Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-825/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, A/Y 19, məhəllə 14/15, ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 yanvar 2022-ci il tarixdə tutulmuş, 25 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 30 avqust 2021-ci il tarixdə, naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış və 30 avqust 2021-ci il tarixdə, saat 17.30-da Bakı şəhəri ünvan 3ndə yerləşən məscidin yaxınlığında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ cibindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilib götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 02 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli və tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib daşıyaraq üzərində saxlamışdır. 30 avqust 2021-ci il tarixdə, saat 17.30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 3ndə yerləşən məscidin yaxınlığında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış, orada üzərində aparılan şəxsi axtarış nəticəsində əynində olan qara rəngli idman şalvarın sağ cibindən aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitənin aludəçisidir, təqribən beş ilə yaxındır ki, heroin narkotik vasitəsindən inyeksiya yolu ilə istifadə etmişdir. Onun narkotik vasitələrdən istifadə etdiyini yaşadığı ərazinin polisləri də bilmişdir. Hətta əvvəllər qanında narkotik aşkar olunduğuna görə inzibati həbs də almışdır. İstifadəsi üçün lazım olan narkotik maddəni müxtəlif yerlərdən, şəxsiyyətləri barədə məlumat əldə edə bilmədiyi şəxslərdən, müxtəlif qiymətlərə alıb əldə etmişdir. Tutlduğu gün də, 30 avqust 2021-ci il tarixdə, saat təxminən 17:30-da narkotik vasitə almaq məqsədilə Suraxanı rayonunun Hövsan qəsəbəsinə getmiş, orada məscidin yanında tutulmuş və Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmışdır. Lakin narkotik vasitə ala bilməmişdir. Tutularkən üzərində narkotik vasitə olmamışdır. Amma polisin psixoloji təsirləri altında ittihamda göstərilən iki bükümdəki herini boynuna alası olmuşdur. Həmin narkotik ona tanımadığı polis vermiş, guya üzərinə baxış keçirilmiş və o, həmin bükümləri videoçəkilişlə təqdim etmişdir. Polisin əvvəlcədən hazırlaşdırmasına uyğun olaraq təqdim etdiyi maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni 30 avqust 2021-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat ödəyərək özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, heç vaxt heç kimə narkotik vasitə satmamış, heç kimə pay verməmişdir. Polislər özləri də bilirlər ki, o, narkomandır, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə almaq məqsədilə Yeni Suraxanı qəsəbəsinə getməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamı təsdiq edən heç bir sübut yoxdur. Ona verilən ittihamla razı deyildir. O, narkotik vasitələrdən istifadə etsə də, saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihama etiraz etmiş və bu səbəbdən bəzi istintaq sənədlərinə imza etməkdən imtina etmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, təqribən 5 (beş) ilə yaxındır ki, heroin tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə etmişdir. Belə ki, ümumillikdə narkotik maddəni, yəni heroini Bakı şəhərində, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 30 avqust 2021-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat nəğd pul ödəyərək 2 büküm siqaretin qara rəngli kağızına bükülmüş bükümdə heroin kimi tanıdığı narkotik maddəni almış, həmin maddəni daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə, saat təxminən 17:30 dəqiqədə ünvan 3 ünvanında yerləşən məscidin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkadaşı kimi təqdim etmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək onunla sorğu-sual etməyə başlamışlar. Həmin vaxt o, özünü şübhəli aparmağının səbəbini üzərində narkotik vasitənin olması ilə əlaqələndirmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 30-cu PŞnə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra inzibati binada otaqların birində polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşlan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı narkotik maddə olan 2 (iki) ədəd siqaretin qara kağızına bükülmüş bükümləri təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümləri açmış və içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu aşkar etmişlər. Sorğu zamanı aşkar edilmiş maddənin heroin narkotik maddəsi olduğunu, həmin maddəni 30 avqust 2021-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün aldığını və daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş narkotik maddə polis tərəfindən götürülərək onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və ekspertizya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız qəbul etmişdır. O, həmin maddəni aldığı şəxsdən 02 ədəd bükümdə şəxsi istifadəsi üçün almış, ancaq istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən və daha sonrna ona qarşı qanuna zidd hərəkət edilməmişdir (iş vərəqə: 208-210). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə şöbə rəhbərinə raportla məruzə edib tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, ətrafında əməliyyat tədbiri keçirilməsi məqsədilə müvafiq qərar qəbul edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özündən və Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:30 dəqiqədə Bakı şəhəri, ünvan 3ndə yerləşən məscidin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs şəxsən özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz entməmiş və onlarla birlikdə 30-cu PŞ-nə getmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və bundan sonra təhqiqatçının rəhbərliyi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs onun üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ cibindən 02 ədəd büküm çıxarıb təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri 30 avqust 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün cəmi 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm bir-bir açlmış, bükümlərin içərisində həqiqətən tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli heroin narkotik vasitəsinə oxşar maddələr olduğu müəyyən edilmişdir. Hər iki büküm götürülərək qablaşdırılmış, Şöbəyə məxsus möhürlə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə konkret əməliyyat məlumatı daxil olmamış, o, saxlanıldıqdan sonra ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə onlarda məlumat olmamış, eyni istiqamətdə keçirilmiş sonrakı tədbirlər də müsbət nəticə verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 həmkarı – Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarın sağ cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, həmin 02 ədəd büküm bir-bir açlmış, bükümlərin içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, heroin narkotik vasitəsinə şübhəli maddələr olduğu müəyyən edilmiş, hər iki büküm götürülərək qablaşdırılmış, Şöbəyə məxsus möhürlə möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri 30 avqust 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün cəmi 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ən nəhayət, yekunda tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 32-33). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 30 avqust 2021-ci il tarixli protokolun məzmununa uyğun olub, sonuncunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi, təqdim etdiyi iki ədəd bükümlə əlaqədar sorğulara cavab olaraq Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni 30 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 20 manata alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin 02 büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi, axtarış nəticəsində onun üzərindən başqa əşya və ya predmet aşkar edilməməsi ehtiva olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçtirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 144). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli, 6/3792 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” yazısı olan zərfdəki 02 (iki) ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində tədqiqat aparılan həmin narkotik vasitənin ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram, ümumi təmiz çəkisi isə 3,247 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 39-44). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli, 6/607 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. X2 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi çəkisi 31 avqust 2021-ci il tarixli 6/3792 saylı ekspert rəyində göstərilmişdir (iş vərəqə: 180-184). Məhkəmə baxışı zamanı tədqiq olunan «evə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, istintaq orqanı tərəfindən ondan narkotik vasitə aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış nəticəsində həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir (iş vərəqə: 89-93). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 322 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 177-178). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 3,247 qram təşkil edən heroin narkotik vasitə üzrə maddi sübut qismində tanınmış və hər iki ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,107 qram hissəsi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk sübut növü qismində cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 190-196). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 30 avqust 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və gəzdirməsi (daşıması) barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən həmin sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasından və ya daşımasından və ya eyni əməli təkbaşına və ya qeyriləri ilə cinayət əlaqəsinə girməklə külli miqdarda törətməsindən ümumiyyətlə bəhs olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə 30 avqust 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına əsas onun özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar yazılmış 30 avqust 2021-ci il tarixli raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolun məzmunundan görünür ki, həmin sənədlərdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və istifadəsində şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuş, tədqiq olunan həmin sənədlərdə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə heç bir qeyd müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından isə görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas Təqsirləndirilən şəxs özünü şübhəli aparması, üzərində narkotik vasitə saxlamasını etiraf etməsi və ondan iki ədəd bükümdə cəmi 3,247 qram heroin narkotik vasitəsi aşkar edilib götürülməsi olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri əldə edib saxladığını və daşıdığını, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, ifadələrində narkoman olduğunu, narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi, şahidlər - Suraxanı RPİnin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə olması qeyd olunmuşdur ki, adı çəkilən şahidlər məhkəmə istintaqı zamanı da verdikləri ifadələrində eyni xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini göstərilmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli, 6/607 saylı və 31 avqust 2021-ci il tarixli, 6/3792 saylı ekspert rəylərinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizalarının həmin rəyləri təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına 11 fevral 2022-ci il tarixli, 097-2804-1221 saylı cavab məktubundan görünür ki, görülmüş Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin əməliyyat tədbirləri müsbət nəticə verməmiş, yəni Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasını və daşımasını müəyyən etmək mümkün olmamışdır. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı növdən olan narkotik vasitələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 322 saylı rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 2-3 il ərzində heroin narkotik vasitəsindən ineksiya yolu ilə, son 5-6 ay ərzində isə metamfetamin psixotrop maddəsini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 177-178). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun iki ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib iki ədəd bükümdə (1,734 və 1,513 qram) götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 3,247 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 3,247 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin iki ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi və iki ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 3,247 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin iki ədəd bükümlərdə olmaqla külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan heroin narkotik vasitəsinin aşkar edilib götürülmədiyi, həmin narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verilməsi barədə göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 100). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 322 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin vıə psixotrop maddəolan metamfetaminin birgəistifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2021-ci il tarixdə barəsində “həbs” qismində qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdim olunmuş, lakin məhkəmənin eyni tarixli qərarına əsasən onun barəsində “həbs” qətimkan tədbirinə alternativ olan “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bundan sonra “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna görə istintaq orqanının 01 oktyabr 2021-ci il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması qərara alınmış və icraat dayandırpılmışdır. Qərarın icrası 17 noyabr 2021-ci il tarixdə təmin edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq istintaqa təqdim edilmişdir. İbtidai istintaq orqanının 30 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkna tədbiri seçilmişdir. İbtidai istintaq orqanının 05 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təkrarən axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmış, 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Ən nəhayət, ibtidai istintaq orqanının vəsatəti üzrə Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2022-ci il tarixə Suraxanı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra, yəni 23 yanvar 2022-ci il tarixdən Təqsirləndirilən şəxs barəsində yekun məhkəmə aktı çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhz buna görə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə və ev dustaqlığında fasilələrlə saxlanıldığı, həmçinin 23 yanvar 2022-ci il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 sentyabr 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 2 (iki) gün, 01 sentyabr 2021-ci il tarixdən barəsində axtarış elan olunduğu 01 oktyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay - cəmi 1 (bir) ay 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və üzərində cəza çəkməsi üçün qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,107 qram narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 sentyabr 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 2 (iki) gün, 01 sentyabr 2021-ci il tarixdən barəsində axtarış elan olunduğu 01 oktyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay - cəmi 1 (bir) ay 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində cəza çəkməsi üçün qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 23 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,107 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-825/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-825/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver