Məhkəmə qərarları › İş №1(101)-820/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-820/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-820/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 182.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində və sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində işlədiyi, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Rahat” marketlər şəbəkəsinin Bakı- Şamaxı yolunun 16-cı kilometrliliyinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvansız ərazisində yerləşən mağazasının anbarının qapısını mağaza müdiriyyətinin otağından gizli şəkildə götürdüyü açarla açıb qanunsuz daxil olaraq, anbardan 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 140 qutu «Kent Nano 4» markalı, 1 qutusunun qiyməti 2 manat 51 qəpik təşkil edən 105 qutu «Winston X Style Silver» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 106 qutu «LD Club Platinum» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 120 qutu «X15» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 90 qutu «X12» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 50 qutu «Winston XS Silver» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 52 qutu «Kent 4» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 45 qutu «Sobranie White KSS Slims» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 40 qutu «Sobranie Black KSS Slims» markalı, 1 qutusunun qiyməti 1 manat 98 qəpik təşkil edən 58 qutu «LD X29» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 65 qutu «X8» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 35 qutu «Kent 8» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 35 qutu «Sobranie Blue KSS Slims» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 25 qutu «Kent Nano 1» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 45 qutu «X33 Silver» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 40 qutu «X22 Nights» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 40 qutu «X23» markalı, 1 qutusunun qiyməti 1 manat 53 qəpik təşkil edən 45 qutu «West Lights» markalı, 1 qutusunun qiyməti 2 manat qəpik təşkil edən 20 qutu «X18» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 20 qutu «Kent Feel» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 40 qutu «X24 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 62 qəpik təşkil edən 30 qutu «LD club Excel Silver» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 37 qutu «X19 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 33 qutu «X31» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 30 qutu «X16 Compact» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 10 qutu «Sobranie KS White» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 20 qutu «X32» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 10 qutu «X20 Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 10 qutu «Winston XS Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 10 qutu «LD Club Gold» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 8 qutu «LD X25» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 10 qutu «X17» markalı, 1 qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən 9 qutu «X10» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 10 qutu «X26 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 24 qəpik təşkil edən 10 qutu «X34» markalı, 1 qutusunun qiyməti 1 manat 24 qəpik təşkil edən 10 qutu «X38» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 6 qutu «X8» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 8 qutu «X28» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 4 qutu «Winston XS One» markalı, 1 qutusunun qiyməti 1 manat 89 qəpik təşkil edən 5 qutu «PS Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 2 qutu «LD X27 KS SS» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 2 qutu «X10» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 1 qutu «Camel F» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 1 qutu «X35» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 2 qutu «X36» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 1 qutu «Winston XS Purple» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 1 qutu «Winston XS Plus Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 1 qutu «LD Club impulse Sunny KSS S» markalı, 1 qutusunun qiyməti 1 manat 44 qəpik təşkil edən 1 qutu «X11» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 1 qutu «X37» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «X30(Yava EX Silver)» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «Magna Silver KS» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «More White AG KS» markalı, 1 qutusunun qiyməti 1 manat 06 qəpik təşkil edən 1 qutu «Argo KS Red» markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 3145 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2020-cu il tarixdə saat 12 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 razılığı ilə onunla cinsi əlaqədə olmaq məqsədilə sonuncunun yaşadığı ünvan 2 ünvanına gedib, həmin ünvanda Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmaqdan imtina etməsi səbəbindən aralarında yaranmış söz mübahisə zamanı Zərərçəkmiş şəxs1 hücum edərək, üzərində olan bıçaqla sol qolundan bir dəfə zərbə vurub ona sol bazunun cərrahi tikişə ehtiyacı olan deşilmişkəsilmiş yarası kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid yüngül dərəcəli bədən xəsarəti yetirməklə, onun bir ədəd 1 manat 70 qəpik ekvivalentində 1 ABŞ dolları, bir ədəd 3 manat 40 qəpik ekvivalentində 2 ABŞ dolları, bir ədəd 8 manat 50 qəpik ekvivalentində 5 ABŞ dolları və 6 manat pulunu ələ keçirib, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 19 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla, təkrarən quldurluq etmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işi üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmişdir. Belə ki, Bakıü şəhəri Nəsimi RPİ-nin baş müstəntiqi, polis mayoru X9 tərəfindən cinayət işində olan ittiham aktının təsviri-əsəslandırıcı və nəticəvi hissələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 182.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi göstərilmiş, hansı ki, CM-nin 182.2.5-ci maddəsi mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Qeyd olunan ittiham aktının hazırki tərtibatı cinayət prosessual qanunvericiliyinin müvafiq tələbinin kobud şəkildə pozulduğunu göstərir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs və müdafiəçinin cinayət işinin materialları ilə tanış etmə haqqında və zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə haqqında protokollarda (c.2, i/v 49, 56, 57) Bakı şəhəri Nəsimi RPİ-nin baş müstəntiqi, polis mayoru X9 cinayət işində olan vərəqələrin sayını əks etdirən rəqəmləri diyircəkli qələmlə deyil, sadə qələmlə yazmaqla həmin rəqəmlərin pozulması və ya dəyişdiriloməsini mümkün etmişdir. Azərbaycan Respublikası CPM-in 51.3 və 51.4-cü maddələrinin tələblərinə görə cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər, protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalı, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmçinin Azərbaycan Respublikası CPM-nin 286.3-cü maddəsinin tələbinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilməlidir. Həmçinin, Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüquqları pozulmuşdur. Belə ki, onun şübhəli şəxs qismində dindirilməsi haqqında protokoldan müəyyən olunur ki, dindirmə xx.xx.2020-ci il, saat 00:50-də başlamış, xx.xx.2020-ci il, saat 02:00-da qurtarmış (c.1, i/v 49-51), xx.xx.2020-ci il tarixdə, saat 00-dan saat 00:50-dək Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunması üçün ərizə vermiş (c.2, i/v 34), Təqsirləndirilən şəxs müdafiəçi seçmək hüququnun izah edilməsi barədə protokol tərtib edilib və ona təqdim edilmiş (c.1, i/v 37), həmin tarixdə müdafiəçi dəvət olunması barədə qərar çıxarılıb (c.1, i/v 38), həmin qərar 14 saylı Vəkil Bürosuna göndərilmiş (c.1, i/v 39), xx.xx.2020-cii il tarixli order təqdim edilməklə vəkil X6 təyin edilmiş, (orderdə istintaq orqanının qərarının tarixi xx.xx.2020-ci il kimi göstərilmişdir) (c.1, i/v 40), xx.xx.2020-ci il tarixdə müdafiəçinin Təqsirləndirilən şəxs təqdim olunması barədə protokol tərtib edilmiş, (c.1, i/v 42), həmin tarixdə şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmaqla Təqsirləndirilən şəxs və müdafiəçiyə təqdim olunmuş (c.1, i/v 43), şübhəli şəxsin xx.xx.2020-ci il tarixdə, saat 00:50-də ifadəsi alınmışdır. Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-in 90.7-ci maddəsində nəzərdə tutulmuş nədə şübhələnildiyini bilmək, tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, hüquqları haqqında yazılı bildiriş almaq, tutulma haqqında qərarın surətini almaq, tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və qeydlərini vermək, tutulduğu andan müdafiəçiyə malik olmaq, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına məlumat vermək, müstəqil olaraq müdafiəçi seçmək, müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq və bu maddədə qeyd olunan digər hüquqları həyata keçirməyə malikdir. Göründüyü kimi cəmi 50 dəqiqəyə bu hüquqların təmin olunması, istintaq protokolların və digər sənədlərin tərtib olunması ağla batan deyil və bu müddət şübhəli şəxs Təqsirləndirilən şəxs öz müdafiəsini qurmağa, keyfiyyətli hüquqi yardım almağa imkan verməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır, bu vaxt və imkan ağla batan olmaqla şəxsin hüquq və azadlıqlarının keyfiyyətli həyata keçirilməsini təmin etməlidir. Ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə xx xxx 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə xx xxxxxx 1985-ci il tarixli qərarları). Dövlətlər Məhkəmənin barələrində müvəqqəti təminat tədbirləri tətbiq etdiyi şəxslərin yalnız qanunvericilikdə deyil, həm də təcrübədə səmərəli müdafiəsini təmin etməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxxx 2013-cü il tarixli qərarı). Həmçinin məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatət təqdim edərək qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən qanun pozuntularına görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməklə «ev dustaqlığı» növündə qətimkan tədbri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə prosses iştiakçılarının fikirlərini və rəylərini dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçinin vəsatəti qismən təmin edilməli, yəni qətimkan tədbirinin dəyişdirilməsi hissəsində təmin edilməməli, digər hissədə təmin edilməlidir. Beləliklə, ibtidai araşdırma orqanı yuxarıda qeyd olunan pozuntulara Azərbaycan Respublikası CPM-in 19, 51, 90, 286 və 289-cu maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud pozuntu hesab olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 181.2.2 və 182.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 293.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv etmə və dəyişdirilməsi üçün əsaslar görmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqləri, polis baş leytenantı X3 və polis mayoru X4 barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19, 51, 90, 286, 289, 300.1, 300.1.5, 300.4.1, 303.1, 303.3.6, 306, 307-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Müdaifəçi Müdafiəçi vəsatəti qismən təmin edilsin: 1.Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin olunmasın. 3.Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokuroruna göndərilsin.

4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqləri, polis baş leytenantı X3 və polis mayoru X4 haqqında xüsusi qərar çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar