Məhkəmə qərarları › İş №1(101)-82/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-82/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-82/2022 11.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, mənzil 47-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 10 ev 2-də qeydiyyatda omaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etməklə daşıma, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 13 həbdə narkotik vasitə metadon və 1,707 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə daşıyaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı dalana qanunsuz daşımaqla orada gizlədib saxladıqdan sonra həmin narkotik vasitələrin satılması üçün müştəri tapmasını tanışı Təqsirləndirilən şəxs2 xahiş etməklə narkotik vasitələrin satışından əldə edəcəkləri pul vəsaitinin aralarında bölüşdürüləcəyi barədə razılaşmış, Təqsirləndirilən şəxs2 öz növbəsində cinayətkar sövdələşməyə əsasən 10 ədəd həbdən ibarət narkotik vasitə metadonu dostu Şahid6 100 manata satmağı təklif etdiyindən sonuncunun bu barədə verdiyi məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şərti alıcı qismində cəlb olunmuş Şahid6 Daxili İşlər Nazirliyinin əməliyyat xərclərindən seriya və nömrələri protokolda qeyd olunmuş 100 manat pul verilmiş, 15 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 müştəriyə satılması üçün Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 10 saylı dalanda Təqsirləndirilən şəxs1 əldə etdiyi bir ədəd bükümdə 1,707 qram narkotik vasitə heroin və 13 ədəd həbdən ibarət olan tərkibində 0,52 qram təsiredici maddə narkotik vasitə metadondan 10 həb narkotik vasitə metadonu qeyd edilən yerdə 100 manat pul müqabilində Şahid6 satdıqdan sonra Təqsirləndirilən şəxs1 qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə birlikdə polis işçiləri tərəfindən saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs2 üstündən təsiredici maddəsinin miqdarı 0,12 qram olan 03 həbdən ibarət narkotik vasitə metadon və bir ədəd bükümdə təmiz çəkisi 1,707 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üstündən narkotik vasitənin satışından əldə etdiyi, nömrə və seriyaları protokolda qeyd edilmiş 100 manatlıq pul əskinazı aşkar edilib götürülmüş, şərti alıcı Şahid6 bir qədər əvvəl Təqsirləndirilən şəxs2 aldığı təsiredici maddəsinin miqdarı 0,4 qram olan 10 həbdən ibarət narkotik vasitə metadonu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməklə saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etməklə daşıma, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 13 həbdə narkotik vasitə metadon və 1,707 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə daşıyaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı dalana qanunsuz daşımaqla orada gizlədib saxladıqdan sonra həmin narkotik vasitələrin satılması üçün müştəri tapmasını tanışı Təqsirləndirilən şəxs2 xahiş etməklə narkotik vasitələrin satışından əldə edəcəkləri pul vəsaitinin aralarında bölüşdürüləcəyi barədə razılaşmış, Təqsirləndirilən şəxs2 öz növbəsində cinayətkar sövdələşməyə əsasən 10 ədəd həbdən ibarət narkotik vasitə metadonu dostu Şahid6 100 manata satmağı təklif etdiyindən sonuncunun bu barədə verdiyi məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şərti alıcı qismində cəlb olunmuş Şahid6 Daxili İşlər Nazirliyinin əməliyyat xərclərindən seriya və nömrələri protokolda qeyd olunmuş 100 manat pul verilmiş, 15 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 müştəriyə satılması üçün Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 10 saylı dalanda Təqsirləndirilən şəxs1 əldə etdiyi bir ədəd bükümdə 1,707 qram narkotik vasitə heroin və 13 ədəd həbdən ibarət olan tərkibində 0,52 qram təsiredici maddə narkotik vasitə metadondan 10 həb narkotik vasitə metadonu qeyd edilən yerdə 100 manat pul müqabilində Şahid6 satdıqdan sonra Təqsirləndirilən şəxs1 qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə birlikdə polis işçiləri tərəfindən saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs2 üstündən təsiredici maddəsinin miqdarı 0,12 qram olan 03 həbdən ibarət narkotik vasitə metadon və bir ədəd bükümdə təmiz çəkisi 1,707 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üstündən narkotik vasitənin satışından əldə etdiyi, nömrə və seriyaları protokolda qeyd edilmiş 100 manatlıq pul əskinazı aşkar edilib götürülmüş, şərti alıcı Şahid6 bir qədər əvvəl Təqsirləndirilən şəxs2 aldığı təsiredici maddəsinin miqdarı 0,4 qram olan 10 həbdən ibarət narkotik vasitə metadonu təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 bir neçə il olar ki, tanıyır. 14 aprel 2020-ci il tarixdə günortadan sonra, daha doğrusu axşam üstü yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 10, ev 2-dən çıxaraq yaxınlıqdakı mağazaya siqaret almaq üçün getmişdir. Həmin vaxt 2-3 nəfər polis əməkdaşları ona yaxınlaşıb onu döyə-döyə maşına mindirib BMCMİyə aparmışlar. Orada onu yuxarı mərtəbədəki otaqlardan birinə aparmışlar. Tanımadığı polislərdən biri demişdir ki, onu səhvən gətiriblər. Bundan sonra ondan iltizam alaraq buraxmaq istəmişlər, lakin yenə polislərdən biri demişdir ki, onu buraxsalar, onlar üçün baş ağrısı olacaqdır. Bundan sonra onu yenə döymüşlər. Elə Təqsirləndirilən şəxs2 də həmin idarədə görmüşdür, orada Ramili də döyürdülər. Ondan tələb edirdilər ki, etiraf etsinlər ki, o, Ramilə narkotik vasitə satıb, Ramil də narkotiki ondan almışdır. Saxlanıldığı və idarəyə gətirildiyi zaman üzərində qanunsuz heç bir əşya olmamışdır. Buna baxmayaraq dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda sənədləşmə aparılmışdır ki, guya onun üzərindən narkotik vasitələr olan metadon və heroin aşkar edilmişdir. Faktiki isə onun üzərində heç bir şey olmamışdır. Hətta masanın üzərinə 100 manatlıq pul əskinası qoymuşlar ki, guya həmin pul satılmış narkotik vasitəyə görə ona ödənilmiş puldur. Düzdür, o, narkotik vasitələrin istifadəçisidir. Həmin metadondan əvvəllər istifadə etmiş və hətta 14.04.2020-ci il tarixdə tutulmamışdan əvvəl də həmin maddədən qəbul etmişdir. İstintaq təcridxanasında gətirildikdə ona qarşı olunmuş fiziki zordan şikayət etmiş, lakin orada şikayətinə baxılmamışdır. İbtidai istintaq zamanı ifadələr verərək göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində tanımadığı şəxslərdən alıb həmin narkotik vasitələri Bakı şəhərində satmaqla məşğul olmuş, narkotik vasitələrin satışını birbaşa özü,ya da tanışı Ramil vasitəsi ilə həyata keçirmiş, 15 aprel 2020-ci ildə Ramil ona Kənan adlı bir tanışı olduğunu, həmin Kənan adlı şəxsə narkotik vasitə metadon və heroin satmaq istədiyini bildirmiş, buna görə də ondan heroin və metadon istəmiş, o da Ramilə bir həbini 10 manatdan olmaqla 13 həb metadon və bir bükümü 40 manatdan olmaqla heroin vermişdir. Həmin narkotik vasitələrdən 13 ədəd metadondan 10 ədədini Ramil Kənana satmalı, qalan 3 ədəd metadonu və bir bükümdə heroini isə özündə saxlamalıydı. Həmçinin Kənana narkotiki satmaq üçün görüşə birlikdə getməyi razılaşmışlar. 15 aprel 2020-ci ildə Bakı şəhəri Yasamal rayonunda «Statistika» idarəsinin yanında o, Ramil və Kənan görüşmüş və görüş zamanı Ramilə 13 ədəd həb metadon və bir bükümdə heroin vermişdir. Ramil də 10 ədəd həbdə metadonu Kənana 100 manata satmış, sonra Kənandan aldığı 100 manatın üstünə 70 manat da əlavə edib ona vermişdir. O da 170 manatı cibinə qoymuş və həmin vaxtı mülki geyimdə olan polislər onları saxlamışlar. Lakin ibtidai istintaq zamanı verdiyi ifadələrini inkar edir. Məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 8-10 il olar ki, tanıyır. Ceyhunla dəfələrlə narkotik vasitəsi olan metadondan istifadə etmişlər. Həmçinin Şahid6 da tanıyır. Kənana bir dəfə bir listdə 10 həb olmaqla metadonu pay vermişdir. Kənanı xalası oğlu Elçinə görə tanımışdır. Elçin taksi sürücüsü olmaqla NZS qəsəbəsində yaşayır. Tutulan günü NZS-dən Elçinin taksisi ilə Kənanla birlikdə 5 mərtəbə deyilən yerə gəlmişlər. Orada olan «Bravo» mağazasına alış-veriş etmək üçün gəlmişdir. Elə orada maşının içində Kənana bir list, yəni 10 həb metadonu verəndə polis əməkdaşları qapıları açaraq onları tutub polis idarəsinə aparmışlar. Orada dostu Ceyhunu da görmüşdür. Orada üzərlərinə baxış aparmışlar, ondan qanunsuz əşya aşkar etməmişlər. Ceyhunu isə polislər döyürdü ki, Kənana satdıqları metadona görə əldə etdiyi pulu boynuna götürsün. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, həmin ifadələri təzyiq və fiziki zor nəticəsində vermiş, üzərinə baxış keçirilən zamanı vəkil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 Rafael oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, onların heç biri ilə şəxsi ədavəti və düşmənçilyi olmamışdır. Belə ki, 15 aprel 2020-ci il tarixdə Bakı şəhər sakini Şahid6 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək «Ramil» adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli «Metadon» dərman preparatının satışı ilə məşqul olduğunu, Ramil adlı şəxsi ifşa etmək üçün şərti alıcı qismində çıxış etməyə razı olduğunu bildirmişdir. Bu ərizənin araşdırılması rəhbərlik tərəfindən ona həvalə edildiyi üçün idarənin rəhbərinə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın qəbul edilməsi ilə əlaqədar raportla elə həmin gün müraciət etmiş, həmin tarixdə idarə rəisinin imzası ilə təsdiq olunmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair tərtib etdiyi qərar əsasında həmkarları Şahid3 və Şahid2 daxil olmaqla əməliyyat qrupu müəyyən edlmişdir. Bundan sonra əməliyyat xərclərindən bir ədəd 100 manatlıq pul əskinası protokol tərtib olunmaqla, hal şahidlərinin iştirakları ilə Şahid6 təqdim edilmişdir. Belə ki, Şahid6 həmin pula Ramildən 10 ədəd metadon həblərini əldə etməli idi. Bundan sonra şərti alıcı, hal şahidləri və həmkarları ilə birlikdə nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsinə yollanmışlar. Həmin ünvana saat 20.50-də çatmışlar. Orada Şahid6 onlardan ayrılaraq Ramil adlı şəxslə görüşəcəyi istiqamətə getmiş, onlar isə müşahidə mövqeləri tutaraq hadisə yerini nəzarətə götürmüşlər. Görmüşlər ki, Şahid6 həmin küçədə iki nəfər cavan oğlan yaxınlaşmışdır. Orada bu iki nəfər şəxslərdən biri ilə Şahid6 arasında narkotik vasitənin alqı-satqısı baş vermişdir. Yəni, sonradan adı-soyadının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs Şahid6 əşya vermiş, sonuncu isə Təqsirləndirilən şəxs2 yanında duran sonradan adsoyadının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsə pul vermişdir. Dərhal bundan sonra onlar hal şahidləri ilə birlikdə Şahid6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş, həmçinin hal şahidlərini də onlara təqdim etmişlər. Bundan sonra əməliyyat tədbirinin keçirilməsinə dair qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanış etmişlər. Bundan sonra Şahid6 10 həbdən ibarət bir list metadonu təqdim edərək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını, Ramilə verdiyi 100 manat pulu isə sonuncu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə cibindən 170 manat pulu çıxarıb onlara təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Ceyhunla Ramil narkotik istifadəçiləri və satıcıları olmalarını etiraf etmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində həmçinin 3 tablet metadon və bir büküm “kokos “, yəni heroin aşkarlanmışdır. Ramilin deməsnə görə həmin pereparatları da o, Təqsirləndirilən şəxs1 70 manat ödəyərək əldə etmişdir. Bundan sonra tədbirin iştirakçıları müvafiq protokol tərtib olunması üçün hadisə yerindən idarəyə yollanmışlar. Orada tərtib olunmuş protokola Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid6, hal şahidləri və polis əməkdaşları imza atmışlar. Bildirmək istəyir ki, hal şahidlərini əməliyyata o dəvət etmiş, həmin şəxslər idarənin qarşısından keçən insanlar olmuşdur. Onlara hal şahidi qismində dəvət olunduqları zaman hüquq və vəzifələri izah edilmişdir. Protokol tərtib olunduqdan sonra o, hər ikisindən iltizam alaraq idarədən sərbəst buraxmışdır. Bundan sonra məhkəmə-kimyəvi ekspertizası təyin etmiş və ekspert rəyini əldə etdikdən sonra, yəni 16.04.2020-ci il tarixdə toplanmış materialları istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı istər saxlanıldıqları zaman, istərsə də idarədə protokol tərtib olunan zaman fiziki zor və ya təzyiq tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkarı Şahid1 rəhbərliyi ilə keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, Şahid1 Şahid6 adı-soyadı olan vətəndaş ərizə ilə müraciət edərək Ramil adlı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsi ifşa etmək istədiyini bildirmişdir. Əməliyyat qrupuna idarə rəisinin əmri ilə o da cəlb olunmuşdur. Əməliyyatın keçirilməsi məqsədilə Şahid1 2 nəfər hal şahidi dəvət etmiş, onların iştirakı ilə şərti alıcı qismində çıxış edəcək Şahid6 əməliyyat xərclərindən bir ədəd 100 manatlıq pul əskinası verilmiş, bundan sonra axşam saat 20 radələrində şərti alıcı, hal şahidləri və həmkarları ilə birlikdə nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsinə yollanmışlar. Orada Şahid6 onlardan ayrılaraq Ramil adlı şəxslə görüşəcəyi istiqamətə getmiş, onlar isə müşahidə mövqeləri tutaraq hadisə yerini nəzarətə götürmüşlər. Görmüşlər ki, Şahid6 həmin küçədə iki nəfər cavan oğlan yaxınlaşmışdır. Orada bu iki nəfər şəxslərdən biri ilə Şahid6 arasında narkotik vasitənin alqı-satqısı baş vermiş, yəni, sonradan adı-soyadının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs Şahid6 əşya vermiş, sonuncu isə Təqsirləndirilən şəxs2 yanında duran sonradan ad-soyadının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsə pul vermişdir. Dərhal bundan sonra onlar hal şahidləri ilə birlikdə Şahid6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş, həmçinin hal şahidlərini də onlara təqdim etmişlər. Bundan sonra Şahid1 əməliyyat tədbirinin keçirilməsinə dair qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanış etmişdir. Bundan sonra Şahid6 10 həbdən ibarət bir list metadonu təqdim edərək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını, Ramilə verdiyi 100 manat pulu isə sonuncu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə cibindən 170 manat pulu çıxarıb onlara təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Ceyhunla Ramil narkotik istifadəçiləri və satıcıları olmalarını etiraf etmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində həmçinin 3 tablet metadon və bir büküm “kokos “, yəni heroin aşkarlanmışdır. Ramilin deməsnə görə həmin pereparatları da o, Təqsirləndirilən şəxs1 70 manat ödəyərək əldə etmişdir. Bundan sonra tədbirin iştirakçıları müvafiq protokol tərtib olunması üçün hadisə yerindən idarəyə yollanmışlar. Orada tərtib olunmuş protokola Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid6, hal şahidləri və polis əməkdaşları imza atmışlar. İstər saxlanılan zaman, istərsə də idarədə təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, onların heç biri ilə şəxsi ədavəti və düşmənçilyi olmamışdır. Belə ki, 15 aprel 2020-ci il tarixdə Bakı şəhər sakini Şahid6 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək «Ramil» adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli «Metadon» dərman preparatının satışı ilə məşğul olduğunu, Ramil adlı şəxsi ifşa etmək üçün şərti alıcı qismində çıxış etməyə razı olduğunu bildirmişdir. Bu ərizənin araşdırılması rəhbərlik tərəfindən həmkarı Şahid1 həvalə edilmiş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair tərtib edilmiş qərar əsasında o və həmkarları Şahid3 və Şahid1 yaradılmış, tədbirə rəhbərlik Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat xərclərindən bir ədəd 100 manatlıq pul əskinası protokol tərtib olunmaqla, hal şahidlərinin iştirakları ilə Şahid6 təqdim edilmişdir. Belə ki, Şahid6 həmin pula Ramildən 10 ədəd metadon həblərini əldə etməli idi. Bundan sonra şərti alıcı, hal şahidləri və həmkarları ilə birlikdə nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsinə yollanmışlar. Həmin ünvana saat 20.50-də çatmışlar. Orada Şahid6 onlardan ayrılaraq Ramil adlı şəxslə görüşəcəyi istiqamətə getmiş, onlar isə müşahidə mövqeləri tutaraq hadisə yerini nəzarətə götürmüşlər. Görmüşlər ki, Şahid6 həmin küçədə iki nəfər cavan oğlan yaxınlaşmışdır. Orada bu iki nəfər şəxslərdən biri ilə Şahid6 arasında narkotik vasitənin alqı-satqısı baş vermişdir. Yəni, sonradan adısoyadının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs Şahid6 əşya vermiş, sonuncu isə Təqsirləndirilən şəxs2 yanında duran sonradan ad-soyadının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsə pul vermişdir. Dərhal bundan sonra onlar hal şahidləri ilə birlikdə Şahid6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş, həmçinin hal şahidlərini də onlara təqdim etmişlər. Bundan sonra əməliyyat tədbirinin keçirilməsinə dair qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanış etmişlər. Bundan sonra Şahid6 10 həbdən ibarət bir list metadonu təqdim edərək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını, Ramilə verdiyi 100 manat pulu isə sonuncu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə cibindən 170 manat pulu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində həmçinin 3 tablet metadon və bir büküm “kokos “, yəni heroin aşkarlanmışdır. Ramilin deməsnə görə həmin pereparatları o, Təqsirləndirilən şəxs1 70 manata əldə etmişdir. Tədbirlə bağlı onlar hamısı müvafiq protokol tərtib olunması üçün hadisə yerindən idarəyə getmiş və orada tərtib olunmuş protokola Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid6, hal şahidləri və polis əməkdaşları imza atmışlar. Hal şahidlərini tədbirin rəhbəri Şahid1 dəvət etmiş, lakin onların haradan dəvət olunmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, o, qara ciyər xəstəliyindən əzab çəkir. 2020-ci ilin aprel ayının əvvəllərində təxminən 1-3 aprel tarixlərində Babək prospektində yerləşən NZS qəsəbəsinə çay evlərinin birində məhəllə uşaqları ilə birlikdə söhbət edərkən qaraciyər xəstəlyiindən əziyyət çəkdiyini və ağrıkəsici vurduqduğunu bildirib ayaqyoluna getmişdir. Həmin vaxt hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 onun arxasınca ayaqyoluna gələrək bildirmişdir ki, onda «Metadon» adlanan ağrı kəsici dərman var, 10 ədədini 100 manata satır. O, Ramilin təklifindən imtina etmiş, lakin «Metadon»un nə olması ilə maraqlanmış və həmin dərmanın narkotik tərkibli dərman olduğunu bilmişdir. Vətəndaş kimi bu məsələ onu narahat etmiş, belə ki, ölkədə narkomanlığın vüsət aldığını, böyük bir bəla olduğunu bilirdi. Cavan uşaqları narkomanlığa cəlb edən şəxslərə nifrət edir. Bu səbəbdən polisə müraciət etməklə Ramili ifşa etmək qərarına gəlmiş və 15 aprel 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Orada onun müraciətinə Şahid1 ad-soyadı olan polis əməkdaşı baxmışdır. Fərid müəllimə Təqsirləndirilən şəxs2 ifşa etməyə razı olduğunu bildirmişdir. Daha sonra ona 1 ədəd 100 manatlıq pul əskinazı verilərək bu barədə protokol tərtib edilib pulun kserosurəti çıxarılmışdır. Bundan sonra Ramilin ayaqyolunda ona verdiyi telefon nömrəsi ilə əlaqəsi saxlamış və özünü Elçin adlı şəxs kimi təqdim edib onunla görüşüb metadonu əldə etmək istədiyini demişdir. Ramillə Bakı şəhəri, Yasamal rayonu Abdulla Şaiq küçəsində saat 21 radələrində görüşəcəklərinə razılaşmışdır.həmin söhbət polis əməkdaşının yanında baş verdiyi üçün Şahid1 məsələdən hali olmuşdur. Qeyd olunan vaxtda o, hal şahidləri və polis əməkdaşları ilə birlikdə Abdulla Şaiq küçəsinə getmişdir. Orada Ramil özü ona yaxınlaşmışdır. Ceyhunu isə metadonu satan şəxs kimi ona təqdim etmişdir. Bundan sonra Ramil əlini Ceyhuna uzadaraq içində 10 həb metadon olan konvalutu ona vermiş, o da öz növbəsində polislərin ona təqdim etdiyi 100 manatlıq əskinası Ramilə vermişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb Ramillə Ceyhunu saxlayaraq idarəyə aparmışlar. Bundan sonrakı istintaq hərəkətlərində o iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki,təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, 15.04.2020-ci il tarixdə axşamüstü o, Sovetski deyilən ərazidə olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkomanlara qarşı keçirəcəkləri tədbirdə hal şahidi qismində iştirak etməyi xahiş etdi. O da buna etiraz etməmişdir. Bundan sonra o, “Banditizm” deyilən idarəyə dəvət olunmuş və orada daha bir nəfər hal şahidinin dəvət olunduğunu görmüş, onların hər ikisinə hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt adını Kənan kimi bildiyi şəxsə polis əməkdaşları onların iştirakı ilə 100 manatlıq pul əskinası vermişlər. Buna dair tərtib olunmuş protokolu onlar da imzalamışlar. Bundan sonra iki maşınla cinayətkarları yaxalamaq üçün Yasamal rayonu, Abdulla şaiq küçəsində yerləşən dalana getmişlər. Orada Kənan onlardan aralanaraq dalana keçmiş, onlar və polis əməkdaşları isə Kənanı kənardan müşahidə etmişlər. Görmüşdür ki, Kənan hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la görüşmüşdür. Orada bu ikisindən biri, dəqiq hansının olmasını xatırlamır, Kənana nə isə vermiş, Kənan isə ona pul vermişdir. Dərhal bundan sonra polis əməkdaşları hərəkətə keçərək Ramillə Ceyhunu saxlamışlar. Həmin şəxslər polis idarəsinə dəvət olunmuş, orada ayrı-ayrılıqda hər ikisinin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 üstündən 3 həb metadon və bir büküm heroin, Təqsirləndirilən şəxs1 üzərindən isə polisin Kənana verdiyi 100 manatlıq pul əskinası aşkar edilmişdir. Kənan isə bu şəxslərdən əldə etdiyi bir konvalutda olan 10 həb metadonu təqdim etmişdir. Onun iştirak etdiyi tədbirdə təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri və ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şahid6 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı 15 aprel 2020-ci il tarixli ərizədən müəyyən olunur ki, “Ramil” adlı şəxs ona 10 tablet narkotik vasitə metadonu 100 manat pul müqabilində sata biləcəyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 aprel 2020-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan müəyyən olunur ki, “Ramil” adlı şəxsdən narkotik vasitə “Metadon” alınması üçün Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən ayrılmış bir ədəd B seriyalı 09917738 nömrəli 100 manatlıq pulun keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün kserosurəti çıxarılmaqla videoçəkiliş vasitəsi ilə əməliyyat-axtarış tədbirində iştirak edən Şahid6 verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 aprel 2020-ci il tarixli «əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 3 tablet narkotik vasitə “Metadon” bir bükümdə navrkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 170 manat pul aşkar olunaraq götürülmüş, həmçinin Şahid6 Təqsirləndirilən şəxs2 tərəfindən ona satılmış 10 tablet narkotik vasitə metadon dərman preparatını təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Yasamal rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 15 aprel 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 aprel 2020-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 4(005)-455/2020 və 4(005)-456/2020 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 17 aprel 2020-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 16 aprel 2020ci il tarixli, 6/463 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satışını həyata keçirdiyi 10 həb metadon preparatı….» əl yazıları olan zərfə qablaşdırılmış «Metadone 40..Faran» göstəricili 02 ədəd blister ksiyində sətlərində «F/M40» yazısı həkk edilmiş ümumi miqdarı 10 ədəd dərman tabletinin tərkibində 0.4 qram təsiredici maddə metadon müəyyən edildi. Metadon tabletləri təsiriedici maddənin aktivliyinə və son istifadə müddətinə (12.2021) əsasən yaradılır. - üzərində “Təqsirləndirilən şəxs2 könüllü olaraq araşdırmaya təqdim etdiyi 3 həb metadon preparatı və 1 büküm “kokos” adlanan vasitə ..” əl yazıları olan zərfə qablaşdırılmış “Methadone 40...Faran” göstəricili 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində 0.12 qram təsiredici maddə metadon müəyyən edildi. Metadon tabletləri təsiredici maddənin aktivliyinə və son istifadə müddətinə (12.2021) əsasən yararlıdır. 01 ədəd bükümdə təmiz çəkisi 1.707 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin və metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 sentyabr 2020-ci il tarixli, 2534 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 oğlunda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 sentyabr 2020-ci il tarixli, 2535 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 10.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Ceyhun Əliyheydərova məxsus ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**-** istifadəsində olmuş mobil telefon nömrəsinə və digər nömrələrə aşağıdakı mesajlar yazılmışdır: 09-04-2020 03:15:32 1.1.**********46 1.1.**********05 qaqi heleki qalib 09-04-2020 18:43:19 1.1.**********46 1.1.**********05 keri sen indi tema elemirsen sene ona gorebdimedin yuxarida bidene saxliyib mecun... birdekibele baxunda 35 deb baha goturesi olsoz 35 var 05-04-2020 11:12:28 1.1.**********39 1.1.**********46 Qaqa oyananda İNŞİALLAH mənə həmişəki qeder timin yağı alarsan əgər 05-04-2020 11:12:30 1.1.**********39 1.1.**********46 düzelirse pulu qoyuram Kamkada ¹ başa düşdünde yeqinki5 05-04-2020 15:47:21 1.1.**********39 1.1.**********46 Qaqaş 6 birde patı bir az telesde əlden cıxacey yoxsa 05-04-2020 15:49:18 1.1.**********39 1.1.**********46 Sen conu gözdüyürsen?indi cıxır hələ 08-04-2020 15:00:42 1.1.**********14 1.1.**********46 Ay hagaw nie adami esebin pozursan e ? Evundeki anovi gardawvu fikirlewen oglansan gel gir evvude, anon da bayagdan eesebinen agliya agliya qalib,olmadi 08-04-2020 15:00:43 08-04-2020 15:00:45 1.1.**********14 1.1.**********46 e senki allaha amd olsun uwaglig elisen . Sene diyilmemelidi bular 09-04-2020 16:20:15 1.1.**********39 1.1.**********46 ASSALAMUALEYKUM YA İXVANİ MUSLUMİİN ! QAQA NEOLUR BENİ BÖYLE CARE 09-04-2020 16:20:18 1.1.**********39 1.1.**********46 SİZ,BENİ BÖYLE DERBEDER BENİ BÖYLE PİS GÜNDE BURAKMA BEN AXŞAMA BE 09-04-2020 16:20:18 09-04-2020 16:20:18 1.1.**********39 1.1.**********46 SİZ,BENİ BÖYLE DERBEDER BENİ BÖYLE PİS GÜNDE BURAKMA BEN AXŞAMA BE 09-04-2020 16:20:25 09-04-2020 16:20:25 1.1.**********39 1.1.**********46 LƏ AĞRİYLA SAĞ CİXMARAM BENİM MUTLULUĞUM SENİN MÜBAREK ƏLLƏRİNDEDİ 09-04-2020 16:20:33 09-04-2020 16:20:33 1.1.**********39 1.1.**********46 R 4-lüy acil ,hava ve su gibi lazım .ayıl-ayıl arkadaş az sonra ge 09-04-2020 16:20:41 09-04-2020 16:20:41 1.1.**********39 1.1.**********46 c olur benimson nefesim nasılda beni kötü durumda caresiz burakma 11-04-2020 05:41:34 11-04-2020 05:41:34 1.1.**********39 1.1.**********46 Neynedun qağaş 11-04-2020 05:48:50 1.1.**********39 1.1.**********46 Yatmısan? Hə de belədeki, senin elə yatan vaxtlarındı sorada deyirs 11-04-2020 05:48:53 11-04-2020 05:48:53 1.1.**********39 1.1.**********46 üz ki,aaa.. mən bilmirem görmədim aa... nece oldu nə vaxt oldu yata 11-04-2020 05:49:01 1.1.**********39 1.1.**********46 -yata ömür gediree gəlib 30 yaşa catmısan biraz ayığ olundaa görün 11-04-2020 05:49:08 11-04-2020 05:49:08 1.1.**********39 1.1.**********46 götürün nə soruşuram? qaqaş mən görməmişəmee ne deyiremki nə vaxt 11-04-2020 05:49:16 11-04-2020 05:49:16 1.1.**********39 1.1.**********46 olub deyursüz a Saşa mən yatmışdıme bilmirem nece olucey axırı? 11-04-2020 05:50:45 1.1.**********39 1.1.**********46 Hay ver mənə cənab leytinant Hay ver mənə leytinant Xoş müjdeli bi 11-04-2020 05:50:48 11-04-2020 05:50:48 1.1.**********39 1.1.**********46 r harayla hay ver mənə leytinant ööölllüüürrreeemmmeee 12-04-2020 15:52:00 1.1.**********14 1.1.**********46 Brat durdun vzv atda yigim 12-04-2020 19:09:21 1.1.**********39 1.1.**********46 Ceka gunorta verəcəyini verdün cirkliye ?,onu götürməliydiye uşağ , 12-04-2020 19:09:24 1.1.**********39 1.1.**********46 mənim lomudan cıxmağa hec decılda yoxdu oğraşdı 13-04-2020 16:32:38 13-04-2020 16:32:38 1.1.**********88 1.1.**********46 Gagaw necesen?? Sawa. Diyirki ora hacan getse menede deysunde... 15-04-2020 21:52:09 17-04-2020 06:37:16 1.1.**********14 1.1.**********46 Ay gagaw cavab verdee nie adami nigatan qoyrsun sms yazışmaları müəyyən edimlmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» 02.12.2020-ci il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.657 qram olan hissəsi və 11 ədəd «Metadon» tabletləri BMCMİ-nin maddi sübutları saxlama kamerasına, mobil telefon danışıqlarının əks olunduğu, 100 manat pul vəsaiti Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün polis əməkdaşı Şahid1 təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işinin maretiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi, Təqsirləndirilən şəxs1 bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, təqsirləndirilən şəxslərdən götürülən narkotik vasitələr istehlak miqdarından artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qirymətləndirir, məhkəmədə cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.657 qram narkotik vasitə heroinin və 11 ədəd «Metadon» tabletləri məhv edilməli, 100 manat pul vəsaiti Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün polis əməkdaşı Şahid1 təhvil verilməsi nəzərə alınmalı, "xxxx" MMCdən daxil olmuş bir ədəd disk cinayət işinin maretiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2020-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2020-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.657 qram narkotik vasitə heroinin və 11 ədəd «Metadon» tabletləri məhv edilsin, 100 manat pul vəsaiti Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün polis əməkdaşı Şahid1 təhvil verilməsi nəzərə alınsın, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işinin maretiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar