Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-821/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 11:20-də Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 9,344 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,474 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 27 sentyabr 2022-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümünün içində olmaqla 30 ədəd sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,291 qram, 0,285 qram, 0,318 qram, 0,334 qram, 0,289 qram, 0,320 qram, 0,305 qram, 0,338 qram, 0,331 qram, 0,338 qram, 0,329 qram, 0,313 qram, 0,271 qram, 0,275 qram, 0,325 qram, 0,323 qram, 0,275 qram, 0,338 qram, 0,272 qram, 0,319 qram, 0,305 qram, 0,301 qram, 0,361 qram, 0,319 qram, 0,302 qram, 0,309 qram, 0,314 qram, 0,295 qram, 0,325 qram, 0,324 qram, ümumi təmiz çəkisi 9,344 qram külli miqdarda, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik-vasitə heroin, 11 ədəd sellofan bükümlərində ayrıayrılıqda təmiz çəkisi 0,235 qram, 0,343 qram, 0,190 qram, 0,090 qram, 0,101 qram, 0,082 qram, 0,095 qram, 0,082 qram, 0,073 qram, 0,099 qram, 0,084 qram olmaqla ümumi təmiz çəkisi 1,474 qram külli miqdarda ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin və həmin şalvarın sol yan cibindən 01 ədəd kiçik ölçülü üzərində narkotik vasitə-heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 8 il müddətində narkotik vasitələrdən istifadə etməmiş, son dövrlərdə yenidən narkotik vasitə istifadə etməyə başlasa da, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Zibil maşınlarının gətirdikləri alüminium, mis və sellofanı gecə vaxtı topladığı zaman polis əməkdaşları tərəfindən saat 03:00 radələrində yaşadığı kənddən, Balaxanı qəsəbəsindən bir qədər aralıda tutulmuşdur. Orada ondan başqa şəxslər də olmuş, həmin şəxslər də alüminium, mis və sellofan toplamışlar. O, dostu ilə birlikdə həmin şəxslərdən 200 metr kənarda oturmuşdur. Oturduqları yerdən zibillikdən alüminium və mis toplayanlar görünmüşdür. O, kənarda oturub çörək yemək üçün digər yoldaşlarını gözləmiş, həmin ərazinin yaxınlığında yerləşən mədəndən motor oğurlandığından, polislər oradan keçən zaman onları görüb yaxınlaşmış, daha sonra onları tutub bölməyə aparmışlar. Onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bölmədə onun qarşısına sayını xatırlamadığı qədər bükümdə “kakos”, yəni heroin və “şüşə” (patı), yəni metamfetamin qoyaraq videoçəkiliş aparılmışdır. Ona yaxınlaşan polislərin adları Bəxtiyar və Əli olmuş, polislər tərəfindən ona hər hansı xəbərdarlıq olmamışdır. Deməsinə görə, 12-ci Polis Şöbəsinə aparıldıqdan sonra polislər təzyiq göstərək narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsini bildirmiş, əks təqdirdə ailəsini gətirəcəkləri ilə hədələmiş, o, ilk öncə boynuna almasa da, 2-3 saatdan sonra narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin ona məxsus olmadığını müdafiəçisinə də bildirmişdir. Bakı İstintaq Təcridxanasında olduğu zaman döyülmə faktını araşdırmaq üçün prokurorluq əməkdaşı gəlsə də, aparılmış araşdırmanın nəticəsindən məlumatı olmamışdır. O, axırıncı dəfə tutulmazdan 2 saat əvvəl, gecə saat 12 radələrində narkotik vasitəni istifadə etdikdən sonra zibillik olan yerə gəlmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən hər dəfə təxminən 10-15 qram çəkidə, axırıncı dəfə isə 4-5 gün əvvəl almışdır. O, mis, alüminium və sellofandan gündəlik olaraq, 30, 40 və 50 manat qazanmış, qazancının 25 manatını narkotik vasitəyə vermişdir. Narkotik vasitələri satan adam ona hər dəfə müxtəlif ad dediyi üçün həmin şəxsin adını bilmir, həftədə müəyyən vaxt və yer təyin etmiş və orada görüşərək narkotik vasitə almışdır. Onun üzərində tərəzi olmamış, hər dəfəsində narkotik vasitəni çəkib almışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə narkotik vasitənin ona aid olmadığını bildirməmişdir. Tutulduqdan sonrakı gün saat 11:00 radələrində müdafiəçi dəvət olunmuşdur. Sahə müvəkkili işləyən Rizvan adlı polis əməkdaşı onu təpiklə vurmuş, əli həmin zərbələrdən şişmiş, Habil adlı polis əməkdaşı da həmin zorakılığın şahidi olmuşdur. O, döyülməyi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Döyüldüyü zaman müdafiəçisi yanında olmamış, müdafiəçisini cəmi 2 dəfə görmüş, döyülməyi ilə bağlı müdafiəçisinə məlumat verən zaman müdafiəçi özü sorğu verəcəyini bildirmişdir. O, narkotik vasitə kakos, yəni heroinin hazırlanmamış variantının 1 qramını 3 gün ərzində istifadə etmişdir. İttihamda olan bükümlərdən xəbəri yoxdur. Bükümlər üzərinə qoyulan zaman müdafiəçi iştirak etməmişdir. O, cəmi bir dəfə dindirilmiş, daha sonra Müvəqqəti saxlama yerinə sənədlər gətirib ona imza çəkdirmişlər. Bundan başqa, məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Almaniyaya müalicəsi üçün getdiyi zaman orada soyğunçuluq və oğurluq cinayətlərinə görə ayrı-ayrı vaxtlarda tutulmuş, şərti cəza alıb cəzası tamamlandıqdan sonra deportasiya olunmuşdur. Almaniyada olan cinayət işlərinə Azərbaycan Respublikasında baxılmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1 və 315-ci maddələri ilə məhkum olunmuşdur. Əvvəllər narkotik vasitə heroin istifadə etsə də, 8 il müddətinə tərgitmiş və son 1 ildə yenidən iynə ilə dərialtına vurmaqla istifadə etməyə başlamışdır. O, “kakos” adlanan heroini və“patı” adlanan metamfetamini bir yerdə qarışdırıb iynə ilə vurmaqla istifadə edir. 25 sentyabr 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıyıb adını bilmədiyi şəxsə 190 manat ödəyib öz istifadəsi üçün ayrılmış vəziyyətdə 30 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə-heroini və 11 ədəd bükümdə “patı” adlanan psixotrop maddə- metamfetamini almış və alarkən çəkidə aldanmamağı üçün həmin bükümləri özündə olan kiçik ölçülü elektron tərəzidə ölçmüşdür. O, həmin bükümləri bir dəfəlik çox almışdır ki, 1 ay ərzində hər dəfə ehtiyacı olduqda özü istifadə etsin. O, həmin narkotik vasitə və psixotrop maddəni qardaşlarının görməməsi və evində aşkar edilməməsi üçün özündə saxlayıb evə qoymamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində bayıra çıxıb piyada gəzişərkən iki nəfər mülki geyimli şəxsi görmüş, ona yaxınlaşmalarından güdülməsini hiss etmişdir. Həmin şəxslər ona çatıb özlərini təqdim edib Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirdikdə, həyəcanlanaraq yayınmaq istəsə də, imkan tapmamış, heç bir müqavimət göstərməmişdir. 12-ci Polis Şöbəsinə gətirildiyi zaman yolda olarkən müşahidə altında saxlanıldığından cibindəki narkotik və psixotrop maddələri ata bilməmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçi qismində Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Aydın Kərimov dövlət hesabına təyin edilmişdir. Orada özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərinə axtarış və baxış keçirilmişdir. O, vəkilinin üzərindən narkotik və psixotrop maddələrin aşkar edilməsinə şahid olmasını istəməmişdir ki, gələcəkdə onu daha yaxşı müdafiə etsin, bu səbəbdən vəkilin iştirakından axtarış zamanı könüllü imtina etmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı təhqiqatçı tərəfindən soruşulduqda, olduğu təqdirdə, təqdim etməyi təklif edildikdə, əynində olan boz rəngli şalvarın cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümünün içində olmaqla, 30 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 11 ədəd sellofan bükümdə psixotrop maddə-metamfetamin, həmin şalvarın sol yan cibindən isə 01 ədəd kiçik elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı həmin heroin və metamfetamini həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxdən 190 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, narkotik vasitə və psixotrop maddələrdən yalnız özü istifadə edir və narkotik maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 30 ədəd sellofan bükümdə külli miqdarda 9,344 qram narkotik vasitə-heroin, 11 ədəd sellofan bükümdə 1,474 qram külli miqdarda psixotrop maddə-metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin heroin və metamfetamini bükümlərə bölünmüş halda almış, özü bükümlərə ayırmamışdır və sadəcə 1 ay ərzində özü istifadə etməyi qərarlaşdırmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, şəxsi axtarış və baxış keçirilmədən öncə üstünü yoxlayan olmamışdır. O, başqa heç bir yerdə narkotik və ya psixotrop maddə saxlamır. İstifadəsində mobil telefon yoxdur, mobil nömrə işlətmir. Bundan başqa o, həmin ifadəsində polis əməkdaşları tərəfindən ona hər hansı zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində Şahid1 ilə birgə xidmətdə olarkən, üst-başı palçıq, mazut içərisində olan birini görüb yaxınlaşaraq şəxsiyyətini soruşduqda sonuncu özünü şübhəli apararaq verilən suallardan yayınıb şəxsiyyəti barədə məlumat vermədiyinə görə 12-ci Polis Şöbəsinə gətirilmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşmişdir. O, saxlanıldığı zaman sərxoş və ya hər hansı narkotik vasitənin təsiri altında olmamışdır. Həmin şöbədə səhər saatlarında təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində 11 bükümdə “patı” kimi tanınan metamfetamin və 30 bükümdə “kakos” kimi tanınan heroin aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni aldığı zaman aldanmasın deyə tərəzini üzərində gəzdirdiyini, həmin bükümləri isə Balaxanı qəsəbəsində tanımadığı bir şəxsdən 190 manata aldığını və narkotik vasitədən istifadə dozası çox olduğu üçün daimi üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı Polis Şöbəsinin növbətçi hissəsində, eləcə də, digər yerdə hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, sahə müvəkkili olan Rizvanın Təqsirləndirilən şəxs vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü müdafiə xarakterli olaraq, ona qarşı zorakılıq edilməsi ilə bağlı yalan ifadə verir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman narkotik vasitədən mütəmadi istifadə etdiyinə, həyat şəraitinə görə əlinin üstündə, bədəninin hər yerində şişkinlik olmuşdur. Təqsirləndirilən şəxs hər şeyi özü etiraf etmiş, üzərində aşkarlanan narkotik vasitələrin səhv xatırlamırsa, bəzi bükümlərinin çəkisi eyni olmuş, tərəzi üzərində olmuşdur. Təqsirləndirilən şəxs digər əməliyyat müvəkkili Şahid1 ilə birgə saxlamış, Bəxtiyar adlı əməliyyat müvəkkili orada olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 7-8 radələrində Şahid2 ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində xidmətdə olarkən, sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs evinin yaxınlığında özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bildikdən sonra 12-ci Polis Şöbəsinə dəvət etmiş, həmin şöbədə iştirakları ilə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə 30 bükümdə “kakos” deyilən heroin, 11 bükümdə “şüşə” deyilən metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Daha sonra aşkar olunanlar qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsdən 190 manat müqabilində aldığını, özü üçün üzərində saxladığını, elektron tərəzini həmin kütlələri aldığı zaman çəkmək üçün daşıdığını bildirmişdir. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq edilməmiş, Təqsirləndirilən şəxs ona Rivzan adlı polis əməkdaşı tərəfindən döyüldüyünə görə əlinin şişməsini deməmişdir. Hadisədən uzun müddət keçdiyindən, tutulduğu zaman Təqsirləndirilən şəxs üzərindəki paltarı, narkotik vasitə və ya psixotrop maddənin hansı cibindən çıxmasını xatırlamır. Təqsirləndirilən şəxs üzərində 12-ci Polis Şöbəsində videoçəkilişlə baxış keçirilmiş, videoçəkilişdə təqdim etməsi üçün əlavə kütlə verilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni konkret kiməsə satmasını aşkar etməmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu Polis İdarəsinin 12-ci X3 qəsəbəsi üzrə sahə rəisidir. Təqsirləndirilən şəxs tanımır, kim olduğunu bilmir, heç vaxt görməmiş, təqsirləndirilən şəxsə fiziki və ya sair təzyiq göstərməmiş, “camaatın balalarını zəhərləyirsiniz” deyə ifadə işlətməmişdir. O, artıq üçüncü dəfədir ki, bu iş üzrə izahat verir və hər dəfə də, Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. X10 xidməti ərazisi böyük olduğundan, oraya çoxsaylı şəxslər gəlir. Şöbədə sutkalıq növbə saat 09:00-dan növbəti gün saat 09:00-a kimidir. 25 sentyabr 2022-ci il tarixdə 12-ci Polis Şöbəsinin növbətçi hissəsində növbətçi olub-olmadığını bilmir, əgər olduğu təqdirdə növbədə olduğu zaman Təqsirləndirilən şəxs gətirilməsini xatırlamır. Təqsirləndirilən şəxs bədənində xəsarət izlərinin olub-olmaması barədə məlumatı yoxdur, xəsarətlərin onun tərəfindən yetirilməsi barədə Təqsirləndirilən şəxs dedikləri şər-böhtandır. O, Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda da izahat vermiş, Təqsirləndirilən şəxs tanımadığını, sonuncunu vurmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi fərdi evin qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə aparılmışdır. (Cild 1, iş vərəqə 5) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 08:00-dan hesablanmışdır. (cild 1, iş vərəqə 6, 15) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 56-57) Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-818/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 77-80) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti zamanı baxış keçirilərkən, o, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd kiçik elektron tərəzi, həmin şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 11 ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal maddə, 30 ədəd sellofana bükülmüş içərisində tünd-qəhvəyi rəngli heroinə bənzər maddə təqdim etmiş və ağ rəngli maddələrin “patı” (yəni metamfetamin), qəhvəyi rəngli maddənin isə “kakos” (yəni heroin) olduğunu, 2 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 190 manat müqabilində şəxsi istifadəsi üçün, elektron tərəzini isə narkotik vasitələri əldə etdiyi zaman çəkisini ölçmək üçün aldığını bildirmiş, aşkar olunan bükümlər və elektron tərəzi zərfə qoyularaq üzəri Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndikdən sonra imzalanmışdır. (Cild 1, iş vərəqə 26-27) “DVD diskinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd kiçik elektron tərəzini, sağ yan cibindən bir ədəd sellofan bükümdə 11 ədəd sellofana bükülmüş içində ağ rəngli kristal maddəni, 30 ədəd sellofana bükülmüş içərisində tünd-qəhvəyi rəngli heroinə bənzər maddəni təqdim edir və ağ rəngli maddələrin “patı”, qəhvəyi rəngli maddənin isə “kakos” olduğunu, 2 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 190 manat müqabilində şəxsi istifadəsi üçün, elektron tərəzini isə narkotik vasitələri əldə etdiyi zaman çəkisini ölçmək üçün aldığını bildirir. Aşkar edilmiş bükümlər və tərəzi zərfə qoyularaq üzəri möhürlənir və ekspertizaya göndəriləcəyi elan edilir. (Cild 1, iş vərəqə 54) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5543 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 30 (otuz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,291 qram, 0,285 qram, 0,318 qram, 0,334 qram, 0,289 qram, 0,320 qram, 0,305 qram, 0,338 qram, 0,331 qram, 0,338 qram, 0,329 qram, 0,313 qram, 0,271 qram, 0,275 qram, 0,325 qram, 0,323 qram, 0,275 qram, 0,338 qram, 0,272 qram, 0,319 qram, 0,305 qram, 0,301 qram, 0,361 qram, 0,319 qram, 0,302 qram, 0,309 qram, 0,314 qram, 0,295 qram, 0,325 qram, 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 9,344 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər; 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,235 qram, 0,343 qram, 0,190 qram, 0,090 qram, 0,101 qram, 0,082 qram, 0,095 qram, 0,082 qram, 0,073 qram, 0,099 qram, 0,084 qram olmaqla, ümumi təmiz çəkisi 1,474 qram qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Bir ədəd kiçik ölçülü elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi - 9,344 qram, cəmi tədqiqata sərf edildi - 0,6 qram, qalıq ümumi - 8,744 qram, Metamfetaminin ümumi təmiz çəkisi - 1,474 qram, tədqiqata sərf edildi - 0,33 qram, qalıq - 1,144 qram) (Cild 1, iş vərəqə 39-43) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 5645 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 107-108) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 2584 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmədiyindən, o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs əməli Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 110- 111) “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ümumilikdə 30 ədəd bükümdə 9,344 qram ümumi təmiz çəkidə heroin, 11 ədəd bükümdə 1,474 qram çəkidə metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 8,744 qram heroinin qalığı, 1,144 qram metamfetaminin qalığı və 1 ədəd elektron tərəzi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir.(cild 1, iş vərəqə 89-90) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 30 ədəd bükümlərdə 9,344 qram ümumi təmiz çəkidə heroin və 11 ədəd bükümlərdə 1,474 qram çəkidə metamfetamin və 1 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması nəzərə alınmış, şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertiza rəyi, məhkəmə-narkoloji rəyi, şəxsi axtarış və götürmə, baxış keçirilməsi protokolları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri sübut növü kimi qəbul edilmişdir. (Cild 1, 112-119) “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 9,344 qram külli miqdarda narkotik vasitə heroinin və 1,474 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 54101-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda heroin və metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması müəyyən edilsə də, konkret kiməsə satması faktını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 103) xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində xx.xx.2022-ci il tarixədək “Azercell”, “Bakcell” və "XXXX" MMC-yə aid abonent nömrəsi qeydə alınmamışdır. (Cild 1, iş vərəqə 96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 145.2-ci maddəsinin 1,2,6-cı bəndləri, 193.3, 208.1, 40 və 38-ci maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilməklə, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş, xx.xx.1992-ci il tarixli “Amnistiya” qərarına əsasən, çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, 2 il 9 ay 25 gün müddətində cəzası saxlanılmış, xx.xx.1994-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 315.1, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Almaniya Federativ Respublikasının İzerlohn rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Almaniya Cinayət Məcəlləsinin 25, 250 PAR, ABZ 1, N1B, 249 PAR. ABZ 1, 56, 52, 23, 22 PAR maddələri (soyğun yolu ilə şantaja cəhd) ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixə kimi sınaq müddəti verilmiş, xx.xx.2021-ci il tarixə kimi sınaq müddəti uzadılmış, xx.xx.2021-ci il tarixdə cəzası ləğv edilmişdir. Almaniya Federativ Respublikasının İzerlohn rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Almaniya Cinayət Məcəlləsinin 242P, BƏND 1, 53P maddələri (2 halda oğurluq) ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.2.2021-ci il tarixə kimi sınaq müddəti təyin olunmuş, xx.xx.2021-ci il tarixdə cəzası ləğv edilmişdir. (Cild 1, iş vərəqə 104-106) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 31/45 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlət tərəfindən qəbul edilmiş hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1533/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Tutulan zaman zədə aldığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Alın nahiyədə, hər iki bazu nahiyədə qərtməkli yara, sağ biləyin şişkinliyi, sol said və qarnın ön divarında köhnə çapıqlar qeyd olunur. Sağ mil sümüyünün bizvari çıxıntısının yerdəyişməmiş sınığı” qeydi yazılmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 199-200) Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” həmin qərardan yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edilməmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, 12-ci Polis Şöbəsində polis əməkdaşları tərəfindən təzyiq göstərildiyinə görə narkotik vasitənin özünə məxsus olduğunu dediyini, yaşadığı ərazinin sahə müvəkkili olan Rizvan adlı polis əməkdaşının onu təpiklə vurması nəticəsində əlində şiş yarandığını, həmin zorakılığı digər polis əməkdaşı Şahid2 gördüyünü demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, 18 dəqiqə 14 saniyədən ibarət videonun 18-ci dəqiqəsinin 5-ci saniyəsində təhqiqatçının “Polis şöbəsinə gətirilən zaman Sizə qarşı hər hansı fiziki və mənəvi təsir göstərilib?” sualına Təqsirləndirilən şəxs tərəfindən “Xeyr” cavabı verilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü tərəfindən məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamış, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs barəsində Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məlumat əsasında toplanmış materialın araşdırılması nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna sorğular verilib cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1533/2023 nömrəli məktuba əlavə edilmiş məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Tutulan zaman zədə aldığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Alın nahiyədə, hər iki bazu nahiyədə qərtməkli yara, sağ biləyin şişkinliyi, sol said və qarnın ön divarında köhnə çapıqlar qeyd olunur. Sağ mil sümüyünün bizvari çıxıntısının yerdəyişməmiş sınığı” qeydi yazılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2022-ci il tarixli, 2488 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ mil sümüyünün bizvari çıxıntısının dəyişməyən qapalı sınığı və həmin səviyyədə mil-bilək oynağında şişkinlik; alın və hər iki bazu nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinəsindən (xx.xx.2022-ci il) bir qədər əvvələ olmaqla, onun qeyd etdiyi xx.xx.2022-ci il tarixdə yetirilə bilər, dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 2584 nömrəli ekspert rəyinin tədqiqi hissəsində “Anamnesis morbi (xəstəlik anamnezi) qrafasında Təqsirləndirilən şəxs xarakterizə edərkən, onun barəsində “Əsəbi gərginlik anlarında özünə dəfələrlə xəsarətlər yetirib. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının arxivindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək “Psixopatiya oyanıq tipli” diaqnozu ilə həmin xəstəxanada müalicədə olmuşdur”, “Yoxlanılan şəxsin obyektiv müayinəsi” qrafasında “Sol qolunun said nahiyəsində, qarnının ön divarında və boyun nahiyəsində özünə yetirmiş olduğu çoxsaylı köhnə kəsik izləri müşahidə edilir.” məlumatı yazılmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, ona həmin qərardan aidiyyəti üzrə şikayət vermə hüququ izah olunmuşdur. Həmin qərardan da Təqsirləndirilən şəxs tərəfindən prokuror, yuxarı prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilməmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon prokurorluğuna verdiyi izahatında xx.xx.2022-ci il tarixdə gecə vaxtı tutulduğunu, 12-ci X9 adlı sahə rəisi və digər polis əməkdaşı tərəfindən edilmiş zorakılıq nəticəsində bədən xəsarətlərini aldığını, Rizvan adlı polis əməkdaşının onu əl və təpiklə döydüyünü bildirmişdir. Həmin hal üzrə Şahid3 prokurorluğa verdiyi izahatında onun tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir və ya işgəncə verilmədiyini, söylədiklərinin yalan və böhtan olduğunu, təqsirləndirilən şəxsin ağır cinayətdən yayınmaq üçün izahat verdiyini, Təqsirləndirilən şəxs xəsarətlərinin haradan yaranması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid2 və Şahid1 suallar verilmiş, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Habelə, Şahid3 məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilərkən Şahid3 Təqsirləndirilən şəxs tanımadığını, əvvəllər görmədiyini, sonuncuya qarşı hər hansı zorakılıq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında” protokola əlavə edilmiş diskə proses iştirakçılarının iştirakı ilə baxış keçirilən zaman təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xəsarətinin yaranma vaxtını dəqiqləşdirmək məqsədilə sual vermiş, Təqsirləndirilən şəxs verilmiş suallara “həmin videoçəkiliş aparıldıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü” qətiyyətlə bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, videoçəkilişə vizual baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində şişkinliyin olması müşahidə edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Şahid3 və digərləri tərəfindən əl və təpiklə, habelə digər polis əməkdaşı tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Belə ki, şahidlər Şahid2, Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs qarşı zorakılıq edilmədiyini bildirmişlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 2584 nömrəli ekspert rəyinə əsasən isə təqsirləndirilən şəxsin özünə əvvəllər xəsarət yetirməsi hallarının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əgər zorakılıq təqsirləndirilən şəxsə videoçəkilişdən əvvəl edilsəydi, onun əlindəki şişkinliyin zorakılıq nəticəsində yaranmasına əsaslı şübhə yaradardı. Təqsirləndirilən şəxs özü isə qətiyyətlə məhkəmə baxışı zamanı zorakılığın videoçəkilişdən sonra edildiyini bildirmişdir. Bu halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əlindəki şişkinlik onun tutulmazdan əvvəl şəxsi həyatında baş verə bilərdi. Deməsinə görə, zibil toplamaqla gəlir əldə etmiş, ağır işlə məşğul olmuşdur. İş yerində həmin xəsarətin yaranması daha ağlabatandır. Məhkəmə bir məsələni də qeyd edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 2584 nömrəli ekspert rəyinin təsviri hissəsində Təqsirləndirilən şəxs ekspertiza zamanı ittiham olunan əməl barədə soruşulduqda cinayət əməlini səmimi etiraf etməsi göstərilmişdir. Odur ki, məhkəmə baxışı zamanı Şahid3 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsi ilə bağlı ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilən ittihamda göstərilən hadisənin yeri və vaxtını mübahisələndirərək gecə vaxtı saat 03:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən kənarda zibillikdən zibil topladığı zaman tutulduğunu, həmin vaxt üzərində hər hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə, habelə elektron tərəzinin olmadığını, 12-ci Polis Şöbəsində onun qarşısına sayını xatırlamadığı qədər bükümdə heroin və metamfetamin qoyularaq videoçəkiliş aparıldığını, həqiqətdə ona Bəxtiyar və Əli adlı polis əməkdaşının yaxınlaşdığını, müdafiəçisinin növbəti gün saat 11 radələrində dəvət olunduğunu söyləsə də, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs özləri tərəfindən saxlanıldığını, həmin vaxt Bəxtiyar adlı və ya digər polis əməkdaşının orada olmadığını, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün əlavə bükümlərdə narkotik vasitə və psixotrop maddə vermədiklərini, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs həmin 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılması xx.xx.2022-ci il tarixli, cinayət işinin materiallarının 5-ci vərəqində olan raportdan da görünür. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin daha çox polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 26-27-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarının 54-cü vərəqində olan “DVD diskinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs içərisində maddə olan 30 və 11 ədəd olmaqla, ümumilikdə 41 ədəd büküm və 1 ədəd elektron tərəzi olmuş, o, həmin büküm və tərəzini istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bəxtiyar və Əli adlı polis əməkdaşları tərəfindən gecə vaxtı saat 03:00 radələrində yaşadığı kənddən aralıda saxlanıldığını, polis əməkdaşlarının əlavə olaraq bükümlərdə narkotik vasitə və psixotrop maddə vermələrini bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsində olan məlumatlara əsasən, o, törətdiyi cinayət əməllərinə görə əvvəllər bir neçə dəfə həm Azərbaycan Respublikasında, həm də Almaniya Federativ Respublikasında məhkum edilmişdir. Azərbaycan Respublikasında törətdiyi cinayət əməllərinə görə məhkumluğu ödənilmiş, Almaniya Federativ Respublikasında törətmiş olduğu əməllərə görə çıxarılmış hökmlər üzrə ekstradisiya üçün Azərbaycan Respublikasına təqdim edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bu məsələyə baxılmamışdır. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın “Hökmlərin tanınması və icrası” haqqında V Bölməsində olan 109-112-ci maddələrinə əsasən, Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş barəsində hökmün tanınması üçün vəsatətlə müvafiq dövlətə müraciət edilməli, sorğular verilməli və hökm həmin dövlət tərəfindən tanınmalıdır. Hazırki halda isə müvafiq tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətin hökmlərinin tanınması ilə bağlı Azərbaycan Respublikası məhkəmələrinə müraciət edilməmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan kimi qəbul edir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- MT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 0,15 qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümünün içində olmaqla 30 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,291 qram, 0,285 qram, 0,318 qram, 0,334 qram, 0,289 qram, 0,320 qram, 0,305 qram, 0,338 qram, 0,331 qram, 0,338 qram, 0,329 qram, 0,313 qram, 0,271 qram, 0,275 qram, 0,325 qram, 0,323 qram, 0,275 qram, 0,338 qram, 0,272 qram, 0,319 qram, 0,305 qram, 0,301 qram, 0,361 qram, 0,319 qram, 0,302 qram,0,309 qram, 0,314 qram, 0,295 qram, 0,325 qram, 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 9,344 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 11 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,235 qram, 0,343 qram, 0,190 qram, 0,090 qram, 0,101 qram, 0,082 qram, 0,095 qram, 0,082 qram, 0,073 qram, 0,099 qram, 0,084 qram olmaqla, ümumi təmiz çəkisi 1,474 qram olan külli miqdarda kustar üsulla psixotrop maddə-metamfetamin və 01 ədəd kiçik ölçülü üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkarlanmışdır. Göründüyü kimi, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin hər bir bükümü xırda bağlamalara bükülmüş, bir-birinə yaxın çəkilərdə olmuş, habelə həmin bükümlərin hazırlanması üçün avadanlıq olan elektron tərəzi aşkarlanmışdır. Habelə, xx.xx.2022-ci il tarixli, 074-54101-1222 nömrəli məktubdan da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda heroini və metamfetamini satış məqsədilə əldə edərək üzərində saxlayıb daşıması müəyyən edilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin hər bir bükümünün xırda bağlamalara bükülməsinə, bir-birinə yaxın çəkilərdə olmasına, habelə həmin bükümlərin hazırlanması üçün avadanlıq olan elektron tərəzinin olmasına, satış məqsədi ilə əldə edilməsi müvafiq əməliyyat orqanı tərəfindən müəyyən edildiyi iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzası yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin bükümlərinin sayını, miqdarını, elektron tərəzini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-818/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan 30 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 8,744 qram olan heroin, 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 1,144 qram olan metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 xx.xx.2022-ci il tarixli, 5645 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan 30 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 8,744 qram olan heroin, 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 1,144 qram olan metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-821/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-821/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver