Məhkəmə qərarları › İş №1(101)-826/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-826/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-826/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi- 958,102 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə edib bir qismini üzərində, bir qismini isə yaşadığı ünvan 1 ünvanında saxlamaqla daşımış və 13 may 2023-cü il tarixdə, saat 22.30 radələrində DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb BNMİ-yə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 ədəd sellofan paketin içərisində saxladığı təmiz çəkisi- 48,102 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilmiş baxış zamanı evin həyətində yerləşən yarımtikilidə plastik vedrənin içərisində eyni tərkibli 910,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 12 may 2023cü ii tarixdə, İran vətəndaşından “Whatsapp” ani mesajlaşma tədbiqi vasitəsi 01 kq narkotik vasitə marixunana almışdır, aldığı günün səhərisi günü yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 163 saylı evin yaxınlığında piyada hərəkət edərkən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Baş İdarədə qısa qol gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuş, evindən də narkotik çıxmışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o BNMİ-də əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır, məlumat narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar idi. 2023-cü ilin may ayında Sabunçu rayonu ərazisində gecə radələrində saxlayıb, idarəyə dəvət etdilər. Üzərinə baxış oldu və narkotik aşkar oldu. Bildirdi ki, iranlıdan alıb. Vəkilin iştirakı ilə vidoçəkiliş oldu. Evində də narkotik olduğunu bildirdi. Evindən də marixuana aşkar edilib götürüldü. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotikiərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasənAzərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid1, eləcə də 22 saylı Vəkil Bürosunun vəkili X11 və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1989-cu if tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-yə gətirilmiş və tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2023-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında olan xidməti iş otaqlarının birində video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, xx.xx.2023-cü il tarixdə saat 00:05-dən başlayaraq saat 00:14-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, cins şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrə olan “Redmi” markalı mobil telefon, sol yan cibindən 100 ABŞ dolları, 1 ədəd yaşadığı evin açarı, eləcə də əynindəki qara rəngli, qısa qol gödəkçənin sol yan cibindən 1 ədəd sellofan paket aşkar olunmuşdur. Aşkar edilmiş sellofan paketə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və həmin kütlənin qablaşdırması ilə birlikdə çəkisinin 52 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin maddəni 2 gün əvvəl Sumqayıt şəhəri, Nasosnu qəsəbəsi adlanan ərazidə “Arman” adı ilə tanıdığı İran islam Respublikası vətəndaşının vasitəsi ilə əldə etdiyini, yaşadığı ünvan 1 ünvanında narkotik vasitənin qalan hissəsini saxladığını və həmin kütləni təqdim edə biləcəyini bildirmişdir. Onun üzərindən “Redmi” markalı mobil telefondan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir Cinayət işində olan xx.xx.2023-cü ii tarixdə DİN-n Baş Narkotiklərlə Mübarizə İdarəsində şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd üzərində “Verbatim” və digər yazılar olan DVD-R diskə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, video çəkiliş zamanı ilk olaraq DİN BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev özünü təqdim edir. Sonra həmin Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, daha sonra Təqsirləndirilən şəxs və vəkil Emil Babışov özlərini təqdim edirlər. Bundan sonra X3 video çəkilişin Baş idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Vüqar Qəmbərov tərəfindən aparıldığını bildirir. Sonra polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, üzərində saxlanması və daşınması qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirildiyini bildirib, hüquq və vəzifələrini izah edir. Daha sonra X3 Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli, qısa qol gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bağlamanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, eləcə də həmin şalvarın sol yan cibindən 01 ədəd 100 ABŞ dolları və 01 ədəd açar çıxarıb masanın üzərinə qoyur. Bundan sonra X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmur. Bundan sonra təhqiqatçı 01 ədəd açar və 01 ədəd 100 ABŞ dollarını Təqsirləndirilən şəxs qaytarır. Sonuncu özünə məxsus “Redmi” markalı mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin istifadə olunduğunu bildirir. Polis kapitanı Vüsal Həsənquliyev tərəfindən qeyd edilən mobil telefon aparatı əməliyyat marağı kəsb etdiyindən götürülür. Sonra təhqiqatçı tərəfindən sellofan bağlama açılır və aşkar olunmuş tünd yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə video kameraya nümayiş etdirilir. Sonra həmin aşkar edilmiş kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilir və ümumilikdə çəkisinin 52 qram olması videokameraya nümayiş etdirilir. Bundan sonra aşkar olunmuş həmin kütlə zərfə qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. X3 tərəfindən aparılan şifahi sorğu zamanı X6 2008- ci ildən narkotik vasitə olan marixuana istifadə etdiyini, qeyd edilən kütləni 2 gün əvvəl H.Z.Tağtyev (Nasosnu) qəsəbəsində Arman adlı iran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi və satmaq məqsədi ilə aldığım, eləcə də bunun müqabilində Armana 3.200 manat pul verməli olduğunu bildirir. Bundan sonra X5 başqa haradasa narkotik vasitə saxlayıb-saxlamadığım soruşur. Sonuncu yaşadığı Maştağa qəsəbəsində yerləşən evində həmin kütlədən saxladığım və təqdim edə biləcəyini, eləcə də evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Bundan sonra X3 Təqsirləndirilən şəxs Arman adlı şəxsin bundan başqa ona bu növ kütlə göndərib-göndərmədiyini soruşur. Təqsirləndirilən şəxs Arman adlı şəxsin ona bu növ kütlələr göndərdiyini və həmin kütlələri özünün istifadə etdiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdən başqa haradasa bu kütlələrdən saxlayıb-saxlamadığım soruşur. Sonuncu suala “yox” cavabını verir və bu barədə heç kimin məlumatının olmadığım bildirir. Bundan sonra vəkil X14 Salamova polis əməkdaşları tərəfindən saxlanılarkən və Baş İdarəyə gətirilərkən qanunsuz hərəkətlərə və hər hansı fiziki zorakılığa məruz qalıb-qalmamasım, eləcə də üzərindən aşkar olunmuş kütlənin ona məxsus olub- olmamasım soruşur. Sonuncu polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini və aşkar edilmiş kütlənin ona məxsus olduğunu bildirir. Cinayət işində olan xx.xx.2023-cü il tarixdə DİN-n Baş Narkotiklərlə Mübarizə İdarəsində şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1nə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd üzərində “Verbatim” və digər yazılar olan DVD-R diskə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Belə ki, video çəkiliş zamanı ilk olaraq DİN BNMİnin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev özünü təqdim edir. Sonra Təqsirləndirilən şəxs, həmin Baş İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Vüqar Qəmbərov, daha sonra isə vəkil Emil Babışov və Təqsirləndirilən şəxs atası Bəhram Salamov özlərini təqdim edirlər. Bundan sonra X3 video çəkilişin Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən aparıldığını və hava şəraiti ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə gödəkçə geyindiyini bildirir. X5 şəxsi axtarış prosesində yaşadığı evdə narkotik vasitə saxladığım, eləcə də bu evin həmin ünvan olub-olmamasım və daha əvvəl polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib-keçirilmədiyini soruşur. Sonuncu bu evin həmin ünvan olduğunu, eləcə də daha əvvəl polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilmədiyini və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. X13 da evə baxış keçirilməsinə etiraz etmədiyini və narkotik vasitə barədə məlumatının olmadığım bildirir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətində inşa edilmiş yarımtikilidə saxladığı ağ rəngli, üzərində “Qatıq” sözü yazılmış plastmas vedrəni götürüb X3ə təqdim edir. Sonuncu tərəfindən vedrənin qapağı açılaraq içərisində olan tünd yaşıl təngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə video kameraya nümayiş etdirilir. Aşkar olunmuş kütlə qablaşdırıldığı vedrə ilə birlikdə tərəzidə çəkilərək çəkisinin 1 kq 225 qram olduğu müəyyən edilir. Bundan sonra aşkar olunmuş kütlə həmin vedrədə qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. X3 tərəfindən aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, eləcə də həmin kütləni 2 gün əvvəl H.Z.Tağıyev (Nasosnu) qəsəbəsində Arman adlı İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi və satmaq məqsədi ilə aldığını, eləcə də bunun müqabilində Armana 3.200 manat pul verməli olduğunu, bundan başqa haradasa narkotik vasitə saxlamadığını bildirir. Bundan sonra X3 tərəfindən həmin yarımtikiliyə əlavə baxış keçirilir, Əlavə baxış zamanı heç nə aşkar edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü i! tarixli 7/695 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Salamov Bəhmanın üzərindənaşkar edilmiş kütlə...” yazı və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə təmiz çəkisi 48,102 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində “Bəhman Salamovun yaşadığı ünvandan aşkar edilmiş kütlə...” yazılan vedrədə təmiz çəkisi 910,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi 958,102 qram, cəmi tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq 958,002 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (ekspertiza tədqiqatın dəyəri 70 manatdır) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2955 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri naşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olanCinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı övladı vardır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qardaşı X2 müharibəsi iştirakçısı olmuş, Suqovuşanın azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medallarla təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, qardaşı X4 Vətən müharibəsinin iştirakçısı olması və Suqovuşanın azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medallarla təltif edilməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağərlaşdıran ahllar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əvvəllər məhkum olunmamasını, əməllərindən səmimi peşman olmasını, himayəsində dörd azyaşlı övladının olmasını, qardaşının Vətən müharibəsinin iştirakçısı olması və Suqovuşanın azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medallarla təltif edilməsini, işdə cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davaranışını müstəsna hal kimi nəzərə alaraq, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onların təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsini məqsədə müvafiq və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 70 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Sabunçu XPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 958,002 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 70 (yetmiş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs 3 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) günün hər günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin müddət, yəni 4 (dörd) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 70 (yetmiş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu XPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 958,002 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar