Məhkəmə qərarları › İş №1(101)-822/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-822/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-822/2025 06.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X10 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçılarıı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 14 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Səyyad oğlunun iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “X12 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin Abşeron Regional idarəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.2-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün vahid niyyətlə birbaşa yolla şəxsən külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə verilmiş xx.xx.2018-ci il tarixli 66K nömrəli əmrlə xx.xx.2015-ci tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış “X12 və Emal Birliyi" MMC-nin həmin tarixdən Abşeron Regional idarəsinin rəisi vəzifəsinə təyin edilməklə xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən 26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş "X12 və Emal Birliyi” MMC-nin nizamnaməsinə, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən idarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, cəmiyyətin rəhbərliyinin xidməti tapşırıqlarının həyata keçirilməsini təmin etmək, struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək, sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, işlərin-səmərəliliyini artırmaq üçün cəmiyyətin rəhbərliyinə müvafiq qaydada təkliflər vermək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və digər vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə xx.xx.2000-ci il tarixli "Dövlət aktına” əsasən “S.Əliyev adına Südçülük- Maldarlıq üzrə X33 X4"nə ayrılmış Abşeron rayonu ərazisində olan 335 hektar sahəsindən, xx.xx.2014-cü il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (ləğv edilmişdir) ilə "S.Əliyev adına südçülük-maldarlıq üzrə X33 X4" arasında olan razılaşma sənədi ilə həmin ərazidə mövcud kənd təsərrüfatına yararlı torpaq sahəsinin 104 ha torpaq sahəsi Abşeron rayonu torpaq fonduna ayrılmaqla, qalan 231 ha torpaq sahəsində təyinatı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlığın inkişafı istiqamətində tədbirlər görməli olmasına baxmayaraq öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ayrılması və ayrılmış torpaq sahələrinin ayrı-ayrı şəxslərə qanunsuz satılaraq həmin şəxslər tərəfindən qeyd edilən yerdə tikinti işlərinin aparılmasına maneçilik törədilməməsi ilə əlaqədar 2019- cü ilin yay aylarında tanışları Şahid6 və Şahid5 özünə müraciəti ilə əlaqədar xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də,ümumi himayədarlıq,yəni rəhbərlik etdiyi idarənin balansında olan Ramana təyinatı üzrə istifadə edilməli olmasına və həmin təyinatlı torpaqlarda həyətyanı sahələrin salınmasının qanunla qadağan olunmasına baxmayaraq, həmin təyinatlı torpaqların qeyri-rəsmi olaraq satışını həyata keçirməklə tikinti işlərinin aparılmasına maneçilik yaradılmaması üçün 2019-cu ilin yay aylarında Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında görüşləri zamanı Şahid6 və Şahid5 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 26.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid6 və Şahid5 razılığını alıb, həmin niyyətlə 2019-cu ilin yay aylarında Şahid5 qeyd edilən yerdə 26.000 manat məbləğində pul vəsaitini alıb, eyni niyyətlə, rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ayrılması və ayrılmış torpaq sahələrinin ayrı- ayrı şəxslərə qanunsuz satılaraq həmin şəxslər tərəfindən qeyd edilən yerdə tikinti işlərinin aparılmasına maneçilik törədilməməsi ilə əlaqədar 2019-cü ilin sonlarında Şahid6 və Şahid5 özünə müraciəti ilə əlaqədar xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də, ümumi himayədarlıq, yəni rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız təyinatı üzrə istifadə edilməli olmasına və həmin təyinatlı torpaqlarda həyətyanı sahələrin salınmasının qanunla qadağan olunmasına baxmayaraq, həmin təyinatlı torpaqların qeyrirəsmi olaraq satışını həyata keçirməklə tikinti işlərinin aparılmasına maneçilik yaradılmaması üçün 2019-cu ilin sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən ofisində görüşləri zamanı vahid niyyətlə Şahid6 və Şahid5 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 12.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid6 və Şahid5 razılığını alıb, həmin niyyətlə 2019cu ilin sonlarında Şahid5 qeyd edilən yerdə 12.000 manat məbləğində pul vəsaitini alıb,eyni niyyətlə, rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ayrılması və ayrılmış torpaq sahələrinin ayrı-ayrı şəxslərə qanunsuz satılaraq həmin şəxslər tərəfindən qeyd edilən yerdə tikinti işlərinin aparılmasına maneçilik törədilməməsi ilə əlaqədar 2019-cü ilin sonlarında Şahid6 və sonuncunun tanışı Şahid5 özünə müraciəti ilə əlaqədar xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də, ümumi himayədarlıq, yəni rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız təyinatı üzrə istifadə edilməli olmasına və həmin təyinatlı torpaqlarda həyətyanı sahələrin salınmasının qanunla qadağan olunmasına baxmayaraq, həmin təyinatlı torpaqların qeyri-rəsmi olaraq satışını həyata keçirməklə tikinti işlərinin aparılmasına maneçilik yaradılmaması üçün 2019-cu ilin sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimənov kürəsində yerləşən ofisində görüşləri zamanı Şahid6 və Şahid5 vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 7.200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid6 və Şahid5 razılığını alıb, həmin niyyətlə 2019-cu ilin sonlarında Şahid5 qeyd edilən yerdə 7.200 manat məbləğində pul vəsaitini alıb, ümumilikdə vahid niyyətlə Şahid6 və Şahid5 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 45.200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə almış, cinayətkar vədinə əməl edərək Şahid6 və Şahid5 tərəfindən həmin torpaq sahəsinin həyətyanı yaşayış sahələrinin tikilməsi məqsədilə ayrı-ayrı şəxslərə qanunsuz olaraq satılmasına və həmin torpaq sahəsini əldə etmiş şəxslər tərəfindən qeyd edilən ərazidə rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar tikinti işlərinin aparılmasının dayandırılması istiqamətində həmin ərəfədə rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin hərəkətləri ilə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, təbii mühitin qorunub saxlanması və yaxşılaşdırılması, iqtisadi tənzimlənmənin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qanunla qurunan hüquqlarına və mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində 6-7 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ayrılması və ayrılmış torpaq sahələrinin ayrıayrı şəxslərə qanunsuz satılaraq həmin şəxslər tərəfindən qeyd edilən yerdə tikinti işlərinin aparılmasına maneçilik törədilməməsi ilə əlaqədar 2019- cü ilin sonlarında tanışı Şahid1 özünə müraciəti ilə əlaqədar xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də, ümumi himayədarlıq, yəni rəhbərlik etdiyi idarənin balansında olan X26 ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız təyinatı üzrə istifadə edilməli olmasına və həmin təyinatlı torpaqlarda həyətyanı sahələrin salınmasının qanunla qadağan olunmasına baxmayaraq, həmin təyinatlı torpaqların qeyri-rəsmi olaraq satışını həyata keçirməklə tikinti işlərinin aparılmasına maneçilik yaradılmaması üçün vahid niyyətlə sonuncudan 2019-cu ilin sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X26 ərazisində 0.01 ha üzrə 300-500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyib, Şahid1 razılığını alıb, həmin niyyətlə 2019-cu ilin sonlarından 2020-ci ilin sonlarınadək olan müddətdə Bakı şəhərində müxtəlif ərazilərdə, sonuncu dəfə isə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən ofisində Şahid1 eləcə də sonuncunun tanışları Şahid2 və Şahid3 7 ha torpaq sahəsi üzrə vahid niyyətlə külli miqdar təşkil edən ümumilikdə 260.000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən və cinayətdən xəbərsiz “X12 və emal Birliyi ” MMC-nin Abşeron Regional İdarəsinin əməkdaşı X23 vasitəsilə təkrarən rüşvət qismində alıb cinayətkar vədinə əməl edərək Şahid1 tərəfindən həmin torpaq sahəsinin həyətyanı yaşayış sahələrinin tikilməsi məqsədilə ayrı-ayrı şəxslərə qanunsuz olaraq satılmasına və həmin torpaq sahəsini əldə etmiş şəxslər tərəfindən qeyd edilən ərazidə rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar tikinti işlərinin aparılmasının dayandırılması istiqamətində rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin hərəkətləri ilə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, təbii mühitin qorunub saxlanması və yaxşılaşdırılması, iqtisadi tənzimlənmənin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qanunla qurunan hüquqlarına və mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilməyərək göstərmişdir ki, 2018-ci ilin dekabr ayında verilən əmrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin “X12 və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir. Həmin tarixdən əvvəl isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləmişdir. Bundan əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Aqrolizinq Regional İdarəsində fəaliyyət göstərmişdir. 2020ci ildə torpaqla bağlı problemlər olduğu üçün işdən çıxmışdır. Regional İdarə rəisi olduğu zaman əraziləri mütəmadi olaraq gəzmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqların satışına icazə yoxdur. Həmin torpaqların icarəyə verilməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilmişdir. O, torpaq sahələrini təhvil-təslim edən zaman həmin torpaqların zəbt edildiyini görmüşdür. Ümumi torpaq sahələrinin zəbti ilə bağlı təhvil-təslim zamanı məlumat vermişdir. Torpaq sahələrinin zəbt edilməsi 2009-cu ildən başlaymışdır. Zəbt olunmuş torpaqların 99 %-i o, işlədiyi dövrə qədər zəbt olunan torpaqlardır. Səs yazıdakı şəxsin adı Anar adlı şəxsdir. Zəbt olunmuş torpaqların bir hissəsini Anar zəbt etmişdir. Anar adlı şəxs “maklerdir”. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, 2019-cu ilin mart ayında təhvil təslim aktını tərtib etmişlər.Təhvil-təslim aktına zəbt edilmiş torpaqları yazmışdır. Təhvil-təslim zamanı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə torpaq sahələrinin ətrafına baxılmış və həmin torpaq sahələrinin zəbt edilməsi barədə akta da qeyd edilmişdir. O, torpaqların zəbt edildiyini gördükdən sonra baxış aktını imzalamışdır. Torpaqlarda tikintisi başa çatan evlər çox olmuşdur. Şahid5 və Şahid6la bu işdə işləməmişdən öncə tanışdır. Lakin işlədiyi dövrdə Orxan və Ceyhun adlı şəxslərlə pul söhbəti etməmişdir. 2018-ci ildən 2021-ci ilə qədər Orxan və Ceyhun adlı şəxslərin adına həmin ərazidə torpaq sahəsi olsa da sonradan o, həmin sahələrə olan qanunsuz hüquqları ləğv etdirmişdir.Ona elan olunmuş ittiham əsassızdır. Şahid1 da o, işlədiyi ərazidə makler işləmişdir. Araz və Amil adlı şəxslər isə Şahid1 işçiləri olmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin 45 hektar torpağı 2009-cu ildən yoxdur. Bu zamana qədər Nazirliyin də xəbəri yoxdur. Bu gün də həmin ərazilərdə zəbt olunmuş torpaqlar var. Zəbt edilmiş torpaqlarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat vermişdir. 2 dəfə zəbt olunmuş torpaqlar barədə “102” xidmətinə məlumat vermişdir. Özbaşına tikinti aparan şəxslərin tikinti apardıqları ərazi başqa əraziyə köçürülməli idi. Nazirlikdən göstəriş verilmişdir ki, qanunsuz zəbt edilmiş ərazilərin sahiblərinə həmin qanunsuz ərazini onlara satan şəxslər qeyd edilən ərazilər üçün əvəzləşdirmə yolu ilə başqa yerdən torpaq verilməsi şərtilə oradan çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs torpaq sahəsi alqı-satqısı ilə bağlı tanımışdır. O, qiyməti münasib olduğu üçün ev tikmək məqsədilə Ramana qəsəbəsində sahə müvəkilli işləyən Səfa adlı şəxsdən torpaq sahəsi almışdır.Həmin torpaq sahəsinin qiyməti 30000 (otuz min) manat dəyərində olmuşdur. Topraq sahəsini sənədləşdirdikdən sonra həmin sahəni hasarlamış, daha sonra ev tikməyə başlamışdır. Həmin ərazidə yeni tikililərin sayı çox olmuşdur. Təxminən üç və ya dörd il ərzində hər hansısa bir problemlə rastlaşmasa da bir müddət sonra polislər əraziyə gəlib tikintiyə icazə olmadığını bildirərək tikintini dayandırmışlar. Tikinti işlərini dayandırdıqdan sonra bu məsələ ilə bağlı Səfa adlı şəxslə əlaqə saxlamaq istəmiş, lakin həmin şəxsi tapa bilməmişdir. Şahid25 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Ramana qəsəbəsində yaşayır. Torpaq sahəsini də elə həmin qəsəbədən almışdır. Səfa ona İlqar adlı şəxsin 15 sot torpaq satdığını və özünün ona torpaq sahəsini almaqda köməklik edəcəyini bildirmişdir. O, 30000 (otuz min) manat pulu Səfaya vermiş, amma sənədi İlqar adlı şəxsdən almışdır. Alqı-satqı üçün Maştağa ərazisinda yerləşən notariusa getmişlər, Səfa və İlqar da orada olmuşdur. Ona verilən çıxarış sənədinin üzərində İlqarın adı qeyd edilmişdir.Torpaq sahəsini 2020-ci ildə almış, tikintiyə isə 2022-ci ildə başlamışdır. Polislər ona sənədin qanunsuz olduğunu və torpaq sahəsinin dövlət ərazisi olduğunu bildirib tiktintini dayandırmış, həmin ərazidə olan tikililərin hamısını sökməyə başlamışlar.Səfa ona Təqsirləndirilən şəxs uşağının kirvəsi olduğunu demişdir. Səfadan pulu almaq istəyəndə pulun onda yox, Arzuda olduğunu bildirmişdir. Arzuya müraciət etsə də sonuncu onu tanımadığını qeyd edərək pulu Səfaya verdiyi üçün Səfadan da istəməli olduğunu bildirmişdir.Tikilinin dağıntıları hələ də həmin ərazidə qalır. Korrupsiyada istintaqa dəvət olunan zaman sənədin qanunsuz olduğunu bilmişdir. Ona verilən sənəddə tikintiyə icazə olduğu qeyd edilmişdir. Sənədləşmə notariusda olduğu üçün sənədin qanunsuz olacağına dair şübhəsi olmamışdır. Pulun qaytarılmasını Səfadan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, axşam vaxtı çayxanada olan zaman dostu Şahid1 ona Təqsirləndirilən şəxs sürücüsünə pul çatdırılmalı olduğunu demişdir. O da həmin şəxsə iki dəfə pul vəsaiti çatdırmışdır. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təxminən iki il əvvəl tərəfindən birinci dəfə 15000 (on beş min) manat, ikinci dəfə isə ya 15000 (on beş min) manat ya 25000 (iyirmi beş min) manatdan ibarət pul vəsaitini Azru Əliyevin sürücüsünə çatdırmışdır. Təqsirləndirilən şəxs sürücüsünü şəxsən tanımır, Anar idmançıdır və məşqə tələsdiyi üçün pulu Arzunun sürücüsünə çatdırmağı ondan xahiş etmişdir. Pulun kimə və nəyə görə çatacağına aid məlumatı olmamışdır. Anar ona pulun çatıdırılması məqsədilə əlaqə saxlamaq üçün telefon nömrəsi vermişdir. “Araz” marketin qarşısında görüşüb pulu sürücüyə vermişdir. Anar Ramanada torpaq alqı-satqısı ilə məşğul olduğundan çatdırdığı pul vəsaitinin alqı-satqı nəticəsində əldə edildiyini düşünmüşdür. Pul verdiyi şəxslə onu Anar tanış etmiş, pul verdikdən sonra həmin şəxsi bir daha görməmişdir. Arzunu Ramanada “Qəbələ” restoranında görmüşdür. Onun torpaq komitəsinin sədri və ya nazirlikdə işlədiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadə verərək göstərmişdir ki, təxminən 2022-ci ilin avqust sentyabr aylarında Ramanada satılan torpaq sahəsinə gedib baxmışdır. Orada digər əraziilərdə də tikinti işləri getmişdir. Torpaqların Səfa adlı şəxsin vasitəsilə satışa çıxarıldığını eşitmişdir. Sənədlərin yerində olmaması ilə əlaqədar Səfa ilə razılaşmamışdır. Səfa adlı şəxsə Arzu adlı şəxsin nəzarət etdiyini bildikdən sonra Arzuyla əlaqə saxlayıb onun yanına getmişdir. Arzu ona torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu, satışa çıxarıldığını və təyinatının dəyişdiriləcəyini demişdir. Arzu həmin torpaq sahəsinin sənədləşdiliməsi üçün ona şərtlər və müəyyən məbləğ demiş, o da həmin şərtlərlə razılaşmışdır. Şahid23 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Arzu ona sənədlərin torpağın təyinatının dəyişdirilməsi üçün göndərildiyini bildirmişdir. O da 6 sot torpaq sahəsi almaq istəmişdir. Arzu ona “20 Yanvar” ərazisində yerləşən ofisdə torpağın sənədləşməsi üçün pul ödənildiyini, İlqara 2100 (iki min yüz) manat, Səfaya isə 3000 (üç min) manat pul verməsini bildirmişdir. Səfaya verdiyi pul vəsaiti hissə-hissə tam qaytarılsa da İlqar tərəfindən ona bugünə kimi hər hansı məbləğdə pul qaytarılmamışdır. O vaxt o, Ramana ərazisində yaşayan sakinlərinin verdiyi məlumata əsasən Əliyev X30 nazirliyində koloxozda direktor vəzifəsində işlədiyini, torpaq satdığını bilmişdir . Arzu ilə görüşənədək heç kəsə pul verməmiş, Arzu torpağın sənədləşməsi üçün pulun Səfaya və İlqara verməli olduğunu bildirdikdən sonra qeyd edilən pul vəsaitini həmin şəxslərə vermişdir.Torpağın kənd təsərrüfatı təyinatlı olduğundan məlumatı olmuşdur ki, torpağın təyinatının dəyişməsi üçün Nazirlər kabinetinin qərarı olmalıdır. Arzu da həmin səlahiyyəli orqanda vəzifəli şəxs olmuş, torpağın təyinatının dəyişməsi üçün sənədlərin göndərildiyini və gözlədiyini bildirmişdir. Ona dəymiş ziyanı çəkdiyi xərclər daxil olmaqla tam şəkildə ödənilməsini Arzudan, Səfadan və İlqardan tələb edir. İlqara verilən pulu Arzudan istəmiş, sonuncu həmin pul vəsaitinin qaytarılacağını vəd etsə də ödədiyi pul qaytarılmamışdır. İlqar özünü makler kimi təqdim etmiş, əsas məsələləri Səfanın həll etdiyini bildirmişdir. 6 (altı) sot torpaq sahəsinin alınması üçün 1250 (min iki yüz əlli) manat pul vəsaiti istənilmiş, lakin sotu üçün 1200 (min iki yüz) manatdan razılaşmışlar. Ümumilikdə verməli olduğu 12500 (on iki min beş yüz) manatdan 2020-ci ilin avqust-sentyabr-aprel ayında 3000 (üç min) manatı Səfaya, 2100 (iki min yüz) manatı İlqara vermişdir. Pulu verdikdən sonra Səfa ilə görüşmüş, sonuncu ona torpağın yerini göstərmişdir. Yeri düzəltdirib hörgü işi gördürmüş, qaz, su, işıq çəkdirmiş, 84 (səksən dörd) ağac əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, özü Ramana ərazisində 2-ci sahə adlanan yerdə yaşayır. Əvvəllər polis əməkdaşı kimi fəaliyyət göstərmişdir. İş yoldaşı Səfa 10 il əvvəl sahə rəisi vəzifəsində işləmişdir. Səfa ilə 2002-ci ildə bir yerdə işləmişlər. Təqsirləndirilən şəxsi iki dəfə görmüşdür. Şahid12 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, dostu Elvin torpaq alan zaman Səfanın torpaq alqı-satqısı ilə məşğul olduğunu öyrənmişlər. Qiymətlə bağlı razılaşmaq üçün Səfaya müraciət etmişlər. Arzunu Ramanada görmüş, nə işlə məşğul olduğu haqda məlumatı olmamışdır. Dostu üçün aldıqları torpaq sahəsinin, alqı-satqının, sənədləşmənin heç birinin Arzu ilə əlaqəsi olmamışdır. Dostu Elvin üçün aldıqları 15 sot torpaq müqabilində 30000 (otuz min) manata yaxın pul vəsaiti Səfaya verilmişdir. Arzudan şikayəti və tələbi yoxdur. Ona pul verilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Təqsirləndirilən şəxs ondan X15 və ona məxsus olan 1 hektara yaxın torpaq sahəsi almışdır. Şahid9 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, alqısatqı müqaviləsi əsasında əldə etdiyi Ramana Südçülük ərazisində ona məxsus olan 6 hektar torpaq sahəsindən 1 hektarını Təqsirləndirilən şəxs satmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyində işləmişdir. O, həmin torpağı 2018-ci ildə alıb 2021-ci ildə satmışdır. Torpağın mülkiyyətçisi o, olmuşdur. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq olmuş, ümumi hasarın içində yerləşmişdir. Torpağın qiyməti ilə bağlı Təqsirləndirilən şəxslə Ramanada Qəbələ restoranında razılıq əldə etdikdən sonra sonuncunun bildirdiyi şəxsin adına keçirtmişdir. Aralarında olan razılaşmaya əsasən torpağın bir sotunu 1800-2000 manat aralığında satmış və 180 000 manat məbləğində gəlir götürmüşdür. Pullar ona hissə-hissə Təqsirləndirilən şəxs tərəfindən verilmişdir.Təqsirləndirilən şəxs torpağı nə məqsədlə almasını bilməmişdir. Sonuncunun ona heç bir borcu yoxdur. Onlar torpaqları alıb “maklerlərə” samışlar. Südçülük sovxozuna məxsus olan torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur. 2018-ci ildə dövlət başçısı kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə edilməsi barədə sərəncam vermişdir. Həmin zaman tərəfindən həmin torpaqlar artıq satmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2013-cü ildən X15 kənd təsərrüfatı torpaq sahələrinin satıldığını eşitmişdir. Bu zaman Abşeron rayon İcra hakimiyyətinin balansında olan torpaq sahələrini qanuni şəkildə alaraq hissə-hissə müəyyən şəxlərə satılmasını təmin etmişdir. Həmin sahələr üzrə sənədlər əsasən Şahid15, əvvəllər Suraxanı rayon bələdiyyəsinin əməkdaşı işləmiş Nazimin və daha bir neçə nəfərin adına alınmışdır. Həmin sahələr Kənd Təsərrüfatı nazirliyinə aid olan sahələr olmamış, Abşeron rayon icra hakimiyyətinin balansında olmuşdur. Sonradan həmin ərazilərdə davamlı olaraq torpaq alqı-satqısının davam etdiyini görərək torpaq alışı ilə əlaqədar ona və ya onunla birlikdə işləyən Şahid1, Amilə və Allahverdiyə sahələrini də satmışdır. Həmin sərəncamlar üzrə təxminən tərəfindən 80 hektara yaxın torpaq sahələri satılmışdır. Həmin sahələr də kənd təsərrüfatı təyinatlı olmuşdur. Lakin ərazidə davamlı olaraq tikinti işləri aparıldığından o da torpaq almaqla bağlı müraciət edən şəxslərə 3-5 sot olmaqla torpaq sahələrini etibarnamə ilə verilməsini (yəni satılmasını) təmin etmişdir. Həmçinin həmin ərəfələrdə tikintiyə heç bir problem olmadığından vətəndaşlar da problemsiz şəkildə tikintilərini həyata keçirmişdir. Bundan sonra orada vətəndaşın özünün müraciəti üzrə evlərinə su və digər kommunal xətlər çəkilmişdir. Əsasən 2013-2019-cü illər üzrə həmin yerlərdən torpaq sahələrinin satışını təmin etmişdir. Müvafiq sərəncamlar əsasında icarəyə götürmüş olduğu torpaq sahələrini hissə-hissə vətəndaşlara satdıqdan sonra vətəndaşlar tərəfindən tələbin çox olduğunu görərək Kənd Təsərrüfatı Nazirliyinin balansında olan istifadə olunmayan sahələri də həmin sərəncamdan istifadə edərək müəyyən vətəndaşlara satışını Araz, Anar, Vidadi, Qalib və adlarını unutduğu əlavə bir neçə şəxs vasitəsilə həyata keçirmişdir. Həmin sahələr üzrə icarə və ya mülkiyyətinə dair müvafiq sənədləri olmamış, gələcəkdə həmin sahə üzrə də sərəncam ala biləcəyini düşünməklə həmin əraziləri Qalibin adına olan sərəncamları əsas götürməklə satmışdır. Qalibin adına olan sərəncamların isə həmin ərazilərə heç bir aidiyyəti olmamışdır. Şahid1la birlikdə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 ha hissəsini zəbt etməklə, bir hissəsinin vətəndaşlara satışını təmin etmişdir. 2021-ci ildə “X12 və Emal Birliyi" MMCnin Şahid1la ona aid olan sahənin çəpərə alınması ilə əlaqədar söhbətləri olmuşdur. Lakin 2020-ci ilin axırları, 2021-ci ilin əvvəllərində X26 ərazisində əsasən Şahid14 tərəfindən verilmiş etibarnamələr əsasında Şahid1 tərəfindən satılmış sahələrdəki tikintilər sökülərkən Təqsirləndirilən şəxs onunla əlaqə saxlamaqla ondan vətəndaşlara verməklə bağlı sahə istəmiş və o da Arzuya 1 hektar torpaq sahəsi vermişdir ki, sonuncu sahələri əlindən alınmış şəxsləri yenidən sahə ilə təmin edə bilsin. Arzu da həmin sahəyə görə ona 180.000 manat pul vəsaitini hissə- hissə olaraq 2021-ci ilin əvvəllərində başlamaqla 5-6 ay ərzində vermişdir. Hətta həmin sahənin bir hissəsini də Arzunun deməsinə əsasən Əlipaşa adlı şəxsə vermişdir (cild 1, iş vərəqə 92-96). Şahid9 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, cinayət işi materiallarındakı imzalar ona məxsusdur.Kənd təsərrüfatı təyinatlı torpaqların satılması üçün sərəncam Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir.Torpaq sahələri satılan zaman torpaq sahiblərindən istifadə qaydalarının pozulması ilə əlaqədar cərimə olunma ilə bağlı torpağı alan şəxslər məlumatlı olmuşlar. Təqsirləndirilən şəxs sonradan tərəfindən verilən torpaqlar da kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur. Sonradan Təqsirləndirilən şəxs Əlipaşa adlı şəxslə torpaqla bağlı probleminin olduğunu bilmişdir. 2013-cü ildən torpaq satışı ilə məşğuldur. İfadəsində göstərdiyi Şahid1 və İlqar adlı şəxslər həmin ərazidə torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Təvəkkül oğlunu tanımır. Təxminən 2020 və ya 2021-ci ildə qardaşı Həsənoğlu Allahverdiyev torpaq sahəsi almışdır. Daha sonra bacısı və bacısının gəlini Mənzurə Rüstəmova, bacısının oğlu Sahib Rüstəmov da 12 sot torpaq almışdır. Qohumları torpaq alanda pul verilən zaman bəzilərinin yanında olmuşdur. Torpaq sahəsi almaq üçün bacısı Orxan adlı şəxsə təxmini 18000 manat, qardaşı isə Əhliman adlı şəxsə 6 sot torpaq müqabilində hər hər sotuna görə 2200 manat pul vermişlər. Onlara sənəd göstərib bildirmişdilər ki, torpaq sahələri satıldıqdan sonra hamıya ayrılıqda başqa sənəd veriləcək. Qohumları aldıqları torpaq sahələrində biraz tikinti işləri aparmışlar. Sonra həmin tikintiləri traktor vasitəsilə dağıdılmışdır. O, Orxana zəng edərək gəlməyini və məsələyə aydınlıq gətirməyini tələb etmişdir. Daha sonra onlara qarşı tərəfdən başqa torpaq sahəsi vermişlər. Qohumlarının torpaq sahələrinin sənədləri mövcuddur, amma 6 sot olan torpaq sahəsinin hələ də sənədi yoxdur. Şahid7 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, aldıqları torpaq sahələri Ramana Sovxozu ərazisində Sosial binaların yanında yerləşmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur. Axırıncı torpaq sahəsini Səfa adlı şəxsdən almışlar. Torpaq sahələrinin alqı-satqısı zamanı pulları onun iştirakı ilə Orxana, Səfaya, Hacıya vermişlər. Bacısına 11 sot torpaq sahəsini alan zaman təxmini 18000 manat pulu Orxana onlar öz evlərində vermişlər. Bacısının gəlininin aldığı torpaq sahəsi üçün Hacıya 19000 manat pul vermişlər. Axırıncı dəfə 4 sot torpaq almaq üçün pul olmadığından Səfaya hissə-hissə pul ödəmişlər. Aldıqları torpaq sahələrinin qarşılığında Şahid14 adına sənəd vermişlər. Təqsirləndirilən şəxs Ramana Sovxozunun rəhbəri kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəl X5 direktoru olmuşdur. Aldıqları torpaq sahələrində tikintiyə aid işlər apara bilməmişlər.Söküntü işlərini icradan gələn şəxslər aparmış, söküntünün səbəbi kimi torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı olduğunu bildirmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2020-ci ildə qardaşı X20 Sovxozu ərazisindən torpaq sahəsi almışdır. Həsənbaba Əhliman adlı makler vasitəsilə Şahid14 ilə tanış olmuş, sonuncudan 6 sot torpaq sahəsini isə 13.200 manata almışdır. Bundan sonra həmin ərazidə boş sahələrin olmasının şahidi olmuş və orada özlərini torpağın sahibləri kimi təqdim edən Orxan, Səfa və Hacı Ceyhun adlı şəxslərlə tanış olmuşdur. Həmin şəxslərlə onu Şahid14 tanış etmişdir. Səfa ilə Orxan həmin sahələrin özlərinə məxsus olduğunu, satmaqla məşğul olduqlarını, əlavə torpaq lazım olsa, sata biləcəklərini bildirmişdirlər. Bundan sonra Orxandan özünə qohumlarının adına etibarnamələrə əsasən əlavə 39 sot torpaq sahəsini 78.000 manata almışdır. Qardaşı Həsənbaba isə 6 sota görə İlqara 13.200 manat pul vermişdir. Sahələr üzrə isə İlqarın adından etibarnamələr verilmişdir, 2021-ci ilin mart yaxud aprel ayında aldığı torpaq sahələrindəki tikililərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən söküldüyünü eşidib dərhal oraya getmişdir. Həmin torpaq sahələrinin hasarlarının texnika ilə yerlə-yeksan edildiyinin şahidi olmuşdur. Həmin günü Orxanla əlaqə saxlayıb torpaqların hasarlarının söküldüyünü demiş və Orxan səhəri gün onunla görüşərək onu Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı kimi təqdim etdiyi Arzu müəllimlə görüşdürəcəyini demişdir. Arzu müəllimlə görüşmək üçün Şuşa qəsəbəsində yerləşən Qəbələ kafesinə getmişdir. Orada Səfanı və tanımadığı bir neçə şəxsləri görmüşdür. Orxan Arzu müəllimə ona və qardaşına satılmış 45 sot sahənin hasarlarının dağıdıldığını, ona görə də cəmi 91.200 manat pulunu, ya da bunun əvəzinə torpağın verilməsini dedikdə, Arzu müəllim də pulunun olmadığını deməklə, özünə məxsus obyektin sənədini orada olan tanımadığı birinə vermiş, həmin adam da Ceyhun adlı birinə zəng edib ona 45 sot torpaq sahəsi verməsini bildirmişdir. Bu prosesdə Səfa da iştirak etdiyindən və sahə müvəkkili olduğundan sonuncuya torpağını təmin etməsini demişdir. Səfa da köməklik edəcəyini bildirmiş və sosial binaların yanında ona 45 sot torpaq sahəsi verilmişdir. Yenidən sahədə problem olmaması üçün ərazidə müəyyən xırda tikintiləri icra etmişdir. Lakin 2021 -ci ildə Kənd təsərrüfatı nazirliyinin əməkdaşları yenidən həmin sahəyə gələrək təxmin 6 sota yaxın torpağın qanunsuz verilməsini əsas götürərək həmin hissəni çəpərə almışlar. Orxanla əlaqə saxlamaq istəsə də, zəng çatmamışdır. Bundan sonra Arzu müəllimlə də əlaqə saxlaya bilməmişdir. Sonradan öyrənmişdir ki, Arzu müəllim Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub və artıq işdən çıxıb. Arzu müəllimi tapa bilmədiyi üçün pulunu geri ala bilməmişdir Həmin torpaq sahələrinin Kənd Təsərrüfatı Nazirliyinə məxsus olmasını bilməmiş və bu barədə ona bir söz deyilməmişdir. Həmçinin sonradan bilmişdir ki, Orxan, Səfa, Hacı Ceyhun, Arzu müəllimin adamlarıdır. Hazırda isə həmin sahənin 6 sotu yenidən qanunsuz satılması əsası ilə çəpərə alınmışdır (cild 1, iş vərəqə 97-100). Şahid7 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Orxan ilə Şuşa qəsəbəsində yerləşən Qələbə kafesinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadə verərək göstərmişdir ki, Ramana ərazisindən torpaq sahəsi almışdır. Sonradan torpağı Nuray adlı şəxsə satmış, Nuray adlı şəxs ona zəng edərək torpaqda olan tikilinin uçurulduğunu, daha sonra isə hər şeyin qaydasında olduğunu bildirmişdir. Şahid21 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə görmüşdür. Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyində işlədiyini bilmişdir. Torpaq sahəsini etibarnamə əsasında Ceyhun adlı şəxsdən almışdır. Baş etibarnamədə torpağın sahibi kimi İlqar adlı şəxs qeyd edilmişdir. Təqsirləndirilən şəxslə ancaq salam-sağolu olmuş, onunla alqı-satqı münasibətlərinə girməmişdir. Aldığı torpaq sahəsinə dair qeydiyyat hüquqlarının çıxarış vərəqəsi olmamış, torpaq sahəsi baş etibarnamə əsasında Hacı Ceyhun adlı şəxs tərəfindən ona təqdim edilmişdir. Hacı Ceyhunun yanında Orxan adlı şəxs də olmuşdur. Alqı-satqı müqaviləsində isə İlqar adlı şəxsin adı qeyd olunmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid21 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2019-cu ilin axırlarında avtomobil təmiri ilə məşğul olduğundan Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi ərazisində sahə müvəkkili işləyən Səfa adlı polis nəfəri ilə tanış olmuşdur. Səfa davamlı olaraq onun yanına avtomobilinin təmiri ilə əlaqədar gəlmişdir. Həmin ərəfələrdə, yəni 2020-ci ilin yay aylarında Səfa yenidən yanında olduğu zaman, sonuncu ona hazırda Şuşa rayonu üzrə məcbur köçkünlər üçün tikilmiş sosial binaların arxa hissəsində torpaq sahələri olduğunu, həmin sahələri ucuz qiymətə sata biləcəyini demişdir. Bu zaman o, Səfaya nağd pulu olmadığını deyəndə,sonuncu ona avtomobili satmaqla ala biləcəyini demişdir. O da ona sata bilsə əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra Səfa ona yenidən müraciət edərək orada olan sahəni avtomobillə də dəyişə biləcəyini dediyindən, o, həmin əraziyə baxmağa qərar vermişdir. Səfa ilə həmin yerə getmiş və sonuncunun torpağın sahibi kimi təqdim etdiyi Hacı Ceyhun adlı şəxs həmin yerə gəlmişdir. Sahə 5 sot ölçüdən ibarət olmuş və o da razılaşdığından avtomobili Hacıya vermək qərarına gəlmişdir. Avtomobil “BMW 745” markalı olmuş və həmin dövr üzrə təxmini dəyəri 11.000 manat təşkil etmişdir. O, avtomobil üzrə Hacı Ceyhuna və ya sonuncunun dediyi adamın adına etibarnamə vermişdir. Səfa ilə qohumu Orxan və Hacı Ceyhun isə həmin vaxt onun adına torpaq sahəsi ilə əlaqədar etibarnamə vermişdir. Etibarnamə Şahid14 adına olmuşdur.Niyyəti həmin ərazidə özü üçün tikinti tikmək olsa da ailə üzvlərində xəstəlik yarandığından təxminən 2020-ci ilin sentyabr ayında ərazini satmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə bir neçə nəfərə satmağı ilə bağlı bildirdiyindən, Nuray adlı bir xanım həmin ərazini almaq istədiyindən onunla görüşmüşdür. Görüş zamanı sahəni Nuraya təqdim etmiş və sonuncu bəyəndiyindən, nəticə olaraq 10.000 manata 5 sot üzrə torpaq sahəmi satmağa razılaşmışdır. Nuray da ona həmin sahədə elə 10.000 manatı nağd şəkildə vermiş və onda İlqara həmin Nurayın adına sahə üzrə etibarnamə verməsini demişdir. İlqar da etibarnamənin verilməsini təmin etmişdir. Bundan sonra müharibə ilə əlaqədar o, Qarabağa getmiş və döyüşlərdə iştirak etdikdən sonra qayıtmışdır. Qayıtdıqdan bir neçə ay sonra yəni 2021-ci ilin mart ayında Nuray onunla əlaqədar həmin ərazidə hasar tikdiyini, buna baxmayaraq həmin ərazidə torpağın qanunsuz olaraq satılması əsası ilə dağıdılmasını, odur ki, aldadılmasını deməklə pulunun qaytarılmasını bildirmişdir.Bu zaman o, həmin əraziyə baxmış, həqiqətən də dağıdıldığının şahidi olaraq Hacı Ceyhunla əlaqə saxlamışdır. Bu zaman Hacı ona narahat olmamağını, Nurayın nöməsini verməyini,özünün danışacağını demişdir. Bir neçə gün sonra Nuray onunla əlaqə saxlayaraq onluq bir işin olmadığını, həmin yerin yaxınlığında ona torpaq sahəsinin verildiyini, problem olmadığını demişdri.Bundan sonra o da həmin işlə maraqlanmamışdır (cild 1, iş vərəqə 159-162). Şahid21 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs Səfa və Amin adlı şəxslərin yanında görsə də onun Kənd Təsərrüfatı Nazirliyində işlədiyini bilməmişdir. Torpağı satan şəxs ona həmin torpağa dair sənədlərin düzgün formada olduğunu bildirmişdir. Torpaq sahəsinin əldə edilməsinə dair baş etibarnamədə Təqsirləndirilən şəxs adına rast gəlinməsə də torpaq sahəsinin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Hacı Ceyhun, Orxan və Səfa adlı şəxslərin yanında görmüşdür. Orxan adlı şəxs Səfa adlı şəxsin səhv etmirsə xalası oğludur. Torpaq sahəsini almağında səbəb Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyində işləməsi, buna görə də torpaq sahəsi ilə bağlı sənədləşmədə problem olmayacağını eşitməyi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Əhliman adlı şəxsdən X13 torpaq sahəsi almışdır. Onlara əvvəlcə bir tərəfdən torpaq sahəsi verilsə də, həmin torpaq sahəsindəki tikili uçurulduğu üçün X16 başqa sahədə yenidən onlara torpaq sahəsi verilmişdir. Torpaq sahəsindəki tikili uçurulan zaman Ceyhun adlı şəxs ona yaxınlaşıb həmin ərazidə tikinti aparmağın qadağan olduğunu və başqa yerdən ona torpaq sahəsi verəcəyini bildirmişdir.Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün orada tikintiyə icazə verilməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2020-ci ilin yay aylarında Şahid14 X26 ərazisindən 6 sot torpaq sahəsini 13.200 manata almışdır. İlqar da şəxsiyyət vəsiqəsini alaraq onun adına həmin sahə ilə əlaqədar etibarnamə vermişdir. Orada müəyyən tikinti işlərini icra etdikdən sonra həmin ərəfədə qardaşı Əlipaşa sahəyə baxmış, daha sonra xoşuna gəldiyi üçün İlqar, Orxan, Səfa və Hacı Ceyhun adlı şəxslərdən təxminən 35 sot torpaq sahəsi almış, həmin sahələrin pulunu isə Əlipaşa özü vermişdir. Əlipaşa həmin yerə görə Orxana 78.000 manat pul vermiş, sahələr üzrə isə etibarnamələr İlqarın adından verilmişdir. 2021-ci ilin mart yaxud aprel ayında isə onun almış olduğu torpaq daxil olmaqla Əlipaşanın almış olduğu sahələr qanunsuz satılması əsası ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən çəpərə alınmışdır. Bundan sonra o İlqarla, Əlipaşa isə əsasən Orxan ilə əlaqə saxlamış və nəticə olaraq sonuncu onu nazirliyin nümayəndəsi Arzu ilə görüşdürmüşdür. Arzu isə həmin yerin əvəzinə onlara sosial binaların digər tərəfindən 45 sot torpaq sahəsinin verilməsini təmin etmişdir. Bundan sonra orada tikinti işlərini icra etmiş və torpaqla bağlı adına çıxarışı almış, 2024-cü ildə isə yenidən nazirlik tərəfindən həmin sahələrin çəpərə alınmasına baxmayaraq torpaq sahəsi qanuni əsaslarla satıldığından problem olmamışdır. Əlipaşanın almış olduğu sahənin isə cəmi 5- 6 sot hissəsi çəpərə alınmışdır (cild 1, iş vərəqə 101-106). Şahid8 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, onların torpaq sahəsi çəpərə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Orxan ona birlikdə Arzudan torpaqların alıb alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Pandemiya vaxtı torpaq sahəsi almaq üçün Arzuya 26000 (iyirmi altı min) manat pul vermişdir. Torpağın təyinatı ilə bağlı məlumatı olmamışdır.Torpağı satmaq məqsədilə almış, lakin ona sənəd verilməmişdir. Şahid5 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Orxanın dediyinə görə X30 Nazirliyində işləmişdir. Sonuncudan 2019-cu ildə Ramana qəsəbəsində 53 sot torpaq sahəsi almışdır. Ümumilikdə ayrı-ayrı vaxtlarda Arzuya 26000 (iyirmi altı min), 12000 (on iki min), 7200 (yeddi min iki yüz) manat pul vermişdir. 26000 (iyirmi altı min) manat müqabilində ona sənədsiz torpaq verilmişdir. Pulu ofisdə Arzuya vermiş və sənədləşmə olmamışdır. Torpağın satışı zamanı problem olmamışdır. Adına hər hansı daşınmaz əmlaka dair mülkiyyət hüququ qeydə alınmamışdır. Ümumiyyətlə ev alqı-satqısı prosesi ilə bağlı məlumatı yoxdur. Orxanla 15 ilə yaxındır dostluqları var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, əvvəllər Rusiyada yaşamışdır. Adına hər hansı daşınmaz əmlaka dair mülkiyyət hüququ qeydə alınmamışdır. Ceyhun adlı şəxs kirvələridir. O, Ceyhuna torpaq sahəsi almağı təklif etmişdir. 26000 (iyirmi altı min) manat, 12000 (on iki min) manat, 7200 (yeddi min iki yüz) manat pul verib 53 sot torpaq almışlar. Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı’’ restoranında Ceyhun Təqsirləndirilən şəxs 26000 (iyirmi altı min) manat pul vermişdir. Təqsirləndirilən şəxs torpaq idarəsində işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin Bakıda yerləşən ofisində olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2019-cü ilin yay aylarında işsiz olmuş və özünə məxsus “Kia” markalı avtomobilini 26.000 manata sataraq həmin pul ilə iş qurmaq qərarına gəlmişdir. Həmin vaxt uzun müddətdir ki, həmkəndlisi, həmçinin qohumu olan Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olan Şahid6 ilə əlaqə saxlamış və sonuncuya iş qurmağında köməklik etməsini xahiş etmişdir. Orxan da maraqlanacağını demişdir. Təxminən 1 həftə sonra Orxan onunla söhbət edərkən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı əslən Ağsu rayonundan olan Təqsirləndirilən şəxslə münasibətinin olduğunu, sonuncunun X26 ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olduğunu, hazırda həmin ərazilərin ev tikintisi ilə əlaqədar vətəndaşlara verildiyini, odur ki, Arzudan torpaq sahəsi alaraq sonra vətəndaşlara sata biləcəyini bildirmişdir. O da, etiraz etməmiş və Orxana Arzu ilə bu barədə danışmasını demişdir. Orxan həmin ərəfələrdə Arzu ilə danışmış və təxminən 2-3 gün sonra Orxan ona zəng edərək Şamaxı-Ağsu yolunun üstündə olan “Şamaxı” restoranına gəlməyini bildirmişdir. O, həmin yerə getdiyi zaman Orxanın bir şəxslə oturduğunu görmüş və Orxan həmin şəxsin Kənd Təsərrüfatı Nazirliyində işləyən Arzu müəllim olduğunu demişdir. Arzu ilə salamlaşdıqdan sonra söhbət zamanı, sonuncu X26 ərazisində torpaq sahələrinin olduğunu, hazırda müəyyən şəxslərin də oradan torpaq sahələri alaraq satışı ilə məşğul olduqlarını, odur ki, onun da oradan sahə almaqla baha qiymətə sata biləcəyini, satışında və tikintisində də problem olmayacağını demişdir. O da, Arzunun özünə arxayın danışığını görərək razılaşmış və torpaq sahəsi almaq istədiyini Arzuya demişdir. Arzu ondan nə qədər pulu olduğunu soruşduğu zaman o, 26.000 manat pulunun olduğunu demiş və Arzu həmin məbləğə ona oradan sotu 600 manat olmaqla 43 sot torpaq sahəsini verə biləcəyini bildirmişdir. O, Orxan ilə birlikdə Arzu ilə razılaşıb və həmin vaxt pulu vermək qərarına gəlmişlər. Bu zaman evinə gedərək 26.000 manatı tam olaraq götürmüş və həmin restorana gələrək 26.000 manatı tam şəkildə Orxanın yanında Arzunun özünə vermişdir. Arzu da pulu saymaqla dəqiqləşdirdikdən sonra 2-3 gün ərzində torpağın verilməsini təmin edəcəyini demiş, daha sonra onlar sağollaşıb oradan uzaqlaşmışlar. Təxminən 10 gün keçmiş, lakin Arzudan xəbər çıxmadığından, ehtiyat edərək Orxan ilə əlaqə saxlamış və sonuncudan pulunu geri almasını istəmişdir. Orxanda yenə də Arzu ilə danışmış və həmin ərəfədə yenə də “Şamaxı” restoranında görüşmüşlər. Bu zaman Arzu onun narahat olmasını görərək, sabah iş yerinə gəlməyini oradan işçisi ilə əraziyə gedərək torpağı qəbul etməyini ona bildirmişdir. O da elə həmin ərəfədə Bakı şəhərinə getmiş və “Koorperasiya” Universitetinin yanında yerləşən “X12 və Emal Birliyi” MMC-nin binasına daxil olmuş və orada Abşeron Regional şöbəsinin müdiri Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Oradan Arzu onu Xasay adlı əməkdaş ilə əraziyə göndərmiş və sonuncuya ərazini ölçməklə ona təhvil verməsini tapşırmışdır. O da Xasay ilə X26 ərazisinə getmiş və orada hazırda tikilmiş sosial binaların yanında məktəbin arxasında 43 sot torpaq sahəsini ona ölçməklə təqdim etmişdir. Həmin ərazidə torpaq sosial binaların tikintisi ilə əlaqədar dağıdıldığından təxminən 1 ay müddətində texnikalar vasitəsilə ərazini bərpa etmişdir. Bu zaman Arzudan torpaqla bağlı sənəd istəsə də, sonuncu sənəd olmadığını, orada olan şəxslər necə satırsa onun da torpağı o formada satmasını bildirmişdir. Həmin vaxt Orxan ora gəlmiş və birlikdə torpaq sahələrini satmaq prosesinə başlamışlar. Həmin vaxt orada bütün şəxslərdə etibarmanə sənədləri olduğunu həmin sənəd əsasında torpaq sahələrini alaraq tikinti işlərini apardıqlarını bildiyindən Şahid14 ilə tanış olmuş və sonuncuya torpaqla bağlı etibarnamə verməsini dediyindən İlqar razılaşaraq 100 manat pul müqabilində verəcəyini demişdir. Bundan sonra təxminən 2020-ci ilin yay aylarında həmin ərazini satmağa başlamışlar. İlk olaraq həmin ərazidə olan Rəşad adlı şəxs vasitəsilə iki dəfə hər biri 3 sot olmaqla torpaq sahələrini iki ədəd “Vaz 2107” markalı avtomobilləri ilə barter etmişlər. Danışığı üzrə sotunu 1.500 manat dəyərlədirmişdir ki, iki avtomobilində dəyəri 4500+4500=9.000 manat kimi qiymətləndirilmişdir. Sonrada həmin avtomobillərin birini məcbur olub 3.200 manat, digərini isə 3.900 manata Orxanla birlikdə satmışlar. Sahələri satdıqdan sonra İlqar həmin şəxslərə adından etibarnamə vermişdir. Bundan sonra Əlipaşa adlı şəxs Orxana müraciət etmiş və onun vasitəsilə qohumlarına 2020-ci ilin yay aylarında Orxan ilə birlikdə təxminən 3-4 ay müddətində 45 sot torpaq sahəsi satmış, həmin şəxslərə də İlqarın adına etibarnamə verilmişdir. Əlipaşa ilə qiymətləndirmə söhbətini Orxan aparmış və ona torpağın sotunu 1.500 manata vermişdir. Həmin sahədən 6 sot Rəşadın tanışlarına, 45 sot Əlipaşanın tanışlarına və 2 sot da Naxçıvanlı Amilə satmışdır. Amil bir sota görə 1.500 manat olmaqla 3.000 manat verməli olduğu halda cəmi 2.000 manat vermişdir. İlkin olaraq Arzudan aldığı 43 sota görə sonuncuya 26.000 manat, sonra isə yenidən alıb satdığı 10 sota görə isə bir sotu 1.200 manat olmaqla ümumilikdə Arzunun xidməti otağında sonuncuya cəmi 12.000 manat pul vermişdir. Hətta Rəşada məxsus “Vaz 2107” markalı avtomobili torpaq sahəsinin sotunu 1.500 manatdan qiymətləndirmə ilə götürsə də, həmin avtomobili 3.200 manata sata bildiyindən, qalan pulu özü qoyaraq Arzuya vermişdir. Həmin yerin yanında 6 sot torpaq sahəsi Nizaməddin adlı avtomobil təmiri ilə məşğul olan şəxs tərəfindən zəbt edildiyindən, sonuncu onun Arzu ilə münasibətinin olduğunu bilərək, “BMV” markalı avtomobillə torpaq sahəsini dəyişmək istədiyini, sonuncu ilə danışmağını dediyindən, yenidən Arzunun iş yerinə getmiş və vəziyyəti bildirdiyindən, sonuncu ona pulun veriləcəyi halda etiraz etməyəcəyini 6 sot üzrə də 1 sotu 1.200 manat olmaqla 7.200 manat verməli olacaqlarını demişdir. O da Orxanla fikirləşib Nizaməddin ilə razılaşaraq avtomobilini oğlu Eltac Dəmirovun adına etibarnamə üzrə sənədləşdirmiş və təxminən 10 gün müddətinə də avtomobili 8.500 manata sataraq 7.200 manat iş yerində xidməti otağında Arzunun özünə vermişdir. (cild 1, iş vərəqə 232- 238). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs o, sahə inspektoru vəzifəsində işləyəndə zəbt olunmuş torpaqların çox olduğunu bildirərək həmin torpaqlarda asayişi qorumaq üçün onlara müraciət etmiş, onlar da köməklik göstərmişlər. Təqsirləndirilən şəxs kənd təsərrüfatı direktoru kimi tanımışdır. Torpaqların satılması ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Torpaqlarda aparılan söküntü ilə bağlı etriaz edənlər olmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, 2005-ci ildən hazırkı vaxtadək X21 işləyir və 2020-ci ilin mart ayından həmin ilin sonunadək Bakı şəhəri, Sabunçu rayonu, 12-ci polis bölməsində sahə inspektoru vəzifəsində işləmiş, dislokasiya ərazisi Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu, Şuşa rayon qaçqınları üçün tikilmiş sosial binaların ətrafı olmuşdur. Həmin vəzifədə işlədiyi müddətdə X26 ərazisində qanunsuz tikililərin şahidi olmuş və bunun qarşısını qeyri rəsmi olaraq almağa çalışsa da, nəticəsi olmamışdır. Şahid6 onun qohumudur, işlədiyi müddətdə Orxan bir neçə dəfə həmin ərazidə olsa da, sonradan sonuncunu oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs tanıyır, sonuncu iiə düşmənçiliyi və ya ədavəti olmamışdır. O, həmçinin Şahid20, Şahid19, Şahid28, Şahid11, X1 və Şahid10 barəsində göstərdikləri xüsusatlarla tanış olaraq bildirmişdir ki, həmin şəxslərə torpaq sahəsinin satışında iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs də həmin proseslərdə iştirakından məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Ramanada Sovxoz direktoru kimi tanımışdır. Təqsirləndirilən şəxs torpaq almamışdır. O, Təqsirləndirilən şəxs heç bir pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır.2020-ci ilin avqust-sentyabr aylarında Ramana ərazisinə gəlmişdir.Təqsirləndirilən şəxs pul verməmişdir.Torpağın alqı-satqısı ilə bağlı məsələləri Amil adlı şəxslə müzakirə etmiş və Amil dediyi üçün pulu Azər adlı şəxsə vermişdir. Şahid18 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, torpaq sahəsini etibarnamə əsasında İlqar adlı şəxsdən Ramana qəsəbəsindən almışdır. Torpağa dair mülkiyyət hüquqularının qeydiyyatı barədə çıxarış olmamışdır. Notariusda müqavilə imzalamış və torpaq sahəsini əldə etmişdir. Torpağın mülkiyyətçisi İlqardır və o, halhazırda həbsxanadadır. Azər adlı şəxsi makler kimi tanımışdır. Binalar sökülən zaman Təqsirləndirilən şəxs görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Zülfiqar oğlu ifadə verərək göstərmişdir ki, o, torpaq almaq üçün Şahid12 və Azər adlı şəxsə pul vermişdir.Torpağın kənd təsərrüfatlı torpaq olduğunu bilməmişdir.Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadə verərək göstərmişdir ki, Ramana qəsəbəsindən torpaq almaq üçün pulu Elvinə, Elvin isə pulu Səfaya vermişdir. Torpağa dair mülkiyyət hüquqularının qeydiyyatı barədə çıxarış olmamış, torpaq sahəsi tərəfindən bələdiyyə sənədi ilə əldə edilmişdir. Səfa Ramanı qəsəbəsində polis şöbəsində rəis işləyir deyə etibar edib sonuncudan torpaq sahəsi almışdır. Səfa Elvinə və Təqsirləndirilən şəxs də həmin puldan verildiyini demişdir. Təqsirləndirilən şəxslə bu barədə görüşərkən sonuncu ona Korrupsiya İdarəsinə şikayət etməyi məsləhət görmüşdür. Təqsirləndirilən şəxs torpaq almamış, sonuncuya heç bir pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadə verərək göstərmişdir ki, Ramana qəsəbəsindən torpaq almaq üçün pul vəsaitini Orxan adlı şəxsə vermişdir. Təqsirləndirilən şəxs tanımır. Şahid28 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki,Korrupsiya İdarəsində Ceyhun Rzayevə izahat vermişdir. Torpaq sahəsini ona Orxan adlı şəxs satmış, sonuncu həmin torpaq sahəsində ev tikməyə ona kömək edəcəyini demişdir. 13300 manat pulu Orxan adlı şəxsə vermişdir. Pulunun qaytarılmasını Orxandan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Ramana ərazisindən torpaq sahəsini Şahid9 almışdır. Təqsirləndirilən şəxs tanımır. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, torpaq sahəsini ev tikmək məqsədilə etibarnamə əsasında almışdır. Torpağı aldığı zaman həmin ərazidə ev tikməyin qadağan olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Ramanada Sovxoz direktoru olduğu ona deyilmişdir. Torpaq sahəsini almaq üçün təxminən 20000- 30000 manat pulu Ceyhun adlı şəxsə vermişdir. Təqsirləndirilən şəxs ikinci dəfədir ki,görür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, ev tikmək məqsədilə Ramana qəsəbəsindən 3 sot torpaq sahəsini Orxan adlı şəxsdən almışdır. O, satın aldığı torpaq sahəsini hasara alsa da hasarlar dövlət tərəfindən sökülmüşdür. Torpaq sahəsi əlindən alınsa da pulu qaytarılmamışdır. Alarkən həmin topağın kənd təsərrüfatlı torpaq sahəsi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Ramana ərazisində direktor kimi fəaliyyət göstərdiyini eşitmişdir. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadə verərək göstərmişdir ki, Amilin vasitəçiliyi ilə Səfanı tanımış, Səfa ilə Amil birlikdə işləmişdir. Təqsirləndirilən şəxs isə Elvinin vasitəçiliyi ilə tanımışdır. 2020-ci ilin iyul ayında Səfa adlı şəxs torpaq satışı ilə məşğul olmuşdur. Səfaya 4000 manat pul ödəyərək 4 sot torpaq almışdır. Səfa pulu Təqsirləndirilən şəxs verdiyini demişdir. Səfaya 30000 manat pul vermişdir. Səfa Elvinə “pulunuzu Təqsirləndirilən şəxs istəyin” demişdir. Təqsirləndirilən şəxslə görüşdükdə sonuncu, bu məsələdən xəbərdar olmadığını bildirmişdir. Şahid26 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilməmişdir. Elvinin təşəbbüsü ilə Təqsirləndirilən şəxslə görüşmüşdür. Hal-hazırda yaşadığı ünvandakı torpaqlar kənd təsərrüfat təyinatlı torpaqdır. Torpaq sahəsi dövlət tərəfindən ondan alınmışdır.Torpağı ona Səfa satmış, torpağı alarkən Təqsirləndirilən şəxs orda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-2020-ci illər ərzində 7 hektar torpaq sahəsi almışdır. Təqsirləndirilən şəxs sürücüsü və işçisi Araz vasitəçiliyi ilə və özü şəxsən Təqsirləndirilən şəxs ümumilikdə 260000 manat məbləğində pul vermişdir. Aldığı torpaq üzərində evlər tikmiş, həmin evlər dövlət tərəfindən sökülmüşdür. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs pul məbləğini hissə-hissə vermişdir. Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilməmişdir. Ramanada “Qəbələ” restoranında Təqsirləndirilən şəxs dostunun vasitəçiliyi ilə tanış olmuşlar. Təqsirləndirilən şəxs dostu satılıq torpaq sahəsinin olduğunu bildirmişdir. Pul məbləğinin bir hissəsini işçiləri Araz və Amil Təqsirləndirilən şəxs vermiş, pulun qalan hissəsini isə o vermişdir. 2010-cu ildən torpaq alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs başqa digər şəxslərdən də torpaq sahəsi almışdır. 20 ədəd ev tikmişdir. Təqsirləndirilən şəxs ona torpaqları sənədləşdirəcəyini bildirmişdir. Torpağın kənd təsərrüfatlı təyinatlı olduğunu bilməmişdir.O satdığı torpağı alan vətəndaşlara dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsini alan müddətədək evləri başqa ərazilərdən aldığı torpaq sahəsində tikmişdir. 2021-ci ildə tikdirdiyi evlərin hamısı sökülmüşdür. Təqsirləndirilən şəxs “torpaq sahəsi bizimdir” demişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid14 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 1965-ci ildən Ramana qəsəbəsində yaşamışdır. Həmin ərazilərdə əsasən 1995-ci ildən 2007-ci illər ərzində məskunlaşma başlanılmış, həmin ərazidə olan sahələr isə kənd təsərrüfatı təyinatlı olmuşdur. 2008-ci ildə Abşeron rayon icra hakimiyyətinə müraciəti əsasında həmin qurumdan 99 illiyinə icarəsinə X26 ərazisində 1 hektar sahə ayrılmışdır. Həmin sahə kənd təsərrüfatı təyinatı üzrə ayrılsa da, sahənin həmin təyinat üzrə yararsız olması qənaətinə gəldiyindən, sonradan sahəni hissə-hissə vətəndaşlara tikinti təyinatı üzrə satmaq qərarına gəlmişdir. Ərazi yararsız olduğundan davamlı olaraq alıcı tapa bilmədiyindən, bu satma prosesi təxminən 7 ilə kimi davam etmişdir. Ərazi tam satıldıqdan sonra ona verilmiş cizgi planını cırıb atmış, amma sərəncamı saxlamışdır. Həmin sahədə torpağın sotunu təxminən 600-650 manatdan satmışdır. Həmçinin bəzi hallarda da müəyyən şəxslər orada qanunsuz tikililər etdiklərindən evlərinə kommunal xəttlər çəkə bilmədiklərindən, adına olan sərəncam əsasında həmin şəxslərə guya tərəfindən torpaq sahəsinin verilməsinə dair etibarnamələr də vermişdir. 2020-ci ilin mart-aprel aylarında Ramanada olduğu zaman həmin ərazinin sahə müvəkkili Şahid13 ona yaxınlaşaraq adında sərəncamın olduğunu bildiyini deyərək, həmin sərəncamdan istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinə aid olan torpaq sahələrini satmaq istədiklərini, bununla bağlı Nazirliyinin müəyyən vəzifəli şəxsləri ilə danışdığını, bunun müqabilində də ona hörmət edəcəyini dediyindən, Səfanın vəzifəli şəxs olması əsası ilə sonuncu ilə razılaşmışdır. Bundan sonra Səfa, qohumu Orxan, tanışları Azər, Ceyhun, Amil və bir neçə şəxs vasitəsilə əsasən Şuşa Sosial Binalarının əllafında olan Kənd Təsərrüfatı Nazirliyinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin tərəfindən verilmiş etibarnamə əsasında satışını təmin etmişdir. Bu proseslər 2020-ci ildən başlamaqla 2022-ci ilin əvvətlərinədək olmuşdur. Səfa 2020-ci ilin ortalarından işdən çıxarılmış, bundan sonrakı müddətdə də özü qohumu Orxanla ərazidə olmaqla, qeyd olunan maklerlər vasitəsilə torpaq sahəsinin satışını təmin etmişdir. Səfa əsasən satmış olduğu sahələr üzrə ona etibarnamə verilməsinə görə hər dəfəsində cəmi 100-200 manat hörmət etmiş, hətta ona 10 sot torpaq hədiyyə edəcəyini desə də, bunu da etməmişdir. Səfa və qeyd olunan şəxslər onun vasitəsi ilə təxminən 5 hektara yaxın etibarnamələr əsasında yer satmışdırlar. Əsasən ona şəxslərə aid şəxsiyyət vəsiqəsinin surəti verilmiş və o da həmin şəxslərə yolunun üstündə olan müəyyən notariat kontorları vasitəsilə, əsasən isə 17 saylı notariat kontoru vasitəsilə etibarnamələr vermişdir. Səfanın torpaq sahələrindən almış olduğu pul vəsaitini özlərinə xərcləməsi və ya kiməsə vermələrindən məlumatı olmamışdır. Şahid9, Şahid1 və yanlarında olan bir sıra şəxslər torpaq satışını həyata keçirmişdirlər, lakin onlarla işləməmiş və şəxslərə torpaq sahələrinin ayrılmasında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olmuş Ərəstun adlı şəxs köməklik etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "X12 və Emal Birliyi” MMC-nin rəhbəri Şahid1 və həmin cəmiyyətin işçisi Təqsirləndirilən şəxs tanımır, əlaqəsi olmamışdır. O, həmçinin cinayət işi üzrə şahidlərin barəsində vermiş olduqları ifadələr ilə tanış olaraq həmin xüsusatlar üzrə əlavə ifadəsində bildirmişdir ki, Şahid7 həmin sahələr Səfa ilə Orxan tərəfindən satılmış həmin sahələr X27 ərazisində yerləşir, Səfa da ona etibarnamə verməyini dediyindən etibarnaməni vermişdir. Şahid10 X26 ərazisində yerləşən sahələri Səfa ilə Orxan satmışdır. Səfa da ona etibarnamə verməyini dediyindən hər iki sahə üzrə etibarnamə vermişdir. Müqabilində isə Səfa ona 100-200 manat pul vermişdir. Şahid28 Səfa ilə birlikdə işlədiyini əvvəlcədən bildirmiş və Səfa ona Şəadətin şəxsiyyət vəsiqəsinin surətini verərək adına etibarnamə verməyini dediyindən bunu etmişdir. Həmçinin Orxan ilə Səfa qohumdurlar və sonuncular birlikdə işləyirdilər, lakin sonradan aralarında narazıçılıq olmuşdur. Səfanın deməsinə əsasən etibarnamə verdiyindən sonuncu da ona 100-200 manat pul vermişdir. Şahid20 adına Səfa və Azərin deməsinə əsasən etibarnamə vermişdir. X8 özü həmin ərazidən torpaq sahəsini satmış və bunun müqabilində də 5.200 manat pul vəsaiti almışdır. Şahid19 sahəni Səfa satmış və ona Ağahəsənə etibarnamə verməsini dediyindən bunu etmişdir. Bundan əvvəl isə özü də həmçinin 2018-ci ildə adına olan sərəncamı əsas götürməklə sərəncama aid olmayan sahədən yəni X27 ərazisindən Ağahəsənə 5 sot torpaq sahəsini 12.500 manata satmışdır. Təqsirləndirilən şəxs şəxsən torpaq satışında iştirakının şahidi olmamışdır. Şahid18 və tanışları Əlzamin Zeynalov və Elmar Əzizova torpaq sahələrini tanışları olmuş Azər satmışdır. Azər də həmin şəxslərin adına etibarnamə verməsini dediyindən, bunu etmişdir. Daha sonra Vaqiflə münasibəti yarandığından sonuncuya özü də 2 sotu 6.000 manata X27 ərazisindən adına olan sərəncamdan istifadə etməklə satmışdır. Arzu ilə münasibəti olmamış, Vaqif də onu tanış etməmişdir. Şahid21 ilə Şahid13 münasibətləri olmuşdur. Səfa da Nizaməddinə 5 sot torpaq sahəsi vermiş və sonuncu pulun əvəzinə avtomobil verdiyindən həmin avtomobil Hacı Ceyhunun oğlunun adına rəsmiləşdirilmişdir. Səfa ona etibarnamə verdiyini dediyindən bunu etmişdir. Hətta Nizaməddin sonradan torpağı Nuranəyə satdıqda da Səfa etibarnamə verməyini dediyindən yenidən etibarnamə vermişdir. Bunun müqabilində də dediyi kimi 100-200 manat pul almışdır. Şahid22 Təqsirləndirilən şəxs 6 sota görə 8.000 manat pul verməsi tam olaraq yalandır. Belə ki, Nuranə 2021 -ci ildə dəqiq tarixi xatırlamır ona müraciət edərək adına götürəcəyini bununla bağlı da köməklik etməyini demişdir.O da etiraz etməmiş və Nuranənin adına 6 sota dair etibarnamə vermiş və Nuranə də buna görə ona 300 manat pul vermişdir. Nuranənin özü ona həmişə Nizaməddinin ona satmış olduğu sahə ilə əlaqədar Arzu ilə mübahisələrinin olduğunu davamlı olaraq demişdir. Şahid23 Təqsirləndirilən şəxs torpaq sahəsi alması barədə göstərdikləri tam olaraq yalandır. Belə ki, 2020-ci ildə Vüqara torpaq sahəsini onunla Səfa satmışdır. Danışıq əsasında sahə 11 sot olmuş və qiyməti də 11.000 manat olmuşdur. Lakin Vüqar pulu olmadığından ona 2.000 manat Səfaya da təxminən 3.000 manat pul vermiş, qalanını da hissə-hissə verəcəyini demişdir. Bundan sonra isə sahə qanunsuz satıldığından Vüqar ondan pulu tələb etməyə başlamış, o da verəcəyini desə də nəticəsi olmamışdır. Vüqar Arzununun adını tutulduğuna görə yalandan bildirir. Həmin sahənin satılmasında Arzunun iştirakı olmamışdır. Şahid24 torpaq sahəsi üzrə Arzuya 5000 manat pul verməsi barədə göstərdikləri barədə bildirir ki, Arzu orada vətəndaşlardan pul almamışdır. Ayazın bu barədə dedikləri yalandır, bildiyinə görə Ayaz orada sahəni Azər və ya Səfadan almışdır. O da etibarnamə verməyini Səfa dediyindən bunu etmişdir. X18 və X24 qəsəbə sakinləri olmuşlar və imkanları olmadığından ucuz qiymətə ondan sahə istəmişlər və o da onların hər birinə 3000 manata 5 sotu təqdim etmişdir və pulunu da alaraq şəxsi işlərinə xərcləmişdirlər. Lakin həmin pulu Müşviqə verməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir, belə ki, həmin pul özündə qalmışdır. Uzun müddətdir ki, X26 ərazisində yaşayır və vətəndaşlar tərəfindən davamlı olaraq sahələrin qanunsuz tutulmaqla tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Buna görə də sahələrin nəzarətsiz olmasından istifadə edərək öz adına olan başqa sahəni əhatə edən sərəncamı əsas götürməklə etibarnamələrin verilməsini təmin etmişdir. Şahid25, tanışları Şahid26 və Rauf Tağıyevə sahələri Səfa satmışdır. Belə ki, ərazi söküldükdən sonra da Elvin onunla görüşərək, Səfaya 30.000 manat verdiklərini desə də, o, ancaq etibarnamənin verilməsi prosesinin ona aid olmasını bildirmişdir. Lakin Səfanın onları Arzu ilə əlaqələndirməsi və sonuncu ilə onların görüşmələrindən məlumatı olmamış, bu barədə eşitməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 25 oktyabr 2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vərəqindən görünür ki,“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixl 111 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X12 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Abşeron rayonu, X26 ərazisində yerləşən dövlət mülkiyyətinə aid 199,7431 hektar torpaq sahəsi (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********) MMC-nin istifadəsinə verilmişdir. Bununla belə qeyd edlən ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmayan müxtəlif şəxslər tərəfindən torpaq sahəsinin özbaşına hasarlanması, tutulması və üzərində tikinti aparılması halları müşahidə edilməkdədir. Belə halların genişlənməsinin qarşısı tərəflərindən həyata keçirilən tədbirlərlə alınsa da, qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və qanunsuz tikililərin sökülməsi mümkün olmamışdır. Torpaq sahələrinin zəbt olunması ilə bağlı müvafiq məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi hazırkı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) tərəfindən təsdiq edilmiş sənəddə qeyd edilmişdir (cild 1, iş vərəqə 9-15). 04 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron rayonu, X17 ərazisində yerləşən dövlət mülkiyyətində olan 199,7431 ha torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi ilə ələaqədar Kənd Təsərrüfat Nazirliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmiş, Baxış iştirakçısı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin tabeliyində X12 və Emal Birliyi” MMC-nin Daxili Nəzarət və və Audit söbəsinin müdiri qeyd olunan torpaq hissəsi 199.7431 hektar olduğunu bildirdi. Təqdim olunmuş peyk görüntülərindən görünür ki, həmin torpaq hissəsinin bir hissəsinin kənarı boyunca fərdi yaşayış evləri, həmçinin yaşayış kompleksiçoxmərtəbəli yaşayış binası tikilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək müvafiq protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 16-22). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 09 avqust 2024cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə rayonlar üzrə kənd təsərrüfatı üzrə müəssisələr ləğv edilməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “X12 və Emal Birliyi” MMC yaradılmışdır. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "X12 və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "X12 və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi kimi rəhbərlik etdiyi idarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, cəmiyyətin rəhbərliyinin xidməti tapşırıqlarının həyata keçirilməsi təmin etmək, struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək, idarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək, işlərin səmərəliliyinin artırmaq üçün cəmiyyətin rəhbərliyinə müvafiq qaydada təklif vermək və s. vəzifələri vardır. xx.xx.2000-ci il tarixli “Dövlət Aktına” əsasən “S.Əliyev adına südçülük- maldarlıq üzrə X33 X2” Abşeron rayonu ərazisindən 335.06 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2014-cü il tarixdə X22 komitəsi ilə S.Əliyev adına südçülük-maldarlıq üzrə X33 X4 arasında razılaşdırma sənədi ilə həmin ərazidə mövcud kənd təsərrüfatına yararlı torpaq sahəsi 231,03 ha ölçüdə müəyyən edilmiş və həmin hallar Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışına əsasən Abşeron rayonu, X26 ərazisində yerləşən 199.7 ha torpaq sahəsi Nazirliyin tabeliyində olan “X12 və Emal Birliyi” MMC-nin istifadəsinə verilmişdir (cild 02, iş vərəqə 09-63). "X12 və Emal Birliyi" MMC-nin 26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilməklə xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmış nizamnaməsindən görünür ki, cəmiyyətin əsas fəaliyyət istiqaməti taxılçılıq, yem bitkiləri və digər bitkiçilik məhsullarının istehsalı, emalı və satışını təşkil etmək, kartof, tərəvəz, bostan, taxıl və digər bitkiçilik toxumlarının istehsalını təşkil etmək,bitki toxumlarının, şitillərinin istehsalı, emalı və satışını təşkil etmək, milli bitki sortlarının qorunması və inkişafını təmin etmək və sair hallardan ibarətdir (cild 1, iş vərəqə 63-70). Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən daxil olmuş 09 dekabr 2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, X17 ərazisində yerləşən Kənd təsəsrrüfatı təyinatlı torpaqlarda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin başqa üsullarla tutulması, eləcə də torpaq sahəsi üzərində özbaşına və ya quraşdırma işlərinin aparılması ilə əlaqədar hər hansı araşdırma aparılmır(cild 1, iş vərəqə 29). Abşeron rayon icra hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “X12 və Emal Birliyi” MMC-nin istifadəsində olan torpaq sahəsinin ayrılması və orada tikinti işlərinin aparılması barədə heç bir icazə verilməmişdir. (Cild 1, iş vərəqə 30) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məktubundan görünür ki, Abşeron rayonunun keçmiş S.Əliyev adına Ramana Süçülük maldarlıq üzrə X32 X3 təhkim olunmuş dövlət mülkiyyətinə aid 11 ha torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilmiş, Qaçqınların Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin daimi istifadəsinə verilməsinin məqsədəmüvafiqliyi barədə Abşeron rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2019-cu il Sərəncamı verilmişdir. Bundan sonra 04 may 2021-ci il tarixli Tİ-43/21 saylı tikintiyə icazə verilmişdir (cild 1, iş vərəqə 31-32). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Katibliyindən daxil olmuş məktubdan görünür ki, 10 sentyabr 2021-ci il tarixdə X9 tabeliyində fəaliyyət göstərən “X12 və Emal Birliyi” MMC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yerləşən 199, 7431 hektar torpaq sahəsinin bir hissəsinin vətəndaşlar tərəfindən zəbt edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş müraciət 19 oktyabr 2021-ci il tarixdə baxılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilmiş, həmçinin “X12 və Emal Birliyi” MMC tərəfindən Sabunçu ayon Polis İdarəsinə ünvanlanmış 26 may 2021-ci il və 16 iyul 2021-ci il tarixli eyniməzmunlu müraciətlər 12-ci Polis şöbəsində araşdırılaraq cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 2, iş vərəqə 8). 14 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 qanunsuz olaraq satmış olduğu sahəni təqdim etmək təklif olunarkən o, X26 ərazisində yerləşən “Mini Sədərək” adlı mağazanın qarşısından içəri daxil olduqdan və iki cərgə tikilmiş evləri keçdikdən sonra gələn sahəni Təqsirləndirilən şəxs pul verməklə sahəni əldə etdiyini və həmin sahənin 7 hektar olmasını bildirərək koordinat nöqtələri üzrə təqdim etmişdir. Həmin nöqtələr mühəndis-topoqraf Sahib Şərifov tərəfindən sistemə vurulmuş və sahənin cizgi planı çıxarılmaqla protokola əlavə edilmişdir. Cizgi planında sahə 8.39 hektar göstərilsə də Anar həmin sahənin 7 hektarını Arzudan aldığını, qalan hissəni isə əvvəlcədən satdığını bildirmişdir. (cild 1, iş vərəqə 288). Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi CD diskə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş baxış protokollarından müəyyən olunmuşdur ki, “WhatsApp Chat arzu ramani .zip” sözləri yazılmış faylın “_chat” adlı faylında xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumi məzmunlu yazışmalar vardır. Həmin faylda görünür ki, əsasən əlaqə səsli göndərmələrlə icra olunmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 114 ədəd faylların olması müəyyən olunmuşdur. Həmin fayllardan görünür ki, A tərəfi Kənd Təsərrüfatı Nazirliyinə aid X26 ərazisində torpağın ayrılması, satışına şərait yaratması və bunun müqabilində pulunu tələb edilməsi ilə əlaqədar söhbətlər aparır, B tərəfi isə həmin ərazidə torpaq satışı ilə məşğul olması məqsədilə torpağın ayrılmasını, satışına icazə verilməsi, həmçinin satışın aparıldığını, pulun göndərildiyini, hissə-hissə göndəriləcəyi məzmununda söhbətlər aparır. Həmçinin həmin faylların xx.xx.2022-ci il tarixli hissəsində isə B tərəfi Araz adlı şəxs vasitəsilə X26 ərazisində Nazirliyin balansında olan satılmış torpaq sahəsi üzrə 15.000 manat pulu göndərdiyini, qalan hissəsini də sabah göndərəcəyini deyir, A tərəfi də pulu almasını təsdiq edərək qalanının sabah göndərilməsində problem olmadığını, satış prosesə maneə yaratmayacağını deyir. Eyni zamanda qeyd olunan səs yazıları ilə əlaqədar istintaqla müəyyən olunmuşdur ki, B tərəfi Şahid1, A tərəfi ilə Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqə 246,250). 09 avqust 2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Şahid4 məxsus 050/***-***-**-** mobil nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan müddət ərzində 86 dəfə, Şahid1 məxsus ***-***-**-** mobil nömrələri arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan müddət ərzində 902 dəfə, Şahid9 məxsus ***-***-**-** mobil nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində 156 dəfə, Şahid6 məxsus ***-***-**-** mobil nömrələri arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 7 dəfə, Şahid3 məxsus ***-***-**-** mobil nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 36 dəfə, Şahid14 məxsus 099/***-***-**-** və 070352-50-12 mobil nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 171 dəfə telefon danışıqları aparılmışdır (cild 2, iş vərəqə 215). 09 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 2, iş vərəqə 216-217). 20 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 ifadəsində göstərilən xüsusatları, yəni Şahid5 onun yanında Təqsirləndirilən şəxs verdiyi 26000 manat pul müqabilində sonuncu tərəfindən Şahid5 43 sot torpaq sahəsinin ayrıldığı barədə ifadəsini təqsirləndirilən şəxsin üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 65-66). 20 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ifadəsində göstərilən xüsusatları əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 67-68). 20 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərilən xüsusatları, Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 70-72). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi və Baş İdarənin 07 avqust 2024-cü il tarixli xidməti məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 06-07). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına görəcinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi əməllərinin təkrar törədilməsinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində, həmin əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, o cümlədən işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “X12 və Emal Birliyi” MMC –nin balansında olan X26 ərazisində torpaq sahələrinin qanunsuz özbaşına zəbt edilməsi, Şahid23,Şahid7,Şahid8, Şahid10,Şahid28,Şahid20,X8,Şahid18,Şahid16 Zülfiqar oğluna,Şahid19,Şahid17,Şahid22,X11,X19,Şahid25,Şahid27,Şahid26,Şahid21,Şahid24 satılması faktı müəyyən edilsə də Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinə həmin torpaq sahələrinin satılmasında iştirakının sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir. Lakin Şahid6, Şahid5 və Şahid1 tərəfindən əldə etdikləri torpaq sahələri müqabilində Təqsirləndirilən şəxs pul verilməsi faktları həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Şahid6, Şahid5 Şahid1 ifadə verərək Təqsirləndirilən şəxs məhz Kənd Təsərrüfatı Nazirliyində işlədiyi üçün ondan sonradan satmaq məqsədilə torpaq aldıqlarını və ittiham aktında göstərilən məbləğlərdə pul verdiklərini etiraf etmişlər. Bundan başqa hər üç şahid torpaqların sahibinin Təqsirləndirilən şəxs olduğunu, sonuncunun Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olduğunu, həmin torpaqlara dair mülkiyyət hüququ əldə etməsələr də sonradan Arzunun köməkliyi ilə sonuncudan alınmış torpaqlara sənəd veriləcəyini, müvafiq torpaq sahələrində tikintinin qadağan olmadığını düşündüklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məktubundan görünür ki, həqiqətən də Abşeron rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2019-cu il Sərəncamı ilə Abşeron rayonunun keçmiş S.Əliyev adına Ramana Süçülük maldarlıq üzrə X32 X3 təhkim olunmuş dövlət mülkiyyətinə aid 11 ha torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilmişdir. Göründüyü kimi X26 ərazisində yerləşən torpaq sahəsinin bir hissəsinin kateqoriyası həqiqətən dəyişdirildiyindən torpaq sahəsi alan ayrı-ayrı şəxslər həmin torpaqların kənd təsərrüfatı təyinatlı olmasını, orada tikintiya icazə verilməməsini başa düşməmiş və ya sonradan həmin torpaq sahələri üzərində olan tikililərə mülkiyyət hüququ yaranacağını düşünmüşlər. İş üzrə dindirilmiş bütün digər şahidlər müvafiq pul vəsaitlərini Şahid1, Şahid6 və Şahid5 verərək torpaq sahəsi aldıqlarını qeyd etmiş, tərəflərindən həyata keçirilmiş tikililər(hasar və s) söküldükdən sonra həmin şəxslər Şahid1, Şahid6 və Şahid5 verdikləri pulları tələb edərkən pulların Təqsirləndirilən şəxs olmasının onlara bildirildiyini söyləmişlər. Bundan başqa Şahid1 və Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının məzmununu özündə əks etdiən CD diskdən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan Təqsirləndirilən şəxs Anar X14 Nazirliyinə aid X26 ərazisində torpağın ayrılması, satışına şərait yaratması və bunun müqabilində pulunu tələb edilməsi ilə əlaqədar söhbətlər aparır, Şahid1 isə həmin ərazidə torpaq satışı ilə məşğul olması məqsədilə torpağın ayrılmasını, satışına icazə verilməsi, həmçinin satışın aparıldığını, pulun göndərildiyini, hissə-hissə göndəriləcəyi məzmununda söhbətlər aparır. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus telefon nömrəsi ilə Şahid1 məxsus mobil nömrələri arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan müddət ərzində 902 dəfə, Şahid9 məxsus mobil nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində 156 dəfə, Şahid6 məxsus ***-***-**-** mobil nömrələri arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 7 dəfə, Şahid3 məxsus mobil nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 36 dəfə telefon danışıqları aparılmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Katibliyindən daxil olmuş məktubla da təsdiq edilir ki, yalnız 10 sentyabr 2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “X12 və Emal Birliyi” MMC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yerləşən 199, 7431 hektar torpaq sahəsinin bir hissəsinin vətəndaşlar tərəfindən zəbt edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət daxil olmuşdur. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin zəbt edilməsi barədə aidiyyəti orqanlara məlumat Təqsirləndirilən şəxslə əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə aparılan telefon danışıqlarına dair məlumatları, Şahid1 tərəfindən Təqsirləndirilən şəxslə telefon danışıqlarını əks etdirən CD disk məlumatları ilə birgə müqayisə edərək, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.2-ci və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələrində göstərilən cinayət əməli ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.2-ci və 311.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 46.2-ci törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi kimi cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, ona həmin Məcəllənin 308.2-ci maddəsinin sanksiyası həddində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum cəzası, 311.3.2-ci və 311.3.3-cü maddələrinin sankiyası həddində barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinin tələbləri rəhbər tutulmaqla təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 85- 88).Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Şahid1 tərəfində istintaqa təqdim edilən Təqsirləndirilən şəxs ilə aralarında aparılan səs yazışmalarını əks etdirən və "xxxx" Məhdud Məsuliyyət Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi3 işlədiyi Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun hesabına 342 (144+198) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.2-ci və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar Şahid1 tərəfində istintaqa təqdim edilən Təqsirləndirilən şəxs ilə aralarında aparılan səs yazışmalarını əks etdirən və "xxxx" Məhdud Məsuliyyət Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi3 ödənilməsi üçün Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun hesabına 342 (üç yüz qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar