Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-826/2023 03.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi1 Aslan oğlunun və Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1976-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,649 qram, 3,778 qram, 4,246 qram, 4,892 qram ümumi təmiz çəkisi 16,565 qram və bir ədəd bağlamada təmiz çəkisi 1003,0 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:56-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 16 ünvanın qarşısında şübhəli olduğu üçün saxlanılaraq 31-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,649 qram, 3,778 qram, 4,246 qram, 4,892 qram ümumi təmiz çəkisi 16,565 qram, çiynindən asdığı qara rəngli bel çantasının içərisindən bir ədəd metal çərçivəli kiçik ölçülü elektoron tərəzi və bir ədəd bağlamada təmiz çəkisi 1003,0 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 19 sentyabr 2022-ci ildə polis əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, səhər saat 11 radələrində yaşadığı binanın blokunun yanında bir nəfər dostu ilə oturduğu vaxt polis əməkdaşları bloka girib, evinə daxil olmuşlar. Həmin zaman evində 2 qram narkotik vasitə və tərəzi olmuş və narkotik vasitə və tərəzini özü polislərə təqdim etmişdir. Polislər onu elə əynində olan ev paltarları ilə polis bölməsinə aparmış və onu 6 aylıq məcburi müalicəyə göndərəcəklərini demişlər. O isə polislərdən buraxılmasını xahiş etmiş, polislər isə razı olmayaraq evindən 1 kq narkotik vasitə çıxaracaqları ilə onu hədələmişlər. Polislər sənədlərə qol çəkdikdən sonra onu buraxacaqlarını demiş, daha sonra gedib evindən onun üçün paltar götürüb gətirmişlər. O, bölmədə həmin paltarları geyinmiş, sonra isə videoçəkiliş olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs özünü təkcə evində olan 2 qram narkotik vasitəyə görə təqsirli bildiyini, həyatı boyunca 1 kq heroin görmədiyini, ilk dəfə polis bölməsində gördüyünü, polislərin ona təzyiq göstərib, sənədləri imzalamasa evindən narkotik vasitə çıxaracaqları ilə hədələdiklərini, ona görə də bölmədə polislərin verdiyi sənədləri imzaladığını, 1 kq heroini polislərin evindən yox, bölmədə öz seyflərindən çıxarıb sumkaya qoyduqlarını, polis əməkdaşlarının onun üzünə və bədəninə vuraraq onu döydüklərini, bu barədə yazılı şəkildə heç yerə şikayət etmədiyini, prokurorluq tərəfindən polislərin onu döymələri faktının araşdırılmadığını, təcridxanada olarkən bədəninə baxılan zaman ayaqlarında zədə izlərinin olduğunu, lakin bununla bağlı həkimin hər hansı qeyd aparmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında ona Təqsirləndirilən şəxs barəsində Suraxanı rayonu, Əmircan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aldığı məlumatı bölmənin rəhbərinə məruzə etdikdən sonra, o və digər polis əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında qeyd edilən əraziyə, Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsinə gedərək, həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib, ona şübhəli şəxs qismində polis bölməsinə gəlməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə maşına əyləşərək polis bölməsinə gəlmişdir. Bölmədə təhqiqatçının otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun şalvarının cibindən 4 ədəd büküm tapılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəkilər narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində çanta olmuş, çantadan da bir ədəd böyük büküm və tərəzi aşkar edilmiş və Təqsirləndirilən şəxs çantasından çıxan bükümün də heroin olduğunu, aşkarlanan narkotik vasitələri onlayn şəkildə İran vətəndaşından həm öz istifadəsi üçün və satmaq məqsədilə aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs cibindən 4 büküm, çantasından isə 1 böyük büküm narkotik vasitə çıxdığını, Təqsirləndirilən şəxs özünün narkotik vasitələri həm istifadə edib, həm də satışı ilə məşğul olub, satışından əldə etdiyi pulları da İran vətəndaşına göndərdiyini və aşkarlanan narkotik vasitələri yeni aldığını dediyini, Təqsirləndirilən şəxs evin içindən deyil, blokun qarşısından tutub polis bölməsinə apardıqlarını, heç kəsin Təqsirləndirilən şəxs döymədiyini, özü və ya başqası tərəfindən Alimə qarşı fiziki təsirin olmadığını, narkotik vasitəni boynuna alması ilə bağlı hədələmədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası XXX Şahid3 ifadəsində göstərdi ki, səhər saat 10-11 radələrində 2 şəxs evə daxil olmuş, həmin şəxslər otaqda olan digər əlil oğlunun paltarını geyindirməyə başlamış və o, polislərə həmin oğlunun xəstə olduğunu, oğluna toxunmamağı demişdir. Həmin şəxslər oğlu Alimin harada yatdığını soruşduqda o, Alimin qonaq otağında yatdığını demişdir. Həmin vaxt evdə otaqdakı şkafın qapısı açıq olmuş və şkafda balaca qara sumka olmuşdur. Sumkanın içərisində Alimin qumar oynamaq üçün pul ödədiyi qəbzlər və 3-4 ədəd büküm olmuşdur. Evə daxil olan həmin şəxslər Alimi götürüb, maşına mindirib aparmışlar. Həmin vaxt Alimin əynində mayka və şortik olmuşdur. Bir az sonra o, Alimə yemək aparmaq üçün getmişdir. Axşam saatlarında polislər ona zəng edib Alim üçün şalvar və ayaqqabı gətirməyini istəmişlər. O da şəkəri qalxdığı üçün bir az sonra gətirə biləcəyini demiş, lakin bir az keçdikdən sonra həmin polislər zəng edib demişlər ki, şalvar və ayaqqabını götürmək üçün özləri evə gəlirlər. Polislər evə gəldikdən sonra, o, Alim üçün şalvar, köynək, corab və ayaqqabını hazırlayıb polislərə vermişdir. Onun Alimin narkotik vasitədən istifadə etdiyindən xəbəri vardır, hətta Alimin vəziyyəti çox pisləşdiyi zamanlar narkotik alması üçün özü ona pul vermişdir. Alim son zamanlar qumara da qurşanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid XXX Şahid3 polislərin evdən 3 ədəd büküm tapdığını, Alimlə birlikdə Rasim, Şahin və Ceyhunu da tutduqlarını, polislərin Alimlə birgə tutduqları digər şəxslərin heç vaxt onların evində olmadığını, həmin gün binanın blokuna narkotiki polislərin Alimlə birgə tutduqları digər şəxslərin atdığını, narkotik vasitənin şkafdakı balaca qara sumkadan çıxdığını, evdə həmin qara sumkanı hər zaman gördüyünü, ancaq içinə baxmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, əməliyyat məlumatına əsasən Alim adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Alim adlı şəxs xx.xx.1976-cı il təvəllüdlü Bakı şəhərində anadan olan, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 16, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tədbirinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, əməliyyat məlumatını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan məlumatın yoxlanılması istiqamətində Təqsirləndirilən şəxs müəyyən olunub saxlanılaraq 31-ci Polis bölməsinə gətirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xx.xx.1976-cı il təvəllüdlü Bakı şəhərində anadan olan, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 16, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavadov X6 rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 16 ünvanında yaşadığı evin qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş icərsində qəhvəyi rəngli, spesifik iyə malik olan maddələrin heroin olduğunu bildirərək təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd "Magna" markalı siqaret qutusunu, 01 ədəd "Samsung" markalı mobil telefon və 2 ədəd bir manatlıq əskinasları təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ciynindən asdığı qara rəngli rüqzaq çantanı təqdim etmiş, çantada qara rəngli sellofana bükülmüş bükümü, 01 ədəd metal çǝrçivəli kiçik ölçülü tərəzini və 01 ədəd ABB banka aid plastik kartı təqdim etmişdir. Çantadan çıxararaq təqdim etdiyi 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümün icərsində qəhvəyi rəngli, spesifik iyə malik olan maddələrin heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 04 (dörd) ədəd bükümdəki maddələr, eləcə də çantadan çıxaraq təqdim etdiyi 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümdəki maddə narkotik vasitə hesab edilən heroindir, onları İran İslam Respublikasının adını bilmədiyi vətəndaşından “online” qaydada almışdır. Almaqda məqsədi özünün istifadəsi və eləcə də satmaq olmuşdur. Narkotik vasitəni satıb pulunu İran İslam Respublikasının adını bilmədiyi vətəndaşına “online” qaydada ödəyəcəkdir. Bundan sonra aşkar olunmuş içərisində 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş büküm bir ədəd kağız zərfdə qablaşdırılıb, eləcə də 01 ədəd qara rəngli sellofana bükülmüş büküm çanta ilə birlikdə sellofan paketdə qablaşdırılıb cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 35-36). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mənzilə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı həmin mənzildən maddi sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya və dəlil aşkar edilməmişdir (cild 1, iş vərəqi 40-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5336 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlar Nazirliyi Arayışlar üçün №196” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə və bir ədəd qara rəngli sellofan torbada olan: - zərfi açdıqda içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,649 qram, 3,778 qram, 4,246 qram, 4,892 qram ümumi təmiz çəkisi 16,565 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - qara rəngli sellofan bağlamanı açdıqda içərisindən bir ədəd qara rəngli bel çantasında bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 1003,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlər xarici görnüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və çantada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 47-52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd bükümdə bükülünü, əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunu, 01 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd bir manatlıq əskinasları və çiynindən asdığı qara rəngli bel çantasının içərisindən bir ədəd metal çərçivəli kiçik ölçülü elektron tərəzini, 01 ədəd ABB banka aid plastik kartı və bir ədəd bağlamaya maddəni çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində və bağlamada nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin və bağlamanın içərisində heroin kimi tanıdığı narkotik vasitələr olması, həmin bükümləri və bağlamanı İran İslam Respublikasının adını bilmədiyi vətəndaşından “online” qaydada aldığını və narkotik vasitəni satdıqdan sonra pulunu “online” qaydada ödəcəyini bildirməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlərin, bağlamanın və əşyaların qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 76). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən danışıqlar, sms mətnləri və ya digər hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 77). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı RPİ-nin 31-ci Polis bölməsinin ibtidai istintaq orqanının əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən hansı məqsədlə əldə etməsini, onun narkotik vasitələrin satışı ilə məşğul olub olmamasını və narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 106). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir pisixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəməiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 107-110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6904 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 111-112). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,649 qram, 3,778 qram, 4,246 qram, 4,892 qram ümumi təmiz çəkisi 16,565 qram heroin, çiynindən asdığı qara rəngli bel çantasının içərisindən bir ədəd metal çərçivəli kiçik ölçülü elektron tərəzi və bir ədəd bağlamada təmiz çəkisi 1003,0 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1019,365 qram heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi qiymətləndirilmişdir. (cild 1, iş vərəqi 124-132). İşdə olan cinayət işinin ayrıca icraata ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 16,565 qram və 1003,0 qram narkotik vasitəni əldə etdiyi İran İsalm Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 134-136). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs özünü təkcə evində olan 2 qram narkotik vasitəyə görə təqsirli bilməsi, həyatı boyunca 1 kq heroin görməyib, ilk dəfə polis bölməsində görməsi, polislərin ona təzyiq göstərərək, sənədləri imzalamasa evindən daha çox narkotik vasitə çıxaracaqları ilə hədələmələri, 1 kq heroini polislərin onun evindən yox, bölmədə öz seyflərindən çıxarıb çantaya qoymaları, polis əməkdaşlarının onun üzünə və bədəninə vuraraq onu döydükləri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Təqsirləndirilən şəxs polislər tərəfindən ona fiziki və psixoloji təzyiqlər göstərilməsi bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, belə təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə heç nə bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onda yeni xəsarətlərini aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə müraciəti ilə bağlı Suraxanı rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, araşdırma zamanı polis əməkdaşları ilə yanaşı, onun da izahatı alınmışdır. Araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış, bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə və psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Təqsirləndirilən şəxsin anası şahid XXX Şahid3 yaşadıqları evdə şkafda balaca qara sumkanın içərisində Alimin qumar oynamaq üçün pul ödədiyi qəbzlər və 3-4 ədəd bükümlər olmasını, Alimin narkotik vasitədən istifadə etdiyindən xəbərinin olması, hətta Alimin vəziyyətinin çox pisləşdiyi zamanlar narkotik alması üçün özünün ona pul verməsi barədə verdiyi ifadələr Təqsirləndirilən şəxs əməlinin təqsirliliyini bir daha sübüt edir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların bükümlərə bükülməsini və üzərindən elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar məhkəmədə müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2018-ci tarixli qərarı ilə 3 (üç) ay 4 (dörd) gün vaxtından əvvəl şərti azad olunmuş, 24 oktyabr 2018-ci tarixdə cəzası sona çatmışdır (cild 1, iş vərəqi 96-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasının sona çatdığı 24 oktyabr 2018-ci tarixdən iki ildən çox vaxt keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 21 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 91-94, 187-190). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1019,365 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1019,365 qram heroin və bir ədəd elektron tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-826/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-826/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver