Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-819/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Azərbaycanrus dillərinin tərcüməçisi X3, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Elvan” şokolad sexində operator işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır xəsarət yetirməklə, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Belə ki, o, doğma atası Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə ailə münaqişəsi yaradıb ona və anası Şahid1 qarşı təhqiredici ifadələr işlətməklə ailədə narahatçılıq yaratmasına baxmayaraq, anası ilə birlikdə atasının hərəkətlərinə dözüm göstərərək səbrli olsa da, növbəti dəfə 20 mart 2021-ci il tarixdə saat 20-21 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında atası spirtli içiki qəbul etdikdən sonra yenidən spirtli içki istədiyi üçün arvadı Şahid1 spirtli içki gətirməsini tələb etmiş, sonuncu bundan imtina etdiyi üçün yaranmış münaqişə zamanı atası Zərərçəkmiş şəxs onun anası Şahid1 döyərək, sonuncuya alının səthi əzilmiş yarası, sağ dirsəyin, sol əlin qançırları, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsini görüb, atasını sakitləşdirməyə çalışarkən atasının ona qarşı işlətdiyi təhqiredici sözlərə görə, yəni onu nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək artıq aralarında yaranmış ailə münaqişəsi zəminində qisas niyyəti ilə özünün cinayətkar niyyətini həyata keçirmək üçün 20 mart 2021-ci il tarixdə saat 20-21 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında atası Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədi ilə bədənin müxtəlif nahiyələrindən yumruqla ardıcıl olaraq bir neçə dəfə zərbə vurmuş, nəticədə, atası Zərərçəkmiş şəxs başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar kimi ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri olan, sol gözaltı nahiyənin əzilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın, alının, qaşarası nahiyənin, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, hər iki gözətrafı nahiyənin qançır və ağlı qişanın qansızması, burunun, boyunun sağ yan səthinin, döş qəfəsinin, sol üst qalça darağının, hər iki bazunun, sağ dirsək nahiyənin, hər iki saidin qançırları kimi həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən getmiş, hadisədən sonra atası Zərərçəkmiş şəxs ixtisaslaşmış tibbi yardım olunmasa da, lakin anası Şahid1 ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə etməklə sonuncuya ilkin yardım göstərilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs 22 mart 2021-ci il tarixdə saat 06da baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar səbəbindən ölmüş, bununla da, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atası ilə arasında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Atasının başqa şəxslərlə də arasında düşmənçilik və ədavət olmasının şahidi olmamışdır. Onun atası Ramizi öldürmək fikri və niyyəti heç vaxt olmamışdır. O, ata-anasının bir kişi övladıdır. Ondan başqa bir bacısı vardır. Bacısı təxminən 16 il əvvəl ailə həyatı quraraq onların evindən ayrılıb ər evinə köçmüşdür. Həmin vaxtdan o, atası və anası ilə birlikdə qalmışdır. Atası həmişə spirtli içki içən olmuş, lakin müəyyən ailələrdə olan adi ailədaxili söz-söhbətlərdən başqa anası və ya onunla atası arasında ciddi mübahisələri olmamışdır. Son 12 il ərzində atası mütəmadi olaraq spirtli içki qəbul etmiş və ailədə sözsöhbət yaratmışıdr. O, həyatında atasına qarşı nalayiq hərəkətlər etməmişdir, həmçinin onun atasının sözünə qulaq asmamaq kimi davranışları da olmamışdır. Atasının hərəkətləri evdəkiləri hövsələdən çıxarsa da, bir dəfə də olsun atasına qarşı heç kim əl qaldırmamışdır. Atası təzyiq xəstəsi olmuş və çox vaxt spirtli içkinin təsiri altında olduğu vaxt həyətdə və evdə müvazinətini itirib yıxılmış, zəif xəsarətlər almışdır. Bununla bağlı heç vaxt həkimə müraciət etməmişər. Atası ev şəraitində təzyiqlə bağlı dərmanlar qəbul etmişdir. 20 mart 2021-ci il tarixdə axşam bayram süfrəsinə əyləşmişlər. Süfrədə qeyriadi xörək və başqa yeyinti məhsulu olmamış, atası özü içməsi üçün spirtli içki araq almışdır. Bayramla əlaqədar azyaşlı bacısı oğlu Şahid2 da onlarda olmuşdur. Atası spirtli içki qəbul etdikdən sonra anasına gedib, dükandan araq alıb gətirməsini demiş, anası atasına spirtli içkini az içməsini, bu qədər çox içməklə canına qəsd etdiyini və araq almayacağını bildirmişdir. Atası bundan əsəbiləşib rus dilində anasına söyüş söyməyə başlamış və təhqir etmişdir. O, atasını sakitləşdirmək istəsə də, atası onu itələyib stolun üzərindəki boşqabı götürüb anasının başına çırpmışdır. Bu vaxt o, anasının alın nahiyəsinin qanadığını görmüşdür. Həmin vaxt özünü itirərək, bir anlıq etdiyi hərəkəti fikirləşmədən ayaqüstə atasının sağ gözündən bir yumruq vurmuşdur. O, yumruq vurandan sonra atası divana oturmuşdur. Daha sonra bir anda elə bil yuxudan ayılmış və evdən həyətə çıxaraq dərindən nəfəs alıb etdiyi hərəkətin fərqinə varmış və çox peşman olmuşdur. Yenidən evə keçmiş, anasına belə etmək fikrinin olmadığını, özünü bir anda tuta bilmədiyini və özündə olmadan atasını yumruqla vurduğunu demişdir. Bu zaman anası atasının sifət nahiyəsində olan yarasına maz sürtmüşdür. Anası ona darıxmamağı, hər şeyin yaxşı olacağını bildirmişdir. Daha sonra o, evin bayır qapısının örtüldüyünü eşitmiş və sonra səs gəlmişdir. O, çıxıb atasının pilləkənlərin yanında yerə uzandığını görmüşdür. O, başa düşmüşdür ki, atası pilləkənlərdən yıxılıb. Atasının sifəti əzilmişdir. 22 mart 2021-ci il tarixdə səhər saatlarında atası özünü narahat hiss etmiş və qəflətən halı pisləşərək reaksiyasız vəziyyətə düşmüşdür. Onlar tez Təcili tibbi yardım stansiyasına yığıb məlumat vermişlər. Təcili tibbi yardım briqdasının həkimləri gəlib atasını müayinə etmiş və atasının öldüyünü təsdiq etmişlər. Həmin vaxt atasının üzərində gözə çarpacaq xəsarǝtlər olduğu üçün Təcili tibbi yardım briqadası polisi evə dəvət etmişdir. Həmin vaxt atasının bədən səthində olan xəsarətlərlə bağlı o, bildirmişdir ki, atası təzyiq xəstəsi olmuş, bununla bağlı dəfələrlə müvazinətini itirib yıxılmışdır. Onun atasına vurduğu yumruğun atasının ölümünə səbəb olacağına inanmadığı üçün atasını yumruqla vurduğunu və atasının anasının baş nahiyəsinə xəsarət yetirdiyini polisə bildirməmişlər. Daha sonra prokurorluq əməkdaşları gəlmiş və atasının meyitini morqa aparmışlar. Atasının meyiti morqda müayinə edildikdən sonra ailəsinə təhvil verilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmədə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası xasiyyətcə yaxşı insan olsa da, mütəmadi olaraq spirtli içki qəbul edən şəxs olması onun zəif cəhətlərindən biri olmuş və içki içən zaman atası kobudlaşıb ətrafdakılarla pis rəftar etmişdir. Ailəvi olaraq nə qədər çalışsalar da, atası Ramizin spirtli içki qəbul etməsinə mane ola bilməmişlər. Dəfələrlə atası sərxoş olub hərəkətlərinin yerini bilmədiyi üçün anası və qardaşı İlqar evi tərk edib küsüb onların evinə, həmçinin qohum-tanış olan digərlərin evinə gedib bir müddət qalmışar. Qardaşı İlqar çox tərbiyəli, qanacaqlı, öz hərəkətlərinin yerini bilən və mehriban olmuşdur. Atası Ramiz əyyaş həyat tərzi keçirməklə, bir növ özünü bütün tanışlardan və qohumlardan uzaqlaşdırmışdır. Buna baxmayaraq o və ailəsi həmişə atası ilə maraqlanmış, atasına dəfələrlə spirtli içki qəbul etməməsi ilə bağlı iradlarını bildirmişlər. Atası Ramiz spirtli içki içib ancaq öz ailəsi daxilində söz-söhbət salmış, kənar adamlara hər hansı bir narahatçılıq yaratmamışdır. Qonum-qonşular hamısı Ramizin əyyaş həyat tərzi keçirdiyini bilsələr də, ümumi olaraq ailələrini sakit ailə kimi tanımışlar. İlqarı tanıyanlar isə onun xətrini çox istəmişlər. İlqara həmişə hörmətlə yanaşmışlar. 20 mart 2021-ci il tarixdə axşam radələrində atası spirtli içkinin təsiri altında anası Tamillanı təhqir etmiş və boşqabla vuraraq anasının baş nahiyəsinə xəsarət yetirmişdir. Buna dözməyən qardaşı İlqar anasının başının qanadığını görüb hirslənərək, atasını çarpayıya itələmiş və bir-iki dəfə yumruqla sifət nahiyəsinə vurmuşdur. Bu barədə o, atası öldükdən sonra xəbər tutmuşdur. Belə ki, oğlu Ramazan bayram axşamı, yəni 20 mart 2021-ci il tarixdə anasıgildə olmuş, həmin vaxt axşam radələrində oğlu evə gələndə atasının sərxoş olub anasını vurduğunu, qardaşının da atası ilə mübahisə etdiyini demişdir. O, həmin vaxt atasının həmişəki kimi sərxoş olub evdəkilərlə mübahisə etdiyini düşünüb Ramazandan daha ətraflı nə baş verdiyini soruşmamışdır. Bundan əlavə, atası təzyiq xəstəsi olduğu üçün bəzi vaxtlarda həm sərxoşluğunun təsiri altında, həm də təzyiq xəstəliyi ilə bağlı yıxılaraq yüngül xəsarətlər almışdır. 22 mart 2021-ci il tarixdə səhər saatlarında anası Tamilla onun ev telefonuna zəng vuraraq atasının təzyiq xəstəliyi ilə bağlı vəfat etdiyini söyləmişdir. O, dərhal bu barədə əri Həmidə məlumat verərək atasıgilə getmişdir. Anasının və qardaşının sözünə görə atası Ramiz vəfat etməmişdən öncə təzyiqi ilə bağlı gecə müvazinətini itirib yıxılmış, səhər, yəni 22 mart 2021-ci il tarixdə təxminən saat 06 radələrində ölmüşdür. Anası və qardaşı atasının sifət nahiyəsində bəzi xəsarətlərin olmasını atasının təzyiq xəstəliyi ilə bağlı yerə yıxıldığı zaman aldığını demişlər. Atası tez-tez bu halda olduğuna görə həkim çağırmağı xoşlamadığı üçün anasıgil də atasının yaralarına lazımi dərmanlar sürtmüşlər. Daha sonra İlqarın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aparılmasından sonra anasının sözündən bilmişdir ki, atası Ramiz 20 mart 2021-ci il tarixdə axşam radələrində anasını təhqir edərək anasına xəsarət yetirdiyi zaman, buna dözməyən İlqar atasını çarpayıya itələmiş, mübahisə zamanı bir-iki dəfə atasının sifət nahiyəsindən yumruqla vurmuşdur. Lakin hamısı da bilir ki, itələməklə və ya bir yumruqla atası Ramiz ölməmişdir, atası təzyiq xəstəliyi ilə bağlı qəflətən dünyasını dəyişmişdir. Lakin hüquqmühafizə orqanı əməkdaşları atasının ölümünə qardaşı İlqarın səbəb olduğunu düşünmüşlər. İlqar elə sakit, tərbiyəli və utancaq olduğundan atası Ramizi heç vaxt öldürməzdi və buna heç kim inanmamışdır. Atasının ölümündə hər hansı bir şəxsin günahı və təqsiri olmadığı üçün kimsədən şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun babasıdır, Təqsirləndirilən şəxs isə dayısıdır. Ramiz babası ilə İlqar dayısı arasında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Onların başqa şəxslərlə də arasında düşmənçilik və ədavət olmasının şahidi olmamışdır. O, çox vaxt nənəsigilə baş çəkmək üçün yaşadığı evdən nənəsigilə gəlmiş və bir müddət nənəsigildə vaxt keçirdikdən sonra evinə qayıtmışdır. Babası Ramiz həmişə spirtli içki içən olmuşdur. Lakin müəyyən ailələrdə olan adi ailədaxili söz-söhbətlərdən başqa babası ilə İlqar dayısı arasında və ya babası ilə nənəsi arasında ciddi mübahisə olmamışdır. Yadındadır ki, dayısı İlqar, anası Saidə və nənəsi Tamilla babasına spirtli içkidən uzaq olması, adına və ailəsinə yaraşmayan hərəkət kimi sərxoş olub ağzının danışığını bilməməsi barədə etdiklərini qinamışlar və bir növ babasına yalvararaq etdiyi pis vərdişlərdən uzaq durmasını xahiş etmişlər. İlqar babasına qarşı heç vaxt nalayiq hərəkətlər etməmişdir. Həmçinin atasının sözünə qulaq asmamaq kimi davranışları da olmamışdır. Babası Ramizin hərəkətləri böyüklərini hövsələdən çıxarsa da, bir dəfə də olsun İlqar atasına qarşı heç vaxt əl qaldırmamışdır. Babası təzyiq xəstəsi olmuş və çox vaxt spirtli içkinin təsiri altında olduğu vaxt həyətdə, evdə müvazinətini itirib yıxılmış, xəsarətlər almış, ev şəraitində təzyiqlə bağlı dərmanlar qəbul etmişdir. O, 20 mart 2021ci il tarixdə axşam saatlarında nənəsigilə baş çəkməyə gəlmişdir. Babası özü içməsi üçün spirtli içki araq almış, spirtli içki qəbul etdikdən sonra nənəsinə dükana gedib dükandan araq alıb gətirməyi bildirmişdir. Nənəsi babasına spirtli içkini az içməsini, bu qədər çox içməklə canına qəsd etdiyini demiş və araq almayacağını bildirmişdir. Babası bundan əsəbiləşib rus dilində nənəsini söyməyə başlamış və təhqir etmişdir. Dayısı İlqar atasını sakitləşdirmək istəsə də, babası İlqarı itələyib stolun üzərindəki boşqabı götürüb nənəsinin başına çırpmışdır. Bu vaxt nənəsinin başı qanamışdır. Bundan sonra nənəsi çölə çıxmışdır. O, dayısının babasını çarpayıya itələdiyini görmüşdür. Bu zaman o, qorxaraq evə qaçmışdır. Evdə anasına yenə babası ilə nənəsinin mübahisə etdiyini, babasının sərxoş olduğunu, daha sonra babasının İlqarla mübahisə etdiyini bildirmişdir. Amma anasına nə babasının nənəsini vurmasını, nə də İlqarın babasını itələməsini deməmişdir. 22 mart 2021-ci il tarixdə səhər saatlarında anası ona babasının qəflətən halının pisləşdiyini və öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2012-ci ildən daxili işlər orqanlarında xidmət edir, 2020-ci il tarixdən hazıradək Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla və ya Təqsirləndirilən şəxs yaxınları ilə hər hansı bir düşmənçilik və ədavəti yoxdur. 22 mart 2021-ci il tarixdə növbədə, yəni əməliyyat qrupunda olduğu vaxt saat 07-də DİN-in 102 xidmətinə 10 saylı Təcili tibbi yardım stansiyasından məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmiryol küçəsində yerləşən ünvanda Zərərçəkmiş şəxs təzyiq xəstəliyi ilə bağlı ölmüşdür. Məlumat daxil olduqdan sonra o, əməliyyat qrupu ilə birlikdə həmin ünvana getmiş və həmin ünvanda ona Zərərçəkmiş şəxs təzyiq xəstəsi olması, təzyiq xəstəliyi ilə bağlı 20 mart 2021-ci il tarixdə yıxılaraq xəsarət alması və 22 mart 2021-ci il tarixdə saat təxminən 07 radələrində ölməsi bildirilmişdir. Zərərçəkmiş şəxs ölümü ilə bağlı hər hansı bir şəxsdən şikayət və tələbləri yoxdur. Həmin vaxt Zərərçəkmiş şəxs bədən səthi örtülü olmuş, lakin o, mərhumun sifət nahiyəsinə açıb baxmışdır. O, Zərərçəkmiş şəxs sifət nahiyəsindəki xəsarətlərdən şübhələnmişdir. Ekspert olmasa da, adi insan kimi və neçə illik iş təcrübəsinə malik biri kimi həmin xəsarətlər ona şübhəli gəlmiş, xəsarətlər hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilən xəsarətlərə oxşamamışdır, həmin xəsarətlər onda elə təəssürat yaratmışdır ki, sanki mərhumun sağlığında sifət nahiyəsinə vurub xəsarət yetirmişlər. Ona görə də dərhal həmin gün növbədə olan prokurorluğun növbətçisi, X11a bu barədə bildirmişdir. X11 mərhumun yaxınlarının Zərərçəkmiş şəxs təzyiq xəstəliyi ilə bağlı ölməsini və meyiti daxili müayinə edilməsini təmin etmək üçün Zərərçəkmiş şəxs meyitinin morqa aparılmasını bildirmişdir. Müstəntiq morqda tibbi ekspertlə birlikdə meyitin xarici müayinəsini həyata keçirdikdən sonra müstəntiq də onlara meyitin bədən səthindəki xəsarətlərin kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsindən şübhələndiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə yaşayan Təqsirləndirilən şəxs və daha sonra anası Şahid1 2-ci Polis şöbəsinə dəvət edilib bu barədə məlumatlar alınmışdır. Daha sonra o, növbədə olduğu üçün işlə bağlı getmişdir. Elə həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxsla 2-ci Polis şöbəsində əməliyyat işçiləri və rəis müavini Şahid4, həmçinin Toğrul Qəribov tərəfindən söhbətlər aparılmış və söhbət zamanı verilən suallardan sonra Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək atası Zərərçəkmiş şəxs 20 mart 2021-ci il tarixdə axşam saatlarında anası Şahid1 vuraraq baş nahiyəsinə xəsarət yetirməsindən sonra yumruq zərbələri ilə sifət nahiyəsinə vuraraq xəsarət yetirdiyini və atasının bir gün sonra aldığı xəsarətlər nəticəsində öldüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncuya tibbi yardım göstərilməsi məqsədilə hər hansı tibb müəssisəsinə və Təcili tibbi yardıma müraciət etmədiklərini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2001-ci ildən daxili işlər orqanlarında, 2018-ci ildən Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin rəis müavini vəzifəsində işləmişdir. Hazırda təqaüddədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla və ya Təqsirləndirilən şəxs yaxınları ilə hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. 22 mart 2021-ci il tarixdə, saat 07:36-da DİN-in 102 xidmətinə 10 saylı Təcili tibbi yardım stansiyasından məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmiryol küçəsində yerləşən ünvanda Zərərçəkmiş şəxs təzyiq xəstəliyi ilə bağlı vəfat etmişdir. Məlumat daxil olduqdan sonra 2-ci Polis söbəsinin təhqiqatçısı Şahid3 əməliyyat qrupu ilə birlikdə ünvana getmiş və həmin ünvanda Farizə Zərərçəkmiş şəxs təzyiq xəstəsi olması, təzyiq xəstəliyi ilə bağlı 20 mart 2021-ci il tarixdə yıxılaraq xəsarət alması və 22 mart 2021-ci il tarixdə saat təxminən 07 radələrində ölməsi bildirilmişdir. Şahid3 meyitin sifət nahiyəsində xəsarətlər aşkar edib bununla bağlı şübhələndiyi üçün bu barədə rayon prokurorluğunun növbətçisi, prokurorluğun müstəntiqi Toğrul Qəribova məlumat vermiş və müstəntiqə bildirmişdir ki, mərhumun evindədir. Evdəkilər mərhumun təzyiq xəstəsi olmasını, təzyiq xəstəliyi ilə əlaqədar öldüyünü, hər hansı bir şəxsdən şikayət və tələblərinin olmadığını və meyiti dəfn etmək istədiklərini bildirmişlər. Təhqiqatçı müstəntiqə həmçinin şübhələndiyi məqamı bildirərək mərhumun sifət nahiyəsində gözlə görünən xəsarətlər olduğunu demişdir. Bundan sonra X11 meyitin morqa aparılmasının təmin edilməsini bildirmiş və müstəntiq özü də morqa getmişdir. X11 tibbi ekspertlə birlikdə meyitin xarici müayinəsini həyata keçirdikdən sonra onlara meyitin bədən səthindəki xəsarətlərin kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsindən şübhələndiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə yaşayan Təqsirləndirilən şəxs, daha sonra anası Şahid1 2-ci Polis şöbəsinə dəvət edilib bu barədə onlarla söhbətlər aparılmışdır. Təqsirləndirilən şəxsla söhbət zamanı X11 da iştirak etmişdir. X14 və onun suallarından sonra Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək atası Zərərçəkmiş şəxs 20 mart 2021-ci il tarixdə axşam saatlarında anası Şahid1 vuraraq sonuncunun baş nahiyəsinə xəsarət yetirməsindən sonra yumruq zərbələri ilə atasının sifət nahiyəsinə vuraraq xəsarət yetirməsini və atasının bir gün sonra aldığı xəsarətlər nəticəsində ölməsini, atası Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncuya tibbi yardım göstərilməsi məqsədilə hər hansı tibb müəssisəsinə və Təcili tibbi yardıma müraciət etmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, atası Zərərçəkmiş şəxs yumruqla vurub xəsarətlər yetirərkən yanlarında azyaşlı bacısı oğlu Ramazan da olmuşdur. Təqsirləndirilən şəxs eyni zamanda həmin vaxt sol əlini yumruq halına gətirərək yumruğunun üstündə xəsarəti göstərib qeyd etmişdir ki, solaxay olduğu üçün atasını sol əlini yumruq vəziyyətinə gətirməklə vurmuş, yumruğundakı həmin xəsarətlər həmin vaxt əmələ gəlmişdir. Təqsirləndirilən şəxs həmin etirafi əməliyyat-istintaq zamanı istifadə edilməsi üçün özünün icazəsi və razılığı ilə “Samsung S8” markalı mobil telefonda videolentə alınmışdır. Rayon prokurorluğunun 14 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq, həmin videogörüntü 1 ədəd diskə köçürülüb rayon prokurorluğuna göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Əli qızı ifadəsində göstərdi ki, o, 1998-ci ildən Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə həkim işləyir. 2019-cu ildən 10 saylı Təcili tibbi yardım stansiyasında həkim işləyir. 21 mart 2021-ci il saat 09:00-dan 22 mart 2021-ci il saat 09:00-a qədər növbətçi tibb bacısı Şahid6 ilə birlikdə işdə xidmətdə olmuşdur. 22 mart 2021-ci il səhər saat 07-08 radələrində Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsi ünvanında bir nəfərin ölməsi il bağlı çağırış gəlmişdir. Onlar gələn çağırış üzrə Təcili tibbi yardım maşını ilə həmin yerə gəlmişlər. Ölən şəxs 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olmuş, həmin vaxt evdə ölənin ailə üzvləri ilə, yəni sonradan adını öyrəndiyi həyat yoldaşı Şahid1 və oğlu Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Zərərçəkmiş şəxs ailə üzvləri onu otağa keçirib, uzanmış vəziyyətdə olan kişi cinsli şəxsi təqdim edərək Zərərçəkmiş şəxs olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs tibbi müayinə etdikdə müəyyən olunmuşdur ki, onun tənəffüsü yoxdur, nəbzi vurmur. Bununla da müəyyənləşdirmişdir ki, Zərərçəkmiş şəxs artıq ölmüşdür. Bu barədə müvafiq qeydiyyat apararkən mərhumun bədəni üzərində və sifət nahiyəsində olan xəsarətlərin nədən yarandığını soruşmuş, cavabında Ramizin oğlu İlqar və arvadı Tamilla bildirmişlər ki, Ramiz yüksək təzyiq xəstəsi olmuş, bayram günü spirtli içki qəbul etmiş və həyətdə yıxılaraq xəsarət almışdır. Lakin o, meyitin bədən səthində, sifət nahiyəsində olan xəsarətlərin yerləşmə yerindən və xarakterindən şübhələnmişdir ki, həmin xəsarətlər heç də yıxılmağa xarakterik xəsarətlərə bənzəmir. Mərhumun sifət və bədəninin açıq nahiyəsində şübhəli xəsarətlər olduğundan, özü uzun illərin tibb işçisi olduğundan və bu cür hallarla müxtəlif vaxtlarda qarşılaşdığından şübhəli ölümlə bağlı hüquq-mühafizə orqanına məlumat vermək qərarına gəlmişdir. O, evdə olan stasionar telefon aparatı vasitəsilə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Onun zəngindən qısa vaxt keçdikdən sonra polis əməkdaşları həmin ünvana gəlmişlər. Qeyd olunan vaxt polis əməkdaşları hadisənin prokurorluq əməkdaşlarının aidiyyətində olduğunu söyləyib prokurorluğa məlumat vermişlər. O, artıq polis əməkdaşlarının ünvanda olduğunu və hadisənin onların nəzarətində olmasını nəzərə alıb meyiti təhvil verərək xidməti iş yerinə qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 1993-cü ildən Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə tibb bacısı işləmiş, 2019-cu ildən 10 saylı Təcili tibbi yardım stansiyasında tibb bacısı işləyir. 21 mart 2021-ci il tarixdə saat 09:00-dan 22 mart 2021-ci il saat 09:00-a qədər növbətçi həkim Şahid5 ilə birlikdə işdə olmuşdur. 22 mart 2021-ci il tarixdə səhər saat 07-08 radələrində Buzovna qǝsəbəsi, Dəmir Yolu küçəsi ünvanında bir nəfərin ölməsi ilə bağlı çağırış gəlmişdir. Onlar gələn çağırış üzrə Təcili tibbi yardım maşını ilə həmin yerə gəlmişlər. Ölən şəxs 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olmuşdur. Həmin vaxt evdə onun ailə üzvləri, həyat yoldaşı Şahid1 və oğlu Təqsirləndirilən şəxs olmuş, Zərərçəkmiş şəxs tibbi müayinə etdikdə müəyyən olunmuşdur ki, onun tənəffüsü yoxdur, nəbzi vurmur. Bununla da həkim müəyyənləşdirmişdir ki, artıq Zərərçəkmiş şəxs ölüb. Bu barədə müvafiq qeydiyyat apararkən mərhumun bədəni üzərində və sifət nahiyəsində olan xəsarətlərin nədən yarandığını soruşmuşlar. Cavabında isə Ramizin oğlu İlqar və arvadı Tamilla bildirmişlǝr ki, Ramiz yüksək təzyiq xəstəsi olmuş, bayram günü spirtli içki qǝbul etmiş və həyətdə yıxılaraq xəsarət almışdır. Həkim Şahid5 mərhumun xəsarətlərinin nə vaxt yarandığını soruşduqda, mərhumun oğlu İlqar və arvadı Tamilla bildirmişlər ki, mərhum iki gün əvvəl, yəni 20 mart 2021-ci il tarixdə içkili vəziyyətdə yıxılıb xəsarət almışdır. Hər bir ölüm hallarında məcburi olduğundan, həkim Şahid5 hadisə barədə polis orqanına məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirmişlər. Onlar meyiti polislərə təhvil verib xidməti yerlərinə qayıtmışlar. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti Şahid7 ifadəsində göstərdi ki, 22 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs meyiti xarici və daxili müayinə olunmasından ötrü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə gətirilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs meyitində xəsarətlər aşkar edilmiş və həmin xəsarətlər yazdığı və prokurorluğa təqdim edilən 11 aprel 2021-ci il tarixli 39 saylı ekspertiza rəyində də göstərilmişdir. Həmin rəyi bir daha təsdiq edir. Həmin rəyə əsasən deyə bilər ki, mərhum Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, sol gözaltı nahiyənin əzilmiş yarası, alının, qaşarası nahiyənin, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, hər iki gözətrafı nahiyənin qançırı və ağlı qişanın qansızması, burunun, boyunun sağ yan səthinin, döş qəfəsinin, sol üst qalça darağının, hər iki bazunun, sağ dirsək nahiyəsinin, hər iki saidin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs ölümündən 24-36 saat əvvǝl törənmişlər, qərarda göstərilən vaxtda, yəni 20 mart 2021-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə uyğun gəlir və xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də yumruq, təpik zərbələri ilə yetirilməyə, həmçinin ayaqla üzərinə çıxılıb sıxılma nəticəsində əmələ gəlməsi inkar olunmur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid7 bildirdi ki, əsas xəsarətlər baş beyində olmuş, meyitin sifətində yara, qançır və sıyrıq olmuş, sifətində çapıq görməmişdir. Ölümün yıxılmaqla əlaqəli olması qeyri-mümkündür. Xəsarətlərin əksəriyyəti kənar şəxs tərəfindən yetirilən xəsarətlər olmuş, baş-beyinə qansızma baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. Əri ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Ərinin başqa şəxslərlə də arasında düşmənçilik və ədavət olmasının şahidi olmamış, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Oğlu İlqarın, atası Ramizi öldürmək fikri və niyyəti heç vaxt olmamışdır. Qızı təxminən 17 il əvvəl ailə həyatı qurub köçdüyünə görə həmin vaxtdan o, əri və oğlu İlqar birlikdə qalmışlar. Əri həmişə spirtli içki içən biri olmuşdur. Lakin müəyyən ailələrdə olan adi ailədaxili söz-söhbətlərdən başqa əri ilə arasında və ya əri ilə İlqar arasında ciddi mübahisə olmamışdır. Təxminən son 12 ildə əri mütəmadi olaraq spirtli içki qəbul etmiş və ailədə söz-söhbət yaratmışdır. O, oğlu və qızı ərinə spirtli içkidən uzaq olması barədə bildirmiş, adına və ailələrinə yaraşmayan hərəkət kimi sərxoş olub ağzının danışığını bilməməsi barədə etdiklərini qınamışlar və bir növ Ramizə yalvararaq elədiyi pis vərdişlərdən uzaq durmasını xahiş etmişlər. İlqar atasına qarşı heç vaxt nalayiq hərəkətlər etməmiş, həmçinin atasının sözünə qulaq asmamaq kimi davranışları da olmamışdır. Ramizin hərəkətləri onları hövşələdən çıxarsa da bir dəfə də olsun İlqar atasına qarşı heç vaxt əl qaldırmamışdır. Əri təzyiq xəstəsi olmuş xə çox vaxt spirtli içkinin təsiri altında olduğu vaxt həyətdə, evdə müvazinətini itirib yıxılaraq zəif xəsarətlər almışdır. Bununla bağlı heç vaxt həkimə müraciət etməmişlər. Əri ev şəraitində təzyiqlə bağlı dərmanlar qəbul elmişdir. 20 mart 2021-ci il tarixdə axşam bayram süfrəsinə əyləşmişlər. Əri özü içməsi üçün spirili içki araq almışdır. Bayramla əlaqədar nəvəsi, yəni qızının oğlu Şahid2 da onlarda olmuşdur. Əri spirtli içki qəbul etdikdən sonra ona dükana gedib dükandan bir daha spirtli içki olan araq alıb gətirməyi bildirmişdir. O, Ramizə spirtli içkini az içməsini, bu qədər çox içməklə canına qəsd etdiyini demiş və araq almayacağını ərinə demişdir. Əri bundan əsəbiləşib rus dilində onu söyməyə başlamış və təhqir etmişdir. İlqar atasını sakitləşdirmək istəsə də Ramız İlqarı itələyib stolun üzərindəki boşqabı götürüb onun başına çırpmışdır. Bu vaxt onun alın nahiyəsinin qanadığını görmüşdür. Həmin vaxt o, ağlayaraq çölə çıxmışdır. Bundan təxminən bir-iki dəqiqə sonra İlqar çölə çıxaraq yumruqla divara zərbə vurmuş və ona demişdir ki, "atamın səni vurmasına dözə bilmədim və atamı çarpayıya itələyərək bir dəfə sifətindən yumruqla vurdum". Bundan sonra İlqar hirsindən ağlamağa başlamışdır, O yenə də dözməyərək ərinin yanına getmiş və ərinin çarpayıda uzandığını görmüşdür. Ramiz sərxoş olmuşdur. Ramizdən nə isə lazım olub-olmadığını soruşmuş, Ramiz ona heç bir şey lazım olmadığını demişdir. Bir neçə dəqiqədən sonra Ramiz həyətdəki tualetə getmək istərkən müvazinətini itirib yerə yıxılmışdır. O, İlqarla köməkləşib Ramizi yerinə uzatmışdır. Həmin vaxt Ramizin üzündə xəsarət olduğunu görüb həmişəki mazlardan yaralarına sürtməyə başlamşdır. Səhəri gün Ramiz yenə qalxıb tualetə getmək ölərkən müvazinətini itirib yıxılmış və yenə də İlqarla birlikdə Ramizi yerinə uzatmışlar. Ramiz həkim çağırılmasından narahat olduğu üçün özü yenə də həmişəki kimi yaralarına dərman çəkməyə başlamışdır. 22 mart 2021-ci il tarixdə səhər saatlarında əri özünü narahat hiss etmiş və qəflətən halı pisləşərək reaksiyasız vəziyyətə düşmüşdür. Onlar tez təcili tibbi yardım stansiyasına yığıb məlumat vermişlər. Təcili tibbi yardım briqadasının həkimləri gəlib ərini müayinə etmişlər və ərinin öldüyünü təsdiq elmişlər. Həmin vaxt ərinin sifət nahiyəsində gözə çarрасаq xəsarətlər olduğu üçün təcili tibbi yardım briqadası polisi də evə dəvət etmişdir. Həmin vaxt ərinin bədən səthində olan xəsarətlərlə bağlı bildirmişlər ki, əri təzyiq xəstəsi olmuş, bununla bağlı dələlərlə müvazinətini itirib yıxılmışdır. İlqarın cəmi bir dəfə ərinin sifət nahiyəsinə yumruqla vurmasının Ramizin ölümünə səbəb olmayacağına inanmadıqları üçün İlqarın iki gün öncə ərini yumruqla vurması, həmçinin Ramizin ona xəsarət yetirməsi barədə polisə bildirməmişlər. Daha sonra prokurorluq əməkdaşları gəlmişlər və ərinin meyiti morqa aparılmışdır. Əri Ramizin meyiti morqda müayinə edildikdən sonra meyit ailələrinə təhvil verilmiş və İlqar şübhəli şəxs qismində saxlanılmışdır. Əri Zərərçəkmiş şəxs onun baş nahiyəsinə xəsarət yetirdiyi zaman orada o, Ramiz, İlqar və nəvəsi Ramazandan başqa heç kəs olmamışdır. İlqarla Ramiz mübahisə etdiyi zaman o, çölə çıxmış, nəvəsi də həmin vaxt İlqarın Ramizlə mübahisə eldiyini görüb qaçıb evlərinə getmişdir. Onun oğlu İlqarın nəinki atasını öldürmək fikri, eyni zamanda hər hansı bir xəsarət yetirmək fikri olmamışdır. Ramizin İlqarın vurduğu yumruq nəticəsində öldüyünə inanmamışdır. Fikrincə əri təzyiq xəstəliyi ilə bağlı vəfat etmişdir. Əri Ramizin ölümü ilə bağlı hər hansı bir şəxsin günahı və təqsiri olmadığı üçün kimsədən şikayət və tələbi yoxdur. Həmçinin əri Ramizin onun başına xəsarət yetirməsi ilə bağlı da hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 89-92). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 280 saylı raportdan görünür ki, xx.xx.2021-ci il, saat 07:36 radələrində 10/2 YYS-dan daxil olmuş məlumata əsasən, Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvanda yıxılıb vəfat etməsi barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, meyitin əynində ağımtıl-boz rəngli, yaxalığı zəncirbəndlə bağlanan uzunqol jaket, bozumtul-ağımtıl rəngli isti alt kişi tumanı vardır. Paltarlar geyinilmiş, səliqəli, zədəsizdir. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 173 sm-dir. Meyit qacıması müayinə olunun əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların агха-уаn səthlərində yerləşmişdir, göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşmir. Başın tükləri çallaşmış-qaramtıl rəngdədir, 3-4 sm-ə qədər uzunluqdadırlar. Gözləri qapalıdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar qırmızımtıl rəngli, nöqtəvari qansızmalıdırlar. Hər iki qulaq dəlikləri və burun keçəcəkləri ifrazatsızdır. Bürün sümük və qığırdaqlar əllədikdə bütövdürlər. Ağız yarıaçıqdır, dili ağız boşluğundadır. Dişləri yoxdur, diş oymaları birləşdirici toxumalarla dolmuşlar, hamar və zədəsizdirlər. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarını qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün formalaşmışdır, sidik kanalının xarici dəliyində ifrazat yoxdur. Arxa keçəcək qapalıdır, ətraf dərisi ifrazatsız, və zədəsizdir. Hər iki yuxarı və aşağı ətraf sümükləri bütövdür. Xəsarətlər: Alının tük sərhədində 3,0x0,5 sm ölçüdə 1 ədəd, qaşarası nahiyədə 3,0x0,3 sm ölçüdə 1 ədəd, sağ saidin orta üçdə birinin arxa səthində 2,0x0,5 sm, 1,5x0,3 sm, 1,0х0,2 sm ölçülərdə 3 ədəd, sol budun aşağı üçdə birinin bayır səthində 2,0x1,0 sm ölçüdə 1 ədəd, sağ dizin ön səthində 1,5x1,0 sm ölçüdə 1 ədəd, səthi ətraf dəri səviyyəsində, qırmızımtıl qartmaqlı, qeyri-müəyyən və zolaqşəkilli sıyrıq vardır. Hər iki gözətrafı nahiyə bütünlüklə göyümtül rəngli qançırlıdır. Hər iki gözün ağlı qişası qırmızı rəngli qansızmalıdır. Sol gözaltı nahiyədə 1,5x1,0 sm ölçüdə 1 ədəd kənarları nahamar, üzəri qanlı-qartmaqlı qeyri-müəyyən formalı yara vardır. Burun belində solda 1,5x0,2 sm ölçüdə 1 ədəd, boyunun sağ yan səthinin aşağı üçdə birində 12,0x3,0 sm ölçüdə 1 ədəd, döş qəfəsinin yuxarı üçdə birinin ön səthində 4,0x2,5 sm ölçüdə 1 ədəd, sol üst qalça darağı proyeksiyası üzrə 3,5х2,0 sm ölçüdə 1 ədəd, sağ bazunun yuxarı üçdə birinin bayır-arxa səthində 12,0x8,0 sm ölçüdə 1 ədəd, sağ bazunun orta üçdə birinin ön səthində 2,5x2,0 sm ölçüdə 1 ədəd, sağ bazunun yuxarı üçdə birinin ön-bayır səthində 14,0x8,0 sm ölçüdə 1 ədəd, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthində (çiyin nahiyyəsində) 10,0x10,0 sm ölçüdə 1 ədəd, sol bazunun orta üçdə birinin bayır səthində 3,0x2,0 sm ölçüdə 1 ədəd, sol bazunun aşağı üçdə birinin bayır-arxa səthində 8,0x7,0 sm ölçüdə 1 ədəd, sağ dirsək nahiyyəsində 8,0x7,0 sm ölçüdə 1 ədəd, sağ saidin orta və aşağı üçdə birinin bayır səthində 15,0x8,0 sm ölçüdə 1 ədəd, sol saidin yuxarı üçdə birinin bayır səthində 3,5x3,0 sm ölçüdə 1 ədəd, sol saidin orta üçdə birinin bayır səthində 3,0x2,0 sm, 2,0x2,0 sm ölçülərdə 2 ədəd göyümtül-bənövşəyimtil rəngli qeyri-müəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi (cild 1, iş vərəqi 5-10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 39 saylı rəyindən və fotocədvəldən görünür görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, sol gözaltı nahiyənin əzilmiş yarası; alının, qaşarası nahiyənin, sağ saidin, sol budun, sağ dizin sıyrıqları; hər iki gözətrafı nahiyənin qançırı və ağlı qişanın qansızması; burunun, boyunun sağ yan səthinin, döş qəfəsinin, sol üst qalça darağının, hər iki bazunun, sağ dirsək nahiyəsinin, hər iki saidin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs ölümündən 24-36 saat əvvəl törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur.
3. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə uyğun gəlir və xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yumruq, təpik zərbələri ilə yetirilməyə, həmçinin ayaqla üzərinə çıxılıb sıxılma nəticəsində əmələ gəlməsi inkar olunmur.
4. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 24-36 saat əvvəl baş vermişdir.
5. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir (cild 1, iş vərəqi 121-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 266 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - sol əlin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir.
2. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqi 84-86). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 265 saylı rəyindən görünür ki:
1. Şahid1 bədənində aşkar edilmiş xəsarətlər - alının səthi əzilmiş yarası, sağ dirsəyin, sol əlin qançırları əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə ald olduqlarına görə dərəcələri təyin edilmir.
2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqi 79-82). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-ekspertizasının xx.xx.2021-ci il tarixli, 264 saylı rəyindən görünür ki, X5 oğlunun bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi (cild 1, iş vərəqi 75-77). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1813 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə mühüm təsir göstərən psixiemosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqi 204-205). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 535 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi matenalları, əldə olunmuş anamnestik məlumatlar və hal-hazırkı psixtatrik müayinənin nəticələri və s. sübut edir. Ekspertizaya əlavə təqdim olunmuş tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs uşaq yaşlarında nevroloji patalogiyanın (hidrosefaliya) aşkar edilməsi və 2001-ci ildə hərbi xidmətə çağırış zamanı Bakı şəhər RƏXD-də müayinə olunarkən onda həmin nevroloji patologiya ilə şərtləndinilmiş psixi pozuntular qeyd olunsa da, hazırkı müayinə zamanı onda hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ünsiyyətə sərbəst daxil olmuş, sualların mahiyyətinə uyğun cavablar vermiş, onda hər hansı produktiv psixopatololi əlamətlər qeyd olunmamış, yaddaş və intellektində hər hansı pozuntu aşkar edilməmişdir. R.Təqsirləndirilən şəxs 2001-ci ildən sonra psixiatrik müəssisələrə müraciət etməməsi, onun sosial həyatında hər hansı problemlərinin qeyd olunmaması, əmək fəaliyyəti ilə məşğul olması, həmçinin istintaqa dolğun və ətraflı ifadə verməsi onda hər hansı psixi patologiyanın olmadığını sübut edir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlənnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası СМ-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə mühüm təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müəyyən olunmur (cild 2, iş vərəqi 215-219). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi 2-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 9/057- 556-1222 saylı məktubundan görünür ki, 22 mart 2021-ci il tarixdə Təcili tibbi yardım briqadasından 2-ci Polis şöbəsinə Zərərçəkmiş şəxs ailəsinin deməsinə görə təzyiq xəstəliyi ilə bağlı ölməsi barədə məlumat daxil olmuşdur. Məlumatın düzgünlüyünü yoxlamaq məqsədilə əməliyyat qrupunun rəhbəri, təhqiqatçı Şahid3 hadisə yerinə getmiş, mərhum Zərərçəkmiş şəxs bədən səthində gözlə görünən və ilk baxışda kənar təsirlər nəticəsində yaranmağa xarakterik olan xəsarətlər aşkar etmiş və bu barədə rayon prokurorluğunun müstəntiqi, həmin gün növbədə olan X12 Kərimov adlı şəxsin ölməsi, eyni zamanda ölüm səbəbi kimi təzyiq xəstəliyi ilə bağlı Zərərçəkmiş şəxs təzyiqinin qalxması ilə əlaqədar 21 mart 2021-ci il tarixdə axşam saatlarında həyətdə yıxılıb xəsarətlər almaqla, 22 mart 2021-ci il tarixdə səhər saatlarında ölməsi barədə sonuncunun ailəsinin bildirdiyini xəbər vermişdir. Bundan sonra Toğrul Qəribovun göstərişi ilə meyitin MTE və PA Birliyinin Xəzər rayon şöbəsinə aparılması təmin edilmiş və Toğrul Qəribov meyitin müayinəsində iştirak etmişdir. Tibb ekspertinin meyitin ilkin xarici müayinəsi zamanı meyitdəki xəsarətlərin kənar təsirlər nəticəsində yaranmağa xarakterik olması fikri bildirildiyi üçün müstəntiqin cinayət törədilməsinə dair əsaslı şübhələri əsasında Təqsirləndirilən şəxs 2-ci Polis şöbəsinə dəvət edilmiş, sonuncu ilə aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs hər hansı fiziki-psixi təzyiq altında qalmadan könüllü şəkildə törətdiyi cinayəti etiraf edərək bildirmişdir ki, ailələrində yaranmış ailə münaqişəsi zəminində 20 mart 2021-ci il tarixdə atasının onun anası Şahid1 vurub xəsarət yetirməsindən sonra hirslənərək atasını çarpayıya yıxıb dizləri ilə üzərinə çıxaraq yumruq zərbələri ilə sifət nahiyəsinə zərbələr endirmiş, hadisəni törədərkən bacısı oğlu Şahid2 də onların yanında olmuş və Ramazan onun atası Zərərçəkmiş şəxs zərbələr endirməsini görmüşdür. Təqsirləndirilən şəxs hadisəni törətməsini etiraf etməsi ilə bağlı sonuncu ilə aparılmış söhbətlər şöbənin rəis müavini Şahid4 xidməti otağında baş vermiş və hadisənin 20 mart 2021-ci il tarixdə baş verməsi, iki gün ərzində gizlədilməsi, hətta Zərərçəkmiş şəxs təzyiq xəstəliyi ilə bağlı ölməsi haqqında Təcili tibbi yardıma və hüquq-mühafizə orqanına mərhumun yaxınları tərəfindən yalan məlumat verilməsi nəzərə alınaraq gələcəkdə sübut kimi istifadə olunması məqsədilə Təqsirləndirilən şəxs məlumatlandırılmaqla hüquqları izah edilib aparılmış söhbətlər videoçəkilişlə qeydə alınmışdır (cild 2, iş vərəqi 99-101). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edir, yəni atası Zərərçəkmiş şəxs yumruqla zərbələr endirib xəsarətlər yetirdiyini, həmin vaxt anası Şahid1 və bacısı oğlu Şahid2 də yanında olduğunu bildirir. DVD-R disklərdə əks olunmuş görüntülərdə yuxarıda qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı hal aşkar edilməmişdir (cild 2, iş vərəqi 102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş eksperimental səs-fonoqram nümunələrinin götürülməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi eksperimental səs və nitq nümunələrini ekspert Lətif Əliyev “Gnom-2”, “Genix” markalı diktofonlardan istifadə etməklə götürmüşdür. Könüllü təqdim edilmiş eksperimental səs-fonoqram nümunələri bir ədəd çarxa (diskə) köçürülmüş və istintaqı aparılan ********* №-li cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına köməklik edə biləcəyi nəzərə alınaraq zərfə qablaşdırılmaqla götürülmüşdür. Bununla da könüllü təqdim olunmuş eksperimental səs və nitq nümunələrinin götürülməsi başa çatmışdır (cild 2, iş vərəqi 205-206). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-fonoskopik eskpertizasının xx.xx.2022-ci il tarixli 4/189-4/190-4/196 saylı rəyindən görünür ki, ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində tədqiqatı tələb olunan danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: K1 - Ad-familiyanı denən K2 - Təqsirləndirilən şəxs K1 - Təqsirləndirilən şəxs K2 - Bəli K1 - Neçə təvəllüdsüz? K2 - 1983 K1 - Ayın tarixi? K2 - 01.06 K1 - Deməli atanızın ad-familiyası necədir? K2 - Zərərçəkmiş şəxs K1 - Atanıznan mübahisəniz nə vaxt oldu? Ayın tarixin dəqiq qeyd eliyin və nəyin üstündə mübahisəniz düşdü? K2 - İki gün bunnan qabaq K1 - İki gün bunnan qabaq, neçənci gün? Bu gün birinci gündü K2 - Altıncı gün K1 - Altıncı gün. Saat neçədə? K2 – Axşamçağıydı K1 - Evdə kim varıydı? K2 - Evdə uşaq idi K1 - Uşağın ad-familiyası K2 - Şahid2 K1 - Kimdi o uşaq? K2 - Mənim bacım oğlu K1 - Kimdi bacın? K2 - Kərimova Səyyarə K1 - Hə. Sizdə neynirdi o uşaq? K2 - Qonaq gəlmişdi K1 - Evdə başqa kim var idi? K2 - Bir dənə ata idi, ana idi, mən idim, bir də uşaq K1 - Mübahisə nə üstə düşdü? Siz həmin vaxt sərxoş idiz, spirtli içki içmişdiz? K2 - Bir az K1 - Bəs atanız? K2 - Atam da içmişdi K1 - Kimnən içmişdi, siz kimnən içmişdiz? K2 - Mən uşaqlarnan içmişdim K1 - Atanız kimnən içmişdi? K2 - Evdə K1 - Siz evdə olanda nətər düşdü mübahisə? K2 - Oturduq elə çörək yeməyə, gördüm mamanı vurdu K1 - Niyə vurdu? K2 - Nəsə sporlaşırdı, arağa görə. Deyirdi ki, get al. Mama deyirdi bəsdi. Gəldi vurdu mamanı, mamanın da başı partdadı K1 - Nəynən vurdu mamanı? K2 - Yadımda döyül K1 - Başı partdadı. Başı partdıyannan sora vurdu yenə? K2 - Belə də, qırğın idi K1 - Başqa nalayiq ifadələr işlətdi? Aralamaq istəyirdiz siz? K2 - Bəli, araladım da. İtələdim onu divana K1 - Kimi itələdiz? K2 – Atamı K1 - Hansı otaqda? K2 - Qonaq otağında K1 - Aha, itələdiz divana, sonra? K2 - O durdu, mənə 1-2 dənə vurdu K1 - Nəynən vurdu? K2 - Əlnən K1 - Əlnən sizə vurdu. Hansı nahiyənizdən vurdu? K2 - Həmişə sifətimnən vurur da K1 - Birinci dəfəydi, yoxsa əvvəllər də vurub sizi? K2 - Əvvəl də vurub? K1 - Siz sora neynədiz? K2 - Mən sora yıxıldım yerə, durdum ayağa, dedim niyə belə eliyirsən K1 - Həmin yerdə bacınız oğlu da ordaydı, ananız da K2 - Uşaq qaçdı sora qorxudan, qaçdı. Avtobuslar da işdəmirdi, qorxdu qaçdı K1 - Yox, mübahisə anında üçünüz də ordaydız? Sən, anan, atan, bacın oğlu ordaydı? K2 - Onnar oturub çörək yeyirdilər anagili uşaq, çörək yeyirdi. Mən sora getdim atamın yanına dedim ay kişi, niyə belə eliyirsən? Söydü məni, bir dənə də vurdu. Mən də hirsləndim, gördüm anamın başından qan axır. Nə bilim K3 - Sən neçə dənə yumruq vurdun atana? K2 - 2-3 dənə uzağı K1 - Hansı nahiyəsindən vurdun? K2 - Gözünün altından K1 - Bədən nahiyəsindən vurduz? K2 - Xeyr K1 - Ekspertiza zamanı bədənində də qançırlar müəyyən edilib. Üstünə çıxıb vururduz ayağınıznan? Bəlkə o qançırlardı? K2 - Yox K1 - Yumruqlar vurannan sora neynədiz? Sizi kim araladı? K2 - Mən özüm çıxdım getdim. Sora getdim həyətdə bi bir dənə də yumruq vurdum divara K1 - Nəyi vurduz? K2 - Divara yumruq vurdum hirsimnən K1 - Siz hansı əliniznən vururduz atanızı? K2 - Solaxay K1 - Siz solaxaysız? K2 - Bəli K1 - Aha, sora noldu? Evdən çıxıb getdiz? K2 - Çıxdım bayıra. Mama deyib ki, uşaq gedib balacadı, bax gör dalınca axşamçağıdı. Mən getdim uşağın dalınca, tuta bilmədim onu, tapa bilmədim, çıxdı getdi uşaq qorxusunnan K1 - Sora kim gəldi sizə? K2 - Bizə sora heç kim gəlməmişdi. Bazar günü mənim əmim arvadı gəlmişdi deyəsən K1 - Sora içəri evə daxil olanda atanızın vəziyyəti necəydi? Üzünnən qan axırdı? K2 - Bir az K1 - Hansı müdaxilələr elədiz? Yardım elədiz, yoxsa elə buraxdız qaldı? K2 - Yardım elədik, mama yardım eliyirdi ona K1 - Neynirdi? K2 - Bodyaqa zad belə şeylər vururdu üzünə K1 - Nə vaxt rəhmətə getdi bəs? K2 - Bu gün səhər K1 - Bax, sizin belə danışmağınızda sizə qarşı hər hansı bir psixi, fiziki, mənəvi cəhətdən təzyiqlər olub? K2 - Siz? K1 - Biz tərəfdən bəli, hüquq-mühafizə orqanı işçiləri tərəfindən və yaxud da başqa əməkdaşla tərəfindən və yaxud da başqa şəxslər tərəfindən? K2 - Xeyr K1 - Heç bir fiziki, mənəvi iztirab, əzab-əziyyət, heç bir təzyiq göstərilmiyib, düzdü? K2 - Xeyr, xeyr K1 - Bunnan sora nə demək istiyirsiz? Əlavəniz var? K2 - Bəli. Çox peşmanam. Bu günə çox peşmanam K1 - Siz fikirləşirsiz ki, siz vurduğunuz zərbələr nəticəsində atanız rəhmətə gedib, ona görə peşmansız? K2 - Xeyr, mən onu lap möhkəm vurmamışam K1 - Öldürmək niyyətiniz vardı atanızı? K2 - Xeyr, xeyr. O məni dəfələrnən anamnan qovluyurdu evdən, gedirdik bacıgildə qalırdıq K1 - Üzərinizdə hansı xəsarətlər var? K2 - Məndə? Bir dənə budu K1 - O xəsarət nədən əmələ gəlib deyirsiz? K2 - Mən də hirsdənmişəm, gedib divara vurdum K1 - Amma qeyd etdiyiniz kimi atanızı həmin solaxay əliniznən vururduz da, düzdü? K2 - Bəli K1 - Yumruqnan vururduz, yoxsa şilləynən? K2 - Yumruqnan K1 - Təpik vurduz atanıza? K2 - Xeyr K1 - Başqa bir əşyaynan güc tətbiq elədiz atanıza? K2 - Heç bir şey, xeyr K1 - Nə içmişdiz həmin gün, hansı içki? K2 - Mən? Pivə, araq qarışdırmışdım. Lap çox miqdarda içməmişdim. Çünki rahat evə gəldim K1 - Başqa əlavəniz var? K2 - Хеуr K1 - Atanıza xəsarət yetirdikdən sonra yanı özünüz dediyiniz kimi ilkin özünüz tərəfinizdən yardımlar olmuşdu. Lakin Təcili tibbi yardıma niyə müraciət etməmisiz? Siz tərəfdən, ananız, ya başqa şəxs tərəfdən K2 - Ata heç vaxtı demirdi. О birinci dəfə döyüldü yıxılırdı da/// K1 - Harda yıxılıb ki? K2 - Evdə də yıxılıb, bayırda da yıxılırdı içkili vəziyyətdə olanda. Heç vaxt da bizə demirdi, biz dəvdeyirdik çağıraq K1 - Amma həmin vaxt, siz onu vurduğunuz vaxt yıxılmamışdı da, düzdü? K2 - Xeyr K1 - Siz onu birinci dəfə divana itələmişdiz qeyd etdiyiniz kimi? K2 - Bəli K1 - Daha sonra yumruqnan vurmuşduz K2 - Вəli K1 - Aha, dəqiq konkret səbəbi oydu ki, atanız əsəbləşirdi skoruya zəng eliyəndə? K2 - Bəli K1 - Atanız iki gün ərzində, yanı altıncı gün, bazar günü ərzində hansı sözlərdən istifadə elədi? Siznən danışırdı və yaxud da əzab-əziyyət, ağrı çəkirdi? Görürdüz? K2 - Başa düşmədim, nətər? K1 - Yəni atanıza xəsarət yetirdiz, onnan sonrakı dövr ərzində atanız siznən və yaxud ananıznan danışırdı? K2 - Danışırdı K1 - Nə sözlər deyirdi? K2 - Mamaynan danışırdılar, mən amma əlinnən tuturdum ay ata, nə istiyirsən? Mənə deyirdi lazım deyil, heç nəyin lazım deyil. Arada şey eliyirdi K3 - Söyürdü səni atan, təhqir eliyirdi? K2 - Bəli K3 - Nə deyirdi? K2 - Nə bilim, bir tikə yer qalmırdı K1 - Yəni vurannan sora təhqir eliyirdi, yoxsa əvvəllər də? K2 - Elə əvvəllər də. Qovluyurdu evdən anamı, məni K1 - Atanız siz xəsarət yetirənnən sorakı 1-2 gün ərzində yanı qıvranırdı yerində, ağrılar çəkirdi? Zarıyırdı? K2 - Yatanda nəysə deyirdi, ancaq yatanda K1 - Nə deyirdi? K2 - Yuxuda bilmək olmurdu, nəsə danışırdı K1 - Təcili tibbi yardıma heç bir vaxt müraciət etmədiz də xəsarət yetirənnən sora? K2 - Yox K1 - Ancaq öldükdən sonra Təcili tibbi yardıma müraciət etdiz K2 - O da saat 7-yə qalmış idi durdu gədi oturdu stulda mənim dedi canım ağrıyır, belə bir şey dedi. Gəldi oturdu/// K1 - Bir daha qeyd eliyin zəhmət olmasa, törətdiyiniz hadisənin, yəni atanızı yumruqnan vurub xəsarət yetirdiyiniz hadisəni sizdən başqa şahidləri kim olub? K2 - Tək idim atamnan K1 - Yox, həmin evdə kim olub? K2 - Anam, bir də bacım oğlu. Bacım oğlu yarıda qaçdı/// K1 - Törətdiyiniz hadisədən peşmansız? K2 - Çox. Elə atama yalvarırdım ki, eləmə belə, niyə belə eliyirsən? Aparılmış tədqiqatlar nəticəsində ekspertlər aşağıdakı nəticəyə gəlmişlər:
1. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R formatlı disklərə yazılaraq təqdim olunmuş mübahisəli videofonoqramlarda kadrdaxili, kadrlararası və audio və videosiqnalların sintezi kimi montaj əlamətləri, eləcə də danışıq siqnallarında davamlılığın pozulması, əlavəetmə, pozma, seçmə, yazılış kimi montaj əlamətləri müəyyən olunmadı.
2. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R formatlı disklərə yazılaraq təqdim olunmuş mübahisəli videofonoqramların yaranma tarixlərini faylın yaranma tarixinin onun qeydə alındığı cihazın vaxt parametrlərinin nizamlanmasından aslı olduğundan və faylın yaranma tarixinin müəyyən olunması üzrə uyğun metodika olmadığından müəyyən etmək mümkün olmadı.
3. Ekspertzaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R formatlı disklərə yazılaraq təqdim olunmuş mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
4. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R formatlı disklərə yazılaraq təqdim olunmuş mübahisəli videofonoqramlardakı danışıqlarda 3 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Danışıqlarda iştirak edən hər bir şəxsə məxsus replikalar tədqiqi hissədə verimiş mətnlərdə verilmişdir.
5. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R formatlı disklərə yazılaraq təqdim olunmuş mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil edir (cild 2, iş vərəqi 220-226). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-portret ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/149 saylı rəyindən və fotoşəkillərdən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntülərdən çıxarılan fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) müqayisəli tədqiqat üçün yararlıdır. Təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan seriya AO ******* №-li Azərbaycan Respublikasının Hərbi biletindəki fotoşəkildə və 04 ədəd rəngli fotoşəkildə eyni bir kişi cinsli şəxs əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 146 (yüz qırx altı) manat təşkil edir (cild 2, iş vərəqi 227-234). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “26 №-li Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 126 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixindən “MSS-nın üzvi xəstəliyi nəticəsində infilentin enməsi” diaqnozu il 26 №-li Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində olan Ruhi-əsəb xəstəlikləri kabinetində dispanser müşahidədədir (cild 2, iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bakı şəhər Təcili və X7 Stansiyası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs adına BŞT və TTYS-nın “103” xidmətinə yalnız bir çağırış daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 07:09-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmiryol fabrikinin yaxınlığı ünvanından ***-***-**-** nömrəli telefondan Ramizin (67 yaş) adına “ölüb” səbəbi ilə daxil olan çağırışı 10 saylı bölmənin həkimi Şahid5 icra edərək, ünvanda Zərərçəkmiş şəxs məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Meyit 2ci Polis bölməsinin əməkdaşı Məmmədova təhvil verilmiş və hadisə barədə 2-ci Polis bölməsinin əməkdaşı Rüstəmov məlumatlandırılmışdır (cild 2, iş vərəqi 153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “2 saylı DOST Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan heç bir növ əmək pensiyası almır (cild 2, iş vərəqi 162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “X16” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu PÇ-4 A/Yataqxanası ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs, X13 Ruhi-əsəb xəstəliləri kabinetində xx.xx.2001-ci il tarixdən 1276/2001 №-li şəxsi karta ilə müşahidədədir. Pasientin diaqnozu, “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (Hidrosefaliya) intellektin enməsi ilə” - xx.xx.2001-ci il tarixdə professor N.A.Əliyev tərəfindən təsdiqlənmişdir. Lakin Təqsirləndirilən şəxs 2001-ci ildən X13 Ruhi əsəb xəstəlikləri kabinetinə müraciət etməmişdir (cild 2, iş vərəqi 178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 161 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs İlqar oğlu SHXÇDX-nin Əzizbəyov (Xəzər) rayon idarəsinin Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər cədvəlinin İ qrafası 14 “b” maddəsinə (AR NK-nin 2008-ci il 59 №-li Əmri) əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Hərbi xidmət keçməmişdir. xx.xx.2001-ci il tarixdən SHXÇDX-nin Xəzər rayon idarəsində qeydiyyatdadır (cild 2, iş vərəqi 181). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bakı Şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu PÇ-4A/Yataqxana ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs İlqar oğlu BŞNM-də qeydiyyatda yoxdur (cild 2, iş vərəqi 182). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1060 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu PÇ-4 A/Yat ünvanda qeydiyyatda olmaqla yaşamış Zərərçəkmiş şəxs İlqar oğlu arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 2, iş vərəqi 183). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin qızı X4 onun hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 112-113). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 142). Məhkəməyə təqdim edilmiş iş yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin İstehsal şöbəsində diyircəkli dəyirman operatoru vəzifəsində çalışıb öz vəzifə səlahiyyətlərini həyata keçirərkən vəzifəsinə məsuliyyətlə yanaşmış, işin düzgün şəkildə həyata keçirilməsinə səy göstərmiş, üzərinə düşən bütün işləri vaxtı-vaxtında yerinə yetirmişdir. Məhkəməyə təqdim edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə özünü intizamlı sakin kimi göstərmiş, qonşuların hörmətini qazanmışdır. Barəsində Kommunal istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümünə onu yumruqla vurması deyil, yıxılması nəticəsində aldığı xəsarətin səbəb olması barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadəni qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Əvvəla məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin yıxılması barədə təqsirləndirilən şəxsin ifadəsi onun öz ehtimallarına əsaslanır. Belə ki, zərərçəkmiş şəxsin yıxılmasının və nəticədə zərbə almasının birbaşa hər hansı şahidi olmamışdır və bunu birbaşa təsdiq edə bilən ifadə nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə vaxtı verilməmişdir. İkincisi, Təqsirləndirilən şəxs özü zərərçəkmiş şəxsin sifət nahiyəsinə xx.xx.2021-ci il tarixdə zərbə endirməsini həm ibtidai istintaq dövründə, həm də məhkəmədə etiraf etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 39 saylı rəyindən və fotocədvəldən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş çoxsaylı xəsarətlər onun ölümündən 24-36 saat əvvəl törənmişlər, yəni təqsirləndirilən şəxsin zərbə endirməsi vaxtına uyğun gəlir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmədə verdiyi ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə zərərçəkmişi çarpayıya itələyərək sonuncunun sifət nahiyəsinə bir dəfə deyil, bir neçə dəfə zərbə endirmişdir. Bütün qeyd edilənlər, habelə yuxarıda şərh edilən bütün sübutların məcmusu məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb məhz Təqsirləndirilən şəxs qəsdən vurduğu zərbələrin təsirindən əmələ gəlmiş ağır xəsarətlər olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ölümü qəsd nəticəsində deyil, ehtiyatsızlıq nəticəsində baş vermişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, atası Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır xəsarət yetirməklə, ehtiyatsızlıqdan ölümünə səbəb olması kifayət qədər sübuta yetirilir və o, həmin əməli törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulan cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda şərh edilənləri məcmu halda təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə zərurət vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, himayəsində olan anasının maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 126.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokoldan və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 mart 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 29-30, 72-74, 161-162, 178-180, 199-202; cild 2, iş vərəqi 67-70). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalaeı ilə əlaqədar cəmi 446 (dörd yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 446 (dörd yüz qırx altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.