Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, Məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Elburus oğlunun və X5 Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı <<Vahid>> adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən <<Vahid>> adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respulikasının ərazisində satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda <<Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr>>-in İ-siyahısına daxil edilən ümumi təmiz çəkisi 250,850 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini sonuncudan satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd sellofan bükümdə üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs, həmin gün saat 19:10-da ünvan 2 ünvanda saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 250,850 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yəni Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1-ci maddələri xaric təkcə 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə, ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində 76 yaşlı atası ilə birlikdə yaşayır. Tutulduğu zamana qədər taksi fəaliyyəti ilə məşğul olurmuş. O, xx xxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində “Vasmoy” bazarında olmalı imiş. Həmin vaxtdan bir az sonra Vahid ona zəng edərək Nizami rayonunda “Nazlı” şadlıq sarayının yanındakı avtoyuma məntəqəsinin yanında ağ sellofan bükümdə narkotik vasitə olan heroini götürüb Vahidin dediyi şəxsə çatdıracaqmış. Həmin narkotik vasitəni oradan götürən anda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun maşınına baxış keçirilmişdir. Lakin maşından narkotik vasitə tapılmamışdır. Bundan sonra idarəyə getmişlər və protokol tərtib edilmişdir. O, hər şeyi düz danışıbdır. Onun cibində 250 qram narkotik vasitə olmağına, əgər onda o qədər narkotik vasitə olsaydı o, onu cibində rahatlıqla gəzdirə bilməzdi. Onun cibində o, qədər narkotik vasitə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, daşıması barədə məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək onu saxlamışlar. Təqsirləndirilən şəxs hüquqları izah edilmiş sonra iki nəfər hal şahidinin iştirakı ilə Şəhriyardan üzərində qanunsuz maddə, əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. Şəhriyar səmimi olaraq üzərində olan narkotik vasitəni onlara təqdim etmiş və avtomobilində heç nə olmadığını bildirmişdir. Narkotikin çəkisi təxmini 250 qram olmuşdur. Şəhriyarın avtomobilinə baxış keçirilmiş və heç bir yad predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə idarəyə getmişlər və keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, daşıması barədə ona məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək onu saxlamışlar. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra iki nəfər hal şahidinin iştirakı ilə ondan üzərində qanunsuz maddə, əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. Şəhriyar səmimi olaraq üzərində olan narkotik vasitəni onlara təqdim etmiş və avtomobilində heç nə olmadığını bildirmişdir. Narkotikin çəkisi təxminən 250 qram olmuşdur. Şəhriyarın avtomobilinə baxış keçirilmiş və heç bir yad predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə idarəyə getmişlər və keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi olmağını təklif etmişlər. O da hal şahidi olmağa razılıq vermişdir. Şəhriyara hüquqları izah edildikdən sonra polis əməkdaşları o və ondan başqa bir nəfər hal şahidinin iştirakı ilə Şəhriyardan üzərində qanunsuz maddə, əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. Şəhriyar səmimi olaraq üzərində olan narkotik vasitəni polislərə təqdim etmiş və avtomobilində heç nə olmadığını bildirmişdir. Narkotikin çəkisi onun yadına gəlmir. Şəhriyarın avtomobilinə baxış keçirilmiş və heç bir yad predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları ilə birlikdə idarəyə getmişlər və keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən zaman xx xxxxxx 2020ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, daşıması barədə məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək onu saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satması xüsusatını araşdırsalar da bir sübut tapılmamışdır. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra iki nəfər hal şahidinin iştirakı ilə Şəhriyardan üzərində qanunsuz maddə, əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. Şəhriyar səmimi olaraq üzərində olan narkotik vasitəni onlara təqdim etmiş və avtomobilində heç nə olmadığını bildirmişdir. Narkotikin çəkisi təxmini 250 qram olmuşdur. Şəhriyarın avtomobilinə baxış keçirilmiş və heç bir yad predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə idarəyə getmiş və keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2708 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində <<Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş...>> yazısı olan paketdəki, 01(bir) ədəd bükümdə, təmiz çəkisi 250,850 qr qəhvəyi rəngli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 250,750 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə 29-32, 92.93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş <<əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında>> xx xxxxxx 2020-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nizami rayon ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hakimi X11 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Baş X2 baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (iş vərəqə 5, 100- 101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6 xx.xx.2020-ci il tarixli 1426 nömrəli ambultor məcburi məhkəmə-narkoloji ekspertizası ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomoniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 138-139) <<Azerfon>> MMC-dən xx xxxxx 2020-ci il tarixli, AZF/LGL-4606/20 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** NAR nömrə ilə istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** CİN nömrə arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı SMS göndərilmişdir. İş üzrə telefon məlumatlarının qeydə alındığı bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (iş vərəqə 108-111) İş üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd <<İphone 7>> markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefon aparatının abunəçilər bölümündə adı <<Vehid>> kimi qeydə alınan İran İslam Respublikası mobil operatoruna məxsus +**********40 nömrənin <<Whatsapp>> anı mesajlaşma mübadilə sistemi vasitəsi ilə danışıqlar aparmış və xx xxxxxx 2020-ci il tarixdə həmin danışıqlar mütamadi xarakter almış, Təqsirləndirilən şəxs saxlandıqdan sonra həmin nömrədən dəfələrlə zənglər edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, mobil telefon aparatının <<Whatsapp>> ani mesajlaşma mübadilə sistemi ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müxtəlif abunəçilərlə narkotik vasitə və psixotrop maddələrin alış və satışı ilə bağlı yazılı və səsli mesajlar həyata keçirmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd <<İphone>> markalı **********53292 İMEİ kodlu mobil telefona aparatı maddi sübut kimi tanınmış və ayrıca icraata ayrılan cinayət işinin materiallarında saxlanılmışdır. (iş vərəqə 112-117) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf edib, peşiman olmasını, gəncliyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb bir ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 250,750 qram narkotik vasitə olan heroin, bir ədəd CD disk və <<İphone 7>> markalı mobil telefon aparatı maddi sübutdur. 250,750 qram narkotik vasitə olan heroin saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır, bir ədəd <<İphone 7>> ayrıca icraata ayrılan cinayət işinin materiallarında saxlanılmışdır. İşdə 114 (yüz on dört) manat məhkəmə-kimyəvi ekspertiza tədqiqatı ilə əlaqədar yaranmış məhkəmə xərci vardır. İş üzrə müsadirə olunması təklif edilən cinayət törədilərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş pul və əmlak yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki,X7 barəsində xx xxxxxx 2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilsə də o, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan, onun cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı X3 müdafiəçisi qismində işə buraxılmış Bakı şəhər “Mərkəz” vəkil bürosunun vəkili X8 252 (iki yüz əlli iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X8 252 (iki yüz əlli iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi 260 (iki yüz altmış) manat miqdarında pul ödənilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 250,750 qram narkotik vasitə heroin xüsusi müsadirə edilməklə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X8 252 (iki yüz əlli iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi 260 (iki yüz altmış) manat miqdarında pul ödənilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-823/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver