Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-819/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Kürdəmir rayonu, Xınıslı kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsi, ev 103, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 4,564 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində olan 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,564 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq BMCMİ-nə aparılmışdır. O, ümumiyyətlə latın qrafikası ilə yazı yazmağı bacarmır. Onun yarı latın, yarı kiril qrafikası ilə yazdığı ilkin izahatı cinayət işinin materiallarında yoxdur. O, özünü hazırkı cinayət işi üzrə təqsirli bilmir. Çünki ona məcburi qaydada ağ kağıza imza çəkdirmişlər. O, ümumiyyətlə sənədlərdə qeyd olunanları oxuya bilmir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin digər maddələri ilə də ittiham elan etsəydilər, yəni ona “vətənə xəyanət, zorakılıq, qətl” maddələri ilə də ittiham etsəydilər o, həmin ittihamı qəbul etməsi ilə bağlı sənədləri imzalayacaqdı. Çünki o, qanunun maddələrini və mahiyyətini bilmir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində cəmi 0,01 qram çəkidə narkotik vasitə olmuşdur. İttiham aktında qeyd edilən çəkidə narkotik vasitə isə onun üzərində olmamışdır. O, ittiham aktında qeyd edilən çəkinin hansı əsasla yazıldığını bilmir. O, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman üzərindəki çəkisi 0,01 qram olan narkotik vasitəni cibindən çıxararaq təhvil vermişdir. Həmin vaxt onun üzərində psixotrop maddə metamfetamin olmuşdur. O, ittiham aktında qeyd edilən miqdarda narkotik vasitələrin onun üzərindən aşkar edilməsini qəbul etmir. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin necə artmasını bilmir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi, eləcə də üzərində daşıması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında raport ilə rəhbərliyə məruzə edilmişdir. Rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu olaraq onlar xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirmişlər və həmin gün saat 16:00 radələrində ünvan 3 ünvanının yaxınlığında “Hyundai Grandeur” markalı avtomobilin yanında görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb sonuncuya yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onların müşayəti altında BMCMİ-nə aparılmışdır. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü surətdə üzərində olan 01 (bir) bükümdə psixotrop maddə metamfetamini onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin psixotrop maddəni yerdən tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobilində qanunsuz heç bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Ağazahid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatda “Ağazahid” adlı şəxsin xx.xx.1973-cü il təvəllüdlü, Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması bildirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən siqaret qutusunu, “Samsung” markalı mobil telefonu, əynində olan cins şalvarının sağ yan cibindən avtomobil açarını, şalvarının sol yan cibindən 246 manat 20 qəpik məbləğində pulu, gödəkcəsinin sol iç cibindən sürücülük vəsiqəsini və idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsini çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusuna baxış keçirildikdə, qutunun içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar predmet aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2027 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 47-48) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...’ və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,564 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 480/2023 saylı qərarından (cild 1, iş vərəqə 80-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 99) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,464 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 655/2023 saylı qərarından (cild 1, iş vərəqə 105-107) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X1 2741 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 204-205) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 məhkəmə-psixiatrik ekspertizası barədə 1281 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 207-208) görünür ki, Təqsirləndirilən şəxs halhazırda üzvi emosional-labil (astetik) pozuntu (F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - 1991-ci ildə Qarabağda döyüş əməliyyatları zamanı kəllə-beyin travması aldığını bildirməsi, bundan sonra hərbi hospitallarda müalicə olunması, psixi vəziyyətində yaranmış dəyişikliklərlə əlaqədar fərdi qaydada psixiatr tərəfindən müalicə olunması, həmçinin hazırkı müayinə zamanı ocaqlı nevroloji əlamətlərin müəyyən edilməsi, əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, astenizasiya əlamətləri biruzə verməsi və sair təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “üzvi emosional-labil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional-labil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onu öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması istiqamətində tədbirlər keçirilsə də, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1157/2023 saylı qərarından (cild 1, iş vərəqə 186-190) görünür ki, həmin gün Təqsirləndirilən şəxs habsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 203) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması istiqamətində tədbirlər keçirilsə də, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-224) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş itithamın dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,464 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün BMCMİ-nin saxlanc otağına təhvil verilməsi, aşkar edilmiş psixotrop maddə metamfetaminin əldə etmə mənbəyi ilə bağlı ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Əşyanın qaytarılması barədə qəbzdən (cild 1, iş vərəqə 229A) görünür ki, maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qardaşı X4 geri qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar/vəsatətlər vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs məhkum edilməmiş, onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanında yoxlanılmış və dəqiq məlumat olmamış, lakin polis əməkdaşları tərəfindən saxlanılanadək narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, yəni narkotik vasitə və psixotrop maddə alüdəçisi olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək və seçdiyi müdafiəçinin iştirakı ilə qismən etirafedici ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 0,01 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu, eləcə də yazıb-oxuya bilmədiyinə görə polis əməkdaşlarının təkidi ilə ibtidai istintaqın əvvəlində etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində 1 (bir) ədəd bükümdə cəmi 0,01 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu, sonradan ona məlum olmayan səbəblərdən üzərindən aşkar edilmiş psixotrop maddənin 4 (dörd) qramdan çox olduğunu və bunun da polis əməkldaşları tərəfindən edildiyini iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən hallar olduğundan bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması halları müəyyən edilməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Əksinə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə o, BMCMİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış, orada müdafiəçinin iştirakı ilə həm onun üzərinə şəxsi axtarış keçirilmiş, həm də idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilsə də, oradan dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən 1 (bir) bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Müdafiə tərəfi ittihamı 2 (iki) dəlil üzrə mübahisələndirmişdir. Birinci dəlil ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 0,01 qram çəkidə psixotrop maddə metamfetamin olmuş, digər dəlil isə ondan ibarətdir ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş bükümdəki kütlənin çəkisi həmin prosessual hərəkət zamanı tərəzi vasitəsi ilə müəyyən edilməmişdir. Müdafiə tərəfi göstərilən hissədə ittihamın qanuniliyini və əsaslılığını mübahisələndirsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı, yeri və şəraiti mübahisələndirməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılması, orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz hallarıdır. Müdafiə tərəfinin göstərdiyi 2 (iki) dəlil iş üzrə əhəmiyyət kəsb etdiyindən bu halların aydınlaşdırılması zəruridir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 0,01 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu iddia etsə də, məhkəmə hesab edir ki, onun iddia etdiyi hal cinayət işinin hallarına ziddir. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın keçirilməsinə dair protokoldan, həmin protokola əlavə edilmiş videogörüntüdən və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, şəxsi axtarış zamanı onun üzərindən cəmi 1 (bir) bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və ekspertia rəyi ilə həmin bükümdə olan kütlənin çəkisinin 4,564 qram olması, yəni külli miqdar təşkil etməsi müəyyən edilmişdir. Şəxsi axtarış müdafiəçinin iştirakı ilə keçirildiyindən, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə şəffaf şəkildə qablaşdırıldığından, kütlə qablaşdırıldıqdan sonra üzəri prosessual hərəkətdə iştirak edən şəxslər tərəfindən imzalandığından, məhkəmə istintaqında qablaşdırılmış kütlənin olduğu zərfin tamlığının pozulması və həmin zərfə sair qaydada qanunsuz müdaxilə edilməsi halları müəyyən edilmədiyindən, o cümlədən Təqsirləndirilən şəxs iddia etdiyi çəkidə, yəni 0,01 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə mövcud olması müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu hissədə qeyd edilməlidir ki, şəxsi axtarış zamanı aşkarlanmış kütlənin çəkisi qanunla müəyyən edilmiş qaydada ölçülməsə də, həmin kütlənin qablaşdırılması şəffaf şəkildə aparıldığından və kütlənin olduğu zərfə sonradan qanunsuz şəkildə müdaxilə edilmədiyindən, eləcə də qablaşdırılmış kütlənin çəkisi ekspertiza rəyi ilə dəqiq şəkildə müəyyən edildiyindən məhkəmə hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi hər iki dəlil əsassız olmaqla yanaşı, həmçinin ağlabatan və işin hallarına uyğun deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan külli miqdarda psixotrop maddə metamfetamin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt həmin psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,564 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, psixotrop maddə metamfetaminin çəkisinin polis əməkdaşları tərəfindən artırılmasını iddia etsə də, bununla bağlı məhkəməyə inandırıcı məlumat verməmişdir. Yəni o, həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən, hansı şəraitdə, nə vaxt və hansı formada artırılmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 üzərindən həqiqətən də 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,564 qram olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən, daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən və ya sair formada təsdiq edə biləcək heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda “Ağazahid” adlı şəxsin ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu onun kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 4,564 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən həm də onu əsas tutmuşdur ki, onun barəsində olan narkoloji rəy ilə təsdiq olunmuşdur ki, o, psixostimulyatorlardan istifadə etdiyindən narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etməsi hallarına görə narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və onun üzərindən məhz psixotrop maddə metamfetamin aşkar edildiyindən məhkəmə hesab edir ki, o, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, məhz istifadə etmək üçün qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin 4,564 qram, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, üzvi emosional-labil (astetik) pozuntudan əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və İ Qarabağ müharibəsində iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə ilə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,464 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumu olan qardaşı X4 qaytarılması nəzərə alınmalı, 1 (bir) ədəd DVD disk və 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,464 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumu X4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-819/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-819/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver