Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-82/2021 29.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1953-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, “xxxx” İctimai Birliyinin 1 saylı Müəssisəsinin direktoru olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 146, mənzil 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” İB-nın 1 saylı Müəssisəsinin çevrilməsi nəticəsində xx xxxxxxxx 2012-ci il tarixdə kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına daxil edilmiş “xxxx” MMC-nin qeydiyyatı etibarsız hesab edildikdən və 1 saylı Müəssisənin əvvəlki qeydiyyatı bərpa edildikdən, həmin Kollegiyanın xx xxxxx 2017-ci il tarixli qərardadı ilə 1 saylı Müəssisənin direktoru kimi təsdiq olunduqdan və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx xxx 2017-ci tarixli **********680700 nömrəli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışına əsasən (VÖEN **********) qeydiyyata alındıqdan sonra xidməti vəzifələrinin icrasına başlamaqla xx xxxxxx 2013-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) Zərərçəkmiş şəxs müraciət edərək sonuncu ilə “xxxx” MMC arasında bağlanmış, ünvan 3 ünvanında yerləşən 3 (üç) mərtəbəli qeyriyaşayış binasının birinci mərtəbəsinin 540 kv.m təşkil edən hissəsində öz vəsaiti hesabına 7 (yeddi) ədəd yeni avtoqaldırıcının quraşdırılmasını, ümumi sahəsi 0.72 ha təşkil edən torpaq sahəsinin “A” və “B” hissəsinin ərazisində mövcud olan 9 (doqquz) ədəd qəzalı vəziyyətdə olan tikililərin sökülərək yenidən tikilməsi, o cümlədən də ərazinin “A” hissəsinin girişinin sağ tərəfində ümumi sahəsi 95.75 kv.m və 95 kv.m təşkil edən açıq meydançanın, sol tərəfində isə ümumi sahəsi təxminən 500 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin, bundan başqa ərazidə yeni 40 (qırx) ədəd, hər biri təxminən 25-35 kv.m təşkil edən sexlərin öz vəsaiti hesabına inşa etməsini, həmin sahələrin müvafiq avadanlıqlarla təmin etməsini təşkil etməklə sahibkarlıq, o cümlədən də avtomobillərə texniki xidmət və qulluq, təmir işləri, işçi personalı və müştərilər üçün iaşə və sair xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətləri ilə məşğul olması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq 25 (iyirmi beş) il müddətinə Zərərçəkmiş şəxs istifadəsinə verilməsi haqqında xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış «xxxx» müqaviləni təsdiq etməsi və “xxxx” MMC-nin üzərinə götürmüş olduğu vəzifələri 1 saylı Müəssisənin vəzifələri kimi qeyd-şərtsiz qəbul etməsinə, həmin müqaviləyə əlavə olaraq bağlanmış, xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində icarə haqqının aylıq 1500 (min beş yüz) manat müəyyən edilməsi barədə xx xxxx 2015-ci il tarixli müqaviləni öz imzası və 1 saylı Müəssisənin möhürü ilə təsdiq etməsinə, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ünvan 3 ünvanında yerləşən ərazidə Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş bütün sahələrin istifadə edilməsinə cavabdeh “xxxx” İB tərəfindən yaradılmış maneələrin və məhdudiyyətlərin aradan qaldırılması haqqında xx xxxx 2018-ci il tarixli qətnaməsinin icra olunması ilə bağlı zəruri tədbirlər görərək bu barədə tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli aktı imzalamaqla üzərinə götürmüş olduğu vəzifələri bir daha təsdiq etməsinə baxmayaraq, “xxxx” İctimai Birliyinin 1 saylı Müəssisəsinin direktoru olmaqla müəssisəsinin adından etibarnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin səlahiyyətlərini pozmadan öz səlahiyyətləri daxilində mülkiyyətdən istifadə etmək, müqavilələr bağlamaq, müəssisəsinin bütün işçilərinə yönələn əmr və göstərişlər vermək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir araya sığmayan qanuni fəaliyyətdən kənara çıxan hərəkətlər etməklə ünvan 3 ünvanında yerləşən sahələri inşa edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs xx xxxxxx 2018-ci il tarixdə həmin ərazidən çıxarılmasını təşkil edərək, ayrı-ayrı şəxslərə icarəyə verib xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cü il tarixədək olan müddət ərzində göstərilən sahələrdən Zərərçəkmiş şəxs istifadə etmək hüququndan və həmin müddətdə ümumilikdə 262.032 (iki yüz altmış iki min otuz iki) manat məbləğində gəlir əldə etmək imkanından məhrum etməsi ilə nəticələnən əməlləri ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1960cı ildə onun atası X5 “xxxx” İctimai Birliyinin ünvan 3 ünvanında yerləşən 1 saylı Müəssisəsinin rəhbəri işləmişdir. O da cavanlığından indiyə qədər həmin müəssisədə işləyir. xx xxxxxx 2012-ci ildə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıldığından həbs edilmiş və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu səbəbdən o, həmin dövrdə müəssisənin müqəddəratı ilə maraqlana bilməmişdir. 2016-cı ildə amnistiya aktına əsasən o, azadlığa buraxılmış və direktoru olduğu müəssisənin qanunsuz ləğv edildiyini görüb Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Sonra Bakı Apellyasiya Məhkəməsinin yeni qətnaməsi ilə 1 saylı Müəssisənin «xxxx» MMC-yə çevrilməsi barədə bütün qərar və əmrlər, eləcə də MMC-nin qeydiyyatı ləğv edilmiş və 1 saylı Müəssisənin qeydiyyatı bərpa edilmişdir. Buna baxmayaraq, faktiki olaraq “xxxx” prezidenti vəzifəsini yerinə yetirən Musa Tukanov onu işə bərpa etməkdən imtina etmişdir. 2018-ci ilin əvvəllərində cəmiyyətdə departament rəisi kimi işləmiş və özünün hüquq firması olan Şahid2 ona Musa Tukanovun dəstəsini cəmiyyətdən kənarlaşdırmaqda kömək etməyi ondan xahiş etmişdir. Bunun qarşılığında Şahid2 onu öz işinə bərpa etdirəcəyini demişdir. Həmin dövrdə o, işsiz olduğundan Zaurla razılaşmışdır. Şahid2 Moskvada yaşayan və lallar arasında böyük nüfuza malik olan Kamran Abbasovla danışıb sonuncunu cəmiyyətə prezident seçdirəcəyini, bundan sonra onun işə bərpa olunma məsələsini həll edəcəyini demişdir. Lakin bu məqsədlə cəmiyyətin qurultayının keçirilməsi təşkil edilməli və lallar Kamranı prezident seçməli imişlər. Bunun üçün təbliğattəşviqat işləri aparılmalı, yerlərdə dəstək qazanmaq üçün işlər görülməli, qeyd edilən məsələləri həll etmək üçün isə pul lazım olduğunu və həmin pulu obyekti icarəyə götürmüş Zərərçəkmiş şəxs verə biləcəyini ona bildirmişdir. Lakin Zərərçəkmiş şəxs Musa Tukanovun adamları obyektdən çıxarmışdırlar. Şahid2 əlavə olaraq bildirmişdir ki, lalların yeni qurultayının çağırılması üçün “Təşviqat Qrupu” və “Təşkilat Komitəsi” yaradılmalıdır. O, Zaura rəsmi qaydada məhkəmə qərarı ilə işə bərpa olunduğunu, lakin həmin qərarın icra olunmadığını bildirmişdir. Şahid2 də ona narahat olmamasını, qanuni qüvvəyə minmiş qətnamə olduqdan sonra onun müəssisənin direktoru kimi məktub yazmağında heç bir qanunsuzluğun olmadığını bildirmişdir. Bir müddət sonra Zaur 20 (iyirmi) ədəd yeni möhür düzəltdirib Bəhrəmə verdiyini ona demişdir. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxsla bağlanmış «xxxx» müqavilənin icrasının təmin olunması, eləcə də 1 saylı Müəssisənin ərazisində olan tikililərin hamısının guya Zərərçəkmiş şəxs tərəfindən tikildiyini təsdiq edilməsi haqqında məhkəməyə izahat şəklində məktub yazıb imzalatdıraraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etmişdir. Bunun əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2018-ci il tarixdə “Karlar Cəmiyyəti” tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə Zərərçəkmiş şəxs xeyrinə qətnamə çıxarılmışdır. Bundan başqa, Şahid2 ona Zərərçəkmiş şəxsla “xxxx” MMC arasında bağlanmış müqavilələri, eləcə də Şahid5 və Bəhrəm Hüseynovun adından yaradılmış “Təşviqat Qrupu” və “Təşkilat Komitəsi” ilə Şahid1 və Zərərçəkmiş şəxs arasında bağlanmış “Razılaşma” adlı müqavilələri möhürlə təsdiq etdirmişdir. 2018-ci ilin aprel-may aylarında Şahid2, Şahid5, Bəhrəm Hüseynov və qeyriləri “Karlar Cəmiyyətində” yeni seçilmiş, lakin qeydə alınmamış prezident Eldar Əliyevi və sonuncunun komandasını ofisdən qovub həmin yerləri zəbt etmişlər. Həmçinin məhkəmə qətnaməsinin icrası ilə bağlı 1 saylı Müəssisənin əvəzində yaranmış və ünvan 3 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-nin direktoru Əli Cəfərovu obyektdən çıxararaq əvvəlcə qapıları bağlamışlar, sonra isə açdırıb icarə haqlarını yığmağa başlamışlar. Bundan sonra o, imkanı olmadığı üçün Şahid2 işinə nə zaman bərpa olunacağını soruşmuşdur. Şahid2 Şahid1 bildirəcəyini və ona hər ay 500 (beş yüz) manat pul verəcəklərini bildirmişdir. 2016-cı ilin iyul ayından həmin ilin oktyabr ayına kimi obyektlərdən icarə haqlarını yığan Şahid3 ona hər ay 500 (beş yüz) manat pul vermişdir. 4 (dörd) ay ərzində ona cəmi 2.000 (iki min) manat pul verilmişdir. Həmin pullar ona işinə bərpa olunana qədər yardım məqsədi ilə verilmişdir. Bundan başqa, ona hər hansı bir məbləğdə pul verilməmişdir. 3 (üç) aydan sonra məlum olmuşdur ki, heç bir qurultay keçirilməyəcək və ərazidə icarə haqlarını yığan Şahid3 “Təşəbbüs Qrupu” ilə “Təşkilat Komitəsinin” üzvlərinə pul verməmiş və pullar Şahid2 tərəfindən mənimsənilmişdir. Sonradan isə “xxxx” guya “Təşəbbüs Qrupu” və “Təşkilat Komitəsi” ilə sahibkarlar - Şahid1 və Zərərçəkmiş şəxs arasında başlanmış razılaşma əsasında birinci ay sahədən 4.000 (dörd min) manat məbləğində icarə haqqı Kamran tərəfindən yığılsa da, sonradan Şahid2 həmin pulu digər zəruri xərclər adı ilə Kamrandan geri almışdır. xx xxxxxx 2018-ci il tarixdə Kamran, Bəhrəm və başqaları obyektə gəlib Şahid2 komandasını, yəni Şahid3, Şahid1 ərazidən çıxarmışlar. O, Şahid2 və sonuncunun komandasının həmin ərazidən çıxarılmasını təşkil etməmiş və həmin məsələlərdə orada iştirak etməmişdir. Həmin vaxtdan ərazidə icarə haqlarını Kamrangil yığmağa başlamışlar. O, 2018-ci ilin dekabr ayının 21-də məhkəmə qərarı ilə öz işinə bərpa olunması haqqında rəsmi məlumat almışdır. 2019-cu ilin fevral ayından ərazidə 1 saylı Müəssisənin rəsmi fəaliyyəti başlamışdır. O, ərazidə olan yerləri özü icarəyə vermiş və həmin vaxtdan icarə pullarını 1 saylı Müəssisənin direktoru kimi özü yığmışdır. O, Zərərçəkmiş şəxs qarşı heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 2013-cü il tarixdə “xxxxnin” direktoru Tapdıq Xalıqovla 25 (iyirmiş beş) illik müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrini inşa etdirməli, orada yerləşən köhnə binaları təmir etdirməli, avtomobillərin təmiri ilə bağlı yeni avandanlıqlar almalı imiş. Bağlanmış müqavilə şərtlərinə əsasən o, həmin ərazini 25 (iyirmiş beş) il müddətinə icarəyə götürməli və bu məqsədlə həmin ərazini təmir etdirməli imiş. O, icarəyə götürdüyü gündən başlayaraq birinci il üçün 1.500 (min beş yüz) manat, ikinci il üzrə 2.500 (iki min beş yüz) manat, sonraki illər üzrə isə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini “Karlar Cəmiyyətinə” ödəməli imiş. İlk vaxtlar müqavilə üzrə işləri o, tək başına görsə də sonradan həmin işləri şəriki Şahid1la birlikdə görməyə başlamışdır. Belə ki, o, çox vaxt həmin obyektdə ola bilməmişdir. Orada əsas işləri Şahid1 və Şahid3 görmüşlər. Təxminən bir ildən az müddətdə onlar oranı işlətmişlər. Müqavilə şərtlərinə əsasən, yəni həmin ərazinin abadlaşdırılması, yeni binaların tikilməsi, köhnə binaların təmirinə və yeni avandanlıqların alınmasına onlar 700.000 (yeddi yüz min) manat pul xərcləmişlər. Sonra yeni binaların tikintisi ilə məşğul olan şirkət onlara müraciət edərək həmin ərazidə yeni binaların tikilməsini və əvəzində onlara qeyri-yaşayış sahələrinin verilməsini təklif etmişlər. Bundan sonra onlar həmin MTK ilə müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən qeyd edilən ərazidə 5 (beş) hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulmuşdur. Onlar “Karlar Cəmiyyəti” ilə də yeni müqavilə bağlamışlar. Tikintisi nəzərdə tutulan 5 hündürmərtəbəli binada onlara verilməli olan 1.500 (min beş yüz) km.m ərazini onlar təmir edib “Karlar Cəmiyyətinə” təhvil verməli imişlər. Bunun üçün Musa Tukanova iki və üç otaqlı mənzillər verilmişdir. Şahid1 da Musa Tukanova 110.000 (yüz on min) ABŞ dolları pul vermişdir. Lakin “xxxxnin” rəhbəri Musa Tukanov sonradan bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Musa Tukanovun təşkilatçılığı ilə onlara icarə əsasında məxsus olan sahələr 2016-cı il tarixdə Əli və digər şəxslər tərəfindən zəbt edilmişdir. Musa Tukanovla onların arasında MTK-nin təklifi üzrə mübahisə yaranmış və bu məqsədlə Musa Tukanov onları həmin sahədən uzaqlaşdırmaq istəmişdir. Sonra MTK onlarla “Karlar Cəmiyyəti” arasında baş vermiş mübahisəni və yaranmış qarışıqlığı görüb bütün işləri dayandırmışdır. Bundan sonra 2017-ci ilin sonlarında onlar Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək icarə əsasında onlara məxsus sahəni zəbt edən Əli və digər şəxslərə qarşı iddia qaldırmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə həmin sahələrin onlara məxsus olması və onların sahibliyinə verilməsi qərara alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Yasamal rayon İcra şöbəsi tərəfindən icra edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanında yerləşən bütün sahələr Təqsirləndirilən şəxs iştirakı ilə onlara təhvil verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində onların iddia tələbinə baxılarkən Təqsirləndirilən şəxs onlarla birgə iştirak etməsində öz marağı olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt onlarla birgə çıxış etməsində marağı Əli və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanda yerləşən bütün sahələrdən çıxarılması və gələcəkdə oranı zəbt etməsi olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ona müraciət edərək 2013-cü il tarixli müqavilə əsasında “Karlar Cəmiyyəti” tərəfindən onun qarşısında götürülmüş bütün öhdəlikləri qəbul etdiyini bildirmişdir. Bunun əsasında Təqsirləndirilən şəxs 2013-cü il tarixli müqavilənin şərtləri ilə razılaşaraq həmin müqaviləni imzalamış və möhürü ilə təsdiq etmişdir. Məhz bu səbəbdən onun şəriki Şahid1 mühafizəçi işləyən Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs 6 (altı) ay ərzində, yəni 2018-ci ilin may ayından həmin ilin oktyabr ayı da daxil olmaqla hər ay 2.000 (iki min) manat, ümumilikdə 12.000 (on iki min) manat pul vermişdir. Qeyd olunan pulun 1.500 (min beş yüz) manat hissəsi icarə haqqı, 500 (beş yüz) manat hissəsi isə Ayazın özünə maddi yardım kimi verilmişdir. Şahid1 ona verdiyi məlumata görə “xxxx” İB-nın üzvü olan Şahid5 onlarla görüşərək bildirmişdir ki, sonuncu və onun adamları “xxxx” nəzdində “Təşəbbüs Qrupu” və “Təşkilat Komitəsi” yaratmışlar və həmin qurumlara rəhbərlik etmişlər. Birliyin yeni qurultayının keçirilməsini təmin etmək üçün Şahid5 pul lazım olmuş və sonuncu maliyyə məsələsində köməklik etməyi onlardan xahiş etmişdir. Bu barədə o, Natiqlə məsləhətləşdikdən sonra Birliyin prezidentinin seçilməsinin onların işləri üçün də yaxşı olacağını düşünmüş və xx xxxxx 2018-ci il tarixdə onların arasında yeni müqavilə bağlanmışdır. xx xxxxx 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onlar həmin şəxslərə (Şahid5, Təqsirləndirilən şəxs) 3 (üç) ay müddətində ümumilikdə 24.000 (iyirmi dörd min) manat pul vermişlər. Lakin onlar tərəfindən 24.000 (iyirmi dörd min) manat məbləğində pulun verilməsinə baxmayaraq, heç bir qurultay keçirilməmişdir. Bundan sonra Şahid5 və Bəhrəm Hüseynov yenidən Natiqdən pul tələb etmişlər və noyabr ayından başlayaraq qurultay keçirilənə qədər hər ay 8.000 (səkkiz min) manat, Təqsirləndirilən şəxs isə 4.000 (dörd min) manat pul verilməli olduğunu bildirmişlər. Şahid5 və Bəhrəm Hüseynovun bu tələbi onun və Natiq tərəfindən təmin edilmədiyi üçün Şahid5 və X18 Məmmədovla əlbir olaraq və ətraflarına 15-20 nəfər toplayaraq xx xxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanına gələrək Natiqdən hər ay 12.000 (on iki min) manat pul verilməsini tələb etmişlər. Şahid5, Bəhrəm Hüseynov və Təqsirləndirilən şəxs üçü birlikdə Natiqi, Mehmanı və Nizamini hədələyərək tələb olunan pulun hər ay verilmədiyi halda əraziyə lal-karları gətirib onlara qarşı zor tətbiq edəcəklərini bildirmişlər. Natiqin ona verdiyi məlumata görə xx xxxxxx 2018-ci il tarixdə Şahid5, Bəhrəm Hüseynov və Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə onların ərazisinə gələrək oranı tamamilə zəbt etmişlər və onları ərazidən qovmuşlar. Şahid5 və digərləri Natiqə və Mehmana zor tətbiq edərək sonuncuları ərazidən çıxarmışlar. Həmin vaxtdan başlayaraq Təqsirləndirilən şəxs və sonuncunun idarə etdiyi lal-kar şəxslər onları həmin əraziyə buraxmamışlar. Bundan başqa, həmin şəxslər Natiqin istifadə etdiyi iş otağının qıfılını sındırmışlar, icarəçiləri hədələyərək icarə haqlarını tələb etmişlər, mühasibatlığa dair bütün sənədləri götürmüşlər və həmin vaxtdan etibarən icarə haqlarını yığıb pul vəsaitlərini mənimsəmişlər. Bunun nəticəsində ona və onun şərikinə bir il ərzində təxminən 262.000 (iki yüz altmış iki min) manatdan artıq məbləğdə maddi zərər dəymişdir. Daha sonra zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin, eləcə də təqsirləndirilən şəxslə barışdığının, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o və Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə “xxxx” MMC ilə xx xxxxxxx 2013-cü il tarixdə müqavilə bağlamışlar. O, şəriki Zərərçəkmiş şəxsla birlikdə həmin müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən ərazidə qeyri-yaşayış sahələri inşa etmişdir. “xxxxnin” rəhbərliyinin təşkilatçılığı ilə onun və şəriki Həsənqulunun vəsaiti hesabına inşa edilmiş ünvan 3 ünvanında yerləşən sahələr xx xxxx 2016-cı il tarixdə cəmiyyətin üzvləri tərəfindən zəbt edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə “Karlar Cəmiyyəti” tərəfindən yaradılmış maneələr və məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Daha sonra qeyd olunan ünvanda yerləşən bütün sahələr 1 saylı Müəssisəsinin direktoru Təqsirləndirilən şəxs iştirakı ilə onlara təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində onların iddia tələbinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında ünvan 3 ünvanında yerləşən ərazidə qəzalı vəziyyətdə olan 3 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsinin onun və şəriki Həsənqulu tərəfindən təmir edildiyini, ərazidə yerləşən bütün digər sahələrin də onlar tərəfindən inşa edildiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəsmi qaydada müraciət edərək, xx xxxxxxx 2013cü il tarixli müqavilə əsasında “xxxx” MMC-nin götürdüyü bütün öhdəliklərin 1 saylı Müəssisənin öhdəlikləri kimi qeyd-şərtsiz qəbul etdiyini bildirmiş və xx xxxxxxx 2013-cü il tarixli müqaviləni 1 saylı Müəssisənin möhürü ilə təsdiq edərək imzalamışdır. Bundan sonra həmin sahələr 2018-ci ilin may ayından onların istifadəsinə verilmişdir. Sonra o, Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs 2018-ci ilin may, iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında, hər ay 2.000 (iki min) manat olmaqla, ümumilikdə 12.000 (on iki min) manat pul vermişdir. Təqsirləndirilən şəxs 1 saylı Müəssisənin kassa mədaxil orderlərinin qəbzlərini ona verəcəyini bildirsə də, verdiyi vədini sonradan yerinə yetirməmiş və həmin sənədləri ona verməmişdir. Onlar ünvan 3 ünvanında yerləşən sahələri icarədarlara icarəyə verməyə başladıqdan sonra özlərini Birliyin “Təşəbbüs Qrupunun” və “Təşkilat Komitəsinin” rəhbərləri kimi təqdim edən Şahid5 və X8rultayının keçirilməsinin maddi cəhətdən təmin etməklə bağlı onlara müraciət etmişlər və 25.000 (iyirmi beş min) manat pulun verilməsini onlardan xahiş etmişlər. Nəticədə xx xxxxx 2018-ci il tarixdə razılaşma imzalanmışdır. Razılaşma bir tərəfdən onunla şəriki Zərərçəkmiş şəxs və digər tərəfdən Şahid5la Bəhrəm Hüseynov arasında bağlanmışdır. Razılaşmaya əsasən, onlar Şahid5 və Bəhrəm Hüseynova may, iyun və iyul ayları ərzində, hər ay 4.000 (dörd min) manat rəsmi qaydada, 4.000 (dörd min) manat isə qeyri-rəsmi qaydada, ümumilikdə 24.000 (iyirmi dörd min) manat pul vermişlər. Lakin razılaşmanın müddəti bitdikdən sonra Şahid5 və X11 Haşımova rəsmi müraciət edərək razılaşmanın müddətinin artırılmasını və vəsaitlərin növbəti 3 ay ərzində də ödənilməsini xahiş etmişlər. Nəticədə avqust, sentyabr və oktyabr ayları ərzində onlar Şahid5 və Bəhrəm Hüseynova əlavə olaraq 24.000 (iyirmi dörd min) manat pul vermişlər. Beləliklə, Şahid5 və X8rultayının keçirilməsini maddi cəhətdən təmin etmək adı altında ümumilikdə altı ay ərzində 48.000 (qırx səkkiz min) manat pulu ondan və onun şəriki Həsənquludan almışlar. xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq Şahid5 və Bəhrəm Hüseynov onlara müraciət edərək Birliyin qurultayını keçirə bilmədiklərini demişlər və noyabr ayından başlayaraq qurultay keçirələnədək hər ay 8.000 (səkkiz min) manat pulun ödənilməsini tələb etmişlər. Eyni zamanda xx xxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs və Əflatun Qafarov onlardan noyabr ayından başlayaraq hər ay üçün 4.000 (dörd min) manat icarə haqqı tələb etmişlər. O və şəriki Həsənqulu razılaşmanın başqa şəkildə olmasını və qurultay çağrılmadığından əlavə pul verməyəcəklərini Şahid5 və Bəhrəm Hüseynova demişlər. Bundan sonra Təqsirləndirilən şəxs, Əflatun Qafarov, Şahid5 və Bəhrəm Hüseynov ətraflarına 30-35 nəfər toplayaraq xx xxxxxx 2018-ci il tarixdə ünvan 5 ünvanına gələrək onlardan hər ay 12.000 (on iki min) manat tələb etmişlər və həmin pulun verilmədiyi halda əraziyə lal-karlarla gələrək onlara qarşı zor tətbiq edərək döydürəcəklərini, ərazidən çıxararaq sahələrə daxil olmağa qoymayacaqlarını və sahələrdə işləyən icarəçilərdən icarə haqlarını özlərinin toplayacaqlarını bildirmişlər. Onlar bundan imtina etdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Şahid5, Hüseynov Bəhrəm, Təqsirləndirilən şəxs, Əzimov Rasim, Əliyev Eldəniz, Sadıqov Samir və adlarını bilmədiyi digər şəxslər onların ərazisinə gələrək oranı zəbt etmişlər və onları ərazidən qovmuşlar. Onlar dəfələrə əraziyə gedərək müqavilənin və məhkəmə qətnaməsinin şərtlərinə əsasən əraziyə buraxılmaqlarını xahiş etsələr də, onları heç kim həmin əraziyə buraxmamışdır. 2018-ci ilin noyabr və dekabr ayları üçün icarə haqları Şahid5 tərəfindən yığılmışdır. 2019cu ilin əvvəlindən isə sahələr tam şəkildə 1 saylı Müəssisənin direktoru olan Təqsirləndirilən şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs sahələrə rəhbər gəldikdən sonra da onlar dəfələrlə Təqsirləndirilən şəxs sahələrin təhvil verilməsi ilə bağlı müraciət etsələr də, sonuncu müəssisənin direktoru olduğunu, həmin sahələrin özünə məxsus olduğunu və həmin sahələrin onlara heç vaxt qayıtmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində ona və onun şəriki Zərərçəkmiş şəxs təxminən 200.000 (iki yüz min) manatdan artıq məbləğdə zərər vurulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, tanışı Şahid1 onu ünvan 3 ünvanında yerləşən avtomobil servisində usta kimi işləməyə dəvət etmişdir. Sonra Şahid1 tapşırığına əsasən o, həmin avtomobil servisində aylıq icarə pulunun yığılmasında Kamran müəllim və Təranə xanıma kömək etmişdir. O, Şahid1 tapşırığına əsasən hər ayın 10-13 tarixlərində Təqsirləndirilən şəxs 2.000 (iki min) manat, 6 ay ərzində ümumilikdə isə 12.000 (on iki min) manat pul vermişdir. Lakin Ayaz ondan aldığı pula görə heç bir qəbz verməmişdir. Sonradan Kamran, Ayaz və Bəhrəm Natiqdən hər ay üçün 12.000 (on iki min) manat pul tələb etmişlər. Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat məbləğində pulun verilməyəcəyi təqdirdə Natiqi və onun şəriklərini lalkarlara döydürəcəklərini, ərazidən çıxararaq bir daha həmin əraziyə daxil olmağa qoymayacaqlarını bildirmişdir. Ayaz hər ay aldığı 2.000 (iki min) manat pulun əvəzində 12.000 (on iki min) manat məbləğində pul istəməklə faktiki avtomobil servisini ələ keçirmək istəmişdir. Ayazın tələbi Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən təmin edilmədiyindən xx xxxxxx 2018-ci il tarixdə Kamran, Bəhrəm və Ayaz tərəfindən əraziyə 40-45 nəfər kənar lal-kar şəxslər gətirilmişdir. Həmin lal-kar şəxslər Təqsirləndirilən şəxs göstərişinə əsasən ünvan 3 ünvanında yerləşən avtomobil servisini və orada olan binaları zəbt etmişlər, eləcə də onları döyərək həmin sahədən uzaqlaşdırmışlar. Lal-kar şəxslərin ora gətirilməsini və onlara qarşı zor tətbiq edilməsini, onların həmin sahələrdən çıxarılmasını Təqsirləndirilən şəxs və Şahid5 təşkil etmişdir. Həmin gündən sonra onları həmin sahəyə buraxmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən ərazidə onun və şərikləri Zərərçəkmiş şəxs, Natiq Cabbarovun payçılığı ilə qeyri-yaşayış sahələri inşa edilmişdir. Bundan əvvəl “xxxx” İB-nin rəhbərliyi həmin sahələrin xx xxxx 2016-cı il tarixdə kənar şəxslər tərəfindən zəbt edilməsi səbəbindən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə “Karlar Cəmiyyəti” tərəfindən yaradılmış maneələrin və məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Nəticədə “xxxx” 1 saylı Müəssisəsinin direktoru Ayaz Məmmədovun iştirakı ilə ünvan 3 ünvanında yerləşən ərazi onlara təhvil verilmişdir. Bundan sonra Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 6 ay ərzində, hər ay 2.000 (iki min) manat olmaqla, ümumilikdə 12.000 (on iki min) manat pul verilmişdir. Kamran və Bəhrəm Natiqə və Həsənquluya Birliyin qurultayının keçirilməsi üçün 25.000 (iyirmi beş min) manat pul lazım olduğunu bildirmişlər. Bu məqsədlə Natiq və Həsənqulu tərəfindən Kamrana və Bəhrəmə altı ay müddətində hər ay 8.000 (səkkiz min) manat pul verilmişdir. Ümumilikdə Kamran və Bəhrəm qurultay keçirmək adı ilə 48.000 (qırx səkkiz min) manat pul almışlar. Kamran və Bəhrəm onlardan qurultay keçirmək adı ilə 48.000 (qırx səkkiz min) manat məbləğində pul alsalar da, qurultay keçirilməmişdir. Buna baxmayaraq, Kamran və Bəhrəm yenidən Natiqə qurultayı keçirə bilmədiklərini bildirmişlər və noyabr ayından başlayaraq qurultay keçirələnədək hər ay 8.000 (səkkiz min) manat pul verilməsini tələb etmişlər. Təxminən oktyabr ayının sonlarında Ayaz da Natiqdən noyabr ayından başlayaraq hər ay 4.000 (dörd min) manat icarə haqqı verilməsini tələb etmişdir. xx xxxxxx 2018-ci il tarixdə Şahid3 Natiqə zəng vuraraq Ayazın lal-karlarla birlikdə ərazini zəbt etmək istədiyini bildirmişdir. Sonra o, Natiqlə birlikdə ünvan 3 ünvanına getmişdir. Onlar ora çatdıqda Ayaz, Kamran və Bəhrəmin hər ay 12.000 (on iki min) manat pulu onlardan tələb etdiklərini bilmişlər. Onlar bundan imtina etdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Ayazın göstərişi ilə lal-karlar onların ərazisinə gələrək onları həmin ərazidən qovmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2018-ci ilin fevral ayınadək o, X4 şəhərində yaşamış və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasına qayıtmışdır. O, 2018-ci ilin noyabr ayından hal-hazıradək “xxxx” İctimai Birliyinin nəzdində olan 1 saylı Müəssisədə xəzinədar vəzifəsində işləyir. Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir. 2018-ci ilin fevral ayında Şahid2 ona mesaj yazaraq Bakı şəhərinə dəvət etmiş və “Karlar Cəmiyyətində” sədrin olmadığını bildirmişdir. Şahid2 bu məqsədlə onu dəvət etmiş və ona köməklik göstərəcəyini bildirmişdir. O da Şahid2 təklifi ilə Bakı şəhərinə gələrək sonuncu ilə görüşmüşdür. O, Şahid2lə görüşdükdə “xxxx” İB-nın tərkibində “Təşəbbüs Qrupunun” yaradılacağını, onun həmin Qrupa sədr seçiləcəyini, “Təşəbbüs Qrupunun” işinin cəmiyyətin əmlaklarından pul toplamaqla qurultayın təşkil edilməsindən ibarət olacağını bildirmişdir. O da 100 nəfər lal-kar şəxs taparaq sonuncularla söhbət etmiş, həmin şəxslərin imzalarını toplayaraq “Təşəbbüs Qrupunun” yaradılmasına razılıq almışdır. Bundan sonra 14 nəfər lal-kar şəxs “Təşəbbüs Qrupuna” üzv, özü isə “Təşəbbüs Qrupunun” rəhbəri seçilmişdir. Sonra o, qurultayın keçirilməsi üçün pul lazım olduğunu gördükdə, Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxs icarəsində olan ünvan 3 ünvanında yerləşən avtomobil servisindən yığılan pulların bir hissəsinin onlara verilməsi haqqında xx xxxxx 2018-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən onlara hər ay 4.000 (dörd min) manat pul verilməli imiş. Lakin 2018-ci ilin may ayında onlara verilən 4.000 (dörd min) manat puldan 2.500 (iki min beş yüz) manatını Şahid2 qurultay adı ilə ondan istəmişdir. O da 2.500 (iki min beş yüz) manat pulu Şahid2 vermişdir. Şahid2 pulu ondan alsa da, qurultay keçirilməmişdir. Onlar bunu görüb ünvan 3 ünvanında yerləşən avtomobil servisinin tam şəkildə həmin servisin sahibi Təqsirləndirilən şəxs sərəncamına keçməsini istəmişlər. O və digər lal-kar şəxslər dəfələrlə Təqsirləndirilən şəxs müraciət edərək Zərərçəkmiş şəxs və Şahid1 həmin sahədən çıxarılmasını xahiş etmişlər. Lakin Təqsirləndirilən şəxs onların təklifi ilə bağlı bir iş görmədiyindən o, çoxlu sayda lal-kar şəxsləri yığaraq həmin əraziyə getmişdir. Həmin vaxt sahədə ancaq Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs və Şahid2 həmin vaxt orada olmamışlar. Onlar Şahid1 həmin sahədən çıxmasını və həmin sahəni onlara təqdim etməsini xahiş etmişlər. Onlar bunu Şahid1 bildirdikdə Təqsirləndirilən şəxs onların yanında olmamışdır. Onlar zor tətbiq etmədən Şahid1 və sonuncunun adamlarını oradan çıxarmışlar. Onlar xx xxxxxx 2018-ci il tarixdə həmin sahəni tam şəkildə boşaltmışlar. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onun anası və atası lal olduğundan o, lallarla ünsiyəti bacarmış və arabir lallara tərcüməçilik etmişdir. Bununla bağlı xx xxxxxx 2017-ci il tarixdə anası yəni, Bakı şəhər təşkilatının idarə heyətinin sədri Türbət Abdullayeva ona vəsiqə vermişdir. O da həmin vəsiqə əsasında lallara tərcüməçilik etmişdir. 2018-ci ilin avqust ayında anası ona lallara köməklik göstərərək tərcüməçilik etməsini bildirmişdir. O, həmin vaxt Bakı şəhəri, Xətai rayonunda yerləşən “xxxxnin” ofisində anası ilə görüşmüş və anası onu Şahid5la tanış etmişdir. Kamran da onun anası kimi lal olmuş və ondan lallara köməklik göstərməyini xahiş etmişdir. O, həmin vaxt Kamrana nə zaman vaxtı olarsa gəlib köməklik göstərəcəyini demişdir. 2018-ci ilin oktyabr ayında Kamran onu Bakı şəhəri, Xətai rayonunda yerləşən “xxxx” ofisinə çağırmışdır. O, ofisə getdikdə orada 1 saylı Müəssisənin rəhbəri Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona ünvan 3 ünvanında yerləşən obyektlərin olduğu yerin, yəni 1 saylı Müəssisənin rəhbəri olduğunu bildirmişdir. Ayaz daha sonra Kamrana Şahid1 hər ay 5.00 (beş yüz) manat pul verdiyini, buna görə də, Şahid1 və yanındakıları həmin müəssisədən çıxarıb pulları özlərinin yığmalarını demişdir. Təqsirləndirilən şəxs Natiq və yanındakıların onu müdir kimi tanımadıqlarını bildirmiş, Kamrana lalları həmin əraziyə çağıraraq Natiqgili ərazidən çıxarmalarını təklif etmişdir. Sonra Təqsirləndirilən şəxsla Şahid5 razılaşmışdır. Təxminən 2-3 gün sonra Kamran görüntülü şəkildə ona zəng edərək ünvan 3 ünvanında yerləşən obyektlərin olduğu yerə onu çağırmışdır. O, həmin yerə getdikdə orada Kamranı və Şahid1 görmüşdür. Həmin vaxt orada çoxlu sayda lallar olmuşdur. Kamran ondan ünvan 3 ünvanında lalların olduğunu Şahid1 izah etməsini xahiş etmişdir. O da Kamranın dediklərini Natiqə izah etmişdir. Natiq isə həmin ərazidə yerləşən tikililərin hamısının özünə məxsus olduğunu demişdir. Bununla bağlı Şahid1 müqavilə təqdim etmiş, Kamran da kağız təqdim edərək ərazinin 1 saylı Müəssisənin rəhbəri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. Təxminən bir saat davam edən mübahisədən sonra Natiq və yanındakılar ərazidən çıxıb getmişlər və məhkəmə qərarını gətirib təqdim edəcəklərini bildirmişlər. xx xxxxxx 2018-ci il tarixdə Kamran və Natiq yenidən həmin ərazidə görüşmək barədə razılaşmışlar. Kamran və Natiq ərazidə görüşərkən orada çoxlu sayda lal şəxslər olmuşdur. Natiq və yanındakılar həmin ərazidə yerləşən obyektlərin özlərinə məxsus olması ilə bağlı məhkəmə qətnaməsinin olduğunu bildirmişlər. Kamran qətnaməni tələb etdikdə, Natiq səhərisi gün təqdim edə biləcəyini demişdir. Həmin gün saat 18.00 radələrində o, Kamranın yanından ayrılmışdır. Natiqin məhkəmə qətnaməsini təqdim etməsini və Natiqgilin həmin ərazidən çıxarılması barədə onun sonradan xəbəri olmuşdur. Lakin o, orada iştirak etməmişdir. Ona sonradan zəng edib Bəhrəm Hüseynovun və Şahid5 28-ci Polis bölməsinə aparıldığını, həmin şəxslərə tərcüməçilik etmək lazım olduğunu demişlər. Əlavə olaraq, şahid qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən obyektlərin aylıq icarə haqları yığılarkən qəbzləri o, doldurmuşdur. Lakin həmin qəbzləri Şahid5 özü imzalamış və möhürləmişdir. Qəbzlər doldurularkən yığılan pulları o, almamışdır. Həmin pulları Şahid5 özü almışdır. Qəbzləri onun yazmağına səbəb isə Kamranın Azərbaycan əlifbası ilə yaza bilməməsi olmuşdur. O, polisdə olarkən də Kamrana həmin obyektlərin Şahid1 məxsus olduğu, sonuncunun əlində qanuni sənədin olduğu və ərazidən çıxmaq lazım olduğu bildirmişdir. Həmin gündən sonra o, Kamranla olan münasibətini kəsmişdir. Onun Kamranla heç bir əlaqəsi yoxdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2016-cı ilin fevral ayına qədər “xxxx” İctimai Birliyində departament direktoru vəzifəsində işləmiş və həmin vaxt Birliyin prezidenti vəzifəsini icra edən Musa Tukanovun əmri ilə tutduğu vəzifədən azad edilmişdir. 2014-cü ilin iyun ayına qədər Birliyin prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Tapdıq Xalıqov öz oğlu Nizaminin vasitəsi ilə ona müraciət edərək Birliyin üzvü olan Şahid5 adlı Moskvada yaşayan şəxsin Bakıya gəldiyini və Birliyin prezidenti olmaq istədiyini, Birliyin yeni qurultayının keçirilməsinin qanuni yollarını, bu məqsədlə müvafiq icra orqanlarına müraciətlərin hazırlanmasını və sair təşkilati işlərlə bağlı köməklik göstərmək lazım olduğunu bildirişdir. O da, qurultayın keçirilməsi ilə bağlı “Təşəbbüs Qrupu” və “Təşkilat Komitəsi” yaratmalı, rəsmi məlumatları Ədliyyə Nazirliyinə təqdim etməli və Birliyin üzvlərinin respublika üzrə reyestrinin aparılmalı və digər işlərin görülməli olduğunu bildirmişdir. Tapdıq Xalıqov ona oğlu Nizaminin vasitəsi ilə Kamranın qeyd edilən işləri özünün həll edəcəyini, nazirlikdə tanışlarının olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Kamran Bakı şəhərinə gəlmiş, Tapdıq, Nizami və onunla “İçəri Şəhər” metrosu yaxınlığında yerləşən kafedə görüşmüş və Tapdıqın dediklərini bir daha Kamran özü də təsdiq etmiş və onlardan kömək istəmişdir. Bir neçə gün sonra Kamran artıq iclas keçirdiyini və Birliyin nəzdində “Təşəbbüs Qrupu” və “Təşkilat Komitəsi” yaratdığını bildirmişdir. Şahid5 “Təşəbbüs Qrupunun” rəhbəri, Bəhrəm Hüseynov isə “Təşkilat Komitəsinin” sədri seçilmişdir. Bir neçə gündən sonra Kamran gətirdiyi 15.000 (on beş min) manat pulu lal-karlara xərclədiyini, hal-hazırda pulsuz olduğunu, qurultayın keçirilməsini təşkil etmək üçün pul lazım olduğunu bildirmiş və Natiqlə Həsənquludan bu məqsədlə 25.000-30.000 (iyirmi beş min-otuz min) manat pul vermələrini xahiş etmişdir. Kamranın xahişi əsasında Natiq və Həsənqulu ilə lal-karlar arasında 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Çinarlı” restoranında görüş təşkil olunmuş, həmin görüşdə X9 “Təşəbbüs Qrupu” ilə tanış etmiş və müqavilə əsasında Natiqin istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Aslanov 13B ünvanında yerləşən sahələrin özlərinin istifadəsinə verilməsini xahiş etmişdir. Natiq və Həsənqulu buna razılıq vermişlər. Şahid1la Şahid5 arasında xx xxxx 2018-ci il tarixdə razılaşma imzalanmışdır. X21 vasitəsilə Natiqə və Həsənquluya müraciət edərək Sabunçudan hər ay əldə edilən 1.200 (min iki yüz) manat pulun az olmasını bildirmiş və ünvan 3 ünvanında inşa etdikləri sahələri 3 aylıq “Təşəbbüs Qrupuna” vermələrini xahiş etmişdir. Bundan başqa, xx xxxxx 2018-ci il tarixdə “Razılaşma” imzalanmışdır. Kamranın xahişi ilə müqaviləyə əsasən Kamranla Bəhrəm Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanında yerləşən sahələrdən hər ay 4.000 (dörd min) manat rəsmi pul almalı olmuşlar, lakin onlara aylıq 4.000 (dörd min) manat əlavə pul verilmişdir. Belə ki, razılaşmaya əsasən, sahələr Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən icarədarlara icarəyə verilmiş, icarə haqlarının yığılması və qaimələrin verilməsi Şahid5 həvalə edilmişdir. Lakin sahələrdən icarə haqları Şahid5 iştirakı ilə ərazidə işləyən Şahid3 tərəfindən yığılmış və Şahid1la Zərərçəkmiş şəxs bildirmələrinə əsasən, 2018-ci ilin may, iyun və iyul ayları ərzində Kamranla Bəhrəmə hər ay 8.000 (səkkiz min) manat pul verilmişdir. Şahid5 da hər ay üçün yığılmış icarə haqlarının 4.000 (dörd min) manatına dair qəbz vermiş, lakin qalan pulları qeyri-rəsmi olaraq götürmüşdür. 3 ay ərzində Kamranla Bəhrəm sahibkarlardan 24.000 (iyirmi dörd min) manat pul almaqlarına baxmayaraq, qurultayın keçirilməsi üçün tədbir görməmişlər və aldıqları pulun kifayət etmədiyini bildirərək növbəti 3 ay ərzində yenidən pul verilməsini xahiş etmişlər. Bundan sonra növbəti 3 ay ərzində də Kamranla Bəhrəmə aylıq 8.000 (səkkiz min) manat olmaqla, 6 ay ərzində ümumilikdə 48.000 (qırx səkkiz min) manat pul verilmişdir. Qeyd olunan müddət ərzində, həmçinin Birliyin 1 saylı Müəssisəsinin direktoru olan Təqsirləndirilən şəxs 1 saylı Müəssisə ilə Zərərçəkmiş şəxs arasında olan müqavilənin şərtlərinə uyğun olaraq ayda 1.500 (min beş yüz) manat icarə haqqı, 500 (beş yüz) manat isə əlavə olaraq Təqsirləndirilən şəxs özünə yardım kimi verilmiş və 6 ay müddətində ümumilikdə 12.000 (on iki min) manat pul Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən verilmişdir. 2018-ci ilin oktyabr ayının 20-dən sonra Kamran və Bəhrəm Natiqdən qurultay keçirilənədək hər ay üçün 8.000 (səkkiz min) manat, Təqsirləndirilən şəxs isə 4.000 (dörd min) manat pulun verilməsini tələb etmişlər. Kamranla Bəhrəmin tələbləri təmin edilmədiyi üçün sonuncular Birliyin 1 saylı Müəssisəsinin direktoru Təqsirləndirilən şəxsla əlbir olaraq lal-kar şəxslərlə birlikdə 6-9 noyabr tarixlərində ünvan 3 ünvanında yerləşən ərazini zor tətbiq edərək zəbt etmişlər. Sonradan məlum olmuşdur ki, qeyd olunan sahələrin zəbt edilməsi Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş və 2019-cu ilin yanvar ayından başlayaraq sahələrin icarəyə verilməsi və icarə haqlarının yığılmasını Təqsirləndirilən şəxs təşkil etmişdir. Qeyd olunan sahələr zəbt edildikdən sonra Təqsirləndirilən şəxs vəzifələrinin icrası və ya aralarında olan müqavilənin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı Zərərçəkmiş şəxs və Şahid1 heç bir müraciət etməmiş, əksinə sonuncuların dəfələrlə etdikləri müraciətlərdən imtina etmiş və sonuncuları sahələrə daxil olmağa icazə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən (cild 3, iş vərəqə 44-46) görünür ki, Təqsirləndirilən şəxs “xxxx” İctimai Birliyinə qarşı iddia tələbi təmin edilmiş, “xxxx” İctimai Birliyinin 1 saylı Müəssisəsində direktor vəzifəsini icra edilməsi üçün Təqsirləndirilən şəxs əmək şəraitinin təmin edilməsi, vəzifəsi üzrə iş yerinə buraxılması, vəzifəsini icra edə bilməsi üçün müəssisənin möhür, ştamp, blank və sair zəruri avadanlıqların Təqsirləndirilən şəxs təhvil verilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2018-ci il tarixli “xxxx” Razılaşmanın surətindən (cild 6, iş vərəqə 84-85) görünür ki, bir tərəfdən Zərərçəkmiş şəxs və Şahid1 və digər tərəfdən Şahid5 və X10 arasında dörd tərəfli müqavilə bağlanmış, həmin razılaşmaya əsasən Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən ərazini Şahid1 istifadəsinə verməyi, Şahid1 da hər ay 4.000 (dörd min) manat məbləğində pulu “xxxx” İB-nin qurultayının keçirilməsi üçün Şahid5 ödəməyi öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən (cild 3, iş vərəqə 27-31) görünür ki, Zərərçəkmiş şəxs “xxxx” İctimai Birliyinə qarşı iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən ərazidə Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş bütün sahələrin istifadə edilməsinə dair yaradılmış maneələr və məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cavab məktubundan (cild 3, iş vərəqə 108) görünür ki, Təqsirləndirilən şəxs amnistiya tətbiq edildiyindən 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən xx xxxx 2016-cı il tarixdə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə xitam verilməsi haqqında qərardan (cild 3, iş vərəqə 32) görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1518/2018 saylı qətnaməsi üzrə məcburi icra hərəkətləri icra edilmiş və bütün maneələr, məhdudiyyətlər aradan qaldırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası rəyindən (cild 3, iş vərəqə 224-225) görünür ki, Şahid3 tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 6, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona həmin maddələr üzrə qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya aktı əsasında cəzadan azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın icarə dəyəri ilə bağlı arayışdan (cild 6, iş vərəqə 148-150) görünür ki, ünvan 3 ünvanında yerləşən obyektlərin kirayə qiymətlərində dəyişiklik olmamış, bir aylıq icarə dəyəri 21.836 (iyirmi bir min səkkiz yüz otuz altı) manat təşkil etmiş, qeyri-yaşayış sahələrinin icarəsində əldə oluna biləcək ümumi gəlirin məbləği xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 262.032 (iki yüz altmış iki min otuz iki) manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 6, iş vərəqə 154- 156) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi üzrə ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-639/2019 saylı qərarından (cild 6, iş vərəqə 188-191) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-638/2019 saylı qərarından (cild 6, iş vərəqə 192-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli iltizamdan (cild 6, iş vərəqə 197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 6, iş vərəqə 210-238) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 12.000 (on iki min) manat məbləğində pulun alınması təsdiq olunmadığından onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxsla Şahid1 Şahid5 və Bəhrəm Hüseynova vermiş olduqları 24.000 (iyirmi dörd min) manat pulun geri qaytarılması məsələsi mülki mübahisə olduğundan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi barədə hüquqlarının izah olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 6, iş vərəqə 247) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-750/2019 saylı qərarından (cild 6, iş vərəqə 250-256) görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-639/2019 saylı qərarından verilmiş apelyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-639/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-749/2019 saylı qərarından (cild 6, iş vərəqə 260-264) görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-638/2019 saylı qərarı ləğv edilmiş və onun barəsində həmin gün vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 6, iş vərəqə 257) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən (cild 8, iş vərəqə 173) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2013-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-288/2013 saylı hökmündən (cild 3, iş vərəqə 130-136) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona həmin maddələr üzrə qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli “xxxx” Müqavilənin surətindən (cild 6, iş vərəqə 16) görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yerləşən ərazidəki sahələr və avadanlıqlarla bağlı “xxxx” İB ilə Zərərçəkmiş şəxs arasında müqavilə bağlanmış və müqavilənin tərəfləri öz maddi imkanlarını və daşınmaz əmlakını birləşdirərək gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyətə başlamışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2017-ci il tarixli çıxarışdan (cild 3, iş vərəqə 209) görünür ki, “xxxx” İctimai Birliyinin 1 saylı Müəssisəsinin qanuni təmsilçisi Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X14 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv və mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs “xxxx” İctimai Birliyinin 1 saylı Müəssisəsinin direktoru (vəzifəli şəxs) olmuşdur. Cinayət hadisəsi xx xxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən sahədə baş vermiş və hadisəyə səbəb daha əvvəl həmin ərazidə yerləşən obyektlər üzərində sahiblik, istifadə və sərəncam hüququnun realizə edilməsi ilə bağlı yaranmış narazılıq olmuşdur. Cinayət işinə əlavə edilmiş və qanuni qüvvəsini almış çoxsaylı məhkəmə aktlarından görünür ki, cinayət hadisəsinin baş verdiyi ərazi və orada yerləşən obyektlərlə bağlı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və digər şəxslər arasında mübahisələr olmuş və həmin məhkəmə aktları əsasında həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs əmlak mənafeləri müdafiə altına alınaraq təmin olunmuşdur. Cinayət hadisəsi baş verənədək ünvan 3 ünvanında yerləşən sahə və onun üzərindəki əmlaklar faktiki olaraq Zərərçəkmiş şəxs sahibliyində və istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs onun xeyrinə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunla müəyyən edilmiş qaydada icrasını gözləmədən xx xxxxxx 2018-ci il tarixdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar bir araya sığmayan qanuni fəaliyyətdən kənara çıxan hərəkətlər edərək, yəni bir neçə lal-kar şəxsin ünvan 3 ünvanında yerləşən sahəyə getməsini, Zərərçəkmiş şəxs və onun tabeliyində olan digər şəxsləri həmin ərazidən çıxarılmasını təşkil etmişdir. Məhkəmə istintaqında xx xxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən sahəyə Təqsirləndirilən şəxs tapşırığına əsasən gedən lal-kar şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin lalkar şəxslərin müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Lakin lal-kar şəxslərin həmin əraziyə getməsinin, onların zor tətbiq etməklə zərərçəkmiş şəxsin qanunsuz olaraq oradan çıxarılmasının, başqa sözlə, bütün qeyd edilən fəal hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən təşkil edilməsi cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında xx xxxxxx 2018-ci il tarixdə lal-kar şəxslərin ünvan 3 ünvanında yerləşən sahəyə getməsini və oradan Zərərçəkmiş şəxs qanunsuz olaraq çıxarılmasını təşkil etmədiyini bildirsə də, onun bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Belə ki, məhkəmə istintaqında ifadə vermiş Zərərçəkmiş şəxs və Şahid1 hadisə baş verən gün əraziyə gələn lal-kar şəxslərin ora gəlməsinin, onlara zor tətbiq etməklə qanunsuz olaraq həmin ərazidən çıxarılmasının məhz Təqsirləndirilən şəxs tərəfindən təşkil olunduğunu təsdiq etmişlər. Zərərçəkmiş şəxs qanunsuz olaraq sahədən çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs həmin sahədə yerləşən obyektləri ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri etməklə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs göstərilən sahələrdən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən müddət ərzində ümumilikdə 262.032 (iki yüz altmış iki min otuz iki) manat məbləğində gəlir əldə etmək imkanından məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs oğlunun əlil və yaşlı olmasını (67 yaş), onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən – həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinin sanksiyası həddində dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Lakin məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etməsini, nəticədə zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onların arasında əldə edilmiş barışığa əsasən cinayət nəticəsində vurulmuş ziyanın ödənilmiş hesab olunmasını, habelə onun əlil olmaqla yaşlı (67 yaş) olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əsas cəza kimi təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-82/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-82/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver