Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-826/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, küçə 11, fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını xeyli miqdarda ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 çatdırması üçün pul verəcəkləri vədi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi mobil telefonuna zəng edib onu ünvan 1 ünvanının qarşısına çağıraraq, qrupun digər üzvünün idarə etdiyi “VAZ 21214” Niva markalı **-ZM-*** qeydiyyat nişanlı minik avtomobilinə mindirdikdən sonra, onun müqavimətini qırmaq üçün qrupun üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən dəfələrlə yumruq zərbələri vurmaqla, əlində olan bıçağı silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, eləcə də həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol əlindən vuraraq, ona sol əlin 4-5-ci barmaqarası sahənin kəsilmiş yarası, ənsə-təpə nahiyəsinin hematomaları, alın nahiyənin, hər iki qulaqdibi nahiyənin, sol bazunun, sol qoltuqaltı nahiyənin, hər iki əlin arxa səthinin geniş sahəli qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs1 üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 7.330 manat və Zərərçəkmiş şəxs1 özünə məxsus 80 manat nağd pulu, üzərində 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 30 manatlıq internet limiti olan dəyəri 300 manat təşkil edən bir ədəd “İphone 6” markalı, üzərində 30 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 10 manat danışıq limiti olan dəyəri 100 manat təşkil edən bir ədəd “Philips” markalı mobil telefonları, dəyəri 300 manat olan bir cüt “Apple” markalı “Airpods” adlı qulaqcıqları və dəyəri 50 manat olan bir ədəd qol saatını talayıb ələ keçirməklə, vahid əməllə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 7.330 manat, Zərərçəkmiş şəxs1 isə cəmi 920 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda, yəni, 8.250 manat dəyərində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrindən yaşadığı evdən çıxıb, Xırdalan şəhəri “AAAF” parkda avtomobil yolunun kənarında olarkən tanışı Cahangir adlı şəxsin “Rent A Car” dan götürdüyü “Niva” markalı avtomobilin dayandığını görüb, avtomobilə yaxınlaşmışdır. Cahangir sükanın arxasında oturmuş, o da qabaq sağ oturacaqda Cahangirin yanında oturmuşdur. Cahangir bildirmişdir ki, bir nəfər şəxs var, narkotik vasitənin satışı ilə məşğuldur, hətta Cahangirin qohumuna da nakrotik vasitə satıb və həmin qohumu narkotik vasitədən istifadə edəndən sonra zəhərlənmişdir. Həmin şəxslə görüşüb, narkotik satmasının qarşısını almalı olduqlarını bildirmişlər. Lakin, һəmin şəxsin kim olduğunu və adını deməmişdir. Kiminsə narkotik satığını və insanları zəhərlədiyini düşündüyündən, həmin şəxsi özü cəzalandırmaq istəmişdir. Bundan sonra avtomobildə Nərimanov rayonu ərazisində yolda gedərkən, Cahangir telefonla zəng edərək, telefonda danışdığı şəxsə “sən dediyin yerdə gözləyirəm” demişdir. Bir az sonra Cahangir avtomobili Nərimanov metrostansiyasının yanındakı “Mado” kafesinin yanında saxlamışdır. Həmin vaxt o, avtomobildən düşüb yaxınlıqda olan ”Topaz”ın tualetinə gedib, təqribən 10 dəqiqədən sonra avtomobilə tərəf qayıtmışdır. Avtomobilə qayıtdıqda qabaq oturacaqda əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 oturduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 Cahangirin dediyi narkotik satan adam olduğunu düşünüb, qapını açıb Elçinin arxa oturacağa keçməsini demişdir. Elçin də arxa oturacağa keçmiş və o da arxa oturacağa keçmişdir. Bundan sonra Cahangir avtomobili işə salıb, hərəkətə başlamışdır. Avtomobildə gedərkən o, Zərərçəkmiş şəxs1 narkotik vasitə satıb-satmadığını soruşmuşdur. Elçin narkotik satmadığını bildirmişdir. O, Elçini yumruqla dəfələrlə çiynindən vuraraq, düzgün danışmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 avtomobildə olarkən, Elçinin narkotik satıcısı olduğu ona deyildiyinə görə Elçinin üzərində narkotik axtarmaq üçün Elçinin ciblərinə baxmış, lakin, narkotik tapa bilməmişdir. O, Zərərçəkmiş şəxs1 ciblərindən pul çıxarıb, götürməmişdir. Cahangirin də Elçindən pulu götürdüyünü görməmişdir. Onun üzərində bıçaq olmamış və Elçini bıçaqla nə hədələmiş, nə də vurmuşdur. Elçinin əllərini, ağzını yapışqanlı lentlə heç kim bağlamamışdır. Zərərçəkmiş şəxs1 avtomobildə olarkən o, Elçindən mobil telefonlarını çıxarmasını istəmiş, Elçin də telefonları çıxararaq, qabaq oturacaqlar arasında olan qoltuqaltının üstünə qoymuşdur. Sonra Elçinə zəng gəldikdə isə götürüb danışmışdır. Zərərçəkmiş şəxs1 yumruqla bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirsə də, onda bıçaq və ya başqa kəsici-deşici alət olmamış və Elçinə bıçaqla xəsarət yetirməmişdir. Təxminən 15-20 dəqiqə yol getdikdən sonra Mehdiabad qəsəbəsində yol kənarında avtomobili saxlamışlar. O, avtomobildən düşüb, yol kənarında tualetə gedib, siqaret çəkdikdən sonra, təxminən 7-8 dəqiqə sonra qayıdıb avtomobilə əyləşmişdir. Bundan sonra, geri qayıdıb, Bakı-Sumqayıt yolunda “VAZ” dairəsində Elçini düşürmüşlər. Sonra Cahangir onu yaşadığı ünvana gətirib, çıxıb getmişdir. Sonra onu polis əməkdaşları “Niva” markalı avtomobillə birlikdə polis idarəsinə aparmışlar. O, ona görə özünü qismən təqsirli bilir ki, avtomobildə zərərçəkmiş şəxsdən narkotik satıb-satmamasını soruşarkən Elçini dəfələrlə əli ilə vurmuşdur. Ona Cahangir 500 manat pul verməmişdir. Cahangir ona avtomobilə oturacaq şəxsin üzərində olan pulu almaq istədiyi barədə heç nə deməmişdir. Əməlindən peşman olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 63-66-cı vərəqələrində olan şübhəli şəxs qismində dindirilməsi protokolunda və 1-ci cild 95-98-də olan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Daha sonra Cahangir məni yaşadığım ünvana gətirdi və məni düşürdükdən sonra getdi. Avtomobildən düşərkən Cahangir mənə 500 manat, daha doğrusu 4 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq əsginas verdi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir. Ona Cahangir 500 manat pul verməmişdir. İmza onun imzasıdır, lakin, oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan götürmə aparılması barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. Ona Cahangir 500 manat pul verməmiş, o da istintaqda 400 manat təqdim etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan adlanan dairənin yaxınlığında yerləşən sənaye tipli qaz və su sayğacları satışını həyata keçirən “Karvan” TM-də satış təmsilçisi işləyir. Müştərilərə mallar nağd pulla satılır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində müştəri kimi tanıdığı və onlardan sənaye tipli qaz sayğacı almış Knyaz Mədətov onun bank hesabına ticarət mərkəzinə ödənilməsi üçün pul köçürdüyündən, o, Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Access Bank”ın Nərimanov filialına gedib, bank vasitəsilə göndərilən 4.930 manat pulu çıxartmışdır. Bankdan çıxdıqdan sonra müdiri Zərərçəkmiş şəxs2ə zəng edərək Knyaz Mədətovun onun bank hesabına göndərdiyi pulları çıxartdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 gec olduğundan pulları özündə saxlayıb, səһəri gün verəcəyini demişdir. Səhəri gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində işlədiyi ticarət mərkəzinin müştərisi kimi tanıdığı və onlardan qaz sayğacı alan Elnur adlı şəxs ona zəng edərək, onlara olan 2.400 manat borcunu görüşüb, vermək istədiyini bildirmişdir. O, Elnurla Nizami rayonu ərazisində yerləşən “Ruslan 93” adlanan marketin qarşısında görüşərək Elnurdan 2.400 manat pulu qəbul etmiş və müdiri İsrafilə zəng edərək, Elnurdan 2.400 manat qəbul etdiyini bildirmişdir. İsrafil pulu ondan qəbul etmək üçün Yasamal rayonu, Tbilisi prospektinə gəlməyini xahiş etmişdir. O, taksi ilə İsrafilin dedyi ünvanın yaxınlığına çatdıqda İsrafil ona işinin olduğunu və Nərimanov metrostansiyanın yaxınlığına gəlməyini xahiş etmişdir. O, İsrafil deyən yerə gələrkən, İsrafil ona zəng edib, onun telefon nömrəsini başqa bir adama verdiyini və həmin şəxsin ona 8.500 ABŞ dolları verəcəyini demişdir. O, Nərimanov metrostansiyasına çatana yaxın ona tanımadığı telefon nömrəsindən zəng gəlmiş və telefonda onunla danışan şəxs ona 14.500 manat pul verəcəyini demiş və pulu verməsi üçün harada görüşə biləcəklərini soruşduqda, o, həmin şəxsə “Nərimanov” metrostansiyasının yaxınlığında “Mado” adlı kafenin yaxınlığında görüşə biləcəyini demişdir. Həmin şəxs idarə etdiyi avtomobilin ağ rəngli “Niva” markalı, 072 dövlət qeydiyyat nişanlı olduğunu bildirmişdir. O, “Nərimanov” metrostansiyasının yaxınlığına çatdıqda, müdiri İsrafilə zəng edib, İsrafilin dediyi adamın ona zəng etdiyini və onunla 10 dəqiqəyə görüşəcəyini demişdir. İsrafil də ona təxminən 10 dəqiqəyə “Nərimanov” metrostansiyası yaxınlığına çatacağını bildirmişdir. Bundan sonra 14.500 manat verəcəyini bildirən şəxs ona zəng edərək, “Mado” adlı kafenin ətrafı sıxlıq olduğundan avtomobilini kafenin arxasında, 5 mərtəbəli binanın yanında saxladığını bildirmişdir. O, piyada һəmin şəxsin dediyi yerə getdikdə orada dayanmış avtomobili görüb, yaxınlaşaraq qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin şəxslə salamlaşdıqdan bir neçə saniyə sonra iki nəfər avtomobilə yaxınlaşaraq, avtomobilin qapısını açmışlar. Onlardan biri şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs, digəri isə təxminən 40-45 yaşlı adını bilmədiyi bir nəfər olmuşdur. Təqsirləndirilən şəxs əlindəki bıçağı onun sağ yan bədəninə dirəyərək, arxa oturacağa keçməyini tələb etmişdir. Avtomobilin sürücüsü və orta yaşlı olan kişi də ona tez arxaya keçməyini demişlər. Onu avtomobilin arxa oturacağına keçirtdikdən sonra sürücünün arxasındakı oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs isə onunla birlikdə avtomobilin arxa oturacağına əyləşmiş və bıçağı onun bədəninə dirəyərək onların hər üçü onda pul olduğunu bildiklərini və pulu onlara verməyini tələb etməyə başlamışlar. Onlar onun cibində olan və müdirinə verməli olduğu 7.330 manat və özünə məxsus 80 manat pulu götürdükdən sonra, ondan pulun sayını soruşmuşlar. Onlar onun əlinə hər gün 20.000-30.000 manat pulun gəldiyini, həmin pulları hara qoyduğunu, kassanın və seyfin harada olduğunu soruşmuşlar. Üstündə olan 300 manat dəyərində üzərində 30 manatlıq internet limiti olan “İphone 6” markalı və 100 manat dəyərində üzərində 10 manat dəyərində danışıq limiti olan “Philips” markalı mobil telefonlarını, 300 manat dəyərində olan “Apple” markalı “Airpods” adlı qulaqcıqları, şəxsiyyət vəsiqəsini, yaşadığı evin açarını və qolunda olan 50 manat dəyərində qol saatını da götürmüşlər. Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun sağ ayağına vurmaq istəyəndə, o, sol əli ilə müdafiə olunmaq istəyəndə bıçaq barmaqlarının arasını kəsmişdir. Bundan sonra Sakit onun barmaqlarını tutaraq, bıçaqla kəsəcəyi ilə hədələyərək, qalan pulların yerini deməyini tələb etmişdir. O, ancaq üzərində 7.410 manat pulun olduğunu və kassanın, seyfin olmadığını bildirmişdir. Avtomobildə əyləşən hər üç şəxsin əlində məişət bıçağı olmuşdur. Onlar onu əllərində olan bıçaqla hədələməklə, hər üçü yumruqları ilə onun başından, qolundan və bədəninin müxtəlif hissələrindən vurmuşlar. Bu vaxt müdiri İsrafil ona zəng etmişdir. Həmin şəxslər bıçaqlarını ona dirəyib, İsrafilə onlardan 14.500 manat pulu aldığını və 10 dəqiqəyə görüşüb İsrafilə verəcəyini deməyə məcbur etmişlər. Bundan sonra sürücünün telefonuna zəng gəlmiş, sürücü onun müdiri ilə danışdığını və pulu guya onların ona verdiklərini bildirdiyini demişdir. İsrafil yenidən zəng edərək, tələsdiyini və pulu İsrafilə çatdırmağını bildirmişdir. Bundan sonra sürücü onun əlindən telefonu almışdır. Bir neçə dəqiqə sonra sürücüyə yenidən zəng gəlmiş və həmin şəxs bu dəfə telefonda danışdığı adama işi uzada bilmədiklərini, artıq müdirə bir neçə yalan dediklərini bildirmişdir. Bundan sonra onlar onda başqa pulun olmadığını görüb, onun əynində olan gödəkçənin papaqlığını başına keçirərək, yapışqanlı lent ilə bağlamışlar ki, o, yolu görməsin. Həmin lentlə onlar onun iki əlini də bir-birinə bağlamışlar. Əlləri və gözləri bağlı olmağına baxmayaraq, onlar onu yumruqları ilə vuraraq ondan yenə pul tələb etmişlər. Təxminən yarım saat sonra onlar avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi ətrafında avtomobil yolundan 100 metr aralı məsafədə saxlamışlar. Ondan götürdükləri puldan 20 manat, şəxsiyyət vəsiqəsi və yaşadığı evin açarını ona verib avtomobildən düşürmüşlər. Bundan sonra o, bir orta yaşlı kişiyə yaxınlaşaraq, ondan telefonunu istəyib, həmin telefonla DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Nərimanov RPİ-nə dəvət etmişlər. Ona dəymiş maddi ziyan 7.410 manatı, 2 ədəd telefonu və qulaqcığı təqsirləndirilən şəxsdən tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Özü kommersiya fəaliyyəti ilə məşquldur. Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Karvansaray” TM-də anbar icarəyə götürməklə sənaye tipli qaz və su sayğacları satışı ilə məşğul olur. Müştərilərə malları nağd pula satır. Lakin, tanıdığı müştərilərə nisyə də mal verir. Zərərçəkmiş şəxs1 onun yanında satış təmsilçisi işləmişdir. 2020-ci il oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 müştərilərdə olan satılmış malların pullarının alınmasında ona köməklik etmişdir. Bunun üçün Zərərçəkmiş şəxs1 özünün bank hesabı olmuş və müştərilər bəzən onun bank hesabına aldıqları malların pulunu keçirmiş və Elçin də həmin pulları bank hesabından çıxararaq, ona ödəmişdir. xx.xx.2020-ci il tarixdə əvvəlcədən ondan sənaye tipli qaz sayğacı almış Knyaz Mədətov adlı müştəri Elçinin bank hesabına 4.930 manat pul köçürmüşdür. Elçin bu barədə ona bildirdikdən sonra onun razılığı ilə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Access Bank” Nərimanov filialına gedib, bank vasitəsilə göndərilən həmin 4.930 manat pulu çıxartmışdır. Bankdan çıxdıqdan sonra Elçin onun istifadəsində olan mobil telefonuna zəng edərək, Knyaz Mədətovun bank hesabına göndərdiyi pulları çıxartdığını bildirmişdir. O da Elçinə pulları sabah gətirib verməsini demişdir. Səhəri gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində müştərisi olan, yəni, ondan sənaye tipli qaz sayğacı almış Elnur adlı şəxs Elçinin telefonuna zəng edərək, onlara olan 2.400 manat borcunu görüşüb vermək istədiyini bildirmişdir. Elçin bu barədə ona bildirdikdə o, Elçinə həmin pulu qəbul etməsini tapşırmışdır. Elçin də Elnurla Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən “Ruslan 93” adlanan marketin qarşısında görüşərək, həmin 2.400 manat pulu qəbul etdikdən sonra pulu alması barədə ona bildirmişdir. O, Elçinə Yasamal rayonu, Tbilisi prospektində yaşadığını deyərək, ora gəlməyini xahiş etmişdir. Elçin də razılaşmış və taksi ilə onun yaşadığı binanın yaxınlığına gəlmişdir. Ancaq bu vaxt onun işi çıxdığından Elçinə zəng edib, bu barədə bildirmək istəmişdir. Lakin, Elçin telefonu açmamışdır. Bir az sonra Elçin özü ona zəng etdikdə o, Elçinə işi olduğunu, evdən çıxdığını və buna görə də “Nərimanov” metrostansiyanm yaxınlığına gəlməyini xahiş etmişdir. Həmin vaxt ona 8.500 ABŞ dollar borcu olan İran İslam Respublikası vətəndaşı Əli Kaviyani adlı şəxs ona zəng edərək ona olan borcunun ödəməsini “Ramil” adlı şəxsdən xahiş etdiyini və həmin “Ramil” adlı şəxsdən pulu götürməyini istəmişdir. O da vaxtı olmadığından həmin pulu özünün götürə bilməyəcəyini deyərək, Elçin adlı şəxsin pulu onun adından qəbul edəcəyini bildirmişdir. Bundan sonra Elçinlə əlaqə yaratmaları üçün Elçinin istifadəsində olan mobil nömrəsini Əli Kaviyaniyə vermişdir. Bir müddət sonra Elçinə zəng etdikdə, Elçin ona Əli Kaviyaninin adamının onunla telefon əlaqəsi saxladığını və təxminən 20 dəqiqə sonra “Mado” kafesinin yanında görüşəcəyini və ona həmin 8.500 ABŞ dollarının əvəzinə 14.500 manat veriləcəyini bildirməklə, təxminən 5-10 dəqiqədən sonra onunla görüşə biləcəyini demişdir. O da Elçinə həmin yerin yaxınlığında onu gözləyəcəyini bildirmişdir. Bundan sonra özünə məxsus “Audi” markalı 90-TZ- 398 dövlət qeydiyyatlı minik avtomobili ilə gəlib, “Mado” kafesinin yaxınlığında, parkın qabağında avtomobili saxlayıb, Elçini gözləməyə başlamışdır. Ancaq Elçinin dediyi vaxtdan çox vaxt keçdiyini görüb, Elçinə zəng etmişdir. Elçin ona pulu götürdüyünü demişdir. Ancaq bir müddət keçdikdə Elçin yenə də gəlmədikdə, o, yenidən Elçinə zəng etmişdir. Elçin ona Nərimanov rayonu ərazisində olduğunu və gəldiyini demişdir. Vaxt keçsə də Elçin yenə də gəlmədikdə o, Elçinə yenidən zəng etmişdir. Elçindən harada olduğunu soruşaraq, dalınca gəlmək istədiyini dedikdə, Elçin özünün gələcəyini və telefonunun enerjisinin qurtarmaq üzrə olduğunu demişdir. Bundan sonra Elçinin telefonu söndürüldüyündən onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra Elçin təxminən saat 17:30-da ona tanımadığı telefon nömrəsindən zəng edərək, 14.500 manat pul verməli olan şəxslərin onu zorla avtomobilə mindirib, şəhərdən çıxardıqlarını və üstündə olan pulları, eləcə də onun mobil telefonlarını və əşyalarını aldıqdan sonra yolda düşürdüklərini demiş və polisə şikayət etmək istədiyini bildirmişdir. O da Elçinə polisə hadisə barədə məlumat verməsini deyərək, özü də Elçinin getdiyi Abşeron RPİ-nə getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 götürülmüş 7.410 manatın 7.330 manatı ona məxsusdur və cinayət nəticəsində ona 7.330 manat maddi ziyan dəymişdir. Qalan pul isə Elçinin özünə məxsusdur. İbtidai istintaq vaxtı ona Divangir Dövlətov adlı şəxs zəng vuraraq, görüşmək istəməsini ona bildirmiş və sonuncu ilə o, görüşmüşdür. Divangir ona bildirmişdir ki, Cahangir onun oğludur və onun işi istintaqdadır,məhz Cahangirin hərəkətləri nəticəsində ona 7330 manat ziyan dəymişdir. Divangir ona torpaq sahəsi verərək həmin ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, buna görə təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, tələbi və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımamışdır. O, Bakı şəhəri, Nizami rayonu, X28 küçəsində qeydiyyatda olan “xxxx” MMC, “xxxx”-ın direktoru vəzifəsində işləyir. “xxxx” şirkəti təxminən 1 ilə yaxındır ki, fəaliyyət göstərir. “xxxx” MMC, “xxxx” müqavilə əsasında icarəyə götürdüyü, eləcə də MMC-nin özünə məxsus müxtəlif markalı avtomobilləri müştərilərə müqavilə və yol vərəqəsi əsasında kirayəyə verməklə məşğul olur. “VAZ 21214 (Niva)” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə sahibi X7r. Həmin avtomobil “xxxx” MMC, “xxxx” tərəfindən etibarnamə əsasında icarəyə götürülmüşdür. Həmin “Niva” markalı avtomobil xx xxxxxx 2020-ci il tarixdə saat 09:00-da müqavilə bağlamaqla və yol vərəqəsi verilməklə X8 tərəfindən 6 günlük müddətə kirayəyə götürülmüşdür. Lakin, Cahangir ona Gəncə şəhərinə gedəcəyini bildirdiyinə görə kirayə müddətini əlavə olaraq, 2 gün də artıq yazmışdır. Buna səbəb isə hər hansı səbəbdən gecikmə olarsa, avtomobili gətirib təhvil verə bilməsidir. X1 və “xxxx” MMC, “xxxx”-ın direktoru olaraq onun arasında bağlanmışdır. X5 müştəri kimi tanımış, Cahangir Dövlətov ondan əvvəllər bir dəfə də “Hyundai Accent” markalı avtomobil kirayə götürmüşdür. “Niva” markalı avtomobillə quldurluq cinayətinin törədilməsi barədə məlumatı yoxdur. Ancaq onu polis idarəsinə çağırdıqdan sonar bu barədə məlumatı olmuşdur. Həmin “Niva” markalı avtomobil polis tərəfindən saz və işlək vəziyyətdə ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımır. 2015-ci il buraxılışlı, “VAZ 21214 (Niva)” markalı, 90- ZM-072 dövlət qeydiyyat nişanlı minik avtomobilinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə sahibi arvadı X7r. Lakin, həmin avtomobili o, 2020-ci ilin mart ayında öz şəxsi vəsaiti hesabına almış və faktiki olaraq ona məxsusdur. Həmin avtomobili həyat yoldaşının səlahiyyətli nümayəndəsi kimi xx.xx.2020-ci il tarixdə etibarnamə ilə istifadə edilməsi üçün Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində olan “xxxx” MMC, “xxxx”-a vermişdir. Avtomobil indiyədək də həmin MMC-nin istifadəsində olmuşdur. “xxxx” MMC-nin təsisçi arvadı X7r. “xxxx”-m direktoru isə Şahid1dur. “xxxx” MMC, “xxxx” müqavilə əsasında vətəndaşlara avtomobil icarəyə verir. Həmin “Niva” markalı avtomobili xx xxxxxx 2020-ci il tarixdə icarəyə götürmüş X5 tanımır və onunla hər hansı bir münasibəti olmamışdır. Həmin avtomobildən istifadə edilməklə xx xxxxxx 2020-ci il tarixdə hər hansı cinayətin törədilməsi barədə məlumatı olmamışdır. Yalnız, onu polis idarəsinə çağırdıqda bu barədə öyrənmişdir. Həmin “Niva” markalı avtomobil saz və işlək vəziyyətdə qaytarılmış, heç bir avadanlığı və mexanizmi çıxarılmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, hazırda Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və AFFA-da Balakən rayon “Dinamo” futbol klubunun baş məşqiçisi vəzifəsində işləyir. ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus deyil. 05xx xxxxxx 2020-ci il tarixdə işi ilə əlaqədar olaraq, Bakı şəhərində olmuş, təxminən 10 gün qaldıqdan sonra Balakən rayonuna qayıtmışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Həmin mobil nömrəni təxminən 10 il əvvəl Zaqatala rayonunda aldığı mobil telefon ilə birlikdə almışdır. Lakin, ***-***-**-** saylı mobil nömrəni o, almamışdır və onun adma olması barədə məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrəsi isə internet üçün aldığı data adlı mobil internet nömrədir. Həmin nömrəni təxminən 3 ilə yaxındır ki, Balakən rayonundan almış, ancaq internetə daxil olmaq üçün istifadə edirmiş. İstifadəsində ***-***- **-** saylı mobil nömrədən başqa mobil telefon nömrəsi olmamışdır. Bundan başqa təxminən 2020-ci ilin sentyabr ayında Zaqatala rayonunda onun şəxsiyyət vəsiqəsi qonşusu X12 xahişi ilə ***-***-**-** mobil nömrə alınmışdır. Belə ki, X12 həmin vaxt üzərində şəxsiyyət vəsiqəsi olmadığından, ondan həmin mobil telefon nömrəsini sənədləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. O da onun xahişini rədd etməmişdir. Zərərçəkmiş şəxs1, Cahangir Dövlətovu, Təqsirləndirilən şəxs və Ceyhun Kazımovu tanımır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, sənaye tipli qaz və su sayğacları alıb üzərinə müəyyən miqdarda pul qoyub satır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Karvansaray” TM-də sənaye tipli qaz və su sayğacları satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, tanıyır. Belə ki, ondan dəfələrlə sənaye tipli qaz və su sayğacları almışdır. Eləcə də onun yanında işləyən Zərərçəkmiş şəxs1 da tanıyır. Zərərçəkmiş şəxs2 malları bəzən nağd pula, bəzən də nisyə olaraq alırmış. Yəni malları satdıqdan sonra pulunu ödəyirmiş. İsrafilin anbarı şəhərdən kənarda yerləşdiyindən çox vaxt İsrafilin yanında işləyən Elçinə zəng edib, onunla şəhərdə görüşüb, pulu ona verirmiş. Axırıncı dəfə İsrafildən təxminən 2.400 manatlıq mal almışdır. Həmin malları satdığından xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Elçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən zəng edib, həmin 2.400 manat pulu İsrafilə çatdırması üçün şəhərdə görüşüb ondan götürməsini xahiş etmişdir. Elçin də onunla Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən “Ruslan 93” adlanan marketin qarşısında görüşmüş və sayaraq 2.400 manat pulu ondan almışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan vətəndaş Zərərçəkmiş şəxs1 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyası yaxınlığında fəaliyyət göstərən “Mado” adlanan kafenin arxasında tanımadığı 3 şəxs əllərində olan bıçaqla onu hədələyərək mindirdikləri ağ rəngli Niva markalı avtomobildə üzərində olan 7.410 manat pulu, 300 manat dəyərində olan “İphone 6” markalı və 100 manat dəyərində olan “Philips” maralı mobil telefonu, 50 manat dəyərində olan markasını bilmədiyi qol saatını ələ keçirmişlər. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Şakir Əliyevin xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 17:13-də vətəndaş Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək 3 nəfər şəxs tərəfindən Niva markalı **-ZN-*** nömrəli maşına əyləşdirilərək, əlini, gözünü bağlayıb döyərək, üzərində olan 7410 manat pulu, 600 manat dəyərində olan “İphone 6” markalı və 100 manat dəyərində olan “Philips” markalı mobil telefonu almalarını, həmçinin, bıçaqla əlinə xəsarət yetirərək hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 9-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən ona qarşı zorakılıq edilərək üzərində olan pul və əşyalarını götürüldüyünü bildirdiyi yerə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanının qarşısıdır. Baxış zamanı hadisə yerindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 bir ədəd 20 manatlıq pul əsginası, qara rəngli yapışqanlı lent (skoç), bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və topa açarları təqdim edərək, həmin əşyaların ona qarşı quldurluq edildiyi gün maşının arxa oturacağında onun yanında oturan şəxs tərəfindən ona qaytarıldığını, qara rəngli skoçla isə həmin şəxslər tərəfindən qollarını bağladıqlarını bildirmişdir. Baxış zamanı qara rəngli yapışqanlı lent (skoç) iş üzrə maddi sübut əhəmiyyəti daşıdığından götürülmüş, digər əşyalar isə Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin 1-ci cild 28-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı quldurluq edildikdən sonra onun avtomobildən düşürüldüyü yerə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin yer Bakı-Sumqayıt şossesinin 8-ci km-də fəaliyyət göstərən “Forrest” mebel salonundan 100 metr kənarda yerləşir. Baxış zamanı hər hansı əşya götürülməmiş, baxış zamanı fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş dörd ədəd fotoşəkil arasından 2 rəqəmi işarələnmiş şəxsin xx.xx.2020-ci ildə avtomobilin arxa oturacağına mindirərərk, əlini-qolunu və gözünü skoçla bağlayıb, bədəninin müxtəlif nahiyələrinə əli ilə və bıçaqla zərər yetirərək, üzərində olan pulu, telefonu və qol saatını götürərək avtomobilin ön hissəsinə ötürən şəxs olduğunu bildirmişdir. Onu üz cizgilərindən tanıdığını bildrimişdir. Fotocədvəldə 2 rəqəmi ilə işarələnmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş dörd ədəd fotoşəkil arasından 1 rəqəmi ilə işarələnmiş şəxsin xx.xx.2020-ci ildə onu mindirdikləri avtomobildə sükan arxasında oturan şəxs olduğunu və onu üz cizgilərindən tanıdığını bildrimişdir. Fotocədvəldə 1 rəqəmi ilə işarələnmiş şəxsin X8 olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 67-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...xx.xx.2020-ci ildə Nərimanov metrostansiyası yanında olanda mənə tanımadığım nömrədən zəng gəldi və həmin şəxs telefonda ona 14.500 manat pul verəcəyini deyib, pulu verməsi üçün harada görüşə biləcəklərini soruşdu. Həmin şəxs idarə etdiyi avtomobilin ağ rəngli “Niva” markalı, 072 dövlət qeydiyyat nişanlı olduğunu bildirdi. Daha sonra “Mado” kafesinin arxasında, 5 mərtəbəli binanın yanında həmin şəxsin avtomobilinə qabaq sərnişin oturacağında əyləşdim. Daha sonra iki nəfər o, oturduğu tərəfdən avtomobilə yaxınlaşaraq, avtomobilin qapısını açmışlar. Onlardan sonradan adını bildiyim Təqsirləndirilən şəxs əlindəki bıçağı sağ yan bədənimə dirəyərək, arxaya keçməyimi tələb etdi. Avtomobildə sürücü oturacağında əyləşən şəxs və orta yaşlı olan kişi də ona “tez ol keç arxaya” demişlər. Məni avtomobilin arxa oturacağına keçirtdikdən sonra Sakit də onunla birlikdə avtomobilin arxa oturacağına əyləşərək, bıçağı mənim bədəninə dirəməkdə davam etmişdir. Onların hər üçü məndə pul olduğunu bildiklərini və pulu onlara verməyini tələb etmiş və cibimdə olan və müdirə verməli olduğu 7.330 manat və özümə məxsus 80 manat pulu götürmüşlər. Həmçinin, mənim əlimə hər gün 20.000-30.000 manat pulun gəldiyini, həmin pulları hara qoyduğunu, kassanın və seyfin harda olduğunu soruşmuşlar. Üstümdə olan 300 manat dəyərində “İphone 6” markalı və 100 manat dəyərində olan “Philips” markalı mobil telefonları, şəxsiyyət vəsiqəmi, yaşadığım evin açarını və 50 manat dəyərində qara rəngli qol saatımı götürdülər. Təqsirləndirilən şəxs əlindəki bıçaqla mənim sağ ayağıma vurmaq istəyəndə, sol əlimlə müdafiə olunmaq istəyəndə bıçaq barmaqlarımın arasını kəsmişdir… Əllərim və gözlərim bağlı olmağına baxmayaraq onlar, məni yumruqları ilə vuraraq,məndən yenə pul tələb edirmişlər...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 71-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung Duos” markalı telefon, 400 manat pulu təqdim edərək, xx.xx.2020-ci il də Cahngir adlı şəxsin yaşadığı evin qarşısında 500 manat pulu ona verdiyini həmin pulun üzərindən 100 manatı xərclədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 73-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “VAZ 21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda, qabaq oturacaqlarla arxa oturacaq arasındakı ayaqaltından qara rəngli yapışqanlı lent (skoç), arxa oturacağın sağ küncündən bir ədəd şəffaf rəngli yapışqanlı lent halqası (skoç) aşkar edilərək, götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X20 zərərçəkmiş şəxsə ödənilməsi üçün 100 manat pulu istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 150-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli «Gold Rentacar»-ın yol vərəqəsi və icarə müqaviləsinin kserosurətlərindən görünür ki, “VAZ 21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobil X6 xx xxxxxx 2020-ci il tarixədək hər gün üçün 45 manatdan hesablanmaqla, ümumilikdə 270 manat müqabilində icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 164-cü vərəqəsində olan qəbzdən görünür ki, “VAZ 21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobili Şahid1 təhvil almışdır. Cinayət işinin 2-ci cild 56-57-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli təqdim edilmiş DVD-R diskində olan görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahısını və onların anten dairələrini müəyyən etmək üçün Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli arayışla istintaqa daxil olmuş 01 ədəd “DVD-R” diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin məlumatların əks olunduğu “DVD-R” diskdə 6 (altı) ədəd fayl vardır. xx.xx.2020-ci il tarixdə, saat 14:27:42-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nöməsinə ***-***-**-** mobil nömrədən zəng gəldiyi, 53 saniyə müddətində danışıq olduğu; xx.xx.2020-ci il tarixdə, saat 14:35:33-də Zərərçəkmiş şəxs1 istifadəsində olan 050- ***-**-** mobil nöməsinə ***-***-**-** mobil nömrədən zəng gəldiyi, 34 saniyə müddətində danışıq olduğu; xx.xx.2020-ci il tarixdə, saat 14:46:30-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nöməsinə ***-***-**-** mobil nömrədən zəng gəldiyi, 47 saniyə müddətində danışıq olduğu; xx.xx.2020-ci il tarixdə, saat 14:55:55-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***- ***-**-** mobil nömrədən zəng gəldiyi, 72 saniyə müddətində danışıq olduğu müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2020-ci il tarixdə saat 14:27:31-dən saat 14:55:55-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğu, bundan sonra həmin ***-***-**- ** mobil nömrəsinin Bakı şəhəri Binəqədi və Sabunçu rayonu və Abşeron rayonları ərazisində olduğu əks olunmuşdur. Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən xx.xx.2020-ci il tarixdə, saat 15:00:12-də ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 20 saniyə müddətində danışıq olmuşdur. Diskdə olan digər fayllarda iş üçün əhəmiyyətli olan məlumat aşkar edilməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 sorğu zamanı bildirmişdir ki, 070-216- 16-48 və ***-***-**-** mobil nömrələrdən xx.xx.2020ci il tarixdə göstərilən müddətlərdə ona zənglər gəlmişdir. Həmin zənglərdən sonra Elçin, ona zəng edən şəxslərlə görüşmüş, həmin şəxslər tərəfindən ona qarşı quldurluq edilmişdir. Cinayət işinin 2-ci cild 79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 noyabr tarixli təqdim edilmiş DVD-R diskində olan görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2020-ci il tarixli, 25/1-5566 nömrəli arayışla istintaqa daxil olmuş 01 ədəd “DVD-R” diskə baxış zamanı müyyən edilmişdir ki, həmin “DVD-R” diskdə 6 (altı) ədəd fayl vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan qəbzdən görünür ki, Mehdiyev X14 RPİ-nin İŞ-nin müstəntiqi Səddam Hüseyn tərəfindən təqdim edilmiş 500 manat pulu təhvil almışdır. Cinayət işinin 2-ci cild 172-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli təqdim edilmiş DVD-R diskində olan görüntülərə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Azərbaycan Respublikası DİN-nin X11 Xidmətindən xx.xx.2020-ci il tarixli, 003- 15569-1220 nömrəli məktubla daxil olmuş 01 ədəd “DVD-R” diskə baxış protokolundan görünür ki, video görüntülərin əks olunduğu “DVD-R” diskdə “Təhlükəsiz şəhər xidməti”nin Sistemi TŞ 6-003; TŞ 6- 022 kameralarının qeydə aldığı video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskdəki görüntülər xx.xx.2020-ci il tarixdə saat 14:53:05-dən saat 14:53:37-dək olan müddət ərzində ön planda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti əks olunmuşdur. Video görüntülərdən görünür ki, ağ rəngli **-ZM-*** qeydiyyat nişanlı “VAZ 21214 Niva” markalı avtomobil saat 14:53:33-də hadisə yeri olan Ə.Rəcəbli küçəsinə dönür, daha sonra həmin ağ rəngli “VAZ 21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobilin Nərimanov rayonu ərazisində avtomobil yolunda hərəkəti əks olunmuşdur. Görüntülərdə sürücünün yanındakı sərnişin oturacağında bir nəfər kişi sərnişinin oturduğu aydın görünsə də, avtomobilin arxa oturacaqları görünmür. Cinayət işinin 3-cü cild 75-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X17” X22 xx.xx.2020-ci il tarixli, 829 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən- sol əlin 4-5-ci barmaqarası sahənin kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən, ənsə-təpə nahiyəsinin hematomiyaları, alın nahiyənin, hər iki qulaqdibi nahiyənin, sol bazunun, sol qoltuqaltı nahiyənin, hər iki əlin arxa səthinin geniş sahəli qançırları küt əşyanın, (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti, qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs1 xəsarəti alarkən xəsarət yetirən şəxslərə qarşı müxtəlif vəziyyətlərdə (üzbəüz, oturmuş və s.) ola bilərdi. Cinayət işinin 3-cü cild 94-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2546 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Niva” markalı **-ZM-***... avtomobilin salonundan götürülmüş ...” yazıları olan paketdəki ( № 1) və üzərində “Zərərçəkmiş şəxs1 təqdim etdiyi...” yazıları olan paketdəki (№ 2) müqayisə olunan obyektlərə aid: - materiallar xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə ümumi mənşə və qrupa aiddirlər; - Materialları (müqayisə olunan qara rəngli izoletlər və rəngsiz, şəffaf yapışdırıcı lentlər) xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə zavod üsulu ilə eyni texnologiya əsasında hazırlanmışdırlar (istehsalçılarına aid etalon nümunələr olmadığından hazırlandıqları mənbəni müəyyən etmək mümkün deyildir). - “Müqayisə olunan predmetlər saxlama və istismar şəraitinə görə ümumi qrupa mənsubdurlarmı?” sualı materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Cinayət işinin 3-cü cild 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X13 xx xxxxxx 2021-ci il tarixli ittiham elan etmək üçün şübhəli şəxsin tutulması barədə axtarış elan olunması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 3-cü cild 158-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X13 xx xxxxxx 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən X3 və cinayətin iştirakçısı olmuş şəxsiyyəti istintaqa məlum olmayan üçüncü şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə cinayət işinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində araşdırılması aparılır. Binəqədi Rayon Məhkəməsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, 1(001)-89/2021 saylı məktubdan görünür ki, həmin cinayət işi üzrə məhkəmə araşdırılması davam etdirilir və növbəti məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş və yekun qərar qəbul edilməmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, onda bıçaq olmamış və bıçaqla heç kimi vurmamış və zərərçəkmiş şəxsdən pul götürməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biridigəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəltməyə çalışmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli təkrarən özgənin əmlakını talama kimi tövsif olunaraq, ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olaraq bir qrup şəxslə xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində vətəndaş X10 qarşı soyğunçuluq cinayəti törətdiyinə görə Binəqədi RPİ istintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, cinayət işi xx xxxxxx 2020-ci il tarixdə tamamlanıb ittiham aktı ilə Binəqədi rayon məhkəməsinə göndərilməsinə baxmayaraq, bundan özü üçün heç bir nəticə çıxarmayıb, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə X8 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 çatdırması üçün pul verəcəkləri vədi ilə Zərərçəkmiş şəxs1 aldadıb, telefonla zəng edib onu ünvan 1 ünvanının qarşısına çağıraraq, X3 idarə etdiyi “VAZ 21214” Niva markalı **-ZM-*** qeydiyyat nişanlı minik avtomobilinə mindirdikdən sonra, onun müqavimətini qırmaq üçün Cahangir Dövlətov və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən dəfələrlə yumruq zərbələri vurmaqla, əlində olan bıçağı silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, eləcədə həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol əlindən vuraraq, ona sol əlin 4-5-ci barmaqarası sahənin kəsilmiş yarası, ənsə-təpə nahiyəsinin hematomaları, alm nahiyənin, hər iki qulaqdibi nahiyənin, sol bazunun, sol qoltuqaltı nahiyənin, hər iki əlin arxa səthinin geniş sahəli qançırları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs1 üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 7.330 manat və Zərərçəkmiş şəxs1 özünə məxsus 80 manat nağd pulu, üzərində 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 30 manatlıq internet limiti olan dəyəri 300 manat təşkil edən bir ədəd “İphone 6” markalı, üzərində 30 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 10 manat danışıq limiti olan dəyəri 100 manat təşkil edən bir ədəd “Philips” markalı mobil telefonları, dəyəri 300 manat olan bir cüt “Apple” markalı “Airpods” adlı qulaqcıqları və dəyəri 50 manat olan bir ədəd qol saatını talayıb ələ keçirməklə, vahid əməllə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 7.330 manat, Zərərçəkmiş şəxs1 isə cəmi 920 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda, yəni 8.250 manat dəyərində maddi ziyan vuraraq, quldurluq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə olan cinayət işi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bir neçə ayrı-ayrı cinayətləri törətməsi barədə olan cinayət işləri eyni icraatda birləşdirilməmiş, ********* nömrəli cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməysinə, ********* saylı iş isə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, 1(001)- 89/2021 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaq araşdırılması aparılır və hal-hazıradək işlə bağlı yekun məhkəmə qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin məcələnin 16.3.-cü bəndində qeyd edilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin Serqey Zolotuxin Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən «Məhküm etmə» və «cəzalındırma» ifadələri şəxsin təkrar məhküm edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyi göstərir. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair Binəqədi Rayon Məhkəməsində araşdırılması nəticəsində yekun məhkəmə qərarı çıxarılmamış, Təqsirləndirilən şəxs CM-nin göstərilən maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmənin yekün qərarı ilə müəyyən edilməmişdir. Həmçinin, dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 41.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin çıxarılmasını və həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsinə əsasən əməlin təkrarən törədilməsi ittihamı çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətinin ağırlaşdırılmasın və onun müdafiə hüququnu pozmasın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun özgənin əmlakını təkrarən talaması ittihamı çıxarılmalıdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 8266 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmaylb. Cinayət işinin 2-ci cild 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 3614 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 1/1411 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X4 müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, xx/xx-11628 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə mülaicə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 3-cü cild 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X22 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3247 №-li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X22 xx xxxxxx 2020-ci il tarixli, 2306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs prosessual qabliyyətlidir və o, öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. Cinayət işinin 2-ci cild 117-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, X3 atası tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 7410 manat pulu, iki ədəd telefonu və “Airpods” markalı qulaqcığı təqsirləndirilən şəxsdən tələb etdiyini bildirərək, təqsirləndirilən şəxsə sərt cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 110-114-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-1252/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlancı yerində saxlanılan qara rəngli yapışqanlı lent (skoç) və şəffaf rəngli yapışqanlı lent (skoç) halqası məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsinə əsasən özgənin əmlakını təkrarən talaması ittihamı çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlancı yerində saxlanılan qara rəngli yapışqanlı lent (skoç) və şəffaf rəngli yapışqanlı lent (skoç) halqası məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-826/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-826/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver