Məhkəmə qərarları › İş №1(101)-823/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2025 19.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi «Nümayəndə və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, mütəxəssis (psixoloq) X4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna massiv bağları ünvanında nömrəsiz fərdi evdə yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək tamah niyyəti ilə məcburi əmək cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının ortalarında tamah niyyəti ilə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün xx xxx 2017-ci il tarixdə doğulmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Qriqoreviçi nəzarətsiz qalmağından istifadə edib sonuncunu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində nömrəsiz evin yaxınlığından götürüb özü ilə yaşadığı ünvan 2 ünvanında yerləşən evə aparmış, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dilənçilik edib ona pul gətirməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu və ailə üzvlərini hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq, əlinə yanan siqaret kötüyü basaraq sol budun əzilmiş yarası, sol əlin arxa səthinin kəsilmiş yara izi olan çapığı, sol əlin arxa səthinin 1-2-ci dərəcəli termiki yanıq yarası kimi dərəcəsi təyin olunmayan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zor tətbiq etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını məhdudlaşdırmaqla 2023-cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin yanvar ayının ortalarınadək keçən müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tamah niyyəti ilə gündəlik 30-120 manat pul əldə etməklə dilənçilik etməyə məcbur etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı deyildir. O, ayrı-ayrı rayonlarda metal qırıntısı toplayıb sataraq dolanışığını təmin etmişdir. Ailəsindən boşanmış, uşaqlarına görə arvadına aliment ödəyirdi. Bakı şəhərində Sabunçu rayonunda yerləşən Zabrat yolunda “MS” oil adlı yanacaq doldurma məntəqəsinin kənarında olan Mehriban adlı qadına məxsus evdə kirayədə qalırdı. Həmin evdə ondan başqa 14 nəfər kirayədə qalan şəxs olmuşdur. Onların əksəriyyəti qaraçı və narkoman olmuş, orada həmçinin bir neçə azyaşlı uşaq da olmuş, onlardan biri də Zərərçəkmiş şəxs idi. O, Maratın Mişa adlı dayısını tanımışdır. Mişa onunla bərabər metal qırıntılarının yığımı ilə məşğul olmuşdur. Dayısı Mişa ondan xahiş etmişdir ki, Marata nəzarət etsin ki, sonuncunu dilənməsin və əlində alışqan olur, onu ehtiyyatsızlıqdan yandırmaqla Zabrat yolunda “MS” oil adlı yanacaq doldurma məntəqəsində yanğın yarada bilər. O, Maratı dilənçiliyə cəlb etməmiş, ona fiziki zor və hədə-qorxu gəlməmiş, yanan siqareti onun bədəninə vurmaqla xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qriqoreviç ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onun anası dünyasını dəyişmiş, atası isə Gəncə şəhərinə köçərək orada başqa ailə qurmuş, onunla və iki bacısı ilə maraqlanmır. O, bacıları ilə birlikdə anasının anasıgildə, yəni nənəsigildə qalmışdır. Nənəsi əlildir, yeriyə bilmir. Bu səbəbdən o, dilənçilik etməklə özünü, nənəsini və bacılarına pul qazanmışdır. Məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs son altı ay ərzində onun gün ərzində dilənçiliklə qazandığı pulu əlindən alırdı. O, pulu vermək istəmədikdə isə onu döyür, hədələyirdi. Təqsirləndirilən şəxs onu evinin yanından dostu Petya ilə oynadığı zaman yaşadığı evə aparmış, həmin evdə çox sayda adamlar kirayə yaşayırdılar. Evə polis gəldikdə Təqsirləndirilən şəxs onu polisdən gizlədirdi. İlar ona işgəncə vermiş, yanan siqareti bədəninə vuraraq xəsarət yetirmişdir. Sonda onu dilənçiliyə görə polis əməkdaşları saxlayıb sığınacağa təhvil vermişlər. Təqsirləndirilən şəxs barəsində elə o vatdan araşdırma başlanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil, tam yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımır. Hadisə ilə bağlı bildirir ki, 12 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesində Zabrat qəsəbəsi istiqamətində hərəkət edtmişdir. Bu zaman Bolmart marketin qarşısında olan işıqforun qırmızı işığında dayanmış, həmin zaman təxminən 8-10 yaşında bir uşaq onun idarə etdiyi ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşmış, o avtomobilin şüşəsini aşağı endirdikdə ona yalvararaq bildirmişdir ki, «xala, mənə kömək elə, pul ver, sən mənə pul verməsən İlqar əmi onu döyəcək». O bu hadisəyə qəribə yanaşmış və əminin kim olmasını soruşmuş, özünü Hüseyn kimi təqdim edən uşaq həmin şəxsin hazırda gizləndiyini bildirmişdir. Həmin vaxt uşaq çox həyəcanlı olmuş, o fikirləşmişdir ki, həmin şəxsin fotoşəklini çəkib hüquq-mühafizə orqanlarına məlumat versin. O, uşağa 2 manat pul vermiş, bu zaman işıqforun yaşıl işığı yandığı üçün arxada olan avtomobillər siqnal vermişlər və o məcbur olub avtomobili idarə etmişdir. Bundan sonra dərhal İnsan Alverinin 152 qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Özünü Hüseyn kimi təqdim edən uşaq məcburi diləndirildiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, o, icarə əsasında idarə etdiyi ** FA *** dövlət nömrə nişanlı Toyota markalı Prius modelli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi ünvanında yerləşən Bolmart marketin qarşısında dayanıb müştəri gözləyir. Bolmart marketin yaxınlığında olan işıqforda dayanan zaman hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Bolmart marketin yaxınlığında olan işıqforda azyaşlı bir uşağa yaxınlaşaraq ona zorakılıq tətbiq edib əlindən pul alan zaman görmüşdür. Bu hadisəni təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində görmüş, Təqsirləndirilən şəxs uşağın yanına yaxınlaşdığını və uşaqla söhbət etidyini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs uşağı özünə tərəf çəkməyə başlasa da uşaq ondan uzaqlaşmağa çalışmış, lakin Təqsirləndirilən şəxs uşağın cibindən pul götürüb və oradan uzaqlaşmışdır. Hətta o, öz mobil telefonu ilə bu səhnəni çəkmişdir. Həmin uşağın diləndiyinin şahidi olmuş, bir neçə dəfə də həmin uşaq ondan pul istəmiş, o da pul vermiş, verdiyi pulun miqdarını hazırda xatırlamır. Həmin uşaq orada olan işıqforun yanında gözləmiş, işıqforun qırmızı işığında avtomobillər dayandıqda onlara yaxınlaşıb pul istəmişdir. Dəfələrlə həmin uşağın avtomobillərdən pul aldığının şahidi olmuş, uşaq demək olar ki, günün çox hissəsi həmin ərazidə olmuşdur. Bu hadisə ilə bağlı bir dostu ilə məsləhətləşərək X23 Mübarizə İdarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Çəkdiyi görüntünü isə istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin zərərçəkmiş şəxsin mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi ünvanında yerləşən Bolmart marketin qarşısında diləndiyini görmüşdür. Toyota Prius markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi ünvanında yerləşən Bolmart marketin qarşısında dayanıb müştəri gözləyir. Marat adlı təxminən 8-9 yaşında bir uşağın diləndiyinin şahidi olmuş, həmin uşaq orada olan işıqforun yanında gözləmiş, işıqforun qırmızı işığında avtomobillər dayandıqda onlara yaxınlaşıb pul istəmiş, dəfələrlə həmin uşağın avtomobillərdən pul aldığının şahidi olmuş, lakin özü həmin uşağa şəxsən pul verməmiş, uşaq demək olar ki, günün çox hissəsi həmin ərazidə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır. Belə ki, idarə etdiyi avtomaşınla 12 yanvar 2024-ü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesində Bolmart marketin qarşısında olan işıqforun qırmızı işığında dayanan zaman Zərərçəkmiş şəxs onun avtomobilinə yaxınlaşaraq pul istəmişdir. Uşaq ona bildirmişdir ki, pul versin, yoxsa İlqar əmi onu döyüb cəzalandıracaqdır. O bu hadisəyə qəribə yanaşmış və əminin kim olmasını soruşmuşdur. Uşaq həmin vaxtı çox həyəcanlı olmuşdur. O, uşağa beş manat pul vermiş, uşağın yolun kənarındakı dəmir darvazanın yanına getdiyini və ondan aldığı pulu hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs bənzətdiyi şəxsə verdiyini gördükdə bu hadisə haqqında polisə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təxminən bir ildir ki, ünvan 2 ünvanında yerləşən evdə kirayədə yaşayır. Həmin ev Mehriban adlı qadına məxsusdur. Hər ay həin qadına 100 manat pul ödəyir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. İlqar da Mehribana məxsus ünvan 2 ünvanında yerləşən evdə ayda 100 manat ödəməklə təxminən 5 ay kirayə yaşamışdır. Həmçinin İlqarla yanaşı Hüseyn adlı azyaşlı uşaq da, İlqarla birlikdə həmin evdə qalmışdır. Həmin uşağa İlqar Hüseyn deyə müraciət etmiş, lakin kirayə pulunu İlqar ödəmişdir. İlqar hər gün Hüseyni evin yaxınlığında diləndirib pul əldə etmiş, belə ki, Hüseyn hər gün həmin evin yaxınlığında olan işıqforun yanında gözləmiş, işıqforun qırmızı işığında avtomobillər dayandıqda avtomobillərə yaxınlaşıb pul istəmiş, o dəfələrlə həmin uşağın avtomobillərdən pul aldığının şahidi olmuşdur. Hüseyn demək olar ki, günün çox hissəsi həmin ərazidə olmuşdur. İlqar isə həmin pulları Hüseyndən almış, o bir dəfə İlqarın Hüseyni dilənən zaman şillə ilə vurmasının da şahidi olmuş, belə ki, Hüseyn İlqara etiraz etdiyinə görə İlqar Hüseyni vurmuşdur. Lakin Hüseynin hansı səbəbdən etiraz etməsini bilməmişdir. İlqargil demək olar ki, evdən birlikdə çıxır və eyni vaxtda geri qayıdırdılar. 2024-cü ilin yanvar ayından etibarən İlqar və yanında olan Hüseyn adlı uşaq evdən çıxmışlar və həmin vaxtdan etibarən o İlqargili görməmişdir. Hüseynin (Marat) istintaq zamanı dedikləri demək olar ki, doğrudur. Belə ki, İlqar Hüseyni hər gün diləndirir və əldə etdiyi pulları Hüseyndən almışdır. Lakin İlqarın narkotik vasitə aludəçisi olması barədə onun məlumatı olmamışdır. O, bir dəfə İlqarın Hüseyni dilənən zaman şillə ilə vurmasının da şahidi olmuş, belə ki, Hüseyn İlqara etiraz etdiyinə görə İlqar onu vurmuş, lakin Hüseynin hansı səbəbdən etiraz etməsini o bilməmişdir. O, Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən evdə qalmaq üçün ev sahibinə hər hansı məbləğdə pul ödəməsini görməmiş, pulu həmişə İlqar ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. Həmin evi təxminən 5-6 ildir ki, inşa edib, köçmüşdür. Orada o əri və iki övladı ilə birlikdə yaşayır. Həmçinin həyətyanı sahədə onlara məxsus 4 otaqdan ibarət tikili vardır. O, həmin otaqların hər birini müxtəlif şəxslərə ayda 100 manat müqabilində kirayəyə verir. Həmçinin həmin həyətyanı sahədə bacısı və qardaşına məxsus iki tikili vardır. Onlar da, həmin otaqları 100 manat müqabilində müxtəlif şəxslərə kirayəyə vermişlər. Həyətdə onlarla birlikdə təxminən 10-15 nəfər şəxs yaşayır. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. İlqar ona məxsus ünvan 2 ünvanında yerləşən evdə ayda 100 manat ödəməklə təxminən 5 ay kirayə yaşamışdır. Həmçinin İlqarla yanaşı bir nəfər azyaşlı uşaq da, İlqarla birlikdə ona məxsus evdə qalmışdır. Həmin uşağa İlqar Hüseyn deyə müraciət etmiş, lakin kirayə pulunu İlqar ödəmişdir. O, İlqardan nə üçün həmin uşaqla birlikdə yaşadığını soruşduqda, İlqar həmin uşaq çöldə qalmasın deyə gətirib yanında saxladığını demişdir. İlqargil demək olar ki, evdən birlikdə çıxır və eyni vaxtda geri qayıtmışlar. Lakin o İlqargilin haraya getdiklərini bilməmiş, İlqar söhbət əsnasında hər hansı bir yerdə işləmədiyini demişdir. 2024-cü ilin yanvar ayından etibarən İlqar və yanında olan Hüseyn adlı uşaq evdən çıxmışlar. Həmin vaxtdan etibarən o İlqargili görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qriqoroviçi hər gün döyülərək 5-6 ay ərzində məcburi olaraq diləndirdiyini, ona hər gün quru çörək verildiyini, dilənib qazanaraq əldə etdiyi pulların hamısını ona verdiyini və Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğundan onun heç bir məlumatı olmamışdır. İlqar onun evində olan zaman yanında olan uşağa qarşı hər hansı zor tətniq etməmişdir. Əgər belə bir hal baş vermişdirsə, o həmin hadisəni görməmişdir. Onun həmin uşağın dilənçiliklə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ona məxsus ünvan 2 ünvanında yerləşən evdə qalmaq üçün hər hansı məbləğdə pul ödəməmişdir. Pulu həmişə İlqar ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunarq müəyyən edilmişdir ki, hazırda 4 övladı və 5 nəvəsilə birlikdə yaşayır. Bakı şəhəri ərazisində yerləşən müxtəlif restoranlarda qabyuyan kimi işləyərək fəaliyyət göstərir. Övladları da ayrı-ayrı yerlərdə işləyirlər. Nəvələrinin yaşları az olduğundan nəvələrinə o baxmış, qızı Kristina 2019-cu ildə vəfat etmişdir. Kristinanın övladları da Marat, Nastya və Maya onun himayəsindədir. Uşaqların atası Qriqori isə hazırda Gəncə şəhərində yaşayır. Qriqorinin övladları ilə hər hansı əlaqəsi yoxdur. Qriqorinin anası Marina isə Bakı şəhərində yaşayır. Marat arabir Marinagilə gedib oraqda qalmış, çox vaxt Marat ondan xəbərsiz Marinagilə getmiş, belə olan halda o dəfələrlə gedib Maratı evə gətirmişdim. 2023-cü ilin sentyabr ayının ortalarında işdən evə gələn zaman nəvəsi Maratın evdə olmadığını görmüşdür. Həmin vaxt onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində kirayədə yaşamışlar. Belə olan halda o Maratın uşaqlarla oynadığını bilib ətraf ərazilərdə bir müddət axtarsa da tapa bilməmiş, lakin Maratın əvvəllər də olduğu kimi ata nənəsinin yanına getdiyini və yaxud da onların qonşularının yanına getdiyini düşünmüş, həmin vaxt da nənəsigildə olduğunu ehtimal etmiş, bir müddət sonra 2024-cü ilin yanvar ayında onun mobil telefonuna polis idarəsindən zəng gələrək Maratın sığınacağa yerləşdirildiyini və məcburi olaraq küçələrdə diləndirildiyini demişlər. Bundan sonra Marat həmin sığınacağa yerləşdirlmişdir. X22 adlı şəxs tərəfindən işgəncələrə məruz qalıb döyülərək məcburi olaraq diləndirilməsindən onun məlumatı olmamış, Marat onun yanında yaşayan zaman dilənçiliklə məşğul olmamış, nəvəsi Maratı dilənçilik etməyə məcbur edən İlqar adlı şəxsi o əvvəllər tanımamış, həmin şəxslə hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, DİN-in X23 Mübarizə Baş İdarəsinin Növbətçi Hissəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı Kamil Məmmədov tərəfindən tərtib edilərək xx.xx.2024-cü il tarixdə həmin idarənin rəisinə ünvanlanmış raportdan müəyyən olunur ki, 152 telefon “Qaynar xətt”in operatoru saat 16:10-da özünü ünvan 4 ünvanında yaşayan Nilufər Sülhəddin qızı kimi təqdim edən şəxsin nömrəsindən zəng edərək idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Bolmart” marketinin qarşısından keçərkən orada təxminən 12-13 yaş arası oğlan uşağının diləndiyini gördüyünü, ona yaxınlaşaraq sual verdikdə həmin uşağın adının Hüseyn olduğunu, valideynlərinin olmadığını və yaxınlıqda kirayə yaşaması barədə məlumat verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in X23 Mübarizə Baş İdarəsinin əməliyyatmüvəkkili, polis baş leytenantı Ruslan Alıyevin xx.xx.2024-cü il tarixli həmin idarənin rəisinə ünvanlanmış raportundan müəyyən olunur ki, daxil olmuş müraciətin araşdırılması məqəsdilə xx.xx.2024-cü il tarixdə saat 17:00-da qeyd olunan ünvanda təxminən 7-8 yaşlarında bir oğlan uşağı dilənərkən aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin şəxs adının Marat olduğunu, hər iki valideyinini itirdiyini, Zabrat qəsbəsində Mehriban adlı qadının evində kirayə yaşadığını və İlqar adlı şəxs tərəfindən dilənçilik etməyə məcbur edildiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ölüm haqqında şəhadətnamə”nin fotoşəkilindən müəyyən olunur ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in X23 Mübarizə Baş İdarəsinin xx.xx.2024cü il tarixli tapşırığına əsasən tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, 3-13-6/2-3802/24 nömrəli arayışından müəyyən olunur ki, azyaşlı Zərərçəkmiş şəxs dilənçiliyə cəlb edilməsi barədə icraatda olan materialın tam və hərtərəfli araşdırılması və obyektiv qərar qəbul edilməsi üçün bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Zərərçəkmiş şəxs Qriqoriviçin ailə üzvlərinin şəxsiyyətinin müəyyən olunması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində yerləşən “Bolmart” marketin yaxınlığında hadisənin şahidi olmuş şəxslərin müəyyən olunması xahiş edilmişdir. Tapşırığın icrası ilə əlaqədar bir sıra əməliyyat tədbirləri keçirilmişdir. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs anası X6 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra Zərərçəkmiş şəxs səfil həyat tərzi keçirməyə başlamış, bundan sonra İlqar adlı şəxs tərəfindən məcburi dilənçiliyə məruz qalmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində İlqar adlı şəxsin xx.xx.1987-ci il təvəllüdlü X12 olması müəyyən edilmişdir. Hazırda həmin şəxs istintaq orqanlarına təqdim edilməsi üçün tədbirlər keçirilir. Bundan əlavə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məcburi diləndirilməsinin şahidi olmuş şəxslər – Şahid7, X15 və X7 izahatları alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Diskdə 03 ədəd videogörüntü vardır. Həmin videogörüntülərin müddətləri 40 saniyə, 17 saniyə və 22 saniyədir. Müddəti 40 saniyə olan videogörüntüyə baxış zamanı Bakı şəhəri, Sabunçu rayonunun Zabrat şossesinin 6-cı kilometrliyində yerləşən dayanacaqda bir nəfər 6-7 yaşlarında göy rəngli gödəkçəli, başında qara çeçenka papaqlı arıq uşağın dayanması və həmin uşağa yolun piyada keçidindən keçərək yaxınlaşan 3 nəfər şəxsin olması, həmin şəxslərin ikisinində azyaşlı uşaq olması digər şəxsin isə 35-40 yaşlarında olması müəyyən edilmişdir. 35-40 yaşlarında, təxmini olaraq 1.77-1.80 boylarında qara papaqlı, qara gödəkçəli, göy cins şalvarlı şəxsin qoluna girmiş 14-15 yaşlarında azyaşlı uşağın və onların arxasıyca gələn 7-8 yaşlarında azyaşlı uşağın dayanacaqda duran həmin 6-7 yaşlarında azyaşlıya yaxınlaşmağı əks olunmuşdur. Baxış zamanı 35-40 yaşlarında olan şəxsin dayanacaqda duran uşağa sağ əlini uzatması, amma həmin uşağın ondan qorxaraq geriyə çəkilməsi, daha sonra həmin 35-40 yaşlarında olan şəxsin uşağı sağ əli silkələməsi və başını aşağı əyərək ona nəsə deməsi, bundan sonra hər iki əli ilə birlikdə onun çiyinlərindən tutaraq qaldırması və sağ əli ilə uşağın cibindən nəsə götürüb öz cibinə aparması əks olunmuşdur. Müddəti 17 saniyə olan videogörüntüyə baxış zamanı Bakı şəhəri, Sabunçu rayonunun Zabrat şossesinin 5-6-cı kilometrliyində yerləşən “MS oil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən yaşıl darvazalı həyət evində bir nəfər yenə də 35-40 yaşlarında, 1.77-1.80 boylarında, saçları ağarmış, göy rəngli köynəkli, tünd göy cins şalvarlı şəxsin sol əli cibində duraraq bir nəfər 6-7 yaşlarında qara-qırmızı rəngli köynəkli həmin uşaqla görüşərək daha sonra ondan sağ əli pul alaraq sağ cibinə qoyması görüntüləri əks edilmişdir. Müddəti 22 saniyə olan videgörüntüyə baxış zamanı yenə də 17 saniyəlik videogörüntüyə baxış zamanı olan ərazidə Bakı şəhəri, Sabunçu rayonunun Zabrat şossesinin 5-6-cı kilometrliyində yerləşən “MS oil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən yaşıl darvazalı həyət evində bir nəfər yenə də 35-40 yaşlarında, 1.77-1.80 boylarında, saçları ağarmış, göy rəngli köynəkli, tünd göy cins şalvarlı həmin şəxsin sol əli ilə 40 saniyəlik video görüntüdə 6-7 yaşlarında göy rəngli gödəkçəli, başında qara çeçenka papaqlı arıq uşağı sol əli ilə çiynindən tutaraq sürükləməsi daha sonra azyaşlı həmin uşağın özünü arxaya çəkərək qaçmaq istəməsi, bu zaman 35-40 yaşlarında olan şəxsin onu hər iki əli ilə daha da başını aşağı əyməsi və sonda onu tutaraq sürükləyib qapıdan içəri aparması əks olunmuşdur. Məhkəmədə Şahid1 tərəfindən ibtidai araşdırma orqanına təqdim etdiyi 01 ədəd DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayandıqda az yaşlı bir oğlan uşağı ona yaxınlaşıb pul istəmiş, bundan sonra həmin uşaq maşından aralandıqda həmin uşağın yanına bir nəfər təxminən 40 yaşında şəxsin yaxınlaşdığını, həmin şəxsin özünün dilənçiyə bənzəmədiyini, səliqəli geyimi olduğu, həmin şəxsin uşağın yanına yaxınlaşdığını və uşaqla söhbət etidyini, daha sonra həmin şəxs uşağı özünə tərəf çəkməyə başlasa da uşaq ondan uzaqlaşmağa çalışmış, daha sonra həmin şəxs uşağın cibindən pulu götürdükdən sonra onu buraxmış və özü oradan uzaqlaşmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2024-cü il tarixli 109№-li Zərərçəkmiş şəxs qəyyum təyin edilməsi haqqında sərəncamından müəyyən olunur ki, Qanuni nümayəndə Marat Qriqoreviç Rusanenkonun sənədləşmə işlərinin həyata keçirilməsi ilə əlaqədar ona qəyyum təyin edilmişdir. Himayəyə götürülən Zərərçəkmiş şəxs hüquqlarının və qanuni mənafelerinin müdafiəsi, həmçinin onun saxlanmasına nəzarət Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasına həvalə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, X8 Azərbaycan Respublikası CM-nin 144-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “şübhəli şəxsi dindirmə protokolu”ndan müəyyən olunur ki, X8 Bakı şəhəri Sabunçu rayonu Zabrat yolunda “MS” oil adlı yanacaq doldurma məntəqəsinin kənarında olan evdə kirayə qalırdı. Həmin evdə onda başqa 14 nəfər onun kimi kirayə qalan var idi. Onlar əksəriyyəti qaraçı və narkomanlar idi. Orada azyaşlı uşaqlar var idi. Onlardan Hüseyn (Marat), Zeynəb və Gündüz adlı uşaqların adlarını bilir. O Hüseyn (Marat) adlı uşağın valideyinini olmadığını örgənmiş, köməksiz olduğunu başa düşmüşdür. Buna görədə həmin vəziyyətdən istifadə edərək bir neçə dəfə Hüseyndən (Marat) pul almışdır. Hüseyndən (Marat) pul alması ilə bağlı video görüntülərə cavab olaraq bildirmişdir ki, Maratın çiynindən tutub qaldırmış, bu zaman onun dilənərək əldə etdiyi 2 manat 50 qəpiyi ondan almışdır. Bu bircədəfə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan müəyyən olunur ki, üzləşdirmə ibtidai istintaq hərəkəti Zərərçəkmiş şəxs Qriqoreviç və Təqsirləndirilən şəxs arasında həyata keçirilmişdir. Zərərçəkmiş şəxsl Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir ki, onu tanıyır, 2023-cü ilin sentyabr ayının ortalarında dostu Petyanın arxasıyca gedərkən elə yaşadığı evin yaxınlığında bir nəfər 30- 35 yaşlarında tanımadığı şəxs onun qolundan tutaraq onu qaçırtmışdır. Onun Sabunçu bazarının yanında gizli yeri olmuş, Maratı ora aparmışdır. Onu ora salaraq döyməyə başlamış və onu diləndirəcəyini bildirmişdir. Bundan sonra o ona qulaq asmasa və ona pul gətirməsə onu hərgün döyəcəyini bildirmişdir. Marat ondan qorxaraq Sabunçu bazarının yaxınlığında onun nəzarəti altında diləndirilməyə başlamışdır. Bu qaydada o təxminən Maratı 5-6 aya yaxın döyərək hər gün məcburi diləndirirdi. O Marata yemək üçün ancaq quru çörək verirdi. Diləndiyi bütün puları ona verirdi. Marat sonradan onun adının İlqar olduğunu örgənmişdir. Onuda qeyd etmək istəyir ki, o özünə Hüseyn ləqəbini qoymuşdur. Marat İlqarın yanından nəqədər qaçmağa cəhd etsədə, İlqar onu hərdəfə tutmuş, təkrarlanacağı təqdirdə döyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı söyləmişdir ki, həmin şəxsi nəyəsə məcbur etməmişdir, sadəcə onu bircə dəfə 2024-cü ilin təxmini olaraq fevral ayının əvvələrində Sabunçu rayonu, “MS” oil yanacaq doldurma məntəqəsinin yanında dayanacaqda yaxımlaıb çiynindən tutaraq göyə qaldırıb sirkələmiş, əlində olan 2 manat 50 qəpiyi almışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-1205/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanamqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədibiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması protokolu” ndan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Qriqoreviç Bakı şəhəri, Zabrat rayonu, Zabrat şossesi ərazisində yerləşən “Bolmart” və “Araz” supermarketləri göstərərək Təqsirləndirilən şəxs həmin ərazilərdə dilləndirib pul əldə etməyə məcbur etdiyini, dilənmədiyi təqdirdə döydüyünü, bu məqsədlə oradakı işıqforun qırmızı işığında Təqsirləndirilən şəxs ondan aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3005 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza üzrə yekun hissə: Zərərçəkmiş şəxs Qriqoreviç hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs Qriqoreviç ünsiyyətçilik, aktivlik, çeviklik, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. əqli-intellektual imkanları normaya uyğundur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Qriqoreviç oğlu emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs Qriqoreviç məcburi əmək cinayətinə məruz qaldığı dövrdə yetkinlik yaşına çatmadığından, həmçinin məruz qaldığı fiziki və psixoloji təzyiqlər nəticəsində Təqsirləndirilən şəxs müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs Qriqoreviç yetkinlik yaşına çatmadığından, həmçinin məruz qaldığı fiziki və psixoloji təzyiqlər (Zərərçəkmiş şəxs dilənçilik edib ona pul gətirməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də, kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri tərk edəcəyi halda onu və ailə üzvlərini hüquq mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə hədə-qorxu gəlməsi, döyəcəyini söyləməsi, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq, əlinə yanan siqaret kötüyü basaraq yanıq xəsarəti yetirməsi və s.) nəticəsində, qərarın təsviri hissəsində qeyd olunan dövr ərzində, ona qarşı məcburi əmək cinayəti törədilən yeri, yəni diləndirildiyi yeri tərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs Qriqoreviç ona qarşı cinayət törədilən vaxt olduğu yerdə məcbur qalması, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən məruz qaldığı fiziki və psixoloji təzyiq və təsirlər ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs Qriqoreviçin qeyd edilən dövr ərzində təqsirləndirilən şəxs tərəfindən azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 04/MEŞ nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Qriqoreviçin bədən səthində aşkar edilmiş xəsarətlər – sol budun əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən təxminən 1-2 həftə əvvəl, sol əlin arxa səthinin kəsilmiş yara izi olan çapığı iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən təxminən 1-2 ay əvvəl, sol əlin arxa səthinin İ-İİ dərəcəli termiki yanıq yarası yüksək hərarətin (alovun) yerli təsirindən müayinədən təxminən 1-2 ay əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlər həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Şahid1 təqdim etdiyi bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış X5 məhkumluğuna dair tələbnamədən müəyyən olunmuşdur ki, onun məhkumluğu yoxdur. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X11 yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək tamah niyyəti ilə məcburi əmək cinayətini törətdiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. «X23 mübarizə haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununun 1.0.1-ci maddəsinə görə insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurluq, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən insanların istismarı məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır).Qanunun 1.0.3cü maddəsinə əsasən məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə təqsirləndirilən şəxs X5 Zərərçəkmiş şəxs Qriqoreviçi tamah niyyətilə məcburi əməyə cəlb etmədiyini, yalniz bir dəfə ondan 2 manat 50 qəpik pulu almasının, pnun özünün səfil həyat sürməklə yanaşı dilənçililə məşğul olmasına dair ifadələrinə tənqidi yanaşır. Belə ki, X5 ifadələrində göstərdiyi xüsusatlar ibtidai araşdırma zamanı onun zərərçəkmiş şəxslə keçirilmiş üzləşdirmə protokolu ilə, cinayət işinə əlavə edilmiş DVD disk, şahid ifadələri, istintaq hərəkətləri protokolları və məhkəmədə verdikləri ifadələri ilə tam təkzib olunur. X5 gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını bir daha göstərir və həqiqətə uyğun olan dəlillər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cinayət əməlini tamah məqsədilə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən X5 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, X11 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Şahid1 təqdim etdiyi bir ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və əmlak müsadirəsi yoxdur. Təqsirləndirilən şəxs X9 məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 isə 360 (üç yüz altmış) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “25” sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şahid1 təqdim etdiyi bir ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci, mülki iddia və əmlak müsadirəsi olmaması nəzərə alınsın. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 360 (üç yüz altmış) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar