Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-824/2023 26.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, fərdi qaydada avtomobillərin müvəqqəti duracağında qeyri-rəsmi parklanma işi ilə məşğul olmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 iyul 2023-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
2. Belə ki, o, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma №1” restoranının qarşısında “Akademik Milli Dram Teatr”ının yaxınlığında avtomobillərin parklanması işi ilə məşğul olarkən 15 sentyabr 2022-ci il tarixdə, saat 22:26 radələrində elektroskuteri götürmək məqsədi ilə həmin yerə gəlmiş Zərərçəkmiş şəxs, Şahid3 və Şahid1 qeyri-rəsmi nəzarət etdiyi ərazidə olan həmin elektroskuterin avtomobillərin rahat parklanması üçün götürülməsini xahiş etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və Şahid3la birbirilərinin ünvanına nalayiq ifadələrlə təhqir edərək dalaşmış, əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinə və sifət nahiyyəsindən vuraraq və boynundan tutaraq onu itələmiş, Şahid3 isə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncu ilə əlbəyaxa olmuş, daha sonra Şahid3 Təqsirləndirilən şəxs avtomobillərin parklanması zamanı işarə vermək üçün əlində saxladığı bərk küt əşya olan predmeti sonuncunun əlindən alıb Təqsirləndirilən şəxs baş və sinə nahiyyələrinə vuraraq ona başın təpə nahiyyəsinin hematoması, sol qaş nahiyənin səthi əzilmiş yarası və döş qəfəsinin sol yarısının qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ailə üzvlərinin ünvanına söyüş söyməsinə və ona vurmasına görə sonuncudan qisas almaq məqsədi ilə əvvəlcədən əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (4 ədəd), müsariqənin və parietal peritonun zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
İşin halları və dəlilləri:
3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən təxminən bir il əvvəl Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində “Akademik Milli Dram Teatrı” və sağ tərəfdən “Shaurma №1” restoranının qarşısında yolun kənarında avtomobillərin parklanmasına köməklik etməklə məşğul olmuşdur. “Shaurma №1” restoranında işləyən İsmayıl adlı şəxs ona qeyri-rəsmi orada avtomobillərin parklanmasına nəzarət etməyi xahiş etmişdir. Gördüyü işə görə isə avtomobil sahibləri könüllü olaraq ona müxtəlif məbləğlərdə pul vermişlər. 15 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22:30 radələrində həmişə olduğu kimi qeyd olunan yerdə dayandığı zaman üç nəfər şəxs yolun kənarına yaxınlaşmışlar. Onlardan iki nəfəri skuterlə gəlmiş, üçüncü şəxs isə piyada ona yaxınlaşmışdır. Həmin vaxtı bir skuter isə avtomobillərin saxlanıldığı yerdə olmuşdur. Həmin skuter avtomobillərə maneçilik törətsə də o, skuterin oğurlanmaması üçün onu götürərək kənara qoymamış və sahibinin gəlməsini gözləmişdir. Həmin skuterin kimə məxsus olmasını bilməmiş, hadisədən sonra onun Vladimirə məxsus olduğunu öyrənmişdir. Üç nəfər ona yaxınlaşan kimi zarafat olaraq həmin üç nəfərə üzünü tutaraq skuteri göstərərək “Bu kabrialet sizindir?” sualını vermiş, onlar isə gülüşərək ona “Bəli bizimdir” deyə cavab vermişlər. O isə həmin şəxslərə “Qardaş, zəhmət olmasa, çıxart bu samokatı, avtomobil gəlir” deyərək skuteri həmin yerdən götürmələrini və orada avtomobillərin dayanacağını demişdir. Onun sözləri əvvəllər tanımadığı, sonradan adının Fikrət olduğunu bildiyi oğlanın xətrinə dəymiş və ona rus dilində söyüşlə cavab verərək “Çumo” deyərək təhqir etmişdir. O da Fikrətə rus dilində cavab qaytarmışdır. Fikrət isə onu təhqir etməyə davam etmişdir. O, dəfələrlə Fikrətə ona söyməməsi üçün xəbərdarlıq etmişdir. Sonradan adının Emin olduğunu bildiyi oğlan ona yaxınlaşaraq əvvəlcə adi qaydada onunla salamlaşmış, daha sonra onunla olan şəxslərlə mübahisə etdiyini görüb Fikrətlə birlikdə onu yumruqla vurmuşdur. Sonradan adının Larin olduğunu öyrəndiyi oğlan isə Fikrətlə Emini sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı Fikrətlə Eminin hər ikisi onun ünvanına söyüşlər söyərək təhqir etmiş, o da sonunculara cavab qaytaranda Fikrət onun əlindən təxminən 35-40 sm uzunluğunda olan taxta parçasını alıb bir neçə dəfə onun başına, sağ və sol çiyin nahiyələrinə zərbələr vurmuşdur. O, həmin taxta parçası ilə avtomobillərin hansı istiqamətə dönməsini göstərmək üçün istifadə etmişdir. O isə Fikrətlə Emindən uzaqlaşaraq yaxınlıqdakı “Shaurma №1” restoranına getmiş, bir qədər sonra isə həmin yerə geri qayıtmışdır. Fikrətlə Emin isə onu yenə təhqir edərək döyməyə çalışmışlar. Bu zaman üzərində gəzdirdiyi çantadan bıçağı götürərək Eminə bir dəfə zərbə vurmuşdur. Əslində isə Emini bıçaqlamaq fikri olmamış, lakin həm təhqir və təzyiqlərə dözymərək, həm də onlardan özünü müdafiə etmək üçün məcbur qalaraq Emini bıçaqla vurmuşdur.
4. İfadəsinə davam edərək Təqsirləndirilən şəxs göstərdi ki, əvvəlcə Emin onlara yaxınlaşaraq salamlaşmış, mübahisə etdiklərini gördükdən sonra onu yumruqla vurmuşdur. Daha sonra Fikrət onu döyəndə Emin kənarda dayanmış, ətrafda olan şəxslər isə onları ayırmağa çalışmışdır. Bıçaq çantasında olmuşdur. Emin əvvəlcə onu əli ilə vurmuşdur. Emini bıçaqla vurmaq fikri olmamış, özünü müdafiə etmək üçün bıçaqdan istifadə etmişdir. Mübahisədən əvvəl o, heç kimi təhqir etməmişdir. O, “Shaurma №1” restoranına daxil olanda üzündəki xəsarətləri hər kəs görmüşdür. Fikrət restorana daxil olmağa çalışsa da, işçilər onu içəriyə buraxmamışlar. Hadisə zamanı hər hansı polis əməkdaşı onlara yaxınlaşmamışdır. Emini bıçaqlamaq istəməmiş, lakin onun təhqir edilərək döyülməsi nəticəsində “şok” vəziyyətinə düşdüyündən belə bir hadisə olmuşdur. Hadisədən sonra yaşadığı evə getmişdir. Bir neçə gündən sonra polis əməkdaşlarının onunla maraqlandığını eşidib özü Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə getmişdir. Polis bölməsinə gedərkən özü ilə hadisə zamanı istifadə etdiyi bıçağı da götürüb polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir.
5. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, hadisənin baş verməsinə səbəb Fikrətin onu nalayiq formada təhqir etməsi, daha sonra isə Eminlə Fikrətin onu vurması və aqressiv formada onu nalayiq ifadələrlə təhqir etmələri olmuşdur. Mübahisə zamanı Emin rus dilində onun anasının ünvanına söyəndə o, Eminə “Anam rəhmətə gedib. Ona söymə.” demiş, lakin Emin anasının qəbrinə söyəndə o, artıq dözə bilməmiş və çiynindən asılmış vəziyyətdə olan çantasında kalbasa, çörək və digər ərzaqları doğramaq üçün saxladığı təxminən 12-13 sm ölçüsündə, dəstəyi plastikdən olan qara rəngli bıçağı onun anasının ünvanına söyən Eminin qarın nahiyəsinə bir dəfə vurub oradan getmişdir. Emin anasının qəbrinə söyməsə idi, heç vaxt onu bıçaqla vurmazdı. Sadəcə Eminin anasının ünvanına söyüş söyməklə ağır formada təhqir etməsi, onu özündən çıxartmış, özünü itirərək nə etdiyini belə bilməmişdir. Kənarda tanımadığı insanlar da bu hadisənin şahidi olmuşlar. Onun Emin və Fikrətdən hər hansı şikayəti yoxdur. Törətdiyi əməldən çox peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, məhkəməyədək icraat zamanı verdiyi sonuncu ifadəsində Şahid3 guya əlində olan plastik parçadan olan aləti alaraq onun başına və bədəninə zərbələr vurması ilə bağlı hissələr müstəntiq tərəfindən yazılmış, o isə ifadələrin həmin hissəsini oxumadan imzalamışdır. Həqiqətdə isə məhz məhkəmədə verdiyi ifadəsi doğrudur. Belə ki, Şahid3 onun əlindən alaraq baş, sağ və sol çiyin nahiyələrinə zərbələr vurarkən istifadə etdiyi alət avtomobillərin parklanması zamanı istiqamət vermək üçün istifadə etdiyi taxta materialdan olan alət olmuşdur. Zərərçəkmiş şəxs ona fiziki güc tətbiq edərək bir neçə dəfə əlləri ilə sinəsindən və başından tutaraq itələyərək vursa da, onu vuraraq xəsarət yetirən əsas şəxs Şahid3 olmuşdur. Lakin Zərərçəkmiş şəxs onun anasının ünvanına söyüş söyməsinə görə özünü idarə edə bilməyərək ona bıçaqla bir dəfə vuraraq xəsarət yetirmişdir. (Cild 1, i.v.20; 53-55; 106-109; 228-231).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin iyul ayından Xətai rayonu Nobel prospektində yerləşən “CET” şirkətində texnik işləmişdir. Vəzifəsi şirkətə məxsus skuterləri təmir etməkdən ibarət olmuşdur. Şahid1 2006-cı ildən tanıyır, dostluq münasibətindədir. Şahid3 isə 2000-ci ildən “Sovetski”də qonşu olandan tanımışdır. 15 sentyabr 2022-ci il tarixdə, saat 19:20 radələrində işdən çıxmağa hazırlaşdığı zaman tanışı Şahid3 iş yerinə gəlmiş və onlar bir yerdə “Qış park”ına getmişlər. Hərəyə bir-iki banka 8%-lik “GO” sərinləşdirici energetik spirtli içki içmiş, həmin vaxtı iş yoldaşı Şahid1 harada olduğunu bilmək üçün sonuncuya zəng edib yanlarına çağırmışdır. Təxminən 20- 25 dəqiqə sonra Vladimir də gələrək onlara qoşulmuş, Fikrət gedib yaxınlıqdakı mağazadan Vladimirə də həmin içkidən almışdır. Onlar həmin yerə şirkətin skuterləri ilə gəlmişlər. Təxminən saat 22:30 radələrində müştərilərdən birinin skuterinin enerjisi bitdiyindən və həmin skuter dram teatrına paralel “Shaurma №1” restoranının qarşısında yolun kənarında dayandığından həmin yerə doğru getmişlər. Həmin yerə əvvəlcə Vladimir yaxınlaşmış, təxminən bir dəqiqə sonra isə o, Fikrətlə yaxınlaşmışdır. Onlar oraya yaxınlaşan kimi yolun kənarında əynində narıncı jileti olan tanımadığı 50-55 yaşlarında bir şəxs yolun kənarında saxlanılmış skuteri göstərərək “Bu kabrialet sizindir” sualını verəndə, onlar gülüşmüşlər. Onlar həmin şəxsi hadisədən əvvəl tanımamışlar. Sonradan isə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Onlar gülüşən zaman birdən İntiqam üzünü Fikrətə tutaraq “Sən kimə çumo dedin” deyəndə, o, İntiqama yaxınlaşıb sonuncunu sakitləşdirmiş, İntiqama “Heç kəs sənə çumo demədi” deyəndə, İntiqam söyüş söyməyə başlamışdır. Fikrətin üstünə gedəndə o, əli ilə İntiqamı kənara itələmişdir ki, sonuncular dalaşmasın, bu vaxtı İntiqam Fikrətin ünvanına nalayiq ifadələr işlətmiş, Fikrət də İntiqamı söymüşdür. Həmin vaxt kənardan tanımadıqları şəxslər müdaxilə edərək söyüş söyməməyi onlara demiş, o isə orada olan ağ köynəkli oğlana “Söyüşü biz söymədik” demişdir. Bu zaman Fikrətin İntiqamın əlində tutduğu təxminən 25-30 sm uzunluğunda plastmas dairəvi çubuğu alıb İntiqamın baş və çiyin nahiyyəsinə bir neçə dəfə vurduğunu görmüşdür. O, dərhal həmin çubuğu Fikrətin əlindən almışdır. Kənarda dayandığı zaman İntiqam qəfil yaxınlaşaraq onun sol qarın nahiyəsindən vuraraq həmin yerdən qaçmış, o isə zərbəninn təsirindən yerə oturmuşdur. Daha sonra təxminən 5-6 dəqiqə müddətində “X15 Stansiyası”nın həkimləri gəlib onu “1 saylı X12” aparmışlar. Fikrət də “X15 Stansiyası”nın avtomobilində onun yanında olmuşdur.
10. Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Fikrət İntiqamı vurduqdan sonra İntiqamın sifətində xəsarət olmuşdur. İntiqamın hansısa qaşı zədələnmişdi və qan axırdı. O isə mübahisə zamanı İntiqamı vurmamış, onu sadəcə əli ilə geri itələmişdir. Fikrət İntiqamı döyən zaman o, Fikrəti kənara çəkərək İntiqamdan uzaqlaşdırmışdır. Mübahisə zamanı bir nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş, lakin mübahisəyə hər hansı müdaxilə etməmişdir. O, İntiqamı və ya onun ailə üzvlərini nalayiq sözlərlə söyməmiş və təhqir etməmişdir. Əksinə İntiqam onların ünvanına söymüşdür. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq İntiqamın əlində olan alətin taxta parçası yox, plastik materialdan olduğunu dediyi üçün o da ifadəsində həmin predmetin plastik olduğunu bildirmişdir. Həqiqətdə isə İntiqamın əlində olmuş və sonradan Fikrətin ondan alaraq İntiqamın baş və bədən nahiyyələrinə vurduğu predmetin hansı materialdan olmasını dəqiq xatırlamır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və ya tələbinin olmadığını, onunla barışdığını və onu bağışladığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq yüngül cəza verilməsini xahiş etdi.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, hadisə baş verən gün sürmək üçün “Qış parkı” ərazisindən kirayə skuter götürmüşlər. Beş mərtəbə deyilən ərazidə yolu keçərkən onun skuterinin enerjisi bitmişdir. Skuterini yenidən işə salmaq üçün Emin və Larini çağırmışdır. Skuterin yanına geri qayıtdıqda Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq “Bu kabriolet sizindirmi” deyə sual etmiş, onlar “Bəli, bizimdir” deyə cavablamış və bu zaman İntiqam onların onu təhqir etdiyini söyləmişdir. Onlar dəfələrlə İntiqamı söymədiklərini izah etsələr də, İntiqam öz fikrindən daşınmamışdır. İntiqam onlara “Eşitdim. Siz məni təhqir etdiz” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. İntiqam onlara “Mən Sovetski uşağıyam. Siz məni təhqir etdiz. Mən eşitdim” deyərək yenə öz fikrindən daşınmamışdır. Daha sonra Emin İntiqama onu təhqir etmədiklərini demiş və bu zaman İntiqam ona əl-qol atmağa başlamışdır. Emin mübahisənin böyüməməsi üçün onları ayırmağa çalışmışdır. Buna baxmayaraq, onlar birbirini təhqir etmişlər. Bu səbəbdən dava-dalaş düşmüş, İntiqam yenidən əl-qol ataraq onu vurmaq istəyən zaman Emin onun əlindən tutmuşdur. İntiqamın əlinda plastmas çubuq var idi. O, İntiqamın əlindəki plastmas çubuğu əlindən alaraq bir-iki dəfə İntiqamın başına vurmuşdur. Nəticədə isə plastmas çubuq qırılmışdır. Kənardan kimsə onlara yaxınlaşaraq “İntiqamla mübahisə etməyin, yazıq adamdır” demişdir. Daha sonra İntiqamın Emini bıçaqla vurduğunu eşidib İntiqamın uzaqlaşmaması üçün onun arxasınca qaçaraq tutmaq istəmişdir. Lakin ətrafdakı şəxslər İntiqamın onsuz da tutulacağını deyərək, onun İntiqamı yaxalamağına mane olmuşlar. O daha sonra Eminin yanına gəlmiş və X15 çağıraraq Emini xəstəxanaya aparmışdır. Emini xəstəxanaya yerləşdirdikdən sonra Fikrətlə onu Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmışlar.
12. Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, İntiqam yalnız ona deyil, hər üçünə qarşı guya onu rus dilində təhqir etdiklərini bildirmişdir. Onlar isə ümumiyyətlə İntiqamı təhqir etməmişlər. Həmçinin mübahisədən öncə də, Emin İntiqamı təhqir etməmişdir. İntiqam əvvəlcə ona əl-qol atmış və onun boyunbağını qırmışdır. Daha sonra onu vurmaq istəyəndə Emin İntiqamın əlindən tutmuşdur. O isə İntiqamın əlindəki plastmas çubuğu almışdır. Emin dalaşmamaları üçün həm onu, həm də İntiqamı itələmişdir. Eminin İntiqamı vurmağını isə görməmişdir. X8 bıçaqla vurmağını görməmişdir. Belə ki, Larin ona “İntiqam Emini bıçaqla vurdu” dedikdən sonra Eminin bıçaqlandığını bilmişdir. İntiqamın qaçmaması üçün onu tutmaq istəyəndə orada olan tanımadığı kənar bir şəxs onun qarşısını kəsərək “O qaçan deyil. Onsuz onu tutacaqlar. Sən get dostuna kömək et” demişdir. Emin İntiqamla dalaşmamış, onunla İntiqam mübahisə edəndə sadəcə dalaşmamaları üçün onları itələmişdir. Hadisə zamanı iki ədəd “Go” spirtli içki içmişdir. İntiqamı plastmas çubuqla iki dəfə vurmuş və ikinci dəfə vurarkən çubuq qırılmışdır. Özü isə xəsarət almamışdır. O, İntiqamın anasının ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəməyədək icraat dövründə verdiyi ilkin ifadələrində İntiqamın əlindən taxta parçasını almasına dair ifadələrində göstərdikləri doğru deyildir. Belə ki, İntiqamın əlində taxta parçası deyil, plastmas çubuq olmuşdur.
13. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid3 həmin ifadələrində göstərmişdir ki, dostu Zərərçəkmiş şəxs və Eminin iş yoldaşı Vladimirlə bir yerdə qış parkında oturub söhbət etmiş və hərəyə 2-3 ədəd 8 faizlik dəmir bankada “GO” energetik spirtli içki olan kokteyl içmişlər. Həmin vaxtı o, Akademik Milli Dram teatrının qarşısında bloklanmış skuteri saxlamışdır. Onlar ayağa qalxıb həmin yerə gələndə orada yolun kənarında əynində narıncı gödəkçə geyinmiş tanımadığı, adını sonradan İntiqam kimi bildiyi şəxs onlara yaxınlaşaraq kobud danışmış və o da sonuncunu söydüyünə görə aralarında mübahisə yaranmışdır. Onun yanında olan X9 sakitləşdirməyə çalışmış, daha sonra İntiqam onun yaxasından tutub dartanda o, əsəbləşmiş və İntiqamın əlində olan təxminən 35-40 sm uzunluğunda olan plastik materialdan olan əşyanı alıb İntiqamın baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur ki, onları söyməsin. Həmin vaxtı kənarda olan şəxslər də onları aralamış və sonra İntiqam qəflətən çantasından çıxartdığı bıçaqla Eminin qarnına vurub qaçıb getmişdir. O da əlindəki həmin plastik materialdan olan aləti yolun kənarına atıb İntiqamın arxası ilə qaçmış, lakin tanımadığı şəxslər onu tutub saxlamışlar, İntiqam isə binaların arasından qaçıb getmişdir. Orada olan kimsə X15 Xidmətinə zəng etmiş, 5-6 dəqiqə sonra həkim briqadası gəlib Emini xəstəxanaya aparmışlar. O və Vladimir isə izahat vermək üçün yaxınlıqdaki 27-ci Polis Bölməsinə getmişlər. Sonradan Zərərçəkmiş şəxs X12 aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs bəlkə də düz deyir. Ola bilər ki, həmin vaxtı o, İntiqama “Çumo” sözü demiş, lakin onun əlində taxta parçası olmamışdır. İntiqamın əlindəki plastik materialdan olan adi bir alət olmuş, o, həmin aləti sonuncunun əlindən alıb başına vurmuş, lakin sonradan həmin aləti yol kənarına atıb getmişdir. Hadisə vaxtı nə Emin, nə də Vladimir İntiqamı vurmamışlar. (cild 1, i.v. 78-79; 121-123)
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, hadisə günü dostları Emin və Fikrətlə skuter sürmüşlər. Fikrətin skuteri bloka düşdüyü üçün “Shaurma” kafesinin yanında qalmışdı. Onlar həmin skuteri düzəltmək üçün ora gəlmişlər. Bu zaman İntiqam onlara yaxınlaşaraq kinayə ilə “Bu limuzin sizindirmi” deyə soruşmuşdur. Onlar “Bəli bizimdir” demişlər. Həmin an Emin orada olmamış və “Qış park”ından onlara tərəf gəlmişdir. Fikrətlə İntiqam arasında mübahisə yarandıqdan sonra Emin ora gəlmişdir. İntiqam əlindəki taxta parçasına oxşar çubuqla Fikrəti iki dəfə vurmuş, daha sonra Fikrət həmin çubuğu İntiqamın əlindən alaraq sonuncunu vurmuşdur. Fikrət İntiqamı həmin çubuqla vurarkən çubuq qırılmışdır. Həmin an qeyd edilən çubuğun plastmasdan olduğu aydın olmuşdur. Eminlə İntiqam mübahisə etməyə başlamış, Fikrət isə onları mübahisədən çəkindirməyə çalışmışdır. Bu zaman “Shaurma” kafesi tərəfdən bir nəfər mülki geyimli, tanımadığı şəxs onlara yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim etmiş və onlara mübahisə etməmələrini bildirmişdir. İntiqamın Emini bıçaqla vurmağını görməmişdir. Belə ki, o, özünü polis əməkdaşı kimi təqdim edən həmin mülki geyimli şəxslə söhbət etmişdir. Daha sonra mübahisənin bitməsi üçün Emini özünə tərəf çəkmək istəmiş, bu zaman Eminin ayaq üstə dayanmaqda çətinlik çəkdiyini, qarın nahiyəsindən yaralandığını və qan axdığını görmüşdür. O, X15 çağırmış və Emini təcili xəstəxanaya çatdırmağa çalışmışdır.
15. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, mübahisə əvvəlcə İntiqamla Fikrət arasında başlamış, Emin isə mübahisə başlayandan təxminən bir-iki dəqiqə sonra oraya gəlmişdir. Mübahisənin hansı səbəbdən yarandığını, kimin kimi təhqir etdiyini dəqiq xatırlamır. Əvvəlcə İntiqam əlindəki plastmas çubuqla Fikrəti vurmuş, daha sonra isə Fikrət həmin plastmas çubuğu İntiqamın əlindən alaraq onu vurmuşdur. İntiqamın “bu sizin kabrioletdir?” deməyini eşitmişdir. Daha sonra isə Fikrət, Emin və İntiqam ondan kənarda söhbət etdikləri üçün danışıqları dəqiq eşidə bilməmişdir. O, mübahisənin bitməsi üçün Emini kənara çəkmişdir.
16. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid1 həmin ifadələrində göstərmişdir ki, bir aya yaxındır ki, Xətai rayonu Nobel prospektində yerləşən “CET” şirkətində nəzarətçi işləyir. Həmin şirkət skuter (iki təkərli elektron samakat) istehsal edir, onun vəzifəsi isə həmin şirkətdə Bakı şəhəri üzrə mobil telefona şirkət tərəfindən yüklənmiş proqram əsasında bloklanmış skuterlərin yerini müəyyən edərək həmin skuterləri yığıb xüsusi dayanacaqlara yerləşdirməkdən ibarətdir. Zərərçəkmiş şəxs isə 3 ilə yaxındır ki, tanıyır, ailəvi gediş gəliş olmasa da aralarında səmimi münasibət olmuşdur. O, “CET” şirkətində nəzarətçi kimi Zərərçəkmiş şəxs vasitəsi ilə işə düzəlmişdir. Emin həmin şirkətdə texnik işləyir. Fikrət adlı şəxsi isə Eminə görə tanımışdır. 15 sentyabr 2022-ci il tarixdə işdən sonra axşam saatlarında təxminən saat 20:00 radələrində işdən çıxdığı zaman Zərərçəkmiş şəxs ona zəng edərək dostu Fikrətlə qış parkında olduğunu və ona da yanına gəlməsini demişdir. O da işdən çıxıb həmin yerə getmiş, həmin vaxt Eminin yanında dostu Fikrət də olmuşdur. Sonuncular oturacaqda əyləşib dəmir bankada 8 faiz spirt olan “GO” kakteyli içirmişlər. O, gələndə Fikrət yaxınlıqda yerləşən mağazaya gedib ona da bir banka “GO” almış, hərəsi bir banka “GO” içmiş, sonra Fikrət yenə mağazaya getmiş və hərəyə bir banka da həmin içkidən almış, onlar hərəyə ikinci banka kokteyli də içmişlər. Hərəyə üç banka GO içkisindən içdikdən sonra hər birinin kefi yaxşı olmuşdur. O, qış parkına şirkətə məxsus skuterlə gəlmişdir. Eminin də skuteri yanında olmuşdur. Fikrət isə onlara demişdir ki, sonuncu da skuteri Dram Teatrının yan hissəsində “Şaurma №1” kafesinin düz qarşısında yolun kənarında saxlamışdır. Təxminən saat 22:20 radələrində o, Emin və Fikrət parkda oturacaqdan qalxmış, o və Emin hərəsi gəldikləri skuterlə “Dram teatr”ının qarşısına gəlmiş, çünki Fikrət skuteri orada saxlamışdır. Həmin yerə birinci o, yaxınlaşmış, daha sonra Fikrət gəlmiş, sonra isə Emin yolun kənarına yaxınlaşmışdır. Oraya çatan kimi əynində narıncı jilet olan parklanma ilə məşğul olan şəxs üzünü onlara tutaraq “bu kabrialet sizindi” deyə zarafatlaşmış, Fikrət də “hə kabrialet mənimdi” demiş, daha sonra həmin şəxs həmin yerdə avtomobil dayanacağına görə samakatı oradan götürməyi deyəndə, aralarında sözlü mübahisə olmuşdur. Orada kimin kimə “çumo” dediyini dəqiq xatırlamır, amma bilir ki, aralarında nəsə narazılıq olmuş və sonuncular bir-birilərini söymüşlər. Həmin vaxtı ani bir vaxtda Fikrət “parkovşik”in əlində olan təxmini 35-40 sm uzunluğunda plastmasdan olan aləti alaraq “parkovşik”in başına bir neçə dəfə vuranda o və orada olan tanımadığı bir neçə nəfər onları ayırmış, həmin vaxtı “Shaurma” kafesində çöldə oturub istirahət edən vətəndaşlar da olmuşlar. O, yolun kənarında dəmir qoruyucuların yanında Emini sakiləşdirdiyi zaman birdən sonuncunun qışqırdığını və qarın nahiyəsini tutduğunu görmüş və kənara baxanda parkovşikin qaçdığını görmüş, Emin ona qarın nahiyəsini göstərərək “parkovşik”in onu bıçaqla vurduğunu demişdir. Eminin qarın nahiyəsindən qan gəlirmiş. Orada olan insanlardan kimsə TTYX-na zəng etmiş, təxminən 5-6 dəqiqə sonra hadisə yerinə TTYX-nın həkim briqadası gəlmişdir. X10 Tibbi Mərkəzə aparmışlar. Onu və Fikrəti isə bölməyə dəvət etmişlər. O, orada içkili olduğundan konkret olaraq kimin kimi söydüyünü xatırlamır. Amma bilir ki, onun yanında olan Fikrət də “parkovşik”i söymüşdür. Amma Eminin söydüyünü eşitməmişdir. Bəlkə də söymüşdür, o, bunu eşitməmişdir. Bundan əlavə o, həmin vaxtı Eminin parkovşiki vurmasını görməmişdir. Emin də onun kimi adını sonradan bildiyi İntiqam adlı şəxsi sakitləşdirməyə çalışırmış. Hadisənin baş verməsinə başlıca səbəbkar Fikrət olmuşdur. (cild 1, i.v 86-89)
17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş üzrlü səbəbdən (26 fevral 2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) məhkəmə iclasında iştirak edə bilmədiyindən ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022ci il tarixdə saat 22:20 radələrində Dram teatrının qarşısından keçib evinə getdiyi zaman bir neçə adamın “Shaurma №-1” kafesinin qarşısında yolun kənarında yığıldığını görmüş, həmin yerə yaxınlaşan zaman üzdən tanıdığı yolda “parkovşik” işləyən adını İntiqam kimi bildiyi şəxsin kiminləsə mübahisə etməsini, yolun kənarında dəmir dirəklər olduğundan həmin yerə yaxınlaşa bilməsə də kənardan, yəni 4-5 metr aralıdan həmin mübahisəni seyr edib görmüşdür. Ani bir vaxtda İntiqam çiynindən asılmış çantasından nə isə çıxartmış və mübahisə etdiyi şəxsin qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq həmin yerdən uzaqlaşmışdır. Sonradan bilmişdir ki, İntiqamın çantasından çıxartdığı həmin alət bıçaq olmuşdur. Həmin şəxslərin aralarında baş vermiş mübahisənin səbəbini bilməmiş, sonradan eşitmişdir ki, aralarında skuter saxlamaq üstündə mübahisələri yaranmış, həmin şəxslərdən bir nəfər İntiqamın ünvanına nalayiq ifadə işlətdiyinə görə İntiqam da onu bıçaqla vurmuşdur. İntiqam üzü tüklü, arıq bədən quruluşlu 45-50 yayşlarında oğlanı bıçaqla vurmamışdan əvvəl həmin şəxsin yanında olan uzun saçlı kepkalı oğlan İntiqamın əlindəki təxmini 35-40 sm ölçüdə plastmas aləti əlindən alıb iki üç dəfə İntiqamın başına zərbə vurmuşdur. Sonra isə İntiqam bıçaqla onu vuran adamın yanındaki 45-50 yaşlarında olan şəxsin qarnının sağ nahiyyəsinə zərbə vurmuşdur. Həmin yerdə 10-15 nəfər şəxs olmuş, sonuncular da onun kimi kənardan hadisəni seyr edirmişlər. (cild 1, i.v.162-164 )
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Əsədov tərəfindən 15 sentyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində “Akademik Milli Dram Teatrı”nın qarşısında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qərəzli hərəkətlər etmiş, aralarında yaranmış mübahisə zamanı qarşılıqlı dava-dalaş nəticəsində Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən qəsdən bir dəfə vuraraq bədən xəsarətləri yetirməklə xuliqanlıq etmələri faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v 1).
20. “Götürmə aparılması barədə” 21 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları – bir ədəd ağ rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol yay köynəyi Bakı şəhəri, X5 götürülmüşdür (cild 1, i.v.15-17).
21. “Götürmə aparılması barədə” 22 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı – ümumi uzunluğu 168 mm ölçüdə dəstəyi qara rəngli bıçağı ibtidai istintaq orqanına könüllü təqdim etmiş və həmin bıçaq müvafiq qaydada götürülmüşdür (cild 1, i.v. 21-22).
22. “X13” X14 direktorunun 23 sentyabr 2022-ci il tarixli, 4901 saylı məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs 15 sentyabr 2022-ci il tarixində saat 23:16-da X12 gətirilmişdir. Xəstənin dediyinə görə Yasamal rayonu ərazisində “Qış parkı” yaxınlığında şəxsi münaqişə zəminində tanımadığı şəxs tərəfdən iti alətlə xəsarət almışdır (cild 1, i.v. 25).
23. “Şübhəli şəxsin tutulması haqqında” protokol, “Şübhəli şəxsin tutulması haqqında“, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarların surətlərindən görünür ki, 27 sentyabr 2022-ci il tarixdə Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2022-ci il tarixdə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə Şahid3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 68-69; 113-114; 139-141;).
24. 28 sentyabr 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı hər iki şübhəli şəxs müdafiəçilərinin iştirakı ilə ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs Şahid3 onu təhqir etdiyini, daha sonra taxta parçası ilə başına vuraraq onu döydüyünü üzünə qarşı demiş, Şahid3 isə həmin halı təsdiq etmişdir. (cild 1, i.v. 82-83;)
25. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 sentyabr 2022-ci il tarixli qərarda göstərilmişdir ki, “Şahid3 15 sentyabr 2022-ci il tarixdə, saat 22:30-da ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində Akademik Milli Dram Teatrının qarşısında heç bir əsaslı səbəb olmadan yol kənarında avtomobillərin parklanmasına nəzarət edən Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan plastik materialdan olan alətlə Təqsirləndirilən şəxs baş və çiyin nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq bədən xəsarətləri yetirməklə xuliqanlıq etmiş, həmin hərəkətləri ilə Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir”(cild 1, i.v. 113-114).
26. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası” 30 sentyabr 2022-ci il tarixli, 973 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər başın təpə nahiyyəsinin hematoması, sol qaş nahiyyənin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, 15 sentyabr 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, i.v.142-143).
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyevin 21 oktyabr 2022-ci il tarixli 003-18760- 1222 nömrəli məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3-cü və TŞ 2-119 nömrəli qurğunun 2-ci kameralarının 15 sentyabr 2022-ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri ibtidai istintaq orqanına təqdim edilmişdir. Qeyd edilən məktuba 1 ədəd DVD disk əlavə edilmişdir (cild 1, i.v.171-172).
28. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in X3 xidmətindən 21 oktyabr 2022ci il tarixli 003-18760-1222 nömrəli müşaiyət məktubu ilə daxil olmuş TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3-cü və TŞ 2-119 nömrəli qurğunun 2-ci kameralarının 15 sentyabr 2022-ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri özündə əks etdirən 1 ədəd üzəri ağ rəngli CD diskdə “TŞ2-007 3-2022-09- 15_22h25min00s000ms” və “TŞ2-119 2-2022-09-15_22h25min00s000ms” adlı fayllar vardır. Həmin fayllar MP4 formatlıdır. “TŞ2-007 3-2022-09-15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10:02 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Təqsirləndirilən şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 01:08 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Şahid3 piyada olaraq həmin yerə yaxınlaşması və sonda Zərərçəkmiş şəxs idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Təqsirləndirilən şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Təqsirləndirilən şəxsla Şahid3 arasında mübahisə yaranması, Zərərçəkmiş şəxs ilə Şahid1 sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kənara çəkməsi, bu anda Şahid3 Zərərçəkmiş şəxs qarşısına keçərək Təqsirləndirilən şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Zərərçəkmiş şəxs ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Görüntünün 03:01 dəqiqəsindən sonra hadisə ilə bağlı heç bir görüntü müşahidə edilmir. TŞ2-119 2-2022-09-15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Təqsirləndirilən şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 00:49 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Şahid3 piyada olaraq həmin yerə yaxınlaşması və sonda Zərərçəkmiş şəxs idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Təqsirləndirilən şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Təqsirləndirilən şəxsla Şahid3 aralarında mübahisə yaranması, Zərərçəkmiş şəxs ilə Şahid1 sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kənara çəkməsi, bu anda Şahid3 Zərərçəkmiş şəxs qarşısına keçərək Təqsirləndirilən şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Zərərçəkmiş şəxs ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Bu zaman Şahid3 ilə Təqsirləndirilən şəxs aralarında əlbəyaxa dava olması və Şahid3 Təqsirləndirilən şəxs əlində olan ağ-qara rəngli əşyanı alaraq Təqsirləndirilən şəxs baş və bədən nahiyyələrinə bir neçə zərbələr vurması, həmin zaman digər şəxslərin onları sakitləşdirməyə çalışması və ani olaraq Təqsirləndirilən şəxs üzərindən, daha dəqiq qeyd edilsə arxa hissəsi müşahidə kamerasına olduğundan dəqiq görünməyən yerdən çıxardığı əşya ilə qarşıda olan və digər şəxslərlə danışan Zərərçəkmiş şəxs vuraraq geriyə çəkilməsi, həmin zaman Zərərçəkmiş şəxs dayanmış avtomobillər arasında yerə oturması, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşması, Şahid3 isə sonuncunu təqib etməsi müşahidə olunur (cild 1, i.v.173-174).
29. Hökmün 27-ci bəndində qeyd edilən iş materiallarına əlavə edilmiş diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılmış və hökmün 28-ci bəndində göstərilmiş “Videogörüntülərə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli tədqiq edilmiş protokolda qeyd edilənlərlə görüntülərdə əks olunanların müəyyən hissələrdə fərqli olduğu müəyyən edilmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, təhlükəsiz şəhər kameralarının real vaxt rejimində işləməsi nəzərə alınmaqla hadisə 15 sentyabr 2022-ci il tarixdə, saat 22:26-da başlamış və 22:28-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq oradan uzaqlaşması ilə başa çatmışdır. Video görüntülərə baxış zamanı saat 22:26-da ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Şahid3 piyada olaraq həmin yerə yaxınlaşması və sonda Zərərçəkmiş şəxs idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Təqsirləndirilən şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Təqsirləndirilən şəxsla Şahid3 və Zərərçəkmiş şəxs arasında mübahisə yaranması, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən vurmaqla kənara itələməsi və boynundan tutaraq özünə doğru çəkərək və aşağıya əyməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən çıxaraq geriyə çəkilməsi, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Şahid3 Zərərçəkmiş şəxs qarşısına keçərək Təqsirləndirilən şəxs itələyərək kənara aparması, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs doğru hücum edərək onu vurmağa çalışması, bu anda ətrafda olan şəxslərin Zərərçəkmiş şəxs ilə dialoqa girərək ona maneçilik etmələri və daha sonra həmin şəxslərin də onların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Bu zaman Şahid3 ilə Təqsirləndirilən şəxs arasında əlbəyaxa dava olması və Şahid3 Təqsirləndirilən şəxs əlində olan əşyanı alaraq Təqsirləndirilən şəxs baş və bədən nahiyyələrinə bir neçə dəfə zərbələr vurması, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs üzərinə gedərək onu vurmağa cəhd etməsi, həmin zaman digər şəxslərin onları sakitləşdirməyə çalışması, ani olaraq Təqsirləndirilən şəxs üzərindən çıxardığı əşya ilə qarşısında olan Zərərçəkmiş şəxs vuraraq geriyə çəkilməsi, həmin zaman Zərərçəkmiş şəxs dayanmış avtomobillər arasında yerə oturması, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşması, Şahid3 isə sonuncunu təqib etməsi müəyyən edilmişdir.
30. “Şübhəli şəxsin tutulması haqqında” protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində 29 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılmışdır. (cild 1, i.v. 45, 133-135, 256-257).
31. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.176).
32. “İfadənin yerində yoxlanılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir (cild 1,i.v.184-187).
33. “Canlı şəxsin və maddi sübutların kompleks məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik” 25 oktyabr 2022-ci il tarixli, 500-2022/MTKŞ, T614/2022 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (4 ədəd), müsariqənin və parietal peritonun zədələnməsi olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və iti kənarlı alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 15 sentyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulan bir zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlər birincili cərrahi işlənməyə məruz qaldığından, onların ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün deyil. Lakin Birliyə təqdim edilmiş bıçağın ölçüsünə, quruluşuna, eləcə də geyim əşyalarının üzərindəki zədələrin forması, quruluşu, istiqaməti, xarakteri, ölçüsü və s. əlamətlərinə görə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən, təqdim edilmiş bıçaq və ya ona bənzər hər hansı bir alətin) təsirindən yaranması inkar edilmir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin aşağı hissəsində 1 (bir) ədəd deşilmişkəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan düzəliş edilməmişdir (cild 1, i.v.188-197).
34. “Ambulator məhkəmə-psixiatrik” 7 noyabr 2022-ci il tarixli, 2955 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "Şizofreniya paranoid forma remissiya mərhələsində" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs "şizofreniya paranoid forma" xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da "Şizofreniya paranoid forma" xroniki psixi xəstəliyinin remissiya vəziyyətindədir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i.v.198-201).
35. “Sübutların qiymətləndirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işindən ayrılması qərara alınmışdır. Həmçinin həmin qərarla bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol yay köynəyi və Azərbaycan Respublikası DİN-in X3 xidmətindən 21 oktyabr 2022-ci il tarixli 003-18760-1222 nömrəli müşaiyət məktubu ilə daxil olmuş TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3-cü və TŞ 2-119 nömrəli qurğunun 2-ci kameralarının 15 sentyabr 2022-ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, bir ədəd bıçaq, bir ədəd ağ rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol yay köynəyinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, Azərbaycan Respublikası DİN-in X3 xidmətindən 21 oktyabr 2022-ci il tarixli 003-18760-1222 nömrəli müşaiyət məktubu ilə daxil olmuş TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3-cü və TŞ 2-119 nömrəli qurğunun 2-ci kameralarının 15 sentyabr 2022-ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmış, bir ədəd bıçaq, bir ədəd ağ rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol yay köynəyi Bakı şəhəri, Yasamal RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, i.v. 202-213).
36. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılmışdır (cild 1, i.v.216-218).
37. Müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilməklə keçirilmiş “Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 12 may 2023-cü il tarixli, 60 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir. Lakin həmin xəstəliyin gedişində remissiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstələyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədənədək əziyyət çəkdiyi “Paranoid şizoferniya” xəstəliyi hazırda davam edir. Həmin xəstəliyə xas olan bəzi əlamətlər (yoxlanılan şəxsin özünə qapanması, ünsiyyətə az meyli olması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, təfəkküründə bir qədər autiklik nəzərə çarpması, əhvali-ruhiyyə fonunda bir qədər enmə olması, maraq dairəsinin bir qədər məhdudluğunun qeydə alınması və s.) bunu sübut edir. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, hal-hazırki ekspertiza zamanı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində dayanıqlı remissiya vəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə cəlb olunmasına, onun barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onda müəyyən edilən psixi xəstəliklə əlaqədar öz hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir edə bilər və onlar barəsində istintaqa düzgün ifadə verə bilər. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs hepatit C virusunun təyini məqsədilə aparılan CİTO HCV testi zamanı müsbət nəticə qeyd alındığı göstərilmişdir (cild 2, i.v. 91-98).
38. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmış və onu bağışlayır (cild 2, i.v.37).
39. Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş 28 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaq davam etdirilir və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM-in) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
42. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
43. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
44. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir.
45. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Şaurma №1” kafesinin qarşısında Akademik Milli Dram Teatrının yaxınlığında avtomobillərin parklanması işi ilə məşğul olarkən 15 sentyabr 2022ci il tarixdə saat 22:30 dəqiqədə elektroskuteri götürmək məqsədi ilə həmin yerə gəlmiş Zərərçəkmiş şəxs, Şahid3 və Şahid1 Viktroviçə qeyri-rəsmi nəzarət etdiyi ərazidə olan elektroskuteri göstərib onlara kinayə ilə “bu kabriolet sənindir?” deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı özünün şəxsiyyətini onların və həmin yerdə olan tanımadığı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq Zərərçəkmiş şəxs və Şahid3 nalayiq ifadələrlə təhqir etməklə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgə yaşayış qaydalarını kobud surətdə pozmuş, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əvvəlcədən əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə qarın nahiyəsindən xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə vuraraq qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (4 ədəd), müsariqənin və parietal peritonun zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
46. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən hökmün 35-ci bəndində qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “ibtidai istintaq zamanı toplanmış cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə digər təqsirləndirilən şəxs Şahid3 arasında 15 sentyabr 2022-ci il tarixdə baş vermiş münaqişə Şahid3 təşəbbüsü ilə başlanmışdır...Cinayət işi materiallarından göründüyü kimi münaqişə Şahid3 nalayiq ifadələr işlətməsi səbəbindən əvvəlcədən aralarında baş vermiş münaqişə nəticəsində döyülməsindən acıqlı qalan Təqsirləndirilən şəxs tərəfindən qisas məqsədilə törədilmişdir ” (cild 1, i.v. 208-209).
47. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
48. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
49. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.
50. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs avtomobillərin parklanması işi ilə məşğul olarkən 15 sentyabr 2022-ci il tarixdə, saat 22:26-da elektroskuteri götürmək məqsədi ilə həmin yerə gəlmiş Zərərçəkmiş şəxs, Şahid3 və Şahid1 qeyri-rəsmi nəzarət etdiyi ərazidə olan həmin elektroskuterin avtomobillərin rahat parklanması üçün götürülməsini xahiş etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və Şahid3la bir-birilərinin ünvanına nalayiq ifadələrlə təhqir edərək onlarla dalaşmış, əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinə və sifət nahiyyəsindən vuraraq və boynundan tutaraq onu itələmiş, Şahid3 isə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncu ilə əlbəyaxa olmuş, daha sonra Şahid3 Təqsirləndirilən şəxs avtomobillərin parklanması zamanı işarə vermək üçün əlində saxladığı bərk küt əşya olan predmeti sonuncunun əlindən alıb Təqsirləndirilən şəxs baş və sinə nahiyyələrinə vuraraq ona başın təpə nahiyyəsinin hematoması, sol qaş nahiyənin səthi əzilmiş yarası və döş qəfəsinin sol yarısının qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ailə üzvlərinin ünvanına söyüş söyməsinə görə sonuncudan qisas almaq məqsədi ilə əvvəlcədən əldə edib üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
51. Məhkəmə hökmün 48-ci bəndində göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətləri vardır.
52. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, məhz Şahid3 və Zərərçəkmiş şəxs əxlaqa və ya hüquqa zidd davranışı ilə başlaması, sonuncuların təqsirləndirən şəxsi münaqişəyə çəkməsinin müəyyən edilməsi bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ailə üzvlərinin ünvanına söyüş söyməsinə və ona vurmasına görə sonuncudan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
54. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edilir.
58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
59. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
60. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
61. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
62. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
63. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsinə səbəbin Zərərçəkmiş şəxs və Şahid3 tərəfindən ona hücum edilməsi, buna görə də özünü müdafiə üçün məcbur qalaraq bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, işin faktiki hallarından Təqsirləndirilən şəxs məhz qisas məqsədi ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsdən bıçaqla vuraraq xəsarət yetirməsi müəyyən olunmuşdur.
64. Hökmün 29 və 46-cı bəndlərində qeyd edildiyi kimi, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı hadisənin məhz Şahid3 və Zərərçəkmiş şəxs təşəbbüsu ilə başlaması öz təsdiqini tapır. Belə ki, hökmün 29-cu bəndində qeyd edilən diskdəki videogörüntülərdən və işin faktiki hallarından Şahid3la Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs İ.R.Əliməmədovla mübahisə edərək dalaşmaları, bir-birilərinin ünvanlarına nalayiq söyüşlər söymələri, sonuncunun qisas məqsədi ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq insan həyatı üçün təhlükəli olan ağır bədən xəsarəti yetirməsi müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlarla yanaşı hökmün 37-ci bəndində istinad edilən ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkməsi səbəbindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmaması, habelə onun anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməsi də onun hazırkı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini tamamilə istisna edir. Belə ki, xuliqanlıq niyyəti şəxsin törətdiyi əmələ psixi münasibətini əks etdirir. Qeyd edilən rəylə isə Təqsirləndirilən şəxs törətdiyi əmələ psixi münasibətinin onun hazırkı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini tamamilə istisna edir.
66. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi tövsif edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
67. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
68. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
69. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 1991-ci il tarixdən 8 noyabr 2000-ci il tarixədək Azərbaycan Respublikasının müxtəlif məhkəmələrinin (altı dəfə) qərarları ilə barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq olunmaqla ruhi əsəb xəstəxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs sonradan Azərbaycan Respublikasının müxtəlif məhkəmələrinin hökmləri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən Təqsirləndirilən şəxs Rusiya Federasiyasının məhkəmələrinin hökmləri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi müəyyən olunur. Hazırda məhkumluğu olmayan şəxsdir(cild 1,i.v.150- 153).
70. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayəti və tələbinin olmamasını, habelə ona yüngül cəza təyin edilməsinə dair xahişini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini və cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, habelə cinayət hadisəsi törədildikdən sonrakı davranışını, yəni cinayət alətini könüllü olaraq istintaq orqanına təqdim etməsini, “Hepatit C” virusu xəstəliyindən əziyyət çəkməsini CM-in 59.1.8, 59.1.9, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
71. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
72. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
73. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
74. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
75. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
76. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
77. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
78. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
79. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
80. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində 29 sentyabr 2022ci ildə 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 23 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 7 fevral 2023cü il tarixədək uzadılmışdır. (cild 1, i.v. 45, 133-135; 257-258).
81. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 27 sentyabr 2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
82. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir.
83. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınmalıdır.
84. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan cinayət aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar - 1 (bir) ədəd ağ rəngli mayka və 1 (bir) ədəd narıncı rəngli qısaqol köynək məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3-cü və TŞ 2-119 nömrəli video müşahidə qurğusunun 2-ci kameralarının 15 sentyabr 2022-ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri özündə əks etdirən bir ədəd DVD disk isə hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
85. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 sentyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan cinayət aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar - 1 (bir) ədəd ağ rəngli mayka və 1 (bir) ədəd narıncı rəngli qısaqol köynək məhv edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-007 nömrəli videomüşahidə qurğusunun 3cü və TŞ 2-119 nömrəli video müşahidə qurğusunun 2-ci kameralarının 15 sentyabr 2022ci il tarixli saat 22:25-dən 22:35-dək olan müddətdəki görüntüləri özündə əks etdirən bir ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.