Məhkəmə qərarları › İş №1(101)-825/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-825/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-825/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Feyzulla oğlunun, Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün barəsində tibbi xarakterli məcburi tətbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində, məhkəmə qərarına əsasən məcburi qaydada müalicə aldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi 69 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi '‘Respublika Narkoloji Mərkəzi” X3 İxtisaslaşdırılmış şöbəsinin yeməkxanasında, onunla birgə məcburi müalicəyə cəlb edilmiş Zərərçəkmiş şəxs ünvansız nalayiq ifadələr işlətməsini əsas gətirərək, mətbəxlə yeməkxananın arasında olan nəfəsliyin mətbəx tərəfdən altındakı masanın üzərindən mətbəx bıçağını götürüb xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağ bud və qarın nahiyələrindən qəsdən vuraraq sağ bud nahiyəsinin 1 ədəd, həmçinin nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkolojidə müalicə alarkən orada müalicə alan Əzizlə aralarında anlaşmazlıq və söyüş olmuşdur. Yeməkxanadan keçən zaman bir-birlərinə toxunmuşlar. Mətbəx bıçağı ilə onu bıçaqlayaraq 1 dəfə xəsarət yetirmişdir. Mətbəx bıçağını pəncərədə qoyulduğu yerdən götürmüş, niyyəti onu vurmaq olmamış, qorxutmaq istəyirmiş. Əzizin sağ tərəfdən qarnına vurmuş və Əziz ayağı dolaşaraq yerə yıxılmışdır. Həmin vaxt arxadan onlara yaxınlaşan müalicə alan şəxslər araya girmiş, o, dərhal bıçağı əlindən buraxmışdır. Həmin vaxt Əziz ayaq üstə qalxaraq onun nəslinə söysə də, Əzizə əhəmiyyət verməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Feyzulla oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müalicə müəssisəsinə yerləşdirildikdən sonra tanımış, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Orada olarkən, aralarında mübahisə olmuşdur. Seymur ona, o da Seymura söyüş söymüşdür. Seymur sağ əlində olan bıçaqla 1 dəfə sağ tərəfdən qarnına vurmuş, Seymur sol əlini onun boynuna keçirdiyindən ayağı dolaşaraq yerə yıxılmışdır. Həmin vaxt arxadan onlara yaxınlaşan müalicə alan şəxslər Seymuru arxadan qucaqlayaraq aralarına girmişlər, Seymurun onu təkrar bıçaqla vurmaq imkanı olsa da, onu vurmamışdır. O, ayağa qalxaraq öz palatasına getmiş, palatada olarkən görmüşdür ki, qarnından qan axır. Anlaqsız vəziyyətdə əməli törətmiş şəxs Əzizlə barışmış və ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs və zərərçəkmiş şəxsi müalicədə olarkən tanımışdır. Həmin yerdə tibb qardaşı işləyir, hadisə zamanı Seymurun zərərçəkmiş şəxsi vurmaq niyyəti olmamışdır. Onu öldürmək istəməmişdir. O, girən zaman Seymur artıq Əzizə bıçaqla xəsarət yetirmişdi. Aralarında anlaşılmazlıq olmuş və Əziz söyüş söymüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 872 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fərzuila oğlunda nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd: sağ budun 1 (bir) ədəd- cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiya görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1492 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə opioid və psixostimulyatorların istifadəsi nəticəsində yaranan asıllıq sindromu ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu (dekompensasiya mərhələsində) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” törətdiyi əməl dövründə dekompensasiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda “opioid və psixostimulyatorların istifadəsi nəticəsində yaranan asıllıq sindromu ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu (dekompensasiya mərhələsində)" qeyd olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə etdiyi hərəkətlərini ümumən xatırlayıb təsvir etmək iqtidarında olsa da, onları düzgün qiymətləndirmək iqtidarına malik deyil. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından törətdiyi əmə! barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hal- hazırda dekompensasiya vəziyyəti davam etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyacının olduğu müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür İş üzrə təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 107 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən Opioid və psixostimulyatorlarm istifadəsi nəticəsində yaranan asılılıq sindromu ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmiş və həmin pozuntunun gedişində dekompensasiya mərhələsi olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi həmin psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə etdiyi hərəkətləri ümumən xatırlayıb təsvir etmək iqtidarına malik olsa da, onları düzgün qiymətləndirmək iqtidarında deyil. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya mərhələsi hal- hazırda da davam edir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən olunur. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi psixi pozuntu nəticəsində Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ittiham olunduğu əmələ münasibətdə anlaqsız hesab edilməlidir. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. İş üzrə təyin edilmiş təkrar komissiyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 22 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/741; 3/742 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Təqdim edilmiş uzunqol köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən uzunqol köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş uzunqol köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunmuş uzunqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici kəsici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 4(008)-311/2023 saylı tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tətbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, Sabunçu rayon məhkəməsinin 15.09. 2023-ci il tarixli 4(008)-708/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, Sabunçu rayon məhkəməsinin 07.07. 2023-ci il tarixli 4(008)-524/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qisminsə xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X2 yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Resplikasının Cinayət Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız olmuş,yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictmai təhlükəlilityini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə,məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus əmlakına həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd mətbəx bıçağı və zərərçəkmiş şəxsin köynəyi dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 384 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin və Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq barəsində ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınsın və qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd mətbəx bıçağı və zərərçəkmiş şəxsin köynəyi dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar