Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-821/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X3 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1979-cu ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda 3190 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində olan qara rəngli sellofan torbada saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 95 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 avqust 2024-cü il tarixdə saat 23:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada 20 avqust 2024-cü il tarixdə saat 00:59-da üzərində şəxsi axtarış və götürmə, eləcə də sol əlində saxladığı qara rəngli sellofan torbaya keçirilən baxış zamanı həmin sellofan torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bağlamada 1250 qram və 1940 qram olmaqla ümumilikdə təmiz çəkisi 3190 qram külli miqdarda tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 19 avqust 2024-cü il tarixində Zirəddin adlı şəxsdən ona zəng gəlmiş, bu zəngdən sonra 4-5 dəfə ünsiyyətləri olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Hadisə baş verən gün Zirəddin zəng edərək onunla 9-cu mikrorayonda görüşmək istədiyini demişdir. O, Zirəddinin dediyi ünvana getmiş, Zirəddini gözləməyə başlamış, amma sonuncudan heç bir xəbər çıxmamışdır. O, Zirəddinə zəng etmiş, amma o, telefonu açmamışdır. 10-15 dəqiqə keçdikdən sonra o, polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman ünvana dostu ilə görüşmək üçün gəldiyini bildirmiş, amma Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona idarədə söhbət edəcəklərini demişdir. İdarəyə gedəndən sonra polis əməkdaşları, içində “nəşə” olan bir bağlamanı ona uzadaraq götürməli olduğunu demiş, o, polislərə ünvana bağlama üçün gəlmədiyini izah etməyə çalışmış, lakin polis əməkdaşları da narkotik vasitənin ona məxsus olduğunu, boynuna götürməli olduğunu demişlər. Bundan sonra ona elektroşokla təzyiqlər göstərilmiş, gözünü yumruqla göyərtmişlər. O da bağlamanı götürə bilməyəcəyini demiş, polis əməkdaşlarından onu niyə bədbəxt etməyə çalışdıqlarını soruşmuşdur. Polis əməkdaşları bağlamanı götürmədiyini görəndən sonra onu əlləri bağlı vəziyyətdə yerə uzandırmış, paltarlarını üzərindən çıxararaq soyundurmağa başlamışlar. Daha sonra dubinka ilə onu döyüb çəkiliş etmişlər. Hətta övladını təhsil aldığı universitetdən qovdurtmaqla, çəkdikləri videonu yaymaqla hədələmişlər. Onlara nə qədər yalvarsa da, heç bir xeyri olmamışdır. O, əzablara dözə bilmədiyi üçün bağlamanı boynuna götürmüş, çəkiliş zamanı da polis işçilərinin istədiyi kimi ifadə vermişdir. Lakin bağlama ona aid olmamışdır, təzyiq altında olduğu üçün boynuna götürməyə məcbur qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, bağlamanın kimə aid olduğunu bilməmiş, onu ilk dəfə polis idarəsində görmüşdür. Polis əməkdaşlarının onunla nə qərəzi olduğunu bilmir. Narkotik alverçiləri ilə heç bir əlaqəsi olmamışdır. Bərbərxanada işləyən zaman bəzən narkotik vasitə istifadə edən şəxslər də gəlmiş, amma heç biri ona narkotik vasitə istifadə etməyi təklif etməmişdir. Əvvəllər 2-3 dəfə “nəşə”dən istifadə etmişdir, həmin narkotik vasitəni tanımadığı şəxsdən qramını 10 manata almışdır. Sonuncu dəfə “nəşə”dən bu hadisədən 7-8 ay əvvəl istifadə etmişdir. “Nəşə”dən toylarda, məclislərdə istifadə etmişdir. Metamfetamin və heroindən istifadə etməmişdir. Telefonunda narkotik vasitə istifadə edən şəxslərlə heç bir yazışmaları olmamışdır. Zirəddin ona görüşəcəkləri yerin “konum”unu yollamış, o da həmin ünvana getmişdir. Görüş yerinə getməmişdən əvvəl telefon danışığında Zirəddin məhsulu konkret hara qoyacağını deməmişdir. Heç bir narkotik vasitə əldə etməmiş və satmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini isə psixi və fiziki təzyiq altında vermişdir. Nərimanov Rayon Məhkəməsindən barəsində həbs qətimkan tədbiri seçilməsi üçün çağırılan zaman hakimə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını deməmişdir, çünki əməliyyat işçiləri onu hədələmişlər. Onu 3 gün sonra Bakı İstintaq Təcridxanasına aparmışlar, həkim bədəninə baxan zaman zədələri görmüş, kimin etdiyini soruşmuş, o da əməliyyat işçiləri tərəfindən döyüldüyünü bildirmişdir, həmin zədələr tibbi kitabçasında qeyd olunmuşdur. Onu döyən polis əməkdaşları içərisində Şahid1 da olmuşdur. Bununla yanaşı, ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində özünün 5-6 aydır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, narkotik vasitəni toyda və digər məclislərdə olanda çəkdiyini, birdəfəlik şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana sifariş etmək qərarına gəldiyini, təxminən 3 gün öncə tanımadığı nömrədən ona xarici “Whatsapp” nömrəsi ilə “salam” mesajı göndərildiyini, danışanda həmin şəxsin özünü İran İslam Respublikasının vətəndaşı Zirəddin adlı şəxs kimi təqdim etdiyini, ona marixuana satdığını bildirdiyini, Zirəddin adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana, ilkin olaraq 100 qram göndərməsini xahiş etdiyini, 100 qram üçün Zirəddinin göndərdiyi kart hesabına 800 manat pul köçürdüyünü, ona konum göndərdiyini və marixuananı qara paketdə “konum” olan ünvana qoyulduğunu, o, taksi sürücüsü kimi tanıdığı Nicatdan onu “20 Yanvar” metrostansiyasından götürüb həmin ünvana aparmasını xahiş etdiyini, Nicat ilə 19 avqust 2024-cü il tarixdə saat 22:30 radələrində görüşdüyünü, Nicata konumu göstərdiyini və onu həmin ünvana aparmasını xahiş etdiyini, lakin Nicatın narkotik vasitə əldə etmək istəyindən və həmin ünvana narkotik vasitə əldə etmək üçün getməyindən məlumatlı olmadığını, Nicatın onu konum vasitəsi ilə ünvan 3 ünvana təxminən 23:15-də çatdığını, Nicata onu gözləməyini, təkrar onu Xırdalan şəhərinə qaytarmağını xahiş etdiyini, Nicatın avtomobildə gözlədiyini, onun avtomobildən düşüb irəli bir qədər getdikdən sonra yerdən qara paket görüb götürdüyünü, qara paket götürən zaman ona bir neçə şəxsin yaxınlaşdığını, ondan anket məlumatlarını soruşduqlarını, o, özünü təqdim etdikdə həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirdiklərini, barəsində qəbul edilmiş qərarla onu tanış etdiklərini, o, səmimi olaraq hazırda olduğu ünvana narkotik vasitə üçün gəldiyini və əlində saxladığı qara rəngli paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, daha sonra həmin şəxslər onunla birlikdə Nicata yaxınlaşıb anket məlumatlarını Nicatdan soruşduqlarını, Nicat taksi sürücüsü olduğunu, sifariş ilə taksi fəaliyyəti göstərdiyini bildirdiyini, bundan sonra onun və Nicatın idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini, İdarədə Nicata onun həmin əraziyə bildirmədən narkotik vasitə götürmək üçün getdiyini, onun idarədə vəkil ilə təmin edilib şübhəli şəxs kimi tutulduğunu, ona hüquqları və vəzifələrinin izah edildiyini, daha sonra onun üstünə və əlində olan qara torbaya baxış keçirildiyini, üstünə baxış zamanı ona üstündə, eləcə də sol əlində saxladığı qara rəngli torbada ola biləcək narkotik vasitələr varsa təqdim etməsinin təklif edildiyini, bundan sonra o, sol əlində saxladığı qara rəngli torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini və sellofan torbanı baxışa təqdim etdiyini, baxış zamanı sellofan torbanın içərisindən 02 ədəd ağ paketdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, daha sonra onun üstünə baxış zamanı polis əməkdaşı tərəfindən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən "Redmi" markalı mobil telefonun və sağ arxa cibindən 59 manat pulun aşkar edildiyini, “Redmi” markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürüldüyünü, 59 manat pul vəsaitinin ona geri qaytarıldığını, daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşı tərəfindən qablaşdırılıb möhür ilə möhürləndiyini və imzalarla təsdiq edildiyini göstərmişdir (cild 1, iş vərəqi 98-102). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsini fiziki və psixi təzyiq altında verdiyini, bu səbəbdən məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri 19 avqust 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində saat 23:00-00:00 radələrində xarici görünüş əlamətləri əsasında Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmış, özlərini təqdim edərək Baş İdarənin əməkdaşı olduqlarını bildirmişlər. Şəxsdən özünü təqdim etməsini istədikdə onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Beləliklə, Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Ramil heç bir müqavimət göstərmədən könüllü şəkildə Baş İdarəyə gətirilmişdir. İdarədə vəkil və təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Ramilin əlindəki bağlamada nə olduğunu soruşduqda sonuncu, onlara qurudulmuş marixuana olduğunu bildirmiş, bağlamanı açdıqdan sonra maddənin qurudulmuş marixuana olduğu təsdiqini tapmışdır. Həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında taksi sürücüsü də olmuş, həmin sürücünün də üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Ramil narkotik vasitəni şəxsi istifadəsi üçün sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini demişdir. İran İslam Respublikası vətəndaşı Ramilə “konum” yollamış, Ramil də həmin ünvana gedərək narkotik vasitəni təhvil almışdır. Videoçəkiliş zamanı Ramil narkotik vasitə ilə bağlı İran İslam Respublikası vətəndaşının kartına səhv etmirsə, ya 500 manat, ya da 800 manat pul köçürdüyünü demişdir. Əməliyyat vaxtı Ramilə yaxınlaşan zaman narkotik vasitə sonuncunun əlində olmuşdur. Bu zaman Ramillə aralarında, təxminən, 10 metr məsafə olmuşdur. Ramilə qarşı fiziki və ya psixi təzyiq olmamış, heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs döyməmiş, nə fiziki, nə də psixi təzyiq göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri tamamilə yalandır, onlar İdarədə Ramilə narkotik vasitə təqdim edib boynuna götürməsi üçün hədələməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləmiş, 2 ay əvvəl Ramillə tanış olmuşdur. İlk tanışlıqları da elə taksidə gedən zaman yaranmışdır. Hadisə günü də Ramil ona zəng edib getməli olduğu bir ünvan olduğunu deyərək aparmağını xahiş etmiş, o da razılaşmışdır. O, idarə etdiyi “Toyota Prius” markalı maşınla “20 Yanvar” ərazisindən Ramili götürmüş, ordan da Ramilin istəyi ilə 7-ci mikrorayon tərəfə getmişlər. Həmin ünvana çatıb bir məhəllənin ortasında maşını saxlamış, Ramil ona tez gedib-gələcəyini deyərək maşında oturub onu gözləməyini istəmiş və maşından düşüb getmişdir. Bir müddət keçəndən sonra Ramilin polis əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyini görmüşdür. Ramilin polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi əvvəlcə ona məlum olmamış, amma sonradan səbəbini izah etmişlər. Saxladıqdan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən sadəcə evinin və maşınının açarı çıxmışdır. Ramillə onu ayrı-ayrı maşınlarda İdarəyə gətirmişlər. İdarədə otaqda olan zaman Ramilin əlində qara sellofan olmuş, həmin sellofanın içərisində isə “nəşə” olmuşdur. O, qara sellofanın içərisində “nəşə” olduğunu polis əməkdaşları tərəfindən açılıb baxılan zaman öyrənmişdir. Ramil həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq əldə etdiyini demişdir. X12 Respublikası vətəndaşının kartına ödəniş edərək iranlının dediyi ünvandan narkotik vasitəni təhvil aldığını, “nəşə”ni öz şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid2 5-6 il müddədir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda "Toyota Prius" markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini, Təqsirləndirilən şəxs iki ay müddətdir ki, tanıdığını, Təqsirləndirilən şəxs onunla bir neçə dəfə əlaqə saxlayıb ailə üzvlərini aparmaq üçün onu taksi kimi yaşadığı Xırdalan şəhərinə çağırdığını, sonuncu dəfə Təqsirləndirilən şəxs ona 19 avqust 2024-cü il tarixdə təxminən saat 22:00 radələrində zəng edərək “20 Yanvar” metrostansiyası yaxınlığına gedib oradan götürməsini xahiş etdiyini, o da təxminən 22:40 radələrində “20 Yanvar” metrostansiyasından Təqsirləndirilən şəxs götürdüyünü, Təqsirləndirilən şəxs ona atılan “konum”a sürməyini xahiş etdiyini, o, Təqsirləndirilən şəxs göstərdiyi “konum” ilə ünvan 4 ünvana təxminən 23:15-də çatdığını, Ramilin ona gözləməsini və təkrar Xırdalan şəhərinə qaytarmağını xahiş etdiyini, o, avtomobildə gözlədiyini, Təqsirləndirilən şəxs avtomobildən düşüb irəli getdiyini, Ramilin bir qədər getdikdən sonra yerdən qara paket götürdüyünü, qara paketi götürən zaman ona bir neçə şəxsin yaxınlaşdığını, daha sonra həmin şəxslərin Ramil ilə birlikdə ona yaxınlaşıb onun anket məlumatlarını soruşduqlarını, o da taksi sürücüsü olaraq Ramili həmin yerə gətirdiyini, oradan onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, idarədə Ramilə vəkil təqdim edilərək tutulduğunu, daha sonra Təqsirləndirilən şəxs üstünə və əlində olan qara torbaya baxış keçirildiyini, üstünə baxış zamanı Ramilə üstündə, eləcə də sol əlində saxladığı qara rəngli torbada ola biləcək narkotik vasitələr varsa təqdim etməsinin təklif edildiyini, bundan sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini və sellofan torbanı baxışa təqdim etdiyini, baxış zamanı sellofan torbanın içərisindən 02 ədəd ağ sellofan peketdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üstünə baxış zamanı polis əməkdaşı tərəfindən "Redmi” markalı mobil telefonun və 59 manat pulun aşkar edildiyini, "Redmi" markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürüldüyünü, 59 manat pul vəsaitinin Təqsirləndirilən şəxs geri qaytarıldığını, daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşı tərəfindən qablaşdırılıb möhür ilə möhürləndiyini və imzalarla təsdiq edildiyini, daha sonra onun üstünə baxış keçirildiyini, ona üstündə narkotik vasitə varsa təqdim etməsinin təklif edildiyini, o, üstündə narkotik vasitə olmadığını bildirib əynində olan qara cins şalvarın sol cibindən “Samsung” markalı mobil telefonu, sağ cibindən isə idarə etdiyi avtomobilin açarını təqdim etdiyini, daha sonra həmin əşyaların onun özünə geri qaytarıldığını, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Zirəddin adlı şəxsdən “online” qaydada şəxsi istfadə üçün sifariş etdiyini, kart hesabına 800 manat pul göndərdiyini, bundan sonra “konum” vasitəsi ilə narkotik vasitənin gizlədildiyi ünvana gedib götürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 57-59). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid2 ibtidai istintaqa həmin ifadəni 6 ay əvvəl verdiyini, ona görə də bəzi məqamların yadından çıxdığını, həmin ifadəsini düzgün olduğundan təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Ramil” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs 01 avqust 1979-cu ildə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən 01 avqust 1979-cu ildə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 23:30-də Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 95 ünvanın yaxınlığında tanışı Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış, həmçinin Şahid2 üstünə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 9). - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbada qurudulmuş marixuana olduğunu bildirib onu masanın üzərinə qoymuş, həmin torba açıldıqda onun içərisində 02 ədəd sellofan bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi’' markalı mobil telefon və arxa sağ cibindən 59 manat pul aşkar edilərək götürülmüşdür. 59 manat pul onun özünə qaytarılmışdır. Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin qurudulmuş marixuana olduğunu, həmin kütlələri xx.xx.2024-cü il tarixdə Zirəddin adı ilə tanıdığı İran vətəndaşından 800 manat ödəməklə sonuncunun onun mobil telefonuna göndərdiyi məkandan əldə etdiyini və şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin kütlələrdən heç kimə vermədiyini və satmadığını bildirmişdir (cild 1, iş vərəqi 28-31). - baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Şahid2 məxsus “Toyota Prius” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 34-36). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş” sözləri yazılmış qara rəngli polietilen torbada skoçla bağlanmış 02 (iki) ədəd gümüşü rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1250 qram və 1940 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 3190 qramdır (3 kq 190 qram). Tədqiqata təqdim edilmiş iki ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 48-52). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 vermiş olduğu ifadəsini bir daha qarşısında əyləşən Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək Təqsirləndirilən şəxs iki ay müddətdir ki, tanıdığını, Təqsirləndirilən şəxs onunla bir neçə dəfə əlaqə saxlayıb ailə üzvlərini aparmaq üçün onu taksi kimi yaşadığı Xırdalan şəhərinə çağırdığını, sonuncu dəfə Təqsirləndirilən şəxs ona 19 avqust 2024-cü il tarixdə təxminən saat 22:00 radələrində zəng edərək “20 Yanvar” metrostansiyası yaxınlığına gedib oradan götürməsini xahiş etdiyini, təxminən saat 22:40 radələrində “20 Yanvar” metrostansiyasından Təqsirləndirilən şəxs götürdüyünü, Təqsirləndirilən şəxs ona atılan “konum”a sürməyini xahiş etdiyini, o, Təqsirləndirilən şəxs göstərdiyi “konum” ilə ünvan 4 ünvana təxminən saat 23:15-də çatdığını, Ramilin ona gözləməyini və təkrar Xırdalan şəhərinə qaytarmağını xahiş etdiyini, onun avtomobildə gözlədiyini, Təqsirləndirilən şəxs avtomobildən düşüb irəli getdiyini, Ramilin bir qədər getdikdən sonra yerdən qara paket götürdüyünü, qara paket götürən zaman ona bir neçə şəxsin yaxınlaşdığını, daha sonra həmin şəxslərin Ramil ilə birlikdə ona yaxınlaşıb onun anket məlumatlarını soruşduqlarını, onun da taksi sürücüsü olaraq Ramili həmin yerə gətirdiyini dediyini, oradan onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, idarədə Ramilə vəkil təqdim edilərək tutulduğunu, daha sonra Təqsirləndirilən şəxs üstünə və əlində olan qara torbaya baxış keçirildiyini, üstünə baxış zamanı Ramilə üstündə eləcə də sol əlində saxladığı qara rəngli torbada ola biləcək narkotik vasitələr varsa təqdim etməsinin təklif edildiyini, bundan sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini və sellofan torbanı baxışa təqdim etdiyini, baxış zamanı sellofan torbanın içərisindən 02 ədəd ağ sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üstünə baxış zamanı polis əməkdaşı tərəfindən "Redmi” markalı mobil telefonun və 59 manat pulun aşkar edildiyini, "Redmi" markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürüldüyünü, 59 manat pul vəsaitinin Təqsirləndirilən şəxs geri qaytarıldığını, daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşı tərəfindən qablaşdırılıb möhür ilə möhürləndiyini və imzalarla təsdiq edildiyini, daha sonra onun üstünə baxış keçirildiyini, ona üstündə narkotik vasitə varsa təqdim etməsinin təklif edildiyini, o, üstündə narkotik vasitə olmadığını bildirib əynində olan qara cins şalvarın sol cibindən “Samsung” markalı mobil telefonu, sağ cibindən isə idarə etdiyi avtomobilin açarını təqdim etdiyini, daha sonra həmin əşyaların onun özünə geri qaytarıldığını, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Zirəddin adlı şəxsdən “online” qaydada şəxsi istfadə üçün sifariş etdiyini, kart hesabına 800 manat pul göndərdiyini, bundan sonra konum vasitəsi ilə narkotik vasitənin gizlədildiyini ünvana gedib götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qarşısında əyləşən Şahid2 üzünə qarşı dediklərini dinləmiş və özünün 5-6 aydır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, narkotik vasitəni toyda və digər məclislərdə olanda çəkdiyini, bir dəfəlik şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana sifariş etmək qərarına gəldiyini, təxminən 3 gün öncə tanımadığı nömrədən ona xarici “Whatsapp” nömrəsi ilə “salam” mesajı göndərildiyini, onunla danışdıqda İran İslam Respublikasının vətəndaşı Zirəddin adlı şəxs kimi özünü təqdim etdiyini, ona marixuana satdığını bildirdiyini, o, Zirəddin adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etdiyini, həmin şəxsdən ilkin olaraq 100 qram göndərməsini xahiş etdiyini, 100 qram üçün onun göndərdiyi kart hesabına 800 manat pul köçürdüyünü, ona konum göndərdiyini və marixuananı qara paketdə konum olan ünvana qoyulduğunu, o, taksi sürücüsü kimi tanıdığı Nicatdan onu “20 Yanvar” metrostansiyasından götürüb həmin ünvana aparmasını xahiş etdiyini, Nicat ilə 19 avqust 2024-cü il tarixdə saat 22:30 radələrində görüşdüyünü, Nicata “konum”u göstərdiyini və onu həmin ünvana aparmasını xahiş etdiyini, lakin Nicatın narkotik vasitə əldə etmək istəyindən və həmin ünvana narkotik vasitə əldə etmək üçün getməyindən məlumatlı olmadığını, Nicatın onu “konum” vasitəsi ilə ünvan 3 ünvana təxminən saat 23:15-də çatdığını, Nicata onu gözləməyini, təkrar onu Xırdalan şəhərinə qaytarmağını xahiş etdiyini, Nicatın avtomobildə gözlədiyini, onun avtomobildən düşüb irəli bir qədər getdikdən sonra yerdən qara paket görüb götürdüyünü, qara paketi götürən zaman ona bir neçə şəxsin yaxınlaşdığını, ondan anket məlumatlarını soruşduqlarını, o, özünü təqdim etdikdə həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirdiklərini, barəsində qəbul edilmiş qərarla onu tanış etdiklərini, o, səmimi olaraq hazırda olduğu ünvana narkotik vasitə üçün gəldiyini və əlində saxladığı qara rəngli paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, daha sonra həmin şəxslər onunla birlikdə Nicata yaxınlaşıb anket məlumatlarını Nicatdan soruşduqlarını, Nicat taksi sürücüsü olduğunu, sifariş ilə taksi fəaliyyəti göstərdiyini bildirdiyini, bundan sonra onun və Nicatın idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini, idarədə vəkil ilə təmin edilib şübhəli şəxs kimi tutulduğunu, ona hüquqları və vəzifələrinin izah edildiyini, daha sonra onun üstünə və əlində olan qara torbaya baxış keçirildiyini, üstünə baxış zamanı ona üstündə, eləcə də sol əlində saxladığı qara rəngli torbada ola biləcək narkotik vasitələr varsa təqdim etməsinin təklif edildiyini, bundan sonra o, sol əlində saxladığı qara rəngli torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini və sellofan torbanı baxışa təqdim etdiyini, baxış zamanı sellofan torbanın içərisindən 02 ədəd ağ peketdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, daha sonra onun üstünə baxış zamanı polis əməkdaşı tərəfindən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən "Redmi" markalı mobil telefonun və sağ arxa cibindən 59 manat pulun aşkar edildiyini, “Redmi” markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürüldüyünü, 59 manat pul vəsaitinin ona geri qaytarıldığını, daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşı tərəfindən qablaşdırılıb möhür ilə möhürləndiyini və imzalarla təsdiq edildiyni, daha sonra Nicata üzərində narkotik varsa təqdim etməsinin təklif edildiyini, Nicat üstündə narkotik vasitə olmadığını bildirirərək əynində olan qara cins şalvarın sol cibindən "Samsung"' markalı mobil telefonu, sağ cibindən isə idarə etdiyi avtomobilin açarını təqdim etdiyini, daha sonra həmin əşyalar onun özünə geri qaytarıldığını, sorğu zamanı o, narkotik vasitəni İran vətəndaşı Zirəddin adlı şəxsdən “online” qaydada şəxsi istifadə üçün sifariş etdiyini, kart hesabına 800 manat pul göndərdiyini, bundan sonra “konum” vasitəsi ilə narkotik vasitənin gizlədildiyi ünvana gedib götürdüyünü və Nicatın narkotik vasitənin olduğu yerə getməyi, eləcə də onun əldə etməsindən məlumatının olmadığını bildirdiyini, əlində saxladığı ona məxsus qara rəngli sellofan paketdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini səmimi olaraq etiraf etdiyini və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 80-83). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 84-85). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Redmi" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefon aparatı işlək vəziyyətində olmadığından onun işindəki məlumatlara baxış keçirmək mümkün olmamışdır (cild 1, iş vərəqi 121). - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalan 3189,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 122-123, 124). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 19 avqust 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 126). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 131-132). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 10801 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 133). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 22 avqust 2024-cü il tarixdə təxminən saat 17:45 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasına təhvil verilmiş, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Tibb-sanitar hissəsində müayinədən keçirilən zamanı onun sol gözaltı nahiyəsində yaşılımtıl-bənövşəyi rəngli qançır izləri aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir (cild 1, iş vərəqi 135). - mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən 19-20 avqust 2024-cü il tarixlərdə daxil olan, çıxan zənglərin və SMS yazışmaların yazıldığı və "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 143-45). - ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uşaqları olan - 2004-cü il təvəllüdlü X5 və 2009-cu il təvəllüdlü X4 ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində MİS-ə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 149-150). - cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, eləcə də bədənində aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılması məqsədilə məhkəmə və İstintaq təcridxanası tərəfindən Respublika Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə müraciət ünvanlanmışdır. Həmin idarə tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, müraciət əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması, polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, material üzrə cinayət işi başlanması hissəvi rədd edilmiş, Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsiinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 151-153). - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş tədbirlərlə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi Zirəddin adlı şəxsi müəyyən etmək mümkün olmamış, onun əvvəllər narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması, şübhəli şəxslərlə əlaqəsi ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 170). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2873/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitkisindən alınan, təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 172-174). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 438/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözaltı almacıq və bel nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən (xx.xx.2024-cü il) 4-6 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin müxtəlif şəraitlərdə və həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, dirsək, ayaq və s.) təsirindən törənə bilmələri inkar edilmir (cild 1, iş vərəqi 175-178). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5719 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitənin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 179- 180). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk, avtomobilə baxış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 198-211). - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs götürülmaş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəsinə görə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 214-215). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 219-221). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerə tanışı Zirəddinlə sadəcə görüşmək məqsədlə getməsi, ittiham aktında göstərilən narkotik vasitənin ona məxsus olmaması, həmin narkotikin polislər tərəfindən ona verilməsi, polislər tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, döyülməsi və elektroşoka verilməsi və bunun nəticəsində narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində saxlanıldıqdan və Polis İdarəsinə gətirildikdən dərhal sonra onun müdafiə hüququ təmin edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbada qurudulmuş marixuana olduğunu bildirib onu masanın üzərinə qoymuş, həmin torba açıldıqda onun içərisində 02 ədəd sellofan bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Zirəddin adlı şəxsdən “online” qaydada şəxsi istifadə üçün sifariş etdiyini, sonuncunun kart hesabına 800 manat pul göndərdiyini, bundan sonra “konum” vasitəsi ilə narkotik vasitənin gizlədildiyi ünvana gedib götürdüyünü bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadəsində polis idarəsində polis əməkdaşları tərəfindən ona təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin işdə olan 28 avqust 2024-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edildikdən sonra barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmədə baxılarkən o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ondan aşkar edilmiş narkotik vasitəni 800 manat pul müqabilində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, üzündə olan xəsarəti dostu ilə zarafatlaşarkən dostunun qolunun dəyməsi nəticəsində aldığını, polis əməkdaşları tərəfindən hər hansı şiddətə məruz qalmadığını bildirmişdir. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin ifadələrində göstərdikləri məqamları yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin kitabçaya proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin tibbi kitabçasında onun sol gözaltı nahiyəsində yaşılımtıl-bənövşəyi qançır aşkar edildiyi barədə qeydlər olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 24 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsindən və Bakı İstintaq təcridxanasından daxil olmuş xəsarətlərlə bağlı məlumatlar əsasında prokurorluğun həmin idarəsində araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, şahidlərin izahatları alınmış, məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığı müəyyən edildiyindən həmin hissədə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, məhkəmə polis əməkdaşları tərəfindən döyülməsi və digər təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin məhkəmədə bildirdiklərini həqiqətə uyğun olmayan hallar kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən boyun qaçırmaq məqsədini güdür. Məhkəmə, eyni zamanda narkotik vasitənin qanunsuz əldə edilib saxlanılması ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Mahmud Axundov adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 21 avqust 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhudlaşdırıldığı 19 avqust 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 113-117). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhudlaşdırıldığı 19 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 3189,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk, avtomobilə baxış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhudlaşdırıldığı 19 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 3189,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk, avtomobilə baxış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-821/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-821/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver