Məhkəmə qərarları › İş №1(101)-820/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-820/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-820/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə istifadəsində olan +**********49 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Araz kimi tanıdığı +**********43 mobil nömrəsi ilə açılmış hesab vasitəsilə ona yazan İran İslam Respublikası vətəndaşından onlayn qaydada satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 1150 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1720 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 88 qram çəkidə psixotrop maddə metamfetamini, xeyli miqdarda 47,323 qram çəkidə narkotik vasitə tiryəki və xeyli miqdarda 0,4 qram çəkidə ümumilikdə 10 ədəd narkotik vasitə metadon həblərini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:50-də ünvan 2 ünvanda saxlanılaraq ünvan 3ləşən Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 bükümdə təmiz çəkisi 1150 qram təşkil edən kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 1720 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana, 01 bükümdə təmiz çəkisi 88 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, 01 bükümdə təmiz çəkisi 47,323 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin narkotik vasitə tiryək və 10 ədəd sayda ümumilikdə təmiz çəkisi 0,4 qram təşkil edən xeyli miqdarda həmin narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, iyul ayının 27-də hadisədən bir saat əvvəl iranlı ona zəng edərək beş qram narkotik vermiş və iki gün sonra pulunu ödəmək şərti ilə razılaşmışlar. İranlı ona Yasamal rayonunda “Günəş” Petroldan biraz əvvəldə olan yeri demişdir. Hadisə yerindən geriyə qayıdarkən polis işçiləri arxadan gəlib onu tutmuşlar. Onu maşına oturdanda “narkobiznes”in rəisi Anar adlı şəxsin əlində qara iri bağlama olmuş və həmin bağlamanı maşında ayaqlarının altına qoyaraq “bu sənindir” demişdir. Onu oradan idarəyə aparmışlar və idarədə ona altı saat işgəncə vermişlər. İki gün sonra prokurorluğa çıxmış, prokuror ondan həkimə aparılıb-aparılmadığını soruşmuş, o da aparılmadığını bildirmişdir. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, iki-üç ildir narkotik vasitə heroindən istifadə etmiş və heroini çəkmək yolu ilə qəbul etmişdir. İranlını tanımamış, iranlı özü zəng edib onu tapmış və iranlı ilə birinci dəfə danışmış, daha əvvəl danışmamışdır. İranlı hadisədən bir saat əvvəl ona zəng edərək nömrəsini ortaq tanışlarının verdiyini demiş, lakin ad çəkməmişdir. Veriləcək narkotik üçün üç yüz manat ödəməli olmuşdur. Həmin vaxt onun interneti işləmədiyindən iranlı ilə əlaqə saxlamamışdır. Onun iranlı ilə danışığı evdə olduğu vaxt olmuş və ondan sonra hansısa danışığı olmamışdır. O, ümumiyyətlə iranlı ilə yazışmamış, yəqin ki, polis işçiləri yazmışlar. Polislər onu saxlayan kimi telefonunu götürmüşlər. O, yolda getdiyi vaxtda əlaqə saxlamaq istəmiş, lakin interneti olmadığından əlaqə saxlaya bilməmişdir. O, işləmir, iranlıdan alacağı narkotik üçün üç yüz manatı evdəkilərin ona verəcəyi puldan ödəyəcəkdi. Narkotiki ala bilməsi üçün pulu ona qardaşı və anası vermiş, ailə üzvləri narkotik xəstəsi olduğunu bilmişlər. Pulu qohumlarımdan ağrıkəsici adı ilə almışdır. Narkotikə gündəlik 30-40 manat xərci çıxmışdır. Saxlayan polislər onu tanımış, Anar özü onu iki dəfə saxlamış və ondan pul istəmişlər. Anar konkret olaraq ondan bir nəfərin adını verməsini istəmiş, o da imtina etdiyindən başına bu hadisə gəlmişdir. Videoçəkiliş idarədə keçirilmiş və çəkilişdə vəkil də iştirak etmişdir. Videoçəkilş zamanı narkotiki etiraf etmişdir. Ona olan işgəncələrlə bağlı ayağından zədələr almış və indi də izləri qalmaqdadır. O, təcridxanaya daxil olarkən müayinədən keçirilmişdir. Polis əməkdaşları onu göndərilən ünvanın yaxınlığında saxlamışlar və həmin vaxt yanında qonşularının Murad adlı uşağı olmuşdur. Polisdə ən çox uşağı buraxmaları üçün boynuna almışdır. Polis əməkdaşları özlərini təqdim etməmişlər, arxadan yaxınlaşaraq birbaşa maşına əyləşdirmişlər. O, hadisə yerinə yaxınlaşmış, lakin oraya yaxınlaşmayaraq üzünü çevirib geri qayıdanda təxminən saat 10- 11 aralığında polis əməkdaşları onu və Muradı saxlamışlar. Saxlanılan zaman onun əlində heç bir şey olmamışdır. Polisdə Anar adlı şəxs ona işgəncələr vermişdir. O, İranlıdan heroin götürməyə getmiş və qonşusunun onun narkotik üçün getməsindən məlumatı olmamışdır. Qonşusu təsadüfən metronun qarşısında onun qabağına çıxmışdır. Onun niyyəti narkotiki götürərkən Muradı kənarda saxlamaq olmuşdur. Narkotik küçədə ağacın dibində, yerdə olmuş, amma oraya yaxınlaşa bilməmişdir. İranlı Şərifzadə küçəsi yaxınlığında dalanın şəkilini çəkib yollamışdır. Murad da narkotik istifadəçisi olmuş və götürəcəyi narkotikdən Murada da pay verəcəkdi. O, birinci dəfə Muradla narkotik götürməyə getmişdir. Murad istəsə idi narkotik verəcəkdi. Narkotik üçün əvvəldən pul almamış, onda olanda başqalarına narkotik vermişdir. Bəzən narkotiki başqaları ilə birlikdə qəbul etmişlər və həmin uşaqlar məhəllə uşaqları olmuşlar. İbtidai istintaq dövründə döyüldüyü üçün o şəkildə ifadə vermişdir. Onun vəkilə hansısa halı bildirməyə imkanı olmamışdır. Polislər onu ayaqlarından vurmuşlar, əllərindən vurmamışlar. Orada geyindiyi şalvarda hələ də qan ləkələri var, həmin şalvar indi təcridxanadadır. O, Kürdəxanı təcridxanasında xəsarətlər almağı barədə bildirməmişdir. Onun telefon nömrəsi ***-***-**-** olmuş və polis əməkdaşları onu saxlayarkən üzərində telefon olmuşdur. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, özü heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən otuz ildir ki, narkotik vasitələr qəbul edir və hazırda narkotik vasitə alüdəçisidir. 27 iyul 2024-cü il tarixdə axşam radələrində istifadə etdiyi +994-55-725-48-49 saylı mobil nömrənin “Whatsapp” mobil tətbiqinə +**********43 saylı mobil nömrəsindən zəng edərək özünü Araz adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs ona narkotik vasitə və psixotrop maddələrin olduğunu və onları sataraq gəlir əldə edəcəyini bildirmişdir. O da həmin şəxslə razılaşaraq həmin gün saat 22:30 radələrində onun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi məkana əsasən ünvan 5 ünvanının qarşısına getmişdir. Orada olan qara rəngli sellofan torbanı götürərək içərisinə baxdıqdan sonra həmin ünvandan uzaqlaşmaq istədikdə üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, sağ əlində olan qara rəngli sellofan torbanı könüllü olaraq polis əməkdaşına təqdim etmiş və həmin torbanın içərisində 01 ədəd həcmi böyük olan qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan marixuana, 01 ədəd qismən kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan heroin, 01 ədəd kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan tiryək, 01 ədəd mavi rəngli sellofana bükülmüş bağlamanın içərisində psixotrop maddə olan metamfetamin, 01 ədəd ağ rəngli kağıza bükülmüş bağlamanın içərisində “Metadon" adlı həblər və 01 ədəd plastmas flakonda “cicloplegicedol" adlı dərman preparatı olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş lakin hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi maddələr ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərfə qoyulmuş və tərtib olunmuş protokol həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 72-74). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxs 2024-cü ildə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şərifzadə küçəsində saxlanılaraq idarəyə dəvət edilmiş və təhqiqatçının otağında üzərində qanunsuz hansısa əşya varsa verməsi təklif edilmişdir. Könüllü olaraq özü əlində olan qara sellofanı təqdim etmiş, həmin bağlamanın içərisində qismən xırda sellofanlar aşkar edilmiş, narkotik maddəyə bənzər olduqlarından qablaşdırılıb ekspertizaya göndərilmişdir. 7.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat məlumatı narkotik vasitələri əldə edib üzərində qanunsuz gəzdirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxsə arxadan yaxınlaşmışlar, qaçmaq istəmiş, amma saxlamışlar. Əməliyyat tədbiri qərarında üç nəfərin adı qeyd edilmiş və həmin şəxslərdən başqa adam əməliyyatda heç vaxt iştirak etməmişdir. Ondan başqa əməliyyatda Etibar və Ruslan iştirak etmişdir. Anar adlı şəxs əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxsi təxminən axşam saat 22 radələrində Şərifzadə 345 A ünvanında saxlamışlar. Səhv etmirsə saxlanılan zaman şəxs tək olmuşdur. Saxlanılan zaman şəxsin yanında Murad adlı şəxsin olmasını xatırlamır. Üzərinə baxış idarədə vəkilin iştirakı ilə keçirilmişdir. Aşkar edilmiş maddələrlə bağlı sosial şəbəkə vasitəsi ilə əldə etdiyini bildirmişdir. Onlar təqsirləndirilən şəxsin neçə qram narkotik üçün getməsini bilməmiş, üzərindən nə aşkar edilmişsə həmin maddələr ekspertizaya göndərilmişdir. Saxlanılan zaman, idarədə şəxsə hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2, həmin şöbənin əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə 27 iyul 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində o və əməliyyat qrupunun digər iki əməkdaşı Şahid2 və Şahid3 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 345A ünvanının qarşısında Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı könüllü olaraq polis əməkdaşına təqdim etmiş və həmin torbanın içərisində 01 ədəd həcmi böyük olan qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan marixuana, 01 ədəd qismən kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan heroin, 01 ədəd kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik maddə olan tiryək, 01 ədəd mavi rəngli sellofana bükülmüş bağlamanın içərisində psixotrop maddə olan metamfetamin, 01 ədəd ağ rəngli kağıza bükülmüş bağlamanın içərisində “Metadon" adlı həblər və 01 ədəd plastmas flakonda “cicloplegicedol’’ adlı dərman preparatı olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş lakin hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi maddələr ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərfə qoyulmuş və tərtib olunmuş protokol həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 105-107). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 iyul 2024-cü il tarixdə, saat təxminən yeddi radələrində Yasamal rayonu, Şərifzadə küçəsi ünvanında Nizami adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda olan məlumat əsasında Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərində olan narkotik vasitələri təqdim etmişdir. 10.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, səhv xatırlamırsa əməliyyat məlumatı Ruslan adlı əməkdaşa daxil olmuş və əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Səhv etimrsə şəxs Şərifzadə küçəsi 345 ünvanında saxlanılmış, saxlanılan zaman şəxsin əlində sellofan olmuş və hərəkətdə olmuşdur. Saxlanılan zamanı şəxs hansısa etiraz etməmişdir. Şəxsi axtarış təhqiqatçının otağında vəkilin iştirakı ilə keçirilmiş, üzərindən narkotik vasitə metamfetamin, heroin, marixuana və metadon aşkar edilmişdir. Aşkar edilənlər əlində çantada olmuşdur. Onlar çəkilişləri yerində yox, bölmədə etmişlər. Hazırda da çəkilişləri yerində yox, idarədə edilməkdədir. Bununla bağlı rəhbərlik onlara hansısa göstəriş hələ də verməmişlər. Təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində ümumiyyətlə narkotik olmaması barədə dedikləri doğru deyil, onu məlumat əsasında saxlamışlar. Anar adlı şəxs onların rəisidir, həmin şəxs tərəfindən təqsirləndirilən şəxsin döyülməsi halı olmamışdır. Şəxs saxlanıldıqdan sonra rəisləri Anarın yanına aparılmamışdır. Anar əməliyyat tədbiri keçirilən vaxt orada olmamış, sonradan tədbirdə iştirak etmişdir. Onlar şəxsi saxlayıb maşına əyləşdirəndən sonra Anar hadisə yerinə gəlmiş və Anarın əlində hansısa sellofan görməmişdir. Təqsirləndirilən şəxs çəkilişə kimi daim onun yanında olmuş, tək qoymamışdır. Saxlanılan zaman, idarədə şəxsə hansısa zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 111-113). 12.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 108-110). 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, tarixi dəqiq xatırlamır, sadəcə olaraq Nizamini sonuncu dəfə bölmədə görmüşdür. Həmin gün həm o, həm də Nizami tutulmuşdur. O, Şərifzadə küçəsində tutulmuş və bölmədə Nizamini görmüşdür. Onların hər ikisi eyni gündə tutulmuşlar. 14.Şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, narkotiklə bağlı tutulmuş və azadlığın məhdudlaşdırılması cəzası almışdır. Nizamini 5-10 il olar tanımış, Nizaminin narkotik istifadə etdiyini bilmiş, amma satdığını bilməmiş və bunu görməmişdir. Nizaminin tutulma anını görməmiş, polis bölməsində saxlanana kimi Nizamini sonuncu dəfə yəqin ki, məhəllədə görmüşdür. Onun tutulmağı Nizami ilə bir yerdə olmamış, onlar birlikdə narkotik üçün getməmişlər və Nizami ona narkotik verməyə söz verməmişdir. 15.Məhkəmə istintaqı zamanı müstəntiq X1 cavab olaraq bildirmişdir ki, qalıq qalmış çəkiləri sonda olan akta əsaslanıb yazmışdır. Ekspertin rəyi ilə akt arasında olan ziddiyyətə baxmaq onun gözündən qaçmışdır. Aktda olan rəqəmi akt əsas sübut olduğu üçün yox, sadəcə olaraq adətən aktda və ekspert rəyində rəqəmlər eyni yazıldığı üçün yazmış və texniki səhvə yol vermişdir. 16.Məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, verdiyi rəyi təkrar yoxlayıb qalıq çəkini akta qeyd edərkən mexaniki səhvə yol vermiş, lakin ekspert rəyinin özündə qalıq qalmış çəkini düzgün olaraq qeyd etmişdir. 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1226 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada təmiz çəkisi 1720,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (İ cild, səh. 41-44). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3858 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N42" dairəvi möhür əksi, "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr (imza) Təqsirləndirilən şəxs "yazısı və imzalar olan bağlamadakı, 1(bir) ədəd bağlamada təmiz çəkisi 1150 qram (1kq 150qr) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanımış narkotik vasitə heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 88 qram bej rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 47,323 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir, üzərində "Methadone 40" markalanma göstəricisi olan 2(iki) ədəd konvalyutda ümumilikdə 10 ədəd üzərlərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqidm edimiş üzərində "Cicloplegicedol" markalanma göstəricisi olan plastik qabdakı şəffaf rəngsiz mayenin tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarı siyahısı"na və "Zəhərli maddələrin siyahılan"na daxil olan maddələr yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin və tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in İİ siyahısına daxildirlər. Qeyd: heroinin təmiz çəkisi: 1150 qr, sərf edildi 0,2 qr, qalıq 1149,8 qr; metamfetaminin təmiz çəkisi: 88 qr, sərf edildi 0,2 qr, qalıq 87,8 qr; tiryəkin təmiz çəkisi: 47,323 qr, sərf edildi 0,1 qr, qalıq 47,223 qr; metadon həbləri: 10 ədəd, sərf edildi 2 həb, qalıq 8 həb (İ cild, səh. 45-51). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 18 noyabr 2024-cü il tarixli, 7339 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 133-134). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 3207 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İ cild, səh. 129-132). 21.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanı təqdim etmiş, içərisində müxtəlif adda olan narkotik vasitə və psixotrop olduğunu bildirmişdir. Bundan sonra qeyd olunan sellofan torbanın içərisinə baxış keçirilərkən həmin torbanın içərisində 01 ədəd həcmi böyük olan qara rəngli sellofana bükülmüş bağlama, 01 ədəd qismən kiçik qara rəngli sellofana bükülmüş bağlama, 01ədəd kiçik qara rəngli sellofana büküknüş bağlama, 01 ədəd mavi rəngli sellofana bükülmüş bağlama, 01 ədəd ağ rəngli kağıza bükülmüş bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaların içərisində nə olduğu soruşulduqda 01 ədəd həcmi böyük olan qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə olan marixuana, 01 ədəd qismən kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə olan heroin, 01 ədəd kiçik qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə olan tiryək, 01 ədəd mavi rəngli sellofana bükülmüş bağlamanın içərisində psixotrop maddə olan metamfetamin, 01 ədəd ağ rəngli kağıza bükülmüş bağlamanın içərisində “Metadon” adlı həblər və 01 ədəd plastmas flakonda “cicloplegicedol” adlı dərman preparatı olduğunu, 27 iyul 2024-cü il tarixdə axşam radələrində istifadə etdiyi +994-55-725-48-49 saylı mobil nömrənin “Whatsapp” mobil tətbiqinə +**********43 saylı mobil nömrəsindən zəng edərək özünü Araz adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri sataraq gəlir əldə etməsi məqsədi ilə ünvan 5 ünvanının qarşısında yerləşdirdiyini və ona yerini bildirdikdən sonra həmin yerdən götürərək satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən içərisində üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd həcmi böyük olan qara rəngli sellofana bükülmüş bağlamaya baxış keçirilən zaman içərisində yaşıl rəngli ot mənşəli spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə, 01 ədəd qismən kiçik qara rəngli sellofana bükülmüş bağlamaya baxış keçirilən zaman qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd kiçik qara rəngli sellofana bükülmüş bağlamaya baxış keçirilən zaman qara rəngli şəkilli spesifik qoxuya malik narkotık vasitə tiryəkə bənzər maddə, 01 ədəd mavi rəngli sellofana bükülmüş bağlamaya baxış keçirilən ağ rəngli kristall şəklində olan, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması, həmçinin 01 ədəd ağ rəngli kağıza bükülmüş bağlamanın içərisində isə 02 ədəd listdə ümumilikdə 10 ədəd üzərinə “Metadon 40 yazılan həblər və 01 ədəd plastmas flakonda “cicloplegicedol” adlı dərman preparatının olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan maddələr kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir (İ cild, səh. 32-34). 22.«Mobil telefona baxış keçirilməsi haqqında» 03 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Realme” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış keçirildikdə Təqsirləndirilən şəxs məxsus “Realme” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində sonuncunun +98 903 *** **** mobil nömrəsi ilə yazışmaları narkotik vasitələrin alış satışında şübhə doğurduğu üçün baxış keçirilmişdir. Həmin yazışmalar məhz 27 iyul 2024-cü il tarixə təsadüf etmişdir. Həmin yazışmalarda Təqsirləndirilən şəxs saat 22:34-də həmin şəxsə “ha ordayam götürdüm” məzmunlu sms mətni göndərmişdir. Bundan sonra qarşı tərəf ona “Hardasan, mal goton” sms mətnini yazaraq göndərdiyi malları götürüb götürmədiyini soruşmuşdur. Buna cavab olaraq Təqsirləndirilən şəxs 22:35-də ona yenidən “Ha” yazaraq götürüdüyünü təsdiq etmişdir. Daha sonra qarşı tərəf bağlamanı açıb açmadığını soruşmuş və dəfələrlə zəng etsə də Təqsirləndirilən şəxs cavab vermədiyindən “1 kg heroi, 3 kg naşa 100 şuşa, metadon 2 backa, tiryak 50 qram” məzmunlu sms yazmışdır. Məhz həmin nömrə ilə Təqsirləndirilən şəxs danışıq zənglərinə baxıldıqda da Təqsirləndirilən şəxs həmin şəxslə xx.xx.2024-cü il tarixdə saat 20:09-da, 21:51-də, 22:02də və 22:08-də olan danışıq zəngləri görünmüşdür (İ cild, səh. 114-119). 23.«Sübutların qiymətləndirilməsi haqqında» 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi çəkisi 1720 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, ümumi çəkisi 1150 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, ümumi çəkisi 88 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, ümumi çəkisi 47,323 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, ümumi çəkisi 0,4 qram təşkil edən 10 ədəd metadon həbi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə - qurudulmuş marixuananın 1719,95 qram qalığı, narkotik vasitə - heroinin 1149,8 qram qalığı, psixotrop maddə - metamfetaminin 79,8 qram qalığı, narkotik vasitə - tiryəkin 47,223 qram qalığı və 08 ədəd metadon həbi saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hisəssinə təhvil verilmişdir (İ cild, səh. 137-145). 24.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki aşağı və yuxarı ətraflarda postineksion döyənəklər aşkar edilmişdir. 25.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 21). 26.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 4(004)- 716/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-88). 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 103-104). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 31.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 34.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 38.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 800 qram və yuxarı həddə narkotik vasitə olan heroin xüsusilə külli miqdar hesab edilir. Qeyd olunan siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. Göstərilən siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 40.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 41.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 42.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki aşağı və yuxarı ətraflarda postineksion döyənəklər aşkar edilmişdir. 43.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 44.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 45.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyul 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 46.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 47.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 48.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 49.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 51.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 59.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 60.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 61.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 63.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 27 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 64.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 67.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1719,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 1149,8 qram çəkidə narkotik vasitə heroinin, 47,223 qram çəkidə narkotik vasitə tiryəkin, 87,8 qram çəkidə psixotrop maddə metamfetaminin və 08 ədəd metadon həbinin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 68.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 70.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 71.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 72.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 500 (beş yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 73.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 500 (beş yüz) manat Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1719,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1149,8 qram çəkidə narkotik vasitə heroin, 47,223 qram çəkidə narkotik vasitə tiryək, 87,8 qram çəkidə psixotrop maddə metamfetamin və 08 ədəd metadon həbi məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar