Məhkəmə qərarları › İş №1(101)-825/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-825/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-825/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı – dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qanuni nümayəndə3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 03 sentyabr 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən «Prestij» inşaat mağazasına qapının kilidini dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab olunan masanın siyirməsindən 294 (iki yüz doxsan dörd) manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyun 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs12 MMC-nin müqavilə əsasında icarəyə işlətdiyi ünvan 3 ünvanında yerləşən «Buta» aptekin yaxınlığına gəlmiş, Ənvər Nazirov gələn olarsa xəbər vermək üçün yaxınlıqda dayanıb ətrafa göz gəzdirmiş, o isə aptekin plastik qapısının kilidini üzərində olan vintaçanla sındırıb içəri qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab olunan kassa aparatından 1.460 (min dörd yüz altmış) manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs12 MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 iyul 2020-ci il tarixdə saat 04:30 radələrində Şahid10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 «V» saylı binanın həyətində yerləşən «Çinar» marketə qapının kilidini açmaq yolu İlə qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab olunan kassadan 20 (iyirmi) manat məbləğində nəğd pulu oğurlamış, eyni zamanda kassanın yanında stolun üzərində saxlanılan avtomobil açarını taparaq götürmüş, daha sonra ünvan 4 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus «Lexus RX300» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını həmin açar vasitəsi ilə açaraq, mühərriki işə salıb avtomobili idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış, həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu istiqamətində hərəkət edərkən ünvan 5 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus «X9» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobili tərk edərək hadisə yerindən yayınmış, nəticədə zərərçəkmiş şəxs «Lexus RX300» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 2.270 (iki min iki yüz yetmiş) manat, digər zərərçəkmiş şəxs «X9» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 isə 1.750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə 19 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 265 nömrəli binanın birinci mərtəbəsində yerləşən Abbasov Rəsul Vəkil oğlunun icarə əsasında işlətdiyi «Elit» adlı kişi salonuna qapının kilidini özündə olan vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq, salonda olan dolabdan avtomobil açarım götürmüş, daha sonra həmin kişi salonunun qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs5 məxsus «İnfmiti FX-35» markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını həmin açar vasitəsi ilə açaraq, mühərriki işə salıb, avtomobili idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 29 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs12 MMC-nin müqavilə əsasında icarəyə işlətdiyi ünvan 3 ünvanında yerləşən «Buta» aptekə plastik giriş qapısının üzərində olan dəmir jalüzün asma qıfılını sındırmaq yolu qanunsuz daxil olaraq satış rəflərinin altında olan saxlanc yeri hesab edilən şkafın siyirtməsindən 1.290 (min iki yüz doxsan) manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs12 MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 oktyabr 2020-ci il tarixdə saat 04:20-də Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən bərbərxanaya giriş qapısının kilidini açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan ümumi qiyməti 1.000 (bir min) manat olan beş ədəd saçqırxan aparatlarını və bir ədəd 500 (beş yüz) manat qiymətində «Toshiba» markalı notbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 06 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 823-cü keçid ünvanında yerləşən köşkə giriş qapısının kilidini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan ümumi qiyməti 300 (üç yüz) manat olan «Kent», «Sobranie», «Winston», «LD» və «Davidoff» markalı siqaretləri, ümumi qiyməti 130 (yüz otuz) manat olan, 250 (iki yüz əlli ədəd) alışqanı, ümumi qiyməti 20 (iyirmi) manat olan dörd şüşə viski içkisini, 25 (iyirmi beş) manat məbləğində qəpik pulları, ümumi qiyməti 45 (qırx beş) manat olan «Kuller» və «Xırdalan» markalı pivələri, ümumi qiyməti 80 (səksən) manat olan «Full» və «Atom» markalı enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində vət.Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən «Seymur Market & Şərab Evi» mağazasına giriş qapısının asma qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab edilən kassadan 300 (üç yüz) manat nəğd pulu, ümumi qiyməti 1.000 (bir min) manat olan müxtəlif növ tütün məmulatlarını, ümumi qiyməti 600 (altı yüz) manat olan müxtəlif növ spirtli içkiləri və ümumi qiyməti 100 (bir yüz) manat olan müxtəlif növ enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 8 ünvanında yerləşən «Buta» aptekə qabaq qapını dəmir parçası ilə açmaq yolu ilə qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab edilən kassadan 487 (dörd yüz səksən yeddi) manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 oktyabr 2020-ci il tarixdə saat 01:50-də Zərərçəkmiş şəxs10 məxsus ünvan 9 ünvanında yerləşən «Soba» şirniyyat mağazasına qapısını vintaçan vasitəsi ilə açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan 250 (iki yüz əlli) manat məbləğində nəğd pulu, ümumi qiyməti 150 (yüz əlli) manat olan beş ədəd «Samsung» markalı mobil telefonları, ümumi qiyməti 100 (bir yüz) manat olan dörd ədəd «Nokia» markalı mobil telefonları, bir ədəd 99 (doxsan doqquz) manat qiymətində «Hoffman» markalı mobil telefonu, bir ədəd 45 (qırx beş) manat qiymətində «Keng» markalı mobil telefonu, bir ədəd 15 (on beş) manat qiymətində «Beagea» markalı mobil telefonu, bir ədəd 200 (iki yüz) manat qiymətində «Samsung Tab 1O» markalı planşeti, bir ədəd 35 (otuz beş) manat qiymətində «Power Bank» aparatını, bir ədəd 950 (doqquz yüz əlli) manat qiymətində «X15» markalı qol saatını və bir ədəd 45 (qırx beş) manat qiymətində tortu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 1.889 (min səkkiz yüz səksən doqquz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 27 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Şahid8 qızma məxsus ünvan 10 ünvanında yerləşən «Aysu» gözəllik salonuna qapını vintaçan vasitəsi ilə açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan Nasiba Musaevaya məxsus bir ədəd qiyməti 150 (yüz əlli) manat olan «Samsung» markalı planşeti və 150 (yüz əlli) manat məbləğində nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Nasiba Musaevaya ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 27 oktyabr 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Bakı şəhəri, Xətai rayonu, «Xəzər dairəsi» adlanan yerdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 oktyabr 2020-ci il tarixdə, saat 06:20-də daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 11 ünvanında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş 30 (otuz) büküm külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,250 qram, 0,227 qram, 0,242 qram, 0,343 qram, 0,176 qram, 0,285 qram, 0122 qram, 0,197 qram, 0,260 qram, 0,302 qram, 0,400 qram, 0,213 qram , 0,333 qram, 0,140 qram, 0,148 qram, 0,184 qram, 0,383 qram, 0,293 qram, 0,242 qram, 0,300 qram, 0,190 qram, 0,482 qram, 0,450 qram, 0,260 qram, 0,368 qram, 0,152 qram, 0,433 qram, 0,115 qram və 0,187 qram olmaqla tərkib komponentlərinə görə eyni olan ümumi təmiz çəkisi 8,069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 iyul 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məscidin arxa tərəfində yerləşən binanın həyətində olan marketin plastik qapısını açıb oğurluq üçün daxil olmuş, kassadan pul axtaranda stolun üzərində avtomaşın açarı olduğunu görmüş, həmin açarın üzərinə “L” hərfi yazılmışdır. Açarı götürmüş və kassada olan təxminən 20 manat pulu da götürüb marketdən çıxmışdır. Açarın üzərində olan düyməni basdıqda binanın həyətində dayanmış qara rəngli “Lexus” markalı avtomaşının qapısının açıldığını görərək avtomaşına yaxınlaşmış və qapını açıb sükana əyləşib avtomobili sürüb getmişdir. Təxminən iki saat avtomaşınla Bakı şəhərində müxtəlif yerlərə getmişdir. Neftçilər metrosunun yaxınlığında binaların həyəti ilə gedərkən binanın həyətində dayanmış ağ rəngli “Mercedes sprinter” markalı avtomaşını arxadan ehtiyatsızlıqdan vurmuş və avtomobili hadisə yerində qoyaraq düşüb getmişdir. Bundan sonra, 11 iyul 2020-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Hacıoğlu mağazasının arxa tərəfi ilə gedərkən polis əməkdaşları onu saxlayıb 13-cü Polis Bölməsinə aparmışlar və orada həmin hadisə barədə izahatını verib əməlini etiraf etmişdir. O, həmçinin bildirmişdir ki, 03 sentyabr 2019-cu tarixdə «Prestij» adlı mağazadan oğurluq, 26 iyun 2020-ci il tarixdə «Buta Naximov» adlı aptekdən oğurluq, 19 sentyabr 2020-ci il tarixdə «Elit» kişi salonunda «İnfiniti FX 35» markalı avtomaşının açarını götürüb avtomaşını qaçırması, 29 sentyabr 2020-ci il tarixdə Naximov küçəsində 51 saylı marşrut avtobusunun dayanacağının yanında gözəllik salonundan oğurluq, 03 oktyabr 2020-ci il tarixdə, Gəncə prospekti 30 ünvanında yerləşən bərbərxanadan oğurluq, 06 oktyabr 2020-ci il tarixdə Zığ yolunda «Canbaxça» kafesi ilə üzbəüz köşkdən oğurluq, 21 oktyabr 2020-ci il tarixdə, «Seymur» marketdən oğurluq, 23 oktyabr 2020-ci il tarixdə «Soba» şirniyyat mağazasınn yanındakı aptekdən oğurluq, 24 oktyabr 2020-ci il tarixdə «Soba» şirniyyat evindən oğurluq, 27 oktyabr 2020-ci tarixdə «Aysu» gözəllik salonundan oğurluq, habelə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı verilən ittihamları qəbul etmir, o, həmin cinayətləri törətməmişdir. Bundan başqa bildirmişdir ki, “Lexus” markalı avtomobilin sahibi ilə arasında mübahisə olduğu üçün həmin avtomobili qəsdən qaçırmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayından hazırki vaxta kimi, ünvan 13 ünvanında yerləşən «Prestij» adlı tikinti materialları mağazasını işlədir. O, hər gün mağazanı səhər saat 09 radələrində açır və axşam saat 19 radələrində bağlayaraq yaşadığı evə gedir. 02.09.2019cu il tarixdə saat 19 radələrində işlədiyi mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 03 sentyabr 2019-cu il tarixdə işlətdiyi mağazanı açmaq üçün gedən zaman mağazanın hər iki qapısının naməlum əşya ilə sındırılaraq açılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, mağazaya daxil olub kassaya baxan zaman orada olan 294 manat pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər o, mağazanı bağladıqdan sonra mağazanın giriş qapısının klidini sınıraraq, mağazaya qanunsuz daxil olub, orada olan stolun siyirməsindən 294 manat pulu oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 294 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə məxsus «Mersedes-Benz Sprinter» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə müxtəlif şirkətlərdə sürücü kimi işləyir. Ona məxsus «Mersedes-Benz Sprinter» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşını tanışı Vaqif adlı şəxs də idarə edir. Bu səbəbdən maşını aparıb Vaqifin yaşadığı Neftçilər metrostasiyasının yaxınlığında yerləşən evinin qarşısında, binanın həyətində saxlamışdır. 5 iyul 2020-ci il tarixdə saat 08:30-da Vaqif ona zəng vuraraq binanın qarşısında saxladığı özünə məxsus «Mersedes-Benz Sprinter» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı maşına «Lexus» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissədən çırpıldığını bildirmişdir. O, dərhal hadisə yerinə getmiş və görmüşdür ki, «Lexus» markalı avtomobilin sürücüsü orada yoxdur, zəng vurub bu barədə DYP-yə məlmat vermiş, polis işçiləri gəlib baxış keçirmişlər. Maşının sürücüsü olmadığı üçün «Lexus» markalı maşını duracağa aparmışlar. Daha sonra araşdırıldıqdan sonra məlum olmuşdur ki, «Lexus» markalı avtomaşının sürücüsü maşının açarını 04 iyul 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən avtoyuyucuya vermiş, yuyucu isə açarı sürücüyə verməsi üçün həmin məhlədə olan mağazada işləyən bir nəfər şəxsə vermişdir. Açarı isə həmin mağazadan naməlum şəxs oğurlayarq «Lexus» markalı avtomaşını sürüb getmiş və məlum yol-nəqliyyat hadisəsini törədərək qaçıb getmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən ünvan 14 ünvanda tək özü bərbər işləyir. Bərbərxanaya işə hər gün saat 12 radələrində gəlib, axşam saat 20 radələrinədək işdə olur. 02 oktyabr 2020-ci il tarixdə həmişəki kimi işdə olmuş və axşam saat 20 radələrində bərbərxananm qapısını bağlayıb evə getmişdir. 03 oktyabr 2020-ci il tarixdə o, iş yerinə gələn zaman müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər bərbərxananın giriş qapısını naməlum əşya ilə açıb bərbərxanaya daxil olub bərbərxananm siyirməsinin içərisindən bir ədəd 250 manat dəyərində ABŞ istehsalı olan «Vaha» markalı saçqırxan, 500 manat dəyərində iki ədəd «ABŞ» istehsalı olan «Andis» markalı saçqırxan, 220 manat dəyərində bir ədəd ABŞ istehsalı olan «VAHA» markalı saçqırxan, 30 manat dəyərində bir ədəd Çin istehsalı olan «Kemal» markalı saçqırxan və 500 manat dəyərində bir ədəd Yaponya istehsalı olan «Toshiba» markalı noutbuku gizli olaraq oğurlayıb hadisə yerindən qaçıb getmişdir. O, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Xətai RPİ-nin 36-cı PB-yə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayından Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8, 23-cü keçid ünvanında yerləşən sahəsi təxminən 8 kv.metr olan ticarət köşkünü icarəyə götürüb işlədir. Həmin köşk bir qayda olaraq 24 saat fəaliyyət göstərir. Köşkdə tütün məmulatları, enerji içkiləri, sərinləşdirici içkilər, spirtli içkilər, saqqızlar, şirniyyat və alışqanlar satılır. 12 saat köşkdə satıcı kimi tanışı Rəfail Cəfərov olur, 12 saat da o özü olur. Respublikada elan olunmuş hərbi vəziyyətlə əlaqədar olaraq köşk səhər saat 06:30- dan saat 20:30-dək işləyir. Komendant saatı ilə əlaqədar olaraq Rəfail köşkü 05 oktyabr 2020-ci il tarixdə saat 20:30-da bağlayıb yaşadığı evə getmişdir. 06 oktyabr 2020-ci il tarixdə saat 07:00-da köşkə gələndə görmüşdür ki, köşkün qarşısında qoyulmuş və içərisində enerji və spirtli içkilər olan soyuducunun qapısı üzərində olan zəncir qırılmış vəziyyətdədir, soyuducuda olan bir neçə enerji və spirtli içkilər isə yerində yoxdur. Sonra o, özündə olan açarla köşkün qapısını açıb içəri daxil olmuşdur. İçəri daxil olanda görmüşdür ki, döşmədə əşyalar dağınıq vəziyyətdədir. O, dərhal hadisə ilə bağlı 36-cı PB-yə məlumat vermiş, bir qədər sonra isə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Hadisə yerində o, ərizə də yazmış, lakin ərizədə ona dəymiş maddi ziyanı təxmini hesablayıb 450 manat kimi göstərmişdir. Polis əməkdaşları gedəndən sonra ona dəymiş maddi ziyanı dəqiq müəyyən etmək üçün o, hadisədən sonra köşkdə qalan malları saymış və müəyyən etmişdir ki, hadisə vaxtı köşkdən ümumi qiyməti 300 manat olan «Kent», «Sobranie», «Winston», «Wincester», «LD» və «Davidoff» markalı siqaretlər, ümumi qiyməti 130 manat olan 250 ədəd alışqan, ümumi qiyməti 20 manat olan 4 şüşə viski içkisi, qəpiklərlə olan 25 manat pul, çöldə olan soyuducudan isə ümumi qiyməti 45 manat olan «Kuller», «Xırdalan» markalı pivə içkiləri və ümumi qiyməti 80 manat olan «Full» və «Atom» markalı enerji içkiləri oğurlanmışdır. Beləliklə hadisə nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, uzun illər Bakı İxtisaslaşdırılmış Avtomobillər zavodunda ştamplayıcı vəzifəsində işləmişdir. Daha sonra müəyyən səbəblərdən işdən çıxmış və dolanışığını təmin etmək məqsədilə müxtəlif yerlərdə icarə əsasında mağaza işlətmişdir. Sonuncu dəfə 3 ay bundan əvvəl, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov 84 saylı yerləşən mağazanı icarəyə götürmüş və «Seymur» market adı ilə fəaliyyətə başlamışdır. Aylıq icarə haqqı kimi 400 manat ödəmiş və dükanda əsasən ərzaq mallarının satışı ilə məşğul olmuşdur. Dükan əvvəllər 24 saat fəaliyyət göstərmiş, lakin 27.09.2020-ci il tarixdən etibarən ölkədə tətbiq olunmuş komendant saatı ilə əlaqədar axşam saat 9-dan sonra marketi bağlamaq məcburiyyətində qalmışdır. Sonuncu dəfə 20.10.2020-ci il tarixdə saat 20:50-də marketin qapısını qıfılla bağlayıb evə getmişdir. Səhəri gün yəni 21.10.2020-ci il tarixdə saat 07:40-da marketi açmaq üçün iş yerinə gəlmişdir. Marketə çatan zaman marketin qapısının üzərində olan qıfılın sındırıldığını, qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Əli ilə qapını itələyib içəri daxil olan zaman marketin içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra marketin içərisinə baxış keçirmiş və marketin kassa aparatında saxladığı 300 manat pulun yerində olmadığını aşkar etmişdir. Daha sonra da ərzaq mallarının yerləşdiyi dağıdılmış rəflərə baxış keçirmişdir. Baxış keçirən zaman tütün məmulatlarının olduğu bölmədə ümumilikdə dəyəri 1000 manat olan müxtəlif markalı tütün məmulatlarının, qiyməti 600 manat olan müxtəlif spirtli içkilərin və 100 manat dəyərində müxtəlif markalı enerji içkilərinin oğurlandığını aşkar etmişdir. O, bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının hadisə yerinə gəlmələrini xahiş etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi 5 ünvanında yerləşən «Buta» aptekin icarədarıdır. Aptek hər gün səhər saat 09:00-dan axşam saat 23:00-a kimi fəaliyyət göstərir. 23 oktyabr 2020-ci il tarixdə özü üçün vacib dərman lazım olduğundan gecə saat 04:30 radələrində özünə məxsus «Mercedes-Benz» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə icarədarı olduğu «Buta» aptekə gəlmişdir. Həmin vaxt aptekin dəmir qapısının açıq vəziyyətdə olmasını aşkar etmişdir. O, aptekdən oğurluq olmasından şübhələndiyi üçün içəri baxan zaman aşkar etmişdir ki, naməlum şəxs icarədarı olduğu aptekin dəmir qapısını hansısa alətlə açaraq içəri daxil olmuş və aptekdə olan kassada saxladığı 487 (dörd yüz səksn yeddi) manat məbləğində nəğd pulu oğurlamışdır. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Şahid8 məxsus ünvan 10 ünvanında yerləşən «Aysu» gözəllik salonunun bir hissəsini icarəyə götürərək işlətmişdir. Həmin salonun açarlarının bir nüsxəsi onda, digər nüsxəsi isə Afətdə olmuşdur. 26 oktyabr 2020ci il tarixdə, təxminən saat 17:30 radələrində «Aysu» gözəllik salonunda olmuş, həmin vaxt səhhətində problemlər olduğundan işdən tez çıxmalı olmuşdur. Həmçinin Afət də işdən çıxdığı üçün özündə açarları gözəllik salonunda işləyən Xəyalə adlı qıza vermişdir ki, sonuncu işdən çıxanda qapını bağlayar. 27 oktyabr 2020-ci il tarixdə, təxminən saat 12 radələrində o, yaşadığı evdə olan zaman Xəyalə onun istifadəsində olan mobil nömrəyə zəng edərək, salonda oğurluq olduğunu bildirmişdir. O, bu xəbəri eşitdikdən sonra dərhal gözəllik salonuna getmiş, həmin vaxt görmüşdür ki, salon dağınıq vəziyyətdədir və onun icarəyə götürüb işlətdiyi hissədə saxladığı özünə məxsus 150 (yüz əlli) manat dəyərində «Samsung» markalı planşet və kassada saxladığı 150 (yüz əlli) manat məbləğində nəğd pul oğurlanmışdır. Bundan sonra Afət baş vermiş hadisə barədə ərizə ilə Xətai RPİ-nin 35ci PB-yə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus «Lexus» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşınını 04 iyul 2020-ci il tarixdə saat 17:00-da yaşadığı ünvan 4 saylı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləyən Toğrul adlı şəxsə yuması üçün verib yuduqdan sonra maşının açarını həmin yerdə olan marketdə satıcı işəyən Zöhraba verməsini bildirmiş və evə getmişdir. 05 iyul 2020-ci il tarixdə günorta saatlarında Nizami rayon DYPİ-dən işçilər ona zəng vurub avtomaşınının harada olmasını soruşmuşlar. O, polis işçilərinə avtomaşını 4 iyul 2020-ci il tarixdə yaşadığı binanın yaxınlığında yuyulması üçün avtoyuyucuya verdiyini bildirmişdir. Sonuncular isə bildirmişlər ki, ona məxsus avtomaşın ilə 05 iyul 2020-ci il tarixdə saat 06:30-da Nizami rayon ərazisində yol-nəqliyyat hadisəsi törədilmişdir. Belə ki, avtomaşını idarə edən şəxs maşını başqa maşına vuruduqdan sonra hadisə yerindən qaçmışdır. Ona görə də hadisə yerinə getmiş, maşınına baxmış və maşına müəyyən qədər maddi ziyan dəydiyini gördükdən sonra zəng vurub bu barədə DİN-nin «102» Xidməti-Zəng mərkəzinə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, maşın alqı-satqısı ilə məşğul olur. 17.07.2020-ci il tarixdə «Turbo.az» saytında yerləşdirilmiş elan vasitəsi ilə Bakı şəhərində tanımadığı xanımdan qara rəngli «İnfinite FX 35» markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 18.500 manata almışdır. 19.09.2020-ci il tarixdə saat 14 radələrində idarə etdiyi sözügedən avtomobili qardaşı Şahid7 işlətdiyi «ELİT» adlı kişi salonunun qarşısında saxlayaraq avtomobilin qapılarını bağlayıb açarını qardaşı Rəsula vermişdir. 20 sentyabr 2020-ci il tarixdə səhər saat 11 radələrində qardaşı Rəsul ona zəng edərək avtomobili götürüb- götürməməsini soruşduqda, o, avtomobili götürmədiyini bildirmişdir. Rəsul ona bildirmişdir ki, avtomobil yerində yoxdur. Bundan sonra o, dərhal qardaşının yanına getmiş və qardaşı Rəsul DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhərinin müxtəlif ərazilərini gəzdikdən sonra ona məxsus «İnfinite FX 35» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Əli küçəsində yerləşən 10 nömrəli binanın qarşısında aşkar etmişlər. Bundan sonra ona məxsus olan «İnfinite FX 35» markalı **-UU- *** dövlət qeydiyyat nişanlı avtomobili evakuatora qoyaraq Abşeron rayon Polis İdarəsinin həyətinə gətirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid7 ifadəsində iş üzrə Zərərçəkmiş şəxs5la eyni məzmsunlu ifadə vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yerləşən «Bizim Soba» şirniyyat mağazasının icarədarıdır. Şirniyyat mağazası hər gün səhər saat 07:00-dan axşam saat 23:00-a kimi fəaliyyət göstərir. 23 oktyabr 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, şirniyyat mağazasını bağlayaraq yaşadığı evə getmişdir. 24 oktyabr 2020-ci il tarixdə təxminən saat 06:30 radələrində şirniyyat mağazasına gələn zaman qapının açıq vəziyyətdə olmasını görmüşdür. Bundan sonra mağazaya daxil olaraq baxış keçirən zaman mağazadan oğurluq olmasının şahidi olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən icarədarı olduğu şirniyyat mağazasının kassasında saxladığı 250 (iki yüz əlli) manat məbləğində nəğd pulun, ümumi qiyməti 150 (yüz əlli) manat olan beş ədəd «Samsung» markalı mobil telefonların, ümumi qiyməti 100 (bir yüz) manat olan dörd ədəd «Nokia» markalı mobil telefonların, bir ədəd 99 (doxsan doqquz) manat qiymətində «Hoffman» markalı mobil telefonun, bir ədəd 45 (qırx beş) manat qiymətində «Keng» markalı mobil telefonun, bir ədəd 15 (on beş) manat qiymətində «Beagea» markalı mobil telefonun, bir ədəd 200 (iki yüz) manat qiymətində «Samsung Tab 10» markalı planşetin, bir ədəd 35 (otuz beş) manat qiymətində «Power Bank»-ın, bir ədəd 950 (doqquz yüz əlli) manat qiymətində «X15» markalı qol saatının və bir ədəd 45 (qırx beş) manat dəyərində tortun oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar Xətai RPİ-nin 34-cü PŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020ci ildən isə Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ayxan adlı şəxsin Xətai rayonu ərazisində oğurluq cinayətləri törətməsi, eyni zamanda narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 28 oktyabr 2020-ci il tarixdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 06:20-də Təqsirləndirilən şəxs ünvan 17 ünvanının qarşısında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Xətai RPİ-nin 34-cü PB-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman məlum olmuşdur ki, həmin şəxs 17.05.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş içərsində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər 30 (otuz) ədəd bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümləri 27 oktyabr 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən «Xəzər dairəsi» adlanan ərazidə adının Şamxal olduğunu bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 300 (üç yüz) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmsunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 5 ildir ünvan 3 ünvanında yerləşən «Buta» aptekini işlədir, həm müdir, həm də satıcılıq edir. Aptekin yerləşdiyi qeyri- yaşayış sahəsi Nazim Əliyevə məxsusdur, o, həmin yeri icarəyə götürmüşdür. Aptek Zərərçəkmiş şəxs12 şirkətinin verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Aptekdə satılan bütün dərman və digər vasitələr Zərərçəkmiş şəxs12 şirkətinə məxsusdur. Şirkət tərəfindən dərman və digər vasitələr ona nisyə şəkildə verilir. O, dərman və digər vasitələr satıldıqca satışdan əldə olunan pulu 2-3 gündən bir cəmləyib Zərərçəkmiş şəxs12 şirkətinə ödəyir. Həmişə olduğu kimi o, 28 sentyabr 2020-ci il tarixdə, saat 21:00-da apteki bağlayıb evinə getmişdir. Aptekin giriş plastik qapısının üzəri dəmir jalüzlə örtülür və jalüzün də ayrı kilidi vardır 29 sentyabr 2020-ci il tarixdə, saat 06:40-da aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Nazim Əliyev ona zəng vurub aptekin qapısı jalüzü və plastik qapısının açıldığını bildirmişdir. O, tez aptekə getmiş və görmüşdür ki, jalüzün qıfılı sındırılmış və gecə aptekə oğru girmişdir. Oğru tərəfindən aptekdə satıcının dayandığı yerdə olan şkafın yuxarı siyirtməsindəki 1.290 manat pul oğurlanmışdır. Artıq o, gələnə kimi polisə məlumat verilmiş, az sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və bu barədə protokol tərtib edilmişdir. O, protokolu imzalamışdır. Aptekdə müşahidə kamerası yoxdur, lakin aptekin yaxınlığındakı gözəllik salonunun müşahidə kamerası var və polis əməkdaşları həmin kameranın aptekin qarşı tərəfini qeydə aldığı görüntülərini götürmüşlər. Oğurluq nəticəsində «Buta - Farm» şirkətinə 1.290 manat maddi ziyan dəymişdir, aptekdə satılan dərmanlar həmin şirkətə məxsusdu. 1.290 manat da satılmış dərmanların pulu olmuş və o, həmin pulu Zərərçəkmiş şəxs12 şirkətinə ödəməlidir. Oğurluq nəticəsində şəxsən onun özünə heç bir ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən «Aysu» gözəllik salonu ona məxsusdur. Ondan başqa həmin gözəllik salonunda Xəyalə və Nəsibə adlı xanımlar işləyir. Xəyalə xanım salonda lazeroloq işləyir, Nəsibə adlı xanım isə həmin gözəllik salonunun icarədarıdır. Belə ki, lazer otağından başqa digər sahələr Nəsibə xanıma icarəyə verilmişdi. Həmin salonun açarları dörd nüsxədədir, həmin nüsxələrdən ikisi onda, digəri ikisi isə Nəsibə xanımda olur. 26 oktyabr 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində «Aysu» gözəllik salonunda olmuşdur. Həmin gün Nəsibə xanım işdə olmadığı üçün və onun da şəxsi işləri olduğundan o, özündə olan açar nüsxəsini Xəyaləyə verərək getmişdir ki, işdən çıxanda qapını bağlasın. 27 oktyabr.2020-ci il tarixdə səhər saat 12 radələrində Xəyalə onun istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, salonun qapıları açıq vəziyyətdə içəri isə dağınıq vəziyyətdədir. O, bunu eşitdikdən sonra dərhal salona gəlmiş və ona aydın olmuşdur ki, salona kənar şəxs daxil olmuşdur. O, salona gəldikdən sonra Nəsibə xanıma da zəng edərək salona dəvət etmiş və Nəsibə xanım salona gəldikdən sonra məlum olmuşdur ki, salona daxil olan şəxs və ya şəxslər Nəsibə xanıma məxsus bir ədəd planşeti və 260 (iki yüz altmış) manat məbləğində pulu oğurlamışdır. Daha sonra o, baş vermiş hadisə ilə əlaqədar olaraq ərizə ilə Xətai RPİ-nin 35-ci PB-yə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid9 ifadəsində iş üzrə Şahid8 ilə eyni məzmsunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. X10 29.09.2014-cü il tarixdə yol qəzasında vəfat etdikdən sonra Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 01.06.2015-ci il tarixli, 296 №-li sərəncamına əsasən qızı Zülfıyyənin övladları xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 29.07.2005-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra nəvələri Ayxan və Nazilə onun himayəsində olmaqla yaşadığı ünvan 18 ünvanında yaşamışlar. Lakin buna baxmayaraq Ayxan günlərlə evə gəlməmiş və oğurluq cinayətləri törətməyə başlamışdır. 29 oktyabr 2020-ci il tarixdə bir nəfər polis əməkdaşı iki nəfər tanımadığı mülki geyimli şəxslərlə birlikdə yaşadıqları evə gəlmiş, həmin mülki geyimli şəxslərin hal şahidləri olduqlarını bildirib yaşadıqları evə baxış keçiriləcəyini deyilmişdir, O da ərizə yazaraq baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmiş və bundan sonra polis əməkdaşı hal şahidlərinin iştirakı ilə yaşadıqları evə baxış keçirmişlər. Lakin baxış zamanı yaşadıqları evdən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakıçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2020-ci il tarixdə, təxminən saat 10:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxananın yanında olan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etməklə, ünvan 19 ünvanında yaşayan şəxsin mənzilinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da razılaşdıqdan sonra ona hüquq və vəzifələri izah olunmuş, daha sonra polis əməkdaşının və digər hal şahidinin iştirakı ilə qeyd olunan ünvana yollanmışlar. Onlar həmin ünvana çatan zaman qapını bir nəfər qadın açaraq, özünü Qanuni nümayəndə2 kimi təqdim edib, Ayxan adlı şəxsin nənəsi olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən qeyd olunan mənzildə baxış və axtarış keçiriləcəyi bildirilmiş və Qanuni nümayəndə2 ərizə yazaraq buna etirazı olmadığını qeyd etmişdir. Bundan sonra ünvan 19 ünvanına polis əməkdaşı, onun və digər hal şahidinin iştirakı ilə baxış və axtarış keçirilmişdir. Keçirilmiş baxış zamanı həmin mənzildə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib olunaraq düzgünlüyü iştirakçılar tərəfindən heç bir etiraz daxil olmadan imzalarla təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ifadəsində Şahid4lə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 «V» saylı binanın həyətində yerləşən «Çinar» market ona məxsusdur və özü işlədir. Market hər gün səhər saat 8 radələrindən axşam saat 23 radələrinə kimi fəaliyyət göstərir. Ona məxsus marketin yaxınlığında avtoyuma məntəqəsi yerləşir. 04 iyul 2020-ci il tarixdə, təxminən saat 20:30 radələrində Zaur adlı şəxs marketə gələrək ona bir ədəd avtomobil açarı verib bildirmişdir ki, sahibi gəlib açarı ondan götürəcəkdir. O da həmin açarı kassanın yanındakı stolun üzərinə qoymuşdur. Lakin həmin gün açarın sahibi gəlməmiş və o, təxminən saat 23 radələrində marketi bağlayıb yaşadığı evə getmişdir. 05 iyul 2020-ci il tarixdə təxminən saat 07:30 radələrində o, marketi açmaq üçün gələn zaman marketin qapısının açıq olmasını görmüşdür, lakin içəri baxan zaman oğurluq olmasını aşkar etməmişdir. Belə ki, market səliqəli vəziyyətdə olmuşdur. Təxminən bir saatdan sonra Mehman adlı şəxs marketə daxil olaraq ona verilmiş özünə məxsus avtomobilin açarını istəmiş və o, açarı qoyduğu yerə baxan zaman açarı yerində tapmamışdır. Daha sonra marketi nə qədər axatrsa da, açarın olmadığını aşkar etmişdir. Bu zaman mağazaya kiminsə daxil olmasından şübhələndiyi üçün kassaya baxan zaman aşkar etmişdir ki, kassada saxladığı 20 manat dəyərində qəpikləri də oğurlanmışdır. Bundan sonra Nizami RPİ-nin polis əməkdaşları işlədiyi marketə gələn zaman ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus marketə daxil olaraq, Mehmana məxsus avtomobilin açarını qoyduğu yerdən götürmüş və avtomobili idarə edərək qaçırıb Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 29 oktyabr 2020-ci il tarixli, 6/2315 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...şübhəli şəxs Təqsirləndirilən şəxs... ” və s. qeydlər olan zərfdəki 30 ədəd bükümlərdə maddələr, ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,250 qram, 2) 0,227 qram, 3) 0,242 qram, 4) 0,343 qram, 5) 0,392 qram, 6) 0,176 qram, 7) 0,285 qram, 8) 0122 qram, 9) 0,197 qram, 10) 0,260 qram, 11) 0,302 qram, 12) 0,400 qram, 13) 0,213 qram, 14) 0,333qram, 15) 0,140 qram, 16) 0,148 qram, 17) 0,184 qram, 18) 0,383 qram, 19) 0,293 qram, 20) 0,242 qram, 21) 0,300 qram, 22) 0,190 qram, 23) 0,482 qram, 24) 0,450 qram, 25) 0,260 qram, 26) 0,368 qram, 27) 0,152qram, 28) 0,433 qram, 29) 0,115 qram, 30) 0,187 qram, ümumi təmiz çəkisi 8,069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 30 noyabr 2020-ci il tarixli 3/1688 №-li rəyindən müəyyən edilmişdir ki, təqdim edilmiş 1, 11, 17 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 2,3 saylı daktilolentlərin səthindəki “a, b” əlbarmaq izləri və 4, 5 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 6-10, 12-16, 18-23 saylı daktilolentlərin səthindəki əlbarmaq, ovuc, papilyar naxış izləri, 2, 5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 3 saylı daktilolentlərin səthindəki digər əl-barmaq izi yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1, 11 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 17 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2, 3 saylı diktolentlərin səthindəki “a, b” əl-barmaq izləri, 4, 5 saylı daktilolentin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs əl-barmaq və ovuclarından qalmışdır. Həmin rəy Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən bərbərxanadan oğurluq edilməsi faktı üzrə 28.10.2020-ci il tarixdə təyin edilmiş məhkəmədaktiloskopik-trasoloji ekspertizası ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının nəticəsi əsasında verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 07 dekabr 2020-ci il tarixli, 6/2542 saylı rəyindən görünür ki, tədqiqata üzəri «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 №66» saylı ştampı ilə ştamplanmış kağız paketdə təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi qeyd edilən 30 ədəd bükümlərdəki ümumi təmiz çəkisi 7,949 qram olan heroinlər tərkib komponentlərinə görə eynidin. Həmin heroinlərin ilkin ümumi təmiz çəkisi 8,069 qram olmuşdur (Bax.29.10.2020-ci il tarixli ekspert rəyi №6/2315). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 2536 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətsizlik başqalarının hiss və yaşantılarına qarşı biganəlik, yalan danışmağa meyillik eqosentrizm, qıcığa qarşı həssaslıq, konfliktə meyillik, hirslilik, özünü müdafiə etməyə meyillilik, laqeydlik, kobudluq kimi kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı özünün etdiyi, həmçinin onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya, bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan, o baş vermiş hadisə zamanı yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışı proqnozlaşdırmaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafı onun yaş xüsusiyyətlərinə uyğundur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 68 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1 -ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 22 yanvar 2021-ci il tarixli 3/2183 №-li rəyindən müəyyən edilmişdir ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a,b,c” əl-barmaq izləri və 2,14,20,30,33 saylı daktilolentlərin səthlərindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3,4,5,6,7,8,9, 10,11,12,13,15,16,17,18,19,21,22,23,24,25,26,27,28,29,31,32,34,35,36 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, ovuc və papilyar naxış izləri, 20,33 saylı daktilolentlərin səthlərindəki digər yayılmış, üst-üstə düşmüş əl-barmaq, ovuc və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 20 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 33 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a, b, c” əl-barmaq izləri, 2, 14, 30 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəyindən qoyulmuşdur. Həmin rəydən görünür ki, 06 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 823-cü keçid ünvanında yerləşən köşkdən oğurluq edilməsi fartı üzrə ibtidai istintaq zamanı görürülmüş 20 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 23 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus ünvan 8 ünvanında yerləşən «Buta» aptekdən oğurluq edilməsi fartı üzrə ibtidai istintaq zamanı görürülmüş 20 saylı daktilolentin səthindəki əl-barmaq izi isə Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası "xxxx" MMC-nin 25 yanvar 2021-ci il tarixli 21 №-li rəyindən müəyyən edilmişdir ki, cinayət işi materiallarında olan qüsur aktı məlumatlarına əsasən, nəzəri hesablama yolu ilə 2009-cu il buraxılışlı, “X12” markalı, şassi №-si WDB9066371S368552, ağ rəngli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsindən avtobusun sahibinə dəymiş ziyanın məbləği 1750,00 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası "xxxx" MMC-nin 25 yanvar 2021-ci il tarixli 22 №-li rəyindən müəyyən edilmişdir ki, cinayət işi materiallarında olan -məlumatlarına əsasən, nəzəri hesablama yolu ilə 2001-ci il buraxılışlı, “Lexus RX300” markalı, şassi №-si JTJHF10U710212970, qara rəngli, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən avtomobilin sahibinə dəymiş ziyanın məbləği 2270,00 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı Şəhər Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasının iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə həmin şöbənin təhqiqatçı, polis mayoru X7, polis leytenantı Şahid1, polis baş leytenantı X2, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə1 və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində 30 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. X8 üzərindən aşkar edilərək götürülmüş 30 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli maddənin “Kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs polis əməkdaşları və qanuni nümayəndəsinin iştirakı ilə Xətai Rayon Polis İdarəsinin inzibati binasından özünün göstərdiyi istiqamət üzrə ünvan 20 ünvanda yerləşən “Buta” aptekin qarşısına gətirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 29 sentyabr 2020-ci il tarixə keçən gecə həmin aptekdən oğurluq etmişdir. Belə ki, yaxınlıqda olan kafenin yanından dəstəyi taxtadan olan bel tapmış, həmin belin dəstəyini aptekin giriş qapısının üzərində olan jalüzün asma qıfılına salaraq güc tətbiq edib qıfılı açmış, sonra özündə olan vintaçanı plastik qapının açarına salıb qapını da açaraq aptekə girmiş və apteki axtararaq satıcı dayanan yerdə olan şkafın siyirtməsindən 1290 manat pul tapıb oğurlamışdır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aptekdə pulu oğurladığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı ilə polis əməkdaşları ilə Xətai Rayon Polis İdarəsinin inzibati binasından özünün göstərdiyi istiqamət üzrə Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, 90/94 məhəllə, 3 saylı evin qarşısına getmişlər. Hadisə yerində Təqsirləndirilən şəxs 05.07.2020-ci il tarixdə saat təxminən 04:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məscidin arxa tərəfində yerləşən binanın həyətində olan marketin plastik qapısını açdığını, masanın üzərində avtomaşın açarını götürüb marketdən sıxdığını, açarın üzərində düyməni basdıqda binanın həyətində dayanmış qara rəngli “Lexus” markalı avtomaşının qapısının açıldığını görüb avtomaşına yaxınlaşaraq qapını açıb avtomobili işə salaraq getdiyini, daha sonra Nefçilər metrosunun yaxınlığında binaların həyəti ilə gedərkən binanın həyətində dayanmış ağ rəngli Mersedes sprinter markalı avtomaşını arxadan ehtiyyatsızlıqdan vurduğunu və avtomobili hadisə yerində qoyaraq düşüb getdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 14 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra, polis əməkdaşları və qanuni nümayəndəsi onunla birlikdə ünvan 13 ünvanında yerləşən “Prestij” tikinti materialları mağazasının qarşısına gəlmişdir. Burada Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanı göstərib, 03 sentyabr 2019-cu il tarixdə, təxminən saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində müxtəlif mağazalardan oğurluq etmək məqsədilə tək piyada gəzdiyini, həmin vaxt «Prestij» inşaat mağazasını görüb, oradan oğurluq etmək qərarına gəldiyini, bu məqsədlə mağazaya yaxınlaşaraq mağazanın içərisində və mağazanın yaxınlığında hər hansı bir şəxsin olmadığını gördüyünü, bundan sonra yaxınlıqda dəmir parçası tapıb mağazanın dəmir materialdan olan giriş qapısına müdaxilə etmək yolu ilə sıxıb açaraq içəri daxil olub kassasında olan 294 manat pulu götürüb mağazanı tərk etdiyini bildirərək, hadisə yerini göstərib hadisənin necə baş verdiyini əyani təsvir etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs polis əməkdaşları və qanuni nümayəndəsinin iştirakı ilə özünün göstərdiyi istiqamət üzrə hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs 20.10.2020-ci il tarixdən 21.10.2020-ci il tarixə keçən gecə saat təxminən 05 radələrində “Seymur” marketin yerləşdiyi ünvana gəldiyini, özü ilə dəmir parçası da gətirərək marketin qapısının üzərindəki qıfılı sındıraraq qapını açıb içəri daxil olduğunu, içəri daxil olan zaman əvvəl kassa aparatına yaxınlaşıb oradan 300 manat pul götürüb cibinə qoyduğunu bildirmişdir. Daha sonra mağazada olan sellofan torbalardan istifadə edib tütün məmulatlarını, spirtli içkiləri və enerji içkilərinin bir neçəsini götürdüyünü bildirmişdir. Daha sonra mağazadan əlində əşyalarla çıxaraq avtobusa minərək yaşadığı ünvana getdiyini, həmin günün səhəri götürdüyü içkiləri və tütün məmulatlarının bir qismini özü istifadə etdiyini, bir qismini isə müxtəlif ünvanlarda tanımadığı şəxslərə satdığını və 80 manat pul əldə etdiyini bildirmişdir. Həmin 80 manatı və kassadan götürdüyü 300 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs polis əməkdaşları və qanuni nümayəndəsinin iştirakı ilə özünün göstərdiyi istiqamət üzrə Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 265 saylı hündür mərtəbəli yaşayış binasının yanına gəlmişlər. Təqsirləndirilən şəxs həmin binanın 1-ci mərtəbəsində olan “Elit” kişi salonunu göstərərək bildirmişdir ki, 2020-ci ilin yayında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən çayxanada çay içmiş, həmin vaxt çayxanada olan bir nəfər cavan oğlanla sözlə mübahisəsi olmuşdur. O, həmin şəxsin kim olduğunu soruşmuş və orada ona həmin şəxsin çayxananın yanında olan kişi salonunu işlətdiyini öyrənmişdir. Həmin vaxt o, çayxanadan çıxanda orada “Elit” adlı kişi salonunun olduğunu görmüşdür. 19 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhəri H.Əliyev adına parkdan gəzə-gəzə Xırdalan şəhəri 28-ci məhəllədə olan “Elit” kişi salonuna tərəf getmiş, ətrafda heç kimin olmadığını görmüş və salondan pul oğurlamaq qərarına gəlmişdir. Yaşayış binasının birinci mərtəbəsində yerləşən kişi salonunun qapısını özündə olan vint açanla açaraq içəri girmişdir. O, salonda olan siyirmələri axtarmış, lakin pul tapa bilməmişdir. Salonda olan dolabın içərisində bir İnfiniti markalı avtomobilin açrı olduğunu görmüş, həmin açarı götürüb küçəyə çıxmış, açarda olan pultun düyməsini basmış və həmin açarların qara rəngli İnfiniti FX-35 markalı, ** UU *** qeydiyyat nişanlı avtomobilin açarları olduğunu bilmişdir. Avtomobilin qapısını açarla açaraq avtomobilə oturmuş və avtomobili idarə edərək Mərdəkan qəsəbəsinə getmişdir. Həmin gün avtomobili idarə edərək gəzmişdir. 20 sentyabr 2020-ci il tarixdə axşam tərəfi Bakıxanov qəsəbəsində avtomobillə gəzən zaman DYP əməkdaşları avtomobili saxlamağa işarə vermişlər, lakin o, avtomobili saxlamamış və həmin ərazidən bir qədər uzaqlaşaraq avtomobili saxlayıb avtomobildən düşərək qaçıb həmin ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 03 sentyabr 2019-cu il tarixdə saat 02 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisinə gələrək oğurluq etmək məqsədi ilə ev və ya mağaza tapmaq üçün piyada gəzməyə başlamışdır. Həmin vaxt o, qeyd olunan ünvanda «Prestij» adlı inşaat mağazasının olduğunu görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazaya yaxınlaşmış və yerdən tapdığı dəmir parçasını qapının arasına salıb güc tətbiq edərək açmışdır. Qapını açdıqdan sonra o, tez mağazanın içərisində olan kassa hissəsinə yaxınlaşmışdır. Həmin vaxt o, kassa hissəsində olan masanın siyirməsinə baxan zaman orada pul olduğunu görüb götürərək cibinə qoyub tələsik mağazadan çıxaraq uzaqlaşıb çıxıb getmişdir. Yolda olan zaman mağazadan götürdüyü pulları sayan zaman -həmin pulun 294 manat olmasını müəyyən etmişdir. Daha sonra əldə etdiyi pulları şəxsi işlərinə xərcləyərək özünə yemək və paltar almışdır. Bundan başqa, 26 iyun 2020-ci il tarixdə Şamxalın vasitəsi ilə tanıdığı Ənvərlə bir yerdə olan zaman o, Ənvərə Naximovda 51 saylı avtobus marşrutunun sonuncu dayanacağının yanında yerləşən aptekdən oğurluq etməyi təklif etmiş, Ənvər də onunla razılaşmışdır. 27 iyun 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən «Buta Naximov» aptekin qarşısına gəlmişlər. Onlar qapıya baxan zaman qapının bağlı olduğunu görmüşlər. O, üzərində olan vintaçanla qapını açmış və içəri daxil olmuşdur. Ənvərə isə qapının qarşısında gözləməsini, gələn olarsa xəbər etməsini bildirmişdir. O, içəri daxil olub, aptekin kassasında olan pulları götürüb aptekdən çıxmış və Ənvərlə birlikdə qaçaraq oradan uzaqlaşmışlar. O, kənarda pulları sayan zaman 1.460 manat pul olmasını görmüşdür. Daha sonra markasını və dövlət qeydiyyat nişanını xatırlaya bilmədiyi taksi ilə «Neftçilər» metrostansiyasının yaxınlığında olan «My Life» otelə gəlmişlər. Onlar bir yerdə olduqları üçün pulu bölməmişlər. Belə ki, pulu bir yerdə ortaq şəkildə xərcləyəcəklərinə söz vermişlər. Bundan başqa, o, 05 iyul 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məscidin arxa tərəfində yerləşən binanın həyətində olan marketin plastik qapısını açıb oğurluq üçün daxil olmuş, kassadan pul axtaranda stolun üzərində avtomaşın açarı olduğunu görmüş, açarın üzərinə «L» hərfi yazılmışdır. Açarı götürüb kassada olan təxminən 20 manat pulu da götürüb marketdən çıxmış, açarın üzərində olan düyməni basdıqda binanın həyətində dayanmış qara rəngli «Lexus» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşının qapısının açıldığını görüb avtomaşına yaxınlaşmış və qapını açıb sükana əyləşib avtomobili işə salaraq sürüb getmişdir. Təxminən iki saat avtomaşınla Bakı şəhərində müxtəlif yerlərə getmişdir. Nefçilər metrosunun yaxınlığında binaların həyəti ilə gedərkən binanın həyətində dayanmış ağ rəngli «Mercedes sprinter» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşını arxadan ehtiyatsızlıqdan vurmuş və avtomobili hadisə yerində qoyaraq düşüb getmişdir. Həmin vaxtdan sonra 11 iyul 2020-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Hacıoğlu mağazasının arxa tərəfi ilə gedərkən polis əməkdaşları onu saxlayıb 13-cü PB-yə aparmışlar və orada həmin hadisə barədə izahatını verib əməlini etiraf etmiş, sonra isə buraxılmışdır. Bundan başqa, 2020-ci ilin yayında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən çayxanada çay içərkən çayxanada olan bir nəfər cavan oğlanla onun sözlə mübahisəsi olmuşdur. O, həmin şəxsin kim olduğunu soruşmuş və orada demişlər ki, həmin şəxs elə oturduğu çayxananın yanında olan kişi salonunu işlədir. Həmin vaxt o, çayxanadan çıxanda baxmışdır ki, həqiqətən orada «Elit» adlı kişi salonu vardır. Ondan sonra 19 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində yerləşən «H.Əliyev» adına parkda gəzə gəzə Xırdalan şəhəri 28-ci məhəllədə olan «Elit» kişi salonunun yaxınlığına getmişdir. Həmin vaxt saat təxminən 23 radələri olmuşdur. Ətrafda heç kimin olmadığını görüb qərara gəlmişdir ki, həmin salona girib oradan pul oğurlasın. Bu səbəbdən də yaşayış binasının birinci mərtəbəsində yerləşən kişi salonunun qapısını özündə olan vitnaçanla açıb içəri girmişdir. O, salonda olan siyirmələri axtarsa da, pul tapa bilməmiş, lakin salonda olan dolabın içərisində «İnfiniti» markalı avtomobilə aid açar olduğunu görüb həmin açarı götürmüş və salondan küçəyə çıxmışdır. Açarda olan pultun düyməsini sıxmışdır ki, görsün həmin açar həyətdə olan hansı avtomobilin açarıdır. Bu zaman həyətdə olan bir qara rəngli «İnfiniti FX 35» markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilin işıqları yanmış və o, bilmişdir ki, həmin açar qeyd olunan avtomobilə aiddir. Bundan sonra o, qeyd olunan avtomobilin sükanı arxasına əyləşərək həmin açar vasitəsi ilə mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq Mərdəkan qəsəbəsinə getmişdir. Həmin gün avtomobili idarə edərək bir qədər gəzmişdir. 20 sentyabr 2020-ci il tarixdə axşam tərəfi Bakıxanov qəsəbəsində avtomobili idarə edən zaman DYPX əməkdaşları avtomobili saxlaması üçün işarə vermişlər. Lakin o, avtomobili saxlamayıb həmin ərazidən bir qədər uzaqlaşaraq yaxınlıqdakı yaşayış binasının yanında avtomobili saxlayıb avtomobildən düşərək qaçıb həmin ərazidən uzaqlaşmışdır. Bundan başqa, 29 sentyabr 2020-ci il tarixə keçən gecə saat təxminən 4 radələrində o, Xətai rayonu ərazisində oğurluq etmək üçün münasib bir market və ya aptek, eləcə də hər hansı bir obyekt axtarmışdır. Həmin vaxtı Naximov küçəsində 51 saylı marşrut avtobusunun sonuncu dayanacağında yolun kənarında olan gözəllik salonundan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığını görmüş və buna görə də üzərində olan vintaçanı gözəllik salonunun plastik giriş qapısının çərçivəsinə salmış, güc tətbiq edib qapını açmışdır. O, əlində olan işıq fanarı ilə salonu axtarmış, orada şkafda dəftərin arasından yalnız 50 manat pul tapa bilmişdir. Sonra gözəllik salonundan çıxmışdır. Oğurladığı 50 manat onun maddi ehtiyaclarını ödəmədiyi üçün yenə də oğurluq etmək qərarına gəlmişdir. Gözəllik salonunun yanında aptek olmuş, aptekin giriş qapısı ağ rəngli dəmir jalüzlə bağlanmış və jalüzün yerdən asma qıfılı olmuşdur. O, yenə ətrafa baxıb heç kimin olmadığını görmüş və həmin aptekə oğurluğa girmək qərarına gəlmişdir. Yaxınlıqda olan kafenin yanından dəstəyi taxtadan olan bel tapmış və həmin belin dəstəyini qıfılın asma hissəsinə salıb güc tətbiq edib qıfılı sındırmış, jalüzü yuxarı qaldırmış, sonra üzərində olan vintaçanı plastik qapı ilə çərçivənin arasına salaraq güc tətbiq edib qapını açmışdır. Aptekə girib əlindəki işıq fanarı ilə şkafları axtarmış və satıcının dayandığı yerdə olan şkafın siyirtməsindən 1.290 manat pul tapmış və həmin pulu oğurlamışdır. Pullar müxtəlif əskinaslarda olmuş və o, tez sayıb pulların 1.290 manat olduğunu görmüşdür. Daha sonra orada dayanmayıb aptekdən çıxmışdır. Bundan sonra o, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 03 oktyabr 2020-ci il tarixdə təxminən saat 04:20 radələrində, oğurluq etmək məqsədi ilə ünvan 14 ünvanda yerləşən bərbərxananın yanına getmişdir. Orada görmüşdür ki, bərbərxananın qapısı bağlıdır və bərbərxanada heç kim yoxdur. Tez bərbərxananın giriş qapısını əlində olan vintaçan aləti ilə açıb bərbərxananın içərisinə daxil olmuş və görmüşdür ki, masanın üzərində 5 ədəd saçqırxan və bir ədəd «Toshiba» noutbuku vardır. Tez həmin 5 ədəd saçqırxan və bir ədəd «Toshiba» noutbuku götürüb oradan uzaqlaşmışdır. Oğurladığı 5 ədəd saçqırxan və bir ədəd «Toshiba» noutbuku Xəzər deyilən yerdə yaşayan Şamxal adlı tanışına borcunun əvəzinə vermişdir. Bundan başqa, o, 06 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda yerləşən «Canbaxça» kafesi ilə üzbəüz olan ticarət köşkündən oğurluq etmişdir. Belə ki, həmin vaxt ticarət köşkünün giriş qapısına yaxınlaşıb oğurluq məqsədi ilə özü ilə gəzdirdiyi vintaçanla köşkün giriş qapısını kilid hissəsində çərçivədən aralayıb açmış və içəri daxil olmuşdur. Çöldən köşkün içərisinə işıq düşdüyü üçün orada sərbəst hərəkət etməyə imkanı olmuşdur. Köşkdə olan kassa aparatını açıb içərisində əskinaslarla olan iki manat pulun olduğunu görmüş, əskinaslardan biri cırıq vəziyyətdə olmuşdur. O, bir manat pulu götürüb cibinə qoymuş, ortadan cırıq vəziyyətdə olan əskinası isə götürməmişdir. Həmçinin kassa aparatının yanına qoyulmuş alışqanların saxlanılması üçün nəzərdə tutulmuş qabda qəpiklərlə olan təxminən 20 manat pulu götürüb köşkdən götürdüyü sellofan torbanın içinə tullamışdır. Sonra köşkdə rəfin üzərində olan 4 şüşə viskini götürüb sellofan torbaya yığmışdır. Sonra isə rəflərdə olan 20 qutu «Kent 4» və «Winston» markalı siqareti, bir qutu alışqanı və təxminən 30 ədəd «Snikers» markalı şokoladı götürüb torbaya yığmışdır. Həmin vaxt köşkdə olan bir ədəd «Hell» markalı enerji içkisini yarımçıq içib köşkdə masanın üzərinə qoymuşdur. Sonra isə qapının içəri tərəfdən kilidə taxılmış açarı çıxardıb köşkdən çıxmış və köşkün qapısını açarla çöldən bağlayıb oranı tərk etmişdir. Sonra o, Gəncə prospektində, «Bravo» supermarketinin yaxınlığında yaşayan dostu Şamxalın yanına getmiş və ona etdiyi oğurluq haqda danışaraq ona köşkdən oğurladığı viskilərdən ikisini, bir qutu alışqanı və oğurladığı bütün siqaretləri vermişdir. Belə ki, onun Şamxala 1000 manat borcu olmuş, Şamxal da ona verdiyi malları borcundan çıxmışdır. Bundan başqa, o, ünvan 21 ünvanda yerləşən «Seymur» marketə girmək qərarına gəlmişdir. Bu məqsədlə 21 oktyabr 2020-ci il tarixdə gecə saat 05 radələrində həmin marketin yerləşdiyi ünvana gəlmişdir. Marketin qapısının bağlı olduğunu əvvəlcədən bildiyi üçün yolda gələrkən xatırlaya bilmədiyi tikinti sahəsindən mismar çıxarmaq üçün nəzərdə tutulan dəmir parçasını götürmüşdür. Marketin qapısına yaxınlaşıb həmin dəmirlə qapının üzərindən asılmış qıfılı sındırmış və qapını açıb içəri daxil olmuşdur. İlk əvvəl kassa aparatının yerləşdiyi bölməyə gəlmişdir. Aparatın ağzı açıq olmuşdur. O, həmin aparatın içərisindən 300 manat pul götürüb cibinə qoymuşdur. Daha sonra mağazada gəzişməyə başlamış, orada müxtəlif tütün məmulatları, spirtli içkilər və enerji içkiləri olmuşdur. O, daha sonra mağazada olan sellofan torbalardan istifadə etməklə həmin tütün məmulatlarının, spirtli içkilərin və enerji içkilərinin bir neçəsini götürmüşdür. Daha sonra mağazadan çıxmışdır. Artıq səhərə yaxın olduğu üçün avtobuslar işləmiş və o, əlindəki əşyalarla birlikdə avtobusa əyləşmişdir. Daha sonra həmin əşyalarla birlikdə yaşadığı ünvana gəlmişdir. Həmin günün səhəri götürdüyü içkilərin və tütün məmulatlarının bir qismini özü istifadə etmiş, bir qismini isə müxtəlif vaxtlarda tanımadığı şəxslərə satmışdır. Bu satışdan təxminən 80 manat pul əldə etmiş və həmin 80 manatı, eləcə də kassadan götürdüyü 300 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 23 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində yaşadığı ünvan 22 ünvanından çıxmış, yaxınlıqdakı sürücüsünü tanımadığı «Mercedes» markalı taksi ilə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən yaşayış binasının yaxınlığındakı ön hissəsi şüşəli olan aptekin qarşısına gəlmişdir. Həmin aptekin iki giriş qapısı olmuş və həmin qapılar aliminium materialdan olmuşdur. O, həmin qapını açmaqla içəriyə daxil olub, dəyərli hər hansı bir əşya oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə qapını açmaq üçün dəmir predmet axtarmağa başlamış və yaxınlıqda yerləşən «Soba» şirniyyat mağazasının yanında yerdə tikinti materiallarını görmüşdür. Həmin tikinti materiallarına yaxınlaşdıqda bir ədəd «mantirovka» adlanan əşya aşkar etmişdir. Həmin mantirovkanı götürüb, sözügedən aptekə yenidən yaxınlaşmışdır. Həmin vaxt qaranlıq olduğundan küçədə heç kim olmamışdır. O, bu şəraitdən istifadə edib, aptekin sol giriş qapısına yaxınlaşmış və həmin mantirovkanın ucunu qapının kilid hissəsinin kənarına keçirib özünə tərəf bir neçə dəfə çəkmişdir. Bir neçə cəhdddən sonra qapı açılmışdır. Bundan sonra o, içəriyə daxil olmuş və içəri qaranlıq olduğundan üzərində gəzdirdiyi alışqanın işığını yandırıb, hər hansı dəyərli əşya axtarmağa başlamışdır. Bu məqsədlə o, orada olan şkafların siyirmələrini açmışdır. Kassanın yaxınlığında plastmast materialdan olan ağ rəngli qabın içərisində çoxlu sayda qəpik əskinaslardan ibarət pul görmüşdür. Aptekdən bir ədəd sellofan paket tapıb, həmin qəpikləri paketə yığmışdır. Bundan sonra aptekin arxa hissəsində anbara bənzər yerə getmişdir. Orada olan şkafların siyirmələrinə baxmış və siyirmələrin birindən kağız əskinasdan ibarət pul aşkar edərək götürmüşdür. Daha sonra götürdüyü pullarla birlikdə apteki tərk edib küçəyə çıxmışdır. Həmçinin həmin mantirovkanı özü ilə götürmüşdür. Küçəyə çıxıb həmin aptekin arxasında olan yaşayış binalarının yanına getmişdir. Orada olan markasını xatırlamadığı avtomobilin qarşısına həmin mantirovkanı tullamış və yenidən yolun kənarına gəlib, sürücüsünü tanımadığı taksi ilə yaşadığı mənzil getmişdir. Bu vaxt müəyyən etmişdir ki, aptektən ümumilikdə 80 manat qəpik əskinaslardan ibarət pul və 170 manat məbləğində kağız əskinasdan ibarət pul oğurlamışdır. Həmin pulları müxtəlif yerlərdə şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə xərcləmişdir. Bundan başqa, o, 24 oktyabr 2020-ci il tarixdə saat 01:50 radələrində M.Rüstəmov küçəsində gəzişən zaman «Bizim Soba» şirniyyat evi diqqətini çəkmişdir. O, ətrafa göz gəzdirdikdən sonra ətrafda heç kəsin olmadığına əmin olub həmin şirniyyat evindən oğurluq etmək qərarına gəlmişdir. O, şirniyyat evinin giriş qapısına yaxınlaşaraq üzərində gəzdirdiyi vintaçanla giriş qapısını açaraq içəri daxil olmuşdur. O, içəri daxil olduqdan sonra orada axtarış etməyə başlamış və kassadan 250 manat nağd pul, 05 ədəd «Samsung» markalı telefon, 04 ədəd «Nokia» markalı mobil telefon, 01 ədəd «Hoffman» markalı telefon, 1 ədəd «Keng» markalı mobil telefon, 1 ədəd «Beagea» markalı mobil telefon, 01 ədəd «Samsung» Tab markalı planşet, 01 ədəd Pover Bank, 01 ədəd «X15» markalı qol saatı və vitrindən 01 ədəd Tort oğurlamışdır. Sonradan o, şirniyyat evindən daxil olduğu giriş qapısından çıxaraq uzaqlaşmışdır. Oğurladığı mobil telefonları, planşeti və qol saatını 8-ci kilometr bazarı tərəfində tanımadığı şəxsə ümumilikdə 300 manat qiymətə satmış, tortu isə yemişdir. Bundan başqa, o, 27 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində ünvan 10 ünvanında gəzişən zaman «Aysu» gözəllik salonunu görmüş və həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə özündə olan vintaçan vasitəsi ilə həmin salonun qapısını açıb içəri daxil olmuşdur. Salonu axtaran zaman oradan bir ədəd «Samsung» markalı planşeti və təxminən 150 manat məbləğində nəğd pul oğurlayaraq həmin salonu tərk edərək getmişdir. Oğurladığı planşeti 8-ci kilometr bazarı tərəfində tanımadığı şəxsə ümumilikdə 50 manata satmışdır. Əldə etdiyi pul məbləğini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, təxminən 3-4 ildir narkoitk vasitə olan «kakos» və psixotrop maddə olan «şüşə» qəbul edir. Həmin narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslərdən əldə edərək istifadə edir. 27 oktyabr 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Şamxal adlı, lakin anket məlumatlarını bilmədiyi şəxslə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Xəzər dairəsi» adlanan yerdə görüşmüş və sonuncudan şəxsi istifadəsi üçün 300 (üç yüz) manat müqabilində 30 (otuz) büküm «kakos» kimi adlandırılan narkotik vasitə alıb əynindəki qara rəngli şalvarın qabaq sol yan cibində qoyaraq üzərində saxlamışdır. 28 oktyabr 2020-ci il tarixdə təxminən saat 06 radələrində radələrində gəzmək üçün Xətai rayonu, Əhmədli qəsəbəsinə gəlmiş və təxminən saat 06:20 radələrində «Xalqlar Dostluğu» yarmarkasına getmək üçün ünvan 17 ünvanındakı dayanacaqda avtobus gözləyən zaman kənardan polis əməkdaşlarının gəldiyini görüb qorxaraq yaxınlıqdakı binanın arxasında gizlənmişdir. Buna baxmayaraq polis əməkdaşları gizləndiyi yerə gələrək onu aşkar etmiş, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan, eyni zamanda ona Xətai rayon İcra Hakimiyyətindən qanuni nümayəndə təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində nə varsa təqdim etməsi bildirildikdə, o, əynindəki qara rəngli şalvarın qabaq sol yan cibindən şəffaf sellofana bükülmüş 30 (otuz) büküm narkotik vasitə olan «kakos»u çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş şəffaf sellofana bükülmüş 30 (otuz) büküm narkotik vasitə olan «kakos» zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən də eyni məzmunlu ifadə vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 iyul 2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən binanın həyətində olan marketin qapısını açıb oğurluq üçün daxil olmasını, kassadan pul axtaranda stolun üzərində avtomaşın açarı olduğunu görməsini, açarı götürüb kassada olan təxminən 20 manat pulu götürüb marketdən çıxmasını, binanın həyətində dayanmış qara rəngli «Lexus» markalı avtomobili sürüb getməsini, təxminən iki saat avtomaşınla Bakı şəhərində müxtəlif yerlərə getməsini, Nefçilər metrosunun yaxınlığında dayanmış ağ rəngli «Mercedes sprinter» markalı avtomaşını arxadan ehtiyatsızlıqdan vurmasını və avtomobili hadisə yerində qoyaraq hadisə yerindən qaçmasını etiraf etsə də, 03 sentyabr 2019-cu tarixdə «Prestij» adlı mağazadan oğurluq, 26 iyun 2020-ci il tarixdə «Buta Naximov» adlı aptekdən oğurluq, 19 sentyabr 2020-ci il tarixdə «Elit» kişi salonunda «İnfiniti FX 35» markalı avtomaşnın açarını götürüb avtomaşnı qaçırmağı, 29 sentyabr 2020-ci il tarixdə Naximov küçəsində 51 saylı marşrut avtobusunun dayanacağının yanında gözəllik salonunda oğurluq, 03 oktyabr 2020-ci il tarixdə, Gəncə prospekti 30 ünvanında yerləşən bərbərxanadan oğurluq, 06 oktyabr 2020-ci il tarixdə Zığ yolunda «Canbaxça» kafesi ilə üzbə-üz köşkdən oğurluq, 21 oktyabr 2020-ci il tarixdə, «Seymur» marketdən oğurluq, 23 oktyabr 2020-ci il tarixdə «Soba» şirniyyat mağazasının yanındakı aptekdən oğurluq, 24 oktyabr 2020-ci il tarixdə «Soba» şirniyyat evindən oğurluq, 27 oktyabr 2020-ci tarixdə «Aysu» gözəllik salonundan oğurluq və narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı verilən ittihamlarda özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 ( iki) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 ( üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs barəsində olan şərti məhkum etmə ləğv edilərək həmin hökmlə ona təyin edilmiş 02 ( iki) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 ( üç) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamaqla, 17 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməllərini Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarından görünür ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yetkinlik yaşına çatmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1 -ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığı üçün məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmədə onlara dəymiş maddi ziyanla bağlı qanunla müəyyən edilmiş qaydada və müddətdə mülki iddia ərizəsi təqdim etməyən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xətai rayon polis idarəsində ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7,799 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə götürülmüş əl-barmaq izləri və CD disklər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç ) il müddətə, Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığı üçün ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İbtidai istintaq və məhkəmədə onlara dəymiş maddi ziyanla bağlı qanunla müəyyən edilmiş qaydada və müddətdə mülki iddia ərizəsi təqdim etməyən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınıb Bakı şəhəri Xətai rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7,799 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv olunsun. İş üzrə götürülmüş əl-barmaq izləri və CD disklər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar