Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-820/2022 21.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi - atası X1, Zərərçəkmiş şəxs2, onların nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 08 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Kingsmart” marketinin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğu idarə etdiyi “KİA “RİO” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən mübahisəsi olduğu Zərərçəkmiş şəxs1 tanımadığı qardaşı Zərərçəkmiş şəxs2 müştəri qismində avtomobilə əyləşib onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 saylı avtoparkın yaxınlığına aparmasını istədikdə razılaşmış, həmin avtoparka çatdıqda öncədən onları orada gözləyən Zərərçəkmiş şəxs1la münaqişənin aydınlaşdırılması məqsədilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu qəsdən öldürmək qərarına gələrək avtomobildə saxladığı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən ümumi uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, dəstəyinin uzunluğu 9 sm olan cib bıçağını götürüb həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirməsinə baxmayaraq, məqsədinə nail olmaq üçün öz hərəkətlərini davam etdirərək qanitirmədən ölümə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan deşilmişkəsilmiş yaraları” xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmiş, qanunazidd davranışlarını davam etdirərək mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 bir dəfə eyni bıçaqla zərbə vuraraq ona “sol bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya adi bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 22 sentyabr 2021-ci il tarixdə Lökbatan qəsəbəsi “Kings Mart”ın yaxınlığında dayandığı vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “28 May” metrostansiyasına gedəcəyini bildirib avtomobilə əyləşmiş və onunla xidməti haqqı olaraq 10 manata razılaşmışdır. Lökbatandan tam çıxmamış sərnişin kimi özünü təqdim edən və sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 “Cırtdan” parkının qarşısından sağa dönərək oradan bir xanımı da götürməli olduğunu, ora çatdıqda isə avtomobili söndürməyini və xanımın 5 dəqiqə sonra gələcəyini bildirmişdir. Həmin vaxt Samir kiminləsə mobil telefon vasitəsi ilə mesajlaşmış, təxminən 2 dəqiqə sonra əvvəllər mübahisəsi olan Zərərçəkmiş şəxs1 və sonuncunun dostu Şəhriyar qaçaraq bir anda maşının qapısını açıb onun sinəsinə təpik vurmağa başlamışlar, təpiyin təsirindən avtomobilin sağ oturacağı tərəfə yıxılmışdır. Bu zaman avtomobildə əyləşən Samir onun baş nahiyyəsindən bir neçə dəfə “beşbarmaq” adlanan soyuq silahla vurmağa başlamış, Şəhriyar və Kamil isə ayağından çəkərək maşından yerə yıxmağa cəhd göstərmişlər. Lakin o, hər iki əli ilə sükandan tutaraq onlara mane olmağa çalışmış, ucadan qışqıraraq köməyə insan çağırsa da, yaxınlıqda heç kim olmamışdır. Sonra Samir də ona yaxınlaşmış və onlar onu avtomobilindən zorla yerlə düşürmüşlər. Həmin vaxt avtomobilinin sağ qapısında saxlanc yerində olan açılıb-qatlanan bıçağı özünü müdafiə məqsədilə götürmüşdür. Onlar onu yerə yıxaraq təpikləməyə və beşbarmaqla vurmağa başlamış, o da ayağa durub qaçmaq istəsə də, Samir arxadan onu qucaqlayaraq qaçmağına mane olmuş, Şəhriyar və Kamil isə əllərindəki dəmir parçası ilə onu vuraraq yerə yıxmışlar. Onların əlindəki dəmir parçasının bıçaq olduğunu zənn etmiş və buna görə də yenidən qışqıraraq kömək istəmiş, heç kimin yaxınlaşmadığını, qaça bilməyəcəyini anladıqdan sonra zərbələrdən qurtulmaq üçün onları qorxutmaq məqsədilə cibindəki bıçağı çıxartmışdır. Lakin Kamil onu nalayiq ifadələrlə təhqir etmiş və “demişdim axı səni öldürəcəm” deyərək qışqırmış, o da yerdə uzanmış olduğu halda əlindəki bıçağı açaraq zərbələrin təsirindən özünü qorumaq məqsədilə bıçağı sağa-sola hərəkət etdirmişdir. Bu vaxtı Kamil ona təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəymiş, Kamil və qardaşı Samir onu buraxıb qaçmağa başlamışlar. Ayağa qalxdıqda Şəhriyarın donub qaldığını görmüş, o, Şəhriyara toxunmamış və tez maşına oturaraq Kamili xəstəxanaya çatdırmaq üçün onların arxasınca getsə də, onlar gözdən itdiyi üçün evə getmişdir. Təxminən 1 saat sonra polis əməkdaşları onu Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə aparmış, orada Kamilin ayağından aldığı xəsarət nəticəsində qan itirərək öldüyü onu məlum olmuşdur. O, bildiyinə görə onunla qərəzli münasibətdə olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində kapitan rütbəsində olan bir şəxs və Şahid4 adlı şəxs Kamilgili onu öldürmək üçün göndərmişlər. Onu əvvəl bir neçə dəfə də maşından çıxarıb yerə atıb döymüşlər. O, hadisə vaxtı yalnız özünü müdafiə etmiş, qeyd etdiyi polis kapitanının ona qərəzli münasibətinin səbəbi o olmuşdur ki, onun maşınından Elçin adlı şəxs sərxoş vəziyyətdə əlini çıxararaq, polis kapitanına əl atmışdır. Həmin vaxt maşında Kamil və dostu Şahid2 da olmuş, həmin hadisəyə görə onu bir gün aparıb bölmədə saxlamışlar. Sonradan onu həmin hadisəylə bağlı bölməyə çağırsalar da qorxusundan getməmiş, dostu Allahverdini də polis bölməsinə apararkən o da polislərə izahatında polis kapitanına əl atan şəxsin o yox, Elçin adlı şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamış, yalnız özünü müdafiə etmək istəyərkən, yəni zəruri müdafiə vəziyyətində hadisə baş vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci il tarixdə axşam saat 20:28 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən futbol stadionunda olan zaman böyük qardaşı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinin “Whatsapp” sosial tətbiqinə mesaj gəlmiş, Kamil ona, “Hardasan qaqa”, “Senen işim var”, “826 taksini tanıyırsan”, “Ağ”, “Kingn qabagnda”, Bilir sen menm qardaşımsan?”, “Ged kingn qabagına,” “Heçne deme”, “Odusa min sürdür yanıma”, “Sikecem anasın onun”, “Mene zeng ele”, “Ele ele bilmesin”, “Menm yanma getrsen”, “Mene zeng çatmasa şehriyara yıg”, “De üsdu örtülü danş”, “Olarda mene zeng çatmaz birden”, “Set tutmur”, “Yıg şıkıya”, “Admı çekme”, “Bilmesn yanma getrsen”, “Cox geckme”, “Gec deyesen mene cavab?” məzmunlu yazışma aparmışdır. Daha sonra qardaşı Kamil ona ”Samir ona minmekden qabaq mənə denən, mən sənə deyim sonra min onun maşınına, yaxşı, mən “Fədək” tərəfdəyəm deyə sənə çatım” məzmunlu səs yazısı da göndərmişdir. Daha sonra qardaşı Kamil yenidən “Fedekdeyem”, “Sen canı mene bir xeber de”, “Lazm olsa fedeyn yanna sürdr mene de sora min”, “Gelsen meme de bilm”, “Onu tap getr qaqa”, “Sikim onun anasn”, “Bilmesn ama”, Gözdə, Tap onu”, “Heç kime heçne deme”, “Fedekdeyem” deyə yenə mesaılar yazmışdır. Sonra təxminən saat 21:32 radələrində “Catmadn”, “Onu tap getr mene”, “Hardan olr olsn”, “Maşnna otranda meni yıg”, “Zeng çatmasa şkya yıg”, “Ama harda olsa getr mene, hörmetsizdik edb”, “Sene deyende surdr yanma”, “Çatm”, “Deyem sene”, “Getr” məzmunlu mesajlar yazsa da, mesajların mətnini dəqiq başa düşmədiyi üçün qardaşı Kamilə zəng vuraraq Sərxan barəsində bəzi məlumatları dəqiqləşdirmiş, həmin vaxt Təqsirləndirilən şəxs onunla Kamilin qardaş olduqlarını bilməmişdir. Daha sonra Sərxan başqa adam apardığı üçün bu barədə Kamilə yazmış, Kamil də ona gözləyib onunla gəlməsini demiş və “Men feride gil terfde arxadayam” deyə yazmışdir. Daha sonra Sərxan geri qayıtdığı üçün Kamilə “Geldi”, “Getrim ?” mesajlarını yazanda Kamil Fəridəgil tərəfdə arxaya gətirməyini, orada olduğunu yazmış, ondan oarad kiminlə olduğunu soruşanda “Şıkı” yazaraq cavab vermişdir. Daha sonra Kamil ona “Men vuranda sen vurma”, “Men sene deyecem” yazandan sonra anidən Şəhriyar ona “whatsapp” tətbiqi ilə gətirməməyini demiş, səbəbini soruşsa da, Şəhriyar ”deyirəm gətirmə də” yazmış, dərhal qardaşı Kamilə Şəhriyarın mesajına münasibətdə “O deyir getirme axi” yazmış, həmin vaxt artıq saat 22:13 radələri olmuşdur. Kamil isə “Getr”, “Qelet elir”, “Meni eşd samir”, “Burdayq”, “Tez gel”, “Minenede yıg” deyə yazmışdır. Artıq Sərxana yaxınlaşıb 28 X13 getmək üçün onunla 10 manata razılaşıb ilkin olaraq 6 saylı avtoparkın yanından bir nəfəri də götürüb birlikdə getmələrini bildirmiş, onunla birlikdə qardaşı Kamilin dediyi yerə, yəni Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki 6 saylı avtoparkın yaxınlığında olan qaranlıq torpaq yola gəlib Sərxanla birlikdə gözləmişdir. Təxminən 1-2 dəqiqə keçəndən sonra anidən qardaşı Kamil Sərxanın idarə etdiyi “Kia” markalı avtomaşının qabaq sürücü əyləşən tərəf qapısını açıb Sərxana təpik və yumruq zərbələri endirməyə başlamış, elə həmin an Sərxan macal tapıb maşından yerə enib qardaşı Kamillə üzbəüz dayanıb qarşılıqlı olaraq bir-birlərinə yumruq və təpik zərbələri endirməyə başlamışlar. Maşından düşüb Kamilin yanına gəlib Sərxanın arxasına keçərək hər iki əli ilə onu arxadan qucaqlayıb ayırmaq üçün geriyə çəkmiş, həmin an Şahid1 onlara yaxınlaşıb qardaşı Kamili tutaraq ayırmaq məqsədi ilə arxaya çəkmiş, həmin vaxt Sərxan möhkəm səslə “kömək edin” deyə qışqırmış və anidən Kamil Şəhriyara “əlində bıçaq var, al əlindən” deyəndə elə həmin an o özü sol qolunun yuxarı hissəsindən bıçaqlandığını hiss edib “məni də bıçaqla vurdu” demişdir. Sərxan qardaşı Kamilə və digər ailə üzvlərinə söyüşlər söydüyü üçün o, Sərxanı çəkib yuxarı qaldırıb kürəyi üstə yerə çırpmışdır. Kamil yenidən yerdə olan Sərxana hücum edib ona təpik zərbələri vurmağa başlamış, bu an o, Sərxanın sağ əlində gümüşü rəngli bıçaq olduğunu görmüş və bıçağın tiyəsi parlamışdır. Sərxanın sağ əlini tutmağa calışsa da, o, macal tapıb əlindəki bıçaqla qardaşı Kamilin ayaq nahiyyələrinə kortəbii şəkildə zərbələr endirməyə başlamış, bu vaxt Şəhriyar yenidən Kamili tutub kənara çəkmiş, o da Sərxanı buraxmışdır. Sərxan ayağa durduqdan sonra onun əlində bıçaq olduğunu bildikləri üçün ondan xeyli kənara çəkiləndə Sərxan bunu görüb əlində olan bıçağı yuxarı qaldıraraq ondan arxada dayanmış Şəhriyara hücum çəkmiş, Şəhriyar isə “məni niyə vurursan, mən sizi ayırmışam” deyəndə Sərxan bıçağı aşağı endirmiş və ətrafa yenidən baxdıqda qardaşı Kamilin asta və axsayaraq getdiyini görüb əlindəki bıçağı yerə atıb yerdə olan daş parçasını götürüb Kamilin arxasınca atmış və daş arxadan Kamilin sol yuxarı bud nahiyyəsinə dəymişdir. Kamil dayanmayıb asta-asta, axsayaraq yoluna davam etmiş, daha sonra Sərxan cinayət aləti kimi istifadə etdiyi bıçağı yerdən götürüb avtomobilinə əyləşib işə salaraq üzü 28 May küçəsi istiqamətə getmiş, həmin vaxt qardaşı Kamil də həmin istiqamətdə getmişdir. Sərxan idarə etdiyi avtomobillə Kamilin yanına çatıb avtomobili Kamilin üstünə sürmüş, Kamil də üzərinə avtomobilin gəldiyini görüb geriyə çəkilmiş, Sərxan da avtomobilin istiqamətini yenidən getdiyi yola dəyişib yüksəs sürətlə çıxıb getmişdir. Şəhriyar qaçaraq Kamilin yanına getmiş, o özü isə yaralı olduğu və qorxduğu üçün taqətdən düşmüş və xeyli arxada yavaş-yavaş yeriyərək Kamillə Şəhriyar olan yerə çatıb orada olan daşın üzərində oturmuşdur. Kamil yaxınlıqda olan zibil qutularının yanında özündən getmiş, Şəhriyar bir neçə dəfə onu adı ilə səslədikdən sonra o, birtəhər özünə gəlmiş, Şəhriyar onun çiyninə girib ona kömək edərək 6 saylı avtoparkın giriş hissəsində olan dəmir darvazanın qarşısına aparmış və Kamil artıq xırıldayırmış. Həmin vaxt o özü də onlara yaxınlaşıb orada olan daşın üzərində yenidən əyləşmiş, artıq hərəkət etməyə taqəti qalmamışdır, Şəhriyar isə Kamili xəstəxanaya aparmaq üçün qaçaraq taksi gətirməyə getmişdir. Təxminən 5-6 dəqiqədən sonra Şəhriyar 2107 markalı taksi ilə gəlib Kamilə kömək edərək onu yerdən qaldırıb taksinin yanına aparanda Kamil taksinin yanına çatsa da, orada yerə yıxılıb dura bilməmiş, taksi sürücüsü isə ”mənlik deyil, qapını bağla, mən gedirəm” deyərək asta sürətlə maşını sürməyə başlamış, yaxınlıqda olan adamlar taksi sürücüsünə dayanmağı desələr də, o heç kimə qulaq asmayıb sürməyə davam etmiş. Təxminən 20 dəqiqədən sonra X16 briqadası gəlib Kamilə orada ilkin tibbi yardım göstərib əynindəki şalvarı kəsərək çıxarmış, daha sonra onu X16 maşınınına qoyaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışlar. Daha sonra o Şəhriyarla birlikdə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə həmin xəstəxanaya getmiş və xəstəxanaya çatıb orada Kamilin cərrahi əməliyyat üçün əməliyyatxanaya qaldırıldığını bilmişdir. Sonra Şəhriyar hadisə vaxtı onun da yaralandığını həkimə bildirdikdə ona da tibbi yardım göstərmək məqsədilə xəstəxananın icərisinə aparmışlar, orada sol qoluna ilkin tibbi yardım göstərilmişdir. Təxminən 10 dəqiqədən sonra tanımadığı bir nəfər qardaşı Kamilin öldüyünü demiş, dərhal mobil telefonu ilə Şəhriyarın mobil nömrəsinə zəng vurub Kamilin öldüyünü bildirmiş, daha sonra isə olanları xatırlamır. Hadisə baş verən zaman orada o, qardaşı Kamil, qardaşının dostu Şəhriyar və hadisəni törətmiş Sərxan olmuş və başqa heç kim olmamış, hadisə zamanı Sərxanın əlində bıçaq olsa da, digər şəxslərin, yəni onun özünün, Kamilin və Şəhriyarın əlində bıçaq və hər hansı deşici-kəsiçi alət olmamışdır. Hadisə zamanı əynində tünd göy rəngli cins şalvar, həmçinin açıq mavi rəngli qısaqol köynək olmuş və bu paltarları sonradan evdə anası yusa da, köynəyin sol çiyin nahiyyəsində Sərxanın ona bıçaqla vurduğu zərbənin zədəsi qalmışdır. Hadisə vaxtı Sərxana Kamil təpik və yumruq zərbələri endirib bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirsə də, Şəhriyar yalnız davanı ayırmış, hətta hadisədən sonra bildiyinə görə Kamillə Sərxan arasında bir neçə dəfə mübahisə olsa da, Şəhriyar həmişə dava zamanı onları ayırmış və Kamilin yerinə Sərxandan üzr istəmişdir. Hazırda, Təqsirləndirilən şəxs şikayətçidir, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi atası X4 ifadəsində göstərdi ki, böyük oğlu Zərərçəkmiş şəxs1 1998-ci ildə, kiçik oğlu Zərərçəkmiş şəxs2 isə 2001-ci ildə anadan olmuş, Kamil bir çox restoranlarda ofisiant kimi işləmiş, son vaxtlar şadlıq evlərinin fəaliyyət göstərməməsi ilə bağlı işləməmiş, Kamil səmimi və mehriban insan olmuş, ətrafında olan insanlarla həmişə hörmətlə davranmışdır. 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 23:30 radələrində arvadı Elmira ilə birlikdə evdə oturub çay içən vaxt qonşuluqda yaşayan Muğan adlı şəxs onlara gəlib Kamillə Samirin bıçaqlandığını və onların yaşadıqları 6 saylı avtoparkın giriş darvazının qarşısında olduqlarını demişdir. Arvadı Elmira ilə birlikdə qaçaraq avtoparkın giriş darvazasının qarşısına çatan zaman orada polis əməkdaşlarının və xeyli insanın toplaşdığını, həmçinin ətrafda çoxlu qan ləkələrinin olduğunu görüb dərhal orada olan insanlardan oğlanları Kamil və Samirin harada olduqlarını soruşmuş, orada olan insanlar X16 briqadasının gəlib Kamilə ilkin tibbi yardım göstərib əynindəki şalvarı kəsərək çıxarıb X16 maşını ilə Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına apardıqlarını demişlər. Həyəcanlı olduğu üçün həmin şəxslərin kim olduqlarını xatırlamamış, daha sonra mobil telefonu ilə böyük qardaşı Namiq Cəfərovun mobil telefonuna zəng vuraraq hadisə barədə məlumat verib onun avtomobili ilə xəstəxanaya yola düşmüşlər. Xəstəxanaya çatıb qəbul yerinə yaxınlaşıb oğlanlarının səhhətini soruşmuş, adını bilmədiyi həkim böyük oğlu Kamilin öldüyünü, kiçik oğlu Samirin isə sol qol nahiyyəsindən yaralandığını demişdir. Hadisədən sonra cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olduğu və onlarla eyni qəsəbədə yaşadığı ona məlum olmuş, oğlu Kamilin hər hansı şəxslə aralarında ədavət və mübahisənin olduğunu bilməmişdir. Kamil 22 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən üzərində olan bıçaqla öldürülmüş, həmçinin digər oğlu Samirin sol çiyin nahiyyəsinə isə həmin bıçaqla xəsarət yetirilmiş, bu barədə ona hadisədən sonra məlum olmuş, hadisənin səbəbi barədə onda hər hansı dəqiq məlumat olmamışdır. Hazırda, Təqsirləndirilən şəxs şikayətçidir, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci tarixdə səhər saat 12 radələrində quş saxladığı otağında olarkən dostu Zərərçəkmiş şəxs1 oraya gəlib onunla birlikdə Lökbatan qəsəbəsində yerləşən “Xocahəsən” kafesinə getməyi xahiş etmiş, Kamildən nə üçün ora getməli olduğunu soruşduqda Kamil həmin kafedə bir nəfərlə görüşəcəyini demiş, o, da etiraz etməyib onunla birlikdə həmin kafeyə gedəndə Kamil kafeyə girib axtardığı adamın orada olmadığını demiş və onlar birlikdə yenidən quşları saxladıqları otağa qayıtmağa qərarlaşmışlar. Yolda Kamilin atası Məhəmməd Kamilə zəng vurub işlədiyi yerdə 3 ədəd göyərçin quşunun olduğunu və iş yerinə gələrək quşları götürməyi demiş, onlar birlikdə ora gedən zaman Sərxanın avtomobili ilə “Kings mart”-la köşkün arasında olan yolun kənarında dayandığını görsələr də, yollarına davam etmişlər. 28 May küçəsində “Kapital Bank”-ın reklam bilbordunun yaxınlığında olan zaman Sərxan avtomobillə onlara yaxınlaşmış, avtomobildə Sərxandan başqa Qızıldaş qəsəbəsindən tanıdığı İsmayıl adlı şəxs də olmuş, İsmayıl ona və Kamilə avtomobilə əyləşib söhbət etməyi təklif edəndə ona etiraz etməmiş və avtomobilin arxa qapısını açıb əyləşmək istəyən zaman arxada bir nəfərin də olduğunu görmüşlər. Daha sonra Kamillə birlikdə avtomobilə əyləşmiş, Sərxan avtomobili Lökbatan qəsəbəsindəki qəbirstanlığa sürmüş, qəbirstanlığın girişində Sərxandan nə baş verdiyini soruşduqda o, “yerə düşüb yerdə söhbət edərik” deyib maşını saxlamış və hamısı avtomobildən düşmüşlər. İsmayıl Sərxandan “nə məsələdi” deyə soruşanda Sərxan İsmayıla “dostuna görə mənə sillə atmışdı” deyib sağ əli ilə Kamilin sağ üz nahiyyəsinə bir dəfə sillə vurmuş, Kamil də cavab olaraq sağ əli ilə Sərxanın üz nahiyyəsinə bir dəfə sillə zərbəsi endirmiş, İsmayıl və adını sonradan öyrəndiyi Allahverdi dərhal Kamillə Sərxanı ayırmışlar. O, Sərxandan üzr istəyib məsələni yoluna qoymağı xahiş etmiş, Sərxan isə “ Kamil heç nədən mənə sillə vurub, üzr istəsin” deyəndə Kamil isə üzr istəməyəcəyini bildirmiş, daha sonra X11 aralarında ciddi problemin olmadığını deyib onlara barışmalarını deyəndə Kamil və Sərxan “oldu keçdi, Allah şeytana lənət eləsin” demişlər. Daha sonra hamısı Sərxanın avtomobili ilə “Xəyal Servis” avtomobil təmiri sexinin yanına gəlmiş, yolda Sərxan sağ əlini arxaya uzadıb avtomobilin salon güzgüsündən Allahverdiyə baxaraq ”əmanəti qaytar” deyəndə Allahverdi əlində olan gümüşü rəngli bıçağı Sərxana vermişdir. Onlar Kamilin atası Məhəmmədin yanına getmiş, sonra Kamillə birlikdə 3 ədəd göyərçini götürüb quşları saxladıqları otağa gətirmiş, daha sonra Kamil pivə içmək istədiyini deyib Lökbatan qəsəbəsindəki “Pivə Evi” kafesinə getməyi təklif etmiş və onlar birlikdə həmin kafeyə getmiş, Kamil 2 bakal, o isə 1 bakal pivə içdikdən sonra Kamil hesabı vermiş və oradan çıxmışlar. Kafedən çıxan zaman qəsəbədən tanıdıqları Rəhim adlı şəxsin kafenin qarşısında dayandığını görüb onunla görüşəndə Rəhim ortaq dostları Şahid7 gözlədiyini bildirmiş, onlar da Nazimlə görüşüb hal-əhval tutmaq üçün Rəhimlə birlikdə onu gözləmişlər. Təxminən 5 dəqiqədən sonra Nazim də gəlmiş, o, Kamil və Rəhim Nazimlə görüşüb bir az söhbət etdikdən sonra Cabir adlı qəsəbə sakini də onları görüb yaxınlaşmış, birlikdə 2-3 dəqiqə söhbət etdikdən sonra Lökbatan qəsəbəsindəki “Fədək” kafesinə getmişlər. Kafedə Kamillə birlikdə 2 ədəd qutab və 1 ədəd 1 litr Coca-cola içkisi, Nazim, Rəhim və Cabir isə yemək istəmədiklərini deyib çay sifariş vermişlər. Həmin vaxt Kamil mobil telefonda kiminləsə mesajlaşmış, təxminən 1 saat kafedə oturduqdan sonra Kamil ona göyərçin quşlarını saxladığı otağa getməyi təklif etmiş, o, da buna etiraz etmədikdən sonra kafedə hesabı ödəyib Nazim, Rəhim və Cabirlə görüşüb quş saxladıqları istiqamətə getmiş, “Qaradağ” Şadlıq evinin yanında olan zaman Kamilin mobil telefona zəng gəlmiş, Kamil də telefonu açıb təxminən 4-5 saniyə dinlədikdən sonra “otur maşınına, taksi kimi sürdür yaxınlıqdakı qaranlıq aralığa, mən də yaxındayam, gəlirəm” demişdir. Söhbətin taksi sürücüsü Sərxandan getdiyini ehtimal edib Kamildən nə baş verdiyini soruşduqda Kamil ilkin olaraq nə baş verdiyini demək istəməsə də, təxminən 10-15 saniyədən sonra mobil telefonuna zəng vuran şəxsin qardaşı Zərərçəkmiş şəxs2 olduğunu bildirib Sərxanla söhbət etmək məqsədilə Samirin Sərxanın avtomobilinə əyləşib müştəri qismində onların olduqları yerə gətirəcəyini bildirmişdir. Kamilə etdiyi hərəkətin düzgün olmadığını bildirsə də, Kamil ”narahat olma, dava etməyəcəm, sadəcə olaraq Sərxandan nə üçün günorta mənə sillə vuracağını soruşacam” demişdir. O, dərhal mobil telefonunda “whatsapp” proqramı vasitəsi ilə Samirin mobil telefonunda olan “whatsapp” proqramına “gətirmə” mesajını yazmış, Samir də cavab olaraq “niyə gətirməyim” sözünü yazanda ona “deyirəm gətirmə də” mesajını yazıb göndərmişdir. Həmin vaxt Kamil ondan arxada gəlmiş, aralarında təxminən 10-15 metr məsafə olmuş, anidən Kamil arxadan onu səsləyib “Şəhriyar, narahat olma dalaşmayacam, yazma Samirə” demiş, Samirin qardaşı Kamilə onun mesajları barədə yazaraq məlumat verdiyini başa düşmüşdür. Həmin vaxt onlar artıq 28 May küçəsindəki 6 saylı avtobazanın yaxınlığında olan torpaq və qaranlıq yolda olmuş, Samirə Sərxanı gətirməməyi barədə yenidən mesaj yazmaq məqsədi ilə iti addımlarla yeriyərək Kamildən təxminən 15-20 metr aralaşıb mesaj yazmağa başlamış, Samirə yazdığı mesajları göndərdikdən sonra silmiş, çünki Kamil Samirə mesaj yazdığını görüb əsəbləşmiş və yazmamağını təkrar-təkrar ona demişdir. Elə həmin anda Kamilin qaçdığını hiss edib arxaya dönəndə Kamilin yaxınlıqda dayanmış maşın istiqamətində qaçdığını görüb mobil telefonunu şalvarının cibinə qoyub Kamilin arxasınca qaçmış, Kamilin olduğu yerə çatan zaman dayanmış avtomobilin Sərxanın avtomobili olduğunu, həmçinin Sərxanın Kamillə üzbəüz dalaşdıqlarını və Samirin Sərxanı arxadan qucaqlayaraq tutduğunu görmüşdür. Kamil və Sərxan bir-birlərinə təpik və yumruq zərbələri vurmuş, dərhal onlara yaxınlaşıb Kamil tutaraq arxaya çəkmiş, həmin an əlinin isti mayeyə bulaşdığını hiss edib əllərinə baxanda hər iki əlinin qan olduğunu görmüşdür. Həmin vaxt Sərxan möhkəm səslə “kömək edin” deyə qışqırmış, anidən Kamil “Şəhriyar əlində bıçaq var, al əlindən” demiş, elə həmin an Samir “məni də bıçaqla vurdu” demişdir. X15 yuxarı qaldırıb kürəyi üstə yerə çırpmış, sol əli ilə onun boyun nahiyyəsindən tutub saxlamış, Kamil yenidən yerdə olan Sərxana hücum edib ona təpik zərbələri vurmağa başlamışdır. Həmin an Sərxanın sağ əlində gümüşü rəngli bıçaq olduğunu görmüş, bıçağın tiyəsi parlamış, Sərxan əlindəki bıçaqla Kamilin ayaq nahiyələrinə kortəbii şəkildə zərbələr endirməyə başlamışdır. O, yenidən Kamili tutub kənara çəkmiş, Samir də Sərxanı buraxmış, Sərxan ayağa durmaq istəyən zaman Samir Sərxanın sol çiyin nahiyəsinə təpik zərbəsi vurub təxminən 6-7 metr geri çəkilmişdir. Sərxan ayağa durduqdan sonra Kamil və Zərərçəkmiş şəxs2ların ondan xeyli kənara çəkildiklərini görüb arxaya dönmüş, həmin vaxt o, onun arxa istiqamətində təxminən 2-3 metr arlıda olmuş, Sərxan əlindəki bıçağı qaldırıb ona tərəf irəliləyən zaman ona “məni niyə vurursan, mən sizi ayırmışam” demiş, bundan sonra Sərxan bıçağı aşağı endirib ətrafa yenidən baxdıqda Kamilin asta və axsayaraq getdiyini görüb əlindəki bıçağı yerə atıb yerdə olan təxmini əlin içi həcmdə daş parçasını Kamilin arxasınca atmış və həmin daş arxadan Kamilin sol yuxarı bud nahiyyəsinə dəysə də, Kamil dayanmayıb asta-asta axsayaraq yoluna getməyə davam etmişdir. Daha sonra Sərxan cinayət aləti kimi istifadə etdiyi bıçağı yerdən götürüb avtomobilinə əyləşib üzü 28 May küçəsinə tərəfə, Kamilin də piyada getdiyi istiqamətdə getmiş, Sərxan avtomobillə Kamilin yanına çatanda avtomobili Kamilin üstünə sürmüş, Kamil üzərinə avtomobilin gəldiyini görüb geriyə çəkilmiş, Sərxan da avtomobilin istiqamətini yenidən getdiyi yola dəyişib yüksəs sürətlə çıxıb getmişdir. Bundan sonra o, qaçaraq Kamilin yanına gələndə Kamilin yaxınlıqda olan zibil qutularının yanında taqətdən düşdüyünü görüb bir neçə dəfə onu adı ilə səslədikdən sonra o, birtəhər özünə gəlmiş, onun ciynindən girib ona kömək edərək onu 6 saylı avtobazanın giriş hissəsində olan dəmir darvazanın qarşısına gətirmişdir. Kamil artıq xırıldamış, həmin vaxt Samir onlara yaxınlaşıb daşın üzərində əyləşmiş, Samir də özündə olmamış və çox qorxmuşdur. Dərhal qaçaraq yaxınlıqda olan “Əli” marketin qarşısında dayanmış 07 markalı taksiyə yaxınlaşıb xəstə olduğunu və təcili xəstəni yaxınlıqda olan xəstəxanaya catdırmaq lazım olduğunu demiş, taksi sürücüsü avtomobili işə salıb istiqamət verdiyi əraziyə sürmüş, artıq orada tanımadığı bir neçə nəfər də Kamilin başına toplaşmışdır. Taksidən düşüb Kamilin yanına gəlib ona kömək edərək yerdən qaldırıb taksinin yanına gətirmiş, Kamil taksinin yanına catsa da, orada yerə yıxılmış və dura bilməmiş, taksi dürücüsü”mənlik deyil, qapını bağla mən gedirəm” deyərək asta sürətlə maşını sürməyə başlamış, yaxınlıqda olan adamlar taksi sürücüsünə dayanmağı desələr də, o heç kimə qulaq asmayıb sürməyə davam etmişdir. Təxminən 10 dəqiqədən sonra X16 briqadası gəlib Kamilə orada ilkin tibbi yardım göstərib əynindəki şalvarı kəsərək çıxarmış və Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışlar. Daha sonra o, Samirlə birlikdə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə həmin xəstəxanaya getmiş, ora çatıb həkimdən Kamilin harada olduğunu soruşduqda onlara cərrahi əməliyyat üçün əməliyyatxanaya qaldırıldığı deyilmiş, sonra Samirin də yaralandığını həkimə bildirdikdə Samiri də tibbi yardım göstərmək məqsədi ilə xəstəxananın içərisinə aparmış, təxminən 10-15 dəqiqədən sonra Samir ona zəng edib qardaşı Kamilin öldüyünü demişdir. Hadisə baş verən zaman orada o, Kamil, qardaşı Samir və hadisəni törətmiş Sərxan olmuş, başqa heç kim olmamış, hadisə baş verən zaman hava qaranlıq olduğu üçün Sərxanın əlində olan bıçağın tutacaq yeri və tiyəsi gümüşü rəngdə təxminən 5 sm uzunluğunda olmuş, Sərxanın əlində bıçaq olsa da, digər şəxslərin, yəni onun, Kamilin və qardaşı Samirin əllərində bıçaq və hər hansı deşicikəsici alət olmamışdır. Baş vermiş hadisə zamanı ona hər hansı xəsarət yetirilməmiş, hadisə vaxtı Sərxanı Kamil və Samir vurub xəsarətlər yetirsələr də, o, ancaq onları ayırmış, Sərxan törətdiyi cinayət əməlinə görə həbs olunduğuna, həm də Kamillə dost olmasına görə onun da hadisə vaxtı ona xəsarət yetirdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə qonşu evlərdə yaşamış, onu uşaqlıqdan tanımış, o, ürəyi yumşaq olsa da, çox dikbaş, kiminə sözünü həzm edə bilməyən biri olmuş, bundan başqa o, “Kia- Rio” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomibili çox vaxt yüksək sürətlə idarə etmişdir. 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində işdən çıxıb yaşadığı evə gəlib paltarlarını dəyişdikdən sonra siqaret almaq üçün “Kings mart”-ın qarşısında olan köşkə gedib siqaret almış, həmin vaxt Sərxan avtomobili ilə köşkün yanındakı yolun kənarında dayanmış, qəsəbədən tanıdığı İsmayıl adlı şəxs də Sərxanla birlikdə olmuş və İsmayıl avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Onlar maşından düşüb onunla salamlaşdıqdan sonra Sərxan ona maşına əyləşməyi təklif etmiş, sonra Sərxan avtomobili işə salıb 28 May küçəsi ilə üzü “Xəyalın dairəsi” deyilən ərazi istiqamətinə sürmüş, həmin vaxt İsmayıl qabaq sağ, o, isə arxa oturacaqda Sərxanın arxasında əyləşmişdir. 28 May küçəsindəki “Kapital Bank”-ın reklam bilbordunun yaxınlığına çatan zaman Sərxan yolun kənarı ilə birlikdə piyada gedən iki nəfər şəxsin yanında saxlamış, İsmayıl piyada gedən iki nəfərdən birini tanıyıb Şəhriyar olduğunu demiş və avtomaşının qapısını açıb düşmüşdür. İsmayıl Şəhriyar və sonradan adının Kamil olduğunu bildiyi şəxslə salamlaşmış, onlar 2-3 dəqiqə söhbət etdikdən sonra İsmayıl və Kamil arxa qapını açıb onun yanında əyləşmiş, daha sonra Sərxan avtomobili Lökbatan qəsəbəsindəki qəbirstanlığın qurtaracağına sürüb dayanmış və hamısı orada avtomobildən düşmüşlər. İsmayıl Sərxandan “nə məsələdi” deyə soruşanda Sərxan ona “dostuna görə mənə sillə atmışdı” demiş və sağ əli ilə Kamilin sağ üz nahiyəsinə bir dəfə sillə vurmuş, Kamil də sağ əli ilə Sərxanın üz nahiyəsinə bir dəfə sillə vuraraq cavab vermiş, o, İsmayıl və Şəhriyar dərhal onları ayırmışlar. Sonra X6 əvəzinə üzr istəmiş, o, yaxınlıqda olduğundan onların arasında olan söhbətləri eşitmiş, birdən Sərxanın əlində gümüşü rəngli bıçağı fırlatdığını görüb ona yaxınlaşıb bıçağı onun əlindən almışdır. Daha sonra Sərxanın avtomobilinə gedib Sərxandan aldığı bıçağı avtomobilin qabaq sol qapısında olan cibliyə qoyub Sərxangilin yanına qayıtmış, həmin bıçağın tiyəsi və tutacaq yeri dəmirdən, tutacaq yerində yumru deşiklər olmuş, bıçağın açılıb-bağlanma mexanizmi kəpənək formasında olmuşdur. Sərxan Kamilə “heç nədən mənə sillə vurub, üzr istəsin” demiş, Kamil isə üzr istəməyəcəyini bildirmiş, daha sonra o və X11 aralarında ciddi problemin olmadığını deyib onlara barışmalarını təklif etmiş, Kamil və Sərxan “oldu keçdi, Allah şeytana lənət elesin” demişlər. Daha sonra o və X5 hara getməli olduqlarını soruşduqda onlar “Xəyal Servis” avtomobil təmiri sexinin yanına getməli olduqlarını dedikləri üçün hamısı Sərxanın avtomobili ilə həmin sexin yanına gəlmişlər. Həmin gün gecə təxminən saat 00 radələrində məhəllədə olan zaman Sərxanın Kamili və qardaşı Samiri bıçaqladığını və Kamilin xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Yaqub oğlu ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci il tarixdə işdən çıxıb dostu Nazimə zəng edib birlikdə Lökbatan qəsəbəsindəki “Pivə Evi” kafesinə gedib çay içməyi təklif etmiş, Nazim də təklifi qəbul edib ortaq dostları olan Rəhimi də çağıracağını deyib kafenin qarşısında görüşmələrini demişdir. “Pivə Evi” kafesinin qarşısına çatan zaman dostu Nazim və Rəhimin Zərərçəkmiş şəxs1 və Şəhriyarla söhbət etdiyini görüb onlara yaxınlaşmış, birlikdə 2-3 dəqiqə söhbət etdikdən sonra Lökbatan qəsəbəsindəki “Fədək” kafesinə getməyə razılaşıb getmiş, X12 2 ədəd qutab və 1 ədəd 1 litr Coca-cola içkisi, o, Nazim, Rəhim isə yemək yedikləri üçün çay sifariş vermişlər. Kamil kafedə mobil telefonda kiminləsə mesajlaşmış, təxminən 1 saat kafedə birlikdə oturduqdan sonra Kamil Şəhriyara onun göyərçin quşlarını saxladığı otağa getməyi təklif etmiş, Şəhriyar da ona etiraz etməmiş, daha sonra Şəhriyar kafedə hesabı ödədikdən sonra onlarla görüşüb Kamillə birlikdə quş saxladığı otağa getmişlər. Təxminən 1 saat sonra, yəni saat 22 radələrində Şəhriyar mobil nömrədən Nazimə zəng vuraraq Sərxanın 6 saylı avtobazanın yaxınlığında Kamili və qardaşı Samiri bıçaqla vurduğunu, onların Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıldığını demiş, onlar kafedən çıxıb birlikdə taksi ilə həmin xəstəxanaya getmiş, orada Kamilin öldüyünü, qardaşı Samirin isə yaralandığını bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X3 ilə 1997-ci ildə ailə həyatı qurub rəsmi nikaha daxil olmuş, bu nikahdan 1998-ci ildə böyük oğlu Zərərçəkmiş şəxs1 və 2001-ci ildə kiçik oğlu Zərərçəkmiş şəxs2 anadan olmuşlar. Əri Məhəmməd də Lökbatan qəsəbəsi “Xəyal dairəsi” deyilən ərazinin yaxınlığındakı sexdə avtomobillərə rəngsaz xidmətləri işi ilə məşğul olmuş, oğlu Kamil ayrı-ayrı vaxtlarda bir çox restoranlarda ofisiant işləmiş, son vaxtlar şadlıq evlərinin fəaliyyət göstərməməsi səbəbi ilə işləməmişdir. Kamil səmimi və mehriban insan olmuş, ətrafında olan insanlarla həmişə hörmətlə davranmış, buna baxmayaraq tərs və inadkar uşaq olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 23:30 radələrində əri Məhəmmədlə birlikdə evdə çay içərkən qonşuluqda yaşayan Muğan adlı şəxs gəlib oğlanları Kamillə Samirin bıçaqlandığını, 6 saylı avtoparkın giriş darvazının qarşısında olduqlarını demiş, əri ilə birlikdə qaçaraq 6 saylı avtoparkın giriş darvazasının qarşısına çatanda orada polis əməkdaşlarının və xeyli insanın toplaşdığını, həmçinin ətrafda çoxlu qan ləkələrinin olduğunu görmüşlər. Orada olan insanlardan oğlanları Kamil və Samirin harada olduqlarını soruşanda onlara oğlanlarına X16 briqadasının ilkin tibbi yardım göstərildiyi, Kamilin əynindəki şalvarın kəsilərək əynindən çıxarıldığı və Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıldığı deyilmiş, həyəcanlı olduğu üçün həmin şəxslərin kim olduqlarını bilməmişdir. Daha sonra əri Məhəmməd mobil telefonla qaynı Namiq Cəfərova zəng edib hadisə barədə ona danışmış, Namiq də avtomobili ilə ora gələndən sonra onlar da xəstəxanaya getmiş, xəstəxanada ona Kamilin öldüyü, Samirin isə sol qol nahiyyəsindən yaralandığı deyilmişdir. Baş vermiş cinayət hadisəsini törədən şəxsi tanımamış, hadisədən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onlarla eyni qəsəbədə yaşadığı ona məlum olmuşdur. Kamilin hər hansı şəxslə aralarında ədavət və mübahisənin olduğunu bilməmiş, bildiyinə görə Təqsirləndirilən şəxs üzərində olan bıçaqla oğlu Kamili öldürmüş, digər oğlu Samirin isə sol çiyin nahiyyəsinə isə bıçaqla xəsarət yetirmiş, bu barədə ona hadisədən sonra məlum olmuş, amma hadisənin səbəbini bilməmişdir. Hadisədən sonra Samirin hadisə zamanı əynində olmuş tünd göy rəngli cins şalvarda və açıq mavi rəngli qısaqol köynəkdə qanabənzər ləkələr olduğuna və həmin qan ləkələrinin oğlanları Samir və Kamilə məxsus olduğunu zənn etdiyinə görə Kamilin acı xatirəsini xatırlamamaq üçün həmin paltarları yumuşdur. Bundan başqa, oğlu Kamilin dəfn mərasiminə, baş daşına, hüzn mərasimlərinə və digər oğlu Samirin hadisə zamanı və hadisədən sonra səhhətində yaranmış problemlə bağlı 50000 (əlli min) manat pul xərclədikləri üçün həmin pulu Təqsirləndirilən şəxs anasından istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 yaxın dostu Şahid7 vasitəsilə təxminən 1-2 aydır ki tanımış və o, təbiətcə sakit insan olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə işdən çıxıb evə getmiş, axşam saat 20 radələrində dostu Nazim mobil nömrəsindən ona zəng edib birlikdə Lökbatan qəsəbəsindəki “Pivə Evi” kafesinə gedib çay içməyi təklif etmiş, o, da onunla razılaşmış, Nazim ortaq dostları olan Cabirin də gələcəyini deyib kafenin qarşısında görüşmələrini bildirmişdir. Həmin danışıqdan təxminən 5-10 dəqiqə sonra evdən çıxıb “Pivə Evi” kafesinin qarşısına çatan zaman Kamil və Şəhriyar orada çölə çıxıb onunla görümüş, onlara dostları Nazim və Cabiri gözlədiyini deyəndə elə həmin vaxt Nazim də yaxınlaşmış, birlikdə 2-3 dəqiqə söhbət etdikdən sonra Cabir də onlara yaxınlaşmışdır. Daha sonra onlar birlikdə Lökbatan qəsəbəsindəki “Fədək” kafesinə getmiş, orada Şəhriyarla Kamil qutab və Coca-cola içkisi, o, Nazim və Cabir isə çay sifariş vermiş, həmin gün Nazimin dişi ağrıdığı üçün özünü yaxşı hiss etməmiş, evdə yemək yedikləri üçün yemək sifariş verməmişlər. Təxminən 1 saat “Fədək” kafesində birlikdə oturduqdan sonra Kamil Şəhriyara onun göyərçin quşlarını saxladığı otağa getməyi təklif edəndə Şəhriyar da birlikdə getməyə etiraz etməmiş, daha sonra Şəhriyar kafedə hesabı ödəmiş və Kamillə birlikdə quş saxladığı otağa getmişlər. Təxminən 1 saat sonra, yəni saat 22 radələrində Şəhriyar mobil nömrəsindən Nazimin mobil nömrəsinə zəng vuraraq Təqsirləndirilən şəxs 6 saylı avtobazanın yaxınlığında Kamili və qardaşı Samiri bıçaqla vurduğunu və onların Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıldığını demiş, bundan sonra Nazimlə Cabir taksi ilə həmin xəstəxanaya, o, isə evə getmiş, səhəri gün Nazim zəng vuraraq xəstəxanada Kamilin öldüyünü, qardaşı Samirin isə yaralandığını demişdir. Zərərçəkmiş şəxs1 kiminləsə mübahisəsi və ədavəti olmasını bilməmiş, onunla yaxın münasibəti olmadığı üçün aralarında belə söhbət olmamış, Nazim və Şəhriyar da ona bu barədə heç nə deməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, “VAZ-2107” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vaxtı olduqca Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qaradağ” şadlıq sarayının yaxınlığındakı “Əli” marketin qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. 22 sentyabr 2021-ci tarixdə saat 16 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə avtomobillə həmin marketin qarşısına gəlib orada dayanmış, təxminən saat 22 radələrində orada müştəri gözləyən zaman bir nəfər cavan oğlan yaxınlaşıb iki nəfərin dava etdiyini və onların yanına gedib dava edənləri ayıraraq birini maşına əyləşdirib kənara aparmağı xahiş etmiş, taksi fəaliyyəti ilə məşğul olduğu dövrlərdə bir neçə dəfə tanımadığı şəxslər müştəri kimi sərxoş vəziyyətdə avtomobilə minib problemlər yaratdıqları üçün sərxoş vəziyyətdə olan şəxslərə taksi xidməti göstərmədiyindən adını bilmədiyi cavan oğlandan dava edən şəxslərin spirtli içki qəbul edibetməmələrini soruşanda həmin oğlan onların ayıq olduğunu bildirmişdir. Onunla razılaşdıqdan sonra həmin oğlan avtomobilin qabaq sağ oturacağında əyləşmiş, onunla birlikdə Lökbatan qəsəbəsindəki “Cırtdan park”-ın qarşısına gəlib oradan 6 saylı avtoparkın girişi istiqamətinə dönmüş, avtoparkın giriş qapısının qarşısında təxminən 10-15 nəfər adamın olduğunu, 1 nəfərin yerdə uzandığını görmüş, bu vaxt maşının qabaq sağ oturacağında əyləşmiş şəxs qapını açıb yerə düşmüşdür. Maşını qarşıya sürüb dövrə vurduqdan sonra onunla birlikdə gəlmiş şəxs yerdə uzanmış şəxsi qucağına götürərək onun avtomobilinə yaxınlaşıb avtomobilin arxa sol qapısını açmış, elə həmin vaxt qorxduğu üçün idarə etdiyi avtomobili hərəkətə gətirib oradan uzaqlaşmaq istəmiş, hazırda xatırlamadığı bir neçə nəfər avtomobilin qabaq sol qanadına və kapot hissəsinə əlləri ilə sillə vuraraq avtomobili saxlamağını bildirmiş, o, daha da qorxduğu üçün avtomobili saxlamayıb hərəkəti davam etdirmişdir. Təxminən oradan 200-300 matr aralaşanandan sonra sayrışan işiqlarla həmin şəxslərin olduğu istiqamətə gedən X16 maşını ilə qarşılaşmış, avtomobili saxlayıb içəridə cevrilərək geriyə X16 maşınının getdiyi istiqamətə baxanda həmin avtomobilin Lökbatan qəsəbəsi 28 May küçəsi ilə gedib 6 saylı avtoparın girişi istiqamətinə tərəf döndüyünü görüb avtomobilin hadisə yerinə getdiyini anlamış və avtomobili hərəkətə gətirib yenidən “Əli” marketin qarşısına gedib avtomobili orada saxlamışdır.. Təxminən 30 dəqiqədən sonra “Əli”marketin yaxınlığında dayanmış tanımadığı şəxslər hansısa taksi sürücüsünün 6 saylı avtoparkın giriş yaxınlığında 2 nəfər şəxsi bıçaqladığı barədə danışmış, bundan sonra ona taksi kimi getdiyi yerdə cinayət hadisəsinin baş verdiyi məlum olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə tanışlığı yaşadığı Qobu qəsəbəsində olmuş, Kamil təbiətcə aqressiv və səbrsiz insan olmuş və o, həmişə ona səbrli olmağı tövsiyyə etmişdir. 2021-ci ilin iyul ayında yaxın qohumu Yusif adlı şəxsin Lökbatan qəsəbəsində toy məclisində olan vaxt Kamil ona zəng edib darıxdığını və görüşmək istədiyini demiş, ona toyda olduğunu və bir azdan çıxacağını bildirsə də, az sonra Kamil yenidən zəng edəndə o, toy mərasimindən çölə çıxıb Kamillə orada görüşmüş, həmin vaxt o özü artıq sərxoş olmuşdur. Qobu qəsəbəsində tanışı ilə görüşməli olduğu üçün Kamilə birlikdə Qobu qəsəbəsinə gedib geri qayıtmağı təklif etmiş, Kamil də etiraz etməmişdir. Taksi saxlatmaq üçün toy məclisi olan ərazidən bir az kənarlaşıb uzaq qohumu Təqsirləndirilən şəxs sonradan adı ona məlum olan Şahid2 ilə məhlədə dayandığını görmüş, Sərxanla salamlaşıb hal-əhval tutduqdan sonra Qobu qəsəbəsinə gedib geri qayıtmalı olduğunu bildirmiş, o, da etiraz etməyib birlikdə Sərxanın idarə etdiyi avtomobilə əyləşib yola düşmüşlər. Avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o, isə qabaq sağ oturacaqda, Kamillə Allahverdi arxa oturacaqda əyləşmiş, avtomobil hərəkət etdiyindən sərxoşluq halı daha da pisləşdiyindən olanları xatırlamamışdır. Təxminən hadisədən 2 gündən sonra mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng gəlmiş, telefona cavab verən zaman zəng vuran şəxsin Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı olduğunu bildirib onu bölməyə dəvət etmiş, bölmədə ona 2 gün əvvəl Sərxanın idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşdiyi zaman “Kings Mart” dükanının qarşısında yolun sağ kənarı ilə velosipedlə hərəkət edən Emin adlı polis əməkdaşının kürək nahiyyəsinə əli ilə zərbə endirdiyi deyilmiş, həmin günü toy mərasimində olduğunu, toyda həddindən artıq spirtli içki qəbul etdiyi üçün sərxoş olduğunu və nə etdiyini xatırlamadığını bildirib həmin polis əməkdaşından üzr istəyərək bilərəkdən və qəsdən onu vurmadığnı, sadəcə olaraq avtomobilin pəncərəsi acıq olduğundan və əli çöldə olduğundan həmin şəxsə dəydiyini demişdir. Daha sonra Kamil “Vatsapp” tətbiqi vasitəsi ilə ona mesaj yazaraq Sərxanın və Allahverdinin tutulduğunu, onları tək qoyub qaçdığını yazmış, Kamilə Sərxana və Allahverdiyə fikir verməməyi, hər hansı sözləri olduqda ona bildirmələrini demişdir. 2021ci ilin sentyabr ayının sonunda Sərxanın Kamili və qardaşı Zərərçəkmiş şəxs2 bıçaqladığını, Kamilin də öldüyünü bilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış, Təqsirləndirilən şəxs “Kia Rio” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsindəki “Kings mart”ın qarşısında taksi fəaliyyəti ilə məşğul olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı qəsəbədən çıxıb hazırda xatırlamadığı taksi ilə Lökbatan qəsəbəsinə gəlmiş, mütəmadi olmasa da, iş olduqca Orxan adlı şəxs işləmək üçün onu icarəyə işlətdiyi avtoyuma məntəqəsinə çağırmışdır. “Kings mart”-ın qarşısında taksidən düşüb yaxınlıqda Təqsirləndirilən şəxs maşında əyləşdiyini görüb hal-əhval tutmaq üçün ona yaxınlaşmış və onun avtomobilində oturararaq bir az söhbət etdikdən sonra avtomaşınla qəsəbədə bir az gəzib yenidən gəlib “Kings mart”-la köşkün arasındakı yolun kənarında dayanmış, qəsəbədən tanıdıqları Allahverdinin onlara yaxınlaşdığını görüb maşından düşüb onunla görüşmüşlər. Daha sonra Sərxan onlara maşına əyləşməyi təklif etmiş, onlar da etiraz etməmiş, o qabaq sağ, Allahverdi isə arxa sol oturacaqda əyləşmiş, sonra Sərxan avtomobili 28 May küçəsi ilə üzü “Xəyalın dairəsi” deyilən ərazi istiqamətində sürmüşdür. 28 May küçəsində yerləşən “Kapital Bank”-ın reklam bilbordunun yaxınlığına çatanda Sərxan yolun kənarı ilə birlikdə piyada gedən iki nəfərin yanında saxlamış, onlardan biri tanışı Şəhriyar, digəri isə sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 olmuş, 2-3 dəqiqə söhbət etdikdən sonra Sərxan Kamillə söhbət etmək istədiyini bildirib onlardan maşına əyləşmələrini xahiş etmiş, onlar da etiraz etməmişlər. Daha sonra Sərxan avtomobili Lökbatan qəsəbəsindəki qəbirstanlığın qurtaracağına sürüb dayanmış, orada hamısı avtomobildən düşəndən sonra o, Sərxandan “nə məsələdi” deyə soruşanda Sərxan ona “dostuna görə mənə sillə atmışdı” deyib sağ əli ilə Kamilin sağ üz nahiyyəsinə bir dəfə sillə vurmuş, Kamil sağ əli ilə Sərxanın üz nahiyyəsinə bir dəfə sillə vurmaqla ona cavab vermişdir. Bu zaman o, Allahverdi və Şəhriyar dərhal Kamillə Sərxanı ayırmış, sonra X6 əvəzinə üzr istəmiş, o, yaxınlıqda olduğundan onların arasında olan söhbətləri eşitmişdir. Sərxan Kamilə “heç nədən mənə sillə vurub, üzr istəsin” deyəndə Kamil üzr istəməyəcəyini bildirmiş, daha sonra o, Allahverdi ilə birlikdə Kamillə Sərxana aralarında ciddi bir problemin olmadığını deyib onlara barışmalarını təklif etmiş, Kamil və Sərxan “oldu keçdi, Allah şeytana lənət eləsin” demişlər. Daha sonra onlar Kamil və Şəhriyardan hara getməli olduqlarını soruşanda onlar “Xəyal Servis” avtomobil təmiri sexinin yanına getməli olduqlarını demiş və hamısı Sərxanın avtomobili ilə həmin sexə getmiş, orada Kamillə Şəhriyardan ayrılmışlar. Dava böyümədiyinə və hüquq mühafizə orqanlarına məlumat verməli olduğunu bilmədiyinə görə dava barədə heç kimə məlumat verməmiş, həmin vaxt Sərxanın və yanında olan digər şəxslərin əllərində və üzərlərində kəsici-deşici əşyalar görməmiş, onlar bir-birlərinə sillə atan kimi onları ayırıb dava etməyə qoymadıqlarına görə dava zamanı Kamil və Sərxan hər hansı xəsarət almamışdır. Səhəri gün səhər təxminən saat 11 radələrində işlədiyi avtoyuma məntəqəsində olan zaman Sərxanın Kamili və qardaşı Samiri bıçaqladığını, Kamilin xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında boş sahədə göyərçin quşları saxlamış, 4-5 ildir ki dostu Şəhriyarın vasitəsilə Zərərçəkmiş şəxs1 tanımış, Zərərçəkmiş şəxs1 təbiətcə sakit insan olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə işdən çıxıb evə getmiş, axşam təxminən saat 20 radələrində dostu Cabir mobil nömrəsindən ona zəng edib birlikdə Lökbatan qəsəbəsindəki “Pivə Evi” kafesinə gedib çay içməyi təklif etmiş, o, da Cabirin təklifini qəbul edib ortaq dostları olan Rəhimi də çağıracağını və kafenin qarşısında görüşəcəklərini demişdir. “Pivə Evi” kafesinin qarşısına çatan zaman dostu Rəhimin Kamil və Şəhriyarla söhbət etdiyini görüb onlara yaxınlaşmış, birlikdə 2-3 dəqiqə söhbət etdikdən sonra Cabir də gəlib çıxmış, daha sonra onlar birlikdə Lökbatan qəsəbəsindəki “Fədək” kafesinə getmişlər. X7tab və Coca-cola içkisi, o, Rəhim və Cabir isə yemək yedikləri üçün çay sifariş vermiş, həmin günü dişi ağrıdığı üçün özünü yaxşı hiss etməmiş, təxminən 1 saatdan sonra Kamil Şəhriyara onun göyərçin quşlarını saxladığı otağa getməyi təklif edəndə Şəhriyar etiraz etməyib kafedə hesabı ödəmiş və onlarla görüşüb Kamillə birlikdə quş saxladığı otağa getmişlər. Təxminən 1 saat sonra, yəni saat 22 radələrində Şəhriyar zəng edərək Təqsirləndirilən şəxs 6 saylı avtobazanın yaxınlığında Kamili və qardaşı Samiri bıçaqla vurduğunu və onların Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıldığını demiş, onlar da kafedən çıxıb birlikdə taksi ilə xəstəxanaya getmiş, orada Kamilin öldüyünü, qardaşı Samirin isə yaralandığını bilmişlər. Kamilin kiminləsə mübahisəsi və ədavəti olması barədə məlumatı olmamış, Şəhriyar da bu barədə ona heç nə deməmişdir. Məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 81 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş “döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmiş-kəsilmiş yaraları” xəsarətləri iti uca və kənara malik əşya (alət) təsirindən törənmişlər, hayatidirlər, mərhumun ölümündən az əvvəl olmaqla 22 sentyabr 2021-ci il tarixdə törənə bilərdilər. Qeyd olunmuş xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanıın, sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmişkəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirkər. Mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin təqdim edilmiş bıçaqla və ya həmin tipli digər bıçaqla yetirilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası nəticəsində törənən kəskin xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meytinin meyitxanada müayinə olunduğu vaxtdan (23 sentyabr 2021-ci il, saat 02:00) 3-4 saat əvvəl baş vermişdir. Qeyd olunan xəsarətlər yetirildikdən sonra mərhum Zərərçəkmiş şəxs1 yeriyə və məqsədyönlü hərəkətlər etməsi inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs1 aşkar edilmiş iti uca və kənara malik əşyalar tərəfindən yetirilməyə xarakterik xəsarətlərin eyni və ya başqa əşyalar təsirindən yetirilməsi barədə konkret fikir söyləmək üçün mərhumun hadisə zamanı əynində olmuş paltarların kriminalitik müayinəsinin keçirilməsi məqsədə uyğundur. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr aşkar edilməmiş, 0,4 % qatılığında isə etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə praktiki ayıq hesab edilir. Ekspertizaya təqdim olunmuş paltarlardakı zədə nahiyələri Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərlə uyğunluq təşkil edir. (cild 02, i.v. 114-120) Məhkəmə tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 727 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekpsertizası zamanı onda aşkar edilmiş “sol bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası” xəsarəti deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi 22 sentyabr 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin bıçaqla yetirilməsi mümkündür. Təqdim edilmiş mavi rəngli köynəkdəki zədə nahiyəsi Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlə uyğunluq təşkil edir. (cild 2, i.v. 122-125) Məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş “sol qaşüstü, sol gözün bayır bucağının, burun, sağ kürək və sol baldır nahiyələrinin qançırları, sağ çiyin qurşağının, belin, sol dirsək oynağının, sağ saidin, sol mil-bilək oynağının, hər iki əlin, sol əlin V barmağın, sağ əlin İİİ barmağın və sağ diz oynağının sıyrıqları” xəsarətləri bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 22 sentyabr 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdə xəsarət yetirən əşyanın (alətin) fərdi xüsusiyyətləri saxlanılmadan həmin xəsarətlər konkret olaraq hansı küt əşyanın təsirindən yaranması barədə dəqiq fikir söyləmək mümkün olmasa da, qeyd olunan sol qaşüstü, sol gözün bayır bucağının, burun, sağ kürək və sol baldır nahiyələrinin qanşırları əl və yumruq təsirindən, sol əlin ovuc səthinin, sol əlin V barmağının dırnaq falanqasının və sağ əlin İİİ barmağının orta falanqasının sıyrıqları isə əl barmaqları, dırnaq və s. təsirindən törənməsi mümkündür. (cild 2, i.v. 60-62) Lifli materialların məhkəmə ekspertizasının 23 noyabr 2021-ci il tarixli 6/4969 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 oğuna, Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif hissəcikləri vardır. - Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş mavi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. (cild 3, i.v. 34- 40) Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 25 noyabr 2021ci il tarixli 2776 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur; -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir; -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; -Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır; -Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; -Təqsirləndirilən şəxs emosionallıq, özünə qarşı hörmət tələb etmək, tənqidə və təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir; -Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur; -Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emosional vəziyyətində həyəcan, gərginlik, hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir; -Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt halında) olmamışdır. (cild 03, i.v. 42-45) Məhkəmə tibbi-kriminalistik ekspertizasının 22 noyabr 2021-ci tarixli 722-2021/MTKŞ saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 02 ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 02 ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 01 ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd, sol qolunun ön səthində 01 ədəd və sağ qolunun arxa səthində 01 ədəd, cəmi 11 ədəd; şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd, sol ayaqlığının arxa səthinin yuxarı və aşağı hissələrində müvafiq olaraq 01 ədəd, cəmi 03 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqdim olunmuş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsindən əmələ gəlməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs1 məxsus tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar və tumanın üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sair) təsirindən yaranan zədələr aşkar olunmadı. - Təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol qolunun arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Həmin zədənin təqdim edilmiş bıçağın tiyəsinin və ona oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Köynəyin üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sair) təsirindən yaranan zədələr aşkar olunmadı. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin arxa səthinin sol yarısında 03 ədəd və sağ yarısında 01 ədəd və köynəyin ön səthində olan yuxarıdan aşağıya doğru 4-cü və 5-ci ilgəklərdə küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyələrinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik olan cırılma zədələri aşkar olundu. Həmin köynəyin ön səthində, yuxarıdan aşağıya doğru tikilmiş 3-cü düymənin öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində, dizlik nahiyəsində küt yaranma mexanizminə malik olan və şalvarın müvafiq nahiyəsinin hər hansı bir küt əşyaya (predmetə) ilişərək cırılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd cırılma zədəsi aşkar olundu. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz gödəkçənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim olunmuş və Şahid1 məxsus bir ədəd köynəyin və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı cib bıçağıdır və soyuq silah hesab edilmir, hazırki vəziyyətdə istifadəyə yararlıdır. (cild 3, i.v. 47-64) Məhkəmə tibbi bioloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli 821/2021-MTBŞ saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – Oalfa, beta/İ/ - Zərərçəkmiş şəxs2 qan qrupu – B/İİİ/. - Təqsirləndirilən şəxs qan qrupu – O/İ/. - Şahid1 qan qrupu – O/İ/ . Təqdim olunan 01 ədəd çubuqlu pambıq tampon, 01 ədəd çay daşı, kafel parçası, çınqıl daşı, 05 paketdə torpaq nümunəsi, kant (lent), Zərərçəkmiş şəxs1 məxsus köynək, trusik, şalvar, Nümayəndə məxsus qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, Şahid1 məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda Nümayəndə məxsus qısaqol mayka üzərindəki ləkələrdən başqa bütün ləkələrdə “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). - Nümayəndə məxsus qısaqol mayka üzərindəki ləkələrdə isə “B” və “H” antigeni alındı. Bu qan ləkələri B alfa/H/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). - Təqdim olunmuş bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus jilet üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. (cild 03, i.v. 66-74) Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında sağ hissəsində olan yoldur, yol torpaq örtüklüdür, üzərində asfalt yoxdur. Yol işıqla təmin edilmədiyi üçün ətraf qaranlıqdır. Yolun ortasında və kənar hissələrində bir neçə yerdə qanabənzər ləkələr vardır. Torpaq yolun mərkəzində olan tünd göy rəngli, üzərində ağ rəngli naxışları və tünd göy rəngli ipi olan idman ayaqqabısının bir tayı, ayaqqabının aşkar olunduğu yerdən solda 5 metr qarşıda torpaq yolun sol kənarı istiqamətində torpaq və daş qırıntılarına qarışmış tünd qırmızı rəngli qanabənzər ləkələr, ayaqqabının aşkar olunduğu yerdən solda 8 metr qarşıda digər torpaq yolun giriş hissəsinin mərkəzində torpaq və daş qırıntılarına qarışmış tünd qırmızı rəngli qanabənzər ləkələr, ayaqqabının aşkar olunduğu yerdən solda 10 metr qarşıda digər torpaq yolun giriş hissəsinin mərkəzində torpaq və daş qırıntılarına qarışmış tünd qırmızı rəngli qanabənzər ləkələr, ayaqqabının aşkar olunduğu yerdən sağda 12 metr yan istiqamətində torpaq yolun sağ hissəsində 01 ədəd çay daşının və 01 ədəd kafel parçasının üzərində tünd qırmızı rəngli qanabənzər ləkələr, ayaqqabının aşkar olunduğu yerdən sağda 14 metr yan istiqamətində torpaq yolun sağ hissəsində torpaq və daş qırıntılarına qarışmış tünd qırmızı rəngli qanabənzər ləkələr, ayaqqabının aşkar olunduğu yerdən sağda 18 metr yan istiqamətində digər torpaq yolunun 01 ədəd üzərində tünd qırmızı rəngli qanabənzər ləkələr olan açıq sarı rəngli parça kəsiyi, 6 saylı avtoparkın giriş darvazasından 13 metr sağda olan zibil qutusunun və darvazanın qarşısında, darvazanın qarşısındakı torpaq yolun mərkəzində torpaq və daş qırıntılarına qarışmış tünd qırmızı rəngli laxta şəklində qan, darvazasının qarşısındakı torpaq yolun mərkəzində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli, parça materialından olan şalvar, həmçinin Müşfiqabad Mədəniyyət evinin giriş darvazasının sağ tərəfində yerələşən divardan 3 metr qabaqda yolun hərəkət hissəsində yaş asfaltın üzərindən 01 ədəd dəri materialından olan qəhvəyi rəngli bıçaq üzlüyü aşkar edilərək götürülmüşdür. (cild 01, i.v. 4-15) Meyitə baxış keçirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: - Meyitin əynində qara rəngli üzərində ağ naxışları olan qısaqol köynək və qara rəngli tuman vardır. Köynəyin sol çiyin tikişində 6,0x0,3 sm, ön hissəsində sağda sağ çiyin tikişindən 25 sm aşağıda yerləşən 1,0x0,2 sm, ön hissəsində solda sol çiyin tikişindən 33 sm aşağıda yerləşən 1,0x0,2 sm, sağ yan hissəsində qoltuq tikişindən 2 sm aşağıda yerləşən 0,6x0,2 sm, arxa hissəsində sol çiyin qurşağından 15 sm aşağıda yerləşən 0,6x0,2 sm, həmin zədədən 5 sm sağda 0,7x0,2 sm, arxa hissəsində ortada boyun tikişindən 23 sm aşağıda yerləşən 0,7x0,1 sm, həmin zədədən 2 sm sağda 0,9x0,2 sm, arxa hissəsində sağda sağ çiyin tikişindən 18 sm aşağıda yerləşən 0,6x0,2 sm ölçülərdə zədə yerləri vardır. - Meyit kişi cinsli, düzgün bədən quruluşlu, boyunun uzunluğu 173 sm-dir. Əllə toxunduqda meyit soyumuşdur. Meyit qacıması yoxlanılan qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif intensivlikdə olub, bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir və 2-3 dəqiqəyə bərpa olur. Saçları qara rəngdə olub, uzunluğu 3-4 sm-ə qədərdir. Gözləri qapalıdır, buynuz qişa parlaqdır, bəbəklər bərabər genəlmişdir, dairəvi formalıdır, diametri 0,5sm-dir. Ağzı qapalıdır. Dişləri tam və təbii olmaqla yerindədirlər. Kəllə tağı və üz şöbə sümükləri əllədikdə sınıq hiss olunmur. Boyun bədənə mütənasibdir,orta uzunluqda və qalınlıqdadır. Döş qəfəsi simmetrikdir, sümükləri əllədikdə sınıq hiss olunmur. Ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi tipində düzgün inkişaf etmişdir, sidik kanalının xarici dəliyindən ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisinin şüavari büküşləri nəzərə çarpandır. Fəqərə sütunu əllədikdə tamdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tamdır. - Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində “Sol çiyin qurşağının ön səthində 6,5x2,5 sm ölçüdə, boylama istiqamətli”, “Döş qəfəsinin sağ yan səthində ön qoltuq xətti üzrə 0,5x0,5 sm”, “Döş qəfəsinin ön səthinin sağ yarısında Vİİİ-İX qabırğalar səviyyəsində 1,3x1,0 sm”, “Sol qarınüstü nahiyədə 1,5x0,5 sm”, “Sağ kürək nahiyəsinin tış hissəsində 1,5x0,5 sm”, “Sağ kürək nahiyəsinin iç hissəsində 1,0x0,5 sm”, “Sağ kürəkaltı nahiyədə 1,0x0,3 sm ölçülərdə 2 ədəd”, “Sol kürək nahiyəsində 1,0x0,3 sm”, “Sol kürəkaltı nahiyədə 0,5x0,3 sm”, “Sağ budun yuxarı 1/3-nin ön-iç səthində 3,5x1,5 sm”, “Sol budun orta 1/3-nin arxa səthində 2,0x0,5 sm”, “Sol budun aşağı 1/3-nin arxa səthində 2,0x1,0 sm”, “Sol saidin aşağı 1/3-nin bayır səthində 6,0x2,0 sm”, “Sol iç topuq nahiyyəsində 20x1,0 sm ölçülü xəsarətlər aşkar edilmişdir. (cild 1, i.v. 16-24) Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisə vaxtı cinayəti aləti kimi istifadə etdiyi 01 ədəd tiyəsinin bir tərəfi iti olan gümüş rəngli, dəstəyi isə metal rəngli olan bıçağı könüllü təqdim etmiş və müəyyən olunmuşdur ki, həmin bıçaq tiyəsi və dəstəyi dəmir materialdan olan gümüşü rəngli bıçaq olmaqla zavod üsulu ilə hazırlanmış, bıçağın ümumi uzunluğu 16 sm olub, tiyəsi 7 sm, dəstəyi isə 9 sm-dir. Bıçağın iki ədəd dəstəyi vardır, dəstəklərin içi oyulmuş haldadır, bağlı vəziyyətdə bıçağın tiyəsi dəstəklərin arasında gizlənir, hər iki dəstəyin üzərində 4 ədəd konusvari iri deşiklər vardır. (cild 01, i.v. 61-66) Şahid1 məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd açıq mavi rəngli cins şalvara baxış keçirilmiş və onların üzrlərində qanabənzər ləkələr aşkar olunmuşdur. (cild 01, i.v. 130-135) Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd açıq mavi rəngli, parça materialından üzərində qara naxışları olan qısaqol köynəyinə baxış keçirilmiş və köynəyin sol qolu üzərində kəsicideşici alətlə yetirilməyə xarakterik zədə və qanabənzər ləkələr aşkar olunmuşdur. (cild 01, i.v. 160-171) Mərhum Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarına baxış keçirilmiş və boğazlığın içərisində “Stefano Ricci, made in İtaly” yazısı olan, qara rəngli, parça materialından, üzərində ağ naxışları olan 01 ədəd qısaqol köynəyin ön və arxa hissəsində, həmçinin 01 ədəd sarı rəngli naxışları olan tumanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik zədələr və qanabəzər ləkələr aşkar edilmişdir. (cild 02, i.v. 40-46) İş materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonda onun qardaşı Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs barəsində “VVhatsap” tətbiqi vasitəsilə yazışmaları aşkar olunmuş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 saat 20:28-də qardaşı Zərərçəkmiş şəxs2la (Samir- 077 341-64-70) əlaqə saxlayıb ondan “Kingsin” qabağında dayanan, ağ rəngli “Kia” markalı 826 taksini” tanıyıb-tanımadığını, qardaş olmaları barədə Sərxanın bilib-bilmədiyini soruşmuş, Zərərçəkmiş şəxs2 ona həmin taksi sürücüsünü tanıdığını, onun qardaşı olduğunu bilmədiyini demiş, bundan sonra Zərərçəkmiş şəxs1 qardaşından həmin maşına minib onun yanına sürdürməyi, lakin onun qardaşı olduğunu ona deməməyi, gətirəcəyi halda və çatana yaxın ona və ya Şəhriyara xəbər verməyi tapşırmış, Sərxanı ana söyüşü ilə təhqir etsə də, yazışmada nəyə görə onu gətirməsini deməmişdir. Zərərçəkmiş şəxs2 saat 22:05-də Zərərçəkmiş şəxs1 mesaj yazaraq Sərxanın gəldiyini (müştəri aparmaqdan qayıtdığını) bildirib gətirib-gətirməməyi soruşmuş, Kamil də ona “Fəridə gil tərəfdə arxada” Şikı ilə (Şəhriyarı nəzərdə tutub) olduğunu və ora gətirməyi bildirib ona “mən vuranda sən vurma” deyə xəbərdarlıq etmiş, Samir də Kamilə Şəhriyarı nəzərdə tutaraq “o deyir gətirmə axı” deyə soruşanda Kamil ona “gətir, qələt edir, məni eşit Samir” deyə cavab yazmış, daha sonra Zərərçəkmiş şəxs2 qardaşı Kamilə saat 22:16-da “gəlirəm” deyə mesaj göndərmişdir. (cild 1, i.v. 172-200) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmaması, yalnız özünü müdafiə etmək istəyərkən, zəruri müdafiə vəziyyətində hadisənin baş verməsi, hadisə zamanı maşına oturaraq Kamili xəstəxanaya çatdırmaq üçün onların arxasınca getməsi, lakin, onlar gözdən itdiyi üçün çıxıb evə getməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 81 saylı, Məhkəmə tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 727 saylı rəyləri, baxış protokolları və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs ifadəsində guya avtomobili zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmaq üçün hərəkət etdirməsi, lakin, zərərçəkmiş şəxs gözdən itdiyi üçün hadisə yerindən çıxıb getməsi barədə bildirsə də, məhkəmə tərkibi, hadisənin baş vermə mexanizmini nəzərə alaraq, belə qənaətə gəlir ki, əgər təqsirkar şəxs həqiqətən də, zərərçəkmiş şəxsi məhz xəstəxanaya çatdırmaq üçün avtomobilini onun istiqamətində hərəkət etdirsəydi, onun idarə etdiyi avtomobillə çoxsaylı xəsarətlər almış zərərçəkmiş şəxsə çatması tamamilə mümkün olardı. Qeyd olunanlar göstərir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadələri qeyri-səmimidir, o, cinayət əməlini birbaşa qəsdlə törətmiş və Zərərçəkmiş şəxs1 ölümündən ibarət olan nəticəni arzu etmiş, eyni zamanda Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə tərkibi, həmçinin, Təqsirləndirilən şəxs yetirdiyi xəsarətlərin dərəcəsini və sayını da cinayət əməlinin tövsifi üçün əhəmiyyətli sayaraq, nəzərə alır. Eyni zamanda qeyd etmək lazımdır ki, dalaşan tərəflərdən heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy göstərirlərsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. İş materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı onların hər biri istintaqa verdikləri ifadələrini təsdiq etmiş, Şahid1 Sərxanın hadisə zamanı Kamilə və ailə üzvlərinə nalayiq sözlər deyib söyüş söydükdən sonra Samirin Sərxanı vurduğunu, Sərxandan başqa heç kimdə kəsici-deşici, həmçinin digər əşyalar olmadığını demişdir. (cild 02, i.v. 155-167) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddələri ilə tövsif edilməlidir. X14 21-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 02, i.v. 211-213) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 01 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əsas cəzadan azad olunmuşdur. (cild 02, i.v. 256-257) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir, onun əməlində cinayətlərin residivi halı yoxdur. Qaradağ RİHB-nın Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs müsbət xaraterizə olunur. (cild 3, i.v. 141) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin baş vermiş cinayət hadisəsinə qədərki qanunsuz və əxlaqsız davranışını, AR CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayət işində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. AR CM-in 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, AR CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il, 06 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməlidir. AR CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. AR CM-in 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi həmin Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Qaradağ Rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi X2, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, iş üzrə Şahid1 məxsus köynək və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq, Zərərçəkmiş şəxs2 və Şahid1, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, hadisə yerindən götürülmüş 01 ədəd çubuqlu pambıq tampon, 01 ədəd çay daşı, kafel parçası, çınqıl daşı, 05 paketdə torpaq nümunəsi, kant (lent), 01 ədəd bıçaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 sentyabr 2021-ci il tarixli, 4(002)-207/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 49; 112, 113) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il, 06 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və ona 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Qaradağ Rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi X2, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, iş üzrə Şahid1 məxsus köynək və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq, Zərərçəkmiş şəxs2 və Şahid1, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, hadisə yerindən götürülmüş 01 ədəd çubuqlu pambıq tampon, 01 ədəd çay daşı, kafel parçası, çınqıl daşı, 05 paketdə torpaq nümunəsi, kant (lent), 01 ədəd bıçaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-820/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-820/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver