiyi 2 ədəd büküm və 1 ədəd beşbarmaq onun və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində bunlardan başqa qeyri-qanuni əşya və ya maddə olması soruşulduqda o, sol cibində olan Müseyibin idarə etdiyi “Hyundai” markalı avtomobilin və ona məxsus olan evin açarlarını təqdim etmiş və Müseyibin idarə etdiyi “Hyundai” markalı avtomobildə və evdə qeyri-qanuni əşya və ya maddələrin olması barədə soruşulduqda bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşları ilə Yasamal rayonu, X25 yerləşən maşın bazarının girişinə gələrək orada Müseyibə məxsus “Hyunda Accent” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar və həmin avtomobilin qapısını açdıqdan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol qabaq oturacağının altından içərisində qəhvəyi rəngli və ağ rəngli maddələr olan 2 ədəd şəffaf sellofan bükümlər, qabaq sol oturacağın ayaq altı rezininin altından 1 ədəd əl qumbarası, həmin qumbaranın alışdırıcısı, avtomobilin qabaq sağ oturacağının altından 1 ədəd qara rəngli dəyənək, 1 ədəd balaca çapacaq, avtomobilin alətlər panelində yerləşən saxlanc yerindən isə narkotik vasitə qəbul edilərkən istifadə olunan 2 ədəd şüşə, arxa oturacağın üzərindən 1 ədəd dizüstü kompüter və eynək qabı aşkar edilmişdir. Bu zaman polis əməkdaşları ondan avtomobildə aşkar olunmuş maddələrin nə olduğunu və haradan əldə edildiyini soruşduqda o, həmin maddələrin və digər əşyaların Müseyibə məxsus olduğunu, aşkar edilən maddə və əşyalara onun heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman göstərdiklərinə uyğun olaraq Müseyibə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları yaşayış massivində fərdi yaşayış evinə gəlmişlər. O, ilk öncə evin həyətindəki giriş qapısını, daha sonra isə evin qapısını açmış və Müseyibə məxsus evə daxil olmuşlar. Bundan sonra polis əməkdaşları yataq otağında dolabın sol üst hissəsində dəsmalların arasında şəffaf sellofana bükülmüş X4 məxsus psixotrop maddə olan metafetamini aşkar etmişlər. Həmin psixotrop maddə onların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və sorğu zamanı o bildirmişdir ki, psixotrop maddənin evdə olması barədə Müseyib ona heç bir şey deməmişdir. X16 hadisə vaxtı partlatdığı qumbaranı haradan əldə etməsi, hansı məqsədlə üzərində gəzdirməsi barədə heç bir məlumatı olmamışdır. Həmin qumbaranı ilk dəfə Müseyib polis əməkdaşlarını görəndə eynək qabından çıxaran zaman görmüşdür. Onun 27 iyul 2021-ci il tarixdə Müseyib Ələsgərova məxsus “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 1 ədəd əl qumbarasının, 1 ədəd həmin qumbaranın alışdıncısının, 1 ədəd qara rəngli dəyənəyin, 1 ədəd balaca çapacağın həmin avtomobildə olmasından xəbəri olmamış və Müseyibin həmin əşyaları haradan, nə məqsədlə əldə edib avtomobildə saxlaması barədə bilməmişdir. Lakin 1 ədəd dizüstü kompüterin və 1 ədəd eynək qabının avtomobildə olmasını həmin gün avtomobilə əyləşən zaman görmüşdür. Onun həmin vaxt üzərində dəstəyi qəhvəyi rəngli, açılıb-bağlanmayan balaca bıçaq olmuş, həmin bıçaq polis əməkdaşlarından qaçan zaman üstündən yerə düşmüş, lakin hara düşdüyünü görməmişdir. Həmin bıçağı hadisə vaxtı istifadə etməmiş, əlinə belə almamışdır. Həmin bıçağı uzun müddətdir ki, özündə saxlamış, bıçağı ona hansısa məclisdə xatırlamadığı şəxs vermişdir. Xoşuna gəldiyi üçün üzərində gəzdirmiş, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmamış, həmin maddələri də dostu Müseyibin xahişi ilə üzərində saxlamış, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 183-187). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. 27 iyul 2021 -ci il tarixdə Nəsimi RPİ-ni 20-ci PB-nə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Ruhid Tağıyevin icraatında olan ********* nömrəli cinayət işi üzrə barəsində 13.07.2021-ci il tarixdə 71063 nömrəli axtarış işi açılmış və məlumatda X8 Müseyib və Elman adlı şəxslərlə birlikdə “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməsi və həmin şəxlərin narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması, saxlanılması və satışı ilə məşğul olmaları göstərilmişdir. Həmçinin həmin məlumatda X8 Müseyib və Elman adlı şəxslərlə birlikdə 27 iyul 2021-ci il tarixdə Yasamal rayonu, X25 yerləşən “Maşın bazarına” gəlmələri və orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları göstərilmişdir. Həmin daxil olmuş məlumatın yoxlanılması məqsədilə 20-ci PB-nin müavini polis baş leytenantı Azər Məmmədovun rəhbərliyi altında o və bölmənin digər əməkdaşları polis baş leytenantı Şahid2, polis leytenantı Cəmaləddin Mevvalıyevin, polis leytenantı Ruslan Alıyevin və polis serjantı Bilal Bilalovun iştirakı ilə 27 iyul 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 27 iyul 2021-ci il tarixdə saat 15 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Bakı şəhəri, Yasamal rayonu, X26 8 ünvanında yerləşən Maşın Bazarına gəldikdə orada ofislərdən birinin qarşısında saxlanılmış “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobildə olan 2 şəxsdən xarici görkəm əlamətlərinə görə X12 bənzəyən şəxsi görüb özlərini təqdim edib onun Nizami Kərimzadə olduğunu müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs “mən Nizami deyiləm” demişdir. Onlar bir qədər də həmin şəxslərə tərəf gedib “sənədlərini təqdim et, əgər Nizami deyilsənsə, çıxıb gedərsən” demişlər. Bu zaman həmin şəxs anidən avtomobildən düşərək əlindəki RQD-5 tipli əl qumbarasını göstərib “yaxın gəlsəniz sizi də, özümü də partladacağam” demişdir. Onlar həmin şəxsi sakitləşdirməyə və əlində olan qumbaranı təhvil almağa çalışsalar da, həmin şəxs qanuni tələblərə məhəl qoymadan öz təhlükəli və aqressiv hərəkətlərini davam etdirmişdir. Təxminən 15-20 dəqiqə həmin şəxslə söhbət apararaq qumbaranı təhvil verməsini bildirsələr də, sonradan adının Müseyib olduğunu öyrəndikləri şəxs qumbaranın iynəsini çıxartmış və qaçmağa başlamışdır. Bu zaman Müseyibin yanında olan şəxsin də onun arxasınca qaçmağa başladığını görmüşlər. Bundan sonra orada yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yanından keçib hasarın arxasından Qanlı Göl qəsəbəsi istiqamətinə qaçmış və təxminən 30-40 metr qaçdıqdan sonra yol kənarında tikilmiş hasarın sökülmüş kiçik yerindən Dairəvi yola çıxmışlar. Bu zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri şəxsə çataraq onu tutub saxlamışlar, lakin Müseyib qaçmaqda davam etmişdir. O və Vüsal Elmanın yanında qalsalar da, digər iş yoldaşları Müseyibin ardınca qaçmaqda davam etmişlər. Onlar bir qədər aralaşdıqdan sonra partlayış səsi gəlmişdir. Elə bu vaxt başa düşmüşlər ki, Müseyib adlı şəxs əlində olan qumbaranı partlatmışdır. Bunun nəticəsində Müseyib özünə və onun ardınca gedən polis əməkdaşlarına müxtəlif bədən xəsarətləri yetirmişdir. Bundan sonra o və Vüsal Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PB-nə aparmış və orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamini, həmin şalvarın arxa cibindən 1 ədəd beşbarmaq və şalvarın sol cibindən isə 1 ədəd avtomobil açarı ilə 3 ədəd açar çıxardıb təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin bükülülərdəki maddələrin nə olduğu soruşulduqda Elman bildirmişdir ki, ağ kristalşəkilli maddə psixotrop maddə olan metafetamin, qəhvəyi rəngli toz şəkili maddə isə narkotik vasitə olan heroindir. Əynində olan şalvarın sol cibindən çıxartdığı açarlardan biri “Hyundai Accent” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı, digər açarlar isə Müseyib Ələsgərovla birlikdə yaşadığı sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Zeytun Bağları” yaşayış massivində yerləşən nömrəsiz fərdi həyət evinin açarıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və 1 ədəd beşbarmaq iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış, Elmanın təqdim etdiyi maşın və evin açarları isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunanlardan başqa qeyri-qanuni əşya və ya maddə əldə edib saxlaması soruşulduqda "Hyundai" markalı avtomobildə və M.Əsgərovla birlikdə yaşadıqları evdə narkotik vasitələr olduğunu, avtomobilə və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə Yasamal rayonu, X26 8 ünvanında yerləşən maşın bazarının girişinə gələrək orada Müseyibə məxsus “Hyunda Accent” markalı, 90-SD083 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və Elmanın həmin avtomobilin qapısını açdıqdan sonra avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin sol qabaq oturacağının altından içərisində qəhvəyi rəngli və ağ rəngli maddələr olan 2 ədəd şəffaf sellofan bükümlər, qabaq sol oturacağın ayaq altı rezininin altından 1 ədəd əl qumbarası, həmin qumbaranın alışdırıcısı, avtomobilin qabaq sağ oturacağının altından 1 ədəd qara rəngli dəyənək, 1 ədəd balaca çapacaq, avtomobilin alətlər panelində yerləşən saxlanc yerindən isə narkotik vasitə qəbul edilərkən istifadə olunan 2 ədəd şüşə, arxa oturacağın üzərindən 1 ədəd dizüstü kompüter və eynək qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobildə aşkar olunmuş maddələrin nə olduğu və haradan əldə etdiyi soruşulduqda bildirmişdir ki, avtomobildən aşkar olunmuş maddələrin 1 gün əvvəldən Müseyib tərəfindən avtomobildə saxlanıldığını bilsə də, həmin əşya və maddələri ona yox, Müseyibə məxsusdur. Bundan sonra Elman ilə onun Müseyiblə birlikdə yaşadığı sonuncuya məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları yaşayış massivində fərdi yaşayış evinə getmişlər. Elman ilk öncə evin həyətinin giriş qapısını, daha sonra isə evin qapısını açmış və onun ardınca razılıq əsasında evə daxil olmuşlar. Bundan sonra Elman bildirmişdir ki, evdə narkotik vasitə yataq otağında olan paltar dolabının içərisindəki dəsmalların arasındadır. Həmin dolaba baxış keçirilən zaman dolabın sol üst hissəsində dəsmalların arasında şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Elman bildirmişdir ki, həmin maddə “patı” kimi bildiyi psixotrop maddə metafetamindir və həmin maddənin evdə olmasını Müseyib 1 gün əvvəl ona demişdir. Təqsirləndirilən şəxs, X2 və X3 miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatda adı qeyd olunan X15 hadisə vaxtı bıçaqlanma hadisəsi ilə bağlı axtarışda olmuşdur. X5 da tutulmuşdur. Müseyib Ələsgərovla 20 dəqiqə söhbət aparmalarına baxmayaraq əl qumbarasını ondan ala bilməmişlər. Təqsirləndirilən şəxs Mirseyib Ələsgərova əlində olan qumbaranı partlatmaqla bağlı göstəriş vermişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs onlardan qaçmış, tutulan zaman isə onlara qarşı müqavimət göstərmişdir. Hadisəyə qədər Təqsirləndirilən şəxs tanımamışdır. Daxil olan məlumat barədə onlara rəis müavini Azər Məmmədov demişdir. Məumatı yoxlamaq üçün Maşın bazarına o, Azər Məmmədov, Şahid2, Cəmaləddin Mevvalıyev, Ruslan Alıyev və Bilal Bilalov getmişlər. Polis əməkdaşlarından Cəmaləddin Mevvalıyev ağır bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs Şahid2 və o saxlamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra müqavimət göstərdiyi üçün qoluna qandal vurmuşlar. Təqsirləndirilən şəxs tutduqdan sonra hadisə yerinə ən yaxın bölmə olan Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. Təqsirləndirilən şəxsi polis bölməsinə **-SD-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə aparmışlar. Təqsirləndirilən şəxs ona yaxınlaşmalarəna mane olmaq üçün onlara daş atmışdır. Hadisə günü X20 Qurbanov və Mirseyib Ələsgərovun yanında olmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə olan narkotik vasitələrin Mirseyib Ələsgərova məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metafetamin olan 2 ədəd şəffaf rəngli sellofan büküm, şalvarının sol arxa cibindən 1 ədəd beşbarmaq kimi tanınan əşya, həmin şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı və 3 ədəd əlavə açar aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü, psixotrop maddə metafetamin bükümü və 1 ədəd beşbarmaq götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vərəqə 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 28 iyul 2021-ci il tarixli 6/3130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri olan karton qutudakı 1 ədəd bükümdə təmiz çəkisi 520 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1,020 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd şüşə borucuğun üzərində psixotrop maddə metafetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Üzərində “Təqsirləndirilən şəxs və X2 yaşadıqları evdən” sözləri olan 1 №-li zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,286 qram, 84,546 qram, ümumi təmiz çəkisi 95.832 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metafetamindir, üzərində “Təqsirləndirilən şəxs” sözləri olan 2 №-li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,627 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 3,475 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd karton qutudakı 1 və 2 №-li zərflərdəki metafetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 621,459 qramdır. Bir ədəd karton qutudakı və 2 №-li zərfdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1023,475 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1.020 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 1019,9 qram, heroinin ümumi təmiz çəkisi 3,475 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 3,425 qram, metafetaminin ümumi təmiz çəkisi 520 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 519,9 qram, metafetaminin ümumi təmiz çəkisi 95,832 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 95,732 qram, metafetaminin ümumi təmiz çəkisi 5,627 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 5,577 qram, cild 1, iş vərəqə 58-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 7 oktyabr 2021-ci il tarixli 7/435 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur, təqdim olunmuş bıçaqların üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik yoxdur (cild 1, iş vərəqə 153-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 4 avqust 2021-ci il tarixli 6/1299 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirən hər hansı bir dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 67-70). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 5 fevral 2022-ci il tarixli 544 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 104-105). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 5 fevral 2022-ci il tarixli 286 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri yoxdur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki ruhi-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 107-108). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1 bükümdə təmiz çəkisi çəkisi 3,425 qram olmuş narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi çəkisi 5,577 qram olmuş psixotrop maddə metafetamin, 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışı özündə əks etdirən 1 ədəd CD disk də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 127-143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Qurbanov X13 şəhər məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 7 avqust 2020-ci il tarixdə cəza müddəti bitmişdir (cild 2, iş vərəqə 67-75). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməllərində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində olan cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). İş materiallarında olan Yasamal rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 111-118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin sadə residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 145,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1 bükümdə 3,425 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1 bükümdə 5,577 qram olan psixotrop maddə metafetmin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 145,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1 bükümdə 3,425 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1 bükümdə 5,577 qram olan psixotrop maddə metafetmin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar