Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-822/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Saatlı rayonu, Dədəqorqud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Dədəqorqud kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı X6 üçün X5 “BMW F10” markalı avtomobil gətirilməsi və sonuncunun adına sənədləşdirilməsinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Həqiqət Hümbətovadan 2021-ci ilin dekabr ayında sonuncunun yaşadığı ünvan 2 ünvanında 6000 manat, 6 yanvar 2022-ci il tarixdə həmin ünvanda 10000 manat, 2022-ci ilin fevral ayında həmin ünvanda 1000 manat, 2022-ci ilin fevral ayında həmin ünvanda 700 manat, 2022-ci ilin mart ayı ərzində həmin ünvanda hissə-hissə, 400 manat, 500 manat, 300 manat olmaqla cəmi 1200 manat, 2022-ci ilin aprel ayında həmin ünvanda hissə-hissə, 600 manat, 500 manat, 400 manat və 500 manat olmaqla cəmi 2000 manat, 2022-ci ilin may ayı ərzində hissə-hissə, 300 manat, 700 manat, 200 manat və 400 manat olmaqla cəmi 1600 manat, 2022-ci ilin iyun ayı ərzində həmin ünvanda hissə-hissə, 400 manat, 200 manat və 300 manat olmaqla cəmi 900 manat, 2022-ci ilin oktyabr ayı ərzində həmin ünvanda hissə-hissə, 1700 manat və 1000 manat olmalqa cəmi 2700 manat, 2022-ci ilin noyabr ayı ərzində həmin ünvanda hissə-hissə, 1200 və 850 manat olmaqla cəmi 2050 manat, 2022-ci ilin dekabr ayında həmin ünvanda 200 manat, ümumilikdə isə 28350 manat pulu vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək X5 yol xərci ilə birlikdə 7000 ABŞ dollarına “BMW F10” markalı avtomobilin Azərbaycan Respublikasına gətirilməsini təşkil edib. xx.xx.2022ci il tarixdə həmin avtomobili tanışı Şahid5 sonuncuya məxsus avtosalonda 22000 manata satıb avtomobili Şahid5 tanışı Şahid3 adına sənədləşdirməklə ələ keçirtdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 birgə avtomobil ticarəti ilə məşğul olmalarını təklif edib sonuncuya bunun üçün satışda olan “Range Rover” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 atası Şahid6 2022ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 2404 ünvanında 14000 manat, həmin avtomobilin təmiri adı ilə Zərərçəkmiş şəxs1 2022-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Babək pospekti 36 E ünvanında 2000 manat, daha sonra həmin avtomobilin banka olan borcunun ödənilməsi adı ilə 2021-ci ilin iyul ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 ünvanında 1426 manat və eyni adla 2021-ci ilin avqust ayında həmin ünvanda 1426 manat, ümumilikdə isə 18852 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra qeyd edilən “Range Rover” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə X10 14000 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 məxsus “BMW F10” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə X14 28050 manata satıb, Zərərçəkmiş şəxs4 razılığı ilə avtomobilin dəyərinin 19550 manat hissəsini X11 nağd şəkildə, qalan 8500 manat hissəsinin əvəzinə isə “BMW 528” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb 19550 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs4 vermiş, 8500 manat dəyərində “BMW 528” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili isə satıb pulunu verəcəyinə Zərərçəkmiş şəxs4 inandırmaqla sonuncuya yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə X18 tərəfindən xx.xx.2023-cü il tarixdə həmin avtomobilə görə notarial qaydada öz adına baş etibarnamə verilməsinə nail olduqdan sonra 2022-ci ilin iyul ayında “BMW 528” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili 7500 manata X1 ələ keçirdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs3 birgə avtomobil ticarəti ilə məşğul olub qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ilk dəfə guya “BMW” markalı avtomobil alıb baha qiymətə satacağı adı ilə 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 sonuncunun yaşadığı Bakı şəhəri Xətai rayonu Əliağa Şıxlıniski 29/42 ünvanında yerləşən mənzilində 24.000 manat, 2022-ci ilin oktyabr ayında “BMW F 10” markalı avtomobili alıb baha qiymətə satacağı adı İlə həmin ünvanda 13.700 manat, 2022-ci ilin oktyabr ayında “BMW 528” markalı **-HD-*** dövlət nömrə nişanlı avtomobili alıb baha qiymətə satacağı adı ilə həmin ünvanda 21.000 manat, 2022-ci ilin noyabr ayında 2 ədəd “Toyota Corolla” markalı avtomobil alıb baha qiymətə satacağı adı ilə həmin ünvanda 15.000 manat, 2022-ci ilin dekabr ayında «BMW F 10» markalı avtomobili alıb baha qiymətə satacağı adı ilə Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev 24/18 ünvanında yerləşən “Grand Servis”də 20000 manat, ümumilikdə 93700 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən avtomobil alqısatqısı ilə məşğul olmuşdur. Belə ki, o, 2014-cü ilə kimi avtomobil salonunda işçi kimi çalışmış, sonra rayonda yaşamağa başlamış, 2017-ci ildə Dağıstan Respublikasına getmiş və orada tikintidə işləmişdir. 2018-ci ildə Bakı şəhərinə qayıdaraq Bakı şəhərində salonda avtomobil alveri ilə məşğul olmuş, yəni işçi kimi işləmişdir. «Leon» avtomobil salonunda işçi kimi işləmişdir. Orada satılan hər avtomobilə görə ona pul verilmişdir. Ona satışa görə ayda ümumilikdə 1500-2000 manat pul vermişlər. Əlavə müştəri tapdığına görədə pul almışdır. O, salonda işləyən zaman 2021-ci ilin sonlarında salonda Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Fəridə salonda avtomobillərə baxanda həmin avtomobillərin baha olduğunu demiş, o da Fəridəyə təklif etmiş ki, «istəyirsən Amerikadan sənə maşın gətirək, həmin maşının gətirilməsi ucuz başa gələcəkdir». Fəridə də onunla razılaşmışdır. O, Fəridənin mobil telefon nömrəsini götürmüş və öz telefon nömrəsini də Fəridəyə vermişdir. Fəridə ilə telefonda danışmışdır. Onun həmçinin Fəridənin oğlu Mikayılla da əlaqəsi olmuşdur. O, Amerikanın “İAAİ” saytından avtomobillər tapmış və Fəridəyə “WhatsApp” vasitəsiylə göndərmişdir. Fəridə də avtomobillərə baxmış və həmin avtomobillərin içərisindən «BMW 528İ» markalı avtomobili bəyənmişdir. Həmin avtomobilin qiyməti saytda təxminən 5300 dollar olmuşdur. O hesablamış ki, həmin avtomobilin Azərbaycan Respublikasına gəlib çıxması 23000 manat edəcək və qazanc olaraq üzərinə də 3650 manat qoymağı nəzərdə tutaraq 26.650 manata həmin maşını Azərbaycana gətirə biləcəyini bildirmiş, avtomobili Zərərçəkmiş şəxs2 adına sifariş vermişdir. Həmin vaxtı avtomobilin alınması üçün hesab əldə edildikdən sonra o, Fəridə ilə danışmış və 2021-ci ilin dekabr ayında Fəridənin yaşadığı evdə Fəridədən 6000 manat pul alaraq həmin pulu metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Turan” Bankda ödəmişdir. Fəridəyə bildirmiş ki, «2020-ci ilin sonlarında mən onların yanından işdən çıxdım ki, özüm salon götürüm işlədim». Həmin salondan çıxdıqda 20.000 manat pulu olmuşdur, o, 2021-ci ilin noyabr ayında Babək prospekti 29 ünvanında yerləşən avtosalonu icarəyə götürmüşdür. O, avtomobil salonunu içərisi boş götürmüşdür. Salon götürdükdə müştərilər olmuş ki, oraya öz maşınlarını gətirib avtomobillərinin satılmağını tezləşdirsinlər. Həmin salona qoyulan avtomobillər satıldıqda avtomobilin təmiri üçün əlavə olaraq hissə-hissə olmaqla Fəridədən ümumilikdə 2000 pul almışdır. Həmin pulun 1700 manatını avtomobil xərcləri üçün almış, lakin 300 manat pulu isə borc kimi Fəridədən almışdır. O, bütün pulları Fəridənin yaşadığı evdən götürmüşdür. Həmin vaxtı Fəridənin ona ödədiyi pulu digər borclarına xərcləmişdir. Avtomobilin Amerikadan gəlməsi biraz gecikmiş, daha sonra, Batumi limanından gətirilməsində ləngimələr olmuş, Batumidə ləngimə səbəbi isə onun gətirilmə haqqı ödənilməsi üçün pulunun olmaması olmuşdur. O, pul tapıb avtomobili Batumidən gətizdirmiş, daha sonra isə gömrükdə ləngimiş, çünki avtomobilin sənədləşdirilməsi üçün onun pulu olmamışdır. Zərərçəkmiş şəxs2 avtomobilin gətirilməsi üçün ona baş etibarnamə vermişdir. O, buna görə də tanışı Emindən 2022-ci ilin sentyabr ayında 22.000 manat pul götürüb avtomobili Eminin işçisi olan Rövşənin adına sənədləşdirmişdir. Emin avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. O, bunları edən zaman Fəridəyə heç bir söz deməmiş və Fəridədən icazə almamışdır. O, avtomobili Emingilə satanda demiş ki, maşını gömrükdə qalıb, pul lazımdır ki, maşını gətizdirsin. O, avtomobili onlara satmış, daha sonra isə onlardan avtomobili ayı 1.169 manatdan ödəməklə kreditlə almışdır. O, avtomobilin sənədləşmisinə 12.000 manat pul, avtomobilin təmirinə isə təxminən 10.000 manat pul xərcləmiş, sonra isə avtomobili Fəridəyə vermişdir. Lakin Fəridəyə avtomobili verən zaman avtomobili kreditə qoyduğunu bildirməmişdir. Fəridə elə bilmiş ki, avtomobil onundur. 2023-cü ilin yanvar ayının 13 tarixində Fəridə və oğlu Mikayıl avtomobilə sənəd istədiyindən Mikayılın adına etibarnamə təşkil etmişdir. 16 yanvar 2023-cü il tarixdə Mikayıl ona zəng edərək bildirmiş ki, yol polisi tərəfindən saxlanılmışdır. Mikayıla bildirmiş ki, avtomobilin etibarnaməsinin vaxtı bitib. Bundan sonra isə o, Mikayıla demiş ki, «mənim Cruz markalı avtomobilim olub və həmin avtomobilin pulunu ödəmədiyimdən sizində etibarnamənizi ləğv ediblər». Əlavə olaraq demiş ki, “anana heç bir söz demə mən həll edəcəyəm, anan əsəbləşməsin və sənin əlindən də maşını almasın”. Səhərisi günü o, avtomobilə etibarnamə almış, polisdə yazılan cəriməni özü ödəmişdir. Daha sonra isə Mikayılı götürüb Rövşənin işlədiyi yerə getmişdir. 2022-ci ilin yanvar ayının 17-si tarixində o, Mikayıla avtomobili kreditlə aldığını bildirmiş, lakin pulunu qısa zamanda ödəyəcəyini, bunu anasına dəməməsini bildirmişdir. Rövşənlə danışaraq avtomobilin kreditini Mikayılın adına keçirtmiş, lakin Mikayıla demiş ki, krediti özü ödəyəcək. O, Mikayıla demiş ki, «bu ondan ötəridir ki, maşının cərimələri hər bir şeyi sənə gələcəkdir». Lakin yenə də tapşırmış ki, anasına deməsin. Mikayılın anası bilsəydi ki, o, avtomobili sataraq yenidən kreditlə alıb problem olacaqdı. 2023-cü ilin fevral ayının əvvəllərində Mikayıla avtomobilin kreditinin ödəməməyi barədə sms gəlmişdir. Həmin smsdən sonra Fəridə bilmiş ki, avtomobil kiminsə adınadır və kreditdədir. Bundan sonra isə o, bütün hadisəni olduğu kimi Fəridəyə danışmışdır. Həmin müqaviləyə görə 17.000 pul ödəməli olmuşdur. O, bildirmiş ki, həmin pulu 6 ay ərzində ödəyəcək, lakin ödəyə bilməmişdir. Bundan başqa o, avtosalonu işlədən zaman avtomobil alıb satmaq üçün yanına qohumu, yəni dayısı qızının həyat yoldaşı Zərərçəkmiş şəxs3 gəlib-getmişdir. O, Namiqə bildirmiş ki, pulu varsa ona versin, o həmin pul ilə avtomobil alıb sataraq həmin pul müqabildində əldə edilən qazancı bölüşsün. Namiq də onunla razılaşmışdır. Buna görə də 2022-ci ilin sentyabr ayından o, Namiqə demiş ki, Bakı şəhərində BMW markalı avtomobil var və ucuz qiymətə alıb baha qiymətə satıb gəlir əldə etmək olar. 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evdən Zərərçəkmiş şəxs3dan 24 000 manat pul almışdır. O, həmin pula, yəni 24000 manata “BMW” markalı avtomobili öz adına almışdır. O, həmin avtomobili idarə edib və Zərərçəkmiş şəxs3 demiş ki, «müştəri tapmamışam, tapan kimi satıb sənin pulunu verəcəm». Lakin həmin vaxtı 18.000 manatı xərcləmişdir. Birinci aldığı avtomobili idarə edən zaman Zərərçəkmiş şəxs3 bildirmiş ki, gömrükdə “BMW F10” markalı zədəsi olan avtomobil var, həmin avtomobili almaq üçün 13700 manat pul lazımdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs3 13700 manat pul almışdır. O, Namiqə bunu dedikdə əslində gömrükdə belə bir avtomobil olmamış, sadəcə pula ehtiyacı olduğundan Namiqdən həmin pulu alaraq başqa işləri üçün xərcləmişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs3 bildirmiş ki, «18000 manata “BMW 528” markalı avtomobil var, almaq istəyirəm». Həmçinin də avtomobilin əlavə olaraq 3000 manatda xərci var. O, Zərərçəkmiş şəxs2 üçün aldığı **-HD-*** d.n.n avtomobili Namiqə göstərmiş və 21.000 manat pul lazım olduğunu bildirmişdir. Namiq də onunla razılaşmış və dəqiq tarixini xatırlamadığı vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs3 21.000 manat pul almışdır. Həmin puluda işləri üçün xərcləmişdir. O, həmin pula heç bir avtomobil almamışdır. Sadəcə olaraq aldadıb həmin pulu ələ keçirmişdir. Namiqə ilkin avtomobili kreditə satdığını və digər pulu da xərclədiyini deməmişdir. Həmin ərəfədə əlavə olaraq kreditə saldığı birinci dəfə Namiqdən pul alaraq aldığı “BMW” markalı avtomobili kreditdə olduğu üçün 4000 manata satmışdır. Həmin puluda digər işləri üçün xərcləmişdir. O, avtomobili satdığı, yəni kreditlə satdığı Namiqə deməmişdir. Daha sonra isə pula ehtiyacı olduğundan o, Zərərçəkmiş şəxs3 demiş ki, ucuz qiymətə 2 ədəd “Toyota Corolla” markalı avtomobil var və həmin avtomobilləri 15000 manata almaq olar. Dəqiq xaırlmadığı tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs3 15000 manat pul almışdır. O, həmin pulu da digər borcları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs3 digər maşınları da satmadığını bildirmişdir. Namiq elə bilmiş ki, digər avtomobilləri salonda saxlamış, “Toyota Corolla” markalı avtomobillər isə bazardadır. Bundan sonra isə sonuncu dəfə ona yenədə pul lazım olmuş, buna görə də Namiqin yanına getmiş və bildirmiş ki, «BMW F10» markalı avtomobil satılır, ucuz qiymətədir, alıcısıda hazırdır, təcili olaraq bu avtomobili alıb, satmaq lazımdır və bunun üçündə 20000 manat pul lazımdır». O, Namiqin etibarını qazanmaq üçün avtomobili satan Alik adlı şəxsin avtomobilini götürərək Namiqə göstərmişdir. Alikin etdiyi işdən heç bir məlumatı olmamışdır. Realda Alik avtomobilini satırdı, lakin onun avtomobili almaq niyyəti olmamışdır. Sadəcə olaraq bu yolla Namiqin etibarını qazanmaq istəmişdir. Alik avtomobili 28000 manata satırdı. O, Namiqə demiş ki, 28000 manatlıq maşının 20000 manatını özü ödəyəcək, qalan hissəsini isə banka girov qoyaraq ödəyəcək. Namiq onunla razılaşmış və pul düzəltdikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Səhəri gün, 2022-ci ilin dekabr ayında o, Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev 24/18 ünvanında yerləşən «Grand» servisdə 20.000 manat pulu almışdır. Həmin puluda digər borcları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs3 ümumilikdə 93700 manat pul almışdır. Əldə etdiyi gəlirdən və puldan Namiqə verməmişdir. Aldığı pulların hamısını digər borcları üçün xərcləmişdir. Hər dəfəsində də pul aldıqda Namiqin etibarını qazamaq üçün demiş ki, «biz yaxşı pul qazanacağıq». Bu yollada Namiqi inandırıb, həmin pulları almışdır. Bütün pulları da öz digər borcları üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır. Digər epizod üzrə bildirmiş ki, Zərərçəkmiş şəxs1 Muşviq oğlu ilə Babək prospektində yerləşən avtosalonda tanış olmuşdur. Bundan sonra isə Özcanla dostluq münasibəti yaranmışdır. 2022-ci ilin iyun ayında Özcana təklif etmiş ki, «gəl birlikdə maşın alveri ilə məşğul olaq, burda yaxşı pul vardır və qazanc götürəcəyik». Özcana demiş ki, «bir nəfər “əlimyandıda” maşın satır». “Range Rover” markalı avtomobil vardır, həmin maşını 12000 manata satmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 Muşviq oğlu ilə birlikdə həmin avtomobilə baxmış, həmin avtomobilin üzərində **-PD-*** dövlət nömrə nişanı olmuşdur. Həmçinin də avtomobilin 27 ay 1400 manatdan, yəni 37800 manat krediti var olmuşdur. Özcana təklif etmiş ki, «həmin maşını ucuz qiymətə alırıq və satışından daha çox pul əldə edəcəkdir». 2021-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən «Xəmsə» şadlıq sarayının arxasında yerləşən cəriməli maşınların avto dayanacağında Özcanın atası Müşviq ona 12.000 manat pul vermişdir. Daha sonra isə avtomobilin təmiri üçün 2000 manat pul vermişdir. Bundan başqa da 2 aylıq avtomobilin kreditini yəni ayı 1426 manatdan ümumilikdə 2852 manat pul ödəmişdir. Ümumilikdə Özcan 16852 manat avtomobilə xərc çəkmişdir. O da avtomobilə 2826 manat xərc qoymuşdur. Həmin maşını satmaq üçün işlətdiyi salona gətirmişdir. Daha sonra isə Özcana bildirmiş ki, maşını 1 aylıq nisyə verir, 1 ayın tamamında pulu verəcək. O, 14000 manata həmin avtomobili satmışdır. Əldə etdiyi puluda özünün digər borcları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə 2020-ci ildə gömrükdə avtomobil qeydiyyata salan zaman tanış olmuşdur. Ceyhunun «BMW F10» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Ceyhun avtomobilini satmaq istəmiş, buna görə də Ceyhun onunla əlaqə saxlamış və Ceyhuna demiş ki, «salon götürmüşəm və həmin salona qoyaraq satışını edə bilərik». 2022-ci ilin may ayının 6 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 39-da Ceyhun «BMW F10» markalı avtomobilini ona vermişdir. Bir müddət sonra isə müştəri olmuş və o, Zərərçəkmiş şəxs4 zəng edərək bildirmiş ki, «həmin maşına üzərində BMW markalı “39 kuza” deyə bildirdiyi ucuz maşın verib üstündə pul vermək istəyirlər». O onunla razılaşmışdır. Həmin avtomobili 28050 manata satırdı, avtomobili “barter” edən şəxs 19.550 manat pulu Zərərçəkmiş şəxs4 vermişdir. Həmin verilən «Bmw» markalı ”39 kuza” adlanan avtomobilə görə etibarnaməni isə onun adına verilmişdir. Bu zaman 8500 manat borcu yaranmışdır. Adına verilən həmin «Bmw» markalı avtomobili o, 7000 manata satmış və həmin pula da başqa avtomobil almışdır. O, həmin avtomobilin yerinə aldığı avtomobili də satmış həmin pulları da borclarına görə xərcləmişdir. Hazırda Ceyhuna 8500 manat verməlidir. Zərərçəkmiş şəxs1 Muşviq oğlunun «BMW F10» markalı avtomobil barədə dedikləri hamısı yalandır, həmin avtomobilin satışını Fəxri adlı şəxslə etmişdir. O, bu işdə nə Özcanı aldatmış, nədə ki pulunu ələ keçirmişdir. Sadəcə olaraq avtomobili satdığı insanı tanımış, bundan başqa onun bu işdə heç bir əlaqəsi olmamışdır, nə də bu işdə ona pul qalmamışdır. Sadəcə demiş ki, «həmin adam pulunuzu verəcəkdir». Özcandan başqa avtomobil və başqa pul almamışdır. Zərərçəkmiş şəxs2 aldığı puldan 5300 dolları amerikada tenderdə qalib gəlməyi üçün 1700 manat isə avtomobilin gətirilməsinə yəni təxminən 11000 manatı avtomobilin gətirilməsinə xərcləsə də yerdə qalan 17350 manat digər borcları üçün xərcləmiş, sonradan maşını ölkəyə gətirmək üçün o, pul lazım olduğundan “BMW F10” markalı **-HD-*** dövlət qeydiyyat nişanı avtomobili 22000 manat Ruslana satmış və Şahid3 adına sənədləşdirmişdir. O, özünə 2-ci avtosalon açaraq külli miqdarda borc almış, ona görə də zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini həmin borclara vermişdir. Qohumu Namiqdən dəfələrlə iş görmək üçün pul alıb geri qaytardığı üçün Namiqin ona inamı yaranmışdır Amerikadan dəfələrlə avtomobil gətirib ölkədə satmışdır. Rayonda onun mülkiyyətində olan 5 hektar torpaq sahəsini ziyanın əvəzi kimi Namiqə vermək istəsə də, anası rəhmətə getdikdən sonra Namiq razılaşmamış, buna görə də o ziyanı ödəmək fikrindən daşınmışdır. Zərərçəkmiş şəxslərin heç birinə dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə avtomobil almaq üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avtosalonlara getmiş, təxminən «İstikbal Mebel» mağazasının yaxınlığında «Leon» avtosalona baxan zaman təsadüfdən tanış olduğu, özünü Namiq adı ilə təqdim edən bir avtomobil alverçisi oğluyla avtomobil alacağını görərək onlara yaxınlaşmış və həmin şəxs onların “BMW F10” markalı avtomobil almaq istədiklərini bildikdən sonra ona 2000 manat ucuzuna ABŞ-dan “F10” markalı avtomobil gətirməyin mümkün olduğunu bildirmiş, daha sonra Namiqlə onun üçün ABŞdan “F10” markalı avtomobil gətirmək barədə razılığa gəlmişdir. İlk öncə 2021-ci ilin dekabr ayında o, Namiqə yaşadığı evdə, yəni Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 115-də 6000 manat pul vermişdir. Həmin pul avtomobilin auksiondan alınması üçün olmuşdur. Daha sonra isə 2022-ci ilin yanvar ayının 5 tarixində o, «Yelo» banka kredit üçün müraciət edərək 11000 manat pul götürüb 6 yanvar 2022-ci il tarixdə həmin məkanda Namiqə 10000 manat vermişdir. Daha sonra isə hissə-hissə pulu ödəməyə başlamışdır. 2022-ci ilin fevral ayında bir dəfəsində 1000 manat, bir dəfəsində 700 manat olmaqla, 2022-ci ilin mart ayında bir dəfəsində 400 manat, bir dəfəsində 500 manat, bir dəfəsində isə 300 manat olmaqla, 2022-ci ilin aprel ayında bir dəfəsində 600 manat, bir dəfəsində 500 manat, bir dəfə 400 manat və bir dəfəsində 500 manat olmaqla, 2022-ci ilin may ayında bir dəfəsində 300 manat, bir dəfəsində 700 manat, bir dəfəsində 200 manat və bir dəfəsində də 400 manat olmaqla, 2022-ci ilin iyun ayında bir dəfəsində 400 manat, bir dəfəsində 200 manat, bir dəfəsində 300 manat olmaqla, 2022-ci ilin oktyabr ayında bir dəfəsində 1700 manat, bir dəfəsində 1000 manat olmaqla, 2022-ci ilin noyabr ayında bir dəfəsində 1200, növbəti dəfəsində 850 manat olmaqla, 2022-ci ilin dekabr ayında 200 manat olmaqla ümumilikdə 12350 manat pulu Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 115-də yaşadığı mənzildə Namiqə vermişdir. 2022-ci ilin dekabr ayında avtomobil üçün o, Namiqə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 5, mənzil 115-də yaşadığı evdə 200 manat pul vermişdir. Hətta o, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 115-də öz evində 300 manat pul vermiş ki, Namiqin yoldaşı hamilə olmuş və xəstəxanadan çıxarda bilməmiş, həmin pul vasitəsilə uşağını xəstəxanadan çıxartsın. Avtomobilin qiyməti 26.650 manat olmuşdur. O, həmin avtomobilin pulunu ödədikdən sonra Namiq ona bildirmiş ki, avtomobilin təmiri üçün pul lazımdır. Buna görə də o, hissə-hissə olmaqla Namiqə ümumilikə 1700 manat pul vermişdir. Namiqdən avtomobilin harada olduğunu soruşduqda Namiq ona bildirmiş ki, «maşın gömrükdədir, buna görə ləngiyir». Sonra o, Namiqdən şikayət edəcəyini bildirmiş və bunun nəticəsində 31 dekabr 2022-ci il tarixdə saat 14:00 radələrində avtomobilini gətirmiş və avtomobili binanın həyətində saxlamışdır. O, avtomobilə baxdıqda avtomobildə sənəd olmadığını görmüşdür. Buna görə Namiqlə əlaqə saxlamış və avtomobilin sənədinin, yəni texniki pasportu və etibarnamənin yerində olmadığını bildirmişdir. Namiq isə həmin məsələni həll edəcəyini bildirmişdir. O, bu müddət ərzində avtomobili binanın həyətində saxlamış və gözləmiş ki, Namiq avtomobilin sənədini düzəltsin. Namiqə hər dəfə zəng etdikdə Namiq müxtəlif bəhanələr gətirmişdir. O, Namiqə bir dəfə zəng edərək bildirmiş ki, «mən maşın üçün rol sifariş vermək istəyirəm» və buna görə də Namiqdən texniki pasportun şəklini göndərməlidir. Namiq də ilk öncə atmaq istəməsə də sonradan texniki pasportun şəklini ona göndərmişdir. O, həmin şəkildə görmüş ki, avtomobili Şahid3 adınadır. O, Namiqdən bu barədə soruşduqda Namiq demiş ki, «maşını bu adamın adına gətizdirtmişəm». O isə öz cavabında ona demiş ki, «gətizdirsəndə niyə texpasport onun adınadır». Bundan sonra isə 2022-ci ilin fevral ayının əvvəlində oğlu Mikayılın telefonuna sms gəlmiş ki, “sizin 1180 manatlıq kredit ödənişinizin vaxtdır”. Oğlu bu məsələni ona demiş və o da sms gələn mağazaya zəng edərək nə məsələ olduğunu soruşmuş və avtomobilin başqa şəxsə satılmasını öyrənmişdir. Buna görə də o, həmin kredit şirkətinə getmişdir. Ora getdikdə ona məlum olmuş ki, Namiq ona satdığı avtomobili xəbəri olmadan başqa şəxsə satmışdır və sonra avtomobili kreditlə özü almışdır və 22000 manat pulu özü götürmüşdür. Şahid3 isə həmin kredit şirkətinin işçisidir. Namiq iki illik həmin pulu götürmüşdür. O, kredit şirkətində Eminlə görüşmüş, Eminlə söhbət etdikdə Emin Namiqi ora çağırmışdır. O, Namiqdən niyə belə etdiyini dedikdə Namiq sadəcə olaraq başını aşağı salıb dayanmış, daha sonra isə bildirmiş ki, pulu yoxdur deyə bele etmişdir. Bundan sonra isə o, Namiqə demiş ki, avtomobilin pulunu ödəsin. Lakin Namiq avtomobilin pulunu ödəmədiyinə görə polisə müraciət etmişdir. O, Namiqə avtomobilin adına sənədləşdirilməsi üçün baş etibarnamədə vermişdir. Ümumilikdə ona 28.350 manat maddi ziyan dəymişdir. 300 manat pulu borc olaraq Namiqə vermişdir. 2022-ci ilin dekabr ayında avtomobil üçün o, Namiqə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 115-də yaşadığ evin həyətində 200 manat pul vermişdir. Vermiş olduğu əlavə ifadə zamanı bildirmişdir ki, **-HD-*** dövlət qeydiyyat nişanı “BMW F10” markalı avtomobili Şahid3 tərəfindən Allahverdi adlı şəxsə 24000 manata satılmış və oradan ona vurulmuş olan ziyandan 4000 manat verilmişdir. Hal-hazırda ona 22.350 manat dəymiş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi vardır. O, Nizami RPİ-nə Namiqi şikayət edərkən onun yoldaşı zəng edib uşaqlarına görə onu bağışlamağını bildirmişdir. O da ana olduğu üçün onu yaxşı başa düşsə də, o bankdan götürüb Namiqə verdiyi pula görə 20 000 manat faiz ödəməlidir. Ona avtomobil gətirsə də, avtomobili onun adına rəsmiləşdirməmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ildə gömrükdə avtomobil qeydiyyata salan zaman tanış olmuşdur. Namiq avtomobil satışı ilə məşğul olmuşdur. Onun həmin zaman «BMW F10» markalı, **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili olmuşdur. Avtomobilini satmaq istəmiş, buna görə də Namiqlə əlaqə saxlamış, Namiq demiş ki, salon götürüb və həmin salona qoyaraq satışını edəcəkdir. 2022-ci ilin may ayının 6-da Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 39-da o, «BMW F10» markalı, **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Namiqə vermişdir. Bir müddət sonra isə Namiq zəng edərək bildirmiş ki, həmin avtomobilin üzərində «BMW» markalı, “39 kuza” adlanan ucuz maşın verib, üstündə pul vermək istəyirlər. O, Namiq ilə razılaşmışdır. O, avtomobili 28.050 manata verəcəyini bildirmişdir. Avtomobili “barter” edən şəxs 19550 manat ona pul vermişdir. 8500 manat isə borclu qalmışdır. Həmin verilən maşına görə etibarnaməni isə Namiq ona demiş ki, «gəl adına etibarnamə verək». O isə bildirmiş ki, «sənin adına olsun fərqi nədir». Namiq isə onunla razılaşmış və avtomobilin etibarnaməsi Namiqin adına verilmişdir. Bundan sonra isə o, Namiqdən avtomobili soruşduqda Namiq demiş ki, «ustadadır», daha sonra isə demişdir ki «başqa maşınla barter etmişəm», sonra demişdir «pulunu verirəm». Namiq bu adlarla onu aldadaraq vaxt uzatmış və 8500 manat pulunu mənimsəmişdir. Namiq etibarnamənin öz adına olmasından istifadə edərək adına olan avtomobili satmış və ona məxsus olan 8500 manat pulunu mənimsəmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobil alveri ilə məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayından Namiq ona Bakı şəhərində «BMW» markalı avtomobil olduğunu və avtomobili ucuz qiymətə alıb, baha qiymətə satıb, gəlir əldə edə biləcəyini bildirmişdir. Namiq bu işdə çoxlu pul qazanacaqlarını demişdir. Namiqin qohumu olması və həmin vaxtı da işlətmək üçün avtomobil salonu götürdüyündən Namiqin təklifi ilə razılaşmışdır. İlkin olaraq 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlıniski 29/42 ünvanında yerləşən mənzilində 24.000 manat pul almışdır. Namiq həmin pula 24000 manata «BMW» markalı avtomobili öz adına almışdır. Namiq avtomobili etibarnamə ilə almışdır. Namiq avtomobili özü idarə etmiş və müştəri axtardığını bildirmişdir. Hələ birinci avtomobili satmamış yəni, ona satdığını deməmiş, gömrükdə «BMW F10» markalı, zədəsi olan avtomobilin olduğunu, həmin avtomobili almaq üçün 13700 manat pul lazım olduğunu bildirmişdir. Namiq onda hər dəfə pul istədikdə böyük pullar qazanacaqlarını demişdir. Buna görə də Namiqin yalançı vədlərinə inanaraq 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlıniski 29/42 ünvanında yerləşən mənzilində 13.700 manat pul almış və bildirmiş ki, gömrükdən maşını Bakıya gətizdirəcəkdir. Namiq ona avtomobil şəkili göstərərək bildirmişdir ki, həmin avtomobili gətirib təmir etdirib böyük pul əldə edəcəklər. Təxminən bir həftə sonra Namiq ona zəng edərək 2022-ci ilin oktyabr ayında ona «Qamışlıq servis» adlanan yerdə «BMW 528» markalı avtomobil olduğunu, avtomobili 18000 manata satdıqlarını, təxminən 3000 manat pul da üzərinə qoyulmasının lazım olmasını bildirmişdir. Həmin avtomobilin üzərində **- HD-*** dövlət qeydiyyat nişanı olmuşdur. O, avtomobilə baxıb, həmin avtomobili almağa razılaşmışdır. Buna görə də 2022-ci ilin oktyabr ayında ünvan 10 ünvanında yerləşən mənzilində Təqsirləndirilən şəxs 21.000 manat pul vermişdir. Sonradan o, Namiqlə bağlı problemlər yarananda Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və məlum olmuş ki, həmin avtomobil Zərərçəkmiş şəxs2dır. Həmin avtomobili Zərərçəkmiş şəxs2 idarə etmişdir. Namiq aldatmaq üçün həmin avtomobili ona təqdim etmişdir. Bundan sonra o. Namiqdən işin nə yerdə olduğunu, avtomobilllərin satılmasının necə olduğunu soruşduqda Namiq ona narahat olmamağını və qısa zamanda işlərin yoluna düşəcəyini bildirmişdir. Daha sonra isə 2022-ci ilin noyabr ayında ucuz qiymətə 2 ədəd “Toyota Corolla” markalı avtomobil olduğunu və həmin avtomobillərin ikisi birlikdə 15000 manata almağın mümkün olduğunu demişdir. Namiq həmin vaxtı Badamdarda avtomobil bazarında olmasını və “əlimyandıda” satılan avtomobilin olduğunu, buna görə də bu avtomobili satıb böyük qazanc əldə etməyin mümkün olduğunu demişdir. O da Namiqin yalan vədlərinə inanaraq 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlıniski 29/42 ünvanında yerləşən mənzilində Təqsirləndirilən şəxs 15.000 manat pul vermişdir. O, pulu Namiqə verdikdə hər dəfə Namiqlə telefonla danışmış və Namiqdən pulunu tələb etmiş, Namiq isə ona bildirmiş ki, hələ avtomobilləri satılmayıb, avtomobillər satıldıqdan sonra onun pulunu verəcəkdir. 2022-ci ilin dekabr ayında isə Namiq ona zəng edərək «BMW F10» markalı avtomobilin ucuz qiymətə olduğunu bildirmişdir. Namiq avtomobili yaşadığı evin qarşısına gətirmişdir. Həmin avtomobil qara rəngdə və çox gözəl görünüşdə olmuş və o, avtomobili bəyənmişdir. Namiq ona bildirmiş ki, həmin avtomobilin qiyməti 28000 manatdır, 20000 manatını onun verməyini, yerdə qalanını isə yəni 8000 manatını isə özü bankdan kredit götürüb avtomobili alıb, daha sonra isə baha qiymətə satacağını bildirmişdir. Namiq onu inandırmış ki, «maşının bu dəqiqə müştərisi vardır və həmin müştəriyə maşını aldıqdan sonra satıb üzərində pul qazanacağıq». O da Namiqlə razılaşaraq səhərisi günü pulu hazırlayıb Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 24/18 ünvanında yerləşən «Grand» servisdə 20000 manat pulu Namiqə vermişdir. Namiq ondan ümumilikdə 93.700 manat pul almışdır. O isə bu qədər alıb satdığını bildirdiyi avtomobillərdən 1 manat da ona pul verməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Namiq onu aldatmış, ondan aldığı pullarla heç avtomobil almamışdır. Pulu isə hara xərcləməsini bilməmişdir. Namiq ondan ümumilkdə 93.700 manat pulu fərqli-fərqli avtomobillər almaq və satıb gələr əldə etmək üçün almışdır. O, heç bir gəlir əldə etməmiş, avtomobillərin alınmasında heç bir iştirakı olmamışdır. Namiq ona dəymiş ziyanın bir manatını belə ödəməmişdir. Namiqi 2022-ci ilin dekabrından sonra nə qədər axtarsa da tapa bilməmiş, məhkəmə iclasından əvvəl sonuncu dəfə Namiqi polis idarəsində görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi vardır, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4la birlikdə avtomobil alveri ilə məşğul olurlar. Təqsirləndirilən şəxs avtomobil alverçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq ölkəyə avtomobil gətirdiyini, lakin gömrük xərcləri üçün pulu olmadığına görə də avtomobili onlardan pul alaraq avtomobili sənədləşdirmək istədiyini bildirmişdir. Buna görə də o, 22000 pulu Təqsirləndirilən şəxs vermişdir. Namiq isə X5 gətizdirdiyi «Bmw» markalı avtomobili onların adlarına sənədləşdirmişdir. Həmin avtomobilə **-HD-*** dövlət qeydiyyat nömrə nişanı verilmişdir. Avtomobili Şahid3 adına almışlar. Bunun səbəbi Rövşənin Bakı qeydiyyatı olması olmuşdur. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin avtomobili kreditlə almaq istəyir. O da Namiqə görə avtomobili 28050 manat olaraq qiymətləndirmişdir. Buna görə də avtomobillə bağlı aralarında alqı-satqı müqaviləsi tərtib etmişlər. Həmin müqaviləyə əsasən isə 24 ay ərzində aylıq olaraq 1169 manat pul ödəməli olmuşdur. Həmin pulu ödəyəcəyi halda isə avtomobil onun adına sənədləşdiriləcəkdir. Namiq tərəfindən həmin müqavilə üzrə 4 aylıq ödəniş edilmişdir. Lakin sonra Namiq yanında X6 ilə yaxınlaşaraq avtomobili satdığını bildirmişdir. O da aralarında olan müqaviləni yəni avtomobilin adına olduğu Şahid3 ilə arasında olan müqaviləni yenidən bağlamışlar. Müqavilənin şərtləri X4 izah edilmişdir. Sonradan isə X2 anası Fəridə xanım yanlarına gələrək bildirmiş ki, Təqsirləndirilən şəxs pulunu mənimsəyib. Bundan sonra isə o, Fəridə xanıma şərait yaratmışdır ki, avtomobili satsın və onların pulunu versin. Fəridə xanım özü müştəri taparaq avtomobili 24000 manata satmış və oradan 2000 manat ziyanına olmaqla ümumilikdə 20000 manat pul götürmüşlər, yerdə qalan pulu isə yəni 4000 manatı Fəridə xanım götürmüşdür. Namiqin etdiyi əməldən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bu işindən əslində onlar da ziyan çəkmişlər. Sadəcə olaraq get-gəl olmasın deyə şikayət etməmişlər. Onlar kreditlə avtomobil satırlar.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 2022-ci ilin iyun ayında ona gəlib demiş ki, dostu Təqsirləndirilən şəxs ilə maşın alveri ilə məşğul olacaqdır. Buna görə də təklif etmiş ki, «gəl birlikdə maşın alveri ilə məşğul olaq, burda yaxşı pul vardır və qazanc götürəcəyik». Oğlunun təhsil alması üçün öz avtomobilini satdığından onda oğlu Özcana məxsus pul olmuşdur. O bildirmişdir ki, «qoy məndə onunla görüşüm söhbət edim, pulu mən verərəm». Buna görə də 2021-ci ilin iyun ayının sonlarında Nizami rayonunda yerləşən Xəmsə şadlıq sarayının arxasında yerləşən cəriməli maşınların avto dayanacağında Təqsirləndirilən şəxs 14000 manat pul vermişdir. Daha sonra oğlu Özcan Namiqə əlavə olaraq 2000 manatda pul vermişdir. Həmin məbləğdən əlavə həmin avtomobilə görə əlavə olaraq aylıq pul ödəmişdir. Bundan başqa borc olaraqda 2890 manatda pul almışdır. Həmçinin də başqa maşının alışını satışını oğlunun özü etsədə orada cavabdeh dayandığı adam 2000 manatı verməmişdir. Düzdü həmin maşının alqı-satqısında o, heç bir pul verməsələr də həmin şəxsin yəni hal hazırda Rusiya Fedeyasiyasında olan Elməddin adlı şəxsin pulu verəcəyinə cavabdehlik daşımışdır, belə ki demişdir ki, «narahat olma tanıdığım adamdır, pulunu verəcəkdir». Təqsirləndirilən şəxs Özcana məxsus olan ümumilikdə 18852 manat pulu mənimsəmişdir. Təqsirləndirilən şəxsla birlikdə dəfələrlə çörək kəsmiş, onu oğlu qədər çox istəmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilməmişdir. Avtomobili satsa da, Zərərçəkmiş şəxs1 pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 Fikrət oğlu əmisi oğludur. Ruslan avtomobil alqı-satqısı ilə məşğul olur. Ruslanın qeydiyyatı Fizuli rayonunadır. Onun qeydiyyatı isə Bakı şəhərinədir. Buna görə də Rövşən avtomobil aldıqda onun adına alır. Təqsirləndirilən şəxs ilə də bağlanmış müqavilə onun adına olan müqavilədir və həmin müqaviləni onunla X6 arasında bağlanmışdır. Həmin vaxtı orada Şahid4 Fikrət oğlu da olmuşdur. Belə ki, Şahid4 Fikrət oğluna kimsə avtomobil almaq istədikdə yaxınlaşır. Avtomobilin bir hissəsinin pulunu özü verir, avtomobil onun adına keçir. Sonra isə aylıq ödəməklə pulun ödənilməsi bildirilir. Avtomobil alındığından biraz baha qiymətə həmin şəxsə satılır. Həmin avtomobilin pulun ödədikdən sonra isə avtomobil, avtomobil pulunu ödəmiş şəxsə verilir. Şifahi razılıq olsa da sonradan hər-hansı bir pulun ödənilməməsi halı olduqda məhkəmədə pul tələb edə bilmək üçün öz aralarında müqavilə bağlayırdılar. **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil «BMW» markalı avtomobillə bağlı o, ilkin müqaviləni Təqsirləndirilən şəxs ilə bağlamışdır. Daha sonra isə həmin müqaviləni X6 ilə bağlamışdır. Qeyd etmiş ki, X4 isə müqavilə bağladıqda bütün məlumatlar verilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən, adı yadında qalmayan Əhliman adlı şəxsin işlətdiyi avtosalonda tanış olmuşdur. Bundan sonra isə Namiqlə dostluq münasibəti formalaşmışdır. O, Namiqlə dostluq etmiş, oturub birlikdə çörək yemişdir. 2022-ci ilin iyun ayında Namiq ona təklif etmişdir ki, «gəl birlikdə maşın alveri ilə məşğul olaq, burda yaxşı pul vardır və qazanc götürəcəyik». O da Namiqin yalan vədlərinə inanaraq Namiqlə razılaşmışdır. Namiq ona demişdir ki, bir nəfər “əlimyandıda” maşın satır». “Rang Rover” markalı avtomobil vardır, həmin maşını 14000 manata satmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə həmin avtomobilə baxmışlar. Həmin avtomobilin üzərində **-PD-*** d.n.n olmuşdur. Həmçinin də avtomobilin 27 ay 1400 manatdan, yəni 37800 manat krediti olmuşdur. Təqsirləndirilən şəxs ona təklif etmişdi ki, həmin maşını ucuz qiymətə alıb və satışından daha çox pul əldə edəcəklər. 2021-ci ilin iyun ayında Nizami rayonunda yerləşən Xəmsə şadlıq sarayının arxasında yerləşən cəriməli avtomobillərin dayanacağında avtomobilin alınması üçün Namiqə 14000 manat pulu atası Şahid6 vermişdir. Həmin avtomobili satmaq üçün özünün işlətdiyi salona qoymuşdur. Sonradan isə avtomobilin xərclərinə görə əlavə 2000 manatda pul lazım olmasını bildirmiş və o, Namiqə əlavə 2000 manat pul vermişdir. Həmçinin də avtomobilin iki aylıq kreditini, yəni ayı 1426 manatdan olmaqla iki aylıq kreditini ödəmişdir. Daha sonra isə Namiq ona bildirmişdir ki, avtomobili bir aylıq nisyə verir, bir ayın tamamında pulu verəcəkdir. Lakin sonradan öyrənmişdir ki, Namiq avtomobili nağd şəkildə 19000 manata satmış və puluda özü götürərək mənimsəmişdir. Avtomobili kimə satmasını bilmir. Avtomobilin üzərində **-PD-*** d.n.n olmuşdur. Həmin avtomobili 2022-ci ilin noyabr ayında satmışdır. Namiq avtomobilin 3 aylıq kretditi ödənmişdir. Avtomobilin bir ayını Namiq, iki ayını özü ödəmişdir. Həmin avtomobilə 18800 manat pul qoymuşdur. 2 ay sonra isə Namiq ona təklif etmişdir ki, BMW F10 markalı avtomobil vardır. Həmin avtomobili 16800 ABŞ dollarına satıldığım bildirmişdir. O da həmin avtomobili almağa razılaşmışdır. BMW F10 markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili o, 16800 ABŞ dollarına yəni 28560 manata avtomobilin sahibindən öz adına almışdır. Daha sonra isə Namiq təklif etmişdir ki, avtomobili aparıb lizingə qoysunlar. O da Namiqin bu təklifi ilə razılaşmışdır. Bundan sonra isə həmin avtomobili öz adından lizingə 23000 manata qoymuşdur. Daha sonra isə həmin avtomobili 6000 manata satışa qoymuşlar. Sonra isə Namiq ona yaxınlaşaraq bir müştərinin olduğunu, həmin müştərinin avtomobilə 6000 verdiyini, lakin 4000 manatını indi verəcəyini, bunun qarşılığında münasibəti formalaşmışdır. O, Namiqlə dostluq etmiş, oturub birlikdə çörək yemişdir. Namiq sürmək üçün etibarnamə verməyi, 2000 manatını isə sonra verəcəyini bildirmişdir. O, Namiqlə razılaşmışdır. Namiq ona 4000 manat vermiş və həmn də bunun qarşılığında adı yadında qalmayan şəxsə sürmək üçün etibarnamə vermişdir. Daha sonra isə Namiq ona yaxınlaşıb bildirmişdir ki, «bu adam mənim tanışımdır, mən ona dəfələrlə maşın satmışam, maşını onun adına keçirdək, Rusiya Federasiyasından ona pul gələcəkdir, o arxayın olsun və bizim 2000 manatı versin». O da Namiqin sözünə inanıb, «Pro lizing» şirkətinə getmiş və orada müqaviləni həmin şəxsin adına keçirmişdir. Lakin sonradan Namiq onun pulunu verməmişdir. Həmin şəxsin Namiqə pulı yollayıb yolamadığını bilmir. Lakin onun 2000 manatı ortada getmişdir. Namiq onun ümumilikdə 18852 manat pulunu aldadaraq mənimsəmişdir. Həmçinin də Namiqin ona əlavə olaraq 2890 manat əlborcu olmuşdur. 2023-cü ilin fevral ayında o, Elməddinlə danışmış və pul məsələsini demiş, sonuncu isə ona bildirmişdi ki, «onun heç kimə vrəcəyi yoxdur, pul Namiqdədir». Elməddin ona Rusiya Federasiyasına məxsus nömrə ilə vatsapla zəng etmiş və bildirmişdir ki, Rusiya Federasiyasındadır. Təqsirləndirilən şəxs onun 18852 manat pulunu onu aldadaraq mənimsəmişdir. Həmçinin də «F10» markalı avtomobilə görə isə 2000 manat pulunu, o cümlədən də 2890 manat əlborcu olaraq almışdır. Elməddin bildirmişdir ki, həmin 2000 manatı Namiqə vermişdir (cild 1, iş vərəqə 13-15). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, «Range Rover» markalı, **-PD-*** d.n.n avtomobili olmuşdur. Həmin avtomobili o, lizingdə olaraq almışdır. Avtomobilin 30 ay 1400 manatdan krediti olmuşdur. O, avtomobilin 3 ay kreditini ödədikdən sonra işlər yaxşı getmədiyindən məcbur olub avtomobili satmaq qərarına gəlmişdir. O, ilkin olaraq avtomobili saytda yerləşdirmişdir. O, avtomobili 17000 manata satışa qoymuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs gəlmiş və avtomobili almaq istədiyini bildirmişdir. Namiqlə avtomobili 12000 manata satmağa razılaşmışlar. O, avtomobilin gecikməsini ödəmiş və 27 ay 1400 manatlıq ödənişlə Təqsirləndirilən şəxs satmış və avtomobili Təqsirləndirilən şəxs adına keçirtmişdir. **-PD-*** d.n.n “Range Rover” markalı avtomobili Təqsirləndirilən şəxs 12000 manata satmışdır (cild 1, iş vərəqə 54-57). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır. 2021ci ilin yay aylarında o, anasından xahiş etmişdim ki, ona «BMW F10» markalı avtomobil alsın. Onun həmin avtomobildən xoşum gəlirmiş. Anasıyla birlikdə avtosalonları gəzmişlər. Həmin vaxtı «Leon» avtosalonunda Namiq adlı şəxslə tanış olmuşlar. Namiq , avtosalonda işləmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Namiq onlara avtomobilləri göstərdikdən sonra demişdir ki, «isdəsəz sizin üçün Amerikadan avtomobil gətirə bilərik və həmin avtomobil burdakı qiymətdən təxminən 2000-3000 manat ucuz başa gələcəkdir». Onlar da birazda avtomobillərə baxmışlar. Daha sonra isə Namiqdən telefon nömrəsini götürmüşlər və Namiqlə danışacaqlarını bildirmişlər. Biz bir müddət avtomobil axtarsalar da tapa bilməmişlər. X22 telefonla danışmış və gedib salonda Namiqlə görüşmüşdür. Namiqdən Amerikadan «F10» gətirməsini xahiş etmişdir. Namiqlə danışmış və Namiq bildirmişdir ki, maşın axtarıb tapacaqdır. Daha sonra isə Namiq onlara avtomobil şəkilləri atmış və həmin avtomobil şəkillərindən birini bəyənmişlər. Namiqin göstərdiyi avtomobil şəkillərindən bir ədəd “mokru asfalt” rəngdə olan avtomobili bəyənmişlər. Namiq avtomobili ilk auksionda oynanııb udulacağını, daha sonra isə gətiriləcəyini bildirmişdir. 2021-ci ilin sonlarında həmin avtomobil auksionda oynanılmış və udulmuşdur. Anası İlkin olaraq yaşadığı evdə Namiqə 6000 manat pul vermişdir. Qalan pulun isə qısa zaman ərzində həll edəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının təxminən 6-da anası bankdan 10.000 manat pul götürərək Namiqə vermişdir. Bundan sonra isə o, 27 yanvar 2022-ci il tarixdə əsgərliyə getmişdir. O, əsgərlikdə olan zaman anasıyla danışmış və anası avtomobilin Namiqin deməsinə görə yolda olduğunu və anansının pulu hissə-hissə verməsini bildirmişdir. Anası ilə telefonla danışan zaman anası ona bildirmişdir ki, Namiqə avtomobil üçün lazım olan 26650 manatı vermişdir. Bundan başqa əlavə olaraq 1700 manatda əlavə vermişdir ki, avtomobil təmir olunsun. Lakin avtomobil verildikdən sonra 1700 manatı Namiqin qaytaracağını bildirmişdir. 2023-cü ilin yanvar ayının 4 tarixində əsgərlikdən təxris olmuşdur. O, əsgərliyini Quba rayonunda çəkmişdir. Lakin avtomobilə heç bir sənəd verməmişdi. Bundan sonra onlar Namiqə bildirmişlər ki, avtomobili idarə edə bilmirlər. Bundan sonra isə Namiqdə təkitlə sənəd istədikdə onun adına etibarnamə verdiyini bildirmişdir. Həmin etibarnaməni 2023-cü ilin yanvar ayının 13 tarixində vermişdir. 2022- ci ilin yanvar ayının 16 tarixində avtomobili idarə edən zaman bir dəfə yol polisi tərəfində avtomobil saxlanılmışdır. Ona yol polisi tərəfindən deyilmişdir ki, «sənin avtomobilinin etibarnaməsinin vaxtdı bitmişdir», daha doğrusu etibarnamənin ləğv edildiyi deyilmişdir. O, Namiqi yığmışdır ki, «bu nə məsələdir». Namiq isə bildirmişdir ki, «anana heç bir söz demə mənim bir başqa maşınım var, Şevrolet Cruz markalı avtomobilin pulunu ödəmədiyimdən sizində maşınınız daxil olmaqla ikisinində etibarnaməsini ləğv ediblər». Namiq demişdir ki, «mən indi həll edəcəyəm». Daha sonra isə avtomobili cərimə meydançasına aparmışlar. O da Namiqə inanıb anasına deməmişdir. Səhəri günü isə Namiq gələrək etibarnamə almış, cərməni Namiq ödəmiş və avtomobili cərimə meydançasından çıxartmışlar. Bundan sonra isə ona demişdir ki, «gedək niyə maşının etibarnaməsini ləğv ediblər onu dəqiqləşdirək». Onlar birlikdə 17 yanvar 2023-cü ildə Nərimanov rayonu ərazisində yerləşən şüşəli binaya getmişlər. Həmin yerdə onlar Rövşən adlı şəxslə görüşmüşlər. Namiq hansı səbəbdən avtomobilinin etibarnaməsinin ləğv edildiyini soruşmuşdur. Sonuncu isə bildirmişdir ki, «Cruzun pulunu ödəməmisən, ona görə ləğv etmişik». Namiq Rövşənlə söhbət zamanı dünən axşam kuruzun pulunu Eminə atmasını demişdir. Bundan sonra isə o, bilmişdir ki, Namiq avtomobil satmış və sonra özü hissə hissə ödəmək üçün almışdır. Namiq ona bildirmişdir ki, avtomobil indi onun adına keçirəcək, avtomobilin qalan pulunu qısa zamanda ödəyəcək, lakin onun bu barədə anasına məlumat verməməyini bildirmişdir. O, Namiqin sözlərinə inanıb orada öz aralarında hazırladıqları müqavviləni imzalamışlar. O, orada başa düşmüşdür ki, Rövşən və orada olan Ruslan Namiqdən avtomobili almışlar, daha sonra isə avtomobili Namiqin özünə pulunu hissə-hissə ödəmək şərti ilə satmışlar. O da Namiqin sözlərinə inanmışdır. Namiq ona bildirmişdir ki, «bu hadisə barədə anan demə, anam əsəbləşməsin ki maşını cərimə meydançasına aparıblar. Sənədə əsəbləşib maşını əlidən alacaqdır». Buna görə də o, baş vermiş hadisə barədə anasına heç bir söz deməmişdir. O, Namiqlə Rövşənin yanından çıxdıqda hansı səbəbdən onların avtomobilinin Rövşənin adına olduğunu soruşduqda Namiq ona bildirmişdir ki, Rövşən dostdudur və maşını Rövşənin adına gətirmişdir. 2022-ci ilin fevral ayının 3 tarixində ona «sms» gəlmiş və bundan sonra o, hadisəni anasına danışmışdır. O, «sms»i anasına göstərmiş, anası smsə baxmış və həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs onlara Rövşənin nömrəsini vermişdir. Anası Rövşənlə telefonla danışmışdır. X24 28.350 manat pul vermişdir. Namiq aldadaraq onun anasının pulunu mənimsəmişdir (cild 1, iş vərəqə 230-233). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 Fikrət oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid3 onun əmisi oğludur. O, dostu Şahid5la birlikdə avtomobil alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs isə o, avtomobil alverçisi kimi tanıyır. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ölkəyə avtomobil gətirdiyini, lakin gömrük xərcləri üçün pulu olmadığına görə də avtomobili onlardan pul alaraq avtomobili sənədləşdirmək istədiyini bildirmişdir. Buna görə də o, 22000 pulu Təqsirləndirilən şəxs vermişdir. Namiq isə X5 gətizdirdiyi «Bmw» markalı avtomobili onların adına sənədləşdirmişdir. Həmin avtomobilə **-HD-*** d.n.n verilmişdir. Avtomobili Şahid3 adına almışlar. Rövşənin adına avtomobili almaqda səbəbi sonuncunun Bakı qeydiyyatı olması olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili ondan almaq istəyir, buna görə də kreditlə həmin avtomobili almaq istəyir. O da buna görə avtomobili Namiqə 28050 manat olaraq qiymətləndirmişdir. Buna görə də avtomobil ilə bağlı aralarında alqı-satqı müqaviləsi tərtib etmişlər. Həmin müqaviləyə əsasən isə 24 ay ərzində aylıq olaraq 1169 manat pul ödəməli imiş. Həmin pulu ödəyəcəyi halda isə avtomobil Namiqin adına sənədləşdiriləcəkdir. Namiq tərəfindən həmin müqavilə üzrə 4 aylıq ödəniş edilmişdir. Lakin sonra Namiq yanında X6 ilə yaxınlaşmış və avtomobili satdığını bildirmişdir. O da aralarında olan müqaviləni, yəni avtomobilin adına olduğu Şahid3 ilə arasında olan müqaviləni yenidən bağlamışlar. Müqavilə əslində 2023-cü ilin yanvar ayında bağlanmışdır. Sadəcə olaraq Namiqlə müqavilə sentyabrda bağlanmışdır. Mexaniki olaraq səhv getmiş və müqavilənin tarixi xx.xx.2022-ci il tarix olaraq qalmışdır. Əslində müqavilənin tarixi 2023-cü ilin yanvar ayıdır. Sonradan isə X2 anası Fəridə xanım onların yanına gəlmiş və bildirmiş ki, Təqsirləndirilən şəxs pulunu mənimsəmişdir. Bundan sonra isə Fəridə xanıma şərait yaratmışlar ki, avtomobili satsın və onların pulunu versin. Fəridə xanım özü müştəri taparaq avtomobili 24000 manata satmış və oradan 2000 manat ziyanına olmaqla ümumilikdə 20000 manat pul götürmüşlər, yerdə qalan pulu, yəni 4000 manatı Fəridə xanım götürmüşdür. Nə o, nədə Emin Təqsirləndirilən şəxs bu əməlini bilməmişlər. Namiqin etdiyi əməldən heç bir məlumatları olmamışdır. O, lizinq şirkəti olaraq fəaliyyət göstərmir və onların şirkəti yoxdur, sadəcə olaraq avtomobil alqı-satqısı ilə məşğul olurlar. Müqavilə bağlayırlar ki, gələcəkdə aralarında hər hansı bir problem olarsa məhkəməyə müraciət edə bilsinlər (cild 2, iş vərəqə 110-112). Cinayət işinin materiallarında olan 25 fevral 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 38 saylı binanın qarşısıdır (cild 1, iş vərəqə 65-68). Cinayət işinin materiallarında olan 19 iyun 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 45- 49). Cinayət işinin materiallarında olan 27 fevral 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Mikayıl Abdullayev istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 2-6). Cinayət işinin materiallarında olan 27 fevral 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 8-12). Cinayət işinin materiallarında olan 27 fevral 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 14- 18). Cinayət işinin materiallarında olan 19 iyun 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 73-75). Cinayət işinin materiallarında olan 11 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 39 ünvanına gəlmişlər. Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Namiqlə əlaqə saxlamış və Namiq ona demiş ki, salon götürmüş və həmin salona qoyaraq satış etsinlər. 6 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 39 ünvanında Zərərçəkmiş şəxs4 “BMW F10” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir (cild 2, iş vərəqə 64-65). Cinayət işinin materiallarında olan 26 fevral 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi, Nizami rayonu, Özbəkistan 5 ünvanına gəldik. O, bildirdi ki, 2021-ci ilin dekabr ayında o, Namiqə yaşadığı evdə yəni Nizami rayonu, Özbəkistan 5 mənzil 115-də 6000 manat pul vermişdir. Həmin pul avtomobilin auksonda alınması üçün idi. Daha sonra isə 2022-ci ilin yanvar ayının 5 tarixində mən Yelo banka kredit üçün müraciət edərək 10000 manat pul götürüb 6 yanvar 2022-ci İl tarixdə o, həmin məkanda Namiqə 10000 manat vermişdir. Daha sonra isə mən hissə hissə onun pulunu ödəməyə başlamışdır. 2022-ci ilin fevral ayında bir dəfəsində 1000 manat, bir dəfəsində 700 manat olmaqla, 2022-ci ilin mart ayında bir dəfəsində 400 manat, bir dəfəsində 500 manat, bir dəfəsində isə 300 manat olmaqla, 2022-ci ilin aprel ayında bir dəfəsində 600 manat, bir dəfəsində 500 manat, bir dəfə 400 manat və bir dəfəsində 500 manat olmaqla, 2022-ci ilin may ayında bir dəfəsində 300 manat, bir dəfəsində 700 manat, bir dəfəsində 200 manat və bir dəfəsində də 400 manat olmaqla, 2022-ci ilin iyun ayında bir dəfəsində 400 manat, bir dəfəsində 200 manat, bir dəfəsində 300 manat olmaqla, 2022-ci ilin oktyabr ayında bir dəfəsində 1700 manat, bir dəfəsində 1000 manat olmaqla, 2022-ci ilin noyabr ayında bir dəfəsində 1200, növbəti dəfəsində 850 manat olmaqla, 2022-ci ilin dekabr ayında 200 manat olmaqla ümumilikdə 28350 manat pulu Nizami rayonu, Özbəkistan 5 mənzil 115- də yaşadığm öz evimdə mənzilimdə verdim. 2022-ci ilin dekabr ayında maşın üçün mən ona Nizami rayonu, Özbəkistan 5 mənzil 115-də yaşadığm evimdə 200 manat pul vermişdim. Zərərçəkmiş şəxs2 ifadəsində göstərilənləri hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 200-201). Cinayət işinin materiallarında olan 19 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Muşviq oğluna ifadəsində göstərdiyi, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev 2404 ünvanında yerləşən cərimə meydançasına gəldik. O, bildirdi ki, 2021-ci ilin iyun ayında Nizami rayonunda yerləşən Xəmsə şadlıq sarayının arxasında Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev 2404 ünvanında yerləşən cəriməli maşınların avto dayanacağında avtomobilin alınması üçün Təqsirləndirilən şəxs 14000 manat pulu atası Şahid6 vermişdir. Həmin maşını satmaq üçün özünün işlətdiyi salona qoymuşdur. Sonradan isə avtomobilin xərclərinə görə əlavə 2000 manatda pul lazım olmasını bildirdimiş və ona 2000 manat pulu əlavə pul vermişdir. Bununla əlaqədar olaraq Nizami rayonu Babək pospekti 36E ünvanında yerləşən ZZ Motorsun yanına gəldik. O, Təqsirləndirilən şəxs pulu Nizami rayonu Babək pospekti 36E ünvanında yerləşən ZZ Motorsun yanında verməsini bildrdi. Daha sonra isə Nizami rayonu Babək prospekti 31 ünvanında Rich Plazanın yaxınlığına gəldik. O, bildirdi ki, maşının iki aylıq kreditini yəni ayı 1426 manatdan olmaqla iki aylıq kreditini Nizami rayonu Babək prospekti 31 ünvanında Rich Plazanın yaxınlığında Namiqə vermişdir. Zərərçəkmiş şəxs1 Muşviq oğlu ifadəsində göstərilənləri hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 24-26). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir (cild 2, iş vərəqə 39). Cinayət işinin materiallarında olan 26 fevral 2023-cü il tarixli “sənədlərə və diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin sənədlər Zərərçəkmiş şəxs2 5.09.2022-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu etibarnamənin surəti 1 vərəqdə, Zərərçəkmiş şəxs2 adına olan ödəniş cədvəli 1 vərəqdən, əlyazma 1 vərəqdən, xx.xx.2022-ci il tarixli məxaric qəbzi 1 vərəqdən, X2 X3 “Bmw 528i” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili 28050 manat pulun müqabilində satmasına dair xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi 1 vərəqdən, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs və Şahid5 arasında “whatsapp” tətbiqində yazı və səs yazıları şəklində aparılmış 64 vərəqdən ibarət dialoqdur. Həmin dialoqun məzmunundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xaricdən avtomobil gətirib təhvil verməsi üçün alıb, sonuncunu aldadaraq dələduzluq etməsi müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 1-ci diskə baxış keçirilərəkən müəyyən edildi ki, həmin diskdə “vhatsapp” tətbiqindən olan dialoqdan götürülmüş Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs aid səs yazıları olan 75 ədəd audio fayl mövcuddur. Həmin səs yazılarından da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xaricdən avtomobil gətirib təhvil verməsi üçün pullar alıb, sonuncunu aldadaraq dələduzluq etməsi müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 2-ci diskə baxış keçirilərəkən müəyyən edildi ki, həmin diskdə “vhatsapp” tətbiqindən olan dialoqdan götürülmüş Zərərçəkmiş şəxs2 və Şahid5 aid səs yazıları olan 36 ədəd audio fayl mövcuddur. Həmin səs yazılarından da Təqsirləndirilən şəxs ona, Təqsirləndirilən şəxs həmçinin öz qohumu Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsinə dair danışıqlar olması müəyyən olundu (cild 1, iş vərəqə 250). Cinayət işinin materiallarında olan 26 fevral 2023-cü il tarixli “sənədlərə və diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin sənədlər Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında “WhatsApp” tətbiqində yazı və səs yazıları şəklində aparılmış 13 vərəqdən ibarət dialoqdur. Həmin dialoqun məzmunundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 müxtəlif avtomobil şəkilləri göndərməklə sonuncudan pul alması və vədinə əməl etməyərək pulları qaytarmayaraq dələduzluq etməsi müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd diskə baxış keçirilərkən həmin diskdə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs aid səslər olan 27 ədəd audio fayl və 26 ədəd Zərərçəkmiş şəxs3 İlə Təqsirləndirilən şəxs arasında “vhatsapp” tətbiqində yazı və səs yazıları şəklində aparılmış dialoqların olması müəyyən olundu. Həmin səslərdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 müxtəlif avtomobillər alıb satmaqla gəlir əldə edəcəyinə dair vədlər verərək, sonuncudan müxtəlif məbləğlərdə pullar alıb vədinə əməl etməyərək dələduzluq etməsi müəyyən olunur (cild 1, iş vərəqə 251). Cinayət işinin materiallarında olan 3 avqust 2023-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin sənədlər “X26” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-dən X9 adına verilməsi barədə sənədlər, həmçinin X15 etibarnamə verilməsi öz əksini tapmışdır (cild 2, iş vərəqə 144). Cinayət işinin materiallarında olan 28 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdikləri 3 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqə 156-174). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 40-41). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 102). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 27-29). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Muşviq oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübut: -3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Muşviq oğluna, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-822/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-822/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver