Məhkəmə qərarları › İş №1(101)-827/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-827/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-827/2025 06.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmişlər şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər- Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1996-cı il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01(bir) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Neftçala şəhəri, 7-ci məhəllə nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakım ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakım ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir.

İşin faktiki halları

3. Belə ki, Təqsirləndirilən şəxs1 26 iyul 2024-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs2 və X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən kafedə əyləşib spirtli içki qəbul edərkən onlara xidmət göstərən kafenin ofisiantı Zərərçəkmiş şəxs üzərində mobil telefonlar və pulların olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Leyla Zülfüqarova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs guya Leyla Zülfüqarovanın kirayədə yaşadığı mənzilin sahibinin kirayə haqqını ödəmədiyi üçün Leyla Zülfüqarovanı mənzildən çıxartmaq istədiyini, birlikdə həmin şəxsin yanına gedərək orada özünü Leyla Zülfüqarovanın əri kimi təqdim etməklə kirayə haqqının ödənilməsi üçün vaxt verməsini xahiş etməsini bildirib razılığını aldıqdan sonra həmin gün saat 01:30 radələrində birlikdə kafedən çıxaraq sonuncunu Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 17 saylı ünvanda yerləşən uşaq bağçasının həyətinə gətirib orada aralarındakı rolların bölgüsünə əsasən Leyla Zülfüqarova baş verə biləcək təhlükə barədə məlumat vermək məqsədilə kənarda dayanaraq ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs2 isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun bədən nahiyələrindən yumruq və təpik zərbələri ilə, o cümlədən üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən “beşbarmaq” adlanan dəmir alətlə zərbələr vurararq ona alın nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 6 manat dəyərində mobil nömrə olan 120 manat dəyərində “Redmi Note 8” markalı, içərisində 6 manat dəyərində mobil nömrə olan 210 manat dəyərində “Samsung Galaxy A53” markalı mobil telefonları və 200 manat nağd pulu ələ keçirib birlikdə hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 542 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdirlər.

4. Təqsirləndirilən şəxs2 26 iyul 2024-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1 və X5 ilə birlikdə ünvan 4 ünvanında yerləşən kafedə əyləşib spirtli içki qəbul edərkən onlara xidmət göstərən kafenin ofisiantı Zərərçəkmiş şəxs üzərində mobil telefonlar və pulların olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və Leyla Zülfüqarova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs guya Leyla Zülfüqarovanın kirayədə yaşadığı mənzilin sahibinin kirayə haqqını ödəmədiyi üçün Leyla Zülfüqarovanı mənzildən çıxartmaq istədiyini, birlikdə həmin şəxsin yanına gedərək orada özünü Leyla Zülfüqarovanın əri kimi təqdim etməklə kirayə haqqının ödənilməsi üçün vaxt verməsini xahiş etməsini bildirib razılığını aldıqdan sonra həmin gün saat 01:30 radələrində birlikdə kafedən çıxaraq sonuncunu Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 17 saylı ünvanda yerləşən uşaq bağçasının həyətinə gətirib orada aralarındakı rolların bölgüsünə əsasən Leyla Zülfüqarova baş verə biləcək təhlükə barədə məlumat vermək məqsədilə kənarda dayanaraq ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs1 isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun bədən nahiyələrindən yumruq və təpik zərbələri ilə, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən “beşbarmaq” adlanan dəmir alətlə zərbələr vuraraq ona alın nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 6 manat dəyərində mobil nömrə olan 120 manat dəyərində “Redmi Note 8” markalı, içərisində 6 manat dəyərində mobil nömrə olan 210 manat dəyərində “Samsung Galaxy A53” markalı mobil telefonları və 200 manat nağd pulu ələ keçirib birlikdə hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 542 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdirlər. Təqsirləndirilən şəxslərə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”-nda qeydə alınmış xx.xx.2024-cü il tarixli, 2005 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 02:15 radələrində X15 xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 37 ünvanında döyülməsi, burunun, başın əzilmiş küt travması xəsarəti ilə daxil olması barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqi 4)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 37 ünvanının qarşısıdır. (Cild 1, iş vərəqi 5-7)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 15-16)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə ifadəsi yerində yoxlanılarkən ona qarşı törədilmiş cinayətin yeri və şəraiti barədə məlumat vermişdir. (Cild 1, iş vərəqi 25-27)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs müvafiq şəxslər sırasından əli ilə ona qarşı zorakılıq hərəkətləri edən şəxsi, yəni Təqsirləndirilən şəxs1 göstərmişdir. (Cild 1, iş vərəqi 34-35)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 45; 48-49)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə üzləşdirilərkən Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiklərini bildirməklə sonuncunu ifşa etmişdir. (Cild 1, iş vərəqi 60-61)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (Cild 1, iş vərəqi 73; 76-77)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs müvafiq şəxslər sırasından əli ilə ona qarşı zorakılıq hərəkətləri edən şəxsi, yəni Təqsirləndirilən şəxs2 göstərmişdir. (Cild 1, iş vərəqi 88-90)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə üzləşdirilərkən Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiklərini bildirməklə sonuncunu ifşa etmişdir. (Cild 1, iş vərəqi 91-92)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, X5 həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 102; 105-106)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə üzləşdirilərkən X2 üzünə qarşı ifadəsində göstərdiklərini bildirməklə sonuncunu ifşa etmişdir. X5 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 118-119)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə ifadəsi alınmış Şahid1 tərəfindən ifadəsində göstəridiyi Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd, ağ rəngli, 128 GB yaddaşı olan “Samsung A53” markalı mobil telefonu könüllü olaraq əqdim etmiş, həmin telefonun Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 37 ünvanında Zərərçəkmiş şəxs məxsus mobil telefon olması müəyyən edildiyindən götürülmüşdür. (Cild 1, iş vərəqi 124-125)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid2 alğı-satqı edilən zaman “Redmi note8” markalı mobil telefonu satan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin kserosurətini və sonuncu tərəfindən yazılmış tarix və telefonun imei kodu yazılmış yazıların əks olunduğu A4 formatlı 01 ədəd sənədi təqdim etmiş, həmin sənədlər maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqi 129-130)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 133-134)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 148-149)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, X5 həmin tarixdə Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 163-164)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqi 195-196)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqi 197-198)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X2 ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqi 199-200)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-407/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 208-212)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-406/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 220-224)

27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Şahid1 təqdim etdiyi 01 ədəd 256 GB yaddaşı olan, ağ rəngli “Samsung A53” markalı mobil telefonu tanıyaraq özünə məxsus olduğunu bildirməklə xx.xx.2024-cü il tarixdə tanımadığı şəxslər tərəfindən döyülərək cibindən götürülmüş mobil telefon olduğunu təsdiqləmişdir. (Cild 2, iş vərəqi 54)

28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, müvafiq istintaq hərəkəti zamanı 01 ədəd Vietnam istehsalı “Samsung” markalı, “SM-A235F/DSN” (Galaxy A23) mobil telefon maddi sübut qismində tanınmaqla, saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (Cild 2, iş vərəqi 55-56)

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 60-61)

30. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 62-63)

31. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 xx.xx.2024-cü il tarixli, 1018 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X19 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən, o cümlədən küt əşyalar ilə (beşbarmaq və s.) vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. (Cild 2, iş vərəqi 72-73)

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6779 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - təqdim edilmiş 01 ədəd Vietnam istehsalı, “Samsung” markalı, “SM-A235F/DSN” (Galaxy A23) mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla -210.00 manat. Nəzəri qaydada: - 1 ədəd 64 GB yaddaş tutumlu, Qara rangli, “Redmi note8” markalı mobil telefon - 120.00 manat. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (Cild 2, iş vərəqi 76-77)

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-X6” X16 xx.xx.2024-cü il tarixli, 2537 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2, iş vərəqi 79-81)

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-X6” X16 xx.xx.2024-cü il tarixli, 2535 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2, iş vərəqi 83-84)

35. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 102-103)

36. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, birinci video görüntü 18 saniyəlikdir. Həmin videogörüntülərdə biri qadın üçü kişi olmaqla 4 nəfər küçə ilə hərəkət edir. Orada bir nəfər boyca balaca, saçı seyrək əynində qara şalvar və qara qısaqol köynək, bir nəfər əynində ağ rəngli köynək və şalvar olan şəxs, bir nəfər göy rəngli cins şalvar və qara qısaqol köynək, bir qadın isə əynində qara rəngli şalvar və qısaqol köynək olan şəxslərdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli köynək şalvar olan boyca balaca, sacı seyrək olan şəxsin özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmişdir. İkinci videogörüntü 10 saniyəlikdir. Həmin videogörüntüdə Zərərçəkmiş şəxs yanında yolu keçən şəxsin Təqsirləndirilən şəxs1 özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmiş, üçüncü videogörüntü 14 saniyəlik olmuş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli köynək şalvar olan boyca balaca, sacı seyrək olan şəxsin özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmişdir. (Cild 2, iş vərəqi 116)

37. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 120-121)

38. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, birinci video görüntü 18 saniyəlikdir. Həmin videogörüntülərdə bir qadın üçü kişi olmaqla 4 nəfər küçə ilə hərəkət edir. Orada bir nəfər boyca balaca, saçı seyrək əynində qara şalvar və qara qısaqol köynək, bir nəfər əynində ağ rəngli köynək və şalvar olan şəxs, bir nəfər göy rəngli cins şalvar və qara qısaqol köynək, bir qadın isə əynində qara rəngli şalvar və qısaqol köynək olan şəxslərdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində ağ rəngli qısaqol köynək və ağ rəngli şalvar olan boyca hündür olan şəxsin özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmişdir. İkinci videogörüntü 10 saniyəlikdir. Həmin videogörüntüdə hamıdan qabaqda yolu keçən şəxsin Təqsirləndirilən şəxs2 özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmiş, üçüncü videogörüntü 14 saniyəlik olmuş, baxış zamanı Təqsirləndirilən şəxs2 əynində ağ rəngli qısaqol köynək və ağ rəngli şalvar olan boyca hündür olan şəxsin özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ünvana aparan zaman qeydə alındığını bildirmişdir. (Cild 2, iş vərəqi 137)

39. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, X5 barəsində CM-in 181.2.1-ci və 181.2.5-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmış, 01 ədəd A5 formatlı üzərində Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin kserosurəti və alğı-satqı barədə qeydlər olan sənəd iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunması, 01 ədəd “Samsung A53” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmış, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahid ifadələri, istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 142-160)

40. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikasının CM-in 181.2.1-ci və 181.2.5-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2, iş vərəqi 162-163)

41. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamaqla, həmin şəxslərlə aralarında ədavət və düşmənçiliyi olmamışdır. O, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə ofisiant olaraq fəaliyyət göstərərkən dəqiq xatırlamadığı tarixdə həmin hadisənin baş verdiyi gün təqsirləndirilən şəxslər 1 nəfər qadın cinsindən olan şəxslə onun iş yerinə gəlmişdirlər. Həmin şəxslər masaya əyləşdikdən sonra ilk öncə çay, daha sonra isə spirtli içki olan pivə sifariş etmiş, o, sonuncu dəfə pivəni apardıqda həmin şəxslər ondan kömək istədiyindən, o, mümkün olduğu təqdirdə köməklik edə biləcəyini söyləmişdir. Həmin şəxslər ona yanlarında olan qadın cinsindən olan şəxsin xalasının qızı olduğunu və sonuncunu kirayədə yaşadığı mənzilin sahibinin evdən 3 uşağı ilə birlikdə yağışlı havada çıxarmaq istədiyini söylədikdə, o, necə bir köməklik etməli olduğunu soruşmuş, həmin şəxslər ona mənzilin sahibi ilə xanımın ya əri, ya da qardaşı kimi danışaraq vaxt istəməsini xahiş etdikdə, o, həmin şəxslərə özünü ev sahibinə qadının əri kimi tanıda bilməyəcəyini, lakin qardaşı kimi tanıdaraq mənzilin sahibi ilə danışa biləcəyini söyləmişdir. Təxminən saat 01 radələrində hamısı kafedən çıxıb üzü “Əcəmi” metrostansiyasına yaxın olan “Yeganə” şadlıq sarayına doğru irəliləməyə başlamışlar. “Yeganə” şadlıq sarayına çatmalarına az qalmış onu hara apardıqlarını soruşduqda, həmin şəxslər ona “onun kimi avamları” aldadaraq özləri ilə apardıqlarını söyləmişlər. Təqsirləndirilən şəxs2 bu sözü ona dedikdən sonra sonuncu onun burnundan “beşbarmaq”-la vurmuş, Təqsirləndirilən şəxs1 isə yerdən daş götürərək onu arxadan vurmuşdur. Həmin şəxslər daha sonra cibində olan 200 manat pulu, anası və özünə məxsus cəmi 2 ədəd mobil telefonu götürmüşlər. Zərbələrin təsirindən onun huşu getmiş və yerə yıxılıb qalmışdır. Bir müddət keçdikdən sonra o, özünə gələrək sürünəsürünə irəlidə olan dəmir barmaqlıqlı yerə getmiş, orada olan 2 nəfər şəxs ona kömək edərək atasına zəng etmişlər. Daha sonra atası dərhal hadisə yerinə gələrək onu xəstəxanaya aparmış və o, gözünü xəstəxanada açmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, hadisə zamanı həmin xanım da onların yanında olmuş, həmin şəxslər onu xanımın qaldığı mənzilin sahibinin yanına xanımın qardaşı kimi aparacaqlarını söyləmişlər. Təqsirləndirilən şəxslərin hər ikisi ona qarşı fiziki zorakılıq göstərmiş, cibində olan pulunu və telefonunu götürmüşlər. Hadisə günü təqsirləndirilən şəxslərin yanlarında ona xalası qızı kimi tanıtdıqları bir xanım olmuşdur. O, həmin şəxslərin masalarına 3 dəfə yaxınlaşmış, həmin masaya 1 dəfə çay, 2 dəfə pivə aparmış, aralarında olan ilk dialoqu Təqsirləndirilən şəxs2 başlatmış, ondan kömək etməsini istəmiş, o da insanlıq naminə həmin şəxslərə kömək etməyə razılaşmışdır. Təqsirləndirilən şəxslər kafedə olan zaman onlardan başqa şəxslər də kafedə olmuş, hava yağışlı olduğuna görə müdir kafeni tez bağlamış və təqsirləndirilən şəxslər də plastik bank kartı vasitəsilə hesabı ödəmişlər. O, mənzilin sahibi ilə xanımın qardaşı kimi danışmağa getməyə razılaşmış, hadisə günü mobil telefonları üzərində olmuş, həmin telefonlardan biri anasına, digəri isə özünə məxsus olmuşdur. Mobil telefonlarda olan mobil nömrələr ***-***-**-** və ***-***-**-** saylı olmuş, həmin mobil nömrələr atası Əmirxan Sədirlinin adına olmuşdur. Onun tərəfindən təqsirləndirilən şəxslərin heç birinə telefon zəngi edilməmiş, təqsirləndirilən şəxslər tərəfindən də ona telefon zəngi edilməmişdir. O, təqsirləndirilən şəxslərin mobil nömrəsini bilməmiş, həmin şəxslər də onun mobil nömrəsini bilməmişlər. Metroya yaxınlaşan zaman təqsirləndirilən şəxslər ona xanımın əlindən tutmağı təklif etmiş, lakin o, razı olmamış, lakin buna baxmayaraq xanım özü onun əlindən tutmuşdur. O, təqsirləndirilən şəxslərin heç birinə nalayiq sözlər söyləməmişdir. Təqsirləndirilən şəxs2 ona beşbarmaqla vurmuş, mobil telefonları cibində olmuşdur. Ona ilk zərbə Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş, Anar onun ağzından tutmuş, Davud da ona ilk zərbəni vuraraq onu yerə yıxmışdır. Cibindən telefonları və pulunu götürən zaman huşu hələ də yerində olmuşdur. Təqsirləndirilən şəxslər ondan telefonların parollarını soruşmuş, o da məcbur qalaraq söyləmişdir. Atası tərəfindən notarial qaydada barışıq ərizələri təqdim edilsə də, təqsirləndirilən şəxslər ona vurulmuş zərəri ödəmədiklərdən təqsirləndirilən şəxslərdən şikayətçidir. Həmin xanım onun əlindən “Əcəmi” metrostansiyasının yanında tutmuş, təqsirləndirilən şəxslər də xanımın onun əlindən tutduğunu görmüşlər. Ona vurulan zərbədən sonra səhhətində ciddi problemlər yaranmış, hələ də sağalmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir.

42. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəldən tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə hadisənin baş verdiyi gün onun istirahət günü olduğundan, Təqsirləndirilən şəxs2la mobil telefon vasitəsilə əlaqə saxlayıb şəhərdə vaxt keçirmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2la görüşdükdən sonra Təqsirləndirilən şəxs1 sonuncuya zəng etmiş, Təqsirləndirilən şəxs1 o və Təqsirləndirilən şəxs2 “20 Yanvar” metrostansiyası tərəfə gəlmələrini və üçünün birlikdə vaxt keçirməsini təklif etdiyindən, onlar həmin metrostansiyasının çıxışından bir qədər irəlidə yerləşən kafelərdən birində əyləşmişlər. Həmin vaxt ofisiant kimi Rəşad adlı şəxs onlara xidmət göstərmiş, həmin şəxs masaya sifarişləri gətirən vaxt o, Təqsirləndirilən şəxs2 kirayə qaldığı evin yerini dəyişmək istədiyini söyləmiş və həmin dialoqu Rəşad adlı şəxs də eşitmişdir. Rəşad adlı şəxs daha sonra Təqsirləndirilən şəxs2 yaxınlaşaraq bu ərazilərdə kirayə mənzil verən birini tanıdığını və onlar üçün mənzil tapacağını sonuncuya söyləyərək Təqsirləndirilən şəxs2 mobil nömrəsini almışdır. Bir qədər müddət keçdikdən sonra o, ayaqyoluna getmək üçün masadan qalxmış, bu zaman Rəşad adlı şəxs təklikdə ona yaxınlaşıb ondan xoşu gəldiyini söyləmişdir. O, Rəşadın söylədiklərini nə Davuda, nə də Anara demiş, çünki mübahisə yaranmasını istəməmişdir. O, ayaqyolundan qayıtdıqdan sonra Anarın yaşadığı evə getmək məqsədilə kafedən ayrılmışlar. Həmin gün o, Anar və Davud birlikdə Anarın yaşadığı mənzildə qalmağı planlaşdırmışdır. Həmin mənzil “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşmiş, məhəlləyə girən zaman Davuda Rəşad adlı şəxsdən zəng gəlmişdir. Rəşad təcili şəkildə Davuda olduqları yerə gəldiyini və vacib bir söz deyəcəyini söyləmiş, gəldikdən sonra qalmaq üçün mənzil tapdığını və mənzilə baxış keçirmək üçün getməli olduqlarını söyləmişdir. Onlar da düşünmüşlər ki, yəqin Rəşadın burada 1-2 manat xeyiri olduğuna görə gecə saatlarında onları evə baxış keçirməyə aparır. Rəşadın təklifini qəbul etdikdən sonra piyada şəkildə mənzilə baxış keçirmək üçün yola düşmüşlər. Yolda irəliləyərkən Rəşad onun əlindən tutmuş, o isə əlini Rəşadın əlindən uzaqlaşdırmışdır. Davud bunu gördükdən sonra Rəşaddan nəyə görə onun əlindən tutduğunu soruşduqda, Rəşad guya onun içkili olduğuna görə yıxılmaması üçün əlindən tutduğunu bildirmişdir. Daha sonra Rəşad dayanıb vaxtın artıq gec olduğunu və onunla birlikdə otelə gedib gecəni orada qaldıqdan sonra növbəti gün yenidən buraya gəlməsini söylədikdən sonra Davud ona geri çəkilməsini, Rəşadla söhbət edəcəklərini demiş, bir qədər müddət keçdikdən sonra Davud əlində 2 mobil telefon ilə onun yanına gəlmişdir. Şahid X4 həmçinin bildirmişdir ki, kafedə olan zaman Davud onu Rəşada dostu kimi təqdim etmiş, yəni, Rəşad onları dost kimi bilmişdir. Davud onu Rəşada xalasının qızı kimi tanıtmamış, kafedə olan zaman Rəşada qarşı o, Davud və Anar hər hansı bir niyyətlə razılaşmamışlar. Rəşad özü israr etdiyinə görə gecə vaxtı evə baxış keçirmək üçün mənzilə tərəf yollanmışlar. O, Rəşad, Anar və Davudun arasında olan münaqişəyə şahidlik etməmiş, onların quldurluq, soyğunçuluq kimi bir niyyəti olmamışdır. O, mobil telefonları gördükdən dərhal sonra Davuda həmin mobil telefonları qaytarmağı söyləmiş, Davud həmin mobil telefonları 2 gün özündə saxladıqdan sonra kafeyə mobil telefonları Rəşada geri qaytarmaq məqsədilə getsə də, Rəşad orada olmamışdır. Davud mobil telefonları satmağa gedən zaman o da sonuncu ilə birlikdə olmuş, lakin o, Davudla telefon mağazasına daxil olmamışdır. O, Anar, Davud və Rəşadın arasında olan mübahisəni görməmiş, həmin şəxslərdən xeyli aralıda əyləşmişdir. Münaqişənin yaranmasına səbəb Rəşadın onu otelə aparmaq niyyətinin olması olmuş, o, həmin halı birbaşa Davuda və Anara söyləmişdir. O, heç vaxt Davudda soyuq silahın olduğunu görməmişdir. Onun ibtidai istintaqda verdiyi ifadəni müstəntiq düzgün qeyd etməmiş, o, ibtidai istintaqdan yayınmamış, o, həmin mobil telefonları haradan əldə etdiyini soruşan zaman ona həmin telefonların Rəşada məxsus olduğunu söyləmiş, Davud ona Rəşadın onlara qarşı söyüş söydüyünü və bu səbəbdən Rəşadın mobil telefonlarını aldığını söyləmişdir. Davud mağazadan su alaraq Rəşada vermiş, Davud və Anar Rəşada qarşı heç bir zorakılıq əməlləri törətməmişlər.

43. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildən bəri Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında “Ekspress” adlı mobil telefonun satışı ilə bağlı mağazanı icarə əsasında işlədir. xx.xx.2024-cü il tarixdə o, mağazada olarkən tanımadığı bir şəxs mağazaya daxil olaraq əlində olan “Redmi note 12” markalı telefonu göstərib satmaq istədiyini bildirdiyindən, o, həmin şəxsdən üzərində şəxsiyyət vəsiqəsinin olmasını soruşduqda, sonuncu rayondan gəldiyini və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. O da vəsiqəsiz telefon almadığı üçün həmin şəxsin əlində olan “Redmi note 12” markalı mobil telefonu almamışdır. Bundan təxminən yarım saat sonra həmin şəxs bir nəfər şəxslə birlikdə mağazaya daxil olub eyni kənddən olduqlarını bildirmişlər. İkinci gələn şəxs də əlində olan “Redmi note 8” markalı telefonu ona təqdim edib satmaq istədiyini dedikdə o, həmin telefona baxarkən görmüşdür ki, həmin mobil telefon qara rəngli, yaddaşı 64 GB, imei kodu isə **********06263-dür. O, həmin ikinci gələn şəxsin şəxsiyyət vəsiqəsini istədikdə həmin şəxs cibindən şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etmişdir. Bu zaman o, həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Davud həmin telefonun özünə məxsus olduğunu, telefonun qutusunun isə olmadığını bildirmişdir. O, Davudun vəsiqəsi ilə “Redmi note 8” markalı mobil telefonu 50 manata almışdır. Pulu Davuda verdikdən sonra Davudun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb müvafiq qeydlər apararaq özünə imza etdirmiş, bundan sonra isə həmin telefonları tanımadığı şəxslərə satmışdır.

44. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 həmin ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildən bəri Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs2la aralarında dostluq münasibəti olmuş, sonuncunu bir nəfər ortaq dostunun vasitəsi ilə tanımışdır. xx.xx.2024-cü il tarixdə Davud ona zəng edərək telefonda ona kirayə yaşadığı mənzildən çıxdığını, maddi imkanının çox aşağı olduğunu, ailə üzvlərinə məxsus olan “Samsung” markalı mobil telefonu satmaq istədiyini bildirdiyindən, o, Davudla həmin gün saat 12 radələrində Bakı şəhəri, Ayna Sultanova heykəlinin yanında görüşmüşlər. Həmin vaxt Davud yanında bir nəfər orta yaşlı qadınla gəlmişdir. Söhbət zamanı Davud onu əmin etmişdir ki, ona satmaq istədiyi telefon ailə üzvlərinə, yəni bacısına məxsusdur. Pul lazım olduğu üçün həmin telefonu satmaq istəyir. O da həmin vaxt telefon almaq istəyirmiş. Davudun yanında olan qız isə ona bildirmişdir ki, telefonun yaddaşı 128 GB- dir. Lakin o, sonradan evdə olan zaman telefona baxdıqda görmüşdür ki, telefonun yaddaşı 64 GB- dir. Davuddan telefonun qutusunun yerini və şarj aparatını soruşduqda Davud ona bildirmişdir ki, həmin avadanlıqlar sonuncuda yoxdur. Lakin Davud ona telefonun ailə üzvlərinə məxsus olduğunu və onların razılığı ilə telefonu satdığını bildirmişdir. Bundan başqa, Davud ona əlində olan qara rəngli “Redmi note 8” markalı mobil telefonu da göstərib həmin telefonun da ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Davudun sözlərini yanında olan qadın da təsdiq edərək bildirmişdir ki, telefon oğurluq və ya problemli telefon deyildir. O, hər iki telefona baxış keçirmiş, onun əlində olan ağ rəngli “Samsung A53” markalı mobil telefonu bəyənmişdir. Davud ilkin olaraq ona hər iki telefonu 100 manata satdığını bildirmişdir. O isə “Samsung” markalı mobil telefonu bəyəndiyini, onu almaq istədiyini bildirmişdir. O, Davuda 80 manata həmin telefonu ondan alacağını bildirdikdə Davud onunla razılaşmışdır. Bundan sonra o, 80 manat pulu Davuda verib telefonu sonuncudan almışdır. Bundan iki gün sonra polis əməkdaşları tərəfindən ona zəng olunaraq bildirilmişdir ki, Davuddan aldığı telefon cinayət yolu ilə ələ keçirilib. O, bunu bildikdən sonra telefonu işlətməmişdir. Qeyd etmişdir ki, Davud həmin mobil telefonun cinayət yolu ilə əldə olunduğunu bildirməmiş, Davud ona həmin telefonun ailə üzvlərinə məxsus olduğunu demişdir.

45. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Sonuncu ilə eyni rayondan olduğundan uşaqlıqdan birlikdə böyümüşlər. Davud da tez-tez Bakı şəhərinə işləmək üçün gəlmiş, o, boş vaxtlarında Davudla görüşərək kafelərin birində spirtli içki qəbul etmişlər. Davud bir neçə aydır ki, Leyla adlı qadınla qeyri-rəsmi münasibətdədir. Davudun vasitəsi ilə təxminən 1 ay olar ki, Leyla adlı qadını tanımışdır. xx.xx.2024-cü il tarixdə o, kirayə qaldığı mənzildə olarkən Davudla telefon əlaqəsi saxlayıb görüşüb pivə içməyi planlaşdırmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 24 radələrində onlar birlikdə Davudla görüşüb Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafeyə gedib orada pivə içmiş, həmin vaxt masaya xidmət edən ofisiantla münasibətləri yaranmışdır. Söhbət zamanı o və Davud həmin şəxsə yanlarında əyləşən xanımın onların tanışları olduğunu, 3 uşağı ilə birlikdə kirayədə yaşadığını, lakin həmin evdən çıxdığını və ev tapmaq üçün kömək etmək, yəni qadının kirayə qaldığı evə gedib pulunu ödəmək lazım olduğunu dedikdə, həmin ofisiant da yanlarındakı qadına köməklik edə biləcəyini bildirmişdir. Həmin şəxs demişdir ki, öz hesabına həmin qadının kirayə pulunu verə bilər. Onlar da təşəkkür edib razılaşmışlar. Bir qədər söhbət etdikdən sonra həmin şəxs əgər ev işi alınmazsa, həmin qadını bir gecəlik oteldə qonaq da edə biləcəyini dedikdə onlar əsəbləşsə də, heç nə deməmişlər. Həmin ofisinat onlara masanın hesabını verdikdən sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləmələrini dediyindən, onlar da hesabı ödəyib çöldə gözləmişlər. Həmin ofisiantı gözləyən zaman Davudla o planlaşdırmışdır ki, masaya qulluq edən ofsiant onların yanında olan qadına oteldə qalmağı təklif etdiyi üçün həmin şəxsi cəzalandırsınlar. O, Davuda bildirmişdir ki, həmin şəxsi sakit bir yerə aparıb döydükdən sonra telefonlarını əlindən alsınlar. Bir qədər sonra həmin ofisiant da kafedən çıxıb onların dayandıqları yerə gəlmişdir. O, Leyla, Davud və adını sonradan bildiyi kafedə ofisiant olan Rəşad adlı şəxslə birlikdə üzü “Neptun” supermarket istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt onun əynində qara rəngli qısaqol yay köynəyi və qara rəngli şalvar olmuşdur. Yolda gedən zaman Rəşad Leylanın əlindən tutmağa başlamış, Bunu gördükdən sonra Davudla o əsəbləşmişlər. Lakin getdikləri yolda adamlar və maşınlar çox olduğundan Rəşadı sakit bir yerə aparmağı planlaşdırmış, onlar Davudla belə qərara gəlmişlər ki, Rəşadı sakit yerə aparıb cibindəki telefonları və pulu alsınlar. Kafedə olan zaman Rəşad tez-tez telefonları çıxartdığından onlar sonuncunun cibində telefon olmasını görmüşlər. Bir qədər hərəkət etdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 37 ünvanında yerləşən köhnə bağçanın həyətinə gəlmişlər. Həmin vaxt o, Rəşada yaxınlaşıb düzgün hərəkət etmədiyini, onların yanında olan qadına əxlaqsız təkliflər etdiyini bildirdikdən sonra Davud yumruqla Rəşadın sifətinə vurmuş, daha sonra o da Rəşadın sifətinə yumruqla xəsarət yetirmişdir. Rəşad aldığı zərbədən yerə yıxılmış, yerdə olan zaman o, yenidən Rəşadın başından əli ilə vurmuşdur. Davud isə Rəşadın ağzını əli ilə tutmağa başlamış, daha sonra Davud əlini Rəşadın ciblərinə ataraq oradan 01 ədəd ağ rəngli “Samsung A 53” markalı, 01 ədəd “Redmi note 8” markalı mobil telefonu və 19 manat pulu götürmüşdür. Həmin vaxt Leyla onlardan təxminən 10 metr aralıda dayanmışdır. Onlar birlikdə Leyla, o və Davud oradan uzaqlaşmışdır. 19 manat pula özlərinə yenidən pivə alıb içmiş, həmin gecəni parkda gecələmişlər. Növbəti gün isə o işə getmişdir. Sonradan Davudla görüşən zaman ona məlum olmuşdur ki, Davud telefonları satıb və puluna Leyla ilə birlikdə özlərinə ev tutublar. Bundan başqa ona verilən suallara cavab olaraq o Davudla birlikdə Zərərçəkmiş şəxs döyən zaman Leyla 10 metr aralıda durub onlara baxdığını, ələ keçirdikləri pula birlikdə, yəni Leyla, o və Davud siqaret və pivə alıb birlikdə içdiklərini, zərəçəkmiş şəxsi beşbarmaqla vurmadığını, ümumiyyətlə nə Davudun, nə də onun üstündə beşbarmaq olmadığını, zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruqla vurduğunu, Davudla birlikdə Rəşadı döydükdən sonra 19 manat pulu və 02 ədəd telefonu Davudun götürdüyünü, həmin vaxt Davuda bu barədə irad bildirmədiyini, 19 manat pula özlərinə pivə və siqaret aldıqlarını, telefonları isə Davudun aparıb satacağını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təzyiq və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir.

46. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 uzun müddətdən bəri, X3 3-4 ay olar ki, tanıyır. Leyla Zülfüqarova ilə aralarında qeyri-rəsmi münasibət var. xx.xx.2024cü il tarixdə o, Leyla Zülfüqarova ilə birlikdə olan zaman Anar ona zəng edərək görüşüb pivə içməyi təklif etmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 24 radələrində o, Leyla ilə birlikdə Anarla görüşüb Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə əyləşib pivə içmişlər. Həmin vaxt onların masasına xidmət edən ofisiantla münasibləri yaranmış, söhbət zamanı o və Anar həmin şəxsə yanlarında olan xanımın tanışları olduğunu, 3 uşağı ilə birlikdə kirayədə yaşadığını, lakin həmin evdən çıxdığını və ev tapmaq üçün kömək etmək, yəni qadının kirayə qaldığı evə gedib pulunu ödəmək lazım olduğunu dedikdə, həmin ofisiant da yanlarındakı qadına köməklik edə biləcəyini bildirmişdir. Həmin şəxs demişdir ki, öz hesabına həmin qadının kirayə pulunu verə bilər. Onlar da təşəkkür edib razılaşmışlar. Bir qədər söhbət etdikdən sonra həmin şəxs əgər ev işi alınmazsa, həmin qadını bir gecəlik oteldə qonaq da edə biləcəyini dedikdə onlar əsəbləşsə də, heç nə deməmişlər. Həmin ofisiant onlara masanın hesabını verdikdən sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləmələrini dediyindən, onlar da hesabı ödəyib çöldə gözləmişlər. Həmin ofisiantı gözləyən zaman Anarla o, planlaşdırmışdır ki, həmin ofisiantı yanında olan qadına oteldə qalmağı təklif etdiyi üçün cəzalandırsınlar. Anar ona bildirmişdir ki, həmin şəxsi sakit bir yerə aparıb döydükdən sonra telefonlarını əlindən alsın, lakin elə vursunlar ki, burunu sınmasın. Bir qədər sonra həmin ofisiant da kafedən çıxıb onların dayandıqları yerə gəlmişdir. O, Leyla, Davud və adını sonradan bildiyi kafedə ofisiant olan Rəşad adlı şəxslə birlikdə üzü “Neptun” supermarket istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt onun əynində ağ rəngli qısaqol yay köynəyi və qara-boz rəngli şalvar olmuşdur. Yolda gedən zaman Rəşad Leylanın əlindən tutmağa başlamış, Bunu gördükdən sonra Anarla o əsəbləşmişlər. Lakin getdikləri yolda adamlar və maşınlar çox olduğundan Rəşadı sakit bir yerə aparmağı planlaşdırmış, onlar Davudla belə qərara gəlmişlər ki, Rəşadı sakit yerə aparıb cibindəki telefonları və pulu alsınlar. Kafedə olan zaman Rəşad tez-tez telefonları çıxartdığından onlar sonuncunun cibində telefon olmasını görmüşlər. Bir qədər hərəkət etdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Təqsirləndirilən şəxs1 küçəsi 37 ünvaında yerləşən köhnə bağçanın həyətinə gəlmişlər. Həmin vaxt Anar Rəşada yaxınlaşıb düzgün hərəkət etmədiyini, onların yanında olan qadına əxlaqsız təkliflər etdiyini bildirdikdən sonra o, yumruqla Rəşadın sifətinə vurmuş, daha sonra Anar da Rəşadın sifətinə yumruqla xəsarət yetirmişdir. Rəşad aldığı zərbədən yerə yıxılmış, yerdə olan zaman Anar yenidən Rəşadın başından əli ilə vurmuşdur. Daha sonra o, əlini Rəşadın ciblərinə ataraq oradan 01 ədəd ağ rəngli “Samsung A 53” markalı, 01 ədəd “Redmi note 8” markalı mobil telefonu və 19 manat pulu götürmüşdür. Həmin vaxt Leyla onlardan təxminən 10 metr aralıda dayanmışdır. Onlar birlikdə Leyla, o və Anar oradan uzaqlaşmışdır. 19 manat pula özlərinə yenidən pivə alıb içmiş, həmin gecəni parkda gecələmişlər. Mobil telefonun nömrələrini qırıb tullamış, növbəti gün Anar işə getmiş, o isə Leyla ilə birgə kirayə üçün ev axtarmışlar. O, Kənan adlı tanışı ilə əlaqə saxlayaraq ona məxsus olduğunu bildirdiyi “Samsung A53” markalı mobil telefonu satmaq istədiyini dediyindən, sonuncu Ayna Sultanova heykəlinin yaxınlığında görüşüb 80 manat müqabilində həmin telefonu almışdır. O, aldığı 80 manat pulun 50 manatına Leyla ilə birlikdə Bayıl qəsəbəsində özlərinə kirayə ev tutmuş, 30 manat puldan 10 manat pulu taksiyə, 20 manat pulu isə özlərinə yemək yemək üçün xərcləmişlər. xx.xx.2024-cü il tarixdə isə ələ keçirdiyi “Redmi note 8” markalı mobil telefonu Leyla ilə birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığında telefon mağazalarının birinə 50 manata satmış, həmin vaxt Leyla telefon mağzasına daxil olmamış, bayırda dayanıb onu gözləmişdir. O, həmin 50 manatın da 25 manatını kirayə tutduğu mənzilə vermiş, qalan pulu isə Leyla ilə birlikdə xərcləmişdir. Verilən suallara cavab olaraq Rəşadı döyən zaman Leylanın 10 metr aralıda dayandığını, ələ keçirdikləri pula o, Leyla və Anar siqaret və pivə alıb birlikdə istifadə etdiklərini, Anarın Rəşadı beşbarmaqla vurmadığını, ikisinin də Rəşadı yumruqla vurduğunu, ümumiyyətlə nə Anarın, nə də onun üstündə beşbarmaq olmadığını, Anarla birlikdə Rəşadı döydükdən sonra əlini sonuncunun ciblərinə salıb 19 manat pulu və 01 ədəd “Samsung A53”, 01 ədəd “Redmi note 8” markalı mobil telefonları götürdüyünü, telefonları götürən zaman Anarın, mobil telefonları satan zaman Leylanın bu barədə ona irad bildirmədiyini, hər iki telefonu satarkən Leylanın onun yanında olduğunu, lakin hər hansı bir hərəkət etmədiyini, telefonları satdıqdan sonra pulunu Leyla ilə birlikdə xərclədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təzyiq və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:

47. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “20 Yanvar” metrostansiyasının yaxınlığında yaşamışdır. Dəqiq xatırlamadığı tarixdə hadisənin baş verdiyi gün o, Təqsirləndirilən şəxs2 zəng edib sonuncudan harada olduğunu soruşduqda Davud ona yaşadığı evin yaxınlığında olduğunu və görüşə biləcəklərini söylədiyindən, o, evdən çıxıb Təqsirləndirilən şəxs2 yanına getdikdə Leylanın da orada olduğunu görmüş, daha sonra Davuda axşam Leylanı Sulutəpə ərazisində yerləşən kirayə qaldığı evə aparacağını söylədikdə Davud cavab verərək axşam evdə tək olacağını, hamısının kirayə qaldığı evə gedə biləcəklərini bildirmişdir. Razılaşdıqdan sonra evin yaxınlığında yerləşən kafelərin birinə yollanmışlar. Kafedə əyləşdikdən sonra pivə içməyə başlamışlar. Söhbət əsnasında Leyla onlara yaşadığı evi dəyişmək istədiyini və bu ərazilərdən ev axtardığını söyləmişdir. Bir qədər keçdikdən sonra hava tutulmağa və yağış yağmağa başladığından, o, kartını götürüb hesabı ödəmək üçün içəri girmiş, hesabı ödəyib qayıtdıqdan sonra Davud və Rəşadın çöldə söhbət etdiklərini görüb yaxınlaşaraq məsələnin nədən ibarət olduğunu soruşduqda Davud ona Rəşad adlı şəxsin kirayə ev təklif etdiyini və bu səbəbdən nömrəsini götürdüyünü söyləmişdir. Daha sonra Leyla, o və Davud kafedən çıxaraq sonuncunun yaşadığı ev istiqamətində irəliləməyə başlamış, məhəlləyə daxil olan zaman Rəşad Davuda zəng etmişdir. Davud telefonu açdıqdan sonra Rəşad onlara həmin ünvana gəldiyini, bu səbəbdən gözləmələrini dedikdə, onlar Rəşadı gözləmiş, saat 23 radələrində Rəşad onların yanına gəlib kirayə ev tapdığını və evin sahibi ilə danışdığını söyləyərək evə baxmaq üçün aparmaq istədiyini söylədikdə, Davud vaxtın artıq gec olduğunu və evə sabah baxmaq üçün gedəcəklərini söyləmiş, lakin Rəşad sonuncu ilə razılaşmayıb təkidlə evə həmin vaxt baxmağa getməli olduqlarını, evin sahibinin onları gözlədiyini demişdir. Onlar Rəşadın burada xeyri olduğu üçün belə davrandığını düşünüb razılaşmışlar. Yolda evə doğru gedərkən Rəşadın Leylanın əlini tutduğunu gördükdən sonra Davud Rəşaddan bunun səbəbini soruşduqda, sonuncu içkili olduğuna görə Leyla yıxılmasın deyə tutduğunu söylədiyindən, Davuş əsəbiləşmiş, daha sonra Rəşad mağazanın qarşısında dayanıb Davuda artıq saatın gec olduğunu və Leyla ilə birlikdə otelə getmək istədiyini və səhər evə baxmaq üçün görüşmələrini bildirmişdir. O, bu vaxt dayana bilməyib Rəşada kəllə ilə vurmuş, Davud onları ayırdıqdan sonra Rəşadı yerdə otuzduraraq su ilə əliniüzünü yumuşdur. Sonda Rəşadı evinə aparmağı təklif etsələr belə, Rəşad onlara acı sözlər söylərək hədələmişdir. O, ayaqyoluna gedib qayıtdıqda Rəşadın orada olmadığını görmüş və Davuddan Rəşadın harada olduğunu soruşduqda Davud Rəşadı yola saldığını söyləmiş və daha sonra birlikdə evə getmişlər. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, o, Rəşadı əvvəllər tanımamış, sonuncunu ilk dəfə həmin kafedə görmüş, Rəşad ofisiant kimi onların əyləşdikləri masaya xidmət göstərmişdir. Rəşad onlara kirayə üçün ev tapdığını, təkidlə onlara evə baxmaq üçün birlikdə getmələrini söyləmişdir. Rəşada ilk zərbəni o, yetirmiş, yəni kəllə və yumruqla vurmuşdur. O, Rəşadı “beşbarmaq”-la vurmamış, Davud isə onları ayıraraq mübahisənin davam etdirilməsinin qarşısını almağa çalışmışdır. Hadisə baş verən zaman Leyla onlardan aralıda dayanmış, çünki onlar Leylanı aralıda tutmaq istəmişlər. Rəşadın üzərində mobil telefon olub-olmamasını bilməmiş, o, Rəşadın cibindən mobil telefon götürməmişdir. O, ayaqyolundan gəldikdə Rəşad artıq hadisə yerində olmamış, o, zərbə yetirən zaman Rəşadın əlində mobil telefon olmamışdır. Davudun dediklərinə görə, o, Rəşadı vurduqdan sonra sonuncunun mobil telefonu yerə düşmüşdür. O, ibtidai istintaqdakı ifadəni oxumuş, lakin müstəntiq tamamilə yalan yazdığını bildirmişdir. Onlar ev axtardıqlarını Rəşada söyləməmiş, sonuncu onların kirayə ev axtardıqlarını eşitmişdir. Rəşad onlara kirayə ev tapdığını söyləyərək evə baxmağı təkidlə təklif etdiyindən, Davud mobil nömrəsini sonuncuya təqdim etmişdir. Kafedən ayrıldıqdan təxminən 20 dəqiqə sonra Rəşad Davuda zəng etmiş, kafedə olarkən Rəşadla Leyla hər hansı söhbət etməmişlər. Rəşad zəng edib Davuda “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən ərazidə kirayə üçün ev tapdığını söyləmiş, onlar Rəşada özünü Leylanın qohumu kimi ev sahibinə təqdim etməsini bildirməmişlər. Rəşad Leyla ilə otelə getmək istədiyini söylədiyindən, sonu Rəşada kəllə ilə vurmuş və baş nahiyəsinə bir-iki dəfə yumruqla xəsarət yetirmişdir. Rəşad da onları təhqir etmiş, o, daha çox həmin söyüşə görə sonuncuya xəsarət yetirmişdir. O, Rəşadın mobil telefonlarını götürməmiş, ayaqyoluna gedib-gəldikdən sonra Rəşadı həmin yerdə görməmişdir. Davud Rəşada xəsarət yetirməmiş, Davud ona Rəşadın mobil telefonunun yerə düşdüyünü və sonuncunu bir qədər gözləməli olduqlarını desə də, Rəşad gəlmədiyinə görə onlar evə getmişlər. Mobil telefonların aqibətinin necə olduğunu bilməmiş, kafedə Rəşad onlardan başqa şəxslərə də qulluq etmişdir.

48. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə evdən “20 Yanvar” metrostansiyasının ərazisinə Leyla ilə görüşmək məqsədilə getmişdir. Leyla ilə görüşüb bir qədər orada gəzdikdən sonra mobil telefonuna uşaqlıq dostu olan Anar zəng etmiş, Anar ondan nə etdiyini soruşduqda, Leyla ilə həmin metrostansiyanın yaxınlığında olduğunu söyləmişdir. Anar ona evdə tək olduğunu demiş və ona yaşadığı evə oturmaq məqsədilə getməyi təklif etmişdir. Bundan sonra o, Leyla ilə birlikdə Anarın yaşadığı mənzilin həyətinə gedib Anarla görüşmüş və sonuncuya gecə Leylagildə qalacağını söyləmişdir. Anar da ona axşam evin boş olacağını və Anarın evində birlikdə qala biləcəklərini dedikdə razılaşmışlar. Daha sonra o, Leyla və Anar evə yaxın ərazidə yerləşən kafelərin birinə pivə içmək məqsədilə getmiş, masaya əyləşdikdən sonra ofisiant kimi Rəşad adlı şəxs onlara yaxınlaşıb stola spirtli içki olan pivə gətirmişdir. Ofisiant daha sonra boş stəkanları stoldan götürməyə gəldikdə onların arasındakı dialoqa şahid olmuşdur. Belə ki, onlar həmin vaxt Leylaya yaxın ərazidən kirayəyə ev tapmaqla bağlı danışırmışlar. Pivə içdikdən sonra Anar özünə məxsus bank kartı ilə hesabı ödəmiş, hər üçü kafedən çıxarkən Rəşad onu səsləyib kirayəyə ev axtarıb-axtarmadığını soruşduqda, o da kirayəyə ev axtardığını söyləmişdir. Rəşad bundan sonra ona mobil nömrəsini vermişdir ki, zəng etsin və onun nömrəsi sonuncunun mobil telefonun yaddaşına, yəni “kontakt”-ına düşsün. Rəşad ona yaxın zamanda münasib bir ev olduqda ona məlumat verəcəyini söyləmiş, bundan sonra o, Leyla və Anar kafedən Anarın yaşadığı evə getmək məqsədilə ayrılmışlar. Məhəlləyə çatdıqda Rəşad ona zəng etdiyindən, zəngi açdıqda Rəşad ona evə qalxmamalarını və vacib sözünün olduğunu söyləmiş, onlar da Rəşadı həyətdə bir müddət gözlədikdən sonra Rəşad gəlmiş, onlara tanışına zəng edib kirayə üçün münasib bir ev tapdığını söyləmişdir. O, Rəşada hansı səbəbə onun fikrini öyərənmədən belə bir iş gördüyünü və 10-15 gün müddətində yeni evə köçmək istəmədiyini demiş, Rəşad təkidlə tapdığı evə baxmalı olduqlarını söyləyərək xahiş etmiş, o, Rəşaddan həmin tanışının əlaqə nömrəsini istəsə də, Rəşad təkidlə evə baxmaq üçün birlikdə getməyi tələb etmişdir. O, Rəşaddan evin şəkillərinə ilk öncə baxmağı tələb etmiş, Rəşad ona evin sahibinin yaşlı adam olduğunu, mobil telefon vasitəsilə şəkil yollaya bilmədiyi söylədikdə düşünmüşdür ki, Rəşad pula ehtiyacı olduğu üçün ondan evə baxmağı bu qədər təkidlə istəyir. Bu səbəbdən, Rəşadla razılaşaraq dəqiq ünvanı ona söyləməsini demiş, lakin Rəşad razılaşmayaraq ona yolu tanıdığını, 10-15 dəqiqəyə piyada “Əcəmi” metrostansiyası ərazisində yerləşən evə gedəcəklərini söyləmişdir. O, “Moskva” univermağının yaxınlığına kimi Leyla, Anar və Rəşadla piyada getmiş, Anar və o, Rəşad və Leyladan bir addım irəlidə olmuş, Anarla sonuncunun xeyir işi barədə söhbət etmişlər. Anidən Leylanın “əlimdən niyə tutursan?” səsini eşitmiş, çönüb arxaya baxanda o, Rəşadın həqiqətən də Leylanın əlindən tutduğunu görmüşdür. Rəşaddan hansı səbəbə Leylanın əlindən tutduğunu soruşduqda Rəşad ona Leylanın sərxoş vəziyyətdə yıxılmaq üzrə olduğunu söyləmişdir. O da əsəbləşərək lazım olsa, özünün Leylanın əlindən tutacağını bildirmişdir. Bu zaman Rəşad məsələni dəyişməyə çalışaraq, ailə vəziyyəti haqqında danışmışdır. Ara sakitləşdikdən sonra mağazaya su almaq məqsədilə girmiş, mağazadan 4 ədəd su aldıqdan sonra çölə çıxdıqda Rəşad onlara əgər evə bu vaxtı baxış keçirmək mümkün olmazsa, Leyla ilə otelə gedəcəyini, gecəni oteldə qaldıqdan sonra səhər evə baxış keçirməyə aparacağını söyləmişdir. O, əsəbiləşərək Rəşaddan nə danışdığını, danışdığının fərqində olubolmadığını soruşub Leylaya onlardan aralanmasını demişdir. Leyla irəlidə olan oturacaqda əyləşmiş, o, Rəşaddan içkili olub-olmadığını soruşduqda sonuncu gülməyə başlamışdır. O, danışdıqca Rəşad gülmüş, o başa düşmüşdür ki, Rəşad narkotik tərkibli maddə qəbul etmişdir. O, bir qədər danışdıqdan sonra Rəşad onu itələyərək söyüş söyməyə başlamış, ailə söyüşü söydüyünə görə Anar Rəşada kəllə və yumruqla xəsarətlər yetirmişdir. Bu səbəbdən, Rəşadın üzü-gözü qanamağa başlamış, onlar Rəşadı pilləkəndə əyləşdirərək üzünə-gözünə su vurmuşlar. Rəşad özünə gəldikdən sonra onlar Rəşada vurmalarının səbəbinin Leyla olmadığını, söyüş söyməyi və onu itələməsinin sonuncunun vurulmasına səbəb olduğunu söyləmiş və daha sonra Rəşadla sağollaşaraq hadisə yerindən uzaqlaşmışlar. Anar ona ayaqyoluna getməli olduğunu söylədiyinə görə onlar geri qayıtmış, geri qayıdan zaman Rəşadın əyləşdiyi yerdə 1 qara rəngli və 1 ağ rəngli mobil telefon olduğunu görmüşdür. Anara 30-40 dəqiqə gözləməli olduqlarını, yəqin ki, bu telefonların Rəşada məxsus olduğunu söyləmişdir. Uzun müddət gözləmələrinə baxmayaraq Rəşad gəlməmiş, onlar evə getmişlər. Səhər yuxudan ayılan zaman Anar işə getmiş, o da kafeyə Rəşada telefonlarını vermək üçün getsə də, orada Rəşadı tapa bilməmiş, iş yoldaşlarından sonuncunun harada olduğunu soruşan zaman ona elə bir adam tanımadıqlarını söyləmişlər. Bir müddət telefonlar onda qaldıqdan sonra telefonları satmışdır. Ağ telefonun telefon qılıfı olmuş, həmin qılıfda 19 manat pul mövcud olmuşdur. Uzun müddət Rəşadı axtarsa belə, sonuncunu tapa bilməmiş, bu səbəbdən telefonları satmalı olmuşdur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

49. CM-in 181.2.1-ci və 181.2.5-ci maddələrinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

50. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

51. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

52. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

53. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

54. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

55. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

56. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

57. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

58. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

59. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

60. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

61. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

62. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

63. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

64. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

65. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

66. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

67. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

68. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

69. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

70. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

71. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 1 saylı Qərarı

72. Qərarın 1-ci bəndi. Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

73. Qərarın 5-ci bəndi. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir.

74. Qərarın 7-ci bəndi. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır.

75. Qərarın 10-cu bəndi. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.

76. Qərarın 11-ci bəndi. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.

77. Qərarın 15-ci bəndi. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır.

78. Qərarın 23-cü bəndi. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.

79. Qərarın 25-ci bəndi. Təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CMin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir.

80. Qərarın 27-ci bəndi. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

81. Qərarın 1-ci bəndi. Hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

82. Qərarın 28-ci bəndi. Azadlıqdan məhrum etməyə məhkum olmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqları olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumları yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

83. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

84. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, DVD diskdə olan görüntülər, ekspert rəyləri, şəxsin tanınmaya təqdim edilməsi, dindirmə, baxış, üzləşdirmə protokolları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

85. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə L.V.Zülfüqarova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın əməlini törətməklə, ona zərər vurulmasında birbaşa iştirak etmişdir.

86. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, verilmiş ittihama görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olduğu qeyd edilmiş X1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə 1(101)-1109/2025 nömrəli ittihamedici hökm çıxarılmışdır.

87. Leyla Zülfüqarova hazırki iş üzrə şahid, həmin iş üzrə isə təqsirləndirilən şəxsdir və eyni cinayət hadisəsi üzrə onun barəsində hökm vardır. Cinayət işlərinin ayrıca icraatlarda baxılmasına səbəb isə ibtidai istintaq dövründə X1 istintaqdan yayınmasıdır. Buna görə, cinayət işlərinə ayrıca icraatda baxılmışdır.

88. X4 barəsində olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən Leyla Zülfüqarova apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1543/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış, hökm həmin tarixdə qanuni qüvvəyə minmişdir.

89. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.

90. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun.

91. Məhkəmə qeyd edir ki, X1 barəsində olan hökmə əsasən onun xx.xx.2024-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq əməlini törətməsi müəyyən edilmişdir.

92. Bu, yəni X1 yuxarıda qeyd edilən şəkildə quldurluq əməlini törətməsi məhkəmə hökmü ilə müəyyən edildiyindən, hazırki işə baxan məhkəmə üçün məcburidir.

93. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında CM-in 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

94. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri və qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq əməlini törətməmələri barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

95. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

96. Belə ki, şübhəli şəxsi dindirmə, təqsirləndirilən şəxsin dindirmə və üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməli qismən etiraf etmiş, bunu imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Hər iki təqsirləndirilən şəxs sonrakı ifadələrində yalnız beşbarmaq kimi adlanan alətdən istifadə etmədiklərini söyləmişlər.

97. Həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-407/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən əməlini səmimi etiraf etmiş, cinayət əməlini məntiqi sonluğunu dərk etmədən sərxoş vəziyyətdə törətdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, daimi yaşayış yerinin olmasını və istintaqın çağırışlarına gələcəyini bildirib vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

98. Bundan başqa Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən əməlini səmimi etiraf etmiş, cinayət əməlini məntiqi sonluğunu dərk etmədən sərxoş vəziyyətdə törətdiyini, zərərçəkmiş şəxsin Leyla Zülfüqarovaya kirayə ev tapmaq məqsədilə onlarla birlikdə getdiyini, lakin sonradan zərərçəkmiş şəxsin Leyla Zülfüqarovaya qarşı qeyri-etik davranışlarının olduğunu və buna görə aralarında mübahisə yarandığını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, himayəsində 01 azyaşlı uşağının olduğunu, daimi yaşayış yerinin olmasını və istintaqın çağırışlarına gələcəyini bildirib vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

99. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı quldurluq niyyətlərinin olmamasını, zərərçəkmiş şəxsə beşbarmaqla zərbə yetirməmələrini bildirmələri həqiqəti əks etdirmir, uydurmadır və təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirilməlidir.

100. Belə ki, cinayət işinin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 xx.xx.2024-cü il tarixli, 1019 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini va lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən, o cümlədən küt əşyalar ilə (beşbarmaq və s.) vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.

101. Məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ona məhz beşbarmaqla vurduğunu, zorakılıq etməklə pulu və mobil telefonlarını ələ keçirdiyini bildirmişdir.

102. Bu, cinayət işinin materiallarında olan ekspert rəyləri, dindirmə protokolları və digər sənədlərlə uzlaşır.

103. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiəçilərinin iştirakı ilə yazılı ərizə ilə məhkəməyə müraciət edib şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə razı olduqlarını, həmin şəxslərin məhkəmə iclasında iştiraklarına zərurət olmadığını bildirmişlər.

104. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında dindirilmələrindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir.

105. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarın 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun.

106. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir.

107. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır.

108. Məhkəmə təqsirləndirilən şəxslərin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadələrini söyləyib şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlmələrinə zərurət olmadığını və həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə razılaşdığını bildirmişdir.

109. Odur ki, məhkəmə Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir.

110. Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 satdığı mobil telefonları müvafiq pul müqabilində aldıqlarını bildirmişlər.

111. Həmin mobil telefonlar isə iki ədəd olmaqla, Zərərçəkmiş şəxs məxsus olmuşdur. Bunu təqsirləndirilən şəxslər inkar etməmişlər.

112. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus mobil telefonları ələ keçirmədiklərini məhkəmə iclasında bildirsələr də, onlar ibtidai istintaq dövründə həmin mobil telefonları satdıqlarını söyləmişlər, yəni hüquqları olmadığı halda həmin mobil telefonları zorakılıq etməklə ələ keçirib sərəncam vermişlər.

113. Bütün qeyd edilənlər bir daha təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 prosesin başından sonunadək quldurluq cinayətinin iştirakçısı olmasını, yəni digər şəxslə onlara istinad edilən əməllərin törədilməsində əlbir olmasını bir daha təsdiq edir.

114. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrupun üzvləri olmaqla bütün iştirakçıların kriminal niyyətini reallaşdıraraq ümumi məqsədə çatmaq üçün zərərçəkmiş şəxsə səmimi münasibət göstərərək ələ almış, onu aldatmaqla qrup üçün daha təhlükəsiz yerə aparmış və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona zor tətbiq edilməsi və əmlakının talanmasına şərait yaratmışlar. Daha sonra isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edərək cinayətkar hərəkətlərini tamamlamışlar.

115. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir.

116. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

117. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməsə və özlərini təqsirli bilməsələr də, istər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, DVD diskdə olan görüntülər, ekspert rəyləri, şəxsin tanınmaya təqdim edilməsi, dindirmə, baxış, üzləşdirmə protokolları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onların təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

118. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı quldurluq niyyətlərinin olmaması, zərərçəkmiş şəxsə beşbarmaqla zərbə yetirməmələri ilə bağlı ifadələrində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onların ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

119. Təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, müvafiq ekpert rəyləri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

120. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

121. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

122. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.

123. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

124. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

125. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.

126. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

127. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

128. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

129. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır.

130. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarları ilə barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (ayrı-ayrı yaz)

131. Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandıqları üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən onlara təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

132. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 iyul 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

133. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 iyul 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

134. Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

135. Təqsirləndirilən şəxs1 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

136. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

137. İş üzrə maddi sübut olmaqla Zərərçəkmiş şəxs məsul saxlancına verilmiş 01 ədəd “Samsung A53” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd alğı-satqı qeydlərinin əks olunduğu sənəd və hadisə yerinin görüntülərini əks etdirən 01 DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

138. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir.

139. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs məsul saxlancına verilmiş 01 ədəd “Samsung A53” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. 01 ədəd alğı-satqı qeydlərinin əks olunduğu sənəd və hadisə yerinin görüntülərini əks etdirən 01 DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Abbasov X13 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar