Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-826/2025 02.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X11 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Qazax rayonu Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağstafa rayonu Sadıxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 iyul 2025-ci il tarixdə, saat 11:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 sentyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımış və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlamaqla daşıyaraq gəzdirmişdir.
2. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,977 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin (bundan sonra mətndə - BBPİ-nin CAİ) və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X3 (bundan sonra mətndə - Nəsimi RPİ-nin CAŞ və NMB) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40-da Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 ünvanının qarşısında özünə məxsus “Mercedes Benz Е-Class” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanında saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə ünvan 2 ünvanda yerləşən Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 1(bir) bükümdə təmiz çəkisi 2,977 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa, o, məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan darağı və döyüş sursatı olan patronları əldə edib özündə saxlayaraq daşımaqla gəzdirmiş, BBPİ-nin, Nəsimi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40-da Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 ünvanının qarşısında özünə məxsus “Mercedes Benz Е-Class” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanında saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə ünvan 2 ünvanında yerləşən Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsinin inzibati binasının həyətində öz razılığı ilə “Mercedes Benz Е-Class” markalı, **- UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin salonundan, 1(bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan atəş üçün yararlı yivli odlu silah olan “Makarov” konstruksiyalı 1(bir) ədəd tapança, 1(bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 8(səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 7(yeddi) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan atəş üçün yararlı ştat patronlar aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
4. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Ağstafa rayonundan birbaşa Bakı şəhərinə yola düşmüş, həyat yoldaşı və qızı onunla birlikdə öz avtomobilində olmuş, kənddən aldığı əşyalar isə avtomobilinə yerləşmədiyindən başqa avtomobil tutub əşyaları həmin avtomobilə yığmışdır. Yolda olarkən bir dəfə avtomobilini saxlayaraq su alıb avtomobilin yanacağını doldurmuşdur. Bakı şəhərindəki yaşayış yerinə çatdıqda avtomobili yaşadığı binanın altında yerləşən qaraja doğru sürmüş, qarajda avtomobili park etmək istəyərkən polis olduqlarını deyən bir qrup şəxs avtomobilini mühasirəyə alaraq onu saxlamışlar. Onu ailə üzvlərinin gözləri qarşısında avtomobilindən zorla bayıra çıxarıb başqa avtomobilə əyləşdirərək sonuncu avtomobili Azadlıq prospekti istiqamətində sürmüş, yolda isə başına qara rəngli torba keçirib Nəsimi RPİ-nin inzibati binasına aparmışlar. O, Nəsimi RPİ-nin inzibati binasının 3-cü mərtəbəsinə aparılmış, orada polislər əllərini onun cibinə salıb nəsə qoyaraq qollarını açmadan hər hansı problem yaratmamasını, tutulması üçün yuxarıdan tapşırıq verildiyini bildirmişlər. O, polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalmışdır. Lakin o, polis əməkdaşları ilə razılaşmadığından 2-ci mərtəbədəki otağa Vüqar adlı rəisin yanına aparılmış, sonuncu onun cibinə qoyulmuş narkotik vasitəni boynuna götürməli olmasını bildirmiş, o isə həmin tələblə razılaşmadıqda sifətindən şapalaqla vurmuşdur. Bundan sonra onu başqa otağa aparıb orada yenidən döymüşlər. Vüqar adlı rəis gecə vaxtı onun yanına gələrək narkotik vasitəni boynuna götürüb-götürməməsi barədə soruşduqda o, qəbul etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitəni üzərinə qoyub videoçəkiliş aparmış, daha sonra isə avtomobilinin yanında videoçəkiliş aparmışlar. O, hətta həmin videoçəkiliş zamanı narkotik vasitəni üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını demişdir. Bundan sonra orada olan başqa bir tutulmuş şəxs ona narkotik vasitəni boynuna almasını, əks halda ailəsinin də polis idarəsinə gətiriləcəyini bildirmişdir. Polislər avtomobildə ailəsinin çantasının içərisindən bir ədəd büküm çıxarmış, soruşduqda həmin çantanın arvadına məxsus olduğunu bildirmişdir. O, polis idarəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 12 sentyabr 2024-cü il tarixdə, səhər saat 10 radələrində Vüqar adlı rəisin yanına aparılmış, sonuncu ondan yenidən etiraf etməyə razılıq veribvermədiyini soruşduqda o, razı olmadığını bildirmiş, Vüqar adlı rəis də cavabında “Sənə 10 dəqiqə vaxt verirəm, get fikirləş” demişdir. O, fikirləşərək ailə üzvlərinin də polis idarəsinə gətirilərək tutulmasından qorxduğundan polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra yenidən videoçəkiliş aparılmış, çəkiliş zamanı cibindən narkotik vasitəni, avtomobilinə baxış keçirildikdə isə silahı çıxarmışlar. Həmin çəkiliş zamanı isə verilən suallara cavab olaraq polis əməkdaşlarının öyrətdiyi kimi aşkar olunan silahı 1990-cı illərdə tapdığını bildirmişdir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, 11 sentyabr 2024-cü il tarixdə saxlanılmış, iş materiallarına əlavə edilmiş üzərinə və avtomobilinə videoçəkilişlə keçirilən baxış isə 12 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində aparılmışdır. Videoçəkilişlə aparılmış istintaq hərəkətləri zamanı müdafiəçi də iştirak etmiş, sonuncunun da yanında döyülmüş, həmin vaxt öz müdafiəçisini çağırmaq istəsə də, buna icazə verilməmişdir. Silahın aşkar edildiyi avtomobil onun şəxsi avtomobili olmuş, həmin avtomobili axşam vaxtı idarədə saxlanıldığını görmüşdür. O, döyülərkən üzərində xəsarət izləri qalmışdır. Şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə ona su verilmiş, həmin suyun dadı isə həddən artıq acı olmuşdur. Oğlu gecə polis idarəsinə gəlib onun şəkər dərmanını vermiş, polislər onun oğlunu da tutmuş, lakin sonradan oğlu buraxılmışdır. Polis əməkdaşları onu arvadını və oğlunu, eləcə də bütövlükdə ailəsini tutmaqla hədələmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bərbərxanası, çay evi və Rusiya Federasiyasında paltar mağazası vardır. O, ailəsi ilə birlikdə övladlarının tədrisi ilə əlaqədar tədris müddəti ərzində Bakı şəhərində olur, yay aylarında isə rayona gedir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş pul onun şəxsi puludur. Hansısa kriminal qruplaşmada iştirakı olmamışdır. Belə ki, uzun müddət əvvəl onun kriminal aləmdə “Lotu Quli” kimi tanınan şəxslə internetdə fotoşəkli paylaşılmış, polislər bu barədə soruşduqda onunla əlaqəsinin olmadığını bildirmişdir. Polislər qızı ilə oğlunun mobil telefonlarını onlara geri vermiş, lakin onun mobil telefonunu qaytarmamışlar. O, Ağstafa rayonundan Bakı şəhərinə gedərkən Gəncə şəhərinin çıxışında polislər avtomobili saxlamış, daha sonra isə buraxmışdır. Videoçəkiliş aparıldıqdan sonra müvəqqəti saxlama yerinə qaytarılarkən polislərdən biri avtomobilinin açarının əşyalarının yanına qoymasını bildirmişdir. Ona qarşı edilmiş fiziki və psixi təzyiqlərlə bağlı barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə və ya prokurorluq orqanına məlumat verməmişdir. 2016-cı ildə də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 11 sentyabr 2024-cü il tarixdə ona hər hansı sənəd təqdim edilməmiş, eləcə də hər hansı sənədə imza çəkməmişdir. O, şəxsi axtarış aparılarkən müdafiəçinin otaqda oturduğunu bilməmiş, yalnız barəsində qətimkan tədbiri seçilərkən isə məhkəmədə şəxsi axtarış zamanı otaqda oturmuş şəxsin vəkil olduğunu bilmişdir. O, istintaq təcridxanasına gətirildikdən sonra bir dəfə gecə saatlarında avtomobildə tək halda müvəqqəti saxlama yerinə aparılmış, orada iki nəfər şəxs yanına gəlmiş, onlardan biri özünü BBPİ-nin işçisi Aqil kimi təqdim edərək onu uzun müddət həbsdə saxlaya biləcəklərini bildirərək ona qarşı psixi təzyiq göstərmişdir. Növbəti gün müstəntiq yanına gəlmiş, təqdim etdiyi sənədlərə imza çəkdikdən sonra çıxıb getmişdir.
6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, təxminən 6-10 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində hər hansı psixotrop maddə və ya narkotik vasitə olmamış, sonuncular özlərini təqdim etməmiş, habelə qaraja düşərkən onları görməmişdir. O, qarajda polislərdən başqa heç kimi görməmiş, maşını qarajda qalmışdır. Sonradan o, məhkəmə-tibbi ekspertizasından keçirilmiş, ekspert üzərindəki xəsarətlər barədə ondan soruşduqda həmin xəsarətləri kənddə yıxılarkən aldığını bildirmişdir. İstintaq təcridxanasına gətirilərkən də müayinə olunmuş, müayinə zamanı üzərindəki xəsarətlər barədə soruşulduqda polislər tərəfindən döyüldüyünü bildirmişdir. Lakin prokurorluq orqanı tərəfindən izahatı alınarkən döyülməsi faktını təkzib etmişdir. Guya avtomobilindən tapılmış silahın markası “Makarov” olmuş, o həmin silaha toxunmamış, lakin gecə vaxtı əli bağlı olarkən silahı gətirib əlinə tutuşdurmuşlar. Ondan aşkar olunmuş 20 min ABŞ dolları və ümumiyyətlə pullarının hamısı avtomobilində olmuşdur. Sonradan polislər həmin pulların bir qismini avtomobilinə, digər qismini isə üzərinə qoymuşdur. Saxlanılarkən əynində şalvar və göy kofta olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrini təzyiq altında vermişdir. Qardaşı onun tutulması barədə bilmiş, polis idarəsində olarkən yanına da gəlmiş, lakin qardaşı da saxlanılmışdır. Həbsdə olduğu müddət ərzində qohumları ilə əlaqə saxlamamışdır. Polis əməkdaşları əvvəlcə başına torba taxaraq döymüş, sonra isə torbanı çıxarıb yenidən döydüklərinə görə onun döyənlərin bəzilərini görməmişdir. Polis əməkdaşlarından Şahid1, Fariz Hümbətov, Orxan Seyidov və Asəm Kazımov onun döyülməsində iştirak etmişdir. Oğlu qardaşı ilə birlikdə gecə çəkiliş aparmağa gedərkən ona dərman gətirmiş, lakin polislər onların hər ikisini tutmuşlar. Tutulma protokolunda qeyd edildiyi kimi 11 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində qardaşına tutulması barədə məlumat verilməsi halı olmamışdır. Onun kriminal aləmdə “Lotu Quli” adı ilə tanınmış və vəfat etmiş şəxslə uzaq qohumluğu və kirvəliyi olmuş, lakin kriminal aləmlə başqa heç bir əlaqəsi olmamış, eləcə də hər hansı kriminal qruplaşmanın üzvü olmamış və deyildir. Ona uşaq vaxtlarından “Maxo deyə müraciət edilmiş və uşaqlıq tanışları ləqəb kimi ona “Maxo” deyə müraciət etmişlər. Polis əməkdaşı Orxan Seyidov onun avtomobilini idarə etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona verilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini, ailəsi ilə birlikdə Sadıxlı kəndindən Bakı şəhərinə iki avtomobillə gələrkən yolda iki dəfə su və yanacaq almaq üçün avtomobilini saxladığını, Bakıya çatdıqda avtomobilini qaraja salarkən 6-8 nəfər şəxsin onu mühasirəyə alaraq qara rəngli maşına mindirdiyini, habelə yolda başına torba keçirib Nəsimi RPİ-yə aparıldığını, orada döyülüb təzyiqlərə məruz qaldığını, içmək üçün su istədikdə ona zəhər dadan su verildiyini, sonradan həmin suyun tərkibində narkotik vasitə olmasını öyrəndiyini, habelə polis əməkdaşlarının narkotik vasitə və silahın özünə məxsus olmasına dair təkliflərini qəbul etməyə məcbur edildiyini, tələblərini yerinə yetirməyə razılıq verməyəcəyi təqdirdə isə ailə üzvlərinin, o cümlədən arvadının da həbs edilcəyi ilə hədələndiyini, üzərində, eləcə də avtomobilində narkotik vasitə və silah saxlayacaq qədər ağılsız olmadığını, ümumiyyətlə siqaret, narkotik vasitə və ya psixotrop maddələrdən hər zaman uzaq olduğunu, özünün hər hansı cinayət əməli törətmədiyini bildirərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.
7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi X12 iştirakı ilə 12 sentyabr 2024-cü il tarixdə şübhəli, 13 sentyabr 2024 və 1 noyabr 2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o heç bir ruhi-əsəb dispanserdə qeydiyyatda deyil, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluğu olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40 radələrində yaşadığı X.Şuşinski küçəsində məhlədə avtomobilinin yanında olarkən ona 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis olaraq təqdim etdikdən sonra, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməkdə, həmçinin külli miqdarda narkotik vasitə və ya psixotrop maddələr əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlayaraq daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. O da etiraz etməyərək idarə etdiyi “Mercedes” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Nəsimi RPİ-nin inzibati binasının həyətinə gətirilmiş və avtomobilin qapılarını bağlamaqla açarını özündə saxlayıb idarənin inzibati binasında xidməti otaqlardan birinə daxil olmuşdur. Bundan sonra dövlət hesabına vəkillə təmin edildikdən sonra hüquqları izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində el arasında “patı” adlandırılan metamfetaminə bənzər maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli maddələr açılaraq aşkar edilmişdir. Təqdim etdiyi sellofan bükümdə olan maddələrin narkotik maddə olduğunu, təxminən 2-3 gün bundan öncə Qazax rayonunda tapdığını və ona maraqlı gəldiyindən üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra o, boynundan asdığı 1 ədəd qara rəngli “Lacoste” markalı çantanı boynundan çıxarıb içərisini açaraq oradan özünə məxsus 20.000 ABŞ dollar pulu, yaşadığı evinə məxsus mənzil açarlarını, 1 ədəd özünə məxsus “Mercedes” markalı avtomobilinə məxsus açarı və 1 ədəd özünə məxsus “İphone 15 Pro” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir, üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə içərisində kristal şəkilli maddələr 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilinə məxsus açar özünə geri qaytarılmış, mənzilinin açarları, 20.000 ABŞ dolları pul və 1 ədəd “İphone 15 Pro” markalı mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan sonra hər hansı bir yerdə və idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş əşya və predmet saxlayıb- saxlamaması ilə bağlı soruşulduqda o idarə etdiyi özünə məxsus “Mercedes E-Class” markalı avtomobilində odlu silah (Makar) və döyüş sursatı saxladığını bildirərək avtomobilə baxış keçirilməsinə etirazının olmamasını bildirib bu barədə rəsmi ərizə yazmışdır. Avtomobilə baxış keçirilməsi barədə qərar qəbul edilmiş və o qərarla tanış olmuşdur. Daha sonra şəxsi axtarışda olan iştirakçıların iştirakı ilə ona məxsus “Mercedes Е-Class” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. O avtomobilinə yaxınlaşaraq açarla qapıları açmışdır. Avtomobilin salonunun sağ tərəfində yerləşən saxlanc yerini həmin açarla açaraq oradan 1 ədəd “Makarov” tapançasını göstərərək özünə məxsus olduğunu bildirmişdir. Tapançaya baxış keçirilmiş və sandıqçası açılmışdır. Sandıqçanın içində 7 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançaya baxış zamanı üzərindəki yazıların silindiyi və yoxlama zamanı içinin boş olduğu məlum olmuşdur. Təqdim etdiyi tapançanın odlu silah “Makarov” olduğunu, 1990-cı illərdə aldığı, düşmənlərinin çox olması səbəbindən özünü qorumaq üçün avtomobildə saxlayaraq gəzdirdiyini bildirmişdir. Həmin 1 ədəd tapança, 1 ədəd üzərində 7 ədəd patron olan sandıqça 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşmanın üzəri möhürlənməklə onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Avtomobilin ön sol qapısının arakəsmə hissəsində 1 ədəd qara rəngli dəri materiallı əl çantasının içərisindən 4822 AZN manat, 1 ədəd 100 ABŞ dolları və 6635 Türk lirəsi olan pul əskinasları aşkar edilərək araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan başqa avtomobilə baxış zamanı avtomobilin salonundan, həmçinin yük yerindən iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunaraq imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı bir zorakılıq olmamışdır. Üzərindən aşkar edilmiş ağ rəngli kristalşəkilli maddə ilə bağlı ekspertiza rəyi ilə tanış olduqda 2,977 qram çəkidə psixotrop maddə metamfetamin olması ona bildirilmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni tutulmamışdan 2-3 gün əvvəl Qazax rayonunda tapmış, üzərindən aşkar edilmiş odlu silah olan Makarov tipli tapançanı, 7 ədəd patronu və darağı uzun müddətdir ki, daha doğrusu 1990-cı illərdən bəri özündə saxlayır və haradan əldə etməsini tam xatırlamır. Üzərindən aşkar edilmiş psixotrop maddəni maraq üçün saxlamış, odlu silahı isə düşmənlərindən müdafiə olunmaqdan ötrü üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən, eləcə də odlu silahdan istifadə etməmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç bir zaman məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayarkən heç bir qanuna zidd hərəkətə yol verməmişdir. Ailə üzvlərinin psixotrop maddə və ya odlu silah saxlamağından məlumatları olmamış, başqa haradasa psixotrop maddə və ya odlu silah saxlamır. Bundan başqa o, əlavə dindirilən zaman narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli rəyi ilə tanış olaraq orada göstərilən psixostimulyatorları, yəni narkotik vasitələrin qəbulunun aşkar edilməsi ilə bağlı bildirmişdir ki, o psixotrop maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddəni də özü istifadə etmək üçün üzərində saxlamışdır, rəylə tanış olduqdan sonra bunu səmimi etiraf edir. Həmçinin psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 4758 nömrəli rəyi ilə tanış olduqda ekspertiza yoxlanışından keçirilən zaman ittihamla razı olmadığını bildirməsi ilə bağlı bildirmişdir ki, ekspertizada yoxlanışdan keçən zaman özünü təqsirli bilmədiyini ona görə söyləmişdir ki, barəsində həkimlərdə mənfi rəy olmasın, o ittihamla razı olduğunu istintaqa bildirmişdir (İş vərəqi (bundan sonra mətndəi.v.) 81-84; 116-118; 184-186;).
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməsi, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və idarə etdiyi avtomobildə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə Nəsimi RPİ-nin rəisi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X20 da daxil edilmiş, bundan başqa əməliyyat tədbirinə BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru X13 və əməliyyat müvəkkili polis mayoru X24 da cəlb edilmişdir. Təqsirləndirilən şəxs digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 ünvanın yaxınlığında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə 11 sentyabr 2024-cü il tarixdə, saat 14:00-da Fariz Hümbətov, Orxan Seyidov və Asəm Kazımovla birlikdə ünvan 5 ünvanın yaxınlığında olmuşlar. Həmin ünvanda bir müddət gözlədikdən sonra saat 14:40 radələrində əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşduqda özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim edərək üstündə, eləcə də avtomobilində narkotik vasitə saxlaması və istifadə etməsi, eləcə də odlu silah saxlaması barədə məlumat daxil olduğundan birlikdə RPİ-yə getməli olduğunu bildirmişlər. Həmin şəxs qaçmağa cəhd göstərmiş və uca səslə qışqıraraq insanların diqqətini özünə cəlb etmək istəmişdir. Həmin yerdə hərəkətin intensiv olması və saxlanılan şəxsin üzərinin yoxlanmaqla idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün əlverişli şərait olmadığı üçün Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-UN-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Nəsimi RPİ-yə gətirilmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Həmin şəxs polis idarəsinə gətirildikdən sonra polis idarəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydə alınmışdır. Daha sonra narkotik vasitə və psixotrop maddə saxlaması və istifadəsində, eləcə də odlu silah saxlaması və gəzdirməsində şübhəli olması ehtimal edildiyindən üstünə şəxsi axtarış keçirilməsi məqsədilə idarə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Babək Mirzəyevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Babək Mirzəyev Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün təhqiqatçı Babək Mirzəyev “Xəzər Konsaltinq” Vəkil Bürosundan vəkil dəvət etmiş və vəkil X25 polis idarəsinə gəldikdə təhqiqatçı Babək Mirzəyev həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Babək Mirzəyev Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının cibindən 1 ədəd sellofan bükümdə içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli maddələr açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisində kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddələrin narkotik maddə olduğunu, təxminən 2-3 gün bundan öncə Qazax rayonundan tapdığını və maraqlı gəldiyindən üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra boynundan asdığı 1 ədəd qara rəngli “Lacoste” markalı çantanı boynundan çıxarıb içərisini açaraq oradan özünə məxsus 20.000 ABŞ dolları pulu, yaşadığı evinə məxsus mənzil açarlarını, 1 ədəd özünə məxsus “Mercedes” markalı avtomobilə məxsus açarı və 1 ədəd özünə məxsus “İphone 15 Pro” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmiş və Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə içərisində kristal şəkilli maddələr 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobilinə məxsus açar özünə qaytarılmış, digər mənzil açarları, 20.000 ABŞ dolları pul və 1 ədəd “İphone 15 Pro” markalı mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə və idarə etdiyi avtomobilində qanunla qadağan edilmiş əşya və predmet saxlayıb-saxlamaması ilə bağlı soruşulduqda, idarə etdiyi özünə məxsus “Mercedes Е-Class” markalı avtomobilində odlu silah (Makar) və döyüş sursatı saxladığını bildirərək avtomobilə baxış keçirilməsinə etirazının olmamasını bildirib bu barədə rəsmi ərizə yazmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi Nəsimi RPİ-nin inzibati binasının həyətində saxlanılan “Mercedes Е-Class” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilə məxsus açarla qapıları açdıqdan sonra ön sağ qapıdan avtomobilə yaxınlaşmışdır. Bundan sonra avtomobilin salonun sağ tərəfinin saxlanc yerini həmin açarla açaraq oradan 1 ədəd tapançaya bənzər dəmir predmet aşkar edilmişdir. Dəmir predmetin sandıqçası açılmış və içində 7 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançaya bənzər dəmir predmetə baxış zamanı üzərindəki yazıların silindiyi və yoxlama zamanı içinin boş olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya bənzər dəmir predmetin odlu silah “Makar” olduğunu, 1990-cı illərdə aldığını, düşmənlərinin çox olması səbəbindən özünü qorumaq üçün avtomobilində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra 1 ədəd tapançaya bənzər dəmir predmet, 1 ədəd üzərində 7 ədəd patron olan sandıqça 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Avtomobilin ön sol qapısının arakəsmə hissəsində 1 ədəd qara rəngli dəri materiallı əl çantasının içərisindən 4822 AZN manat, 1 ədəd 100 ABŞ dolları və 6635 Türk lirəsi olan pul əskinasları aşkar edilərək araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan başqa avtomobilə baxış zamanı avtomobilin salonundan, həmçinin yük yerindən iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet əşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddəni tutulmamışdan 2-3 gün öncə Qazax rayonunda tapdığını və maraq üçün üzərində saxladığını, odlu silahı isə 1990-cı illərdən bəri üzərində saxladığını, lakin haradan əldə etdiyini xatırlamadığını bildirsə də, hələlik bu istiqamətdə heç bir məlumat əldə edilməmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də odlu silahdan istifadə edibetməməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İlkin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamış və bu barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır.
11. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, satışı, üzərində odlu silah gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edilməklə 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 14-15 radələrində Xan Şuşinski küçəsində avtomobil yolunda olarkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra özlərini təqdim etməklə onun şəxsiyyətini müəyyən etmiş, habelə nədə şübhəli olması barədə bildirdikdə onlara etiraz edərək aqressiv hərəkətlər göstərib səs-küy salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Nəsimi RPİ-yə gətirilib raportla bu barədə rəhbərliyə məruzə edilərək (həmin vaxt Təqsirləndirilən şəxs növbətçi hissədə gözləmiş) aidiyyəti üzrə təhqiqatçıya təhvil verilmiş, ilkin sənədlər tərtib edildikdən sonra təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, milli və xarici valyutada pul əskinasları və mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə mertamfetamini tapdığını, habelə maşınında da silah saxladığını bildirmiş, buna görə də sonuncunun maşınına da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs maşınına baxış zamanı özü maşınını açarla açmış, maşının saxlanc yerindən 1 ədəd “Makarov” tipli silah aşkar edilmiş, sual edildikdə isə düşmənlərinin olması ilə əlaqədar silah gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş predmetlər müvafiq ekspertizalara göndərilmiş, habelə onun özü də ekspertizadan keçirilmiş, nəticədə onun psixotrop maddə metamfetamindən istifadə etməsi halı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən maşının içərisində deyil, yanında olmuş, sonuncunu Nəsimi RPİ-yə öz avtomobili ilə gətirmiş, həmin vaxt maşını kimin idarə etdiyini xatırlamır. Təqsirləndirilən şəxs maşının açarını öz cibinə qoymuş, videoçəkiliş zamanı da maşının qapısını özü açmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şərait olmadığından orada çəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən fiziki və ya psixi təzyiq, o cümlədən hər hansı sair təsir göstərilməmiş, habelə idarəyə gətirilərkən üzərində vizual olaraq bədənində görünən xəsarətlər olmamış, növbəti gün ekspertizaya aparılmaqla müvafiq rəy alınmışdır. Əməliyyat məlumatı daxil olduqdan 2-3 saat sonra şəxs saxlanılmış, zəruri hesab edilmədiyindən mənzilinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs idarə rəisinin otağına aparılmamış, bu səbəbdən onun polis idarəsinin rəisi tərəfindən şapalaqlanması halı baş verməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videoçəkiliş bir dəfə aparılmış, sonuncu daim özünün nəzarəti altında olmuşdur. Daxil olmuş ümumi əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs kriminal qruplaşma üzvlərinə himayədarlıq etməklə nüfuzlu şəxslərin görüşmələrinə şərait yaratmış, həmçinin kriminal aləmdə “Lotu Quli” adı ilə tanınan şəxslə əlaqələri olmuşdur. Qeyd olunanlardan Təqsirləndirilən şəxs kriminal qruplaşmanın üzvü olması məlum olmuşdur. Məhəbbət Namzovun kriminal qruplaşma üzvlərinə himayədarlıq etməsi faktı tərəflərindən yoxlanılmış, lakin həmin faktı təsdiq edə biləcək konkret bir hal aşkar edilməmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı X20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1la isə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində silah olması barədə məlumat olduğundan, eləcə də ətrafda şəxsin yaxınları, dostu və ya başqa kiminsə olması barədə bilmədiklərindən ona yaxınlaşarkən videoçəkilişdən istifadə etməmiş, tərəflərindən saxlanılarkən, maşına mindirilərkən, habelə idarəyə gətirilərkən və sonrasında onun qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxs Xan Şuşinski 12-də yaşadığı ünvanın yaxınlığında olarkən saxlanılmış, saxlanıldığı yerdə qaraj olmamış, habelə saxlanılarkən onun avtomobilində, eləcə də yanında heç kim olmamış, tək halda saxlanılmışdır. Maşından pul əskinasları və silah aşkar olunmuş, baqajında müxtəlif əşyalar, qadın çantası isə ön oturacaqda olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol vəkilin iştirakı ilə tərtib edilmişdir. Təqsirləndirilən şəxs şəxsi vəkilinin olduğunu deyib həmin vəkilinin çağırılmasını tələb etməmiş, eləcə də ona vəkillərin siyahısı təqdim olunduqda vəkilin kimliyinin onun üçün fərqi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün “Mercedes” markalı maşınına mindirilmiş, maşında o, Mehti ilə birlikdə arxada Məhəbbətin yan tərəfində oturmuş, digər əməkdaşlardan biri də həmin maşını, digəri də hadisə yerinə gedərkən istifadə etdikləri Mehtiyə məxsus “Hyundai” markalı ağ rəngli avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs qarşı onun və ya digər polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. 055 247 57 47 saylı mobil telefon nörməsi onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs idarəyə gətirilib Növbətçi Hissədə qeydiyyatdan keçirildikdən sonra təhqiqatçının otağına aparılaraq müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan təxminən 20-30 dəqiqə sonra və kriminalist vasitəsilə fasiləsiz videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs maşını onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həyətdə olmuşdur. Təqsirləndirilən şəxs üzərində silah olmasına dair məlumat olduğundan əməliyyat tədbirinə BBPİ-dən iki nəfər polis əməkdaşı cəlb edilmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinə məlumat verməsi üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs üzərində pul olmasından məlumatları olmamış, üzərində pul olmasını yalnız şəxsi axtarış zamanı görmüşdür. Adətən, şəxs istintaq təcridxanasına daxil olarkən üzərində hər hansı xəsarət olduqda bu barədə akt tərtib edilir. Təqsirləndirilən şəxs düşmənlərinin olmasına görə silah gəzdirdiyini, “Lotu Quli” adlanan şəxsin kirvəsi olduğunu, habelə sonuncunun qonaqlarının yerləşdirilməsi, qidalanması işlərinə baxdığını, kriminal aləmdə ona əks olan qruplar olduğunu bildirmişdir. Onun bədənində kriminal aləmə məxsus olan tatiurovkalar vardır. “Youtube” sosial şəbəkəsində kriminal aləmlə şəkilləri və videoları vardır, “Maxo” kimi axtarışa verdikdə həmin video və şəkillər öz əksini tapır. Daxil olmuş ümumi məlumatlarda Təqsirləndirilən şəxs hansısa söhbətlərə gedərək kimlərinsə borcunun qaytarılmasında iştirak etdiyi qeyd edilmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, şahidlər Şahid1 və Fariz Hümbətovla oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya sonrasında saxlanılma səbəbi barədə onlara hər hansı etirazını bildirməmiş, onu sonuncuya məxsus boz metallik rəngli “Mercedes” markalı maşınla idarəyə gətirmiş, maşının açarını Məhəbbətdən alıb maşını özü (Orxan Seyidov) idarə etmiş, Mehti və Fariz isə arxada Məhəbbətin yanında oturmuş, idarəyə gəldikdən sonra isə maşının qapısını bağlayıb açarını Məhəbbətin özünə təhvil vermişdir. O, maşına minərkən içərisində diqqətini xüsusi olaraq cəlb edən əşya görməmiş, eləcə də maşının ön oturacağında hər hansı əşya olmamışdır. Təqsirləndirilən şəxs qarajda deyil, yaşadığı ünvanın yaxınlığında küçədə saxlanılmış, saxlanılarkən yanında ailə üzvlərindən kimsə olmamış, eləcə də üzərində hər hansı xəsarət izi görməmiş, ona qarşı tərəflərindən fiziki və ya psixi təzyiq göstərilməmiş, üzərində istintaq təcridxanasına daxil olarkən xəsarət aşkar olunması barədə hər hansı məlumatı yoxdur.
14. Məhkəmədə şahid qismində dindirilmiş BBPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis mayoru X24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, şahidlər Şahid1, Fariz Hümbətov və Orxan Seyidovla oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
15. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı binada xadimə işləyir, sonuncu saxlanılarkən binanın altında yerləşən qarajın təmizlənməsi ilə məşğul olmuşdur. O, adətən, 18 mərtəbəli binanın təmizliyini bitirdikdən sonra boş vaxtı olduqda əvvəlcə qarajı təmizləyir. Səhər saatlarında qarajdakı zibilləri tulladıqdan sonra qarajın təmizliyi ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə təxminən saat 13-14 radələrində avtomobillə qaraja gəlmiş, həmin vaxt qarajın hər tərəfindən 6-7 nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən, eləcə də Təqsirləndirilən şəxs danışmağına imkan vermədən ətrafına toplaşaraq sonuncunun əl-qolunu bağlayıb arxa tərəfdən buraraq qarajın çıxışından yola çıxıb başqa avtomobilə mindirib aparmış, bir müddət sonra isə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən şəxslərdən biri sonuncunun avtomobilini idarə edərək uzaqlaşmışdır. O, hadisə baş verərkən Təqsirləndirilən şəxs ailə üzvlərinin sonuncunun idarə etdiyi avtomobildə olduğunu, Təqsirləndirilən şəxs qızının qışqırdığını, arvadının “onu polislər apardı” deyərək hay-küy etməsini eşitmiş, həmin səslərə Məhəbbət aparıldıqdan sonra bina sakinləri də çölə çıxmış, həmçinin qarajda Pərviz adlı sürücü də olmuş, sonuncudan başqa qarajda əlavə kimlərinsə olmasını görməmişdir. O, Məhəbbətin hansı avtomobilə mindirilməsini, saxlanılarkən üzərində çanta olub-olmadığını görməmişdir. O, məhkəməyə ifadə vermək üçün Məhəbbətin qohumlarının təklifi ilə gəlmiş, hazırkı dövrədək polis və ya prokurorluq orqanına gedib Məhəbbətin tutulması ilə bağlı ifadə verməsi barədə təklif olunmamış, bu barədə ilk dəfə məhkəmədə bildirir. O, Məhəbbəti bina sakini kimi tanımış, sonuncunun ailə üzvləri də ona məhkəmədə gördüklərini və həqiqəti danışmasını təklif etmişdir. O, Məhəbbəti saxlayan şəxslərin polis olmasını düşünmüşdür. O, Məhəbbətin tutulmasından təxminən 30 dəqiqə əvvəl qarajda təmizlik işlərinə başlamış, qarajın 3 girişi olmuş, Məhəbbət maşınla qarajın əsas girişindən daxil olarkən onu görmüş, hadisə vaxtı polisləri qarajda gizləndikləri yerdən çıxarkən görmüş, o, qarajın digər girişlərini görmədiyindən sonuncuların qaraja necə və nə vaxt daxil olmalarını da görməmiş, bu səbəbdən polis əməkdaşlarının ondan əvvəl qaraja daxil olduqlarını güman edir. O, Məhəbbət saxlanılarkən sonuncunun maşınından 2-3 maşın məsafə kənarda olmuşdur. Qarajın girişində olan kanalizasiya dəmirləri maşın qaraja daxil olarkən səs etdiyindən hər hansı avtomobilin qaraja daxil olması eşidilir. Şahid3 onun iş yoldaşıdır. Şahid3 Təqsirləndirilən şəxs tutularkən qarajda deyil, çöldə olmuş, Şahid5 isə binanın mühafizəçisi olmaqla qarajda deyil, öz yerində olmuş, həmçinin Şahid4 də Ruslanla birgə həyətdə olmuş, maşında oturub kimisə gözləmişdir. Ruslan binada hansısa sakinin sürücüsüdür. Qarajın qapısı daim bağlı vəziyyətdə olur, lakin maşın gələndə açıldıqdan sonra qaraja daxil ola bilir.
16. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə saat 16-17 radələrində idarə etdiyi avtomobilin içərisində binanın qarajındakı avtodayanacaqda dayanıb mobil telefonla məşğul olmuş, həmin vaxt başqa bir avtomobilin qaraja daxil olub park etdiyini, həmin avtomobil dayanıb qapısı açıldıqdan sonra isə 6-7 nəfər mülki formalı şəxsin avtomobilin qapısını tutub açdıqlarını görmüşdür. Təqsirləndirilən şəxs maşından düşüb nə baş verdiyini soruşsa da, ona məhəl qoyulmamış, həmin vaxt Təqsirləndirilən şəxs ailə üzvlərindən arvadı və qızı da maşında olmuşdur. O, maşından düşüb nə baş verdiyini öyrənmək istədikdə həmin şəxslərin üzərində silah olduğunu görüb onların danışıqlarından, eləcə də geyim və üst-başlarından polis əməkdaşı olmalarını başa düşmüşdür. Polis əməkdaşları Məhəbbəti maşından düşürüb öz maşınlarına mindirmiş, Təqsirləndirilən şəxs maşınını isə polislərdən biri götürmüşdür. Binada kamera vardır, hadisə qarajda baş vermiş, orada xadimə də olmuşdur. Məhəbbətin maşını “Mercedes” markalıdır. Qarajın maşın yolu, binanın arxası və blokun qapısından olmaqla üç girişi vardır. O, polislərin özlərini Məhəbbətə təqdim edib-etməmlərini eşitməmiş, yalnız “getməlisən” sözünü eşitmişdir. Məhəbəti qarajdan piyada çıxardıqdan sonra çöldə polis əməkdaşlarından biri Məhəbbətin arvadına yolda hadisə olduğunu, sonuncunun isə maşını saxlamadığını, həmçinin radara görə saxladıqlarını demişdir. Məhəbbəti saxlayan polis əməkdaşlarının maşını qara rəngdə olmuş, həmin maşın binanın qarşısındakı yolun digər tərəfindəki küçədə saxlanılmışdır. İki nəfər polis Məhəbbətin maşınına oturub onu qarajdan çıxarmışdır. Məhəbbətin maşınını aparana qədər o (Pərviz), içəridə olmuş, Məhəbbətin maşını qaraja daxil olduqdan sonra onun maşını ilə üzbəüz dayanmışdır. Məhəbbət saxlanılarkən müqavimət göstərməmiş, sadəcə nəyə görə saxlanıldığını soruşmuş, polislər də ona başa salacaqlarını bildirmişdir. Məhəbbət saxlanılarkən orada polislərə maneəçilik törədən heç kim olmamışdır. Qarajda özü və Təranə adlı xadimə qadın olmuşdur. Qarajın olduğu yerdə yoldan keçən şəxslər olmur. Məhəbbət saxlanılarkən üzərində bel çantası olmamışdır. Daha əvvəl polis və ya prokurorluq orqanında Məhəbbətin saxlanılması ilə bağlı şahid kimi ifadə verməsi üçün Məhəbbətin qohumları və ya vəkilləri tərəfindən ona təklif olmamış, eləcə də onun saxlanılması ilə bağlı polisə və ya prokurorluğa şikayət etməmişdir. Hadisə onun maşını ilə üzbəüz olan yerdə baş vermiş, həmin vaxtı xadimə qarajda lift tərəfdə yerləri süpürmüş, o (Pərviz), Məhəbbətə daha yaxın olmuşdur. O həmin gün Məhəbbət saxlanılanadək təxminən 1,5 saat qarajda olmuş, həmin müddət ərzində maşında oturub yatmış, oyandıqdan sonra isə mobil telefonla oynamış, hadisədən əvvəl qaraja kiminsə gəldiyini görməmiş, kiminsə səsini eşitməmişdir. Polislər qəfildən ortalığa çıxmışdır.
17. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, "xxxx" MMC-də mühafizəçi işləyir. O, 11 sentyabr 2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən binanın həyətində, həmin binanın altındakı qarajın üst tərəfində dayanarkən Təqsirləndirilən şəxs ailə üzvləri birgə idarə etdiyi avtomobillə qaraja daxil olduğunu və həmin vaxt 4-5 nəfər mülki geyimli şəxsin də avtomobilin arxasınca qaraja düşdüyünü görmüşdür. Maraqlanmaq üçün qaraja doğru getdikdə, həmin şəxslərin Məhəbbəti tutub bayıra çıxararaq “Gentleman” bərbər studiyosunun yanında olan başqa bir avtomobilə mindirdiklərini, daha sonra Məhəbbətin avtomobilini də apardıqlarını görmüş, hətta sonuncunun arvadı və qızı mobil telefonlarının avtomobildə qaldıqlarını demişdir. Məhəbbət başqa avtomobildə aparılmış və Məhəbbətin avtomobili qarajdan aparılarkən sonuncu həmin maşında oturmamışdır. Ona əvvəllər polisə və ya prokurorluğa gedib hadisə barədə məlumat verməsi təklif edilməmiş, eləcə də Məhəbbətin tutulması ilə bağlı hər hansı hüquq-mühafizə orqanına zəng edib məlumat verməmiş, polisə gedib ifadə vermək üçün təşəbbüs göstərməmişdir. O, Məhəbbəti tutan şəxsləri gördükdə dərhal həmin şəxslərin polis əməkdaşı olduqlarını düşünmüşdür. Hadisə barədə kiməsə zəng edib məlumat vermək üçün ailə üzvlərindən (arvadı və qızından) mobil telefonlarının harada olduğunu soruşmuş, sonuncular da cavabında telefonlarının maşında qaldığını bildirmişlər. O, adətən, mühafizəçi üçün ayrılmış otaqda oturur, lakin həmin gün hava isti olduğundan həmin vaxt ərazidə gəzişmiş, gəzişərkən qarajı da müşahidə etmək imkanı olmuşdur. Qarajın 1 ədəd maşın girişi, 4 ədəd isə piyada girişi vardır. Əvvəllər qarajın ön tərəfindən müşahidə kameraları olmuşdur. Bildiyinə görə qarajın müşahidə kamera görüntüləri komendantın otağında olub, lakin həmin görüntülər yalnız bir ay ərzində saxlanılır. O, həyətdə siqaret çəkərkən Məhəbbətin maşınının qaraja daxil olduğunu, ardınca da 4-5 nəfər şəxsin qaçaraq qaraja düşdüyünü görmüşdür. O, qarajın içərisində nə baş verdiyini bilmir. Polis əməkdaşları İ.Qasımov küçəsindən qarajın içərisinə doğru qaçmış, polisləri küçədə qaçarkən görmüş, Məhəbbət qaraja daxil olan kimi polislər də ona tərəf qaçmışdır. O, qaraja girmək istəyərkən polislərin Məhəbbətin qolundan tutub apardıqlarını görmüşdür. Binanın yerləşdiyi küçə hərəkətli küçə olduğundan adətən həyətdə çox insan olur.
18. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nəsimi rayonu İ.Qasımov (əvvəlki adı Xan Şuşinski) küçəsindəki binada usta işləyir. Təqsirləndirilən şəxs bina sakini tanımışdır. O, 11 sentyabr 2024-cü il tarixdə günorta təxminən saat 14-15 radələrində Məhəbbətin idarə etdiyi avtomobillə qaraja daxil olduqdan bir müddət sonra 5-6 nəfər mülki geyimli şəxsin onun qollarından və şalvarının kəmərindən tutub qarajdan çıxararaq digər bina tərəfdə olan qara rəngli avtomobilə apararaq həmin avtomobilə əyləşdirildiyini, əlavə 2 nəfər şəxsin də qaraja düşüb Məhəbbətin maşınını sürüb apardığını görmüşdür. Həmin vaxt o, qarajın qarşısında deyil, həyətdə şlaqbaumdan içəridə dayanıb siqaret çəkmişdir. O, Məhəbbətin maşınının qaraja girdiyini görmüş, lakin polislərin qaraja daxil olmasını, habelə Məhəbbət qaraja daxil olarkən polislərin sonuncunun ardınca qaraja qaçdığını görməmişdir. O, Məhəbbətin yaşadığı binada santexnika və elektrik işləri üzrə usta kimi 6 ildir çalışır, həmin müddət ərzində Məhəbbətin spirtli içkili olduğunu, eləcə də üzərində silah olduğunu görməmişdir.
19. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, onun nəvəsi 15 sentyabr 2024-cü il tarixdə məktəbə gedəcəyi üçün 11 sentyabr 2024-cü il tarixdə nəvəsinə ayaqqabı almağa getmiş, ayaqqabını alıb qayıdarkən Nəsimi rayonu Xan Şuşinski küçəsindəki binanın qarşısında Məhəbbətin iki nəfər mülki geyimli şəxs tərəfindən aparılıb qara rəngli hündür maşına mindirildiyini, arvadı ilə qızının isə həyətdə qışqırdıqlarını, habelə arvadının ürəyinin gedərək yerə yıxıldığını görmüşdür. O, arvadının yanına gedib nə baş verdiyini soruşduqda ərinin aparıldığını, lakin hara və nə səbəbə aparıldığını isə bilmədiyini demişdir. Məhəbbətin qara rəngli boz rəngli maşınını da tanımadığı şəxslər qarajdan çıxarıb apararkən arvadı maşını hara apardıqlarını soruşub bayılaraq yerə yıxılmışdır. Hadisə vaxtı nəvəsi də yanında olmuşdur. Məhəbbət saxlanılarkən həmin şəxslər onun qolundan tutub qarajdan çıxarmışdır. O, Məhəbbəti şəxsən tanımır, evlərinə gediş-gəlişi yoxdur, lakin hərdən nəvəsini binanın həyətində gəzdirərkən Məhəbbətin arvadı ilə tanış olmuşdur. Məhkəmə prosesindən əvvəl müdafiəçilər və ya başqa digər şəxslər polisə gedib ifadə verməsi ilə bağlı ona hər hansı təklif etməmiş, özü də polisə gedib bu barədə ifadə verməmişdir. Məhkəmədə ifadə verməklə bağlı olan danışıqlar zamanı xadimə işləyən Təranəyə özünün də gedib gördüklərini deyə biləcəyini bildirmişdir. Belə ki, hadisə zamanı həyətdə çox adam olmuş, bir neçə qadın binanın həyətində oturmuşdur. Məhkəmə iclasına gəlməmişdən əvvəl binada xadimə işləyən Təranə ilə söhbət zamanı sonuncu Təqsirləndirilən şəxs saxlanılması hadisəsi ilə bağlı məhkəməyə ifadə verməyə gedəcəyini bildirdikdə o da könüllü olaraq həmin hadisə ilə bağlı özünün də gördüklərini gedib deyə biləcəyini bildirmişdir.
20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
21. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, BBPİ-nin CAİ-nin və Nəsimi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40-da ünvan 8 ünvanın yaxınlığında sonuncuya məxsus “Mersedes Е- Class” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Nəsimi RPİyə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə və avtomobilinə baxış və götürmə istintaq hərəkətləri zamanı üzərindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin idarə etdiyi “Mersedes Е-Class” markalı, **- UN-*** qeydiyyat nişanlı avtomobilindən nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah olan “Makarov” konstruksiyalı 1(bir) ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş 8(səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan 1(bir) ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 7(yeddi) ədəd ştat patronlarının aşkar edilərək götürülməsi faktına görə 12 sentyabr 2024-cü il tarixdə, saat 14:00-da Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə ibtidai araşdırması aparılmışdır (Cild 1, i.v.1;).
22. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməsi, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə və idarə etdiyi avtomobildə saxlayaraq daşıması və satışı ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nəsimi RPİ-nin rəisi polis polkovniki Vüqar Ağayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı X6 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-8;).
23. Nəsimi RPİ-nin rəisi polis polkovniki Vüqar Ağayevin 11 sentyabr 2024-cü il tarixli raportundan və həmin tarixli Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işi üzrə müavini polis general-mayoru Vüqar Ələkbərovun müvafiq cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında və onun saxlanılması istiqamətində təxirəsalınmaz və operativ qaydada əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmək üçün BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru X13 və əməliyyat müvəkkili polis mayoru X5 RPİ-nin sərəncamına verilmişdir (Cild 1, i.v. 10-11;).
24. Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 11 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, məlumat əsasında Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40 radələrində ünvan 8 ünvanın yaxınlığında ona məxsus “Mercedes E-Klass” markalı **-UN-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlayaraq gəzdirməkdə şübhəli olması deyildikdə o, qaçmağa cəhd göstərmiş və uca səslə qışqıraraq ətrafdakı insanların diqqətini özünə cəlb etmək istəmişdir. Həmin yerdə hərəkətin intensiv olması və əlverişli şərait olmadığı üçün Təqsirləndirilən şəxs ona məxus avtomobillə birlikdə Nəsimi RPİ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v. 12;).
25. “Şübhəli şəxsin tutulması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14:40 radələrində BBPİ-nin CAİ-nin və Nəsimi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində şübhəli bilinərək saxlanılmaqla Nəsimi RPİ-yə gətirilmiş, həmin idarənin inzibati binasında xidməti otaqların birində Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X12 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 15:40-da protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40-dan tutulmuş hesab edilmişdir. Həmçinin protokola əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tutulması haqqında qardaşı X21 həmin tarixdə, saat 15:43-də ***-***-**-** nömrəli telefon vasitəsilə məlumat verilmişdir (Cild 1, i.v.28-29;).
26. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X12 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:20-dən 17:00-dək Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən həmin idarənin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı X20, NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və X1 ekspert kriminalisti polis mayoru X14, BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru X13 və əməliyyat müvəkkili polis mayoru X15 və müdafiəçi X12 iştirakı ilə Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli parça materiallı şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin təqdim etdiyi 1 (bir) ədəd sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli maddələr açılaraq baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisində kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddələrin narkotik maddə olduğunu, təxminən 2-3 gün əvvəl Qazax rayonunda tapdığını və ona maraqlı gəldiyindən üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra o, boynundan asdığı 1 (bir) ədəd qara rəngli “Lacoste” markalı çantanı boynundan çıxarıb içərisini açaraq oradan özünə məxsus 20.000 ABŞ dollar pulu, yaşadığı evinə məxsus mənzil açarlarını, 1 (bir) ədəd özünə məxsus “Mercedes” markalı avtomobilə məxsus açarı və 1 (bir) ədəd özünə məxsus “İphone 15 Pro” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edildikdə onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd sellofan bükümdə içərisində kristal şəkilli maddələr təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, qablaşmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobilinə məxsus açar özünə qaytarılmış, digər mənzil açarları, 20.000 ABŞ dollar pul və 1 (bir) ədəd “İphone 15 Pro” markalı mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı yerdə və idarə etdiyi avtomobilində qanunla qadağan edilmiş əşya və predmet saxlayıb-saxlamaması ilə bağlı soruşulduqda o, idarə etdiyi özünə məxsus “Mercedes Е-Class” markalı avtomobilində odlu silah (Makar) və döyüş sursatı saxladığını bildirərək avtomobilə baxış keçirilməsinə etirazının olmamasını bildirib bu barədə rəsmi ərizə yazmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması qeyd edilmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 39; 41-43;).
27. “Avtomobildə baxış və götürmə aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi F.Ç.Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun müdafiəçisinin iştirakı ilə verdiyi yazılı razılıq ərizəsi əsasında həmin gün Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı X20, NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və X1 ekspert kriminalisti polis mayoru X14, BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru X13 və əməliyyat müvəkkili polis mayoru X15 və müdafiəçi X12 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus **-UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes E-Class” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilə məxsus açarla qapıları açdıqdan sonra ön sağ qapıdan avtomobilə yaxınlaşmışdır. Bundan sonra avtomobilin salonunun sağ tərəfinin saxlanc yerini həmin açarla açaraq oradan 1(bir) ədəd tapançaya bənzər dəmir predmet aşkar edilmişdir. Dəmir predmetin sandıqçası açıldıqda içərisində 7 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançaya bənzər dəmir predmetə baxış zamanı onun üzərindəki yazıların silindiyi və yoxlama zamanı içinin boş olması məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya bənzər dəmir predmetin odlu silah “Makar” olduğunu, 1990-cı illərdə aldığını, düşmənlərinin çox olması səbəbindən özünü qorumaq üçün avtomobilində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra 1(bir) ədəd tapançaya bənzər dəmir predmet, 1(bir) ədəd üzərində 7(yeddi) ədəd patron olan sandıqça 1(bir) ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, qablaşdırılmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilmiş, avtomoilin ön sol qapısının arakəsmə hissəsində 1(bir) ədəd qara rəngli dəri materiallı əl çantasının içərisindən 4822 manat, 1 ədəd 100 ABŞ dolları və 6635 Türk lirəsi olan pul əskinasları aşkar edilərək araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan başqa avtomobilə baxış zamanı avtomobilin salonundan, həmçinin yük yerindən iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin aparılması barədə həmin tarixdə, saat 17:20-dən 17:40-dək tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 46-50;).
28. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobildə baxış və götürmə aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 21 dəqiqə 35 saniyə və 17 dəqiqə 40 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış, eyni zamanda avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən edildi ki, təhqiqatçı Babək Mirzəyev şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması və bitməsi vaxtlarını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğunu bildirmiş, həmçinin yazılı şəkildə də təqdim edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmədə tərəflərin iştirakı ilə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən sonuncunun həyəcanlı olması müşahidə edilməklə, təhqiqatçı tərəfindən üzərində olan predmetləri təqdim etməsi təklif olunduqda üzərində boynundan asdığı çanta olmasına baxmayaraq, əvvəlcə dərhal cibindəki psixotrop maddəni təqdim edib həmin maddənin “narkotik vasitə” olduğunu, habelə ona hər hansı sual verilməməsinə baxmayaraq (haradan əldə etməsi barədə) dərhal Ağstafa rayonunda yerdən tapdığını bildirməsi, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daşıdığı çantanın bütün ciblərinə baxış keçirilməməsi (arxa cibi açılmamışdır), o cümlədən Təqsirləndirilən şəxs yalnız avtomobilində hər hansı digər qeyri-qanuni predmet olub-olmamasının soruşulması, yəni digər başqa bir yerdə (məsələn, evində və sair) hər hansı qanunsuz predmet saxlayıb-saxlamamasının soruşulmaması müəyyən olunmuşdur. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videoçəkilişdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən ona hər hansı sual verilməməsi, habelə avtomobilinə baxış keçirilməsinə dair razılıq ərizəsinin təhqiqatçı tərəfindən ona diktə olunmaqla icra edilməsi müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 24/1431 saylı, 12 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd, nömrəsi silinmiş silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8(səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 7(yeddi) ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 7(yeddi) ədəd 9x18 mm kalibrli patronlardan 3(üç) ədəd eksperimental atəş zamanı istifadə olunmuşdur (Cild 1, i.v. 67-72;).
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/4544 saylı, 12 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 186” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetaminə bənzər bir bükümdə olan maddə kütlələri; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirakçılar: 1. /imza/ O.Seyidov; 2. /imza/ A.Kazımov; 3. /imza/ F.Hümbətov; 4. /imza/ Şahid1; 5. /imza/ V.Kazımov; Vəkil: /imza/ F.Əliyev; Qablaşdırdı: baş təhqiqatçı /imza/ B.Mirzəyev” yazılar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,977 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 2,977 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,877 qram. Aparılmış tədqiqatın dəyərinin 60 (altmış) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 74-79;).
31. “Mobil telefona baxış keçirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone 15” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir (Cild 1, i.v. 86;).
32. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Nəsimi RPİ-nin İŞ-yə göndərilmiş və həmin şöbənin baş müstəntiqi polis kapitanı X23 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v. 87; 90-91;).
33. “Əməlin tövsif edilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 95-97;).
34. “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v. 101-103;).
35. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 4(006)- 513/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 128-130;).
36. 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncunun qardaşı X21 və sonuncunun övladı X16 təhvil verilmişdir (Cild 1, i.v. 133;)
37. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, 9 mm kalibrli, nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (Cild 1, i.v. 136;).
38. “Odlu silahın, komplekt hissəsinin, döyüş sursatının və psixotrop maddənin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 1 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 1(bir) ədəd odlu silah olan 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 1(bir) ədəd daraq və 7(yeddi) ədəd 9x18 mm kalibrli patronlar, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, həmin 1(bir) ədəd “Makarov” konstruksiyalı tapança, 1(bir) ədəd daraq, patronların ekspertiza tədqiqatından sonra 4(dörd) ədəd qalıq hissəsi və ekspertiza tədqiqatından sonra qalıq 2,877 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (Cild 1, i.v. 148-150;).
39. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 13 sentyabr 2024-cü il tarixli, 6227 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrə qarşı patoloji meyl formalaşıb. Deməsinə görə arabir düşəndə psixotrop maddələrdən istifadə edib (Cild 1, i.v. 162-163;).
40. “CD diskə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin sms mətnləri, zəng statistikası və anten məlumatları əks olunan DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 24 oktyabr 2024-cü il tarixli 20/1-10556m nömrəli məktubun qoşmasında olan 1 ədəd CD diskin içərisindəki məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat müəyyən edilməmişdir (Cild 1, i.v. 167;).
41. “Canlı şəxsin sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının” 1 oktyabr 2024-cü il tarixli 1275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 168-170;).
42. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 30 sentyabr 2024-cü il tarixli 2827 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşduqda özünü müdafiə edərək ittihamla razı olmadığını bildirmişdir (Cild 1, i.v. 172-174;).
43. Müstəntiq S.Qurbanovun əməliyyat tapşırığına Nəsimi RPİ-nin 20-ci PŞ-nin rəisi polis polkovnik leytenantı Vüqar Abdullayevin 30 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddəni haradan və kimlərdən alması, kimlərə psixotrop maddə verməsi, eləcə də onun narkotik vasitə və psixotrop maddələrin alqısatqısı ilə məşğul olub-olmaması, bundan başqa avtomobilindən aşkar edilmiş odlu silahı haradan əldə etməsi, həmin dolu silahdan istifadə edib-etməməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v. 175;).
44. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 noyabr 2024-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2017-ci il tarixli, 1(101)-1066/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağstafa rayon İcra və Probasiya Şöbəsinin 22 noyabr 2019cu il tarixli N30825/2019 saylı arayışına əsasən şərti cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Qeyd edilən hökmün giriş hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiəçilər Müdafiəçi3 və X4 müdafiə etmişdir. (Cild 1, i.v.194-196; Cild 2;).
45. “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin, odlu silahın mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından material ayrılaraq müvafiq araşdırmanın aparılması məqsədi ilə Nəsimi RPİ-nin 20-ci PŞ-yə göndərilməsi qərara alınmışdır (Cİld 1, i.v. 197-211;).
46. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq S.Z.Qurbanov tərəfindən 25 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 26 noyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.216-227;).
47. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(101)-2555/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
48. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri tərəfindən təqdim olunmuş arayışdan və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşamaqla ailə tərkibi 14 iyun 1982-ci il təvəllüdlü arvadı X9, 6 sentyabr 2005-ci il təvəllüdlü qızı İlahə Namazova və 6 dekabr 2007-ci il təvəllüdlü oğlu Vüsal Namazovdan ibarətdir (Cild 2;).
49. “Azemis” elektron məhkəmə sistemi məlumatlarından və ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 1992-ci il tarixdən 17 iyul 1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (Cild 2).
50. Müdafiə tərəfindən təqdim edilmiş müxtəlif tibb müəssiləri tərəfindən verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən, o cümlədən şəkərli diabet xəstəliyindən əziyyət çəkir (Cild 2)
51. Ağstafa RİH-nin başçısının Sadıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Namazov X17 rayonunun Sadıqlı kəndində daimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs 1992-ci ildən 1996-cı ilə qədər Qazax və Ağstafa rayonlarının Ermənistanla sərhəd bölgələrində № saylı hərbi hissədə xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra kəndə qayıdaraq öz təsərrüfatı ilə məşğul olmuş, kənddə yaşadığı müddətdə dövləti və dövlətçiliyi dəstəkləmiş, ailəsi ilə birlikdə seçkilərdə fəal iştirak etmiş, özündən böyüklərə hörmətlə, kiçiklərə qayğı ilə yanaşmış, qonşularla münasibəti normal olmuş, kənd əhalisinin böyük hörmətini qazanmışdır. Narkotik tərkibli maddələrə və spirtli içkilərə meyilli deyildir. Nümayəndəliyə hazırkı dövrədək onun haqqında yazılı və şifahi şikayət daxil olmamışdır (Cİld 2;).
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 11 yanvar 2025-ci il tarixli, 3-16-17/38/2-13/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə qeyd edilən təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı o, 2004-cü il tarixdə döş qəfəsinin sol hissəsinə daxilə nüfuz edən kəsilmiş, deşilmiş yarasına görə cərrahi əməliyyat keçirdiyini, 2015-ci ildən arterial hipertoniya, 2020-ci ildən şəkərli diabet İİ tip xəstəsi olduğunu bildirmişdir. Təcridxanada saxlanıldığı müddətdə şikayətlərinə uyğun olaraq müayinələrdən keçirilmişdir. Müayinə zamanı o, şəkərli diabet və hipertoniya xəstəliklərindən əziyyət çəkdiyini, qanda şəkərin miqdarını normada saxlamaq üçün glukovaj 1000 mq, arterial təzyiqi korreksiya etmək üçün amlessa 4/5 mq preparatlarını gündəlik qəbul etdiyini bildirmişdir. Müayinələr nəticəsində onda İ dərəcəli hepatoz, sol böyrəyin hidronefrozu İİ dərəcə, konkrement (daşlar) 6 mm, 5 mm, prostat vəzinin hipertrofiyası (v=32 sm3), EKQ müayinəsində UEOmülayim sola meyilli, sinus ritmi, keçirilmiş aşağı divarın miokard infarktdan sonrakı qalıq əlamətləri, aşağı divar işemiyası müşahidə olunmuşdur. Müayinənin nəticəsinə əsasən ona “Arterial hiperteniya İİ dərəcə. Şəkərli diabet İİ tip, insulin tələbsiz. Hepatoz İ dərəcə. Sol böyrəyin hidronefrozu İİ d, konkrementi (daşlar), Prostat vəzinin hiperplaziyası” diaqnozları qoyulmuş, həbsdən əvvəl qəbul etdiyi dərman preparatlarının qəbulunu davam etdirmək tövsiyə olunmuş, digər xroniki xəstəliklərin kəskinləşməməsi üçün təyinat verilmişdir. Hipotenziv və hipoqlikemik dərman preparatlarını gündəlik qəbul etmədikdə arterial təzyiqdə və qanda şəkərin miqdarında yüksəlmələr müşahidə olunur. Bu səbəbdən ona ciddi pəhriz, müntəzəm olaraq hipotenziv və hipoqlikemik dərmanları qəbul etmək tövsiyə olunmuşdur. Şikayətlərinə əsasən 16 dekabr 2024-cü il tarixdə həkimnevrapotoloqun konsultasiyası olmuş və ona “Keçirilmiş işemik insultdan sonrakı vəziyyət. Sol tərəfli paraparez ilə. Diabetik polineyropatiya” diaqnozları qoyulmuş, ambulator təyinatlar verilmişdir. Hal-hazırda həkim nəzarətindədir və gələcəkdə yarana biləcək hər hansı bir ağırlaşma baş verdikdə laızmı tibbi tədbirlər görüləcəkdir (Cild 2;).
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 8104/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı sol dirsək oynağının arxa səthində, qarının ön səthinin sol hissəsində, döş qəfəsinin sol səthində köhnə çapıqlar vardır. Sağ saidin yuxarı üçdə birinin ön səthində 4-5 sm ölçüdə 1 ədəd yaşılımtıl, 1 ədəd yaşılımtıl-bənövşəyi, döş qəfəsinin sol səthində 2-3 sm ölçüdə, sol baldırın orta 1/3-nin ön səthində 5-6 sm ölçüdə yaşılımtıl qançırları, hər iki biləyin və sol ayağın ön səthində 1-2 sm ölçüdə sıyrılmış qərtməkli yaralar vardır (Cild 2;).
54. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X26 tərəfindən Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış 2153-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsinin 1 oktyabr 2024-cü il tarixli 1275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir (Cild 2;).
55. Müdafiə tərəfinin vəsatəti əsasında Nəsimi RPİ-dən maddi sübut qismində tanınmış mobil telefon əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş mobil telefon “İphone” markalı 12 modellidir (seriyalı) (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
56. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
57. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
58. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
59. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə kifayət qədər imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
60. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
62. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
63. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
64. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş CM-in 234.1-1-ci maddəsi ilə olan ittiham üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.
65. CM-in 234.1-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
66. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
67. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.
68. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
69. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün CPM-in tələblərinə əsasən həmçinin onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.
70. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
71. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
72. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
73. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.
74. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
75. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri birinciyə qarşı irəli sürülmüş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamı bütövlükdə mübahisələndirərək həmin ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə və şəraitdə deyil, 11 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində ailəsi ilə birlikdə özünə məxsus “Mercedes” markalı avtomobillə Ağstafa rayonundan Bakı şəhərindəki evinə qayıdarkən avtomobilini yaşadığı evin binanın qarajında park etmək istəyərkən saxlanılmasını, həmin faktın iş üzrə hər hansı marağı olmayan çoxsaylı şahid ifadələri ilə də öz təsdiqini tapmasını, saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən psixotrop maddənin olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməklə onun üzərinə qoyulmasını, habelə ailəsi ilə hədələnərək törətmədiyi əməli etiraf etməyə məcbur edilməsini, özünün dəfələrlə, həmçinin əvvəllər də məhkəmə icraatı zamanı da hüquqlarının keyfiyyətli şəkildə müdafiəsini həyata keçirmiş şəxsi müdafiəçilərinin olmasına baxmayaraq, sonuncuların ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsinə cəlb edilməsinə imkan verilməməsini, bununla da müdafiə hüququnun ciddi şəkildə pozulmasını, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin 11 sentyabr 2024-cü il tarixdə deyil, “etirafa hazır vəziyyətə gətirildikdən sonra” 12 sentyabr 2024-cü il tarixdə aparılmasını, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda qeyd olunmuş istintaq hərəkətinin aparılma müddəti ilə həmin protokola əlavə olunmuş diskin davam etmə müddətlərinin kəskin şəkildə fərqlənməklə uyğunluq təşkil etməməsini, həm üzərində, həm də idarədə olan avtomobilində qanunsuz predmetlərin aşkar edilməsinə, bununla da həm az ağır, həm də ağır cinayət əməlinin törədilməsində ittiham olunmasına baxmayaraq evində hər hansı prosessual hərəkətlərin edilərək baxış keçirilməməsini və barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin, həmçinin şəxsi axtarış və götürmə və avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.
76. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
77. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.
78. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
79. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə, ittihamda qeyd edilən yerdə və şəraitdə tək halda deyil, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi ev 12 ünvanındakı binanın altında yerləşən qarajda ailə üzvlərinin (arvadı və qızı) də sərnişin kimi olduğu idarə etdiyi avtomobilini saxlayarkən zorla həmin avtomobilin içərisindən çıxarılmaqla iş üzrə hər hansı marağı olmayan çoxsaylı şahidlərin gözü qarşısında saxlanılaraq yaxınlıqdakı küçədə olan başqa avtomobillə polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs üzərində və avtomobilində aparılan istintaq hərəkətləri polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra deyil, ondan aşkar olunması ehtimal edilən psixotrop maddə metamfetaminin özünə məxsus olmasını “etiraf etməyə hazır vəziyyətə gətirildikdən” sonra kifayət qədər uzun müddət sonra (12 sentyabr 2024-cü ildə) aparılmışdır; c) Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilməsi iddia olunan “İphone 15 Pro” markalı mobil telefon məhkəmə sorğusu əsasında ibtidai isintaq orqanından tələb edilməklə məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə tədqiq edilərkən həmin mobil telefonun Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan “İphone 15 Pro” markalı mobil telefon deyil, “İphone 12” markalı mobil telefon olması müəyyən edilmişdir. Həmin hal isə təqsirləndirilən şəxsin ifadəsində də göstərdiyi kimi üzərində bir neçə dəfə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini təsdiq edir; d) təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetlərə hər hansı qoruyucu (əlcək və sair) vasitədən istifadə edilmədən birbaşa fiziki təmasla baxış keçirilmiş, həmçinin psixotrop maddənin çəkisi ölçülərək miqdarı müəyyən edilməmiş, eləcə də Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hər hansı sual edilibedilməməsi (təzyiq və ya sair təsirə məruz qalıb-qalmaması, aşkar edilməsi iddia olunan predmeti necə əldə etməsi, həqiqətən də ona məxsus olub-olmaması və sair) barədə protokolda müvafiq qeyd aparılmamışdır; e) dövlət hesabına müdafiəçi ilə təmin olunmasına dair ərizə təhqiqatçı tərəfindən kompüterdə formal olaraq tərtib olunmaqla Təqsirləndirilən şəxs imzalanması üçün təqdim olunmuş, habelə guya özü tərəfindən hüquqlarını müdafiə edəcək vəkili sərbəst şəkildə seçməsi üçün təqdim olunmuş vəkillər siyahısında özünün əvvəllər də dəfələrlə hüquqlarını müdafiə etmiş vəkillərin adlarının qeyd olunmasına, eləcə də kifayət qədər maddi imkanının olmasına baxmayaraq, həmin müdafiəçilərinin iştirakı təmin edilməmiş, ümumiyyətlə özü tərəfindən müdafiəçi seçilməsinə imkan və şərait yaradılmamış; f) şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda qeyd olunmuş istintaq hərəkətinin aparılma müddəti ilə həmin protokola əlavə olunmuş diskin faktiki davam etmə müddətləri kəskin şəkildə fərqlənməklə uyğunluq təşkil etməməsi aydınlaşdırılmamışdır. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.
80. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş psixotrop maddə metafetaminin qanunsuz dövriyyəsi ilə bağlı olan ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək həmin ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
81. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
82. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs ifadəsi, xüsusilə də məhkəmə icraatı zamanı müdafiə tərəfinin vasətəti əsasında şahid qismində dindirilmiş sonuncunun ifadəsi ilə uzlaşan iş üzrə hər hansı maraqlarının olması müəyyən edilməmiş 5 nəfər - Şahid2, Şahid4, Şahid5, Şahid3 və X10 (binada xadimə işləyən, hadisə vaxtı qarajda olan başqa bir sürücü, binanın mühafizəçisi, binada usta işləyən və bir nəfər bina sakini) məhkəmə iclası zamanı verdikləri qərəzsiz ifadələri ilə Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə və şəraitdə deyil, məhz sonuncunun iddia etdiyi kimi başqa yerdə və şəraitdə saxlanılaraq polis idarəsinə aparılması müəyyən edilmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən sonuncunun həyəcanlı olması müşahidə edilməklə, təhqiqatçı tərəfindən üzərində olan predmetləri təqdim etməsi təklif olunduqda üzərində boynundan asdığı çanta olmasına baxmayaraq, əvvəlcə dərhal cibindəki psixotrop maddəni təqdim edib həmin maddənin “narkotik vasitə” olduğunu, habelə ona hər hansı sual verilməməsinə baxmayaraq (haradan əldə etməsi barədə) dərhal Ağstafa rayonunda yerdən tapdığını bildirməsi, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daşıdığı çantanın bütün ciblərinə baxış keçirilməməsi (arxa cibi açılmamışdır), o cümlədən Təqsirləndirilən şəxs yalnız avtomobilində hər hansı digər qeyri-qanuni predmet olub-olmamasının soruşulması, yəni digər başqa bir yerdə (məsələn, evində və sair) hər hansı qanunsuz predmet saxlayıb-saxlamamasının soruşulmaması müəyyən olunmuşdur. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videoçəkilişdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən ona hər hansı sual verilməməsi, habelə avtomobilinə baxış keçirilməsinə dair razılıq ərizəsinin təhqiqatçı tərəfindən ona diktə olunmaqla icra edilməsi müəyyən edilmişdir. Qeyd olunan hal onun müdafiə hüquqlarına formal yanaşılmasına dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində 13 sentyabr 2024-cü il tarixdə keçirilmiş canlı şəxsin ekspertizası zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar olunmamasının qeyd edilməsinə baxmayaraq, həm barəsində keçirilən istintaq hərəkətinin videogörüntülərindən, həm də 14 sentyabr 2024-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən adına açılmış tibb kitabçasında tibbi müayinə zamanı aparılmış qeydlərdən Təqsirləndirilən şəxs bədəninin müxtəlif yerləri üzərində yeni xəsarətlərin olması müşahidə edilməklə aşkar edilmiş, lakin həmin xəsarətlərin əmələ gəlmə mexanizmi, tarixi, vaxtı və şəraiti ibtidai araşdırma orqanı, eləcə də, ittiham tərəfindən uzun müddət ərzində davam etmiş ibtidai və məhkəmə icraatı zamanı aydınlaşdırılmamış və bu barədə aparılmış araşdırma isə (bax hökmün 54-cü bəndinə) formal xarakter daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı polis əməkdaşları tərəfindən uzun müddət ərzində əlləri qandallı vəziyyətdə saxlanılmasını bildirmiş, həmin xüsusatlar barəsində keçirilən istintaq hərəkətlərinə dair videogörüntülərə baxış zamanı biləklərində qandal izlərinə bənzər xəsarətlərin müəyyən olunması, eləcə də hökmün 53-cü bəndində qeyd edilmiş tibbi sənədlə də öz təsdiqini tapmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanının tam şəkildə təsiri altında olması müəyyən edilmişdir. Belə ki, hökmün 42-ci bəndində qeyd edilmiş ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə ekspert komissiyasına ittihamla razılaşmayaraq qəbul etmədiyini bildirsə də, sonradan ifadə verərkən həmin halı inkar edərək ona elan edilmiş ittihamı qəbul etdiyini göstərmişdir (bax hökmün 7-ci bəndinə). Eyni zamanda, istintaq təcridxanasında tibbi müayinədən keçirilərkən bədəni üzərində aşkar edilmiş xəsarətləri tutulması zamanı aldığını bildirmiş və bu barədə istintaq təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən müvafiq araşdırma aparılmışdır. Lakin qeyd edilən araşdırma zamanı isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını, heç kəsdən, o cümlədən polis əməkdaşlarından şikayət və tələbi olmadığını göstərmişdir(bax hökmün 53-54-cü bəndləri). Bütün bunlar isə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının təsiri altında olmaqla ibtidai istintaq orqanı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin səhnələşdirilməsi görüntüsünün yaranmasına dair müdafiə tərəfinin iddiaları ilə bağlı aradan qaldırılması mümkün olmayan ciddi şübhələrin yaranmasına haqq qazandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan mühüm və diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı ifadəsində saxlanılması ilə bağlı göstərdiyi xüsusatlar səmimi və inandırıcı olmaqla iş üzrə hər hansı maddi və ya sair marağı olmayan, etibarlılığı və həqiqiliyi şübhə doğurmayan, bitərəf çoxsaylı şahidlərin və məhkəmə istintaqı zamanı aşkar olunaraq tədqiq olunmuş digər sübutlarla təsdiq edilmiş, ittiham tərəfi isə Təqsirləndirilən şəxs təqsirliliyini şübhə altına alan həmin halları, o cümlədən iş üzrə mühüm əhəmiyyət kəsb edən mobil telefonun “modelinin dəyişməsi” halını təkzib edə biləcək əks arqument göstərə bilməmişdir.
83. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokoluna əsasən həmin istintaq hərəkəti zamanı aparılmış videoçəkilin saat 16:20-dən 17:00-dək davam etməsi qeyd edilmişdir. Halbuki, qeyd edilən protokola əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən məlumat daşıyıcısına baxış zamanı həmin videoçəkilişin cəmi 21 dəqiqə 34 saniyə davam etməsi müəyyən edilmişdir. Başqa sözlə, faktiki olaraq 21 dəqiqə 34 saniyə davam etmiş videoçəkilişlə həyata keçirilmiş istintaq hərəkətinin bu barədə tərtib olunmuş protokola əsasən guya 40 dəqiqə müddətində davam etməsi qeyd olunmuşdur ki, bu hal da öz növbəsində həmin protokolun və videoçəkilişin həqiqiliyini və mötəbərliyini müdafiə tərəfindən haqlı olaraq ciddi şübhə altına alınmasına səbəb olmuşdur. Bundan başqa, qeyd olunan protokolda istintaq hərəkətinin saat 16:20-dən 17:00-dək aparıldığı və protokolun da məhz həmin vaxt intervalında tərtib edildiyi göstərilsə də, həm istintaq hərəkətinin icra olunması, həm də protokolun eyni vaxtda tərtib edilməsi isə real şəraitdə mümkün hesab edilmir. Hətta belə bir halın baş verdiyi ehtimal olunsa belə, bu məqam protokola əlavə olunmuş videogörüntülərdə müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilməsi iddia olunan “İphone 15 Pro” markalı mobil telefon məhkəməyə təqdim edilməklə məhkəmə baxışı zamanı məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə tədqiq edilərkən həmin mobil telefonun bütün iş materiallarında (həmçinin “Mobil telefona baxış keçirilməsinə dair” protokolda (bax hökmün 31-ci bəndi)) qeyd edilmiş “İphone 15 Pro” deyil, “İphone 12” markalı mobil telefon olması müəyyən edilmişdir. İttiham tərəfindən aradan qaldırıla bilinməyən həmin ziddiyyətli hallar şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əldə edilmiş yalnız sübutların etibarlılığına deyil, həm də ümumilikdə həmin istintaq hərəkətinin mötəbərliyi və obyektivliyinə dair ciddi şübhələr doğurur.
84. Eyni zamanda, iş materiallarına əsasən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmasına dair xahişini əks etdirən formal şəkildə kompüterdə tərtib olunmuş ərizə ilə yanaşı özünün guya sərbəst iradəsi ilə müdafiəçi seçməsi üçün vəkillər siyahısı da təqdim olunmuş, Təqsirləndirilən şəxs da öz növbəsində həmin ərizəni imzalayaraq vəkillər siyahısı ilə tanış olub müvafiq vəkilin onun hüquqlarının müdafiəsini həyata keçirməsini xahiş etmişdir. Halbuki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarının müdafiəsinin təmin edilməsi üçün təqdim edilməklə iş materiallarına əlavə edilmiş vəkillər siyahısına məhkəmə iclası zamanı nəzər yetirildikdə, həmin siyahının 15 və 42-ci bəndlərində Təqsirləndirilən şəxs həm məhkəmə icraatı zamanı, həm də əvvəllər də onun barəsində olmuş cinayət işləri üzrə hüquqlarının müdafiəsini həyata keçirmiş Müdafiəçi2 və Müdafiəçi3 da adlarının siyahıda qeyd edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı onun üçün yaradılmış sərbəst seçim imkanından istifadə edərək məhz siyahıda adları qeyd olunmuş hüquqlarını əvvəllər də dəfələrlə müdafiə etmiş tanıdığı vəkillərdən birini deyil, tanımadığı başqa bir vəkili seçərək onun iştirakını istəməsi inandırıcı deyildir. Həmçinin, həm Təqsirləndirilən şəxs özünün deməsinə, eləcə də iş materiallarına əsasən (üzərindən aşkar olunmuş külli miqdarda pul vəsaitlərinə əsasən) onun kifayət qədər maddi imkanının olması isə bir daha onun maddi imkanı olmaması səbəbindən ibtidai araşdırma orqanından dövlət hesabına vəkil təyin edilməsini xahiş etməsi ağlabatan hesab olunmur. Bütün bunlar Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması qənaətinə gəlməyə məhkəməyə əsas verir.
85. Bundan başqa, çoxsaylı şahid ifadələri, eləcə də hökmün 26 və 28-ci bəndlərində qeyd edilən protokola və protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edildi ki, təhqiqatçı Babək Mirzəyev şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması və bitməsi vaxtlarını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğunu bildirmiş, həmçinin yazılı şəkildə də təqdim edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmişdir. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.
86. Hökmün 24-cü bəndində qeyd edilmiş raporta və polis əməkdaşlarının ifadələrinə əsasən guya Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd göstərmiş və qışqıraraq ətrafda olan şəxslərin diqqətini cəlb etmək istəmişdir. Halbuki, məhkəmə istintaqı zamanı dindirilmiş çoxsaylı şahid ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi avtomobildə həyat yoldaşı və qızının olması müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs həyat yoldaşını və qızını onu tutan polis əməkdaşlarının yanında qoyaraq özünün qaçmaq istəməsi inandırıcı hesab olunmamaqla, məhkəmə hesab edir ki, həmin hal əməliyyatçılar tərəfindən barəsində əməliyyat tədbiri keçirdikləri şəxsin üzərinə yerində baxış keçirilməməsi üçün hüquqi zəmin formalaşdırmaq məqsədi daşıyır.
87. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
88. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
89. Belə ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihama münasibətdə ifadəsində göstərdikləri halların digər sübutlarla inkar edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə verdiyi ifadələrini daha mötəbər sübut sayır.
90. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1, X20, X13 və X15 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı külli miqdarda psixotrop maddənin aşkar edilməsi hissəsində işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
91. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
92. Eyni zamanda, CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir:
93. - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq;
94. - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.
95. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.
96. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
97. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
98. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
99. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
100. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
101. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.
102. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
103. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, onda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
104. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsinin tələblərinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.
105. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
106. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə olan ittihama münasibətdə təqsirliliyi sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir.
107. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş CM-in 228.1-ci maddəsi ilə olan ittiham məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir.
108. Belə ki, CM-in 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur.
109. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə ilə olan verilmiş ittiham üzrə cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarına əsasən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetlərini qanunsuz saxlama dedikdə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülür. CM-in 228.1-ci maddəsində qeyd olunan predmetləri qanunsuz daşıma dedikdə onların yerinin dəyişdirilməsi məqsədilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Nəzərdən keçirilən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etdiyini, başqasına verdiyini, satdığını, saxladığını, daşıdığını və ya gəzdirdiyini dərk edir və bunu arzu edir.
110. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan darağı və döyüş sursatı olan patronları əldə edib özündə saxlayaraq daşımaqla gəzdirmiş, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsinin inzibati binasının həyətində “Mercedes Benz Е-Class” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin salonundan, 1(bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan atəş üçün yararlı yivli odlu silah olan “Makarov” konstruksiyalı 1(bir) ədəd tapança, 1(bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 8(səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 7(yeddi) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan atəş üçün yararlı ştat patronlar aşkar edilərək götürülmüşdür.
111. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təkzibedilməz olaraq tam şəkildə sübuta yetirilir.
112. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
113. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
114. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
115. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
116. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid edilir.
117. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə olan cinayət əməli üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 228.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.
118. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.
119. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
120. CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.
121. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
122. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
123. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə CPM-in 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilməli və o, hazırkı cinayət işi üzrə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
124. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
125. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
126. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin məhkəmə icraatı dövründə davranışını, yaşayış və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını və 51 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
127. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
128. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
129. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
130. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
131. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
132. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.
133. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
134. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.
135. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 1 (bir) ədəd “Makarov” konstruksiyalı tapança, 1(bir) ədəd daraq və ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 4 (dörd) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 1 (bir) ədəd “İphone 12” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı və 3 (üç) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
136. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,877 qram olan psixotrop maddə metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə həmin material üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.
137. Yuxarıdakılara əsasən və CPM-in 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,877 qram olan psixotrop maddə metamfetaminə prokurorluğa göndərilməsi qərara alınmış material üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 1 (bir) ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança, zavod üsulu ilə istehsal olunmuş 8 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan 1 (bir) ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4 (dörd) ədəd ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, 1 (bir) ədəd “İphone 12” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.