Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-822/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı ildə Bərdə şəhəri, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bərdə şəhəri, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 02 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qələbə dairəsi yaxınlığından istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «West» markalı siqaret qutusunun içərisində 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış psixtop maddə metamfetamin, 2 ədəd bükümdə ümumi, təmiz çəkisi 1,945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən üzərində «Methadone 40» markalnma göstəricisi olan 09 ədəd konvalyutda metadon tərkibli dərman preparatlarını və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram, 0,735 qram və 0,494 qram ümumi təmiz çəkisi 2,679 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib idarə etdiyi «Ravon Nexia R3» markalı. Az **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlamaqla daşımış, 04 dekabr 2021-ci il tarixdə saat 01 radələrində yol-nəqliyyat hadisəsi törərədib hadisə yerindən yayındağına görə Bakı şəhər Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsində saxlanılaraq avtomaşına baxış zamanı avtomobilin qabaq sol oturacağın üstündən «West» markalı siqaret qutusunun içərisində 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış psixtop maddə metamfetamin, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1.945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən üzərində «Methadone 40» markalnma göstəricisi olan 09 ədəd konvalyutda metadon tərkibli dərman preparatlarını və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2.679 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 onun yerlisidir, Elgizlə 5-6 il olar ki tanışdır, münasibətləri çox yaxşıdır, Elgizlə vaxt olduqda görüşüb söhbətləşmişlər. Dekabr ayının 3də Elgiz rayonda olarkən ona zəng vurmuş və Bakıya gələcəyini bildirmiş, Elgizə onu Yasamaldan götürəcəyini bildirmiş, fikirləşmişdir ki, Elgiz Bakıya gəldikdə oturub dərdləşsinlər. Elgiz onun yaşadığı ünvana çatan zaman avtomaşında Atabəy adlı tanışının və tanımadığı 2 nəfər qızın olduğunu görmüş, Elgiz Atabəyə məxsus Ravon markalı avtomobil ilə gəlmiş, Elgiz yolları tanımadığından sükan arxasına o, əyləşmiş və nahar etmək üçün Yasamal rayonu ərazisində tanıdığı, lakin adını dəqiq xatırlamadığı kafelərin birinə sürmüşdür. Kafenin qarşısına çatan zaman avtomaşında olan qadınlar ac olmadıqlarını və nahar etmək istəmədiklərini bildirmişlər, qadınlardan biri Günəşli qəsəbəsində işinin olduğunu bildirərək avtomaşını ora sürməsini xahiş etmiş, yolda gedərəkən biraz irəlidə Atabəy avtomaşından enərək işlərinin olduğunu bildirib getmiş, o, da avtomobili idarə edərək Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsinə istiqamət almış, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığına çatan zaman idarəetməni itirərək yolda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı digər bir avtomaşınla toqquşmuşlar. Onun avtomaşın sürməyə sənədləri olmadığından avtomaşını saxlamamış, cəld sürərək hadisə yerindən uzaqlaşmışdır. Avtomaşını idarə edərkən polis əməkdaşlarının onu saxlamaq istədiklərini görmüş, əvvəlcə avtomaşını saxlamaq istəməsə də, daha sonra qaçmağın mənasız olduğunu görüb saxlamışdır. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və spirtli içkinin və ya hansısa maddənin təsiri taltında olduqlarından şübhələnmişlər. Buna görə də ərazi aidiyyat üzrə polis şöbəsinin əməkdaşları gəlmiş, avtomaşına baxış keçirmək zərurəti yarandığından həminn yerə vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə avtomaşına baxış keçirilmiş və baxış keçirilən zaman avtomobilin sürücü tərəfdən qabaq oturacaqda siqaretin qabının içərisində 3 büküm metamfetamin, 3 büküm marixuana, 2 büküm heroin və 9 ədəd metadon, avtomobilin yük hissəsində 6 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanmışdır. Həmin narkotik vasitələrin və psixotrop maddələrin heç biri ona məxsus olmamış, hadisə yerində polis əməkdaşları tərəfindən həmin narkotik vasitələrin kimə məxsus olması soruşulduqda o orda da həmin narkotik vasitələrin ona aid olmadığını bildirmişdir. Daha sonra onlar polis şöbəsinə dəvət edilmiş və orada polis əməkdaşlarının təsiri və təzyiqi ilə avtomobilin qabaq oturacağında olan üzərində «West» yazısı olan kibrit qutusunun içərisində 3 büküm metamfetamin, 3 büküm marixuana, 2 büküm heroin və 9 ədəd metadonun ona məxsus olduğunu etiraf etmişdir. Onda narkotik vasitə və psxotrop maddə omlamış, avtomobildə aşkar edilmiş üzərində «West» yazısı olan kibrit qutusunun içərisindəki narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını polis əməkdaşlarının təsiri və təzyiqi bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 5-6 ay olar ki, narkotik vasitələrdən istifadə edir, amma narkotik vasitəni gün ərzində az miqdarda istifadə etmişdir. Şahid1 onun yerlisidir, Elgizlə 5-6 il olar ki tanışdır, münasibətləri çox yaxşıdır, Elgizlə vaxt olduqda görüşüb söhbətləşmişlər. Dekabr ayının 3də Elgiz rayonda olarkən ona zəng vurmuş və Bakıya gələcəyini bildirmişdir. Elgizə onu Yasamaldan götürəcəyini bildirmiş, fikirləşmişdir ki, Elgiz Bakıya gəldikdə oturub dərdləşsinlər. Elgizin də ara bir narkotik vasitələrdən istifadə etdiyin bilmiş, özü də narkotik vasitə aludəçisi olduğundan 02 dekabr 2021- ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat müqabilində aldığı 3 büküm metamfetamin, 3 büküm marixuana, 2 büküm heroin və 9 ədəd metadonu siqaret qabına qoyaraq üstündə götürmüşdür. Elgiz onun yaşadığı ünvana çatan zaman avtomaşında Atabəy adlı tanışı və tanımadığı 2 nəfər qızın olduğunu görmüşdür. Elgiz Atabəyə məxsus Ravon markalı avtomobil ilə gəlmişdir. Elgiz yolları tanımadığından sükan arxasına o, əyləşmiş və nahar etmək üçün Yasamal rayonu ərazisində tanıdığı, lakin adını dəqiq xatırlamadığı kafelərin birinə sürmüşdür. Kafenin qarşısına çatan zaman avtomaşında olan xanımlar ac olmadıqlarını və nahar etmək istəmədiklərini bildirmişlər. Xanımlardan biri Günəşli qəsəbəsində işinin olduğunu bildirərək avtomaşını ora sürməsini xahiş etmişdir. Yolda gedərəkən biraz irəlidə Atabəy avtomaşından enərək işlərinin olduğunu bildirərib getmişdir. O, da avtomobili idarə edərək Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsinə istiqamət almışdır. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığına çatan zaman idarəetməni itirərək yolda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı digər bir avtomaşınla toqquşmuşlar. Onun avtomaşın sürməyə sənədləri olmadığından avtomaşını saxlamamış, cəld sürərək hadisə yerindən uzaqlaşmışdır. Avtomaşını idarə edərkən polis əməkdaşlarının onu saxlamaq istədiklərini görmüşdür. Əvvəlcə avtomaşını saxlamaq istəməsə də, daha sonra qaçmağın mənasız olduğunu görüb saxlamışdır. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və spirtli içkinin və ya hansısa maddənin təsiri taltında olduğuqlarından şübhələnmişlər. Buna görə də ərazi aidiyyat üzrə polis şöbəsinin əməkdaşları gəlmiş, avtomaşına baxış keçirmək zərurəti yarandığından həminn yerq vəkil dəvət olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə avtomaşına baxış keçirilmiş və baxış keçirilən zaman avtomobilin sürücü tərəfdən qabaq oturacaqda siqaretin qabının içərisində 3 büküm metamfetamin, 3 büküm marixuana, 2 büküm heroin və 9 ədəd metadon, avtomobilin yük hissəsində 6 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanmışdır. Hadisə yerində həmin narkotik vasitələrin kimə məxsus olması soruşulduqda o, əvvəlcə həmin narkotik vasitələrin onlara aid olmadıqlarını bildirmişlər. Daha sonra onlar polis şöbəsinə dəvət etmiş, artıq hər şeyin polislərə aydın olduğunu başa düşüb, polis şöbəsində olarkən avtomobilin qabaq oturacağında olan üzərində «West» yazısı olan kibrit qutusunun içərisində 3 büküm metamfetamin, 3 büküm marixuana, 2 büküm heroin və 9 ədəd metadonun ona məxsus, yük hissəsindən çıxan qurudulmuş marixuananın isə Şahid1 aid olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənib imzalarla protokolun doğruluğunu təsdiq etmişlər (2-ci cild iş vərəqi 98-100). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 12 ildir ki, Şahid1 Edirxan oğlu ilə qeyri-rəsmi olaraq birlikdə yaşamış, birgə yaşadıqları müddətdə Elgizdən 7 yaşında bir qız övladı dünyaya gəlmişdir. 15 ilə yaxındır ki, Şahid3 tanıyır və tanışlıqlarına səbəb isə Bardə şəhərində bir küçədə yaşamamalam olmuşdur. Belə ki, 03 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə həkim müayinəsinə gəlməli olmuş və bununla bağlı Sevdaya zəng edərək demişdir ki, istəyirsə birlikdə Bakı şəhərinə getsinlər. Sevda onun təklifi ilə razılaşmışdar. 04 dekabr 2021-ci il tarixdə səhər saat 11 radələrində Elgizin dostu Şahid4 Elgizin avtomaşını olmadığı üçün Elgiz Atabəyə zəng edərək onları Bakıya aparmasını xahiş etmişdir. Həmin gün Atabəy arxalarınca evə gələrək onları götürmüş və birlikdə Sevdanın arxasınca yaşadığı evə getmişlər. Sevda qızı Nisəxanımla birgə Atabəyə məxsus olan "Ravon" markalı avtomaşına əyləşərək Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gələndə avtomaşının təkəri xarab olduğu üçün yolda saxlayaraq avtomaşının təkərini düzəldilmiş və saat təxminən 16:30 radələrində Sevdanı "Qara Qarayev" metrosu yaxınlığında avtomaşından düşürərək Sevda oğlu ilə görüşmək üçün Əhmədliyə getmişdir. O, Elgiz və Atabəy birlikdə Bakı şəhərini tanımadığı üçün harasa getsinlər. Elgizlə avtomaşında gözləməklə Atabəy avtomaşından düşərək işinin arxasıyean getmişdir. Təxminən bir neçə saat sonra Sevda Atabəyə telefon zəngi etmişdir ki, hardasımzsa gəlim ora və X5 "Bravo" mağazasının yanma gəlməsini demişdir. Onlar Sevdanı gözləmiş; yə Sevda Atabəyin dediyi yerə gələrək görüşmüşdür. Görüşəndən sonra dördü birlikdş Elgizin tanışı Ruslanın arxasınca getmiş və Ruslanla görşəndən sonra Ruslan, Elgiz, Atabəy, Sevda və o, tanımadığı, lakin Yasamal tərəflərdə olan adını bilmədiyi kafenin qarşısına gəlmişlər. Elgiz onlara demişdir ki, düşüb kafedə yemək yesinlər. Lakin Sevda ilə o. yemək istəmədiklərini bildirmişlər. Kafenin qarşısında Elgiz avtomobilin yük hissəsini açaraq əlinlədə olan təxminən 06 ədəd kibrit qutusunun açaraq Ruslana nümayiş etdirməklə içərisində narkotik vasitə marixuana olmasını bildirib hər ehtimala görə yük hissəsinə yerləşdirmişdir. Eyni zamanda Ruslan Elgizdən ayrılıb avtomaşın istiqamətində gələn zaman. Ruslanın əlində saxladığı bir ədəd siqaret qutusunun içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər marixuananın olmasını görmüşdür. Özü narkotik istifadəçisi olmasa da telekanallarda gördüyü üçün anlayışlı olmuşdur. Bundan sonra Ruslan sükan arxasına əyləşmiş. Atabəy qabaq sağ oturacaqda, Elgiz isə arxada onların yanında əyləşmiş və Atabəy avtomaşında olan zaman demişdir ki, bir qədər irəlidə onu düşürsünlər işi vardır, Bir qədər kafedən aralaşdıqdan sonra Atabəy avtomaşından düşmüş. Elgiz isə keçib Atabəyin yerində yəni qabaq oturacaqda əyləşmişdir. Atabəy avtomaşından düşəndən sonra bir qədər hərəkət etmişlər ki, post patrul xidmətinin avtomaşını onların avtomaşını saxlamalarına səsləmişdir. Lakip buna baxmayaraq Ruslan idarə etdiyi "Ravon" markalı avtomaşını saxlamayaraq yüksək sürətlə idarə etməyə başlamış, bu zaman qarşılarına çıxan tanımadığı avtomaşının qabaq hissəsindən vurub hərəkətini davm etdirmişdir. Bundan sonra polis avtomaşını arxalarınca gələrək onları sonradan məlum olan Əhmədli qəsəbəsi, Ukrayna dairəsi yaxınlığında saxlatdırmışdır. Polis əməkdaşları sürücüyə; yəni Ruslana yaxınlaşaraq sənədləri təqdim etməsini xahiş etmiş. Ruslan heç bir sənəd təqdim etmədiyi üçün Ruslanın hansısa hərəkətlərindən şübhələnərək və verilən suallara doğru cavab vermədiyi üçün polis əməkdaşları hadisə yerinə başqa polis işçiləri çağırmış, polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə Ruslanın üzərinə şəxsi axtarış keçirmişlər. Lakin Ruslanın üzərindən heç bir qanunsuz əşya aşkar edilmədiyi üçün polis əməkdaşları Ruslanın idarə etdiyi "Ravon” markalı avtomaşına baxış keçirərək Ruslana aid olan avtomaşının qabaq sol oturacağın üstünə qoyduğu içərisində kafedən çıxan zaman narkotik vasitə olduğunu gördüyü siqaret qutusunu aşkar etmiş və Ruslandan həmin siqaret qutusunun içərisində olan narkotik vasitələrin kimə məxsus olmasım soruşmaqlarına baxmayaraq Ruslan həmin narkotiklərdən heç bir məlumatının olmamasını bildirmişdir. Bundan sonra avtomaşının yük hissəsinə baxış keçirilən zaman Elgizin gizlətdiyi 06 ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana aşkar edərək götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının verdiyi suala əsasən Ruslan və Elgiz həmin aşkar edilmiş narkotiklərin onlara aid olmamasını bildirsələr də o, bildirmişdir ki, avtomaşının salonundan aşkar edilmiş siqaret qutusunun içərisində olan narkotik vasitələr Ruslana, avtomobilin yük hissəsindən aşkar edilərək götürülmüş 06 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitələr Elgizə məxsusdur. Bundan sonra bizi 34-cü PŞ~nə apararaq vəkilin iştirakı ilə o.şübhəli şəxs qismində tutularaq üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub olmaması barədə sual verilməsinə baxmayaraq cavab olaraq bildirmişdir ki, üzərində qanunsuz heçnə-yoxdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və bu bir daha öz təsdiqini taparaq üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir.Bu barədə protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Şahid2 qıznın ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, 4 dekabr 2021-ci il tarixdə saat 01 radələrində polis nəfəri Şahid5la inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu, Nəsrəddin Tusi və General Mehmandarov küçələrinin kəsişmələrində «Ravon» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Chevrolet» markalı avtomobili vurub yüksək sürətlə insan sağlamlığna təhlükə yaradacaq qədər təhlükəli idarə edərək hadisə yerindən uzaqlaşmasını görmüşlər. Onlar həmin avtomobili uzaq məsafədən müşahidə etmiş, çox keçmədən həmin avtomobil Xətai rayonu ərazisində «Ukrayna» dairəsində tıxacda dayanmış, həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş, həmin avtomobildə olan 4 nəfər şəxslərin sərxoş və narkotik vasitələrin təsiri altında olmalarından şübhələnib Xətai RPİ-nin 34-cü PŞ-nə məlumat verib üzərilərinə və avtomaşına baxış keçirilməsi üçün təhqiqatçı dəvət etmişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, sərnişinləri Şahid1, Şahid2 və Şahid3dır. Bundan sonra həmin şəxslərə hüquq vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət olunmuş və avtomobili idarə edən Təqsirləndirilən şəxs izah edilmişdir ki, o, narkotik vasitənin qəbulunda şübhəlidir. Bu səbəbdən də üzərinə şəxsi axtarışının, ardınca isə idarə etdiyi avtomobilə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Əvvəlcə sürücü Təqsirləndirilən şəxs öz üzərində və idarə etdiyi avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmetin olub-olmadığı soruşulmuş və müsbət halda həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Özündə və avtomobildə dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet olmadığım bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üstündən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Daha sonra şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sol oturacağının üstündə olan bir ədəd gümüşü rəngli “Vest” markalı siqaret qutusunda 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə 02 vədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərilərində yaşıl rəngli, ot tərkibli maddə, 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə və 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərilərində ağ rəngli, kristal şəkilli maddə. 01 ədəd sellofan kəsiyinə, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə, habelə 01 ədəd konvalyutda üzərində "methodone" yazısı olan 09 ədəd həb aşkar edilərək götürülmüşdür. Bundan sonra nəqliyyat vasitəsinin salonuna baxış keçirilmiş* orada nəqliyyat vasitəsinə aid ehtiyyat hissələri, bir neçə alışqan, sənədlər, yemək qalıqları, üç ədəd mobil telefon, bir neçə geyim əşyasının olması müşahidə edilmişdir. Həmin əşyaların hər birinə baxılmış və qanunsuz əşya, predmet müəyyən edilməmişdir. Daha sonra avtomobilin yük hissəsi açılmış və orada təkərin, içərisində olan ağ rəngli sellofan paketin içərisində 6 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot tərkibli maddə müəyyən edilmişdir. Aşkar edilmiş maddələrin mənşəyi və kimə məxsusluğu barədə nəqliyyat vasitəsində olan hər bir proses iştirakçısına sual verilmiş, onların hər biri qeyd olunanlarla əlaqədar hansısa məlumatlarının olmadığını qeyd etmişlər. Aşkar edilmiş kütlələrin hər biri elektron tərəzi vasitəsilə çəkilmiş və siqaret qutusundakı içərisində ot tərkibli maddələr olan bükümlərin birgə çəkisinin 3,78 qram, kristal şəkilli maddələr olan bükümlərin birgə çəkisinin 2,62 qram, toz şəkilli maddələr olan bükümlərin birgə çəkisipin 2,59 qram olduğu müəyyən edilmişdir.Nəqliyyat vasitəsinin yük hissəsindəki ağ rəngli sellofan torbanın içərisində olan 06 ədəd siqaret qutularının hər biri elektron tərəzi vasitəsi ilə çəkilmiş, onların isə çəkilərinin 6.42 qram. 5,72 qram. 5.78 qram, 7,05 qram. 6,19 qram və 6,68 qram olduğu müəyyən olunmuşdur. Avtomobildəki sair əşyalar arasında iş üçün əhəmiyyət kəsb edən digər narkotik vasitələr və ya qiymətli əşyalar aşkar edilməmişdir. Bundan sonra avtomobilin salonuna baxış keçirilmiş, oradan iş üçün əhəmiyyət kəsb edən digər narkotik vasitələr və qiymətli əşya aşkar edilməmişdir. Həmçinin, avtomobildən aşkar edilmiş narkotik vasitələr bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılara ucadan oxunmuş düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin şəxslər avtomobillə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş və Polis Şöbəsində Şahid1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan PŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şahid1nün üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir.Bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş yaşıl rəngli, ot tərkibli, spesifik qoxuya malik, "marixuana" adlandırılan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Şahid1 üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan qara rəngli şalvarın sağ cibindən çıxan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş yaşıl rəngli, ot tərkibli, spesifik qoxuya malik, "marixuana" adlandırılan narkotik vasitədir və Bərdə rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Bundan başqa Şahid1 baxış zamanı "Ravon" markalı, 90-PN-3Ö1 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində aşkar edilərək götürülmüş 6 ədəd kibrit qutunun içərisində olan ot tərkibli maddənin özünə məxsus olduğunu, avtomobilin qabaq hissəsində aşkar edilərək götürülmüş siqaret qutusunun içərisində olan maddələrin isə avtomobili idarə edən Ruslan adlı şəxsə aid olduğunu bildirmişdir. Bundan sonra Şahid3 və Şahid2 üzərində şəxsi axtarış aparılması zamanı onların üzərindən ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 Şahid6 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (2-ci cild iş vərəqi 20-23). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 12 ilə yaxındır ki, İlhamə adlı qadınla qeyri-rəsmi olaraq münasibəti var. 04 dekabr 2021-ci il tarixdə İlhamə Bakı şəhərinə həkim müayinəsinə gəlməli olduğuna görə tanışı Atabəydən xahiş etmişdir ki, onları Bakıya aparsın, Atabəyə məxsus «Ravon» markalı avtomaşınla Bakı şəhərinə gələn zaman İlhamənin rəfiqəsi olan Sevdanı və onun az yaşlı qızı Nisəxanımı yaşadıqları evdən götürmüşlər. Bakıya gələn zaman şəxsi istifadəsi üçün Bərdə şəhərindən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manat müqabilində aldığı 06 kibrit qutusunda olan marexuananı gizli olaraq Atabəyə məxsus olan avtomaşının yük hissəsinə qoymuş və bundan heç kimin məlumatı olmamışdır. Bakı şəhərinə çatandan onra X8 metrosu yaxınlığında düşürmüş və şəhəri gəzməyə getmişlər. Daha sonra tanışı Ruslanın yanma Yasamala getmiş, Ruslanla Yasamalda görüşdükdən sonra Sevda Atabəyə zəng edərək harda olmalarını soruşmuş, bildirmişlər ki, Yasamaldadırlar. Bundan sonra Sevda yanlarına gəldikdən sonra birlikdə, yəni Atabəy, Ruslan, İlhamə, Sevda və Sevdanın qızı Nisəxanım Yasamalda olan adını bilmədikləri kafenin qarşısına gəlmih və qızlara təklif etmişdir ki, gedib kafeyə yemək yesinlər. Lakin qızlar yemək üçün kafeyə getməmiş və söhbət əsnasında Atabəy demişdir ki, gedəsi yerim vardır, özünüz avtomaşını idarə edin gedin. Bundan sonra Atabəy avtomaşından düşərək getmiş və Ruslan sükan arxasına əyləşərək avtomaşını idarə edərək Günəşli qəsəbəsinə gəlmişlər. Günəşli qəsəbəsinə gəlmələrinə səbəb isə Sevdanın Günəşli qəsəbəsində işi olması ilə əlaqədar olmuşdur. Bir qədər Günəşli qəsəbəsində binaların arasında avtomaşınla gəzmələrinə baxmayaraq Sevdanın dediyi ünvanı tapa bilməmiş və Ruslan avtomaşını idarə edərək yola çıxmış, geri qayıdarkən markasını bilmədiyi avtomobillə toqquşmuş və dayanmadan hərəkətlərini davam etmişlər. Yola çıxandan sonra polis əməkdaşları avtomaşını saxlamaq əmri vermiş, lakin buna baxmayaraq Ruslan avtomaşını saxlamayaraq hərəkətini davam etmişdir. Ukrayna dairəsi yaxınlığında Ruslan avtomaşını saxladıqdan sonra dəvət edilmiş digər polis əməkdaşlarının və vəkilin iştirakı ilə Ruslanın üzərinə baxış keçirilmiş. Ruslanın üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya aşkar edilmədiyindən Ruslanın idarə etdiyi avtomaşına baxış keçirlən zaman avtomaşının salonundan qabaq oturacağın üstündə olan bir ədəd «Vest» markalı siqaret qutusuNUN içərisindən müxtəlif növlÜ narkotik vasitələr aşkar edilmişdir. Ruslana verilən suallara əsasən həmin narkotikdən heç bir məlumatının olmadığını bildirdikdən sonra avtomaşının yük hissəsinə baxış keçirilmişdir. Avtomaşının yük hissəsindən onun Bərdə şəhərində özünə məxsus olan 06 ədəd kibrit qutusunda qoyduğu marixuana aşkar edilmiş. Ruslana və ona verilən suala əsasən həmin narkotikin onlara aid olmadığım demişlər. Lakin bundan sonra Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynimdə olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Polis şöbəsində səmimi olaraq etiraf etmişdir ki, avtomaşının yük hissəsindən aşkar edilərək götürülmüş 06 ədəd kibrit qutusunda olan marixuananın ona məxsus olmasını, siqaret qutusunun içərisində olan narkotiklərin Ruslana aid olduğunu qeyd etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək vəkilin və iştirakçıların imzaları ilə təsdiq edilərək üzərindən və avtomaşından götürülmüş narkotiklər qablaşdırılmışdır. O. həmin narkolikləri evdə saxlamağa orxduğu üçün avtomaşına qoyaraq Bakı şəhərinə özü ilə gətirmişdir ki, Bakı şəhərində qaldıbı müddətdə özü istiladə etsin. O, narkotik vasitələrin satışı ilə məşĞul olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bialoji ekspertizası üzrə 04 dekabr 2021-ci il tarixli 7/1247 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şahid1.,.7 yazıları və imzalar olan kağız paketdə "West" siqaret qutusunda 1 ədəd şəffaf polietilen, 2ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,1468 qram, 0,735 qram, 0,494 qram və 6 ədəd kibrit qutusunda ayrı-ayırlıqda təmiz çəkiləri - 3,717 qram, 2,985 qram, 3,459 qram, 3,020 qram, 3,465 qram, 3,831, qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Eləmin marixuanaların ümumi çəkisi 23,174 qramdır (1ci cild, iş vərəqi 123-126). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə 04 dekabr 2021-ci il tarixli 6/5372 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-in zərflər üçün № 152»-li dairəvi əksi olan paketdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamletamindir, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,945 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və üzərində «Methadone 40» markalanma göstəricisi olan konvalyutda 9 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 9 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), heroin Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamletaminin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısna daxildir (1-ci cild, iş vərəqi 128-133). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-kimyəvi ekspertizası üzrə 20 dekabr 2021-ci il tarixli 7/1298 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1 №-li qəhvəyi rəngli kağız paketdə üzərində «Şahid1» yazılar və imzalar olan zəri elək i 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 1,151 qram (ilkin tədqiqat zamanı çəkisi- 1,171 qram olmuşdur) marixuana ilə təqdim olunmuş MEM-nə məxsus 2 №-li qəhvəyi rəngli kağız paketdə üzərində “Şahid1 ” yazılar və imzalar olan kağız paketdə “West" siqaret qutusunda 1 ədəd şəffaf polietilen, 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,448 qram: 0,715 qram; 0,474 qram (ilkin tədqiqat zamanı çəkiləri - 1,468 qram; 0,735 qram; 0,494 qram olmuşdur) və 6 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri – 3,697 qram; 2,965 qram; 3,439 qram; 3,00 qram; 3,445 qram; 3,81 qram (ilkin tədqiqat zamanı çəkiləri - 3,717 qram, 2,985 qram, 3,459 qram, 3,020 qram, 3,465 qram, 3,831 qram olmuşdur) olan marixuanalar tərkiblərinə görə eynidirlər (1ci cild, iş vərəqi 32-35). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə 24 dekabr 2021-ci il tarixli 6/5588 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM “Tədqiqat Obyekti № 594 ştamp əksi olan paktlərdəki - 3 (üç) ədəd bükümdə tədqiqattan sonra ayrıayrılıqda təmiz çəkisi 1.934 qram. 0,171 qram, 0,008 qram, ümumi təmiz, çəkisi 2,113 qram psixotrop maddə olan metamfetaminlər kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə-görə eynidirlər. İlkin təhqiqat zamanı 3 (üç) ədəd bükümdəki metamfetamin ayn: ayrılıqda təmiz çəkisi 1,974 qram, 0,211 qram, 0,048 qram, ümumi təmiz çəkisi 2,233 qram olmuşdur - 2 (iki) ədəd bükümdə tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 1,847 qram, 0,028 qram ümumi təmiz çəkisi 1,875 qram olan narkotik vasitə olan heroinlər kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin təhqiqat zamanı 2 (iki) ədəd bükümdəki heroinin ayrı-ayrılıqda təmiz çəkisi 1,897 qram, 0,048 qram, ümumi təmiz çəkisi 1.945 qram olmuşdur, (bax.4 dekabr 2021-ci il tarixli 6/5372 saylı ekspert rəyi) (1-ci cild, iş vərəqi 36-41). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 15 dekabr 2021 -ci il tarixli 5118 nömrəli ekspert rəyindən görünür ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(1-ci cild, iş vərəqi 28-29). İşdə olan 04 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol oturacağının üstündə olan bir ədvəd gümüşü rəngli "Vest" markalı siqaret qutusunda 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərilərində yaşıl rəngli, ot tərkibli maddə. 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə və 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərilərində ağ rəngli, kristal şəkilli maddə, 01 ədəd sellofan kəsiyinə, 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə, 01 ədəd konvalyutda üzərində "methodone” yazısı olan 09 ədəd həb, avtomobilin yük hissəsində olan təkərin içərisində olan ağ rəngli sellofan paketin içərisində 6 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot tərkibli kütlə aşkar olunaraq götürülmüşdür (1-ci cild, iş vərəqi 30- 32). Cinayət işi üzrə «Ravon Nexia R3» markalı, 90-PN-30 dövlət qçydiyyat nişanlı avtomaşının avtomobilin qabaq sol oturacağın üstündən «West» markalı siqaret qutusunun içərisində aşkar olunaraq götürülmüş 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində «Methadone 40» ınarkalanma göstəricisi olan konvalyutda 9 ədəd üzərində «F/M4Ü» yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatı sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 2,068 qram psixotrop maddə metamfetamin, 1,845 qram narkotik vasitə heroin və 7 həb metadon dərman preparatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 103). Cinayət işi üzrə Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının avtomobilin qabaq sol oturacağın üstündən «West» markalı siqaret qutusunun içərisində aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf polietilen, 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,468 qram, 0,735 qram, 0,494 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 1,448 qram, 0,715 qram. 0,474 kustar üsullu hazırlanmış narkotik vasitə qrudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 103). Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 33). İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda axatırş aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən əşya və ya narkotik vasitə aşar edilməmişdir (1-ci cild, iş vərəqi 156-160). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1 ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum edilmiş, 22 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi təqibinə CM-in 75.1.1-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir (1ci cild, iş vərəqi 265-266). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi - ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 22 iyun 2027-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 2 dekabr 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - yəni 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan tutma haqqında 4 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 20). İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 4 dekabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 169-170). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı narkotik vasitələr və psixotrop maddələr) əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram, metadon narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1,6 qram, qururulmuş marixuana (kannabis) narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdar, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1,945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən üzərində «Methadone 40» markalnma göstəricisi olan 09 ədəd konvalyutda metadon tərkibli dərman preparatları şəxsi istehlak miqdarından artıq miqdar və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,679 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «West» markalı siqaret qutusunun içərisində 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış psixtop maddə metamfetamin, 2 ədəd bükümdə ümumi, təmiz çəkisi 1,945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən üzərində «Methadone 40» markalnma göstəricisi olan 09 ədəd konvalyutda metadon tərkibli dərman preparatlarını və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram, 0,735 qram və 0,494 qram ümumi təmiz çəkisi 2,679 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi isə işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması, Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı tutulduğu, yəni 4 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, bu şəxslər üçün - ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 4 dekabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 15 dekabr 2021-ci il tarixli 5118 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Xətail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3 bükümdə 1,448 qram, 0,715 qram, 0,474 qram narkotik vasitə qrudulmuş marixuana, 3 bükümdə ümumi təmiz çəkisi 2,068 qram psixotrop maddə metamfetamin, 2 bükümdə 1,845 qram narkotik vasitə heroin və üzərində “F/M40” yazısı həkk olunmuş 7 ədəd narkotik vasitə metadon həbi məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 360,92 manat (üç yüz altmış manat doxsan iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 4 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Xətail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3 bükümdə 1,448 qram, 0,715 qram, 0,474 qram narkotik vasitə qrudulmuş marixuana, 3 bükümdə ümumi təmiz çəkisi 2,068 qram psixotrop maddə metamfetamin, 2 bükümdə 1,845 qram narkotik vasitə heroin və üzərində “F/M40” yazısı həkk olunmuş 7 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 360,92 manat (üç yüz altmış manat doxsan iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-822/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-822/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver