Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-822/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında 18 avqust 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yaşayan, 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 noyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə, saat 20 radələrində anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs 2 gün əvvəl verdiyi 15 manat borc pulun qaytarılmaması ilə bağlı sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın və döş qəfəsi nahiyəsindən qəsdən iki dəfə vurub ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qaraciyərin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan bədən xəsarətlərini yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər hadisənin baş verdiyi ərazidə anası ilə birlikdə yaşamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs da həmin ərazidə yaşadığından onu təxminən 10 il ərzində tanımışdır. İlham tüfeyli həyat tərzi keçirdiyindən onlar arabir İlhamı yaşadıqları evə dəvət edərək ona yemək vermişlər. 01 noyabr 2020-ci il tarixdə İlham ondan 15 manat borc olaraq pul istəmiş və növbəti gün geri qaytaracağına söz vermişdir. O da İlhamı uzun müddət tanıdığından etiraz etməyərək 15 manat pulu borc olaraq ona vermişdir. O, İlhama pulu verərkən onun özünə də pul lazım olduğunu demiş, ona vəd verdiyi vaxtda pulu geri qaytarmağı xahiş etmişdir. O, növbəti gün İlhama zəng vuraraq verdiyi 15 manat borc pulu geri verməsini istəmişdir. İlham isə 1-2 saata verəcəyini bildirdiyindən o, anasının yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasının qarşısında dayanıb İlhamı gözləmişdir. O, İlhamın gəlmədiyini görüb ona zəng vurduqda, sonuncu telefona cavab verməmiş, daha sonra isə telefonu söndürmüşdür. Həmin gün axşam saatlarında da İlhama zəng vursa da, yenə də İdham telefona cavab verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 03 noyabr 2020-ci il tarixdə, günorta saatlarında o, yenə də İlhama pulun qaytarılması üçün zəng vursa da, İlham telefona cavab verməmişdir. Həmin gün axşam saatlarında spirtli içki qəbul etmişdir. Saat 20 radələrində o, anasının yaşadığı evə gedərkən İlhamın evin yaxınlıqlarında olubolmadığını yoxlamaq üçün küçədə gəzmişdir. Həmin vaxt işdə istifadə etdiyi bıçaq da onun üzərində olmuşdur. O, İlhamı evin yaxınlığında gördükdə, İlhama verdiyi 15 manat borc pulu istəmiş və hansı səbəbə görə zənglərinə cavab vermədiyini soruşmuşdur. İlham onun sözlərinə etinasız yanaşaraq gülə-gülə “borcu sabah verəcəm, hara tələsirsən e” kimi bir cavab vermiş və onun ünvanına nalayiq ifadə işlətmişdir. O, İlhamın sözünə əsəbləşərək ona danışığına fikir verməsini tövsiyyə etmişdir. Bundan sonra İlham onun və ailə üzvlərinin ünvanına kobud şəkildə nalayiq ifadələr işlətmişdir. Artıq bu dəfə o, İlhamın təhqiredici ifadələrinə dözməyərək üzərindəki mətbəx bıçağı ilə İlhamın qarın nahiyəsindən bir dəfə zərbə endirmişdir. Bundan sonra İlham ondan aralanmış, lakin yenidən üzərinə gələrək onu vurmaq istəmişdir. O, İlhamın zərbələrindən yayınmış və İlhamın bədənin sağ hissəsinə bıçaqla daha bir zərbə endirmişdir. Bundan sonra İlham oradan uzaqlaşmışdır. Sonra isə o, hadisə yerindən uzaqlaşmış və yaşadığı evə getmişdir. Növbəti gün isə polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə təhvil verdikdə o, cinayət əməlini etiraf etmiş və cinayət törədərkən istifadə etdiyi bıçağı könüllü olaraq polisə təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, İlhamı onun ünvanına təkrar nalayiq ifadələr işlətməsi və təkrar onun üzərinə gəlib onu vurmaq istəməsi səbəbindən vurmuşdur. Fəhlə olduğundan günorta saatlarında yemək yeyərkən cinayət tördərkən istifadəetdiyi bıçaq ona lazım olmuş və ona görə də həmişə üzərində gəzdirirmişdir. O, Zərərçəkmiş şəxs vurarkən orada onlardan başqa heç kim olmamışdır. O, hadisə zamanı o özü heç bir xəsarət almamışdır. Hazırda əməlindən peşmandır, İlhamla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 39-40). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxs Cəlal Hüseynovun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, 01 noyabr 2020-ci il tarixdə o, Calaldan 15 manat borc olaraq pul istəmiş və səhəri gün geri qaytaracağını demişdir. Calal da ona etiraz etməyərək 15 manat pulu borc olaraq ona vermişdir. Calal pulu ona verərkən özünə də pul lazım olduğunu və verdiyi pulu növbəti gün geri qaytarmağı bildirmişdir. Növbəti gün Calal ona zəng vuraraq ona verdiyi 15 manat borc pulu geri verməyini istəmişdir. O, Calala işdə olduğunu və pulu işdən gəldikdən sonra verəcəyini demişdir. Bundan sonra onun telefonu xarab olduğundan Calalla əlaqə yarada bilməmişdir. 03 noyabr 2020-ci il tarixdə, saat 20 radələrində Calalın yaşadığı evin yaxınlığında olarkən Calal onu görmüş və ona tərəf gələrək telefona cavab verməməsinin səbəbini soruşmuş və ona verdiyi pulu geri istəmişdir. O, Calala gülə-gülə nalayiq ifadə işlədərək növbəti gün verəcəyini bildirmişdir. Calal onun ifadəsinə irad bildirmiş və ona danışığına fikir verməyi demişdir. Bunun ardınca isə o, Calalın ünvanına yenidən kobud formada nalayiq ifadələr işlətmişdir. Calal isə üzərindən bıçağı çıxardaraq onun döş qəfəsindən bıçaqla vurmuşdur. Zərbədən sonra o, Calalın üzərinə gedərək bıçağı ondan almaq istədikdə Calal yenidən onun bədəninin sağ tərəfindən bıçaqla zərbə endirmişdir. Bundan sonra o, əyilmiş vəziyyətdə yerində dayandıqda, Calal ona yaxınlaşaraq verdiyi pulu qaytarmağını bildirmiş və oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, təcili tibbi yardıma müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs ona bıçaq xəsarəti yetirərəkən ətrafda heç kim olmamışdır. O, hadisədən sonra hadisə vaxtı üzərində olan geyimləri tullamışdır. Belə bir hadisənin baş verməsinin səbəbkarı o özü olmuş, Cəlaldan borc aldığı pulu qaytarmamış, əksinə ona qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda Cəlalla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 42-ci PB-nin CA xidməti üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 04 noyabr 2020-ci il tarixdə 3 saylı ŞKX-dan Sabunçu RPİ-nin 42-ci PB-nə Zərərçəkmiş şəxs kəsilmiş-deşilmiş yaraları ilə xəsatəxanaya daxil olması barədə məlumat daxil olmuş, həmin məlumat araşdırılan zaman Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində yaşadığı evdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və sonuncu özünü təqdim edərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs, dindirilməsi üçün tərəfindən Sabunçu RPİ-nin İŞ-nə dəvət edilmişdir. Həmin şəxs də onunla razılaşıb birlikdə Sabunçu RPİ-nin inzibati binasına getmiş və cinayəti törədərkən istifadə etdiyi bıçağı da istintaqa təqdim etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 26 noyabr 2020-ci il tairxli, 1784 №-li rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs qaraciyərin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən bir ədəd, sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən bir ədəd (cəmi iki ədəd) kəsilmiş-deşilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşicikəsici alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 03.11.2020-ci il tarixə iyğun gəlir. Dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(iş vərəqə: səh. 94-96). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 111-113). İşdə olan təqdimetmə və götürmə barədə 04 noyabr 2020-ci il tarixli protokoldan və protokola əlavə olunan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi cinayətin aləti hesab olunan bir ədəd bıçağı hadisədən bir gün sonra könüllü olaraq istintaq orqanına təqdim edib əməlini bir daha etiraf etmişdir(iş vərəqə: səh. 7-8). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 3/2181 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir(iş vərəqə: səh. 106-108). Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngdən ibarət kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: səh. 109). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və törətdiyi əmələ görə cəza təyin edilərkən barəsində olan bütün yüngülləşdirici halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 97-98). Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 156, iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs araşdırılan cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisədən 2 gün əvvəl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs borc olaraq 15 manat pul vermiş, sonuncu həmin borcu bir günə qaytaracağına söz versə də qaytarmamış, həmçinin hadisə günü Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən ona verdiyi borcu qaytarmasını tələb etdikdə sonuncu ona qarşı nalayiq ifadələr işlətmiş və baxılan həmin cinayət hadisəsi məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd belə davranışının təsiri altında törənmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2013, 2015 və 2020-ci il təvəllüdlü olmaqla 3 nəfər azyaşlı uşaqları vardır(iş vərəqə: səh. 36-38). İşdə olan Bakı şəhər Nəsimi rayon Hərbi Komissarlığından verilmiş müvafiq arayış va ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 1992-ci ildə Ağdərə rayonu ərazisində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur (iş materialları). Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi, cinayətin aləti hesab olunan bir ədəd soyuq silah hesab edilməyən bıçağı hadisədən bir gün sonra könüllü olaraq istintaq orqanına təqdim etməklə cinayətin açılmasına fəal köməklik etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin təsiri altında törətməsini qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, cinayətin açılmasına fəal köməklik etməsini Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, şəhid ailəsi statusunun olmasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin: 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.8-ci maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi; 59.1.10-cu maddəsinə əsasən şəxsin cinayətin açılmasına fəal köməklik etməsi; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərdən keçirib belə neticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah oluna biləcəyi mümkündür və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 noyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 31 dekabr 2020-ci il tarixdə isə müdafiə tərəfinin vəsatəti əsasında barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 26 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm çıxarılanadək dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdən başlayaraq həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi soyuq silah hesab edilməyən bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "ev dustaqlığı" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə məhkəmə məsrəfləri olaraq müəyyən edilmiş 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdə tutulub 31 dekabr 2020-ci il tarixədək həbsdə, 31 dekabr 2020-ci il tarixədən məhkəmə hökmünün elan olunduğu 21 may 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi soyuq silah hesab edilməyən bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 64 (altmış dörd) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-822/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-822/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver