Məhkəmə qərarları › İş №1(101)-822/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-822/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-822/2020 15.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 15 » sentyabr 2020-ci il Bakı şəhərində xx xxxxxxx 1982-ci ildə Füzuli rayonu, Araz Zərgar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Araz Zərgar kəndində qeydiyyatda olan, Bakı şəhəri,Nərimanov rayonu,X8 küçəsi 15 A ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə şəxsi mühafizəçisi işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3138-3141-ci məhəllə, 35C ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 110 kvadrat metr ərazisi olan qeyri-yaşayış sahəsinə müştəri tapıb satmaqda köməklik edəcəyini bildirməklə həmin qeyriyaşayış sahəsini Şahid3 165.000 manata satmağa razılaşdıqdan sonra sonuncudan 2019-cu ilin may ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3138-3141-ci məhəllə, 35C ünvanındakı binada yerləşən «xxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində beh olaraq aldığı 15.000 manat pulun 10.000 manatını və xx xxx 2019-cu il tarixdə həmin ünvanda aldığı 150.000 manat pulun 50.000 manatını Zərərçəkmiş şəxs verərək qalan pul verildikdən sonra alqı satqının həyata keçiriləcəyini yalandan bildirməklə verilmiş 60.000 manat pulun guya qəbul edilməsi ilə bağlı sənəd kimi təqdim etdiyi, həmin obyektdən Şahid3 xeyrinə imtina barədə ərizəni Zərərçəkmiş şəxs imzalatdırmaqla obyekti Şahid3 adına rəsmləşdirmiş və bununla da Şahid3 tərəfindən 2019-cu ilin may ayının ortalarında ödənilmiş 5.000 manat və xx xxx 2019cu il tarixdə ödənilmiş 100.000 manat məbləğində pulu vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 105.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, “xxxxxxxxx” ASC-nin Müşahidə Şurasının sədri Zərərçəkmiş şəxs şəxsi mühafizəçisi olaraq 14 ildən artıq işləmiş, daim onun tapşırıqlarına məsuliyyətlə yanaşmışdır. Belə tapşırıqlardan biri də Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində olan 110 kv. metr qeyri-yaşayış sahəsini 160.000 manata satmaq barədə olmuşdur. O da həmin obyekti satmaq üçün bir neçə dəllalla əlaqə saxlayıb bu barədə onlara bildirmişdir. Həmin dövrdə qeyd olunan binada başqa bir 340 kv. metrlik ərazisi olan qeyri-yaşayış sahəsini də o, Mahmud müəllimin tapşırığına əsasən satışa qoymuşdur. Həmin obyektə bitişik Şahid2 məxsus sahəsi 170 kv metr olan qeyri-yaşayış sahəsi də olmuşdur. Şahid2 ondan xahiş etmişdir ki, onun 170 kv metrlik obyektini də o, satıb pulunu versin. Hətta ona bildirmişdir ki, həmin obyekti satıb pulunu versə bunun qarşılığında ona yaxşı qazanc da verəcəkdir. Bu səbəbdən onun obyektinə də müştəri axtarmışdır. Həmin ərəfədə 110 kv metrlik sahəyə “xxxxxxxxx” MMC-nin işçisi Şahid4 müştəri tapmışdır. Müştəri razı olduqdan sonra beh qismində xx xxxx 2019-cu il tarixdə 10.000 manat pulu Mübarizə vermiş, o da pulu Mahmud müəllimə çatdırmışdır. xx xxxx 2019-cu il tarixdə müştəri qalan 155.000 manat pulu da Mübarizə çatdırmış, o, həmin puldan 50.000 manatı Mahmud müəllimə vermiş, qalan 100.000 manatı bir aya verəcəklərini bildirmişdir. Əslində isə şəxsi işlərini həll etmək üçün 100.000 manat pulu özündə saxlayıb Mahmud müəllimə yalan danışmışdır. Bundan bir-iki həftə sonra Mübariz ona bildirmişdir ki, həmin müştərilər obyekti öz adlarına keçirmək istəyirlər və bunun üçün Zərərçəkmiş şəxs obyektdən imtina ərizəsi lazımdır. O, Mübarizə 5.000 manat pul vermişdir ki, sənədləşmə işlərini aparsın və kommunal xərcləri ödəsin. O, imtina ilə bağlı ərizəni Zərərçəkmiş şəxs verib yalandan bildirmişdir ki, həmin sənəd müştərilərin verdikləri 50.000 manat pulun zəmanəti ilə bağlı olan sənəddir. Mahmud müəllim də ona inandığı üçün həmin sənədi oxumadan imza etmişdir. Az müddət sonra Mahmud müəllim obyektin qalan 100.000 manatını istədikdə məcbur olub ona yalandan demişdir ki, həmin 100.000 manat pulu obyekti satdığı adamdan götürüb Şahid2 170 kv metrlik obyektin bir hissəsini yəni 85 kv metrlik hissəsinin alınması üçün sonuncuya vermişdir. Bu barədə o, dərhal İbrahimə bildirmiş və demişdir ki, onun sözünü Mahmud müəllimin yanında təsdiqləməklə onu bu vəziyyətdən qurtarsın və sonradan ona həmin pulu qaytaracaqdır. İbrahim də onun sözlərinə razılaşaraq demişdir ki, əgər Mahmud müəllim onu dəvət etsə bu cür də bildirəcək, lakin bir şərtlə ki, həmin pulu ona tezliklə qaytarsın. Bundan sonra Mahmud müəllim İbrahimin obyektinin ona lazım olmadığını bildirib İbrahimi və onu ofisinə dəvət etmişdir. Orada İbrahimə bildirmişdir ki, 100.000 manat pulu 85 kv metrlik obyektin alınması üçün ona verməsində səhv edib, həmin pulu İbrahimdən geri istəmiş, İbrahim də pulu obyektini almaq üçün ona verdiyini təsdiqləmişdir və bildirmişdir ki, başqa adama satılıb pulunu götürdükdən sonra 100.000 manatı qaytara biləcək. Mahmud müəllim bunu rəsmiləşdirmək üçün notarial qaydada pulun qaytarılacağına dair ərizə verməyi təklif etmiş, İbrahim də razılaşaraq xx.xx.2019-cu il tarixdə 12 saylı notariat kontorunda bu məzmunda ərizə yazıb Mahmud müəllimə təqdim etmişdir. Onun özü də pulun İbrahim müəllimin obyektinin alınmasına sərf edilməsi barədə ərizə yazmışdır. İstintaq zamanı Şahid2 85.000 manatı onun əvəzinə, özü isə 15.000 manat Zərərçəkmiş şəxs qaytarmışlar.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “xxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.Həmin bankın Müşahidə Şurasının sədri Zərərçəkmiş şəxsdur.Zərərçəkmiş şəxs şəxsi mühafizəsini həyata keçirən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin satışını həvalə etmişdir.2019-cu ilin iyul ayında Müşfiq həmin sahəyə müştəri tapdığını Mahmud müəllimə bildirirərək həmin müştərilərin onun yaxın tanışları olduğunu deyib onların obyektə görə beh olaraq 10.000 manat pul vermək istədiklərini bildirmiş,Mahmud müəllim də razılıq verəndən sonra xx xxxx 2019-cu il tarixdə Müşfiq obyektə görə dediyi kimi beh aldığı 10.000 manat pulu Mahmud müəllimə vermişdir.O,Müşfiqdən beh müqaviləsi bağlayıb-bağlamadığını soruşduqda Müşfiq bildirmişdir ki,həmin müştərilər ona qohumları olduğundan müqavilə bağlamağa ehtiyac olmamışdır, iyul ayının sonunda alqı-satqı müqaviləsi bağlandıqdan sonra pul tam şəkildə veriləcək.Həmin 110 kvadrat metr olan qeyri-yaşayış sahəsi 160.000 manata satışa çıxarılmışdır.xx xxxx 2019-cu il tarixdə Müşfiq 50.000 manat pulu Mahmud müəllimə təqdim edərək müştərilərin bir qədər də vaxt istediyini, qalan 100.000 manattı bir ay müddətində ödəyəcəklərini bildirmişdir.Mahmud müəllim də ona inanıb 50.000 manat pulu götürüb əlavə vaxt vermiş, Müşfiqə inanıb sahədən imtina ilə bağlı ərizəyə imza etmişdir.Sonralar Zərərçəkmiş şəxs Müşfiqdən 100.000 manat pulu istədikdə Müşfiq həmin müştərilərin Bakıda olmadığını bildirərək yaxın zamanlarda gəlib pulu tam şəkildə ödəyəcəklərini bildirmişdir.Zərərçəkmiş şəxs Müşfiqin bu danışıqlarından şübhələndiyi üçün həmin məsələnin araşdırılmasını ona həvalə etmişdir.O, Müşfiqdən soruşmuşdur ki,obyekti alan müştərilər kimlərdir və xahiş etmişdir ki, onları onunla əlaqələndirsin.Müşfiq də bildirmişdir ki, müştərilər qohumlardır,Bakıda olmadıqları üçün görüşə bilməyəcəklər.Bundan sonra Müşfiqdən obyektə dair “xxxxxxxxx” MMC ilə bağlanmış müqaviləni tələb etmiş, Müşfiq isə müqvilənin dəllal olan bir yaxın tanışının avtomobilində olduğunu və həmin avtomobilin Bakıda olmadığını,hansısa rayonda olduğunu bildirib növbəti gün müqaviləni çatdıracağına söz vermişdir.O, “xxxxxxxxx” MMC-nin ofisinə gedib həmin sahədə artıq təmir tikinti işlərin aparıldığını görüb Mahmud müəllimə bildirmiş,MMC-nin direktoru olan Şahid4 ilə görüşmüşdür.Mübariz demişdir ki, Zərərçəkmiş şəxs məxsus olan 110 kv olan qeyri-yaşayış sahəsini Müşfiq xx xxxx 2019-cu il tarixdə bir nəfər başqa şəxsə satmış,Müşfiq həmin tarixdə Mahmud müəllimin adından obyektin satışına icazə verilməsinə dair ərizə təqdim etmiş və o da həmin obyekti onlarla birlikdə gələn müştərinin adına sənədləşdirmiş,obyektin dəyəri Müşfiqə tam şəkildə müştərilər tərəfindən həmin vaxt ödənilmişdir. O, obyekti alan müştəri ilə əlaqə saxlayıb bilmişdir ki, həmin obyektə görə Müşfiqə ilk əvvəl 10.000 manat, sonradan 30-31 iyul tarixlərdə qalan məbləği, yəni 155.000 manat pul verilmişdi.Bundan təxminən bir saat sonra Müşfiq onunla əlaqə saxlayıb nə üçün obyekti alan müştəriləri və “xxxxxxxxx” MMC-ni narahat etdiyini,obyektin tam pulu 150.000 manatın onda olduğunu,Mahmud müəllimi aldatdığını bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Müşfiq Mahmud müəllimə bildirib ki, müştərilərin verdiyi 150.000 manat pulun 50.000 manatını ona versə də qalan 100.000 manatını özbaşına həmin binada olan Şahid2 adlı şəxsə məxsus obyektin alnması üçün həmin şəxsin özünə beh qismində vermişdir. O,İbrahimlə əlaqə saxlamış və o, telefonda Müşfiqin dediklərini təsdiqləmiş,onu növbəti gün Mahmud müəllimin görüşünə dəvət etmişdir.Şahid2 gələrək bildirmişdir ki, həmin pulu Müşfiq ona məxsus 85 kvadratmetr ərazisi olan qeyri-yaşayış sahəsinin alınması üçün beh qismində vermiş,o da pulun Zərərçəkmiş şəxs tərəfindən icazəsi əsasında verildiyini zənn etmiş və qalan 70.000 manatın nə vaxt veriləcəyini Mahmud müəllimdən soruşmuşdur.Mahmud müəllim də ona bildirmişdir ki, Müşfiqə heç kim icazə verməyib ki, o obyektin pulunu başqa obyektin alınmasına sərf etsin və Şahid2 100.000 manat pulu geri istəmişdir. Şahid2 da bildirmişdir ki, uşaqlarının xaricdə təhsili ilə bağlı vəsaiti artıq xərcləmiş və hazırda pulu geri qaytarmaq imkanı yoxdur. Mahmud müəllim də təklif etmişdir ki, 100.000 manat pulun ona qaytarılacağı barədə notarial qaydada müqavilə bağlansın. Şahid2 100.000 manat pulun ondan alınması və qaytarılacağına dair müqavilə bağlamağa razı olduqdan sonra 12 saylı notariat kontorunda pulu qaytaracağına dair razılıq ərizəsi notarial qaydada təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən özünə məxsus Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində olan sahəsi 170 kvadrat metr olan qeyri-yaşayış obyektini satışa çıxarmışdır. 2019-cu ilin yay aylarında həmin binanın birinci mərtəbəsində yerləşən 340 kv.metr sahəsi olan obyektin satışa çıxarıldığını görüb həmin obyektin satışı ilə məşğul olan Təqsirləndirilən şəxsla əlaqə saxlayıb xahiş etmişdir ki, özünə məxsus 170 kv.metr sahəni 510.000 manata satmağa köməklik etsin. 2019-cu ilin sentyabr ayında Müşfiq onunla əlaqə saxlayıb bildirmişdir ki, əgər Mahmud müəllim və ya onun işçisi Zaur adlı şəxs soruşsa ki, ona məxsus olan 85 kv metrilik sahəni Müşfiq alıb bunun müqabilində 100.000 manat pul ödəyib ya yox, o həmin məbləğin alınmasını təsdiq etsin, əgər onlara bu cür desə onlar obyektin qalan hissəsini də ödəniş edib alacaqlar. Zaur adlı Mahmud müəllimin işçisi əlaqə saxlamış və o Zaura etiraf edib bildirmişdir ki, Müşviq ona 85 kv metrlik obyektinə görə qismən 100.000 manat pul ödəmişdir. Mahmud müəllim, Müşfiq, Zaur və o xx xxxxxxxx 2019-cu il tarixdə görüşmüş və o bir daha Müşfiqin obyektə görə ilkin ödəniş olaraq 100.000 manat pul ödədiyini təsdiq etmişdir. Mahmud müəllim həmin vaxt əsəbləşib Müşfiqi danlamağa başlamış və bildirmişdir ki, nəyə görə icazəsiz onun pulunun hesabına gedib obyekt almışdır. Sonra Mahmud müəllim ondan pulun geri qaytarılmasını xahiş etmiş, o, isə buna etiraz etməmiş və bildirmişdir ki, vaxt verilsə o, obyekti satıb pulu tam şəkildə qaytaracaqdır. Zaur təklif etmişdir ki, bu dediklərini yəni 100.000 manatın qaytarılacağına dair notariat qaydasında ərizə təqdim edilsin. O, Zaur, Müşfiq və “xxxxxxxxxın” hüquqşünası ilə birlikdə 12 saylı notariat kontoruna getmişlər. Orada onun adından ərizə tərtib edilmişdir ki, o, Zərərçəkmiş şəxs obyektə görə ona verilmiş 100.000 manat pulun qaytarılacağına dair öhdəlik götürür. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs həmin puldan 85.000 manat Müşfiqin əvəzinə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel-may aylarında Bakı şəhəri, Yasmal rayonu ərazisində obyekt alıb həmin obyektdə diş klinikası açmaq istəmişdir. Bu məqsədlə internetdə həmin ərazilərdə satılan obyektlərə baxmış, obyektlərdən biri də Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə, 35 C ünvanda yerləşən “xxxxx” MTK olan 110 kvadrat metr sahəsi olan obyekt olmuşdur. O, həmin obyektlə maraqlanmış və binanın komendantı Mübarizlə söhbət etmiş, “xxxxx” MTK olan 110 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini 165.000 manat almağa razılaşmışlar. O, ilkin olaraq 2019-cu ilin may ayların sonlarında 150.000 manatı “xxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxx MTK” obyektin dəyərinin ödənilməsi ilə bağlı ona arayış və satılmasına dair müqavilə vermişdir. Həmin sənədlər əsasında da o, obyektə dövlət reyestrindən çıxarış almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən “xxxxx” MTK-da direktor, sonra komendant vəzifəsində çalışmışdır. “xxxxx” MTK Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3138-3141-ci məhəllə, 35 C ünvanda yerləşən binada yerləşir. Həmin MTK-da birinci mərtəbədə yerləşən 110 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini 192.500 manata Zərərçəkmiş şəxs satmışdır. Lakin həmin vaxtdan Zərərçəkmiş şəxs orada heç bir iş görməmiş, obyekt təmirsiz formada qalmışdır. Zərərçəkmiş şəxs həmin obyekti alan zaman onun mühafizəçisi Təqsirləndirilən şəxs onun adından bütün sənədləşməni, eləcə də digər məsələlərdə köməklik etmişdir. 2019-cu ilin aprelmay aylarında Təqsirləndirilən şəxs ona həmin obyekti Zərərçəkmiş şəxs satmaq istədiyini və müştəri tapmaqda ona köməklik etməyini bildirmişdir. O həmçinin yaxınlıqda işləyən maklerlərə də elan verdiyini bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Şahid3 həmin obyektlə maraqlanmış, o, obyekt barəsində ona məlumat verdikdən sonra o, həmin obyektə görə 165.000 manat pul verə biləcəyini bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Şahid3 ona beh olaraq 15.000 manat pul vermiş, o da həmin pulu Təqsirləndirilən şəxs vermiş və ona Zərərçəkmiş şəxs adından yazılmış qeyri-yaşayış sahəsindən imtina barədə ərizəni Müşfiqə vermişdir ki, Zərərçəkmiş şəxs imzalatdıqdan sonra alıcı qalan 150.000 manat pulu versin. X6 Məmmədova obyektə görə verilmiş ilkin müqavilənin əslini də qaytarmalı olduğunu bildirmişdir. Bundan təxminən bir həftə sonra yəni xx xxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs imtina barədə ərizəsini, eləcə də ilkin müqavilənin əslini gətirmişdir. Onun əsasında həmin tarixdə MTK-nın direktoru Fərman Əliyev həmin obyektin Şahid3 adına müqavilə və arayış tərtib etmişdir. Həmin tarixdə Şahid3 onun yanında 150.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs işçisi Şahid1 obyektin pulundan 100.000 manatın Müşfiq tərəfindən ödənilmədiyini bildirmiş, o isə obyekti alan Şahid3 onun yanında obyektin pulunu tam şəkildə Müşfiqə ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlayır, ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli “xxxxxxxxx” tərəfindən tərtib edilmiş arayışın surətindən gürünür ki, Zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-nin Mətbuat prospekti 3138-3141-ci məhəllədə 35 C ünvanda inşa etdiyi çoxmərtəbəli “3” girişli yaşayış binasında xx.xx.2018-ci il tarixli “Qeyri-yaşayış Sahəsinin Tikintisinə və X5 əsasən “3” giriş “1” mərtəbə sahəsi “110” kvadratmetr olan qeyri-yaşayış sahəsinin sifarişçisidir, müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 192.500 AZN (yüz doxsan iki min beş yüz manat) məbləğ tam ödənilmiş və heç bir borc qalmamışdır; -xx xxx 2019-cu il tarixli “xxxxx”MTK tərəfindən tərtib edilmiş arayışın surətindən gürünür ki, Şahid3 “xxxxx” MTK-nin Mətbuat prospekti 3138-3141-ci məhəllədə 35 C ünvanda inşa etdiyi çoxmərtəbəli “3” girişli yaşayış binasında xx xxx 2019-cu il tarixli “qeyri-yaşayış sahəsinin tikintisinə və satışına dair” Müqaviləyə əsasən “3” giriş “1” mərtəbə sahəsi “110” kvadratmetr olan qeyri-yaşayış sahəsinin sifarişçisidir; -Zərərçəkmiş şəxs adından “xxxxx” MTK-nın direktoru X3 yazılmış xx xxx 2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs “xxxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138/3141-ci məhəllədə 35 c ünvanda inşa etdiyi 3 girişli 12 mərtəbəli yaşayış binasındakı 3 giriş 1 mərtəbə 110 kvadrat metr sahəli qeyri-yaşayış sahəsini onun adından çıxarılıb Şahid3 adına sənədləşməsinə etiraz etməmiş və onlar arasında başlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, lakin onun şəxsiyyətini, əvvəllər məhkum olunmadığını və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli və sınaq müddəti təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi, yəni 8 ay 28 gün həbsdə olduğu müddət təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi, yəni 8 ay 28 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal azad edilsin, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Maddi sübut, mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar