Məhkəmə qərarları › İş №1(101)-819/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-819/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-819/2025 19.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı vəkil bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏNnin PX- in 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. .

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa «Nəbi» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşının öncədən ona dediyi narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Astara rayonu ərazisində gizlədilən yerdən götürərək pul qazanmaq müqabilində müxtəlif yerlərə çatdırmaq üçün götürmüş, daha sonra Bakı şəhərinə gətirmiş, satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ümumi təmiz çəkisi 1033,22 qram olmaqla külli miqdarda, “Metadone-40” əmtəə göstəriciləri olan 349 ədəd konvolyutlarda qəhvəyi rəngli dairəvi formalı üzərində F/M40 əks əlavəli, ümumilikdə 3490 ədəd həblər xarixi əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan tərkibində təsiredici maddəsinin ümumi miqdarı 139,6 qram olan (bir həbdə 0,04 qram olmaqla) metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan dərman preparatı narkotik vasitə metadon tərkibli dərman preparatını külli miqdarda və üzərində “Pregabalin 150” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 75 ədəd göy-narmcı rəngli kapsulalar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram olan güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı (bir kapsulda 0,15 qram preqabalin olmaqla) külli miqdarda əldə edib yaşadığı Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivi Zavod yolunda yerləşən nömrəsiz fərdi evə daşıyaraq, satış məqsədi ilə həmin narkotik vasitə külli miqdarda qurudulmuş marixuananı hissələrə bölüb 11 bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1020 qram, 1020 qram, 1015 qram, 960 qram, 995 qram, 995 qram, 1015 qram, 985 qram, 1015 qram, 8,22 qram olmaqla qablaşdıraraq onlardan təmiz çəkisi 8,22 qram olan hissəsini, eyni zamanda həmin külli miqdarda narkotik vasitə metadonu hissələrə bölüb 139,6 qram olan 05 ədəd konvolyutlarda təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 50 ədəd həblər hissəsini əynində olan göy rəngli qısa şalvarının sol yan cibində satış məqsədi ilə gizlədib üzərində saxlamış, narkotik vasitə marixuananın qalan 10 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1020 qram, 1020 qram, 1015 qram, 960 qram, 995 qram, 995 qram, 1015 qram, 985 qram, 1015 qram olan hissəsini, eyni zamanda narkotik vasitə metadonun qalan 3440 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 137,6 qram olan həblər hissəsini, həmçinin üzərində “Pregabalin 150” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 75 ədəd göy-narmcı rəngli kapsulalar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram olan güclü təsir edən külli miqdarda maddə preqabalin tərkibli dərman preparatı (bir kapsulda 0,15 qram preqabalin olmaqla) Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi, Yeni Yaşayış massivi. Zavod yolunda yerləşən nömrəsiz fərdi evin həyətinin girişindəki sol tərəfdə yerləşən anbarda satış məqsədi ilə gizlədib saxlamış, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə, saat 08:30 radələrində yaşadığı Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi. Yeni Yaşayış massivi Zavod yolunda yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən narkotikləri əldə edib satmaqda şübhəli şəxs qismində saxlanılaraq həmin İdarənin inzibati binasına gətirilmiş, həmin gün, orada saat 10:30 radələrində üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən vaxt əynindəki göy rəngli qısa şalvarının sağ yan cibində satış məqsədi ilə gizlədib saxladığı kustar üsulla hazırlanmış təmiz çəkisi 8,22 qram narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda “Metadone-40” əmtəə göstəriciləri olan 05 ədəd konvolyutlarda qəhvəyi rəngli dairəvi formalı üzərində F/M40 əks əlavəli, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan külli miqdarda narkotik vasitə metanon 50 ədəd metadon dərman preparatı həb aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüş, onun sorğu zamanı evində də narkotik vasitə olmasına dair verdiyi məlumat əsasında əməliyyat tədbirinin davamı olaraq 24 iyul 2024-cü il tarixdə, saat 11:55 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin polis əməkdaşları tərəfindən qəbul olunmuş qərar əsasında Bakı şəhəri, ünvan 4 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman evin həyətinin girişindən sol tərəfdə yerləşən anbarda satış məqsədi ilə gizlədib saxladığı həmin kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın qalan 10 ədəd bükümdə hər birində ayrı- ayrılıqda təmiz çəkisi 1005 qram, 1020 qram, 1020 qram, 1015 qram, 960 qram, 995 qram, 995 qram, 1015 qram, 985 qram, 1015 qram olan hissəsi külli miqdarda, eyni zamanda narkotik vasitə metadonun qalan 3440 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 137,6 qram olan həblər hissəsi külli miqdarda, həmçinin üzərində “Pregabalin 150” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 75 ədəd göy-narıncı rəngli kapsulalar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram olan güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı (bir kapsulda 0,15 qram preqabalin olmaqla) külli miqdarda aşkar edilərək, bununla da ümumi təmiz çəkisi 10033, 22 qram olan 11 bükümdə hər birində ayrı- ayrılıqda təmiz çəkisi (1005 qram, 1020 qram, 1020 qram, 1015 qram, 960 qram, 995 qram, 995 qram, 1015 qram, 985 qram, 1015 qram, 8,22 qram olmaqla qablaşdırılmış kustar üsulla hazırlanmış külli miqdar narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 139,6 qram olan ümumilikdə 3490 ədəd narkotik vasitə ) külli miqdar metadon tərkibli dərman preparatı və təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram olan 75 ədəld külli miqdarda güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı X3 götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 206.3.1, 206.3.2-ci maddələri ilə təqsirli biləməyərək, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məcbur olub bu cinayəti törətmişdir. O, təqaüd alırdı və həmin təqaüdlə yaşayırdı. Sonra onun təqaüdünü kəsdiklərindən o, təqaüd ala bilməmişdir. Maddi durumu aşağı olduğundan məcbur olub bu işə əl atmışdır. Qardaşı məhkumdur, atası və özü isə işləməmişlər. Yalnız anası işləyirdi. Dolanışıqları çox aşağı idi. Həmin ərəfədə İranlıdan ona belə bir təklif gəlmiş, o da pulsuzluqdan məcbur olub bu təklifi qəbul etmişdir. Lakin o, ittihamda ona verilmiş CM-nin 206 cı maddəsi ilə razı deyil, o, heç bir sərhəd keçməmiş və qaçaqmalçılıq etməmişdir.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs narkotik vasitəni Ələt yolundan götürdüyünü, narkotikin qara torbada olduğunu, torbanın içində nə qədər və hansı narkotikin olmasını bilmədiyini, maşına qoyaraq evə gətirdiyini, üzərində narkotik vasitə olmadığını, bütün narkotik vasitənin torbanın içində olduğunu, iranlının narkotiki İrandan gətirməsi və ya göndərməsi barədə onda məlumat olmadığını bildirmişdir.

5. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi 24 iyun 2024-cü il tarixdə, səhər saat 08:30 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Çörək zavodunun yanında saxlamışlar. Üzərində axtarış zamanı marixuana aşkar edilmişdir. Özü bildirmişdir ki, evində də narkotik vasitə saxlayır. Buna görə evinə baxış keçirilmiş, baxış zamanı atası Habil də orada iştirak etmişdir. Evindən psixotrop maddə “preqabalin” və “metadon” aşkar edilərək götürülmüşdür. Həmin maddələri İran vətəndaşı “Nəbi” adlı şəxsdən əldə etdiyini və pul qarşılığında onun dediyi ünvana qoymalı olduğunu bildirmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1la birgə 24 iyun tarixində Binə ərazisində Əlinin evinin qarşısında onu saxlamışlar. Üzərinə baxış zamanı marixuana və metadon aşkar edilmişdir. Sonradan özü evində də narkotik vasitə olduğunu etiraf etmiş, evinə baxış zamanı saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir.

7. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

8. “Şəxsi axtarış və götürmə aparılması barədə” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa şalvarın sol yan cibindən 01 (bir) bükümdə yaşıl rəngli qurudulmuş marixuananı, 50(əlli) ədəd metadon həbini, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, ***-***-**-** nömrə altında istifadə olunan “İphone” markalı mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, 10 (on) manat nağd pul təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurdulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 (on) qram olmuşdur. Təqsirləndirilən şəxs həmin büküm və həblərin onun özünə məxsus olmasım, İran İslam Respublikası vətəndaşı “Nəbi” adlı şəxsin vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən müxtəlif şəxslərə çatdırıb pul qazanmaq məqsədilə götürdüyünü, həmçinin yaşadığı evdə də narkotik vasitə və psixitrop maddə saxladığım və təqdim edəcəyini bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd büküm və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 01; i.v.29-32).

9. “Evə baxış keçirilməsi və götürmə haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanına gedilmiş, Təqsirləndirilən şəxs qeyd edilən evin həyətinin girişindən sol tərəfdə yerləşən anbarda gizlətdiyi 01 (bir) ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10(on) bükümdə yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, 3440(üç min dörd yüz qırx) ədəd metadon həbinə bənzər, 75 (yetmiş beş) ədəd preqabalin həbinə bənzər kütlələr aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə ümumi çəkisi 10 kq 568 (on kiloqram beş yüz altmış səkkiz) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 01 (bir) ədəd torbada qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 01; i.v.36-38).

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16-2-7/1200 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan kağız paketdədəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 8,22 qram və ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazsı və imzalar olan boz rəngli sintetik torbadakı 10 (on) politelin bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1005 qram: 1020 qram: 1020 qram: 1015 qram: 960 qram: 995 qram: 995 qram: 1015 qram: 985 qram: 1015 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Marixuanaların ümumi çəkisi 10033,22 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər (i.v.46-50).

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16-2-6/3785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə:şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza, təhq. N.Aburşu-imza..A yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə “Methadone- 40”əmtəə göstəriciləri olan 05 ədəd konvolyutlarda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 50 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman preparatıdır və 50 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı- 2 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə-0,04 qı- olmaqla). Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “....Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütləıTəqsirləndirilən şəxs-imza, 2-imza, təhq. N.Aburşu-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kisədə “Methadone-40” əmtəə göstəriciləri olan 344 ədəd konvolyutlarda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 3440 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman preparatıdır və 3440 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı-137,6 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə-0,04 qr olmaqla). Üzərində “Pregabalin 150” əmtəə göstəriciləri olan konvalyutlann içərisində ümumilikdə 75 ədəd göy-narıncı rəngli kapsulalar xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan preqabalin tərkibli dərman preparatıdır və 75 ədəd kapsula preqabalin təsiredici maddəsinin ümumi miqdarı- 11,25 qramdır.(üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla). Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 3490 ədəd həblərin təsiredici maddsəinin ümumi miqdarı-139,6 qram olub, xarici əlamətlərinə v ətərkibindəki təsir edici maddəsinin miqdarəna görə eynidirlər (cild 01; i.v.52-57).

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 avqust 2024-cü il tarixli, 5818 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və sintetik opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( cild 01; i.v.154-155).

13. Ambulator-məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2024-cü il tarixli, 2504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs oğıunda həmçinin oan ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidanənda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur (cild 01; i.v.157-159).

14. “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi-10033,22 qram narkotik vasitə qurudulmuş marixuana, 40 mg həb- 3490 ədəd metadon tərkibli dərman vasitələri, 150mg kapsul-75 ədəd preqabalin tərkibli dərman vasitələri maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 10032,12 qram qurudulmuş marixuananın və 40 mg həb-3475 ədəd metadon tərkibli dərman vasitələri, 150 mg-70 ədəd preqabalin tərkibli dərman vasitələrinin saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.176-196).

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcan əlir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

18. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (narkotik vasitələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (narkotik vasitələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

21. “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə, saat 08:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.26).

22. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 4(003)-297/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 iyul 2024cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.106-111).

23. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.149-150).

24. X12 tərəfindən verilmiş epkrizdən görünür ki, Təqsirləndirilən şəxs doğuş travmasından sonrakı sağ tərəfli pleksopatiya, inkişaf qüsuru və hərəkət məhdudluğu müəyyən olunur, yaşadığı sahədə dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicələr alır (cild 02; i.v.40).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

25. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

26. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

27. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

28. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

29. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

30. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

35. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

36. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsə elan edilmiş ittihamda əks olunmuş AR CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə X4 təqsirli olmasının sübuta yetirilmədiyini, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini təsdiq edəcək hər hansı sübutun cinayət işi materiallarına əlavə edilmədiyini və təqsirləndirilən şəxsə həmin maddələrlə əsassız olaraq ittiham verildiyini qeyd edərək X5 verilmiş ittihamdan AR CM-nin 206.3.1 və 206.3.2-ci maddələrinin xaric edilməsini xahiş etmişdir.

37. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarılır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 40-cı bəndində göstərilmişdir ki, CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir.

39. Həmin qərarın 41-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir.

40. Hazırki halda məhkəmə iclasında dövlət ittihamçı təqsirləndirilən şəxsə qarşı AR CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamı müdafiə etməkdən imtina etdiyindən, imtinanın əsasını Əli Məmmədovun həmin ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi təşkil etdiyindən və bu əsas bəraətverici əsasla imtina kimi qiymətləndirildiyindən məhkəmə ayrıca qərar qəbul etmədən (nəzərə alınsa ki, yuxarıda sözügedən plenum qərarı yalnız bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verildiyi halda ayrıca qərarın çıxarılmasının zəruri olduğunu vurğulayır) hazırki hökmdə X7 barəsində AR CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir.

41. Bununla yanaşı, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, X5 elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, təqsirləndirilən şəxs X7 tərəfindən AR CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

42. Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

43. X5 onun qanunsuz olaraq narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını təşkil etmək məqsədi ilə istintaqa «Nəbi» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olmasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Əli Məmmədovun həmin şəxslə narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını təşkil etməsinə dair qabaqcadan razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir.

44. Məhkəmə qeyd edir ki, əməlin belə tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri müəyyən edilməli, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməldir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.

45. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

46. İştirakçılığın subyektiv əlamətləri odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

47. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

48. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

49. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, habelə təkrar törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir.

50. Belə ki, həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CMin 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir.

51. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, şəxsiyyəti naməlum olan İİR vətəndaşının şəxsiyyəti müəyyən edilərək ifadəsinin alınmadığı, onunla təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və narkotik vasitələrin və və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışına dair qabaqcadan razılıqlarının olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə təqsirləndirilən şəxsin İİR vətəndaşının göndərdiyi həmin maddələri müəyyən ünvanlara qoymasını göstərməsinə istinad edərək onun əməlində AR CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz (nəzərə alınsa ki, təqsirləndirilən şəxsin ifadəsi yalnız digər sübutlarla təsdiq olunduqda ittihamın əsasını təşkil edə bilər).

52. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.

53. Göstərilənləri ümumiləşdirərək məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, X4 AR CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir.

54. Bununla yanaşı, məhkəmə hesab edir ki, X7 tərəfindən AR CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi isə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır.

55. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü AR CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilsə də, üzərindən hər hansı qanunsuz predmet çıxmadığını, ittihamda qeyd olunan maddələrin hamısının onun evinin həyətindən aşkar olunduğunu bildirmişdir ki, onun həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa şalvarın sol yan cibindən 01 bükümdə yaşıl rəngli qurudulmuş marixuananın, 50 ədəd metadon həbinin aşkar olunması, özünün həmin maddələri əldə etdiyi vaxt və yer barədə sərbəst məlumat verməsi aydın şəkildə görünməkdədir.

56. Bundan savayı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16-2-7/1200 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə yaşadığı evin həyətində yerləşən anbardan aşkar edilmiş narkotik vasitələrin tərkiblərinin eyni olmasının müəyyən edilməsi də özü-özlüyündə təqsirləndirilən şəxsin məhkəmə iclasında irəli sürdüyü dəlilin əsassız olması qənaətinə gəlməyə imkan verir.

57. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə istintaqının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

58. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

59. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səhhətində problemlərin olduğunu (X12 tərəfindən verilmiş epkrizə istinadən) (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

60. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

61. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X7 barəsində AR CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə başlanmış cinayət təqibinə dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən xitam verilməli, AR CM-nin 234.4.1-ci maddəsi təqsirləndirilən şəxsə verilmiş ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.3-cü maddəsinə əsasln qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, metadon və preqabalin tərkibli kapsullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

62. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

63. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

64. İş üzrə mülki iddia yoxdur.

65. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

66. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

67. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə başlanmış cinayət təqibinə dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən AR CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerində saxlanılan 10032,12 qram qurudulmuş marixuananın və 40 mg həb-3475 ədəd metadon tərkibli, 150 mg-70 ədəd preqabalin tərkibli dərman vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 78 manat, və 92 manat olmaqla, cəmi 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 28 aprel 2025-ci il tarixədək 6 manat, həmin tarixdən 19 avqust 2025-ci il tarixədək 11 manat olmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 41 iş saatına görə (20 iş saatına görə 120 manat, 21 iş saatına görə 231 manat olmaqla) 351 manat məbləğində pul vəsaiti Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar