Məhkəmə qərarları › İş №1(101)-820/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-820/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-820/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 mart 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 9,703 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 5,870 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə daşımaqla, qara rəngli çantasının içərisində saxlamış və 16 oktyabr 2020-ci il tarixdə həmin ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən 0,286 qramını, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən isə 0,129 qramını təmənnasız olaraq tanışı Şahid1 hədiyyə olaraq vermis, saat 00:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən cinayətdən məlumatı olmayan Şahid2 idarə etdiyi “Ravon” markalı AZ **-UL-*** dövlət qeydiyyat nömrə nişanlı taksi avtomobil ilə sərnişin qismində hərəkətdə olan zaman Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd yaşıl rəngli qabda 7 (yeddi) ədəd bükümdə, ayrıayrlıqda təmiz çəkiləri 0,474 qram, 0,980 qram, 0,545 qram, 0,976 qram, 0,457 qram, 0, 376 qram, 5, 609 qram, ümumi təmiz çəkisi 9,417 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd qara rəngli qabda bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,990 qram, 0, 981 qram, 0,994 qram, 0,956 qram, 0,956 qram, ümumi təmiz çəkisi 5,870 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantasından, bir bükümdə 0,286 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir bükümdə 0,129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin Şahid1 göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2020-ci ilin oktyabr ayının təxminən 13-də Nərimanov rayonunda üzdən tanıdığı, adını və soyadını dəqiq bilmədiyi, deyəsən Təbriz adlı İran İslam Respublikasının vətəndaşından istifadə etmək məqsədi ilə 310 manat dəyərində narkotik vasitə almışdır. Həmin narkotik vasitələri üzərində gəzdirdiyi əl çantasında saxlamışdır. 2020-ci ilin oktyabr ayının 15-də gecə saatlarında Nərimanov rayonunda olarkən Maştağa qəsəbəsinə yaşayan və idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərən Zakirə zəng edərək onu olduğu yerdən götürməyi və yaşadığı Maştağa qəsəbəsinə aparmağı xahiş etmişdir. Zakir onu həmin yerdən götürərək Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. Sabunçu qəsəbəsi, Ş.Şossesi küçəsində yerləşən piyada keçidinin yaxınlığında Maştağa qəsəbə sakini Zakirin qohumu olan Bəybalanı götürmüşlər. Həmin istiqamətdə hərəkətdə olan zaman Bəybalanın da narkotik vasitədən istifadə etdiyini bildiyi üçün Bəybalaya iki büküm narkotik vasitəni heç bir təmənna güdmədən, pulsuz vermişdir. Həmin bükümləri Bəybalaya verməsindən Zakirin xəbəri olmamışdır. 16 oktyabr 2020-ci İl tarixdə saat 00:30 radələrində Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq komendant saatı qaydasını pozduqlarını bildirərək onları 14-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində onunla sorğu-sual nəticəsində üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində üzərinə baxış keçirilməzdən əvvəl qanunla qadağan olunmuş hər hansı bir maddənin olubolmaması soruşulmuşdur. O, üzərində gəzdirdiyi qara rəngli dəri əl çantasının içərisində qara və yaşıl qutunun içərisində saxladığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis işçiləri həmin bükülüləri onun və polis əməkdaşlarının iştirakları ilə sellofana büküb möhürlə möhürləmişlər. O, Bəybalaya pulla narkotik vasitə satmamışdır. Onun üzərində tərəzi aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 16 oktyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində 14-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4la xidmətdə olan zaman komendant saatını pozduqlarına görə üç nəfər şəxsi 14-cü Polis bölməsinə gətirmişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ilin oktyabr ayının 15-də gecə saatlarında Nərimanov rayonunda olmuşdur. Maştağa qəsəbəsinə yaşayan və idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərən Zakirə zəng edərək onu olduğu yerdən götürməyi və yaşadığı Maştağa qəsəbəsinə aparmağı bildirmişdir. Zakir onu həmin yerdən götürərək Maştağa qəsəbəsi istiqamətində hərəkət etmidir. Sabunçu qəsəbəsi, Ş.Şossesi küçəsində yerləşən piyada keçidinin yaxınlığında Maştağa qəsəbə sakini Zakirin qohumu olan Bəybalanı götürmüşlər. Maştağa qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman Ağadadaş Bəybalanın da narkotik vasitədən istifadə etdiyini bildiyi üçün Bəybalaya iki büküm narkotik vasitəni təmənna güdmədən, pulsuz vermişdir. Həmin bükümləri Bəybalaya verməsindən Zakirin məlumatı olmamışdır. Ağadadaş Polis bölməsində üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl qanunla qadağan olunmuş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Ağadadaş üzərində gəzdirdiyi qara rəngli dəri əl çantasının içərisində qara və yaşıl qutunun içərisində saxladığı heroin, kristal və tiryək bükümlərini, 1 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Təqdim etdiyi elektron tərəzini narkotik maddələrin satışında istifadə etdiyini bildirmişdir. Sonra tərəflərindən həmin bükülülər Ağadadaşın və onların iştirakıyla selofana bükülüb möhürlə möhürlənmişdir. Həmin bükülülər Ağadadaşın və onların iştirakları ilə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hal-hazırda özünə məxsus “Ravon” markalı **-UL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Bəybala onun xalası nəvəsidir. Ağadadaş isə Maştağa qəsəbəsində yaşadığına görə uzun müddətdir ki, Ağadadaşı tanıyır. 15 oktyabr 2020-ci il tarixdə axşam saatlarında əvvəlcədən tanıdığı Ağadadaş ona zəng vuraraq taksi lazım olduğunu bildirmişdir. O, həmin ünvana yəni, ünvan 3andan Ağadadaşı götürmüş və Maştağa qəsəbəsinə yollanmışdır. Yolda olan zaman Ağadadaş tanışı Bəybalanı da yoldan götürəcəyini bildirmişdir. O, Sabunçu keçidinin yaxınlığında avtomobili saxlayaraq Bəybalanı da götürmüş və onlar birlikdə Maştağa qəsəbəsinə gəlmişlər. Maştağa qəsəbəsi ərazisində Ağadadaş və Bəybala dükanların birinə düşmüş və bir müddət sonra avtomobilə əyləşərək Maştağa qəsəbəsi ərazisində yerləşən onları “Şamxal” hamamının yanına aparmağını xahiş etmişlər. Onlar yolda olan zaman Maştağa qəsəbəsi ərazisində yerləşən univermağın yaxınlığında iki nəfər polis əməkdaşı avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, onlar polis əməkdaşlarına heç bir etiraz etmədən Polis bölməsinə getmişlər. Polis bölməsində Ağadadaş və Bəybalanın üzərinə polis əməkdaşları şəxsi axtarış keçirən zaman onlardan narkotik maddələr aşkar edilərək götürülmüşdür. Onların üzərində narkotik vasitə olması barədə özünün məlumatı olmamış, Polis bölməsində üzərilərindən narkotik maddələr aşkar ediləndən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən metamfetamin və heroin aşkar edilməsi ilə bağlı bildirir ki, 2020-ci ilin oktyabr ayının 15-də gecə saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.Şossesi küçəsində yaşadığı ünvana getmək üçün tanışı olan Təqsirləndirilən şəxs zəng etmişdir. Ağadadaş taksi ilə gələcəyini və onu da götürəcəyini bildirmişdir. Ağadadaş Maştağa qəsəbə sakini olan Zakirin idarə etdiyi avtomobil ilə onu həmin yerdən götürmüşlər. Maştağa qəsəbəsində hərəkətdə olan zaman Ağadadaş Zakirə bildirmədən gizlincə üzərində olan narkotik vasitədən öz istifadəsi üçün ona təmənnasız vermişdir. 16 oktyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq komendant saatı qaydasını pozduqlarını bildirərək onları 14-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində onunla sorğu-sual nəticəsində üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində üzərinə baxış keçirilməzdən əvvəl qanunla qadağan olunmuş hər hansı bir maddənin olub-olmaması soruşulmuş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd sellofana bükülmüş formada narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis işçiləri həmin bükülüləri onun və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyaraq möhürlə möhürləmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 16.10.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01:40-da Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş və o, üzərində gəzdirdiyi qara rəngli dəri əl çantasının içərisindən qara və yaşıl rəngli qutu, 1 ədəd elektron tərəzi və 1 ədəd "İPhone 5S" markalı mobil telefonu təqdim etmişdir. Təqdim olunan qara rəngli qutunun içərisndə 7 ədəd sellofana bükülmüş, onlardan 1 ədəd bükümdə heroinə bənzər və 6 ədəd bükümdə tiryəkə bənzər, yaşıl rəngli qutunun içərisində 7 ədəd sellofana bülümüş metamfetaminə bənzər narkotik vasitələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin narkotik vasitə metafetamin, tiryək və heroin olduğunu, bu narkotik vasitələri 2020-ci ilin oktyabr ayının ilk günlərində xatırlamadığı tarixdə Bakı şəhəri Nərimanov rayonunda uzdən tanıdığı, lakin adını bilmədiyi İran vətəndaşından aldığını, bir qismini şəxsi istifadəsi məqsədi ilə, digər qismini isə satmaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 7 ədəd bükümdə kristal şəkilli, 1 ədəd toz şəkilli və 6 ədəd bükümdə olam maddələr narkotik vasitə olması aşkar edilmişdir. Aşkar olunmuş 14 ədəd bükümlərdə narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofanda qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 100 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür (iş vərəqi 25-27). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD-R diskinə baxış keçirilməsi barədə 17.10.2020-ci il tarixli protokoldan görünür ki, həmin fayla baxış keçirilən zaman məlum olmuşdur ki, Sabunçu RPİ-nin 14-cu PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, polis leytenantı Şahid4 iştirakı ilə həmin bölmənin baş təhqiqatçısı polis mayoru Samir Allahverdiyev tərəfindən X3 razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, üzərində olan qara rəngli dəri əl çantasının içərisində qara və yaşıl rəngli qutuları, 1 ədəd elektron tərəzini və 1 ədəd "İphone 5S" markalı mobil telefonu təqdim etmişdir. Təqdim olunan qara rəngli qutunun içərisindən 7 ədəd sellofana bükülmüş, onlardan 1 ədəd bükümdə heroinə bənzər, 6 ədəd bükümdə tiryəkə bənzər, yaşıl rəngli qutunun içərisində 7 ədəd sellofana bükülmüş metafetaminə bənzər psixotrop maddələr və 1 ədəd elektron tərəzi aşkar olunur (iş vərəqi 103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə 09.02.2021-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi telefondan ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən edilmiş zəngləri və SMS mətnləri özündə əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilmiş, sonuncu nömrədən narkotik vasitələrə işarə edən “patı” və marixuanaya işarə edən “kol” barədə satış məqsədli sms mətnlərinin olması müəyyən edilmişdir (iş vərəqi 186). İşdə olan narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə 16 oktyabr 2020-ci il tarixli, 733 nömrəli tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, ekspress test üsulu ilə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs sidiyində narkotik vasitələrin izləri aşkar edilmişdir (iş vərəqi 32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16.10.2020-ci il tarixli, 6/2190 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş bir ədəd zərf, bir ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamanın içərisindən: - üzərində “Şahid1 üzərindən...” sözləri qeyd edilmiş zərfi açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,129 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş bir ədəd bağlamanı açdıqda içərisindən bir ədəd yaşıl rəngli qabda 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,980 qram, 0,545 qram, 0,976 qram, 0,457 qram, 0,376 qram, 5,609 qram, ümumi təmiz çəkisi 9,417 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd qara rəngli qabda bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,990 qram, 0,993 qram, 0,981 qram, 0,994 qram, 0,956 qram, 0,956 qram, ümumi təmiz çəkisi 5,870 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir; Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (iş vərəqi 35-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21.12.2020-ci il tarixli, 3501 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 152-153). İşdə olan 24.10.2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd yaşıl rəngli qabda 7 (yeddi) ədəd bükümdə, ayrı-ayrlıqda təmiz çəkiləri 0,474 qram, 0,980 qram, 0,545 qram, 0,976 qram, 0,457 qram, 0,376 qram, 5,609 qram, ümumi təmiz çəkisi 9,703 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər ümumi təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,990 qram, 0,993 qram, 0,981 qram, 0,994 qram, 0,956 qram, 0,956 qram, ümumi təmiz çəkisi 5,870 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və həmin narkotik maddələrin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski maddi sübut kimi tanınmışdır. Ekspert tədqiqatından sonra qalmış qalıq çəkisi 0,382 qram narkotik vasitə heroin, qalıq çəkisi 9,463 qram psixotrop maddə metafetamin, qalıq çəkisi 5,570 qram narkotik vasitə tiryək saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil veilmişdir. 01 (bir) ədəd DVD-R disk iş materiallarına əlavə olunmuşdur (iş vərəqi 119-121). İşdə olan 08 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “xxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi telefondan zəngləri və SMS mətnləri özündə əks etdirən 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (iş vərəqi 156-162). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına 10.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir (iş vərəqi 128-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 25.11.2020-ci il tarixli, 8226 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 141). İşdə olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 23.06.2006-ci ildə X5 ilə nikaha daxil olmuş, himayəsində 05.09.2009-cu il təvəllüdlü Malikəjdər, 14.08.2011ci il təvəllüdlü Məhəmmədəli, 05.09.2016-cı il təvəllüdlü İmaməli adlı övladları var (cild 1, iş vərəqi 142-146). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən psixotrop maddə mamfetaminin və narkotik vasitə heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin qanuna əsasən tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı psixitrop maddə və narkotik vasitələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu səbəbdən, habelə ondan aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin xırda bükümlərə bükülməsi, həmin maddələri çəkmək üçün elektron tərəzinin mövcudluğu onun həmin maddələri məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini və tiryəki əldə edib saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16.10.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 17.10.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 7, 115-118, 204-205). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 0,382 qram narkotik vasitə heroin, 9,463 qram psixotrop maddə metafetamin, 5,570 qram narkotik vasitə tiryək məhv edilməlidir. Həmin maddələrin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R disk və “xxxx” MMC-dən daxil olmuş telefondan zəngləri və SMS mətnlərini özündə əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmayan 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalmış 0,382 qram narkotik vasitə heroin, 9,463 qram psixotrop maddə metafetamin, 5,570 qram narkotik vasitə tiryək məhv edilsin; - Video görüntülər olan 1 (bir) ədəd DVD-R disk və telefon zəngləri və SMS mətnlərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmayan 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar