Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-820/2023 10.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı1 müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X6, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olması ehtimal edilən «Behzat» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 12,075 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini əldə edib üzərində saxlayaraq daşımış və 18 avqust 2022-ci il tarixdə, saat 00:15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəhər Şossesi küçəsində yerləşən “Bolmart” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 12,075 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda herion narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə verməkdən imtina etdi. Lakin suallar ətrafında dindirilərkən məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrini təsdiq edərək göstərdi ki, o, Behzatdan birinci dəfə olaraq heroin narkotik vasitəsi götürmüşdür. Əvvəllər isə kimdən gəldisə, alıb istifadə etmişdir. İranlıya narkotik vasitə heroin sifariş verərkən kart vasitəsi ilə ona 150 manat pul köçürmüş, köçürməni mobil telefonunda olan Azərtürk bankın tətbiqindən istifadə etməklə etmişdir. Onun Emindən götürülən narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Emin həmin narkotikt onun yanında Behzada sifariş verməmiş, həmin sifarişi Emin ondan əvvəl vermişdir. Emin 4 gün sonra ona zəng edib, malı götürməyə gedəcəyini dedikdə, o, Eminə birlikdə getməyi təklif etmişdir. Emin sellofanı açıb oradan ona çatası 12 qram narkotik vermiş, qalanını özü ilə götürmüşdür. Bundan sonra onlar tutulmuşlar. O, artıq narkotik aludəçisi olduğundan özünün istifadəsi üçün iranlıdan külli miqdarda narkotik almışdır. Onun narkotik vasitələri satmaq kimi bir niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2022-ci ilin yayından narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İran vətəndaşı olan «Behzat» adlı şəxsi tanışı Eminə görə tanımışdır. Belə ki, Emin də özü üçün İran vətəndaşı olan «Behzat» adlı şəxsdən narkotik vasitə almış, ancaq hançı növ narkotik vasitə almasını və nə üçün aldığını o, bilməmişdir. 14 avqust 2022-ci il tarixdə axşam saatlarında iranlı «Behzat» adlı şəxslə «WhatsApp» proqramı vasitəsilə danışaraq öz istifadəsi üçün 12 qram heroin sifariş etmiş və həmin sifarişə görə iranlının dediyi kart hesabına 150 manat pul köçürmüşdür. Ancaq pulu hansı hesaba köçürdyü onun yadında qalmamışdır. O, 12 qram heroin sifariş edərkən tanışı Emin gəlmiş və onun iranlı ilə danışdığını öyrənib o da özünə narkotik vasitə sifariş etmək istədiyini demiş, sonra Emin «Behzat»la danışmışdır. «Behzat» Eminə onunçün 12 qram heroini qoyacağı yerə onun, yəni Eminin də sifarişini qoyacağını və bu barədə zəng vurub məlumat verəcəyini bildirmişdir. Bu danışıqdan 4 gün sonra, yəni 18 avqust 2022-ci il tarixdə, gecə saatlarında Emin onun yanına gəlib «Behzat»ın hər ikisinin sifarişini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəhər Şossesində yerləşən “Bolmart” marketin yaxınlığında bir yerə qoyduğunu bildirdiyini ona demiş və birlikdə gedib sifarişlərini götürmələrini təklif etmişdir. O, Eminlə razılaşaraq birlikdə «Behzat»ın Eminə dediyi yerə getmiş, orada bir ədəd sellofan torba olmasını görmüş, Emin torbanı götürmüş və içərisinə baxdıqda orada böyük bağlamada ot kütləsi, başqa bağlamada isə heroinə oxşar maddə və bir ədəd xırda bükümdə isə heroin olmasını görmüşdür. Emin bir ədəd xırda bükümü çıxarıb ona vermiş və 150 manat müqabilində ona göndərilmiş heroin olmasını bildirmiş, torbanı isə özündə saxlamışdır. Eminin əlində olan sellofan torbadakı narkotik vasitənin nə qədər olmasını və hansı növ olmasını ondan soruşmamışdır. Belə ki, həmin əşyanın ona aidiyəti olmamışdır. Həmin narkotik vasitə Eminin sifarişi olmuş, hərə öz sifarişini götürmüş, yəni o, bir ədəd bükümdə olan 12 qram heroini cibinə qoymuş, Emin isə torbanı əlində tutub getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 18 avqust 2022-ci il tarixdə, saat 00:05 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən «Bolmart» marketin yaxınlığında piyada gedən zaman Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən onların hər ikisi saxlanılmış və Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmışlar. Orada onun üstünə baxış keçirilmiş və şəxsi istifadəsi üçün iranlı “Behzat”dan aldığı narkotik vasitə olan bir büküm heroin aşkar edilərək götürlmüşdür. Sonra verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün İİR vətəndaşı olan «Behzat» adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şahid3la birlikdə əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, «Behzat» adlı şəxslə danışaraq öz istifadəsi üçün narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiyini bildirmişdir (iş vərəqə: cild İİ, səh.35-37). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs və Şahid3 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövrüyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Hər iki şəxsin anket məlumatları tam dəqiqləşdirilmiş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, rəhbərliyə raportla müraciət etmiş, sonra isə onun rəhbərliyi ilə BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid3 və Təqsirləndirilən şəxs ifşa edilməsi və onların cinayət başında yaxalanmaları məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında 18 avqust 2022-ci il tarixdə, saat 00:05 radələrində o, əməliyyat qrupunun üzvləri Şahid2 və X4 birlikdə keçirdikləri əməliyyat axtarış tədbiri zamanı Şahid3 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılmışlar. Onlar özlərini saxlanılan şəxslərnə təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, həmçinin Şahid3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, istifadə etmə və satışı ilə bağlı əməliyyat məlumatı daxil olduğunu onlara elan edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra onların üzərlərinə baxış keçirilməsi məqsədilə onları Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasına aparmışlar. Sabunçu RPİ-nin 12-cü PB-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra onun, təhqiqatçı Yelmar Vahabovun, müdafiəçi Elman Abıyevin və əməliyyat müvəkkilləri Şahid2 və X2 iştirakı ilə video çəkiliş aparılmaqla Şahid3 üzərində şəxsi axtarış aparılmasına başlanılmış, bundan sonra şübhəli şəxs Şahid3 üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Şahid3 bundan sonra sağ əlində olan sellofan torbanın içərisindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 70 (yetmiş) manat pul və bir ədəd Şahid3 özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Sonra Şahid3 aşkar edilərək götürülmüş maddi sübutlar qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, ona məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmış, 70 manat nəğd pul isə onun özünə qaytarılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Şahid3 sonra baxılan iş üzrə Təqsirləndirilən şəxs dövlət hesabına təhqiqatçı tərəfindən təyin edilmiş müdafiəçi X5 iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə real olaraq şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 (bir) manat pul, bir ədəd alışqan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə boş zərfə qoyularaq DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, sonra iştirakçılar tərəfindən və eyni zamanda şübhəli şəxsin özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, şəxsi axtarış zamanı «Sony» markalı videokameradan çəkiliş aparılmaqla istifadə edilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatətlər qaldırılmamışdır. hazırda Şahid3 və Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilməkdədir. Şahid3 və Təqsirləndirilən şəxs saxlanılarkən, Sabunçu RPİ-nin 12-cü PB-nin inzibati binasına gətirilərkən və Sabunçu RPİ-nin 12-cü PB-nin inzibati binasında olduqları müddətdə onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir tətbiq olunmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş BNMİnin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunda ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 4-5 ildən artıq müddətdə dostluq etmişdir. Şamillə o, birlikdə «kakos» çəkmiş, başqa narkotik vasitə istifadə etməmişlər. Bir gün instaqramdan bir İran nömrəsi tapmış, həmin nömrə ilə əlaqə saxlamış, həmin şəxsdən 100 manatlıq narkotik vasitə almaq istəmişdir. 100 manatı ona göndərmiş, lakin həmin şəxs onu aldatmış və nömrəni narkotik vasitəni göndərməmişdir. Bir müddət sonra Şamil iranlı kimi bildiyi şəxsin nömrəsini ondan istəmiş, ona 150 manat atıb bu dəfə öz adından narkotik alacağını bildirmişdir. Əsil həqiqətdə 150 manat pul onların ikisinin pulu olmuş, 80 manat Şamil qoymuş, 70 manat isə o, qoymuşdur. Lakin aldadılmamaları üçün bu dəfə Şamil pulu öz adından atmış, həmçinin bir yerdə olduqlarını demək istəməmişlər. Şamil həmin şəxslə danışıb kart vasitəsi ilə ona 150 manat pul atmışdır. Onlar narkotikin qramını 30-35 manatdan almışlar. Həmin şəxs yenə də onları aldatmışdır. 4 gündən sonra o, iranlı kimi bildiyi həmin şəxsi yığıb ona Şamilin ona 150 manat atdığını demiş, camaatın malını yollamamasının səbəblərini soruşmuşdur. İranlı narahat olmamağı tapşırmış, zəng vuracağını demişdir. Gecə isə zəng vurmuş, Şamilə malın Sabunçuda olduğunu bildirmiş, gedib götürməyi tapşırmışdır. Deməsinə görə malı Sabunçuda «Bolmart» marketin arxasına atmışdır. O, və Şamil birlikdə getmiş, sonuncu deyilən yeri axtarmış, lakin tapa bilməmişlər. Bir dənə yekə bağlama olduğunu görmüşlər. Şamil axtararkən adam gələrsə, xəbər verə bilməsi üçün o, qıraqda dayanmış, Şamilin axtardığını, lakin tapa bilmədiyini görmüşdür. Şamil zəng vurub maraqlanmış, bağlamanın onlara aid olmadığını demişdir. İranlı onlara aid malın həmin bağlamanın içərisində olduğunu bildirmişdir. Onlar bağlamanı çırmış, lakin içərisində mal görməmişlər. Elə həmin müddətdə qarışıqlıq düşmüş, onları tutub 12-ci Polis Bölməsinə aparmışlar. O, Şamilin 12 qram narkotiki necə götürməsini görməmişdir. Bölmədə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onu döymüş, sumkanın onun olmasını boynuna qoymuşlar. Sabunçu RPİ-nin əməkdaşları tərəfindən onlara qarşı hər hansı zorakılıq və təhqir olmamışdır. Sumkada 3 kq kakos, 1 kq isə nəşə olmuşdur. Sənədlərə qol çəkmiş, amma nəyə qol çəkdiyini belə, bilməmişdir. Şamili ayrı, onu da ayrı sorğu-sual etmişlər. Birinci dəfə ifadə verən zaman məhkəmədə dediklərini demiş, lakin daha sonra bir bağlama onun qabağına, bir bağlama da Şamilin qabağına qoymuşlar. X8 yerində Şamilin vəkilinin iştirakı ilə Şamillə onu üzləşdirmişlər və onlar hadisəni oluğu kimi danışmışlar. Üzləşmə zamanı sumka söhbəti olmadığını, o qədər narkotiki almağa pullarının olmadığını bildirmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq mərhələsində vermiş oldluğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, təxminən son iki ildə narkotik vasitədən istifadə etməyə başlamış, 2021-ci ildə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 18 avqust 2022-ci il tarixdə, saat 00:05 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində yerləşən «Bolmart» marketin yaxınlığında tanışı, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə birlikdə piyada gedərkən üç nəfər tanımadığı mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, sonra onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları bildirilərək barələrində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqda qərarla tanış edərək hər ikisini Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparmışlar. 12-ci PŞ-də dəvət olunmuş müdafiəçilərin iştirakı ilə hər ikisi şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarışdan əvvəl ona və Təqsirləndirilən şəxs üzərlərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə, təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində olan sellofan torbanın içərisindən bir ədəd bükümdə olan heroini və bir ədəd bükümdə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan «Samsung» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 70 (yetmiş) manat pul və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şahid3 ifadəsinin davamında göstərdi ki, təqdim etdiyi heroin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 03 (üç) kq, 99 (doxsan doqquz) qram, qurudulmuş marixuananın çəkisi 01 (bir) kq, 230 (iki yüz otuz) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus «Samsung» markalı mobil telefon və onun şəxsiyyət vəsiqəsi götürülmüş, üzərindən çıxan 70 (yetmiş) manat pul isə onun özünə qaytarılmışdır. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, eyni proses onun tanışı Təqsirləndirilən şəxs ilə bağlı da keçirilmişdir. Belə ki, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi ona da təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan «Samsung» markalı mobil telefon, 01 (bir) manat pul və bir ədəd alışqan aşkar edilərək götürülmüşdür. Yekunda Təqsirləndirilən şəxs təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və heroinin çəkisinin 13,70 (on üç tam yüzdə yetmiş) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün «Samsung» markalı bir ədəd mobil telefon götürülmüş, 01 (bir) manat pul və bir ədəd alışqan isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, təhqiqatçının suallarına cavab olaraq o, üzərindən aşkar olunmuş kütlənin onun özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı olaraq bildiyi «Behzat» adlı şəxsin vasitəsi ilə saxlanılmazdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində Təqsirləndirilən şəxsla birlikdə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, «Behzat» adlı şəxslə danışaraq göndərəcəyi narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiyini, həmin kütlələri təyin olunmuş yerdən götürərkən öz istifadələri üçün pul ödədiyi narkotik vasitəni Təqsirləndirilən şəxs götürdüyünü, qalan kütlələri isə «Behzat» adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmiş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən suallara səmimi və doğru cavablar verdiyini göstərmişdir. Tanışı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Ən nəhayət, Şahid3 ifadəsinin davamında göstərdi ki, onlar hər ikisi üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri İran vətəndaşı olan «Behzat» adlı şəxsdən almış, onunla nömrəsi yadında qalmayan «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlamış, «Behzat» adlı şəxs narkotik vasitəni atdığı yeri ona telefonda demiş, həmin narkotik vasitələri iranlı Behzatın dediyi yerlərə aparıb qoyacağını, bunun əvəzində «Behzat» adlı şəxs ona istifadə etməsi üçün narkotik vasitə və pul verəcəyini vəd etmiş, narkotik vasitə almaq üçün pulu olmadığına görə belə bir yolla qazanc əldə etmək istəmişdir (iş vərəqə: cild İ, səh. 105-108). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan sərbəst ifadəsində göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu, yəni Şahid3 isə ifadəsində Təqsirləndirilən şəxsla aralarında əlbirlik olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 227-230). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Şəxsi axtarış və götürmə barədə» 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN BNMİ-nin təhqiqatçısı Y.Vahabov tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şahid3 və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah olunmuş, üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, heroin narkotik vasitəsinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** narkart nömrəsi olan «Samsung» markalı mobil telefon, bir manat pul və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 13,70 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» markalı mobil telefon götürülmüş, 01 manat pul və 01 ədəd alışqan isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq tanışı Şahid3 dediklərini təsdiq etmiş, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan kütlənin özünə məxsus olmasını, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Behzat» adlı şəxsin vasitəsilə tutulmazdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanışı Şahid3la birlikdə əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, «Behzat» adlı şəxslə danışaraq öz istifadəsi üçün ona göndərəcəyi narkotik vasitəyə görə onun bank hesabı kartına 150 manat pul göndərdiyini, başqa heç yerdə narktik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi video çəkilişlə həyata keçirilmiş və prosesin videogörüntüləri bir ədəd «CD» formatlı diskə yüklənməklə tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 52-54). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib olunqan «Şəxsi axtarış və götürmə barədə» 18 avqust 2022-ci il tarixli protokolun məzmunu ilə üstüstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.201). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 6/4388 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 №-li dairəvi möhür əksi, Şahid3 təqdim etdiyi kütlələr...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 3005 qram (3 kq 005 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 №-li dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,075 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, vət.Şahid3 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, vət.Şahid3 aşkar edilmiş 3005 qram heroinin 0,2 qram hissəsi ekspertiza tədqiqatına sərf edilmiş, 3003 qram qalıq qalmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 12,075 qram heroinin 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edilmiş, 11,975 qram isə qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh. 63-68). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 6104 nömrəli rəyindən görüunür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 205-206). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair» 17 avqust 2022-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 85). Ən nəhayət, tədqiq olunan sənədlərlə müəyyən edildi ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 12,075 qram heroin narkotik vasitəsi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11,975 qram heroin narkotik vasitəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, 01 ədəd CD formatlı disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.55-65, 79). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat orqanının istintaq tapşırığına verdiyi 24 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, təqsirləndirilən şəxs Şahid3 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumat əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 204). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 25 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Şahid3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən ayrıca icraatda ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 1-13). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 12,075 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmiş, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 100). İşdə olan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2011 və 2013-cü il təvəllüdlü olmaqla iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmamasını və əməlindən səmimi peşimanlığını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 18 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022 il tarixli, 6104 saylı rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11,975 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11,975 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-820/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-820/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver