Məhkəmə qərarları › İş №1(101)-820/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-820/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-820/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Fides” vəkil bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, 1 yetkinlik yaşına çatmayan uşağı olan, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx.xx.2005-ci ildə İmişli rayonu, Əliqullar kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək (CM-nin 62 tətbiq edilkərək) 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin cəzasının 01 ay 18 gün hissəsi çəkilməmiş qalmış, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Əliqullar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girib 08 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrindən etibarən Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda izləməyə başladıqları Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsnun Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» adlı hostelə daxil olmasım müşayiət edərək, arxasınca Hostelə daxil olduqdan sonra o, həmin Hostelin 4-cü mərtəbəsində hücum edərək Zərərçəkmiş şəxs dizi ilə hosteldə quraşdırılmış liftin künc hissəsinə itələdikdən sonra Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi bıçağı alıb Zərərçəkmiş şəxs nümayiş etdirib qarın nahiyəsinə tərəf sıxaraq, sonuncuya xəsarət yetirəcəyi hədəsi ilə basqın edib üzərində daşıdığı əl çantasının arxa cibindən 360 (üç yüz altmış) manat və həmin tarixə olan milli məzənnə ilə 3,40 (üç manat qırx qəpik) manat olan 02 ABŞ dolları məbləğdə pul vəsaitini çıxartdıqdan sonra öz cinayətkar əməlini davam etdirərək, Zərərçəkmiş şəxs çantasının ön zəncirbəndini açmasını tələb etmiş və bundan sonra həmin əl çantasının içərisindəki pul kisəsindən 2.000 (iki min) manat və həmin tarixə olan milli məzənnə ilə 1,22 (bir manat iyirmi iki qəpik) olan 30.000 İran rialı pul vəsaitini götürərək, Zərərçəkmiş şəxsnun cəmi 2.364,62 (iki min üç yüz altmış dörd manat altmış iki qəpik) manat məbləğdə pul vəsaiti ələ keçirib quldurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girib 08 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrindən etibarən Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda izləməyə başladıqları Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsnun Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» adlı hostelə daxil olmasım müşayiət edərək, arxasınca Hostelə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 həmin hostelin 4-cü mərtəbəsində hücum edərək Zərərçəkmiş şəxs dizi ilə hosteldə quraşdırılmış liftin künc hissəsinə itələdikdən sonra onun üzərində gəzdirdiyi bıçağı Təqsirləndirilən şəxs1 ondan alaraq, Zərərçəkmiş şəxs nümayiş etdirib qarm nahiyəsinə tərəf sıxaraq, sonuncuya xəsarət yetirəcəyi hədəsi ilə basqın edib üzərində daşıdığı əl çantasının arxa cibindən 360 (üç yüz altmış) manat və həmin tarixə olan milli məzənnə ilə 3,40 (üç manat qırx qəpik) manat olan 02 ABŞ dolları məbləğdə pul vəsaitini çıxartdıqdan sonra öz cinayətkar əməlini davam etdirərək, Zərərçəkmiş şəxs çantasının ön zəncirbəndini açmasını tələb etmiş və bundan sonra həmin əl çantasının içərisindəki pul kisəsindən 2.000 (iki min) manat və həmin tarixə olan milliməzənnə ilə 1,22 (bir manat iyirmi iki qəpik) olan 30.000 İran rialı pul vəsaitini götürərək, Zərərçəkmiş şəxsnın cəmi 2.364,62 (iki min üç yüz altmış dörd manat altmış iki qəpik) manat məbləğdə pul vəsaiti ələ keçirib quldurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onlar zərərçəkmiş şəxsi hostelin qarşısında qırağa çəkmiş, çantasını əlindən alıb pulunu götürmüşlər. Əllərində bıçaq olmayıb, orada kameralar da var idi ki, əllərində heç nə olmayıb. Hadisə baş verən zaman içkili olmuş, anlaqlı vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs1la hadisədən 10-15 gün əvvəl kafedə münasibətləri yaranıb, orada tanış olmuşlar. Hadisə günü bir yerdə toyda olmuş, toydan çıxıb, bulvara gəzməyə getmişlər. Zərərçəkmiş şəxsi dənizkənarı parkda görmüşlər, yanında qız var idi. Zərərçəkmiş şəxsi görəndə saat 4-5 olmuş, səhərə yaxın olmuşdur. Onların nəsə istifadə etdiklərini görəndən sonra onlara yaxınlaşmışlar. Zərərçəkmiş şəxsin yanındakı qız onları təhqir etmişdir. Qız onlara hücum etmək istəmişdir. Əlində nə isə vardı, onu dənizə atmışdır. Qız sonra oğlandan ayrılıb, metroya tərəf getmişdir. Onlar oğlanı izləyib onun dalınca getmişlər. İzləməkdə məqsədləri ondan pul almaq olmuş. Hüsni qızı metroya qədər yola salıb gəlmişdir. Hostel Sahil metrosunun yaxınlığında yerləşir. Onları hostelə buraxmamışlar. Onlara bir az bundan qabaq bura daxil olan adamı çağırın dedikdən sonra, onlar da çağırmışlar. Onların üzərində bıçaq olmayıb. Qismət həmin vaxt resepşında olmuş, orada söhbət etmişdir. Zərərçəkmiş şəxsdən aldıqları pullar 386 manat, iran pulları və 2 dollar olmuşdur. 2000 manat pul olmamışdır. Onlar bunu sanksiya vaxtı hakimə də demişlər. Qismət onların ora nə məqsədlə gəldiklərini bilməmişdir. Pulu ikisinin arasında bölmüşlər. Pulu hadisədən 2 saat sonra bölmüşlər, pulu böləndə də sərxoş olmuşlar. Toyda da, toydan sonra da içmişlər. İlkin ifadəsində ona təzyiq göstərmişlər, ona görə bıçaq olduğunu demişdir. Evdən çıxanda üzərində bıçaq olmamışdır. Sərxoş olmağı onda bıçağın olub-olmamasını ona unutdura bilməz, çünki onun üzərində bıçaq olmayıb ki, o, zərərçəkmiş şəxsə bıçaq çıxarsın. Polis əməkdaşları onları döymüşlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, əvvəllər heç vaxt məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs1 və «Qismət» adlı şəxs onun tanışlarıdır, Hüsnini tutulmamışdan təxminən bir həftə əvvəl, Qisməti isə təxminən 15-20 gün əvvəl tanımışdır. O, 07 iyun 2023-cü il tarixdə axşam saatlarında Hüsni və Qismət ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən metronun «Memar Əcəmi» stansiyası yaxınlığında parkda oturub spirtli içki içmişlər, həmin gün saat təxminən 18:00-18:30 radələrində gəzmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parka yollanmışlar, orada bir qədər gəzişdikdən sonra 08 iyun 2023-cü il tarixdə saat təxminən 05 radələrində Bulvarın kənarında, dənizin sahilində əvvəl tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs və Şahid3 əyləşdiklərini, Annanın əlində «patı» kimi tanıdığı narkotik vasitə istifadə etməsini görüb bunu dəqiqləşdirmək məqsədilə həmin şəxslərə yaxınlaşmışlar. Bu vaxtı Hüsni Annadan narkotik vasitə istifadə edib-etməməsini soruşmuş və ətrafda insanların dincəlməsini bildirmişdir. Anna isə cavabında bunun Hüsniyə dəxli olmadığını demiş və uca səslə qışqırmağa başlamışdır. Qismət Annaya yaxınlaşmış, Anna Qisməti qovmuş, bundan sonra ara sakitləşmiş, onlar metronun «İçərişəhər» stansiyasının yaxınlığında Annadan ayrılmışlar. 08 iyun 2023-cü il tarixdə o, Hüsni və Qismət ilə birlikdə Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» hostelinə getmişlər. Hosteldə Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsə onların narahat etdiklərini bildirmişdir. Həmin şəxs Hüsninin qarşısına çıxdıqda, Hüsni həmin şəxsi vurmadan, otağa keçməsini bildirmiş, həmin şəxs Hüsnidən qorxub otaqların birinə daxil olmuş və Zərərçəkmiş şəxs orada tək qalmışdır. O, cibindən özünə məxsus bıçağı çıxarıb Zərərçəkmiş şəxs tərəf tutaraq üzərində nə olmasını soruşmuş, bu vaxtı Hüsni bıçağı ondan alaraq sol dizi ilə Zərərçəkmiş şəxs divara sıxmışdır. Zərərçəkmiş şəxs qorxusundan əlində olan çantanı açmış, o və Hüsni Zərərçəkmiş şəxs çantasına baxdıqda, içərisində müxtəlif bank kartları, 03 ədəd 20 manatlıq əskinaz olduğunu görmüşlər, pul kisəsindən 360 manat pulu götürmüşlər və pul kisəssini çantada saxlamışlar. Sonra çantanın içərisindən 02 ədəd 01 ABŞ dolları, 01 ədəd 10.000 İran pulu, 2 ədəd 20.000 İran pulu götürüb Hüsni və Qismət ilə birlikdə həmin hosteli tərk edib yoldan keçən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə oranı tərk etmişlər. Yolda olarkən Hüsni ilə o, götürdükləri pulları tam yarıya bölmüşlər, hətta Hüsni öz payına düşən 01 ABŞ dollar pulu taksi sürücüsünə hədiyyə etmişdir. Soyğunçuluq hadisəsi törədən zaman onların istifadə etdiyi bıçağı Hüsni Dənizkənarı Milli Parkda dənizə atmışdır. O və Hüsni Zərərçəkmiş şəxs çantasından cəmi 360 (üç yüz altmış) manat pulu cinayət yolu ilə ələ keçirmişlər. O və Hüsni Zərərçəkmiş şəxs qarşı cinayət etdikləri zaman Qismət onlardan kənarda dayanmışdır. Onlar hosteli tərk etdikdən sonra yolda Hüsni ilə o, pulları tam yarıya bölmüşlər, Hüsni 01 ABŞ dolları pulu isə taksi sürücüsünə hədiyyə etmiş və Qismətə heç bir məbləğdə pul verməmişdirlər. Hadisə vaxtı bıçaq yalnız onun üzərində olmuş, Zərərçəkmiş şəxs qarşı basqın etdikləri vaxt Hüsni həmin bıçağı ondan götürüb Zərərçəkmiş şəxs nümayiş etdirmiş və qorxudaraq, dizi ilə Zərərçəkmiş şəxs divara sıxıb çantasından pulları götürmüşlər. İş üzrə Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi əlavə ifadəsində bildirmişdir ki, hadisə zamanı, yəni onlar 08 iyun 2023-cü il tarixdə metronun «İçərişəhər» stansiyasının yaxınlığında Annadan ayrıldıqdan sonra həmin tarixdə o, Hüsni və Qismət ilə birlikdə Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» hostelinə getmişlər, Hosteldə Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsə onların Kandra Narehsi narahat etdiklərini bildirmişdir. Həmin şəxs Hüsninin qarşısına çıxdıqda, Hüsni həmin şəxsi vurmadan, otağa keçməsini bildirmiş, həmin şəxs Hüsnidən qorxub otaqların birinə daxil olmuş, Zərərçəkmiş şəxs orada tək qalmışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində nə olmasını soruşmuş, bu vaxtı Hüsni Zərərçəkmiş şəxs divara sıxmışdır. Zərərçəkmiş şəxs qorxusundan əlində olan çantanı açmış, Hüsni ilə o, Zərərçəkmiş şəxs çantasına baxdıqda, içərisində müxtəlif bank kartları, 03 ədəd 20 manatlıq əskinaz olduğunu görmüşlər, pul kisəsindən 360 manat pulu götürmüşlər və pul kisəssini çantada saxlamışlar. Sonra çantanın içərisindən 02 ədəd 01 ABŞ dolları, 01 ədəd 10.000 İran pulu, 02 ədəd 20.000 İran pulu pulu götürüb Hüsni və Qismətlə birlikdə Hosteli tərk edib yoldan keçən markası və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə oranı tərk etmişlər. Yolda olarkən Hüsni ilə o, götürdükləri pulları tam yarıya bölmüşlər, hətta Hüsni öz payına düşən 01 ABŞ dolları pulu taksi sürücüsünə hədiyyə etmiş, Qismətə heç bir məbləğdə pul verməmişlər. Hüsni ilə o, Zərərçəkmiş şəxs qarşı cinayət etdikləri zaman Qismət onlardan kənarda dayanmışdır. Hadisə vaxtı onların heç birinin üzərində bıçaq olmamışdır. Onun əlində bıçaq olmamış, bıçağı Təqsirləndirilən şəxs1 onun əlindən almamış və Zərərçəkmiş şəxsə nümayiş etdirib sonuncunu qorxutmamışdır, pulunu bu yolla ələ keçirməmişlər. Hadisə vaxtı ümumıyyətlə bıçaq olmamışdır. Ona təzyiq olunmuş, belə izahat və ifadə verməsi deyilmiş, ona görə də, o, üzərində bıçaq olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Xırdalandan toydan çıxmış, yarı səxoş vəziyyətdə olmuş, sonra bir az də içmiş, dənizkənarı parka gəlmişlər. Zərərçəkmiş şəxsin yanındakı xanımla nəsə istifadə etdiklərini görmüşlər. Dənizkənarı parkda onlara yaxınlaşmaqlarının səbəbi pul almaq olmamışdır. Elə bilmişlər ki, nəsə istifadə edirlər, yəni narkotik çəkirlər, ona görə onlara yaxınlaşmışlar. Onlar belə düşünmüşlər ki, bu narkokuryerdi, yəqin, bunda pul olar, ondan sonra beyinlərinə düşmüşdür ki, bundan pul alsınlar. Qismətin pulu götürməklərindən xəbəri olmamışdır. Onlara yaxınlaşanda əlindəki istifadə etdikləri şeyi dənizə atmışlar. Yanındakı adı Anna olan qız bir az səs-küy eləmiş, o, qıza şillə vurmuş, sonra qızı Sahil metrosuna qədər ötürmüşdür. Sonra zərərçəkmiş şəxsi izləyib, hostelə getmişlər. Qismət hosteldə resepşnlə söhət etmişdir. Onlar orada resepşndən xahiş edib zərərçəkmiş şəxsi çölə çağırtdırmışlar. Onu çölə çağırmırdılar, onun borcu qalıb, pulu almağa gəlmişik dedikdən sonra onu çölə çağırmışlar. Zərərçəkmiş şəxsi çölə çağırıb qırağa çəkmiş, əlindən çantasını almışlar. Sonra Qisməti çağırmış və oradan ayrılıb getmişlər. Pulun alınması təxminən 8-10 dəqiqə çəkmişdir. Kaşlyokda 350-360 manat pul var imiş. Pulu çıxardıb özü vermişdi. Hadisə vaxtı Anna orada olmamışdır, onu özü yola salmışdı, getmişdi. Zərərçəkmiş şəxs onun üstünə getməklərindən sıxılıb pulu onlara vermişdir, amma ona qarşı heç bir təzyiq göstərməmişlər. Hadisə vaxtı onlarda bıçaq olmamışdır. Zərərçəkmiş şəxslə üzləşmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Qismət onun tanışlarıdır. O, Xaləddini tutulmamışdan təxminən 01 həftə əvvəl, Qisməti isə təxminən 15-20 gün əvvəl tanımışdır. 07 iyun 2023-cü il tarixdə axşam saatlarında o, Xaləddin və Qismətlə Bakı şəhəri Nəsimi rayonunda yerləşən metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında parkda oturub spirtli içki içmiş, eyni gün saat təxminən 18:00-18:30 radələrində gəzmək məqsədilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parka yollanmışlar. Orada bir qədər gəzişdikdən sonra 08 iyun 2023-cü il tarixdə saat təxminən 05 radələrində Bulvarın kənarında, dənizin sahilində əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs və Şahid3 əyləşdiklərini görmüşlər. Belə ki, həmin vaxtı o, Ananın əlində «patı» kimi tanıdığı narkotik vasitə istifadə etməsini görüb bunun dəqiqləşdirmək məqsədilə həmin şəxslərə yaxınlaşmış, həmin vaxtı Xaləddin və Qismət onun yanında olmuşlar. O, Annadan narkotik vasitə istifadə edibetməməsini soruşmuş və ətrafda insanların dincəlməsini bildirmişdir. Anna cavabında bunun ona dəxli olmadığını demiş və uca səslə qışqırmağa başlamışdır. Həmin vaxtı Qismət Annaya yaxınlaşmış, Anna Qisməti itələyib qovmuş, sonra ara sakitləşmişdir. O, metronun «lçərişəhər» stansiyasının yaxınlığında Annadan ayrılmışdır. 08 iyun 2023-cü il tarixdə o, Xaləddin və Qismət ilə birlikdə Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» hostelinə getmiş, həmin hosteldə Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsə onların Zərərçəkmiş şəxs narahat etdiklərini bildirmiş, həmin şəxs onun qarşısına çıxdıqda, o, həmin şəxsi vurmadan, otağa keçməsini bildirmiş, həmin şəxs otaqların birinə daxil olmuşdur. Bu vaxtı Zərərçəkmiş şəxs orada tək qalmış, Xaləddin cibindən özünə məxsus bıçağı çıxarıb Zərərçəkmiş şəxs tərəf tutaraq üzərində nə olmasını soruşmuş və o, Xaləddinin əlindən bıçağı alaraq, sol dizi ilə Zərərçəkmiş şəxs divara sıxmışdır. Zərərçəkmiş şəxs qorxusundan əlində olan çantanı açmış, Xaləddin ilə o, Zərərçəkmiş şəxs çantasına baxdıqda, içərisində müxtəlif bank kartları, 03 ədəd 20 manatlıq əskinaz olduğunu görmüşlər, pul kisəsindən həmin 360 manat pulu götürmüşlər və pul kisəsini çantada saxlamışlar. Bundan başqa, çantanın içərisindən 02 ədəd 01 ABŞ dolları, 01 ədəd 10.000 İran pulu, 2 ədəd 20.000 İran pulu götürüb Xaləddin və Qismət ilə birlikdə həmin hosteli tərk etmişlər və yoldan keçən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə oranı tərk etmişlər. Yolda olarkən Xaləddin ilə o, götürdükləri pulları tam yarıya bölmüşlər, hətta o, öz payına düşən 01 ABŞ dollar pulu taksi sürücüsünə hədiyyə etmişdir. Soyğunçuluq hadisəsi törədən zaman istifadə etdikləri bıçağı o, Dənizkənarı Milli Parkda dənizə atmışdır. Xaləddinlə o, Zərərçəkmiş şəxs çantasından cəmi 360 (üç yüz altmış) manat pulu cinayət yolu ilə ələ keçirmişlər, onlar Zərərçəkmiş şəxs qarşı cinayət etdikləri zaman Qismət onlardan kənarda dayanmışdır. Onlar hosteli tərk etdikdən sonra yolda Xaləddinlə o, pulu tam yarıya bölmüşlər. O, 01 ABŞ dolları pulu isə taksi sürücüsünə hədiyyə etmişdir. Onlar Qismətə heç bir məbləğdə pul verməmişdirlər. Hadisə vaxtı yalnız Xaləddinin üzərində bıçaq olmuş, Zərərçəkmiş şəxs qarşı basqın etdikləri zaman o, həmin bıçağı Xaləddindən götürüb Zərərçəkmiş şəxs nümayiş etdirib qorxudaraq, dizi ilə Zərərçəkmiş şəxs divara sıxıb çantasından pulları götürmüşdür. Təqsirləndirilən şəxs1 istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, hadisə zamanı, yəni onlar 08 iyun 2023-cü il tarixdə metronun «İçərişəhər» stansiyasının yaxınlığında Annadan ayrıldıqdan sonra həmin tarixdə o, Xaləddin və Qismətlə birlikdə Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən «Sahil» hostelinə getmişlər. Hosteldə Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsə onların Zərərçəkmiş şəxs narahat etdiyini bildirmiş, həmin şəxs onun qarşısına çıxdıqda, o, həmin şəxsi vurmadan, otağa keçməsini bildirmiş, həmin şəxs qorxub otaqların birinə daxil olmuş və Zərərçəkmiş şəxs orada tək qalmışdır. Xaləddin Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində nə olmasını soruşmuş, bu vaxt o, Zərərçəkmiş şəxs divara sıxmışdır. Zərərçəkmiş şəxs qorxusundan əlində olan çantanı açmış, Xaləddin ilə o, Zərərçəkmiş şəxs çantasına baxdıqda, içərisində müxtəlif bank kartları, 03 ədəd 20 manatlıq əskinaz olduğunu görmüşlər, pul kisəsindən 360 manat pulu götürmüş və pul kisəssini çantada saxlamışlar, Sonra çantanın içərisindən 02 ədəd 01 ABŞ dolları, 01 ədəd 10.000 İran pulu, 2 ədəd 20.000 İran pulu götürüb Xaləddin və Qismət ilə birlikdə Hosteli tərk edib yoldan keçən mark və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobillə oranı tərk etmişlər. Yolda olarkən, Xaləddin ilə o, götürdükləri pulları tam yarıya bölmüşlər, hətta o, öz payına düşən 01 ABŞ dollar pulu taksi sürücüsünə hədiyyə etmiş, Qismətə heç bir məbləğdə pul verməmişlər. O və Xaləddin Zərərçəkmiş şəxs qarşı cinayət etdiklər ivaxt Qismət onlardan kənarda dayanmışdır. Hadisə vaxtı onların heç birinin üzərində bıçaq olmamışdır. Onun əlində bıçaq olmamış, o, bıçağı Təqsirləndirilən şəxs2 əlindən almamış və Zərərçəkmiş şəxsə nümayiş etdirməmiş və qorxutmamış, pulunu bu yolla ələ keçirməmişlər. Hadisə vaxtı ümumiyyətlə bıçaq olmamışdır. Ona təzyiq olunmuş, belə izahat və ifadə verməsi deyilmiş, ona görə də, o, Xaləddin Şəmməmdovun üzərində bıçaq olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi4 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs müqavilə bağlamaq üçün ona yaxınlaşmışdır ki, başıma belə bir hadisə gəlmişdir. Onunla müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs ona etibarnamə vermişdir. Zərərçəkmiş şəxs pis adam olmamışdır. Zərərçəkmiş şəxsin ona dediyinə görə hadisə zamanı təqsirləndirilən şəxslər ona bıçaq çəkməmişlər, onu bıçaqla hədələməmişlər, hadisə zamanı bıçaq olmamışdır. Sadəcə o, hirisli olduğu üçün polisə belə ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs ona bu sözləri deyərkən yanlarında heç kim olmamışdır. Yəni, zərərçəkmiş şəxs ona bu sözləri deyərkən yanlarında heç kim olmamışdır və bu halı təsdiq edəcək heç kim yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 02 iyun 2023-cü il tarixdə turist olaraq Hindistandan Azərbaycan Respublikasının ünvan 1 ünvanda yerləşən “Sahil” hostelində yerləşib müvəqqəti yaşamışdır. Hostel binanın 4-cü mərtəbəsində yerləşir və onun yaşadığı otaq da 4-cü mərtəbədə yerləşir, o, həmin hosteldə Almaniya Respublikasının vətəndaşı Klaus Rene ilə tanış olmuşdur. O, 06 iyun 2023-cü il tarixdə Klaus Rene ilə Bakı şəhəri Səbail rayonu “Tarqovaya” kimi tanınan yerdə yerləşən “Mojo” adlı restorana getmiş, orada Rene Diana adlı xanımla tanış olmuş və münasibətləri yaranmışdır, lakin o, həmin vaxtı Diana ilə tanış olmamışdır. 07 iyun 2023-cü il tarixdə axşam saat 21 radələrində Rene ona mesaj yazaraq bildirmişdir ki, Diana adlı xanımla görüşmüşdür, Diana öz rəfiqəsini də çağırmışdır və ondan xahiş etmişdir ki, o da, Rene Klaus və Dianaya qoşulsun və birlikdə vaxt keçirsinlər. O, Rene ilə razılaşıb Bakı şəhəri Səbail rayonu “Tarqovaya” kimi tanınan yerdə “Soul Kitchen” adlı restorana gedib orada Rene və Diana ilə görüşmüş, təxminən bir saat sonra isə Diananın Anna adlı rəfiqəsi də həmin restorana gəlmiş və onlar həmin restoranda 08 iyun 2023-cü il tarixədək səhər saat 05-dək vaxt keçirmişlər, xörək yeyib spirtli içki içmişlər. Lakin restoran bağlanıldığını bildirdiyi üçün onlar oradan çıxıb Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park istiqamətində getməyə başlamışlar. Bu vaxtı Diana və Klaus Rene onlardan bir qədər geridə, Anna ilə o isə, bir qədər irəlidə gəzişmişlər. Bir müddət sonra Reneni gözdən itirmiş, Anna Dianagilin harada olduqlarını soruşanda, o, arxa tərəfdə qaldıqlarını və narahat olmamasını bildirmişdir. Sonra Anna ilə o, gəzişərək Bulvara tərəf keçmiş, məhəccərləri keçib dənizə tərəf düşüb orada oturmuşlar. Bu zaman üç nəfər əvvəllər tanımadığı oğlanlar onlara yaxınlaşıb sataşmağa və anlamadığı sözlər işlətməyə başlamışlar. Anna isə həmin adamların aqressiv olduqlarını və onlara sataşdıqlarını demişdir. O, həmin oğlanlarla ingilis dilində danışıb onlardan nə istədiklərini soruşur və onları rahat qoymalarını bildirmişlər, lakin Anna ona, həmin oğlanlarla danışmamasını və özü həll edə biləcəyini demiş, həmçinin oradan uzaqlaşmağı təklif etmişdir. Onlar dənizin kənarından asfalt tərəfə keçmişlər və iti addımlarla onlardan uzaqlaşmağa çalışmışlar. Buna baxmayaraq, həmin üç nəfər şəxs onları izləyib Annanın dediyinə görə, onlara sataşmışlar. Anna və o, X8 yaxınlığında olan yeraltı keçidlə şəhərə, “Tarqovaya” kimi tanınan yerə tərəf keçib getməyə başlayanda, nisbətən kiçik boylu olan şəxs onun üstündə olan çantanı çəkərək ona “Mani, Mani (Money), Restorant” - deyə qışqırmışdır. O, arxaya çəkilmiş, bu vaxtı həmin şəxslərdən hansısa onun çantasından tutub özünə tərəf dartmağa çalışmış və onlar öz aralarında nə isə danışmışlar. Anna ilə o, həmin şəxslərdən uzaqlaşmağa başlayıb piyada keçidi ilə yeraltı keçidə çatdıqları vaxt Anna demişdir ki, ondan ayrılıb uzaqlaşsın, çünki həmin şəxslər onları rahat buraxmamışlar. O, yolu keçib oradan təxminən 40 metr məsafədə yerləşən hostelə tərəf getmiş və içəriyə daxil olmuşdur. Hostelə daxil olan kimi Reneyə internet üzərindən “whatsapp” sosial media üzərindən zəng edərək, üç nəfər şəxsin onu təqib etdiklərini və nə istədiklərini anlamadığını deyib köməyə çağırmışdır. Rene otaqdan çıxıb hosteldə qəbul şöbəsi (Reseption) tərəfə gəlmiş, o, Rene Klausa olanlar barədə danışmışdır. O, həmin şəxslərin Bulvarda ondan pul tələb edib “Restoran” deməsindən zənn etmişdir ki, Rene “Soul Kitchen” adlı restoranda hesabı ödəməmiş və həmin şəxslər restoranın əməkdaşları olduqları üçün hesabı onlardan almaq üçün Anna ilə onu təqib etmişlər. Lakin Rene ilə danışdıqda, Rene ona izah etmişdir ki, restoranın hesabını tamlığı ilə ödəmişdir. Bu anda Anna ilə onu izləyən üç nəfər şəxs də Hostelə daxil olaraq, qəbul şöbəsinə tərəf gəlmiş və onu görmüşlər. Sonra həmin şəxslərdən biri Reneni qəbul şöbəsində yerləşən divan tərəfdə söhbətə tutmuş, digər iki nəfər, yəni kiçik boylu və bir qədər yaşca cavan olan şəxs ilə üçüncü hündürboylu şəxs onu 4-cü mərtəbədə yerləşən liftin kənarına tərəf itələmişlər. O, küncdə sıxışmış və qaçmağa yer olmamışdır. Bu zaman Rene və Renenin yanında olmuş şəxs onu və digər şəxsləri görə bilməmişlər. Həmin iki nəfər şəxs onu küncdə sıxaraq, hərəkət etməsinə məne yaratmışlar. Həmin vaxt kiçik boylu şəxs belindən bir ədəd təxminən 30 sm ölçüsü olan, qara rəngli bıçağı çıxartmış, bıçağın qabı və tiyəsi qara rəngli olmuşdur. Həmin şəxs bıçağı onun qarnına çox yaxın tutub pulunu verməsə, onu bıçaqlayacağını işarə etmişdir, lakin həmin şəxs Rene və digər şəxslərin eşitməməsi üçün alçaq səs tonu ilə danışmışdır, o, həmin şəxsi başa düşməmişdir. Sonra həmin şəxs bıçağı onun qarnına dirəyib üstündə olan çantasını dartmağa başlamışdır. O, həmin şəxsin ondan pul tələb etdiyini başa düşüb çantasını bir qədər həmin şəxsə yaxın tutmuş və ilk öncə arxa zəncirbəndini açmışdır. Həmin anda onu bıçaqla hədələyən şəxs çantasının içərisinə əlini salaraq, çantanın arxa cibində olan 02 ədəd 01 ABŞ dolları, 01 ədəd 10000 İran pulu, 01 ədəd 20000 İran pulu, həmçinin 360 (üç yüz altmış) manat pul vəsaitini oradan çıxartmış və öz şalvarının cibinə qoymuşdur. Sonra həmin şəxs hələ də bıçağı onun qarnına sıxaraq, çantanın ön tərəfindəki zəncirbəndini açmasını tələb etmişdir. O, çantanın ikinci cibini açdıqdan sonra həmin şəxs yenə əlini onun çantasının içinə salmış, içərisindən ona məxsus 2000 (iki min) manat məbləğdə pulunu götürmüş və dərhal cibinə qoymuşdur. Sonra həmin iki nəfər şəxs üçüncü şəxsi də çağırmışlar və əlində bıçaq olan şəxs bıçağı arxa tərəfdən belinə keçirdikdən sonra oradan liftlə deyil, pilləkənlərə düşüb qaçmışlar. O, şok vəziyyətdə bir neçə dəqiqə orada qalmış, sonra hostelin qəbul şöbəsinə tərəf gedib divanda oturmuş və Rene ona yaxınlaşdıqda, başına gələnlər barədə danışmışdır. Bu barədə hostelin qəbul şöbəsində işləyən əməkdaşa da məlumat verdikdən sonra hostelin əməkdaşı DİN-in 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonra Hostelə gəlmiş polis əməkdaşları onu və X14 Bölməsinə aparmışlar. Orada o, hadisə barədə məlumat vermişdir. Həmin üç nəfər şəxsin hostelə yeni gəldikləri vaxt Rene ilə onu dayanmadan kofe içməyə çağırdıqlarını düşünmüş, çünki həmin oğlanlar “Kofe, Kofe” demişlər və Rene ilə onu liftə tərəf itələyib atmaq istəmişlər ki, Hosteldən bayıra aparsınlar. O, hadisə zamanı heç bir xəsarət almamış və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmək istəməmiş, həmin şəxslərin heç biri onu vurmamışdır. Lakin əlində bıçaq ilə onu hədələyən şəxs onu küncə tərəf itələmişdir. Hadisə nəticəsində ona 2360 (iki min üç yüz altmış) manat, 02 (iki) ABŞ dolları və 30000 (otuz min) İran pulu məbləğdə maddi ziyan dəymişdir. O, Azərbaycan dilində bilmir, hadisədən sonra Rene və hostelin qəbul şöbəsində işləyən şəxslə danışdıqda, həmin şəxslərə demişdir ki, çantasının bir cibindən 360 manat, 02 ABŞ dolları, digər cibindən 2.000 manat və 30.000 İran pulu pul çıxardılmışdır, lakin ola bilsin ki, həmin şəxslər onu tam başa düşə bilmədikləri üçün məlumatda onun yalnız 360 manat pulunun ələ keçirildiyi bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, toyda olmuşlar, toydan çıxdıqdan sonra şəhərdə gəzmişlər. Şəhərdə isə bir nəfər əcnəbi vətəndaşın bir qızla nalayiq hərəkətlər etdiyini gördükdə, onun qarşını almağı çalışmışlar. Əlavə olaraq bildirmişdir ki, Hadisə vaxtı içkili olmamışdır. Əcnəbi vətəndaş xanımla idi, ona yaxınlaşaraq demişlər ki, belə hərəkətlər etmək olmaz. Əcnəbi vətəndaş onlara cavab qaytarmamış, yanındakı xanım isə səs-küy salmışdır. Bu hadisədən sonra isə onların hostelə getməkdə bir məqsədi olmamışdır, sadəcə olaraq yoldaşlar demişlər ki, onların ardınca gedək, o da getmişdir. Hadisə vaxtı o, respeşında olmuş, digərlərinin zərər çəkmiş şəxsə yaxınlaşmasını və söhbət etməsini görməmişdir. Həmin günü o, təqsirləndirilən şəxslərdə bıçaq görməmişdir. İbtidai araşdırma zamanı cinayət işi üzrə Şahid1 ifadəsində bildirmişdir ki, heç bir fiziki, ruhi-əsəbi və qastral xəstəlikdən başqa, xronoki xəstəliklərdən əziyyət çəkmir, 2017-2019-cu illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs1 2023cü ilin aprel-may ayında Bakı şəhəri Xətai rayonu ərazisində dönərxanada işçi kimi işlədiyi vaxtdan tanımış, Hüsni Tovuz rayonu sakini, yəni qonşu rayonların sakinləri olduqları üçün Hüsni ilə dost kimi yaxın münasibətləri yaranmış, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 adlı şəxsi ilk dəfə 07 iyun 2023-cü il tarixdə tanımış, həmin şəxslə əvvəllər heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Bakı şəhərində onun qohumları yaşadığı üçün o, tez-tez, yəni təxminən bir ay ərzində 2-3 dəfə gəzmək məqsədi ilə Bakı şəhərinə gəlib-gedir, lakin qohum evində qalmamaq üçün Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsində özünə günlük kirayə ev kirayələrək, orada yaşayır. O, son dəfə 02 iyun 2023-cü il tarixdə gəzmək üçün yenə Bakı şəhərinə gəlmiş və kirayə yaşamışdır. 07 iyun 2023-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 onunla görüşmək məqsədi ilə Bakı şəhəri 2-ci Alatava küçəsində yerləşən kirayə yaşadığı evə getmiş, həmin vaxtı Hüsni yanında ilk dəfə gördüyü və “Malış” kimi çağırdığı Xaləddin ilə gəlmişdir. Hüsni ondan şalvar almış və Xaləddinlə birgə toya gedəcəklərini bildirmişdir. Hüsni onun yanında şalvar geyindiyi vaxt o, Hüsninin üzərində bıçaq və digər qeyri-qanuni əşya və ya predmet görməmişdir. Həmin gün axşam saatlarında Hüsni ona zəng edib Xırdalan şəhərində onu toydan götürməsini istəmiş, o da, taksi ilə Hüsninin iştirak etdiyi toy məclisinin olduğu restorana gedib Hüsni və Xaləddini oradan götürmüş və onlar birlikdə istirahət etmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən “Tarqovaya” kimi tanınan yerə getmişlər. Həmin gün səhər saat təxminən 05 radələrində onlar “Tarqovaya” kimi tanınan yerdən çıxıb Səbail rayonu Neftçilər prospektində Dəniz vağzalının yanından piyada Dənizkənarı Milli parka tərəf hərəkət etməyə başlamışlar. Həmin vaxt Səbail rayonu Neftçilər prospekti Kukla Teatrının yanında olarkən, onlar dənizin sahili tərəfdə bir nəfər əvvəllər tanımadığı, sonradan adının “Anna” olduğunu bildiyi qadının bir nəfər xarici vətəndaşla daşların üstündə əyləşdiklərini görmüşdür. Həmin vaxtı Hüsni ilə Xaləddin bir qədər irəlidə hərəkət etmişlər, o isə, təxminən 20 metr arxada telefonla danışa-danışa Hüsnigilin arxasından getmişdir. Bu vaxtı Hüsninin həmin qadınla mübahisə etdiklərini görmüş və Hüsni ona demişdir ki, həmin qadın narkotik vasitə istifadə edir. Onlar Anna ilə söhbət edib orada narkotik vasitə istifadə etməmələrini bildirdikləri vaxt Anna əvvəlcə Hüsnini, sonra isə onu yanından qovmuş və yanında olan xarici vətəndaşa ingilis dilində onun başa düşmədiyi ifadələr işlətmişdir. Sonra həmin xarici vətəndaş yeraltı keçidlə Bulvar tərəfdən keçib “Tarqovaya” kimi tanınan yerə getmiş, Hüsni həmin “Anna” adlı qadınla qol-qola girib metronun “Sahil” stansiyasına tərəf, Xaləddinlə o isə, Hüsnigilin arxasından getmişlər. Hüsni Annadan ayrılmış və onlara bildirmişdir ki, “Sahil” adlı hostelə getməlidir, çünki Anna Hüsniyə demişdir ki, həmin xarici vətəndaş Annaya demişdir ki, çantasında narkotik vasitə vardır. Sonra Hüsni, Xaləddin və o, üçü Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən “Sahil” adlı hostelə getmişlər. O, hostelin giriş hissəsində qəbul şöbəsində divanın üstündə oturmuş, bir qədər sonra onun yanına adını bilmədiyi Almaniya Respublikası vətəndaşı gəlmiş, o, Almaniya Respublikası vətəndaşı ilə mobil telefonda tərcüməçi vasitəsi ilə danışmağa başlamışlar. Həmin vaxtı Hüsni ilə Xaləddin hostelin dəhlizi ilə bilmədiyi yerə getmişlər, lakin o, həmin Hüsni ilə Xaləddinin həmin xarici vətəndaşın yanma getdiklərini bilməmişdir. Bundan təxminən 10 dəqiqə sonra Xaləddinlə Hüsni ona birlikdə aşağı düşməyi demişlər və onlar birlikdə pilləkənlərlə aşağı düşmüşlər. Xaləddinlə Hüsni polis gördükləri üçün oradan qaçmışlar, lakin o, qaça bilmədiyi üçün Hostelin yaxınlığında yerləşən parkdan bir qədər aralıda, tanımadığı istiqamətdə piyada gəzmiş və tanımadığı taksi avtomobili sifariş edib oradan kirayə yaşadığı evə gedərək, həmin evdən çıxmışdır. O, 08 iyun 2023-cü il tarixdə səhər saatlarında Hüsni və Xaləddinin xarici vətəndaşa basqın edərək, pullarını ələ keçirdiklərini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Onun Hüsni və Xaləddinlə birlikdə hostelə getməkdə məqsədi, Hüsninin hostelə getməyi təklif etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, bulvarda təqsirləndirilən şəxslərlə rastlaşmış, aralarında mübahisə olmuşdur. Ona sən nəyinsə altındasan demişlər, o, nəyin altında olduğunu soruşanda, sən narkotik qəbul etmisən demişlər. Onlardan biri yanındakı oğlanın köynəyini tutub silkələmişdi. O həmin adamın əlindən vurmuşdu. Yaşca gənc olan kənarda dayanmış, heç nəyə qarışmamışdı. O yanındakı oğlana gəl gedək demişdir. Onlar qabaqda getmiş, təqsirləndirilən şəxslər də onların arxasınca gəlmişdir. Aralarında hündür, bir az da kök olan oğlan nəsə demiş, o da həmin oğlana cavab qaytarmışdır. Həmin oğlan onu itələmiş, o zibil qutusunun üstünə yıxılmışdır. Sonra üzünü tutmuşdur ki, üzünə vurmasın. Kimsə buna dəymə dedikdən sonra, ona dəyməmişdir. O qalxıb ona vuran oğlanı vurmuşdur. Sonra kənardan bir neçə oğlan gəlmiş, onlar da söhbətə qarışmışdı. Onun başı gicəllənmiş, gedib kənarda skamyada yanındakı oğlan ilə birlikdə oturmuşdur. Özünə gəlib taksi çağırmağa durmuşdur ki, Diananın yanına getsin. Diananı yığmışdır ki, adresi ver, burda dalaşma olub, evə gəlmək istəyir. Sonra oğlanların üçü də onlara yaxınlaşmış, o taksiylə getmək fikrindən daşınmışdır. Fikirləşmişdir ki, metro ilə getsin. Yeraltı keçiddən keçmişlər. Yanındakı oğlan demişdir ki, mən burda yaxınlıqda qalıram. O, oğlana demişdir ki, sən get. Təqsirləndirilən şəxslərin də başı qarışmışdı. Yanındakı oğlan döngəni dönmüş və getmişdi. O metroya tərəf getmişdi. Oğlanlardan hündür olanı həmişə onun yanında idi, ona pul da təklif eləmişdir ki, sənə pul verim narotikdən istifadə etmə, müalicə al. Metroya qədər onunla gəlmişdir. O əl çəkmədiyini görüb, ikinci nömrəsi var idi, həmin nömrəsini ona vermişdir. Bundan sonra o çıxıb getmişdir. Onun yanında olan vətəndaşın adı Nareş idi. Həmin gün axşam tanış olmuşlar. Dəniz kənarında Nareş onu özünə tərəf çəkmək istəmiş, həmin vaxt bunlar yaxınlaşmışlar. O, narkotik vasitə qəbul etməmişdir, içkili olmuşdur. Onlara üç nəfər yaxınlaşmışdı. Burda həmin hündür- kök olan oğlan yoxdu. Oğlan onu itələmiş, o zibil yeşiyinə yıxılmışdı. O, həmin böyük oğlanla sözləşirdi, həmin vaxt bu şəxslər yenə onun yanındakı oğlanın köynəyini dartmış, o, onların əlini itələmişdir. Bulvarda olan zaman bu şəxslər Nareşdən heç nə istəməmişlər. Hadisə ilə bağlı sonradan izahat verəndə bilmişdir ki, Nareşdən pul tələb ediblər. İbtidai araşdırma zamanı iş üzrə Şahid3 ifadəsində bildirmişdir ki, o, milliyyətcə rus olsa da, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır və Azərbaycan dilində sərbəst şəkildə oxuyub-yaza, danışa və anlaya bilir, ifadəsini tərcüməçinin köməyi olmadan verə bilər və bütün sualları tam anlamında başa düşür. Şahid2 onun rəfiqəsidir, Diana ilə rəfiqə kimi yaxın münasibətləri vardır, ədavətləri və ya düşmənçilikləri yoxdur. Diananın tanışları Klaus Rene və Zərərçəkmiş şəxs adlı şəxsləri ilk dəfə 07 iyun 2023-cü il tarixdə görmüş və həmin şəxslərlə normal münasibəti olmuşdur. O, 07 iyun 2023-cü il tarixdə axşam saat 21 radələrində yaşadığı evdə olarkən, rəfiqəsi Diana ona zəng edərək, tanışları ilə Bakı şəhəri Səbail rayonu “Tarqovaya” kimi tanınan ərazidə yerləşən “Soul Kitchen” adlı restoranda əyləşib istirahət etdiklərini demiş, onu da dəvət etmişdir. O razılaşaraq, evdən çıxıb saat təxminən 22 radələrində Dianagilin yanına çatmış, onlar orada 08 iyun 2023-cü il tarixdə saat 05 radələrinədək vaxt keçirmişlər, xörək yeyib bir qədər spirtli içkilər içmişlər. Artıq 08 iyun 2023-cü il tarixdə saat 05 radələrində isə həmin restoranı tərk edərək, Səbail rayonu Dənizkənarı Milli Park istiqamətdə hərəkət edərək gəzişməyə başlamışlar. Bu vaxtı rəfiqəsi Diana və Klaus Rene onlardan bir qədər geridə, Zərərçəkmiş şəxs ilə o isə, bir qədər irəlidə gəzişmişlər, lakin bir müddət sonra o, Diana və Reneni gözdən itirmiş, Nareshdən harda olduqlarını soruşanda, Naresh Dianagilin arxa tərəfdə qaldıqlarını və narahat olmamasını bildirmişdir. Sonra Naresh ilə o, gəzişərək bulvara tərəf keçmiş və məhəccərləri keçərək, dənizə tərəf keçib orada oturmuşlar. Bir neçə dəqiqə sonra onlara üç nəfər əvvəllər tanımadığı oğlanlar yaxınlaşmış, oğlanlar onlara sataşmağa başlamış, rahat oturmalarına maneə yaratmışlar. O, Nareshə təklif etmişdir ki, oradan uzaqlaşsınlar, onlar məhəccərləri keçərək, dənizdən asfalt tərəfə keçmişlər və iti addımlarla onlardan uzaqlaşmağa çalışmışlar. Buna baxmayaraq, həmin üç nəfər şəxs onları izləmişlər. O və Zərərçəkmiş şəxs artıq X6 yaxınlığında olan yeraltı keçidlə şəhərə, “Tarqovaya” kimi tanınan yerə tərəf keçib getməyə başlayanda, o, arxaya dönüb həmin oğlanları yanından qovmuşdur. Sonra onlar yoluna davam edərək, həmin şəxslərdən uzaqlaşmağa başlamışlar. Onlar piyada keçidi ilə yeraltı keçidə çatdıqları vaxt o, Nareshə demişdir ki, ondan ayrılıb uzaqlaşsın, çünki həmin şəxslər ona sataşmış və Nareshin ona görə problemlərlə qarşılaşmasını istəməmişdir. Naresh yolu keçib ondan ayrılan vaxt qısa boylu şəxs digərlərinə tapşırmışdır ki, gedib Nareshi izləsinlər. O, həmin oğlanlardan Nareshdən nə istədiklərini soruşmuş və onları narahat etməmələrini tapşırmış, lakin digər iki şəxs Nareshi izləmiş və arxasından getmişlər, papaqlı şəxs isə onu izləməkdə davam etmişdir. O, özünü pis hiss etmiş, yeraltı keçidi keçdikdən sonra saat 06:26-da rəfiqəsi Dianaya zəng edib sonuncunun evinə getmək üçün ünvanının dəqiqləşdirmək istəmişdir. Bu vaxtı qısaboylu şəxs onun qolundan tutub köynəyini açaraq sinəsini göstərmiş və bildirmişdir ki, “Mən elə-belə adam deyiləm e. Sizi öldürərəm” və s. Bu vaxtı o, həmin oğlanın sinəsində tünd yaşıl rəngli, iti ucu olan, “ulduz” təsvirinə bənzəyən döyməsi (tattoo) olduğunu görmüşdür. O, həmin şəxsdən onu rahat qoymasını tələb etsədə, özünü çox pis hiss etdiyi üçün “Tarqovaya” tərəfdə yerləşən skamyaların birində oturmuş, bu vaxt həmin şəxs də onun yanında oturmuşdur. Sonra həmin şəxslərin Dianaya da problem yarada biləcəklərindən qorxduğu üçün Diananm evinə getməmək və öz evinə getmək qərarına gəlmişdir. O, skamyada əyləşdiyi zaman digər iki nəfər şəxslər onun yanında olan qısaboylu şəxsə yaxınlaşıb demişlər ki, Nareshin harada olduqlarını öyrənmişlər, qısaboylu olan şəxs “işinə axşam baxarıq” deyə bildirmişdir. Nareshin mobil telefon nömrəsi onda olmadığı üçün o, Nareshə bu barədə məlumat verə bilməmiş və Dianaya zəng edərək, oyatmağa çalışmışdır, lakin Diana vəziyyətinin çox pis olduğunu dediyi üçün Diana ilə normal danışa bilməmiş, sonra iti addımlarla metronun “Sahil” stansiyasına tərəf irədilədikdə, qısa boylu şəxsin onu hələ də izlədiyini və dayanmadan mobil telefon nömrəsini istədiyini görüb ondan əl çəkməsi üçün istifadə etmədiyi 070 *** ** ** saylı mobil telefon nömrəsini demişdir. Həmin şəxsin onun verdiyi telefon nömrəsini öz mobil telefonuna yazdığını görmüş, sonra metroya çatdıqda həmin şəxs metronun girişində dayanıb içəriyə girmədən ona demişdir ki, ona zəng edəcəkdir, əgər açmasa, onu “yerin altından da olsa tapacaqdır.” Sonra o, həmin şəxsə “rədd ol” - deyə cavab verib oradan metro stansiyasının içərisinə daxil olmuşdur. O, metroya çatdığı zaman digər iki nəfər şəxslər də onlara gəlib çatmışlar və yol boyu hər zaman onların arxasından gəlmişlər. Həmin şəxslərdən üçüncüsü digərlərindən çox cavan yaşlı, təxminən 18-20 yaşlı olardı, əynində ağ rəngli qısaqol kofta, qara şalvar və qara rəngli jileti olmuş, lakin heç nə deməmiş və başqa hərəkət etməmişdir. Sonra o, evinə gedib yatmış və yalnız saat 11 radələrində yuxudan durub Diana ilə əlaqə saxlaya bilmişdir. 08 iyun 2023-cü il tarixdə gündüz saatlarında isə onun yaşadığı evə polis əməkdaşları gəlmişlər və yalnız bu zaman o öyrənmişdir ki, onu və Zərərçəkmiş şəxs izləyən şəxslər o, metro ilə gedəndən sonra Zərərçəkmiş şəxs və Klaus Renenin yaşadığı hostelə gedib tapmış, Nareshə qarşı soyğunçuluq etmişlər. O, həmin hadisənin şahidi olmamış, bu barədə yalnız Polis İdarəsində olduğu zaman öyrənmişdir. Həmin üç nəfər şəxslər onları bulvarda izlədikləri vaxt bir-birlərinin adlarını çəkməmişlər, öz aralarında söhbət etmişlər, hündürboylu, tünd qırmızı köynək geyinmiş şəxs qışqırıb “dəli” olduğunu, “Gic beynimi oynatma” - kimi ifadələr işlətmişdir. O, hadisə vaxtı heç bir xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Həmin şəxslər ona qarşı soyğunçuluq etməmiş, silah və silah qismində hər hansı bir alət göstərməmişlər, pul və ya digər dəyərli əşyalarını almamışlar, yol boyu qısaboylu şəxs onu təqdib etmiş və o qorxmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, həmin gecə evdə idi, onun xarici vətəndaş olan dostu ona zəng vurmuş, onlar restoranda oturmaq qərarına gəlmişlər. Onun xarici tanışının adı Renet idi, alman vətəndaşı idi, bir neçə gün idi ki, tanış olmuşdular. Onlar oturmuşlar. Renet ona bildirmişdir ki, dostu gələcək. O da demişdir ki, öz rəfiqəmi çağırım birgə oturaq. Onlar gəlmişlər. Birinci Renetlə onlar görüşmüş, sonra onun dostu və Anna gəlmişdir. Teatrın yanında “Soul Kitchen” deyilən yerdə əyləşmişlər. Vaxt yadında deyil, bir az çox oturmuşlar. Məclisdə içki də olmuşdur. Təxminən səhər saat 5-6 radələrində onlar oradan çıxmış, dənizkənarı parka doğru getməyə başlamışlar. O, öz oğlan dostu ilə arxada, Anna isə o biri oğlanla qabaqda getmişlər. Bir az keçdikdən sonra, onları itirdiyini görmüşdür. O, çox yorğun olmuş, fikirləşmişdir ki, evə getsin, Anna sonra özü gələr. O, evə getmiş və yatmışdır. Təxminən saat 6-7 radələrində Anna ona zəng vurmuşdur ki, hadisə baş verib. Nə olduğunu soruşanda bir-neçə nəfərin onlara hücum etdiyini, dava olduğunu demişdir. Onun oğlan dostunun tanışı Hindistan vətəndaşı olmuş, adı isə yadında deyil. Təqsirləndirilən şəxsləri əvvəlllər görməmişdir və hadisə barədə Annanın dediklərindən sonra xəbəri olmuşdur. İbtidai araşdırma zamanı iş üzrə Şahid2 ifadəsində bildirmişdir ki, Şahid3 onun rəfiqəsidir, Anna ilə rəfiqə kimi yaxın münasibəti vardır, ədavəti və ya düşmənçiliyi yoxdur. Klaus Rene adlı şəxsi ilk dəfə 06 iyun 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs adlı şəxsi 07 iyun 2023-cü il tarixdə görmüş və həmin şəxslərlə normal münasibəti olmuşdur. O, 06 iyun 2023-cü il tarixdə axşam saatları rəfiqələri ilə Bakı şəhəri Səbail rayonu “Torqovaya” kimi tanınan yerdə yerləşən restoranların birində əyləşdiyi zaman orada Klaus Rene ilə tanış olmuş, onların səmimi münasibətləri yaranmış və ertəsi gün görüşmək barədə qərarlaşdırmışlar. Bundan sonra 07 iyun 2023-cü il tarixdə axşam saat 20 radələrində X15 rayonu “Torqovaya” kimi tanınan yerdə Dənizkənarı Bulvarın yaxınlığında yerləşən parkda görüşmüş və gəzişmişlər. Bu vaxtı o, Reneyə demişdir ki, rəfiqəsi onun yanma gəlməlidir, əgər razı olarsa, Rene də öz tanışını çağırsın. Rene onunla razılaşmış və tanışı, əvvəllər tanımadığı Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs adlı şəxsi də yanına çağırmışdır. Həmin gün saat 21 radələrində onun rəfiqəsi Şahid3 da onlara yaxınlaşmış və Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Sonra 07 iyun 2023-cü il tarixdə saat 22 radələrində onlar Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən “Soul Kitchen” adlı bara gedərək, orada 08 iyun 2023-cü il tarixdə saat 05 radələrinədək vaxt keçirmişlər, xörək yeyib bir qədər spirtli içkilər içmişlər. Artıq 08 iyun 2023-cü il tarixdə saat 05 radələrində isə həmin barı tərk edib Səbail rayonu Dənizkənarı Milli Park istiqamətində hərəkət edərək gəzişməyə başlamışlar. Bu vaxtı rəfiqəsi Anna ilə Zərərçəkmiş şəxs də onlardan bir qədər irəlidə gəzişmişlər, lakin bir müddət sonra Anna və Kandra bulvara tərəf keçmiş və onun gözündən itmişlər. O, artıq özünü yorğun və yuxulu hiss etdiyi üçün Klaus Reneyə getmək istədiyini demiş və Rene Səbail rayonu Neftçilər prospektində yerləşən Kukla Teatrının qarşısında olan vaxtı onun üçün taksi çağırıb evə yola salmışdır. O, evə getdikdən sonra yatmış və yalnız saat 11 radələrində rəfiqəsi Şahid3 ona zəng etdikdən sonra oyanmışdır. Daha sonra öyrənmişdir ki, o, evə getdikdən sonra Zərərçəkmiş şəxs tanımadığı şəxslər tərəfindən soyğuna məruz qalmışdır. Daha sonra isə o, Səbail rayon Polis İdarəsinə aparılmışdır. O, Zərərçəkmiş şəxsə qarşı soyğunçuluq etmiş şəxsləri tanımamış, həmin şəxsləri görməmiş və həmin hadisənin şahidi olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Hindistan vətəndaşı Zərərçəkmiş şəxs adlı şəxs 102 xidmətinə zəng edərək bıçaqla hədələnməsi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs adlı şəxs bıçaqla hədələnməsi barədə ərizə ilə Polis idarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən, həmin məcəllənin 181.2.1 və 181.2.5-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələr ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə istintaq zamanı zərərçəkmiş şəxs Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı zərərçəkmiş şəxs Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir. Bununla yanaşı, həmin protokolda görünür ki, üzləşdirmə zamanı təqsirləndirilən şəxslər ilkin ifadələri ilə oxşar məzmunlu ifadələr bildirmişlər. xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 Fərhd oğlunun və Təqsirləndirilən şəxs1 ifadələri yerində yoxlanılmış və onlar ifadələrində göstərdikləri xüsusatları hadisə yeri olan ünvan 2 ünvanda yerləşən «Sahil» adlı hosteldə əyani şəkildə göstərərək, təsdiq etmişlər. Bununla yanaşı, həmin protokolda görünür ki, ifadənin yerində yoxlanması zamanı da, təqsirləndirilən şəxslər ilkin ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş ziyanın (2364,62 manat) ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, həmçinin, onlarla arasında heç bir ədavətinin qalmadığını bildirmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş 05 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Reslublikasının hüdudlarından kənara çıxmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər hadisə zamanı zərərçəkmiş şəxsə bıçaq nümayiş etdirib qorxutmadıqlarını, pulunu bu yolla ələ keçirmədiklərini, hadisə vaxtı ümumiyyətlə bıçaq olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən onlara psixoloji və fiziki təzyiqlər edildiyini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdiyi bu dəlillər özlərinin ibtidai araşdırma zamanı verdikləri ilkin ifadələri, zərərçəkmişin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanması protokolları habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə ifadə vermişlər və buna dair müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxslərin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onların tibbi kitabçalarının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onlərın İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı yeni xəsarətinin aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi öz ifadəsində “zərərçəkmiş şəxsin ona dediyinə görə - hadisə zamanı təqsirləndirilən şəxslərin onu bıçaqla hədələmədiklərini, hadisə zamanı bıçaq olmadığını və əsəbi (hirsli) olduğu üçün polisə bıçaqla hədələnməsinə dair səhv ifadə (məlumat) verdiyini” bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı zərərçəkmiş şəxsin nümayəndəsinin qeyd etdiyi bu dəlillər iş materiallarından olan ifadələr, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi ifadəsində qeyd etdiyi bu xüsusatları zərərçəkmiş şəxsin ona təklikdə dediyini, onun bu sözləri deməsini özündən başqa heç kimin şahidi olmadığını bildirmişdir. Lakin, təklikdə olduqları bir halda zərərçəkmiş şəxslə tərcüməçi olmadan neçə ünsiyyət saxlamasına aydınlıq gətirməmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin nümayəndəsinin bildirdiyinə görə, zərərçəkmiş şəxs polisə müraciət edərkən əsəbi olduğundan bıçaqla hədələnməsinə dair yanlış (səhv) məlumat vermişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin polis orqanına ilk müraciəti xx.xx.2023-cü il tarixdə olmuş və o, 09 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində (nümayəndəsinin və tərcüməçinin iştirakı ilə) ifadə vermişdir. Bundan sonra isə, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər ifadə verərək hadisə zamanı zərərçəkmiş şəxsi bıçaqla hədələmələrini təsdiq etmişlər. Bundan əlavə, xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokollarından və xx.xx.2023cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər ilkin ifadələri ilə oxşar məzmunlu ifadə verərək (müdafiəçi, nümayəndə və tərcüməçinin iştirakı ilə) hadisə zamanı zərərçəkmiş şəxsi bıçaqla hədələdiklərini bir daha təsdiq etmişlər. Bundan başqa, iş materiallarında olan 16 iyun 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, həmçinin, onlarla arasında heç bir ədavətinin qalmadığını bildirmişdir. Qeyd olunan 16 iyun 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, həmçinin, onlarla arasında heç bir ədavətinin qalmadığını bildirsə də, həmin ərizəsində də hadisə zamanı ona qarşı bıçaqdan istifadə olunmadığına dair hər hansı bir məlumat verməmişdir (qeyd etməmişdir). Məhəkəm hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin bildirdiyi kimi, əgər zərərçəkmiş şəxs polis orqanına ilk müraciəti zamanı əsəbi olduğu üçün ifadəsində ona qarşı bıçaq istifadə olunduğunu bildirmiş olsaydı, bundan sonra keçən müddət ərzində bir neçə dəfə polis orqanında olarkən, hətta barışıq ərizəsi verərkən bu barədə, yəni bıçaqdan istifadə olunmamasına dair polis orqanına məlumat verərdi. Əksinə iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs hadisədən 1 həftədən çox vaxt müddət keçdikdən sonra barışıq ərizəsi verərəkən belə hadisə zamanı bıçaqdan istifadə olunmamasına dair hər hansı bir məlumat verməmiş və bununla da, əvvəlki ifadələrini bir daha təsdiq etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı əldə olunmuş sübutların hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olması qənaətinə gəldiyindən, həmin sübutları daha mötəbər, əsaslı və həqiqəti əks etdirən sübutlar kimi qiymətləndirir. Bundan əlavə, iş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Reslublikasının hüdudlarından kənara çıxmışdır. İş materiallarında müəyyən olunur ki, zərərçəkmiş şəxs ibtidai istintaq orqanına 16 iyun 2023-cü il tarixli barışıq ərizəsini təqdim edib xx.xx.2023-cü il tarixdə Azərbaycan Reslublikasının hüdudlarından kənara çıxdıqdan bir müddət sonra təqsirləndirilən şəxslər həmin tarixədək verdikləri ifadələrini “hadisə zamanı bıçaq istifadə etmələrinə dair hissədə” təkzib edərək başqa məzmunlu ifadə vermişlər. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrinə dair ifadələrinə, həmçinin hadisə zamanı zərərçəkmiş şəxsə bıçaq nümayiş etdirib qorxutmadıqlarını, onun pulunu bu yolla ələ keçirmədiklərini, hadisə vaxtı ümumiyyətlə bıçaq olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdikləri ifadələrini), zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən digər sənədləri (məlumatları) də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilindikləri Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən (hökmdən) görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək (CM-nin 62 tətbiq edilkərək) 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 18 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan bir uşağı var. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş ziyanın (2364,62 manat) ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, həmçinin, onlarla arasında heç bir ədavətinin qalmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, təqsirini qismən etiraf etməsini, yetkinlik yaşına çatmayan bir uşağının olmasını və dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini və dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək (CM-nin 62 tətbiq edilkərək) 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 18 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 40 saat , Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə 10 saat vaxt sərf etmişdirlər. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Seyun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Seyun oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Seyun oğlu barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-08/2023 nömrəli hökmünə əssasən təyin edilmiş (CM-in 62-ci maddəsi tətbiq edilməklə) 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 18 gün müddəti (hissəsi) Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (əvəz edilməklə) cəmi 24 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar