Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsi, ev 48, mənzil 4A-da qeydiyyatda olmaqla yaşamış, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış kompleksi ev 810-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,660 qram, 0,786 qram və 1,687 qram olmaqla ümumi təmiz çəkisi 3,133 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 28 yanvar 2023-cü il tarixdə saat 02:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında Şahid5 və avtomobillə birlikdə saxlanılaraq 39-cu PB-nə gətirilmiş, orada 28 yanvar 2023-cü il tarixdə, saat 08:15-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı həmin vaxtı əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,660 qram, 0,786 qram və 1,687 qram olmaqla ümumi təmiz çəkisi 3,133 qram olan, qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə günorta radələrində Hüseyn adlı şəxs ona zəng edib “Gənclik mall”da olduğunu, axşam gələrək onu götürüb evinə getməyi və orada başlarını açmalarını yəni, narkotik istifadə etmələrini demişdir. Həmin gün saat 7- 8 arası Hüseyn gəlib onu evindən götürmüş və onlar birlikdə Badamdar qəsəbəsinə getmişlər. Onlar Hüseynin evində 5-10 dəqiqə oturduqdan sonra qapı döyülmüşdür. O, qapının açıldığını eşitmiş, lakin evə heç kəs gəlməmişdir. Daha sonra Hüseyn ona heroin vermiş, o isə Hüseynə heroin yox, metamfetamin istifadə etdiyini demişdir. Hüseyn də heroini götürüb başqasi ilə dəyişməyini təklif etmişdir. O, Qadir adlı qonşusuna zəng edib heroini metamfetaminlə dəyişə bilib-bilmədiyini soruşmuşdur. Qadir isə ona cavabında hazırda Sahil metrostansiyası tərəfdə olduğunu və oraya gəlməklə həmin narkotik maddələri dəyişdirə biləcəyini demişdir. Onlar Hüseynin maşını ilə Sahil metrostansiyasının yanına getmişlər. Onlar Sahil metrosuna çatdıqda Hüseyn karta pul köçürəcəyini deyərək banka getmişdir. O Qadirə zəng edib çatdığını demişdir. Qadir onun yanına gəlmiş, lakin orada narkotik maddələri dəyişməyə imkan olmamışdır. Qadir siqaret almaq üçün marketə girməyi təklif etmişdir. Marketə girib siqareti alan kimi mülki geyimdə olan polis əməkdaşları qolundan tutub onu və Qadiri sürüyərək marketdən çıxarmışlar. Həmin vaxt Hüseyn maşınının yanında dayanmışdır. Polis əməkdaşları Hüseyni arxa oturacaqda sol tərəfdə, Qadiri ortada, onu da sağ tərəfdə əyləşdirib Hüseynin maşını ilə onları bölməyə aparmışlar. Bölməyə çatdıqda onu və Qadiri eyni otağa salmışlar. Hüseyn artıq onların yanında olmamışdır. Otaqda 15 nəfər polis əməkdaşı olmuşdur. Sonra Qadirlə onu döyməyə başlamışlar. Qadir ciblərində olan hər şeyi çıxardıb stola qoymuş, o da ciblərini boşaldanda onun telefonuna zəng gəlmişdir. Zəng edən Sevinc Məmmədova olmuşdur. Telefonu açıb ona verdiklərində o, Sevincə “bölmədəyəm” deyə bildirmiş, daha sonra isə telefonu ondan almışlar. O ciblərini boşaldanda Qadiri döyməyə davam edirmişlər. Qadir haqqında polislər “bu kimdir, bu öldü, ağzından qan gəldi” deməklə Qadiri oradan çıxarmışlar. Onu da otaqda döyməyə davam etmişlər. Sonra onu növbətçi hissənin qabağındakı koridora uzatmışlar, Hüseyn də onun yanında uzanmışdır. Onlar 5-6 saat orada uzanmışlar. Sonra onları bir yerdə rəisin otağına aparıb orada döymüşlər. Hüseyn otaqdan çıxdıqdan sonra 39-cu bölmənin rəisi ona “Hüseynin evində mal var” deməsini söyləmişdir. O da Hüseyni 3 ildir tanıdığını və evində mal görmədiyini demişdir. Rəis otaqdakı polisə onu aparıb başa salmağını demişdir. Onu otaqdan aparanda polis ona “sən burdan istintaq təcridxanasına, Hüseyn isə evinə gedəcək” demişdir. Sonra onlar rəisin otağından çıxanda rəis demişdir ki, “siz ki belə edirsiz indi maşına baxış keçirdərik”. Biraz keçdikdən sonra maşından 1(bir) kq narkotik vasitə çıxdığını demişlər. Təxminən bir neçə saat sonra Rəfail adında vəkil oraya gəlmişdir. Ona videoçəkiliş aparacaqlarını bildirmişlər. Orada olan üç nəfər polis əməkdaşı ona büküm vermişdir. O bükümü əlinə götürdükdə bükümün böyük olduğunu və ona məxsus olmadığını bildirmişdir. Belə ki, onun üzərində yalnız 01 qram narkotik vasitə olmuşdur. Videoçəkilişdə də özünə aid balaca bükümü göstərib həmin bükümün ona məxsus olduğunu demişdir. Sonra onu və Hüseyni müvəqqəti saxlama yerinə aparmışlar. Oraya çatanda 39-cu bölmənin rəisi Hüseynə “sən burdan çıxacaqsan, səhər bölməyə gəl” demişdir. O, rəisə “bəs mən rəis”, soruşanda rəis, ona “sən get işinlə məşğul ol” demişdir. Yaşar adlı müstəntiq yanına gəlib özünü təqdim edərək ittiham aktını ona vermişdir. O ittiham aktını oxuduqdan sonra həmin ittihamla razı olmadığını bildirib imza çəkməmiş və ittiham aktında yazılanlarla razı olmadığını demişdir. Əlavə olaraq qeyd edir ki, onları Bayıl bağının yanında saxlamamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər məhkumluğu olmamışdır. O, tutulana qədər metamfetamin istifadə edirmiş. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Şahid5 qonşusu Nihadın vasitəsilə tanımışdır. Hüseynlə onun dostluq münasibətləri olmuşdur. Belə ki, Hüseyn, Nihad və o birgə narkotik vasitə istifadə edirmişlər. Onlar narkotik vasitə əldə etmək üçün bir-birilərinə pul verməmişlər. Onları “Sahil” metrosunun yaxınlığında mağazada saxlamışlar. Həmin vaxt Hüseyn maşında olmuşdur. Onlar “Sahil” metrosuna Qadirlə görüşmək üçün getmişlər. O yalnız metamfetamin istifadə etdiyi üçün üzərindəki olan heroini metamfetaminlə dəyişəcəkmiş. Onun üzərində olan 1 büküm heroinin miqdarı 01 qramdan az olarmış. Avtomobil Hüseynə məxsusdur və avtomobili Hüseyn özü sürmüşdür. Hüseyn kartına 05 (beş) manat məbləğində pul vurmaq üçün getmişdir. O da uzaqdan Qadirin gəldiyini görüb maşından düşmüşdür. Siqaret almaq üçün mağazaya girəndə polis əməkdaşları onları tutmuşlar. Hüseynin üzərində də heroin olmuş, lakin onun miqdarını bilmir. Polis bölməsinə gedən kimi onun üzərində axtarış keçirmişlər. Lakin Hüseyn onunla otağa girməmişdir. Qadirlə onu eyni otağa aparmışlar və onları döymüşlər. Qadirin üstündən qırmızı rəngli sənəd çıxmışdır. Polislər həmin sənədi stolun üstünə qoymuşlar. Daha sonra Qadir yıxılmış və polislər “bu öldü, ağzından qan, köpük gəldi” deyərək otaqdan çıxarmışlar. Polislər onun üzərini yoxlayıb heroini çıxarmışlar. Lakin videoçəkiliş zaman salfetkanın içərisinə narkotik maddə qoyaraq ona vermişlər. Polislərin onun üzərinə artıq çəkidə narkotik vasitə qoymasının səbəbini bilmir. Mağazaya girib onları saxlayanlar 4-5 nəfər polis əməkdaşları olmuşdur. Lakin bölmədə təxminən 20 nəfər şəxs tərəfindən döyülmüşdür. Onun Hüseyn, Qadir və xanımla narkotik vasitə ilə bağlı hər hansı bir alış-verişi olmamışdır. Polis bölməsində onları sorğu-sual etməmişlər. Bu səbəbdən polislərə metamfetamin istifadə etdiyini deyə bilməmişdir. Hüseynlə 27 yanvar 2023-cü il tarixdə saat təxminən 21:00-21:30 radələrində görüşmüşdür. Görüşmək üçün Hüseyn ona zəng etmiş və onu evdən götürmüşdür. Onlar Hüseynlə mütəmadi olaraq görüşürmüşlər. Hüseyn ona zəng edərək “Gənclik mall” da olduğunu və axşam görüşüb birgə narkotik vasitə istifadə etmələrini bildirmişdir. Saat 21:00-21:30 radələrində onlar Badamdarda yerləşən evə qalxmışlar. 15 (on beş) dəqiqə keçməmiş qapı döyülmüş və Hüseyn qapını açmışdır. O, evdə stolun üstündə narkotik vasitənin heroin növünün olduğunu görmüşdür. Hüseyn ona metamfetamin olmadığını bildirmişdir. Bu zaman onun Qadirə müraciət etmək qərarına gəlmişdir. Stolun üstündə olan heroinin miqdarını bilmir. “Sahil” metrosuna çatanda təxminən saat 21-22 radələri olarmış. 39-cu Polis Bölməsinin rəisi ona bildirmişdir ki, Hüseynin evində mal olduğunu söyləsin. O, videoçəkiliş aparılan zaman narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Videoçəkiliş zamanı narkotik vasitəni salfetkaya bükülü vəziyyətdə arxa cibindən çıxarıb təqdim etmişdir. O, heroini metamfetaminlə dəyişib Hüseyngilə istifadə etmək üçün gedəcəkmiş. Ola bilsin ki, Hüseyn üzərində metemfetamin gətirəcəyini düşünmüşdür. O, Qadirə “kakos” adlanan narkotik vasitə verib, əvəzində metamfetamin alacaqmış. Onlar Qadirlə birlikdə marketə girmişlər, daha sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Sevinc onun nişanlısıdır. Sevincin adı anasının telefonunda “çox gözəldi axı” kimi qeyd edilmişdir. Buna səbəb isə ilk dəfə Sevinci görüb gəldikdən sonra, anasına “Çox gözəldi axı” bildirməyi olmuşdur. Sevinc xanımla aralarında el adəti ilə nişan mərasimi olmuşdur. Həmin nişan mərasimindən fotoşəkillər də mövcuddur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi gecə saatlarında “Sahil” metrosunun qarşısında saxlamışlar. Onlar şəxsi saxlayan zaman özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Təhqiqatçının otağında vəkilin iştirakı ilə baxış keçirilmiş və üzərindən cəmi 04 (dörd) ədəd büküm, 03 (üç) ədədi heroin, 01 (bir) ədəd bükümdə isə metamfetamin aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, 2010-cu ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat qrupunun digər üzvləri isə Şahid1 və Şahid2 olmuşdur. Hadisə 28 yanvar 2023-cü il tarixdə gecə saat 02-03 radələrində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən gecə saat 02 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxılanılarkən yanında bir nəfər şəxs də olmuşdur. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs və yanındakı şəxsi mağazadan çıxarkən saxlamışlar. Nihadın dostu maşının yanında olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə gecə saat 02 radələrində xidmət göstərərkən onlar şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərindən bir neçə büküm narkotik vasitəyə bənzər maddələr aşkar edilmiş və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupununun digər üzvlərinin kimdən ibarət olduğunu xatırlamır. Təqsirləndirilən şəxs o və Şahid3 saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan vaxt yanında kiminsə olub-olmadığını xatırlamır. Nihadın üzərində 3-4 ədəd büküm olmuşdur. Bükümlər heroin və metamfetamin olmuşdur. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs “Sahil” metrosu ərazisində küçədə saxlamışlar. Şəxsi bölməyə də şəxsən özü aparmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə xx.xx.1996-cı ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olan, Şirvan şəhəri, Mehmandarov küçəsi ev 53-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat barədə Polis Bölməsinin rəhbərliyinə məruzə olunduqdan sonra Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2023-cü il tarixdə, saat 02:15-də Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən metronun «Sahil» stansiyasının yaxınlığında Şahid5 yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Şahid5 narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Şahid5 buna etiraz etməyib, onlarla birlikdə, idarə etdiyi ağ rəngli «Hyundai Elantra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Polis Bölməsinə yollanmışdır. Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Şahid5 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Şahid5 vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Şahid5 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Şahid5 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Şahid5 könüllü olaraq həmin vaxtı əynində açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibindən 01 ədəd «İphone 13» markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 20 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən metronun «Sahil» stansiyasının yaxınlığında Nihad adlı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Həmin büküm açılıb içərisində baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Şahid5 saxlanılmazdan əvvəl onun idarə etdiyi avtomobildə Nihad adlı şəxsin əlində qara rəngli nə isə olduğunu görməsini, həmin şəxsin özünü şübhəli aparmasını, nəqliyyat vasitəsində qanunsuz əşya olmadığını və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanmışdır. Şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanmışdır.Bundan sonra şübhəli şəxs Şahid5 Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək etibarnamə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Şahid5 idarə etdiyi ağ rəngli, «Hyundai Elantra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxs Şahid5 və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Şahid5 idarə etdiyi avtomobildə narkotik vasitə və hər-hansı bir qeyri-qanuni əşya olub-olmadığını soruşuldu. Şübhəli şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və hər-hansı bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin ön sol, yəni sürücünün oturacağının alt hissəsində arxa tərəfdə 01 ədəd qara rəngli kişi corabı aşkar edilmişdir. Həmin corabın içərisinə baxış keçirilərkən içərisində 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı şübhəli şəxs Şahid5 həmin kütlənin özünə məxsus olmadığını, ola bilsin ki, onun avtomobilində sərnişin qismində əyləşmiş Nihad adlı şəxsin həmin bükümü avtomobilə qoymuş olduğunu bildirmişdir. Bundan başqa həmin avtomobildən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Şahid5 avtomobilinin ön sol oturacağının alt hissəsində arxa tərəfdən aşkar edilərək götürülmüş 01 ədəd sellofana bükülmüş büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanmışdır. Bundan sonra Şahid5 nəqliyyat vasitəsində axtarış keçiriliməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 144 - 147) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün bəzi halları xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, onlar 27 yanvar 2023-cü il tarixdə Nihadla görüşmək üçün zəngləşmişlər. Həmin gün axşama görüş təyin etmişlər. O, Nihadı Bayıl qəsəbəsində yerləşən evindən götürmüş və onun Badamdar qəsəbəsində yerləşən evinə getmişlər. O özü X6 veteranıdır. Müharibədən qayıtdıqdan sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitənin yalnız isifadəçisidir. Onlar onun evinə gəldikdən sonra 10-15 dəqiqə oturmuşlar. Bir az keçdikdən sonra o, onda olan narkotik vasitə heroini metamfetaminlə dəyişməsi üçün Nihada vermişdir ki, Qadirə versin. Onlar Nihadla birlikdə onun avtomobili ilə Sahil metrostansiyasına getmişlər. Nihadın deməsinə görə Qadir də oraya gələcəkmiş. Sahil metrostansiyasına çatdıqdan sonra Qadirlə görüşmüşlər. O onlayn mərc oyununa terminal vasitəsilə pul ödənişi etmək üçün metronun içinə düşmüşdür. Nihadla Qadir isə marketə getmişlər. O metrodan çıxanda polis əməkdaşlarının Nihadla Qadiri tutduğunu görmüş, daha sonra isə polislər onu yaxalamışlar. Polislər onları eyni maşına mindirərək 9 saylı Polis Bölməsinə aparmışlar. Bölmədə Nihadla onu döyməyə başlamışlar. Bir az sonra isə Qadirin olmadığını və onu buraxdıqlarını öyrənmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, Nihadı 3-4 ildir ki, tanıyır. Onların görüşməkdə məqsədi birlikdə narkotik vasitə qəbul etmək olmuşdur. Onlar Badamdar qəsbəsinə gedəndə yolüstü dayanıb narkotik vasitə almamışlar. Onun özündə olan narkotik vasitəni Nihada verməkdə məqsədi sonuncunun həmin maddəni Qadirə verərək metamfetaminlə dəyişməsi olmuşdur. O, narkotik vasitəni Nihada pulsuz vermişdir. Narkotik vasitəni İran vətəndaşlarından alırmış. Sonuncu dəfə İran vətəndaşından 0.5 qram narkotik vasitə almışdır. Nihada verdiyi narkotik vasitənin miqdarı təxminən 0.1-0.2 qram olarmış. O, Qadiri tanımırmış və ilk dəfə idi ki görürmüş. Belə ki, Qadir Nihadın tanışı olmuşdur. Nihadın narkotik maddəni kimdən aldığını soruşmamışdır. Onlara polis bölməsində polislər tərəfindən fiziki təsir göstərilmişdir. O, Sadiqə günorta vaxtları zəng vurmuşdur. Polis əməkdaşları onları 27 yanvar 2023-cü ildə təxminən axşam saat 20:30 radələrində saxlanmışlar. Onlar Sahil metrostansiyasına yanvar ayının 27 axşam saat təxinən 20:30 radələrində çatmışlar. Polis əməkdaşları təxminən 15-20 dəqiqə sonra onları yaxalamışlar. Polis əməkdaşları onları gecə saatlarında saxlamamışlar. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Şirvan şəhəri, Mehmandarov küçəsi ev 53-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayır.“2-ci Qarabağ müharibəsi” iştrakçısıdır və müharibə gedişində travma almışdır. O, buna görə də qayıtdığı müddətdən ara-sıra narkotik vasitənin müxtəlif növlərindən çəkmə yolu ilə istifadə edirmiş. O, həmin narkotik vasitəyə ehtiyacı olduğundan Bakı şəhərində müxtəlif yerlərdən tammadığı şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən əldə edirmiş. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır və dostluq münasibəti var. 27 yanvar 2023-cü il tarixdə saat 20-21 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall” da arvadı X2 ilə birlikdə kafedə oturmuşdur. Bu zaman Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə 055 *** ** ** saylı mobil telefon nömrəsinin “vatçap” vasitəsi ilə zəng vurub bildirmişdir ki, onun istifadə etdiyi narkotik varmı? O, arvadı ilə birlikdə Nihadın yaşadığı Bayıl qəsəbəsində yerləşən evinə getmişdir və onu götürüb öz yaşadığı evə aparmışdır. Yolda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Bayıl parkının yaxınlığında saxlamışdır. Orada o, öz istifadə üçün bir nəfər tanımadığı şəxsdən 1 ədəd bükümdə olan narkotik vasitə heroin aldı, Nihad da özü üçün 3 ədəd bükümdə olan heroin almışdır. Onlar birlikdə onun Badamdar qəsəbəsində yaşadığı mənzilə gəlmişlər. Onun yaşadığı evdə olan zaman Nihad ona demişdir ki, bükümlərin içərisində metamfetamin yoxdur, buna görə də onun tanışı var həmin heroini onunla aparıb metamfetaminə dəyişmək istəyir. Nihad onu avtomobillə Sahil metrostansiyasının yanına aparmaq lazım olduğunu, orada onun, həmin şəxslə, görüşüb heroini metamfetaminə dəyişəcəyini bildirmişdir. O, da etiraz etməmişdir. 27 yanvar 2024-cü il tarixdə saat 23 radələrində ona məxsus Hundai Elentra markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə Nihadla birlikdə Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yanına getmişlər. O, metrostansiyasının yaxınlığında avtomobili saxlamışdır. Həmin vaxt Nihad avtomobildə qabaq oturacaqda əyləşmişdir. Onlar bir müddət gözlədikdən sonra Nihad həmin şəxsə zəng vurmuşdur. Həmin şəxs gəldiyini bildirmişdir. O, avtomobildən düşmüş, yaxınlıqda yerləşən ödəmə terminalına yaxınlaşıb öz ATB bank tərəfindən verilmiş karta pul yükləyib geri qayıtmışdır. Onlar avtomobildə oturub həmin şəxsin gəlməyini gözləyirmişlər. 28 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələri olarmış ki, bir nəfər tanımadığı şəxs gəldiyini görmüşdür. Nihad avtomobildən düşüb həmin şəxslə görüşüb yaxınlıqda yerləşən “Sahil” metrostansiyasının çıxışında yerləşən marketə daxil olmuşlar. O, həmin vaxt avtomobildə oturmuşdur. Bu zaman avtomobilin qapısı açılmış və mülki geyimdə olan şəxslər özlərini polis kimi təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu 39-cu polis bölməsinə dəvət etmişlər. Həmin vaxt Nihad və onunla gələn şəxsi polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları onlara polis bölməsinə getməklərini təklif etmişlər. Onlar da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmişlər və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 39-cu PB-nə getmişlər. Həmin vaxt o, polis əməkdaşlarına ona məxsus avtomobili də aparmalarını demişdir. Buna görə də o, öz avtomobili də PB-nə sürüb aparmışdır. 39-cu PB-də ona vəkillərin siyahısından müdafiəçi kimi X3 təqdim edilmişdir. O, Səyyarə Əliyevanın onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxşi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bükümün içərisindəkinin qəhvəyi rəngli heroinə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etmişlər. Üzərinə şəxsi axtarış zamanı isə əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Ondan narkotik vasitəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, o, həmin narkotik vasitəni həmin gün Nihaddan 10 manata aldığını bildirmişdir. Bütün proseslər, kameraya çəkilmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olundu, ucadan oxunmuşdur, o, da həmin protokola imza etmişdir. Həmçinin 1 ədəd şəffaf selofana bükülmüş büküm qablaşdırılmış və üzərinə o, müdafiəçi Səyyarə Əliyeva və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. Bundan başqa polis əməkdaşları ona avtomobilinə baxış keçirilmələrini bildirmişlər. O, da etiraz etməmişdir. Polis əməkdaşları onun icazəsi ilə avtomobilə baxış keçirmişlər və avtomobilin sol arxa ayaqaltından qabaq sürücünün oturacağının altından corab tapmışlar. Həmin coraba baxış keçirmişlər və corabın içərisində narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Ondan polis əməkdaşları həmin corabın kimə məxsus olduğunu soruşmuşlar, o, da həmin corabın Nihada məxsus olduğunu bildirmişdir. Avtomobilə keçirilən baxışın bütün proseslər kameraya çəkilmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o, da həmin protokola imza etmişdir. Həmçinin 1 ədəd corab qablaşdırılmış və üzərinə o, müfadiəçi Səyyarə Əliyeva və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. Onun üzərində aşkar olunmuş həmin narkotik vasitə olan heroinin həmin gün əvvəl tanımadığı şəxsdən 10 manata almışdır. Özü istifadə elmək üçün üzərində saxlamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır və hazırda da olmur. Yalnız özü istifadə edir. O, heç kimə narkotik vasitə verməmişdir. O, heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. O, fikirləşir ki, Nihad onu polislərə satıbdır, buna görə də avtomobildən aşkar olunmuş narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitəni polis əməkdaşları avtomobilə qoyublar, çünki onlar həmin vaxt 4 büküm heroin almışdır. Onun üzərində 1 ədəd büküm heroin, Nihadın üzərində isə 3 ədəd büküm heroin olmuşdur. Nihadın üzərində metamfetamin olmamışdır. O, Sahil metrostansiyasına Qadirlə görüşmək üçün getmişdir ki, heroini metamfetaminlə dəyişsin. Polis əməkdaşları da ona üzərindən aşkar olunmuş narkotik vasitənin Nihaddan aldığını deməsini bildirdiklərinə görə, o, üzərinə axtarış aparılan zaman üzərindən aşkar olunmuş narkotik vasitənin Nihadın ona 10 manata satdığını bildirmişdir. Nihadın üzərinə axtarış keçirilən zaman üzərindən 3 ədəd büküm heroin aşkar olunduğuna görə polis əməkdaşları ona həmin məzmunda ifadə vermələrini bildirdikləri üçün o, həmin məzmunda ifadə vermişdir. Həmin məzmunda ifadə verməsini dəqiq hansı polis əməkdaşının ona deməsini bilmir. Həmin vaxt orada çoxlu sayda polislər olduğundan xatırlamadığını bildirmişdir. O, narkotik vasitəni aldığı şəxsi tanımır, onunla təsadüfən Bayıl parkında rastlaşmışdır. (cild 1, iş vərəqə: 237-241) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onlara təzyiq göstərirmişlər. Polis əməkdaşlarının onları döymələrinin səbəbi narkotik vasitəni hardan əldə etdiklərini öyrənmək istəmələri olmuşdur. Polis əməkdaşları qanunsuz olaraq evə baxış keçirmişlər. Tutulan zaman üzərinə heç bir baxış keçirilməmişdir. Onlar tutulan zaman 5 nəfər polis əməkdaşı olmuşlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2023-cü ilin qış aylarında Sahil metrostansiyası yaxınlığında Hüseyn və Nihadı keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlamışlar. Həmin vaxt Hüseyn və Nihadın yanında Hyundai markalı, ağ rəngli avtomobil də olmuşdur. Nəqliyyat vasitəsini Hüseyn adlı şəxs idarə edirmiş. Nihad da onun yanında oturmuşdur. Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə bölməyə dəvət etmişlər. Şahid5 üzərinə baxış keçirilərkən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Hüseynin avtomobilinə də baxış keçirilmiş və avtomobildən qara rəngli corabın içərisində narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda o və Şahid1 olmuşdur. Onlar şəxsləri saat təxminən gecə 02-03 radələrində Sahil metrostansiyasının yanında saxlamışlar. Şahid5 və Təqsirləndirilən şəxs başqa bir nəfər də olmuş, lakin ayrı oturmuşdur. Onlar maşını izləyərək Hüseyni tapmışlar. Şəxsləri saxlayarkən onlar heç bir müqavimət göstərməmişlər. Hüseyn maşında oturmuş, Nihad və digər şəxs isə maşından çöldə olmuşdur. O şəxslərdən hansına yaxınlaşmağını xatırlamır. Nihadla bağlı videoçəkilişdə iştirak edib-etmədiyini xatırlamır. Şahid5 maşınına baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən nə çıxdığını görməmişdir. Şəxslərə qarşı fiziki və psixi zor tətbiq edildiyinin şahidi olmamışdır. Əməliyyat məlumatı şəxsləri tutduqları vaxtdan 1-2 saat əvvəl daxil olmuşdur. Əməliyyat məlumatı Şahid5 barəsində daxil olmuşdur. Şəxslərə 2 nəfər, Cavid və o yaxınlaşmışlar. İş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə elan edilmiş ifadəsindən görünür ki, Səbail rayonu, Bayıl qəsəbəsi, A.Məmmədov küçəsi ev 27, mənzil 10-da yaşayır. Təqsirləndirilən şəxs Bayıl qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini eşitmişdir. Buna görə də o, Nihadı ifşa etmək istəyirmiş. O, Nihada narkotik maddə olduqda ona deməsini bildirmişdir. 27 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs 050 *** ** ** saylı mobil telefon nömrəsinin “vatçap”la onun istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurub satılıq narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. O, da Nihada Sahil metrostansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. O, da razılaşmışdır. 28 yanvar 2023-cü il tarixdə saat 02 radələrində o, Sahil metrostansiyasının yanına gəlmişdir. O, Nihadda narkotik vasitənin olduğuna əmin olduqdan sonra onun barəsində polisə məlumat verəcəkmiş. O, Sahil metrostansiyasının yaxınlığında Nihadla görüşmüşdür. Nihad ona “kakos” kimi tanınan narkotik vasitə olan heroin və “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, Nihadda narkotik və psixotrop maddələrin olduğundan əmin olduqdan sonra ondan aralaşıb polisə məlumat vermək istəyirmiş. Bunun üçün də Nihaddan aralaşmaq üçün siqaret almaq adı ilə yaxınlıqda yerləşən marketə daxil olmuşdur. Nihad da onun arxasıyla marketə daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları Nihada yaxınlaşaraq özlərini təqdim edib onu narkotik vaistənin satışında şübhəli olduğunu bildirib onlarla birlikdə 39-cu PB-nə getməsini bildirmişlər. Daha sonra polis əməkdaşları Nihadın gəldiyi avtomobilin sürücüsünü də saxlayıb 39-cu PB-nə aparmışlar. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. O, Nihadı tanıdığını onunla gələn şəxsi tanımadığını bildirmişdir. O, Nihada narkotik vasitə satmasını deməmişdir. O, özü ona zəng vurub narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və qurudulmuş marixuana ilə dəyişmək istədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 141 - 143) Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində məhkəməyə dəvət edilərək dindirilmiş X5 verilən suallara cavab olaraq bildirmişdir ki, Nihadla 27 yanvar 2023-cü il tarixdə onun tutulduğu gün danışmışlar. 2023-cü ilin yanvar ayının 27-də saat təxminən 22-23 radələrində Nihadın anası “whatsapp” vasitəsilə ona yazaraq Nihada zəng çatmadığını və onunla əlaqə saxlaya bilmədiyini bildirmişdir. Həmin vaxtlarda o Nihada dəfələrlə zəng vururmuş. Nihad bir müddət sonra onun zənginə cavab vermiş və bölmədə olduğunu demişdir. Həmin vaxt onun istifadəsində sonu “90-00”-la bitən nömrəsi olmuş, Nihadın nömrəsini isə xatırlamır. Nihad hansı bölmədə olduğunu ona deməmişdir. Nihadla danışdıqdan sonra müxtəlif polis bölmələrinə zəng vuraraq Nihadın orada olubolmamasını soruşmuş, lakin ona belə bir şəxsin bölmədə olmadığını bildirmişlər. Nihad ilə saat neçədə danışdığının yadında qalmasının səbəbi onunla danışdıqdan sonra “whatsapp” vasitəsilə Nihadın anasına yazmağı və bu yazışmada da saatın əks olunması olmuşdur. Nihadla zəng vasitəsilə danışmışlar. Həmin vaxt istifadə etdiyi telefonun markası “iphone” olmuşdur. Nihadın anası ilə “whatsapp” vasitəsilə danışmışlar. “Whatsapp”-da istifadə etdiyi nömrəni, həm də zəng etmək üçün istifadə edir. Nihad danışan zaman ona konkret hansı bölmədə olduğunu deməmişdir. O, əvvəllər Nihadın narkotik vasitə istifadə etdiyinin şahidi olmamışdır. Hüseyn və Qadir adlı şəxsləri tanımır. Nihadla danışdıqdan sonra təkrar dəfələrlə zəng vurmuş, lakin Nihad cavab verməmişdir. Nihad ona geri zəng vurmamışdır. Nihadın anası daha sonra ona zəng vurmuş və Nihadla danışa bilmədiyini demiş, sonra anasının halı pisləşmişdir. Aynur xanımın adı telefonunda “xala” olaraq qeyd edilmişdir. Onun adı Nihadın anasının telefonunda “çox gözəldi axı” olaraq qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən xx xxxx 1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, Şirvan şəhəri, General Mehmandarov küçəsi 30A-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Şirvan şəhəri, General Mehmandarov küçəsi 30A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 48, mənzil 4A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində daşıması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 8) 28 yanvar 2023-cü il tarixli, 47-3/Ə10/2023 saylı, 28 yanvar 2023-cü il tarixli, 47- 3/Ə11/2023 saylı əməliyyat qrupunun yaradılması haqqında əmrlərdən, 28 yanvar 2023-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi haqqında protokollardan, 28 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarlardan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmalarından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 9- 16) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixdə, saat 02:15 radələrində narkotik vasitənin saxlanılmasında şübhəli bilindiyi üçün Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-yə gətirilmişdir. (cild 1, iş vərəqə 19) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixdə, saat 03:10-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 21,24) xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 əynində geydiyi açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofan büküm və sol cibində olan “İphone 13” markalı mobil telefonu təqdim edərək bildirdi ki, təqdim etdiyi 01 ədəd şəffaf rəngli selofanın içərisində olan narkotik maddə heroindir. Həmin narkotik maddəni Nihad adlı şəxsdən 20 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində 10 (on) manat ödəməklə aldığını bildirmişdir. Daimi olaraq narkotik maddə istifadəçisidir. Həmçinin üzərinə ümumi olaraq baxış keçirilmiş hər hansı qanunla qadağan edilmiş əşya və ya maddələr aşkar edilməmişdir. (cild 1, iş vərəqə 25-28) xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin sol tərəfdən sürücünün oturduğu hissədə oturacağın alt hissəsində arxa tərəfdən aşkar edilmiş 01 ədəd qara rəngli kişi corabının içərisində olan predmet götürülmüşdür. (cild 1, iş vərəqə 29-31) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:15 radələrində narkotik vasitənin saxlanılmasında şübhəli bilindiyi üçün Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-yə gətirilmişdir. (cild 1, iş vərəqə 33) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 42,49) xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 08:15-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati binasının xidməti otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olmuş açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümləri çıxararaq, masanın üstünə qoymuş, həmin bükümlərdən 03 ədədi açıldıqda, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddənin və 01 ədədi açıldıqda isə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı “Hüseyn” adlı şəxsin ona verdiyini bildirmiş, həmin büküm təhqiqatçı Sərxan Məmmədli tərəfindən qablaşdırılıb götürülmüş və Azərbaycan Respublikası DİN-in 49 saylı möhürü ilə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 50,52-54) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü tarixli, 6/512 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi, “Şahid5 aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,437 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqə 63-67) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü tarixli, 6/513 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №49 dairəvi möhür əksi “Hyundai Elantra” markalı, 77AX248 d.n.n-lı avtomobildən aşkar olunmuş…..” yazısı və imzalar olan zərfdəki qara qəngli kişi corabının içərisində olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 280,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqə 68-72) Məhkəmə-kimyəvi ekspertizanın 6/514 saylı, 28 yanvar 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,660 qram, 0,786 qram, 1,687 qram, ümumi təmiz çəkisi 3,133 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,335 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlnmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısında daxildirlər. QEYD: heroinin ümumi təmiz çəkisi 3,133 qram, sərf edildi 0,15 qram, qalıq 2,983 qram. Metamfetaminin təmiz çəkisi 1,335 qram, sərf edildi 0,05 qram, qalıq 1,285 qram. (cild 1, iş vərəqə 74-77) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Səbail RPİ-nin 39-cu PB-də şübhəli şəxs Şahid5 üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Şahid5 «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Şahid5 könüllü olaraq həmin vaxtı əynində açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibindən 01 ədəd «İphone 13» markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 20 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən metronun «Sahil» stansiyasının yaxınlığında Nihad adlı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirir. Həmin büküm açılıb içərisində baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar edilir. Sorğu zamanı şübhəli şəxs Şahid5 saxlanılmazdan əvvəl onun idarə etdiyi avtomobildə Nihad adlı şəxsin əlində qara rəngli nə isə olduğunu görməsini, həmin şəxsin özünü şübhəli aparmasını, nəqliyyat vasitəsində qanunsuz əşya olmadığını və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanır. (cild 1, iş vərəqə 86) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Şahid5 etibarnamə əsasında idarə etdiyi ağ rəngli, «Hyundai Elantra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxs Şahid5 və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Şahid5 idarə etdiyi avtomobildə narkotik vasitə və hər-hansı bir qeyriqanuni əşya olub-olmadığını soruşulur. Şübhəli şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və hər-hansı bir qeyri-qanuni əşya olmadığını bildirir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanır. Baxış zamanı avtomobilin ön sol oturacağının alt hissəsində arxa tərəfdə 01 ədəd qara rəngli kişi corabı aşkar edilir. Həmin corabın içərisinə baxış keçirilərkən içərisində 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddə olması aşkar olunur. İlkin sorğu zamanı şübhəli şəxs Şahid5 həmin kütlənin özünə məxsus olmadığını, ola bilsin ki, onun avtomobilində sərnişin qismində əyləşmiş Nihad adlı şəxsin həmin bükümü avtomobilə qoymuş olduğunu bildirir. Bundan başqa axtarış zamanı həmin avtomobildən heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Şahid5 avtomobilinin ön sol oturacağının alt hissəsində arxa tərəfdən aşkar edilərək götürülmüş 01 ədəd sellofana bükülmüş büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Şahid5 tərəfindən imzalanır. (cild 1, iş vərəqə 87) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdən 03 ədədinin içərisində narkotik vasitə heroin, 01 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Hüseyn adlı tanışının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evində verdiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdən 03 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digər 01 ədədinin içərisində isə ağ rəngli kristallardan ibarət maddə olması aşkar olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 04 (dörd) ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin CD-R iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 88) Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 234.1 və 234.4.3-cümaddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 89-90) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 92-93) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 99-100) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 126-130) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 131-132) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olmuş və həmin cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. (cild 1, iş vərəqə 134-135) Məhkəmə-narkoloji ekspertizanın 467 saylı, 30 yanvar 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 148-149) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 28 may 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 184-188) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 205-211) Məhkəmə Psixiatrik Ekspertiza X11 Şəxsin verdiyi xx.xx.2023-cü il tarixli, 825 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, psixi vəziyyətinə görə özü və ətrafındakılara qarşı təhlükə kəsb etmir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müəyyən olunmadı. (cild 1, iş vərəqə 221-224) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən sonuncu polis əməkdaşları tərəfindən tutulan zaman fiziki zorakılığa məruz qaldığını bildirmiş, bununla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmış və qeyd edilən qərarla 77-C-23 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (cild 1, iş vərəqə 225-228) Maddi sübut kimi tanınma haqqında və saxlanca verilmə haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, 12 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs Şahid5 aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ilkin xalis çəkisi 0,437 qram olan, müəyyən hissəsi təhqiqatlara sərf olunduqdan sonra qalıq şəkisi 0,387 qram olan narkotik vasitə heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ilkin xalis çəkisi 3,133 qram olan, müəyyən hissəsi təhqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 2,983 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə ilkin xalis çəkisi 1,335 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1,285 qram olan psixotrop maddə metamfetamin və Şahid5 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ilkin xalis çəkisi 280,2 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq şəkisi 280 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 234-235) Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 1-3) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 28 avqust 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 254-258) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 13976 saylı məktubun məzmunundan və 04 iyul 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin xx.xx.2023-cü il, saat 18:00-dan xx.xx.2023-cü il saat 03:00-dək Azercell şəbəkəsindən istifadəsi qeydə alınmamışdır. (cild 2, iş vərəqə 70) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 16512 saylı məktubun məzmunundan və 27 iyul 2023-cü il tarixli dikə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «CD-R» formatlı diskin üzərini ağ rənglidir, diskin üzərində göy rəngli diyircəkli qələmlə «12818» yazısı, həmçinin «Verbatim» yazısı vardır. Diskin içərisində «antena 12818» adlı «Microsoft Excel» formatlı 01 ədəd faylın olması müəyyən olundu. Həmin fayla baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə, saat 18:49-dan həmin gün saat 20:04-dək A.Məmmədov küçəsində istifadəsi qeyd olunmuşdur. Diskin içərisində «12818» adlı «Microsoft Excel» formatlı 01 ədəd səhifədən ibarət fayldan 01 vərəqdən ibarət həmin məlumatlar çap edilərək protokola əlavə edilmişdir. (cild 2, iş vərəqə 79-82) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməməsi haqqında Səbail Rayon Prokurorluğunun 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair Səbail RPİ-nin İB-nin müstəntiqi Yaşar İsgəndərovun vəsatəti təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (cild 2, iş vərəqə 87-88) Cinayət işinin tövsif edilməsi haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (cild 2, iş vərəqə 94-95) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (cild 2, iş vərəqə 97-98) Diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 04 sentyabr 2023-cü il tarixli, BKC/LGL-10853/23 nömrəli məktubu ilə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirən zaman müəyyən olunmuşdur ki, diskdə olan “Zənglərin məxsusluq tarixçələri ********************531_BKC” adlı faylda ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs (BAKİ ŞƏHƏRİ, SƏBAİL RAYONU, Q.ABBASOV KÜÇƏSİ, EV.48, MƏNZİL 4A) məxsusdur. Diskdə olan “Zenglerin_Detallasmasi” adlı faylda xx.xx.2023-cü il tarixdə saat xx.xx.2023 00:48:16 -da **********9051 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng getməsi, ***-***-**-** saylı mobil nömrənin həmin zaman Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 24-də anten dairəsində olmuşdur. (cild 2, iş vərəqə 109-110) Sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs və Hyundai Elantra markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa ayaqaltı tərəfindən sürücü oturacağının altında aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyi, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraata ********* nömrəli cinayət işi ayrılmış, Şahid4 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin bir qisminin ona məxsus olmaması, Şahid5 təxminən 01 qram çəkidə narkotik vasitə götürdüyünü həmin narkotik vasitəni Şahid4 ilə psixotrop maddə metamfetaminlə dəyişmək istədiyini, 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilməsi ilə bağlı göstərdiyi xüsusatlar öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsi onun narkotik vasitələri könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, X1 şahid qismində veridyi ifadə Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verildiyindən onun ifadəsi sübut növü kimi qəbul edilməmiş, ********* nömrəli cinayət işi üzrə cinayət prosesində təqsirləndirilən şəxs qismində iştirakı təmin edilmiş Şahid5 hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində statuslarına xitam verilsin və ifadələri iş üzrə şahid ifadələri kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ilkin xalis çəkisi 3,133 qram olan, müəyyən hissəsi təhqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 2,983 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə ilkin xalis çəkisi 1,335 qram olan, müəyyən hissəsi təhqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1,285 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış və işüzrə maddi sübut kimi tanınmış, "xxxx" və "xxxx" MMCdən götürülmüş telefon danışığı məlumatlarının qeydə alındığı 02 (iki) ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunması nəzərə alınmışdır. (cild 2, iş vərəqə 111-130) Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən və Hyundai Elantra markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa ayaqaltı tərəfindən sürücü oturacağının altında aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyi və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 2, iş vərəqə 132-134) Bakı İstintaq Təcridxanasının verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 29 gün azadlqıdan məhrum etmə cəzası xx.xx.2023-cü il tarixdə bitdiyinə görə Təqsirləndirilən şəxs həmin günü Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən üzərindən aşkar olunmuş narkotik vasitənin yalnız bir bükümün ona məxsus olduğunu, həmin heroin bükümünü Şahid5 götürərək Şahid4la psixotrop maddə olan metamfetaminlə dəyişmək istədiyini, üzərində olan həmin bükümün 01 (bir) qramdan az olduğunu, üzərindən aşkar edilmiş digər bükümlərin ona məxsus olmadığını, polislər tərəfindən döyülərək üzərinə qoyulduğunu, polis bölməsində ona fiziki və psixi təsirlər olunduğunu, eyni zamanda polis əməkdaşları tərəfindən 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində saxlanıldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2322/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sağ biləyin və sağ saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Daxili İşlər Nazirliyinin Səbail rayon polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 47/2- 8413 saylı məktubundan və məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 61 saylı ptotokodan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədənində xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Baş prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunda material üzrə araşdırma aparılaraq 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin yalnız bir bükümün ona məxsus olduğunu, həmin heroin bükümünü Şahid5 götürərək Şahid4la psixotrop maddə olan metamfetaminlə dəyişmək istədiyini, üzərində olan həmin bükümün 01 (bir) qramdan az olduğunu, üzərindən aşkar edilmiş digər bükümlərin ona məxsus olmadığını, polislər təfərindən döyülərək üzərinə qoyulduğunu, polis bölməsində ona fiziki və psixi təsirlər olunduğunu, polis əməkdaşları tərəfindən 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində saxlanıldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 Eldar oğlu ifadələrində Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında Şahid5 və avtomobillə birlikdə saxlanılaraq 39-cu PB-nə gətirildiyini, bölmədə xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 04 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürüldüyünü bildirmişlər. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdən 03 ədədinin içərisində narkotik vasitə heroin, 01 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Hüseyn adlı tanışının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evində verdiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdən 03 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digər 01 ədədinin içərisində isə ağ rəngli kristallardan ibarət maddə olması aşkar olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 04 (dörd) ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin CD-R iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 88) Həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı müdafiəçi məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şahid5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu Sahil metrostansiyasının yaxınlığında 27 yanvar 2023-cü il tarixdə təxminən axşam saat 21:00-22:00 radələrində, yoxsa 28 yanvar 2023-cü il tarixdə gecə saat 02:15 radələrində saxlanılmaları ilə bağlı Təqsirləndirilən şəxs tanışı olan X1 verdiyi məlumata görə 27 yanvar 2023-cü il tarixdə təxminən axşam saat 22:44-də o özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxsla danışmış və Nihad həmin vaxtı Sevincə 39-cu Polis Bölməsində olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:15-də deyil, xx.xx.2024-cü il tarixdə saat 21:00-22:00-da saxlanılmasının sübuta yetirilməsi üçün X1 məhkəməyə dəvət edilərək dindirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilmiş və Sevinc Məmmədova şahid qismində məhkəmə iclasında dindirilmişdir. Sevinc Məmmədova məhkəmə iclasında ifadə verən zaman müdafiəçinin vəsatətdə göstərdiyi xüsusatlara uyğun ifadə verərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-22:00 radələrində artıq polis bölməsində olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, müdafiəçi tərəfindən təqdim olunmuş vəsatətdə göstərilən xüsusatlarla bağlı ibtidai istintaq zamanı müvafiq sorğular alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan “Zənglərin məxsusluq tarixçələri **********3719 558954531_BKC” adlı faylda ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs (BAKİ ŞƏHƏRİ, SƏBAİL RAYONU, Q.ABBASOV KÜÇƏSİ, EV.48, MƏNZİL 4A) məxsusdur. Diskdə olan “Zenglerin_Detallasmasi” adlı faylda xx.xx.2023-cü il tarixdə saat xx.xx.2023 00:48:16 -da **********9051 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng getməsi, 055- ***-**-** saylı mobil nömrənin həmin zaman Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 24-də anten dairəsində olmuşdur. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə olduğu X7 Sadıqovun mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Sevinc Məmmədovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Beləliklə də, göründüyü kimi müdafiəçinin vəsatətində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən DVD diskdən, həmçinin ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu izahat və ifadələrdən görünür ki, o satış məqsədi olmadan üzərində qanusuz olaraq külli miqdarda narkotik vasitə saxladığını bildirmişdir. Lakin istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi son ifadədə və məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində aşkar edilən narkotik vasitənin yalnız bir bükümün ona məxsus olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulduğunu və onlar tərəfindən döyülərək fiziki və psixi zorakılığa məruz qaldığını bildirərək, bundan əvvəl etirafedici ifadələr verməsi və etirafedici sənədlərə imza etməsinin səbəbini döyülməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin yalnız bir bükümünün ona aid olmasını, həmin bükümü Şahid5 götürərək həmin narkotik vasitəni Şahid4la psixotrop maddə metamfetaminlə dəyişmək istədiyini, digər bükümlərin ona aid olmaması, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilərək döyülməsi, həmçinin polislər tərəfindən 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində saxlanıldığını bildirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 3,133 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici izahat və ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaqın ilkin dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda təmiz çəkisi 3,133 qram narkotik vasitə aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm şəxsi axtarış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi olmadan əldə etməsinə və əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun barəsində başqa cinayət işi (hazırki cinyət işi üzrə) üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun barəsində başqa cinayət işi (hazırki cinyət işi üzrə) üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Səbail Rayon Prokurorluğunun 22 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatət təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 29 gün azadlıqdan məhrum etmə cəzası xx.xx.2024-cü il tarixdə bitdiyinə görə Təqsirləndirilən şəxs həmin günü Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəza çəkdiyi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 01 (bir) gün müddət hazırki cinayət işi üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmalı, cəza çəkməsinin əvvəli hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,983 qram narkotik vasitə heroin məhv edilməli, 1,285 qram olan psixotrop maddə metamfetaminin hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi ilə bağlı saxlanca verilməsi nəzərə alınmalı, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəza çəkdiyi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 01 (bir) gün müddət hazırki cinayət işi üzrə qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 03 (üç) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,983 qram narkotik vasitə heroin məhv edilsin, 1,285 qram olan psixotrop maddə metamfetaminin hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi ilə bağlı saxlanca verilməsi nəzərə alınsın, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-823/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver