Məhkəmə qərarları › İş №1(101)-82/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-82/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-82/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X8 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6, Zərərçəkmiş hüquqi şəxsin nümayəndələri– Nümayəndə1 və Bakı şəhəri “Qanunçuluq” Vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, xx.xx.1989-cu ildə Biləsuvar rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Çinarlı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4042-60, ev 3-də qeydiyyatda olub, Bakı şəhəri, Maştağa qəsəbəsi, Xəzər rayonu, Albalılıq yaşayış massivində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə xx.xx.1986-cı ildə Biləsuvar rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Çinarlı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1980-ci ildə Quba rayonu, Xaltan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu Xaltan kəndində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttihama əsasən, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2020-ci il tarixdə saat 22-24 radələrindən başlayaraq, xx.xx.2020-ci il tarixdə saat 23 radələrinə kimi olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfinə keçib öz cinayətkar məqsədlərinə nail olmaq üçün əvvəlcədən düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan 6 mm, 10 mm, 12 mm, 16 mm və 19 mm-lik, ümumilikdə 4452,05 kiloqram mis boruları vahid niyyətlə eyni üsulla gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ- nə ümumilikdə 65.000 (altmış beş min) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2020-ci il tarixdə saat 22-24 radələrindən başlayaraq, xx.xx.2020-ci il tarixdə saat 23 radələrinə kimi olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfinə keçib öz cinayətkar məqsədlərinə nail olmaq üçün əvvəlcədən düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan 6 mm, 10 mm, 12 mm, 16 mm və 19 mm-lik, ümumilikdə 4452,05 kiloqram mis boruları vahid niyyətlə eyni üsulla gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ- nə ümumilikdə 65.000 (altmış beş min) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 fevral 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxsnə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfindən keçib cinayətdə istifadə etmək üçün bir-birinə bağlayaraq düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan, ümumilikdə 370 kiloqram 6 mm, 10 mm, 12 mm, 16 mm, 19 mm-lik mis boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə ümumilikdə 5.402 (beş min dörd yüz iki) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxsnə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfindən keçib cinayətdə istifadə etmək üçün bir-birinə bağlayaraq düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli İstehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan, 5402 (beş min dörd yüz iki) manat dəyərində 370 kq 6 mm, 10 mm, 12 mm, 16 mm, 19 mm-lik mis boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər təqsirləndirilən şəxslərdən əvvəlcə Təqsirləndirilən şəxs4 tanımış, onunla metaldəmir alış-verişləri olmuşdur. O, metalları iş yerindən tapmış, Talehlə bir yerdə alıbsatmışlar. Həmin proses zamanı da Rəşadı tanımışdır. O, Rəşada zavodda işləməsi barədə məlumat vermiş, lakin zavoddan oğurluq etməklə bağlı heç nə deməmişdir. 10 gündən sonra Rəşad onu kənara çəkib “sənin nəyinə lazımdır, sən çəkil kənarda dayan, mən malı zavoddan çıxardacam”. Taleh onların bu söhbətinə şahid olmuşdur. Daha sonra Rəşad ona metalların yerini göstərməsini demiş, o da malların yerini ona göstərmiş və oradan çıxıb getmişlər. 3 gündən sonra Famil ona zəng edib, Rəşad ona zəng etdiyini və zavoddan malları çıxarmağı təklif etdiyini demişdir. O da Familə özünün biləcəyi iş olduğunu demişdir. Famil ona malların artıq çıxarıldığını və çöldə olduğunu demişdir. O da Familə oraya getmək istəmədiyini demiş və getməmişdir. Zavodda Əli adlı şəxs olmuş, həmin günü Əliyə zəng etmiş, Əli də ona 3-4 nəfəri necə tutduracağını demişdir. O, heç nə deməmiş, susmuşdur. Onlar malları Famillə Binə qəsəbəsinə gətirmişlər. Həmin gün Famil çıxarıb ona 700 manat pul vermiş, o da pulu götürüb saxlamışdır. Lakin bu barədə Əliyə deyəcəyini bildirmişdir. Rəşad onu ikinci dəfə çağıranda hədə-qorxu gəlmiş, 3-cü dəfə ona zəng edib özünün gedə bilmədiyini, deyib, onun getməsini istəmişdir. O da zavoda getmiş, malların “sovxoz”a yığıldığını görmüşdür. Onlar malları Familin maşınına qoyub gətirmişlər. Ümumillikdə oradan 3 dəfə mal çıxartmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər həmin müəssisədə qaynaqçı işləmiş, anbarda malın hara yığıldığı barədə tam dəqiq bilməmiş, soyuducuların “karkaz”ını yığmış, işlədiyi yer sex olmuş, oğurlanan yer anbar olmuş, işlədiyi yerlə həmin anbarın məsafəsi təxminən 3 km olmuşdur. Həmin anbara mal gələndən-gələnə boşaltmağa kömək lazım olanda getmişdir. 2017-ci ildə ordan işdən çıxmışdır. Rəşad Talehin dostu olmuş, onunla yalnız alver etmişdir. Rəşad əvvəllər metaldəmir almış, elə o vaxtdan tanışlıqları yaranmışdır. Ona işlədiyi yerdən tapdığı dəmir, metalları vermiş, Rəşad da həmin metalları götürmüşdür. Rəşadla aralarında münasibət yaranmış, o, Rəşada istixana zavodunda işlədiyini, Rəşad da ona qardaşının soyuducu istehsal etdiyini, əgər mis olarsa götürə biləcəyəni demişdir. Rəşad metalın hansı anbarda olduğunu soruşmuş, o da xəbəri olmadığını, 3 ya da 4-cü anbar olduğunu, dəqiq bilmədiyini demişdir. Həmin yerə bir yerdə getmişlər, o, yeri göstərmişdir. Həmin yeri göstərməyinə heç bir təzyiq olmamış, sadəcə olaraq Rəşad heç bir problem olmayacağını demişdir. Aralarındakı razılığa görə o, metalın yerini göstərmiş, lakin oğurluq zamanı gəlməyəcəyini demişdir. Onun malların yerini göstərməkdə heç bir marağı olmamışdır. Rəşad metalı götürəcəyini, nə problem olsa, tutulsa hər bir şeyin onluq olduğunu, onun adının keçməyəcəyini demişdir. Onun bu işdə qazancı o olmuşdur ki, Rəşad əvvəlcədən metalın hər kiloqramını 10 manatdan hesablayacağını desə də, sonradan 9 manatdan hesablamışdır. Bunu əvvəlcədən Rəşadla öz aralarında danışmışlar, bu söhbətdə Famil də iştirak etmiş, onlar üçü bu barədə söhbət etmişlər. Daha sonra digər şəxslərdən Taleh də bilmişdir. Rəşad da daxil olmaqla hamısının niyyəti oradan mal götürmək olmuşdur. Həmin yeri göstərməyə gedəndə yalnız Rəşadla onun maşınında getmişdir. Həmin vaxt ayın tarixi yadında deyil. Onların söhbəti ilə oğurluq hadisəsinin arasında 20 gün vaxt olmuş, həmin vaxt dekabr-yanvar ayları olmuşdur. O, gedib yerində anbarı göstərmiş, anbarda mühafizə olduğunu izah etmişdir. Rəşad mühafizəni həll etməyin onu işi olduğunu demişdir. O, anbara haradan girməli olması ilə bağlı bir söz deməmiş, anbara giriş-çıxış bir yerdən olmuş, Rəşad axırda damdan girdiyini demişdir. O, həmin yeri göstərib qayıtmışdır. Ondan sonra ora kimin getdiyini bilməmişdir. Sonra Famil ona zəng edib Rəşadın ona zəng edərək gedib malı ”sovxoz”dan götürmələrini demişdir. Onlar da “Sovxoz”dan 192 kiloqram malı götürmüşlər. Famil ona malı gətirib “sovxoz”a yığdıqlarını demişdir. Daha sonra Famillə ikisi malları gətirmişlər. O, həmin oğurluq prosesində kimin iştirak etdiyini görməmişdir. Rəşad Familə zəng edərək malların “sovxoz”da olduğunu demişdir. Onlar həmin malı Binədə təhvil vermişlər. Famil həmin malı Rəşadın maşını ilə gətirmişdir. 1-ci dəfə Rəşad Famillə getmiş, 2-ci dəfə də Famil aparmışdır. Bu alış-verişdən ona min manat pul çatmışdır. Sonuncu oğurluq prosesinə özü getmişdir. O, 2-ci dəfə də oğurluğa kimin getdiyini bilmir. 2-ci dəfə də malları eyni qaydada götürmüşlər. 2-ci dəfə də Famil gəlmişdir. Rəşad sadəcə gəlib onlara pul vermişdir. Onlar 270 kq mal götürmüşlər. Ona ***-**** manat pul verilmiş, pulunu Rəşad vermişdir. Sonra 3-cü prosesdə Rəşad ona malın yığılıb qaldığını demişdir. Onlar malları köhnə “Mercedes-Benz E-Class” markalı maşına yığıb aparmışlar. 3-cü epizod zamanı Rəşad zəng edib malın “sovxoz”a yığıldığını demişdir. Belə ki, mallar anbardan çıxarılıb “sovxoz”xanaya yığılmış, onlar da oradan maşınla götürüb gətirmişlər. Rəşad ona malların yığılıb qaldığını demiş və birlikdə gedib götürməyi təklif etmişdir. O, Rəşadın təklifi ilə razılaşmış və onunla gedib malları götürmüşdür. Həmin vaxtı digər şəxslərdən Famil olmuş, ikisi gedib götürmüşlər. Rəşad həmin vaxt orada kənarda dayanmışdır. Rəşad kənarda kiminsə gəlib-gəlməməsinə nəzarət etmək məqsədi ilə dayanmış, onu oraya heç kim zorla aparmamış, o, könüllü olaraq getmişdir. Qeyd olunan partiyada malın çəkisi az olduğuna görə ona 550 manat pul qalmışdır. 4-cü epizod zamanı mallar yenə əvvəlki yerinə yığılmış, Rəşad işdə olduğuna görə sonuncu partiyada iştirak etməmiş, o, malı oraya kimin yığdığını bilməmişdir. Rəşad onlara malın yığıldığını və danışdıqları kimi gedib götürmələrini demişdir. Həmin malı anbardan Rəşad çıxartmış, lakin onlar Rəşadın malları nə vaxt çıxartdığını bilməmişlər. 4cü partiyada təqsirləndirilən şəxslərin dördü iştirak etmiş, yenidən malları maşının baqajına yığıb aparmışlar. Həmin vaxt sadəcə bir partiya mal daşımışlar, malın miqdarı az olmuşdur. Malın çəkisi 700 kq civarı olmuş, onlar 4 reys mal daşımışlar. Hər partiyada 1 reys getmişlər. Malların ümumi çəkisi 700 kq olmuşdur. 4-cü seriyada neçə kiloqram mal olduğun bilməmiş, hər nəfərə 600 manat pul çatmış, ordan da 250 manatı Elməddinə vermişdir. Elməddinə pulu verməyinə səbəb onlara kömək etməsi olmuşdur. Elməddin hara getdiyini və nə iş gördüklərini bilməmişdir. Pulu ona Rəşad vermişdir. Malın anbardan çıxarılıb “sovxoz”xanaya yığılması prosesində heç vaxt iştirak etməmiş, digər təqsirləndirilən şəxslərdən kimin iştirak etdiyini bilməmişdir. Onlardan soruşmuş, onlarda anbara girmədiklərini demişlər. Malı Rəşad götürmüş, pulu onlara Rəşad vermiş, mal gətirdikləri maşın Rəşadın maşını olmuşdur. Rəşadın maşınının nömrəsini dəqiq bilmir. Rəşadın maşını Rəşadın iştirakı olmadan idarə etməmişlər, həmin maşını Rəşad özü sürmüşdür. 4-cü partiyada Rəşad iştirak etməmiş, malları Familin maşını ilə aparmışlar. Həmin partiyada 170 kq metal aparmışlar. 4 partiyada metal oğurluğu 10 gün müddətində baş vermişdir. O, həmin 10 gün ərzində oğurluğa etiraz etməmişdir. O, oğurluqdan sonra malı qaytarmaq istəmiş, çünki əvvəllər həmin müəssisədə işləmişdir. O, gedib müəssisəyə etiraf etmək istəyəndə Rəşad ona tutulacaqlarını demişdir. 3 ay sonra da hadisənin üstü açılmışdır. Təqsirləndirilən şəxslərdən 3-cü o tutulmuşdur. Əməliyyatçı onu tutmuş, malı kimə verdiyini soruşmuş, 700 kq mal apardığını, ziyanı ödəməsini, bununla da məsələnin bitməsini demişdir. Həmin vaxt onların dördü də tutulmuş, bu zaman o, əlbir olan şəxslərdən birinin olmadığını, ziyanı ödəməli olan şəxsin Rəşad olduğunu demişdir. Tutulanda əməliyyatçı ona Rəşadın adını çəkməməsini, özünün götürdüyünü deməsini, ona hər cür köməklik göstərəcəyini demişdir. O da tapşırıldığı kimi ifadə vermişdir. O, həmin əməliyyatçının adını bilmir, Hövsanın 30-cu PB-nin əməliyyatçısı olmuşdur. Daha sonra onları gecə ilə müstəntiqin yanına aparmış izahatlarını alıb, səhəri gün onları buraxmışlar. Bu proses pandemiya vaxtı-mart ayında olmuşdur. Anbarı Rəşada necə göstərməsi ilə bağlı izahatında Rəşadın maşınına oturub getdiklərini, mal aparıbgətirdiklərini, içəridə nə mal olduğunu bilmədiyini qeyd etmişdir. 4 dəfə getdikləri yer anbar deyil, “Sovxozxana” kimi adlandırdıqları yer olmuşdur. O, 4 epizodun hamısında iştirak etməmişdir. Əli adlı şəxsə xəbər verməmiş, oradan oğurluq olduğunu deməmiş, buna Rəşad imkan verməmişdir. O, malların “sovxozxana”ya anbardan kimin köçürtdüyünü bilmir. Onlar MSY-dən çıxanda orda onlardan qabaq bir nəfər şəxsin “mis-trupka” ilə bağlı iş üzrə çıxdığını demişlər. Onun “Qazel” avtomobilindən xəbəri olmamışdır. O, Rəşaddan “Qazel” barədə soruşanda xəbəri olmadığını demişdir. Anbardar ona zəng edərək “Qazel” markalı avtomobilin kameraya düşdüyünü, həmin avtomobili axtardıqlarını demişdir. İlk dəfə polis onları saxlayanda müstəntiq Rəşadın adını çəkməyinə mane olmuş, onun adını çəkməməsini, bunun qarşlığında onlara kömək edəcəyini demişdir. “Sovxoz” dediyi yerlə anbar bir-birinə bitişik olmuş, o, 3 dəfə gedib malları həmin “sovxoz” adlandırdıqları yerdən götürmüşdür. Axırıncı partiyada o, iştirak etmiş, Rəşad isə iştirak etməmişdir. Rəşad bu işlə bağlı onlara ümumilikdə 5.000 manata yaxın pul vermişdir. Talehin malın oğurlanmasından ümumiyyətlə xəbəri olmamış, o, malın oğurlanmasını axırıncı, yəni 4-cü partiyada bilmişdir. Ona bu barədə Rəşad demişdir. Talehin onlarla getməsinin səbəbi Rəşadın Talehə deməsi olmuşdur. Müəssisənin kameraları ön tərəfdə olmuş, onlar gedən tərəfdə kamera olmamışdır. Mühafizəçi də həmçinin öz tərəfdə olmuşdur. Onlar malları arxa tərəfdən, yəni “sovxozxana” deyilən yerdən çıxartmışlar, həmion yerdə mühafizəçi yoxdur. Malları anbardan “sovxozxana”ya kimin yükləyib apardığın bilməmişdir. Axırıncı partiyada təqsirləndirilən şəxslərin hər biri iştirak etmişdir. Onlar sovxoz” tərəfə bir yerdə getməmiş, o, gələndə Taleh və ya kimsə qışqırmışdır ki, kimsə gəlir, bu zaman Taleh ferma tərəfə çıxıb getmiş, sonra gedib Binədə görüşmüşlər. 1-ci partiyada Famillə Rəşad iştirak etmiş, onun xəbəri olmamışdır. Rəşad ***-**** manat pul gətirib ona vermişdir. 2-ci partiyada Rəşadın Famillə getdiyini dəqiq bilməmişdir. 3-cü dəfə də Famillə Rəşad getmişlər. 4-cü dəfə isə Rəşad olmadan onlar 4-ü getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, orada ona təzyiq olmuşdur. O, Rəşada ziyanı ödəmək üçün kömək etməsini demiş, Rəşad da onu tanımadığını, ona zəng etməməsini demişdir. Ona görə də Rəşad barədə gizlətdiyi hər şeyi danışmışdır. O Rəşadın kimliyi barədə istintaqa məlumat vermiş, bu barədə vəsatət də vermişlər. Rəşad onlar tutulmamışdan qabaq tutulmuş, lakin buraxılmışdır. Rəşad ziyanı ödəyəcəyinə and içmiş, ona görə də o, hər şeyi boynuna götürmüşdür. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi sürücüsü olmuş, Sehranı tanımış, Sehran vasitəsi ilə Rəşadı, Rəşada görə də Talehi tanımışdır. Rəşad ona zəng vurub mal olduğunu demiş, onu malı daşımaq üçün çağırmışdır. “Donuzxana” deyilən ərazidə qapını açmışlar, o, maşını içəri salmışdır. Onun maşın “Mercedes E-Class” markalı olmuş, ordan malı götürüb gətirib Rəşada vermişlər. Birinci dəfə 192 kq mal olmuş, həmin malı Rəşadın həyətinə aparmışdır. Orada Rəşad malın şəklini çəkmiş və öz bacanağına göndərmişdir. Belə ki, Rəşadın bacanağı usta olduğu üçün belə bir mala ehtiyacı olub-olmadığını soruşmuş, bacanağı ilə danışıb, razılaşmışlar. Həmin gün Rəşad öz maşını ilə irəlidə getmiş, o da Rəşadın arxasınca hərəkət etmişdir. Həmin hadisədən 1-2 həftə keçəndən sonra Rəşad onu yenidən görmüş, yenə həmin maldan gətirmələrini təklif etmişdir. Rəşad özünün də gedəcəyini, malı özünün götürəcəyini, lazım olsa adam və maşın da olduğunu, çox mal gətirə biləcəklərini demişdir. Beləcə yenidən 2-ci dəfə onun maşını ilə gedib mal götürmüşlər. Rəşadın maşını “Mercedes” markalı “4 göz” kimi tanınan modelli maşın olmuş, onun maşını isə “Mercedes E-Class” olmuşdur. 2-ci dəfə də qapını açıb maşınla içəri girmişlər, ərazidə göy qapılı yerdən 300 kq malı 2 maşına yükləyərək aparmışlar. Daha sonra sonuncu dəfə 160-170 kq mal götürmüşlər. Həmin vaxt o, tək olmamış, fəhlə, Taleh və Rəşad da onunla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, “Savalan” qəsəbəsində kirayədə qalır. Sehranla tanışlığı bir müddət əvvəl bir nəfər onun maşınını vurmuş, həmkin şəxs Sehranın dostu olmuş, dostu avtomobillə məsələni Sehrana tapşırmış, pulu Sehrana vermiş, maşının ehtiyyat hissələrini Sehran alıb gətirmiş, bununla da Sehranla münasibətləri yaranmışdır. O, ən əvvəl Sehranı tanımış, Sehran ona daşınmalı mal olduğunu demiş və gedib gətirmələrini təklif etmişdir. Həmin malı Sehranın əvvəl işlədiyi yerdən götürməli olmuşlar. Ona oğurluq edəcəklərini deməmiş, o, malın nə mal olduğunu soruşduqda, Sehran Rəşadın malı olduğunu, Rəşada veriləcəyini demişdir. Onun maşını “E-Class” olmuş, yük avtomobili kimi nəzərdə tutulmasa da, o nə yük olduğunu soruşmuş, Sehran da mis borular, dəmir-metal olduğunu demiş, o da gedib malları götürmüşdür. Bunun müqabilində ona hər partiya üçün 50 manat taksi pulu vermişdir. 1-ci epizodda Sehran ona zəng vurub malı “Dədə Qorqud” qəsəbəsindən götürəcəklərini demiş, ona qanunsuz bir iş olması ilə bağlı heç nə deməmişdir. Birinci dəfə gedəndə Sehranla ikisi getmiş, Rəşadı ondan sonra görmüşdür. Ora gedəndə saat 20:00-21:00 radələri olmuş, maşını həyətə salmışlar. Həmin ərazi məftillə bağlı olmuş, Sehran Rəşadın malı olduğunu, Rəşada çatacağını demişdir. Onlar malın hamısını baqaja yükləyib Rəşadın yanına aparmışlar. Rəşad həmin vaxt Bilgəhdə olmuş, birinci dəfə Rəşadla orda tanış olmuşlar. Sonra da Rəşadla birlikdə gəlmiş, Rəşadın malını “Dədə Qorqud”dan Bilgəhə həyətə gətirmişlər. Rəşad aeroportda işləmiş, aeroportda nə işlədiyini bilməmiş, həm də dəmir-metal işlərinə baxmış, yəni həmin dəmirmetalı satmaqla məşğul olmjuşdur. Onun şəriki Taleh olmuş, yerini Talehə icarəyə qoymuşdur. Bilgəhə gedəndə Rəşadın evinə-həyətinə getmişlər, Rəşad tək olmuş, iş növbəsindən çıxdığını, evdə olduğunu, onların da evinə getmələrini demişdir. Rəşad onlarla arxa-qabaq öz maşını ilə “sovxoz”a Binəyə gəlmiş, Binədə götürdüyü yerə metalları yığmışlar. Ora çatana yaxın Talehə zəng etmiş, Taleh gəlib qapını açmışdır. Dəmir saxlanılan yerin qapısını Taleh açmışdır. Mallara, icarəyə baxmağı Rəşad Talehə tapşırmışdır. O, maşını içəri vermiş, malı boşaltmış, çıxıb getmişdir. Həmin günü ona pul verməmiş, sonra pulu Sehran ona vermişdir. Sehranın orada qazancının nə olduğun bilməmiş, məbləğdən xəbəri olmamışdır. Mal 192 kq çəkidə olmuş, onu orada maşınından düşürtmüş, tərəziyə qoyub çəkmişlər. Mal maşının baqajına yığılmışdır. Rəşadın telefon nömrəsini bilməmiş, onunla telefonla danışmamış, dostlaşmamışdır. 2-ci epizodda Buzovnada olan zaman Rəşad maşınını onun arxasında saxlamış, o, həmişə Buzovna yolunda dayanmış, Rəşad da Bilgəhdə qalmışdır. Rəşad ondan axşam Binəyə “sovxoz”a gəlib-gələ bilməyəcəyini soruşmuş, o da gələ biləcəyini demişdir. O, nə məsələ olduğunu soruşduqda Rəşad gedəndə söhbət edəcəklərini bildirmişdir. O, həmin gün getməmiş, sonra getmiş, ora gedəndə Taleh, Sehran və Rəşad orda olmuşlar. Onlar oraya malı götürməyə 2 maşınla getmişlər. Maşınların ikisi də içəri girmiş, Rəşadın maşını “4 göz”, onun maşını “E-Class” olmuşdur. Birinci onun maşını yüklənmiş, o, çıxmış, sonra Rəşadın maşını yüklənmişdir. Onlar birlikdə oradan çıxıb getmişlər. Həmin gün 300 kiloqram mal aparmışlar. Mal həmin vaxt yenə “donuzçuluq”da olmuş, həmin mallar bağlı olmamış, açıq tövlə kimi bir yer olmuş, mal orada içəridə olmuşdur. Oradan malı götürəndə yenə də orada mal qalmışdır. Onları da axırıncı partiyada gedib götürüb gəlmişdir. 2-ci epizodda dördü birlikdə gedib 300 kiloqram malı götürüb gəlmişlər. Həmin yerin kimin olduğu, kimin satdığı barədə heç bir şey soruşmamış, maraqlanmamışdır. Çünki rahat yer olmuşdur. Ətrafda kameraları olan mağazalar olmuş, qapı rahatlıqla açılmış, maşınların səsi ətrafı bürümüş, yəni şübhəli bir şey olmamışdır. O, hər mal daşımaya görə 50 manat pul almışdır. 3-cü dəfə Elməddinlə birlikdə getmiş, oraya getmək lazım olduğunu ona Rəşad demişdir. Rəşad aeroportda iş növbəsində olmuş, Sehrana zəng edib bu barədə demişdir. Sehran da ona oradan gedib mal götürməli olduğunu demişdir. Sonra ora Elməddinlə getmişdir. Qapı dəmir tordan ibarət olmuş, o, qapını özü açmış və 160-170 kq malı götürmüşlər. O, malların oğurluq olmasını bilməmiş, oğurluq olduğundan şübhələnməmişdir. Orada mühafizəçi olmuş, qapı aralı olmuş, qapı tərəfdə çıxıb gəzmişdir. Maşınla girib gəlmiş, həmin material sellofanın içində mis boru olmuş, mis boruların oğurlanması barədə maraqlanmamış, soruşmamışdır. İstintaq zamanı onu döymüşlər, o, bu barədə “102” xidmətinə şikayət etmiş, döyülməyilə bağlı Surxanı rayon Prokurorluğuna yazılı şikayət etmişdir. Sonuncu dəfə iş istintaqa qaytarılan zaman müstəntiq ona onu çağıra bilmədiyini, ona görə də onun ifadəsini özünün yazıb düzəliş verdiyini, işinin də rayon məhkəməsində olduğunu demişdir. O, buna etiraz etmiş, Rəşadın dindirilməsini tələb etmişdir. Müstəntiq onu çağırmış, ifadəyə düzəliş etdiyini, həmin ifadəni imzalamalı olduğunu, işin məhkəməsinə getdiyini, onu yubatmamasını demişdir. O, latın əlifbasını oxuya bilmir. O, Rəşadla dostlaşmamış, onunla ünsiyyəti olmamışdır. Həmin metalların kimə satılması ilə bağlı onun məlumatı olmamışdır. O, ilk partiyada Rəşadgilə getmiş, sonra Rəşadla arxa-qabaq Talehi götürməyə getmişlər. Bölmədə Rəşadın adını verməyə imkan verməmişlər. O, istintaq zamanı verdiyi heç bir ifadsini, o cümlədən iş məhkəmədən geri qayıdandan sonra verdiyi sonuncu ifadəsini də təsdiq etmir. Rəşad malları daşımasının qarşılığında yalnız sürücü kimi ona 50 manat pul vermişdir. O, malların satılmasında iştirak etməmişdir. Onlar müstəntiqlə birlikdə hadisə yerinə baxmağa gedən zaman müstəntiq onlara olduqları yerdə dayanmalarını və şəkillərini çəkəcəklərini demişdir. O, anbardan içəri girməmiş, nərdivanla daxil olmaqla bağlı məsələlərin hamısını müstəntiq özündən yazmışdır. O, 65 min manat pul görməmiş, həmin pulu götürənin gəlib ziyanı ödəməsini tələb edir. Rəşad dəfələrlə onun qapısına gəlib onun adını çəkməməsini demişdir. Rəşad ona maşını satıb, ziyanı ödəyəcəyini demişdir. O, malların kimə məxsus olduğunu bilməmişdir. O, taksi sürücüsüdür, sifariş verən haranı desə, ora da sürür, malı aparıb boşaldır. 2-ci epizodda Rəşadla birlikdə oraya getmiş, malların götürülməsində, malların maşına yüklənməsində və aparılmasında dördü də iştirak etmişdir. Hər dəfə mallar Rəşad üçün yüklənmiş, pulu da onlara Rəşad vermişdir. 1-ci epizodda Sehranla ikisi iştirak edib, 192 kq mal götürmüş və həmin malı Rəşada vermişlər. Həmin yerdə arxada metal torlu ərazidə 2-3 otaq olmuş, birinin qapısı olmuş, qapısız olan yerdən içəridən malı götürmüşlər. Həmin yerdən maşına yığmışlar. 2-ci epizodda Rəşad, Sehran və o iştirak etmişlər. 2 maşınla 300 kq mal götürmüşlər. Həmin malı Rəşadın dediyi yerə aparmışlar. Həmin malı da yenə həmişəki yerdən götürmüşlər. Binanın içinə girməmişlər. 3-cü epizodda Elməddinlə 160 kiloqram mal götürmüşlər. Sonuncu dəfə isə onların hər biri iştirak etmiş, o, Elməddinlə gedib oradan mal götürəndə Sehran zəng vurub fəhlənin çıxacağını, onu götürməsini, Rəşadın malını götürüb gətirin demişdir. O, Elməddini tanımamış, Sehran ona Elməddinin yola çıxacağını, gedib oradan götürməsini demişdir. Hər 3 epizoda da hər partiyaya görə 50 manat pul almış, ona başqa pul çatmamışdır. Hər partiyada müxtəlif çəkilər olsa da, çəkiyə görə qiymət dəyişməmiş, hər dəfə 50 manat pul almışdır. Götürülən malların çəkisi onun üçün əhəmiyyətli olmasa da, malları maşından boşaldıb tərəziyə qoyub çəkdikləri üçün yadında qalmışdır. Rəşadın şəxsən malların götürülüb maşına yüklənməsində işirak etdiyi epizod olmuşdur. 300 kq malı 2 maşına Rəşad, Sehran, Taleh və o daşımışlar. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sehranla uzaq qohumdur. Sehran ona zəng edib yola çıxmasını, bir yerdə yük olduğunu, yükü maşına yükləməli olduğunu, özünün başqa bir yerdə olduğunu, gedə bilmədiyini bildirmiş, onun əvəzindən getməsini demişdir. O da fəhlə olduğundan Sehranın dediyi kimi yola çıxmış, Famillə Taleh maşında olmuş, o, Sehrandan başqa heç birini tanımamışdır. Onlar içəri girmiş, balaca otaq kimi bir yer olmuş, oraya girib baxmışlar. Orada mal olmamış, onunla gələn şəxslərdən biri Sehrana zəng edib mal olmadığını demişdir. O, Rəşadı tanımamış və görməmişdir. Onlar getmək istəyən zaman Sehran zəng vurub orada qalmalarını, özünün gəldiyini demişdir. O, Famil və Taleh üçü bir otaqda gözləmişlər. Daha sonra Sehran gələndə başqa bir şəxsin gəldiyini düşünüb qaçmağa başlamışlar. Famillə ikisi başqa yerə arxa tərəfdən yola qaçmış, Taleh də digər tərəfə qaçmışdır. Sonra Sehran gəlib onlara da gəlmələrini demiş, Famillə ikisi gəlmiş, Sehran, Famil və o üçü getmişlər. Famil maşını ora sürmüş, örtülü yerdə mis borular olmuş, həmin boruları maşına yükləyib çıxıb getmişlər. Gedən zaman onu yolda düşürtmüşlər. O, yalnız bir epizodda iştirak etmişdir. Maşına mal yüklənən vaxtı Taleh orada olmamışdır. Sehran gələndən sonra talaşların altından boruları çıxartmış, o, boruların çəkisinin nə qədər olduğunu bilməmiş, Famil, Sehran və o maşına yükləmişlər. Onu yolda evə düşürdüb, çıxıb getmişlər. Hadisədən 1-2 gün keçəndən sonra Sehran ona zəng etmiş, kafedə oturmuşlar, çay içəndə ona 250 manat pul vermişdir. O da çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Sehranın köməyə ehtiyacları olduğunu dediyi üçün getmiş, o, oğurluğa gedəcəklərini bilməmişdir. O, oraya gedən zaman içkili vəziyyətdə olmuşdur. O, fəhlədir, fəhləliklə günə 20-30 manat pul qazanmışdır. Sehran malı yükləməyin qarşılığında ona nə qədər pul veriləcəyini deməmiş, dəmir-metalları maşına yükləyəcəklərini demişdir. Getdikləri yer sexin arxasında balaca bir otaq olmuş, balaca qapısı olmuş, onu açıb girmişlər. O, kiminsə nərdivanla çıxıb şiferi açdığını görməmişdir. Orada nə qədər mal olduğunu bilməmiş, mallar bağlı paketdə olmuş, malın sayını bilməmişdir. Malları maşına yükləmək 3 nəfər üçün 15 dəqiqə vaxt aparmışdır. Famil, Taleh və o, üçü Familin maşını ilə getmiş, Sehran gələndə kiminsə gəldiyini düşünüb hamısı qaçmış, sonra Sehran zəng vurub gələnin özü olduğunu, geri qayıtmalarını demişdir. Onlar da qayıdıb gəlmişlər. Qaçmaqlarının səbəbi axşam saat 20- 21 radələri olması olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, o, yazıboxumağı bacarmır. İfadəsini oxumadan imzalamışdır. O, nə nərdivani, nə də anbara girişi görməmiş, belə bir prosesdə iştirak etməmişdir. Getdikləri yer açıqlıq bir yer olmuş, köhnə bir qapısı olmuşdur. Mis boruları həmin yerə kimin yığdığını bilməmişdir. Sehranın oraya nə ilə gəldiyini bilmir, o, Sehranı piyada görmüş, ordan qaçmış, qaçan ərəfədə Talehin hara getdiyindən içkili olduğuna görə xəbəri olmamışdır. Mallar talaşların altında olmuş, o, mallarla bağlı heç kimə heç bir sual verməmişdir. Həmin ərazi bayırdan metal torla əhatələnmiş, qaranlıq olduğuna görə mühafizə olunub-olunmamasını bilməmişdir. O, malların oğurluq olduğunu bilməmişdir. O, heç kimdən niyə qaçmalarını soruşmamışdır. 250 manatı Sehran hadisədən 1-2 gün sonra vermişdir. Ona nəyə görə bu qədər pul verməsinin səbəbini Sehrandan soruşmamışdır. O, Famillə bir istiqamətdə getmiş, Taleh isə başqa istiqamətə getmişdir. Famillə bir istiqamətdə həmin qapıdan bayıra çıxmış, qapıdan çıxan kimi yola çıxmış, yola çıxandan 2-3 dəqiqə keçmiş Sehran zəng edib onları geri çağırmışdır. O, Talehin hara getdiyini bilməmişdir. Onlar qayıtmış, Taleh uzaqlaşdığını qayıda bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən 5-6 ay əvvəl Rəşad və Sehranla tanış olmuş, Sehran kondisoner ustası olmuş və hündür binalarda iş görmək üçün ondan tez-tez nərdivan və digər qurğular icarəyə götürmüşdür. Rəşad da onunla eyni işlə məşğul olmuş, dəmir ayaqaltılar istehsal etmiş, lakin heç vaxt əlvan metal almamışdır. Sehran öz işindən tez-tez özünə aid olmayan boruları gətirmiş, o da satın almışdır. Sehranın gətirdiyi ona lazım olmayan malları Rəşad bir neçə dəfə qəbul etmişdir. Sehran gəlib-getmiş, son zamanlar bütün alverləri Rəşadla olmuşdur. Bir gün Rəşad ona zəng edib Sehranın mis gətirdiyini, bacanağının bu işlə məşğul olduğunu, 8 manata malı alıb-almayacağını soruşmuşdur. O bacanağı Vüsala zəng etmiş, Vüsal da kilosunu 7 manata qəbul etdiyini demişdir. Rəşad da malı Sehrandan 7.5 manata aldığını, heç olmasa xərclədiyi pulu geri qazanmasını demişdir. Vüsal da mis və əlvan qəbul edən gəlib mal alanda gətirib malını satmasını, ona xeyir lazım olmadığını demişdir. Sahə rəisi ilə münasibəti pis olduğuna görə evdən bayıra çox çıxmamışdır. Rəşad ona açarların üzərində olmadığını və onun gətirməsini demişdir. O, taksi çağırmış, obyektin qapısını açmış, içəri girib qapını bağlamışdır. Sehran və Famil baqajdan sellofan paketlərdə yumru dairəli, fərqli ölçülü misləri boşaltmışlar, mislər əzilib, paslanmışdır. Həmin mislərin 191 kiloqram çəkisi olmuşdur. Rəşadın bacanağı, qardaşı soyuducu sistemləri ilə məşğul olduğu üçün Sehrana malların kilosunu 14 manata ala biləcəyini demişdir. 1 həftə sonra eyni hal yenə təkrarlanmışdır. Bu dəfə o, Rəşadla sexdə Quba maşınına yük yükləmiş, Sehran, Famil və Gündüz gəlmiş, eyni çəki və həmin mal olmuşdur. O, malın elanını “tap.az” saytına yerləşdirmişdir. Həmin malı cəmi bir nəfərə göstərmiş, həmin müştəri də baxıb malın yararsız olduğunu, malı müəyyən hissələrə bölsələr gəlib yararlı yerlərini götürə biləcəklərini bildirmişlər. Digər müştərilərdən gələn zənglərə Rəşad cavab vermişdir. Bir gün kafedə oturub yemək yeyəndə Rəşad Sehranın mal gətirəcəyini demişdir. Sehran əslində belə mis gətirməyin marağında olmamışdır. Onlar Sehranın obyektinə getmiş, malları maşınlara yükləyib obyektə gətirmişlər. Sonra hərə öz evinə getmişdir. 1-ci hissədə ***-**** manat pul söhbəti olmuşdur. Fevral ayında Rəşad Sehranın mal gətirəcəyini demişdir. Həmin mal 400 kiloqramdan bir az az olmuş, həmin malı da Vüsala satmışlar. O, malın kilosunu 7,5 manatdan hesablamışdır. Malın 370 kq olmağını Rəşad demişdir. 10 gündən sonra Sehran yenidən mal gətirməli olmuş, o, Famil və Elməddini qapıdan götürmüş, o, Elməddin və Sehran maşında olmuşlar. Yolda Elməddin ilə bir birilərinə nömrələrini vermişlər. Əraziyə çatanda həmin mallardan qapının ağzında 1 qutu olduğunu görmüşdür. O, Rəşada zəng etmiş, lakin Rəşad telefonu açmamışdır. Malların oğurlandığını, polislər gəldi deyə qışqırmışlar və o ərazidən uzaqlaşmış, dayanmadan ona zəng etmişlər. Sehran ona zəng edəndə Rəşadın yeri düz demədiyini bildirmiş, sonradan Sehran maşınla gəlmiş, o, Sehrana tərəf gəlmək istəmiş, amma sonra taksiyə oturub getmişdir. Mal Familin maşınından Rəşadın maşınına boşaldılmışdır. O, səhər tezdən sahə rəisinə yaxınlaşmış və hadisənin belə olduğunu demişdir. Rəşada 102-ə məlumat verdiyini demişdir. Bu məlumatı dediyinə görə sahə rəisi onu 3-cü PB-nin rəisinin yanına aparmış, sonra da onu buraxmışlar. Polis əməkdaşı Rəşada zəng etmiş və şikayət etmədiyini demişdir. Barəsində hökm çıxmış, ona 2 il şərti sınaq müddəti ilə cəza verilmişdir. O, əvvəlcə Vüsala şikayət etdiyini demiş, Vüsal da onunla mübahisə etmiş və münasibətləri korlanmışdır. Bundan sonra 2020-ci il fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 yanına gələrək işlətdiyi sexdən yenə də mis borular vermək istədiyini demiş, o da Sehrana yalnız mis boruları haradan və necə götürülməsini gözü ilə gördüyü halda ala biləcəyini demişdir. Sehran onunla razılaşmış, bundan sonra həmin ərəfələrdə axşam çağı Sehranla Famil onu Binə qəsəbəsindən götürüb Familin idarə etdiyi «Mercedes Benz 124» markalı avtomobillə Suraxanı rayonu “Dədə Qorqud” massivinə aparmışlar. Oraya çatandan sonra Famil avtomobili böyük bir obyektin arxasında saxlamış, həmin böyük obyektin arxa divarına bitişik olan göy rəngli dəmir qapısı olan anbar olmuş və anbarın qarşısına mis borular yığılmışdır. Sehran mis boruların istifadəyə yararsız olduğu üçün özü sexdən çölə çıxardıb yığdığını demiş, o da Sehrana inanmış və mis boruları Familin avtomobilinin yük yerinə yığmışlar. Çölə yığılmış mis borular avtomobilin yük yerini tamam doldurduqdan sonra oradan çıxıb Binə qəsəbəsinə getmişlər və mis boruları işlətdiyi sexə boşaltmışlar. Həmin mis boruları çəkmiş və çəkisinin təxminən 300 kiloqram olmasını müəyyən etmişlər. Özündə nəğd pul olmadığına görə Sehrangilə misin pulunu sonra verə biləcəyini demişdir. Həmin mis boruları mis alveri ilə məşğul olan tanımadığı şəxslərə satdıqdan sonra kilosu 7 manat 50 qəpik olmaqla Sehran ilə Familin pulunu vermişdir. Bundan təxminən 5-6 gün sonra Sehran zəng edib, daha sonra da sexə gəlib malın son partiyasının sexdə qaldığını və gedib götürmək lazım olduğunu demişdir. Bu dəfə Sehran «BMW» markalı avtomobili idarə etmişdir. Onunla yola düşmək istəyəndə Sehran baqajda yer olmadığını demiş, buna görə də oraya Famillə getməyi təklif etmişdir. Sehran zəng edib Famili çağırmış və sonuncunun avtomobili ilə Suraxanı rayonu Dədə Qorqud massivinə yola düşmüşlər. Lakin təzəcə hərəkətə başlayan zaman Sehrana zəng gəlmiş və danışdıqdan sonra bacısının vəziyyətinin pis olduğunu deyərək getməli olmasını bildirmişdir. Sehran zəng edərək əvvəllər tanımadığı Elməddin adlı işçisini sexi açmaq və malı təhvil vermək üçün çağırmışdır. X9 qəsəbəsində dəmiryol stansiyasına çatmamış götürmüşlər. Bundan sonra Sehranı qaytarıb avtomobili saxladığı yerdə düşürmüşlər və üçü bir yerdə Sehranın dediyi sexə getmişlər. Elməddin maşına minəndə onun hədsiz sərxoş olmasını görmüşlər. Onlar saat 21 radələrində “Dədə Qorqud” massivində yerləşən həmin anbarlara çatmış, əvvəl də mis boruları götürdükləri sexin qabağına gedəndə orada mal olmadığını görmüş, bundan sonra Elməddin ilə Familin nərdivan tapıb anbarın damına dırmaşdıqlarını görüncə mis boruları oğurlamaq istəmələrini başa düşmüşdür. Həmin oğurluqda iştirak etmək istəmədiyindən oradan qaçmış və Tosif adlı tanıdığı taksi sürücüsünü çağırmışdır ki, gəlib onu aparsın. Tosif gələndən sonra onunla çıxıb getmiş, Famillə Elməddin isə hadisə yerində qalmışlar. Binə qəsəbəsinə çatana yaxın Sehranla Famil ona çatmış və malı götürdüklərini deyib tez-tələsik təhvil almasını istəmişlər. O, malın oğurluq olmasını bilərək götürməkdən imtina etmiş, lakin Sehranla Famil çox təkid etmiş və əgər malı almasa onları polisə satacağından şübhələnmişdir. Buna görə də məcbur olaraq Sehran, Famil və Elməddinin oğurladıqları mis boruları almış və sexdə çəkərək çəkisinin təxminən 370 kiloqram olmasını müəyyən etmişdir. Misin pulunu isə onlara sonradan vermişdir. Həmin mis boruların oğurluq yolu ilə əldə edilməsini bilsə də oğurluqda iştirak etməkdən boyun qaçırdığından mis boruları əldə etməyi onlara qabaqcadan vəd etməmişdir. Mis boruları onlardan alandan sonra bir hissəsini tanımadığı şəxslərə satmış və bir hissəsini də Rəşad Quluyevə vermişdir. Lakin sonuncu dəfə Rəşad Quluyevə mis boruları verərkən ona demişdir ki, mis boruları Sehran, Famil və Elməddin anbardan oğurlayıblar, buna baxmayaraq Rəşad Quluyev təxminən 100-150 kq mis borunu ondan almışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə həmin yerə Famil, Sehran, Rəşad və o getmişlər. Qapı açılmış, otaqdan sellofanı çıxardıb baqaja qoyub getmişlər. Oradakı mallar təzə olmuş, oradan 370 kiloqram mal çıxmış, mis alverində heç kimlə ortaq olmamış, misi bundan qabaq da Sehran gətirmiş, o da Vüsala göndərmişdir. İkinci dəfə Sehran Rəşada zəng etmiş, ondan elektron tərəzi götürməli olmuş, birinci dəfə qıfıl olmuş, ikinci dəfə qıfıl olmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 öz izahatında göstərmişdir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər şirkətin anbarına qanunsuz daxil olmaqla dəyəri 65.000 manat olan müxtəlif diametrli mis boruları talamışlar. Şirkətə vurulmuş zərər hal-hazıradək ödənilməmişdir. Bundan başqa məhkəməyə təqdim etdikləri mülki iddianı müdafiə edərək təqsirləndirilən şəxslərdən müştərək qaydada 75550 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs İKK-a qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 gecə saatlarında ona zəng edərək beton yolda qaldığını demiş və gəlib götürməsini xahiş etmişdir. O, Talehi yoldan götürəndən sonra Binəyə gətirmişdir. O, Talehin telefonda “oğurluq maldır, mən götürmürəm” dediyini eşitmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Talehi götürən zaman o, telefonla danışmış, Taleh metal işləri ilə məşğul olmuş, Talehi zeytunluq adlanan yerdən götürmüş, Talehin kimlə danışdığı barədə məlumatı olmamış, həmin gün Taleh aqressiv olmuş, yol boyu Talehlə danışıb-danışmadıqlarını, danışsalar da nə danışdıqlarını xatırlamır. O, Talehi üzü şəhər istiqamətində, beton yolda gözləmişdir. Taleh həmişəki geyimində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, sözügedən şirkətdə anbarda işləmiş, səhər işə gələndə damın açıq olduğunu, əraziyə baxış keçirəndə mis qutularının boş olduğunu görmüş və bu barədə şirkətin hüquqşünasına məlumat vermişdir. Anbarda təhvil-təslim keçirilmiş, yoxlama ilin əvvəlində aparılmışdır. Qutular qalın karton qutulardır. Anbarda nə qədər misin çatışmadığı sənədlər əsasında müəyyən edilmişdir. Anbarın qapıları axşam qıfıllanmış və çöldə 1 nəfər mühafizəçi olmuş, anbarın ərazisi çox böyük olduğuna görə mühafizənin hər yeri görə bilməsi mümkün olmamışdır. Dam açıq olduğuna görə anbara damdan daxil olduqları məlum olmuşdur. Onlar bütün lazımi sənədləri istintaqa təhvil vermişlər. Anbar çox böyük olduğuna görə orada olan malları hər gün saymaq mümkün olmamışdır. Oğurluq hadisəsi olmasını səhər saat 09:30-da aşkar etmişdir. Anbarın hündürlüyü 9 metr olmuşdur. O, əraziyə baxış keçirəndə boş qutuları görmüşdür. Anbar bağlanandan sonra mühafizəçiyə təhvil verilmişdir. Yoxlamalarda çəkilər hesablanmış, ondan başqa anbara kiminsə giriş səlahiyyəti olmamış, açarlar onda olmuş, anbarda video kamera əvvəllər olmamış, hadisədən sonra quraşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından 4-5 ay əvvəl "xxxx" Mühafizə Şirkətində mühafizəçi kimi işə başlamışdır. Həmin şirkətlə müqavilə əsasında Zərərçəkmiş şəxs ŞİKŞ- yə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən anbarları mühafizə etmişdir. Anbarların mühafizəsi ikili növbətçilik əsasında, yəni saat 09:00-dan, səhər saat 09:00-a kimi təşkil edilmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 09:00-da anbarın mühafizəsini digər mühafizəçidən təhvil götürmüş və səhərə kimi ərazinin giriş darvazasının yanında olan gözətçi otağında olmaqla və hərdən bir də ərazidə gəzişməklə mühafizəni həyata keçirmişdir. Anbarların açarları isə mühafizəçilərə verilməmişdir və plomlanaraq anbardarın özündə olmuşdur. Həmin gecə şübhəli bir hal baş verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində anbardar Ümman gəlib 1-ci anbara girəndən sonra məlum olmuşdur ki, naməlum şəxslər anbarın arxa tərəfindən dama dırmaşıb şiferi çıxartmaqla anbara düşüb 127 qutu mis boruları oğurlamışlar. Anbarın arxa tərəfi isə onun mühafizə obyektinə daxil olmadığından bu barədə məlumatı olmamışdır. (cild İİ, i.v. 25-27) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Zərərçəkmiş şəxs ŞİKŞ-də aparılmış müstəqil auditor araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ŞİKŞ tərəfindən təqdim olunmuş məlumatlara əsasən şirkətin anbarında çatışmazlıq kimi qeyd edilən mal- materialın dəyəri 65000,00 (altmış beş min) AZN təşkil etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixinə anbarda olan mis boruların qalıqlarında əksiklik aşkar olunmuşdur; mis boru 10 q/d-981,62 kq; mis boru 12 q/d- 652,72 kq; mis boru 16 q/d-625,9 kq; mis boru 19 q/d-1319,81 kq; mis boru 6 q/d-872 kq. Ümumi 4452,05 kq-65.000 Azn. (cild İİ, i.v. 235-250) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verdiyi 15 aprel 2020-ci il tarixli, 9/779 nömrəli rəyindən görünür ki, «Respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında mövcud olan qiymətlərdən, Mərkəzdə olan məlumatlardan və eləcə də Zərərçəkmiş şəxs ŞİKŞ-nin tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan istifadə etməklə qərarda göstərilən 1 kq mis borunun 2020-ci ilin yanvar və fevral aylarına olan orta bazar qiyməti 14,60 manat, 4452,05 kq mis boru 65000,0 manat müəyyən olunur. (cild İİ, i.v. 5-7) - xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs ŞİKŞ-nin anbarından oğurlanmış mis borulardan 9 topu sellofanlara bükülmüş vəziyyətdə X3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Qağayı» düşərgəsində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək protokol tərtib edilməklə götürülmüş və istintaqa təqdim edilmişdir. Aşkar edilərək götürülmüş həmin 9 top mis borular istintaq zamanı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmədə maddi sübutun taleyinə aydınlıq gətirilənə kimi "Əliyev və K” ŞİKŞ-nə təhvil verilməsi nəzərə alınmışdır. (cild İ, i.v. 133, cild İİ, i/v: 222-223) - Hadisə yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ŞİKŞ-yə məxsus olan anbarlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivində yerləşməklə Hövsan-Əmircan yolundan (Atamoğlan Rzayev küç) körpüyə çatdıqda içəriyə tərəf təxminən 200 metr məsafədə yerləşir. Şirkətin anbarları şimal tərəfdən Hövsan qəsəbəsi, Çöllük küçəsi, cənub tərəfdən Suraxanı rayonu Bahar qəsəbəsi, şərq tərəfdən Zığ-Aeraport yolunun 6-cı km. ilə həmsərhəddir. Anbarların arxa tərəfi fermanın ərazisidir və dəmir barmaqlıqlı hündür olmayan qapısı olmaqla, setka sədd ilə yoldan ayrılır. Anbarların arxa tərəfinə keçib əraziyə baxış keçirdərkən bir-birinə ip və məftil ilə bağlanmış taxta nərdivan aşkar edilmişdir. Baxışda iştirak edən şirkətin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, oğurluq faktını aşkar etdikləri gün həmin taxta nərdivan anbarın arxasında yerə atılmış vəziyyətdə olmuşdur. Müəyyən edilmişdir ki, taxta nərdivanın əvvəlki vəziyyətdə uzunluğu 2 metr 30 sm olmaqla, artırma nərdivanla birlikdə uzunluğu 3 metr 90 sm-dir. Anbarların arxa tərəfinə bitişik olan başqa anbar kimi tikililər də olmuşdur. Həmin əsas anbara bitişik olan anbarların yerdən hündürlüyünün 2 metr 93 sm. olması müəyyən edilmiş və o da müəyyən edilmişdir ki, həmin anbarların üstündən də əsas anbarın damına çıxmaq fiziki cəhətdən mümkündür. Bundan sonra anbarların olduğu əraziyə qabaq tərəfdən, yəni girişdən daxil olunmuş, ərazinin giriş qapısı böyük dəmir dərvaza olmaqla, qapıya nəzarəti mühafizəçi həyata keçirmişdir. 1-ci anbara daxil olub sağ tərəfə hərəkət etdikdə müəyyən edilmişdir ki, divarın sol küncündən kirəmitlər sıra ilə divar boyunca dama doğru yığılmışdır. Kirəmitlərin yığıldığı divarın küncündən anbarın damına baxdıqda müşahidə olunur ki, damın dəmir lövhədən ibarət olan örtüyü yerindən aralanmış vəziyyətdə qalmışdır. Anbarın yerindən dama qədər olan məsafə ölçülmüş və 7 (yeddi) metr hündürlükdə olması müəyyən edilmişdir. Kirəmitlərin qurtardığı hündürlükdən dama qədər məsafənin isə 2 metr 90 sm. olmasını müəyyən edilmişdir. Beləliklə də, həmin taxta nərdivana artırma etməklə anbarın arxa tərəfindən dama qalxmaqla, dəmir şiferi çıxardıb nərdivanı içəri sallayaraq divara yığılmış krəmitlərin üstünə qoyub anbara düşmək və mis boruları oğurlamağın mümkün olduğu qənaətinə gəlinmişdir. Baxış zamanı aşkar edilmiş həmin 3 metr 90 sm uzunluğunda olan taxta nərdivan maddi sübut qismində tanınaraq götürülmüşdür. (cild İİ, i.v. 69-76) - “İstintaq eksperimentinin keçirilməsi haqqında” 12 iyun 2021-ci il tarixli protokoldan görünür ki, «MERCEDES BENS 124» markalı avtomobilin yük yeri dolana qədər 6-lıq, 8lik, 10-luq və 12-li mis borular yığıldıqdan sonra misin ümumi çəkisinin 255,70 kq. olması müəyyən edilmiş və bu barədə protokol tərtib edərək fotoşəkillər çəkilməklə cinayət işinə əlavə edilmişdir. (cild İİ, i.v. 182-185) - “Texniki rabitə vasitələrindən götürülən məlumatlara baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, texniki rabitə vasitələrindən götürülən məlumatların saxlanıldığı «CD» diskə kompüterdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar ayrı-ayrılıqda, zənglərin statistikası, SMS məzmun, yerdəyişmə və məxsusluq fayllarında saxlanılır. Zənglərin statistikası və məxsusluq faylına baxış zamanı X1 adına olan ***-***-**-** nömrəsi xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək yalnız Biləsuvar rayonu Amankənd kəndi ərazisində aktiv olması müəyyən edilmişdir. Zənglərin statistikası, yerdəyişmə və məxsusluq fayllarına baxış zamanı X4 adına olan və faktiki Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəsi xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu Bahar qəsəbəsi (hadisənin baş verdiyi ərazi) ərazisində olması müəyyən edilmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə saat 19 radələrindən saat 24 radələrinə kimi Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 44 A və Bahar qəsəbəsi, yəni oğurluq olan anbarın yerləşdiyi ərazidə olması müəyyən edilir. Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** nömrəsinin ərazi yerdəyişməsi faylına baxış keçirdərkən müəyyən edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oğurluq hadisəsi olan ərazidə, yəni Dədə Qorqud massivində olmuşdur. Telefon danışıqlarına dair məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə kontakda olan ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs1 adınadır. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında telefon əlaqəsi xx.xx.2020-ci il tarixdə saat 16:33-də başlayarkən onların ərazi yerdəyişməsi Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozu, Binə qəsəbəsi, Abşeron KTMİM ərazisində olmuşdur. Məhz həmin tarixdə saat 18:03-də Təqsirləndirilən şəxs3 cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurması, hər ikisinin Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ağamoğlan Rzayev küçəsi 12N ərazi (Zərərçəkmiş şəxs ŞİKŞ-yə məxsus anbarların yerləşdiyi ərazi) yerdəyişməsində olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında saat 19:41 radələrinə kimi bir neçə dəfə zəngləşmə olmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə saat 20:38-dən başlayaraq Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında telefon zəngləşmələri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 44 A (Zərərçəkmiş şəxs ŞİKŞ-yə məxsus anbarların yerləşdiyi ərazi) yerdəyişməsi üzrə müşahidə edilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə, saat 20:40-da Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs4 arasında telefon zəngləşməsi ünvan 3 ünvanda (Zərərçəkmiş şəxs ŞİKŞ-yə məxsus anbarların yerləşdiyi ərazi) ərazi yerdəyişməsi üzrə müşahidə edilmişdir. Daha sonra qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs4 arasında bir neçə dəfə telefon əlaqəsi olduğu və bu zənglər saat 21-23 radələrində baş tutmaqla yuxarıda göstərilən ərazidə, yəni «(Zərərçəkmiş şəxs ŞİKŞ-yə məxsus anbarların yerləşdiyi ərazidə müəyyən edilmişdir. Eyni vaxtda və eyni ərazi yerdəyişməsi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında da çoxsaylı telefon zəngləşmələrinin olması baxış zamanı müəyyən edilmişdir. (cild İİ, i/v 130-131) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin özünü qismən təqsirli bilib, götürdükləri malların oğurluq olmasından xəbərsiz olmalarını, yalnız həmin malların daşınmasında iştirak etdikləri üçün xırda məbləğdə pul qazandıqlarını, malları əsas oğurlayan şəxsin X6 olduğunu bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrini təhlil etdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə oğurluq hadisəsinin tamamən Rəşad Quliyev tərəfindən idarə edilməsi, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 tərəfindən təşkil olunması məzmununda ifadələr vermişlər. Həmçinin Təqsirləndirilən şəxs3 getdikləri ərazidə nərdivan və ya kiminsə dama çıxmasını görmədiyini, Təqsirləndirilən şəxs4 isə digər təqsirləndirilən şəxslərin dama çıxdıqlarını gördüyü anda oğurluq etdiklərini anladığını və ərazidə uşaqlaşdığını bildirmişdir. Digər təqsirləndirilən şəxslər də həmçinin oğurluq niyyəti ilə əraziyə getmədiklərini bildirsələr də, sonuncu epizod zamanı Təqsirləndirilən şəxs1 onlardan sonra əraziyə gələn zaman başqa bir şəxsin gəldiyini zənn edib oradan qaçdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ifadəsi bir-biri ilə kəskin ziddiyyət daşımaqla, hər biri bu ifadələrlə özünün təqsirsiz olmasını sübuta yetirməyə çalışmışdır. Yuxarıda qeyd olunanların hər birini məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində qeyrisəmimi olmuş, baş vermiş hadisənin hər bir mərhələsi barədə yalan ifadələr vermiş, əksinə ibtidai istintaq zamanı isə hadisənin baş vermə ardıcıllığı və törədilmə üsul və mexanizmi barədə bir-biri ilə uzlaşan ətraflı ifadələr vermişlər. Məhkəmə cinayət hadisəsinin Rəşad Quliyev tərəfindən törədilməsi haqqında təqsirləndirilən şəxsləri ifadələri ilə bağlı qeyd edir ki, X6 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və o, öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 təxminən 4 il olar ki tanıyır, onunla dostluq münasibətləri olmuşdur. Taleh Binə qəsəbəsində əlvan metal qəbulu obyektini işlətmişdir. Təxminən 2020-ci ilin yanvar ayının axırlarında Taleh bildirmişdir ki, soyuducunun mis materialdan olan xammalını almışdır və gələcəkdə misin qiymətinin qalxmasını nəzərə alıb qazanc əldə etmək üçün həmin mis xammalı götürməyi təklif etmişdir. Talehlə razılaşıb misin kilosu 7 manat 50 qəpikdən olmaqla təxminən 150 kq soyuducunun mis xammalını sellofana bükülmüş vəziyyətdə 1.150 manata almışdır. Həmin mis boruları yaşadığı evin həyətyanı sahəsində saxlamışdır. Təxminən 15 gündən sonra Taleh zəng edərək yenə də həmin mis borulardan olmasını demiş, lakin bu dəfə mis boruların oğurluq yolu ilə əldə edilməsini bildirmişdir. Talehə oğurluq mal istəmədiyini demiş, ona satmış olduğu misin də oğurluq olub-olmamasını soruşmuşdur. Taleh əvvəlki malın oğurluq olmadığını, hazırda təklif etdiyi malın isə oğurluq olmasını demişdir. Həmin mis boruları Talehdən götürmüşdür. Bundan sonra polislər yaşadığı evə gəlmişlər və Talehdən aldığı ümumilikdə 9 ədəd sellofana bükülmüş mis boruları polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 guya oğurluqda onlarla birlikdə iştirak etməsi barədə ifadələri yalandır və ona qarşı qərəzli xarakter daşıyır. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan vaxt Sehran və Taleh ondan tələb etmişlər ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş külli miqdarda ziyanı ödəməyi öz üzərinə götürsün ki, onlara ağır cəza verilməsin. Taleh ilə Sehran onunla bağlı öz «məhkəmələrini» qurmuşlar və ittiham edərək demişlər ki, baxmayaraq ki, mis boruların alınmasında iştirakı vardır, yenə də iştirakı sayılır və ziyanı ödəməlidir. Özlərinin isə ziyanı ödəməyə imkanları olmamasını demişlər. O, belə bir hərəkət etməyinə səbəb olmadığını, yəni heç bir oğurluq etmədiyi halda nə üçün külli miqdarda ziyan ödəməli olmasını onlara demişdir. Buna görə də aralarında qızğın mübahisə yaranmışdır. Mübahisələri aylarla davam etmişdir. Sehran və Taleh ona demişlər ki, əgər ziyanın ödənməsində kömək etməsə, daha doğrusu bütün ziyanı öz öhdəsinə götürməsə oğurluqda iştirakçılıqla bağlı ifadə verərkən yalandan da olsa onun adını qeyd edəcəklər və çalışacaqlar ki, onu məsuliyyətə cəlb etdirsinlər. Əsil həqiqətdə isə heç vaxt mis oğurluğu etməmişdir və oğurluqda kiməsə köməklik göstərməmişdir. (cild İV, i/v.42-43) Bununla da təqsirləndirilən şəxslərin ifadələri öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən oğurluq cinayətini törətmələri ibtidai istintaq zamanı toplanmış sübutlarla yanaşı məhkəmə istintaq zamanı dindirilmiş şəxslərin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, ekspert rəyi və maddi sübutlarla bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, baxış keçirilməsi haqqında protokolları, üzləşdirmə və dindirmə protokollarını, ekspertizanın rəylərini və maddi sübutları sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxslrə elan edilmiş ittihamı tam təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar hər biri həmin maddələrlə təqsirli bilinərək onlara ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməl başa çatmış cinayətdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 06 oktyabr 2003-cü il tarixli 191-2003-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və həmin Məcəllənin 333.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 06 oktyabr 2003-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild 2 i/v 30-33) Abşeron rayon Məhkəməsinin 01 aprel 2014-cü il tarixli 1(012)-83/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətində azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 25 avqust 2013cü il tarixdən hesablanması qərara alınmışdır. (cild 2 i/v 34-50) - Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 1(101)-203/2021 saylı hömündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 avqust 2019-cu il tarixdən 03 avqust 2019-cu il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ümumi cəza müddətinə hesablanaraq onu çıxılmaqla üzərində 04 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasə saxlanılməş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzası şərti məhkumetmə sayılmaqla 02 il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilimişdir. (cild İİ, i/v: 16) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v: 17) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən azad olunmuşdur. (cild İİ i/v 61) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 333.4, 66.3 və 70-ci maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. (cild 2 İ/v 63) - Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqələrinin surəti və məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladı, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladı, Təqsirləndirilən şəxs4 himayəsində 3 aşyaşlı övladı var. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı, Təqsirləndirilən şəxs4 himayəsində 3 azyaşlı övladının olmasını onların cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulduğu qaydada azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə verilmiş ittihamdan da görünür ki, zərərçəkmiş şəxsə oğurluq cinayəti nəticəsində 65.000 (altmış beş min) manat məbləğində ümumi ziyan dəymişdir, həmin dəymiş hazırkı vaxta kimi ödənilməmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 75.550 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığını müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsin 65.000 manat məbləğində əmlakı oğurluq yolu ilə ələ keçirilmişdir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsidə vurulmuş ziyanla bağlı hissədə ümumilikdə 65.000 (altmış beş min) manat məbləğində təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 20 mart 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs4 21 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 54; 78; 97; 124), Suraxanı rayon prokurorunun 22 mart 2020-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmiş və onlar MSY-dən həmin tarixdə azad edilmişlər. (cild İ, i/v: 186-187; 197-198) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti təqsirləndirilən şəxslərə təyin edilmiş cəzadan çıxılmaqla, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- xx.xx.2020-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən X3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Qağayı» düşərgəsində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 9 ədəd sellofanlara bükülmüş mis boruların Zərərçəkmiş şəxs ŞİKŞ-nə təhvil verilməsi, həmçinin hadisə yerindən aşkar olunmuş 01 ədəd taxta nərdivanın Zərərçəkmiş şəxs ŞİKŞ-ın Suraxanı rayonu, Dədə Qorqud qəs, 44 A ünvanda yerləşən anbarda saxlanması nəzərə alınmalı, CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslərin xüsusi müsadirə olunmalı əmlakları müəyyən edilmədiyindən onların barəsindıə xüsusi müsadirə tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 mart 2020-ci il tarixdən 22 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 mart 2020-ci il tarixdən 22 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 20 mart 2020-ci il tarixdən 22 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 21 mart 2020-ci il tarixdən 22 mart 2020-ci il tarixədək tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 21 mart 2020-ci il tarixdən 22 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut- xx.xx.2020-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən X3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Qağayı» düşərgəsində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 9 ədəd sellofanlara bükülmüş mis boruların Zərərçəkmiş şəxs ŞİKŞ-nə təhvil verilməsi, həmçinin hadisə yerindən aşkar olunmuş 01 ədəd taxta nərdivanın Zərərçəkmiş şəxs ŞİKŞ-ın Suraxanı rayonu, Dədə Qorqud qəs, 44 A ünvanda yerləşən anbarda saxlanması nəzərə alınsın, CD disklər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 65.000 (altmış beş min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ŞİKŞ-yə ödənilsin. İş üzrə məhkəmə xərci - 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar