Məhkəmə qərarları › İş №1(101)-82/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-82/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-82/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09.50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Cəlal oğlunu xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs özünün və digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə istintaqı yekunlaşmış cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı məhkəmədə iştirak edən prokurorun ona 8 il azadlıqdan məhrum etmə cəzasının verilməsini hakimdən istəməsindən sonra 18 aprel 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsilə danışmış, həmin vaxt Əmraha onu tutacaqlarını, həmin cinayət əməlini etmədiyini deyərək tutulmaması üçün barışıq ərizəsi verməsini istəsə də sonuncu onunla razılaşmadığından bu məsələni aydınlaşdırmaq məqsədilə 18 aprel 2022-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 14-cü kilometr, Lökbatan dairəsinin yaxınlığında yerləşən “Eurolux” şirkətinə məxsus anbara gələrək Zərərçəkmiş şəxs1 olduğu otağa daxil olmuş, həmin vaxt otaqda sonuncudan savayı qardaşı oğlu Zərərçəkmiş şəxs2 da olduğunu görmüş, otağa daxil olduqdan sonra üzərində həmin yerə gətirdiyi bıçaq ilə heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə otaqda onun üzərinə gələn Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan soltərəfli hemopnevmotoraks və İİ dərəcəli hemorragik və travmatik şok ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya olan qarnın sağ yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol əlin arxa səthinin deşilmiş-kəsilmiş yarası və sol əlin ovuc səthinin İ barmağının deşilmiş- kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, daha sonra onun üzərinə gələn Zərərçəkmiş şəxs1 Cəlal oğluna telefon vasitəsilə aralarında olmuş mübahisə səbəbindən qisas almaq niyyəti ilə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan soltərəfli hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol yanaq nahiyəsinin kəsilmiş yarası, sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası, kürəkarası nahiyənin deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərək xüsusi amansızlıqda qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Əmrah müəllimə zəng edərək ona günahsız yerə cəza veridiklərini, bu işdən xəbərinin olmadığını demişdir. Hadisədən əvvəl telefonla danışmış, telefonla danışarkən mübahisə olmamışdır. Zəng edən zaman “gəlirəm yanınıza, mənim bu işdən xəbərim yoxdur, hamı ilə barışmısız mənimlə isə yox” demişdir. Daha sonra, müdirin ofisinə gedərək onun bu işdən xəbərinin olmadığını demiş, həmin vaxt salam verərkən salamını almamış, təxminən 20 nəfər adam hamısı üstünə tökülərək onu döymüşlər. O, bıçağı özü ilə gətirməmiş, bıçaq orada çoxdan olmuş və televizor qutusunun içində olmuşdur. Onun vurmaq fikri olmamış, lakin onu öldürdüklərini görərək özünü qorumağa məcbur qalmışdır. Həmin vaxt o, xəsarət almış, pis vəziyyətdə olmuşdur. Bıçağı onun əlindən İsmi adlı şəxs almışdır. Hadisə ayın 18-i olmuş, evə isə ayın 21-i getmişlər. O, “Eurolux”da anbarda fəhlə kimi işləmiş, oğurluq olarkən Füzuli rayonunda olmuşdur. Onun qayınatasından başqa heç kim pul ödəməmişdir. Müdirin yanına gedəndə ona 500000 pulunu qaytarmasını demiş, bu zaman o, pulunun olmadığını bildirmiş, bundan sonra onu döymələrini demişdir. Xəsarət yetirdiyi bıçaq 15 ildir ki, həmin şəxsin stolunun üstündə olmuş, qutuların ağzını açmaq üçün istifadə olunmuş, bıçağı Orxanın əlindən almışdır. Orxan ilə müdir otaqda olmuş, otaqda kamera olmuş, amma o biri kameranı qəsdən sökmüşlər. Birinci Orxan onu vurmuş, həmin an huşunu itirmişdir. Hər iki zərərçəkmiş şəxsə o zərər yetirmişdir. Onun heç kimi öldürmək fikri olmamışdır. O, barışığa cəhd göstərmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2012-ci ildən Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən “Eurolux” şirkətinin anbarında fəhlə kimi çalışmışdır. 2021-ci ildə anbarda oğurluq hadisəsi baş verdiyi üçün fakta görə Qaradağ RPİ-nin İŞ-də cinayət işi başlanılmış, cinayət hadisəsini törədən Maarif, Fərahim, İlkin və Cavid cinayət məsuliyyətinə cəlb edilmişlər. Onlar tutulandan sonra onu da Qaradağ rayon Polis İdarəsinə çağırmışlar, onu cinayət məsuliyyətinə cəlb edərək həbs etmişlər. Daha sonra o ev dustaqlığına çıxmışdır. “Eurolux” şirkətinin müdiri Zərərçəkmiş şəxs1 Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, “Eurolux” şirkətinin anbarından külli miqdarda kondisioner və televizor oğurlanmışdır. O, tutulan zaman oğurluq hadisəsi ilə onun heç bir əlaqəsinin olmadığını bildirmişdir. Lakin o, tutulduğu üçün Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanının bir qismini, yəni 40000 manat ödəmişdir. Lakin Zərərçəkmiş şəxs1 təkcə ondan 130.000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona yarım milyon manat maddi ziyan dəymişdir. Onun və digər şəxslər barəsində açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı olmuş, prokuror ona 8 il azadlıqdan məhrum etmə cəzasını verilməsini hakimdən istəmişdir. O, tutulmamaq üçün Zərərçəkmiş şəxs1 qardaşının Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmişdir. O, barışıq ərizəsi almaq istəmiş, müəyyən məbləğdə pul da ödəməyə hazır olduğunu bildirmişdir. Lakin orada ona demişlər ki, Əmrahın qardaşı Kamal ofisdə yoxdur. Kamal ümumi şirkətin rəhbəridir. 18 aprel 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 mobil nömrəsinə zəng vurmuş və ona 22 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsində onu tutacaqlarını, barışıq ərizəsi verməsini, artıq ona cəza verəcəklərini bildimişdir. Əmrah isə ona hələ məhkəməyə vaxt olduğunu, barışıq ərizəsi verməyəcəyini demiş, onun və ailə üzvlərinin ünvanına təhqiredici sözlər işlətmiş, sonda onun yanına gəlməməyini, tutulmağını demişdir. O da Əmraha “barışıq ərizəsini vermirsən, eybi yox, görüşərik” sözlərini demişdir. O, Lökbatan qəsəbəsinə gedib “Elmar” marketdən 02 ədəd şüşədə “Kuler” pivəsi alaraq içmişdir. Daha sonra “Kings” marketə gedib oradan bıçaq almışdır. O, ofisə gedərək barışıq ərizəsi istəməsini, birdən onun üstünə hücum etsə bıçaqla özünü müdafiə etməyi fikirləşmişdir. O, 18 aprel 2022-ci il tarixdə saat 16 radələrində Lökbatan dairəsində yerləşən Zərərçəkmiş şəxs1 oturduğu anbarın ofisinə daxil olmuşdur. Əmrah öz kabinetində olmuşdur. O, kabinetə daxil olmuş, orada Əmrahın qardaşı oğlu Orxan da olmuşdur. O, Əmraha bu işdən onun məlumatının olmadığını, onun 10 il onun çörəyini yediyini, heç vaxt oğurluq etmədiyini demişdir. Bu zaman Orxan üstünə hücum çəkmiş və onun ailə üzvlərini söymüşdür. Kabinetin içərisində dəmir stolu götürərək onun baş nahiyəsinə vurmuşdur. O da özünü müdafiə etmək üçün belində olan bıçağı çıxartmış, Orxana bir neçə bıçaq zərbəsi endirmişdir Əmrah da üstünə gəldikdə o, bıçaqla zərbələr atmağa başlamışdır. Onlar qapıdan dəhliz hissəyə keçmiş, orada Əmraha bir neçə bıçaq zərbəsi endirmişdir. Daha sonra anbarda işləyən şəxslər, yəni Vurğun, Ozan, Tural və digər şəxslər üstünə düşərək bıçağı əlindən almaq istəmişlər. O, yerdə olarkən bir neçə zərbə baş və bədən nahiyəsindən vurmuşlar. Daha sonra bıçağı əlindən aldılar. Dəqiq olaraq kimin harasından vurduğunu xatırlamır. Daha sonra polislər gəlmiş və onu 10-cu PB-yə aparmışlar. Onların arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Sadəcə olaraq onların anbarında məişət əşyaları oğurlanmışdır. Həmin şəxslər onun günahı olmaya-olmaya onu təqsirli sayaraq ondan pul tələb edərək barışıq ərizəsi verməmişlər. Ona görə də aralarında mübahisə yaranmışdır. O da əsassız olaraq tutulacağını görüb onlarla söhbət etməyə getmişdir. Söhbət əsnasında aralarında mübahisə düşmüş, o da bıçaqla onlara xəsarət yetimşdir. Hadisə 18 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən “Eurolux” şirkətinin anbarının həyətində yerləşən ofisin içərisində baş vermişdir. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Cəlal oğlunun onu və ailəsini təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Cəlal oğlunu bıçaqla vurmaqda heç bir məqsədi olmamışdır. Onun niyyəti özünü müdafiə olmuşdur. Onun öldürmək niyyəti və məqsədi olmamışdır. Hadisəni kənar şəxslərdən anbarın işçiləri görmüşdür. O, hadisə yerindən götürülmüş hadisənin qeydə alındığı videogörüntülərdən baxdıqdan sonra ifadəsində əlavə olaraq qeyd etmişdir ki, həmin anda nə etdiyini xatırlamır, 22 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq sonuncu məhkəmə prosesində tutulacağından qorxduğu üçün 18 aprel 2022-ci il tarixdə saat 16 radələrində Lökbatan dairəsində yerləşən Zərərçəkmiş şəxs1 oturduğu anbarın ofisinə daxil olmuş, orada Əmrahın və onun qardaşı oğlu Orxan da olmuşdur. O, Əmraha bu işdən onun məlumatının olmadığını, 10 il onun çörəyini yediyini, heç vaxt oğurluq etmədiyini demiş, bu zaman Orxan üstünə hücum çəkmiş, onun ailə üzvlərini söymüş, kabinetin içərisində dəmir stolu götürərək baş nahiyəsinə vurmuşdur. O da özünü müdafiə etmək üçün belində olan bıçağı çıxartmış, Orxana bir neçə bıçaq zərbəsi endirmiş, Əmrah da üstünə gəldikdə bıçaqla ona da zərbələr atmağa başlamışdır. Onlar qapıdan dəhliz hissəyə keçmişlər. Orada Əmraha bir neçə bıçaq zərbəsi endirmişdir. Daha sonra anbarda işləyən şəxslər, yəni Vurğun, Ozan, Tural və digər şəxslər üstünə düşərək bıçağı əlindən almaq istəmişlər. Hdisə baş verən anda nə etdiyini xatırlamır. O, 22 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq sonuncu məhkəmə prosesində tutulacağını bilmişdir. Ona görə də əsassız olaraq tutulacağını görüb onlardan qisas almaq qərarına gələrək fikirləşmişdir ki, əgər “srok” yatırsa qoy heç olmasa bilsin ki, nəsə etmişdir, ona görə də həbs həyatı yaşayır. Hadisə zamanı artıq özünü idarə edə bilməmiş, yəqin ki, kənar şəxslərin müdaxiləsi olmasaydı, o, bıçaqla zərbələri vurmaqda davam edəcəkdi. Həmin şəxslərin ölüb-ölməyəcəyi həmin an onu maraqlandırmamışdır. İş üzrə Təqsirləndirilən şəxs vermiş olduğu sonrakı ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən vaxt Əmrah orada işləyən onun əlindən bıçağı almağa çalışan adamlara bıçağı onun əlindən alaraq başını kəsməklərini demişdir. O da qorxduğu üçün bıçağı onlara vermək istəmişdir. Onlardan bir nəfər onu vurmaq üçün bıçaq götürməyə mətbəxə getsə də həmin vaxt mətbəx bağlı olmuşdur. Həmin vaxt onun Orxan və Əmrahı öldümək niyyəti olmamışdır. Sadəcə olaraq həmin vaxt o özünü müdafiə etmişdir. Onun Əmrah və Orxanı öldürmək niyyəti olsa idi otaqda olan zaman Əmraha və Orxana çoxlu sayda bıçaq zərbələri endirərdi (İ cild, səh. 62-66, 221-224, 267-270). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onların ailə şirkətləri olan “LMC”-də işləmiş, orada Tarıyelin müdiri olmuşdur. Tarıyel on ilə yaxın orada fəhlə işləmiş, işlədikləri dövrdə Tarıyelin ondan, onun isə Tarıyeldən br şikayətləri olmamışdır. Bundan öncə Tarıyel cinayət törətmiş, dörd nəfər oğurluq etmişlər. Onlar oğruları anbarda yaxalayarkən Tarıyel orada olmamış, daha sonra oğrular izahatında Tarıyelin də onlarla əlbir olduğunu bidirmişlər. Altı ay cinayət işi getmiş, müstəntiq ona “olarmı məhkəməyə qədər bunu azadlığa buraxaq, üç uşağı var, vəziyyəti biraz yaxşı deyil” demiş, həmin vaxt o, etirazının olmadığını bildirmişdir. Ayağına “braslet” bağlayaraq məhkəməyə qədər azadlığa buraxmışlar. Məhkəməyə bir gün qalmış ona zəng edərək “şikayətinizi geri götürün, sabah məni tutacaqlar” demiş, bu zaman o, “Tarıyel mənim səndən heç bir şikayətim olmayıb, səni ələ verən sənin oğru yoldaşların olub” demişdir. Şikayət etdiyi dörd nəfər onun anbarında tutulan adamlar olmuşdur. Tarıyelə "səni müstəntiq tutub” demişdir. Oğruluq onun anbarında olduğuna görə işçiləri iki-iki gedib izahat vermişlər. Səhəri gün Tarıyelin gəlmədiyini görmüş, fəhlə yoldaşından “Tarıyel də səninlə getmişdi izahat verməyə?” soruşmuş, cavabında Tarıyeli buraxmadıqlarını, orada qaldığını demişdir. Zəng edən zaman müstəntiq ona “sizin xəbəriniz yoxdur, fəhləniz orada iştirak edib” demişdir. Hadisə günü saat təxminən 16:30-17:00-də Tarıyel ona “izahatını geri götürməsən səni də, yaxınlarını da öldürəcəm” demişdir. Getməyə hazırlaşarkən ona zəng etmiş, telefonu da səsliyə qoymuş, qardaşı oğlu da eşitmişdir. Aradan on dəqiqə keçmiş Orxanla ikisi kabinetdə oturan zaman qapını döyənin Tarıyel olduğunu görmüşdür. Tarıyelin gələcəyini gözləməmiş, çünki Tarıyelə oralara gəlməyi qadağan etmişdir. İçəri girən kimi Orxan “utanmırsan müəllimi hədələyirsən” demişdir. Tarıyel bıçağı özü ilə gətirmiş, qiyməti də üzərində olmuşdur. Bıçaq əlində omamış, bilmir kəmərindən ya cibindən çıxarmış, “yaxşı gördüm elə sizi, ikinizi də öldürəcəm” demişdir. Orxan Tarıyelə yaxın olduğunda birinci Orxanı bıçaqlamağa başlamış, bu zaman o, dərhal müdaxilə edərək araya girmiş, ona da beş bıçaq zərbəsi vurmuşdur. Bıçaq zərbələri biri üzündən, qoltuğunun altından və boynundan vurulmuşdur. Sonradan ara qarışmış, Tarıyeli yerə uzatmışlar, bıçağı əlindən verməmiş, işçilər bıçağı əlindən almışlar. Bıçağın Tarıyelin əlindən necə alındığını və kimin aldığını bilməmişdir. Sonra təcili yardım və polislər gəlmiş, Tarıyeli polisə, onları isə xəstəxanaya aparmışlar. Hadisə təxminən beş dəqiqə çəkmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 çıxışında təqsirləndirilən şəxsə qarşı şikayət və tələnin olmadığını, onunla barışdığını, mülki iddiadan imtina etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, uzun illərdir ki, “Eurolux” şirkətinin Azərbaycan Respublikasının rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Doqquz ildir ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətinə məxsus anbarın həyətində yerləşən ofisdə fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2013-cü ildən şirkətə məxsus anbarda fəhlə kimi çalışmışdır. 2021-ci ildə şirkətə məxsus anbardan 1 il ərzində müxtəlif vaxtlarda elektrik məişət avadanlıqları oğurlanmışdır. Oğurluq hadisəsinin üstü açılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 4 nəfər digər şəxslə birgə anbardan müxtəlif vaxtlarda 500.000 manat dəyərində məişət avadanlıqları oğurlamışlar. Buna görə də onlar cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşlar. Daha sonra həmin şəxslər dəymiş maddi ziyanın bir qismini ödədikləri üçün ev dustaqlığına çıxmışlar. Həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmədə şirkətin direktoru Kamil zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Məhkəmə prosesi zamanı ittihamçı prokuror Təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs qəzəblənərək bir neçə dəfə onun işlətdiyi mobil telefona zəng vurmuş, lakin o, zənglərinə cavab verməmişdir. Lakin Təqsirləndirilən şəxs öz qohumları vasitəsi ona 50000 manat pul verməyini, əvəzində onların şikayətini geri götürəcəklərini bildirmişdir. O isə həmin şəxslərə dəymiş ziyanın göstərilən məbləğdən daha çox olduğunu, gedib cəzasını çəksin sözlərini demişdir. 18 aprel 2022-ci il tarixdə 16:06-da ona zəng vurmuş, o, Tarıyelin zənginə cavab vermişdir. Həmin vaxtı o, ofisdə olmuş, yanında qardaşı oğlu Zərərçəkmiş şəxs2 da olmuşdur. Təxminən 4 dəqiqə o, Tarıyel ilə söhbət etmiş, söhbət zamanı Tarıyel ona bildirmişdir ki, 8 il iş verirlər, onda görə də ondan ərizəni geri götürməyini istəmişdir. Lakin o, Tarıyelə demişdir ki, zərər çoxdu, 50.000 manat dəfələrlə azdır, cəzasını çəkməlidir. Sonda Tarıyel ona hədə-qorxu gəldiyi üçün telefonun selektorunu açmışdır ki, Orxan da onun hədələrini eşitsin. Tarıyel bildirmişdir ki, əgər ərizəni geri götürməsə onu və oğlunu öldürəcək. Həmin vaxt o, Tarıyelə cavab verməyərək zəngi kəsmişdir. Bundan 12 dəqiqə sonra kabinetdə olarkən Tarıyel qapını döyərək içəri daxil olmuş, Orxan Tarıyelə yaxınlaşaraq demişdir ki, utanmırsan müəllimi hədələyirsən. Elə Orxan bunu dedikdən dərhal sonra Tarıyel bildirmişdir ki, hamınızı öldürəcək və belindən bıçağı çıxararaq Orxanın sol döş qəfəsi hissəsindən 3 bıçaq zərbəsi endirmiş, Orxan onun əlindən bıçağı almaq istəyərkən 2 dəfə qarın nahiyyəsinə bıçaqla zərbə vurmuş, daha sonra isə əlinə xəsarət yetirmişdir. Orxan bıçağı ala bilməyəcəyini görüb stulla başına vurmuşdur. Lakin Tarıyel öz əməllərini dayandırmadığı üçün onun üstünə gedərək kabinetdən çölə çıxartmış, orada Tarıyel ona 5 bıçaq zərbəsi endirmişdir. Həmin bıçaq zərbələrindən 4- ü bədən nahiyyələrinə, 1-i isə üz nahiyyəsinə dəymişdir. Tarıyel ona yenidən bıçaq zərbələri endirmək istəyəndə Orxanla birlikdə onu yerə yıxmışlar. Lakin yerdə də Tarıyel müqavimət göstərərək bıçağı vermək istəməmiş, hamısını öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs gəlin bunları güllələyin sözlərini deyərək qışqırmışdır Aralarında olan münaqişəyə ofisdə işləyən digər şəxslər də qarışmış, təxminən 5 dəqiqə Tarıyel ilə mübarizədən sonra bıçağı onun əlindən almaq mümkün olmuşdur. Daha sonra Tarıyel polislərə təhvil verilmişdir. Daha sonra təcili tibbi yardım vasitəsi ilə onu və Orxanı 1 saylı X11 aparmışlar. Orada onlar əməliyyat olunduqdan sonra X13 Mərkəzi Filialına yerləşdirilmişlər. Palata yatarkən əvvəllər də mobil nömrəsinə “**********” saylı mobil nömrədən zəng gəlmiş, lakin cavab verməmişdir. Həmin nömrədən əvvəllər zəng gələrkən o, cavab zəngə cavab vermiş, həmin şəxs özünü Ramil Səfərovun qohumu kimi təqdim edərək Təqsirləndirilən şəxs üçün zəng etdiyini, şikayəti geri götürmədikləri təqdirdə bunun onlar üçün yaxşı qurtarmayacağını bildirmişdir. Bıçaqlama hadisəsindən təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və onun qardaşı X3 ofisə gələrək bildirmişlər ki, Tarıyel yaxşı eləyib sizi vurub, onun əməlinə haqq qazandırmışlar, işçiləri isə hədələmişlər. Onların arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Sadəcə olaraq Tarıyel onların anbardan oğurluq etdiyi üçün aralarında narazılıq yaranmışdır. Hadisə 18 aprel 2022-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən “Eurolux” şirkətinin anbarının həyətində yerləşən ofisin içərisində baş vermişdir. Kabinetdə heç bir mübahisə olmamış, Təqsirləndirilən şəxs onlardan qəzəbli olduğu üçün tutulacağını bilib qərəzli olaraq onları öldürmək istəmişdir. Hadisəni kənar şəxslərdən anbarın işçiləri görmüşdür (İ cild, səh. 81-83). 7.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, səhv etmirsə 2022-ci ilin aprel ayının 18-i əmisi ilə iş yerində Qaradağ rayonu ərazisində, Lökbatan dairəsində otaqda olmuşlar. Tarıyel əmisinə zəng edərək “məndən şikayətçi olmayın” demişdir. Zəng etdikdən sonra 10-15 dəqiqə ərzində gələrək qapını döyüb içəriyə girmişdir. Sonda da elədiyini eləmiş, ona yeddi bıçaq zərbəsi vurmuşdur. İçəri girərkən Tarıyelə “biz sənə pis olmamışıq, sən kimsənki bizi hədələyirsən” demiş, həmin vaxt bıçağı çıxararaq birinci onu vurmuş, o, arxaya çəkilərkən əmisi Tarıyelin üzərinə getmişdir. Sonra yerə yıxmışlar, lakin bıçağı ala bilməmişlər, bilmir kimsə bıçağı alıb durquzaraq aparmışdır. Tarıyel əmisini, oğlunu və onu öldürməklə hədələmişdir. İçəri daxil olduqdan sonra o, Tarıyeli vurmamışdır. Otaqda hadisə təxminən 1-2 dəqiqə çəkmişdir. Otaqda qutu açmaq üçün bıçaq olmamışdır. Tarıyelin bıçağı haradan çıxardığını bilməmişdir. Bıçağın onun ürəyinə girməsinə iki santimetr qalmış, məqsəd onu öldürmək olsa da, olmasa da fakt onu vurmuş, daxili orqanlarından ağ ciyəri zədələnmişdir. Hal-hazırda arabir tənginəfəs olur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 çıxışında təqsirləndirilən şəxsə qarşı şikayət və tələnin olmadığını, onunla barışdığını, mülki iddiadan imtina etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, uzun illərdir ki, “Eurolux” şirkətinin Azərbaycan Respublikasının rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətinə məxsus anbarda anbardar vəzifəsində fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2013-cü ildən şirkətə məxsus anbarda fəhlə kimi çalışmışdır. 2021-ci ildə şirkətə məxsus anbardan 1 il ərzində müxtəlif vaxtlarda elektrik məişət avadanlıqları oğurlanmışdır. Oğurluq hadisəsinin üstü açılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 4 nəfər digər şəxslə birgə anbardan müxtəlif vaxtlarda 500.000 manat dəyərində məişət avadanlıqları oğurlamışlar. Buna görə də onlar cinayət məsuliyyətinə cəlb olunmuş və həbs olunmuşlar. Daha sonra həmin şəxslər dəymiş maddi ziyanın bir qismini ödədikləri üçün ev dustaqlığına çıxmışlar. Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmışdır. Məhkəmədə şirkətin direktoru Kamil zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Məhkəmə prosesi zamanı ittihamçı prokuror Təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs qəzəblənərək bir neçə dəfə əmisi Əmrahın işlətdiyi mobil telefona zəng vurmuş, lakin əmisi onun zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs öz qohumları vasitəsi ilə söz göndərmişdir ki, 50000 manat pul versinlər, onlar şikayətlərini geri götürsün. Lakin onlara dəymiş ziyan göstərilən məbləğdən daha çoxdur. Ona görə də əmisi onlara demişdir ki, qoy getsin cəzasını çəksin. 18 aprel 2022-ci il tarixdə 16:06-da Tarıyel əmisi Əmraha zəng vurmuş, həmin vaxtı o da ofisdə əmisinin yanında olmuşdur. Təxminən 4 dəqiqə əmisi Əmrah Tarıyel ilə söhbət etmiş, həmin vaxt Tarıyel demişdir ki, ona 8 il iş verirlər, ərizəni geri götürsün. Lakin əmisi ona demişdir ki, zərər çoxdu, 50.000 manat dəfələrlə azdır. Sonda isə Tarıyel əmisinə hədə-qorxu gəldiyi üçün telefonun selektorunu açmışdır ki, onun hədələrini o da eşitsin. Tarıyel bildirmişdir ki, əgər ərizəni geri götürməsə əmisini və onun oğlunu öldürəcək. Həmin vaxt Əmrah zəngi kəsmişdir. Bundan 12 dəqiqə sonra kabinetdə olarkən Tarıyel qapını döyərək içəri daxil olmuşdur. O, Tarıyelə yaxınlaşaraq demişdir ki, “utanmırsan müəllimi hədələyirsən”. Elə bunu deyəndən dərhal sonra Tarıyel bildirmişdir ki, hamını öldürəcək və belindən bıçağı çıxararaq onun sol döş qəfəs hissəsindən 3 bıçaq zərbəsi endirmiş, onun əlindən bıçağı almaq istəyərkən 2 dəfə də qarın nahiyyəsinə bıçaqla zərbə vurmuş, daha sonra isə sol əlinə 2 bıçaq xəsarət yetirmişdir. O, bıçağı ala bilməyəcəyini görüb kabinetdə olan stulu götürərək Tarıyelin başına vurmuşdur. Lakin Tarıyel öz əməllərini dayandırmadığı üçün əmisi Tarıyelin üstünə gedərək kabinetdən çölə çıxartmışdır. Orada Tarıyel əmisinə 5 bıçaq zərbəsi endirmişdir. Tarıyel yenidən bıçaq zərbələri endirmək istəyəndə o, Əmrahla birlikdə Tarıyeli yerə yıxmışdır. Lakin yerdə Tarıyel müqavimət göstərərək bıçağı vermək istəməyərək bildirmişdir ki, hamımızı öldürəcək. Təqsirləndirilən şəxs qışqıraraq demişdir ki, gəlin bunları güllələyin. Aralarında olan münaqişəyə ofisdə işləyən digər şəxslər də qarışmış, təxminən 5 dəqiqə Tarıyel ilə mübarizədən sonra bıçağı onun əlindən almaq mümkün olmuşdur. Tarıyeli polislərə təhvil vermişlər. Daha sonra təcili tibbi yardım vasitəsi ilə onu və Əmrahı 1 saylı X11 aparmışlar. Orada onlar əməliyyat olunduqdan sonra X13 Mərkəzi Filialına yerləşdirilmişlər. Palatada yatarkən əvvəllər də mobil nömrəsinə “**********” saylı mobil nömrədən zəng gəlmiş, lakin cavab verməmişdir. Həmin nömrədən əvvəllər zəng gələrkən o, cavab zəngə cavab vermiş, həmin şəxs özünü Ramil Səfərovun qohumu kimi təqdim edərək Təqsirləndirilən şəxs üçün zəng etdiyini, şikayəti geri götürmədikləri təqdirdə bunun onlar üçün yaxşı qurtarmayacağını bildirmişdir. Həmin şəxs ondan ərizəsini geri götürməsi üçün əmisi ilə danışmağını tələb etmişdir. Onların arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Sadəcə olaraq Tarıyel anbardan oğurluq etdiyi üçün əmisi ilə aralarında narazılıq yaranmışdır. Hadisə 18 aprel 2022-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsində yerləşən “Eurolux” şirkətinin anbarının həyətində yerləşən ofisin içərisində baş vermişdir. Kabinetdə heç bir mübahisə olmamış, Təqsirləndirilən şəxs onlardan qəzəbli olduğu üçün tutulacağını bilib qərəzli olaraq onları öldürmək istəmişdir. Hadisəni kənar şəxslərdən anbarın işçiləri görmüşdür (İ cild, səh. 89-91). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə vaxtı “Eurolux”da fəhlə işləmişdir. Nahar fasiləsi vaxtı yemək yeyərkən səs gəldiyini eşitmişlər, Əmrah müəllimin otağına tərəf gedərkən ikisinin qanlar içərisində Taryelin əlindən tutub otaqdan çıxararaq bıçağı almaq istədiklərini görmüşlər. Onlar da köməkləşib bıçağı Tarıyelin əlindən almışlar, sonra Tarıyel polis əməkdaşlarına təhvil verilmişdir. Ondan başqa Samir Hüseynov, Ozal və İsmayıl da orada olmuşdur. Tarıyellə bir yerdə işləmişlər, Tarıyel oğurluqla bağlı bıçaqla gəlmişdir. Onlar ora çatanda Tarıyel əlində bıçaq tutmuş vəziyyətdə süpürləşmişlər. Bıçağı əlindən almaları 5-3 dəqiqə çəkmişdir. Əmrah müəllimlə Orxan bıçağı almaq istəmiş, yaxınlaşarkən hər iki şəxsin əlindən tutduğunu görmüş, səs-küyü eşidib hamısı oraya qaçıb otağa keçəndə Tarıyeli yerə yıxıb əlbəyaxa əlindən bıçağı almağa çalışdıqlarını görmüşlər. Xanım işçilər pənəcərədən o biri tərəfdə süpürləşmə getdiyini, ikisinin də qanlar içində olduğunu görmüşlər. Polisi o, gedib kruqdan çağırmışdır. Həmin vaxt “Eurolux”un rəhbəri onlara heç bir göstəriş verməmişdir. 10.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2 ildən çoxdur ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində anbardar vəzifəsində çalışır. Belə ki, “Eurolux” şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə birlikdə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlamışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar və hal-hazırda onların Bakı Ağır Cinayətlət məhkəməsində işi gedir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlirmişlər və Tarıyelin bağışlanmasını istəyirmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. O, 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində ofisin yeməkxanasında oturmuşdur. Bu zaman yanında iş yoldaşları Hüseyn Həmidov və Şahid7 olmuşdur. Onlar Zərərçəkmiş şəxs1 otağında səs-küy eşitmişlər və dağıntı səsləri gəlmişdir. Onlar otağa doğru qaçmışlar. Bu zaman onlar Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşlər. Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmiş, Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməmiş və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov onlarla birlikdə mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlindən ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O, Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdi. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir. Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 113-115) 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, hadisə vaxtı yemək otağında istirahət etmişlər, yeməkxanada haradasa 4-5 nəfər olmuşlar, qışqırıq səsləri eşitmişlər. Bıçaqlanma hadisəsinin baş verdiyini, X10 bıçaqladığını görmüşlər. Otaqdan çıxanda bıçaqlanma hadisəsi baş verdiyini görmüşlər. Tarıyelin əlindən bıçağı onunla İsmi almış, Tarıyel bıçağı buraxmaq istəməmişdir. Bıçaqlanma təxminən 5-10 dəqiqə çəkmişdir. Polisi Şahid6 çağırmış, polisin gəlməyi 10-15 dəqiqə çəkmiş, həmin müddət ərzində təqsirləndirilən şəxs yerdə uzanmışdır. Polislər gəldikdən sonra Tarıyeli qaldırıb aparmışlar. Bıçağı Tarıyelin əlindən çətinliklə almışlar. Tarıyeldən nəyə görə bıçaqladığını soruşmamışlar, özü də bu barədə onlara heç nə deməmişdir. Təqsirləndirilən şəxsi işlədikləri yerdən tanımışlar. Müdiriyyətlə kofliktinin nə ilə bağlı olduğunu bilməmişdir. Anbardan oğurluq olmasından məlumatı olmuş, lakin kim tərəfindən oğurluq olduğunu bilməmiş, məlumatı sonradan olmuşdur. 12.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2 ildən çoxdur ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində anbardar vəzifəsində çalışır. Belə ki, “Eurolux” şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə birlikdə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlamışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlirmişlər və Tarıyelin bağışlanmasını istəyirmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində ofisin yeməkxanasında oturmuşdur. Bu zaman yanında iş yoldaşları Şahid6 və Şahid7 olmuşdur. Zərərçəkmiş şəxs1 otağında səs-küy eşitmiş və dağıntı səsləri gəlmişdir. Onlar cəld otağa doğru qaçmışlar. Bu zaman Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşlər. Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmişlər, Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməmiş və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov onlar birlikdə mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlindən ala bilməmişdir. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O, Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdi. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir. Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 109-111). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Tarıverdi oğlu ifadəsində bildirmişdir ki, hadisə günü Cavid, Hüseyn və Elvinlə ofisin yeməkxanasında əyləşmişlər, saat 5-ə işləmiş və evə gedən vaxt olmuşdur. Qarışıq səs-küy gəldiyindən oradan çıxmışlar, otağa girdikdə Orxanla Əmrahın vurulduğunu görmüşlər. Tarıyeli yerə yıxıb saxlamışlar. Qarışıqlıq olduğundan bıçağın əlində olmasını görməmişdir. Tarıyellə Əmrah arasında əvvəl ədavət olmasını bilmir. Çoxsaylı bıçaqlar olduğu üçün hesab edir ki, Tarıyel onları öldürəcəkdi. Hadisə çoxdan olduğundan yadından çıxmışdır. 14.Məhkəmə iclasında Şahid7 Tarıverdi oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2 ildən çoxdur ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km- də yerləşən “Eurolux” şirkətində anbardar vəzifəsində çalışır. Belə ki, “Eurolux” şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə birlikdə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlanmışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar və hal-hazırda onların Bakı Ağır Cinayətlət məhkəməsində işi gedir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlirmişlər və Tarıyelin bağışlanmasını istəyirmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. O, 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində ofisin yeməkxanasında oturmuşdur. Bu zaman yanında iş yoldaşları Hüseyn Həmidov və Şahid6 var idi. Onlar Zərərçəkmiş şəxs1 otağında səs-küy eşitmişlər və dağıntı səsləri gəlmişdir. Onlar cəld otağa doğru qaçmışlar. Bu zaman Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşlər. Həmin vaxt Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmiş, Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməyərək öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov onlarla birlikdə mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlindən ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O. Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdi. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəmirdi. Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 117- 119). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, halhazırda “Mətanət-A” şikətində mühafizədə işləyir, hadisə vaxtı “Eurolux”da anbarda fəhlə işləmişdir. Saat 16:30 radələrində evə getməyə hazırlaşmışlar, ofisin binasında içəridə oturmuşlar. Hadisə vaxtı səs gəldiyindən çıxmışlar, həmin vaxt o, Özal və Hüseyn orada olmuşdur. O, içəri girməmiş, yerdə qan görərək çölə çıxmış, uşaqlar isə ayırmışlar, izahatında da elə yazmışdır. O, Tarıyeli tanımır, Tarıyel də onu tanımır. Tarıyel, Orxan və Əmrah yerdə uzanmışlar. Onları yerə kimin yıxdığını görə bilməmişdir. Onların davası təxminən 10-15 dəqiqə çəkmişdir. O, qandan qorxur. İçəri girərkən kiminsə əlində bıçaq kimisə bıçaqladığını görməmişdir. İsmi Tarıyeli çölə çıxarmış, sonra polis gəlmişdir. 16.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində fəhlə kimi çalışır. O, 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində iş otağında oturmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 otağında səs-küy eşitmiş və dağıntı səsləri gəlmişdir. O, tez Zərərçəkmiş şəxs1 otağının qapısının qarşısına gəlmişdir. Bu zaman qapının qarşısında qan izlər görmüş, həmin vaxt Orxan və Əmrah bıçağı tanımadığı bir şəxsin əlindən almaq istəmişlər, həmin şəxs isə müqavimət göstərərək bıçağı vermək istəməmişdir və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov, Şahid5, Şahid6, Şahid7 mübahisəyə müdaxilə edərək bıçağı sonradan adının Tarıyel olduğunu bildiyi şəxsin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlində ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. O, hadisə yerinə bir az gec gəldiyi üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 necə bıçaqlandığını görə bilməmişdir. O, artıq ora gələndə onların Tarıyel ilə mübarizə apardıqlarını görmüşdür. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdir. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir. Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 94-95). 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə vaxtı “Eurolux”da xəzinədar işləmişdir. Tarıyelin əlində bıçaqla Əmrah müəllimi bıçaqlayanda görmüş, onlar pəncərədən baxmışlar, qorxduqlarından öz qapılarını bağlamışlar. Tarıyelin əlində bıçaqla Əmrah müəllimi kürəyindən bıçaqlayarkən görmüşlər. Yəqin ki, üç-dörd dəfə vurmuşdur. Daha sonra, Orxanın qan içində gəlib qışqırdığını görmüşlər. Hadisənin bir hissəsini görmüşlər, Orxanı sadəcə yan otaqda qan içində görmüşlər. Orxan artıq yerdə olmuş, ondan qan axmışdır. İş yoldaşları ora qaçmış, Tarıyelin əlindən bıçağı almışlar. Gördükləri hadisə təxminən 5-6 dəqiqə çəkmişdir. Qorxan vəziyyətdə qapını bağlamağa qaçarkən bıçağı almağa çalışdıqlarını görmüşdür. Bıçağı almaqda Orxanın iştirak edib-etmədiyini bilmir. 18.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2 ilə yaxındır ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində operator vəzifəsində çalışır. Belə ki, Eurolix şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlanmışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlmişlər və Tarıyelin bağışlamasını istəmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. Təxminən 2022-ci ilin aprel ayının 10-da Tarıyelin həyat yoldaşı, atası və yaşlı bir qadın şirkətə gələrək Əmrah müəllimlə görüşmək istəmişdir. Onlar görüşmüşlər və kabinetdə səs- küy olmuşdur. Onlar arasında nə söhbət getdiyini bilməmişdir. Daha sonra onlar çıxıb getmişlər. 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində ofisin kabinetində oturmuşdur. Bu zaman Sona tələsik gələrək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 otağında səs-küy var. Kabinetdə olan Fərzəliyev Turala demişdir ki, tez ora getsin. O isə iş yoldaşları Şahid3 və Şahid4 ilə birlikdə kabinetin pəncərəsindən Əmrah müəllimin kabineti yerləşən otağa tərəf baxmışdır. Bu zaman qapıdan çölə çıxan Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşdür. Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmiş, Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməmiş və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov, Şahid5, Şahid6, Şahid7 mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlində almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlində ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O, Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdir. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir. Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 97-99). 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımış, iş yoldaşları olmuşdur. Hadisə vaxtı “Eurolux” şirkətində, hazırda “Azplast” şirkətində işləyir. Ofisləri Salyan şossesi 14, Lökbatan dairəsi ünvanında yerləşmiş, hadisə 18 aprel 2022-ci il tarixdə baş vermişdir. Hadisə günü koridorla mətbəx tərəfdən gələrkən yolda müdirinin otağından səslər eşitmiş, otaqlarına qaçaraq oğlan işçiyə Əmrah müəllimin otağında mübahisə getdiyini demişdir. Öz otaqlarında qalmışlar, hadisə olan otaqdan onların otağına pəncərə olmuş, o, həmin pəncərədən hər şeyi görmüşdür. Tarıyel Əmrah müəllimi bıçaqlayanda görmüşdür. Daha sonra polislər gəlib Tarıyeli aparmışlar. Səs-küy eşitdikdən sonra onların otağında qızlara, bir də oğlan işçi Turala demişdir. Tural qaçıb həmin otağa getmiş, ondan sonra da bütün işçilər oraya getmişdir. O, pəncərəni açanda Əmrah müəllimin Tarıyellə üz-üzə durduğunu, Əmrah müəllimin stola tərəf dayandığını, Tarıyelin də əlində bıçaqla Əmrah müəllimi arxasından kürəyinə vurduğunu görmüşdür. Bıçağı Tarıyelin əlindən kimin almasını görə bilməmiş, Əmrah müəllimin özü almağa çalışmış, işçilər də oraya yığılmışdır. Ümumi hadisə təxmini 20-25 dəqiqə, bəlkə də biraz az və ya çox çəkmişdir. Hadisə olduqdan sonra onun gördüyü otağa keçmişlər. İşçilərindən Ozal və İsmi orada olmuş, digərlərini xatırlamır. Hadisədən daha əvvəl bir dəfə qohumlarının müdirin yanına gəlməsini eşitmiş, amma gözü ilə görməmiş, hansı qohumlarının gəldiyini bilməmiş, sadəcə Əmrah müəllimin yanına gəldiklərini eşitmişdir. Səhv etmirsə onlar oğurluq hadisəsinə görə bağışlanmağını istəmək üçün gəlmişlər. Nə qədər məbləğ oğurlaması yadında qalmamışdır. 20.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 10 ilə yaxındır ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində operator vəzifəsində çalışır. Belə ki, Eurolix şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlanmışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlmişlər və Tarıyelin bağışlanmasını istəmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. Təxminən 2022-ci ilin aprel ayının 10-da Tarıyelin həyat yoldaşı, atası və yaşlı bir qadın şirkətə gələrək Əmrah müəllimlə görüşmək istəmişdir. Onlar görüşmüşlər və kabinetdə səs- küy var idi. Onlar arasında nə söhbət getdiyini bilməmişdir. Daha sonra onlar çıxıb getmişlər. 18 aprel 2022ci il tarixdə təxminən saat 16 radələrində ofisin mətbəxindən oturduğu kabinetə doğru gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 otağında səs-küy eşitmiş və dağıntı səsləri gəlmişdir. O, tez öz otağına qaçmışdır. Kabinetdə olan Fərzəliyev Turala demişdir ki, Əmrah müəllimin otağında dava-dalaş səsləri gəlir. Tural dərhal ora qaçmışdır. O isə iş yoldaşları Şahid4 və Şahid2 ilə birlikdə kabinetin pəncərəsindən Əmrah müəllimin kabineti yerləşən otağa tərəf baxmışdır. Bu zaman qapıdan çölə çıxan Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşdür. Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmişdir. Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməmiş və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov, Şahid5, Şahid6, Şahid7 mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlindən ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O, Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdir. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir.Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, buraxın onları öldürəcək (İ cild, səh. 101-103). 21.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, halhazırda internet provayder şirkətində işləyir, hadisə vaxtı “Eurolux”da mühasib işləmişdir. Onlar öz işlədikləri otaqda olmuşlar, həmin vaxt Şahid3 gələrək orada səs-küy olduğunu demiş, onlar elə bilmişlər ki, dava olur. Bıçaqlanma hadsəsi olan otaqla onların arasında jalüz olmuş, onlar oranı açmışlar və hər şey gözlərinin qarşısında olmuşdur. O, baxanda Tarıyelin əlində bıçaq olmuş və Orxanı bıçaqlamışdır. O, özü görəndə Tarıyel Əmrahı da bıçaqlamışdır. Onlar davamlı baxa bilməmişlər, baxıb çəkilmişlər, üzərindən biraz keçdikdən sonra təkrar baxmışlar, bıçaqlanma prosesi davam etmiş, daha sonra işçilər gəlmişlər. Onların otaqlarından Tural əvvəlcə ayırmağa qaçmış, ayıra bilməyəndə tək-tək başqaları gəlmişlər. Gördükləri vaxt hadisə təxminən 15-20 dəqiqə çəkmişdir. Dəqiq bilmir, bıçaqlanma hadisəsi 3-4 dəqiqə çəkmişdir. Bıçağı Tarıyelin əlindən kimin alması yadına gəlmir, çünki orada çox adam olmuş və bıçağı əlindən kimsə ala bilməmişdir. Hadisədən iki il keçib, nə yadında qalıbsa onu danışır. Dəqiq birinci onun və ya Sona xanımın baxdığını xatırlamır. Baxmaq üçün jalüzü birinci kimin açması yadında deyil. Hər ikisini bıçaqladığını görmüş, birinci kimi bıçaqladığını görməyi yadında deyil. Oğurluq hadisəsini eşitmiş, amma görməmişdir. 22.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2 ilə yaxındır ki, Qaradağ rayonu, Salyan şossesi, 14-cü km-də yerləşən “Eurolux” şirkətində operator vəzifəsində çalışır. Belə ki, Eurolix şirkətinin anbarı və ofisi həmin ünvanda yerləşir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs 4 nəfər tanımadığı digər şəxs ilə 2021-ci ildə şirkətə məxsus anbardan külli miqdarda əmlak oğurlanmışdır. Təqsirləndirilən şəxs və digərləri cinayət məsuliyyətinə cəlb olunmuşlar. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun ailə üzvləri tez-tez şirkətə gəlmişlər və Tarıyelin bağışlanmasını istəmişlər. Təqsirləndirilən şəxs 40000 manat ziyan ödədikdən sonra ev dustaqlığına çıxmışdır. Təxminən 2022-ci ilin aprel ayının 10-da Tarıyelin həyat yoldaşı, atası və yaşlı bir qadın şirkətə gələrək Əmrah müəllimlə görüşmək istəmişdir. Onlar görüşmüşlər və kabinetdə səs- küy olmuşdur. Onlar arasında nə söhbət getdiyini bilməmişdir. Daha sonra onlar çıxıb getmişlər. 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində ofisin kabinetində oturmuşdur. Bu zaman Sona tələsik gələrək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 otağında səs-küy var. Kabinetdə olan Fərzəliyev Turala demişdir ki, tez ora getsin. O, iş yoldaşları Şahid3 və Şahid2 ilə birlikdə kabinetin pəncərəsindən Əmrah müəllimin kabineti yerləşən otağa tərəf baxmışdır. Bu zaman qapıdan çölə çıxan Tarıyelin əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr atdığını görmüşdür. Orxan və Əmrah bıçağı Tarıyelin əlindən almaq istəmişlər, Tarıyel isə müqavimət göstərərək bıçağı vermək istəməmiş və öz əməllərini davam etdirmək istəmişdir. Anbarın digər işçiləri, daha doğrusu Tural Fərzəliyev, İsmi Məmmədov, Şahid5, Şahid6, Şahid7 mübahisəyə müdaxilə edərək bıçağı Tarıyelin əlindən almaq üçün Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 kömək etmək istəmişlər. Lakin təxminən 5 dəqiqə bıçağı Tarıyelin əlində ala bilməmişlər. Bıçağı Tarıyelin əlindən aldıqdan sonra polis işçiləri gələrək onu aparmışlar. Tarıyel planlı şəkildə və heç kimin xəbəri olmadan Əmrah müəllimin kabinetinə daxil olmuşdur. O, Əmrah müəllimin kabinetində olmasa da eşitdiyinə görə Tarıyel içəri daxil olan kimi Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək kabinetdə ona çoxsaylı bıçaq zərbələri endirmişdir. Əgər iş yoldaşları mübahisəyə müdaxilə etməsəydi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürəcəkdir. Elə onun da məqsədi onların həyatına son qoymaq olmuşdur. Belə ki, Tarıyel onlara çoxsaylı bıçaq zərbələri endirdikdən sonra dayanınamış, onları yenə də vurmaq istəmişdir. Ona görə də bıçağı əlində saxlayaraq vermək istəməmişdir (İ cild, səh. 105-107). 23.Məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli, 260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Cəlal oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - soltərəfli hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sol kürək nahiyəsinin 1 (bir ) ədəd deşilmiş-kəsilmiş yarası, kürəkarası nahiyənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə soltərəfli hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sol kürək nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, kürəkarası nahiyənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild, səh. 175-178). 24.Məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli, 259 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər-soltərəfli hemopnevmotoraks və İİ dərəcəli hemorragik və travmatik şok ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sağ yan səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin arxa səthinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası və sol əlinovuc səthinin İ barmağının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə soltərəfli hemopnevmotoraks və İİ dərəcəli hemorragik və travmatik şok ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, qarnın sağ yan səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin ovuc səthinin İ barmağının deşilmiş-kəsilmiş yarası isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild, səh. 179-182). 25.Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2022-ci il tarixli, 255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın alın və sağ said nahiyələrinin qançırları, sağ çiyinüstü nahiyənin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (İ cild, səh. 172-174). 26."xxxx" barədə 23 may 2022-ci il tarixli, 251/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: A- beta/İİ/. 2.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /Şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən/ 3.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ 4.Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus köynək, mayka, Zərərçəkmiş şəxs2 məxsus köynək, sviter, mayka, bıçaq üzərində və hadisə yerindən 05 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1, eyni qruplu Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur/əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/ (İ cild, səh. 187-192). 27."xxxx" barədə 22 iyun 2022-ci il tarixli, 205/2022- MTKŞ nömrəli ekspert rəyindən görünür ki, İ.1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus köynəyin və maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd, köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd və köynəyin sol qolunun arxa nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus köynəyin və maykanın ön hissəsinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan; köynəyin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin kürəkarası nahiyəsində olan; köynəyin sol qolunun arxa nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol kürək nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviterin və maykanın arxa hissəsinin yuxarıorta nahiyəsində bir ədəd; sviterin və maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 4.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviterin boyun nahiyəsində olan zəncirbəndin sağ kənarında iki ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişib- dartılması nəticəsində yaranmışdır. 5.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 sviterin boyun nahiyəsində olan zəncirbəndin sağ kənarındakı tikişin üzərində sökülmə aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. 6.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviterin və maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən eyni xarakterli xəsarət ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs2 bədənində olan digər xəsarətlər - qarnın sağ yan səthinin daxilə nüfuz 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin arxa səthinin l(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin İ barmağının deşilmiş-kəsilmiş yarası ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Bu da həmin xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi və ya paltarların yerdəyişməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs2 məxsus sviterin və maykanın arxa hissəsinin yuxarı-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. 7.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 8.Zərərçəkmiş şəxs1 Cəlal oğlunun və Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. İİ.1.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir (İ cild, səh. 193-200). 28.«Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» barədə 08 iyul 2022-ci il tarixli, 1805 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, özünü müdafiə etməyə meyillilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkəti və davranışını iradi olaraq təzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrık müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, özünü müdafiə etməyə meyillilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. 229-232). 29.«Diskə baxış keçirilməsi haqqında» 18 aprel 2022-ci il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs saat 16:22:52-də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduğu kabinetə daxil olur. Saat 16:23:25-də həmin kabinetdən bayıra çıxırlar.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bir neçə bıçaq zərbəsi yetirir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu divara sıxaraq bıçağı əlindən almaq istəyirlər. Təqsirləndirilən şəxs müqavimət göstərir və bıçağı vermək istəmir. Ofisdə işləyən digər şəxslər də Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istəyirlər. Lakin o, bıçaqla Zərərçəkmiş şəxs1 vurmaq istəyir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, görüntüdə olan digər şəxs Təqsirləndirilən şəxs əlindən tutaraq bıçaqla zərbə vurmasının qarşısını almağa çalışırlar. Daha sonra iki nəfər şəxs də köməyə gəldikdən sonra saat 16:23:59-da Təqsirləndirilən şəxs yerə yıxırlar. O, yerdə də müqavimət göstərməkdə davam edir. Təxminən 3-4 dəqiqədən sonra bıçağı onun əlindən almaq mümkün olur (İ cild, səh. 35-36). 30.«Sübutların qiymətləndirilməsi haqqında» 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus 01 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmişdir (İ cild, səh. 240-257). 31.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 15). 32.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 4(002)- 74/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 aprel 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 72-74). 33.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-566/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, səh. 228, 155-171). 34.İş materiallarında olan 20 may 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmış, mülki iddiadan imtina etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmadığını, yekunda nəzərə alınmasını xahiş etmişdir. 35.İş materiallarında olan 20 may 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmış, mülki iddiadan imtina etmiş, ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. 36.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 40.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. 43.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. 44.Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki,, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. 45.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 47.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, «qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyininin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin, ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir». 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. 49.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 50.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 51.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 59.Həmin Məcəllənin 60.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. 60.Həmin Məcəllənin 63-cü maddəsində qeyd olunur ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. 61.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 9-cu bəndinə qeyd olunur ki, «CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir». 62.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. 63.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ciddi müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçü həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 65.Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-566/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 66.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-566/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 67.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 69.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

72. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-566/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablanmışdır. 73.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı - 05 iyul 2021-ci il tarixdən hesablanmalıdır. 74.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 76.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 77.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 78.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 79.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 80.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 81.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. 82.Məhkəmə hesab edir ki, hazırki iş üzrə mülki iddiaçıların hər ikisinin iddilarından imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də müki iddiaçıların iddia tələbindən imtina etməsi qəbul edilməli və mülki iddilara aid hissədə icraata xitam verilməlidir. 83.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan, bir ədəd bıçağın məhv edilməsini, Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus bir ədəd maykanın və bir ədəd köynəyin Zərərçəkmiş şəxs1 qaytarılmasını (qəbul edilmədikdə məhv edilməsini), Zərərçəkmiş şəxs2 məxsus bir ədəd maykanın, bir ədəd köynəyin və bir ədəd sviterin Zərərçəkmiş şəxs2 qaytarılmasını (qəbul edilmədikdə məhv edilməsini) əsaslı hesab edir. 84.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 85.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 86.Müdafiəçi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi3nın dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 (iki yüz on) manat təşkil edir. 87.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 88.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 1(101)-566/2022 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair və Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair mülki iddia tələbindən imtinası qəbul edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan - bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus bir ədəd mayka və bir ədəd köynək Zərərçəkmiş şəxs1 qaytarılsın (qəbul edilmədikdə məhv edilsin), Zərərçəkmiş şəxs2 məxsus bir ədəd mayka, bir ədəd köynək və bir ədəd sviter Zərərçəkmiş şəxs2 qaytarılsın(qəbul edilmədikdə məhv edilsin). Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar