Məhkəmə qərarları › İş №1(101)-823/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-ci ildə Şirvan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, ümumi təmiz çəkisi 17,684 qram narkotik vasitə olan külli miqdarda heroini əldə edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Nardaran-Bilgəh yolu dairəsi yaxınlığında yerləşən Bravo marketin yaxınlığına qədər saxlamaqla daşımış 27 sentyabr 2022-ci il tarixdə saat 19:15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Nardaran-Bilgəh yolu dairəsi yaxınlığında yerləşən Bravo marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 42- ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 17,684 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, saxlanılarkən onda heç nə olmayıb, ittiham aktında yazılıb ki, guya hansısa bilinməyən mənbədən əldə ediblər ki, onun üzərində mal olub və onu saxlayıblar. O tutulan yerdə yaxınlıqda ev yoxdur. 27 sentyabr 2022-ci ildə maşından düşən kimi Baş idarənin işçiləri onu tutub. Nardarana, bölməyə apardılar. Orada üzərinə mal, narkotik vasitə qoydular. Rəsmiləşdirdilər, Sabunçuya göndərdilər. Sonra da Kürdəxanıya gəldi. Narkotik vasitədə heroindən istifadə edir. Sonuncu dəfə tutulmamışdan 1 gün qabaq istifadə etmişdir, narkotik vasitəni tanımadığı şəxsdən Şirvan şəhərində əldə etmişdi. Polis əməkdaşlarına 2 dənə telefon, 2 dənə kart və pul təqdim elədi, bir də çəkilişdən qabaq üzərinə qoyulan malı çıxarmışdır. Uçotda olduğu yerdə qardaşı ailəsi ilə yaşayır, əgər narazıçılıq bildirsəydi, evə girəcəkdilər, evə girəcəklərindən çəkindi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis polkovnik-leytenantı rütbəsindədir. Baş idarəyə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla məruzə olundu və qərar qəbul olundu. Bu şəxs 27 sentyabr axşam saat 19:30 radələrində piyada hərəkət edən zaman Nardaran-Bilgəh dairəsində tərəflərindən saxlanıldı. 42-ci Polis bölməsinə dəvət olundu. Onların və vəkilin iştirakı, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki şalvarın sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etdi. Həmin kütləni 15 gün əvvəl X6 vətəndaşı Əli adlı şəxsdən 220 manata əldə etdiyini bildirdi. Onlar şəxsə yaxınlaşanda o tək idi., özü onlara müqavimət göstərmədi, özünü sakit və səmimi apardı, özü narkotik vasitəçisi olduğunu və bundan əziyyət çəkdiyini dedi. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 Cəmiyyət Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BNMİ-nin təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən tərtib olunmuş 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Y.Vahabov Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş X4 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs X5 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 02 ədəd içərisində ***-***-**-** və ***-***-**-** kart nömrələri olan «Samsung» markalı mobil telefonlar, 356 (üç yüz ) manat pul və 02 ədəd üzərlərində 4098 5844 6431 9738 və 4169 7388 0995 0334 nömrələri olan plastik kartları aşkar edilərək götürülmüş, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra Səbuhi Zülfıqarov un təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 18,94 qram olmuş, aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd «Samsung» markalı mobil telefonlar və bank kartları götürülmüş, 356 manat pul isə Səbuhi Zülfıqarov a qaytarılmışdır. Daha sonra X5 verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlənin özünə məxsus olmasını, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Fərhad» adlı şəxsdən Bakı şəhəri ərazisində 15 gün əvvəl istifadə etmək məqsədilə 220 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmin baxışın və götürmə prosesinin videogörüntüsüniin əks olunduğu 01 ədəd CD disk protokola əlavə olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5553 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 №-li dairəvi möhür əksi olan, “X2 təqdim etdiyi..sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 17,684 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 17,684 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq qaldı - 17,634 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (ekspertiza tədqiqatının dəyəri 65 (atmış beş manat) Cinayət işində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 noyabr 2022-ci il tarixli, 6742 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, X3 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda X2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 27 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 oktyabr 2022-ci il tarixli tələbnamədən və Suraxanı rayon məhkəməsinin qərardan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şirvan şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci il tarixdə Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 02 il 06 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılmışdır, 06 may 2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının 05 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ağır cinayəti qəsdən əvvəlki cinayəti üzrə verilmiş cəzanın çəkilməmiş hissəsi ərzində törətdiyindən onun Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından, Suraxanı rayon məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirilən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 65 (atmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,634 qram qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından, Suraxanı rayon məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə cəzanının çəkilməmiş 5 ay 14 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,634 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar